Məhkəmə qərarları › İş №1(101)-642/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-642/2022

17.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-642/2022 17.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Salmanov Rahib Vaqif oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi: Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxxxxxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilmiş, Bakı şəhəri Yasamal rayonu, Zülfü Adıgözəlov küçəsi, ev 85-də qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib daşıyaraq Bakı şəhəri Nəsimi rayonu, Əbdülvahab Salamzadə, 11 A ünvanına gətirməklə üzərində saxlamış, 17 oktyabr 2021-ci il tarixdə saat 2:05 radələrində həmin ünvanda Nəsimi RPİnin 20-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPİ-nin 20-ci PB-yə gətirilmiş və üzərinə videoçəkilişlə axtarış keçirilərkən əynində olan qara rəngli qolsuz gödəkçəsinin sağ yan cibindən 5 ədəd eyni tərkibli bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 23,269 qram, 14,108 qram, 49,410 qram, 48,100 qram, 100,652 qram olmaqla, ümumi təmiz çəkisi 235,539 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazılanmış külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, bir ildir ki, narkotik vasitə heroindən istifadə edir. Hazırda onda heroindən asılılıq yaranmışdır. Narkotik vasitələri tanımadığı şəxslərdən almışdır. 2021-ci ilin sentyabr ayında internetdə narkotik vasitələrin satışı ilə məşğul olan özünü İran İslam Respublikasının vətəndaşı «Səid» kimi təqdim edən şəxslə tanış olmuşdur. Həmin şəxs narkotik vasitələrin pulunu bank hesabına ödəməklə internet üzərindən sifarişini qəbul etdiyini və sifariş olunan narkotikləri Bakı şəhərinin müxtəlif yerlərinə qoyaraq bu barədə məlumat verməklə götürə biləcəyini bildirmişdir. 17 oktyabr 2021-ci il tarixdə günorta saatlarında «Səid» adlı şəxslə internet vasitəsi ilə əlaqə saxlamış və 300 manat pul müqabilində narkotik vasitə olan heroin sifariş edib, pulu sonuncunun bank kartına ödəmişdir. Həmin sifarişdən bir neçə saat sonra Səid internet vasitəsi ilə sifariş etdiyi narkotik vasitəni Nəsimi rayonu Salamzadə küçəsində yerləşən «Bol Mart» marketin qarşısında sağ tərəfdəki ağacın altına qoyduğunu bildirmişdir. Həmin ünvana gedib narkotik vasitələri götürmüş və marketin qarşısı ilə piyada yaşadığı ünvana yola düşmüşdür. Bu vaxt polis əməkdaşları tərəfindən saxlanılmış və Nəsimi RPİ-nin 20-ci PByə dəvət edilmişdir. Orada üzərindəki narkotik vasitəni könüllü təqdim edib, baş verənləri barədə ətraflı məlumat vermişdir. Ona verilən ittihamla razı deyildir. Narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Nəsimi RPİ-in 20-ci PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 oktyabr 2021-ci il tarixdə Şahid1 ilə ərazidə xidmətdə olarkən Salamzadə küçəsi 110A ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşmışlar. Sonuncunun üzərində narkotik vasitə olmasından şübhələnib onu bölməyə dəvət etmişlər. Orada həmin şəxsin şəxsiyəti araşdırılmış və Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daha sonra sonuncuya vəkil təyin olunmuş, vəkilin iştirakı ilə ondan üzərində hər hansı narkotik vasitənin olub-olmadığı soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli qolsuz gödəkçəsinin sağ yan cibindən 5 ədəd, hər birinin üzərində qramları rəqəmlərlə göstərilmiş bükümlər olan qara torbanı çıxarıb təqdim edib, onları internetdə tanış olduğu «Səid» adlı İran İslam Respublikası vətəndaşı tərəfindən «Bol Mart» marketin qarşısındakı ağacın yanına qoyulduğunu və oradan götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotikə görə «Səid» adlı şəxsə ödəmə terminalı vasitəsilə 300 manat ödəniş etdiyini bildirmişdir. Daha sonra həmin maddələr ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Baxış nəticələri barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə oxşar ifadə verdi. İşin 41-47-ci vərəqlərindəki şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, 17 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmış və üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qısa qol qara gödəkçəsinin sağ yan cibindən külli miqdarda, təmiz çəkiləri 23,269 qram, 14,108 qram, 49,410 qram 48,100 qram və 100,652 qram olmaqla, ümumi təmiz çəkisi 235,539 qram olan qəhvəyi rəngli maddələr-kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşür. İşin 53-55-ci vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizasının 17 oktyabr 2021-ci il tarixli, 6/4620 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs (imza) ...» sözləri olan bir ədəd kağız paketdəki 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 23,260 qram, 14,108 qram, 49,410 qram, 48,100 qram və 100,652 qram, ümumi təmiz çəkisi 235,539 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına (Siyahı İ) daxildir. İşin 138-139-cu vərəqlərindəki ambulator məhkəmə-psixiatrik ekspertizasının 2894 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri əşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 140-141-ci vərəqlərindəki ambulator məcburi-narkoloji tibbi yoxlamanın 22 dekabr 2021-ci il tarixli, 5240 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 95-96-cı vərəqindəki 18 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus qara rəngli «Samsung Galaxy» markalı mobil telefona sonuncu və müdafiəçisi vəkil X1 iştirakı ilə baxış keçirilmişdir. Mobil telefonun «Gallery» qovluğunda iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı bir məlumat, video və ya şəkil aşkar edilməmişdir. Digər sosial şəbəkə və proqramlarda da hər hansı məlumat olmamışdır. «Whatsapp» mobil tətbiq proqramına daxil olduqda Təqsirləndirilən şəxs «Nicat-Emin», «Sədi», «Lalə», «Eliko446», «Anaş», «Anar qaqa», «Elnur B», «Elvin EB», «Urik» adı altında tətbiqin ad siyahısına yazılmış şəxslərlə yazılı və səsli bildirişlərlə danışdığı müəyyən olunmuşdur. İlkin olaraq həmin yazışmalara «Nicat Emin» adı altında qeyd olunmuş şəxslə apardığı dialoqa baxış keçirilmişdir. Baxış zamanı adı qeyd olunan şəxslə 15 oktyabr tarixdən yazışması aşkar olunmuşdur. Həmin şəxslə aparılan danışığa baxılarkən «Nicat Emin» adlı şəxslə qarşılıqlı danışdığı və narkotik vasitə və psixotrop maddə alqı-satqısı ilə məşğul olduqları, habelə narkotik vasitə və psixotrop maddə qəbul etdikləri müəyyən olunmuşdur. «Sədi» adlı şəxslə olan dialoqların əksəriyyətinin silindiyi aşkar olunsa da, sonuncudan narkotik vasitə və psixotrop maddələr alması və müəyyən şəxslərə çatdırması, habelə «100 kola, 50 kola, 20 paty, 25 kola, 15 kola, 15 kola, 40 kola, 10 patı» götürərək müəyyən şəxslərə və yerlərə çatdırması müəyyən olunur. Həmin dialoqa baxılarkən Təqsirləndirilən şəxs həmin şəxslə özünün danışdığını və narkotik vasitəni alaraq satdığını və gəlir əldə etdiyini bildirmişdir. «Lalə» adlı şəxslə danışığında isə hər hansı məlumat aşkar edilməmişdir. «Eliko 446» adlı şəxslə danışığına baxış keçirilərkən həmin şəxsə mütəmadi olaraq narkotik vasitə satdığı, habelə sonuncu dəfə 5 qram heroin və 3 qram metamfetamin satması müəyyən olunur. «Anaş» adlı şəxslə danışıq zamanı Anaş adlı şəxsin yaxın qohumunun narkotik vasitə aludəçisi olmasından danışılır, habelə Anaş adlı şəxs Kamrandan yaxın qohumunun ondan narkotik vasitə alıbalmadığını soruşur. Kamran isə həmin şəxsin sonuncu dəfə ondan narkotik vasitə almadığını, habelə digər şəxslərin isə narkoloji xəstəlikdən əziyət çəkib dərman atmaqlarına baxmayaraq, yenə də ondan narkotik vasitə aldıqlarını bildirir. «Anar qaqa», «Elnur B», «Elvin EB», «Urik» adlı şəxslərlə danışıqda hər hansı bir məlumat yoxdur. Daha sonra həmin şəxslərin inhisialları barədə soruşulsa da, Təqsirləndirilən şəxs cavab verməkdən imtina etmişdir. İşin 113-114, 120-122-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsi və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs 5 iyul 2016-cı il tarixdə Yasamal rayon Məhkəməsinin hökmü ilə Azərbacan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin 6 mart 2018-ci il tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsinin 5 iyul 2016cı il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasının 3 (üç) ay 4 (dörd) gün hissəsini çəkmdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İşin 99-100-cü vərəqlərindəki 20 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 235,539 qram heroinin ekspertiza tədqiqatından sonra qalan 235,389 qram hissəsi və «Samsung Galaxy» markalı mobil telefon maddi sübut qismində tanınaraq saxlanılması üçün Nəsimi RPİ-nin NH-yə təhvil verilmişdir. İşin 19-cu vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2021ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmə elan edilmiş ittiham özünü qismən təqsirli bildi. Onun bu ifadəsi məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər sübutlar hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməli, ona həmin maddə ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 17 oktyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Nəsimi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 235,539 qram heroinin ekspertiza tədqiqatından sonra qalan 235,389 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, «Samsung Galaxy» markalı mobil telefon isə onun qohumlarına qaytarılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 17 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Nəsimi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 235,539 qram heroinin ekspertiza tədqiqatından sonra qalan 235,389 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, «Samsung Galaxy» markalı mobil telefon isə onun qohumlarına qaytarılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar