Məhkəmə qərarları › İş №1(101)-642/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-642/2024

21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-642/2024 21.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçisi: Fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1998-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Yasamal rayonu X2 Məhəllə 1054 ünvanında qeydiyyatda olmaqla, ünvan 2al rayonu N.Nərimanov prospekti ev 207 mənzil 27 yaşayan barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda bir ədəd bükümdə 4,280 qram narkotik vasitə heroin və bir ədəd bükümdə 0,908 qram psixotrop maddə metamfetamini 26 iyun 2023-cü il tarixdə saat 02 radələrində ünvan 3 ünvanın yaxınlığından əldə edib üzərində saxlayıb daşıdığı zaman qeyd olunan ərazidə xidmətdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ÇPA-nın əməkdaşları özünü şübhəli apardığı üçün Təqsirləndirilən şəxs ünvan 4 ünvanın qarşısında saxlayaraq, Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-nə dəvət edərək, 26 iyun 2023-cü il tarixdə saat 03:30-dan etibarən xidməti otaqların birində keçirilən şəxsi axtarış və götürmə zamanı sonuncunun əynində olan qara rəngli idman şalvarın sol yan cibindən satış məqsədi olmadan əldə edib üzərində gəzdirməklə daşıyıb saxladığı külli miqdarda bir ədəd bükümdə 4,280 qram narkotik vasitə heroin və bir ədəd bükümdə 0,908 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o tutulan gün taksi ilə gedirmiş. Yolda gedən zaman polislər maşını saxladıb yaxınlaşmışlar. Polislər onu maşından düşürdüb üst-başını yoxlamış, digər polis əməkdaşı isə çantasını yoxlamağa başlamışdır. Daha sonra oradakı polis komandiri onu qırağa çəkib əxlaqsız təkliflər etmişdir ki, söhbəti başqa cür həll etsin. O isə razı olmamışdır. Daha sonra ikinci bir polis maşını çağırmışlar və o maşından da 4-5 polis düşmüşdür. Onun telefonunu götürmüşlər və o ailəsinə xəbər vermək üçün telefonunu onlardan istəmişdir. Bundan sonra isə onu bölməyə aparmış və barmaqlıqlar arxasında saxlamışlar. Səhəri gün onun barəsində nə yazıqlarını, yəni nə cür qeydiyyata aldıqlarını bilməmişdir. Hazırda narkotik vasitələrdən istifadə etmir, amma əvvəllər etmişdir. Təxmini bir il-il yarıma yaxın istifadə etmişdir. Saxlandığı müddətdə istifadə etmişdir. Həm heroin, həm də metamfetamindən istifadə etmişdir. Heroini tüstü vasitəsi ilə qəbul edirmiş. Narkotik vasitələri sosial şəbəkələr vasitəsi ilə əldə etmişdir. Sonuncu dəfə narkotik vasitəni necə əldə etdiyi yadında deyil. Öz istifadəsi üçün lazım olan qədər alırmış, təxmini 40-50 manatlıq. Şəxsi axtarış zamanı onun üzərində heç bir şey olmamış və polislərə heç bir şey təqdim etməmişdir. Taksi sürücüsünü tanımırmış, “bolt” proqramı vasitəsilə sifariş etmişdir. O istintaq zamanı təzyiq altında qaldığı üçün onların onu məcbur etdiyi şəkildə ifadə vermişdir. İstintaq zamanı yazılan ifadəni oxumadan məcbur şəkildə qol çəkmişdir. Polislərin ona qarşı o cür davranışlarını heç bir aidiyyəti quruma şikayət etməmişdir. Polislər barədə şikayət edildiyini bilmirmiş. Onu bölmədə barmaqlıqlar arxasında saxlamışlar. Ona qandal vurmamışlar. Onu bölməyə aparan zaman avtomobildə 3-4 polis olmuş və o arxada iki polis işçisinin arasında oturmuşdur. O anası ilə çox sonra, təxmini səhəri gün danışmış və vəkil dəvət olunduqdan sonra onu otağa qaldırmışlar. Vəkil gəldikdən sonra ailəsinə xəbər verməsini xahiş etmişdir. Sənədləri təzyiq altında imzalamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, X4 Alayının 4-cü Polis bölüyünün polis nəfəri vəzifəsində çalışır. Təqsirləndirilən şəxsi əməliyyat tədbiri zamanı tanımışdır. Onlar Gəmiqayırma zavodlarının ətrafında olmuşlar. Orada gəzən zaman 1 nəfər şəxsin qaranlıqda işıq ilə nəsə axtardığını görmüşlər. Şəxsə yaxınlaşıb yerdən nəsə götürdüyünü görmüşlər. Şəxsi saxlayıb şöbəyə aparmışlar. Üzərinə baxış keçirilmişir. Gecə saat 2 radələrində orada olmuşdur. O orada xidmətdə olmuşdur. Ondan başqa bir nəfər də əməkdaş var imiş. Şəmsdən başqa kənarda taksi də olmuşdur. Taksidəki adamlardan məlumat aldıqda bildirmişlər ki, Şəmsi tanımırlar. Şəxs özü həmin yerdən narkotik götürdüyün demişdir. Şəxsin əlində başqa nə olduğunu xatırlamır. Şəxs nə isə götürüb cibinə qoymuşdur. Şəms bölmədə çəkiliş zamanı narkotiki cibindən çıxarmışdır. Təqsirləndirilən şəxsin onlara qarşı müqaviməti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olmamasına dair verdiyi ifadəsi iş materiallarında olan sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir və hesab edir ki, o özünü müdafiə edilməsi məqsədi ilə ilkin ifadələrdən imtina edir. İbtidai istintaqda Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 iyun 2023-cü il tarixdə, təxminən saat 19 radələrində «Vhatsapp» şəbəkəsində anket məlumatlarını bilmədiyi Rza adlı İran İslam Respublikasının vətəndaşı ilə narkotik vasitə almaq barədə danışmışdır. Həmin şəxs 120 manat pulun müqabilində ona narkotik vasitə heroin və psixotrop maddə metamfetamin sata biləcəyini, pulu onlayn yolla ödəniş etdikdən sonra narkotik vasitənin yerini deyəcəyini ona bildirmiş və ona hazırda xatırlamadığı hesab nömrəsi demişdir. Bu danışıqdan sonra həmin gün, yəni 25 iyun 2023-cü il tarixdə, təxminən saat 20:00-da o, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 136 ünvanında yerləşən Dövlət Statistik Komitəsinin yaxınlığında yerləşən «Araz» supermarketində olan «Milliön» ödəmə terminalı vasitəsilə Rza adlı İİR-nın vətəndaşının ona dediyi hesab nömrəsinə 120 manat ödəniş etmiş və ödəniş qəbzinin foto şəkilini çəkərək «Vhatsapp» şəbəkəsi vasitəsilə Rzaya göndərmişdir. Rza adlı şəxs də narkotik vasitə heroin və psixotrop maddə metamfetamini qoyduğu yer barədə ona məlumat vermişdir. Buna görə 26 iyun 2023-cü il tarixdə, təxminən saat 01 radələrində o, Bakı şəhəri, Səbail rayonu, Məktəbli küçəsi 12 ünvanında yerləşən Gəmiqayırma zavodunun qarşısına getmişdir. O, həmin ərazidə əlində işıq tutmaqla yol kənarında Rza adlı şəxsin ona satmış olduğu narkotik vasitə heroin və psixotrop maddə metamfetamini axtarmağa başlamışdır. Həmin vaxtı o, yol kənarında 01 ədəd bükümdə narkotik vasitə heroin və 01 ədəd bükümdə psixotrop maddə metamfetamini yerdən tapmış və əynində olan qara rəngli idman şalvarının sol yan cibinə qoymuş sonra isə polis əməkdaşları tərəfindən saxlanıımış və polis idarəsində həmin narkotik vasitələri təqdim etmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 26 iyun 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 27 iyun 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “ polisin nəzarəti altına vermə ” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Nicat Qasımov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 iyun 2023-cü il tarixdə saat 02:00-da ünvan 4 ünvanda saxlanılıb, 8-ci PB-nin inzibati binasına gətirilmiş, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sol yan cibindən iki ədəd şəffaf sellofana bükülmüş bükümləri çıxarıb masanın üzərinə qoymaqla təqdim etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümlərdən birində narkotik vasitə heroin, digər bükümün içərisində isə psixotrop maddə metamfetamin olmasını, həmin narkotik vasitə və psixotrop maddəni 26 iyun 2023-cü il tarixdə «Whatsapp» şəbəkəsində danışdığı naməlum şəxsin təqdim etdiyi kart hesabına 120 manat pul göndərməklə həmin şəxsdən gizlədildiyi yeri öyrənib şəxsi istifadəsi üçün əldə etdiyini, özü qəbul etmək üçün üzərində saxlamaqla daşıdığını bildirdi. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparıldı, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilmədi. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə bənzər maddələr olan 02 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 6/3548 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 4,280 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,908 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in siyahısına (Siyahıl) daxildir. Heroin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxildir. Qeyd: heroinin təmiz çəkisi-4,280 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq-4,230 qram. Metamfetaminin təmiz çəkisi-0,908 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq-0,858 qram. (ekspertiza tədqiqatın dəyəri 81(səksən bir) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hömünün surətindən görünür ki, görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nərimanov rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 05 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhər Probasiya İdarəsindən sorğu edilərək əldə olunan xx.xx.2024-cü il tarixli, 16573/17 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 08 ay 12 gün hissəsi çəkilməmiş qalmışdır. Təqsirləndirilən şəxs barəsində Nərimanov rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən məhkəmə onun hazırki əməlini residiv kimi qəbul etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4, 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 08 iyul 2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən tərtib olunmuş protokola əlavə edilmiş 01 ədəd diskə baxış keçirilmiş. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla baxış keçirilməsi, paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq həmin vaxtı əynində olan qara rəngli şalvarının sol yan cibindən iki ədəd şəffaf sellofana bükülmüş bükümləri çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdən birində narkotik vasitə heroin, digər bükümün içərisində isə psixotrop maddə metamfetamin olmasını, həmin narkotik vasitə və psixotrop maddəni 26 iyun 2023-cü il tarixdə «Vhatsapp» şəbəkəsində danışdığı naməlum şəxsin təqdim etdiyi kart hesabına 120 manat pul göndərməklə həmin şəxsdən gizlədildiyi yeri öyrənib şəxsi istifadəsi üçün əldə etdiyini, özü qəbul etmək üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdit. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə bənzər maddələr olan 02 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 08 iyul 2023-cü il tarixli “mobil telefon aparatına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus «Samsung SM A60FN/DS» markalı mobil telefon aparatının “Galareya” bölməsində 416973******2231 nömrəli kartı hesabına 120 (yüz iyirmi) manat ödəniş olunmasına dair çekin foto şəklinin olması müəyyən olunmuş, həmin foto şəkil, həmçinin mobil telefonun ön və arxa hissəsinin foto şəkli cinayət işinə əlavə edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 11 iyul 2023-cü il tarixli “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə şahid qismində çıxış edən Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 11 iyul 2023-cü il tarixli “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə şahid qismində çıxış edən Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Şahid2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 4150 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müaliciyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb hesab edir ki, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəza seçilməli və cəzasını tutulduğu vaxtdan, yəni 21 may 2024-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, ekspert rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 81(səksən bir) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Səbail rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,230 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 0,858 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 81(səksən bir)) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 05 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi, yəni 08 ay 12 gün Azərbaycan Respublikası CM-nin 68.1.1-1-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir gününə iki gün hesablanmaqla, həmin müddət, yəni 4 ay 6 gün müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə Təqsirləndirilən şəxs 3 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı hər günü azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər tutulmaqla, həmin1 (bir) gün təyin edilmiş cəza müddətindən çıxılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 3 il 2 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 21 may 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 81(səksən bir) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Səbail rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,230 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 0,858 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar