Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-643/2021 12.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1981-ci il mayın 19-da Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, natamam orta təhsilli, məhkumluğu olmayan, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29, 120.2.4.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs ondan ayrılaraq boşanmaq üçün məhkəməyə müraciət etməsinə, həmçinin əvvəllər sonuncu başqa kişi ilə münasibət qurub ona xəyanət etdiyinə görə qısqanclıq zəminində qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs öldürmək qərarına gəlməklə 2020-ci il avqustun 24-də saat 15 radələrində sonuncunu paltar almaq adı ilə Xaçmaz şəhəri, Alı Mustafayev küçəsinə dəvət etdikdə yaşadığı evdən soyuq silah hesab edilməyən mətbəx bıçağını özü ilə götürərək həmin yerdə Zərərçəkmiş şəxs və azyaşlı övladı X13 ilə görüşüb arvadının ondan boşanma səbəbini aydınlaşdıran zaman sonuncunun sərbəst həyat yaşamaq istədiyini bildirməsindən sonra öldürmək məqsədi ilə onların adı çəkilən qızının gözləri qarşısında Zərərçəkmiş şəxs müstəsna qəddarlıq nümayiş etdirməklə üzərində olan mətbəx bıçağı ilə çoxsaylı ardıcıl zərbələr vuraraq xüsusi ağrılar yetirdiyini və hər ikisinə xüsusi əzab və iztirab verdiyini dərk edib bunları arzulamış, Zərərçəkmiş şəxs sol tərəfli hemopnevmotoraksla müşayiət olunmaqla döş boşluğuna keçən, insan həyatı və sağlamlığı üçün təhlükəli olan ağır zərərvurmaya aid bir ədəd deşilmiş-kəsilmiş, burun, sol kürək, sağ qabırğaaltı, sağ çiyin oynağı, hər iki bazu, hər iki böyür nahiyəsində cəmi 19 ədəd yüngül zərərvurmaya aid deşilmiş-kəsilmiş, hər iki süd vəzisi, epiqastral və sağ bud nahiyələrində dörd ədəd dərəcəsi təyin edilməyən səthi kəsilmiş yaralar kimi ümumilikdə 24 ədəd xəsarət yetirmiş, lakin qışqırıq səslərinə gələn Şahid1 əlinə daş alaraq Zərərçəkmiş şəxs növbəti xəsarəti yetirməsinə mane olması və sonuncunun dərhal təcili tibbi yardım avtomobili ilə «Xaçmaz Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsinin reanimasiya şöbəsinə yerləşdirilib göstərilən ixtisaslı tibbi yardım nəticəsində həyatının xilas olunması səbəbindən bilavasitə sonuncunu qəsdən öldürməyə yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməməklə Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29, 120.2.4.-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2014-cü ildə X3 ilə bağladığı rəsmi nikahdan iki qızı anadan olmuşdur. 2020-ci ilin iyun ayında arvadının ona xəyanət etməsindən şübhələnib sonuncunu güdməyə başlamışdır. Günlərin birində Yazbaharın mobil telefonunda «canım, həyatım» və bu kimi digər sözləri oxuyanda sonuncu ağlamaqla yalvararaq övladlarının xatirinə bağışlamağını xahiş etmiş, Yazbahara yazığı gəldiyindən bağışlayıb söhbətin dərinliyinə getməmişdir. Bir neçə gün ötmüş sonuncu uşaqları götürməklə ondan boşanacağını bildirərək Quba şəhərindəki ata evində köçmüşdür. 2020ci il avqustun 23-də Yazbahara zəng edib səy göstərsə də sonuncu onunla barışmaq istəməmiş, Yazbaharın bu hərəkəti ona pis təsir etdiyi üçün sonuncuya paltar almaq üçün pul verəcəyini vəd etməklə növbəti gün Xaçmaz şəhərinə gəlməsini deyərək əsas məqsədi Yazbahar ilə görüşüb arvadını bıçaqla vurması olmuşdur. 2020-ci il avqustun 24-də saat 15 radələrində Xaçmaz şəhər dəmiryolu vağzalının qarşısında görüşdükdə sonuncunun yanında onların azyaşlı övladı X13 da olmuşdur, gəzə-gəzə dəmiryolu xəttinin üzərindəki piyada keçidinin yaxınlığından keçməklə mağazaların qarşısına gəlmişlər, yolboyu barışmaqdan ötrü çalışdığına baxmayaraq Yazbahar ondan ayrı və tam sərbəst yaşamağı arzuladığını bildirəndə özü ilə əvvəlcədən götürdüyü mətbəx bıçağını çıxarıb sonuncunu boynundan tutmaqla özünə tərəf çəkərək Yazbaharın sinə nahiyəsindən xatırlamadığı sayda bıçaq zərbəsi endirmiş, arvadı çevrilib qaçmaq istəsə də sonuncunun boynunun aşağı hissəsindən bir neçə dəfə bıçaqla vurmuş, Yazbahar yerə yıxılmaqla qışqıraraq köməyə çağırmış, sonuncu yerdə olarkən o, bıçaq zərbələri yetirməyə davam etmiş, bu vaxt tanımadığı bir kişi əlindəki daşla onun qarşısına gəlib bıçağı yerə atmasını tələb etdikdə hirsi artıq soyuduğundan göstərilən şəxsə arvadını namus üstündə bıçaqladığını deyib həmin aləti yerə qoymaqla dərhal DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisə yerinə yaxınlaşan şəxslərdən kimsə təcili tibbi yardıma xəbər verdiyinə görə Yazbahar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılmış, o isə orada qalıb polis əməkdaşlarını gözləmiş, polislər gələndə bıçağı təqdim etməklə könüllü şəkildə təslim olmuşdur. Onun arvadını öldürmək niyyəti olmamış, sadəcə qorxutmaqdan ötrü bıçaqla vurmuşdur. Əməlindən çox peşmandır. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, 2020-ci il avqustun 24-də saat 9 radələrində Xaçmaz şəhəri, Alı Mustafayev küçəsində yerləşən «Anar» aptekinin yanındakı zibilxana ərazisində təmir işlərində iştirak etmiş, saat 15 radələrində həmin aptekin arxa tərəfindən uşaq qışqırıq səsləri eşitdikdə Cahangir adlı digər bir usta ilə dərhal oraya qaçıb adını sonradan bildiyi Təqsirləndirilən şəxs əlində bıçaqla yerdə uzanan bir qadını vurduğunu, onların yanındakı balaca qız uşağının qorxudan ağlayaraq qışqırdığını müşahidə etmişdir. O, tez yerdən əlinə daş alıb Cavidin üstünə getmiş, sonuncu onu görərək arxaya çəkildikdə Cavidin qarşısına keçməklə bıçağı yerə atmasını tələb etmiş, sonuncu isə ona «xəyanətin axırı belə ölüm olmalıdır, xəyanətkar ölməlidir» kimi ucadan ifadələr işlətdikdən sonra cibindəki mobil telefonu çıxarıb polisə zəng edərək hadisə barədə məlumat vermiş və ünvanı deyib polislərin gəlməsini gözləməyə başlamışdır. Hadisə yerinə kənardan keçən tanımadığı şəxslər yaxınlaşıb yerdə uzanan qadını ayağa qaldırmaqla ilkin kömək göstərdikdən sonra təcili tibbi yardım çağırmışlar. Bir qədər keçmiş hadisə yerinə polis əməkdaşları gəlmişlər, Cavid əlindəki bıçağı təqdim edərək polisə təslim olmuş, xəsarət almış qadın xəstəxanaya aparılmışdır. Əgər o, əlində daşla Cavidin üstünə getməklə sonuncunun qarşısında dayanmasaydı, Cavid qadını öldürərdi, çünki sonuncu ardıcıl bıçaq zərbələri ilə dayanmadan yerdəki qadının kürəyindən vurmağa davam etmişdir. Cavid qadını öldürmək istəmiş, lakin o, buna mane olaraq qadını Cavidin əlindən xilas etmişdir. İş üzrə şahid qismində dindirilən X4 hadisə baş verən ərəfədə Xaçmaz şəhəri, Alı Mustafayev küçəsindəki «Anar» aptekində köməkçi işlədiyini bildirərək Şahid1la analoji ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırmada şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələrində ittiham olunduğu əməlləri tam etiraf edərək Zərərçəkmiş şəxs öldürmək niyyəti ilə bıçaqla vurduğunu, sonuncu yerdə olarkən arvadına bıçaq zərbələri vurmağa davam etdiyini, bu vaxt tanımadığı, üstünə əlindəki daşla gələn bir kişinin tələbi ilə bıçağı yerə atdığından həmin şəxsin Yazbaharı öldürməsinə mane olduğunu göstərmişdir (1-ci cild, iş vərəqi 38-42 və 85-89; 2-ci cild, iş vərəqi 57-60). Məhkəmə iclasında ifadəsi elan edilib tədqiq olunmuş Zərərçəkmiş şəxs ibtidai araşdırma vaxtı zərər çəkmiş şəxs qismində dindirilərkən ifadəsində 2014-cü ildə Təqsirləndirilən şəxs bağladığı nikahdan iki övladı olduğunu, evləndikdən sonra daim evdə söz-söhbət baş verdiyini, Cavidin əsəbiləşəndə özündə olmamaqla evin əşyalarını dağıtdığını, hətta hansısa psixotrop dərmanlar qəbul etdiyini, sonuncunun əməllərindən bezib 2020-ci ilin iyun ayında boşanmaq üçün Şabran Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək uşaqları da götürüb ata evinə getdiyini, 2020-ci il avqustun 24-də səhər saatlarında sonuncunun zəng edərək uşaqlara paltar almaqdan ötrü ona 150 manat pul vermək istədiyini deyib onu Xaçmaz şəhərindəki dəmiryolu stansiyasına görüşə çağırdığını, göstərilən tarixdə saat 16 radələrində övladı X13 ilə birlikdə həmin ünvana getməklə Cavidlə görüşdüklərini, dəmiryolu xəttinin bir tərəfindən o biri tərəfinə keçərək yola tərəf gedərkən sonuncunun qəflətən onu arxadan qolları ilə tutub özünə tərəf çəkdikdən sonra bıçaqla sinə, kürək, qarın və boyun nahiyələrindən vurmağa başladığını, zərbələrdən yerə yıxılsa da Cavidin ona bıçaqla xəsarət yetirməyə davam etdiyini, bu vaxt tanımadığı bir kişinin əlindəki daşla Cavidin üstünə gedərək sonuncunun ona xəsarət vurmasının qarşısını aldığını, daha sonra ayağa durub yolun qırağındakı bir aptekin qarşısında yerdə oturduğunu, yoldan keçən şəxslərin yaxınlaşıb ona ilkin kömək göstərdiklərini və çox keçmədən təcili tibbi yardım maşınının gəlməklə onu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına apardığını, 22 gün orada qalaraq həkimlərin səyi nəticəsində həyatının xilas olduğunu, Cavidin öldürmək məqsədilə üçün ona çoxsaylı bıçaq xəsarətləri yetirdiyini göstərmişdir (1-ci cild, iş vərəqi 124-127). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid3 ibtidai araşdırma vaxtı şahid qismində dindirilərkən ifadəsində 2020-ci il avqustun 24-də saat 18 radələrində yaşadığı ünvan 1 ünvanındakı evdə olarkən X6 zəng edərək arvadı Zərərçəkmiş şəxs Xaçmaz şəhərində övladı X9 yanında bıçaqladığını bildirməklə gəlib sonuncunu götürməsini xahiş etdiyini, dərhal hadisə yerinə getdikdə Yazbaharın artıq Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına, Cavidin isə polis şöbəsinə aparıldıqlarını bildiyini, hadisənin hansı səbəbdən baş verməsi barədə məlumatının olmadığını göstərmişdir (1-ci cild, iş vərəqi 132-135). İş materiallarındakı Xaçmaz Rayon Prokurorluğunun tərtib etdiyi 2020-ci il 24 avqust tarixli protokoldan görünür ki, Xaçmaz şəhəri, Alı Mustafayev küçəsinin sol tərəfində yerləşən dəmiryolu xəttinin üstündən keçən piyada keçidinin pilləkənlərinin qarşısındakı boş əraziyə baxış zamanı ərazidən avtomobil yoluna çıxan yerdəki «Anar» aptekinin qarşısında yerdən bir ədəd üzərində qana bənzər ləkələr olan pambıq parçası götürülmüş, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 4-7). İş materiallarında olan 2020-ci il 24 avqust tarixli 68 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs ayıq olmuşdur (1-ci cild, iş vərəqi 17). İş materiallarındakı Xaçmaz Rayon Polis X7 tərtib etdiyi 2020-ci il 24 avqust tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:36-da istifadəsindəki ***-***-**-** nömrəsindən 102 xidmətinə zəng edib Xaçmaz şəhəri dəmiryolu vağzalının yaxınlığında arvadı Zərərçəkmiş şəxs bıçaq xəsarətləri yetirməsi barədə məlumat verərək hadisə yerində olduğunu bildirmiş, əməliyyat qrupu hadisə yerinə çatdıqdan sonra sonuncu könüllü gəlib törətdiyi cinayəti boynuna almaqla bir ədəd mətbəx bıçağını təqdim etmişdir (1-ci cild, iş vərəqi 18). İş materiallarındakı Xaçmaz Rayon Prokurorluğunun tərtib etdiyi 2020-ci il 24 avqust tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçağa baxış zamanı bıçağın ümumi uzunluğunun 26 sm, dəstəyinin taxta materialdan olmaqla uzunluğunun 12,5 sm, eninin 3 sm, qalınlığının 2 sm, tiyəsinin uzunluğunun 13,5 sm olmaqla bir tərəfi kəsici, digər tərəfi nisbətən küt, uc hissəsi deşici xassəyə malik, dəstəyə bitişik hissədə eninin 2,7 sm, mərkəz hissədə eninin 1,7 sm, qalınlığının isə 0,2 sm olması müəyyən edilmiş, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 19-20). İş materiallarındakı Xaçmaz Rayon Prokurorluğunun tərtib etdiyi 2020-ci il 24 avqust tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29, 120.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 34). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X16-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair 2020-ci il 24 avqust tarixli 567 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkarlanmamışdır (1-ci cild, iş vərəqi 53). İş materiallarındakı Xaçmaz Rayon Prokurorluğunun tərtib etdiyi 2020-ci il 25 avqust tarixli protokoldan görünür ki, istintaqa təqdim edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd qara rəngli qısaqol köynəyə, bir ədəd ağ rəngli büstqalterə və bir ədəd ağ rəngli tumana baxış zamanı həmin paltarların üzərində qana bənzər mayenin, qısaqol köynəyin və büstqalterin üzərində deşilmiş zədələrin olması müəyyənləşdirilmiş, qeyd olunan geyimlər götürülmüşdür (1-ci cild, iş vərəqi 71-73). İş materiallarında olan Xaçmaz Rayon Prokurorluğunun 2020-ci il 26 avqust tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona Azərbaycan Respublikasının CM-nin 29, 120.1.-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 79-80). İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2020-ci il 26 avqust tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 29, 120.1.-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 2020-ci il avqustun 24-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 98-99). İş materiallarındakı Xaçmaz Rayon Prokurorluğunun tərtib etdiyi 2020-ci il 26 avqust tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanan Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, Alı Mustafayev küçəsini göstərib törətdiyi əməli təfsilatı ilə danışmaqla ifadəsini təsdiq etmiş, fotocədvəl və bir ədəd CD diski protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 100-103). İş materiallarındakı Xaçmaz Rayon Prokurorluğunun tərtib etdiyi 2020-ci il 26 avqust tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi hadisə zamanı əynində olan bir ədəd qara rəngli yaxası düyməli uzunqol köynək, bir ədəd qara rəngli şalvar və bir ədəd qara rəngli ayaqqabı götürülmüşdür (1-ci cild, iş vərəqi 105-106). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2020-ci il 26 oktyabr tarixli 7446 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2003-cü il dekabrın 30-dan 2004-cü il yanvarın 14-dək, 2004-cü il yanvarın 24-dən 2004-cü il aprelin 12-dək, 2005-ci il avqustun 24-dən 2005-ci il oktyabrın 04-dək və 2006-cı il avqustun 07-dən 2006-cı il oktyabrın 09dək xəstəxanada «oyanıq tipli şəxsiyyət pozuntusu» diaqnozu ilə müalicədə olmuş, xəstəlik tarixlərinin təsdiq edilmiş surəti məktuba əlavə edilmişdir (1-ci cild, iş vərəqi 140- 181). İş materiallarındakı Quba Rayonu İcra Hakimiyyəti başçısının Quba Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin tərtib etdiyi arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Quba şəhəri, Cəfər Cabbarlı küçəsi, ev 80 ünvanında yaşayan Təqsirləndirilən şəxs ailəsi 1951-ci il təvəllüdlü atası Şahid3, 1961-ci il təvəllüdlü anası X5, 1993-cü il təvəllüdlü arvadı Zərərçəkmiş şəxs, 2015-ci il təvəllüdlü qızı X10 və 2016-cı il təvəllüdlü qızı X11 ibarətdir, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır (1-ci cild, iş vərəqi 184-185). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Quba Rayon X1 2020-ci il 25 oktyabr tarixli 675 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2006-cı il aprelin 08-dən mərkəzdə müşahidə altında olmaqla dəfələrlə stasionar müalicə almış, sonuncu dəfə 2017-ci il avqustun 15-dən 2017-ci il sentyabrın 13-dək «Şəxsiyyətin emosional davamsız pozuntusu. Kəkələmə» diaqnozu ilə stasionar müalicədə olmuş, xəstənin adına olan 438/2047107-2017 saylı xəstəlik tarixinin kserosurəti məktuba əlavə edilmişdir (1-ci cild, iş vərəqi 187-198). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2020-ci il oktyabrın 21-də tərtib etdiyi tələbnamədən və məhkəmə qərarlarının kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 2002-ci il 06 mart tarixli hökmü əsasında Azərbaycan Respublikasının CMnin 185.1.-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Qusar Rayon Məhkəməsinin 2002-ci il 07 noyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 221.1.-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla Azərbaycan Respublikasının CM-nin 67-ci maddəsinə əsasən Quba Rayon Məhkəməsinin 2002-ci il 06 mart tarixli hökmü ilə hazırkı hökm birləşdirilib üzərində qəti olaraq 11 ay 10 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, 2003-cü il mayın 06-da Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2003-cü il 02 may tarixli qərarı əsasında 05 ay 15 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilmişdir (1-ci cild, iş vərəqi 202-204; 2-ci cild, iş vərəqi 10 və 13-15). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X16-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair 2020-ci il 21 sentyabr tarixli 636 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol tərəfli hemopnevmotoraksla müşayiət olunan döş boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yara, burun, sol kürək, sağ qabırğaaltı, sağ çiyin oynağı, hər iki bazu, hər iki böyür, hər iki süd vəzisi, epiqastral və sağ bud nahiyələrinin deşilmiş-kəsilmiş və kəsilmiş yaraları deşici-kəsici alətin (ola bilsin ekspertizaya təqdim edilən bıçağın) təsirindən törənməklə müddəti 2020-ci il avqustun 24nə uyğundur, bu xəsarətlərdən sol tərəfli hemopnevmotoraksla müşayiət olunmuş döş boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yara dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, burun, sol kürək, sağ qabırğaaltı, sağ çiyin oynağı, hər iki bazu, hər iki böyür nahiyələrinin boşluqlara keçməyən deşilmiş-kəsilmiş yaraları dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olub digər xəsarətlər – hər iki süd vəzisi, epiqastral və sağ bud nahiyələrinin səthi kəsilmiş yaraları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir (1-ci cild, iş vərəqi 236-237). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Respublika Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-ballistik və məhkəmə-trasoloji ekspertizasına dair 2020-ci il 13 noyabr tarixli 3/1293, 3/1294, 3/1295 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı istifadəyə yararlı olmaqla üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir; üzərində «Zərərçəkmiş şəxs...» yazı qeydləri olan bağlamadan aşkar edilmiş qısaqol köynəyin, büstqalterin, tumanın səthində rəyin tədqiqi hissəsində ölçüsü, yerləşmə nahiyyələri göstərməklə təsvir edilən zədələr vardır, qısaqol köynəyin, büstqalterin, tumanın səthindəki zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq və sair) təsirindən yaranmağa xarakterik olan deşilib-kəsilmə zədələridir, ekspertiza tədqiqatının dəyəri 192 manatdır (1-ci cild, iş vərəqi 240-244). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Respublika Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasına dair 2020-ci il 11 noyabr tarixli 6/2169 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs geyim paltarlarının üzərində aşkarlanmış kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs koftasının üzərindən aşkar edilmiş tünd qırmızı rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs köynəyinin tərkib liflərinə uyğun gəlir; sonuncunun köynəyinin üzərində tapılan qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs koftasının tərkib liflərinə uyğun gəlir, ekspertiza tədqiqatının dəyəri 114 manatdır (1-ci cild, iş vərəqi 247-252). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasına dair 2020-ci il 30 oktyabr tarixli 2180 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız tip şəxsiyyət pozuntusu aşkar edilməklə bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırkı psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə yeniyetmə yaşlarından əsəbi, hövsələsiz olması, əsəbi gərginliklər zamanı kəsmələrlə özünə xəsarətlər yetirməsi, Quba Rayonlararası Psixonevroloji Mərkəzində psixiatrik qeydiyyata götürülərək orada və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında «Oyanıq tipli şəxsiyyət pozuntusu» diaqnozu ilə stasionar müalicələrdə olması, hazırkı müayinə zamanı onda müəyyən edilən əsəbiliyi, emosional qeyri-sabitliyi, əhvalının dəyişkənliyi və sair) sübut edir, sonuncu ittiham edildiyi əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan anlaqlı hesab edilməlidir, Azərbaycan Respublikasının CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur, əməl törədilərkən sonuncunun psixi-emosional vəziyyətində hirslilik, qəzəb yaranmaqla həmin halın yaranması onda müəyyən edilən emosional davamsız şəxsiyyət pozuntusu ilə şərtləşmişdir, Təqsirləndirilən şəxs hadisə zamanı fizioloji affekt halında olmamışdır (2-ci cild, iş vərəqi 3-5). İş materiallarındakı Xaçmaz Rayon Prokurorluğunun tərtib etdiyi 2020-ci il 07 dekabr tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə üzləşdirilərkən birincisi ifadəsini təsdiq etmiş, sonuncu onun dedikləri ilə razılaşdığını bildirmişdir (2-ci cild, iş vərəqi 23-25). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X16-Təcrübi və Tədris Birliyi» publik hüquqi şəxsinin maddi sübutların ekspertizasına dair 2020-ci il 08 dekabr tarixli 939/2020-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti təsdiq edən sənədin axtarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu O (l), Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə görə ABO sistemi üzrə qan qrupu A (İİ)-dir; ekspertizaya təqdim olunan yeddi ədəd daş parçası, iki ədəd pambıq topası, Zərərçəkmiş şəxs məxsus kofta, büstqalter, alt tuman, Təqsirləndirilən şəxs məxsus bir cüt ayaqqabı üzərində aşkarlanan insan qanı ləkələrində qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda A və H antigenləri alınmaqla bu qan ləkələri A-beta(H)(İİ) qruplu bir şəxsə, o cümlədən əgər qanında müşayiətçi H antiqeni vardırsa, Zərərçəkmiş şəxs məxsus ola bilər (2-ci cild, iş vərəqi 28-34). İş materiallarında olan Xaçmaz Rayon Prokurorluğunun 2020-ci il 07 dekabr tarixli qərarından görünür ki, ********* №-li cinayət işi üzrə tiyəsinin uzunluğu 131 mm, orta hissədən eni 19 mm, maksimal qalınlığı 22 mm olmaqla bir tərəfi küt, digər tərəfi kəsici, uc hissəsi deşici xassəyə malik, dəstəyi qəhvəyi rəngli taxta materialdan olmaqla uzunluğu 134 mm, orta hissədən eni 33 mm, orta hissədən qalınlığı 22 mm olan bir ədəd mətbəx bıçağının, üzərində qana bənzər ləkələr olan beş ədəd çay daşının və bir ədəd pambıq parçasının, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd qara rəngli qısaqol köynəyin, bir ədəd ağ rəngli büstqalterin və bir ədəd ağ rəngli tumanın, Təqsirləndirilən şəxs məxsus bir ədəd tünd zoğalı rəngli yaxası düyməli uzunqol köynəyin, bir ədəd qara rəngli şalvarın və bir ədəd qara rəngli ayaqqabının iş üzrə maddi sübut kimi tanınıb prokurorluğun maddi sübutları saxlama otağında saxlanılması qərara alınmışdır (2-ci cild, iş vərəqi 36-38). İş materiallarında olan Xaçmaz Rayon Prokurorluğunun 2020-ci il 08 dekabr tarixli sübutların qiymətləndirilməsi və eyni tarixli qərarlarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 29, 120.1.-ci maddəsindən həmin Məcəllənin 29, 120.2.4.-cü maddəsinə tövsif edilərək sonuncuya qeyd olunan maddə ilə yeni məzmunda yenidən ittiham elan olunmuş, sonuncunun əməlində Azərbaycan Respublikasının CM-nin 120.2.2.-ci, 221-ci və 228-ci maddələrinin tərkib əlamətləri müəyyən edilmədiyindən həmin xüsusiyyət üzrə cinayət təqibinin başlanması rədd edilmiş, tiyəsinin uzunluğu 131 mm, orta hissədən eni 19 mm, maksimal qalınlığı 22 mm olmaqla bir tərəfi küt, digər tərəfi kəsici, uc hissəsi deşici xassəyə malik, dəstəyi qəhvəyi rəngli taxta materialdan olmaqla uzunluğu 134 mm, orta hissədən eni 33 mm, orta hissədən qalınlığı 22 mm olan bir ədəd mətbəx bıçağının, üzərində qana bənzər ləkələr olan beş ədəd çay daşının və bir ədəd pambıq parçasının, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd qara rəngli qısaqol köynəyin, bir ədəd ağ rəngli büstqalterin və bir ədəd ağ rəngli tumanın, Təqsirləndirilən şəxs məxsus bir ədəd tünd zoğalı rəngli yaxası düyməli uzunqol köynəyin, bir ədəd qara rəngli şalvarın və bir ədəd qara rəngli ayaqqabının iş üzrə maddi sübut kimi tanınması nəzərə alınmışdır (2-ci cild, iş vərəqi 39-52). Məhkəməyə təqdim edilən notariat qaydasında təsdiq olunmuş 2021-ci il 16 mart tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir iddiası və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəməyə təqdim olunan 2021-ci il 04 may və 2021-ci il 06 iyul tarixli teleqramlardan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29, 120.2.4.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 29, 120.2.4.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürməyə cəhd etməməsi, sadəcə qorxutmaq üçün sonuncuya bıçaq zərbələri yetirməsi barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri özününüdafiə xarakteri daşımaqla seçmiş olduğu bu cür taktika tərəfindən heç də kifayət qədər əsaslandırılmamışdır. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün qismən etirafedici, şahidlərin ifadələri, məhkəmə iclasında elan edilərək tədqiq olunan zərər çəkmiş şəxsin və şahidin ifadələri, baxış, götürmə və başqa istintaq hərəkəti protokolları, maddi sübutlar, ekspertiza rəyləri, habelə cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən toplanılmış digər mötəbər sübutların məcmusu ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59.1.4.-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasının, 59.1.10.-cu maddəsinə müvafiq olaraq sonuncunun könüllü gəlib təqsirini boynuna almasının işdə cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə almaqla əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxsin ondan şikayətçi olmadığını, xəstəliyini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8.-ci, 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2012-ci il 2 aprel tarixli Qərarının 3-cü maddəsi Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsində qeyd olunan «bu Məcəllənin 59.1.9 və 59.1.10cu maddələrində» müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikasının CM-nin 63.3.-cü maddəsinə uyğun olaraq, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3.-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədıyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Xaçmaz Rayon Prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilən tiyəsinin uzunluğu 131 mm, orta hissədən eni 19 mm, maksimal qalınlığı 22 mm olmaqla bir tərəfi küt, digər tərəfi kəsici, uc hissəsi deşici xassəyə malik, dəstəyi qəhvəyi rəngli taxta materialdan olmaqla uzunluğu 134 mm, orta hissədən eni 33 mm, orta hissədən qalınlığı 22 mm olan bir ədəd mətbəx bıçağı, üzərində qana bənzər ləkələr olan beş ədəd çay daşı və bir ədəd pambıq parçası, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd qara rəngli qısaqol köynək, bir ədəd ağ rəngli büstqalter və bir ədəd ağ rəngli tuman, Təqsirləndirilən şəxs məxsus bir ədəd tünd zoğalı rəngli yaxası düyməli uzunqol köynək, bir ədəd qara rəngli şalvar və bir ədəd qara rəngli ayaqqabı məhv edilməli, bir ədəd CD diskinin cinayət işinə əlavə olunması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri – 306 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaqda hüquqlarının müdafiəsi Xaçmaz Rayon Vəkil Bürosunun vəkili X15 tərəfindən 52 iş saatı, məhkəmə istintaqında hüquqlarının müdafiəsi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 54 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X12 vəkil işlədiyi Xaçmaz Rayon Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 312 manat, Müdafiəçi vəkil işlədiyi «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 324 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2020-ci il avqustun 24-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29, 120.2.4.-cü maddəsi ilə təqsirli bilinərək 11 (on bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 2020-ci il avqustun 24-dən hesablansın. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri – 306 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X12 vəkil işlədiyi Xaçmaz Rayon Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 312 manat, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 324 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Xaçmaz rayon prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilən tiyəsinin uzunluğu 131 mm, orta hissədən eni 19 mm, maksimal qalınlığı 22 mm olmaqla bir tərəfi küt, digər tərəfi kəsici, uc hissəsi deşici xassəyə malik, dəstəyi qəhvəyi rəngli taxta materialdan olmaqla uzunluğu 134 mm, orta hissədən eni 33 mm, orta hissədən qalınlığı 22 mm olan bir ədəd mətbəx bıçağı, üzərində qana bənzər ləkələr olan beş ədəd çay daşı və bir ədəd pambıq parçası, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd qara rəngli qısaqol köynək, bir ədəd ağ rəngli büstqalter və bir ədəd ağ rəngli tuman, Təqsirləndirilən şəxs məxsus bir ədəd tünd zoğalı rəngli yaxası düyməli uzunqol köynək, bir ədəd qara rəngli şalvar və bir ədəd qara rəngli ayaqqabı məhv edilsin, bir ədəd CD diskinin cinayət işinə əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-643/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-643/2021
12.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver