Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-643/2024 07.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 16:35 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X9, X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun Vəkilləri Müdafiəçi3 və Müdafiəçi4, “Universal” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 1984-cü il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki ünvan 2ində ev dustalığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192.2.2-ci və 244-1.4-cü maddələri ilə, xx xxx 1992-ci il tarixdə Sabirabad rayonunun Qaratəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Sabirabad rayonu, Qaratəpə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192.2.2-ci və 244-1.4-cü maddələri ilə xx xxx 1998-ci il tarixdə Sabirabad rayonunun Nərimankənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Sabirabad rayonu, Nərimankənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192.2.2-ci və 244-1.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Cinayət işinin ibtidai istintaq materiallarına əsasən, Təqsirləndirilən şəxs1 ittiham verilmişdir ona görə ki, o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqla məşğul olmuş, qabaqcadan əlbir olan bir qrup şəxs halında internet İnformasiya ehtiyatlarından və informasiya- telekommunikasiya şəbəkələrindən İstifadə edib xüsusilə külli miqdarda gəlir əldə edərək qumar oyunlarını təşkil edib keçirmişdir. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, Azərbaycan Respublikası ərazisində qumar oyunlarının keçirilməsinin qadağan olunmasına baxmayaraq tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, qumar oyunları təşkil edərək, hər hansı ünvana gəlmədən xarici ölkə mobil operatorlarında qeydiyyatdan keçmiş mobil telefon nömrələri ilə “WhatsApp” mobil telefon proqramında yazışma bölməsi vasitəsi ilə əlaqə saxlamaqla xarici informasiya resurslarında yaradılmış internet saytlarına veriləcək müvafiq “login” və “parol”dan istifadə edib daxil olmaqla və uduş olduğu halda yüksək qazanc əldə etmək şərti ilə qumar oyunları olan mərclərdə iştirak etmək imkanlarına malik olduqlarını bildirib 2021-2022-ci illər ərzində Bakı şəhəri ərazisində istintaqa məlum olmayan ünvanda xidmət göstərilməsindən ibarət qanunsuz sahibkarlıq, yəni faktiki olaraq qumar oyunlarının həyata keçirilməsi fəaliyyəti ilə məşğul olaraq gəlir əldə etmək məqsədilə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, oyunlarda iştirak edən şəxslər tərəfindən ödəniş terminalları və digər vasitələr ilə 2021-ci il ərzində təqdim olunan bank hesab kartlarına, o cümlədən, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 adına "xxxx" ASC-də olan 416974******4988 nömrəli bank kartı hesabına 2021-ci ildə 1.858 manat, Təqsirləndirilən şəxs2 adına "xxxx" ASC-də olan 416973******2835 nömrəli bank kartı hesabına 2021-ci ildə 58.819,30 manat, 416973******6509 nömrəli bank kartı hesabına 2021-ci ildə 55.573,50 manat olmaqla, cəmi 114.392,80 manat, habelə öz adına "xxxx" ASC-də olan 416973******6085 nömrəli bank kartı hesabına 2021-ci ildə 87.795,59 manat, 416973******5087 nömrəli bank kartı hesabına 2021-ci ildə 59.205,19 manat, 416973******9440 nömrəli bank kartı hesabına 2021-ci ildə 33.132 manat olmaqla, cəmi 180.132,78 manat, ümumilikdə 296.383,58 manat (iki yüz doxsan altı min üç yüz səksən üç manat əlli səkkiz qəpik) məbləğində pul vəsaitinin vahid niyyətlə köçürülməsinə nail olub Bakı şəhəri ərazisində istintaqa məlum olmayan ünvanda qanunsuz fəaliyyətləri nəticəsində külli miqdarda həmin pul vəsaitini vahid niyyətlə gəlir qismində "xxxx" ASC-yə məxsus müxtəlif ünvanlarda yerləşən bankomatlardan nağdlaşdırmaqla əldə edib qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və qeyriləri ilə aralarında bölməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz sahibkarlıqla məşğul olmuşdur. Bundan başqa ittiham aktına əsasən Təqsirləndirilən şəxs1 pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər), yəni qumar oyunlarını təşkil edib keçirmək məqsədilə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, qumar oyunları təşkil edərək, hər hansı ünvana gəlmədən xarici ölkə mobil operatorlarında qeydiyyatdan keçmiş mobil telefon nömrələri ilə “WhatsApp” mobil telefon proqramında yazışma bölməsi vasitəsi ilə əlaqə saxlamaqla xarici informasiya resurslarında yaradılmış internet saytlarına veriləcək müvafiq “loqin” və “parol”dan istifadə edib daxil olmaqla və uduş olduğu halda yüksək qazanc əldə etmək şərti İlə qumar oyunları olan mərclərdə iştirak etmək imkanlarına malik olduqlarını bildirib Bakı şəhəri ərazisində istintaqa məlum olmayan ünvanda xidmət göstərilməsindən ibarət qumar oyunlarının həyata keçirilməsi fəaliyyəti ilə məşğul olaraq gəlir əldə etmək məqsədilə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, oyunlarda iştirak edən şəxslər tərəfindən ödəniş terminalları və digər vasitələr ilə 2022-ci il ərzində təqdim olunan bank hesab kartlarına, o cümlədən, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 adına "xxxx" ASC-də olan "xxxx" ASC-də olan 416974******4988 nömrəli bank kartı hesabına 2022-ci ildə 6.959 manat, 416973******1717 nömrəli bank kartı hesabına 2022-ci ildə 85.873,44 manat, 416973******7347 nömrəli bank kartı hesabına 2022-ci ildə 44.319,50 manat, "xxxx" ASCdə olan bank hesabına 2022-ci ildə 14.644,20 manat, "xxxx" ASC-də ************ 1752 nömrəli bank kartı hesabına 27.948,16 manat olmaqla, cəmi 179.744,30 manat, Təqsirləndirilən şəxs2 adına "xxxx" ASC-də olan 416973******5366 nömrəli bank kartı hesabına 2022-ci ildə 49.841,32 manat, 416973******2509 nömrəli bank kartı hesabına 2022-ci ildə 4.792,72 manat, 416973******2835 nömrəli bank kartı hesabına 2022-ci ildə 647 manat, "xxxx" ASC-də olan bank hesabına 2022-ci ildə 27.918,24 manat olmaqla, cəmi 83.199,28 manat, habelə öz adına "xxxx" ASC-də olan 416973******6085 nömrəli bank kartı hesabına 2022-ci ildə 10 manat, 5239******9440 nömrəli bank kartı hesabına 2022-ci ildə 327.520,44 manat, "xxxx" ASC-də olan bank hesabına 2022-ci ildə 8.149,81 manat olmaqla, cəmi 335.680,25 manat, ümumilikdə 598.623,83 manat (beş yüz doxsan səkkiz min altı yüz iyirmi üç manat səksən üç qəpik) məbləğində pul vəsaitinin vahid niyyətlə köçürülməsinə nail olub xüsusilə külli miqdarda həmin pul vəsaitini vahid niyyətlə gəlir qismində "xxxx" ASC, "xxxx" ASC və "xxxx" ASC-yə məxsus müxtəlif ünvanlarda yerləşən bankomatlardan nağdlaşdırmaqla əldə etməklə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və qeyriləri ilə aralarında bölməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə edib xüsusilə külli miqdarda gəlir əldə edərək qumar oyunlarını təşkil edib keçirmişdir. Cinayət işinin ibtidai istintaq materiallarına əsasən, Təqsirləndirilən şəxs2 ittiham verilmişdir ona görə ki, o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqla məşğul olmuş, qabaqcadan əlbir olan bir qrup şəxs halında internet informasiya ehtiyatlarından və informasiya- telekommunikasiya şəbəkələrindən istifadə edib xüsusilə külli miqdarda gəlir əldə edərək qumar oyunlarını təşkil edib keçirmişdir. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, Azərbaycan Respublikası ərazisində qumar oyunlarının keçirilməsinin qadağan olunmasına baxmayaraq tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, qumar oyunları təşkil edərək, hər hansı ünvana gəlmədən xarici ölkə mobil operatorlarında qeydiyyatdan keçmiş mobil telefon nömrələri ilə “WhatsApp” mobil telefon proqramında yazışma bölməsi vasitəsi ilə əlaqə saxlamaqla xarici informasiya resurslarında yaradılmış internet saytlarına veriləcək müvafiq “login” və “parol”dan istifadə edib daxil olmaqla və uduş olduğu halda yüksək qazanc əldə etmək şərti ilə qumar oyunları olan mərclərdə iştirak etmək imkanlarına malik olduqlarını bildirib 2021-2022-ci illər ərzində Bakı şəhəri ərazisində istintaqa məlum olmayan ünvanda xidmət göstərilməsindən ibarət qanunsuz sahibkarlıq, yəni faktiki olaraq qumar oyunlarının həyata keçirilməsi fəaliyyəti ilə məşğul olaraq gəlir əldə etmək məqsədilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, oyunlarda iştirak edən şəxslər tərəfindən ödəniş terminalları və digər vasitələr ilə 2021- ci il ərzində təqdim olunan bank hesab kartlarına, o cümlədən, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 adına "xxxx" ASC-də olan 416974******4988 nömrəli bank kartı hesabına 2021-ci ildə 1.858 manat, öz adına "xxxx" ASC-də olan 416973******2835 nömrəli bank kartı hesabına 2021-ci ildə 58.819,30 manat, 416973******6509 nömrəli bank kartı hesabına 2021-ci ildə 55.573,50 manat olmaqla, cəmi 114.392,80 manat, habelə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 adına "xxxx" ASC-də olan 416973******6085 nömrəli bank kartı hesabına 2021-ci ildə 87.795,59 manat, 416973******5087 nömrəli bank kartı hesabına 2021-ci ildə 59.205,19 manat, 416973******9440 nömrəli bank kartı hesabına 2021-ci ildə 33.132 manat olmaqla, cəmi 180.132,78 manat, ümumilikdə 296.383,58 manat (iki yüz doxsan altı min üç yüz səksən üç manat əlli səkkiz qəpik) məbləğində pul vəsaitinin vahid niyyətlə köçürülməsinə nail olub Bakı şəhəri ərazisində istintaqa məlum olmayan ünvanda qanunsuz fəaliyyətləri nəticəsində külli miqdarda həmin pul vəsaitini vahid niyyətlə gəlir qismində "xxxx" ASC-yə məxsus müxtəlif ünvanlarda yerləşən bankomatlardan nağdlaşdırmaqla əldə edib qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və qeyriləri ilə aralarında bölməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz sahibkarlıqla məşğul olmuşdur. Bundan başqa ittiham aktına əsasən Təqsirləndirilən şəxs2 pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər), yəni qumar oyunlarını təşkil edib keçirmək məqsədilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, qumar oyunları təşkil edərək, hər hansı ünvana gəlmədən xarici ölkə mobil operatorlarında qeydiyyatdan keçmiş mobil telefon nömrələri ilə “WhatsApp” mobil telefon proqramında yazışma bölməsi vasitəsi ilə əlaqə saxlamaqla xarici informasiya resurslarında yaradılmış internet saytlarına veriləcək müvafiq “loqin” və “parol”dan istifadə edib daxil olmaqla və uduş olduğu halda yüksək qazanc əldə etmək şərti ilə qumar oyunları olan mərclərdə iştirak etmək imkanlarına malik olduqlarını bildirib Bakı şəhəri ərazisində istintaqa məlum olmayan ünvanda xidmət göstərilməsindən ibarət qumar oyunlarının həyata keçirilməsi fəaliyyəti ilə məşğul olaraq gəlir əldə etmək məqsədilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, oyunlarda iştirak edən şəxslər tərəfindən ödəniş terminalları və digər vasitələr ilə 2022-ci il ərzində təqdim olunan bank hesab kartlarına, o cümlədən, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 adına "xxxx" ASC-də olan 16974******4988 nömrəli bank kartı hesabına 2022-ci ildə 6.959 manat, 416973******1717 nömrəli bank kartı hesabına 2022-ci ildə 85.873,44 manat, 416973******7347 nömrəli bank kartı hesabına 2022-ci ildə 44.319,50 manat, "xxxx" ASC-də olan bank hesabına 2022-ci ildə 14.644,20 manat, "xxxx" ASC-də ************! 752 nömrəli bank kartı hesabına 27.948,16 manat olmaqla, cəmi 179.744,30 manat, öz adına "xxxx" ASC-də olan 416973******5366 nömrəli bank kartı hesabına 2022-ci İldə 49.841,32 manat, 416973******2509 nömrəli bank kartı hesabına 2022-ci ildə 4.792,72 manat, 416973******2835 nömrəli bank kartı hesabına 2022-ci ildə 647 manat, "xxxx" ASC-də olan bank hesabına 2022-ci ildə 27.918,24 manat olmaqla, cəmi 83.199,28 manat, habelə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 adına "xxxx" ASC-də olan 416973******6085 nömrəli bank kartı hesabına 2022-ci ildə 10 manat, 5239******9440 nömrəli bank kartı hesabına 2022-ci ildə 327.520,44 manat, "xxxx" ASC-də olan bank hesabına 2022-ci ildə 8.149,81 manat olmaqla, cəmi 335.680,25 manat, ümumilikdə 598.623,83 manat (beş yüz doxsan səkkiz min altı yüz iyirmi üç manat səksən üç qəpik) məbləğində pul vəsaitinin vahid niyyətlə köçürülməsinə nail olub xüsusilə külli miqdarda həmin pul vəsaitini vahid niyyətlə gəlir qismində "xxxx" ASC, "xxxx" ASC və "xxxx" ASC-yə məxsus müxtəlif ünvanlarda yerləşən bankomatlardan nağdlaşdırmaqla əldə etməklə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və qeyriləri ilə aralarında bölməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə edib xüsusilə külli miqdarda gəlir əldə edərək qumar oyunlarını təşkil edib keçirmişdir. Cinayət işinin ibtidai istintaq materiallarına əsasən, Təqsirləndirilən şəxs3 ittiham verilmişdir ona görə ki, o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqla məşğul olmuş, qabaqcadan əlbir olan bir qrup şəxs halında internet informasiya ehtiyatlarından və informasiya- telekommunikasiya şəbəkələrindən istifadə edib xüsusilə külli miqdarda gəlir əldə edərək qumar oyunlarını təşkil edib keçirmişdir. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, Azərbaycan Respublikası ərazisində qumar oyunlarının keçirilməsinin qadağan olunmasına baxmayaraq tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, qumar oyunları təşkil edərək, hər hansı ünvana gəlmədən xarici ölkə mobil operatorlarında qeydiyyatdan keçmiş mobil telefon nömrələri ilə “WhatsApp” mobil telefon proqramında yazışma bölməsi vasitəsi ilə əlaqə saxlamaqla xarici informasiya resurslarında yaradılmış internet saytlarına veriləcək müvafiq “login” və “parol”dan istifadə edib daxil olmaqla və uduş olduğu halda yüksək qazanc əldə etmək şərti ilə qumar oyunları olan mərclərdə iştirak etmək imkanlarına malik olduqlarını bildirib 2021-2022-ci illər ərzində Bakı şəhəri ərazisində istintaqa məlum olmayan ünvanda xidmət göstərilməsindən ibarət qanunsuz sahibkarlıq, yəni faktiki olaraq qumar oyunlarının həyata keçirilməsi fəaliyyəti ilə məşğul olaraq gəlir əldə etmək məqsədilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, oyunlarda iştirak edən şəxslər tərəfindən ödəniş terminalları və digər vasitələr ilə 2021-ci il ərzində təqdim olunan bank hesab kartlarına, o cümlədən, öz adına "xxxx" ASC-də olan 416974******4988 nömrəli bank kartı hesabına 2021-ci ildə 1.858 manat, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 adına "xxxx" ASC-də olan 416973******2835 nömrəli bank kartı hesabına 2021-ci ildə 58.819,30 manat, 416973******6509 nömrəli bank kartı hesabına 2021-ci ildə 55.573,50 manat olmaqla, cəmi 114.392,80 manat, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 adına "xxxx" ASC-də olan 416973******6085 nömrəli bank kartı hesabına 2021-ci ildə 87.795,59 manat, 416973******5087 nömrəli bank kartı hesabına 2021-ci ildə 59.205,19 manat, 416973******9440 nömrəli bank kartı hesabına 2021-ci ildə 33.132 manat olmaqla, cəmi 180.132,78 manat, ümumilikdə 296.383,58 manat (iki yüz doxsan altı min üç yüz səksən üç manat əlli səkkiz qəpik) məbləğində pul vəsaitinin vahid niyyətlə köçürülməsinə nail olub Bakı şəhəri ərazisində istintaqa məlum olmayan ünvanda qanunsuz fəaliyyətləri nəticəsində külli miqdarda həmin pul vəsaitini vahid niyyətlə gəlir qismində "xxxx" ASC-yə məxsus müxtəlif ünvanlarda yerləşən bankomatlardan nağdlaşdırmaqla əldə edib qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və qeyriləri ilə aralarında bölməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz sahibkarlıqla məşğul olmuşdur, Bundan başqa ittiham aktına əsasən Təqsirləndirilən şəxs3 pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər), yəni qumar oyunlarını təşkil edib keçirmək məqsədilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, qumar oyunları təşkil edərək, hər hansı ünvana gəlmədən xarici ölkə mobil operatorlarında qeydiyyatdan keçmiş mobil telefon nömrələri ilə “whatsApp” mobil telefon proqramında yazışma bölməsi vasitəsi ilə əlaqə saxlamaqla xarici informasiya resurslarında yaradılmış internet saytlarına veriləcək müvafiq “loqin” və “parol’dan istifadə edib daxil olmaqla və uduş olduğu halda yüksək qazanc əldə etmək şərti ilə qumar oyunları olan mərclərdə iştirak etmək imkanlarına malik olduqlarını bildirib Bakı şəhəri ərazisində istintaqa məlum olmayan ünvanda xidmət göstərilməsindən ibarət qumar oyunlarının həyata keçirilməsi fəaliyyəti ilə məşğul olaraq gəlir əldə etmək məqsədilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, oyunlarda iştirak edən şəxslər tərəfindən ödəniş terminalları və digər vasitələr ilə 2022-ci il ərzində təqdim olunan bank hesab kartlarına, o cümlədən, öz adına "xxxx" ASC-də olan 416974******4988 nömrəli bank kartı hesabına 2022-ci ildə 6.959 manat, 416973******1717 nömrəli bank kartı hesabına 2022-ci ildə 85.873,44 manat, 416973******7347 nömrəli bank kartı hesabına 2022-ci ildə 44.319,50 manat, "xxxx" ASC-də olan bank hesabına 2022-ci ildə 14.644,20 manat, "xxxx" ASC-də ************!752 nömrəli bank kartı hesabına 27.948,16 manat olmaqla, cəmi 179.744,30 manat, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 adına "xxxx" ASC-də olan 416973******5366 nömrəli bank kartı hesabına 2022-ci ildə 49.841,32 manat, 416973******2509 nömrəli bank kartı hesabına 2022-ci ildə 4.792,72 manat, 416973******2835 nömrəli bank kartı hesabına 2022-ci ildə 647 manat, "xxxx" ASC-də olan bank hesabına 2022-ci ildə 27.918,24 manat olmaqla, cəmi 83.199,28 manat, habelə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 adına "xxxx" ASC-də olan 416973******6085 nömrəli bank kartı hesabına 2022-ci ildə 10 manat, 5239******9440 nömrəli bank kartı hesabına 2022-ci ildə 327.520,44 manat, "xxxx" ASC-də olan bank hesabına 2022-ci ildə 8.149,81 manat olmaqla, cəmi 335.680,25 manat, ümumilikdə 598.623,83 manat (beş yüz doxsan səkkiz min altı yüz iyirmi üç manat səksən üç qəpik) məbləğində pul vəsaitinin vahid niyyətlə köçürülməsinə nail olub xüsusilə külli miqdarda həmin pul vəsaitini vahid niyyətlə gəlir qismində "xxxx" ASC, "xxxx" ASC və "xxxx" ASC-yə məxsus müxtəlif ünvanlarda yerləşən bankomatlardan nağdlaşdırmaqla əldə etməklə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və qeyriləri ilə aralarında bölməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində internet İnformasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə edib xüsusilə külli miqdarda gəlir əldə edərək qumar oyunlarını təşkil edib keçirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, ünvan 6 ünvanında qeydiyyatdadır. Bakı şəhərində kirayədə yaşamışdır. 4-cü sinfi bitirəndən sonra atası Tapdıqla 1997-ci ildə Rusiyaya çıxıb getmişdir. 2008-ci ilə kimi X35 şəhərində atası və anası ilə yaşamışdır. Rusiyaya gedəndə 10 yaşı olmuşdur. Daha orada məktəbə də getməmişdir. Həm rus dilini bilməmiş, həm də oxumağa həvəsi olmamışdır. Elə gününü oyun salonlarında keçirmişdir. Ailəlidir, 6 yaşında bir qızı vardır. Həyat yoldaşı Rusiya vətəndaşıdır, azərbaycanlıdır. 2018-ci ildə Bakıya qayıtmış, elə həmin ili müəyyən mübahisə ilə bağlı həbs cəzası almış, 2021-ci ilin may ayında şərti olaraq cəzadan azad edilmişdir. Heç bir məşğuliyyəti, iş-gücü olmadığından pul qazanmaq üçün nəsə bir peşə, iş, məşğuliyyət axtarmışdır. Avtomobil icarəsi fəaliyyətinə qoşulmuşdur. Amma qazancı az olmuş, atasının hesabına yaşamaq ona ağır gəlmişdir. 2021-ci ilin təxminən yay aylarında Bakı şəhərində metronun “Əhmədli” stansiyasının yaxınlığında yerləşən bir kafedə əslən İmişli rayonundan olan Ramin adlı şəxslə tanış olmuşdur. Onun adını ona cəza çəkdiyi vaxtda başqa tutulmuş şəxs vermişdir. O, Raminə pul qazanmaq üçün ona bir münasib iş lazım olduğnu demiş, Ramin də ona internetdə keçirilən qumar oyunlarından danışaraq Xəyal adlı tanışı olduğunu, onun belə oyun işlətdiyini, onunla işləyib pul qazana biləcəyini bildirmişdir. Amma Ramin oyun barədə nə qədər danışsa da o, bu işi başa düşə bilməmişdir. Çünki o, yazıb-oxumağı və ya telefonda mesaj yazmağı bacarmadığı üçün bu işin onluq olmadığını bildirmişdir. Ramin isə ona “onda bir-iki nəfər etibarlı adam tap, onları bu işə qoşaq, onlara da, sənə də gündəlik qazanc verək” deyə bildirmişdir. Raminin deməsinə görə ona gündəlik 30 manat, bu işə qoşacağı adamlara isə gündəlik 15-20 manat veriləcəkdi. O da bu barədə tanışı Elxana deyərək onu Xəyala qoşmuş, Elxan isə öz qaynı Namili bu işə cəlb etmişdir. O, əvvəllər Namili tanımamışdır. Beləliklə, onlar birlikdə Xəyalın işçisi olan Raminlə işləməyə başlamışlar. Onun bildiyinə görə Xəyal da kimlərinsə işçisi olmaqla bu oyunları internet üzərindən işlətmişdir. Elxan və Namil təxminən dörd-beş ay bu işlə məşğul olmuşlar, günün 12 saatını Elxan, 12 saatını isə Namil işləmişdir. Həmin oyunlar haqqında bildiyi budur ki, həmin oyunun mərkəzi Ukraynadadır, onu Azərbaycanda sayt yaratmaqla alan şəxslər var, kassa Xəyalda və bu oyunu aparan başqa şəxslərdə olmuşdur. Bu oyunu Azərbaycanda oynadan onlarla şəxs var ki, bu yolla pul qazanırlar. Kassa internetdə olmuşdur. Yəni, kiminsə adına Ukraynaya pul müqabilində bonus hesabı yaradılmış, sonra “İnstaqram”da kazino oyunlarına dəvət üçün telefon nömrəsi yerləşdirilmiş, kazino oyunlarının qaydaları və şərtləri izah olunmuşdur. Bu oyunu oynamaq istəyən müştərilər Xəyalgilin verdiyi həmin telefon nömrəsinin “WhatsApp”na sadəcə “Salam” yazaraq oyun oynamaq istədiklərini bildirmişlər, Elxan və Namil də bank kartının nömrəsini həmin müştəriyə göndərmişlər. Müştəri bank kartına oyun üçün nə qədər pul yükləmişsə, Xəyalgilin başa saldığı kimi Namil və ya Elxan kassadan 20 faiz bonusla onlara kod göndərmişdir. Müştəri də kodu kopyalayaraq oyun səhifəsində ortadakı düyməni basmaqla oyun balans kassasına yerləşdirmiş və bəxtini sınamağa başlamışdır. Orada 15-20 oyun görünmüş, müştəri özü hansı oyunu istəyirsə onu seçib oynamışdır. Yerləşdirilən pula görə müştəriyə verilən balansdan asılı olaraq müştəri pula uyğun oyun şansları əldə etmişdir. Müştərinin bəxti gətirərərk 3 eyni simvol, yəni meyvə şəkilləri yanaşı olanda uduş məbləği görünmüşdür. Müştəri də həmin uduş haqda Namilin və ya Elxanın “WhatsApp”na məlumat göndərmişdir. Namil və Elxan isə uduş məbləğini həmin müştərinin onlara atdığı bank kart nömrəsinə göndərmişlər. Bu oyunlarda uduş şansı təxminən 80 faiz olduğundan və çox insanlar uduş əldə etdiyindən müştərilər şirnikləşərək oyuna qoşulmuşlar. Oyundan qalan 20 faiz isə qazanc hesab olunmuşdur. Həmin qazancdan gündəlik olaraq ona 30 manat, Elxana və Namilə isə 15-20 manat pul verilmişdir. Namilin və Elxanın qumar oyunlarını idarə etmək üçün istifadə etdikləri mobil telefonlar Xəyalın telefonları olmuş və nömrələr də ona məxsus olmuşdur. Xəyal onları işə götürəndə həm ona, həm də Namilə və Elxana demişdir ki, “əgər sizlərə kimsə dəyib dolaşsa ya da tutsalar, deyin ki, Xəyalın işçisiyəm. Onda sizə heç kim dəyibdolaşmayacaq, mənim yuxarılarla bu işə görə alış-verişim var”. Onlar da arxayın olub bu iş görməkdə ona kömək etmişlər. Elxanın və Namilin də adlarına bank kartları olmuş və Xəyalgil həmin kartlardan öz istədikləri kimi istifadə etmişlər. Onun adına da biri “Rabitə bank”dan, ikisi isə "xxxx"dan olmaqla 3 bank kartı olmuşdur. “Rabitə bank”dan olan kartında cəmi 10 manatlıq əməliyyat olmuş, "xxxx"ın bir kartı boş olmuş, digərində isə onun təxmini hesablamalarına görə 288 min manat əməliyyat olmuşdur. Lakin həmin əməliyyatların heç birinin qumar oyunlarına aidiyyəti olmamışdır. Belə ki, onun kartındakı pullar “Rentacar” işindən, maşınların icarəyə verilməsindən, tikinti şirkətində işləyən yeznəsi Hasil Mustafayevin adına köçürülən pullardan və ya əkin-biçin işləri ilə məşğul olan, kartof alveri edən atası Tapdığın köçürdüyü və ya çıxardığı pullardan ibarət olmuşdur. Qumar oyununlarına heç vaxt külli miqdarda pul köçürülməmiş, təxminən 10-20 manat pul köçürülmüşdür. Onun kartına isə bir nəfər də qumar oyunu üçün pul köçürməmişdir. Onun özü də belə oyun oynamış, amma qumar oynunu təşkil edib pul qazanmamışdır. Çünki yazıb-oxumağı bacarmır, təkcə rəqəmləri tanıyır. Namil və Elxan tutulanda, yəni Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılanda onların üzərində Xəyalın telefonları olmuş və onlar oyunun sahibinin Xəyal olduğunu bildirmişlər. Bundan sonra Türkiyədə olan Xəyalın qayıtmasını gözləmişlər və sonuncu qayıdandan sonra onu da Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırmışlar. Lakin Xəyal işini necə qurmuşsa onu Elxandan, Namildən və ondan ayırmışlar. Onu isə guya qumar oyununun “qlavarı” kimi Namil və Elxana qoşmuşlar və üçünün işinin birlikdə məhkəməyə göndərmişlər. Əvvəlki məhkumluğu ilə bağlı ona sərhəddə “stop” qoyulmuşdur. O, həmin “stop”u götüzdürüb Moskvada yaşayan arvad-uşağı ilə görüşmək üçün ora getmək istəmişdir. Buna görə vəkilə müraciət etmiş, vəkil də sənədlərini hazırlayıb Binəqədi Rayon Məhkəməsinə vermiş, məhkəmə onların tələbini təmin etmişdir. Bundan sonra Korrupsiyaya Qarşı Mübarizə İdarəsində onun haqqında istintaq aparan müstəntiqə özü öz təşəbbüsü ilə Moskva şəhərinə ailəsinin yanına gedib qayıdacağı barədə məlumat vermiş, halbuki sonuncu bu barəddə ondan heç nə soruşmamışdır. Bunu eşidən müstəntiq məhkəmənin qərarından apellyasiya şikayəti verdirmiş, onun vəkili ilə mübahisə etmişdir. 04 iyul 2023-cü il tarixdə müstəntiqlə birlikdə Apellyasiya Məhkəməsində olmuşlar. Məhkəmə onların protestini təmin etməmiş, onun xeyirnə qərar qəbul etmişdir. Bundan sonra iyul ayının 6-da Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməliyyat işçisi ona zəng edərək sabah, yəni 07 iyul 2023-cü il tarixdə saat 11-də həmin idarəyə onun yanına gəlməsini demişdir. O da dostu Rəfail və vəkili Bəxtiyarla birlikdə deyilən vaxtda Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin qarşısındakı parka gəlmiş və oradan öz telefonu ilə əməliyyatçıya zəng etmişdir. Əməliyyatçı ona müstəntiqə zəng edib onunla danışmasını demiş, o da müstəntiqə zəng etmişdir. Müstəntiq ona “içəri keç” dediyi üçün o, içəri keçib telefonunu təhvil vermiş və vəkili ilə birlikdə müstəntiqin kabinetinə gəlmişdir. İçəri keçib bir az söhbət edəndən sonra müstəntiq ona “səni qapadacam” deyə bildirmişdir. O, “nəyə görə, mən nə etmişəm?” deyə soruşanda müstəntiq “qumar oyunları təşkil etmisən” deyə cavab vemişdir. O, “mənim kartıma pul göndərən adamları çağır dindir, gör onlar qumar oynayanlardır, yoxsa mənim yaxınlarımdır?” dedikdə müstəniq “indi sən məni öyrədəcəksən, neyləmək lazımdı?” deyərək ona acıqlanmışdır. Beləliklə, aralarında xoşagəlməz söhbətlər baş vermişdir. Yekunda müstəntiq qəflətən onu tutmaq qərarına gəlmiş və tutmuşdur. Hətta müstəntiq ona “sən vəkilin Bəxtiyardan imtina et, sənə Xalid adlı vəkili verək, onunla iş görərsən” demiş, o isə bundan imtina etmişdir. Bundan sonra müstəniq onu barəsində həbs seçilməsi üçün məhkəməyə gətirmişdir. Amma o, müstəntiqin təklif etdiyi Xalid adlı vəkildən imtina etmiş, öz vəkili Bəxtiyar gəlib məhkəmədə iştirak etmişdir. O da məhkəmədə düzü nədisə hamısını demişdir. Müstəntiq məhkəmədə bilmişdir ki, guya o, qaçıb gizlənmək istəmiş, axtarışda olmuş, onu “Qənimətlər parkı”nda tutmuşlar. O məhkəmədə də izah etmişdir ki, onun belə bir niyyəti olmamış, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə özü getmiş, heç kim onu tutmamışdır. Amma yəqin ki, məhkəmə onun dediklərinə inanmamış, müstəntiqin dediklərinə inanaraq onu həbs etmişdir. Müstəntiq telefonunu da almış və indiyə kimi qaytarmamış, dediyinə görə guya Xəyalgilin işi qurtaranda qaytaracaqmış. Halbuki onun telefonunda qumar oyunları ilə bağlı heç nə yoxdur, olsa idi yəqin onu da sənədləşdirib işə tikərdilər. Xəyal, Ramin və adını xatırlamaığı bir nəfər şəxs üçlükdə işləmişlər. Böyük qumar oyunları quran, bu işi təşkil edərək qumar oyunları oynadan Əli, Elmidar, Yusif kimi şəxslər var. O, Elxan və Namil bu işdə yalnız gündəlik 20-30 manat pul almışlar, əsas qazanc başqa şəxslərə çatmışdır. Onun özü də qumar oyunları oynamış, həm udmuş, həm də uduzmuş, amma qumar oyunu təşkil etmək onun işi olmamışdır. Çünki, o bu işi bacarmır, heç yazıboxumağı da bilmir. Hazırda isə tövbə etmişdir, daha pis işlərlə məşğul olmur, yeganə istəyi ailəsinin, uşağının yanında olmaq, onları görməkdir. Təqsirləndirilən şəxs1 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, o, yazıb-oxumağı bacarmır. İbtidai istintaq zamanı bir nəfəri tərcüməçi kimi çağırsalar da o, müstəntiqin onun adından nə yazdığını bilməmişdir. Tutularkən tərcüməçi də olmamışdır. Ona hansısa kağızlara imza etdirmişlər, sonra isə məhkəməyə aparmışlar. Ona görə də ibtida istintaq zamanı ifadəsində nə yazılmasından xəbəri olmamışdır. Onun Ramin adlı bir tanışı olmuş, o da qumar oyunlarında onu Xəyalla tanış edən şəxsdir, başqa Ramin adlı tanışı yoxdur. O, Ramindən qumar oyunları təşkil etmək üçün ona köməklik göstərməsini xahiş etməmişdir. Əksinə, Ramin ona qumar oyununda iştirak etməyi, yəni bu oyunu təşkil edənlərin xidmətçiləri kimi işləməyi təklif etmiş, amma o, bu bu işi bacara bilmədiyimdən imtina etmişdir. Bir daha bildirir ki, qumar oyunlarını təşkil etmək üçün onun bacarığı yoxdur, bunu ancaq belə mürəkkəb işlərdən anlayan adam edə bilər. O, Elxana qumar oyunları üçün “Real Kazino” adlı səhifə yaratmağı tapşırmamış, qumar oyunu təşkil etməmiş, bununla bağlı elan yerləşdirməmişdir. X159 tapşırığı ilə və onların yaratdığı oyunları icra etməklə yerinə yetirə bilərdi. O, heç kimin kartına 20000 manat pul köçürməmişdir. Raminin qumar oyunlarından Xəyalla birlikdə nə qədər pul qazandığını bilmir. O, Raminlə birlikdə işləməmiş və onunla da 30000 manat pul qazanmamışdır. Ramil heç vaxt qumar oyunundan əldə ediləcək gəlirin 70 faizinin Xəyala, 30 faizinin isə ona çatmasını təklif etməmişdir, bu tamamilə yalandır. Ramin ona demişdir ki, qumar oyununda onlara kömək edə biləcək iki adam taparsa əldə edilən qazancdan gündə ona 30 manat, həmin adamlara isə 15-20 manat veriləcək. O, ibtidai istintaq zamanı da belə ifadə vermiş, başqa cür ifadə verməmişdir. Bir daha bildirir ki, o, Xəyalla və ya digər şəxslə ümumiyyətlə qumar oyunlarının satışını həyata keçirməmişdir, buna onun qabiliyyəti və ya savadı da yoxdur. Qumar oyunlarının həyata keçirilməsindən ayda 2000-4000 manat gəliri olmamışdır, bu da tamamilə yalandr, o, ibtidai istintaq zamanı belə bir ifadə verməmişdir. Xəyal ona gündə 30 manat pul vermişdir, vəssalam. Onun başqa qazancı olmamışdır. Arada oyunda fasilə olan dövrlər də olmuşdur. Qısa müddət davam edən bu oyunlar Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən dayandırılmışdır, amma başqa adamlar bu oyunu yenə də davam etdirirlər. Məhkəmə elan olunmuş guya ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir, o, həmin məzmunda ifadə verməmişdir. Həmin ifadələr müstəntiq tərəfindən qərəzli olaraq onun həbs edilməsi üçün yazılmış uydurma məlumatlardır. Ona görə də həmin ifadələri təsdiq etmir və özünü ona elan olunmuş ittihamda təqsirli bilmir. Bu oyunların təşkil edilməsi üçün konkret yer, qumarxana olmamışdır. Saytı təsis edənlərin kim olduğunu bilmir, həmin şəxslər xarici ölkədə yaşayırlar, onları tanımır. Onun bu işdəki tək qazancı o olmuşdir ki, bu işdən maaş almışdır. Xəyalın həftəlik qazancı təxminən 1000-2000 manat olmuşdur. Elxanın Ramil vasitəsilə Xəyalla əlaqəsi olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, qaynı Namillə birlikdə Bakı şəhəri, Əhmədli qəsəbəsi, Telnov küçəsində yerləşən yeni tikili binada hərəsi 200 manat ödəməklə aylıq 400 manata kirayədə yaşamışlar. Ailəlidir, iki azyaşlı uşağı var. O, 2013-cü ildə Rusiya Federasiyasının Nijni Novqorod şəhərində kafedə ofisiant işləmiş, Nicatla da orada tanış olmuşdur. Nicat tez-tez həmin kafeyə gəlib-getmişdir. O, 2017-ci ildə Bakı şəhərinə gəlmiş və Əhmədli qəsəbəsində “Mələk” adlanan kafedə ofisiant işləməyə başlamışdır. 2022-ci ilin yanvar ayında həmin kafedə Nicatla görüşmüş, söhbət əsnasında ona çətin dolanışığı barədə danışmışdır. Belə ki, kafedəki işinə görə ona gün ərzində 15 manat verilmiş, işdə çox yorulmuş, həm də vaxtı getmişdir. Nicat ona bir iş tapacağını deyərək, asan bir iş olduğunu, gündəlik 20 manat pul verildiyini bildirmişdir. Nicatın deməsinə görə bu iş evdə oturub telefonla kod satışını həyata keçirməkdən ibarət olmuş, yəni tam qanuni kazino oyunu olmuşdur. O, Nicatın təklifi ilə razılaşmışdır. Nicatın deməsinə əsasən ona məlum olmuşdur ki, bu kazino oyununu təşkil edən Xəyal adlı şəxsdir, həmin oyunun mərkəzi Ukraynada yaşayan onun fikrincə azərbaycanlı şəxlərdir və onlar “fastloto.com” saytını yaratmışlar. O, nə Xəyalı, nə də digər şəxsləri tanımamış, heç vaxt onları görməmiş, amma telefonla, “WhatsApp”la yazışmaları, danışıqları olmuşdur. Nicat onu Xəyalın işçisi olan Ramin adlı şəxslə tanış etmiş və sonuncu ona oyunun bütün qaydalarını başa salmışdır. Ramin Xəyaldan proqram yüklənmiş telefon gətirərək ona vermiş, o da 2022-ci ilin yanvar ayından başlayaraq oyunu icra etməyə başlamışdır. Ramin ona demişdir ki, “əgər sənə ilişən olsa de ki, oyun Xəyalındır və sənə toxunan olmayacaq”. O, bir qədər işləmiş, amma 24 saat işləmək mümkün olmamışdır. Ona görə də qaynı Namili bu işə cəlb etmişdir. Belə ki, Sabirabad rayonunun Nərimankənd kəndində “avtoyuma”da işləyən Namil xəstə olmuş və ona tez-tez “yüngül bir iş olsaydı gəlib Bakıda işləyərdim” deyə bildirmişdir. O, Namili Bakıya çağırmış və oyun qaydalarını başa salaraq onunla yarıbayarı işləməyi təklif etmiş, Namil də əlacsızlıqdan razılaşmışdır. O, günorta saat 12-dən gecə saat 12-yə kimi, Namil isə gecə saat 12-dən günorta saat 12yə kimi işləmişdir. Oyunlar haqqında bildiyi budur ki, bu oyunun mərkəzi Ukrayna Respublikasında yerləşir. Azərbaycanda çox sayda adamlar var ki, onu sayt yaratmaqla almışlar. Kassa Xəyalda və oyunu aparan başqa adamlarda olmuşdur. Azərbaycanda bu kazinonu oynadan onlarla adam var ki, bu yolla pul qazanırlar. Kassa internetdə olmuşdur. Kiminsə adına Ukraynaya pul müqabilində bonus hesabı yaradılmış, sonra da “İnstagram”da kazino oyunlarına dəvət üçün telefon nömrəsi yerləşdirilmişdir. Kazino oyunlarının qaydaları, şərtləri izah olunaraq reklam olunmuşdur. Müştərilər bu oyunu oynamaq istədikdə telefon nömrəsinin “WhatsApp”ına “Salam” yazıb oyun oynamaq istədiklərini bildirmişlər. O və Namil isə bank kartının nömrəsini müştərilərə atmışlar. Müştəri bank kartına oyun üçün nə qədər pul yükləmişsə, onlar da kassadan 20 faiz bonusla onlara kod göndərmişlər. Müştəri də həmin kodun surətini çıxardır və oyun səhifəsində ortada düyməni basmaqla oyun balans kassasına yerləşdirərək şanslarını sınamağa başlamışlar. Orada 15-20 oyun görünmüşdür. Müştəri hansı oyunu istəyirsə onu seçib oynamışdır. Yerləşdirilən pula görə müştəriyə verilən balansdan asılı olaraq həmin pula uyğun oyun şansları əldə edilmişdir. Oyunçuların bəxti gətirəndə, yəni 3 eyni simvolu - meyvə şəkillərini yanaşı tutanda oyunun uduş məbləği görünmüşdür. Müştəri Namilin və ya onun “WhatsApp”ına həmin uduş haqqında məlumat göndərmiş, onlar da bank kartından həmin müştərinin onlara atdığı bank kart nömrəsinə həmin məbləği köçürmüşlər. Uduş şansı 80 faiz olmuşdur. Uduş faizi yüksək olduğundan müştərilər də şirnikirlər. Oyundan qalan 20 faiz isə qazanc hesab olunmuşdur. Həmin qazancdan gündəlik olaraq Nicata 30 manat, ona və Namilə isə 15-20 manat pul verilmişdir. Hərdən yemək pullarını da verimişlər ki, oyundan yayınmasınlar. O və Namil evdə oturub bütün günü telefonla bu şəkildə məşğul olmuşlar. Həftədə 1800-2000 manat pul yığılmışdır. Onun və Namilin adına bank kartkları olmuşdur. Onun adına 4 ədəd kart olmuş, hamısı "xxxx"ın kartları olmuşdur. Kartlardan birini Cəlilabaddan olan Elşən adlı şəxsə səhv etmirsə 100 manata satmış, sonradan həmin şəxs rəhmətə getmişdir. Kartlardan birini özü işlətmiş, ikisini isə Xəyalgilə göndərmişdir. Kartlar oyun üçün işlədilmiş, kazino oyununda pullar həmin kartlara yığılmışdır. Həftədə bir dəfə hesabat vermişlər. Pullar hesablanmış və qazancdan gündəlik olaraq ona və Namilə 15-20 manat verilmiş, qalan pulları isə Xəyalın onlara göndərdiyi bank kartına köçürmüş, həmin pulları Xəyalgil özləri çıxarmışlar. Ayın elə günləri olmuşdur ki, işləməmişlər və ya oyun zəif olmuşdur. 2022-ci ilin yanvar ayından 2022-ci ilin martaprel ayına kimi işləmişlər. Sonra 2022-ci ilin iyun ayında Nicat Xətai rayon prokurorluğuna çağırılmış və ona xəbərdarlıq edilmişdir. Bundan sonra bir neçə ay, təxminən sentyabr ayına kimi işləməmişlər. Sentyabr ayında isə Xəyalın yeni kazino oyunu başlamışdır. Heç iki ay işləməmişlər ki, 17 noyabr 2022-ci il tarixdə onları tutmuşlar. Həmin gün o, Sabirabad rayonunun Qaratəpə kəndində sünnət toyunda olmuşdur. Onu bayıra çağırmışlar və tanımadığı mülki geyimli şəxslər ona Korrupsiya idarəsindən gəldiklərini, onlarla getməli olduğunu bildirmişlər. O da həmin şəxslərin tələbinə tabe olaraq onlarla getmişdir. Yol boyu onu sorğu-sual etmişlər. O da kazino oyunu ilə bağlı oyunun qanuni olduğunu və yiyəsinin də Xəyal olduğunu bildirmişdir. Onu Korrupsiya idarəsinə gətirmişlər. Daha sonra qaynı Namili də ora gətirmişlər. İdarədə onların telefonlarını almışlar və indiyədək qaytarmamışlar. İdarədə onlardan izahat alıb buraxmışlar. Sonra Nicatı da ora gətirmişlər. Nicat da onunla birlikdə sünnət toyunda olmuş, amma toydan ondan əvvəl çıxmış, onu postda saxlamışlar. Xəyal Türkiyədən gələn kimi onu da Korrupsiya İdarəsinə aparmışlar. Bir gün Nicatın tutulduğunu eşitmişdir. Onu və Namili də Korrupsiya idarəsinə çağırmışlar, qarşılarına çoxlu kağız qoyaraq “qol çəkin gedin, sizi məhkəməyə çağıracaqlar və orada da işiniz bağlanacaq” deyə bildirmişlər. Müstəntiq ona “işinizin məhkəməyə getməsini günahı Nicatdadır” demişdir. Bir müddət sonra onları məhkəməyə çağırmışlar. O, məhkəməyə gələnə kimi nəyə görə məhkəməyə verildiyini bilməmişdir. Cinayət Məcəlləsinin maddələri barədə heç bir anlayışı yoxdur. Təqsirləndirilən şəxs2 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, o, Korrupsiya qarşı Mübarizə İdarəsində bir-iki kəlmə izahat vermiş, amma müstəntiq ona imzalaması üçün bir paçka kağız gətirmişdir. O, “mən bu qədər söz deməmişəm axı” deyərək etiraz etdikdə müstəntiq “sənlik bir şey yoxdur. Nə demisən onu yazmışam. Qol çək get” deyə cavab vermişdir. O da təki oradan çıxıb getsin deyə bütün sənədləri imzalamış, amma həmin sənədlərdə nə yazıldığını bilməmişdir. Sayta giriş kodunu və ondan istifadə qaydalarını ona Nicat yox, Ramin başa salmışdır. Nicatın savadı yoxdur, o heç yazıb-oxumağı da bacarmır. “İnstagram” sosial şəbəkəsində “fastloto.com” saytı vasitəsi ilə qumar oyunu barədə reklamı da Nicatın yox, Raminin tapşırığı və iştirakı ilə yerləşdirmişdir. Nicat reklam yerləşdirməsi barədə ona hər hansı göstəriş verməmişdir. Yeni oyunu da Xəyal təşkil etmiş, amma oyunu o və Namil aparmışdır. Nicatın bu işdə səriştəsi olmamışdır. Oyunlarda Əlihüseyn adlı şəxin adına olan bank kartından istifadə etmişlər. “İnstagram” sosial şəbəkəsində “Real Kazino” adlı səhifəni Ramin yaratmışdır. 15 növ kazino oyunu olmuş, o da Xəyalın və onun işçisi Ramilin tapşırığı ilə Namillə birlikdə həmin oyunların telefonla satışını həyata keçirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, yeznəsi Elxanla birlikdə birlikdə Bakı şəhəri, Əhmədli qəsəbəsi, Telnov küçəsində yerləşən yeni tikili binada hərəsi 200 manat ödəməklə aylıq 400 manata kirayə yaşamışlar. Yeznəsi Elxan əvvəllər X35 şəhərində kafedə ofisiant işləmiş, Nicatı da orada görüb tanış olmuşdur. Daha sonra Elxan Bakı şəhərinə gəlmiş və Əhmədlidə “Mələk” kafesində ofisiant işləməyə başlamışdır. O isə Sabirabadda avtoyuma məntəqəsində işləmişdir. Soyuq su ilə işləməkdən xəstəlik tapmış, böyrəkləri ağrıyır, başında da qarmarit var. Ona görə də yeznəsi Elxandan xahiş etmişdir ki, Bakıda işləməsi üçün ona yüngül iş tapsın. Elxan 2022-ci ilin yanvar ayında Bakıda qanuni kazino oyunu işlədənlər olduğunu, həmin oyunu onunla birlikdə keçirəcəklərini və gündəlik onlara 15-20 manat pul veriləcəyini deyərək onu Bakıya çağırmış, o da razılaşmışdır. Elxanın dostu Nicatın və Nicatın dostu Raminin vasitəsi ilə bilmişdir ki, bu kazino oyununu təşkil edən Xəyal adlı şəxsdir, oyununun mərkəzi Ukraynadadır, orada olan azərbaycanlılar “fastloto.com” saytını yaratmışlar. O, nə Xəyalı, nə də oyunu təşkil edən digər şəxsləri tanımamış, onları heç vaxt görməmiş, onların kimlərlə işlədiklərini bilməmiş, amma telefonda “WhatsApp”la yazışmaları, danışıqları olmuşdur. Oyunun qaydalarını onlara Ramin adlı şəxs başa salmış, sonuncu Xəyaldan telefon gətirib ona və Elxana çatdırmışdır. Həmin telefonlara proqram yüklənmişdir. O, 2022-ci ilin aprel ayından başlayaraq oyunda kod satmağa başlamışdır. Ramin onlara “əgər sizə ilişən olsa deyin ki, oyun Xəyalındır və sizə toxunan olmayacaq” deyə bildirmişdir. Elxan günorta saat 12-dən gecə saat 12-yə kimi, o isə gecə saat 12-dən günorta saat 12-yə kimi işləmişdir. Oynadıqları oyunlar haqqında bildiyi budur ki, oyunun mərkəzi Ukraynada yerləşir, Azərbaycanda çox saylı adamlar var ki, onu sayt yaratmaqla almışlar, kassa Xəyaldadır və bu oyunu icra, idarə edən başqa şəxslərdir. Azərbaycanda bu kazinonu oynadan onlarla adam var ki, bu yolla pul qazanır. Kassa internetdə yaradılır. Kiminsə adına Ukraynaya pul müqabilində bonus hesabı yaradılmış, sonra da “İnstagram”da kazino oyunlarına dəvət üçün telefon nömrəsi yerləşdirilmiş, kazino oyunlarının qaydaları və şərtləri izah olunaraq reklam olunmuşdur. Bu oyunu oynamaq istəyən müştərilər həmin telefon nömrəsinin “WhatsApp”ına “Salam” yazıb oyun oynamaq istədiklərini bildirmişlər. O və Elxan isə bank kartının nömrəsini müştərilərə atmışlar. Müştəri bank kartına oyun üçün nə qədər pul yükləmişsə onlar da kassadan 20 faiz bonusla onlara kod göndərmişlər. Müştəri də kodu “kopyalayıb” oyun səhifəsində ortada olan düyməni basmaqla oyun balans kassasına yerləşdirmiş və oyuna başlamışdır. Orada 15-20 oyun görünmüş, müştəri hansını istəyirsə onu seçib oynamışdır. Yerləşdirilən pula görə müştəriyə verilən balansdan asılı olaraq müştəri pula uyğun oyun şansları əldə etmişdir. Oyunçuların bəxti gətirərək 3 eyni simvolu, yəni meyvə şəkillərini yanaşı tutanda oyunun uduş məbləği görünmüşdür. Uduş əldə edən çox müştəri olmuşdur. Uduş əldə edən müştərilər Elxanın və ya onun “WhatsApp”ına uduş haqqında məlumat göndərmişlər, onlar da internetdə həmin uduşları özləri görmüşlər. Bundan sonra müştərinin onların “WhatsApp”ına göndərdiyi bank kart nömrəsinə uduş məbləği köçürülmüşdür. Həmin oyunlarda uduş şansı təxminən 80 faiz olmaqla yüksək olduğundan müştərilər şirnikləşnmişlər. Oyundan qalan 20 faiz isə qazanc hesab olunmuşdur. Həmin qazancdan gündəlik olaraq Nicata 30 manat, ona və Elxana isə 15-20 manat pul verilmiş, bəzən isə yemək pullarını da vermişlər. O və Elxan evdə oturub bütün günü bu şəkildə məşğul olmuşlar. Kartlara həftədə nə qədər pul yığıldığını bilmir. Onun və Elxanın adına da bank kartkları olmuşdur. Onun adına hər ikisi "xxxx"a məxsus iki ədəd kart olmuşdur. O, həmin kartlardan birini satmış, digərini isə özü işlətmişdir. Özündə qalan kartı Xəyalgilə göndərmiş və həmin kart oyun üçün işlədilərək kazino oyunundakı pullar ora və digər katlara yığılmışdır. Onlar həftədə bir dəfə hesabat vermişlər. Onun hesabatdan anlayışı olmamış, bu işlə Elxan məşğul olmuşdur. Pullar hesablanmış və qazancdan gündəlik olaraq ona və Elxana 15-20 manat pul verilmişdir. Qalan pulları isə Xəyalın onlara göndərdiyi kart nömrəsinə köçürmüşlər. Elə günlər olmuşdur ki, onlar işləməmişlər və ya oyun zəif olmuşdur. 2022-ci ilin aprel ayından iyun ayına kimi Elxanla işləmişlər. 2022-ci ilin iyun ayında Nicatı prokurorluğa çağıraraq xəbərdarlıq etmişlər. Bundan sonra onlar bir neçə ay, yəni təxminin sentyabr ayına kimi işləməmişlər. Sentyabr ayından noyabr ayına kimi isə başqa bir kazino oyunu başlanmışdır. Həmin oyun da Xəyalın olmuşdur. 17 noyabr 2022-ci ildə onları tutmuşlar, telefonlarını əllərindən almışlar. İdarədə onlardan izahat alaraq buraxmışlar, amma telefonlarını qaytarmamışlar. Telefonları hələ də Korrupsiyaya Qarşı Mübarizə İdarəsindədir, onlara qaytarılmamışdır. 2023-cü ilin iyul ayında Nicatın tutulduğunu eşitmişdir. Bir neçə gün sonra onu və Elxanı yenidən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırmışlar və qarşılarına çoxlu kağız qoyaraq imzalayıb getmələrini, onları məhkəməyə çağıracaqlarını bildirmişlər. Müstəntiq ona işlərinin məhkəməyə getməsinin günahının Nicatda olduğunu bildirmişdir. O, məhkəməyə gələnə kimi nəyə görə məhkəməyə verildiyini bilməmiş, Cinayət Məcəlləsinin maddələri barədə heç bir anlayışı olmamışdır. İbtidai istintaq zamanı onalara vəkil də təqdim etmişlər, vəkillər də “qol çəkin gedin, sizlik bir iş yoxdur” demişlər. Təqsirləndirilən şəxs X10 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, o, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində heç bir kağızı oxumamış, bir-iki cümlə izahat vermişdir. Amma müstəntiqin ona imzalaq üçün gətirdiyi sənədlərin çox olduğunu görüb imzalamaq istəməmiş, müstəntiq isə “nə demisən onu yazmışam, qol çək get” deyərək imzalamasını israr etmişdir. O da bütün sənədləri imzalamışdır ki, təki oradan çıxıb getsin. O, Xəyalın və Ramilin tapşırığı ilə Elxanla birlikdə 15 növ kazino oyunlarının satışını həyata keçirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, 2022-ci ilin yanvar ayından etibarən onlayn qaydada kazino oyunları oynamışdır. Həmin oyunları istifadəsində olan ***-***-**-** nömrəli telefon nömrəsinə xarici ölkənin mobil operatoruna məxsus xatırlamadığı telefon nömrəsindən gəlmiş təşviq smsləri əsasında oynamışdır. Belə ki, həmin smslər vasitəsilə ona kazino oyunlarını oynaya biləcəyi bildirilmiş, o da müxtəlif tarixlərdə “WhatsApp” proqramı vasitəsilə həmin telefon nömrəsinə oyun oynamaq istədiyinə dair sms-lər göndərmişdir. Bu mesajlara cavab olaraq onun mobil telefon nömrəsinə bank kart hesabı göndərilmiş, o da 2022-ci ilin yanvar ayından etibarən təxminən bir il ərzində həmin kart hesabına müxtəlif məbləğlərdə pul vəsaitləri köçürmüşdür. Köçürdüyü pul məbləğləri müqabilində ona kod və oyun linki göndərilmiş, o da həmin linkə daxil olaraq müvafiq kod əsasında kazino oyunu oynamışdır. Həmin müddət ərzində ümumilikdə nə qədər pul köçürdüyünü, nə qədər pul udub-uduzduğunu dəqiq xatırlamır. Amma əksər hallarda oyunlarda uduzmuş, çox cüzi məbləğdə uduşlar əldə etmişdir. Oyunları əsasən “fastloto.com” saytı vasitəsilə oynamışdır. Kazino oyunlarını təşkil edən, ona reklam xarakterli mesajlar göndərən, o cümlədən oyun oynamaq üçün kartlarına pul göndərdiyi şəxsləri tanımamışdır. Oyunla bağlı ona hazırda da xatırlamadığı xarici dövlətin mobil telefon nömrəsindən eyni məzmunlu smslər gəlir. Ancaq o, istintaqa çağırılandan sonra oyunla bağlı ona zəng və ya mesaj gələn nömrələri silərək blok edir, oyunlara qoşulmur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, 2022-ci ilin aprel ayından etibarən onlayn qaydada kazino oyunları oynamışdır. Qeyd edilmiş tarixdə “İnstagram” sosial şəbəkəsinə daxil olduğu zaman xatırlamadığı adda kazino oyunlarının reklamını görmüş və həmin səhifəyə daxil olaraq səhifədə qeyd edilmiş xarici ölkənin mobil operatoruna məxsus xatırlamadığı telefon nömrəsinə istifadəsində olan ***-***-**-** nömrəli telefon nömrəsinin bağlı olduğu “WhatsApp” proqramı vasitəsilə sms göndərərək müvafiq oyunları oynamaq istədiyini bildirmişdir. Həmin zaman onun istifadəsində olan telefon nömrəsinə xarici ölkənin mobil operatoruna məxsus xatırlamadığı telefon nömrəsindən “WhatsApp” proqramı vasitəsilə bank kartının məlumatları göndərilərək oyun oynamaq üçün həmin karta pul vəsaiti köçürməli olduğu bildirilmişdir. O da 2022-ci ilin aprel ayından etibarən xatırlamadığı tarixlərdə həmin bank kartına anası X7 məxsus bank kartından 30-500 manat arası məbləğlərlə, təxminən 3000-4000 manat pul vəsaiti köçürmüşdür. Köçürdüyü müvafiq pul məbləğləri müqabilində onun nömrəsinə kod və oyun linki göndərilmiş, o da həmin link vasitəsilə “fastloto.com” və “chcplay.net” saytlarına daxil olaraq müvafiq kod əsasında kazino oyunu oynamışdır. Həmin oyunlar üzrə uduş üçün meyvə işarələrinin eyni olması zəruri olmuşdur. Kazino oyunları oynadığı dövr ərzində uduş əldə etdiyi çox cüzi məbləğlər olmuşdur, əksər hallarda oyunlarda uduzmuşdur. Təqsirləndirilən şəxs3 tanımamış, həmin şəxsin kartlarına kazino oyunu oynamaq üçün pul göndərsə də həmin şəxsi, o cümlədən oyunları təşkil edən şəxsləri tanımamış, həmin oyunların qanunsuz keçirildiyini bilməmişdir. “İnstagram” sosial şəbəkəsində həmin oyunlar barədə reklamı gördüyü zaman müvafiq oyunların qanuni olduğunu zənn etmiş, ibtidai istintaq zamanı isə həmin oyunların qanunsuz təşkil edildiyini öyrənmişdir. Şahid5 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, halhazırda heç yerdə işləmir, əvvəllər isə massaj salonunda işləmiş, ayda 600-700 manat pul qazanmışdır. “İnstagram” sosial şəbəkəsindəki xarici nömrə ilə “WhatsApp” vasitəsi ilə əlaqə qurub karta pul atmış, onlar da kod göndərmişlər. Bu, təxminən 2023-cü ilin yay aylarında olmuşdur. Uduş olanda başqa nömrə verilmiş, pul oradan gəlmişdir. Kazino oyunlarını təxminən bir il oynamış, bu müddət ərzində əsasən uduzmuşdur. Bəzən elə hal olmuşdur ki, 100 manat pul qoyub heç nə udmamış, bəzən isə 60 manat pul qoyub 200 manat udmuşdur. Bəzən 20, 30, 40 manat pul qoymuşdur. Həmin oyunu “İnstagram” sosial şəbəkəsində reklam yolu ilə tanımış, habelə tanışlarından da bir çox insanların bu oyunla pul udduqlarını eşitmiş və özü də oynamaq qərarına gəlmişdir. Bu məsələ ilə əlaqədar prokurorluğa çağırıldıqdan sonra bir daha oynamamışdır. Bir il ərzində oyunlara təxminən 3000-4000 pul ödəmiş, əvəzində isə 1000-1500 pul udmuşdur. Onların iş yerində qız çoxdur, bekarçılıqdan oynamışlar. Oyunu təşkil edən şəxslərdən heç kimi tanımamış, onların telefon nömrələrindən başqa, hər hansı əlaqə vasitəsi onda olmamış, oyunun harada təşkil olunduğunu bilməmişdir. Həmin şəxslər video görüntüyə icazə verməmişlər, profillərində də şəkilləri olmamışdır. Həmin sistemdə oyun hələ də davam edir, onun hazırda da həmin oyunu oynayan tanışları var. Onun özünə də bu barədə mesajlar gəlir, amma o, anasına söz verdiyi üçün artıq oynamır. Uduş olanda uduş kodu verilmiş, həmin kodu başqa bir “WhatsApp” nömrəsinə yazdıqda uduş onun kart hesabına göndərilmişdir. Amma, məsələn 1000 manat uduş olarsa 200 manat özlərinə çıxmış, 800 manat qalmışdı. Hamıya pulu Azərbaycandan, daha doğrusu "xxxx"dan köçürmüşlər. Dəqiq hansı tarixlərdə oynadığını, nə qədər udub-uduzduğunu deyə bilmir. Amma elə olmuşdur ki, 90 manat pul qoyub 1200 manat udmuşdur. Amma həmin pulun 1000 manatını vermişlər, qalan hissəsini isə faiz kimi özlərinə götürmüşlər. Elə olmuşdur ki, onun iş yoldaşı 40 manat pul qoyub 600-700 manat udmuşdur, hətta 20 manat qoyub 600 manat udan olmuşdur. Oyunu keçirən şəxslərin Azərbaycanda yoxsa xarici dövlətdə olduqlarını bilmir. Bir dəfə 1350 manat udanda özləri ona zəng edərək “Xeyirli olsun, istəyirsən götür, istəyirsən qalsın. Mənə muştuluq, şirinlik verərsən” kimi sözlər demişlər. Onun uduşunu həmişə vermişlər, elə hal olmamışdır ki, uduşu verilməsin. Uduşu verməsə idilər hara şikayət edə biləcəyini bilməmişdir. Bu işlə bağlı onun hər hansı bir narazılığı, tələbi və şikayəti yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, 2022-ci ilin aprel ayından etibarən onlayn qaydada kazino oyunları oynamışdır. Həmin tarixdə “İnstagram” sosial şəbəkəsinə daxil olduğu zaman xatırlamadığı adda kazino oyunlarının reklamını görmüş və həmin səhifəyə daxil olaraq səhifədə qeyd edilmiş xarici ölkənin mobil operatoruna məxsus xatırlamadığı telefon nömrəsinə istifadəsində olan ***-***-**-** nömrəli telefon nömrəsinin bağlı olduğu “WhatsApp” proqramı vasitəsilə sms göndərərək müvafiq oyunları oynamaq istədiyini bildirmişdir. Həmin zaman “WhatsApp” proqramı vasitəsilə onun telefon nömrəsinə bank kartının məlumatları göndərilmiş və oyun oynamaq üçün həmin karta pul vəsaiti köçürməli olduğu bildirilmişdir. O da özünə məxsus olan "xxxx"a aid bank kartından 2022-ci ilin aprel ayından etibarən bir neçə ay ərzində, dəqiq xatırlamadığı tarixlərdə 5-100 manat arası məbləğlərlə, təxminən cəmi 800 manat pul vəsaitini həmin bank hesabına köçürmüşdür. Köçürdüyü pulların müqabilində onun mobil telefon nömrəsinə kod və oyun linki göndərilmiş, o da həmin link vasitəsilə “fastloto.com” saytına daxil olaraq müvafiq kod əsasında kazino oyunu oynamışdır. Həmin oyunlar üzrə uduş üçün meyvə işarələrinin eyni olması zəruri olmuşdur. Kazino oyunları oynadığı dövr ərzində çox cüzi məbləğdə uduş əldə etmiş, əksər hallarda oyunlarda uduzmuşdur. Kazino oyunu oynamaq üçün kartına pul göndərsə də Təqsirləndirilən şəxs3, o cümlədən həmin oyunları təşkil edən şəxsləri tanımamış, oyunların qanunsuz keçirildiyini bilməmiş, onların qanuni olduğunu zənn etmişdir. İbtidai istintaq zamanı Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən çağırılandan sonra həmin oyunların qanunsuz təşkil edildiyini öyrənmiş və həmin vaxtdan bir daha oynamamışdır. Əvvəllər həmin oyunu çox oynadığı üçün bununla bağlı ona daha çox sms gəlir, ancaq o, dərhal həmin nömrələri bağlayır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 göstərdi ki, 2022-ci ilin aprel ayından etibarən onlayn qaydada kazino oyunları oynamışdır. Belə ki, “İnstagram” sosial şəbəkəsinə daxil olduğu zaman xatırlamadığı adda kazino oyunlarının reklamını görmüş və həmin səhifəyə daxil olaraq səhifədə qeyd edilmiş xarici ölkənin mobil operatoruna məxsus xatırlamadığı telefon nömrəsinə istifadəsində olan ***-***-**-** nömrəli telefon nömrəsinin bağlı olduğu “WhatsApp” proqramı vasitəsilə sms göndərərək müvafiq oyunları oynamaq istədiyini bildirmişdir. Həmin zaman xarici ölkənin mobil operatoruna məxsus olan telefon nömrəsindən “WhatsApp” proqramı vasitəsilə ona bank kartının məlumatları göndərilmiş və oyun oynamaq üçün həmin karta pul vəsaiti köçürməli olduğu bildirilmişdir. O da 2022-ci ilin aprel ayından etibarən xatırlamadığı tarixlərdə həmin bank kartına 5-100 manat arası məbləğində pul vəsaitləri köçürmüşdür. Köçürdüyü pul məbləğlərinin müqabilində onun telefon nömrəsinə kod və oyun linki göndərilmiş, o da həmin link vasitəsilə “fastloto.com” saytına daxil olaraq ona verilmiş kod əsasında kazino oyunu oynamışdır. Həmin oyunlar üzrə uduş üçün meyvə işarələrinin eyni olması zəruri olmuşdur. Kazino oyunları oynadığı dövr ərzində bank kartına ümumilikdə nə qədər pul köçürdüyünü, nə qədər pul uduzduğunu və udduğunu xatırlamır. Amma oyunlarda çox cüzi məbləğdə uduşlar əldə etmiş, əksər hallarda uduzmuşdur. Təqsirləndirilən şəxs3 tanımır, həmin şəxsin bank kartlarına kazino oyunu oynamaq üçün pul göndərsə də həmin şəxsi, o cümlədən oyunları təşkil edən şəxsləri tanımamış, həmin oyunların qanunsuz keçirildiyini bilməmiş, onların qanuni olduğunu zənn etmişdir. İstintaq zamanı həmin oyunların qanunsuz təşkil edildiyini öyrənmiş və və həmin vaxtdan oyunla bağlı ona gələn smsləri rədd edərək bir daha oynamamışdır. Uduş olduğu halda həmişə uduşunu əldə etmişdir, elə hal olmamışdır ki, uduşu verilməsin. Uduşdakı pulu ala bilməyəcəyi təqdirdə hara müraciət etməli olduğunu bilməmişdir. Hazırda da həmin oyunların keçirilməsi davam edir və bu barədə ona mesajlar gəlir. Hazırda gələn mesajlar da eyni məzmunlu olmaqla xarici mobil telefon nömrəsindən göndərilir, amma mesajın mətni Azərbaycan dilində olur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 göstərdi ki, o, təxminən 2022-ci ilin yanvar ayından 2022-ci ilin noyabr ayına qədər onlayn qaydada kazino oyunları oynamışdır. Qeyd edilmiş tarixdə “İnstagram” sosial şəbəkəsində qarşısına çıxan kazino oyununun reklam səhifəsinə daxil olmuş, orada qeyd edilmiş xarici ölkənin mobil operatoruna məxsus xatırlamadığı telefon nömrəsinə həmin zamanlar istifadəsində olan ***-***-**-** nömrəli telefon nömrəsindən “WhatsApp” proqramı vasitəsilə müvafiq oyunları oynamaq istədiyinə dair mesaj göndərmişdir. Daha sonra həmin telefon nömrəsindən onun istifadəsində olan telefon nömrəsinə kazino oyunlarını oynamaq üçün ödəniş etməli olduğu bank kartının məlumatları göndərilmişdir. O, 2022-ci ilin yanvar ayından həmin ilin sonuna qədər göstərilən bank kartlarına müxtəlif məbləğlərdə pul vəsaitləri köçürmüşdür. Köçürdüyü pulların müqabilində onun telefon nömrəsinə kod və oyun linki göndərilmiş, o da həmin linkə daxil olaraq müvafiq kod əsasında kazino oyunu oynamışdır. Həmin dövr ərzində bank kartlarına cəmi nə qədər pul köçürdüyünü, nə qədər pul udduğunu və ya uduzduğunu xatırlamır, amma udduzduğu məbləğlər daha çox olmuşdur. 2022-ci ildə “fastloto.com” saytı vasitəsilə müvafiq oyunları oynamışdır. X21, X95, X27, X66, Təqsirləndirilən şəxs2 tanımır. 2022-ci ildə həmin şəxslərin kartlarına kazino oyunu oynamaq üçün pul göndərsə də həmin şəxsləri, o cümlədən müvafiq oyunları təşkil edən şəxsləri tanımamışdır. O, əslində o qədər də çox oyun oynamamış, təxminən 3-4 dəfə oynamış, həmin oyunlarda bəzən udmuş, bəzən isə uduzmuşdur. Həmin oyunu oynamağı ona kimsə məsləhət görmüş, o da bəxtini sınamışdır. Pulu kartdan karta göndərmişlər. O, oyunlara Bakı şəhərindən qoşulmuşdur. Hazırda mobil telefon nömrəsini dəyişdiyi üçün ona oyuna qoşulması barədə heç bir bildiriş gəlmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid14 göstərdi ki, 2022-ci ilin təxminən sentyabr ayından həmin ilin noyabr ayına qədər onlayn qaydada kazino oyunları oynamışdır. Həmin oyunlar barədə xarici ölkənin mobil operatoruna məxsus xatırlamadığı telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinə reklam xarakterli sms-lər gəlmiş, o da cavab olaraq həmin nömrəyə müvafiq oyunları oynamaq istəməsinə dair mesaj yazmışdır. Bundan sonra xarici ölkəyə aid mobil telefon nömrəsindən “WhatsApp” proqramı vasitəsilə onun istifadəsində olan mobil telefon nömrəsinə kazino oyunlarını oynamaq üçün ödəniş edəcəyi bank kartlarının nömrələri göndərilmişdir. O, 2022-ci ilin sentyabr ayından təxminən üç ay ərzində həmin bank kartlarına müxtəlif məbləğlərdə, təxminən ümumilikdə 200 manat pul köçürmüş, 25-30 manat pul udmuşdur. Adətən hər oyun üçün 5 manat pul köçürmüşdür. Köçürdüyü müvafiq pulların müqabilində ona kod və oyun linki göndərilmiş, o da həmin linkə daxil olaraq müvafiq kodlar əsasında “fastloto.com” saytında kazino oyunu oynamışdır. Təqsirləndirilən şəxsləri tanımır. O, oyunların qanuni olduğunu düşünmüşdür, çünki həm udmaq, həm də uduzmaq imkanı olmuşdur. O, Rostavda yaşadığı vaxtlarda da bu oyunu oynamış, həm udmuş, həm də uduzmuşdur. O, verilən kodu geri göndərmiş, onlar da udduğu və ya uduzduğu barədə ona məlumat vermişlər. Uduş kassada sistemdə görünmüşdür. Ödəmə virtual qaydada - kartdan karta həyata keçirilmiş, ödəmə barədə qəbzi də göndərmişlər. Oyunla əlaqədar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılandan sonra bir daha bu oyunu oynamamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid16 göstərdi ki, o, 2022-ci təxminən mart ayından etibarən onlayn qaydada kazino oyunları oynamışdır. Həmin vaxtlar “İnstagram” sosial şəbəkəsində qarşısına çıxan kazino oyununun reklam səhifəsinə daxil olmuş, orada qeyd edilmiş xarici ölkənin mobil operatoruna məxsus xatırlamadığı telefon nömrəsinə istifadəsində olan ***-***-**-** nömrəli telefon nömrəsindən “WhatsApp” proqramı vasitəsilə müvafiq oyunları oynamaq istədiyinə dair mesaj göndərmişdir. Bundan sonra onun mobil telefon nömrəsinə “WhatsApp” proqramı vasitəsilə xarici ölkənin mobil operatoruna məxsus xatırlamadığı telefon nömrəsindən sms gəlmiş və həmin sms-də kazino oyunlarını oynamağı üçün ödəniş edəcəyi bank kartlarının xatırlamadığı nömrələri ona göndərilmişdir. O, 2022-ci ilin mart ayından təxminən üç ay ərzində həmin bank kartlarına müxtəlif məbləğlərdə pul vəsaitləri köçürmüşdür. Köçürdüyü pulların müqabilində onun mobil telefon nömrəsinə kod və oyun linki göndərilmiş, o da həmin linkə daxil olaraq müvafiq kod əsasında “Fastloto.com” saytında kazino oyunu oynamışdır. Müvafiq dövr ərzində həmin bank kartlarına cəmi nə qədər pul köçürdüyünü, nə qədər pul udduğunu və ya uduzduğunu dəqiq xatırlamır. Amma təxmini deyə bilər ki, 50-60 manat udmuş, 100 manat uduzmuşdur. X95, X27, X66, Təqsirləndirilən şəxs2 tanımır. Həmin şəxslərin kartlarına kazino oyunu oynamaq üçün pul göndərsə də həmin şəxsləri, o cümlədən həmin oyunları təşkil edən şəxsləri tanımamışdır. Oyunları təşkil edən şəxslərin xarici telefon nömrələri ilə ancaq mesaj yazmaqla əlaqə saxlamış, onlarla heç vaxt danışmamış, mesajları Azərbaycan dilində yazmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid17 göstərdi ki, o, 2022-ci ilin iyun ayından etibarən təxminən üç ay ərzində onlayn qaydada kazino oyunları oynamışdır. Belə ki, “İnstagram” sosial şəbəkəsində qarşısına çıxan kazino oyununun reklam səhifəsinə daxil olmuş, orada qeyd edilmiş xarici ölkənin mobil operatoruna məxsus xatırlamadığı telefon nömrəsinə istifadəsində olan ***-***-**-** nömrəli telefon nömrəsindən “WhatsApp” proqramı vasitəsilə müvafiq oyunları oynamaq istədiyinə dair sms göndərmişdir. Bundan sonra ona kazino oyunlarını oynamaq üçün ödəniş etməli olduğu bank kartlarının nömrələri göndərilmişdir. O, 2022-ci ilin iyun ayından etibarən təxminən üç ay ərzində həmin bank kartlarına özünə məxsus "xxxx" ASC-dən aldığı bank kartından müxtəlif məbləğlərdə - əsasən hər dəfə 5-10 manat arası olmaqla pul vəsaitləri köçürmüşdür. Köçürdüyü pulların müqabilində onun telefon nömrəsinə kod və oyun linki göndərilmiş, o da həmin linkə daxil olaraq müvafiq kod əsasında kazino oyunu oynamışdır. Müvafiq dövr ərzində oyunlara cəmi nə qədər köçürdüyünü xatırlamır, ancaq qoyduğu bütün pulları həmin oyunlarda uduzmuşdur. Kazino oyunlarını “Fastloto.com” və “onlinegames555.com” saytları vasitəsilə oynamışdır. Təqsirləndirilən şəxs2 tanımır, onun və digər şəxslərin kartlarına kazino oyunu oynamaq üçün pul göndərsə də həmin şəxsləri, o cümlədən müvafiq oyunları təşkil edən şəxsləri tanımamışdır. O, həmin vaxtlar gözllik salonunda işləmiş, salonda qızlar oynadığı üçün o da bir neçə dəfə oynamış, bir-iki dəfə udduqdandan sonra lap həvəslənmişdir. İstintaq orqanına çağırılandan sonra bir daha oynamamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ildən ünvan 8 ünvanda “Zəmzəm” adlı restoranda ofisiant işləmiş, 2021-ci ilin təxminən avqust ayında “İnstagram” proqramında səhifələrə baxdığı zaman “Real Kazino” adlı səhifədə qumar oyunun reklamını görmüş və həmin səhifəyə daxil olmuşdur. Göstərilən zaman xatırladığı qədər Rusiya Federasiyası mobil operatorlarına məxsus mobil telefon nömrəsini görmüş və həmin telefon nömrəsinə “WhatsApp” proqramı vasitəsilə mesaj göndərərək reklamdakı oyunu oynamaq istədiyini bildirmişdir. Həmin zaman xatırlamadığı müvafiq nömrədən ona xatırlamadığı bank kartının nömrəsi göndərilmiş və oyun oynamaq üçün minimal ödəniş məbləğinin 5 manat olduğu bildirilmişdir. Həmin zaman göstərilən plastik karta e-manat vasitəsilə 20 manat köçürmüş, ödəniş qəbzini həmin nömrəyə “WhatsApp” proqramı vasitəsilə göndərmiş və həmin məbləğə uyğun kodu göstərilən nömrədən gələn sms vasitəsilə əldə etmişdir. Həmin nömrədən gələn mesajda müvafiq kodun “chcplay.net”, “fastloto.com” saytlarında qüvvədə olduğu bildirilmişdi. O, “fastloto.com” saytına daxil olmuş və müvafiq kod əsasında həmin saytda müxtəlif oyunlar oynamışdır. Həmin vaxtdan 2022-ci ilin təxminən sentyabr ayına qədər qeyd etdiyi qaydada xatırlamadığı telefon nömrələrindən kod almaqla “fastloto.com” saytına daxil olub oyunlar oynamışdır. Həmin dövr ərzində göstərilən saytda oyun oynamaq üçün xatırlamadığı karta təxminən 1000 manat pul köçürmüşdür. Həmçinin göstərilən zamanlar o, yenə “İnstagram”da “kazino555” səhifəsində qumar oyununun reklamını görmüş və həmin səhifəyə daxil olmuşdur. Səhifədə yenə də qeyd etdiyi qaydada Rusiya Federasiyası mobil operatorlarına məxsus mobil telefon nömrəsini görmüş və həmin telefon nömrəsinə “WhatsApp” proqramı vasitəsilə mesaj göndərərək reklamdakı oyunu oynamaq istədiyini bildirmişdir. Həmin zaman xatırlamadığı müvafiq nömrədən ona xatırlamadığı bank kartının nömrəsi göndərilmiş və oyun oynamaq üçün minimal ödəniş məbləğinin 5 manat olduğu bildirilmişdir. Həmin zaman göstərilən plastik karta e-manat vasitəsilə hissə-hissə xatırlamadığı məbləğlərdə, ümumilikdə təxminən 2000 manat köçürmüş, ödəniş qəbzlərini də hər dəfə “WhatsApp” proqramı vasitəsilə həmin nömrəyə göndərmiş və həmin məbləğlərə uyğun kodları da göstərilən nömrədən gələn sms-lər vasitəsilə əldə edib oyunları oynamışdır. Həmin nömrədən gələn mesajda müvafiq kodun “livespinzone.com” saytında qüvvədə olduğu bildirilmişdir. Həmin sayta daxil olmuş və müvafiq kod əsasında həmin saytda təxminən 2021-ci ilin mart ayından 2022-ci ilin oktyabr ayına qədər müxtəlif oyunlar oynamışdır. Qeyd etdiyi qumar oyunlarının kimlər tərəfindən təşkil edildiyini, mobil telefonların kimlərə məxsus olduğunu bilməmişdir. 2020-ci ildən istifadəsində ***-***-**-** nömrəli mobil telefon nömrəsi olmuşdur. Həmçinin **********411908 nömrəli plastik kart ona məxsus olmuş, həmin kartı 2022-ci ilin mart ayında "xxxx" ASC-nin Bakıxanov filialından almışdır. Həmin kartını müvafiq oyunları oynadığı zaman kod alınması üçün istifadə etmişdir (cild 1, iş vərəqə 176-179). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin aprel ayından etibarən onlayn qaydada kazino oyunları oynamışdır. Qeyd edilmiş tarixdə “İnstagram” sosial şəbəkəsinə daxil olduğu zaman xatırlamadığı adda kazino oyunlarının reklamını görmüş və həmin səhifəyə daxil olaraq səhifədə qeyd edilmiş xarici ölkənin mobil operatoruna məxsus xatırlamadığı telefon nömrəsinə istifadəsində olan ***-***-**-** nömrəli telefon nömrəsinin bağlı olduğu “WhatsApp” proqramı vasitəsilə sms göndərərək müvafiq oyunları oynamaq istədiyini bildirmişdir. Həmin zaman istifadəsində olan telefon nömrəsinə xarici ölkənin mobil operatoruna məxsus xatırlamadığı telefon nömrəsindən “WhatsApp” proqramı vasitəsilə xatırlamadığı nömrəli bank kartının məlumatları göndərilərək oyun oynamaq üçün həmin karta pul vəsaiti köçürməyinin zəruri olduğu bildirilmişdir. O da həmin zaman xatırlamadığı bank kartına 2022-ci ilin aprel ayından etibarən xatırlamadığı tarixlərdə 3-5 manat arası məbləğlərlə pul vəsaitləri köçürmüşdür. Köçürdüyü müvafiq pul məbləğləri müqabilində onun nömrəsinə kod və oyun linki göndərilmiş, o da həmin link vasitəsilə “fastloto.com” və “chcplay.net” saytlarına daxil olaraq müvafiq kod əsasında kazino oyunu oynamışdır. Həmin oyunlar üzrə uduş üçün meyvə işarələrinin eyni olması zəruri olmuşdur. Kazino oyunları oynadığı dövr ərzində cəmi hansı məbləğləri müvafiq bank kartına köçürdüyünü, hansı məbləğdə pul uduzduğunu və udduğunu xatırlamamışdır. Müvafiq oyunlar nəticəsində uduş əldə etdiyi çox cüzi məbləğlər olmuşdur, əksər hallarda oyunlarda uduzmuşdur. Təqsirləndirilən şəxs3 tanımır, həmin şəxsin kartlarına kazino oyunu oynamaq üçün pul göndərsə də həmin şəxsi, o cümlədən müvafiq oyunları təşkil edən şəxsləri tanımamışdır. Göstərilən oyunların qanunsuz keçirildiyini heç vaxt bilməmişdir. Qeyd etdiyi kimi “İnstagram” sosial şəbəkə proqramında həmin oyunlar barədə reklamı gördüyü zaman müvafiq oyunların qanuni olduğunu zənn etmiş, istintaq zamanı isə həmin oyunların qanunsuz təşkil edildiyini öyrənmişdir (cild 3, iş vərəqə 245-247). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid4 ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayından etibarən onlayn qaydada kazino oyunları oynamışdır. Qeyd edilmiş tarixdə “İnstagram” sosial şəbəkəsinə daxil olduğu zaman xatırlamadığı adda kazino oyunlarının reklamını görmüş və həmin səhifəyə daxil olaraq səhifədə qeyd edilmiş xarici ölkənin mobil operatoruna məxsus xatırlamadığı telefon nömrəsinə istifadəsində olan ***-***-**-** nömrəli telefon nömrəsinin bağlı olduğu “WhatsApp” proqramı vasitəsilə sms göndərərək müvafiq oyunları oynamaq istədiyini bildirmişdir. Həmin zaman istifadəsində olan telefon nömrəsinə xarici ölkənin mobil operatoruna məxsus xatırlamadığı telefon nömrəsindən “WhatsApp” proqramı vasitəsilə xatırlamadığı nömrəli bank kartının məlumatları göndərilərək oyun oynamaq üçün həmin karta pul vəsaiti köçürməyinin zəruri olduğu bildirilmişdir. O da həmin bank kartına 2022-ci ilin aprel ayından etibarən xatırlamadığı tarixlərdə 5-30 manat arası məbləğlərlə pul vəsaitləri köçürmüşdür. Köçürdüyü müvafiq pul məbləğləri müqabilində nömrəsinə kod və oyun linki göndərilmiş, o da həmin link vasitəsilə “fastloto.com” saytına daxil olaraq müvafiq kod əsasında kazino oyunu oynamışdır. Həmin oyunlar üzrə uduş üçün meyvə işarələrinin eyni olması zəruri olmuşdur. Kazino oyunları oynadığı dövr ərzində cəmi hansı məbləğləri müvafiq bank kartına köçürdüyünü, hansı məbləğdə pul uduzduğunu və udduğunu xatırlamamışdır. Müvafiq oyunlar nəticəsində uduş əldə etdiyi çox cüzi məbləğlər olmuşdur, əksər hallarda oyunlarda uduzmuşdur. Təqsirləndirilən şəxs3 tanımamışdır. Həmin şəxsin kartlarına kazino oyunu oynamaq üçün pul göndərsə də həmin şəxsi, o cümlədən müvafiq oyunları təşkil edən şəxsləri tanımamışdır. Göstərilən oyunların qanunsuz keçirildiyini heç vaxt bilməmişdir. Qeyd etdiyi kimi “İnstagram” sosial şəbəkə proqramında həmin oyunlar barədə reklamı gördüyü zaman müvafiq oyunların qanuni olduğunu zənn etmiş, istintaq zamanı isə həmin oyunların qanunsuz təşkil edildiyini öyrənmişdir (cild 3, iş vərəqə 242-244). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid7 göstərmişdir ki, 2022-ci ilin aprel ayından etibarən onlayn qaydada kazino oyunları oynamışdır. Qeyd edilmiş tarixdə xarici ölkənin mobil operatoruna məxsus xatırlamadığı telefon nömrəsindən “WhatsApp” proqramı vasitəsilə istifadəsində olan ***-***-**-** nömrəli telefon nömrəsinə sms daxil olmuş və həmin sms-də onlayn qaydada kazino oyunlarını oynaya biləcəyinə dair qeydlər olmuşdur. O da həmin zaman oyun oynamaq üçün müvafiq sms-də göstərilmiş xatırlamadığı nömrəli bank kartına ona məxsus olan "xxxx" ASC-də açdırdığı bank kartından 2022-ci ilin aprel ayından etibarən bir neçə ay ərzində dəqiq xatırlamadığı tarixlərdə 10-60 manat arası məbləğlərlə, cəmi təxminən 300 manat pul vəsaitləri köçürmüşdür. Köçürdüyü müvafiq pul məbləğləri müqabilində telefon nömrəsinə kod və oyun linki göndərilmiş, o da həmin link vasitəsilə “fastloto.com” saytına daxil olaraq müvafiq kod əsasında kazino oyunu oynamışdır. Həmin oyunlar üzrə uduş üçün meyvə işarələrinin eyni olması zəruri olmuşdur. Kazino oyunları oynadığı dövr ərzində uduş əldə etdiyi çox cüzi məbləğlər olmuşdur, əksər hallarda oyunlarda uduzmuşdur. Təqsirləndirilən şəxs3 tanımamış, həmin şəxsin kartlarına kazino oyunu oynamaq üçün pul göndərsə də həmin şəxsi, o cümlədən müvafiq oyunları təşkil edən şəxsləri tanımamışdır. Göstərilən oyunların qanunsuz keçirildiyini heç vaxt bilməmişdir. Müvafiq oyunların qanuni olduğunu zənn etmiş, istintaq zamanı isə həmin oyunların qanunsuz təşkil edildiyini öyrənmişdir (cild 3, iş vərəqə 254-256). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid9 ifadəsində göstərmişdir ki, 2022-ci ilin yay aylarında, təxminən iyun ayında onlayn qaydada kazino oyunları oynamışdır. Qeyd edilmiş tarixdə “İnstagram” sosial şəbəkəsində qarşısına çıxan kazino oyununun reklam səhifəsinə daxil olmuş, orada qeyd edilmiş saytda istifadəsində olan ***-***-**-** nömrəli telefon nömrəsi vasitəsilə qeydiyyatdan keçmişdir. Daha sonra istifadəsində olan telefon nömrəsinə xarici ölkənin mobil operatoruna məxsus xatırlamadığı telefon nömrəsindən sms gəlmiş və həmin sms-dəki kod əsasında da qeydiyyatı başa çatdırmışdır. Daha sonra oyun oynamaq üçün həmin saytda göstərilmiş xatırlamadığı nömrəli bank kartlarına 2022-ci ilin iyun ayında 5-10 manat arası məbləğlərlə, cəmi təxminən 100 manat pul vəsaiti köçürmüşdür. Köçürdüyü müvafiq pul məbləğlər müqabilində xatırlamadığı saytda kazino oyunu oynamışdır. Müvafiq dövr ərzində kazino oyunu oynamaq üçün köçürdüyü bütün məbləğləri uduzmuşdur. Köçürdüyü pul məbləğləri müqabilində xatırlamadığı saytda “aviator” adlı oyunu, habelə futbol üzrə mərc oyunlarını oynamışdır. X27 və Təqsirləndirilən şəxs2 tanımamışdır. Həmin şəxslərin kartlarına kazino oyunu oynamaq üçün pul göndərsə də həmin şəxsləri, o cümlədən müvafiq oyunları təşkil edən şəxsləri tanımamışdır. Göstərilən kazino oyunlarının qanunsuz təşkil edildiyini bilməmişdir. Belə ki, qeyd etdiyi sosial şəbəkə proqramında olduğu zaman həmin səhifə qarşısına çıxdığı üçün o, həmin oyunların qanuni keçirildiyini zənn etmiş, istintaq zamanı isə müvafiq oyunların keçirilməsinin qanunsuz olduğunu başa düşmüşdür (cild 1, iş vərəqə 192-194). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid10 ifadəsində göstərmişdir ki, 2021-ci ilin təxminən dekabr ayından 2022-ci ilin təxminən mart ayına qədər onlayn qaydada kazino oyunları oynamışdır. Həmin oyunların mövcudluğu haqqında tanışı, beynəlxaq axtarışda olan X28 məlumat almışdır. Belə ki, 2019-cu ilin təxminən dekabr ayında Anar Namazov ona müraciət edərək xarici ölkənin mobil operatoruna məxsus xatırlamadığı telefon nömrəsi vermiş və həmin nömrəyə “WhatsApp” proqramı vasitəsilə sms göndərərək kazino oyunu oynaya biləcəyini demişdir. O da həmin oyunları oynamaq üçün Anarın verdiyi xarici ölkənin mobil operatoruna məxsus xatırlamadığı telefon nömrəsinə öz istifadəsində olan ***-***-**-** nömrəli telefon nömrəsindən sms yazaraq müvafiq oyunları oynamaq istədiyini bildirmişdir. Daha sonra istifadəsində olan müvafiq telefon nömrəsinə “WhatsApp” proqramı vasitəsilə xarici ölkənin mobil operatoruna məxsus xatırlamadığı telefon nömrəsindən sms gəlmiş və həmin sms-də kazino oyunlarını oynamağı üçün ödənişi edəcəyi bank kartlarının xatırlamadığı nömrələri ona göndərilmişdir. Daha sonra o, göstərilən bank kartlarına 2021-ci ilin dekabr ayından 2022-ci ilin təxminən mart ayına qədər 20-50 manat arası pul vəsaitləri köçürmüşdür. Köçürdüyü müvafiq pul məbləğlər müqabilində nömrəsinə kod və oyun linki göndərilmiş, o da həmin linkə daxil olaraq müvafiq kod əsasında kazino oyunu oynamışdır. Müvafiq dövr ərzində təxminən 2000 manat məbləği müvafiq bank kartlarına köçürdüyünü, həmin məbləğin də hamısını uduzduğunu xatırlamışdır. Əsasən “fastloto.com” saytı vasitəsilə müvafiq oyunları oynamışdır. X95, X27, Təqsirləndirilən şəxs2 tanımamış, həmin şəxslərin kartlarına kazino oyunu oynamaq üçün pul göndərsə də həmin şəxsləri, o cümlədən müvafiq oyunları təşkil edən şəxsləri tanımamışdır (cild 1, iş vərəqə 184-186). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid12 ifadəsində göstərmişdir ki, 2021-ci ilin dekabr ayından 2022- ci ilin aprel ayına qədər olan dövrdə onlayn qaydada kazino oyunları oynamışdır. Qeyd edilmiş tarixdə “İnstagram” sosial şəbəkəsində qarşısına çıxan kazino oyununun reklam səhifəsinə daxil olmuş, orada qeyd edilmiş xarici ölkənin mobil operatoruna məxsus xatırlamadığı telefon nömrəsinə istifadəsində olan ***-***-**-** nömrəli telefon nömrəsindən “WhatsApp” proqramı vasitəsilə müvafiq oyunları oynamaq istədiyinə dair sms göndərmişdir. Daha sonra istifadəsində olan müvafiq telefon nömrəsinə Whataspp proqramı vasitəsilə xarici ölkənin mobil operatoruna məxsus xatırlamadığı telefon nömrəsindən sms gəlmiş və həmin sms-də kazino oyunlarını oynamağı üçün ödənişi edəcəyi bank kartlarının xatırlamadığı nömrələri ona göndərilmişdir. Daha sonra göstərilən bank kartlarına 2021-ci ilin dekabr ayından 2022-ci ilin aprel aylarına qədər olan dövrdə, hər dəfə 10-40 manat arası məbləğlərlə, cəmi təxminən 1300 manat köçürmüşdür. Köçürdüyü müvafiq məbləğ müqabilində onun nömrəsinə kod və oyun linki göndərilmiş, o da həmin link vasitəsilə “fastloto.com” saytına daxil olaraq müvafiq kod əsasında kazino oyunu oynamışdır. Həmin oyun çərçivəsində udmaq üçün meyvə işarəsində olan elementlərin hamısının eyni olması zəruri olmuşdur. Müvafiq dövr ərzində kazino oyunu oynamaq üçün köçürdüyü 1300 manat məbləği uduzmuşdur. X95, X33, X27, Təqsirləndirilən şəxs2 tanımamış, həmin şəxslərin kartlarına kazino oyunu oynamaq üçün pul göndərsə də həmin şəxsləri, o cümlədən müvafiq oyunları təşkil edən şəxsləri tanımamışdır. Göstərilən kazino oyunlarının qanunsuz təşkil edildiyini bilməmiş, qeyd etdiyi sosial şəbəkə proqramında olduğu zaman həmin səhifə qarşısına çıxdığı üçün həmin oyunların qanuni keçirildiyini zənn etmiş, istintaq zamanı isə müvafiq oyunların keçirilməsinin qanunsuz olduğunu başa düşmüşdür (cild 1, iş vərəqə 187). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid13 ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayında “İnstagram” sosial şəbəkəsində kazino oyunları barədə reklam xarakterli adını xatırlamadığı səhifə ilə rastlaşmış, həmin səhifəyə daxil olduqda kazino oyunlarının oynanılması üçün xarici ölkə mobil operatoruna məxsus xatırlamadığı nömrəli mobil telefon nömrəsinə istifadəsində olan 051-318- 37-57 nömrəli mobil telefon nömrəsindən “WhatsApp” proqramı vasitəsilə sms yazmış, daha sonra nömrəsinə müvafiq nömrədən əvvəli 4169, sonu isə 2783 rəqəmləri ilə bitən "xxxx" ASC-nin bank kartının müvafiq məlumatları göndərilmişdir. O da təxminən 2022-ci ilin fevral-mart ayları ərzində həmin karta özünə məxsus "xxxx" ASC-dən aldığı sonu 8585 ilə bitən kartından hissə-hissə 10- 30 manat arası məbləğlərlə, cəmi təxminən 200 manat məbləğində pul köçürmüş, ödəniş qəbzlərini xarici ölkə mobil operatoruna məxsus xatırlamadığı nömrəli mobil telefon nömrəsinə “WhatsApp” proqramı vasitəsilə göndərmişdir. Müvafiq məbləğlər müqabilində həmin nömrədən sms-lə ona göndərilmiş kodlar əsasında, oyunların oynanılması üçün yenə də həmin sms-lə ona göndərilmiş linkə daxil olaraq “fastloto.com” saytına keçid almış və kazino oyunlarını oynayaraq göstərilən məbləği uduzmuşdur. 2022-ci ilin aprel-may ayları ərzində də qeyd etdiyi qaydada, göstərilən telefon nömrəsinə sms-lər yazaraq sonu 7931, 0711 ilə bitən kartlara, özümə məxsus Kapitalbank ASC-dən aldığı sonu 8585 ilə bitən kartından cəmi, təxminən 1200 manat pul köçürərək, sms vasitəsilə aldığı kodlar əsasında “fastloto.com” saytında kazino oyunları oynamış və müvafiq məbləğləri də uduzmuşdur. 2022-ci ilin təxminən noyabr ayında dəqiq xatırlamadığı gündə təxminən saat 10:00 radələrində xarici ölkənin mobil operatoruna məxsus +**********3 nömrəli mobil telefon nömrəsindən istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinə “WhatsApp” proqramı vasitəsilə kazino oyununun oynanılması barədə təşviq sms-i gəlmiş, o da göstərilən vaxt kazino oyunu oynamaq istədiyinə dair həmin nömrəyə sms göndərmişdir. Bundan sonra müvafiq nömrədən onun nömrəsinə “WhatsApp” proqramı vasitəsilə **********6373 nömrəli "xxxx"a məxsus bank kartının və “Leo bank”a məxsus xatırlamadığı nömrəli bank kartının məlumatları ona göndərilmiş və həmin kartlara pul göndərdiyi təqdirdə kazino oyunlarını oynaya biləcəyi bildirilmişdir. O da həmin zaman özünə məxsus "xxxx" ASC-dən aldığı bank kartından 20 manat pulu **********6373 nömrəli Kapitalbanka məxsus bank kartına köçürmüş, bu barədə qəbzi “WhatsApp” proqramı vasitəsilə +**********3 nömrəli mobil telefon nömrəsinə sms-lə göndərmişdir. Həmin zaman ona göstərilən nömrədən sms-lə kod və “fastloto.com” saytı vasitəsilə kazino oyunlarının oynanılmasına dair oyun linki göndərilmişdir. O da həmin linkə daxil olaraq müvafiq kod əsasında “fastloto.com” saytında kazino oyunu oynamış, göstərilən oyun zamanı da 20 manatı uduzmuşdur. Sonra həmin gün axşam saat 22:00 radələrindən 24:00 radələrinə qədər istifadəsində olan müvafiq nömrədən “WhatsApp” proqramı vasitəsilə +**********3 nömrəli mobil telefon nömrəsinə sms-lər göndərərək və özünə məxsus müvafiq bank kartından və “Milli Ön” terminalından **********6373 nömrəli "xxxx"a məxsus bank kartına hissə-hissə təxminən 30-40 manat arası məbləğlərlə, cəmi 610 manat pul köçürmüş, həmin məbləğləri də uduzmuşdur. Sonra karta 30 manat da yükləmiş, kazino oyunları oynayaraq 380 manat udmuş, göstərilən məbləği məxaric etmək istəsə də +**********3 nömrəli mobil telefon nömrəsi istifadəçisi müraciətlərinə cavab verməməyə başlamış və 380 manat uduş məbləğini ona verməmişdir (cild 1, iş vərəqə 206-209). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid15 ifadəsində göstərmişdir ki, oğlu X47 narkotik maddələrin istifadəçisi olmuş, 2022-ci ilin aprel ayında Sabunçu rayon Polis İdarəsi tərəfindən narkotik maddələrin satışında təqsirli bilinərək tutulmuş və Sabunçu rayon məhkəməsinin 2022-ci il tarixli hökmü ilə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ilkin cəzasını 16 saylı cəzaçəkmə müəssisəsində çəkmişdir. Həmin hökmün 2022-ci ilin hansı ayında qəbul edildiyini xatırlamır. Oğlu İlkin onlayn qaydada kazino oyunları oynamış, həmin oyunları istifadəsində olan xatırlamadığı nömrəli mobil telefon nömrəsinə xarici ölkənin mobil operatoruna məxsus bilmədiyi telefon nömrəsindən gəlmiş təşviq sms-ləri əsasında oynamışdır. Belə ki, həmin sms-lər vasitəsilə kazino oyunlarını oynaya biləcəyi oğluna bildirilmiş, İlkin də həmin telefon nömrəsinə oyun oynamaq istədiyinə dair sms-lər göndərməyə başlamışdır. İlkin müvafiq sms-ləri bilmədiyi telefon nömrəsinə “WhatsApp” proqramı vasitəsilə göndərdikdən sonra həmin nömrədən ödənişi edəcəyi bank kartının bilmədiyi nömrələri ona göndərilmiş, o da göstərilən bank kartlarına 2022-ci il ərzində müxtəlif məbləğlərdə pul vəsaitləri köçürmüşdür. İlkinin köçürdüyü pul məbləğləri müqabilində onun nömrəsinə zəruri məlumatlar göndərilmiş, o da həmin məlumatlar əsasında kazino oyunları oynamışdır. Həmin dövr ərzində İlkinin bank kartına cəmi hansı məbləğdə pul köçürdüyünü, hansı məbləğdə pul uduzduğunu və udduğunu, hansı saytlar vasitəsilə oyunlar oynadığını bilməmişdir. İlkinin kazino oyunları oynadığından onun tutulduğu gün, yəni 2022-ci ilin aprel ayında İlkinin barəsində olan cinayət işinin istintaqını aparan müstəntiqdən öyrənmişdir. Belə ki, İlkin tutulduğu zaman müstəntiq tərəfindən ona İlkinin telefonundakı məlumatlarla bağlı, o cümlədən sms-lər barədə suallar verilmiş, həmin zaman da İlkinin kazino oyunları oynadığı ona məlum olmuşdur. İlkinin oynadığı kazino oyunlarını təşkil edən şəxslərin, ona müvafiq oyunları oynaması üçün reklam xarakterli sms-ləri göndərən şəxslərin kimlər olduqlarını bilməmişdir (cild 1, iş vərəqə 117- 119). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid18 ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyul ayından 4 ay ərzində onlayn qaydada kazino oyunları oynamışdır. Qeyd edilmiş tarixdə “Youtube” proqramında qarşısına çıxan kazino oyununun reklam səhifəsinə daxil olmuş, orada qeyd edilmiş xarici ölkənin mobil operatoruna bağlı olan xatırlamadığı telefon nömrəsinə “WhatsApp” proqramı vasitəsilə istifadəsində olan 055-336-66- 13 nömrəli telefon nömrəsindən sms göndərək reklam olunan kazino oyunlarını onlayn oynamaq istədiyini bildirmişdir. Daha sonra həmin proqram vasitəsilə müvafiq nömrədən ona gəlmiş sms-də xatırlamadığı nömrəli bank kartının nömrələri göndərilmiş və oyunları oynamaq istədiyi təqdirdə həmin kartlara pul köçürməli olduğu bildirilmişdir. O da 2022-ci ilin iyun ayından 4 ay ərzində həmin kartlara 5-60 manat arası məbləğlərdə, cəmi təxminən 1600 manat pul vəsaiti köçürmüşdür. Köçürdüyü pul məbləğləri müqabilində onun telefon nömrəsinə kodlar və oyun linki göndərilmiş, o da link vasitəsilə “fastloto.com” saytına keçid alaraq onlayn kazino oyunları oynamışdır. Həmin oyunlarda uduş əldə etmək üçün orada qeyd edilmiş meyvə işarələrinin və rəqəmlərin eyni olması zəruri olmuşdur. Müvafiq dövr ərzində kazino oyunu oynamaq üçün köçürdüyü bütün məbləğləri uduzmuşdur. Təqsirləndirilən şəxs3 tanımamış, həmin şəxsin kartlarına kazino oyunu oynamaq üçün pul göndərsə də həmin şəxsi, o cümlədən müvafiq oyunları təşkil edən şəxsləri tanımamışdır. Göstərilən kazino oyunlarının qanunsuz təşkil edildiyini bilməmişdir. Belə ki, “Youtube” proqramında olduğu zaman həmin səhifə qarşısına çıxdığı üçün o, həmin oyunların qanuni keçirildiyini zənn etmiş, istintaq zamanı isə müvafiq oyunların keçirilməsinin qanunsuz olduğunu başa düşmüşdür (cild 4, iş vərəqə 10-12). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid19 ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayından təxminən 6 ay ərzində onlayn qaydada kazino oyunları oynamışdır. Qeyd edilmiş tarixdə xatırlamadığı internet saytında məlumatlara baxdığı zaman qarşısına çıxan kazino oyununun reklam səhifəsinə daxil olmuş, orada qeyd edilmiş xarici ölkənin mobil operatoruna bağlı olan xatırlamadığı telefon nömrəsinə “WhatsApp” mobil telefon proqramı vasitəsilə istifadəsində olan 055-807-66- 81 nömrəli telefon nömrəsindən sms göndərək reklam olunan kazino oyunlarını onlayn oynamaq istədiyini bildirmişdir. Daha sonra həmin proqram vasitəsilə müvafiq nömrədən ona gəlmiş sms-də xatırlamadığı nömrəli bank kartının nömrələn göndərilmiş və oyunları oynamaq istədiyi təqdirdə həmin karta pul köçürməli olduğu bildirilmişdir. Sonra da həmin karta özünə məxsus "xxxx" ASCdən aldığı kartdan 2022-ci ilin may ayından təxminən 6 ay ərzində 3-10 manat arası məbləğlərlə, cəmi təxminən 1000 manat pul vəsaiti köçürmüşdür. Köçürdüyü müvafiq pul məbləğləri müqabilində müvafiq nömrəsinə kodlar və oyun linki göndərilmiş, o da link vasitəsilə “fastloto.com” saytına keçid alaraq onlayn kazino oyunları oynamışdır. Həmin oyunlarda uduş əldə etmək üçün orada qeyd edilmiş meyvə işarələrinin və rəqəmlərin eyni olması zəruri olmuşdur. Müvafiq dövr ərzində kazino oyunu oynamaq üçün köçürdüyü bütün məbləğləri uduzmuşdur. Təqsirləndirilən şəxs3 tanımamışdır. Həmin şəxsin kartına kazino oyunu oynamaq üçün pul göndərsə də həmin şəxsi, o cümlədən müvafiq oyunları təşkil edən şəxsləri tanımamışdır. Göstərilən kazino oyunlarının qanunsuz təşkil edildiyini bilməmiş, belə ki, qeyd etdiyi internet səhifəsində olduğu zaman həmin kazinonun reklam olunan səhifəsi qarşısına çıxdığı üçün həmin oyunların qanuni keçirildiyini zənn etmiş, istintaq zamanı isə müvafiq oyunların keçirilməsinin qanunsuz olduğunu başa düşmüşdür (cild 4, iş vərəqə 13-15). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən digər sənədləri də sübut növləri kimi qəbul edir. Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin xx.xx.2022-ci il tarixli MMX-X/0-3/4/129/2022 nömrəli məktubu ilə daxil olmuş üzərində heç bir yazı olmayan ağ rəngli CD diskə baxış zamanı diskdə “Kart hesabı - Təqsirləndirilən şəxs1 Tapdig 5087”, “Kart hesabı - Təqsirləndirilən şəxs1 Tapdig 6085”, “Kart hesabı- Təqsirləndirilən şəxs1 Tapdig 9440” adlı faylların olduğu, həmin fayllardan “Kart hesabı - Təqsirləndirilən şəxs1 Tapdig 6085” adlı faylda Təqsirləndirilən şəxs1 "xxxx" ASC-də olan 416973******6085 nömrəli bank kartı hesabına 2021-ci ildə 87.795,59 manat, 416973******5087 nömrəli bank kartı hesabına 2021-ci ildə 59.205,19 manat, 416973******9440 nömrəli bank kartı hesabına 2021-ci ildə 33.132 manat, 2022-ci ildə 226.631,44 manat dövriyyəsinin olduğu, qeyd edilmiş kartlara Təqsirləndirilən şəxs2 kartlarına pul vəsaitləri mədaxil etmiş şəxslər tərəfindən mütəmadi olaraq pul vəsaitlərinin göndərildiyi müəyyən edilmişdir (cild 1, iş vərəqə 82-85). Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin xx.xx.2022-ci il tarixli MMX-X/0-3/4/154/2022 nömrəli məktubu ilə daxil olmuş CD diskə keçirilmiş baxış zamanı CD diskdə “Accesbank”, “Azərpoçt”, “Bank of Baku”, “Expressbank”, "xxxx", “Muğanbank”, "xxxx", "xxxx", “X175 Azərbaycan” və "xxxx" ASC adlı qovluqlarda müvafiq banklarda X95, X48, X21, X33, X49, X27, X66, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, X2, X34, X50, X22 və X29 adına açılmış bank hesabları üzrə çıxarışların olduğu müəyyən edilmişdir. Qeyd edilmiş CD diskdə olan qovluqlardan "xxxx" adlı qovluqda olan faylların arasında “Kart hesabı - Təqsirləndirilən şəxs2 (2)”, “Kart hesabı - Təqsirləndirilən şəxs2 (3)”, “Kart hesabı - Təqsirləndirilən şəxs2”, “Kart hesabı- Təqsirləndirilən şəxs2 (1)” adlı faylların olduğu müəyyən edilmişdir. Müvafiq fayllardan “Kart hesabı - Təqsirləndirilən şəxs2 (2)” adlı faylda "xxxx" ASC-də Təqsirləndirilən şəxs2 məxsus 416973******6509 nömrəli kart hesabı üzrə çıxarış olduğu, həmin kart hesabı üzrə 55573,50 manat dövriyyənin olduğu və karta X71, 07-Nov-1986, X37, 31-Aug-1982, X72, 09-Aug-1984, X52, 08-MAY-1994, Təqsirləndirilən şəxs1 Tapdig, 07-Nov-1984, X98, 27- Jan-1994, X53, 02-Jul-1989, X54, 25-Nov-1990, X126, 29-Aug-2000, X149, 17-Oct-1994, X127, 10- Jul-1997, X128, 03-Oct-1992, X150, 08-Jan-1990, X151, 23-Apr-1992, X55, 23- Apr-1995, X15, 03-Mar-1990, X16 Qizi, 18-Jun-1995, X73, 17-Jan-1990, X129, 20-Jul- 1999, X74, 20-Dec-1985, X75, 26-Nov-1989, X99, 09-Jan-2001, X100, 26-Apr-1992, X130, 04-Nov-1984, X131, 02-Jun-1992, X101, 26-Sep-1999, X152, 19-May-1977, X17, 09-Dec-1989, X132, 05-Oct-1986, X38, 09-Jan-1998, X133 Xanlar, 03-Nov-1987 tərəfindən mütəmadi olaraq pul vəsaitlərinin göndərildiyi müəyyən edilmişdir. Eyni zamanda həmin CD diskdəki "xxxx" adlı qovluqda “Kart hesabı - Təqsirləndirilən şəxs2 (3)” adlı faylda Kapital Bank” ASC-də Təqsirləndirilən şəxs2 məxsus 416973******5366 nömrəli kart hesabı üzrə çıxarış olduğu, həmin kart hesabı üzrə 49841,32 manat dövriyyənin olduğu və karta X76, 19-Dec-1993, X149, 17-Oct-1994, X77, 21-Apr-1985, X153, 10-Feb- 1993, X56 Oğlu, 17-Sep-1991, X53, 02-Jul-1989, X134, 04-Oct-1986, X154, 22-Feb-1993, X102, 14-Sep-1999, X103, 01-Jan-1983, X39, 26-Jan-1991, X78, 11-Aug-1989, X79, 20- JUN-1991, X135, 03-Jan-1996, X104, 29-May-1987, X105, 06-Oct-1988, X106, 10-Sep- 1995, X155, 06-Feb-1998, X107, 27-Nov-1999, X57, 24-Oct-1995, Bayramova Liza Hicran, 28-May-1983, X80, 25-Oct-1983, X81 Oğlu, 14-Jun-1987, X8, 22-Feb-1982, X23, 28-May-1996, X40, 08-Jul-1990, X156, 18-May-1990, X108, 20-Nov-1983, X82, 17-Jun- 1990, X109, 18-Jan-1994, X110, 24-Sep- 1981, Təqsirləndirilən şəxs2, 06-May-1992, X83, 27-Apr-1992, X58, 20-Oct-1999, X41, 12-Sep-1983, X162, 04-Apr-1989, X59, 28-Mar- 1998, Şahid11 Canali, 12-Feb-1994, X42, 27-Aug- 1983, X84, 12-Sep-1982, X85 Qizi, 13- Jul-1992, X18, 15-Dec-1989, X4, 27-Dec-1992, X172, 13-Jan-1990, X174, 10-Jun-1978, X60, 03-Jan-1988, X163, 22-Jul-1992, X173, 05-Feb-1996 tərəfindən mütəmadi olaraq pul vəsaitlərinin göndərildiyi müəyyən edilmişdir. Bundan başqa, həmin CD diskdəki "xxxx" adlı qovluqda “Kart hesabı- Təqsirləndirilən şəxs2” adlı faylda "xxxx" ASC-də Təqsirləndirilən şəxs2 məxsus 416973******2835 nömrəli kart hesabı üzrə çıxarış olduğu, həmin kart hesabı üzrə 59401,3 manat dövriyyənin olduğu və karta X86, 30-Jul-1988, X76, 19-Dec-1993, X43, 08-Aug-1983, X87, 10-Feb-1997, X56 Oğlu, 17-Sep-1991, X164, 12-Jul-1993, X58, 20-Oct-1999, X61, 23-Sep-1994, X88, 12-Mar-1994, X85 Qizi, 13-Jul- 1992, X111, 31-Jan-1992, X89, 12-Jul-1993, X30, 22-Apr-1990, X165, 10-Sep-1983, X136, 27-May-1989, X3, 23-Jul-1976, X112, 12-Jan-1983, X83, 27- Apr-1992, X5, 27-Dec- 1991, X113, 27-Dec-1982, X137, 19-Jan-1999, X166 Oğlu, 16-Jul-1994, X167, 21-Mar- 1990, X77, 21-Apr- 1985, X153, 10-Feb-1993, X24, 28-May-1996, X133 Xanlar, 03-Nov- 1987, X8, 22-Feb-1982, X62 Qizi, 17-Dec-1968, X138, 07-Oct-2000, X24, 28-May-1996, X99, 09-Jan-2001, X108, 20-Nov-1983, X156, 18-May-1990, X81 Oğlu, 14-Jun-1987, X163, 22-Jul- 1992, X31, 20-Jun-1985, Şahid11 Canali, 12-Feb-1994, X102, 14-Sep-1999, X90, 16-Nov-1975, X105, 06-Oct-1988 tərəfindən mütəmadi olaraq pul vəsaitlərinin göndərildiyi müəyyən edilmişdir. Bundan başqa, həmin CD diskdəki "xxxx" adlı qovluqda “Kart hesabı- Təqsirləndirilən şəxs2 (1)” adlı faylda "xxxx" ASC-də Təqsirləndirilən şəxs2 məxsus 416973******2509 nömrəli kart hesabı üzrə çıxarış olduğu, həmin kart hesabı üzrə 4793,72 manat dövriyyənin olduğu və karta X162, 04-Apr-1989, X78, 11-Aug-1989, X82, 17-Jun-1990 tərəfindən mütəmadi olaraq pul vəsaitlərinin göndərildiyi müəyyən edilmişdir (cild 1, iş vərəqə 82-85). Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin xx.xx.2022-ci il tarixli MMX-X/0-3/4/329/2022 nömrəli məktubu ilə daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus müvafiq plastik kartlar vasitəsilə həyata keçirilmiş əməliyyatlar qanunsuz mərc oyunlarının təşkilində istifadə edilmiş, həmin şəxslərə məxsus hesablara ödəniş terminalları vasitəsilə yüksək intensivlikdə və dövriyyədə vəsaitlərin mədaxil edilərək əməliyyatlar müştəri profilinə uyğun olmamış, şəxslər tərəfindən vəsaitlərin mənbəyinə dair məlumat verməkdən imtina olunmuş və verilən məlumatlar isə təsdiqlənməmişdir (cild 1, iş vərəqə 35-39). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********676700 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 fiziki şəxs kimi vergi orqanlarında uçota alınması, hər hansı müəssisənin rəhbəri və ya təsisçisi olması barədə məlumat mövcud deyildir, həmin şəxslərin fəaliyyətləri ilə bağlı hər hansı vergi yoxlamaları keçirilməmişdir (cild 1, iş vərəqə 186-187). "xxxx" ASC-dən xx.xx.2023-cü il tarixli 2023/111/3019 nömrəli məktubu ilə daxil olmuş üzərində “çıxarış” yazılmış ağ rəngli CD diskə və üzərində “5150. Korrupsiya 232026011” rəqəm və sözləri yazılmış ağ rəngli CD diskə keçirilmiş baxış zamanı üzərində “çıxarış” yazılmış ağ rəngli CD diskdə X2, X34, X49, X50, Təqsirləndirilən şəxs3, X22, Təqsirləndirilən şəxs1 Tapdıq oğlu, Təqsirləndirilən şəxs2, X67, X13 adına "xxxx" ASC-də açılmış hesablardan çıxarışların olduğu, üzərində “5150. Korrupsiya 232026011” rəqəm və sözləri yazılmış ağ rəngli CD diskdə isə qeyd edilmiş hesablar üzrə görüntülərin olduğu müəyyən edilmiş, iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən Təqsirləndirilən şəxs1 Tapdıq oğlu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məxsus hesablar üzrə hesabdan çıxarışlar çap edilərək iş materiallarına əlavə edilmişdir (cild 3, iş vərəqə 221). "xxxx" ASC-dən xx.xx.2023-cü il tarixli 2023/111/4252 nömrəli məktubu ilə daxil olmuş CD diskə keçirilmiş baxış zamanı CD diskdə Təqsirləndirilən şəxs1 Tapdıq oğlu, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 adına "xxxx" ASC-də açılmış hesablardan xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə çıxarışların olduğu, həmin çıxarışlarda qeyd edilmiş hesablara pul vəsaitləri göndərmiş şəxslər haqqında məlumatların olduğu müəyyən edilmişdir. Həmin fayllardan “Təqsirləndirilən şəxs3 3 daxil olma 2023-5150” adlı faylda Təqsirləndirilən şəxs3 adına "xxxx" ASC-də açılmış 416973******7347 nömrəli bank kartı, “Təqsirləndirilən şəxs3 2 daxil olma 2023-5150” adlı faylda Təqsirləndirilən şəxs3 adına "xxxx" ASC-də açılmış 416973******1717 nömrəli bank kartı, “Korrupsiya Təqsirləndirilən şəxs3 kart 1 daxil olma 2023-5150” adlı faylda Təqsirləndirilən şəxs3 adına "xxxx" ASC-də açılmış 416974******4988 nömrəli bank kartı üzrə çıxarışın olduğu, həmin çıxarışlarda qeyd edilmiş hesablara pul vəsaitləri göndərmiş şəxslər haqqında məlumatların olduğu müəyyən edilmişdir. Qeyd edilmiş fayllarda müvafiq kartlara mütəmadi olaraq pul göndərmiş şəxslərin Şahid18 / 06-Nov-93, X44 Oğlu / 17- Jun-88, X139 Oğlu / 28-Sep-92, X91 Oğlu / 18-Feb-82, X114 Oğlu, X12 Qizi / 22-Mar-68, X92 Oğlu, X140 Oğlu / 10-Mar-73, X51 Qizi, X157 Oğlu / 10-Sep-98, X45 Oğlu / 05-Aug-
92. X115 Oğlu / 09-Sep-84, Mahmudov Tural Şahid Oğlu / 06-Aug-85, X176 Oğlu / 01- Jan-94, X168 Oğlu / 11-Mar-99, X141 Oğlu / 08-Apr-83, X63 Oğlu / 27-Oct-01, X46 Oğlu / 19-Jan-99, Şahid7 / 13-Feb-87, X116 Qizi / 17-Sep-84, X142 Oğlu / 17-May-80, X117 Oğlu / 01-Nov-86, X93 Oğlu / 28- Dec-81, X94 Oğlu / 03-Jul-01, X118 Oğlu / 10-Dec-85, X169 Oğlu / 04- Jan-87, X143 Oğlu / 27-Dec-96, X64 Oğlu / 09-Feb-95, X119 Oğlu / 07-Mar-89, Şahid4 / 09-Aug-86, X19 Oğlu / 01-May-83, X120 Oğlu / 06-Oct-88, X25 Qizi / 22-Mar-91, X144 Oğlu / 14- Apr-88, X121 Oğlu / 22-Oct-99, X158 Qizi / 08-Jan-98, X121 Oğlu / 22- Oct-99, X122 Oğlu / 17-May-03, X32 Oğlu / 21-Sep-84, X123 Oğlu / 18-Jan-94, Şahid17 Qizi / 27-Dec-92, X65 Oğlu / 26-Jan-91, X1 müəyyən edilmişdir (cild 3, iş vərəqə 240-241). Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 adına "xxxx" ASC-də olan 416974******4988 nömrəli bank kartı hesabına 2021-ci ildə 1.858 manat, Təqsirləndirilən şəxs2 adına "xxxx" ASC-də olan 416973******2835 nömrəli bank kartı hesabına 2021-ci ildə 58.819,30 manat, 416973******6509 nömrəli bank kartı hesabına 2021-ci ildə 55.573,50 manat, Təqsirləndirilən şəxs1 adına "xxxx" ASC-də olan 416973******6085 nömrəli bank kartı hesabına 2021-ci ildə 87.795,59 manat, 416973******5087 nömrəli bank kartı hesabına 2021-ci ildə 59.205,19 manat, 416973******9440 nömrəli bank kartı hesabına 2021-ci ildə 33.132 manat, 2022-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayına qədər olan dövrdə Təqsirləndirilən şəxs3 adına "xxxx" ASC-də olan 416974******4988 nömrəli bank kartı hesabına 4.728 manat, 416973******1717 nömrəli bank kartı hesabına 42.936,72 manat, 416973******7347 nömrəli bank kartı hesabına 29.060,02 manat, "xxxx" ASC-də olan bank hesabına 2022-ci ildə 14.644,20 manat, "xxxx" ASC-də ************1752 nömrəli bank kartı hesabına 27.948,16 manat, Təqsirləndirilən şəxs2 adına "xxxx" ASC-də olan 416973******5366 nömrəli bank kartı hesabına 49.841,32 manat, 416973******2509 nömrəli bank kartı hesabına 4.792,72 manat, 416973******2835 nömrəli bank kartı hesabına 647 manat, "xxxx" ASC-də olan bank hesabına 2022-ci ildə 27.918,24 manat, Təqsirləndirilən şəxs1 adına "xxxx" ASC-də olan 416973******6085 nömrəli bank kartı hesabına 10 manat, 5239******9440 nömrəli bank kartı hesabına 226.631,44 manat, "xxxx" ASC-də olan bank hesabına 2022-ci ildə 8.149,81 manat pul vəsaitləri köçürülmüşdür. Eyni zamanda Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə Təqsirləndirilən şəxs1 adına "xxxx" ASC-də olan 5239********9440 nömrəli bank kartı hesabına 100.889,00 manat, Təqsirləndirilən şəxs3 "xxxx" ASC-də olan "xxxx" ASC-də olan 416974******4988 nömrəli bank kartı hesabına 2.231 manat, 416973******1717 nömrəli bank kartı hesabına 42.936,72 manat, 416973******7347 nömrəli bank kartı hesabına 15.259,48 manat pul vəsaitləri köçürülmüşdür (cild 1, iş vərəqə 59-64; cild 4, iş vərəqə 21-23). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 xüsusi mülkiyyətində olan ünvan 9 ünvanda yerləşən 0.0716 ha torpaq sahəsinin və Təqsirləndirilən şəxs2 xüsusi mülkiyyətində olan Sabirabad rayonu, Qaratəpə kəndində yerləşən 1.87 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur (cild 4, iş vərəqə 238-241). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 12 avqust 2020-ci il tarixli qərarı ilə cəzası 4 il 3 aya endirilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2545 saylı əfv sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsi yarıyadək endirilmiş, 01 may 2021-ci il tarixdə isə cəzadan vaxtından əvvəl şərti azad edilmiş, 05 noyabr 2021-ci ildə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqə 183). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhum olunmamışdır (cild 1, iş vərəqə 181-182). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2023-cü il və xx.xx.2024-cü il təvəllüdlü iki azyaşlı uşağı var. Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin xx.xx.2022-ci il tarixli MMX- X/0-3/4/129/2022 nömrəli və xx.xx.2022-ci il tarixli MMX-X/0-3/4/154/2022 nömrəli məktubu ilə daxil olmuş CD disklər, "xxxx" ASC-dən xx.xx.2023-cü il tarixli 2023/111/3019 nömrəli məktubu ilə daxil olmuş üzərində CD disklər, "xxxx" ASC-dən xx.xx.2023-cü il tarixli 2023/111/4252 nömrəli məktubu ilə daxil olmuş CD disk maddi sübut kimi tanımışdır (cild 4, iş vərəqə 189-221). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X20 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq milli məhkəmələrin vəzifəsidir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında ətraflı şəkildə tədqiq edilmiş sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə, həmçinin seçdikləri müdafiəçiləri vasitəsi ilə suallar vermişlər, habelə ayrı-ayrılıqda onlara qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların, təqsirləndirilən şəxslərin, şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrin, mütəxəsis rəyləri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri, habelə qumar oyunlarının təşkili və ya keçirilməsi nəticəsində əldə etdikləri gəlirin məbləği sübuta yetirilməmişdir. Belə ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı irəli sürülmüş ittihama görə onlar “Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqla məşğul olmuşlar, qabaqcadan əlbir olan bir qrup şəxs halında internet İnformasiya ehtiyatlarından və informasiyatelekommunikasiya şəbəkələrindən İstifadə edib xüsusilə külli miqdarda gəlir əldə edərək qumar oyunlarını təşkil edib keçirmişlər”. Məhkəmə qeyd edir ki, cinayət işinin mübahisə edilməyən halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 2021-2022-ci illər ərzində qabaqcadan əlbir olan bir qrup şəxs halında internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə qumar oyunlarını təşkil edib keçirmişlər. Ancaq qeyd olunan əməl 2022-ci ilin yanvarın 1-dək cinayət sayılmamış, Cinayət Məcəlləsində belə bir əmələ görə məsuliyyət nəzərdə tutulmamışdır. Belə ki, qeyd olunan tarixə kimi Cinayət Məcəlləsinin 244-1-ci maddəsində yalnız “Qumarxana təşkil etmə və ya saxlama” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2021-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinin 244-1-ci maddəsi “Qumar oyunlarının təşkili və ya keçirilməsi” adlanaraq yeni redaksiyada verilmiş, həmin Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Belə olan halda, ibtidai istintaq orqanı tamamilə əsassız olaraq 2021-ci ildə törədilmiş əməllərə görə təqsirləndirilən şəxslərə “qanunsuz sahibkarlıqla məşğul olma” itiihamı, 2022-ci ildə törədilmiş əməllərə görə “Qumar oyunlarının təşkili və ya keçirilməsi” ilə bağlı ittiham irəli sürmüşdür. Təqsirləndirilən şəxslərə qanunsuz sahibkarlıqla bağlı verilmiş ittihamın təsvirində onların 2021-2022-ci illər ərzində qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları göstərilsə də yalnız 2021-ci il ərzində bank hesab kartlarına köçürülmüş pullar nəzərə alınaraq külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqla məşğul olmaları, 2022-ci ildə bank hesab kartlarına köçürülmüş pullar nəzərə alınmaqla isə internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə edib xüsusilə külli miqdarda gəlir əldə edərək qumar oyunlarını təşkil edib keçirmələri qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, tamamilə eyni xarakterli əməllərin bir qisminin qanunsuz sahibkarlıq kimi, digər qisminin isə qumar oyunlarının təşkil edilib keçirilməsi kimi tövsif edilməsi tamamilə absurddur. İbtidai istintaq orqanı 2021-ci ildə cinayət sayılmayan əməlləri törətmiş şəxslərin əməllərini kriminallaşdıraraq həmin əməlləri onlara aidiyyatı olmayan 192-ci maddə ilə (qanunsuz sahibkarlıqla) tövsif etmişdir. Məhkəmə müvafiq qərar əsasında Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsi tərəfindən aparılmış araşdırma, həmin araşdırmanın nəticəsi barədə eyni qurumdan daxil olmuş mütəxəssis rəyi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin normalarına əsasən mütəxəssis cinayət prosesində iştirak edən digər şəxslər kateqoriyasına aiddir, cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında elm, texnika, incəsənət və digər peşə sahəsindəki xüsusi bilik və bacarığından istifadə edərək kömək göstərmək üçün cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin edilmiş şəxsdir. Həm də etiraz oluna bilən proses iştirakçısıdır. Mütəxəssisin ifadə etdiyi fikir isə ekspert rəyini əvəz etmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 264.2-ci maddəsinə əsasə isə təhqiqatçı, müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, mütəxəssis və cinayət prosesinin digər iştirakçılarının xüsusi biliklərə malik olması cinayət təqibi orqanını müvafiq hallarda ekspertizanın təyin edilməsi zərurətindən azad etmir. Cinayət-Prosessual Məcəllənin 7.0.48-ci maddəsində bilavasitə prosessual sənədlər sırasına məhz ekspert rəyi anlayışı daxil edilmişdir. Cinayət-Prosessual Məcəllənin 96.3-cü maddəsinə əsasən mütəxəssisin ifadə etdiyi fikir ekspert rəyini əvəz etmir. Həmin Məcəllənin 124.2-ci maddəsində isə cinayət prosesində məhz ekspertin rəyinin sübut kimi qəbul edildiyi bilavasitə göstərilmişdir. Ona görə də məhkəmə hazırkı iş üzrə yuxarıda şərh olunan mütəxəssis rəyinə münasibətdə qənaətə gələrkən bu hüquqi mövqeyi də nəzərdə saxlayır. İttiham aktında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin rəylərinə istinad edilərək göstərilmişdir ki, “...Bu səbəbdən qeyd edilmiş rəylər nəzərə alındıqda Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə edərək qumar oyunlarını təşkil edib keçirmələri nəticəsində 2021-ci il üzrə 296.383,58 manat, 2022-ci il üzrə 598.623,83 manat məbləğində gəlir əldə etmələri müəyyən olunur.” Göründüyü kimi ibtidai istintaq orqanı özü də təsdiq etmişdir ki, təqsirləndirilən şəxslər 2021-2022-ci illər ərzində qabaqcadan əlbir olan bir qrup şəxs halında internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə edərək qumar oyunlarını təşkil edib keçirmişlər. Buna baxmayaraq əsassız olaraq 2021-ci ildə törədilmiş eyni xarakterli əməllərə görə qanunsuz sahibkarlıqla bağlı ittiham irəli sürülmüşdür. Məhkəmə baxışı zamanı təsdiq olunmuşdur ki, təqsirləndirilən şəxslər “WhatsApp” telefon proqramı və mobil nömrə üzərindən yazışma bölməsi vasitəsi ilə əlaqə saxlamaqla xarici informasiya resurslarında yaradılmış internet saytlarına veriləcək müvafiq “loqin” və “parol”dan istifadə edib daxil olmaqla qumar oyunlarda iştirak etmək üçün müştəriləri bu oyunlara təşviq etmiş, müvafiq xidmətlər göstərmişlər. Təqsirləndirilən şəxslərin həmin xidmətlərinin qanunsuz sahikbarlıq hesab olunub-olunmaması ilə bağlı hüquqi dəyərləndirməyə zərurət var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1-ci maddəsinə əsasən qanunsuz sahibkarlıq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurmaqla, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət sayılır. Maddənin dispozisiya şərtlərindən göründüyü kimi qanunsuz sahibkarlıq şəxs tərəfindən icra edilən elə bir fəaliyyətdir ki, həmin fəaliyyət qanunvericiliyə riayət edilməklə həyata keçirildikdə qanuni sahibkarlıq sayılır. Yəni, qanunsuz sahibkarlıq o fəailiyyətdir ki, qanunun tələblərinə riayət etməklə həmin fəaliyyətlə məşğul olmaq yolveriləndir. Təqsirləndirilən şəxslər xarici ölkələrdə təşkil edilən qumar oyunlarında ayrı-ayrı şəxslərin iştirak etmələrinin təşviq olunması, onların həmin oyunlarda iştirak etmələrinin təşkili ilə bağlı xidmətlər göstərmələri (fəaliyyət göstərmələri) ilə əlaqədar olaraq ittiham olunurlar. Qüvvədə olan qanunvericilik qumar oyunlarının təşkili və keçirilməsi ilə bağlı münasibətləri tənzimləmədiyi, ölkə ərazisində belə fəaliyyətlə məşğul olmağa razılıq verilmədiyi üçün həmin fəaliyyət qanunsuz sahibkarlıq fəaliyyəti sayıla bilməz. Belə ki, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya və icazə sisteminin tənzimlənməsinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edən “Lisenziyalar və icazələr haqqında” Qanunda, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda və “Lotoreyalar haqqında” Qanunda qumar oyunları ilə məşğul olma fəaliyyətinə icazələrin verilməsi nəzərdə tutulmamışdır. Ona görə qumar oyunlarının təşkili və ya keçirilməsi ilə bağlı fəaliyyət qanunsuz sahibkarlıq fəadliyyəti hesab oluna və Cinayət Məcəlləsinin 192-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb ola bilməz. Məhkəmə bir daha vurğulayır ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə “Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqla məşğul olma” ittihamı verilmişdir. Halbuki, qumar oyunlarının təşkili və həyata keçirilməsi öz məzmununu görə qanunsuz hesab edilən fəaliyyətdir və belə bir fəaliyyət ümumiyyətlə qeydiyyata alına bilməz. Ona görə də həmin fəaliyyətin həyata keçirilməsi Cinayət məcəlləsinin 192-ci maddəsi ilə deyil, Cinayət Məcəlləsinin 244-1-ci maddəsi ilə məsuliyyət yaradır. Bundan başqa, təqsirləndirilən şəxslərin əməlləri həm də ona görə qeyd olunan maddə ilə tövsif oluna bilməz ki, Cinayət Məcəlləsinin 192.1-ci maddəsinin dispozisiya şərtlərində fəaliyyətin qanunsuz sahibkarlıq kimi qiymətləndirilməsi və cinayət-hüquqi nəticələrə səbəb olması üçün fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurmaqla, habelə xeyli miqdarda gəlir əldə etməklə törədilməsi təsdiq olunmalıdır. Hazırki iş üzrə ittiham tərəfi vurulan ziyanın konkret olaraq məbləğini sübuta yetirə bilməmişdir. Nə ayrı-ayrı şəxslərə vurulmuş zərərin məbləğini, nə də təqsirləndirilən şəxslərin qumar oyunlarının təşkili ilə bağlı götürdükləri gəlirin konkret məbləğini müəyyən edən mötəbər sübutlar müəyyən edilməmişdir. Cinayət işi üzrə dindirilmiş şahidlər qumar oyunlarında bəzən uduzduqlarını, bəzən isə udduqlarını bildirmişlər, uduşlarını hər zaman əldə etdiklərini, uduşların verilməməsi kimi halın yaşanmadığını, təqsirləndirilən şəxlərə qarşı hər hansı şikayət və tələblərinin olmadığını bildirmişlər. Lakin, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı cinayət işi üzrə şahidlərin nə qədər pul uduzduqlarını və udduqlarını, təqsirləndirilən şəxslərin konkret nə qədər gəlir əldə etdiklərini müəyyən edən heç bir mötəbər sübut əldə olunmamışdır. Bundan əlavə həmin bank kartlarına mədaxil edilmiş pulların təyinatı müəyyən edilməmişdir. Rəydə qeyd edilən digər şəxslər dindirilməmiş və həmin şəxslərin kimliyi, hansı fəaliyyətlə məşğul olması və özlərinə məxsus kartlara hansı təyinatla pul vəsaitlərinin məxaric və mədaxil edilməsi məlum deyildir. Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin xx.xx.2022-ci il tarixli MMX-X/0-3/4/154/2022 nömrəli məktubu ilə daxil olmuş CD diskdə "xxxx" adlı qovluqda olan fayllarda Təqsirləndirilən şəxs2 məxsus bank kart hesablarına adları sadalan ümumilikdə 123 nəfər şəxs tərəfindən mütəmadi olaraq pul göndərilməsi, "xxxx" ASC-dən xx.xx.2023-cü il tarixli 2023/111/4252 nömrəli məktubu ilə daxil olmuş CD diskdə Təqsirləndirilən şəxs3 adına "xxxx" ASC-də açılmış müxtəlif bank kartlarına adları sadalan ümumilikdə 43 nəfər şəxs tərəfindən mütəmadi olaraq pul göndərilməsi qeyd olunsa da həmin şəxslərdə cəmi 19 nəfəri ibtidai istintaq orqanı tərəfindən şahid qismində dindirilmiş, digər şəxslər müəyyən olunaraq dindirilməmiş, onların həmin bank kartlarına hansı məqsədlə pul göndərmələri ümumiyyətlə müəyyən olunmamışdır. Bundan əlavə məhkəmə təqsirləndirilən şəxslərin adlarında və istifadələrində olan bank kartlarına daxil olan pul vəsaitləri ilə bağlı bildirməyi zəruri hesab edir ki, istintaq orqanı tərəfindən həmin kartlara daxil olan pul vəsaitinin mənbəyi, eyni zamanda xalis mənfəət (gəlir) müəyyən edilməmişdir. Qeyd edilən bank kartlarına pulların mədaxil edilməsi müəyyən olunsa da, lakin hansı fəaliyyət nəticəsində hansı təyinatla mədaxil edilməsi müəyyən deyildir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı kartına mədaxil olunan pul vəsaitlərinin həm də avtomobil kirayəsi fəaliyyəti ilə bağlı, tikinti şirkətində işləyən qohumunun adına köçürülən pullar, kənd təsərrüfatı ilə məşğul olan atasının ticarəti ilə bağlı mədaxil və məxaric edilən pul vəsaitləri olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin qumar oyunlarının təşkili və keçirilməsi ilə bağlı fəaliyyət nəticəsində gəlir əldə etmələri istisna deyil. Onların bu fəaliyyətdən gəlir əldə etmələrinə ehtimal verən hallar mövcuddur. Lakin, həmin ehtimallar ittihamın irəli sürülməsi üçün kifayət deyildir. Azərbaycan Respublikası CPM-nin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarından bəhs edən 3-cü maddəsində də qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. İttiham tərəfi təqsirləndirilən şəxslərin 2021-ci il ərzində fəaliyyətlərini Cinayət Məcəlləsinin 192-ci maddəsi, 2022-ci il tarixdə cinayət qanunvericiliyinə, İnzibati Xətalar qanunvericiliyinə edilmiş dəyişikliklərdən sonrakı fəaliyyətlərini isə Cinayət Məcəlləsinin yeni redaksiyada verilən 244-1-ci maddəsinə “Qumar oyunlarının təşkili və ya keçirilməsi” maddəsinə tövsif etməklə həmin maddənin tövsifedici əlamətlərinə görə onlara ittiham vermişdir. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, təqsirləndirilən şəxslərin 2022-ci il də daxil olmaqla qumar oyunları təşkil edib keçirməkdən ibarət olan əməlləri CM-nin 244-1-ci maddəsinin dispozisiya şərtləri ilə əhatə olunur. Belə ki, təqsirləndirilən şəxslər “WhatsApp” proqramı və mobil nömrə üzərindən yazışma bölməsi vasitəsi ilə əlaqə saxlamaqla xarici informasiya resurslarında yaradılmış internet saytlarına veriləcək müvafiq “loqin” və “parol”dan istifadə edib daxil olmaqla və uduş olduğu halda yüksək qazanc əldə etmək şərti ilə qumar oyunlarında iştirak etmək imkanlarına malik olduqlarını təşviq edərək bununla bağlı xidmətlər göstərmiş, oyunlarda iştirak edən şəxslər tərəfindən ödəniş edilməsi üçün bank kartları açdırmış, həmin kartlara pul vəsaitinin köçürülməsinə nail olmuş, oyunların vaxtı və şərtləri ilə bağlı çoxsaylı yazışmalar aparmış, oyunların nəticələri ilə bağlı müvafiq zəruri hərəkətləri həyata keçirməklə faktiki olaraq qumar oyunlarının təşkili və keçirilməsini təşkil etmişlər. Təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olaraq qumar oyunlarının təşkili və keçirilməsində iştirak etmələri yuxarıda sadalanan və həmin oyunlarda dəfələrlə iştirak edərək pul uduzan və udan şahidlərin ifadələri, bank kartlarının açılması ilə bağlı hallara dair ittiham tərəfinin təqdim etdiyi sübutlar, həmin kartlara pul vəsaitlərinin köçürülməsinə və vəsaitlərin nağdlaşdırılmasına dair rəsmi bank məlumatları, təqsirləndirilən şəxslərin özlərinin qismən etirafedici ifadələri ilə təsdiq olunur. Məhkəmə, eyni zamanda, təqsirləndirilən şəxslərin digər sübutlar məcmusu və işin faktiki halları ilə təsdiq olunduğundan onların məhkəmə istintaqı zamanı verdikləri ifadələrin həqiqətə daha uyğun olması qənaətinə gəlir. Ona görə məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, təqsirləndirilən şəxslərin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1-ci maddəsinin dispozisiya şərtləri ilə əhatə olunur. Məhkəmə onu da qeyd edir ki, ibtidai istintaq orqanı “onlinesports555.com”, “chcplay.net”, “onlinegames555.com” “fastloto.com” internet saytlarının kimlər tərəfindən və hansı tarixlərdə yaradılması, idarə edilməsi və sairlə bağlı məlumatların Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyindən əldə edilməsi üçün müraciət etmişdir. Amma həmin nazirlikdən bu məsələnin digər normativ akt əsasında həll edilməli olduğu qeyd edilməklə müvafiq cavab verilsə də, bu saytların kimə məxsus olması, harada qeydiyyatdan keçməsi və sair əhəmiyyətli məqamlar üzrə məsələlərə aydınlıq gətirilməmişdir (cild 2, iş vərəqə 49-50; cild 4, iş vərəqə 3-4). Təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında və internet informasiya ehtiyatlarından istifadə etməklə qumar oyunları təşkil edərək keçirdikləri üçün və onların əldə etdikləri gəlirin konkret məbləğini sübuta yetirilmək mümkün olmadığı üçün onların əməlləri Cinayət Məcəlləsinin 244-1.4-cü maddəsindən həmin Məcəllənin 244- 1.2.2-ci və 244-1.2.4-cü maddələrinə tövsif edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsi isə onlara elan edilmiş ittihamdan çıxarılmalıdır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Məcəlləsinin 244-1.2.2-ci və 244- 1.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.2.2-ci və 244- 1.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə az ağır cinayətdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini, həmçinin onlardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özlərini qismən təqsirli bilərək səmimi peşman olmalarını, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət törətmələrini cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar. Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 12 avqust 2020-ci il tarixdə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2020-ci il tarixli qanunun tətbiqi ilə əlaqədar cəzası 4 il 3 aya endirilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 18 mart 2021-ci il tarixli 2545 saylı Əfv Sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdır. 01 may 2021-ci il tarixdə cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. 05 noyabr 2021-ci il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs1 cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan altı il müddət keçmədiyinə görə onun barəsində məhkumluq ödənilməmiş hesab edilməlidir. Bu hal isə onun əməlində cinayətlərin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarının 11-ci bəndinə əsasən məhkəmə Cinayət Məcəlləsinin 62-ci maddəsində qeyd olunan halların müəyyən edilməsi səbəbindən şəxsin barəsində cəzanın məhz bu hallara (CM-in 62-ci maddəsinə) müvafiq olaraq təyin edilməsi (bir tərəfdən müstəsna halların, digər tərəfdən residivin olması kimi toqquşan xüsusatların rəqabətini birincinin xeyrinə həll etməsi) haqqında nəticəyə gələrsə, artıq təqsirkara Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərilən tələbləri nəzərə almadan cəza təyin edir. Yəni, bu halda məhkəmə Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərildiyi kimi yalnız Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ağır cəza növündə və bu cəzanın dörddə üçü (xüsusi təhlükəli residivə görə) və yaxud üçdə ikisi (təhlükəli residivə görə), və yaxud yarısı (residivə görə) həddində deyil, maddənin sanksiyasında nəzərdə tutulmuş istənilən daha yüngül növ cəzanı və yaxud həmin maddənin sanksiyası daxilində lakin, CM-in 65.2-ci maddəsində qeyd olunan hədlərdən aşağı həddə, habelə Cinayət Məcəlləsinin 62-ci maddəsində göstərildiyi kimi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az və yaxud ümumiyyətlə maddənin sanksiyasında nəzərdə tutulmayan daha yüngül cəza növü təyin edə bilər. Hökmün nəticəvi hissəsində isə cəzanın təyin edilməsi üzrə qərarda (müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az və yaxud maddənin sanksiyasında nəzərdə tutulmayan daha yüngül cəza növü təyin edildiyi hallarda) Cinayət Məcəlləsinin 65.3-cü maddəsinə istinad etmək tələb olunmur və yalnız Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunmasını və ona törətdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.2.2 və 244-1.2.4-cü maddələrinin sanksiyası daxilində, lakin Cinayət Məcəlləsinin 65.2-ci maddəsində qeyd olunan hədlərdən aşağı həddə və daha yüngül növdə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə istintaqı zamanı müəyyən edilmiş mübahisəsiz hal həm də ondan ibarətdir ki, hazırkı iş üzrə hər üç təqsirləndirilən şəxslərin onlara istinad edilən cinayət əməlinin törədilməsində xüsusi aktiv fəaliyyətləri və təşəbbüskarlıqları olmamış, bəlli miqdarda gündəlik zəhmət haqqı müqabilində hazırkı cinayət işindən barələrində cinayət işi ayrılmış əlbir olduqları qeyrilərinin təşkilatçılığı və rəhbərliyi ilə törədilmiş əməllərin bir hissəsinin icrasında iştirak etmişlər. Ona görə həm də bu yanaşmadan çıxış edərək, törədilmiş əməlin faktiki hallarını və şəraitini hərtərəfli dəyərləndirərək, əməlin törədilməsində fəallıq dərəcəsini və səviyyəsini, kriminal nəticənin baş verməsində rolunu nəzərə alaraq, Təqsirləndirilən şəxs1 qeyd olunan şəkildə cəza təyin edilməsinin konkret halda əmələ adekvat olduğu, müvafiq cinayət hüquq normasının qoruyucu funksiyasını yerinə yetirilməsini təmin etdiyi, cəzanın fərdiləşdirilməsi ilə bağlı prinsipə əməl olunduğu, qəsdin yönəldiyi ictimai münasibətin qorunması üçün yetərli effektlilikdə olması, cəzanın xüsusi xəbərdaredici məqsədinə nail olunacağı qənaətinə gəlir. Məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq bu nəticəyə gəlir ki, qeyrilərinin təşkilatçılığı ilə həyata keçirilmiş əməlin törədilməsindəki rolu ictimai təhlükəliliyi azaldan xüsusatlar kimi diqqətdə saxlanılmaqla, işin bütün hallarını məcmu halında götürməklə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla müəyyən ediləndən daha yüngül, amma maddənin sanksiyasında nəzərdə tutulmuş cəza hüdudlarında cəzanın təyin edilməsi cinayət qanununun vəzifələri və cəzanın məqsədlərinin təmini baxımından da əsaslıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə“ 10 fevral 2017-ci il tarixli 2668 №-li Sərəncamının 13-cü bəndində məhkəmələrə cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi tövsiyə edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının öz mahiyyətinə uyğun olaraq yaradacağı mənəvi, psixoloji və digər məhrumiyyətlər bütövlükdə törədilmiş əmələ görə cəzanın məqsədinə çatmağa xidmət edəcəkdir. Təqsirli şəxslərin törətdikləri əməli əhatə edən cinayət normasının sanksiyasında on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin həmin fəaliyyətlə əhəmiyyətli müddətdə məşğul olmalarını, qeyrilərinin təşkilatçılığı ilə ayrı-ayrı şəxsləri qumar oyunlarına cəlb etməklə onların bir hissəsinə ziyan vurmaları hallarını nəzərə alır, eləcə də onların islah edilmələri, başqa şəxslər tərəfindən analoji cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəzanın tətbiqini mümkün saymır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 07 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 07 iyul 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində isə ibtidai istintaq zamanı polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli qərarı ilə həmin qətimkan tədbirləri dəyişdirilmədən saxlanılmışdır (cild 1, iş vərəqə 84-85, 123-129, 161-162, 186-187). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 07 iyul 2023-cü il tarixdən 07 oktyabr 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 1 il 3 ayın hər günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, həmin qətimkan tədbiri, habelə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının əvvəli onların cəzanı icra edən orqanda qeydiyyata alınacağı vaxtdan hesablanmalı, onlar cəzalarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir. Məhkəmə işin bütün faktiki hallarını nəzərə almaqla bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 xüsusi mülkiyyətində olan ünvan 9 ünvanda yerləşən 0,0716 ha torpaq sahəsi və Təqsirləndirilən şəxs2 xüsusi mülkiyyətində olan Sabirabad rayonu, Qaratəpə kəndində yerləşən 1,87 ha torpaq sahəsi Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 11 iyul 2023-cü il tarixli qərarı ilə üzərinə qoyulmuş həbsdən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar - Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin xx.xx.2022-ci il tarixli MMX- X/0-3/4/129/2022 nömrəli və xx.xx.2022-ci il tarixli MMX-X/0-3/4/154/2022 nömrəli məktubu ilə daxil olmuş CD disklər, "xxxx" ASC-dən xx.xx.2023-cü il tarixli 2023/111/3019 nömrəli məktubu ilə daxil olmuş üzərində CD disklər, "xxxx" ASC-dən xx.xx.2023-cü il tarixli 2023/111/4252 nömrəli məktubu ilə daxil olmuş CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün məhkəmənin qərarı ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi3 tərəfindən, Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi isə “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 60 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 vəkil işlədiyi “Universal” Vəkil Bürosunun hesabına 360 manat, göstərilmiş 60 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 vəkil işlədiyi “Universal” Vəkil Bürosunun hesabına 360 manat, göstərilmiş 49 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi3 vəkil işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 294 manat, göstərilmiş 97 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi4 vəkil işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 582 manat məbləğində pul köçürülməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli 15 saylı qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356cımaddələrinin tələblərinirəhbər tutaraq məhkəmə,
h ö k m e t d i:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.2.2 və 244-1.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 07 iyul 2023-cü il tarixdən 07 oktyabr 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 1 (bir) il 3 (üç) ayın hər günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla 2 (iki) il 6 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzasını çəkdiyi müddətdə Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Cəlilabad rayonu inzibati ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.2.2 və 244-1.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzasını çəkdiyi müddətdə Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.2.2 və 244-1.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzasını çəkdiyi müddətdə Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 xüsusi mülkiyyətində olan ünvan 9 ünvanda yerləşən 0,0716 ha torpaq sahəsi və Təqsirləndirilən şəxs2 xüsusi mülkiyyətində olan Sabirabad rayonu, Qaratəpə kəndində yerləşən 1,87 ha torpaq sahəsi həbsdən azad edilsin. İş üzrə maddi sübut - Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin xx.xx.2022-ci il tarixli MMX-X/0-3/4/129/2022 nömrəli və xx.xx.2022-ci il tarixli MMX-X/0- 3/4/154/2022 nömrəli məktubu ilə daxil olmuş CD disklər, "xxxx" ASC-dən xx.xx.2023-cü il tarixli 2023/111/3019 nömrəli məktubu ilə daxil olmuş CD disklər, "xxxx" ASC-dən xx.xx.2023-cü il tarixli 2023/111/4252 nömrəli məktubu ilə daxil olmuş CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Universal” Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi1 üçün 360 (üç yüz altmış) manat, vəkil Müdafiəçi2 üçün 360 (üç yüz altmış) manat, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi3 üçün 294 (iki yüz doxsan dörd) manat, Müdafiəçi4 üçün 582 (beş yüz səksən iki) manat məbləğində pul köçürülməlidir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Faiq Qəniyev
Hakimlər: Mahmud Ağalarov
Samir Əliyev