Məhkəmə qərarları › İş №1(101)-644/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-644/2021

16.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-644/2021 16.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkilləri: Müdafiəçi1 və X1, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda 1.000 qram çəkidə narkotik vasitə heroini, 0,508 qram çəkidə narkotik vasitə tiryəki və şəxsi istehlak miqdarından artıq miqdarda 0,629 qram çəkidə psixotrop maddə metamfetamini əldə edərək saxlamaqla daşımışdır. Belə ki, ittiham aktında bildirilir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə 2020-ci ilin aprel ayının əvvəllərində istintaqa məlum olmayan yerdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Ağa” adlı şəxslə, tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək aralarında əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun İran İslam Respublikasında yaşayan üzvü “Ağa” adlı şəxsin istintaqa məlum olmayan yerdə və mənbədən satış məqsədilə qanunsuz olaraq əldə edərək qrupun digər üzvlərinin vasitəsilə Bakı-Sumqayıt yolunun 7-ci kilometrliliyində yerləşən “Riyad” ticarət mərkəzinin yanında olan ağacın altma qoyduğu külli miqdar təşkil edən 3.000 qram narkotik vasitə heroini satış məqsədilə qanunsuz olaraq əldə edib işlədiyi ünvan 3 ünvanda yerləşən mebel sexinə daşıyaraq həmin mebel sexinin emalatxana otağında karton qutuda saxlamış, heroinin 1.900 qram hissəsini müxtəlif tarixlərdə və yerdə “Ağa” adlı şəxsin göstərişi əsasında Bakı şəhərində müxtəlif ünvanlara qoyaraq satmış, 2020-ci ilin may ayının sonlarında qrupun digər üzvü Təqsirləndirilən şəxs2 vasitəsilə heroinin külli miqdar təşkil edən 100 qram hissəsini satış məqsədilə Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsində yerləşən “156” evakuator xidmətinin reklam lövhəsinin altına qoymasına göstəriş verdikdən sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 satış məqsədi ilə əldə etdiyi külli miqdar təşkil edən 100 qram narkotik vasitə heroini qeyd olunan yerə qoyaraq cinayətkar plana uyğun olaraq həmin yerin fotoşəklini çəkib telefon vasitəsi ilə ona göndərmiş, bunun müqabilində mükafat qismində Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdib saxladığı 100 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana verməklə satmış, bundan sonra Təqsirləndirilən şəxs2 göndərdiyi fotoşəkili şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşına mobil telefon tətbiqi olan “votsap” vasitəsilə göndərmiş, daha sonra 2020-ci ilin may ayının sonlarında «Ağa» adlı şəxsin istintaqa məlum olmayan yerdə və mənbədən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi istintaqla müəyyən edilməyən 100 ədəd M-40 markalı psixotrop maddə olan metadon həbblərini istintaqa məlum olmayan yerdə qanunsuz olaraq əldə edərək həmin həbləri satış məqsədilə Təqsirləndirilən şəxs2 təhvil vermiş, bundan sonra 27 may 2020-ci il tarixdə isə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 0,508 qram təşkil edən xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 1 ədəd bükümdə təmiz çəkisi 0,629 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edərək üzərində saxlamaqla 30 may 2020-ci il tarixdə saat 00:10 qədər ünvan 3 ünvanın qarşısına daşımış, həmin gün qeyd olunan saatda Bakı şəhəri Binəqədi rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 6 ünvanda yerləşən Binəqədi rayon polis idarəsinin inzibati binasına gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd düymə qabı kimi istifadə olunan torbanın içərisindən 1 ədəd bükümdə təmiz çəkisi 0,508 qram təşkil edən, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 1 ədəd bükümdə təmiz çəkisi 0,629 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, keçirilmiş istintaq əməliyyat tədbirlərinin davamı qismində işlədiyi ünvan 8 ünvanda yerləşən mebel sexinə 30 may 2020-ci il tarixdə saat 03:00 dəqiqədən saat 03:30 dəqiqəyədək keçirilmiş baxış-axtarış və götürmə istintaq hərəkəti zamanı qeyd olunan sexin emalatxana kimi fəaliyyət göstərən otağında karton qutunun içərisindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə edib saxladığı 1 ədəd politilen bağlamada təmiz çəkisi 1.000 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd “SF 400A” markalı elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda 1.000 qram çəkidə narkotik vasitə heroini, 0,508 qram çəkidə narkotik vasitə tiryəki və şəxsi istehlak miqdarından artıq miqdarda 0,629 qram çəkidə psixotrop maddə metamfetamini əldə edərək saxlamaqla daşımışdır. Belə ki, ittiham aktında bildirilir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə 2020-ci ilin aprel ayının əvvəllərində tanışı Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Ağa” adlı şəxslə və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək aralarında əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun İran İslam Respublikasında yaşayan üzvü “Ağa” adlı şəxsin istintaqa məlum olmayan yerdə və mənbədən satış məqsədilə qanunsuz olaraq əldə edərək qrupun digər üzvlərinin vasitəsilə Bakı- Sumqayıt yolunun 7ci kilometrliliyində yerləşən “Riyad” ticarət mərkəzinin yanında olan ağacın altına qoyduğu külli miqdar təşkil edən 3.000 qram narkotik vasitə heroini Təqsirləndirilən şəxs1 satış məqsədilə qanunsuz olaraq əldə edib işlədiyi ünvan 3ünvanda yerləşən mebel sexinə daşıyaraq həmin mebel sexinin emalatxana otağında karton qutuda saxladıqdan sonra, 2020-ci ilin may ayının sonlarında Təqsirləndirilən şəxs1 göstərişi əsasında heroinin külli miqdar təşkil edən 100 qram hissəsini ondan qanunsuz olaraq əldə edib, özündə saxlayaraq Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsində yerləşən “156” evakuator xidmətinin reklam lövhəsinin qarşısına qədər daşıyıb həmin narkotik vasitə heroini satış məqsədilə qeyd olunan reklam lövhəsinin altına qoyaraq cinayətkar plana uyğun olaraq həmin yerin fotoşəklini çəkib telefon vasitəsi ilə Təqsirləndirilən şəxs1 göndərmiş, bunun müqabilində Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib saxladığı istintaqa məlum olmayan 100 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı mükafat qismində qanunsuz olaraq Təqsirləndirilən şəxs1 əldə etmiş, bundan sonra 2020-ci ilin may ayının sonlarında «Ağa» adlı şəxsin istintaqa məlum olmayan yerdə və mənbədən satış məqsədilə qanunsuz olaraq əldə edib Təqsirləndirilən şəxs1 göndərdiyi istintaqla müəyyən edilməyən 100 ədəd M-40 markalı psixatrop maddə olan metadon həbblərini istintaqa məlum olmayan yerdə satış məqsədilə qanunsuz olaraq Təqsirləndirilən şəxs1 əldə edərək Özündə saxlayıb istintaqa məlum olmayan müxtəlif ünvanlara daşıyaraq istintaqa məlum olmayan müxtəlif şəxslərə satmışdır. Məhkəmə iclasında təqsiriləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisi olmuş, heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Digər hissələrdə ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O ifadəsində göstərmişdir ki, ondan aşkar olunaraq götürülmüş, 1 ədəd qara rəngli, Samsung A7 markalı mobil telefona baxış zamanı telefonun votsap mobil tətbiqi proqramında “kontakt” yerində “ODUNYİGAN” yazılmış şəxs Təqsirləndirilən şəxs2dir. Çünki Pənah o, mebel sexində işlədiyi vaxtlarda yanına gəlib artıq qalan taxtaodun parçalarını götürüb aparırmış, ondan aşkar olunaraq götürülmüş, 1 ədəd qara rəngli, Samsung A7 markalı mobil telefona baxış zamanı telefonun votsap mobil tətbiqi proqramında “kontakt” yerində “ODUNYİGAN” yazılmış şəxsə 26 may 2020-ci il tarixdə saat 17:47 dəqiqədə natamam tikili şəkillərini göndərməsi ilə bağlı bildirmişdir ki, narkotik vasitələrin satdıq yeri olmalı imiş, Pənahdan onu satmasını xahiş etmişdir. Mobil telefonda olan səs yazıları ona, Pənaha və İranlı adını Ağa kimi tanıdığı şəxsə məxsus olmuş, Pənah özü də onun kimi narkotik maddələrin alüdəçisidir, ara-sıra birlikdə öz mebel sexində narkotik maddələr qəbul etmişlər. Pənaha 100 qrama yaxın heroin vermiş, həmin 100 qram heroin satdığı 2 kq heroinə daxildir. Pənahdan xahiş etmişdir ki, Xocasən qəsəbəsi deyilən yerdə aparıb atsın, o da, aparıb yolun sağ kənarında 156 evakuator işarəsinin altına qoyub. Ona da yerini göstərib, şəklini çəkib İranlıya atmışdır. Pənaha da bu işi onun üçün görməsinə görə təxminən 100 qrama yaxın nəşə deyilən marixuana vermişdir. Pənaha həbləri özü vermiş, ona da İranlı kiminsə vasitəsi ilə işinin qabağına yolun qırağına atdırmış, o da götürüb Pənaha vermiş, Pənah da həmin həbblərin hər birini 5 manatdan satmalı olmuşdur, İranlını o tanımış, üzbə-üz görməsə də telefonla danışmış, adını Ağa bilsə də Pənah Mehdi kimi tanımışdır. “Mehti” deyəndə narkotik olan metadonu nəzərdə tutmuşdur. O metadonu onun vasitəsi ilə Pənaha 10 ədəd list şəklində hərəsində 10 ədəd tablet olmaqla göndərmişdir. Pənah 400 manat pul verməli imiş, pulu verə bilmədiyinə görə ondan həmin metadonları harasa qoyub ona xəbər verməyini istəmişdir. 2-ci səs parçasında Təqsirləndirilən şəxs2 sizə “Qardaş onun pulu nə qədər eləyir? o , özün bilirsən də yaxşı şey deyil, onun pulunu mənə denən, mən nə vaxtsa gedib onu özüm götürərəm, axırıncı işdən 5-10 manat qalıb da, mən onu sənə düzəldib göndərim, bu məsələni qurtaraq” səs yazısını göndərmişdir. Səs yazısı kimə məxsusdur, bu səs yazıda nə demək istəmişdir. Təqdim olunan səs yazısı Pənaha məxsus olmuş, həmin səs yazısında demək istəyirmiş ki, onun göstərişi ilə Pənah Xocasən qəsəbəsində aparıb yolun qırağına, səkidə evakuator nişanının altına qoyduğu narkotikə görə Pənaha o, 100 qram nəşə deyilən qurudulmuş marixuana pay versə də İranlı Pənaha pul göndərməli imiş, daha doğrusu borclu imiş. X5 görə sıxışdırırmış, Pənah ona ona görə demişdir ki, Mehdinin ona verəcəyi var. Pənah ondan 50 qram nəşə istəmiş, Pənah nəşəni istəyən olsa satacaq, olmasa çəkəcəkdi, nəşəni kibrit qutusu formasında 5 qram olmaqla 50-60 manata satacaqdı. Ara-sıra satdığını da eşitmişdir, 28 may 2020-ci il tarixdə saat 08:12 dəqiqədə Təqsirləndirilən şəxs2 “Qaqa favoritdə qaldın geceni?Deyəsən), saat 09:08 dəqiqədə “Can brat fikirləşdim ki, lucşe üz-üzə, 29 may 2020-ci il tarixdə isə Təqsirləndirilən şəxs2 ona saat 15:40 dəqiqədə “Salam Ay qa”, cavabında ona saat 15:46 dəqiqədə “Salam ay qa, nətərsən, nəvar nəyox vəziyyət, neynirsən, haralardasan” səs parçası göndərməsi, Təqsirləndirilən şəxs2 isə cavabında ona saat 15:50 dəqiqədə “Başun qarışıqdı deyesən, o, 5 manata istəyən varsa, ver, çünki, dadına bax biləcəysən niyə elə dedim”, yazıları ilə bağlı bildirmişdir ki, həmin hissəni tam xatırlamır. Bundan başqa Təqsirləndirilən şəxs2 saat 16:41 dəqiqədə “Okay, Versem poxu çıxacaq, oda dadin bilir, agzındadm, )), ozun necəsən, kak jizen maladoy, Gəlmək istemirsən bu obaya, diyara”, Təqsirləndirilən şəxs2 saat 20:14 dəqiqədə cavabında səs formasında “Bratuxa, daydaynan danışmışam, sözün açığı özümdə inanırsan, heç bir, yəni hərəkət çox az olub da, 300 manat pul var, alverim zadım zəyifdi, sənin başıva dönüm, danışmışam, dayday deyir ki, Pənah, bir həftə məni gözləginən, 1 həftədən uje 2 gün keçib də, məni gözdəginən, bir az verəcəylərim variydi, onu vermişəm, göndəricəyəm, 2 dəfəyə bağlıyceyəm, yəni yarısını gətirəcəyəm də allah qoysa, uzağı bir həftəyə, gətirirdə maksimum, görsən nəsə sıxıntı varsa, yenə də xəbər elə, var da adam, mən bundan 1000 ala bilərəm, 1000-1500 ala bilərəm, yəqin 500 zad özündə düzələr” deyə səs yazısı ilə bağlı bildirmişdir ki, həmin söhbətdə narkotik alverini nəzərdə tutmuşdur. Narkotik deyəndə, metadon həbblərini, marixuananı nəzərdə tutmuşdur. Məhkəmə iclasında təqsiriləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisi olmuş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Digər hissələrdə ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O ifadəsində göstərmişdir ki, özü müxtəlif psixotrop maddələr və narkotik maddələrin istifadəçisidir. Təqsirləndirilən şəxs1ı təxminən 1 ilə yaxındır ki, taksi işlədiyi vaxtlardan tanımış, münasibətləri yaranmışdır. Elmar mebel sexində işlədiyi vaxtlardan ona müştəri vermişdir. Elmarın özü də narkotik maddələrin istifadəsi ilə məşğul olmuşdur. Ara-sıra birlikdə Elmarla onun işlədiyi mebel sexində el arasında nəşə deyilən marixuana çəkmişlər. Elmar onun yanında telefonda İran İslam Respublikasına yaşayan İranlı vətəndaşla danışanda eşitmişdir. Elmar İranlı ilə narkotik maddələrin göndərilməsi ilə bağlı danışanda o da eşitmişdir. O da Elmardan xahiş etmişdir ki, İranlıdan onun üçün metadon həbləri göndərsin. Elmar da bunun müqabilində İranlıdan xahiş etmişdir ki, göndəriləcək digər narkotik maddələrdən əlavə onun üçün metadon həbləri göndərsin. Ona mtadon həblərini təxminən 1 ay bundan əvvəl iranlı hansı yolla göndərilməsini bilmir, Elmara metadon həbləri göndərmişdir. Elmar ona üzərində M-40 sözləri yazılmış, 10 ədəd, hər birində 10 dənə Metadon həblərini vermişdir. O, metadon həblərinə görə 400 manat pulu Elmarın vasitəsi ilə İranlıya göndərməli olmuşdur. O da metadonu alsa da İranlının pulunu göndərə bilməmişdir. 27 may 2020-ci il tarixdə saatını dəqiq xatırlamadığı vaxtda Elmar ona istifadə etdiyi ***-***-**-** saylı nömrəsinə ***-***-**-** saylı nömrəsindən votsap proqramı vasitəsi ilə həmin İranlı şəxsin səs yazısını göndərmişdir. Həmin səs yazıda İranlı etirazını bildirmişdir ki, ona göndərmiş odluğu 100 ədəd metadon həbinə görə ona verməli olduğu 400 manatı göndərsin, göndərə bilmirsə, həmin metadon həblərini harasa qoyub, şəkilini çəkib Elmara atsın, Elmar da İranlıya atsın. Bundan başqa təxminən 24 may 2020ci il tarixdə Elmar ona bir ədəd qara rəngli politilen torbada təxminən 100-110 qram çəkidə olan qurudulmuş marixuana verərək demişdir ki, apar Xocasən deyilən ərazidə özün istədiyin yerə qoy, amma adamların gur olmayan, kənar şəxsin tapa bilməyəcəyi yerə qoy, şəkilini çək. O da həmin bağlamanı götürmüş, Elmarın göstərişinə əsasən bağlamanı Xocasən deyilən yerə aparıb qoymuş, yerini də Elmara dəqiq kordinatlarla başa salmışdır. Elmar da bu hərəkətinə görə ona təxminən 70-80 qram el arasında nəşə deyilən qurudulmuş marixuananı vermişdir. O da həmin marixuananı özü istifadə etmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş və saxlanılan zaman üzərində aşkar olunaraq götürülmüş, 1 ədəd qara rəngli, Samsung A7 markalı mobil telefona baxış zamanı telefonun votsap mobil tətbiqi proqramında ona 26 may 2020-ci il tarixdə saat 17:47 dəqiqədə natamam tikili şəkillərini atması ilə əlaqədar bildirmişdir ki, həmin yer satılıq yer olmalı olmuş, Elmar ona atmışdır ki, istəyən varsa, satılır. 27 may 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 ona saat 01:29 dəqiqədə “Salamatçılıqdı?, Qaaş, səsin gəlmir”, həmin tarixdə saat 03:06 dəqiqədə “Mute??, Cox sakitt..., Allah axrnıı xeyir elesin”, yazılarını göndərməsi, onun isə 27 may 2020-ci il tarixdə saat 03:10 dəqiqədə Təqsirləndirilən şəxs1 “Brat, cücələr çıxır, onunla məşğulam sənə qurban” yazması ilə bağlı bildirmişdir ki, həmin söhbətlər adi məişət söhbətləri kimi olmuşdur. Təqsirləndirilən şəxs1 3 ayrı-ayrılıqda, birinci səs yazısında İran İslam Respublikası vətəndaşlarına məxsus şivə-dialekti ilə bir şəxsin “Salam, axşamun xeyir, necəsən Pənah qardaş, canun başın necədi, yaxçısaaan, qardaş səndən səs-soraq gəlmir, yoxsan, haralardasan? mən sənə zəng elədim, sən telefona cavab vermədin, bir də qurban olum sənə, o, “Metini” bir yol üstünə qoy, ordan götürək də qardaş, istəyən var, qoy verək, mən heç olmasa bir borcdan xərcdən azaldım, azalmayacağe, heç olmasa hərəsinin ağzına nəsə atım ki, görsünlər mən bunların borcunu verirəm də, mən sıxılıb qalmışam” səs yazısını göndərməsi ilə bağlı bildirmişdir ki, həmin şəxsi Elmarın vasitəsi ilə tanımışdır. Adını Mehdi bilirmiş, “Meti” deyəndə narkotik olan metadonu nəzərdə tuturmuş, o metadon ki, Mehdi Elmarın vasitəsi ilə ona 10 ədəd list şəklində hərəsində 10 ədəd tablet olmaqla göndərmişdir. O, 400 manat pul verməli olmuş, pulu verə bilmədiyinə görə ondan həmin metadonları harasa qoyub ona xəbər verməyini istəmişdir. 2-ci səs parçasında Təqsirləndirilən şəxs1 “Qardaş onun pulu nə qədər eləyir? o , özün bilirsən də yaxşı şey deyil, onun pulunu mənə denən, mən nə vaxtsa gedib onu özüm götürərəm, axrıncı işdən 5-10 manat qalıb da, mən onu sənə düzəldib göndərim, bu məsələni qurtaraq” səs yazısı ilə bağlı bildirmişdir ki, səs yazısı ona məxsusdur, həmin səs yazısında onu demək istəmiş ki, Elmarın göstərişi ilə Xocasən qəsəbəsində aparıb qoyduğu narkotikə görə ona Elmar 100 qram nəşə pay versə də İranlı ona pul göndərməli olmuş, daha doğrusu borclu olmuşdur. İranlı onu metadona görə sıxışdırmış, o, ona görə Elmara demişdir ki, Mehdinin ona verəcəyi var. 3-cü səs yazısında Təqsirləndirilən şəxs1 “İndi mən buna demək istəyirəm ki, brat, sən heç onun adını çəkməməlisən, ona görə ki, mən getdim ora, gəldim. Sən mənə bir manat da olsun pul vermədin, 4 paçka dərman verdin, 100 qram də nəşə verdin, pay, adı pay oldu, özü x...y yevo znaet nə oldu, buna görə demək istəyirəm ki, qapı pəncərədən səs çıxmadı, torpağa da klientin 1 dənəydi ki, o da məni zibilə salıb, onun əlindən qaçmışam ordan, ona görədə torpağa dillənmədi, sən indi ordan 50 qram şey tapıb verə bilmədin mənə?” səs yazıları ilə bağlı bildirmişdir ki, özü Elmardan 50 qram nəşə istəyirmiş, o, nəşəni istəyən olsa idi satacaqmış, olmasa idi çəkəçəkmiş, nəşəni kibrit qutusu formasında 5 qram olmaqla 50-60 manata satacaqmış. 28 may 2020-ci il tarixdə saat 08:12 dəqiqədə Təqsirləndirilən şəxs1 ona “Qaqa favoritdə qaldın geceni? Deyəsən), saat 09:08 dəqiqədə siz Təqsirləndirilən şəxs1 “Can brat fikirləşdim ki, lucşe üz üzə, 29 may 2020-ci il tarixdə isə özü Təqsirləndirilən şəxs1 saat 15:40 dəqiqədə “Salam Ay qa” yazması, Təqsirləndirilən şəxs1 cavabında ona saat 15:46 dəqiqədə “Salam ay qa, nətərsən, nəvar nəyox vəziyyət, neynirsən, haralardasan” səs parçası göndərməsi, Özünün isə cavabında saat 15:50 dəqiqədə “Başun qarışıqdı deyesən, O, 5 manata istəyən varsa, ver, çünki, dadına bax biləcəysən niyə elə dedim”, yazması ilə bağlı bildirmişdir ki, metadon həblərindən 1-2 ədədini Elmara da vermişdir. Onu deyirmiş ki, metadon həbinin 1-ni 5 manata satsın, keyfiyyətli narkotik deyilmiş, Təqsirləndirilən şəxs1 ona saat 16:41 dəqiqədə “Okay, Versem poxu çıxacaq, o da dadin bilir, agzmdadm,)), ozun necəsən, kak jizen maladoy, Gəlmək istemirsən bu obaya, diyara”, onun da saat 20:14 dəqiqədə Təqsirləndirilən şəxs1 cavabında səs formasında “Bratuxa, daydaynan danışmışam, sözün açığı özümdə inanırsan, heç bir, yəni hərəkət çox az olub da, 300 manat pul var, alverim zadım zəyifdi, sənin başıva dönüm, danışmışam, dayday deyir ki, Pənah, bir həftə məni gözləginən, 1 həftədən uje 2 gün keçib də, məni gözdəginən, bir az verəcəyi ərim variydi, onu vermişəm, göndəricəyəm, 2 dəfəyə bağlıyceyəm, yəni yarısını gətirəcəyəm də Allah qoysa, uzağı bir həftəyə, gətirirdə maksimum, görsən nəsə sıxıntı varsa, yenə də xəbər elə, var da adam, mən bundan 1000 ala bilərəm, 1000-1500 ala bilərəm, yəqin 500 zad özündə düzələr” deyə səs yazısı ilə bağlı, həmçinin səs yazısında “Alver zəyifdır” hissəsini onunla izah etmişdir ki, həmin hissədə narkotik alverini nəzərdə tuturmuşdur. O, narkotik deyəndə, metadon həbblərini, marixuananı nəzərdə tuturmuş, O, narkotik maddəni Təqsirləndirilən şəxs1 almış, bir dəfə Mehdi Elmarın vasitəsi ilə ona 100 ədəd M40 markalı metadon həbblərini göndərmiş, o da həmin həbbləri tanımadığı şəxslərə birini 5 manatdan satmış, Elmar ona 100 qram marixuana vermiş, onun da yarısını tanımadığı şəxslərə kibrit qutusu formasında 5 qramdan hər bir qutunu 50-60 manata olmaqla satmışdır. Telefon yazılarında olan səs yazıları Elmar və ona məxsus olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O ifadəsində göstərmişdir ki, “Mən Binəqədi RPİ-nin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyirəm. 30 may 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 Binəqədi rayonu və Bakı şəhərinin müxtəlif ərazilərində küllü miqdarda qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, satması və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olundu və buna görə də məndən, Binəqədi RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2 ibarət əməliyyat qrupu təşkil olundu. Bundan sonra mən və İlqar birlikdə məlumat əsasında saat 00:10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi 1061 ünvanın qarşısına yerləşən mebel sexinin qarşısına gəldik. Həmin vaxt biz xarici görkəm əlamətlərinə görə Elmarın əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqəmizi göstərib özümüzü təqdim etdik və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etdik. Həmin şəxs özünü xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 9 ünvanında qeydiyyatda olan yaşayan Təqsirləndirilən şəxs1 kimi təqdim etdi. Biz Elmara narkotik vasitələrinqanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu saxladıq. Təqsirləndirilən şəxs1 Binəqədi RPİ-nə dəvət etdik, o, buna etiraz etmədikdən sonra onu polis İdarəsinə gətirib barəsində araşdırma aparılması üçün təhqiqatçı Cəlal Cəllalıya təhvil verdik. X7 Məmmədovun hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştraki ilə onu şübhəli şəs qismində tutmaqla hüquq və vəzifələrini izah etdi. Bundan sonra bizim və müdafiəçinin iştrakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməyə başlandı. Şəxsi axtarış keçiməmişdən əvvəl Elmara üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edildi. Elmar da əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibində 1 ədəd tünd qəhvəyi rəngli düymə qabını çıxarıb həmin qabın içərisindən 04 ədəd bükümləri çıxarıb masanın üzərinə qoyaraq həmin bükümlərdən ikisinin içərisində narkotik vasitə olan marixuana, birinin içərisində narkotik vasitə olan tiryək və birinin içərisində isə psixotrop maddə olan mrtamfetamin olduğu, həmin maddələri saxlanılmamışdan üç gün əvvəl, yəni 27.05.2020ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsində yerləşən mebel sexinin qarşəsındakı ağacın altından götürdüyünü, həmin narkotik vasitələri ona tanımadığı şəxsi, gətirdyini bildirdi. Bundan sonra Elmarın üzərinə şəxsi axtarış keçirildi və axtarış zamanı onun üzərindən başqa qeyri qanuni əşya və ya maddə aşkar edilmədi. Bundan sonra axtarış iştirakçılarının iştirakları ilə Elmarın üzərindən aşkar olunmuş kütlə qablaşdırıldı, möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Bu barədə protokol tərtib olundu, iştirakçılara ucadan oxundu, iştirakçılar və Elmar tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edildi. Bundan başqa, şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs1 işlədiyi ünvan 10 ünvanında yerləşən mebel sexində olan emalatxanada karton qutusunun içərisində narkotik vasitənnin olduğunu bildirdi. Buna görə də, Təqsirləndirilən şəxs1 işlədiyi ünvan 11 ünvanında yerləşən mebel sexin baxış keçirilməsi inspektoru Şahid2, şübhəli şəxs kimi saxlanılan Elmar Məmmədovbirlikdə ünvan 10 ünvanında yerləşən mebel sexin gəldik və orada Təqsirləndirilən şəxs1 işlədiyi mebelsexində olanemalatxanaya baxış keçiriləcəyi bildirdildi. Baxış zamanı Təqsirləndirilən şəxs1 emalatxanada olan karton qutunun içərisindən 1 ədəd qara rəngli bağlamanı və 1 ədəd elektron tərəzini çıxarıb təqdim etdi. Elmardan həmin bağlamanın içərisində nə olduğu soruşduqda Elmar həmin bağlamnın içərisində narkotik vasitə olduğunu, həmin narkotik vasitəni ona İran İslam Respublikasının vətəndaşı olan "Ağa" adlı şəxsin bir ay bundan qabaq göndərdiyini, narkotik vasitənin 3 kiloqram çəkidə olduğunu və "Riyad" ticarət mərkəzinin yanında olan lövhənin altından götürərək işlədiyi mebel sexinə gətirdiyini, Aa adlı şəxsə telefonla danışdıqdan sonra həmin narkotik vasitələri hissə-hissə yol kənarında olan zibil qutularının yanına qoyaraq şəklini çəkib Ağa adlı şəxsə göndərdiyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs1 işlədiyi emalatxanadan aşkar olunmuş kütlələr qablaşdırılaraq möhürləndi, iştirakçılar tərəfindən imzalandı. Burada bütün hərəkətlər protokollaşdırılıdı protokol tərtib olundu, ucadan oxundu və protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzaları ilə təsdiq edildi». Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O ifadəsində göstərmişdir ki, “30 may 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 Binəqədi rayonu və Bakı şəhərinin müxtəlif ərazilərində küllü miqdarda qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, satması və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olundu və buna görə də məndən, Binəqədi RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2 ibarət əməliyyat qrupu təşkil olundu. Bundan sonra mən və İlqar birlikdə məlumat əsasında saat 00:10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi 1061 ünvanın qarşısına yerləşən mebel sexinin qarşısına gəldik. Həmin vaxt biz xarici görkəm əlamətlərinə görə Elmarın əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqəmizi göstərib özümüzü təqdim etdik və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etdik. Həmin şəxs özünü xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 9 ünvanında qeydiyyatda olan yaşayan Təqsirləndirilən şəxs1 kimi təqdim etdi. Biz Elmara narkotik vasitələrinqanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu saxladıq. Təqsirləndirilən şəxs1 Binəqədi RPİ-nə dəvət etdik, o, buna etiraz etmədikdən sonra onu polis İdarəsinə gətirib barəsində araşdırma aparılması üçün təhqiqatçı Cəlal Cəllalıya təhvil verdik. X7 Məmmədovun hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştraki ilə onu şübhəli şəs qismində tutmaqla hüquq və vəzifələrini izah etdi. Bundan sonra bizim və müdafiəçinin iştrakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməyə başlandı. Şəxsi axtarış keçiməmişdən əvvəl Elmara üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edildi. Elmar da əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibində 1 ədəd tünd qəhvəyi rəngli düymə qabını çıxarıb həmin qabın içərisindən 04 ədəd bükümləri çıxarıb masanın üzərinə qoyaraq həmin bükümlərdən ikisinin içərisində narkotik vasitə olan marixuana, birinin içərisində narkotik vasitə olan tiryək və birinin içərisində isə psixotrop maddə olan mrtamfetamin olduğu, həmin maddələri saxlanılmamışdan üç gün əvvəl, yəni 27.05.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsində yerləşən mebel sexinin qarşəsındakı ağacın altından götürdüyünü, həmin narkotik vasitələri ona tanımadığı şəxsi, gətirdyini bildirdi. Bundan sonra Elmarın üzərinə şəxsi axtarış keçirildi və axtarış zamanı onun üzərindən başqa qeyri qanuni əşya və ya maddə aşkar edilmədi. Bundan sonra axtarış iştirakçılarının iştirakları ilə Elmarın üzərindən aşkar olunmuş kütlə qablaşdırıldı, möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Bu barədə protokol tərtib olundu, iştirakçılara ucadan oxundu, iştirakçılar və Elmar tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edildi. Bundan başqa, şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs1 işlədiyi ünvan 10 ünvanında yerləşən mebel sexində olan emalatxanada karton qutusunun içərisində narkotik vasitənnin olduğunu bildirdi. Buna görə də, Təqsirləndirilən şəxs1 işlədiyi ünvan 11 ünvanında yerləşən mebel sexin baxış keçirilməsi inspektoru Şahid2, şübhəli şəxs kimi saxlanılan Elmar Məmmədovbirlikdə ünvan 10 ünvanında yerləşən mebel sexin gəldik və orada Təqsirləndirilən şəxs1 işlədiyi mebelsexində olanemalatxanaya baxış keçiriləcəyi bildirdildi. Baxış zamanı Təqsirləndirilən şəxs1 emalatxanada olan karton qutunun içərisindən 1 ədəd qara rəngli bağlamanı və 1 ədəd elektron tərəzini çıxarıb təqdim etdi. Elmardan həmin bağlamanın içərisində nə olduğu soruşduqda Elmar həmin bağlamnın içərisində narkotik vasitə olduğunu, həmin narkotik vasitəni ona İran İslam Respublikasının vətəndaşı olan "Ağa" adlı şəxsin bir ay bundan qabaq göndərdiyini, narkotik vasitənin 3 kiloqram çəkidə olduğunu və "Riyad" ticarət mərkəzinin yanında olan lövhənin altından götürərək işlədiyi mebel sexinə gətirdiyini, Aa adlı şəxsə telefonla danışdıqdan sonra həmin narkotik vasitələri hissə-hissə yol kənarında olan zibil qutularının yanına qoyaraq şəklini çəkib Ağa adlı şəxsə göndərdiyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs1 işlədiyi emalatxanadan aşkar olunmuş kütlələr qablaşdırılaraq möhürləndi, iştirakçılar tərəfindən imzalandı. Burada bütün hərəkətlər protokollaşdırılıdı protokol tərtib olundu, ucadan oxundu və protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzaları ilə təsdiq edildi». Cinayət işinin 2-ci cildinin 225-248-ci vərəqlərində olan qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yalnız aşkar olunmuş 1.000 qram olmaqla külli miqdar təşkil edən narkotik vasitə heroinə görə, şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən 0,508 qram vasitə tiryəkə və 0,629 qram çəkidə psixotrop maddə metamfetaminə görə ittiham elan edilməsi və həmin fakt üzrə cinayət təqibi aparıldığından onların şəxsi istehlak miqdarında olan narkotik vasitə qurudulmuş marixuanaya görə inzibati məsuliyyətə cəlb olunmalarının məqsədəmüvafiq hesab edilməməsi qeyd olunmuşdur. Cinayət işinin 1-ci cildinin 203-210-cu vərəqlərində olan protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilən zaman Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq etmişdir. Cinayət işinin 1-ci cildinin 85-91-ci vərəqlərində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanan zaman o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerlərinə getməklə əyani olaraq göstərmişdir. Cinayət işinin 1-ci cildinin 172-175-ci vərəqlərində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılan zaman o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerinə getməklə əyani olaraq göstərmişdir. Cinayət işinin 1-ci cildinin 44-45-ci vərəqlərində olan protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs1 iştirakı ilə işlətdiyi, ünvan 12 ünvanda yerləşən mebel sexinə baxış keçirilən Təqsirləndirilən şəxs1 obyektin emalatxanasından karton qutunun içərisində 1 ədəd qara rəngli bağlamada, narkotik vasitəyə bənzər kütləni və həmin yerdən 1 ədəd elektron tərəzini təqdim etmiş, aşkar olunan maddəni İran İslam Respublikası vətəndaşı “Ağa” adlı şəxsin ona göndərdiyini, təxminən 1 ay əvvəl həmin narkotik vasitəni “Riyad” ticarət mərkəzinin qarşısına qoyulmuş reklam lövhəsinin yanından götürdüyünü, həmin narkotik vasitəni götürdükdən sonra işlədiyi mebel sexinə apardığını, bundan sonra 4 dəfə “Ağa” adlı şəxslə telefonla danışdıqdan sonra narkotik vasitələri hissə-hissə yol kənarında olan zibil qutularının yanına qoyduğunu və şəkillərini çəkib “Ağa” adlı şəxsə göndərdiyini bildirmişdir. Məhkəmə qeyd olunun protokolu Cinayət Prosessual Məcəllənin tələblərinə zidd olduğundan sübut növü qəbul etmir. Cinayət işinin 2-ci cildinin 26-29-cu vərəqlərində olan protokoldan görünür ki, istintaq zamanı "xxxx" MMC-dən məktuba əlavə edilmiş bir ədəd CD diskdə iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** saylı, Təqsirləndirilən şəxs2 ***- ***-**-** GSM nömrələrinə aid məlumatlara baxış keçirilən zaman müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** saylı mobil nömənin anten dairəsi 01.05.2020-ci il tarixdə aşağıdakı kimi olmuşdur. 01.05,2020 05:44:05 4 "Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7 km", **********14 usage_start 01.05.2020 05:44:06 1 "Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7 km", **********14 usage_start 01.05.2020 05:44:07 1 "Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7 km", **********14 usage„stop 01.05.2020 05:44:08 0 "Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7 km", ********* **********14 MTC 01.05.2020 05:47:51 46 "Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7 km". Baxış zamanı Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** saylı GSM nömrəsinə daxil olan SMS mətnlərindən müəyyən edilmişdir ki, 12-05-2020 12:24:11 12-05-2020 12:24:11 1.1.**********14 1.1.**********81 Yike kiwisen klent zeng vurub gozduyur bilmirem hansina qacim. 13-05-2020 18:16:54 1.1.**********14 1.1,**********79 Zaryadka noldu, 13-05-2020 18:17:07 1.1.**********14 1.1.**********79 Acim yigiram, 15-05-2020 20:57:30 1.1.**********14 1.1.**********22 Burdayam, 15-05-2020 20:57:36 1.1.**********14 1.1.**********22 Gel, 16- 05-2020 23:50:08 16-05-2020 23:50:08 1.1.**********14 1.1.**********22 Heeee ay qaaaa eleme bele, 16-05-2020 23:50:24 17-05- 2020 00:06:52 1.1.**********14 1.1.**********22 Sikildi omrum day, 17-05-2020 01:09:37 17- 05-2020 08:45:02 1.1.**********14 1.1.**********22 Ay qaaa olmadiki.bele daniwmadiq axi.aidin 1000 yoxa cixdin.)))), 17-05-2020 01:10:12 1.1.**********14 1.1.**********22 Onsuzda gunum qaraydi indi lap bawqa oldu” kimi sms mətnləri qeyd olunmuşdur. Cinayət işinin 2-ci cildinin 53-62-ci vərəqlərində olan protokoldan görünür ki, istintaq zamanı məhkəmə-texniki ekspertizasının 5/392 saylı rəyinə əlavə olunmuş 01 ədəd xarici yaddaş qurğusuna baxış keçirilən zaman müəyyən edilmişdir ki, İJFED Samsung GSM SM-G925F Galaxy S6 Edge 2020_08_10 (OOl)Advanced Logical 01 Audio qovluğunda (calll 1-31 -17İN**********14) saylı səs faylında 16.09.2019-cu il tarixdə saat 11:32 dəqiqədə Təqsirləndirilən şəxs2 ilə digər Təqsirləndirilən şəxs1 arasında olan telefon danışıq səs yazısında “Təqsirləndirilən şəxs1- Alo,R.Təqsirləndirilən şəxs2-Aycan, E.E.Əİiyev-Qaqa, yatmışdım deyəsən? P.R.Mirəzyev-Yoo. E.E. Əliyev- Nətərdi vəziyyət, nenirsən? , R.Təqsirləndirilən şəxs2-Sağlığun, şükür allaha, sən nenirsən?, Təqsirləndirilən şəxs1- onnan pis olmuşam, mədən g...t baş olub, ölürəmeee, Təqsirləndirilən şəxs2-Nolub?, Təqsirləndirilən şəxs1- a heçdə qaranınp...xudu, dünən də atmamışam, bu gündə, mədəm g..t günündə olub, ölürəm, bəyaxdan noşpa atmışam 4 dənə, dedim görüm səndə ki, o qalıb onun yarısı?Təqsirləndirilən şəxs2-Eİəə, qalıb bir damcı nəsə, gəl verim, balacadıye amma, da neyniyey, gəl verim, E.E. Əliyev- ə yoxe, dyan görüm onda, heç nə yaxşı, əlaqə saxlayaram, görüm onda nəsə tutuzdura bilir” R.P .Mirzəyev-Yaxşı” danışmaları müəyyən olunmuş, bundan başqa (call. 11-24-** İN ***5********) sayl səs faylında 17.09.2019- cu il tarixdə saat 11:25 dəqiqədə Təqsirləndirilən şəxs2 ilə digər Təqsirləndirilən şəxs1 arasında olan telefon danışıq səs yazısında Təqsirləndirilən şəxs1-Nenisən, nə iş görürsən, Təqsirləndirilən şəxs2- Piss, Təqsirləndirilən şəxs1- Pis, ay b...ya, niyə pis, nenədik, kimə nə pis iş gördük?, Təqsirləndirilən şəxs2- A, qaqaşcam, heşnəyim yoxdu, Özüm də ölürəm, E.E. Əliyev-Kimə günah elədik, Təqsirləndirilən şəxs2- bilmirəm, nə bilim?bir iki gün deyə deyə mazgimi s...b mənim, E.E. Əliyev- bəlkə söyüş söyəsən ona?, R.Təqsirləndirilən şəxs2-dee görəydə bugünərdə nenir, nə olmalıdı, Təqsirləndirilən şəxs1- ay b...ya, Təqsirləndirilən şəxs2- dərman zad tapa bilmirsən sən? Təqsirləndirilən şəxs1-yoo, onu tapa bilmirəm, amma, özümün vəzoiyyəti lap pisdi, axşam 5dən 6-dan sonra gör ey neyniyə bilərik? R.P.Mirzəy ev-nə tapmaq olar?, Təqsirləndirilən şəxs1- nə tapacıq, ortada olacaq da xəstə, Təqsirləndirilən şəxs2-Yoxee, tapmaq olursa, mən də pul verim də, dərman tapmaq olmur də vobşem də? Təqsirləndirilən şəxs1- yooo, onlardan, yo, ancaq bu birindən tapmaq olar, Təqsirləndirilən şəxs2- bildim, bildim, oldu bratuxa, Təqsirləndirilən şəxs1oldu na syvazi, Təqsirləndirilən şəxs2- bir şey mir şey olsa mən sənə deyəcəm, Təqsirləndirilən şəxs1- özün də gördün sıxılırsan, dur gəl bəri”, Təqsirləndirilən şəxs2- Yaxşı, yaxşı”deməsi müəyyən olunmuş, bundan başqa (callM 1-31-17_İN **********14) saylı səs faylında 16.09.2019-cu il tarixdə saat 11:32 dəqiqədə Təqsirləndirilən şəxs2 ilə digər Təqsirləndirilən şəxs1 arasında olan telefon danışıq səs yazısında “Təqsirləndirilən şəxs1- Alo.R.Təqsirləndirilən şəxs2-Aycan, E.E.Əİiyev- Qaqa, yatmış P.R.Mirəzyev-Yoo, Təqsirləndirilən şəxs1- Nətərdi vəziyyət, nenirsən? , R.Təqsirləndirilən şəxs2- Sağlığın, şükür allaha, sən nenirsən?, E.E. Əliyev- onnan pis olmuşam, mədən g...t baş olub, ölürəmeee, Təqsirləndirilən şəxs2-Nolub?, Təqsirləndirilən şəxs1- a heçdə qaranın p...xııdu, dünən də atmamışam, bu gündə, mədəm g..t günündə olub, ölürəm, bəyaxdan noşpa atmışam 4 dənə, dedim görüm səndə ki, o qalıb onun yansı?Təqsirləndirilən şəxs2- Həə, qalıb bir damcı nəsə, gəl verim, balacadıye amma, da neyniyey, gəl verim, E.E. Əliyev- ə yoxe, dyan görüm, onda, , heç nə yaxşı, əlaqə saxlayaram, görüm onda nəsə tutuzdura bilirəm” 9R.Təqsirləndirilən şəxs2-Yaxşı”deyə danışmaları müəyyən olunmuş, bundan başqa (PTT-20191205-WA0009) adlı səs favlında 05.12.2019-cu il tarixdə saat 15:40 dəqiqədə istintaqa adı Ağa kimi məlum olan İran İslam Respublikası vətəndaşına məxsus və Təqsirləndirilən şəxs2 göndərilmiş səs yazısında “Qardaş salam, deyirəm. Pənah qardaş, heç olmasa bunu min, dollar eləyərdim, heç olmasa kərimə gələrdi, inan allahın adma and olsun, vəziyyətim tez-tez and içınəy lazım döyül, gör min dollar eləvə bilərsən, eləyə bilməzsən, əgər eləyə bilərsənsə elə, əgər eləyə bilməsən bir iki günə üstünü curra , min, dollar elə heç olmasa göndər, qoy məndə burda gəlsin, kərəmə gəlsin, elə bil göndərirsən, allah haqqı burda itib beter, ya. kartofa ver, ya soğana ver, ya ora ver, ya, bura ver, belənçignə şeylərə itib a bater- geder”deməsi müəyyən olunmuş, bundan başqa (PTT- 20191205-WA0031) səs faylmda 05.12.2019-cu il tarixdə saat 17:43 dəqiqədə (PTT-20191205- WA0051) istintaqa adı Ağa kimi məlum olan İran İslam Respublikası vətəndaşına məxsus və Təqsirləndirilən şəxs2 göndərilmiş səs yazısında “Qardaş, bağışla, gec cavab verdim, Allahın adına olsun, heczada. belə marağım, həvsələm. yoxdur, bir cür olmuşame, əlbətdə ki, bizim bir-birimizə etibarımız var ki, deyirəm üstünü də düzəlt göndər, etibarımız olmasa nə sən mənlə işləyərsən, nə mən sənlə işləyərəm, etibar söhbətini qoyaq kənara, bizim bir-birimizə etibarımız var, tam, nəcür desön, gör nenəyə bilərsən, elə bir ki, misal sən göndərirsən burcla tikə para, mən. də burda bir iş görə bilmirəm açığı, dedim ki də bir əməlli başlı bir şey olardı, həm də təxmini də tutdum, Pərviz də o vaxtacan bir şey düzəldib göndərərdi ki, bır iş görə bilim, misal sən bir tikə sən göndərəcəksən, sonra o 5-6 gün. sonra göndərəcək, yəni heç sən göndərdikcə xərşlənib qurtaracaq, sonra o göndərdiyinə də bir iş görə bilməyəcəm, ona görə dedim qalar üst-üstə toplanar, təxmini hesab elədim ki, onacan da o da. verər, bir iş görə billəm, oldu qardaş, görüm neyniyə billəm ” deməsi müəyyən olunmuş, bundan başqa UFED SAMSUNG GSM GENERİC ANDROİD 2020-08- 119(001) GALAXSY S 6 EDGE 2020-08-12.12-00.26-SAMSUNG GSM- GENERİC ANDROİD-FİLES_AUDİO adlı fayl qovluğunda 09.11.2019-cu il tarixdə saat 21:38 dəqiqədə (AUD-20191109-WA0010) adlı səs yazı qovluğunda Təqsirləndirilən şəxs2 şəxsiyyəti müəyyən olmayan bir qadın tərəfindən “ Salam məleykə, mən Babəkin anasıyam, Babək mənə dünnən yığırki, Pərvizə zəng eləyin, mənim nömrəmi açsın, oncı demisuz ki, kiçik oğluma, birinci günü gedim mən ona çatacam, əlaqə saxlayacam mən onla, hələ də onun nömrəsini açmırsuz, o da orda dəli olub, deyir ya. mənim nömrəmi açsın, ya da mən bilirəm məhkəmə də nə deyəcəm, ordcı dəli, olub hirsdəni.b, xahiş edirəm artıq dərəcəd, gedin onla əlaqə saxlayın, ya. da yanına geddin, görün məsələvüz nədi, pisdik eləmiyib ki sizə, nə danışmımız, nə qayırmısuz, özüvüz bilərsüz, pislik etəməyibki, Hər şeyi boynıma götürüb girib içəriyə, gedin sizdə borcııvuz ona dəyməydi, düzdü, görün bu sizə nə deyir, adam ölümü deyi iki, aç onun zəngini, qaytarginən gör o sənə nə deyir, belə şey olar ki? sabah yox birisiigünii onun məhkəmə sidi, ya. deyir mənlə əlaqə saxlasınlar, ya da mən biləcəm nağarcıcam, belə bir şey olmaz, mən ona vızıv atıram, o mənə qaytarmır, mən burdan zəng eləyənmirəm, mən ancaq burdan vızıv atıram, əyər belə olsa birisügünü məhkəmədi, mən biləcəm orda nə deyəcəm, sizdən çox xahiş edirəm onunla əlaqə saxlayın, adam olümii dögül, belə olmaz ta” deməsi müəyyən olunmuş, bundan başqa 11.12.2019-cu il tarixdə saat 16:14 dəqiqədə ( 4_**********9********) adlı səs yazı faylmda - istintaqa adı Ağa kimi məlum olan İran İslam Respublikası vətəndaşına məxsus və Təqsirləndirilən şəxs2 göndərilmiş səs yazısında “Salam qardaş, bir dənə mənlə əlaqə saxla” deməsi müəyyən olunmuş, bundan başqa 18.12.2019-cıı il tarixdə saat 17:47 dəqiqədə (********************) adlı səs yazı faylında - istintaqa adı Ağa kimi məlum olan İran İslam Respublikası vətəndaşına məxsus və Təqsirləndirilən şəxs2 göndərilmiş səs yazısında “Salam qardaş, necəsən, bir dənə zəhmət olmasa mənimlə əlaqə saxlayarsanda, gözləyirm ha” deməsi müəyyən olunmuş, bundan başqa “Ekspertiza 5_392”- UFED Samsung GSM SM-G925F Galaxy S6 Edge 2020_08_10 (001) X4 qovluğunda İMG- 20200307-WA0002 adlı fotoşəkildə electron tərəzi üzərində heroinə bənzər maddənin çəkilmiş şəkli aşkar olunmuş, bundan başqa “Ekspertiza 5_392”- UFED Samsung GSM SM-G925F Galaxy S6 Edge 2020_08_10 (001) X4 qovluğunda İMG- 20191231-WA0029 adlı fotoşəkildə electron tərəzi üzərində metamfetamin və ya digər nakotik maddəyə oxşar maddənin çəkilmiş şəkli aşkar olunmuş, bundan başqa “Ekspertiza 5„392”- UFED Samsung GSM SM-G925F Galaxy S6 Edge 2020_08_10 (001) X4 qovluğunda İMG- 20191020-WA0011 adlı fotoşəkildə electron tərəzi üzərində qurudulmuş marixuana çəkilmiş şəkli aşkar olunmuş, bundan başqa “Ekspertiza 5_392”- UFED Samsung GSM SM-G925F Galaxy S6 Edge 2020_08_10 (001) X4 qovluğunda İMG- 20191020-WA0009 adlı fotoşəkildə elektron tərəzi üzərində qurudulmuş marixuana çəkilmiş şəkli aşkar olunmuş, bundan başqa “Ekspertiza 5 392”- UFED Samsung GSM SM-G925F Galaxy S6 Edge 2020_08_10 (001) Advanced Logical YİDEOS qovluğunda 14.02.2019-cu il tarixdə saat 20:23 dəqiqədə çəkilmiş 15 saniyəlik video görüntüdə kibrit qutusunda qurdulmuş marixuanaya bənzər kütlənin kibrit qutusunun qapağını açaraq nümayiş etdirməsini özündə əks etdirən görüntülər aşkar olunmuşdur. Baxış zamanı 12 ədəd sübut əhəmiyyəti kəsb edən fotoşəkil çıxarılaraq protokola əlavə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 55-59-cu vərəqlərində olan məhkəmə bioloji və kimyəvi ekspertizasının 30 may 2020-ci il tarixli 7/273 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs1...” yazıları və imzalar olan kağız paketdəki 02(iki) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,205 qram, 0,275 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi- 0,480 qramdır. Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Bir ədəd elektron tərəzinin üzərində heç bir narkotik vasitənin hissəcikləri yoxdur. Cinayət işinin 1-ci cildinin 61-66-cı vərəqlərində olan məhkəmə bioloji və kimyəvi ekspertizasının 30 may 2020-ci il tarixli 6/942 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “1.Şübhəli şəxs: Təqsirləndirilən şəxs1...” və s. yazılar olan paketdəki (№1) 01 ədəd polietilen bağlamada təmiz çəkisi lOOOqam qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. üzərində 1.Şübhəli şəxs: Təqsirləndirilən şəxs1...” və s. Yazılar olan paketdəki (№2) 01 ədəd bükümdə təmiz çəkisi 0.508 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir, 01 ədəd bükümdə təmiz çəkisi 0.629 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixiatrop maddə- metamfetamindir. Bir ədəd polietilen bağlamadakı “SF 400A” markalı elektron tərəzinin səthində narkotik vasitə heroinin izləri müəyyən edildi. İz mikrohissəcikləri cüzi miqdar təşkil etdiyindən təmiz çəkisi 1000 qram heroinlə eyniləşdirmə tədqiqatının aparılması mümkün olmadı. Hər bir maddə müxtəlif növə aid olduğu və hər biri bir büküm olduğundan aralarında eynilik əlamətləri müəyyən edilmir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin və Tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri’in siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixiatrop maddələri’in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 2-ci cildinin 48-52-ci vərəqlərində olan məhkəmə-texniki ekspertizasının 11 avqust 2020-ci il tarixli 51392 nömrəli rəyindən görünür ki, təqdim edilmiş sensor ekran və “Android 7.0” əməliyyat sistemi ilə təchis olunmuş “Samsung Galaxy S6 edge” markalı “SM-G925F” modelli “**********96051” imei kodlu, sensor ekran və “Android 8.0.0” əməliyyat sistemi ilə təchis olunmuş “Samsung Galaxy A7” markalı “SM-A720F” modelli “**********77761, **********77769” imei kodlu smartfonlar hal-hazırda işlək vəziyyətdədirlər. Təqdim edilmiş “Samsung Galaxy S6 edge” markalı “SM-G925F” modelli, “Samsung Galaxy A7” markalı “SM-A720F” modelli smartfonların yaddaşlarında olan “Célébrité” firmasının “UFED TOUCH 2” markalı qurğunun tərtib etdiyi (Report-Hesabat) məlumatlar müəyyən olundu və həmin müəyyən olunmuş məlumatlar “Ekspertiza 5-392” adlı iş çantasında xarici yaddaş qurğusuna köçürülərək ekspert rəyinə əlavə edildi. Rəyin tədqiqi hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Samsung Galaxy S6” markalı “SM-G925F” modelli və “Samsung Galaxy A7” markalı “SM-A720F” modelli smartfonların yaddaşlarından hər hansı bir (qəbul olunmuş zənglərin, qəbul olunmamış zənglərin, yığılmış (çıxan) zənglərin, “SMS” mesajların, telefon kitabçasında olan məlumatların, multimedia (audio, video və foto) fayllarm, “Whatsapp” proqram təminatı vasitəsilə aparılmış məlumat mübadilələri və s.) məlumatların pozulub- pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Rəyin tədqiqi hissəsinin 4-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Samsung Galaxy S6 edge” markalı “SM- G925F” modelli və “Samsung Galaxy A7” markalı “ SM-A720F” modelli smartfonların yaddaşlarına quraşdırılmış “Whatsapp” proqram təminatı vasitəsilə aparılmış məlumat (çay seansı, audio, foto, video fayllar, qəbul olunmuş, buraxılmış səsli zənglər) mübadilələrini köçürərək istintaq orqanına təqdimetmək mümkün olmadı. Cinayət işinin 2-ci cildinin 63-68-ci vərəqlərində olan məhkəmə fonaskopik ekspertizasının 28.08.2020-ci il tarixli 4/424 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 2 ədəd mobil telefonda olan və tədqiqatı mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 2 ədəd mobil telefonda olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs2 məxsusdur. Ekspertizaya təqdim olunmuş 2 ədəd mobil telefonda olan tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K3” kimi işarə olunmuş diktorun səsi və nitqi ehtimal ki, Təqsirləndirilən şəxs1 məxsusdur. Ekspertizaya təqdim olunmuş 2 ədəd mobil telefonda olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “Kİ” kimi işarə olunmuş diktorun səsi və nitqi eyni bir şəxsə məxsusdur. Cinayət işinin 2-ci cildinin 39-40-cı vərəqlərində olan məhkəmə narkoloji ekspertizasının 13.07.2020-ci il tarixli 1941 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixiatrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinin 46-47-ci vərəqlərində olan məhkəmə narkoloji ekspertizasının 05.08.2020-ci il tarixli 2125 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinin 44-45-ci vərəqlərində olan ambulator məhkəmə psixiatrik ekspertizasının 21.07.2020-ci il tarixli, 1356 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində Anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 2-ci cildinin 41-43-cü vərəqlərində olan ambulator məhkəmə psixiatrik ekspertizasının 21.07.2020-ci il tarixli saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində Anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 1-ci cildinin 130-133-cü vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş təmiz çəkisi 0,480 qram, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,440 qram narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 1000 qram, ekspertiza tədqiqatından sonra 999,9 qram narkotik vasitə heroin, təmiz çəkisi 0,508 qram olan narkotik vasitə tiryək, təmiz çəkisi 0,629 qram, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,579 qram metafetamin, 01 ədəd elektron tərəzi Nəsimi RPİ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Cinayət işinin 2-ci cildinin 187-ci vərəqində olan qərardan görünür ki, iş üzrə “Samsung Galaxy S6 edge” markalı “SM-G925F” modelli, “Samsung Galaxy A7” markalı “SM-A720F” modelli mobil telefonlar və məhkəmə-texniki ekspertizasının rəyinə əlavə edilmiş 01 ədəd xarici yaddaş qurğusu maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Cinayət işinin 2-ci cildinin 192-ci vərəqində olan qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 səs yazılarını özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 2-ci cildinin 194-cü vərəqində olan qərardan görünür ki, iş üzrə "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və daha artıq pxisotrop maddə olan metafetamin külli miqdar hesab edilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək onlara həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 21 və 106-111-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs1 30 may 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 161-162 və 229-234-cü vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs2 16 iyun 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 235-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cildinin 236-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşaqlarının olması 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşaqlarının olması 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onların şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də onlara təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı 30 may 2020-ci il tarixdən, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı 16 iyun 2020-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunmalı və onlar ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidirlər. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs1 267 AZN (iki yüz altmış yeddi manat), Təqsirləndirilən şəxs2 266.39 AZN (iki yüz altmış altı manat otuz doqquz qəpik) tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar - Nəsimi RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş təmiz çəkisi 0,480 qram, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,440 qram narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 1000 qram, ekspertiza tədqiqatından sonra 999,9 qram narkotik vasitə heroin, təmiz çəkisi 0,508 qram olan narkotik vasitə tiryək, təmiz çəkisi 0,629 qram, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,579 qram metafetamin, 01 ədəd elektron tərəzi məhv edilməli və məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir. Təqsirləndirilən şəxs2 məxsus “Samsung Galaxy S6 edge” markalı “SM-G925F” modelli mobil telefon onun yaxın qohumlarına qaytarımalı, Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A7” markalı “SM-A720F” modelli mobil telefon onun yaxın qohumlarına qaytarımalı və məhkəmə-texniki ekspertizasının rəyinə əlavə edilmiş 01 ədəd xarici yaddaş qurğusu iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 üçün 150 AZN (yüz əlli manat) fəaliyyət göstərdiyi Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 30 may 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 16 iyun 2020-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun və onlar ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs1 267 AZN (iki yüz altmış yeddi manat), Təqsirləndirilən şəxs2 266.39 AZN (iki yüz altmış altı manat otuz doqquz qəpik) tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar - Nəsimi RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş təmiz çəkisi 0,480 qram, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,440 qram narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 1000 qram, ekspertiza tədqiqatından sonra 999,9 qram narkotik vasitə heroin, təmiz çəkisi 0,508 qram olan narkotik vasitə tiryək, təmiz çəkisi 0,629 qram, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,579 qram metafetamin, 01 ədəd elektron tərəzi məhv edilsin və məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs2 məxsus “Samsung Galaxy S6 edge” markalı “SM-G925F” modelli mobil telefon onun yaxın qohumlarına qaytarılsın, Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A7” markalı “SM-A720F” modelli mobil telefon onun yaxın qohumlarına qaytarılsın və məhkəmə-texniki ekspertizasının rəyinə əlavə edilmiş 01 ədəd xarici yaddaş qurğusu iş materiallarında saxlanılsın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 üçün 150 AZN (yüz əlli manat) fəaliyyət göstərdiyi Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar