Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-644/2022 05.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:55-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 hüquqi varisi – anası X2, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Gürcüstan Respublikasının Saqereco rayonunda anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, Bakı şəhəri Sabunçu rayonu Sovxoz Ramana nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 11 iyul 2021-ci il tarixdə saat 17 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və həmin qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan etibarnamə ilə sərxoş halda idarə etdiyi Zərərçəkmiş şəxs2 məxsus «Nissan Primera» markalı, ** SM *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Sovxoz Ramana istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək həmin qaydanı pozmaqla həmin küçədə yerləşən «Araz Market»-in yaxınlığında yolun sağ tərəfində velosipedlə hərəkətdə olan Zərərçəkmiş şəxs1 avtomobilin qabaq sağ tərəfi ilə vurmaqla ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sağlamlığa ağır zərər vurmaqla Zərərçəkmiş şəxs1 hadisə zamanı almış olduğu xəsarətlərdən hadisə yerində ölümünə, həmçinin, «Nissan Primera» markalı, ** SM *** dövlət qeydiyyat nişanlı avtomobillin sahibi Zərərçəkmiş şəxs2 3000 manat dəyərində maddi zərər vurulmasına səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Gürcüstan Respublikasının Saqarecu rayonunun Qaraçöp kəndində anadan olmuş və orada yaşamışdır. Orta təhsilini yaşadığı kənddə almış və latın qrafikalı Azərbaycan əlifbası ilə oxumuş, Azərbaycan dilində sərbəst yazıb oxuya və danışa bilir. Yaşadığı Gürcüstan Respublikasında sürücülük məktəbini oxuyub 2012-ci ildə B kateqoriyası üzrə bitirib imtahan verib AH ******* nömrəli sürücülük vəsiqəsi almışdır. 2018-ci ildə işləmək üçün Azərbaycana gəlmiş və müxtəlif işlərdə işləmişdir. 2019-cu ilin dekabr ayında dolanmaq üçün Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 ona məxsus olan «Nissan Primera» markalı, ** SM *** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında aylıq 250 manat pul ödəməklə icarəyə götürmüş və taksi işləməklə çörək pulunu qazanmışdır.11 iyul 2021-ci il tarixdə Ramana qəsəbəsi savxoz deyilən ərazidə yerləşən “Aydın” avtomobil servisində avtomobili təmir etdirən zaman hava isti olduğundan bir şüşə qabda pivə içmişdir. Avtomobili düzələndən sonra sükan arxasına keçmiş və yaşadığı evə doğru gəlmək istəmiş, saat təxminən 17 radələrində «Nissan Primera» markalı, ** SM *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi savxoz Ramana istiqamətində hərəkətdə olmuşdur. Hərəkətdə olarkən həmin küçədə yerləşən «Araz Market»-in yaxınlığında avtomobili idarə edərkən anidən fikri yayındığında yolun sağ tərəfində velosipedlə hərəkətdə olan şəxsi avtomobilin qabaq sağ tərəfi ilə vurmuş, zərbənin təsirindən uşaq divara çırpılaraq yıxılmışdır. Həmin vaxt hadisə yerinə təcili yardım çağırmış, özü isə Sabunçu RPİ-nin 12-ci PŞ-nə gedib hadisə barədə məlumat vermişdir. Sürücülük hüququnu təsdiqləyən sürücülük vəsiqəsi vardır. Yol-nəqliyyat hadisəsi törətdiyi 11 iyul 2021-ci il tarixdən təxminən iki-üç il öncə Azərbaycan Respublikasına gəlmiş və Gürcüstan Respublikasında alınmış sürücülük vəsiqəsi ilə avtomobil idarə etmişdir. Azərbaycan Respublikasında yaşadığı vaxtdan Gürcüstan Respublikasında aldığı sürücülük vəsiqəsinin dəyişilməsi ilə bağlı müraciət etməmişdir. Məhkəmədən onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun oğludur və onunla birlikdə yaşamışdır.11 iyul 2021-ci il tarixdə saat 17 radələrində işdə olarkən tanımadığı nömrədən ona zəng olunmuşdur. O, həmin şəxslə danışarkən oğlu İbrahimi Ramana qəsəbəsində avtomobil vurduğunu və oğlunun hadisə yerindən xəstəxanaya aparıldığını bildirmişdir. Bundan sonra o, xəstəxanada olarkən ona məlum olmuşdur ki, oğlu İbrahim baş vermiş yol nəqliyyat hadisəsi zamanı almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür. Ona sonradan məlum olmuşdur ki, hadisəni törədən Təqsirləndirilən şəxs «Nissan Primera» markalı, ** SM *** dövlət qeydiyyat nişanlı avtomobillin sürücüsü Təqsirləndirilən şəxsdur. O, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi savxoz Ramana istiqamətində hərəkətdə olarkən, həmin küçədə yerləşən «Araz Market»-in yaxınlığında oğlu Zərərçəkmiş şəxs1 vuraraq xəsarət yetirməsi nəticəsində oğlu Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür. Təqsirləndirilən şəxs baş vermiş hadisə ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ona məxsus olan «Nissan Primera» markalı ** SM *** dövlət nömrə nişanlı avtomobili 22.10.2019-cu ildə alqı-satqı yolu ilə almışdır. Həmin avtomobili özü idarə etdikdən sonra tanışı Təqsirləndirilən şəxs aylıq pulunu ödəmək şərti ilə taksi olaraq fəaliyyət göstərməsi üçün avtomobili idarə etməyə vermişdir. Təqsirləndirilən şəxs özünə məxsus olan «Nissan Primera» markalı ** SM *** dövlət nömrə nişanlı avtomobilə dair 30 dekabr 2019-cu il tarixdə 30.12.2021-ci il tarixə kimi idarə etmək üçün etibarnamə vermişdir.12 iyul 2021-ci il tarixdə ona məlum olmuşdur ki, 11 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs onun adında qeydiyyatda olan «Nissan Primera» markalı ** SM *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi savxoz Ramana «Araz Market»-in yaxınlığında yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində onun adında qeydiyyatda olan «Nissan Primera» markalı ** SM *** dövlət nömrə nişanlı avtomobil əzilmişdir. Baş vermiş hadisə nəticəsində onun adında qeydiyyatda olan «Nissan Primera» markalı ** SM *** dövlət nömrə nişanlı avtomobilə 3000 manat maddi ziyan yetirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X8 11.07.2021-ci il tarixli, 130 nömrəli rəydən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 meyitinin məhkəmə-tibbi ekspertizasında aşkar olunmuş xəsarətlər onurğa beyninin əzilməsi, İ-İİ boyun, İV-V bel fəqərələrinin fərəqə qövslərinin və cisminin yerini dəyişən qapalı, qəlpəli sınıqları və həmin səviyyədə onurğa beyni şöbələrinə qansızma, qarın və çanaq boşluğu orqanlarının zədənlənməsi və eventerasiyası, çanaq və hər iki aşağı ətraf sümüklərinin açıq qəlpəli sınıqları, gövdənin və hər iki aşağı ətrafın geniş ölçüdə əzilmiş-cırılmış yaraları və qançırları olmuşdur. Xəsarətlər həyatı olub, bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 11.07.2021ci il tarixdə və şəraitdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb aldığı həyatla bir araya sığmayan xəsarətlərlə əlaqədar baş vermiş travmatik şok olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyidxanada müayinəsindən 2-4 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (İş vərəqə 38-42) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 15.11.2021-ci il tarixli, 8/2750 nömrəli rəyindən görünür ki, «Nissan Primera» markalı ** SM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (İş vərəqə 58- 59) İş materiallarında olan 11.07.2021-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, savxoz Ramana istiqamətində baş vermişdir. Hadisə baş verən yerdə yolun örtüyü asfalt, örtüyün vəziyyəti isə quru olmuş, yol sağdan səki, soldan digər hərəkət istiqamətindən ibarət olmuş, yolun hərəkət hissəsinin sağ tərəfində velosipedin divara dəymə izləri mövcud olmuşdur. (İş materialları vərəqə 5-11) İş materiallarında olan 05.08.2021-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanması haqqında protokoldan görünür ki, «Nissan Primera» markalı ** SM *** dövlət nömrə nişanlı avtomobilin qabaq tərəfinin qabaq sol tərəfə əzilməsi, qabaq faraların sınması, qabaq sol qapının şüşəsinin sınması müəyyən edilmişdir. (İş vərəqə 23-25) İş materiallarında olan 23.07.2021-ci il tarixli 171829 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs1 11.07.2021-ci ildə travmatik şok səbəbi ilə ölmüşdür. (İş vərəqə 29) İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-dən edilmiş 22.10.2021ci il tarixli 016-126127-1221 saylı sorğudan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1985-ci il təvəlüdlü Anar Hajalıeva (Təqsirləndirilən şəxs) Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. (İş vərəqə 47) İş materiallarında olan Zərərçəkmiş şəxs2 özünə məxsus «Nissan Primera» markalı ** SM *** dövlət nömrə nişanlı avtomobili 30.12.2019-cu il tarixli 089470 saylı etibarnamə əsasında Təqsirləndirilən şəxs istifadəyə vermişdir.(İş vərəqə 70-71) İş materiallarında olan, 11.07.2021-ci il tarixli 1/2229 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs 1,532 promil alkoqol sərxoşluğu müəyyən edilmişdir. (iş vərəqə 18) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikasnn Miqrasiya Məcəlləsinin 21.1.-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alnmaldrlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlğı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). Həmin məcəllənin 21.2.-ci maddəsinə görə, bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi (bundan sonra – «qəbul edən tərəf») əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 35-1.-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirilməlidir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 35-1.-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Gürcüstan Respublikasında alınmış sürücülük vəsiqəsi ilə Azərbaycan Respublikası ərazisində avtomobili idarə edərək, 11 iyul 2021-ci il tarixdə yol-nəqliyyat hadisəsini törətməmişdən hansı müddət əvvəl Azərbaycan Respublikasına gəlməsi, yəni faktiki olaraq, ölkə ərazisinə gəldiyi vaxtdan 11 iyul 2021-ci il tarixədək «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 35-1.-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün bir ay müddətin keçib-keçməməsi məsələsinin araşdırılması üçün AR Dövlət Sərhəd Xidmətinə sorğu verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 06.04.2022-ci il tarixli sorğusuna cavab olaraq, AR Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti İdarəsinin 22.04.2022-ci il tarixli, 33/1480 nömrəli məktubundan görünür ki, 2021-ci il ərzində Təqsirləndirilən şəxs dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Eləcə də, Təqsirləndirilən şəxs özü də məhkəmədə ifadəsində yol-nəqliyyat hadisəsi törətdiyi 11 iyul 2021-ci il tarixdən təxminən iki-üç il öncə Azərbaycan Respublikasına gəldiyini və Gürcüstan Respublikasında alınmış sürücülük vəsiqəsi ilə avtomobil idarə etdiyini qeyd etmişdir. Bütün bu qeyd edilənlərə əsasən, belə nəticəyə gəlmək olar ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, eyni zamanda sərxoş halda nəqliyyat vasitəsini idarə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.3-cü maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 26.10.2021-ci il tarixli tələbnamədən və Bakı şəhəri Nizami rayon məhkəməsinin 05.12.2012-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin 03.05.2013-cü il tarixli qərarı ilə cəzasından 03 ay 20 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. (iş vərəqə 45-46) Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir və onun əməlində cinayətlərin residivi halı müəyyən edilmir. İş materiallarında olan 05.08.2021-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X1 Anar Ələkbər oğlu tərəfindən ona dəymiş ziyanın bir qismini ödədiyini, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. (İş vərəqə 37) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq Təqsirləndirilən şəxs əməlini etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüququ varisinin ona qarşı şikayətinin olmamasını, vurulmuş zərərin qismən ödəməsini, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi vaxtdan, 05 may 2022-ci il tarixdən hesablanmalıdır. İş materiallarında olan 27 noyabr 2021-ci il tarixli təqsirləndirilən şəxsə ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və 27 noyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İş vərəqə 81-82, 95-97) Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Həmçinin cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddia verməmiş Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına 150 manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi vaxtdan, yəni 05 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclası zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanla bağlı ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilsin. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 17 saylı vəkil bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-644/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-644/2022
05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver