Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-644/2023 14.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Həsənzadə İradə Xəlil qızı və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçisi: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1969-cu ildə Ermənistan Respublikası, Masis şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaq yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,877 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış və 16 sentyabr 2022-ci il tarixdə, saat 12:00-da ünvan 2 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimİ Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının sağ yan cibindən 01 bükümdə təmiz çəkisi 2,877 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadə verməkdən imtina edərək, ibtidai istintaqda verdiyi ifadəsini təstiq etməklə, ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Narkotik vasitə aldığı tanımadığı şəxslə onu hazırda vəfat etmiş şəxslər tanış etmişlər. Üzərindəki büküm 50 manatlıq imiş, 1 qram adıyla almışdır. 6 il imiş ki, narkotik vasitədən istifadə etmirmiş, 2-3 ay olarmış ki, istifadə etməyə başlamışdır. O həmin bükümün 2,1 qram olduğunu bilmirmiş. Əməlindən çox peşmandır. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir Ruhi-Əsəb dispanserdə qeydiyyatda deyil, narkotik vasitələrdən, əsasən də narkotik vasitə kakosdan istifadə edir. İstifadə etdiyi narkotik vasitələri mütəmadi olaraq ayrı-ayrı yerlərdən tanımadığı şəxslərdən alır. 16 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Kubinka adlı ərazidə tanımadığı şəxsdən narkotik vasitə heroini öz istifadəsi üçün almışdır. Həmin narkotik vasitəni yaşadığı ünvana istifadə etmək üçün aparmışdır. Həmin gün saat 12:00 radələrində yaşadığı ünvanın qarşısında olan zaman yəni ki, ünvan 2 ünvanın qarşısında olan zaman ona 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərinin polis olmasını bildirmiş və xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim etmişdirlər. Bundan sonra üzərində narkotik vasitə olmasını şübbəsi olduğunu bildirərək onu polis bölməsinə dəvət etmişdirlər və birlikdə polis bölməsinə getmişdirlər. PB-də olarkən onu təhqiqatçınm yanına aparmışdırlar və təhqiqatçı tərəfindən dövlət hesabına hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət olunmuşdur. Bu zaman 14 saylı vəkil bürosunun vəkili X2 gəlmiş və o da Elman Ağayevə etiraz etməmişdir. Vəkil X2 şəxsi axtarışda iştirak edə bilməyəcəyini söyləmiş və ondan soruşulduqda buna etiraz etməmişdir. Hüquq və vəzifələri izah olunduqdan sonra sənədləşmə aparılaraq ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın və ya maddənin olub olmadığı soruşulmuşdur. Bu zaman həmin prosses mütəxəssis tərəfindən video kamera ilə qeydə alınmış, o da verilən suallara cavab olaraq əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən, şəffaf rəngli sellofana bükülmüş içərisindən qəhvəyi rəngli maddə olan, yəni ki, narkotik vasitə kakos olan 01 ədəd bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Sual-cavab zamanı həmin maddənin kakos olduğunu, uzun müddətdir ki, narkotik vasitələrdən ağrıları olduğu üçün istifadə etdiyini, həmin kakosu özü istifadə etmək üçün 16 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Kubinka adlı ərazidə tanımadığı şəxsdən aldığını bildirmişdir. Daha sonra həmin narkotik vasitə boş bir zərfə qoyularaq onun və iştirakçıların iştirakı ilə möhürlənib MEM-nə göndəriləcəyi bildirilmişdir. Daha sonra həmin videogörüntüyə baxılmış və sonra protokol tərtib olunaraq imzalanmışdır. Həmçinin, o, verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroini özü istifadə etmək üçün üzərində saxlamışdır, həmin narkotik vasitədən istifadə edə bilməmişdir, o, narkotik vasitələrin satışı ilə heç bir zaman məşğul olmamışdır, əvvəllər də narkotik vasitəni tanımadığı şəxslərdən almışdır, narkotik vasitəni ona satan şəxsin əlaqə nömrəsini və ya digər əlaqə vasitələrini bilmir, narkotik vasitəni əldə etdi şəxslə aralarında narkotik vasitələrin satışı ilə bağlı hər hansı razılaşma olmamışdır, polis əməkdaşları onu saxlayarkən ona qarşı hər hansı bir qanuna zidd hərəkətə yol verilməmişdir. Bundan başqa o, bildirmişdir ki, psixatrik ekspertiza zamanı o, məsuliyyətdən yaxa qurtarmaq üçün ittihamla razı olmadığını, ona qarşı qərəzli hərəkətlər olunduğunu bildirsə də, bunlar həqiqətə uyğun deyil, o özünü təqsirli bilir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Nərimanov rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin sahə rəisi vəzifəsində işləyir. 16 sentyabr 2022-ci il tarixdə digər əməkdaş Şahid2la birlikdə inzibati ərazidə xidmətdə olarkən, saat 12:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Namiq Məlikov küçəsi ünvanın qarşısında bir nəfər şəxsin özünü narkotik vasitə istifadə etməklə şübhəli vəziyyətdə apardığını görmüşlər. Həmin şəxs adının Söhbət olduğunu bildirmişdir. Bundan sonra isə həmin şəxsi Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis bölməsinə dəvət etmişlər və o da etiraz etmədən onlarla birgə bölməyə gəlmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən 1 ədəd bükümü təqdim edərək, həmin bükümdə kokos adlı narkotik vasitə olduğunu bildirərək, həmin bükümü masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisində olan maddə barədə sual verilən zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin kakos olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həmin bükümü Kubinka adlı ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 50 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs barəsində şübhə əvvəlcədən yox, onu görəndə yaranmışdır. Onun barəsində əməliyyat məlumat yox imiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işində olan 16 sentyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixdə Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı polis baş leytenantı Zaur Hacızadə tərəfindən tərtib olunmuş “şəxsi axtarış və götürmə barədə” videogörüntüləri özündə əks etdirən DVD diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütlə 01 bükümdə aşkar edilməsi faktı təsdiq olunmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə-kimyəvi ekspertizasının 17 sentyabr 2022-ci il tarixli 6/5258 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 bükümdə maddə, təmiz çəkisi 2,877 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir Qeyd: heroinin təmiz çəkisi – 2,877 qram, cəmi tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 2,827 qram Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 5894 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 16 sentyabr 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, barəsində cəzanı ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 92 (doxsan iki) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,827 qram hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “DVD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 92 (doxsan iki) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 16 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 92 (doxsan iki) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,827 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “DVD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) İradə Həsənzadə Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-644/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-644/2023
14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver