Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-644/2025 01.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Zeynalabdin oğlunun, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 Təvəkkül oğlunun, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs12, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1977-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Sədərək kəndində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 il 11 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının 1 il 4 ayı çəkilməmiş qalan, Naxçıvan MR, Sədərək rayonu, Heydərabad qəsəbəsində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksi, nömrəsiz ünvanda yerləşən fərdi evdə yaşamış, 15 may 2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilmiş, 24 may 2024-cü il tarixdə tutulmuş, 25 may 2024-cü il tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan olunmuş və Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin həmin tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli qərarı ilə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2014-cü ildən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində ev və torpaq alqı-satqısı ilə məşğul olan şəxs kimi tanınmaqla, ona etibar edilməsindən sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Şahid2 məxsus Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorativ tingliyi 2 ünvanında yerləşən 38,5 sot torpaq sahəsinin satılmasında yalnız vasitəçiliyin ona həvalə edildiyi halda, bütün torpaq sahələri satıldıqdan sonra torpaqlara dair çıxarış veriləcəyinə hər kəsi inandıraraq vahid niyyətlə əhatə olunan qəsdlə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar yayıb ərazidən torpaq almaq istəyən şəxslərin inam və etibarını qazanmış, həmin torpaq sahələri üzərində hər hansı səlahiyyətə malik olmadığı halda: - həmin torpaq sahəsindən 2 sotunu Zərərçəkmiş şəxs1 satacağına yalan vəd verib aldadaraq, sonuncunun etibarından sui-istifadə etməklə 2016-cı ilin yayında Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorativ tingliyi 2 ərazisində 5000 manat, 10 gün sonra, yəni 2016-cı ilin yayında daha 5000 manat olmaqla, ümumilikdə cəmi 10000 manat pulunu; - həmin torpaq sahəsindən 2 sotunu Zərərçəkmiş şəxs2 satacağına yalan vəd verib aldadaraq, sonuncunun etibarından sui-istifadə etməklə 2018-ci ilin avqust ayında Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorativ tingliyi 2 ərazisində 3200 manat, 2021-ci ilin yayında isə Nizami rayonu, Keşlə qəsəbəsi, Mətləb Ağayev küçəsində daha 3200 manat olmaqla, ümumilikdə cəmi 6400 manat pulunu; - həmin torpaq sahəsindən 2,5 sotunu Zərərçəkmiş şəxs3 Zeynalabdin oğluna satacağına yalan vəd verib aldadaraq, sonuncunun etibarından sui-istifadə etməklə 2018ci ilin noyabr ayında Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorativ tingliyi 2 ərazisində cəmi 4500 manat pulunu; - həmin torpaq sahəsindən 2,5 sotunu Zərərçəkmiş şəxs4 satacağına dair yalan vəd verib aldadaraq, sonuncunun etibarından sui-istifadə etməklə 2018-ci ilin dekabr ayında Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorativ tingliyi 2 ərazisində sonuncunun qardaşı Zərərçəkmiş şəxs3 vasitəsi ilə 3250 manat, 2019-cu ilin fevral ayında isə 3000 manat olmaqla, ümumilikdə cəmi 6250 manat pulunu; - həmin torpaq sahəsindən 3 sotunu Zərərçəkmiş şəxs5 satacağına dair yalan vəd verib aldadaraq, sonuncunun etibarından sui-istifadə etməklə 2019-cu ilin yanvar-fevral aylarında Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorativ tingliyi 2 ərazisində 2500 manat, 2019-cu ilin mart ayından dekabr ayınadək olan müddət ərzində hər ay 500 manat olmaqla cəmi 5000 manat və torpağa dair etibarnamənin alınması üçün 300 manat olmaqla, ümumilikdə cəmi 7800 manat pulunu; - həmin torpaq sahəsindən 2 sotunu Zərərçəkmiş şəxs6 Hikmət oğluna satacağına yalan vəd verib aldadaraq, sonuncunun etibarından sui-istifadə etməklə 2019-cu ilin noyabr ayının ortalarında Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorativ tingliyi 2 ərazisində 2400 manat, 2019-cu ilin noyabr ayının sonlarında isə 2000 manat olmaqla, ümumilikdə cəmi 4400 manat pulunu; - həmin torpaq sahəsindən 2 sotunu Zərərçəkmiş şəxs7 satacağına dair yalan vəd verib aldadaraq, sonuncunun etibarından sui-istifadə etməklə xx.xx.2020-ci il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorativ tingliyi 2 ərazisində 2750 manat, 2020-ci ilin mart ayından dekabr ayınadək olan müddət ərzində isə hər ay 325 manat olmaqla cəmi 3250 manat, ümumilikdə cəmi 6000 manat pulunu; - həmin torpaq sahəsindən 2 sotunu Zərərçəkmiş şəxs8 satacağına yalan vəd verib aldadaraq, sonuncunun etibarından sui-istifadə etməklə 2020-ci ilin yazında Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorativ tingliyi 2 ərazisində 5000 manat, 2-3 gün sonra, yəni 2020-ci ilin yazında torpağa dair etibarnamənin alınması üçün 200 manat olmaqla, ümumilikdə cəmi 5200 manat pulunu; - həmin torpaq sahəsindən 1,5 sotunu Zərərçəkmiş şəxs9 Təvəkkül oğluna satacağına yalan vəd verib aldadaraq, sonuncunun etibarından sui-istifadə etməklə 2020ci ilin aprel ayında Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorativ tingliyi 2 ərazisində 2500 manat, 2020-ci ilin may ayından dekabr ayınadək olan müddət ərzində hər ay 250 manat olmaqla cəmi 2000 manat, ümumilikdə cəmi 4500 manat pulunu; - həmin torpaq sahəsindən 1,7 sotunu Zərərçəkmiş şəxs10 satacağına yalan vəd verib aldadaraq, sonuncunun etibarından sui-istifadə etməklə 2020-ci ilin iyun ayında Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorativ tingliyi 2 ərazisində 2000 manat, 2020-ci ilin iyul ayından noyabr ayınadək olan müddət ərzində hər ay 500 manat olmaqla cəmi 2500 manat, 2020-ci ilin dekabr ayında isə 1200 manat olmaqla, ümumilikdə cəmi 5700 manat pulunu; - həmin torpaq sahəsindən 2,5 sotunu Zərərçəkmiş şəxs11 satacağına yalan vəd verib aldadaraq, sonuncunun etibarından sui-istifadə etməklə 2021-ci ilin yanvar ayında Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorativ tingliyi 2 ərazisində 5000 manat, 2021-ci ilin aprel ayında isə 2500 manat olmaqla, ümumilikdə cəmi 7500 manat pulunu; - həmin torpaq sahəsindən 1,5 sotunu Zərərçəkmiş şəxs12 satacağına yalan vəd verib aldadaraq, sonuncunun etibarından sui-istifadə etməklə 2021-ci ilin sentyabr ayında Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorativ tingliyi 2 ərazisində cəmi 4500 manat pulunu; - yenidən həmin torpaq sahəsindən 1,5 sotunu Zərərçəkmiş şəxs12 satacağına yalan vəd verib aldadaraq, sonuncunun etibarından sui-istifadə etməklə 2021-ci ilin oktyabr ayında Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorativ tingliyi 2 ərazisində cəmi 7000 manat pulunu ələ keçirərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 10000 manat, Zərərçəkmiş şəxs2 6400 manat, Zərərçəkmiş şəxs3 4500 manat, Zərərçəkmiş şəxs4 6250 manat, Zərərçəkmiş şəxs5 7800 manat, Zərərçəkmiş şəxs6 4400 manat, Zərərçəkmiş şəxs7 6000 manat, Zərərçəkmiş şəxs8 5200 manat, Zərərçəkmiş şəxs9 4500 manat, Zərərçəkmiş şəxs10 5700 manat, Zərərçəkmiş şəxs11 7500 manat, Zərərçəkmiş şəxs12 isə 4500 manat və 7000 manat olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 79750 manat pullarını ələ keçirərək, zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, həbs olunanadək ev və torpaq alqı-satqısı ilə məşğul olmuşdur. Şahid2 əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Şahid1 isə Ramana qəsəbəsində torpaq alqı-satqısı ilə məşqul olan şəxs kimi çoxdan tanımış, Şahin Şahid1 bacısının əri olmuşdur. 2014-cü ildə Azad ona Ramana qəsəbəsi, Dekorativ Tingliyi 2 ünvanında Şahid2 1,7 hektar torpaq sahəsi olduğunu, həmin torpaq sahəsinin hissə-hissə 2000 manata satılmasını Şahinin ona tapşırdığını demişdir. Azad həmin torpaq sahələrinin satılmasında ona köməklik göstərməyi xahiş etmiş, 1 sot torpaq sahəsindən Şahinə 2000 manat ödəməli olduqlarını, 2000 manatdan baha satacaqları torpağın pulu onunla böləcəklərini bildirmişdir. Azadla razılaşmış və 2014-cü ildən torpaq sahəsindən hissə-hissə satmağa başlamışdır. 2016-cı ilədək satdığı torpaq sahələrinin pullarını Şahid1 vasitəsi ilə Şahid2 vermiş, lakin 2016-cı ilin yanvar ayında şəxsi problemləri yarandığı üçün satdığı torpaq sahələrinin pullarını şəxsi məqsədlərinə xərcləmişdir. İttihamda adları çəkilən zərərçəkmiş şəxslərə torpaq sahələrini o, satmış, həmin torpaqlarda zərərçəkmiş şəxslərin əksəriyyəti evlər tikmişlər və orada yaşayırlar. Sonradan eşitmişdir ki, Şahin torpaqların daha baha qiymətə satdığını bilmiş, zərərçəkmiş şəxslərdən torpaq sahələrini boşaltmağı tələb etmişdir. Torpaq alan şəxslər də bundan sonra polis bölməsinə şikayət etmişlər. O, zərərçəkmiş şəxslərin əksəriyyəti ilə razılığa gəlmiş, məhkəmə baxışı zamanı da qalan zərərçəkmişlərin ziyanını ödəyəcəkdir. Təqsirləndirilən şəxs ifadəsinə görə, o, torpaqları satarkən həmin sahələrin özünə yox, başqa şəxsə məxsus olduğunu, özünün makler olduğunu demişdir. Zərərçəkmiş şəxs10, Mərhəməd Həmzəyevlə və başqa zərərçəkmiş şəxslərlə barışmış, Zərərçəkmiş şəxs4lə və ziyanı ödənməmiş qalan digər şəxslərlə məhkəmə dövründə barışacaqdır. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunmuşdur. Həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, həbs olunanadək o, ev və torpaq alqı-satqısı ilə məşğul olmuşdur. Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay azadlıqdan məhrum edilmiş, məhkumluğu ödənilməmişdir. Şahid2 tanımır, onunla heç vaxt üz-üzə gəlməmiş və aralarında telefon danışıqları belə olmamışdır. Şahid2 çox imkanlı və zəngin bir şəxs olmuş, gününü xarici ölkələrdə keçirmişdir. Şahid1 isə Sabunçu rayonu, Ramana qəsəbəsində ev və torpaq alqı-satqısı ilə məşqul olan şəxs kimi təxminən 2014cü ildən tanımışdır. Şahid2 tanışı Şahid1 bacısının əridir, onlarla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Şahid2 qarşı heç bir cinayət törətməmiş, Şahid2 mülkiyyət hüququnu əlindən almağa yönəlik heç bir hərəkət etməmiş, bu gündə həmin torpaq sahələri Şahinə məxsusdur, torpaq satdığı şəxslər torpağı boşaltmasalar, Şahin asanlıqla mülki qaydada məhkəməyə müraciət edib torpağı boşalda bilər. O, Şahini deyil, torpaq satdığı şəxsləri aldadaraq pullarını ələ keçirmişdir. 2014-cü ildə Şahid1 ona danışmışdır ki, Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorativ Tingliyi 2 ərazidə 1.7 hektar torpaq sahəsi var, həmin torpaq sahəsi 1990-cı ildən onunda tanıdığı "xxxx" Kiçik Müəssisəsinin rəhbəri X3 məxsus olmuş, dövlət mülkiyyətində olan, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı, 1,7 hektar torpaq sahəsinin 1 sotunu Balası Həmzəyev 600 manata satmışdır. Azad torpaq alqı-satqısından məlumatlı və həmin torpaq sahəsində gəlir olduğundan imkanlı olan yeznəsi Şahinə məsləhət bilmişdir ki, torpaq sahəsini alarsa, hissə-hissə bölməklə baha qiymətə satıb gəlir əldə etmək olar. Şahin Azadın təklifi ilə razılaşmış, 2012-ci ilin avqust ayında Balası Həmzəyevdən "xxxx" Kiçik Müəssisəsinə aid olan Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən həmin 1,7 hektar torpaq sahəsini almış, 1,7 hektar torpaq sahəsini çıxarışla öz adına sənədləşdirmişdir. Həmin torpaq sahələrinin hissə-hissə 2000 manata satılmasını Şahin qaynı Azada tapşırmış, hətta hər il yeniləyəcəyi adı ilə həmin torpaqlara dair Azada 1 illik etibarnamə də vermişdir. Azad xahiş etmişdir ki, həmin torpaq sahələrinin satılmasında torpaq alqı-satqısı ilə məşğul olan şəxs kimi ona köməklik göstərsin, 1 sot torpaq sahəsi üçün Şahinə 2000 manat ödəməlidir, 2000 manatdan baha satacaqları torpağın pulu onunla Azada şatacaqdır. Torpaq sahəsi 1 və ya 2 sot satıldıqca, hər dəfə həmin az ölçülü torpaq sahəsinə 1,7 hektar torpaq sahəsindən çıxarış almaq xeyli vaxt və xərc tələb etdiyindən Azadla Şahin razılaşmışlar ki, ilkin olaraq Şahin öz adına olan 1,7 hektar torpaq sahəsindən 9, 12 və ya 18 sot hissələrini ayıraraq həmin hissələrə çıxarışlar alsın, həmin ölçüdə olan torpaqlar satıldıqdan və pulları Şahinə verildikdən sonra həmin 9, 12 və ya 18 sot torpaq sahələrinin satılan ölçülərinə uyğun vətəndaşlara çıxarışlar verilsin. Azad ona daşla və kərpiclə hasara alınmış 1,7 hektar torpaq sahəsini göstərmiş, torpaq sahəsi Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorativ Tingliyi 2 ünvanda yerləşmişdir. Təklif onun üçün əlverişli olduğundan razılaşmış və 2014-cü ildən Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorativ Tingliyi 2 ərazidə Şahid2 məxsus 1.7 hektar torpaq sahəsindən hissə-hissə satmağa başlamışdır. Belə ki, 1.7 hektar torpaq sahəsindən konkret olaraq 9, 12 və ya 18 sot hissəyə bölünərək çıxarışı alınmış torpaq sahələrinin 1 sotunu 2500-3000 manat arasında satmış, hər satılan torpaq sahəsinə görə Azaddakı etibarnamə əsasında torpağı alan şəxslərə etibarnamə vermişdir. Az ölçüdə, yəni 9, 12 və ya 18 sot torpağın bütün hissələri satıldıqdan sonra bu barədə Şahinə məlumat vermiş, Şahinə həmin satılan ərazinin pulunu 2000 manatdan ödədikdən sonra Şahin torpaq satılan şəxslərin adına çıxarışlar almışdır. 2016-cı ilədək satdığı torpaq sahələrinin pullarını Şahid1 vasitəsi ilə Şahid2 vermiş, lakin 2016-cı ilin yanvar ayından şəxsi problemləri ilə əlaqədar maddi vəziyyəti çətinləşdiyindən vətəndaşlara satdığı Şahid2 məxsus torpaq sahələrinin pullarını şəxsi işlərinə xərcləmiş, bu barədə Şahid1 və ya hər hansı digər şəxsə deməmişdir. İlkin mərhələdə torpaq alan hər bir şəxsə Şahid1 adından həmin torpaq sahəsinə etibarnamə vermişdir. Odur ki, sonradan torpaq alan hər bir şəxs ilkin mərhələdə bilməsə də, sonradan öyrənib bilmişlər ki, həmin ərazidən torpaq alan şəxslərə həmin torpağa dair etibarnamə verilir. Azadın məlumatı olmadan torpaq satdığı şəxslər torpağa dair etibarnamə istəyərkən demişdir ki, torpaqlar tam satıldıqdan sonra satılan torpaqlara birdəfəlik çıxarış veriləcək. Azada məlumat vermədən satdığı torpaq sahələri barədə Şahid1 bilərkən dərhal həmin torpaq sahəsinin pulunu Azada ödəmiş, Azadın adından həmin şəxsə etibarnamə vermiş və Azada demişdir ki, guya bu barədə ona məlumat verəcəkdir. Azadın məlumatı olmadan satdığı torpaq sahələrinin pullarını isə şəxsi işlərinə xərcləmişdir. Sonralar Şahid1 məlumatı olmadan torpaq satdığı şəxslər torpağa dair onların adına etibarnamə verilmədiyindən ondan torpaq sahəsi almadıqlarını görüb 2021ci ildən qərara gəlmişdir ki, torpağın keçmiş sahibi Balası Həmzəyevdən həmin torpaqlara etibarnamə alsın. Belə ki, 2012-ci ildə torpağın alqı-satqısı zamanı 1.7 hektar torpaq sahəsi Şahid2 adına keçsə də, torpaq sahəsinə çəkilən qaz, işıq və su hələ də "xxxx" KMnin adında qalmışdır. Bundan istifadə edərək, onu Şahid2 yaxın adamı və həmin torpaqları satan şəxs kimi tanıyan Balası Həmzəyevə demişdir ki, Şahid2 xarici ölkədədir, torpağı satdığı şəxslər torpaq sahələrində evlər tikdirsələr də, evlərin işığının, suyunun və qazının sayğaclarını rəsmiləşdirib quraşdıra, öz adlarına keçirə və evlərinə köçə bilmirlər. Balası Həmzəyevdən xahiş etmişdir ki, torpaq satılan şəxslərin adına "xxxx" Kiçik Müəssisəsinin adından etibarnamə versin. Balası Həmzəyev etiraz etməmiş, ona inanaraq 4-5 dəfə müxtəlif vətəndaşlara "xxxx" KM-nin adından etibarnamə vermişdir. Bu minvalla təxminən 13 dəfə müxtəlif şəxsləri aldadaraq onlara cəmi 26,7 sot torpaq sahəsi satıb 79.750 manat pullarını ələ keçirmişdir. Belə ki, Şahid2 məxsus 12 sot torpaq sahəsindən 2 sotunu Zərərçəkmiş şəxs1 sataraq 2016-cı ilin yayında Ramana qəsəbəsi, Dekorativ tingliyi 2 ərazisində 5000 manat, 10 gün sonra, yəni 2016-cı ilin yayında daha 5000 manat, cəmi 10000 manatını alaraq şəxsi işlərinə xərcləmişdir. Torpaq alanların şikayət edəcəklərini bilib onların ziyanlarını ödəməsi üçün Zərərçəkmiş şəxs1 18 100 manat qaytarmışdır ki, qonşularına ödəsin. Bundan başqa, 12 sot torpaq sahəsindən 2 sotunu Zərərçəkmiş şəxs2 sataraq 2018-ci ilin avqust ayında Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorativ tingliyi 2 ərazisində 3200 manat, 2021-ci ilin yayında isə Nizami rayonu, Keşlə qəsəbəsi, Mətləb Ağayev küçəsində daha 3200 manat, ümumilikdə cəmi 6400 manat pulunu alaraq şəxsi işlərinə xərcləmişdir. Bundan başqa, 17.5 sot torpaq sahəsindən 2.5 sotunu Zərərçəkmiş şəxs3 Zeynalabdin oğluna sataraq 2018-ci ilin noyabr ayında Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorativ tingliyi 2 ərazisində cəmi 4500 manat pulunu alaraq şəxsi işlərinə xərcləmişdir. Bundan başqa 17.5 sot torpaq sahəsindən 2.5 sotunu Zərərçəkmiş şəxs4 sataraq 2018-ci ilin dekabr ayında Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorativ tingliyi 2 ərazisində sonuncunun qardaşı Zərərçəkmiş şəxs3 vasitəsi ilə 3250 manat, 2019-cu ilin fevral ayında isə 3000 manat, ümumilikdə cəmi 6250 manat pulunu alaraq şəxsi işlərinə xərcləmişdir. Bundan başqa, 12 sot torpaq sahəsindən 3 sotunu Zərərçəkmiş şəxs5 sataraq 2019-cu ilin yanvar-fevral aylarında Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorativ tingliyi 2 ərazisində 2500 manat, 2019-cu ilin mart ayından dekabr ayınadək olan müddət ərzində hər ay 500 manat olmaqla cəmi 5000 manat və torpağa dair etibarnamənin alınması üçün 300 manat, ümumilikdə cəmi 7800 manat pulunu alaraq şəxsi işlərinə xərcləmişdir. Bundan başqa, 12 sot torpaq sahəsindən 2 sotunu Zərərçəkmiş şəxs6 sataraq 2019-cu ilin noyabr ayının ortalarında Ramana qəsəbəsi, Dekorativ tingliyi 2 ərazisində 2400 manat, 2019-cu ilin noyabr ayının sonlarında isə 2000 manat, ümumilikdə cəmi 4400 manat pulunu alaraq şəxsi işlərinə xərcləmiş, sonradan 1590 manatını geri qaytarmışdır. Bundan başqa, 9 sot torpaq sahəsindən 2 sotunu Zərərçəkmiş şəxs7 sataraq xx.xx.2020-ci il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorativ tingliyi 2 ərazisində 2750 manat, 2020-ci ilin mart ayından dekabr ayınadək olan müddət ərzində isə hər ay 325 manat olmaqla cəmi 3250 manat, ümumilikdə cəmi 6000 manat pulunu alaraq şəxsi işlərinə xərcləmişdir. Bundan başqa, 12 sot torpaq sahəsindən 2 sotunu Zərərçəkmiş şəxs8 sataraq 2020-ci ilin yazında Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorativ tingliyi 2 ərazisində 5000 manat, 2-3 gün sonra, yəni 2020-ci ilin yazında torpağa dair etibarnamənin alınması üçün 200 manat, ümumilikdə cəmi 5200 manat pulunu alaraq şəxsi işlərinə xərcləmişdir. Bundan başqa, 9 sot torpaq sahəsindən 1.5 sotunu Zərərçəkmiş şəxs9 Təvəkkül oğluna sataraq 2020-ci ilin aprel ayında Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorativ tingliyi 2 ərazisində 2500 manat, 2020-ci ilin may ayından dekabr ayınadək olan müddət ərzində hər ay 250 manat olmaqla cəmi 2000 manat, ümumilikdə cəmi 4500 manat pulunu alaraq şəxsi işlərinə xərcləmişdir. Bundan başqa, 12 sot torpaq sahəsindən 1.7 sotunu Zərərçəkmiş şəxs10 sataraq 2020-ci ilin iyun ayında Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorativ tingliyi 2 ərazisində 2000 manat, 2020-ci ilin iyul ayından noyabr ayınadək olan müddət ərzində hər ay 500 manat olmaqla cəmi 2500 manat, 2020-ci ilin dekabr ayında isə 1200 manat, ümumilikdə cəmi 5700 manat pulunu alaraq şəxsi işlərinə xərcləmişdir. Bundan başqa, 17.5 sot torpaq sahəsindən 2.5 sotunu Zərərçəkmiş şəxs11 sataraq 2021 -ci ilin yanvar ayında Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorativ tingliyi 2 ərazisində 5000 manat, 2021 -ci ilin aprel ayında isə 2500 manat, ümumilikdə cəmi 7500 manat pulunu alaraq şəxsi işlərinə xərcləmişdir. Bundan başqa, 9 sot torpaq sahəsindən 1.5 sotunu Zərərçəkmiş şəxs12 sataraq 2021 -ci ilin sentyabr ayında Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorativ tingliyi 2 ərazisində cəmi 4500 manat pulunu alaraq şəxsi işlərinə xərcləmişdir. Bundan başqa, 09 sot torpaq sahəsindən 1.5 sotunu yenidən Zərərçəkmiş şəxs12 sataraq 2021 -ci ilin oktyabr ayında Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorativ tingliyi 2 ərazisində cəmi 7000 manat pulunu alaraq şəxsi işlərinə xərcləmişdir. Bununla da, Zərərçəkmiş şəxs1 10 000 manat, Zərərçəkmiş şəxs2 6400 manat, Zərərçəkmiş şəxs3 4500 manat, Zərərçəkmiş şəxs4 6250 manat, Zərərçəkmiş şəxs5 7800 manat, Zərərçəkmiş şəxs6 4400 manat, Zərərçəkmiş şəxs7 6000 manat, Zərərçəkmiş şəxs8 5200 manat, Zərərçəkmiş şəxs9 4500 manat, Zərərçəkmiş şəxs10 5700 manat, Zərərçəkmiş şəxs11 7500 manat, Zərərçəkmiş şəxs12 isə 4500 və 7000 manat, cəmi 79.750 manat pullarını alaraq şəxsi işlərinə xərcləmişdir. Aldadaraq satdığı torpaqlar Şahid2 məxsus, ayrıca çıxarışları olan 9, 12 və 17.5 sotların işindəki torpaq sahələri olmuşdur. Torpaq satdığı hər bir şəxsə izah etmişdir ki, torpaq dövlət mülkiyyətindədir, torpaq üzərində ev tikilməsi cinayətdir, satdığı torpaq sahəsinin üzərində evin tikilməsi nəzərdə tutulmayıb, hətta telefonunun yaddaşında olan Şahid2 məxsus torpaq sahələrinin bir hissəsinin çıxarışlarını da torpaq satdığı şəxslərə göstərmişdir. Çıxarışlarda yazılmışdır ki, həmin torpaq sahələri sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlardır. Bundan başqa torpaq satdığı şəxslərin sırasında qazanc əldə etmək məqsədi ilə torpaq alıb həmin torpaq sahəsində ev tikib satan şəxslər də olmuşdur, həmin şəxslərdən olan Zərərçəkmiş şəxs9 ev alqı-satqısı ilə məşğuldur, Fəxriyə torpaq sahəsini satarkən dəfələrlə izah etmişdir ki, həmin torpağın üzərində ev tiksə də, sata bilməyəcək, ona görə ki, həmin torpağın üzərində ev tikməsi üçün mütləq dövlət orqanlarında razılaşdırılmalıdır (cild 2, iş vərəqi 9-15, 206-211). Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ev alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımışdır. 2016-cı ilin yayında Sabunçu rayonu, Ramana qəsəbəsində boş torpaq sahəsi alıb ev tikmək qərarına gəlmiş, baxıb torpaq sahəsini bəyənmişdir. Həmin vaxt makler kimi Təqsirləndirilən şəxs ilə görüşmüş, həmin ərazidə onun göstərdiyi 2 sot torpaq sahəsini almaq barədə danışmışdır. 2016-cı ilin yayında Xaliqlə görüşmüş və ona 5000 manat pul vermişdir. Təxminən 10 gün sonra yenidən Ramana qəsəbəsi, Dekorativ tingliyi 2 ünvanında Xaliqə daha 5000 manat, yəni 2 sot torpaq sahəsi üçün ümumilikdə 10000 manat pul vermişdir. Həmin torpaq sahəsində heç bir tikinti işləri aparmamışdır. 2018-ci ildə Xaliqdən torpaq sahəsinin sənədlərini istəyərkən torpaq sahibi kimi Şahid1 təqdim etmiş, Azad həmin torpağa dair etibarnaməni göstərib torpağın ona məxsus olduğunu, sənəddə qeyd olunan 12 sot torpaq sahəsi tam satıldıqdan sonra çıxarışların veriləcəyini demişdir. 2023-cü ildə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onu aldatmış, ona Şahid2 məxsus 2 sot torpaq sahəsini satmışdır. 2023-cü ilin sonlarında Şahin onunla telefon əlaqəsi saxlayıb 6 qonşuya satılan 12 sot torpağın 1 sotuna görə 2000 manat, ümumilikdə 12 sot torpağa görə 24000 manat vermələrini təklif etmiş, həmin pulu verdikdən sonra çıxarışları verəcəyini bildirmişdir. O, bu barədə Xaliqə dedikdə, sonuncu, 12 sot torpaq sahəsinə görə Şahinə özünün 24000 manat ödəyəcəyini, əvəzində 6 nəfər qonşunun ondan şikayət etməməsini demişdir. Şahinlə razılaşdıqdan sonra Xaliq ona cəmi 18100 manat pul vermiş, lakin həbs edildiyinə görə tam olaraq 24000 manatı ödəyə bilməmişdir. Həmin 18100 manat onun özündədir, bu barədə 6 nəfər qonşuları bilirlər. Lakin sonradan Şahid2 vəkili qonşulardan 1 sot torpağın hər sotuna görə 3000 manat istədiyindən razılaşmaları pozulmuşdur. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs1 ona vurulmuş maddi ziyanın ödənildiyini, hazırda Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmadığını bildirmiş, bu barədə xx.xx.2025-ci il tarixli yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi 2018-ci ildən ev alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımışdır. Sabunçu rayonu, Ramana qəsəbəsində boş torpaq sahəsi alıb fərdi ev tikdirmək qərarına gəlmiş, bu barədə maraqlanarkən qəsəbənin Dekorativ tingliyi 2 ərazisindəki torpaq sahələrini bəyənmişdir. 2018-ci ilin avqust ayında ev alqı-satqısı ilə məşğul olan Təqsirləndirilən şəxs ilə görüşmüş, sonuncu ona həmin ərazidə 2 sot torpaq sahəsi göstərmişdir. Xaliq torpaq sahəsinin 1 sotunu çıxarışla birgə 3200 manata satdığını demiş, o da, ilkin olaraq pulun yarısını verəcəyini, qalan 3200 manatı isə çıxarış ona verildikdən sonra ödəyəcəyini bildirmişdir. Onlar razılaşmış, 2018-ci ilin avqust ayında Xaliqə 3200 manat pul vermiş və qalan 3200 manatı çıxarışı aldıqdan sonra verəcəyi barədə razılaşmışlar. 2019-cu ildən həmin torpaq sahəsində ev tikməyə başlamış, lakin pulu olmadığından evi tikib başa çatdıra bilməmişdir. 2021-ci ilin yayında Xaliq ona zəng vuraraq torpağın çıxarışının hazır olduğunu demiş və 3200 manatı tələb etmişdir. Həmin tarixdə o, qalan 3200 manat pulu da Xaliqə vermişdir. 2023-cü ildə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onu aldadaraq Şahid2 məxsus 2 sot torpaq sahəsini satmışdır. 2023-cü ilin sonlarında Şahid2 telefon əlaqəsi saxlayıb torpağın 1 sotuna görə 2000 manat vermələrini təklif etmiş, torpaq alan şəxslər əlacsız qalaraq razılaşmışlar. Lakin sonradan Şahinin vəkili torpağın hər sotuna görə 3000 manat istədiyindən Şahinlə olan razılaşmaları pozulmuşdur. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs2 ona vurulmuş maddi ziyanın ödənildiyini, hazırda Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmadığını bildirmiş, bu barədə xx.xx.2025-ci il tarixli yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs3 Zeynalabdin oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2018-ci ildən ev alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımışdır. O, ev tikmək məqsədilə Ramana qəsəbəsi ərazisində boş torpaq sahələri ilə maraqlanarkən qəsəbənin Dekorativ tingliyi 2 ərazisindəki torpaq sahələrini bəyənmişdir. 2018-ci ilin noyabr ayında o, Təqsirləndirilən şəxs ilə görüşmüş, sonuncu ona göstərdiyi 2,5 sot torpaq sahəsinin sotunu 2500 manatdan satacağını bildirmişdir. O, Xaliqlə alver edərək 2,5 sot torpaq sahəsini 5750 manata razılaşmışlar. 2018-ci ilin noyabr ayında Xaliqə 4500 manat pul vermiş, qalan 1250 manatı çıxarışı aldıqdan sonra verəcəyinə razılaşmışlar. 2018-ci ildə həmin torpaq sahəsində kürsülü, 3 otaqlı ev tikdirərək evə köçmüş və hazırda həmin evdə yaşayır. Zərərçəkmiş şəxs3 ifadəsinə görə, müvəqqəti Türkiyədə yaşayan qardaşı Zərərçəkmiş şəxs4 Azərbaycana qayıtmaq istəmiş, onun torpaq aldığını bilib həmin ərazidə ona da 2,5 sot torpaq sahəsi almağı xahiş etmişdir. 2018-ci ilin noyabr ayında bu barədə Xaliqə demiş, Xaliq ona satdığı torpaq sahəsinə bitişik 2,5 sot torpaq sahəsini göstərərək 1 sotunun qiymətini 2500 manata razılaşmışlar. O, bu barədə qardaşı Məhərrəmə demiş, həmin torpaq sahəsini 6250 manata almağa razılaşmışlar. 2018-ci ilin dekabr ayında Məhərrəm 3250 manat göndərmiş, o da, 2018-ci ilin dekabr ayında həmin 3250 manatı Xaliqə vermişdir. Məhərrəm ona növbəti dəfə 2019-cu ilin fevral ayında 3000 manat pul göndərmiş, həmin pulu da Ramana qəsəbəsində Xaliqə vermişdir. Sonradan Məhərrəm də torpaq sahəsində 3 otaqlı ev tikmiş, hazırda həmin evdə yaşayır. 2024-cü ildə polisə dəvət edilərkən Təqsirləndirilən şəxs onu aldatmasını, ona və qardaşı Məhərrəmə Şahid2 məxsus torpaq sahələrini satdığını bilmişdir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs3 hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayəti və tələbi olmadığını bildirmiş, bu barədə xx.xx.2025-ci il tarixli yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs4 digər Zərərçəkmiş şəxs3 qardaşı olduğunu bildirərək, onun məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermiş, ona vurulmuş maddi ziyanın ödənildiyini, hazırda Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmadığını bildirmiş, bu barədə xx.xx.2025-ci il tarixli yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ev alqı-satqısı ilə məşqul olan şəxs kimi tanımış, ona satılan torpağın sahibi Şahid2 2023-cü ildən tanıyır. 2019-cu ilin yazında Ramana qəsəbəsində ev tikmək üçün torpaq sahəsi almaq qərarına gəlmiş, Xaliq ilə görüşmüş, sonuncu ona Ramana qəsəbəsi, Dekorativ tingliyi 2 ərazisində 3 sot torpaq sahəsi göstərib satıldığını bildirmişdir. Xaliq həmin torpaqlara dair Şahid1 adına verilmiş etibarnaməni də göstərmiş, torpaq sahəsinin 1 sotunu 2500 manata satdığını demişdir. Sonra Təqsirləndirilən şəxs ilə görüşərək sonuncuya 2500 manat pul vermiş və qalan 5000 manatı hər ay 500 manat olmaqla ödəyəcəyini bildirmişdir. 2019-cu ilin mart ayından dekabr ayınadək 10 ay ərzində hər ay Xaliqə 500 manat, həmçinin torpağa etibarnamənin verilməsi üçün əlavə olaraq 300 manat vermişdir. 2019-cu ilin dekabr ayında 7800 manat Xaliqə tam ödəyib torpaq sahəsində 3 otaqlı ev tikdirmişdir və həmin torpaq sahəsindəki evdə ailəsi ilə birgə yaşayır. 2023-cü ildə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onu aldatmış, ona Şahid2 məxsus olan 3 sot torpaq sahəsini satmışdır. 2023-cü ilin sonlarında Şahid2 onunla telefon əlaqəsi saxlayıb torpağın 1 sotuna görə Xaliqdən torpaq alan şəxslərin 2000 manat verməsini təklif etmiş, torpaq alan şəxslər əlacsız qalaraq razılaşmışlar. Lakin sonradan Şahinin vəkili onlardan torpağın hər sotuna görə 3000 manat istədiyindən razılaşmamışlar. Məhkəmə iclasında ifadə verərkən Zərərçəkmiş şəxs5 ona vurulmuş maddi ziyanın ödənilmədiyini göstərsə də, məhkəmə prosesinin sonunda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayəti və tələbi olmadığını bildirmiş, bu barədə xx.xx.2025-ci il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ev alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımışdır. Boş torpaq sahəsi alıb ev tikmək istədiyindən 2020-ci ilin yazında Ramana qəsəbəsində Təqsirləndirilən şəxs ilə görüşmüş, sonuncu ona Ramana qəsəbəsi, Dekorativ tingliyi 2 ərazisində 2 sot torpaq sahəsini göstərmişdir. O da, həmin torpağı byənib almaq fikrinə düşmüşdür. Xaliq bildirmişdir ki, torpağın 1 sotu 2500 manatdır, 2 sot torpaq sahəsini 5000 manata satır. Xaliqin deməsinə görə, həmin torpağa dair ona etibarnamə verəcək, ərazidəki 1,7 ha torpaq sahəsi tam satıldıqdan sonra orada məskunlaşan şəxslərə çıxarış veriləcəkdir. 2020-ci ilin yazında o, Təqsirləndirilən şəxs 5000 manat pul vermiş, 2-3 gün sonra isə torpağa etibarnamənin alınması üçün daha 200 manat ödəmişdir. 2020-ci ildə həmin torpaq sahəsində 3 otaqlı ev tikdirərək oraya köçmüş, hazırda həmin evdə yaşayır. 2023-cü ildə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onu aldadaraq Şahid2 məxsus 2 sot torpaq sahəsini ona öz torpağı kimi satmışdır. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs8 ona vurulmuş maddi ziyanın ödənilmədiyini, 5000 manat pulu Təqsirləndirilən şəxs tələb etdiyini bildirmiş və bu barədə xx.xx.2025-ci il tarixli yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs9 Təvəkkül oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ildən makler kimi tanımışdır. 2020-ci ildə Ağcabədi rayonunda yaşayan bacısı Gülzadə və onun əri Zərərçəkmiş şəxs7 ondan xahiş etmişlər ki, Ramana qəsəbəsi ətrafında 2 sot torpaq sahəsi almaq və orada ev tikib köçmək istəyirlər, buna görə torpaq sahəsi tapmaqda köməklik istəmişlər. Bununla bağlı 2020-ci ilin fevral ayında Təqsirləndirilən şəxs ilə görüşmüş, sonuncu ona Ramana qəsəbəsi, Dekorativ tingliyi 2 ərazisində 2 sot torpaq sahəsini göstərmiş, həmin torpaqların etibarnamə ilə Şahid1 tərəfindən satıldğını, özünün bu işlərdə ona köməklik göstərdiyini demişdir. Xaliq torpaq sahəsinin 1 sotunu 3000 manata olmaqla 2 sotunu 6000 manata satır, həmin torpağa dair onlara etibarnamə də verəcəkdir. Bu məqsədlə o, 2020-ci ilin fevralında yeznəsi Zərərçəkmiş şəxs7la birlikdə Ramana qəsəbəsində Xaliqlə görüşmüşlər. X14 2.750 manat pul vermiş və qalan 3.250 manatı da 2020-ci ilin sonunadək hər ay 325 manat olmaqla ödəyəcəyini bildirmişdir. Bu yolla 2020-ci ilin mart ayından başlayaraq 10 ay ərzində hər ay Ramil Xaliqə 325 manat verməklə 2020-cu ilin dekabr ayında 6000 manat pulu tam ödəmişdir. 2021-ci ildə yeznəsi Ramil həmin 2 sot torpaq sahəsində 3 otaqlı ev tikdirərək evə köçmüşdür. Xaliq bacısının adına həmin torpaq sahəsinə dair etibarnamə də vermişdir. Sonradan yeznəsi Ramil Bakı şəhərinə uyğunlaşa bilmədiyindən evi 33.000 manata sataraq Ağcabədi rayonuna qayıtmışdır. Ramil Ramana qəsəbəsi, Dekorativ tingliyi 2 ərazisində torpaq sahəsi aldıqdan sonra o da, yeznəsinə qonşu olması üçün həmin ərazidən torpaq almaq qərarına gəlmiş, 2020-ci ilin aprel ayında Xaliq ona həmin ərazidə yeznəsinin torpaq sahəsinə bitişik 1,5 sot torpaq sahəsini göstərib satdığını bildirmişdir. Xaliq ona torpaq sahəsinin 1 sotunu 3000 manata satacağını demiş, o da, 2020-ci ilin aprel ayında Təqsirləndirilən şəxs 2 500 manat pul vermiş, razılaşmışlar ki, qalan 2000 manatı 2020-ci ilin sonunadək hər ay 250 manat olmaqla ödəməyi razılaşmışlır. O da, 2020-ci ilin may ayından 8 ay ərzində hər ay Xaliqə 250 manat verməklə Xaliqin 4500 manat pulunu tam ödəmişdir. 2021-ci ilin yazında həmin 1,5 sot torpaq sahəsində 3 otaqlı ev tikdirərək köçmüş, lakin həmin evə uyğunlaşa bilmədiyindən evi satmaq qərarına gəlmişdir. 2021-ci ilin iyun ayında evi almaq istəyən Bəhruz Məmmədovla tanış olmuş, Bəhruz ona 5000 manat beh vermiş və evə köçmüş, sonra isə qalan 24.000 manatı da vermişdir. Zərərçəkmiş şəxs9 hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi olmadığını bildirmiş, bu barədə xx.xx.2025-ci il tarixli yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 istintaq zamanı verdiyi ifadəsi tədqiq olunarkən, onun digər Zərərçəkmiş şəxs9 Təvəkkül oğlu ilə yeznə-qayın olduqları və sonuncunun məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi, həmçinin notarial qaydada təsdiq olunmuş yazılı ərizə verərək Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmadığını bildirmişdir (cild 2, iş vərəqi 124-128). Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin yayından ev alqı- satqısı ilə məşğul olan şəxs kimi tanımışdır. Özü Ramana qəsəbəsi ərazisində boş torpaq sahəsi alaraq ev tikdirmək qərarına gəlmiş, qəsəbənin Dekorativ tingliyi 2 ərazisindəki torpaq sahələrini bəyənmişdir. Sonra Təqsirləndirilən şəxs ilə tanış olmuş, sonuncu ona 1,7 sot torpaq sahəsini təklif etmişdir. Xaliq torpağın 1 sotunu 3000 manata demiş, 2020-ci ilin iyun ayında Ramana qəsəbəsində Xaliqə 2000 manat pul vermiş, qalan 3700 manatı hər ay 500 manatdan ödəməyə razılışmışlar. 2020-ci ilin iyul ayından dekabr ayınadək hər ay 500 manat, yalnız sonuncu ay 1200 manat olmaqla cəmi 3700 manatı Təqsirləndirilən şəxs vermişdir. Ümumilikdə o, Xaliqə 5700 manat pul ödəmişdir. 2023-cü ildə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onu aldadaraq Şahid2 məxsus torpağı ona satmışdır. Məhkəmə iclasında ifadə verərkən Zərərçəkmiş şəxs10 ona vurulmuş maddi ziyanın ödənilmədiyini göstərsə də, məhkəmə prosesinin sonunda Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş maddi ziyanın ödənildiyini bildirmiş, bu barədə xx.xx.2025-ci il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ildən makler kimi tanımışdır. Ramana qəsəbəsi ərazisində boş torpaq sahəsi alıb ev tikdirmək istəmiş, Dekorativ tingliyi 2 ərazisindəki torpaq sahələrini bəyənmişdir. Xaliqlə görüşmüş, sonuncu torpaq sahəsinin 1 sotunu 3000 manata olmaqla 2,5 sot torpaq sahəsini 7500 manata satdığını demişdir. 2021-ci ilin yanvar ayında Ramana qəsəbəsində Təqsirləndirilən şəxs 5000 manat pul vermiş, 2500 manat borclu qalmış, aprel ayında isə 2500 manatı da vermişdir. Ümumilikdə, 2021-ci ilin yanvar və aprel aylarında Xaliqə cəmi 7.700 manat pul vermişdir. 2024-cü ildə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onu aldadaraq Şahid2 məxsus olan 2,5 sot torpaq sahəsini satmışdır. Məhkəmə iclasında ifadə verərkən Zərərçəkmiş şəxs11 ona vurulmuş maddi ziyanın ödənilmədiyini, torpağa görə verdiyi 7.500 manat pulu geri tələb etdiyini bildirmiş, bu barədə xx.xx.2025-ci il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ildən ev alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımışdır. Özünə fərdi ev tikmək üçün torpaq axtararkən Xaliqlə görüşmüş, sonuncu, Ramana qəsəbəsi, Dekorativ tingliyi 2 ərazisində 1,5 sot torpaq sahəsini göstərərək ona təklif etmişdir. Xaliq torpağın sotunu 3.000 manata demiş, o da, Təqsirləndirilən şəxs 4500 manat pul və etibarnamə vermişdir. O, həmin torpaq sahəsində 3 otaqlı ev tikmişdir. 2021cİ ilin oktyabr ayında onun torpaq sahəsinə bitişik 1,5 sot torpaq sahəsini görüb oranı da almaq istəmiş, Xaliq həmin torpağı üzərindəki yarımtikili ilə 7000 manata satdığını demişdir. 2021-ci ilin oktaybr ayında həmin torpaq sahəsinə görə Xaliqə 7000 manat pul vermişdir. xx.xx.2022-ci il tarixdə 2021 -ci ilin sentyabr ayında alaraq üzərində tikdirdiyi evini 31000 manata X1. Həmin ərəfədə istintaqa dəvət edilərkən bilmişdir ki, Xaliq Şahinə məxsus torpaqları sonuncunun məlumatı olmadan satdığını öyrənmişdir. Məhkəmə iclasında ifadə verərkən Zərərçəkmiş şəxs12 ona vurulmuş maddi ziyanın ödənilmədiyini göstərsə də, məhkəmə prosesinin sonunda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayəti və tələbi olmadığını bildirmiş, bu barədə xx.xx.2025-ci il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Həmin ifadəsində Zərərçəkmiş şəxs6 göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019cu ildən ev alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımış, ona satılan torpağın sahibi Şahid2 isə ümumiyyətlə tanımır, həmin şəxslərlə heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində boş torpaq sahəsi alaraq həmin torpaq sahəsində fərdi ev tikdirmək qərarına gəlmiş, 2019-cu ilin noyabr ayında Ramana qəsəbəsində torpaq sahələri ilə maraqlanarkən qəsəbənin Dekorativ tingliyi 2 ərazisindəki torpaq sahələrini bəyənmişdir. 2019-cu ilin noyabr ayında Təqsirləndirilən şəxs ilə görüşmüş, sonuncu ona Ramana qəsəbəsi, Dekorativ tingliyi 2 ərazisində 2 sot torpaq sahəsini göstərərək bildirmişdir ki, həmin torpağı və ətrafındakı torpaq sahələrinin satışını ona tapşırıblar, hətta həmin torpaqlara dair Şahid1 adına verilmiş etibarnaməni də göstərmişdir. Təqsirləndirilən şəxs demişdir ki, torpaq sahəsinin 1 sotunu 2500 manata satır, həmin 2 sot torpaq sahəsini ona 5000 manata verəcəkdir. Xalidin deməsinə görə ilkin mərhələdə həmin torpağa dair etibarnamə verəcək, Dekorativ tingliyi 2 ərazisindəki 1,7 ha torpaq sahəsi tam satıldıqdan sonra orada məskunlaşan hər kəsin torpaq sahəsinə çıxarış veriləcək. O, Xaliqlə alver edərək 4400 manata razılaşmış, 2019-cu ilin noyabr ayının ortalarında Xaliqin satdığı Ramana qəsəbəsi, Dekorativ tingliyi 2 ünvanda sonuncuya 2400 manat pul vermişdir. Təxminən 10 gün sonra, yəni 2019-cu ilin noyabr ayının sonlarında yenidən Ramana qəsəbəsi, Dekorativ tingliyi 2 ünvanda Xaliqə daha 2000 manat pul vermişdir. Bununla da 2019-cu ilin noyabr ayında Xaliqə 2 sot torpaq sahəsi üçün ümumilikdə 4400 manat pul vermişdir. 2020-ci ildə həmin 2 sot torpaq sahəsində kürsülü, 3 otaqlı ev tikdirərək evə köçmüş, hazırda həmin evdə yaşayır. 2023cü ildə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona Şahid2 məxsus torpaq sahəsini satmışdır. O, Xaliqə şikayət edəcəyini dedikdə, Xaliq ona hissə-hissə olmaqla pulundan cəmi 1590 manatını qaytarmış, lakin bu günədək 2810 manat borclu qalmışdır. 2023-cü ilin əvvəllərində Şahid1la əlaqə saxlayarkən sonuncu bildirmişdir ki, ona satılan torpaq sahəsinin sənədləri, həmçinin torpağa görə Xaliqə verdiyi pulların bir qismi ondadır. Lakin Azad pulun bir qismi dedikdə nəqədər pulun onda olmasını konkret deməmişdir. 2023-cü ilin sonlarında Şahid2 telefon əlaqəsi saxlayıb torpağın 1 sotuna görə 2 000 manat verməsini təklif etmiş, o və Xaliqin torpaq satdığı şəxslər əlacsız qalaraq Şahinlə razılaşmışlar. Lakin sonradan Şahinin vəkili torpaq alan şəxslərdən torpağın hər sotuna görə 3000 manat istədiyindən Şahinlə olan razılaşmaları pozulmuşdur (cild 2, iş vərəqi 72- 76). Zərərçəkmiş şəxs məhkəmə iclaslarında iştirak etməsə də, müdafiə tərəfi vasitəsilə təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbinin olmaması, ona dəymiş ziyanın tam ödənilməsi barədə notarial qaydada təsdiq olunmuş xx.xx.2025-ci il tarixli ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şahid2 bacısının əridir, Təqsirləndirilən şəxs isə onun kimi Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində torpaq və ev alqı-satqısı ilə məşğul olur. 2012-ci ildə Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorativ Tingliyi 2 ərazidə 1,7 hektar torpaq sahəsi satılmış, özü Şahinə məsləhət görmüşdür ki, həmin torpaq sahəsini alıb hissə-hissə bölməklə baha qiymətə satıb gəlir əldə etmək olar. Şahin onun təklifi ilə razılaşaraq 2012-ci ilin avqust ayında Balası Həmzəyev adlı şəxsdən həmin 1,7 hektar torpaq sahəsini almış, həmin torpağı çıxarışla öz adına sənədləşdirmişdir. Yeznəsi Şahin torpaq sahəsinin hissə-hissə satışını ona tapşırmış, hər sotuna görə 2000 manatdan ona pulunu verməyi, özünün isə hansı qiymətə istəsə, sata biləcəyini demişdir. Şahin ona həmin torpaq sahəsinə görə 1 illik etibarnamə də vermiş, razılaşmışlar ki, həmin 1,7 hektar torpaq sahəsindən 9, 12 və ya 18 sot hissələrinə ayrıca çıxarışlar alsınlar, həmin hissələr tam satıldıqca təkrar həmin 9, 12 və ya 18 sotu 1 və ya 2 sot hissəyə bölərək torpaq alan müştərilərin adına çıxarışlar versinlər. Şahinə məxsus 1,7 hektar torpaq sahəsi böyük olduğundan çoxlu müştərilər gəlmişlər. Bu səbəbdən həmin ərazidə torpaq alqı-satqısı ilə məşğul olan Təqsirləndirilən şəxs torpağın satılmasında köməklik göstərməsini xahiş etmişdir. Xaliqlə razılaşmalarına görə 1 sot torpaq sahəsi üçün Şahinə 2000 manat ödəməli, 2000 manatdan baha satacaqlari torpağın pulunu özləri bölməyi razılaşmışlar. O, Xaliqə daş və kərpiclə hasara alınmış Ramana qəsəbəsi, Dekorativ Tingliyi 2 ünvanda yerləşən 1,7 hektar torpaq sahəsini göstərmiş, Xaliq də onunla razılaşaraq həmin torpaqdan hissə-hissə satmağa başlamışdır. O, Xaliqə etibar etdiyindən həmin əraziyə az-az getmiş, Xaliq torpaq almaq istəyən müştəriyə torpağı göstərib razılaşdıqdan sonra beh alaraq onu həmin əraziyə çağırmış, o, satacağı torpaq sahəsinin pulunu alaraq torpaq alan şəxsə etibarnamə vermişdir. Yalnız 2022-ci ilin yayında bir neçə şəxs ona zəng vuraraq Xaliqdən torpaq alsalar da, onlara heç bir sənəd verilmədiyini, torpağa dair sənədləri ondan tələb etdiklərini bildirmişlər. O, bu barədə Xaliqə məlumat verdikdən sonra Xaliq həmin torpaq sahələrini satmasını etiraf edərək satılan torpaq sahələrinin pulunu ona verdikdən sonra həmin şəxslərə Şahinin adından etibarnamə vermişdir. Torpağın satılması barədə məlumatı Xaliqin deyil, torpaq alan şəxslərin deməsi onda Xaliqə qarşı şübhə yaratmışdır. 2023-cü ilin əvvəllərində Xaliq Xəzər rayonu ərazisində dələduzluğa görə həbs edildikdən sonra ona məlum olmuşdur ki, Xaliq yeznəsi Şahinə məxsus 1,7 hektar torpaq sahəsinin çıxarış alınmış 9, 12 və 17,5 sot torpaq sahələrindən 26,7 sotunu 2016-cı ildən 2021-ci ilədək olan müddət ərzində 12 nəfərə 79.750 manata sataraq həmin şəxslərin pullarını şəxsi işlərinə xərcləmişdir. O, bu barədə Şahinə dedikdən sonra birlikdə səhərdən axşamadək 1,7 hektar ərazidə satılan torpaqlarn və tikilən evlərin onlarda olan siyahı ilə eyniləşdirməsini aparmışlar və müəyyən etmişlər ki, Xaliq ona məlumat vermədən 13 halda öz adından torpaq sahəsi sataraq pulunu şəxsi işlərinə xərcləmişdir. O, Xaliqin həmin ərazidə kimlərə,hansı sahədə torpaq satması və hər birindən nə qədər pullar alması barədə istintaqa ifadə vermişdir. Həmin ifadəni təsdiq edir və onu məhkəmədə verilmiş ifadə kimi qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2012-ci ildə satış məqsədi ilə "xxxx" Kiçik Müəssisəsindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorativ Tingliyi 2 ünvanda yerləşən 1,7 hektar boş torpaq sahəsini almışdır. Bir müddət sonra torpaq və ev alqı-satqısı ilə məşğul olan qaynı Şahid1 etibarnamə verərək xahiş etmişdir ki, həmin boş torpaq sahələrini satsın. Azad torpağın satışını Ramana qəsəbəsində torpaq alqı-satqısı ilə məşğul olan, sonradan adını bildiyi Təqsirləndirilən şəxs ilə aparmışlar. Razılaşmalarına görə torpaq satılarkən Azad ona məlumat vermiş, o, notariat ofisində torpağın alqı-satqısında iştirak edərək satılan torpağın pullarını qəbul etmişdir. 2023-cü ilin fevral ayında Azad ona zəng edərək bildirmişdir ki, Ramana qəsəbəsi Dekorativ Tingliyi 2 ünvandakı 1,7 hektar torpaq sahələrinin bəzi hissələrində tanımadığı şəxslər tərəfindən evlər tikilib. O, Azadın iştirakı ilə həmin ünvanlarda olarkən müəyyən etmişdir ki, Daşınmaz Əmlak Dövlət Reyestrində 1010 nömrəli reyestr kitabında 100616 nömrəsi ilə qeydiyyatdan keçmiş 0,12 hektar, 1075 nömrəli reyestr kitabında 100616 nömrəsi ilə qeydiyyatdan keçmiş 0,175 hektar və 1080 nömrəli reyestr kitabında 106940 nömrəsi ilə qeydiyyatdan keçmiş 0,09 hektar torpaq sahələri tanımadığı şəxslər tərəfindən zəbt olunaraq torpaq sahələrində evlər tikilmişdir. O, bu barədə Sabunçu rayon Polis İdarəsinə müraciət etmişdir. Onun torpaqlarını zəbt edən şəxslər torpaq sahələrinin hər sotuna 3000 manat ödəyərlərsə, torpaq sahələrini həmin şəxslərə satmağa razıdır. Daha sonra bildirmişdir ki, ona məxsus torpaq sahələrinin 1 sotu bazar qiymətinə görə 4000 manat təşkil edir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan xx.xx.2018-ci il tarixli AR-1 694035 nömrəli etibarnaməyə əsasən, Şahid2 20 il ərzində bütün əmlakının Şahid1 tərəfindən idarə edilməsini, sərəncam verilməsini və bununla bağlı digər əqdləri bağlamasını etibar etmişdir (cild 1, iş vərəqi 115). Şahid2 arvadı X2 bütün əmlakının Şahid1 tərəfindən idarə edilməsinə dair xx.xx.2019-cu il tarixli AR-1 951159 nömrəli etibarnamə də cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 116). Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorativ Tingliyi 2 ünvanda yerləşən 0,09 ha torpaq sahəsinin xx.xx.2012-ci il tarixdən Şahid2 mülkiyyətində olması barədə həmin tarixli ******* nömrəli və xx.xx.2022-ci il tarixli 1080 nömrəli çıxarışlar iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 6-8). Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorativ Tingliyi 2 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin xx.xx.2012-ci il tarixdən Şahid2 mülkiyyətində olması barədə həmin tarixli ******* nömrəli və xx.xx.2022-ci il tarixli 1075 nömrəli çıxarışlar cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 9-11). Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorativ Tingliyi 2 ünvanda yerləşən 0,175 ha torpaq sahəsinin xx.xx.2012-ci il tarixdən Şahid2 mülkiyyətində olması barədə həmin tarixli ******* nömrəli və xx.xx.2021-ci il tarixli 1010 nömrəli çıxarışlar cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 12-14). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 3-21-3-02/2-8152/2023 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(005)-1519/2008 nömrəli qətnaməsi əsasında Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorativ Tingliyi 2 ünvanda yerləşən 15,3 ha torpaq sahəsi üzərində "xxxx" Kiçik Müəssisəsinin istifadə hüququ qeydiyyata alınmışdır (cild 1, iş vərəqi 59-60). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun üzərində qəti olaraq 1 il 11 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (cild 1, iş vərəqi 245-254). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli 21-2/3-4272 saylı məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 1 il 11 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyatdan keçmiş, cəzasının çəkilməmiş qalan hissəsi 1 il 4 ay təşkil edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək hər bir zərərçəkmiş şəxsə aid epizod üzrə onlara torpaq sataraq pul aldığını etiraf etmiş, lakin öz müdafiəsi üçün hər hansı dəlillər gətirməmişdir. Şərh olunan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.14-cü maddələrinə əsasən zərərçəkmiş şəxslərin bir qismi ilə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Həmçinin məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun üzərində qəti olaraq 1 il 11 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli 21-2/3-4272 saylı məktubuna əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alınmış, hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu günə onun cəzasının çəkilməmiş qalan hissəsi 1 il 4 ay təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə görə, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunan müddəaya əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədənə qədər məhkumluğu olsa da, həmin məhkumluq residiv yaratmır. Lakin ona təyin olunmuş və çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzası cinayət qanunvericiliyinin müddəalarına əsasən azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilməli, hazırkı hökmlə təyin olunacaq cəzaya həmin cəzanı qismən birləşdirmə yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə görə, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Cinayət qanunvericiliyinin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən təyin olunmuş və çəkilməmiş qalan 1 il 4 ay azadlığın məhdudlaşdırılması cəzası 8 (səkkiz) ay azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasını qismən birləşdirmə yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunacaq cəzanın başlanğıcı 24 may 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Sabunçu RPİ, 12-ci Polis şöbəsinin əməkdaşları tərəfindən tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderdən və hesabatdan görünür ki, ibtidai istintaqın müəyyən mərhələsində Təqsirləndirilən şəxs müdafiəsini təyinat əsasında vəkil X8 həyata keçirmiş, bununla bağlı müdafiəçi 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Elnur Nəbiyevə ödənilməli 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 7 saylı Vəkil bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə maddi sübutların olmaması, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi ziyanları ödənilməmiş qalan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs11 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş qalan 1 (bir) il 4 (dörd) ay azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 8 (səkkiz) ay azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin olunmuş 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli hökmü üzrə müəyyən edilmiş 8 (səkkiz) ay azadlıqdan məhrum etmə cəzasını qismən birləşdirmə yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 24 may 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə ibtidai istintaq zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin müdafiəsini həyata keçirmiş vəkil X6 ödənilməli olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübutların olmaması, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. İş üzrə maddi ziyanları ödənilməmiş qalan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs11 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-644/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-644/2025
01.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver