Məhkəmə qərarları › İş №1(101)-645/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-645/2021

07.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-645/2021 07.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi, məsləhətçi X8, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X10, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə 10 avqust 1990-cı ildə Cəbrayıl rayonu, Qumlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, Cəbrayıl rayonu, Qumlaq kəndində pasport qeydiyyatında olan və Bakı şəhəri, Binəqədi rayonu ərazisində kirayədə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Belə ki, o, 20 iyul 2020-ci il tarixdə, təxminən saat 20:00 radələrində Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən “xxxx” MMC zavodunun yaxınlığında onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan xx xxxxxx 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs əl zərbələri və mobil telefon cihazı ilə qəsdən vurub zor tətbiq edərək sol döş qəfəsinin üzərində qançır, burnun üzərində sıyrıqla müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirib köməksiz vəziyyətindən istifadə etməklə sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqədə olaraq seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, Amaliya ilə Ömərin vasitəsi ilə tanş olmuş, bir müddət sonra Amaliya ona sosial şəbəkədə yazmağa başlamışdır. Amaliya bir dəfə ondan xalçaları nənəsigilə aparmağa kömək etməsini xahiş etmişdir. O, razı olmuş, Amaliyanı və xalçaları götürüb Amaliyanını nənəsinin evlərinə çatanda Amaliya ona “nənəm səni görməsin” demiş, o, bu sözə görə Amaliyaya irad tutmuş və ona taksi olmadığnı bildirmişdir. Sonra Amaliya maşını bir az qabağa sürdürmüş, buna görə əsəbiləşmiş və Amaliyanın üstünə qışqırmışdır. Bu vaxt Amaliya qışqırıb kömək istəmiş, daha sonra maşından düşmüş, Amaliyanı sakitləşdirib maşına oturtmuş və aparıb evlərinin yanında düşürmüşdür. O, Amaliyaya ona bir daha yazmamağı demiş və sonda Amaliya onu şərləyib tutdurmuşdur. O, Amaliya Əliyeva ilə qeri-təbii yolla cinsi əlaqdə olmamış, ona əsəbiləşdiyi üçün həmin günü onu döymüşdür. Təqsirləndirilən şəxs qeyd olunan ifadəsi zərər çəkmiş şəxsin ifadəsi, eləcə də tədqiq edilmiş digər mötəbər sübutların məcmusu ilə təkzib olunur. Belə ki, məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə zərər çəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, anası Qanuni nümayəndə2, bacısı Qanuni nümayəndə1, qardaşı Fəxri İbişov ilə birlikdə yaşayır. Öməri uzun müddətdir ki, tanımışdır. Sonuncu əvvəllər yaşadığı 7-ci mikrorayon ərazisinə gəlib getmiş və təxminən iki ildir ki, dostluq münasibətlərində olmuşlar. Ömərlə onun başqa heç bir münasibəti olmamışdır. “İnstagram” sosial şəbəkəsindən bilmişdir ki, Ömər boks idman növü ilə məşğuldur. Əvvəllər tanımadığı Ruslan adlı şəxs də onun məşqçisidir. Qeyd etdiyi məlumatları Ömərin “İnstagram” sosial şəbəkə səhifəsindən öyrənmişdir, lakin Ruslanla başqa heç bir şəxsi tanışlığı olmamışdır. Hətta Ruslan bir neçə dəfə ona “instagram” sosial şəbəkəsində tanış olmaqla bağlı mesajlar yazmış, lakin o, tanış olmamışdır. Təxminən iki həftə əvvəl Ömərlə “İnstagram” sosial şəbəkəsində danışaraq görüşmək barədə razılaşmışlar. Görüş yerini də metronun “Azadlıq” stansiyasının yaxınlığında binaların arasını təyin etmişlər. Ömərlə görüşməkləri barədə razlaşdıqları gün metronun “Azadlıq” stansiyasının yaxınlığında binaların arasında Öməri gözləmişdir. Ömər görüş yerinə “İnstagram” sosial şəbəkəsindən məşqçisi kimi tanıdığı Ruslan və tanımadığı başqa bir nəfər şəxslə Ruslanın idarə etdiyi dövlət qeydiyyat nişanı və markasını xatırlamadığı ağ rəngli avtomobillə gəlmişdir. Həmin vaxt Ömər onu məşqçisi Ruslanla tanış etmiş, o, Ömər və Ruslan təxminən 5-10 dəqiqə metronun “Azadlıq” stansiyasının yaxınlığında binaların həyətində söhbət etmişlər. O, bildirmişdir ki, çox vaxtı yoxdur və Abşeron rayonu Fatmayi qəsəbəsində yaşayan nənəsi Leylanın evinə getməlidir. Ruslan həmin vaxt təklif etmişdir ki, onu Abşeron rayonu Fatmayi qəsəbəsində yaşayan nənəsinin evinə aparsınlar. O da etiraz etmədikdən sonra o, Ömər, Ruslan və tanımadığı daha bir nəfər şəxs Ruslanın idarə etdiyi dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə əyləşib Abşeron rayonu Fatmayi qəsəbəsinə getmişlər. Orada təxminən 5 dəqiqə müddətində gəzdikdən sonra onu Fatmayi qəsəbəsində yaşayan nənəsinin evinə aparmışlar. Orada o, avtomobildən enib Leyla adlı nənəsinin evinə getmişdir. Ömər vasitəsi ilə Ruslanla tanış olduqdan sonra sonuncu ona “instagram” sosial şəbəkəsində yazmağa başlamış, o da Ruslanın mesajlarını cavablandırmışdır. Görüşlərindən təxminən bir həftə sonra Ruslanla “instagram” sosial şəbəkə vasitəsi ilə yazışaraq metronun “Azadlıq” stansiyasının yaxınlığında “Zümrüd” restoranının yanında ikisi görüşmüşlər. Həmin vaxt Ruslan dövlət qeydiyyat nişanını xatırlamadığı “Chevrolet Cruz” kimi tanıdığı avtomobillə gəlmiş, Ruslan ondan hara getməsini soruşduqda bildirmişdir ki, Abşeron rayonu Fatmayi qəsəbəsində yaşayan nənəsinin evinə gedəcəkdir. Bundan sonra Ruslan onu Fatmayi qəsəbəsinə nənəsi Leylanın evinə aparmış və o, Ruslanın avtomobilindən enib nənəsi Leylanın evinə getmişdir. Sonra Ruslan ona “instagram” sosial şəbəkəsində yazmağa başlamışdır. O da Ruslanın mesajların cavablandırmışdır. 19.07.2020-ci il tarixdə Ruslanla “instagram” sosial şəbəkəsində ünsiyyətdə olarkən o, ***-***-**-** mobil telefon nömrəsini ona vermiş, o da Ruslana ***-***-**-** nömrəsini vermişdir. 20.07.2020-ci il tarixdə saat 18 radələrində yaşadığı Abşeron rayonu Məmmədli qəsəbəsində evlərində olarkən yuxudan durarkən mobil telefona baxdıqda görmüşdür ki, ***-***-**-** nömrəsinə Ruslanın ***-***-**-** mobil telefon nömrəsindən zəng edilməsi barədə mesaj (sms) gəlmişdir. Bu səbəbdən də o, Ruslana zəng edərək ona zəng etməsinin səbəbini soruşmuşdur. Ruslan həmin vaxt bildirmişdir ki, sadəcə onun kefini soruşmaq üçün zəng etmişdir. Sonra Ruslan onun nə edəcəyi barədə soruşduqda, o, bildirmişdir ki, nənəsi Leylanın evinə gedib oradan xalça götürüb evlərinə qayıtmalıdır. Həmin vaxt Ruslan təkidlə ona nənəsi Leylanın evinə aparmasını bildirmişdir. O, əvvəlcə Ruslana gəlməməsini söyləmiş, lakin onun təkid etməsini gördükdə etiraz etməyərək Ruslanın onu nənəsi Leylanın evinə aparmasına razılıq vermişdir. Ruslana yaşadığı evin yerləşdiyi yeri başa salmış, təxminən 20-25 dəqiqə sonra saat 18-19 radələrində Ruslan yaşadığı evin yaxınlığına gəlmiş və ona zəng edərək gəldiyini bildirmişdir. O da təxminən 5 dəqiqə sonra küçəyə çıxıb Ruslanın olduğu yerə gəlib sonuncunun “Chevrolet Cruz” markalı avtomobilinə əyləşmişdir. Oradan Ruslanın “Chevrolet Cruz” markalı avtomobili ilə Abşeron rayonu Mehdiabad qəsəbəsinə getmişdir. Orada Ruslana bildirmişdir ki, özü həmin yerdən taksi ilə nənəsi Leylanın evinə gedəcəkdir. Bundan sonra Ruslan onu Mehdiabad qəsəbəsində ağ rəngli dövlət qeydiyyat nişanı və markasını bilmədiyi taksi avtomobili ilə Fatmayi qəsəbəsində yaşayan nənəsi Leylanın evinə yola salmış və bildirmişdir ki, evə aparmaq üçün həmin yerdə onu gözləyəcəkdir. Bundan sonra o, çıxıb getmişdir. Təxminən 10 dəqiqə sonra nənəsi Leylanın evindən xalçaları götürüb yenidən həmin taksi avtomobili ilə evə qayıdarkən Ruslan ***-***-**-** mobil telefon nömrəsindən onun ***-***-**-** nömrəsinə zəng edərək Mehdiabad qəsəbəsində onu gözləməsini söyləmişdir. Mehdiabad qəsəbəsində o, taksi avtomobilindən enmiş, Ruslan nənəsi Leylanın evindən götürdüyü xalçaları öz avtomobilinin arxa oturacaqlarının üzərinə yükləmişdir. Bundan sonra o, Ruslanın avtomobilinin ön oturacağında əyləşmiş və onlar yaşadığı ev istiqamətində getməyə başlamışlar. Onlar yolda gedərkən təxminən bir il əvvəl sevgi münasibətləri olduğu Şahin barəsində söhbət etmişlər. O, Ruslana demişdir ki, Şahin həmişə yalan danışmaqla onu aldatmışdır. Ruslan da ona Şahin haqqında danışmağı ilə əlaqədar etirazını bildirmiş, bu zəmində söhbət edərkən Ruslan avtomobillə evlərinin küçəsini irəliyə doğru keçmişdir. O, Ruslana evlərinin döngəsini keçməsini söyləmiş, sonuncu isə ona demişdir ki, səhvən evlərinin küçəsinə dönməmişdir, irəlidən avtomobilini döndərib geri qayıdacaqdır. Sonra Ruslan avtomobilini irəliyə doğru Məmmədli qəsəbəsində yerləşən Paket zavodunun yaxınlığına heç kimin olmadığı yerə sürmüşdür. Sonuncu orada avtomobilini saxlamış, həmin vaxt saat təxminən 20 radələri olmuşdur. Ruslan avtomobili saxladıqdan sonra əlini onun boynuna salaraq özünə tərəf çəkib bir neçə dəfə öpmüşdür. Ruslanın onu öpməsinə etiraz etdiyindən Ruslan səsini ucaldaraq üstünə qışqırmış və markasını xatırlamadığı mobil telefonunu üzünə çırpmışdır. Nəticədə o, burun nahiyəsindən xəsarət almışdır. O, cəld Ruslanın avtomobilindən enmiş və arxa qapını açaraq oradakı xalçaları avtomobildən düşürtmüşdür. Həmin vaxt onun arxasınca Ruslan da avtomobildən enmişdir. Sonuncu ona yaxınlaşan kimi sillə ilə sol tərəf üz nahiyəsindən vurub xalçaları avtomobilə yığmasını tələb etmişdir. Ətrafda həmin vaxt heç kim olmamış və o, qorxduğundan Ruslanın dediyi kimi xalçaları avtomobilin arxa oturacağına yığmışdır. Özü isə ön oturacaqda əyləşmişdir. Bundan sonra Ruslan yenə də əlini onun boynuna salaraq özünə tərəf çəkib bir neçə dəfə öpmüşdür. Sonra isə Ruslan əynində olan qara rəngli cins şortikin qarşısını açaraq cinsiyyət orqanını çıxarıb onun boynunu cinsiyyət orqanına tərəf əyərək cinsiyyət orqanını ağzına almasını söyləmişdir. Həmin vaxt Ruslanın cinsiyyət orqanı ereksiya vəziyyətində olmuşdur. O, Ruslandan xahiş etmişdir ki, onu buraxsın və sonuncunun cinsiyyət orqanını ağzına almaqdan imtina etmişdir. Sonra Ruslan onu qucağına oturdub öpməyə davam etmişdir. Qorxduğundan o, avtomobilin siqnalını basırmış ki, kənar şəxslərdən kimsə siqnalın səsini eşidər və onlara yaxınlaşar. Lakin həmin vaxt kimsə onlara yaxınlaşmamışdır. Bundan sonra Ruslan onun əynində olan maykanı və yuxarı alt paltarını yuxarıya doğru qaldırmış və onun sinəsindən öpməyə başlamışdır. O, Ruslandan küçədə söhbət etmək üçün onu buraxmasını xahiş etmiş, Ruslan əvvəlcə etiraz etsə də, sonradan etiraz etməmişdir. O, qapını açan kimi qaçmağa başlamış, Ruslan da onun arxasınca qaçıb üstünə qışqıraraq onu tutaraq saxlayıb qarnına yumruqla vurmuş və yenidən avtomobilinə əyləşdirmiş, sonra isə avtomobilini irəliyə doğru idarə etmişdir. Ruslan avtomobilini irəlidə daş hasarla hasarlanmış, lakin darvazası və içərisində tikilisi olmayan həyətə sürüb orada avtomobilini saxlamışdır. Həmin vaxt o, qorxduğu və özünü itirdiyi üçün Ruslan onu həmin yerdə avtomobildən endirmiş, əvvəlcə onu arxa hissəsi üzrə avtomobilə sıxıb əynində olan şalvarın kəmərini açmış, sonra şalvarının düyməsini və şimşəyini açmış, maykasını və üst alt paltarını yuxarı qaldırmışdır. Onun şalvarı boş olduğundan rahatlıqla aşağı enmiş, sonra onun tumanını aşağı endirmişdir. Ruslan onun üzünü çevirərək avtomobilə tərəf sıxmış, ayaqlarını bir az aralamış, belini azacıq avtomobilə doğru əymiş, əlləri ilə cinsiyyət orqanına toxunmağa başlamışdır. Sonra o, hiss etmişdir ki, Ruslan özü də cinsiyyət orqanını çıxarmışdır. Ruslan cinsiyyət orqanını onun arxa keçəcəyinə bir neçə dəfə salmağa cəhd etsə də, sala bilməmişdir. Sonra belini bir az da əymiş, yenə də bir neçə dəfə cinsiyyət orqanını onun arxa keçəcəyinə salmağa cəhd etmişdir. Nəticədə Ruslan cinsiyyət orqanının azacıq hissəsini onun arxa keçəcəyinə salaraq bir neçə dəfə irəli geri hərəkət etdirmişdir. O, güclü ağrı hiss etdiyindən qışqırmış, onun qışqırığından sonra Ruslan hərəkətlərini dayandırmışdır. Bundan sonra o və Ruslan paltarını geyinmişlər. Ruslan onu avtomobilinə əyləşdirib yaşadıqları ünvana aparmışdır. O, evə getmişdir. Evdə olarkən Ruslanın hərəkətləri barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonra onu və anası Cəmiləni Sabunçu RPİ-nin 15-ci polis bölməsinə çağırmışlar. Orada anası Cəmilə hadisə barədə ərizə ilə müraciət etmiş, onun da hadisə ilə bağlı izahatını almışlar. Sonradan Ruslan polis əməkdaşları tərəfindən 15-ci PB-nə gətirilmişdir. Orada bilmişdir ki, Ruslan kimi tanıdığı şəxs rəsmi olaraq Təqsirləndirilən şəxsdur. Onun Ruslan kimi tanıdığı Təqsirləndirilən şəxslə görüşməyinin, həmçinin Ruslanla ünsiyyət saxlamağının məqsədi yalnız dostluq münasibətləri olmuşdur. Başqa heç bir məqsədi olmamışdır. Həmçinin o, Mətişlə heç bir sevgili münasibətində olmamışdır. Onun Ruslan kimi tanıdığı Mətişlə aralarında təbii və ya qeyri-təbii yolla cinsi əlaqədə olmaqla bağlı heç bir söhbətləri olmamışdır. Başqa heç kimlə də təbii və ya qeyritəbii yolla cinsi əlaqədə olmamışdır. Mətişlə ilk dəfə ikilikdə metronun “Azadlıq” stansiyasının yaxınlığında, “Zümrüd” restoranının yanında görüşərkən Mətiş onu Fatmayi qəsəbəsinə nənəsi Leylanın evinə apararkən yolda söhbət etmişlər. Həmin vaxt da Mətiş ondan təvəllüdünü soruşmuşdur. O da Mətişə bildirmişdir ki, 2004-cü il təvəllüdlüdür, lakin 16 yaşı hələ tamam olmamışdır, 16 yaşı 21 noyabr 2020-ci ildə tamam olacaqdır. Mətiş bundan məlumatlı olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-tibbi ekspertizanın 23 iyul 2020-ci il tarixli, 347 saylı rəyindən görünür ki, 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs sol döş vəzinin üzərində qançır; burnunun üzərində sıyrıq müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Amaliya Əliyevanın qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Amaliya Əliyevanın arxa keçəcəyində aşkar edilmiş əlamətlər onunla qeyri-təbii yolla arxa keçəcək dəliyi vasitəsi ilə cinsi əlaqədə olmağa dəlalət edir. Cinayət işin əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 30 iyul 2020-ci il tarixli 355 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təyin edən əlamətlər müsbətdir. Cinayət işinə əlavə olunmuş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 27 oktyabr 2020-ci il tarixli, 2157 saylı rəyindən görünür ki, cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlirəm ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21 -ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Eqosentrizm, inadkarlıq, kobudluq kimi fərdipsixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinə əlavə olunmuş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 27 oktyabr 2020-ci il tarixli, 2158 saylı rəyindən görünür ki, cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlirəm ki, Zərərçəkmiş şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Zərərçəkmiş şəxs həmçinin ona qarşı törədilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri olmamışdır. Buna görə də Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ona qarşı törədiyi cinayət əməlini düzgün qavrayaraq bu barədə düzgün ifadə vermək iqtidarındadır. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur, gerilik əlamətləri aşkar olunmur. Fərdi- psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Ünsiyyətçillik, emosionallıq, sərbəsliyə və müstəqilliyə can atmaq kimi xarakterik xüsusiyyətlərə malikdir. İntellektual-mnestik imkanları normaya uyğun olduğundan o, iş üçün əhəmiyyətli halları düzgün qavraya, bu barədə məlumat verə bilər. Amaliya Əliyeva ona qarşı edilən hərəkətlər zamanı psixi-emosional vəziyyətində həyəcan, gərginlik yaranmış, həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur. Zərərçəkmiş şəxs hadisə zamanı fizioloji affekt halında olmamışdır. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 26 oktyabr 2020-ci il tarixli, 2970 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından periodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 13 noyabr 2020-ci il tarixli, 534 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş sümük yaşı 15-16 ilə uyğun gəlir. Cinayət işin əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 13 noyabr 2020-ci il tarixli, 535 saylı rəyindən görünür ki, Bakı şəhəri 1 saylı X11 aparılmış müayinələrə əsasən Zərərçəkmiş şəxs hər hansı bir zöhrəvi xəstəlik aşkar edilmədi. Amaliya Əliyevada “İİV (QİÇS)-in virusu aşkar edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi ilə bağlı ifadələrini özünümüdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirir. Belə ki, cinayət işinin 61-64-cü vərəqlərində olan “üzləşdirmə protokolu”ndan görünür ki, 23 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Amaliya Əliyeva arasında keçirilən üzləşdirmə zamanı Amaliya Əliyeva ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsini sonuncunun üzünə qarşı demişdir. Bundan başqa, cinayət işinə əlavə olunmuş “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, 26 iyul 2020-ci il tarixdə keçirilmiş həmin istintaq hərəkəti zamanı Amaliya Əliyeva hadisənin harada və necə baş verməsini əyani olaraq göstərmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ailəli və himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət işinə əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr iki dəfə məhkum olunmuş və məhkumluğu ödənilməmiş və götürülməmişdir. Belə ki, Təqsirləndirilən şəxs Binəqədi rayon Məhkəməsinin 04 avqust 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 10 ay 15 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən qüvvəsində saxlanılmış və qanuni qüvvəyə minmişdir. Cinayət işinin 153-160-cı vərəqlərində olan Binəqədi rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib ona qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 11 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Binəqədi rayon Məhkəməsinin 04 avqust 2017-ci il tarixli 1(001)-338/2017 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 10 ay 15 gün müddətinə islah işləri cəzası həmin cəza ilə qismən birləşdirilmiş və qəti olaraq Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 01 il 07 ay müddətinə islah işləri cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin 07 aprel 2021-ci il tarixli, 21/1-191 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş islah işləri cəzasından 06 ay çəkilməmiş cəzası qalmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər islah işləri cəzasına məhkum olunmasına baxmayaraq məhkumluğu götürülməmiş və ödənilməmiş, cəza çəkdiyi müddətdə yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırda məhkum olunmuş şəxs sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Ona görə də, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 maddəsinə əsasən yeni hökmlə təyin olunacaq cəzaya əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsi qismən birləşdirilməklə yekun cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə müvafiq olaraq Binəqədi rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasının çəkilməmiş qalan 06 ay hissəsi islah işlərinin dörd günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 01 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 22 iyul 2020-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. İş üzrə maddi sübut kimi cinayət işinin materiallarına əlavə olunmuş “xxxx” MMCdən alınmış hadisə yerini özündə əks etdirən 01 ədəd “flash kart” daşıyıcısı cinayət işində saxlanılmalıdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş 84 (səksən dörd) saat hüquqi yardımla bağlı dövlət büdcəsindən X1 vəkil işlədiyi Bakı şəhəri 7 saylı Vəkil bürosunun hesabına 504 (beş yüz dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə müvafiq olaraq Binəqədi rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasının çəkilməmiş qalan 06 ay hissəsi islah işlərinin dörd günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 01 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 06 (altı) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 iyul 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi cinayət işinin materiallarına əlavə olunmuş “xxxx” MMCdən alınmış hadisə yerini özündə əks etdirən 01 ədəd “flash kart” daşıyıcısı cinayət işində saxlanılsın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş 84 (səksən dörd) saat hüquqi yardımla bağlı dövlət büdcəsindən X1 vəkil işlədiyi Bakı şəhəri 7 saylı Vəkil bürosunun hesabına 504 (beş yüz dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar