Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-645/2022 11.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1992-ci il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evlihimayəsində bir nəfər azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Quba rayonu, Zərdabi qəsəbəsi, fərdi yaşayış evində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 19 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 iyul 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham olunur ondan ötrü ki, o, satış məqsədilə külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyənləşdirilməmiş Əli adlı İran İslam Respublikası (bundan sonra: İİPR və ya İran) vətəndaşından 2021-ci ilin iyun ayının sonlarında Bakı şəhəri, ünvan 2 ünvanın yaxınlığında yerləşən avtomobil yolunun kənarında olan avtomobil təkərlərinin içində gizlədilmiş, ümumi təmiz çəkisi 425,115 qram olmaqla, külli miqdar təşkil edən heroin narkotik vasitəsini və ümumi təmiz çəkisi 190 qram olmaqla, külli miqdar təşkil edən metamfetamin psixotrop maddəsini satış məqsədilə qanusuz olaraq əldə etmiş, üzərində saxlamaqla ünvan 3 ünvanda yerləşən “Saf İnn” adı altında fəaliyyət göstərən otelin 102 nömrəli otağına daşımışdır. Bundan sonra o, həmin heroin narkotik vasitəsinin külli miqdarda - 3,115 qram hissəsini ayıraraq üzərində, heroin narkotik vasitəsinin qalan hissəsini və metamfetamin psixotrop maddəsinin hamısını otelin 102 nömrəli otağında saxlamış, 19 iyul 2021-ci il tarixdə, saat 14 radələrində Nərimanov rayonu, Hüseyn Arif küçəsi 25 saylı ünvanın yaxınlığında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: DİN, BNMİ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq BNMİ-nin inzibati binasına aparılmış, orada üzərində şəxsi axtarış aparılan zaman əynindəki tünd göy rəngli şortun sağ yan cibindən üzərində saxladığı 01 ədəd sellofan bükümdə 3,115 qram çəkidə, yəni külli miqdarda heroin narkotik vasitəsi aşkar edilərək götürülmüş, bundan sonra müvəqqəti olaraq yaşadığı ünvan 3 ünvanda yerləşən “Saf İnn” adı altında fəaliyyət göstərən otelin 102 nömrəli otağına baxış keçirilən zaman girişdən sağ tərəfdə yerləşən güzgülü, qəhvəyi rəngli dolabın içərisindən, 01 ədəd çəhrayı rəngli sellofan torbada saxladığı 01 ədəd şəffaf sellofan bağlamada 422 qram çəkidə, külli miqdarda heroin narkotik vasitəsi və 01 ədəd şəffaf sellofan bağlamada 190 qram çəkidə, külli miqdarda metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsi və külli miqdarda metamfetamin psixotrop maddəsi əldə edərək saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, uzun illər otelçilik sahəsində menecer islədiyindən, demək olar ki, əksəriyyət otel müdirləri onu tanımış, ona hörmətlə yanaşmışlar. Onun bir nəfər azyaşlı uşağı «Hidrosefaliya», yəni beyinə su yığılma diaqnozu ilə ağır xəstə olmuş, onun müalicəsi üçün banklardan 3 dəfə kredit götürmüşdür. Uşağı Bakıda bütün xəstəxanalara aparmiş, lakin müalicəsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərmişdir ki, ondan narkotik vasitələr aşkar olunub götürülənədək o, pandemiya ilə bağlı bir ilə yaxın müddətdə işləməmişdir. Uşağının müalicəsi üçün mümkün variantlara əl atmış, lakin müsbət nəticə əldə edə bilməmişdir. Onun narkotiklərə qarşı münasibəti pis olsa da, övladının xəstəliyi ilə əlaqədar internetdə taniş olduğu İran vıətəndaşı kimi bildiyi Əli adlı şəxsə müraciət etmiş, ondan cəmi 30-40 qram heroin nakrkotik vasitəsi götürmüşdür. Belə ki, 30-40 qram narkotikə görə ödəmə terminalı vasitəsi ilə pul köçürmüş, Əli pulu aldıqdan sonra alacağı narkotik vasitəni sonuncunun yerləşdirdiyi yerdən gedib götürmüşdür. Həmin ərəfədə o, 3-4 gün ərzində “Saf İnn” adı altında fəaliyyət göstərən oteldə yaşamışdır. Qaldığım otelin rəhbəri ərk etdiyi tanış şəxs olmuş, həmin otelə tez-tez getmişdir. Əlidən aldığı narkotik vasitəni həmin otelə aparıb, yaşadığı otaqda saxlamışdır. Həyatında ilk dəfə narkotik vasitə görmüş və götürmüşdür. O, narkotik vasitələrdən ümumiyyətlə istifadə etməmiş, heç vaxt narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, hadisə günü o, polis əməkdaşları tərəfindən ittihamda göstərilən yerdə deyil, “Şamaxınka» adlanan ərazidə saxlanılmışdır. Üzərimdə narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Polis əməkdaşları onun barəsində məlumatlı olduqlarını bildirdikdə, o, etiraf etmiş, onları yaşadığı “Saf İnn” adı altında fəaliyyət göstərən otelə aparmış və orada saxladığı cəmi 30- 40 qram heroin narkotik vasitəsini polislərə təqdim etmişdir. Ona qarşı irəli sürülən ittihamda göstərilən miqdarda heroin narkotik vasitəsi və psixotrop maddə olmamışdır. Artıq tutulduğundan çox da əhəmiyyət verməmiş, polislər özləri yazmış, ona imzalatmışlar. O da yazılanları oxumadan, döyülə biləcəyindən qorxaraq imzalamışdır. Videoçəkiliş zamanı bildirdikləri əvvəlcədən hazırlanmış ssenari olmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq edildi. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində özünü qismən təqsirli bilərək göstərmişdir ki, Quba rayonu, Zərdabi qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşamışdır. Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alsa da, təhsilini başa vurmadan universitetdən ayrılmışdır. Evli olmaqla himayəsində azyaşlı uşağı vardır. Azyaşlı oğlu Ömər Gərəyzadə xəstə olduğundan və müalicə aldığından yoldaşı Firuzə Məcidova Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yoldaşının ailəsinə məxsus evdə yaşamış, o özü isə çox vaxt Qubada yaşamışdır. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində üzərindən psixotrop maddə hesab olunun metamfetamin və narkotik vasitə olan heroin aşkar olunması ilə əlaqədar göstərmişdir ki, özü narkotik vasitə və ya psixotrop maddə istifadə etmir, əvvəllər məhkum olunmamışdır. 2021-ci il ərzində şəxsi işlərilə əlaqədar olaraq Türkiyə və Ukrayna Respublikalarına getmişdir. Həmin ilin iyun ayının əvvəlləri isə işilə əlaqədar olaraq Türkiyə Respublikası ərazisinə keçmiş və oradan İrana getmişdir. İran ərazisində olarkən orada taksi ilə onu Təbrizə aparan Azərbaycan əsilli Əli adlı şəxslə tanış olmuş, sonuncunun mobil telefon nömrəsi istifadə etdiyi telefonda olmuşdur. Əli ilə WhatsApp messenceri üzərindən zəng vasitəsilə əlaqə saxlamışdır. O, İranda olarkən Əli adlı şəxslə söhbət zamanı narkotik işində pul olması barədə aralarında danışıq olmuş, Əlinin də belə bir işlə məşğul olduğunu təxminən bilmişdir. Əli onun da bu işlə məşğul olmaq istəyib-istəmədiyini soruşduqda özü bu işə tərəddüdlə yanaşmış və ilk olaraq qəbul etməmişdir. Bakıya qayıtdıqdan sonra övladının müalicəsinə pul tapa bilməmiş, başqa bir qazanc yeri də olmamışdır. Belə olduqda, Əli ilə əlaqə yaradaraq ondan narkotik vasitələr əldə edib Bakıda satışını həyəta keçirmək barədə qərar vermişdir. Onunla əlaqə saxlayıb maraqlandıqda, sonuncu ona köməklik edə və ona narkotik verə biləcəyini demişdir. Əli ona 5000 manata satmaq üçün narkotik vasitələr verə biləcəyini dedikdə o, Əli ilə razılaşmışdır. Adını istintaqa təqdim etmək istəmədiyi tanışından iş quracağı adı altında pul borc alaraq İranlı Əlinin WhatsApp nömrəsi vasitəsilə bildirdiyi bank hesabına hazırda xatırlamadığı ödəmə terminallarından birindən pulları köçürmüşdür. İyun ayının sonlarında pular Əli adlı şəxsin hesabına köçdükdən sonra Əli ona narkotikləri Bakı şəhəri, ünvan 2 ünvanın yaxınlığında yerləşən “BMW” centerin (mərkəzin) yanında, yolun kənarındakı təkərlərin içində olmasını gedib götürməyi bildirmişdir. O, gedib Əlinin dediyi yerdən narkotikləri götürmüş, həmin narkotik vasitələri qaldığı Nərimanov rayonu, H.Arif küçəsi 25 saylı ünvanda yerləşən «Safİnn» adı altında fəaliyyət göstərən otelin 102 nömrəli otağına aparıb orada dolabın içərisinə yerləşdirmişdir. Bundan sonra onların bir qismini hissə-hissə bölərək internet vasitəsilə tapdığı şəxslərə satmışdır. Daha sonra Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 19 iyul 2021-ci ildə, saat 14 radələrində ünvan 4 ünvanın qarşısında «Safİnn» adı altında fəaliyyət göstərən, müvəqqəti yaşadığı və narkotikləri saxladığı otelin qarşısında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş, onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş, barəsində çıxarılmış əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu BNMİ-nə aparmışlar. O, səs-küy salmadan polis əməkdaşları ilə birlikdə polis əməkdaşlarının təklifi əsasında və onların müşayiəti ilə İdarənin inzibati binasında getmiş, otaqların birində olarkən özünü təhqiqatçı kimi təqdim edən polis əməkdaşı ona vəkil təqdim edərək, onun hüquq və vəzifələrini izah etmiş, sonra ona üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymağını təklif etmişdir. O, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynində olan göy rəngli şortun sol yan cibindən «Samsung» markalı mobil telefonunu, sağ yan cibindən 20 manat pulu, 1 ədəd sellofan bükümü və qaldığı otelin açarını təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış həyata keçirilmiş, axtarış zamanı başqa bir şey aşkar edilməmişdir. Təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə olan heroin aşkar edilmiş, həmin sellofan büküm sıfırlanmış halda elektron tərəzi ilə çəkilmiş və təxmini çəkisinin 3 qram olması müəyyən edilmişdir. Aşkar edilən sellofan büküm 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və həmin kağızın üzəri möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı üzərindən aşkar edilərək götürülmüş maddənin narkotik vasitə heroin olduğunu bildirmiş, aşkar edilmiş maddənin qalan hissəsinin qaldığı Nərimanov rayonu, Hüseyn Arif küçəsində yerləşən və «Safİnn» adı altında fəaliyyət göstərən oteldəki 102 nömrəli otaqda yataq otağında olan dolabda saxladığını bildirmiş və həmin maddələri təqdim edə biləcəyini demişdir. Yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını polis əməkdaşlarına bildirmiş və bundan sonra qaldığı oteldəki ünvana gedilmiş və ora baxış keçirilmişdir. Orada olarkən yataq otağında narkotik vasitəni saxladığı sellofan torbanı təqdim etmiş, həmin sellofan torbadan 1 bağlamada narkotik vasitə heroin, 1 bağlamada psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Aşkar edilmiş maddələr 1 ədəd zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında daha sonra göstərmişdir ki, o, saxlanılan zaman və polis idarəsində olan zaman ona qarşı heç bir zor tətbiq edilməmişdir. Həmin vaxt prosesdə video çəkilişdən istifadə edilmişdirdir. Özünün mobil telefonu «Samsung Galaxy» A10s markalı olmuş, təmin telefonun kodunu polisə təqdim etmişdir. Şifahi sorğu zamanı da, üzərindən aşkar edilərək götürülmüş maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni İranda olarkən oranın vətəndaşı olan, özünü Əli kimi təqdim edən şəxsin vasitəsilə Bakıdan götürdüyünü, məqsədinin deyilən yerlərə qoyaraq məhz daşımağı müqabilində pul əldə etmək olduğunu demiş və bu halı izahatında da qeyd etmişdir. İlk dəfə araşdırma zamanı kuryer olduğunu, satışla məşğul olmadığını qeyd etmiş, bununla işininin daha yüngül olacağını və həbs olunmayacağını fikirləşmişdir. Lakin sonradan həmin narkotik vasitələrin satışını Əlinin pulunu tam olaraq ödəyib aldıqdan sonra Bakıda özü həyata keçirdiyini səmimi etiraf etmişdir. O, 5000 manat pulu ayrı-ayrı ödəniş terminallarından İranlı Əli adlı şəxsin ona dediyi bank hesabına köçürmüş, pul Əlinin hesabına oturduqdan sonra sonuncu narkotikin yerini ona demişdir. Satışı internet üzərindən həyata keçirdiyindən narkotiki satdığı şəxslər barədə məlumatları olmamış, narkotiki satdıqdan dərhal sonra onların WhatsApp və ya sosial şəbəkə hesabları ilə olan əlaqələrinə dair məlumatları silmişdir. İranlı Əlinin narkotikləri ölkəyə necə keçirməsi barədə onun məlumatı olmamışdır. Aralarında narkotikin Bakıda kimlərə satılacağı və s. hallar barədə danışıq olmayıb, o, sadəcə Əlidən narkotik alıb əldə etmiş və pulunu ödəmişdir (iş vərəqə: 66-70). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstədi ki, 19 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə edib saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, qanuna müvafiq qaydada İdarə rəhbərliyinə rəisə məruzə edilmiş və onun rəhbərliyi ilə baş əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupunun yaradılması barədə əmr verilmişdir. Onun tərəfindən elə həmin gün əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edildikdən sonra onlar birlikdə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı saat 14:00-da Nərimanov rayonu, H.Arif küçəsi 25 saylı ünvanın yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmışdır. Onlar özlərini Anara polis əməkdaşı kimi təqdim edib sonuncunu BNMİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs şəxsiyyəti əvvəlcədən müəyyənləşdirilmiş, o, İdarəyə gətirildikdən sonra onun həqiqətən də Təqsirləndirilən şəxs olması bir daha öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs saxlanılıb BNMİ-nə gətirilməsi barədə Baş İdarə rəhbərliyinə məruzə olunmuş, təhqiqatın aparılması İdarpənin təhqiqatçısı V.Həsənquliyevə prosessual hərəkətləri keçirməsi həvalə edilmiş, təhqiqatçı, polis kapitanı Vüsal Həsənquliyevə tapşırılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması məqsədilə “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Nizami Həsənov dəvət olunmuş, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah olunaraq onun narkotik vasitə əldə edib saxlamasında şübhəli bilindiyi, üzərində şəxsmi axtarış aparılacağı onun özünə izah olunmuş və üzərində olan əşyaları çıxarıb stolun üstündə qoyması təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şortun sol yan cibindən 1 ədəd «Samsung» markalı telefonu, sağ yan cibindən 20 manat pulu, 1 ədəd sellofan bükümü və bir ədəd açarı çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən aparılan sorğu-sual zamanı Təqsirləndirilən şəxs bükümdəki maddənin heroin narkotik vasmitəsi olduğunu, Əli adlı İİR-nın vətəndaşının vasitəsilə əldə etdiyini bildirmiş, son iki həftə ərzində narkotik vasitənin satışı ilə məşğul olduğunu, iki həftə ərzində təqribən 1 kq 600 qram çəkidə narkotik vasitələri ona deyilən yerlərdən götürərək başqa yerlərə aparıb qoyduğunu, yəni kuryerlik etdiyini və buna görə də 800 manat pul qazandığını onlara demişdir. Anarın deməsinə görə ondan götürülən açar «Saf İNN» otelinə məxsus olmuş, həmin ərəfədə o, müvəqqəti olaraq həçmin oteldə yaşamış və aşkar edilmiş narkotik maddələrin qalan hissəsini Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «Saf İNN» otelində saxlamışdır. Anar həmin maddələri onlara təqdim edə bilcəyini demişdir. Anarın İdarədə təqdim etdiyi maddə iş təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış və möhürlə möhürlənmiş, müdafiəçinin və onların iştirakı ilə protokol tərtib edilmiş və tərtib olunan həçmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid - baş əməliyyat müvəkkili Şahid1 ifadəsinin davamında göstərdi ki, BNMİ-də şəxsi axtarış və götürmədən sonra sonra əməliyyat tədbirinin davamı olaraq birlikdə Təqsirləndirilən şəxs müvəqqəti qaldığı «Saf İNN» adı altında fəaliyyət göstərən oteldəki otağına getmişlər. Təqsirləndirilən şəxs 102 nömrəli otaqda saxladığı maddələri təqdim etməsi təklif edildikdə o, yataq otağına keçərək sağ tərəfdə yerləşən dolabın içindən bir ədəd torbanı çıxarıb təqdim etmişdir. Torbaya baxış keçirilərkən içərisində 2 ədəd şəffaf sellofan bağlama və bir ədəd elektron tərəzi aşkar edilmiş, həmin bağlamalardan birinin içərisində narkotik vasitə heroinə bənzər kütlə, digər bağlamanın içərisində metamfetamin psixotrop maddəsinə bənzər kütlə olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlələr və elektron tərəzi müvafiq qaydada qablaşdırılmış və götürülmüş, həmçinin müvafiq protokol tərtib edilərək bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman və daha sonra ona qarşı hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə oxşar məzmunda ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 19 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl üzərində olan qanunsuz əşyaları könüllü təqdim etməsi təklif olunmuş, həmin təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şortun sol yan cibindən 1 ədəd «Samsung» markalı mobil telefonu, sağ yan cibindən 20 manat pulu, 1 ədəd sellofan bükümü və bir ədəd açarı çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. «Samsung» markalı bir ədəd mobil telefon sübut əhəmiyyəti kəsb edə biləcəyindən götürülmüş, 20 manat pul və bir ədəd açar Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, kəskin iyli heroin narkotik vasitəsinə bənzər kütlə aşkar edilmiş, həmin sellofan büküm sıfırlanmış halda elektron tərəzi ilə çəkilmiş və təxmini çəkisinin 3 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm iştirakçıların və onun özünün imzası ilə qablaşdırılaraq götürülmüşdür. Tədqiq olunan həmin protokoldan görünür ki, sorğu zamanı Təqsirləndirilən şəxs sellofan bükümdə olan maddənin heroin narkotik vasitəsi olduğunu, Əli adlı İİR vətəndaşının vasitəsilə əldə etdiyini, 2 həftəyə yaxındır ki, bu işlə məşğul olduğunu, indiyə qədər 1 kq 600 qram çəkidə narkotik vasitələri ona deyilən yerlərdən götürərək başqa yerlərə aparıb qoyduğunu demiş, buna görə də 800 manat pul əldə etdiyini, aşkar edilmiş maddələrin qalan hissəsinin Bakı şəhəri, Nərimanov rayonu, «Saf İNN» otelində saxladığını, həmin maddələri təqdim edə biləcəyini və ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılması prosesi videokamera vasitəsi ilə videolentə alınmış və 01 ədəd DVD-R formatlı diskə köçürülməklə protokola əlavə edilmişdir (iş vərəqə: səh.28-30). Məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və ondan narkotik vasitəyə şübhəli maddənin və s. götürülməsi prosesinin videogörüntülərinin yerləşdirildiyi bir ədəd DVD-R formatlı diskə baxış keçirilməsi haqqında 22 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin protokolun məzmunu Təqsirləndirilən şəxs üzərində “Şəxsi axtarış və götürmə aparılması haqqında” 19 iyul 2021-ci il tarixli protokolun məzmunu ilə üst-üstə düşür və ziddiyyətlər müəyyən edilməmişdir (iş vərəqə: səh.177-178). Məhkəmə baxışı zamanı nümayiş etdirilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və ondan narkotik vasitəyə şübhəli maddənin və s. götürülməsinə dair bir ədəd DVD-R formatlı diskdə olan videogörüntülərdən görünür ki, həmin videogörüntülər Təqsirləndirilən şəxs üzərində “Şəxsi axtarış və götürmə aparılması haqqında” 19 iyul 2021-ci il tarixli protokolun və təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılması və ondan narkotik vasitəyə şübhəli maddənin və s. götürülməsi prosesinin videogörüntülərinin yerləşdirildiyi bir ədəd DVD-R formatlı diskə baxış keçirilməsi haqqında 22 dekabr 2021-ci il tarixli protokolların məzmunu ilə eynidir və hər hansı ziddiyyət müəyyən edilməmişdir (iş materiallarında olan DVD-R formatlı disk). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Baxış keçirilməsi və götürmə haqqında” 19 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanda yerləşən «Saf İnn» adı altında fəaliyyət göstərən otelin 102 nömrəli otağında saxladığı narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmiş, bundan sonra Anar Gərayzadə yataq otağına keçərək sağ tərəfdə yerləşən, üzərində gözgüsü olan qəhvəyi rəngli dolabın ağ rəngli sol qapısını açaraq orada saxladığı bir ədəd torbanı çıxararaq təqdim etmiş, içərisində narkotik maddələr olduğunu və başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını bildirmişdir. Anar Gərayzadənin təqdim etdiyi torbaya baxış keçirilərkən torbanın içərisində 2 ədəd şəffaf sellofan bağlama və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Həmin bağlamalardan birinin içərisində heroin narkotik vasitəsinə bənzər kütlə, digər bağlamada metamfetamin psixotrop maddəsinə bənzər kütlə olması müəyyən edilmişdir. Aşkar olunan sellofan bağlamalarda olan maddələrin təxmini çəkilərinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzi ilə çəkilmiş, içərisində qəhvəyi rəngli kütlə olan sellofan bağlamanın çəkisinin 424 qram olması müəyyən edilmiş, digər sellofan bükümdəki ağ rəngli kristal şəkilli maddə olan bağlamnın çəkisinin isə 193 qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş həmin sellofan bağlamalar və 1 ədəd elektron tərəzi içərisi boş olan 1 ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Tədqiq olunan protkoldan daha sonra görünür ki, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbada olan maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını, həmin maddəni Əli adlı İİR-nin vətəndaşı vasitəsilə əldə etdiyini, həmin maddələri ona deyilən yerlərə qoyması müqabilində pul göndəriləcəyini bildirmişdir. Bundan sonra Anar Gərayzadənin razılığı ilə otaqda yerləşən dolablara baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edə biləcək heç bir digər əşya və ya predment aşkar edilməmişdir. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, baxış keçirilməsi və götürmə aparılması prosesi videokamera vasitəsi ilə videolentə alınmış və 01 ədəd DVD-R formatlı diskə köçürülməklə protokola əlavə edilmişdir (iş vərəqə: səh.34-35). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı ünvan 5 ünvanda yerləşən «Saf İnn» adı altında fəaliyyət göstərən otelin 102 nömrəli otağına baxış keçirilməsi və həmin otaqdan narkotik vasitəyə və psixotrop maddəyə şübhəli maddələrin və s. götürülməsi prosesinin videogörüntülərinin yerləşdirildiyi bir ədəd DVD-R formatlı diskə baxış keçirilməsi haqqında 22 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin protokolun məzmunu Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı otel otağına baxış keçirilməsi və götürmə aparılmasına dair 19 iyul 2021-ci il tarixli protokolun məzmunu ilə üst-üstə düşür və ziddiyyətlər müəyyən edilməmişdir (iş vərəqə: səh.179-180). Məhkəmə baxışı zamanı nümayiş etdirilməklə tədqiq olunan Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı ünvan 5 ünvanda yerləşən «Saf İnn» adı altında fəaliyyət göstərən otelin 102 nömrəli otağına baxış keçirilməsi və həmin otaqdan narkotik vasitəyə və psixotrop maddəyə şübhəli maddələrin və s. götürülməsinə dair bir ədəd DVD-R formatlı diskdə olan videogörüntülərdən görünür ki, həmin videogörüntülər Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı otel otağına baxış keçirilməsi və götürmə aparılmasına dair 19 iyul 2021-ci il tarixli və videogörüntülərə baxış keçirilməsi haqqında 22 dekabr 2021-ci il tarixli protokolların məzmunu ilə üst-üstə düşür və ziddiyyətlər müəyyən edilməmişdir(iş materiallarında olan DVD-R formatlı disk). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəməkimyəvi ekspertizasının 20 iyul 2021-ci il tarixli, 6/2981 nömrəli rəyindən görünür ki, tədqiqata üzərində “Təqsirləndirilən şəxs üzərindən...” və.s. yazılar, imzalar olan paketdəki 01 ədəd bükümdə olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, təmiz çəkisi 3,115 qram təşkil edir; -üzərində “Təqsirləndirilən şəxs müvəqqəti qaldığı...” və.s. yazılar, imzalar olan paketdə 01 ədəd bağlamada olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, təmiz çəkisi 422 qram təşkil edir, 01 ədəd bağlamada olan ağ rəngli kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, təmiz çəkisi 190 qram təşkil edir; - tədqiqata təqdim edilmiş 01 ədəd narıncı rəngli elektron tərəzinin səthində heroinin izləri müəyyən edildi. Tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır; - Təqsirləndirilən şəxs üzərindən və qaldığı ünvandan aşkar olunmuş heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edir. Tədqiq olunan rəylə müəyyən edildi ki, heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxildir (iş vərəqə: səh.34-35). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesində götürülmüş «Samsung» markalı mobil telefon aparatına baxış keçirilməsi haqqında 22 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilməli olan mobil telefon kilidlənmiş vəziyyətdə olmaqla şəxsi kod tələb etmişdir. Təqsirləndirilən şəxs şəxsi kodu təqdim etməsindən sonra həmin kod mobil telefona daxil edilmiş və telefon aktiv vəziyyətə gətirilmişdir. Tədqiq olunan protokoldan görünür ki, mobil telefonun yaddaşına, sonra isə zənglər faylına daxil olduqda orada Əli adlı şəxsin **********31 saylı mobil nömrəsinin olduğu müəyyən edilmişdir. Fotoşəkillər olan bölməyə daxil olduqda çoxsaylı şəkillərin içində Günel Sultanova adına «Kapital Bank»a aid 5103 0714 5060 6013 seriyalı kartın, Fuad Mastanov adına 4724 9215 6404 9868 seriyalı «Ekspress bank»a aid kartın, Günül Sultanova adına olan kart hesabına göndərilən 300 manatlıq çekin fotoşəkillərinin olduğu müəyyən edilir. Tədqiq olunan protokoldan daha sonra görünür ki, baxış zamanı fotoşəkillər olan bölmədə müxtəlif ünvanlara (yerə) aid fotoşəkillər mövcuddur. Mövcud olan avtobus dayanacağının fotoşəklinin altında “babek pr seherden gelemde arzu sadlıq sarayın keçen kimi astonovkanin böyründe zibil qablarinin qabagında karofkanın içində” yazısı vardır, Başqa bir fotoşəkil isə şəxsin əlində bir ədəd sellofana bükülmüş qəhvəyi rəngli maddə olması görünür. Müəyyən olunan fotoşəkillər surət çıxarma üsulu ilə çoxaldılaraq protokola və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: səh.181-182, 183, 184, 185, 186, 187, 188, 189, 190, 191). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" MMC-dən BKC/LGL- 18734/21 nömrəli, 12.10.2021-ci il tarixli məktubla daxil olmuş bir ədəd CD formatlı diskə baxış keçirilməsi haqqında 25 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, diskin yaddaşında 4 ədəd fayl vardır. 2-ci, “Zənglərin detallaşması_20....305” adlı fayla daxil olduqda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglərin, onların anten məlumatlarının əks olunması görünür. X2 19.07.2021-ci il tarixdə, saat 14 radələrində Bakı şəhərinin Nərimanov rayonu ərazisində, 16:18 radələrində isə Badamdar qəsəbəsində olması görünür. Tədqiq olunan həmin protokoldan görünür ki, diskə baxış zamanı digər 03 ədəd “Zənglər” adlı fayllarda iş üzrə əhəmiyyətli hallar müəyyən edilməmişdir (iş vərəqə: səh.34- 35). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 15 oktyabr 2021-ci il tarixli 3982 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatı ərəfəsində Təqsirləndirilən şəxs kannaboidlərdən periodik istifadə etmə halları olmuşdur. Lakin hal-hazırda, tədqiqat aparılan vaxtda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyi müəyyən edilmişdir. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh.158-159). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 15 oktyabr 2021-ci il tarixli, 2410 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda, yəni ekspertiza tədqiqatı aparıldığı vaxtda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır, onda törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətində olmuşdur. Tədqiq olunan rəydən görünür ki, buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir (iş vərəqə: səh.160-162). İbtidai istintaq orqanının 01 avqust 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış nəticəsində aşkar edilib götürülmüş 3,115 qram heroin narkotik vasitəsi, həmçinin onun müvəqqəti yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, H.Arif küçəsi 25 ünvanda yerləşən «Saf İnn» adı altında fəaliyyət göstərən otelin 102 nömrəli otağından aşkar edilərək götürülmüş 422 qram heroin narkotik vasitəsi, 190 qram metamfetamin psixotrop maddəsi və bir ədəd narıncı rəngli elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış müvafiq olaraq 425,015 qram heroin narkotik vasitəsi və 189,9 qram metamfetamin psixotrop maddəsi, həmçinin bir ədəd narıncı rəngli elektron tərəzi saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (iş vərəqə: səh.83-84). Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən cinayət işi üzrə qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 11 yanvar 2022-ci il tarixli qərara əsasən məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs götürülmüş sonuncunun istifadəsində olmuş “Samsung” markalı mobil telefon cinayət işi üzrə maddi sübut kimi tanınaraq Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və ondan narkotik vasitəyə şübhəli maddənin və s. götürülməsi prosesinin videogörüntülərinin yerləşdirildiyi bir ədəd DVD-R formatlı disk, «Saf İnn» adı altında fəaliyyət göstərən otelin 102 nömrəli otağına baxış keçirilməsi və həmin otaqdan narkotik vasitəyə və psixotrop maddəyə şübhəli maddələrin və s. götürülməsi prosesinin videogörüntülərinin yerləşdirildiyi bir ədəd DVD-R formatlı disk və "xxxx" MMC-dən 12.10.2021-ci il tarixli, BKC/LGL-18734/21 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə aid məlumatların yerləşdirildiyi bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir(iş vərəqə: səh.211-224). İşdə olan ibtidai istintaq orqanının 12 yanvar 2022-ci il tarixli qərarından görünür ki, məhkəməyədək icraat mərhələsində baxılan cinayət işində adı «Əli» olaraq keçən şəxsin barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda cinayət işi ayrılmışdır (iş vərəqə: səh.239-240, 241-242). Ən nəhayət işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan “Təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və baş idarənin rəisi İslam Hümbətov tərəfindən təsdiq edilmiş 19 iyul 2021-ci il tarixli qərar Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 5(005)-1092/2021 nömrəli, 15 sentyabr 2021-ci il tarixli qərarına əsasən qanunauyğun hesab edilmişdir(iş vərəqə: səh.6, 96-97). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və «metafetamin» psixotrop maddəsinin hər birinin ayrılıqda şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisi 425,115 qram, metamfetamin psixotrop maddəsinin təmiz çəkisi isə 190 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsi külli miqdar hədlərində olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisinin 425,115 qram, metamfetamin psixotrop maddəsinin təmiz çəkisinin isə 190 qram olmaqla külli miqdar təşkil etməsi, aşkar edilib götürülmüş vasitə və maddələrin müxtəlif növlərdə olması, təqsirləndirilən şəxsdən həmçinin kiçik ölçülü predmetlərin çəkisinin müəyyənləşdirilməsi üçün nəzərdə tutulan və üzərində heroin narkotik vasitəsinin izlərinin müəyyənləşdirildiyi bir ədəd elektron tərəzinin aşkar edilib götürülməsi, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefona aid sms, foto və s. məlumatlar, təqsirləndirilən şəxsin ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri qanunsuz olaraq satış məqsədilə əldə edib saxlaması ilə bağlı səmimi etirafları, əməliyyat orqanının bu barədə məlumatları və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin həm heroin narkotik vasitəsini və həm də metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini külli miqdarda əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı qeyri-etirafedici ifadələrini, o cümlədən onda cəmi 30-40 qram çəkidə heroin narkotik vasitəsi olması ilə əlaqədar göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunur. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Cinayət işi üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 114-115). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində bir nəfər 2017-ci il təvəllüdlü azyaşlı uşağı vardır (iş vərəqə: 145, 146, 147). Məhkəməyə təqdi olunan tibbi sənədlərlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs oğlu, 2017-ci il təvəllüdlü X3 «Perinatal ensefalopatiya. Hidrosefaliya sindromu» diaqnozu ilə xəstədir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, həmin azyaşlının xəstəliyini, həmçinin təqsirləndirilən şəxsin əməlindən səmimi peşimanlığını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun barəsində cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal hesab olunur. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, barəsində olan yüngülləşdirici hallar nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə iş üzrə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 15 oktyabr 2021-ci il tarixli 3982 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmaması, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınmaqla barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhnum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 19 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 19 iyul 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 21 iyul 2021ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 19 iyul 2021-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 19 iyul 2021ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi qiymətləndirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan məhkum Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 425,015 qram narkotik vasitə heroin və 189,9 qram psixatrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs istifadəsində olmuş ona məxsus bir ədəd “Samsung” markalı mobil telefon sahibinə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməli, həmçinin maddi sübut qiymətləndirilən və cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması, sonuncunun müvəqqəti yaşadığı «Saf İnn» adı altında fəaliyyət göstərən otelin 102 nömrəli otağına baxış keçirilməsi proseslərini əks etdirən videogörüntülərin yerləşdirildiyi 02 ədəd DVD formatlı disk və "xxxx" MMC-dən 12.10.2021-ci il tarixli, BKC/LGL-18734/21 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə aid məlumatların yerləşdirildiyi bir ədəd disk - cəmi 3 ədəd DVD-R formatlı disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 109,90 manat ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 19 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Nərimanov Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan məhkum Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 425,015 qram narkotik vasitə heroin, 189,9 qram psixatrop maddə metamfetamin və bir ədəd narıncı rəngli elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin; - Təqsirləndirilən şəxs istifadəsində olmuş ona məxsus bir ədəd “Samsung” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin; - maddi sübut kimi qiymətləndirilən və cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması, sonuncunun müvəqqəti yaşadığı «Saf İnn» adı altında fəaliyyət göstərən otelin 102 nömrəli otağına baxış keçirilməsi proseslərini özündə əks etdirən videogörüntülərin yerləşdirildiyi 02 ədəd DVD-R formatlı disklər və "xxxx" MMC-dən 12.10.2021-ci il tarixli, BKC/LGL-18734/21 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə aid məlumatların yerləşdirildiyi bir ədəd disk - cəmi 3 ədəd DVD-R formatlı disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 109,90 (bir yüz doqquz manat 90 qəpik) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-645/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-645/2022
11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver