Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-645/2023 21.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1988-ci ildə Tovuz rayonu, Yanıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində dörd azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşayan, 08 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, 28 sentyabr 2022-ci il tarixli qərara əsasən həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Bakı şəhəri, Sabunçu rayon prokurorunun 08 dekabr 2022-ci il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbirinin uzadılmasından imtina olunmuş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - təmiz çəkisi 3,674 qram narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 08 sentyabr 2022-ci il tarixdə saat 00:40-da Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natavan küçəsi nömrəsiz evin qarşısında olan zaman özünü şübhəli apardığından Sabunçu rayon Polis idarəsi Post-patrul xidmət bölüyünün polis nəfərləri tərəfindən saxlanılaraq, Sabunçu RPİ-nin 12-ci Polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 bükümdə təmiz çəkisi 3,674 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xeyli müddətdir narkotik vasitələrdən istifadə edir. Saxlanıldığı gün də özü üçün narkotik vasitə götürməyə getmiş, bununla əlaqədar əvvəlcədən zəng edib danışmış, ona demişlər ki, narkotiki qoymuşlar və gedib götürə bilər. O da, həmin narkotik vasitəni gedib götürəndə onu polis əməkdaşları tutmuşlar. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, 2022-ci ilin mart ayından narkotik vasitələrdən istifadə etməyə başlamışdır. O, narkotik vasitəni satan şəxsi tanımamış və onu görməmişdir. Yalnız eşitmişdir ki, həmin şəxs narkotik vasitə satır. Ona pulu karta atmağı, sonra narkotikin yerini deyəcəklərini bildirmişlər. O da, həmin şəxsin kartına 40 manat pul atmışdır. Narkotik vasitənin bir qramını 25 manata danışmış, lakin karta 40 manat köçürmüşdür. Narkotik vasitəni özü üçün almışdır. Tutulduğu gün narkotiki götürməyə gedəndə onun üstündə narkotik vasitə olmamışdır. Polis əməkdaşları narkotikin yerini onun telefonunda görmüşlər. Polislər onu saxlayanda narkotik vasitəni harada gizlətdiyini soruşmuş, o, narkotiki vermək istəməyəndə, polis işçiləri onu döymüşlər. Bundan sonra o, üstündə olan narkotiki çıxarıb vermişdir. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1 -ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, təqribən 3-4 aya yaxındır narkotik vasitədən istifadə edir. Narkotik vasitələri Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə 07 sentyabr 2022-ci il tarixdə narkotik vasitəyə ehtiyacı yarandığından, şəxsi istifadəsi üçün narkotik vasitə heroin almaq üçün Sabunçu rayonu, Zabrat qəsəbəsinə gəlmiş və tanımadığı şəxsə yaxınlaşaraq ona 40 manat pul vermiş, bir ədəd bükümdə narkotik vasitə heroin almış və əynində olan göy rəngli şalvarın sağ yan cibinə qoyaraq daşımışdır. 08 sentyabr 2022-ci il tarixdə saat 00:40 radələrində Sabunçu qəsəbəsi, Natavan küçəsində piyada hərəkətdə olan zaman iki nəfər şəxs ona yaxınlaşmış və özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Bundan sonra ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Üzərində heç bir sənəd olmadığından və üzərində narkotik vasitə olduğundan ifşa olunmağından qorxaraq o, polis əməkdaşlarından yayınmağa çalışmışdır. Lakin polis əməkdaşları ondan şübhələnmiş və onu Sabunçu rayon Polis idarəsinin 12ci Polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə şöbəyə gəlmiş və orada dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra onun razılığı əsasında müdafiəçinin iştirakı olmadan videoçəkilişlə üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Baxışdan öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansı bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuş, o, əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş, içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olan heroini təqdim etmişdir. Həmin narkotik vasitə qablaşdırılmış, möhürlənmiş və digər iştirakçılarla birlikdə imzalanmışdır. Həmçinin üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, lakin qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra həmin maddə ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o, iştirak edən digər şəxslərlə birlikdə həmin protokolu imzalamışlar. İstintaq zamanı əlavə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, əldə etdiyi narkotik vasitəni şəxsi istifadəsi üçün almış, hər hansı şəxsə hədiyyə etməmiş və gəlir əldə etmək məqsədilə satmamışdır. O, saxlanılarkən üzərində mobil telefonu olmamış və ona qarşı hər hansı fiziki güc tətbiq olunmamış və hədələnməmişdir (cild 1, iş vərəqi 56-57). Elan olunmuş ifadə ilə bağlı suallara cavabında Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, həmin ifadəni tam təsdiq etdiyini, üzərindən aşkar olunmuş narkotik vasitə heroinin özünə məxsus olduğunu, polis işçiləri tərəfindən ona qarşı hər hansı təsir və ya təzyiq göstərilmədiyini, onlar tərəfindən döyülmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ, Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır, üstündən xeyli müddət keçdiyi üçün onu nə vaxt saxladıqlarını dəqiq xatırlamır. Verilən sualları cavablandıran Şahid1 təqsirləndirilən şəxs saxlamalarından uzun müddət keçdiyi üçün baş verənlər yadında qalmamışdır. O, polis nəfəri Şahid2lə birlikdə xidmətə çıxır, lakin təqsirləndirlən şəxsi harada gördüyünü xatırlaya bilmir. Təqsirləndirilən şəxs onlara müqavimət göstərməmişdir, onlar da kimisə saxlayanda ona qarşı heç bir güc və təzyiqlər etmirlər. Sadəcə, hadisələr çox olduğuna görə onun necə saxlanılması yadından çıxmışdır. İstintaq zamanı ifadə verərkən hadisənin baş verməsini xatırlamış, ona görə də həmin vaxt verdiyi ifadəsini təsdiq edir. Şahid1 hadisəni xatırlamaması barədə ifadəsi ilə əlaqədar məhkəmədə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində şahid göstərmişdir ki, o, Sabunçu RPİ, PPXB-nün polis nəfəri vəzifəsində işləyir, polis serjantıdır. 08 sentyabr 2022-ci il tarixdə saat 00:40-da Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natavan küçəsində inzibati ərazidə Sabunçu RPİ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli gördükdə, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmişlər. Həmin şəxs sənədlərinin üzərində olmadığını bildirərək onlardan yayınmağa çalışmışdır. Həmçinin həmin şəxsin nəsə gizlətdiyi şübhəsi onlarda yaranmışdır. Həmin şəxsin onlara dağınıq cavablar verərək, nədənsə narahat olduğunu və tez bir zamanda onlardan yayınaraq getmək istədiyini görmüşlər. Onun üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnərək, həmin şəxsi Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. Həmin şəxs etiraz etməyərək polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, ona üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa, təqdim etməsi təklif olunmuşdur. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş içərisində qəhvəyi rəngdə maddə olan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotik vasitə “kakos” olduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik maddəyə bənzər kütləni nə məqsədlə əldə etdiyi sual edildikdə, Təqsirləndirilən şəxs narkotik maddəni şəxsi istifadəsi üçün xx.xx.2022-ci il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsindən tanımadığı şəxsdən 40 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət edərkən və gətirilərkən ona heç bir zor tətbiq edilməmişdir (cild 1, iş vərəqi 83-85). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Şahid1 hadisəni indi xatırladığını, özünü şübhəli apardığına görə şəxsi həqiqətən də onunla Şahid2 08 sentyabr 2022-ci il tarixə keçən gecə saxladıqlarını və 12-ci Polis şöbəsinə apardıqlarını, şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə aşkar edilib götürüldüyünü ifadəsinə əlavə etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ, Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid2 da təqsirləndirilən şəxsi harada və nə üçün saxladıqlarını xatırlamadığını, lakin Şahid1la birlikdə xidmətə çıxdıqlarını, həmin şəxsin üzərinə videoçəkilişlə baxış keçirilərkən iştirak etdiyini və ondan narkotik vasitə aşkar olunub götürüldüynün şahidi olduğunu bildirdi. Bununla bağlı Şahid2 də ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Bu zaman onun həmkarı Şahid1 oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 80- 82). Elan olunmuş ifadə ilə bağlı suallara cavab verən Şahid2 dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, ifadə elan olunandan sonra hər şeyin yadına düşdüyünü, həmin ifadəsini tam təsdiq etdiyini bildirdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan 08 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması protokola əsasən, həmin tarixdə Bakı şəhəri, Sabunçu RPİ, 12-ci Polis şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş, ona üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa, təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş içərisində qəhvəyi rəngdə maddə olan bükümü çıxarıb təqdim edərək, onun içərisində narkotik vasitə olan “kakos” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik maddəyə bənzər kütlənin nə vaxt, kimdən və hansı məqsədlə əldə edildiyi soruşulduqda, o, narkotik maddəni şəxsi istifadəsi üçün xx.xx.2022-ci il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsindən tanımadığı şəxsdən 40 manata aldığını bildirmişdir. Həmin büküm götürülərək zərfin içərisinə qablaşdırılmış və zərfin üstü möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 27-29). Cinayət işinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli baxış protokolundan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntülərin qeydə alındığı bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı videogörüntülərin 08 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması protokolla uyğunluq təşkil etdiyi müəyyən olunmuşdur (cild 1, iş vərəqi 88). İbtidai istintaq orqanı tərəfindən verilmiş əməliyyat tapşırığının xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı məlumat əldə edilməmişdir (cild 1, iş vərəqi 89). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/4902 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 159” möhür əksi və “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə...şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza, iştirak etdi-iki imza: Tərtib etdi: Təhqiqatçı-Anar Məmmədov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdə təmiz çəkisi 3,674 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı № 1) daxildir (cild 1, iş vərəqi 35-39). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 5794 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 101-102). İbtidai istintaq orqanının 15 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 3,674 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi, şəxsi axtarış videogörüntülərinin qeydə alındığı 1 ədəd DVD formatlı disk isə sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 3,624 qram çəkidə heroin saxlanılması üçün Sabunçu RPİ-nin Növbətçi hissəsinə təhvil verilmiş, 1 ədəd disk isə cinayət işinə əlavə edilmişdır (cild 1, iş vərəqi 103-108). Cinayət işində olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağı vardır (cild 1, iş vərəqi 62-63). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2022ci il tarixli tələbnaməsindən görünür ki, idarənin məlumat bazasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 86-87). Məhkəmə iclasında Təqsirləndirilən şəxs polislər onu saxlayanda narkotik vasitəni harada gizlətdiyini soruşduqlarını, narkotiki vermək istəməyəndə, polis işçilərinin onu döydüklərini, bundan sonra üstündə olan narkotiki çıxarıb verdiyini bildirsə də, istintaqa verdiyi ifadəsi elan olunduqdan sonra verilən suallara cavabında həmin ifadəni tam təsdiq etdiyini, üzərindən aşkar olunmuş narkotik vasitə heroinin özünə məxsus olduğunu, polis işçiləri tərəfindən ona qarşı hər hansı təsir və ya təzyiq göstərilmədiyini, onlar tərəfindən döyülmədiyini bildirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Bununla bağlı, onun məhkəmədə verdiyi sərbəst ifadəsində narkotiki polis işçiləri tərəfindən döyülməsindən sonra təqdim etməsi barədə göstərdiklərini yoxlamaq məqsədilə Bakı İstintaq təcridxanası müvafiq sorğu edilmiş, xx.xx.2023-cü il tarixli cavab məktubu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təcridxanaya gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədənində xəsarət aşkar olunmamışdır. Eyni zamanda, Bakı şəhəri, Sabunçu rayon prokurorluğuna Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman döyülməsi və bədən xəsarətləri almamasının müəyyən edilməsi istiqamətində araşdırma aparılıbaparılmaması barədə sorğu verilmiş, cavab məktubu ilə müəyyən edilmişdir ki, bu barədə rayon prokurorluğuna müraciət olunmamış və araşdırma aparılmamışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla şəxsi axtarışı zamanı özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitəni təqdim etmiş, həmin maddi sübut prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. İlkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, onları Zabrat qəsəbəsində tanımadığı şəxsdən 40 manata öz şəxsi istifadəsi üçün aldığını və sonra istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Bu cür ifadəni təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra da vermişdir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə əvvəl bir cür, ifadələr elan olunduqdan sonra isə başqa cür olmaqla ziddiyyətli ifadələr verməsini məsuliyyətdən yayınmaq üçün onun tərəfindən seçilmiş müdafiə taktikası kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, himayəsində dörd azyaşlı uşağının olmasını, həmçinin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 08 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 sentyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş və 28 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanılmışdır. Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin həmin tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və şəxs 08 dekabr 2022-ci il tarixədək isə ev dustaqlığında olmuşdur. Bakı şəhəri, Sabunçu rayon prokurorunun 08 dekabr 2022-ci il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbirinin uzadılmasından imtina olunmuş və həmin tarixdə barəsində Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdən 28 sentyabr 2022-ci il tarixədək həbsdə, həmin tarixdən 08 dekabr 2022-ci il tarixədək isə ev dustaqlığında olduğu 3 (üç) ay ona təyin olunacaq cəza müddətinə daxil edilməklə çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 5794 №-li rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunsa da, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aşkar edilərək götürülməklə Bakı şəhəri, Sabunçu RPİ-nin Növbətçi hissəsinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 3,624 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 92 (doxsan iki) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işində olan orderdən və hesabatdan görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi müdafiə etmiş, vəkil bununla bağlı 40 saat vaxt sərf etmişdir. Odur ki, vəkil Müdafiəçi ödənilməli olan 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdən 28 sentyabr 2022-ci il tarixədək həbsdə, həmin tarixdən 08 dekabr 2022-ci il tarixədək isə ev dustaqlığında olduğu 3 (üç) ay ona təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hökmün çıxarıldığı 21 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsin, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Sabunçu RPİ-nin Növbətçi hissəsinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 3,624 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntülərin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 240 (iki yüz qırx) manat pul vəsaiti Bakı şəhəri, 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-645/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-645/2023
21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver