Məhkəmə qərarları › İş №1(101)-645/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-645/2024

03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-645/2024 03.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 15:10 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X30, X31 və X15, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi5, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, “Mirzəyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Azərbaycan-fars dilləri üzrə tərcüməçilər X17 və X23 iştirakı ilə, xx xxxxxx 1971-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Qarayev küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 237.1-ci maddələri ilə, xx xxxx 1998-ci ildə İran İslam Respublikasının Əhər şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, subay, işləməyən, məhkum olunmayan, ünvan 3 ünvanında müvəqqəti qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə, xx xxxxx 1998-ci ildə İran İslam Respublikasının Əhər şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, subay, işləməyən, məhkum olunmayan, ünvan 3 ünvanında müvəqqəti qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan X24 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə, xx xxxx 1997-ci ildə İran İslam Respublikasının Vərzaqan şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, subay, işləməyən, məhkum olunmayan, ünvan 3 ünvanında müvəqqəti qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan X38 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə, xx xxxx 1996-cı ildə İran İslam Respublikasının Əhər şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, subay, işləməyən, məhkum olunmayan, ünvan 4 ünvanında müvəqqəti qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan X25 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin toxumlarını əldə edib yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Qarayev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə 19 yanvar 2023-cü il tarixədək olan müddət ərzində ümumilikdə 04 ədəd tərkibində narkotik maddələr olan xeyli miqdarda çətənə (kannabis) bitkilərini kultivasiya etmiş, habelə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələrin satışının həyata keçirilməsi barədə razılığa gələrək Binəqədi rayonu ərazisindən naməlum şəraitdə və vaxtda, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq qeyrisinin göndərdiyi külli miqdarda – 2772,027 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib qeyrisinin göstərişinə əsasən Binəqədi rayonu ərazisində satışını həyata keçirmək üçün razılaşıb üzərində saxlamaqla yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Qarayev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə daşımış, həmin narkotik vasitə qurudulmuş marixuanadan qeyrisinin göstərişinə əsasən 723,146 qram çəkidə ayırıb istintaqa məlum olmayan tarixdə satış məqsədi ilə yaşadığı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Qarayev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında gizlətmiş olduğu yerdən oraya narkotik vasitəni qanunsuz olaraq satış məqsədilə əldə edib götürmək üçün gəlmiş olan İran İslam Respublikasının vətəndaşı X12 tərəfindən təhvil alınmasını təşkil etmiş, daha sonra qanunsuz olaraq əldə olunan narkotik vasitə qurudulmuş marixuanadan bir bükümdə 10,881 qram çəkidə ayırıb götürməklə öz üzərində daşımaqla saxlamış, həmin qanunsuz olaraq əldə olunan narkotik maddədən qalan 2038,0 qram çəkidə bir ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuananı isə özünün yaşadığı fərdi yaşayış evinə qanunsuz daşıyıb gizlətməklə orada saxlamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 19 yanvar 2023-cü il tarixdə saat 01:00-da keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Qarayev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmiş, orada xidməti otaqların birində 19 yanvar 2023-cü il tarixdə saat 02:40-dan etibarən Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə 10,881 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və həmin şalvarın arxa sağ cibindən bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüş, 19 yanvar 2023-cü il tarixdə saat 04:00-dan etibarən yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Qarayev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə özünün icazəsi və iştirakı ilə baxış keçirilən zaman evin zirzəmisindən bir ədəd bağlamada təmiz çəkisi külli miqdarda - 2038 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, habelə qanunsuz olaraq dibçəkdə əkib yetişdirməklə kultivasiya etdiyi əkilib-becərilməsi qadağan olunmuş 04 ədəd, yaş vəziyyətdə, tərkibində narkotik maddələr olan xeyli miqdarda çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. X12 qohumları X54, X43, tanışı X5 şəxsi istehlakı üçün külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədilə sosial şəbəkə vasitəsilə qeyrisinə külli miqdarda narkotik vasitə sifariş etmiş və qabaqcadan pulunu onlayn qaydada ödəmiş, qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin satışını həyata keçirən, qeyrisinin göndərdiyi külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edib satış məqsədilə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Qarayev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində saxlayan Təqsirləndirilən şəxs1, 723,146 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı X8 pulunu ödədiyi qeyrisinin tapşırığına əsasən ayırıb istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə yaşadığı fərdi yaşayış evinin yaxınlığında gizlətmiş, X12 həmin gizlədilən yerdən satış məqsədi ilə 723,146 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edərək X44, X54, X33 gətirib təqdim etmiş, həmin marixunadan bir ədəd büküm və bir ədəd sellofan torbacıqda olmaqla ümumilikdə 20,441 qram çəkidə ayırıb götürməklə satış məqsədilə öz üzərində daşımaqla saxlamış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən 17 yanvar 2023-cü il tarixdə, saat 17:00-da X44, X54, X43 və X12 Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, ev 7 ünvanının yaxınlığında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmişlər. Orada xidməti otaqların birində saat 19:40-dan etibarən üzərilərinə keçirilən şəxsi axtarış və götürmə zamanı X24 əynindəki gödəkçənin sağ yan cibindən satış məqsədi olmadan qanunsuz əldə etdiyi bir bükümdə 7,521 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, X38 əynindəki gödəkçənin sağ yan cibindən satış məqsədi olmadan qanunsuz əldə etdiyi bir bükümdə 7,409 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, X25 əynindəki gödəkçənin sağ yan cibindən satış məqsədi olmadan qanunsuz əldə etdiyi bir bükümdə 7,775 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, X8 əynindəki gödəkçənin sol yan cibindən satış məqsədilə qanunsuz əldə etdiyi iki bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 5,243 qram, 15,198 qram, ümumi təmiz çəkisi 20,441 qram çəkidə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, 17 yanvar 2023-cü il tarixdə saat 21:50-dən etibarən yaşadıqları Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, ev 7 ünvanında yerləşən 20 saylı mənzilə özlərinin icazəsi və iştirakı ilə baxış keçirilən zaman evin yataq otağında yerləşən masanın üzərindən bir ədəd torbanın içərisindən 680 qram çəkidə külli miqdarda üzərilərindən aşkar edilmiş marixuanalarla eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, iki ədəd elektron tərəzi və X8 narkotiklərin qanunsuz dövriyyəsindən əldə etdiyi 1727 manat nağd pul aşkar olunaraq götürülmüşdür. X44 tanışları X43 və X54 ilə birlikdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək üçün tanışları X10 müraciət etmiş, sonuncu da sosial şəbəkə vasitəsilə qeyrisinə külli miqdarda narkotik vasitə sifariş etmiş və qabaqcadan pulunu onlayn qaydada ödəmiş, qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin satışını həyata keçirən, qeyrisinin göndərdiyi külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edib yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Qarayev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində satış məqsədilə saxlayan Təqsirləndirilən şəxs1, X8 pulunu ödəyib satış məqsədi ilə sifariş etdiyi qeyrisinin tapşırığına əsasən külli miqdarda - 723,146 qram çəkidə qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda yaşadığı Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Qarayev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında gizlətmiş, X12 həmin gizlədilən yerdən satış məqsədi ilə külli miqdarda - 723,146 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edərək X44, X54, X33 gətirib təqdim etmiş, həmin marixuanadan satış məqsədi olmadan bir bükümdə 7,775 qram çəkidə X43, satış məqsədi olmadan bir bükümdə 7,409 qram çəkidə X54, satış məqsədi olmadan 7,521 qram çəkidə X44, satış məqsədi ilə X12 bir ədəd büküm və bir ədəd sellofan torbacıqda olmaqla ümumilikdə 20,441 qram ayırıb götürməklə öz üzərində daşımaqla saxlamış, X44 tanışları X43 və X54 ilə birlikdə qalan 680 qram çəkidə qurudulmuş marixuananı bir ədəd polietilen torbada olmaqla şəxsi istehlak məqsədilə müvəqqəti qeydiyyatda olmaqla yaşadıqları Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov küçəsi, ev 7 ünvanda yerləşən 20 saylı mənzildə saxlamış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən 17 yanvar 2023-cü il tarixdə, saat 17:00-da X44, X54, X43 və X12 Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, ev 7 ünvanının yaxınlığında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmişlər. Orada xidməti otaqların birində saat 19:40-dan etibarən üzərilərinə keçirilən şəxsi axtarış və götürmə zamanı X24 əynindəki gödəkçənin sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi bir bükümdə 7,521 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, X38 əynindəki gödəkçənin sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi bir bükümdə 7,409 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, X25 əynindəki gödəkçənin sağ yan cibindən bir bükümdə 7,775 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, X8 əynindəki gödəkçənin sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi iki bükümdə hər birinin ayrıayrılıqda təmiz çəkisi 5,243 qram, 15,198 qram, ümumi təmiz çəkisi 20,441 qram çəkidə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanalar aşkar olunaraq götürülmüşdür. 17 yanvar 2023-cü il tarixdə saat 21:50-dən etibarən yaşadıqları Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, ev 7 ünvanında yerləşən 20 saylı mənzilə özlərinin icazəsi və iştirakı ilə baxış keçirilən zaman evin yataq otağında yerləşən masanın üzərindən bir ədəd torbanın içərisindən X24 tanışları X43 və X54 ilə birlikdə satış məqsədi olmadan qanunsuz olaraq əldə etdikləri külli miqdarda - 680 qram çəkidə, üzərilərindən aşkar edilmiş marixuanalarla eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, iki ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. X43 tanışı X44 və qardaşı X54 ilə birlikdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək üçün tanışları X10 müraciət etmiş, sonuncu da sosial şəbəkə vasitəsilə qeyrisinə külli miqdarda narkotik vasitə sifariş etmiş və qabaqcadan pulunu onlayn qaydada ödəmiş, qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin satışını həyata keçirən, qeyrisinin göndərdiyi külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edib yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Qarayev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində satış məqsədilə saxlayan Təqsirləndirilən şəxs1, X8 pulunu ödəyib satış məqsədi ilə sifariş etdiyi qeyrisinin tapşırığına əsasən külli miqdarda - 723,146 qram çəkidə qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Qarayev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında gizlətmiş, X12 həmin gizlədilən yerdən satış məqsədi ilə külli miqdarda - 723,146 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edərək X44, X54, X33 gətirib təqdim etmiş, həmin marixuanadan satış məqsədi olmadan bir bükümdə 7,775 qram çəkidə X43, satış məqsədi olmadan bir bükümdə 7,409 qram çəkidə X54, satış məqsədi olmadan 7,521 qram çəkidə X44, satış məqsədi ilə X12 bir ədəd büküm və bir ədəd sellofan torbacıqda olmaqla ümumilikdə 20,441 qram ayırıb götürməklə öz üzərində daşımaqla saxlamış, X44 tanışları X43 və X54 ilə birlikdə qalan 680 qram çəkidə qurudulmuş marixuananı bir ədəd polietilen torbada olmaqla şəxsi istehlak məqsədilə müvəqqəti qeydiyyatda olmaqla yaşadıqları Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov küçəsi, ev 7 ünvanda yerləşən 20 saylı mənzildə saxlamış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən 17 yanvar 2023-cü il tarixdə, saat 17:00-da X44, X54, X43 və X12 Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, ev 7 ünvanının yaxınlığında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmişlər. Orada xidməti otaqların birində saat 19:40-dan etibarən üzərilərinə keçirilən şəxsi axtarış və götürmə zamanı X24 əynindəki gödəkçənin sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi bir bükümdə 7,521 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, X38 əynindəki gödəkçənin sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi bir bükümdə 7,409 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, X25 əynindəki gödəkçənin sağ yan cibindən bir bükümdə 7,775 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, X8 əynindəki gödəkçənin sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi iki bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 5,243 qram, 15,198 qram, ümumi təmiz çəkisi 20,441 qram çəkidə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanalar aşkar olunaraq götürülmüşdür. 17 yanvar 2023-cü il tarixdə saat 21:50-dən etibarən yaşadıqları Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, ev 7 ünvanında yerləşən 20 saylı mənzilə özlərinin icazəsi və iştirakı ilə baxış keçirilən zaman evin yataq otağında yerləşən masanın üzərindən bir ədəd torbanın içərisindən X24 tanışları X43 və X54 ilə birlikdə satış məqsədi olmadan qanunsuz olaraq əldə etdikləri külli miqdarda - 680 qram çəkidə, üzərilərindən aşkar edilmiş marixuanalarla eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, iki ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. X54 tanışı X44 və qardaşı X43 ilə birlikdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək üçün tanışları X10 müraciət etmiş, sonuncu da sosial şəbəkə vasitəsilə qeyrisinə külli miqdarda narkotik vasitə sifariş etmiş və qabaqcadan pulunu onlayn qaydada ödəmiş, qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin satışını həyata keçirən, qeyrisinin göndərdiyi külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edib yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Qarayev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində satış məqsədilə saxlayan Təqsirləndirilən şəxs1, X8 pulunu ödəyib satış məqsədi ilə sifariş etdiyi qeyrisinin tapşırığına əsasən külli miqdarda - 723,146 qram çəkidə qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda yaşadığı Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Qarayev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında gizlətmiş, X12 həmin gizlədilən yerdən satış məqsədi ilə külli miqdarda - 723,146 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edərək X44, X54, X33 gətirib təqdim etmiş, həmin marixuanadan satış məqsədi olmadan bir bükümdə 7,775 qram çəkidə X43, satış məqsədi olmadan bir bükümdə 7,409 qram çəkidə X54, satış məqsədi olmadan 7,521 qram çəkidə X44, satış məqsədi ilə X12 bir ədəd büküm və bir ədəd sellofan torbacıqda olmaqla ümumilikdə 20,441 qram ayırıb götürməklə öz üzərində daşımaqla saxlamış, X44 tanışları X43 və X54 ilə birlikdə qalan 680 qram çəkidə qurudulmuş marixuananı bir ədəd polietilen torbada olmaqla şəxsi istehlak məqsədilə müvəqqəti qeydiyyatda olmaqla yaşadıqları Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov küçəsi, ev 7 ünvanda yerləşən 20 saylı mənzildə saxlamış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən 17 yanvar 2023-cü il tarixdə, saat 17:00-da X44, X54, X43 və X12 Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, ev 7 ünvanının yaxınlığında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmişlər. Orada xidməti otaqların birində saat 19:40-dan etibarən üzərilərinə keçirilən şəxsi axtarış və götürmə zamanı X24 əynindəki gödəkçənin sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi bir bükümdə 7,521 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, X38 əynindəki gödəkçənin sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi bir bükümdə 7,409 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, X25 əynindəki gödəkçənin sağ yan cibindən bir bükümdə 7,775 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, X8 əynindəki gödəkçənin sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi iki bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 5,243 qram, 15,198 qram, ümumi təmiz çəkisi 20,441 qram çəkidə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanalar aşkar olunaraq götürülmüşdür. 17 yanvar 2023-cü il tarixdə saat 21:50-dən etibarən yaşadıqları Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, ev 7 ünvanında yerləşən 20 saylı mənzilə özlərinin icazəsi və iştirakı ilə baxış keçirilən zaman evin yataq otağında yerləşən masanın üzərindən bir ədəd torbanın içərisindən X24 tanışları X43 və X54 ilə birlikdə satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiklər külli miqdarda - 680 qram çəkidə, üzərilərindən aşkar edilmiş marixuanalarla eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, iki ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, təqsirləndirilən şəxsləri tanımır. Araz adlı iranlı ondan 1 kiloqram narkotik vasitə götürməsini, həmin narkotik vasitənin onda qalmasını, onun dediyi ünvanlara yerləşdirməsini xahiş etmiş, o da iranlının dediyi kimi etmişdir. Daha sonra iranlı həmin narkotik vasitədən 100 qramını ayırmasını tapşırmış, o da dəqiq olaraq 100 qram narkotik vasitə ayıraraq iranlının dediyi yerə qoymuşdur. Amma həmin narkotik vasitəni kimin götürəcəyini və qiymətini bilməmişdir. Daha sonra iranlı ona zəng edərək narkotik vasitəni almaq istəyən şəxslərin tələbə olduqlarını, narkotiki qoyduğu yeri tapa bilmədiklərini deyərək onlara kömək etməsini xahiş etmişdir. O da həmin tələbələrlə görüşərək narkotik vasitənin yerini onlara göstərmişdir. Narkotik vasitəni götürməyə iki nəfər gəlmişdir, amma qaranlıq olduğu üçün onların üzünü görə bilməmişdir. Bundan başqa o, tutulmamışdan təxminən iki ay əvvəl həyətində 4 dənə ağac əkmişdir. O, tələbələrə cəmi 100 qram narkotik vasitə vermiş, qalan narkotik vasitə tələbələrin evindən tapılmışdır. Polis əməkdaşları tələbələri tutandan sonra, gecə saat 2 radələrində onun evini basaraq onu da tutmuşlar. Həmin vaxt o, evdə əkdiyi ağacları da polis əməkdaşlarına göstərmişdir. Amma ona verilən ittihamda narkotik vasitələrin miqdarı artırılmışdır, onda o qədər narkotik vasitə olmamışdır. Həmin müdafiəçi və aqronom da gəlmişdir. O, digər təqsirləndirilən şəxsləri əvvəllər tanımamış, yalnız Araz adlı iranlı ilə əlaqə saxlamışdır. Narkotik vasitəni Arazın dediyi yerə qoymaqda onun xeyiri yalnız ondan ibarət olmuşdur ki, ona verilən narkotik vasitədən özü də istifadə edəcəkdi. İbtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəsini təsdiq etmir, o həmin məzmunda ifadə verməmişdir, həmin ifadə müstəntiq tərəfindən yazılmışdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, narkotik vasitə olan “nəşə”ni siqaretə doldurub çəkməklə qəbul edir. Təxminən bir ay olar ki, “Hüseyn” adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Danışıq zamanı o, həmin şəxsə bildirmişdir ki, narkotik vasitə “nəşə” istifadə edir. Onun narkotik vasitə aludəçisi olduğunu bilərək bir neçə dəfə ona həmin maddələrin dövriyyəsində köməklik etməyi xahiş etmiş, bunun müqabilində ona öz istifadəsi üçün narkotik vasitə verəcəyini bildirmişdir. Beləliklə də, “Hüseyn” adlı şəxslə “WhatsApp” sosial şəbəkədə bir müddət ünsiyyət saxlamışlar. Saxlanıldığı gündən təxminən 5 gün əvvəl isə "Hüseyn” onunla növbəti dəfə əlaqə saxlayan zaman bildirmişdir ki, Binəqədi rayonu DSK deyilən yerdə narkotik vasitə qoydurub və həmin maddəni gedib götürmək lazımdır. O da həmin şəxsə razılığını bildirib deyilən koordinatlara əsasən həmin maddələri gedib götürüb yaşadığı evdə olan zirzəmidə gizlətmişdir. İlk əvvəl “Hüseyn” ona demişdir ki, həmin maddələrdən bir qismini özünə götürəcək, yerdə qalan hissəni isə bir yerə qoyacaq kimsə gəlib götürsün. Lakin sonradan həmin şəxs ona demişdir ki, həmin maddədən 100 qram çəkib ayıraraq yaşadığı evin yaxınlığında bir yerə qoyub şəklini çəkərək koordinatını sonuncuya yollasın və qalan maddələri də ayrıca bir bükümdə qablaşdırıb ayrı bir yerdə yerləşdirib eyni qaydada koordinatlarını və gizlədilmiş yerin şəklini sonuncuya yollasın. O da həmin şəxsin dediyi kimi edib götürdüyü maddədən 100 qrama yaxın olan çəkidə kütləni elektron tərəzi vasitəsilə ayırıb bir qablaşdırmış, sonra isə ayrıca olaraq təxminən 700 qrama yaxın olan bir bükümdə olan maddəni ayrıca qablaşdırmış və evinin yaxınlığında, tikililərin kənarında ayrıca olaraq hərəsini bir yerə yerləşdirməklə şəklini çəkib “Hüseynə" yollamışdır. Təxminən 10 dəqiqə sonra “Hüseyn” ona demişdir ki, ikinci gizlətdiyi bağlamanın dalınca gələn “Fərzin” adlı iranlı şəxs həmin yeri tapa bilmir. Ona görə də o, evdən çıxaraq həmin bükümü gizlətdiyi yerə yollanmış və orada iki nəfər şəxsin həmin ətrafda yerdə nəsə axtardıqlarını hiss edərək onlara yaxınlaşmışdır. Ünsiyyət saxlayan zaman onların əcbəbi, konkret olaraq isə iran ləhcəsində danışan cavan oğlan olduqlarını görmüş və yaxınlaşaraq Hüseynin göndərdiyi adam olub-olmadıqlarını soruşmuşdur. Onlar həmin adamlar olduqlarını dedikləri üçün o, narkotik vasitəni gizlətdiyi yeri həmin şəxslərə göstərmiş və onların həmin bağlamanı götürdüklərinə əmin olduqdan sonra evinə qayıtmışdır. Həmin şəxslər də oradan uzaqlaşmışlar. Saxlanıldığı gün isə o, yaşadığı evin yaxınlığında olan zaman ona mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu deyərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Orada o, müdafiəçi ilə təmin edilmiş və onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarışın videoçəkiliş əsasında aparılması barədə ona məlumat verilmiş, o da buna heç bir etiraz etməmişdir. Bundan sonra üzərində qanunla qadağan olunan hər hansı əşya, predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, o da əynindəki şalvarın sağ yan cibində saxladığı bir bükümdə olan “nəşə”ni, arxa sağ cibində olan bir ədəd elektron tərəzini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra onun üzəri axtarılmış və əlavə olaraq bir ədəd mobil telefon, açar və şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Həmin vaxt təqdim etdiyi büküm açılaraq içərisinə baxış keçirilmiş və içərisindən “nəşə” adlanan maddə aşkar olunmuşdur. Həmin büküm elektron tərəzidə çəkilmiş və üzərindən aşkar edilmiş elektron tərəzi ilə birlikdə qablaşdırılaraq götürülmüşdür. O, həmin maddə barədə sorğu edilən zaman onu “Hüseyn” adlı iranlı şəxsin vasitəsilə, narkotik maddələri yerləşdirmək işində köməklik etməsi müqabilində əldə etdiyini və yaşadığı evdə də həmin maddələrdən, o cümlədən də bir neçə ədəd “nəşə” kolu əkib becərdiyini də bildirmişdir. Ondan aşkar edilmiş açar əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmış, mobil telefonla şəxsiyyət vəsiqəsi isə iş üçün əhəmiyyət kəsb edə biləcəyi izah edilərək götürülmüş, qeyd olunanlar barədə protokol tərtib edilmişdir. Bundan sonra ona bildirilmişdir ki, qeyd etdikləri ilə bağlı yaşadığı evə videoçəkilişlə baxış keçirilməlidir, o da buna etiraz etməmişdir. Beləliklə də, onu saxlayan polis əməkdaşlarının, ona təyin edilmiş vəkilin və dəvət edilmiş bir nəfər aqronomiya sahəsində bilikləri olan şəxsin iştirakı ilə yaşadığı ünvana baxış keçirilmişdir. Baxış zamanı o, özündə olan açarla evin qapısını açaraq içəri daxil olmuş və bu zaman ona bildirdiyi qanunsuz maddələri təqdim etməsi təklif edilmişdir. O da həmin vaxt evin zirzəmisini göstərib oradan bir ədəd torbada olan “nəşə”ni və ayrıca olaraq 4 ədəd dibçəkdə yetişdirdiyi “nəşə” kollarını təqdim etmişdir. Bundan sonra təqdim etdiyi bir ədəd torba açılaraq içərisinə baxış keçirilmiş, oradan bildirdiyi kimi “nəşə" kütlələri aşkar edilmiş, daha sonra isə dibçəklərdə olan kollara baxış keçirilərək həmin maddələr və kollar qablaşdırılaraq götürülmüşdür. O, sorğu zamanı bir daha qurudulmuş və istifadəyə hazır vəziyyətdə olan nəşəni iranlı “Hüseyn” adlı şəxsin vasitəsi ilə əldə edib müəyyən yerlərə yerləşdirmək və öz istifadəsi üçün narkotik əldə etmək məqsədi ilə saxladığını, dibçəklərdə olan kolları isə təxminən 2-3 ay olar ki, təsadüf nəticəsində yerdən tapdığı çətənə bitkisinin toxumlarını özü üçün əkib yetişdirdiyini, həmin kolları öz istifadəsi üçün əkdiyini bildirmişdir. Qeyd olunanlar barədə protokol tərtib edilərək tərəflərindən imzalanmışdır (cild 1, iş vərəqə 94- 96). Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı şübhəli şəxs qismində dindirilərkən verdiyi, məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində yuxarıda qeyd edilənlərdən əlavə olaraq narkotik vasitə “nəşə”dən istifadə etdiyini, əldə etmiş olduğu narkotik vasitələri qanunsuz olaraq əldə edib üzərində və yaşadığı evdə saxlamaqda məqsədinin həmin maddələri "Hüseyn” adlı şəxsin deyəcəyi yerlərə aparıb qoymalı olduğunu, buna görə də həmin şəxsin ona “nəşə” verməli olduğunu, narkotik vasitələri əldə etdiyi İran İslam Respublikasının vətəndaşının adını “Hüseyn” olaraq bildiyini, onu şəxsən tanımadığını, sıx ünsiyyətdə olmadığını, barəsində ona heç nə məlum olmadığını, onun həmin narkotik vasitələri haradan əldə etməsi, ölkəyə necə gətirməsi barədə məlumatının olmadığını, həmin maddələri haradan və necə gətirməsi barədə ona məlumat vermədiyini, ona verdiyi məlumat əsasında göstərilən ünvana gedib götürdüyünü, əvvəllər “Hüseyn" adlı şəxslə bu kimi sövdələşməsinin olmadığını, ilk dəfə belə bir iş tutduğunu, “nəşə” istifadə etdiyinə görə məcbur olub həmin şəxsin təklifi ilə razılaşdığını, dövriyyəsi qadağan edilmiş maddələri sonradan götürməli olan şəxslər barədə məlumatının olmadığını, yerləşdirdiyi maddələri sonradan götürmək üçün gələn şəxslərdən yalnız qeyd etdiyi iki nəfər əcnəbi şəxsi əyani olaraq gördüyünü və həmin maddəni qoyduğu yerdən götürüb əlbəəl onlara verdiyini, həmin iki nəfər şəxsi görüb tanıya biləcəyini, qalan şəxsləri ümumiyyətlə görmədiyini bildirmişdir (cild 1, iş vərəqə 67-70). Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X12 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, sosial şəbəkədə iranlı şəxslə tanış olmuş, bir müddət onunla danışıb ünsiyyət yaratdıqdan sonra az miqdarda, yəni 15-20 qram marixuana istəmiş, lakin həmin şəxs 100 qramdan aşağı miqdarda marixuana ala bilməyəcəyini bildirmişdir. Pouyanın ad günü yaxınlaşdığına, onun universitetin son kursunda olduğuna və Alı İrandan yeni gəldiyinə görə pul toplayıb marixuana almaq qərarına gəlmişlər. Bu məqsədlə 400 manat pulu toplayıb həmin şəxsin kart hesabına göndərmişdir, həmin şəxs də bir neçə gün sonra onlara ünvan və şəkil atılacağını, gedib ordan götürməli olduqlarını bildirmişdir. Axşam saat 11-12 radələrində marixuananın yeri və şəkli mesajla göndərilmişdir. Ünvan Binəqədi ərazisində olmuşdur. Ata və Pouya yatdığı üçün onlara heç nə deməyib evdən çıxanda hava yağışlı və gec olduğundan Alı da yol yoldaşı kimi onunla getmişdir. Taksi ilə qeyd olunan ünvana gəlmişlər. Amma marixuananı tapa bilmədiyi üçün bu barədə iranlıya mesaj yazmışdır, bundan sonra yaşlı bir kişi onlara yaxınlaşaraq marixuananın yerini göstərmişdir. O marixuananı götürdükdən sonra yenidən taksi ilə evə qayıtmışlar. O, Alı, Pouya və Ata hər gün həmin marixuanadan istifadə etmişlər. 16 yanvar 2023-cü il tarixdə gecə ad günü qeyd etmişlər və marixuanadan istifadə etmişlər. Onların cəmi 20-30 qram marixuanası qalmışdır. 17 yanvar 2023-cü il tarixdə günorta saat 12-13 radələrində üç nəfər - yəni 2 nəfər polis və 1 nəfər komendant onların evinə gəlmişdir. Onlar qapını açdıqda 2 nəfər polis əməkdaşı icazəsiz evə daxil olmuşdur. Həmin vaxt o, stolun üstündə olan içkini və marixuananı götürmək istəsə də, icazə verilməmişdir. Polis əməkdaşları Alıdan və ondan evdə kimin olduğunu soruşmuşlar, o da əmisi oğullarının yatdığını bildirmişdir. Onları da oyatdıqdan sonra pasportlarını almışlar. Şirəli adlı polis əməkdaşı kiməsə zəng etmiş və əlavə 3 nəfər də gələrək evi axtarmağa başlamışlar. Onlardan evdə başqa narkotik maddənin olubolmadığını soruşmuşlar. Bundan sonra Şirəli adlı polis əməkdaşı onun otağından 240 manat, Alının otağından 115 manat, Ata və Pouyanın isə 200 dollar pulunu götürüb cibinə qoymuş və “onsuz da 2000-3000 manat pulunuzun olduğunu deyəcəksiniz” deyə bildirmişdir. Evdə qeydiyyatda olan, lakin əsasən nişanlısı ilə qalan əmisi oğlu Əmirin otağından da 1722 manat pul və pasportunu götürmüşlər. Belə ki, həmin pulu X65 universitet ödənişi üçün gətirmiş, amma hələ imtahanlar olduğu üçün ödəməmişdir. Keçirilən axtarışdan sonra heç nə tapılmadığı üçün Şirəli idarəyə getməli olduqlarını bildirmiş, iki nəfər polis əməkdaşı isə evdə qalmışdır. Alı, Ata və Pouya qara rəngli “Xəzər” markalı avtomobillə, o isə Şirəli ilə birlikdə ağ rəngli “Hyundai Elantra” markalı avtomobillə idarəyə getmişlər. Şirəli yolda ona əgər universitetdən xaric olmaq istəmirlərsə, dediklərinə qulaq asmalı olduqlarını bildirmişdir. Saat 16 radələrində Polis İdarəsinə daxil olmuşlar. Orada onlara aşağı mərtəbədəki otağa aparılacaqları, tok vurub döyüləcəkləri ilə hədəqorxu gəlinmiş və təzyiq göstərilməyə başlanmışdır. Bir neçə saat orda qaldıqdan sonra Şirəli otağa gəlmiş və ayrı-ayrılıqda hər birinə bir ədəd büküm verərək ciblərinə qoyub gəlmələrini bildirmişdir. O, otaqdan çıxanda qapının ağzında bükümü cibindən çıxardaraq bunun onlara məxsus olmadığını bildirmiş, Şirəli isə ona qışqırmışdı. Orda olan göy gözlü bir şəxs onun boynundakı sepdən dartaraq onu döyməklə hədələmişdir. Onlara hər şeyin yaxşı olacağına dair söz verilmiş, telefonları söndürülmüş, onların dediklərini çəkilişdə deməli olduqları, yalnız bu halda buraxılacaqları bildirilmişdir. Çəkiliş zamanı guya hamının sağ yan cibindən narkotik çıxmışdır. Çəkilişdən sonra saat 20 radələrində polis əməkdaşları ilə birlikdə evə getmişlər. Evdə çəkiliş zamanı Anar adlı şəxs liftdən düşəndə qapının ağzında çantadan içərisində marixuana olan bir ədəd sellofan çıxartmışdır. O, həmin narkotik vasitənin onlara məxsus olmadığını deyərək etiraz etmişdir. Bunu eşidən Şirəli onu evin girəcəyində sağdakı otağa aparmış və əməliyyat olunduğu halda sağ ayağından təpiklə vuraraq əgər universitetdən xaric olmaq istəmirlərsə, onların dediklərini etmələrini, bu halda onları buraxacaqlarını bildirmişdir. Ataya da yumruqla vurulmuş, hədəqorxu, təzyiq göstərilərək çəkilişə başlanmışdır. Təqsirləndirilən şəxs X12 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, onların dördü də eyni ünvanda yaşamışlar, heç biri Təqsirləndirilən şəxs1 tanımır, onunla ünsiyyətdə olmamışlar. Əldə etdikləri narkotik vasitənin təqribən yarısını istifadə etmişlər. Narkotik vasitənin əldə edilməsi üçün telefonla o danışmışdır. O, əvvəlcə 20 qram narkotik vasitə istəmiş, amma iranlı 100 qramdan az ala bilməyəcəyini dediyi üçün 100 qrama razılıq vermiş və 400 manat pul ödəmişdir. Mənzildə masanın üzərində olan bir bükümdən başqa onlarda hər hansı bir narkotik vasitə olmamışdır. Onlara fiziki və psixi təzyiq olunmuş, oxuduqları universitetdən qovulacaqları ilə hədələnmişlər, onlar da çox qorxmuşlar. Ona vəkil təqdim edilsə də, həmin vəkil ona heç bir yardım etməmişdir. O, Polis İdarəsində vəkildən kömək istədikdə ona polis əməkdaşlarının dediyinə əməl etməsi tapşırılmışdır. Onları buraxacaqlarına dair vəd verilib aldatmışlar, yalnız çəkilişdə hər şeyi onların dediyi qaydada etsələr, onları buraxacaqlarını bildirmişlər. Onların evində tərəzi olmamış, həmin tərəzi polis əməkdaşları tərəfindən masanın üzərinə qoyularaq çəkiliş aparılmışdır. Evdən çıxanda Şirəli kameraya baxaraq “bina kameralarını həll edin” deyə göstəriş vermiş, digərləri də onunla razılaşmışlar. Bundan sonra onları yenə Polis İdarəsinə aparmışlar, həmin gün analiz üçün aparılmasalar sabah onları məhkəməyə aparacaqlarını, narkotik vasitədən istifadə etdiklərinə görə isə cərimə olunub buraxılacaqlarını bildirmişlər Polis İdarəsində onu, Pouyanı və başqa bir nəfəri otaqda saxlamışlar. O, evlərində olan marixuananın orda zibil qabında olduğunu görmüşdür. Gecə saat 2-3 radələrində onları bir-bir Anar adlı şəxsin otağına aparmışlar və qarşılarına imza çəkməli olduqları deyilən kağızlar qoymuşlar. O, həmin kağızları oxumaq istəsə də oxumaq lazım olmadığını deyərək buna imkan verməmişlər, kağızlara imza etməsini, sabah buraxılacaqlarını bildirmişdilər. Həmin vaxt orada vəkil və tərcüməçi olmamışdır. Növbəti gün onları analizə aparmışlar, ordan isə Nərimanov rayon Polis İdarəsinə təhvil vermişlər. Ona görə də barəsində ədalətli qərar qəbul edilməsini, cəza veriləcəyi hallarda Azərbaycandan çıxarılma ilə bağlı qərar verilməməsini xahiş edir, çünki bu ölkədə qalıb təhsilini davam etdirib bitirərək xalqa xidmət etmək istəyir. Təqsirləndirilən şəxs X12 ibtidai istintaq zamanı verdiyi, məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, istintaqa ilkin olaraq verdiyi ifadəni təsdiq etmir. Hadisə sənədlərdə qeyd olunan qaydada baş verməmişdir. Əslində həmin gün saat 10-11 radələrində qapı döyülmüş, iki nəfər polis əməkdaşı gələrək onlarla danışmış, sonradan əlavə iki nəfər də aşağıdan evə qalxmışdır. Bundan sonra evdə axtarış aparsalar da, heç nə tapmamışlar. Daha sonra onların hamısını Baş idarəyə aparmışlar. Orada bir-iki saat oturandan sonra adını Şirəli kimi tanıdığı polis əməkdaşı hər birinə bir bükümdə marixuana vermişdir ki, çəkiliş vaxtı təqdim etsinlər. Hamıya bir büküm, ona isə iki büküm verilmişdi. Əgər çəkiliş zamanı onun dediklərini təkrarlamasalar, onları universitetdən xaric edəcəklərini, aşağı mərtəbəyə aparıb dəyənəklə vurub şüşə üzərində gəzdirəcəklərini, amma əgər hər şeyi onlar dediyi kimi etsələr, onları buraxacaqlarını bildirmişlər. Onların dediyi qaydada edərək çəkiliş vaxtı bükümləri təqdim edib guya özlərinə məxsus olduğunu bildirmişlər. Daha sonra axşam saat 8-9 radələrində onları idarədən çıxarıb yaşadıqları evə aparmışlar. İdarənin həyətində çəkiliş aparan şəxs Şirəli ilə danışaraq ona 700 qram ilk əvvəl ona məlum olmayan maddəni çantaya qoymasını bildirmişdir. Lakin onlar evə çatanda ona məlum olmuşdur ki, onlar özləri ilə gətirdiyi bir ədəd sellofanda olan nəşədən danışırmışlar. Belə ki, çəkiliş aparan şəxs həmin sellofan torbanı evdə masanın üzərinə qoymuş, bundan başqa yanına iki ədəd tərəzini qoyaraq çəkiliş vaxtı təqdim etmələrini tələb etmişlər. Onlar da məcbur olaraq çəkiliş başlayan zaman da həmin maddənin onlara məxsus olduğunu bildirmişlər. Çəkilişdən sonra onları Baş İdarəyə aparıb bir gecə orada saxlamışlar. Ona qarşı fiziki zor tətbiq olunmasa da, universitetdən xaric ediləcəyi və çəkilişin televizora veriləcəyi ilə bağlı təhdid olunmuşdur. Həmin şəxslər evdə axtarış aparan zaman evdən əmisi oğluna məxsus 1720 manat, daha sonra ona məxsus 240 manat, Pouya ilə Ataya məxsus 200 ABŞ dolları və Alıya məxsus 115 manat pulu götürmüşlər (cild 3, iş vərəqə 245-246). Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X43 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 17 yanvar 2023-cü il tarixində saat təxminən bir radələrində o və qardaşı yaşadıqları mənzildə yatdıqları zaman Baş Narkotiklərlə Mübarizə İdarəsinin iki əməkdaşı qapını döymüşdür. Əmisi oğlu qapını açdıqdan sonra onlar evə daxil olub onu və qardaşını yuxudan oyatmışlar və özlərini Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edərək evdə axtarış aparmağa başlamışlar. Stolun üstündə Farzinin on gün qabaqcadan onlara tanış olmayan Araz adlı şəxsdən əldə etdiyi 100 qram marixuanadan təxminən 40 və ya 50 qramı qalmışdı. Marixuananın stolun üstündə qalmağının səbəbi odur ki, bir gün əvvəl, yəni 16 yanvar 2023-cü il tarixdə onun ad günündə həmin marixuanadan istifadə etmişdilər, qalanı isə stolun üstündə qalmışdı. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının aşkar etdikləri marixuana yalnız stolun üstündə olan marixuana olmuşdur. Daha sonra mənzilin otaqlarına baxış keçirilmiş, onun və qardaşının otağından 200 dollar, Farzinlə Alıya məxsus otaqdan 340 manat, digər otaqdan əmisi oğlu Əmirə məxsus olan, təhsil aldığı universitetə ödəməli olduğu 1720 manat pulu götürərək istintaqdan sonra qaytaracaqlarını bildirmişlər. Daha sonra 3 nəfər polis əməkdaşı evə daxil olaraq bir daha evdə baxış və axtarış tədbiri keçirmişlər, bundan sonra iki nəfər əməkdaş evdə qalmış, digər üç əməkdaş isə iki ədəd avtomobillə onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışdır. Orada Anar adlı şəxs özünü təhqiqatçı kimi təqdim edərək “sizdə az miqdarda marixuana olub, dediklərimi edin, sizə köməklik edəcəm” deyə bildirmişdir. Sonra ona, qardaşı Ataya və Alıya bir büküm, Farzinə isə iki büküm marixuana verilərək “bükümləri çəkilişdə təqdim edib nə desəm, təsdiq edəcəksiniz!” deyilmişdir. Onlara çəkilişin rəisə təqdim olunacağı və orda da qalacağı bildirilmişdir. Çəkilişdən qabaq vəkili bükümlərin onlara məxsus olub-olmadığını soruşmuş, o da bükümlərin onların olmadığını bildirmişdir. Sonra iki nəfər əməkdaş onu digər otağa apararaq sabahadək onları buraxacaqlarını bildirmişlər. Anar adlı təhqiqatçı otağa daxil olaraq “nə deyirəm qulaq asın, yoxsa sizə təzyiq göstərəcəyik” demişdir. Təqribən saat 7-8 radələrində polis əməkdaşları və vəkillərlə birlikdə yaşadıqları evə gəlmişlər, onlara evdə bir daha çəkiliş olacağı bildirilmişdir. O, çəkilişin səbəbini soruşduqda ona “səni elektroşoka verərəm, elə eləməyin ki, evdən çəkilişlə külli miqdarda narkotik çıxardaq” deyilmişdir. Bundan sonra təhqiqatçı Anar öz çantasından bir büküm marixuana çıxardaraq stolun üstünə qoymuş və çəkiliş zamanı onlara “bu sizindir?” deyə sual verildikdə təsdiq etmələrini tapşırmışdır. Onlar bu bükümlərin onlara aid olmadığını bildirsələr də, əhəmiyyət verilməmişdir. Buna görə məcbur olub razılaşmışlar. Təyin olunan vəkillər də onlara heç bir köməklik göstərməmişlər. Çəkilişdən sonra yenidən Baş Narkotiklərlə Mübarizə İdarəsinə qayıtmışlar. Təxminən gecə saat 1-2 radələrində onu aldadaraq vəkil və tərcüməçi olmadığı halda oxutdurmadan hansısa sənədlərə qol çəkdirmişlər və sabah məhkəmədən yüngül pul cəriməsi ilə çıxacağını bildirmişlər. O, Azərbaycan qanunvericiliyini bilmədiyi üçün aldanmışdır. Səhəri gün onları “banditizmə” təhvil vermişlər. Orada ilkin dindirmə və istintaq bitən zaman ifadələrində hadisəni müstəntiqə bildirmiş, buna baxmayaraq onlar heç bir ifadəni qeyd etməmişlər. Onlarda 700 qram narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs X43 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, dörd nəfər, yəni o, X12, X54 və X14 rayonu ərazisində Tbilisi prospektində bir mənzildə yaşamışlar. Onlar Azərbaycana oxumaq üçün gəlmişlər. Onların heç biri Təqsirləndirilən şəxs1 tanımır, onunla ünsiyyətləri olmamışdır. O, Araz adlı şəxsi də tanımır. Narkotik vasitəni Farzin öz tanışı Araz adlı şəxsdən almışdır. O, narkotik vasitəni almağa getməmişdir. Amma əvvəldən danışıb ad günü üçün məclis təşkil etməyi planlamışlar. Farzin 400 manat ödəyib 100 qram narotik vasitə almış, onlar da həmin narkotik vasitənin təxminən yarısını istifadə etmişlər. O, ad günündən qabaq bilmişdir ki, narkotik vasitəni 400 manat ödəyib alıblar. Masanın üzərində olan bir bükümdən başqa onların evində narkotik vasitə olmamışdır. Ona fiziki və psixi təzyiqlər olunmuşdur. Ona vəkil təqdim edilsə də, həmin vəkil heç bir yardım etməmişdir. O, Polis İdarəsində vəkildən kömək istəmiş, lakin polis əməkdaşlarının dediyinə əməl etməyi tapşırılmışdı. Onlar vəd verilib aldadılmışlar. O, mənzillərində Araz adlı şəxs ilə danışıq olanda eşitməmişdir. Farzin öz telefonu ilə danışmışdır. O, narkotik vasitəni alandan sonra bilmişdir. O, Təqsirləndirilən şəxs1 ümumiyyətlə tanımır, ondan narkotik vasitə almamış, onu ilk dəfə məhkəmədə görmüşdür. O, ikinci kurs tələbəsidir, oxuduğu müddətdə kiməsə istifadə etdiyi narkotik vasitədən verməmişdir. Onlar əlbir olub narkotik vasitənin satışı ilə məşğul olmamışlar. 1700 manat pulu Alı İrandan əmisi oğlunun təhsil haqqı ödənişi üçün gətirmişdir. Onlarda elektron tərəzi olmamışdır. Onlarda 200 ABŞ dolları və başqa pullar olmuşdur. Şirəli adlı polis əməkdaşı həmin pulları götürərək sonra qaytarılacağını bildirmişdir. İranlı şəxsin narkotik vasitəni Təqsirləndirilən şəxs1 vasitəsilə yerləşdirdiyini məhkəmədə öyrənmişdir. Araz adlı İran vətəndaşı göndərmiş, Heybətin atmasını bilməmişdir. Onun ad günündə öz aralarında marixuanadan istifadə etməyi planlaşdırmışlar, belə ki, narkotik vasitə onlara bir günlük şadlıq verəcəkdi. Ona əməlinə uyğun ədalətli cəza verilməsini xahiş edir, Azərbaycandan çıxarılmaq istəmir, qalıb təhsilini başa vuraraq həkim kimi xidmət etmək niyyətindədir. Təqsirləndirilən şəxs X16 ibtidai istintaq zamanı verdiyi oxşar məzmunlu ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, istintaqa ilkin olaraq verdiyi ifadəsini təsdiq etmir. Belə ki, hadisə baş verən gün o, qardaşı Ata, əmisi oğlu Farzin və tələbə yoldaşı Alı ilə birlikdə evdə olmuşlar. O, həmin gün təxminən günorta radələrində öz otağında yatmışdı. Həmin vaxt qapı döyülmüş və deyəsən, qapını Farzin açmışdı. Həmin vaxt bir neçə mülki geyimdə olan şəxs icazəsiz evə daxil olaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Onların içərisində əsasən Şirəli adlı əməkdaş yadında qalmışdır. Farzin onu yuxudan oyadaraq evin zalına çağırmışdır. Orada Şirəlidən əlavə əvvəl təxminən iki nəfər, daha sonra isə ǝlavə bir neçə şəxs gəlmişdir. Onlar icazəsiz olaraq evdə axtarış etməyə başlamışlar, konkret olaraq Farzinin yatdığı otaqdan təxminən bir kibrit qutusunun tutumu qədər olan 2 qram narkotik vasitə olan marixuana aşkar etmişlər. Qardaşı ilə onun həmin maddədən məlumatı olmamış, Farzin onlara bu barədə bir şey deməmişdir. Bundan əlavə, otaqların birindən onlara məxsus olan təxminən 2000 manat pulu da tapıb götürmüşlər, demələrinə görə “şübhəli pul” olmuşdur. Onun otağından 200 ABŞ dolları, Farzinin otağından 360 manat, Alının otağından 150 manat pulu onlara məlum olmayan formada tapıb götürmüşlər. Belə ki, 2000 manat pulu “şübhəli pul” kimi xüsusi zərfdə qablaşdırıb götürmüşlər. Bundan sonra onların dördünü də müşayiət altında Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada bir bir nəfər şəxs onlara yaxınlaşaraq tələbə olduqlarını bildiyini, dediklərini etməyəcəkləri təqdirdə problemlər olacağını, Baş İdarədə xüsusi işgəncə otağının olduğunu, lazım gələrsə onları orada döyərək müxtəlif işgəncələr veriləcəyi ilə hədələmişdir. İlk tələbi bundan ibarət olmuşdu ki, hər birinin cibinə marixuana qoyularaq çəkilişlə üstlərinə baxış keçiriləcək və hər biri həmin maddəni təqdim etməlidir. Bu vaxt Ata onların dediyi ilə razılaşmayaraq ağlamağa başlamış, həmin maddənin ona məxsus olmadığı təqdirdə bunu edə bilməyəcəyini bildirmişdir. Şirəli adlı əməkdaş Ataya yaxınlaşaraq yumruqla onun çiyin nahiyəsindən vuraraq daha şiddətlə döyəcəyi və daha ağır işgəncəyə məruz qala biləcəyi ilə hədələyib deyilənləri icra etməsini tələb etmişdir. Bu zaman orada olan, lakin adını və simasını hazırda xatırlamadığı bir əməkdaş Ataya yaxınlaşaraq heç nədən narahat olmamasını, onlara kömək edəcəyini, həmin videoçəkilişin guya özlərində qalacağı ilə həm Atanı, həm də onları aldadaraq Atanı, o cümlədən onları razı salmışdır. Bu videonun onlara heç bir problem yaratmayacağını demişlər. Ona görə də onlar razılaşaraq çəkilişdə onların dediyi qaydada hərəkət edərək hər biri qabaqcadan ciblərinə qoyduqları bir büküm marixuananı təqdim edərək guya onlara məxsus olduğunu bildirmişlər. Daha sonra onlara evə gedib orada da videoçəkiliş aparılmalı olduğunu bildirmişlər. Həmin tərkibdə yenidən qaldıqları mənzilə yollanmışlar. Mənzilə çatanda polis əməkdaşlarından biri özü ilə gətirdiyi çantadan bir ədəd sellofan bağlamanı çıxarıb mənzilin zalında olan masanın üzərinə qoymuş, onlara məxsus olması barədə şifahi izahat verməli olduqları deyilmişdir. Onlar əvvəlcə bunu qəbul etməyərək deyilənlərlə razı olmamışlar, evdə yalnız təxminən 2 qrama yaxın marixuana olduğunu deyərək nəyə görə onları bu qədər çox miqdarda narkotik maddə ilə yükləmələri ilə maraqlanmışlar. Bu vaxt başqa bir əməkdaş, deyəsən, çəkiliş vaxtı şifahi olaraq onlarla söhbət edən və bu hərəkətləri icra edən şəxs onlara yaxınlaşaraq deyilən qaydada hərəkət etmədikləri təqdirdə onlar üçün problem yaradılacağı, lazım olsa, işgəncələr veriləcəyi ilə hədələmiş, bu çəkilişin özlərinə lazım olduğunu, onları isə bu çəkilişdən sonra azad edəcəklərini bildirmişlər. Onlar həmin şəxsə inanaraq çəkiliş zamanı guya evdən aşkarlanan 700 qram çəkidə marixuananın onlara məxsus olduğunu deməyə məcbur olmuşlar. Sonra onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar və onlar bir gecə orada qalmışlar. Çəkiliş aparan şəxs onları bir-bir otağa salaraq hər şeydən xəbərdar olduğunu və heç nədən narahat olmamağı tövsiyə edərək çoxlu sayda sənədlərə imza etdirmişdir. Saxlanılarkən və sonrakı vaxtlarda gördüyü qədərilə onlardan heç birinə fiziki zor tətbiq edilməmişdir. Bircə Şirəli adlı əməkdaş Atanı bir dəfə çiynindən yumruqla vurmuş, onları işgəncə ilə hədələmişlər (cild 3, iş vərəqə 260-262). Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X44 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 17 yanvar 2023-cü il tarixdə onlar evdə olan zaman binanın komendantı qapını döymüş, bu zaman 2 nəfər şəxs içəri daxil olub polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt masanın üstündə bir büküm marixuana olmuşdur. Polis əməkdaşları həmin marixuananı götürüb “bu azdır” deyə bildirmişlər və digər malları da vermələrini tələb etmişlər. Onlar başqa mal olmadığını deyəndə evi axtarmağa başlamışlar, amma evdən heç nə tapmamışlar. Bundan sonra 3 nəfər əlavə polis əməkdaşı evə gələrək onlarla danışmış, evi axtarıb heç nə tapmamışlar. Heç nə tapmadıqları halda onları Polis İdarəsinə apararaq Şirəli adlı şəxsin otağına gətirmişlər. Orada bir nəfər şəxsi onlara təqdim edərək onların işlərinə həmin adamın baxacağını, onun dediklərinə əməl etmələrini bildirmişlər. Adını bilmədiyi həmin şəxs onlara köməklik edəcəyinə inandırıb dediklərinə əməl etməli olduqlarını, onları videoçəkiliş otağına aparmalı olduğunu, orada verəcəyi suallara onun dediyi kimi cavab verməli olduqlarını bildirmişdir. Bundan sonra onları yenidən Şirəlinin otağına aparmışlar. Şirəli onların evindən çıxan marixuananı zibil qabına atıb hərəsinin cibinə balaca bir büküm marixuana qoymuşdur. Daha sonra onları videoçəkiliş otağına aparmışlar. Videoçəkilişin nə üçün olduğunu soruşduqda həmin çəkilişin “yuxarıya” göndəriləcəyini, bundan sonra onlarla nə edəcəklərinə qərar verəcəklərini bildirmişlər. Çəkiliş otağına getmişlər və çəkiliş baş tutmuşdur. Çəkiliş vaxtı özlərini təqdim etmişlər, onların ciblərinə qoyduqları narkotik vasitələr aşkar edilmiş və çəkiliş bağlanmışdır. Bundan sonra onları yenidən evə gətirmişlər və evdə yenidən çəkiliş olmuşdur. Çəkilişdən əvvəl bir ədəd qara rəngli sellofanda olan narkotik vasitəni stolun üstünə qoyub hər şeyin eyni idarədəki kimi olacağını demişlər. Onlar bunu qəbul etməyib onlara müqavimət göstərmişlər, həmin vaxt Şirəli adlı şəxs söz verdiyi kimi onlara kömək edəcəyini bildirmişdir. Onlara qarşı gələndə Şirəli onun qalan üç nəfərin də işinə mane olduğunu bildirib xəbərdar etmişdir. Məcbur qalıb onların dediklərini qəbul etmişlər. Çəkiliş olduqdan sonra onları yenidən Polis İdarəsində Şirəlinin otağına gətirmişlər. Şirəli otaqda bir neçə nəfərlə telefonda danışmış, onlara analizə aparılmayacaqlarını bildirmişdir. Həmin vaxt Şirəli onları sevindirmişdir ki, analizə getmirlərsə, onlara kömək edib sabah buraxacaqlar, evdən çıxanlara görə də uzağı cərimə olunacaqlar. Gecə 02:00-03:00 radələrində onların işinə baxan şəxs onu yanına çağırmış və “xoş xəbərim var, məhkəməyə gedəcən və yəqin ki, cüzi cərimə olunacan, amma məhkəməyə çıxmaq üçün bu sənədlərə qol çəkməlisən” deyə bildirmişdir. O, həmin şəxsə inanaraq sənədlərə qol çəkmiş və saxlandığı otağa gəlmişdir. Səhər isə onların otağına rəis gəlmiş və onları rəisin otağına aparmışlar. Amma rəis onları heç danışdırmamışdır. Rəisin otağından yenidən gecə qaldıqları otağa gəlmişlər. Şirəli gələrək analizə getməli olduğunu bildirmişdir. Qollarına qandal vurularaq analizə aparılmışlar. Daha sonra sənədlərlə bir yerdə onları «banditizmə” təhvil vermişlər. Orada müstəntiqlə görüşmüş, müstəntiqə də eyni məzmunlu ifadə vermişdir. Müstəntiq onları yüklədiklərini bildiyini, narahat olmamalarını, onlara kömək edəcəyini bildirmişdir. Onlara belə boş ümidlər vermişlər. Olanları məhkəmədə danışmaq üçün məhkəməni gözləmişlər. O, 19 dekabrda 2022-ci il tarixdə təhsil almaq üçün Bakıya gəlmiş, 23 dekabrda sənədlərini universitetə vermişdir. Həmin vaxt sərhədlər bağlı olmuş və bilet qiymətləri baha olmuşdur. Universitetin açılmağına az qaldığı üçün burada qalmaq qərarına gəlmişdir. Bakıya gəldikdən 27 gün sonra isə bu hadisə baş vermişdir. Bu müddət ərzində heç kimlə tanış olmamışdır. İllərdir Azərbaycanda təhsil almaq arzusu olmuş və nəticədə belə hadisə baş vermişdir. Evlərində az miqdarda narkotik olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X44 verilən suallara cavab olaraq bildirdi ki, 4 nəfər – o, X12, X54 və X61 eyni mənzildə qalırlar. İranda olanda marixuanadan istifadə etməmişdir. Təqsirləndirilən şəxs1 tanımır. Aşkar olunmuş narkotik vasitəni sosial şəbəkədən əldə etmişlər. Tutulmamışdan 10 gün əvvəl birlikdə Pouyanın doğum günündə marixuana alıb istifadə etməyi planlaşdırmışlar. Bundan Pouyanın da xəbəri olmuş, narkotik vasitəni Farzin gətirmişdir. Onun nə puldan, nə də narkotik vasitənin çəkisindən məlumatı olmamışdır. Çəkisi təxminən 10 qramdan çox olardı. Aldığı narkotik vasitəni kiməsə pay kimi verməmiş və ya satmamışdır. Polis əməkdaşları günorta 12:30da gəlmişlər. Birinci iki nəfər gəlmiş, bir müddət sonra isə 3 nəfər də gəlmişdir. Polis əməkdaşları evə gəldikdən bir-iki saat sonra onları idarəyə aparmışlar. İkinci dəfə evə təxminən bir saat yarımdan sonra gəlmişlər. İdarədəki çəkiliş gündüz olmuş, 2-ci dəfə evə onlarla bir yerdə 3 nəfər polis işçisi, vəkillər və tərcüməçi gəlmişdir. Qayıdanda artıq hava qaralmışdır. Evdə onun 100 manat pulu, bundan başqa Farzinin 240 manat pulu olmuşdur. 1700 manat isə dostunun əmisi oğlunun təhsil haqqı olmuşdur. Həmin pulu İrandan gələn zaman gətirmiş, amma o gəlib götürməmişdir. Narkotik vasitəni tutulmamışdan iki gün qabaq almış, birlikdə istifadə etmişlər. Bildiyinə görə narkotik vasitə üçün ümumilikdə 400 manat ödənilmişdir. Amma 400 manata nə qədər narkotik vasitə düşdüyünü dəqiq bilmir. Narkotik vasitənin bir dəfə istifadəsi üçün təxmini 2 qramı bir siqarət üçün bəs olmuşdur. Şirəli adlı polis əməkdaşı evdə Ataya qarşı fiziki təzyiq göstərmiş, Farzini o biri otağa aparıb ayağına zərbə vurmuşdur. Onları da ya bununla razılaşmalı olduqlarını, ya da boyunlarına daha çox narkotik vasitəni qoyulacağı ilə hədələmişlər. Məhkəmədən barəsində ədalət qərar qəbul edilməsini, ad günü ilə bağlı yalnız çəkmək üçün çox az miqdarda marixuana əldə etməsinin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs X44 ibtidai istintaq zamanı verdiyi oxşar məzmunlu ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, istintaqa ilkin olaraq verdiyi ifadəni təsdiq etmir. Hadisədən 27 gün əvvəl Bakı şəhərinə təhsil almaq üçün gəlmişdir. İlk dəfə idi ki, Bakı şəhərinə gəlmişdir. Hadisə günü saat 12 radələrində onlar təzəcə yuxudan oyanmışdılar ki, o, həmin vaxt qapının döyüldüyünü eşitmiş və Farzinin qapını açdığını görmüşdür. İlk əvvəl qaldıqları mənzilə 2 nəfər şəxs daxil olaraq polis əməkdaşları olduqlarını bildirmişlər. Onlardan birinin adı Şirəli olmuşdur. Ondan yerində dayanmasını tələb edib əlindən mobil telefonunu almışlar. Bundan sonra evdə olan hamı, yəni tələbə yoldaşları Pouya, Ata və Farzini otaqda olan divana oturtmuşlar və Şirəli mobil telefonunda onların adlarının olduğunu deyib tələbə yoldaşlarının adlarını çəkməyə başlamışdır. Lakin həmin siyahıda onun adı olmamışdır. Bundan sonra onlar evi axtarmağa başlamışlar. Bu vaxt onlar yerdən hazır siqaretə doldurulmuş halda olan marixuana və televizorun alt hissəsindən bir büküm marixuana tapmışlar. Farzin həmin maddənin özünə məxsus olduğunu, istifadəsi üçün aldığını bildirmişdir. Şirəli nəşənin elə bir şey olmadığını, onlarda olan ayrı bir şey gətirməli olduğunu demiş, onlar isə başqa heç bir şey olmadığını demişlər. Həmin vaxt onlar evdə axtarış aparmağa başlamışlar, amma heç bir şey tapa bilməmişlər. Bundan təxminən iki saat sonra onları Baş İdarəyə aparıb Şirəlinin otağına salmışlar. Həmin ora bir nəfər şəxs də gəlmiş, sonradan məlum olmuşdur ki, o, çəkilişi aparan şəxsdir. Onlara dedikləri qaydada hərəkət etsələr, heç bir problem olmayacağını bildirmişlər. Bundan əvvəl Şirəli otaqda onlara qışqırmış, onları döyəcəyi və işgəncə verəcəyi ilə hədələmişdir. Onlar qorxudan, həm də sonradan onlarla danışan şəxsin sözlərinə inanaraq onların dediyi formada hərəkət etmişlər. Vəkillərin gələcəyini, çəkiliş olacağını, çəkilişdən əvvəl isə onlara gedişatın hansı formada olacağını onlara şifahi olaraq izah etmişlər. Onlar da heç bir şey deməmişdir. Daha sonra onları Şirəlinin otağına gətirmişlər, Şirəli hər birinə bir büküm marixuana vermiş, ciblərinə qoyub çəkiliş vaxtı təqdim etməli olduqlarını bildirmişdir. Həm qorxudan, həm sonradan onlara yaxınlaşan şəxsə inandıqlarından, həm də vəkilləri ilə məsləhətləşməyə imkanları olmadığından məcbur qalıb razılaşmışlar. Çəkiliş vaxtı həmin bükümlərin onlara məxsus olduğunu bildirmişlər. Çəkiliş qurtardıqdan sonra təxminən saat 17 radələrində onları Baş İdarədən çıxararaq Bakı şəhərində qaldıqları evə gətirmişlər. Evin açarlarını onlardan almışlar. Evə çatanda blokda dayanıb çəkilişə başlamışlar. Çəkilişi aparan şəxs yenidən onlara nə deyəcəklərini izah etmiş, işlərinin rahat olmasını istəyirlərsə, onun dediklərini etməli olduqlarını bildirmişdir. Evə keçən zaman içəridəki otaqda masanın üzərinə qara sellofanda marixuana qoymuş və demişdi ki, çəkiliş vaxtı həmin maddənin onlara məxsus olması barədə ifadə versinlər, işləri yüngül olacaq. Bundan sonra çəkiliş başlanmış və onun dediyi formada hərəkət etmişlər. Baş idarədə gecə qalan zaman onları səhəri gün buraxacaqlarına dair vəd verərək aldatmışlar. Saxlanılarkən və sonrakı vaxtlarda ona qarşı hər hansı fiziki zor tətbiq edilməmişdir, lakin Şirəli onu böyük şiddətlə hədələmişdir (cild 3, iş vərəqə 248-250). Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X54 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 17 yanvar 2023-cü il tarixində saat təxminən bir radələrində o və qardaşı yaşadıqları mənzildə yatdıqları zaman Baş Narkotiklərlə Mübarizə İdarəsinin iki əməkdaşı qapını döymüşlər. Əmisi oğlu qapını açdıqdan sonra onlar evə daxil olmuş, onu və qardaşını yuxudan oyatmış və özlərinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirdikdən sonra evdə axtarış və baxış tədbirləri keçirmişlər. Stolun üstündə Farzinin on gün qabaqcadan onlara tanış olmayan Araz adlı şəxsdən əldə etdiyi 100 qram marixuanadan təxminən 40 və ya 50 qram qalmışdı. Marixuananın stolun üstündə qalmağının səbəbi o olmuşdur ki, bir gün əvvəl, yəni 16 yanvarda qardaşının ad günündə həmin marixuanadan istifadə etmişlər, qalanı isə stolun üstündə qalmışdır. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının əldə etdikləri marixuana yalnız stolun üstündə olan marixuana olmuşdur. Daha sonra mənzilin otaqlarına baxış keçirilmiş, onun və qardaşının otağından 200 dollar, Farzinlə Əliyə məxsus otaqdan 340 manat və digər otaqdan əmisi oğlu Əmirə məxsus olan, təhsil aldığı universitetə ödəməli olduğu 1720 manat pulu götürərək istintaqdan sonra qaytaracaqlarını bildirmişlər. Daha sonra 3 nəfər əməkdaş evə daxil olmuş və yenidən evə axtarış və baxış tədbiri keçirmişlər. Bundan sonra iki əməkdaş evdə qalmış, digər üç əməkdaş isə iki maşınla onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışdır. Orada Anar adlı şəxs özünü təhqiqatçı kimi təqdim edərək “sizdə az miqdarda marixuana olub, dediklərimi edin, sizə köməklik edəcəm” demişdir. Bundan sonra ona və qardaşına bir büküm, Əliyə bir büküm, Farzinə isə iki büküm marixuana verərək bildirmişdir ki, “bükümləri çəkilişdə təqdim edib nə desəm, təsdiq edəcəksiniz”. Həmçinin çəkilişin rəisə təqdim olunacağını və orda da qalacağını söyləmişdir. Çəkilişdən qabaq vəkili bükümlərin onların olub-olmadığını soruşmuş, o da bükümlərin onların olmadığını bildirmişdir. Həyəcanlanıb ağladığı vaxt iki əməkdaş onu digər otağa apararaq sabaha kimi onları buraxacaqlarını bildirmişlər. Daha sonra Anar adlı təhqiqatçı otağa daxil olaraq “nə deyirəmsə, qulaq asın, yaxşı olacaq” demişdir. Təxminən saat 7-8 radələrində əməkdaşlar və vəkillərlə birlikdə yaşadıqları evə gəlmişlər və evdə bir daha çəkiliş olacağı bildirilmişdir. Çəkilişin səbəbini soruşduqda əməkdaşlardan Şirəli çiyninə yumruqla vuraraq “elə eləməyin ki, çəkilişlə evdən külli miqdarda narkotik çıxardaq” demişdir. Daha sonra təhqiqatçı Anar öz çantasından 1 büküm marixuana çıxardaraq stolun üstünə qoymuş və onlara bildirmişdi ki, çəkiliş zamanı onlara “bu sizindir?” deyə sual verildikdə təsdiq etsinlər. Yenidən bu bükümlərin onlara aid olmadığını bildirsələr də, əhəmiyyət verilməmişdir. Buna görə məcbur olub razılaşmışlar. Həmçinin, təyin olunan vəkillər də onlara heç bir köməklik göstərməmişlər. Çəkilişdən sonra yenidən Baş Narkotiklərlə Mübarizə İdarəsinə qayıtmışlar. Sonra təxminən gecə 1-2 radələrində onu aldadaraq vəkil və tərcüməçi olmadığı halda sənədləri oxutdurmadan hansısa sənədlərinə qol çəkdirərək sabah məhkəmədə yüngül pul cəriməsilə çıxacağını bildirmişlər. Azərbaycan qanunvericiliyini bilmədiyi üçün aldanmışdır. Məhkəmədən etdiyi yalnız əmələ görə cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs qismində dindirilmiş X54 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, mənzildə tərəzi olmamışdır. Əldə etdikləri narkotik vasitədən təqribən yarısını istifadə etmişlər. Narkotik vasitənin əldə edilməsi üçün telefonla Fərzin danışmışdır. Narkotik vasitəyə görə 400 manat pul ödəmişlər. Mənzildə masanın üzərində olan bir bükümdən başqa heç nə olmamışdır. Onlara fiziki və psixi təzyiqlər olmuş və qorxmuşdur. Ona vəkil təqdim edilsə də, vəkil ona yardım etməmişdir. Təqsirləndirilən şəxs1 tanımamışdır. Təqsirləndirilən şəxs X54 ibtidai istintaq zamanı verdiyi oxşar məzmunlu ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, istintaqa ilkin olaraq verdiyi ifadəni təsdiq etmir. Belə ki, hadisə baş verən gün sözügedən ünvanda yerləşən və müvəqqəti olaraq qeydiyyatda olduqları mənzildə qardaşı Pouya, əmisi oğlu Farzin və tələbə yoldaşı Alı ilə birlikdə olmuşdur. O, konkret olaraq həmin vaxt, saat təxminən günorta radələri olardı, otağında qardaşı ilə birlikdə yatmışdı. Otaqlarına adını sonradan bildiyi Şirəli adlı polis əməkdaşı daxil olub onları oyatmışdır. Onlar evə icazəsiz daxil olub özlərinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Orada Şirəlidən əlavə əvvəl təxminən iki nəfər, daha sonradan isə əlavə üç nəfər şəxs gəlmişdir. Onlar evdə icazəsiz axtarış etməyə başlamış, evdən, konkret olaraq isə Farzinin yatdığı otaqdan təxminən bir kibrit qutusunun tutumu qədər olan - 2 qram miqdarda narkotik vasitə marixuana aşkar etmişlər. Onunla qardaşı Pouyanın bu maddə barədə xəbəri olmamış, Farzin onlara bir şey deməmişdir. Bundan əlavə, otaqların birindən onlarla birlikdə həmin evdə qeydiyyatda olmasına baxmayaraq, orada faktiki yaşamayan qohumuna məxsus 1 720 manat məbləğində pulu tapıb “şübhəli pul” kimi bildirib xüsusi zərfdə qablaşdırıb götürmüşlər. Onun otağından 200 ABŞ dolları, Farzinin otağından 360 manat, Alının otağından 150 manat pul tapmışlar və həmin pulları onlara məlum olmayan formada götürmüşlər. Bundan sonra dördünü də müşayiət altında Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar, onlara bir nəfər şəxs yaxınlaşaraq tələbə olduqlarını bildiyini, dediklərini etməyəcəkləri təqdirdə problemlər olacağı, Baş İdarədə xüsusi işgəncə otağının olduğunu, lazım gəlsə, orada döyərək müxtəlif işgəncələr veriləcəyi ilə hədələmişdir. İlk tələbi bundan ibarət olmuşdu ki, hər birinin cibinə marixuana qoyularaq çəkilişlə baxış keçiriləcək və hər biri həmin maddəni təqdim etməlidir. Bu vaxt onların dediyi ilə razı olmamış, stressdən ağlamağa başlamış, həmin maddənin ona məxsus olmadığı halda bunu edə bilməyəcəyini demişdir. Bu zaman Şirəli adlı əməkdaş ona yaxınlaşaraq yumruqla onu çiyin nahiyəsindən vuraraq daha şiddətlə döyəcəyi və daha ağır işgəncəyə məruz qala biləcəyilə hədələyib deyilənləri icra etməyini tələb etmişdir. Bu zaman orada olan, lakin adını xatırlamadığı, videoçəkilişdə danışan uca boylu əməkdaş ona yaxınlaşaraq heç nədən narahat olmamasını, onlara köməklik edəcəyini, həmin videoçəkilişin guya özlərində qalacağı ilə onları aldatmış, hamısını razı salmışdır, bu videonun onlara heç bir problem yaratmayacağı deyilmişdir. Buna görə də onlar razılaşmış, çəkilişdə dedikləri qaydada hərəkət etmiş və hər birinin qabaqcadan ciblərinə qoyulan bir büküm marixuananı təqdim edərək guya özlərinə məxsus olmasını bildirmişlər. Daha sonra bildirilmişdir ki, evə gedilməli və orada da videoçəkiliş aparılmalıdır. Onlar həmin tərkibdə yenidən qaldıqları mənzilə yollanmışlar, mənzilə çatanda polis əməkdaşlarından biri özü ilə gətirdiyi çantadan bir ədəd sellofan bağlamanı çıxarıb mənzilin zalında olan masanın üzərinə qoymuş, evdə də çəkiliş aparılmalı olduğunu, çəkiliş vaxtı masanın üzərində olan maddənin onlara məxsus olması barədə şifahi izahat verməli olduqlarını demişdir. Əvvəlcə bunu qəbul etməmiş, deyilənlərlə razı olmayaraq evdə yalnız təxminən 2 qrama yaxın marixuananın bir qədər əvvəl aşkar olunduğunu demiş və niyə bu qədər çox miqdarda maddə ilə onları yükləmələri ilə maraqlanmışdır. Bu vaxt onlara başqa əməkdaş yaxınlaşaraq deyilən qaydada hərəkət etmədikləri təqdirdə onlar üçün problem yaradılacağı, lazım olsa, işgəncə veriləcəyi ilə hədələmişdir. Bu çəkilişin özlərinə lazım olduğunu, onları çəkilişdən sonra azad edəcəklərini bildirmişlər. Onlar da inanaraq çəkiliş zamanı evdən aşkarlanan 700 qram çəkidə marixuananın guya onlara məxsus olmasını deməyə məcbur olmuşlar. Sonra onlar Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmış, bir gecə orada qalmışlar. Çəkiliş aparan şəxs onları bir-bir otağa salaraq hər şeydən xəbərdar olduğunu və heç nədən narahat olmamağı tövsiyə edərək çoxlu sayda sənədlərə onlara imza etdirmişdir. O, həmin vaxt vəkilinə həmin maddənin onlara məxsus olmamasını demiş, vəkil isə yalnız istifadəçi olduğunu bildirməyini tövsiyə etmişdir. Bütün bunlardan sonra gecə saatlarında Baş Narkotiklərlə Mübarizə İdarəsində çəkilişi aparan şəxs ona çoxlu sayda sənədləri imza etdirmiş, oxumağa imkan verməmiş, ən pis halda qardaşı ilə onu narkotik maddə istifadəçisi kimi 500 manat məbləğində cərimələyəcəklərini deyərək aldatmışdır. Mobil telefonunu evdə əlindən alıb Baş İdarədə çəkiliş vaxtı özünə geri qaytarmışlar ki, çəkiliş vaxtı təqdim etsin. Həmin vaxt telefonunda ***-***-**-** saylı GSM nömrə olmuşdur. Sənədləri imzaladığı, ifadə verdiyi zaman tərcüməçi orada olmasa da, videoçəkiliş vaxtı orada iştirak etmişdir. Saxlanılarkən onu yalnız bir dəfə Şirəli çiynindən yumruqla vurmuş, onları işgəncə ilə hədələyib qorxutmuşlar. Lakin hər hansı xəsarət almamışdır (cild 3, iş vərəqə 254-256). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. İşlədiyi idarəyə bu şəxslər barədə məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün Baş İdarə rəhbərliyinə raportla məruzə edilib əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bununla bağlı qərar qəbul edilmiş və o da əməliyyat qrupunda iştirak etmişdir. 17 yanvar 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirləri zamanı həmin şəxslərin piyada hərəkət etdiyini görüb onlara yaxınlaşaraq, özlərini həmin şəxslərə təqdim etmişlər. Şəxsiyyətini müəyyən etdikdən sonra narkotik vasitələri qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi və Bakı şəhərinin Nəsimi rayonunun ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli olduqları bildirilmiş və onlar Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuşlar. Saxlanılmış şəxslərin İran İslam Respublikasının vətəndaşları olduqları üçün onlara fars dilindən tərcüməçi və vəkillər təyin edilərək dəvət edilmiş, sonra barələrində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Sonra «Şəxsi axtarış və götürmə aparılması haqqında» qərarla tanış olmuşlar, bu şəxslərin etirazı olmamışdır. X67 əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf selofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddəni təqdim etmiş, sonra Pouya Malekinin üzərinə şəxsi axtarış aparılmış, onun əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə olan qurudulmuş yaşıl rəngli ota bənzər, zahirən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə kütlə, sonra Pouya Malekidən aşkar edilmiş maddə elektron tərəzidə çəkilərək qablaşdırılıb götürülmüş, bundan sonra X57 Jafarın üzərinə şəxsi axtarış keçirilmiş, onun əynindəki gödəkçəsinin sol yan cibindən iki ədəd şəffaf sellofan bükümdə olan yaşıl rəngli qurudulmuş ota bənzər zahiri görünüşdən narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə kütlə aşkar edilmişdir. X62 üzərinə şəxsi axtarış keçirilmiş, o əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə olan yaşıl rəngli qurudulmuş ot formasında olan zahirən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, habelə əynindəki gödəkçənin sol iç cibindən bir ədəd mobil telefonu çıxarıb təqdim etmişdir. Əlavə üzərində heç bir qanunsuz maddə və predmet olmadığını bilmişdir. Daha sonra təqdim etdikləri bükümlər elektron tərəzidə çəkilərək qablaşdırılıb götürülmüşdür. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra onların yaşadıqları ünvana yollanmışlar, mənzildə masanın üzərindən bir ədəd sellofan torbada olan qurudulmuş yaşıl ot formasında olan zahiri əlamətləri ilə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddəni və iki ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Bundan əlavə, masanın üzərində yerləşən fincanın içərisindən 1727 manat məbləğində pul aşkar edilib götürülmüşdür. Qeyd olunanlar barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdı. Məlumat satış barədə daxil olsa da, bu barədə hər hansı sübut toplaya bilməmişdirlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 verilən suallara cavab olaraq göstərdi ki, şəxsi axtarış və götürmə keçiriləndə, o da iştirak etmişdir. Təqsirləndirilən şəxslərə qarşı təzyiq və təsir olmamışdır. Vəkil və digər əməkdaşlar da iştirak edirdi. Şəxslər piyada hərəkətdə olarkən saxlanılıb, onların mənzilinə daxil olmamışlar. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Şahid5 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi və məhkəmədə ona verilən suallara cavab olaraq göstərdi ki, 4 nəfərə narkotik verən şəxs tutulmuş, lakin onların həmin narkotik vasitəsi satması ilə bağlı araşdırma ona həvalə olunmadığı üçün maraqlanmamışdır. İstintaq zamanı verdiyi ifadəni təsdiq edir. O şəxslərə qarşı təzyiq göstərilməmişdir. Əməliyyat məlumatı Tibb Universitetində İran İslam Respublikasının vətəndaşlarının narkotik vasitənin qanunsuz satışı ilə məşğul olması barədə daxil olmuşdu. Eyni gündə evə baxış keçirilmiş və videoçəkilişdən istifadə olunmuşdur, həmin vaxt evdə həm də əməliyyat qrupunun üzvləri də olmuşur. Təqsirləndirilən şəxs1 tutulmasında iştirak etmiş, onu evində qapısının yanında saxlamışlar və nə aşkar olub bildirmişdir. Saxlanılarkən onlara hüquq və vəzifələri izah olunmuşdur. Hal-hazırda narkotik vasitəni bilavasitə bu şəxslərin kiməsə satması, verməsi barədə məlumat yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3, Şahid4 Şahid5 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, 18 yanvar 2023-cü il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumatda xx.xx.1971-ci il təvəllüdlü, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Qarayev küçəsində yerləşən fərdi tikilidə yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrlə məşğul olması barədə məlumat daxil olduğu və əməliyyat tədbirinin keçirilməsinə icazə verildiyi üçün Baş İdarənin şəxsi heyətindən əməkdaşlar ayrılaraq əməliyyat qrupu yaradılmışdır. 19 yanvar 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 01:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Qarayev küçəsində yerləşən fərdi yaşayış evinin yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs1 bənzər şəxsin piyada hərəkət etdiyini görüb həmin şəxsə yaxınlaşaraq, xidməti vəsiqələrini göstərib özlərini həmin şəxsə təqdim etmişlər. Bundan sonra həmin şəxsin şəxsiyyəti barədə sorğu etmişlər və şəxs özünü onlara təqdim edərək Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdi. Bundan sonra Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitə və psixotrop maddələri qanunsuz olaraq satış məqsədi ilə əldə etməklə, dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirmiş və beləliklə də həmin şəxsi Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Bundan sonra saxlanılmış şəxsin paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sağ yan cibindən bir ədəd bükümdə olan yaşıl rəngli qurudulmuş ot formasında olan və zahiri əlamətlərinə görə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə kütləsini, həmin şalvarın arxa sağ cibindən bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı sonuncunun əynindəki şalvarın sol yan cibindən bir mobil telefon, bir ədəd açar və özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar olunmuşdu. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, üzərindən aşkar edilmiş bir bükümdə olan maddəni İran İslam Respublikası vətəndaşı olan “Hüseyn” adlı şəxsin vasitəsilə 5 gün əvvəl Bakı şəhərinin Binəqədi rayonu ərazisində vəd edilən narkotik vasitə müqabilində deyilən ünvana yerləşdirmək məqsədi ilə əldə etmiş və həmin maddədən yaşadığı ünvanda da olduğunu qeyd edərək təqdim edə biləcəyini bildirmişdi. Təqsirləndirilən şəxs1 yaşadığı sözügedən evə baxış keçirilməsinə etiraz etmədiyi üçün elə həmin vaxt onun yaşadığı evə videoçəkiliş tətbiq edilməklə baxış keçirildi. Bu vaxt Təqsirləndirilən şəxs1 onları həmin evin aşağı mərtəbəsində yerləşən otağına apararaq orada xüsusi işıqlanma sisteminin altında dörd ədəd dibçəkdə zahiri əlamətinə görə narkotik vasitə marixuana kollarına oxşar bitkilərin olması müəyyən olundu. Bundan başqa, Təqsirləndirilən şəxs1 həmin otağın künc tərəfindən bir ədəd sellofan torbanın içərisində olan yaşıl rəngli qurudulmuş formada olan və zahirən narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər maddə kütləsini təqdim etmişdir. Aşkar edilərək götürülmüş kollar və maddələr barədə sorğu edilərkən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin bitkilərin toxumlarını təxminən iki ay əvvəl taparaq öz şəxsi istifadəsi məqsədi ilə əkmiş, torbada olan maddəni isə 5 gün əvvəl Binəqədi rayonu ərazisindən “Hüseyn” adlı İran İslam Respublikasının vətəndaşının vasitəsilə verəcəyi narkotik vasitə müqabilində həmin maddələri deyilən zamanlarda lazım olan çəkilərdə müəyyən ünvanlara yerləşdirmək məqsədi ilə özündə saxladığını qeyd etmişdi. Bundan başqa, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin maddədən “Hüseyn” adlı şəxsin göstərişi ilə iki nəfər tələbəyə verib. Həmin vaxt bizə məlum oldu ki, bir qədər əvvəl Bakı şəhərinin Nəsimi rayonu ərazisində saxlanılmış İran İslam Respublikasının vətəndaşı olan tələbələrin bildirdiyi kimi gəlib Binəqədi rayonu ərazində narkotik maddə götürdükləri şəxs elə məhz Təqsirləndirilən şəxs1dur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 verilən suallara cavab olaraq göstərdi ki, istintaqda verdiyi ifadəni təsdiq edir. Şahid1 ilə birgə iştirak etmişdir. Ünvana baxış keçirdiyi zaman saat dəqiq yadında deyil, ancaq gecə vaxtı idi. Narkotik vasitə evin zirzəmisində aşkar olunmuşdu. Şəxs saxlanıldıqdan sonra özlərini təqdim etmiş, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Şəxs müdafiəçi ilə təmin olunduqdan sonra üzərinə şəxsi axtarış, daha sonra isə yaşadığı mənzilə baxış keçirilmişdir. Şəxs Binəqədi rayonu ərazisində yaşayıb, mənzilinə 2-3 saat sonra gedilib. Ünvana baxış keçirilən zaman təhqiqatçı və müdafiəçi də iştirak etmişdir. Şəxslərə qarşı heç bir təzyiq olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxslər X44 və X54 arasında, X44 və X12 arasında, X44 və X43 arasında, X54 və X12 arasında, X54 və X43 arasında, X43 və X12 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birilərinin üzünə qarşı deyərək təsdiq etmişlər (cild 2, iş vərəqə 154-183). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ilə təqsirləndirilən şəxslər X12 və X44 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs1 X11 və X34 əyani olaraq tanıyaraq narkotik vasitəni onun qoyduğu yerdən götürməyə həmin şəxslərin birlikdə gəldiklərini onların üzünə qarşı deyərək ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir (cild 1, iş vərəqə 71-76). Şəxsi axtarış və götürmə aparılması haqqında 19 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və arxa sağ cibindən bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş kütlənin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Hüseyn” adlı şəxsin vasitəsi ilə 5 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Hüseyn” adlı şəxsin ona istifadəsi üçün narkotik vasitə verəcəyini, Bakı şəhəri Binəqədi rayonu ərazisində yaşadığı evdə narkotik maddə olduğunu, həmçinin çətənə kolu əkdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmiş və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 34-36). Evə baxış keçirilməsi və götürmə aparılması haqqında 19 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Qarayev küçəsində yerləşən nömrəsiz fərdi evə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, dövriyyəsi qanunla qadağan edilmiş və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər varsa, könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs1 evdə zirzəmidə xüsusi hazırlanmış, işıqlandırılmış yerdən 4 (dörd) ədəd çətənə bitkisinə bənzər kolları və 1 (bir) ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq kolların və maddənin özünə məxsus olduğunu, çətənə kollarının toxumunu taparaq 2 ay bundan əvvəl öz istifadəsi üçün əkdiyini, qurudulmuş marixuananı tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Hüseyn” adlı şəxsin vasitəsi ilə 5 gün bundan əvvəl Bakı şəhəri, Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Hüseyn” adllı şəxsin ona istifadəsi üçün narkotik vasitə verəcəyini, əldə etdiyi narkotik vasitədən birinin adı “Farzin” olmaqla iki nəfər İran İslam Respublikasının vətəndaşına narkotik vasitə çatdırdığını, həmin şəxsləri görsə, tanıya biləcəyini bildirmişdir. Evə baxış keçirilməsi və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 44-46). Məhkəmə-bioloji ekspertizasının 19 yanvar 2023-cü il tarixli 7/71 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs1 götürülmüş bir ədəd sellofan bükülüdə təmiz çəkisi 10,881 qram və bir ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 2038,0 qram olan bitki mənşəli maddələr tərkiblərinə görə eyni olub narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 2048,881 qramdır. Aşkar edilmiş ümumi sayı dörd ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 65,0 qram olan bitkilər tərkiblərinə görə eyni olub, əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Təqdim edilmiş bir ədəd elektron tərəzidə bitki mənşəli narkotik maddələrin qalıqları yoxdur. Ekspert tədqiqatından sonra marixuananın qalıq çəkisi 2047,831 qram, 4 ədəd çətənə (kannabis) bitkisinin qalıq çəkisi 64,8 qram təşkil etmişdir (cild 1, iş vərəqə 53-57). 19 yanvar 2023-cü il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda evin zirzəmisində aşkar olunmuş 4 ədəd çətənə bitkiləri plastik qablarda əkilmişdir. Həmin bitkilər tərkibində narkotik maddələr olan çətənə bitkiləridir, bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir, dibləri yumşaldılmış, mütəmadi olaraq suvarma və digər kultivasiya işləri aparılmışdır. Aşkar edilmiş çətənə bitkiləri kökü ilə birlikdə plastik qablarda götürülmüş və qablaşdırılmışdır (cild 1, iş vərəqə 47). Mobil telefon aparatına baxış keçirilməsi haqqında 10 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon aparatına baxış keçirilən zaman cihazın daxili yaddaşında çoxsaylı kontaktların, o cümlədən adı “Hüseyn Hus” kimi qeyd olunmuş +**********40 saylı, “Mehtu” kimi qeyd olunmuş +**********41 saylı, “Wahbuz” kimi qeyd olunmuş +**********75 saylı İran İslam Respublikasına məxsus olan GSM nömrəli kontaktların, müxtəlif fotoşəkil və video faylların olması müəyyən edilmişdir. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Heybət Həsənovun istifadəsində olan ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş “WhatsApp” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqi vardır. Həmin mobil tətbiqin “söhbətlər” bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1 çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuşdur. Konket olaraq isə adı kontaktlar siyahısında “Hüseyn Hus” kimi qeyd olunmuş +**********40 saylı İran İslam Respublikasına məxsus nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində həmin abunəçinin Təqsirləndirilən şəxs1 18 yanvar 2023-cü il tarixdə “...yarım dənəni tullatdırım gəlib götürsünlər” səsli mesajına Təqsirləndirilən şəxs1 “indi alınmaz, sabah axşam atarıq qaqaş, sabah şey eliyim axşam atarıq” səsli mesaj yollamışdır. Buna cavab olaraq həmin abunəçi Təqsirləndirilən şəxs1 “qurbanın olum qardaş, o sənə də 100 dənə torpaq demişdime...dalğaya indi gəlib çıxmışam, internetə, zəng edirəm götürmür..lapdan alınsa atıracağam sənə, mənə ümidli olma, istirahətivi elə, lapdan okey olsa səna deyəcəm” səsli mesaj yollamışdır. Bundan başqa müəyyən edilmişdir ki, adı “Mehtu” kimi qeyd olunmuş +**********41 saylı İran İslam Respublikasına məxsus nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində Təqsirləndirilən şəxs1 həmin istifadəçiyə 09 yanvar 2023-cü il tarixdə “Mehdi, 50 dənə torpaq, 10 dənə daş şey elə...pul 900 manatdı...əskikliyini də vuracam birazdan..düzəlir pulum”, 10 yanvar 2023-cü il tarixdə “axşamın xeyir olsun, necəsən Mehdi, canın-başın?eşidirsən məni brat, Binəqədiyə atılacaq da bugun də?...50 dənənin pulu hələki nağd var da indi, saat neçə üçün pulu vuracam onu de mənə yenə də düzəldirəm deyəcəm sənə..Binəqədiyə atdıracaqsan haa...”, 17 yanvar 2023-cü il tarixdə həmin abunəçinin Təqsirləndirilən şəxs1 “Salam əmican necəsən? nə lazım olacaq sənə? Binəqədidə olmayacaq ha, Bakının içində olacaq” gödərdiyi səsli mesajına sonuncu “Mehdi bax 15 dənə daş lazımdı...hardasa 800 manat pulum var da..imkan varsa 50 dənə də torpaq vur, sabah qapanı da vurum pulun, çünki hər gün gedib götürmək rasxoddu mən u m üçün, gör imkan varsa həll edək, yoxdusa 800 manat pula 15 dənə daş ver, qalana da nə düşür torpaq bağla” səsli mesaj yollamışdır. Həmin danışıqdan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 ona deyilən yerdən, konkret olaraq isə Bakı şəhərinin Neftçilər metrosu ətraflarına yollanaraq ona göndərilmiş şəkillər və səsli mesajla izahı verilmiş ünvana gedərək oradan danışıqlardan məlum olduğu kimi 15 qram metamfetamin və 35 qram heroin götürərək əldə etmişdir. Bundan başqa, baxış zamanı adı kontaktlar siyahısında qeyd olunmayan ***-***-**-** saylı GSM nömrədən qeydiyyadan keçmiş istifadəçinin 17 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 “Heybət salam qaqaş necəsən nə var nə yox..ay böyük qaqaş daşın olmaz? Çəkmək istəyirdimə daş..mümkünürsə...” səsli mesaj yollaması məlum olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs1 məxsus olan həmin “Samsung” markalı mobil telefonu iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir. (cild 1, iş vərəqə 135-136). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının 22 fevral 2023-cü il tarixli 2397 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 arxiv məlumatına görə 12 fevral 2010-cu il – 27 fevral 2010-cu il tarixlərdə adı göstərilən xəstəxanada stasionar müalicədə olmuşdur (cild 1, iş vərəqə 137). Komisyon ambulator məhkəmə-psixiatrik ekspertizasının 03 iyul 2023-cü il tarixli 1803 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur və hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır (cild 3, iş vərəqə 4-7). Məhkəmə-bioloji ekspertizasının 08 fevral 2023-cü il tarixli 7/115 nömrəli rəyindən görünür ki, X44, X12, X54, X20 və Təqsirləndirilən şəxs1 götürülmüş marixuanalar tərkiblərinə görə eynidirlər. Ekspert tədqiqatından sonra marixuanaların qalıq çəkisi 722,246 qram və 2047,731 qram təşkil etmişdir (cild 1, iş vərəqə 155-158). Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında 08 may 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli AZF/LGL- 6269/23 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsinə aid 20 yanvar 2022-ci il tarixdən 20 yanvar 2023-cü il tarixədək olan müddət ərzində ələ keçirilmiş məlumatlara baxış zamanı Təqsirləndirilən şəxs1 qəbul etdiyi qısa SMS-lərin içərisində ***- ***-**-** GSM nömrənin abunəçisinin xx.xx.2022- ci il tarixdə tarixdə “4098 5844 6717 7646, imkan varsa 500 vur gələndə reşat edərik, LEO bank”, ***-***-**-** GSM nömrənin abunəçisinin müxtəlif tarixlərdə “Axsamun xeyir emi Azerdi temadaliyca gelmisem birez gec oldu sa ba insalla zeng vurub gelicem...Emi sen basva donum kime yigram diyirki axsam vererem axsAmada qalsa ozum goturcemde onsuz ele indi danisdim o yannan didiki arxayin ol axsam hell eliycem genede maraglancamda emi neqeder tapsam goturub yigcam seni tapmasamdaki axsama didiki arxayin ol...Emi salam necesen cansecun oyan mennen pul gozduyur basvadonerem pulu goturum pulun di mey olarki coxsuda sendedi hemde emi cox yiglibe sende pul”, ***-***-**-** GSM nömrənin abunəçisinin müxtəlif tarixlərdə “Axsam basma oyun acıblar tuxda mal atmisdlar tezden qaytarmisam ki bunediye cekmey olmur zeherdi helebil axrda emi danismisam axsamusdu bidefemliy cox atddrcamki rahat ismizi gorebiley indi durdumemi bideozme gelim gelerem yanva rahat sobet eliyeriy... +**********41”, 077- ***-**-** GSM nömrənin abunəçisinin xx.xx.2022-ci il tarixdə “Emi yari yoldan qayiddim patrul diyanmisdi yeke evin padyomunda donmedim yuxari yatmiram sehere yaxin gorusey”, ***-***-**-** GSM nömrənin abunəçisinin müxtəlif tarixlərdə “Qaqa sene Qurban cox gecə olmamis alindirsan mene dedə cunku gecə colə cixabilmirəm sabahda səhər qaqas yigmalidi...Qaqaş bu təzə nömrədi, görürəm izmendəsən qaqa narahat olma, nəsə birşey olsaydı mən sənə heçnə deməzdim”, ***-***- **-** GSM nömrənin abunəçisinin müxtəlif tarixlərdə “HEYBET ALİNMİR BİRSOZ DİDE MAWİNİ BURAXİM GETSİN YA QALSİN... Ay qaqaw 5 dene ko lazimdi” mətnli qısa yazışmaların Heybər Abbasova göndərmələri məlum olmuş. Bundan başqa, Heybər Abbasovun öz növbəsində ***-***-**-** GSM nömrənin abunəçisinə xx.xx.2022-ci il tarixdə “**********893187 leobank abasov heybet”, ***-***-**-** GSM nömrənin abunəçisinə xx.xx.2022-ci il tarixdə “4098- 5844-6489-3187”, ***-***-**-** GSM nömrənin abunəçisinə xx.xx.2022-ci il tarixdə “40 98 58 44 68 99 90 97” və ***-***-**-** GSM nömrənin abunəçisinə xx.xx.2022-ci il tarixdə “68999097 leo bank Abbasov Heybet” mətnli mesajlar yazması məlum olmuşdur. Bundan başqa, baxış zamanı məlum olmuşdur ki, araşdırılan dövr ərzində Təqsirləndirilən şəxs1 bir neçə dəfə olaraq, konkret olaraq isə 18.1 D. 2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə müvafiq olaraq İran İslam Respublikasına məxsus olan +**********07 və +**********41 saylı GSM nömrələrlə zəngli əlaqə saxlamışdır. Baxış zamanı müəyyən edilmiş sübut əhəmiyyəti kəsb edən məlumatları özündə əks etdirən həmin bir ədəd CD disk maddi sübut kimi tanınaraq və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 160-161). Şəxsi axtarış və götürmə aparılması haqqında 17 yanvar 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin köçürüldüyü bir ədəd diskdən görünür ki, şəxsi axtarış zamanı X54, X43, X12 və X35 hər birinə ayrı-ayrılıqda olmaqla paltarlarında, əşyalarında və bədənlərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü təqdim etmələri təklif edilmiş, bundan sonra X54 əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd açıq yaşıl rəngli, narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütləni, X43 əynindəki qara rəngli gödəkçənin sağ cibindən 1 (bir) ədəd açıq yaşıl rəngli, narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütləni, X12 əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 2 (iki) ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri, X45 əynindəki qara rəngli gödəkçənin sağ yan yan cibindən 1 (bir) ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etmişlər. Şifahi sorğu zamanı X44, X54, X12 və X43 üzərilərindən aşkar olunmuş kütlələrin onlara məxsus olduğunu, həmin kütləni birlikdə 600 manat pul toplayaraq X36 verməklə əldə etdiklərini, ünvan 6 ünvanında narkotik vasitə saxladıqlarını bildirmişlər. X12 həmin kütlələri sosial şəbəkədən tanıdığı İran İslam Respublikasının vətəndaşı olan “Araz” adlı şəxsin vasitəsi ilə 3 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən tanışı Alı ilə birlikdə gedib əldə etdiyini bildirmişdir (cild 2, iş vərəqə 29-33). Mənzilə baxış keçirilməsi və götürmə haqqında 17 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 3 ünvana keçirilmiş baxış zamanı şübhəli şəxslər X10, X32, X46 və X33 mənzildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, dövriyyəsi qanunla qadağan edilmiş və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər varsa, könüllü təqdim etmələri təklif edilmiş, bundan sonra X12 mənzilin yataq otağındakı masanın üzərindən 1 (bir) ədəd sellofan torbada qurudulmuş marixuanaya bənzər kütləni, narkotik vasitələrin dövriyyəsindən əldə edilmiş 1727 (bir min yeddi yüz iyirmi yeddi) manat pulu, 2 (iki) ədəd elektron tərəzini təqdim etmişdir. Şifahi sorğu zamanı X12, X44, X54 və X43 mənzildən aşkar olunmuş kütlələrin və elektron tərəzilərin onlara məxsus olduğunu, həmin kütləni birlikdə 600 manat pul toplayaraq X36 verməklə əldə etdiklərini, X12 həmin kütlələri sosial şəbəkədən tanıdığı İran İslam Respublikasının vətəndaşı olan “Araz” adlı şəxsin vasitəsi ilə 3 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən gedib əldə etdiyini bildirmişdir (cild 2, iş vərəqə 42-45). Məhkəmə-bioloji ekspertizasının 18 yanvar 2023-cü il tarixli 7/60 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “X24 üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan torbacıqda təmiz çəkisi 7,521 qram, üzərində "X38 üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan torbacıqda təmiz çəkisi 7,409 qram, üzərində “X25 üzərindən..." yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan torbacıqda təmiz çəkisi 7,775 qram, üzərində “X8 üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan torbacıqda təmiz çəkisi 5,243 qram və 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi 15,198 qram və üzərində “Şübhəli şəxs A.Maleki, F.Maeki Shishen, A.Maleki, P.Maleki...” yazısı və İmzalar olan kağız paketdəki 01 (bir) ədəd polietilen torbada təmiz çəkisi 680 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində ‘‘X44, X12, X54, X25 yaşadıqları mənzildən 2 ədəd elektron tərəzi...” yazısı və imzalar olan kağız paketdəki 02 (iki) ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur, buna görə də müqayisəli tədqiqat aparılmadı. Marixuananın ümumi çəkisi 723,146 qram, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 722,546 qram olmuşdur (cild 2, iş vərəqə 60-64). Mobil telefon aparatlarına baxış keçirilməsi haqqında 23 fevral 2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxslər X12, X43, X54 və X21 müvafiq olaraq götürülməklə cinayət işinin materiallarına əlavə edilmiş ümumilikdə üç ədəd “Xiaomi” və bir ədəd “iPhone" markalı mobil telefon aparatlarına baxış keçirilmiş, “İPhone” markalı mobil telefon aparatının daxili yaddaşına keçirilən baxış zamanı fotogörüntülərin içərisində 5239 1515 1108 2755 və 4169 7388 2656 7228 nömrəli "xxxx" ASC tərəfindən verilmiş, 4098 5844 6891 1027 nömrəli "xxxx" ASC tərəfindən verilmiş və 5310 1810 5009 5654 nömrəli "xxxx" ASC tərəfindən verilmiş plastik bank kartlarının fotogörüntüləri müəyyən olunmuşdur. Bundan başqa mobil telefonun daxili yaddaşına yüklənmiş “WhatsApp” ani ünsiyyət danışıq tətbiqində yer tutan danışıq pəncərələrinə keçirilən baxış zamanı X48 bir çox şəxslərlə həm elektron formada, həm də səsli qaydada ünsiyyətdə olması məlum olmuş, həmin danışıqların içərisində iş üzrə əhəmiyyət kəsb edən danışıq kimi X48 adı kontaktlar siyahısında qeyd olunmayan +**********99 saylı İran İslam Respublikasına məxsus olan GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi ilə aralarında olan danışıqların içərisində 2022-ci ilin mart ayında həmin istifadəçinin X51 sellofan torbada qablaşdırılmış halda olan zahirən narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə kütləsinin fotogörüntüsünü göndərərək fars dilində “Bakıda hazırdır” sözlərini yazmış, daha sonrakı baxış zamanı həmin istifadəçinin X52 “Pati 16, Kola 16, Ot 10 manat, M 40 listi 120” yazdığı sözlərə sonuncunun “Pati 15, Kola 15, Gul 8, M40. 65, Gara 8” sözlərinin fotoşəkil formasında yazılmış qaydada ona göndərərək fars dilində “özü bu qiyməti vurub” sözlərini yazması, daha sonra isə naməlum istifadəçi ilə aralarında olan danışıq zamanı özünün həmin şəxsə yazmış olduğu sözləri skrinşot formasında olan “Gotrum. Nagdi amma qiymet asagi ele. Yarim kq kola yarim kq pati. M40 lazimdi sonra. 100 list. Qara var? Qiymetlerini asagi hesablayib desin mene. Amma. Puluda sayiram gozunun qabaginda verirem sonra. Elbe el” məzmunlu görüntüsünü həmin istifadəçiyə göndərməsi məlum olmuşdur. Bundan başqa, 31 yanvar 2022-ci il tarixdə X48 həmin istifadəçiyə fars dilində “Bakıda gül var? Deyim götürüm” sözlərini yazması məlum olmuşdur. Qeyd olunan digər üç ədəd “Xiaomi” markalı mobil telefon cihazlarına keçirilən baxış zamanı çoxsaylı fotogörüntülər, ani ünsiyyət tətbiqində müxtəlif istifadəçilərlə danışıqların olmasına baxmayaraq iş üzrə əhəmiyyət kəsb edən hal müəyyən edilmədi. X10 məxsus olan həmin “iPhone” markalı mobil telefon aparatı iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi hissəsinin maddi sübutları saxlanma kamerasına təhvil verilmişdir (cild 3, iş vərəqə 124-126). Bank məlumatlarına baxış keçirilməsi haqqında 06 may 2023-cü il tarixli protokoldan görünür ki, "Uni Bank” ASC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli HTİD/3612 saylı məktubla müşayiət olunan 01 ədəd diskdə təqdim olunmuş çıxarışa keçirilmiş baxış zamanı məlum olmuşdur ki, araşdırma zamanı sorğu edilən 4098 58** **** 1027 nömrəli plastik kartın bağlı olduğu hesab X47 adına qeydiyyatdan keçmişdir. Təqdim edilmiş çıxarışlara nəzər salınan zaman məlum olmuşdur ki, sözügedən plastik bank kartı üzrə elektron hesaba müvafiq dövrə əhatə etməklə terminallardan və digər köçürmə üsullarından istifadə etməklə ayrı-ayrı vaxtlarda 30, 25, 40, 160, 70, 95, 180, 60, 90, 200, 20, 255, 15, 30, 40, 90, 50, 250, 10, 70, 40, 105, 30, 30, 10, 200, 80, 120, 89, 20, 60, 200, 90, 100, 10, 45, 440, 5, 100, 100, 50, 140, 100, 60, 38, 15, 10, 140, 10, 50, 10, 20, 20, 25, 50, 50, 90, 20, 100, 13, 100, 55, 350, 20, 40, 10, 60, 53, 200, 462, 80, 70, 50, 50, 40, 20, 20, 50, 50, 150, 210, 50, 100, 300, 100, 30, 40, 100, 80, 50, 200, 50, 30, 90, 400, 600, 50, 10, 27, 40, 70, 40, 70, 100, 130, 20, 160, 130, 2000, 30, 100, 40, 30, 10, 100, 105, 90, 50, 45, 50, 100, 60, 30, 245, 50, 170, 10, 210, 50, 100, 20, 305, 100, 700, 30, 20, 200, 300, 35, 10, 50, 200, 40, 80, 100, 30, 150, 700, 65, 50, 20, 50, 100, 110, 50, 50, 100, 400, 10, 400, 60, 20, 30, 80, 100, 30, 65, 55, 20, 20, 75, 50, 210, 90, 200, 300, 50, 100, 50, 280, 100, 100, 100, 30, 50, 30, 20, 100, 95, 40, 60, 50, 60, 200, 220, 10, 40, 160, 10, 450, 300, 15, 130, 100, 30, 20, 46, 60, 200, 30, 90, 20, 150, 40, 30, 60, 60, 80, 37, 70, 100, 20, 200, 30, 20, 40, 40, 300, 130, 20, 20, 10, 40, 45 manat məbləğində pul köçürmələri əməliyyatları edilmişdir (cild 3, iş vərəqə 155-157). Ambulator məcburi narkoloji tibbi yoxlamanın 27 mart 2023-cü il tarixli 1654 saylı rəyindən görünür ki, X2 istifadə etmə halları olub. Lakin hal-hazırda X28 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. X44 hal-hazırda narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 3, iş vərəqə 294-295). Ambulator məcburi narkoloji tibbi yoxlamanın 27 mart 2023-cü il tarixli 1660 saylı rəyindən görünür ki, Maleki X1 istifadə etmə halları olub. Lakin hal-hazırda X9 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. X12 hal-hazırda narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 3, iş vərəqə 296-297). Ambulator məcburi narkoloji tibbi yoxlamanın 13 mart 2023-cü il tarixli 1462 saylı rəyindən görünür ki, X4 istifadə etmə halları olub. Lakin hal-hazırda X40 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. X54 hal-hazırda narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 3, iş vərəqə 298-299). Ambulator məcburi narkoloji tibbi yoxlamanın 01 aprel 2023-cü il tarixli 1813 saylı rəyindən görünür ki, X3 istifadə etmə halları olub. Lakin hal-hazırda X29 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. X43 hal-hazırda narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 3, iş vərəqə 300; cild 4, iş vərəqə 1). Ambulator məcburi narkoloji tibbi yoxlamanın 01 aprel 2023-cü il tarixli 17983 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 4, iş vərəqə 2-3). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı ilə xx.xx.2021-ci il tarixdə cəzadan azad edilmiş, üzərindən məhkumluğu götürülmüşdür (cild 1, iş vərəqə 148-149). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, X12, X44, X54 və X43 əvvəllər məhkum edilməmişlər (cild 4, iş vərəqə 14-17). Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 237.1-ci maddələri ilə irəli sürülmüş ittiham əsaslıdır və məhkəmə istintaqı zamanı şəkildə kifayət qədər sübutlar məcmusu ilə tam təsdiqini tapır. İbtidai istintaq orqanı tərəfindən digər təqsirləndirilən şəxslər X12, X44, X54 və X33 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamlar üzrə məhkəmə gəldiyi nəticələr barədə onu qeyd edir ki, əvvəla, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 qarşı təqsirləndirilən şəxslər X12, X44, X54 və X43 ilə əlbir olmalarına dair ümumiyyətlə ittiham irəli sürülməmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tövsifedici əlaməti üzrə ittihamı onun «şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Hüseyn” adlı şəxslə və qeyriləri ilə» əlbir olması ilə əlaqədar əlaqələndirilmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 ittiham irəli sürərkən haqlı olaraq X12 və qeyrilərinin bu cinayət əməli ilə əlaqəsini yalnız Təqsirləndirilən şəxs1 özünün bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi İran İslam Respublikasının vətəndaşı “Hüseyn” adlı şəxs və qeyrilərinin göstərişinə əsasən satış prosesində 723,146 qram çəkidə qurudulmuş marixuananı ona tapşırılmış qaydada, qabaqcadan tanımadığı və heç bir əlaqəsi olmadığı X8 götürməsi məqsədilə tapşırılmış yerə qoyması ilə əlaqələndirmişdir. Göründüyü kimi X12, X44, X54 və X25 Təqsirləndirilən şəxs1 ilə əlbirliyinə dəlalət edən heç bir xüsusat mövcud deyildir və ibtidai istintaq orqanı da sonuncuya qarşı irəli sürdüyü ittihamla eyni hüquqi mövqedən çıxış etmişdir. Bununla belə, ibtidai istintaq orqanı X12, X44, X54 və X33 ittiham irəli sürərkən ziddiyyətə, hüquqi yanlışlığa yol vermiş, həmin şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Hüseyn" adlı şəxs və qeyriləri ilə əlbir olmalarına dair mövqe ifadə etmişdir. Halbuki, ibtidai istintaq orqanının özünün təqdim etdiyi heç bir sübut bu qənaəti təsdiq etmir. Məhkəmə istintaqı zamanı da bu şəkildə əlbirliyə dəlalət edə biləcək hər hansı dəlil müəyyən olunmadı. Hadisənin müəyyən edilmiş mənzərəsi ondan ibarətdir ki, X44, X54 və X6 ad günü mərasimində şəxsi istehlak məqsədilə, satış məqsədi olmadan qurudulmuş marixuana əldə etmək niyyətinə düşmüş, bu məqsədlə onlardan daha uzun müddət ərzində Bakı şəhərində yaşayan, yaxın münasibətlərdə, həm də qohumluq münasibətlərində olduqları X10 müraciət etmişlər. Sonuncu da sosial şəbəkə vasitəsilə narkotik vasitə satıcısını tapıb danışmış, qeyrisi - şəxsiyyəti qeyri-müəyyən olan həmin şəxslə razılaşdığı məbləğ müqabilində bəlli miqdarda qurudulmuş marixuananı alması barədə sövdələşmiş, onlayn ödəmə platformasından istifadə etməklə X12 tərəfindən şəxsən ödəniş həyata keçirilmişdir. Bundan sonra əldə olunmuş razılığa əsasən, narkotik vasitələrin onlayn qaydada bəlli satış mexanizminə əsasən qeyrisi özünün qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi, qeyrisinə məxsus narkotik vasitələrin Bakı şəhəri ərazisində satışını həyata keçirən Təqsirləndirilən şəxs1 müvafiq tapşırıq vermiş, həmin tapşırığa əsasən sonuncu deyilən külli miqdarda - 723,146 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı razılaşdırılmış yerə qoyaraq həmin yer barədə məlumatı qeyrisinə göndərmişdir. Narkotik vasitə alıcıları ilə birbaşa onlayn əlaqədə olan qeyrisi külli miqdarda - 723,146 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın qoyulduğu yer barədə koordinatı X10 göndərmişdir. Gecə vaxtı olduğundan tək getməməsi üçün yol yoldaşı kimi X12 özü ilə qurudulmuş marixuananın sifariş verilməsində, ödənişinin aparılmasında, götürülmə qaydası ilə bağlı hər hansı danışıqda iştirak etməmiş, əlbir olmamış, niyyəti yalnız şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmək olan X34 yol yoldaşı kimi özü ilə götürmüş, 723,146 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə əldə edərək yaşadığı ünvana qayıdıb X44, X54 və X33 təqdim etmişdir. İbtidai istintaq və məhkəmə araşdırması mərhələsi zamanı müəyyən edilmişdir ki, X12 bu hadisəyə qədər də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi – satışı ilə məşğul olmasına dəlalət edən kifayət qədər dəlillər mövcuddur. X10 məxsus “iPhone" markalı mobil telefon aparatlarına baxış zamanı müəyyən edilmiş dəlillər narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı ödənişlərin aparıldığı plastik bank kartlarının fotogörüntüləri, onun mobil telefonun daxili yaddaşına yüklənmiş “WhatsApp” ani ünsiyyət danışıq tətbiqində yer tutan sellofan torbada qablaşdırılmış halda olan zahirən narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə kütləsinin fotogörüntüsü, “Bakıda hazırdır” sözləri, X10 göndərilmiş “Pati 16, Kola 16, Ot 10 manat, M 40 listi 120” sözləri, “Gotrum. Nagdi amma qiymet asagi ele. Yarim kq kola yarim kq pati. M40 lazimdi sonra. 100 list. Qara var? Qiymetlerini asagi hesablayib desin mene. Amma. Puluda sayiram gozunun qabaginda verirem sonra. Elbe el” məzmunlu yazışmalar və tutarlı xüsusatlar məhkəmənin gəldiyi bu qənaətin əsaslı olduğunu təsdiq edir. Konkret halda da, X12 faktiki olaraq keçirəcəkləri ad günü mərasimində şəxsi istehlak məqsədilə, satış məqsədi olmadan qurudulmuş marixuana əldə etmək niyyətinə düşmüş X44, X54 və X43 üçün külli miqdarda narkotik vasitəni əldə edib onlara təqdim etmək – satmaq vəzifəsini üzərinə götürmüş, bu məqsədlə həmin şəxslərdən pul toplayıb müvafiq onlayn platformada əlaqəyə çıxdığı qeyrisinə ödəməklə külli miqdarda narkotik vasitəni əldə etmiş, üzərində daşıyıraq kirayədə yaşadığı ünvana gətirərək X44, X54 və X33 təqdim etmiş, həm də həmin 723,146 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadan sonradan ayırıb təmiz çəkisi 5,243 qram, 15,198 qram, ümumi təmiz çəkisi 20,441 qram olmaqla əynindəki gödəkçənin sol yan cibində saxlamışdır. X10 münasibətdə gəlinən bu nəticə həm də “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanunun 1.0.11-ci maddəsində müəyyənləşdirilmiş narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı ilə uzlaşır. Ona görə də məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna əsasən X8 narkotik vasitənin yayılmasına yönəlmiş şərh olunan hərəkətlərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibini yaratması ilə bağlı gəlinən nəticənin qanuni və əsaslı olması qənaətindədir. Bununla bərabər, X8 həmin külli miqdarda narkotik vasitəni satmaq üçün hər hansı şəxslə qabaqcadan əlbir olmasını təsdiq edən hər hansı dəlil müəyyən olunmamışdır. Məhkəmə irəli sürülmüş ittihamla bağlı ibtidai istintaq orqanının təqdim etdiyi bütün yuxarıda şərh olunan sübutları hərtərəfli araşdıraraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X12 tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma cinayətinin törədilməsi faktı mübahisəsiz olaraq tam sübuta yetir. Amma məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi ilə bağlı hissəsini mövcud sübutların məcmusu əsasında qiymətləndirərək bu qənaətə gəlir ki, şəxsin ona istinad edilən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma cinayətini qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi kimi qiymətləndirilməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi tövsifedici əlamət kimi Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsini nəzərdə tutmuşdur. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Cinayət qanununun mənasına görə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülür. Cinayət Məcəllənin 34.2-ci maddəsinin mənasına görə Məcəllənin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarında da eyni hüquqi mövqe əks olunmuşdur. Hazırkı cinayət işi üzrə məhkəmə araşdırması zamanı satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma cinayətini törətmək üçün təqsirləndirilən şəxs X8 qabaqcadan kiminləsə əlbir olmasını təsdiq edən hər hansı sübut müəyyən edilməmişdir. Əməlin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsini hətta ehtimal etməyə əsas verə biləcək hər hansı dəlil də mövcud deyildir. Mübahisə edilməyən hal ondan ibarətdir ki, təqsirləndirilən şəxs X12 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və satmışdır. İşin faktiki hallarından görünür ki, X12 narkotik vasitəni özü müstəqil surətdə Bakı şəhərinin Binəqədi rayonu ərazisində qabaqcadan ümumiyyətlə heç bir tanışlığı və hər hansı şəkildə əlaqəsi olmayan, həmin vaxt adını bilmədiyi belə şəxsdən qeyrisinin istiqamətləndirməsi ilə qabaqcadan etdiyi ödəniş müqabilində əldə etmişdir. Göründüyü kimi, qabaqcadan tanış olmaları ilə bağlı hər hansı dəlil olmayan Təqsirləndirilən şəxs1 təsvir olunan vəziyyətdə narkotik vasitəni əldə edərkən X12 alıcı, şəxsiyyəti istintaqa məlum olmayan qeyrisi və Təqsirləndirilən şəxs1 isə satıcı qismində çıxış etmişdir. Qeyd olunan qeyrisi və Təqsirləndirilən şəxs1 isə X11 narkotik vasitə ilə bağlı etdiyi sonrakı hərəkətlərə hər hansı aidiyyəti, yaxud sonrakı hərəkətlər barədə onların arasında bu və ya digər razılaşmanın olması ilə bağlı hər hansı dəlil, hətta məlumat belə mövcud deyildir. Beləliklə, X12 hər hansı qeyrisi ilə qabaqcadan əlbir olmaqla narkotik vasitə əldə etməmiş, narkotik vasitəni birlikdə daşımamış, satmamış, narkotik vasitənin satışından əldə olunan gəliri kiminləsə bölməmiş və bununla bağlı hər hansı şəxsə vəd verməmişdir. Bu mənzərənin elə ibtidai araşdırma zamanı qəbul edilmiş qərarların bilavasitə özündə - Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamda əks olunmasına baxmayaraq, cinayət işinin materiallarında kifayət qədər əsaslar olmadan X8 əməli həm də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif edilmişdir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxs X10 qarşı irəli sürülmüş ittihamdan qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satmaqla bağlı bəndin - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin çıxarılmasını əsaslı hesab edir. Digər təqsirləndirilən şəxslər X44, X54 və X33 münasibətdə isə məhkəmə gəldiyi qənaəti bir daha vurğulayır ki, cinayət işi üzrə toplanmış sübutlara əsasən həmin şəxslər keçirəcəkləri ad günü mərasimində şəxsi istehlak məqsədilə, satış məqsədi olmadan qurudulmuş marixuana əldə etmək niyyətinə düşmüş və həmin növdə narkotik vasitəni də bu məqsədlə əldə etmişlər. Onların narkotik vasitəni satış məqsədilə əldə etmələrini təsdiq edə biləcək hər hansı dəlil müəyyən edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş, X54 və qeyriləri barəsində keçirilmiş əməliyyat-axtarış qrupuna rəhbərlik etmiş Şahid1 da həmin şəxslərin narkotik vasitəni bilavasitə kiməsə satmaları, vermələri barədə məlumat olmadığını bildirdi. Eyni zamanda, məhkəmə bu qənaətə gəlir ki, əldə edilmiş külli miqdarda narkotik vasitənin - qurudulmuş marixuananın 723,146 qram çəkidə olması onların hər birinin qəsdi ilə əhatə olunur və ona görə də məhkəmə bu şəxslərin törətdikləri əməlin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin tam tərkibini yaratdığı qənaətinə gəlir. Bu əsasla da məhkəmə təqsirləndirilən şəxslər X44, X54 və X25 əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X53 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə, təqsirləndirilən şəxslər X12, X44, X54, X25 narkotik vasitənin miqdarının onların faktiki əldə etdikləri miqdardan çox göstərilməsi, artıq hesab etdikləri narkotik vasitənin onların üzərinə və yaşadıqları mənzilə polis əməkdaşları tərəfindən yerləşdirilməsi, onlara qarşı polis əməkdaşları tərəfindən qanunazidd münasibət göstərilməsi və təzyiqlər edilməsinə, oxuduqları universitetdən qovulacaqları ilə hədələnmələrinə dair məhkəmədə verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirir. Onların öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Polis əməkdaşları tərəfindən onlara qarşı hər hansı şəkildə təzyiq edilməsi, döyülmələri və ya başqa şəkildə işgəncəyə məruz qalmalarına, 1727 manatdan əlavə onlara məxsus olan digər pul vəsaitlərinin də götürülməsinə dair hər hansı dəlil əldə olunmadı. Məhkəmə, təqsirləndirilən şəxslər X12, X44, X54 və X25 ibtidai araşdırmanın ilkin mərhələsində verdikləri ifadələrə tənqidi yanaşır və həmin ifadələri sübut kimi qəbul etmir. Belə ki, qeyd olunan mərhələdə bir-birinin mətni ilə tam eynilik təşkil edən, biri digərinin təkrarı kimi görünən, bu dərəcədə üst-üstə düşməsi kifayət qədər inandırıcı olmayan həmin ifadələrdə göstərilmiş xüsusatlar ibtidai istintaq orqanının heç bir başqa sübutu ilə təsdiqini tapmamışdır. Eyni zamanda, həmin təqsirləndirilən şəxslər elə ibtidai istintaq mərhələsində göstərilən ifadələrindən imtina etmiş, baş vermiş hadisə ilə bağlı məhkəmə istintaqında verdikləri ifadələrlə oxşar məzmunda ifadələr vermişlər. Bununla belə, ibtidai istintaq orqanı zəruri prosessual əsaslandırma təqdim etmədən, ittiham aktında irəli sürülmüş ittihamı təsdiq edən sübutlar kimi iş üzrə başqa hər hansı sübutla təsdiqini tapmayan həmin ilkin ifadələrə istinad etmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1ci, 234.4.3-cü və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini, X8 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini, təqsirləndirilən şəxslər X44, X54 və X25 isə qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 237.1-ci maddələrinin, təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin, təqsirləndirilən şəxslər X44, X54 və X33 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Məhkəmə, Cinayət Məcəllləsinin 52.2-ci maddəsində göstərilən istisna halları nəzərə almaqla X12, X44, X54 və X25 barəsində qeyd edilən əlavə cəzanın tətbiqini də zəruri hesab edir. Məhkəmə təqsirləndirilən şəxslər X12, X44, X54, X43 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, onları səciyyələndirən halları, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən X12, X44, X54, X25 əvvəllər məhkum olunmamalarını, törətdikləri əməldən səmimi peşman olmalarını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxslər X12, X44, X54, X43 və Təqsirləndirilən şəxs1 barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər X12, X44, X54, X43 və Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli rejimli cəzaçəkmə müəssisələrində çəkilməlidir. Onların barələrində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 19 yanvar 2023-cü il tarixdə, X12, X44, X54 və X43 17 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, onun barəsində həbs etmənin əvvəli 19 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Həmin məhkəmənin 19 yanvar 2023-cü il tarixli qərarları ilə X12, X44, X54 və X25 barələrində həbs qətimkan tədbirləri seçilmiş, onların barələrində həbs etmənin əvvəli 17 yanvar 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 25, 108-113; cild 2, iş vərəqə 33, 120-121, 125-126). Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 yanvar 2023-cü il tarixdən, təqsirləndirilən şəxslər X12, X44, X54 və X33 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzaların çəkilməsi müddətinin başlanğıcı 17 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə, o cümlədən də ayrıca keçirilmiş mənzilə baxış və götürmənin videoçəkilişləri olan 04 ədəd DVD və 03 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi hissəsinin maddi sübutları saxlanma kamerasına təhvil verilmiş, X44, X12, X54, X43 və Təqsirləndirilən şəxs1 ümumilikdə aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan ümumi 2769,977 qram qalıq çəkidə narkotik vasitə qurudulmuş marixuana, 4 ədəd çətənə bitkiləri və üç ədəd elektron tərəzi məhv edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi hissəsinin maddi sübutları saxlanma kamerasına təhvil verilmiş bir ədəd “iPhone” markalı mobil telefon X8 ailə üzvlərinə, bir ədəd “Samsung” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs1 ailə üzvlərinə qaytarılmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinə təhvil verilmiş, X8 müvəqqəti olaraq qeydiyyatda olmaqla yaşadığı ünvan 7 ünvanında yerləşən 20 saylı mənzilə baxış keçirilən zaman götürülmüş 1727 (bir min yeddi yüz iyirmi yeddi) manat pul xüsusi müsadirə tətbiq edilməklə dövlət nəfinə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 128 (bir yüz iyirmi səkkiz) manat, X7 70 (yetmiş) manat, X21 10 (on) manat, X37 10 (on) manat və X20 10 (on) manat olmaqla cəmi 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1ci, 234.4.3-cü və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 19 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə X8 cəzaçəkmə müddətinin başlanğıcı 17 yanvar 2023-cü il tarixdən hesablansın. X19 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X39 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə X39 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. X44 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə X24 cəzaçəkmə müddətinin başlanğıcı 17 yanvar 2023-cü il tarixdən hesablansın. X24 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X44 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə X44 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. X54 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə X38 cəzaçəkmə müddətinin başlanğıcı 17 yanvar 2023-cü il tarixdən hesablansın. X38 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X54 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə X54 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. X43 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə X25 cəzaçəkmə müddətinin başlanğıcı 17 yanvar 2023-cü il tarixdən hesablansın. X25 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X43 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə X43 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə maddi sübutlar: - şəxsi axtarış və götürmə, o cümlədən də ayrıca keçirilmiş mənzilə baxış və götürmənin videoçəkilişləri olan 04 ədəd DVD və 03 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi hissəsinin maddi sübutları saxlanma kamerasına təhvil verilmiş, X44, X12, X54, X43 və Təqsirləndirilən şəxs1 ümumilikdə aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan ümumi 2769,977 qram qalıq çəkidə narkotik vasitə qurudulmuş marixuana, 4 ədəd çətənə bitkiləri və üç ədəd elektron tərəzi məhv edilsin; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi hissəsinin maddi sübutları saxlanma kamerasına təhvil verilmiş bir ədəd “iPhone” markalı mobil telefon aparatı X8 ailə üzvlərinə qaytarılsın; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi hissəsinin maddi sübutları saxlanma kamerasına təhvil verilmiş bir ədəd “Samsung” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs1 ailə üzvlərinə qaytarılsın; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinə təhvil verilmiş, X8 müvəqqəti olaraq qeydiyyatda olmaqla yaşadığı ünvan 8 ünvanında yerləşən 20 saylı mənzilə baxış keçirilən zaman götürülmüş 1727 (bir min yeddi yüz iyirmi yeddi) manat pul xüsusi müsadirə tətbiq edilməklə dövlət nəfinə alınsın; Təqsirləndirilən şəxs1 128 (bir yüz iyirmi səkkiz) manat, X7 70 (yetmiş) manat, X21 10 (on) manat, X37 10 (on) manat və X20 10 (on) manat olmaqla cəmi 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, X12, X44, X54 və X33 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar