Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-645/2025 03.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X5 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Ramana qəsəbəsi, Sovxoz küçəsi nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 10:10-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan «Əhməd» adlı şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib, aralarında olan razılaşmaya əsasən «Əhməd» adlı şəxsin satış məqsədilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib istintaqa məlum olmayan lakin sonuncunun “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsi ilə bildirdiyi istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib, yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa küçəsində yerləşən nömrəsiz fərdi evə daşıdığı təmiz çəkisi 406,1 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və təmiz çəkisi 229,253 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini həmin ünvanda saxlayaraq onun tapşırığına əsasən hissələrə bölərək ayrı-ayrı bükümlərə qablaşdırıb istintaqla müəyyən edilməyən tanımadığı şəxslərə çatdırmaq üçün təmiz çəkisi 16,848 qram külli miqdarda psixotrop maddə metamfetamini üzərində daşımış, xx.xx.2024-cü il tarixdə saat 18:15-də Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa küçəsində yerləşən «Zəfər 44» marketinin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq ərazi aidiyyəti üzrə gətirildiyi Sabunçu rayon Polis İdarəsinin 12ci Polis Şöbəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarının sağ yan cibindən içərisində ayrı-ayrılıqda təmiz çəkisi 4,785 qram, 3,790 qram, 3,674 qram, 4,599 qram olmaqla ümumi təmiz çəkisi 16,848 qram külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin olan dörd ədəd şəffaf selofan bükümlər, həmin tarixdə əməliyyat tədbirlərinin davamı kimi saxlanılan şəxsin özünün razılığı ilə yaşadığı, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi Sovxoz küçəsində yerləşən nömrəsiz fərdi evə keçirilmiş baxış zamanı evin yataq otağındakı çarpayının altından bir ədəd plastik qabda təmiz çəkisi 215 qram, 39 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,898 qram, 1,915 qram, 1,803 qram, 1,887 qram, 1,901 qram, 1,869 qram, 1,880 qram, 1,877 qram, 1,801 qram, 1,881 qram, 1,916 qram, 1,894 qram, 1,916 qram, 1,882 qram, 1,902 qram, 1,890 qram, 1,885 qram, 1,909 qram, 1,902 qram, 1,923 qram, 1,901 qram, 1,902 qram, 1,903 qram, 1,892 qram, 1,890 qram, 1,898 qram, 1,881 qram, 1,894 qram, 1,951 qram, 1,902 qram, 1,893 qram, 1,905 qram, 1,891 qram, 1,892 qram, 1,895 qram, 1,893 qram, 1,863 qram, 10,944 qram, 93,331 qram olmaqla ümumi təmiz çəkisi 389,252 qram külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, bir ədəd plastik qabda təmiz çəkisi 180,204 qram, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 11,243 qram, 12,833 qram, 24,973 qram olmaqla ümumi təmiz çəkisi 229,253 qram külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, səthində narkotik vasitə heroinə məxsus izlər olan iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, “Zəfər 44” marketin qarşısında olan restorana girərək yemək sifariş etmişdir. Həmin vaxt təxminən altı nəfər gəlmiş və onun üzərindən narkotik vasitə çıxmışdır. Sonra “gedək evə baxış keçirək” demişlər, bu zaman o, evdə heç nə olmadığından razılaşmış, lakin onu aldatmışlar. Onu oradan bölməyə aparmışlar, amma polislər evdə qalmışdır. Bölməyə gəlib təzədən evə aparanda evdən narkotik maddə çıxmış və onu sənədləşdirib göndərmişlər. 4.Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, saxlanılan zaman onun üzərində, 5 qram və 3 qram olmaqla, 8 qram “kakos” və “patı” olmuş, bir büküm içində iki büküm olmuşdur. Həmin narkotik vasitləri Əhməd adlı İran vətəndaşından 3-4 gün əvvəl əldə etmiş, həmin şəxslə tutulmazdan 4-5 gün əvvəl sosial şəbəkələrdə tanış olmuşdur. O, narkotik vasitələri istifadə məqsədilə almışdır. Birinci dəfə yox, həmin şəxsdən narkotik çox almış, ödənişi kartdan karta köçürmüş, ödənişləri iki yüz, üç yüz və beş yüz manat olmuşdur. O, özü “Nəbatət bağı”nda işləmişdir. Bölmədə müdafiəçi dəvət edilmiş və videoçəkiliş olmuş, sonra evə baxış edəndə narkotik çıxmışdır. Evdən aşkar edilən narkotik ona məxsus olmamışdır. Evə baxış keçiriləndə videoçəkiliş olmuş, amma o, evdə olmayan vaxt evdə adam olmuşdur. Ona təzyiqlər olduğundan ibtidai istintaq dövründə elə ifadə vermişdir. Sanskiyada hakim ondan heç nə soruşmamış və o da heç nə deməmişdir. Ona qarşı olan haqsızlıqla bağlı harasa şikayət etməmişdir. O, üç ildir narkotik istifadə etmiş və günə iki-üç qram istifadə etmişdir. O, saxlanılan yerdə, evdə və polis bölməsində döyülmüşdür. Neçə nəfər polisin onu döyməsini bilməmişdir. Təcridxanada soyundursalar da üz-üzə dayandıqlarından xəsarətlər görünməmişdir. Onu üzdən vurmadıqlarından xəsarətin izləri qalmamışdır. Həbs qətimkan tədbiri seçiləndə özündə olmadığından hakimə heç bir şey bildirməmişdir. O, həmin vaxt narkotikin yoxluğundan əziyyət çəkmişdir. Üzərində dörd yox, bir büküm olmuş, həmin narkotiki tutulanda polislər onun cibinə qoymuşlar. Polislər onu saxlayanda narkotikin təsiri altında olmuşdur. Ağrıda olduğundan müstəntiqə o şəkildə ifadə vermişdir. O, saat 6-7-də yox, günorta saat 2-3 radələrində saxlanılmışdır. İbtidai istintaq dövründə verdiyi ifadəsində olan imza ona aiddir və o, həmin ifadəni oxumadan imzalamışdır. 5.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, 04 iyun 2024-cü il tarixdə, saat 18:15 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa küçəsində yerləşən «Zəfər 44» marketin yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər, qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər, xidməti vəsiqələrini göstərib barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişlər və onu Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasına dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmağı barədə qərar qəbul olunmuş, hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı üzərində qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra o, əynində olan boz rəngli şalvarın sağ aşağı yan cibindən 4 (dörd) ədəd bükümdə psixotrop maddə metamfetamini təqdim edərək masanın üzərinə qoymuş. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən 2 (iki) ədəd içərisində 055 800-86-68, 070 ***-**-** və 070 ***-**-** GSM nömrələri olan “Redmi” markalı mobil telefonlar, 46 (qırx altı) manat pul, şalvarın sol aşağı yan cibindən 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd ev açarı və 4 (dörd) ədəd üzərilərində 4169 7388 6145 8887, 4169 7388 1198 7829, 4169 7388 1641 5834 və 4169 7388 9570 3621 nömrələri olan “Kapital Bank”a aid “Birbank” plastik bank kartları aşkar edilərək götürülmüşdür. Təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmiş, psixotrop maddə metamfetaminin qablaşdırılması ilə birlikdə ümumilikdə çəkisi 19 (on doqquz) qram olmuşdur. Aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri özü və digər iştirakçılar tərəfindən imzalanmış, həmçinin, 2 (iki) ədəd “Redmi” markalı mobil telefonlar, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi və 4 (dörd) ədəd bank kartları istintaq marağı kəsb etməsi izah verildikdən sonra götürülmüş, 46 (qırx altı) manat pul və 1 (bir) ədəd açar isə özünə geri qaytarılmışdır. Polis əməkdaşlarının suallarına cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri təxminən 3 ay əvvəl sosial şəbəkədə tanış olduğu və “WhapsApp” ani mesajlaşma tətbiqi vasitəsi ilə ünsiyyət qurduğu İran İslam Respublikası vətəndaşı “Əhməd” adlı şəxsin göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, 3 (üç) gün əvvəl Abşeron rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən narkotik vasitə və psixotrop maddələri götürüb müəyyən ünvanlara qoymağına görə “Əhməd” adlı şəxsin onun bank kartına 3000 (üç min) manat göndərdiyini, həmçinin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, nömrəsiz fərdi evdə narkotik vasitə və psixotrop maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmiş, daha sonra polislər ilə birlikdə yaşadığı evə getmiş, orada ona evdə saxladığı narkotik vasitə və psixotrop maddələri təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra o, evdə yataq otağında çarpayının alt hissəsindən 1 (bir) ədəd plastik qabda və 39 (otuz doqquz) ədəd bükümdə psixotrop maddə metamfetamini, 1 (bir) ədəd plastik qabda və 3 (üç) ədəd bükümdə narkotik vasitə heroini və 2 (iki) ədəd elektron tərəziləri təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, həmin kütlələr və elektron tərəzilər qablaşdırılmış, möhürlənmiş və üzəri tərəflərindən imzalanmışdır. Yaşadığı evin digər hissələrinə baxış keçirilmiş, maraq kəsb edən başqa heç bir əşya aşkar edilməmişdir. Evə baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzilərin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı olan “Əhməd” adlı şəxsin vasitəsi ilə 3 (üç) gün əvvəl Abşeron rayonu ərazisindən əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitə və psixotrop maddələri müəyyən ünvanlara qoymağına görə “Əhməd” adlı şəxsin onun bank kartına 3000(üç min) manat göndərdiyini, “Əhməd” adlı şəxsi təxminən 3 (üç) ay olar ki, tanıdığını bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən, üzərinə və yaşadığı evə baxış keçirilən zaman ona qarşı hər hansı bir fiziki zor tətbiq edilməyib və digər qanunsuz hərəkətlərə yol verilməyib. Bu günə kimi heç kimə narkotik vasitə satmamış, lakin xx.xx.2024-cü il tarixdə yaşadığı evdən və üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni satmaq niyyəti olub. Ruhi və psixi cəhətdən sağlamdır, heç bir xəstəliyi yoxdur (İ cild, səh. 72-75). 6.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 04 iyun 2024-cü il tarixində Ramana qəsəbəsi ərazisində, “Zəfər- 44” marketin yaxınlığında keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı tərəflərindən saxlanılaraq 12-ci polis şöbəsinə aparılmışdır. Orada inzibati otaqlardan birində üzərinə baxış keçirilmiş və üzərində olan metamfetamini təqdim etmişdir. Sonra suallara cavab olaraq yaşadığı evdə də narkotik saxladığını bildirmiş və yaşadığı evdən də narkotik vasitələr aşkar edilərək götürülmüşdür. 7.Şahid2 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, şəxslə bağlı məlumat Şahid2 daxil olmuş, əməliyyatda onunla Şahid2 iştirak etmişdir. Təqsirləndirilən şəxs saat 6-7-yə işləmiş saxlanılmış, üzərinə şəxsi axtarış 12-ci polis şöbəsində videoçəkilişlə keçirilmiş və müdafiəçi ilə təmin edilmişdir. Mənzilə baxışda müdafiəçi iştirak etmiş və videoçəkiliş aparılmışdır. Aşkar edilənləri İran vətəndaşından üç gün əvvəl Abşeron rayonu ərazisində əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman əvvəlcə şöbəyə, daha sonra evinə aparılmışdır. Saat yeddiyə işləmiş saxlanılaraq şöbəyə aparılmış və orada qanunamüvafiq işlər görüldükdən sonra axşam saatlarında evinə getmişlər. Təqsirləndirilən şəxs evinin yerini özü göstərmiş, həmin vaxt evdə kimsə olmamış, tək olmuşdur. Evə baxış keçirilməsində onlar ikisi iştirak etmişlər, başqa əməliyyatçı iştirak etməmişdir. Həmin ərəfədə onun üzərində hansısa telefon olmamış, xüsusi rabitədən istifadə etmişlər. Polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsin üzərinə hansısa narkotik vasitə qoyulmamışdır. Təqsirləndirilən şəxsin üzərindən narkotikdən başqa telefon və açar aşkar edilmişdir. O, neçə ədəd telefon aşkar edilməsini xatırlamır. Saxlanılan zaman, idarədə təqsirləndirilən şəxsə qarşı hansısa zor və təzyiq olmamışdır. Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 8.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə idarəyə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat tərəflərindən rəhbərliyə məruzə olunmuş və yoxlanılması məqsədi ilə «X1» Azərbaycan Respublikasının Qanununun 10,11,12-ci maddələrinin və Cinayət-Prosessual Məcəlləsinin 445-ci maddəsinin tələbləri rəhbər tutularaq əməliyyat tədbirinin keçirilməsi barədə qərar verilmişdir. İdarənin baş əməliyyat müvəkkili Şahid2 və onun özündən ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupu ilə birlikdə xx.xx.2024-cü il tarixdə saat təxminən 18:15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisinə yollanmış və məlumatda göstərilən Təqsirləndirilən şəxs oradakı Şuşa küçəsində yerləşən «Zəfər 44» ünvanının yaxınlığında piyada hərəkətdə olan zaman müəyyən edib həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, barəsində məlumat daxil olduğunu bildirərək həmin şəxsi ərazi aidiyyəti üzrə yaxınlıqdakı Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə dəvət etmişlər, etiraz etməmiş və birlikdə xidməti avtomobilə əyləşərək Polis Şöbəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasına getmişlər. Orada idarənin təhqiqatçısı Yelmar Vahabov müvafiq sənədləşdirmə işlərinə başlamış, saxlanılan şəxsin hüquqlarının müdafiə olunması üçün növbətçi vəkil dəvət olunmuş, tərəflərindən videoçəkiliş aparılmaqla saxlanılan şəxsin üzərində şəxsi axtarış aparılacağı bildirilərək təklif olunmuşdur ki, üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir predmet varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını etiraf edərək əlini əynindəki boz rəngli şalvarın sağ aşağı yan cibinə salaraq cibindən 4 (dörd) ədəd sellofan bükümləri çıxarıb təqdim etmiş, bildirmişdir ki, həmin bükümlərdə olan kütlələr «patı» adlanan psixotrop maddədir. Daha sonra təhqiqatçı şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirmiş, əynində olan şalvarın sol yan cibindən iki ədəd “Redmi” markalı mobil telefonlar, 46 manat məbləğində nağd pul, şalvarın sol aşağı yan cibindən bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd açar və dörd ədəd plastik bank kartları aşkar edilmişdir. Sonra təhqiqatçı aşkar olunmuş sellofan bükümlərin içərisində olan kütləyə baxış keçirmiş, müəyyən olunmuşdur ki, bükümlərdə ağ rəngli xırda kristallar şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə var, bükümlər elektron tərəzinin üzərinə qoyularaq çəkilmiş, dörd ədəd bükümlərin ümumi çəkisinin 19 qram olması müəyyən edilmiş, həmin bükümlər təhqiqatçı tərəfindən kağız zərfə qablaşdırılmaqla götürülmüş, həmçinin üzərindən aşkar olunmuş iki ədəd “Redmi” markalı mobil telefonlar, bir ədəd şəxsiyyət vəsiqəsi və dörd ədəd plastik bank kartları da qablaşdırılaraq götürülmüş, 46 manat nağd pul və bir ədəd açar isə saxlanılan şəxsin özünə qaytarılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkə vasitəsi ilə tanış olduğu, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş “Əhməd” adlı şəxsin vasitəsi ilə üç gün əvvəl Abşeron rayonu Saray qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırıb yerləşdirmək məqsədi ilə əldə etdiyini, əvəzində “Əhməd” adlı şəxsin onun bank kartı hesabına üç min manat məbləğində pul göndərdiyini, həmin Əhməd adlı şəxsdən əldə etdiyi narkotik vasitə və psixotrop maddələrin bir hissəsini də Bakı şəhəri, Sabunçu rayonu ərazisində yaşadığı evdə saxladığını, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bütün bu baş verənlərin hamısı tərəfindən videokamera vasitəsi ilə çəkilərək qeydə alınmış, bu barədə protokol tərtib olunmuşdur. Daha sonra onlar, iştirakçıların eyni tərkibində Təqsirləndirilən şəxs öz razılığı ilə həmin gün saat təxminən 22 radələrində yaşadığı evə, Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz küçəsində yerləşən nömrəsiz fərdi evə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs evin yataq otağındakı çarpayının altından bir ədəd plastik qabda 39 ədəd bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlələri, bir ədəd plastik qabda 3 üç ədəd bükümdə açıq qəhvəyi rəngli toz şəkilli, narkotik vasitə olan heroinə bənzər kütlələri və iki ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Təqdim etdiyi həmin kütlələr təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdə heroinə bənzər kütlələrin ümumi çəkisinin 400 qram, metamfetaminə bənzər kütlələrin ümumi çəkisinin 566 qram olması müəyyən edilmişdir. Həmin kütlələr və iki ədəd elektron tərəzilər təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Daha sonra evin digər hissələrinə də baxış keçirilmiş, əlavə hər hansı bir sübut aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əvvəl dediklərini bir daha təsdiq edərək həmin kütlələri sosial şəbəkə vasitəsi ilə tanış olduğu, özünü İran islam Respublikasının vətəndaşı kimi təqdim etmiş “Əhməd” adlı şəxsin vasitəsi ilə üç gün əvvəl Abşeron rayonu Saray qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırıb yerləşdirmək məqsədi ilə əldə etdiyini, əvəzində “Əhməd” adlı şəxsin onun bank kartı hesabına üç min manat məbləğində pul göndərdiyini təkrar etmişdir. Qeyd olunanların hamısı videokamera vasitəsi ilə çəkilərək qeydə alınmışdır. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatında onun qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək yaşadığı, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində dövriyyəsi ilə məşğul olması qeyd olunmuşdur, lakin konkret müştəriləri və mənbələri barədə ətraflı məlumat verilməmişdir. Son vaxtlar yüksək texnologiyaların inkişaf dövrü ilə əlaqədar cinayətkarlar da, ən əsas da narkotacirlər öz fəaliyyətlərini müasirləşdiriblər, sosial şəbəkələrdən və virtual ünsiyyətdən geniş istifadə edirlər və bu kimi hallarla son vaxtlar iş təcrübəsində tez- tez rastlaşırlar. Hazırda qeyd olunan faktda da məlum olmuşdur ki, mənbə, yəni həmin naməlum İranlı müxtəlif internet sosial şəbəkələri vasitəsi ilə narkotik satması barədə elan yayımlamış, həmin elan əsasında onunla əlaqəyə çıxan müştərilərdən biri olmuş Təqsirləndirilən şəxs həmin şəxslə internet üzərindən danışıq aparmaqla sövdələşərək lazım olan növdə və miqdarda narkotik vasitə və psixotrop maddə sifariş vermiş, verdiyi sifarişin pulunu elektron ödəmə terminalları vasitəsi ilə göndərdikdən sonra İranlı pulun çatdığına əmin olub sifariş olunan malın gizlədildiyi yerin ünvanını və fotosunu çəkib sifarişçiyə atmaqla realizasiyasını başa çatdırırmış, öz növbəsində Təqsirləndirilən şəxs də həmin naməlum iranlıdan külli miqdarda narkotik vasitəni və psixotrop maddəni topdan satış qiymətinə, yəni nisbətən aşağı qiymətə aldıqdan sonra kirayə yaşadığı evində bölüb çeşidləyərək nisbətən kiçik həcmlərdə qablaşdırmaqla sonradan öz müştərilərinə sataraq qazanc əldə etməklə məşğul olurmuş. Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri aldığı və satdığı şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində hazırda əməliyyat-axtarış tədbirləri tərəflərindən davam etdirilməkdədir, müsbət nəticə əldə olunacağı təqdirdə istintaq orqanına əlavə məlumat veriləcək (İ cild, səh. 172-176). 9.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, şəxs 2024-cü ilin iyun ayında Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində, “Zəfər” marketin yaxınlığında təxminən saat 6-7 radələrində hərəkətdə olan zaman saxlanılmış və 12-ci polis şöbəsinə dəvət edilmişdir. Orada təhqiqatçının otağında üzərinə baxış zamanı dörd büküm metamfetamin təqdim etmiş və yaşadığı ünvanda da həmin maddələrdən olduğunu bildirmişdir. Daha sonra, evinə baxış zamanı şəxs həm metamfetamin, həm də heroinə bənzər kütləni təqdim etmişdir. 10.Şahid2 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı ona daxil olmuş və əməliyyat tədbirində iki nəfər iştirak etmişdir. Üzərinə şəxsi axtarış videoçəkilişlə 12-ci polis şöbəsində keçirilmiş və müdafiəçi ilə təmin edilmişdir. Aşkar edilən maddələri iranlıdan əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsdən narkotikdən başqa, telefon və açar aşkar edilmiş, digərləri yadında qalmamışdır. Təqsirləndirilən şəxs “Zəfər” marketin içində yox, marketin qarşısında saxlanılmış, restoranda saxlanılmamışdır. Şəxsi saxlayan zaman özlərinə məxsus maşınla bölməyə aparmışlar. Təqsirləndirilən şəxs tutulandan sonra birinci evə deyil, bölməyə getmişlər. Təqsirləndirilən şəxsin yaşadığı mənzilə iki dəfə baxış olmamışdır. Evində olan narkotik vasitələr qabların və bükümlərin içində olmuşdur. Hazırki əməliyyatı dəqiq xatırlamır, amma çox vaxt əməliyyat tədbiri zamanı onlar xüsusi rabitə vasitələrindən istifadə edirlər. Plenum Qərarı onlara məlum olmadığından əməliyyat tədbiri zamanı çəkiliş apara bilməmi, hazırda bütün tədbirləri yerində çəkilir. Təqsirləndirilən şəxsin dedikləri yalandır, onun üzərində daha az miqdarda narkotik vasitə olmamış, tutulmasında 6-7 nəfər əməkdaş iştirak etməmiş və təqsirləndirilən şəxs hansısa zorakılığa məruz qalmamışdır. Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 11.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 177-181). 12.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2024-cü il tarixli, 3-16-16/1-6/3119 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri yazılmış kağız paketdəki dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,785 qr., 3,790 qr., 3,674 qr., 4,599 qr., ümumi təmiz çəkisi 16,848 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir; üzərində “...Təqsirləndirilən şəxs yaşadığı ünvanda...” sözləri yazılmış kağız yapışdırılmış bağlamadakı bir ədəd plastik qabda təmiz çəkisi 215 qram, 39 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,898 qr., 1,915 qr., 1,803 qr., 1,887 qr., 1,901 qr., 1,869 qr., 1,880 qr., 1,877 qr., 1,801 qr., 1,881 qr., 1,916 qr., 1,894 qr., 1,916 qr., 1,882 qr., 1,902 qr., 1,890 qr., 1,885 qr., 1,909 qr., 1,902 qr., 1,923 qr., 1,901 qr., 1,902 qr., 1,903 qr., 1,892 qr., 1,890 qr., 1,898 qr., 1,881 qr., 1,894 qr.,1,951 qr., 1,902 qr., 1,893 qr., 1,905 qr., 1,891 qr., 1,892 qr., 1,895 qr., 1,893 qr., 1,863qr., 10,944 qr., 93,331 qr., ümumi təmiz çəkisi 389,252 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir, bir ədəd plastik qabda təmiz çəkisi 180,204 qr., üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 11,243 qr., 12,833 qr., 24,973 qr., ümumi təmiz çəkisi 229,253 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, iki ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Kağız paketdəki və bağlamadakı psixotrop maddə metamfetaminlər kimyəvi komponent tərkibllərinə görə eynidirlər, ümumi təmiz çəkisi 406,1 qramdır, bağlamadakı narkotik vasitə heroinlər kimyəvi komponet tərkiblərinə görə eynidirlər, ümumi təmiz çəkisi 229,253 qramdır. «Metamfetamin» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir. «Heroin» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 44-50). 13.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X2 24 iyun 2024-cü il tarixli 4380 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlann birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 183-184). 14.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9-Hüquqi şəxsi ambulator məhkəmə psixiatrik ekspertizasının 24 iyun 2024-cü il tarixli, 1834 nömrəli rəyindən görünür ki, İ. Motivləşdirici hissə. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstələyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. İİ.Yekun hissə. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməyib. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliyini dərk etmək və onları idarı etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində hal-hazırda tibbi xarakterli məcburi tədbirlərin tədbiq edilməsinə ehtiyac yoxdur (İ cild, səh. 185-187). 15.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 04 iyun 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərinin özündə əks etdirən diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxsnı bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ aşağı yan cibindən 4 (dörd) ədəd bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən 2 (iki) ədəd içərisində 055 800-86-68, 070 706- 95-95 və 070 ***-**-** simkart nömrələri olan “Redmi” markalı mobil telefonlar, 46 (qırx altı) manat pul, şalvarın sol aşağı yan cibindən 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd açar və 4 (dörd) ədəd üzərlərində 4169 7388 6145 8887, 4169 7388 1198 7829, 4169 7388 1641 5834 və 4169 7388 9570 3621 nömrələri olan plastik bank kartları aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr elektron tərəzidə çəkildikdə metamfetaminə bənzər kütlələrin ümumilikdə çəkisi 19 (on doqquz) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 (iki) ədəd “Redmi” markalı mobil telefonlar, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi və 4 (dörd) ədəd bank kartları bu barədə şübhəli şəxsə izah verildikdən sonra götürülmüş, 46 (qırx altı) manat pul və 1 (bir) ədəd açar isə özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı olan “Əhməd” adlı şəxsin vasitəsi ilə 3 (üç) gün əvvəl Abşeron rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Əhməd” adlı şəxsin onun bank kartına 3000 (üç min) göndərdiyini, “Əhməd” adlı şəxsi təxminən 3 (üç) ay olar ki, tanıdığını, həmçinin Bakı şəhəri, Sabunçu rayonunda yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (İ cild, səh. 33-34). 16.«Evə baxış keçirilməsi və götürmə haqqında» 04 iyun 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərinin özündə əks etdirən diskdən görünür ki, baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözü gedən evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs evdə yataq otağında çarpayının alt hissəsindən 1 (bir) ədəd plastik qabda və 39 (otuz doqquz) ədəd bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlələri, 1 (bir) ədəd plastik qabda və 3 (üç) ədəd bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlələri və 2 (iki) ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlələrin ümumi çəkisinin 400 (dörd yüz) qram, metamfetaminə bənzər kütlələrin ümumi çəkisinin 566 (beş yüz altmış altı) qram olması müəyyən edilmiş, həmin kütlələr və elektron tərəzilər qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzilərin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı olan “Əhməd” adlı şəxsin vasitəsi ilə 3 (üç) gün əvvəl Abşeron rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Əhməd” adlı şəxsin onun bank kartına 3000 (üç min) göndərdiyini, “Əhməd” adlı şəxsi təxminən 3(üç) ay olar ki, tanıdığını bildirmişdir (İ cild, səh. 37-38). 17.«Mobil telefon cihazının yaddaşına baxış keçirilməsi haqqında» 05 iyul 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutularkən Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd “Redmi Note 8” markalı “M1908C3JG” modelli «**********55641, **********55658» imei-kodlu və “Redmi Note 11” markalı “2201117TG” modelli “**********92987/00 və **********92995/00” imei-kodlu mobil smartfonların yaddaşında olan fayllara keçirilmiş baxış zamanı, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən, narkotik vasitələrin və psixotrop maddələrin, onların elektron tərəzidə çəkilməsinin və ayrı-ayrı bükümlərdə qablaşdırılmasının, gümüşü falqada yandırılaraq keyfiyyətinin yoxlanılmasının, atıldıqları məkanların fotoşəkilləri və videogörüntüləri əks olunan xeyli sayda faylların mövcud olması müəyyən edilmişdir (İ cild, səh. 112). 18.«Maddi sübut kimi tanınma haqqında» 12 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ayrı-ayrılıqda təmiz çəkisi 4185 qram, 3,790 qram, 3,674 qram, 4,599 qram olmaqla ümumi təmiz çəkisi 16,848 qram külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin və yaşadığı evdən götürülmüş təmiz çəkisi 215 qram, 39 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,898 qram, 1,915 qram, 1,803 qram, 1,887 qram, 1,901 qram, 1,869 qram, 1,880 qram, 1,877 qram, 1,801 qram, 1,881 qram, 1,916 qram, 1,894 qram, 1,916 qram, 1,882 qram, 1,902 qram, 1,890 qram, 1,885 qram, 1,909 qram, 1,902 qram, 1,923 qram, 1,901 qram, 1,902 qram, 1,903 qram, 1,892 qram, 1,890 qram, 1,898 qram, 1,881 qram, 1,894 qram,1,951 qram, 1,902 qram, 1,893 qram, 1,905 qram, 1,891 qram, 1,892 qram, 1,895 qram, 1,893 qram, 1,863 qram, 10,944 qram, 93,331 qram olmaqla ümumi təmiz çəkisi 989,252 qram külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, təmiz çəkisi 180,204 qram, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 11,243 qram, 12,833 qram, 24,973 qram olmaqla ümumi təmiz çəkisi 229,253 qram külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və səthində narkotik vasitə heroinə məxsus izlər olan iki ədəd elektron tərəzi cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiklərindən və cinayətin bir başa predmeti olduqlarından maddi sübut kimi tanınmış, cinayət işi üzrə ekspertiza tədqiqatlarından sonra məsrəflərə uğrayaraq 229,153 qram çəkidə qalıq qalmış narkotik vasitə heroin, 405,9 qram çəkidə qalıq qalmış psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroinin izləri müəyyən edilən iki ədəd elektron tərəzi saxlanılması üçün X14 İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (İ cild, səh. 91-92). 19.«Maddi sübut kimi tanınma haqqında» 05 iyul 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə ilkin təhqiqat araşdırması materiallarına əlavə edilmiş, xx.xx.2024-cü il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxlanılan külli miqdarda psixotrop maddə metamfetaminin aşkar olunaraq götürülməsi hadisəsinin videogörüntüsü əks olunmuş 01 (bir) ədəd CD cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, səh. 107). 20.«Maddi sübut kimi tanınma haqqında» 05 iyul 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə ilkin təhqiqat araşdırması materiallarına əlavə edilmiş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz küçəsində yerləşən nömrəsiz fərdi evdə keçirilmiş baxış, axtarış və götürmə zamanı qanunsuz saxlanılan külli miqdarda psixotrop maddə metamfetaminin və külli miqdarda narkotik vasitə heroinin aşkar olunaraq götürülməsi hadisəsinin videogörüntüsü əks olunmuş 01 (bir) ədəd CD cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, səh. 111). 21.«Maddi sübut kimi tanınma haqqında» 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutularkən Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd “Redmi Note 8” markalı “M1908C3JG” modelli «**********55641, **********55658» imeikodlu və “Redmi Note 11” markalı “2201117TG” modelli “**********92987/00 və **********92995/00” imei-kodlu mobil smartfonlar maddi sübut kimi tanınmışdır (İ cild, səh. 156). 22.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, sol saidin bayır səthində köhnə çapıq toxuması aşkar edilmişdir. 23.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 24). 24.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 4(008)- 353/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 iyun 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 85-88). 25.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.noyabr 2020-ci il tarixli, 1(001)-408/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 07 (yeddi) ay 09 (doqquz) gün həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasınınn Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir (İ cild, səh. 94-95). 26.İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2021-ci il təvəllüdlü üç uşağı vardır. Tətbiq edilən qanunvericilik normaları və məhkəmənin mövqeyi: 27.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 28.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 29.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 30.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış mötəbər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. 31.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 32.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 33.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 34.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 35.Qanunun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 36.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 37.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 38.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 83-cü bəndinə əsasən 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir. İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir. 39.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, təqiq edilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 40.Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmaması ilə əlaqədar ifadəsinə münasibətdə isə onu qeyd edir ki, Təqsirləndirilən şəxs məxsus olmaqla istifadəsində olmuş «Redmi Note 8» və «Redmi Note 11» markalı mobil telefon aparatlarına keçirilmiş baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən, narkotik vasitələrin və psixotrop maddələrin, həmin vasitə və maddələrin elektron tərəzidə çəkilməsinin, ayrı-ayrı bükümlərdə qablaşdırılmasının, gümüşü falqada yandırılaraq keyfiyyətinin yoxlanılmasının, atıldıqları məkanların fotoşəkilləri və videogörüntüləri əks olunan xeyli sayda faylların mövcud olması, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etdiyini tam sübuta yetirir. 41.Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. 42.Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, sol saidin bayır səthində köhnə çapıq toxuması aşkar edilmişdir. 43.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsinə dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 44.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X6rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 45.Məhkəmə təqsirləndirilən şəxsin onun şəxsi axtarışı və yaşadığı evə keçirilmiş baxışın videoçəkilişlərinin həqiqəti əks etdirməməsi məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, «Şəxsi axtarış və götürmə aparılması haqqında» 04 iyun 2024-cü il tarixli və «Evə baxış keçirilməsi və götürmə haqqında» 04 iyun 2024-cü il tarixli protokolların, həmin istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən disklərin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı aşkar edilərək götürülmüş narkotik vasitənin və psixotrop maddənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 46.Təqsirləndirilən şəxsin tədqiq edilmiş videoçəkilişlərin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. 47.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitənin və psixotrop maddənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 48.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. 49.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 50.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 51.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 52.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 53.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 54.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, himayəsində üç azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 55.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 56.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 57.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 58.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 59.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. 60.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə görə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 61.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 62.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 63.Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.noyabr 2020-ci il tarixli, 1(001)-408/2020 nömrəli hökmü ilə məhkum edildiyi cinayət əməlinə münasibətdə məhkumluğu ödənilmişdir. 64.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 65.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 66.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 67.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 68.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 69.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 04 iyun 2024-cü il tarixdən hesablanmalıdır. 70.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 71.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi . 72.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 73.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 229,153 qram çəkidə narkotik vasitə heroinin, 405,9 qram çəkidə psixotrop maddə metamfetaminin və iki ədəd elektron tərəzinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri və evə baxışın videogörüntülərini özündə əks etdirən 02 ədəd CD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məxsus bir ədəd «Redmi Note 8» markalı «M1908C3JG» modelli «**********55641, **********55658» imei-kodlu və bir ədəd «Redmi Note 11» markalı «2201117TG» modelli «**********92987/00 və **********92995/00» imei-kodlu mobil telefon aparatları onun özünə (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılmalıdır. 74.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 75.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 76.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 77.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 78.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 60 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 360 (üç yüz altmış) manat təşkil edir. 79.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Femida» Vəkil Bürosunun hesabına ödənilməlidir. 80.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 04 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri «Femida» Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 229,153 qram çəkidə narkotik vasitə heroin, 405,9 qram çəkidə psixotrop maddə metamfetamin və iki ədəd elektron tərəzi məhv edilsin, 02 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın, bir ədəd «Redmi Note 8» markalı və bir ədəd «Redmi Note 11» markalı mobil telefon aparatları Təqsirləndirilən şəxs (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Elmin Rüstəmov
3. Vüqar Quliyev