Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-646/2020 12.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mirzəyev Emil Fərəməz oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X1 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 23 radələrində yaşadığı ünvan 1 ünvanının qarşısında Zərərçəkmiş şəxs tanışı Şahid5 ilə onun yaşadığı məhəlləyə gəlməsinə və ucadan danışıb səs-küy salmalarına etiraz əlaməti olaraq Zərərçəkmiş şəxs söyüb təhqir edərək məhəllədən qovmaq istəməsinə görə aralarında yaranmış mübahisə zamanı yerdən götürdüyü daşla Zərərçəkmiş şəxs baş nahiyyəsindən xuliqanlıq niyyəti ilə qəsdən vurub onun sağlamlığına baş beyinin yüngül dərəcəli əzilməsi və sıxılması, soldan alın-cicgah sümüklərinin kəllə əsasına keçən qəlpəli sınığı ilə nəticələnən dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 24:00 radələrində evdə tək olduğu vaxt küçədən söyüş səsləri eşidib pəncərədən baxarkən, iki nəfər cavan oğlanın tanıdığı Anar adlı şəxsi döymələrini gördü. Buna görə də o küçəyə çıxıb Anara kömək etmək istəyərkən həmin iki nəfərdən biri, yəni adının Zərərçəkmiş şəxs olmasını sonradan bildiyi şəxs ona söyüş söydü və əlindəki bıçaqla onun üstümə gəldi. O Zərərçəkmiş şəxs qolundan vurub bıçağı yerə salmaq istədi, sonuncu isə bir qədər geri çəkildikdən sonra yenidən onun üstünə gəlib bıçağı ona tərəf fırladı və bıçağın uc hissəsi onun üst dodağını azacıq cızdı. Buna görə də o əsəbiləşərək, yerdən götürdüyü daşı Zərərçəkmiş şəxs tərəf atdı və həmin daş Kənanın başına dəydi və sonuncu zərbədən yerə yıxıldı. Bundan sonra Kənanın yanında olan digər oğlan, yəni adını sonradan öyrəndiyi Şahid5 adlı şəxs Kənanı götürüb qaçıb getdilər. Aralarında olan mübahisə təxminən 20-25 dəqiqə çəkdi. Kənanın əlindən yerə düşmüş bıçağı götürüb özündə saxlamışdı və həmin bıçağı sonradan tapa bilmədiyi üçün istintaqa təqdim edə bilmədi. Hazırda Kənanla barışmışlar, Kənanın ona qarşı şikayət və tələbi yoxdur. Etdiyi əməldən çox peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. xx xxxxxx 2019-cu il tarixdə, saat 19 radələrində tanışı Muradla görüşərək, 46 №-li avtobusun sonuncu dayanacağında yerləşən çayxanada oturub çay içirdilər. Birlikdə çay içən zaman Murad tanışı Kənan Quluzadəyə də zəng vurub çayxanaya çağırdı və bir neçə dəqiqədən sonra Kənan Fəridlə birlikdə çayxanaya gəldilər. Onlar bir qədər oturub çay içdikdən sonra Fərid bildirdi ki, Zığ kəndinə gedib bir nəfər tanışı ilə aralarında olan məsələyə aydınlıq gətirmək istəyir. Fərid həmin vaxtı içkili idi. O da Fəriddən həmin şəxsin kim olmasını və aralarında olan narazılığın nədən ibarət olmasını soruşduqda o, demişdi ki, Anar adlı şəxsin ona borcu vardır və çoxdandır ki, borcunu qaytarmır. O da Fəridə yoldaşlıq etdiyi üçün onunla getməyə razı oldu. Murad da bekarçılıq olduğundan onlarla getmək istədiyini bildirdi. Kənan Quluzadə isə onlarla getməkdən imtina etdi. Bundan sonra o, Murad və Fərid birlikdə yol kənarında dayanmış taksi ilə Zığ qəsəbəsinə gedib, orada yerləşən «Taksi» kafesinin qarşısında düşdülər. Həmin vaxt Murad pilləkənlərin yanında dayanmışdı, o isə Fəridlə birlikdə təxminən 450- 500 metr məhəllələrə tərəf getdilər. O Fəridlə birlikdə onun dediyi yerə, yəni həm həyət evləri, həm də bina olan məhəlləyə çatan zaman Fərid bir nəfər əvvəllər tanımadığı, ondan biraz hündür, təxminən 25-30 yaşında, başında kepkası olan oğlana yaxınlaşıb onunla salamlaşdı və onlar 2-3 addım kənara çəkilib söhbət etməyə başladılar. Fərid içkili olduğu üçün möhkəmdən danışırdı və ətrafda olanların diqqətini cəlb edirdi. O Fəridgilə yaxınlaşmaq istəyəndə binanın blokunda dayanmış, sonradan adının Anar olmasını bildiyi şəxs ona yaxınlaşıb «məhləmizə niyə gəlmisiniz» deyərək, ona qarşı aqresiya göstərib qışqır-bağır salmağa başladı. O həmin şəxsə səbəbsiz yerə üstünə qışqırıb onunla kobud danışmamasını bildirdi. Anar isə daha da özündən çıxıb onu söyüşlə təhqir etdi. O Anarın cavabını qaytaranda Anar yerdən götürdüyü daşı 1-2 metr məsafədən başının böyür tərəfindən vurdu. Onun əlində bıçaq olmayıb. Bundan sonra o huşunu itirdi, ayılanda isə yaşadığı binanın girişində olduğunu gördü. Həmin vaxt Fərid, Murad və Kənan Quluzadə yanında idilər. Bundan sonra o yaşadığı evə getdi, lakin evdə halı pisləşdiyi üçün onu xəstəxanaya apardılar. Hazırda Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Anarın barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 23 radələrində həyətyanı sahəsində saxladığı it hürdüyü üçün o yuxudan oyanıb həyətə düşən zaman küçədən səs-küy eşidib darvazanı açaraq küçəyə çıxdı. Həmin vaxt küçədə qonşuluqda yaşayan Təqsirləndirilən şəxs, digər qonşu Anar və iki nəfər tanımadığı şəxslərin olmasını görüb onlara yaxınlaşıb nə baş verdiyini soruşduqda, onlar bildirdilər ki, heç bir şey olmayıb. O Təqsirləndirilən şəxs və digər Anarı tənbeh edərək, evlərinə getmələrini tapşırdı, onlar da onun sözünə əməl edərək, yaşadıqları evə getdilər. Digər iki şəxsə də küçədən uzaqlaşmalarını və getmələrini deyib yaşadığı evə getdi. Bundan sonra nə baş verdiyini görməmişdir. O heç kimin əlində bıçaq görməmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 23 radələrində yaşadığı evin həyətyanı sahəsində olan zaman küçədə səs eşidib bu məqsədlə darvazanı açaraq küçəyə çıxdı. Həmin vaxt ona məxsus fərdi yaşayış evinin darvazanın qarşısında iki nəfər tanımadığı cavan oğlanın olduğunu gördü. Həmin vaxt onlardan birinin başı qanayırdı və o, əli ilə qan gələn hissəni tutub saxlamışdı. Digəri isə ona köməklik göstərməyə çalışırdı, onlardan nə baş verdiyini soruşduqda, yanında olan şəxs ona bildirdi ki, yıxılaraq xəsarət alıb. Həmin vaxt onlara təcili tibbi yardımın yaxınlıqda olduğunu dedi və xəsarət almış oğlanı ora aparmalarını məsləhət bildi. Bundan sonra onlar ona məxsus fərdi yaşayış evinin darvazanın qarşısında durdular və həmin şəxs xəsarət almış şəxsin qoluna girərək köməklik edib oradan uzaqlaşaraq getdilər. Onlardan nə baş verdiyini soruşduqda, yanında olan şəxs bildirdi ki, yıxılaraq xəsarət alıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Quluzadə Kənan, Zərərçəkmiş şəxs və Fəridlə uşaqlıqdan birlikdə böyümüşük və aralarında dostluq münasibətləri vardır. xx xxxxxx 2019-cu il tarixdə, saat 14:30 radələrində o şəhərdən yaşadığı məhəlləyə gələn zaman 40 saylı marşrut avtobusundan düşdükdə, Zərərçəkmiş şəxs dayanacağın yaxınlığında dayandığını gördü. Həmin vaxt Zərərçəkmiş şəxs tək idi və ona yaxınlaşaraq görüşdükdən sonra onlar birlikdə yaxınlıqda yerləşən «Akvarium» çay evində oturub çay içdilər. Daha sonra bir qədər gəzdikdən sonra 46 saylı marşurt avtobusunun sonuncu dayanacağında olan «46 Kafe» kafesinə düşdülər. Həmin vaxt təxminən saat 18 radələri olardı, həmin kafedə olan zaman Kənan Quluzadə ona zəng edərək, Fəridlə birlikdə olduğunu və ondan harada olduğunu soruşdu. O isə ona Zərərçəkmiş şəxsla birlikdə «46 Kafe» kafesinə oturub çay içdiklərini dedi. Təxminən 10- 15 dəqiqədən sonra Kənan Quluzadə və Fərid onların yanına gəlib, onlarla birlikdə əyləşdilər. Həmin vaxt Fərid içkili idi və söhbət edən zaman Fərid bildirdi ki, «Zığda yaşayan bir adam var onunla aramızda pul məsələmiz var və bu məsələni həll etmək istiyirəm». Bundan bir qədər sonra onlar hammısı, masadan qalxaraq kafedən çıxdıqdan sonra, Kənan Quluzadə getməkdən imtina etdi və evə gedəcəyini bildirdi. Onlar üçü, o, Fərid və Zərərçəkmiş şəxs birlikdə yol kənarında dayanmış taksi ilə Zığ qəsəbəsinə gedib, orada yerləşən «Taksi» kafesinin qarşısında düşdülər. Həmin vaxt o pilləkənlərin yanında dayandı, Fərid və Zərərçəkmiş şəxs isə birlikdə getdilər. O içkili idi deyə getmədi, bir neçə dəqiqə orada gözlədikdən sonra Fəridə zəng edərək, harada olmaları ilə maraqlandı, həmin vaxt Fərid dəstəyi götürərək, birazdan gələcəklərini dedi. Bundan təxminən 15-20 dəqiqə sonra Fəridlə Zərərçəkmiş şəxs qayıtdılar. O Kənanın başının qanadığını görüb tez onlara yaxınlaşaraq nə baş verdiyini soruşduqda, Fərid bildirdi ki, Anar adlı şəxslə dava zamanı sonuncu Kənanın başına daş parçası ilə vurmuşdur. Bundan sonra onlar birlikdə taksi ilə 46 saylı marşurt avtobusunun sonuncu dayanacağına gəldilər. Taksidən düşdükdən sonra Zərərçəkmiş şəxs başının qanı dayanmadığı üçün mən Kənan Quluzadəyə zəng edərək, Zərərçəkmiş şəxs başının qanadığını və dəsmal gətirməsini dedi. Kənan Quluzadə də bir neçə dəqiqədən sonra dəsmalı gətirdi və Zərərçəkmiş şəxs başını bağladıqdan sonra yenidən taksi ilə Zərərçəkmiş şəxs yaşadığı məhəlləyə getdilər. Ora çatdıqdan sonra onlar birlikdə Zərərçəkmiş şəxs liftlə onun yaşadığı binanın 8-ci mərtəbəsinə qalxdılar, lakin o, onları liftdən düşməyə qoymadı və onlar yenidən aşağı düşərək, bir qədər gözlədilər. Daha sonra o yenidən liftlə 8-ci mərtəbəyə qalxdı və Zərərçəkmiş şəxs artıq evdə olduğuna əmin olduqdan sonra düşüb yaşadığı evə getdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 22 radələrində Xətai rayonu İnqilab İsmayılov küçəsində yerləşən 46 №-li marşurutun axrıncı dayanacağındakı çayxanaya girəndə tanışları Zərərçəkmiş şəxs, Kənan Quluzadə və Şahid4 oturub çay içən gördü və onların yanında oturdu. O əvvəldən yeyib-içdiyindən həmin vaxtı bir qədər sərxoş idi. Bir qədər oturduqdan sonra Suraxanı rayonu, Zığ qəsəbəsində yaşayan tanışı Anar adlı şəxslə aralarında olan şəxsi söhbətləri yadına düşdüyü üçün sonuncunu tapıb onunla görüşmək qərarına gəlmişdi. O bu barədə uşaqlara dedikdə Zərərçəkmiş şəxs və Murad da onunla getmək istədilər. Kənan Quluzadə isə işi çıxdığına görə evlərinə getdi. Onlar bir taksi tutub Zığ qəsəbəsinə «Taksi» kafenin yanında getdilər. Murad orda dayandı, o isə Kənanla Anarın yaşadığı məhəlləyə tərəf getdilər. O içkili olduğu üçün həm də Anarı tapa bilmədikləri üçün möhkəmdən danışıb söyüş söyürdü. Buna görə də məhəllədə yaşayan sakinlər ona irad bildirirdilər və sakinlərlə mübahisə də düşmüşdü. O Anarın həmişə olduğu məhəlləyə çatanda Anarı görüb ona yaxınlaşdılar və Anarla təklikdə söhbət etmək üçün Kənandan 2- 3 metr aralandılar. Həmin vaxtı binanın qarşısında olan şəxslərdən biri, yəni sonradan adının Təqsirləndirilən şəxs olmasını bildiyi şəxs Kənana yaxınlaşıb onu söyərək, məhəllələrindən qovmaq istədi. Kənan da onunla təhqirlə danışdığı üçün, Anarın cavabını verəndə onların arasında mübahisə düşmüş və elə bu zaman Təqsirləndirilən şəxs yerdən götürdüyü daşı yaxın məsafədən ataraq Kənanın başının sol böyür tərəfindən vurmuşdur. Kənan daş zərbəsindən sonra huşunu itirib yerə yıxılmış və dili qatlanmışdı. Həmin vaxtı orada olan evlərdən birindən bir qadın və bir kişi çölə çıxıb Kənanın vəziyyətini görərək, ona su gətirmişdilər. Kənan bir balaca özünə gələndən sonra onu yerdən qaldırıb bir təhər taksiyə tərəf apardılar. Taksi sürücüsü nə baş verməsini soruşanda Murad demişdi ki, guya Kənan palçıqda sürüşüb başı yerə dəyibdir. Sonra Kənanı 46 №-li marşurut dayanacağına apardılar və Kənan Quluzadəyə zəng vurub hadisəni bildirdi və Kənan da əski götürüb gəldi, ancaq Zərərçəkmiş şəxs qanını kəsə bilmədiklərindən, onu evlərinə apardılar. Sonradan ona məlum olmuşdur ki, Kənana atılan daş onun kəllə sümüyünün sınmasına səbəb olmuşdur və Kənan başından cərrahi əməliyyat olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qəsəbə sakini kimi tanıyır, onunla münasibətləri normaldır. Fəridi də bir il olar ki, tanıyırdı və onunla da normal münasibəti vardır. xx xxxxxx 2019-cu il tarixdə, saat 22-23 radələrində bacısı gildən çıxıb evə gedərkən, Təqsirləndirilən şəxs yaşadığı evin yanından keçərkən, həmin vaxt iki nəfər şəxsin ucadan söyüş söyə-söyə küçəyə gəlmələrini görüb onlara yaxınlaşdıqda onlardan birinin Fərid olmasını, digərinin isə əvvəllər tanımadığı, sonradan adının Kənan olmasını bildiyi şəxs olmalarını bildi. Fərid ona guya ona pul borcu olduğunu bildirib, ondan pul istəyirdi və söyüşlə danışırdı. O Fəridə irad bildirərək söyüş söyməməsini dedi və aralaında yüngül mübahisə oldu. Həmin vaxtı Təqsirləndirilən şəxs da kənardan səslənib nə baş verməsini soruşduqda, o onaa əhəmiyyətli bir şey olmamasını dedi. Həmin vaxtı Anar onlara yaxınlaşıb söyüş söydükləri üçün Fəridə və Kənana iradını bildirəndə Kənan içkili olduğu üçün onunla arasında mübahisə yarandı və onlar əlbəyaxa oldular. O Kənanla Anarı bir-birilərindən ayırdı. Bu zaman Kənan yerdən daş parçası götürüb, Anara tərəf atdı, lakin daş parçası Anara dəymədi. Bundan sonra Anar yerdən daş parçası götürüb Kənana tərəf atdı və onun atdığı daş Kənanın başına dəydi və Kənan zərbədən yerə yıxıldı. Bundan sonra Anar kənara çəkildi. Fəridlə o Kənana yaxınlaşıb yerdən qaldırıb, Kənana su verib başının qanını yuduqdan sonra Fərid onu apardı. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin tövsifi məsələsinə gəldikdə hesab edir ki, şəxs Təqsirləndirilən şəxs həmin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilməli və həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini araşdırılmış sübutlar əsasında qiymətləndirərək ona elan edilmiş xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs vurmasına dair ittihamının təsdiq edilməməsi qənaətinə gəlir. Əməlin tövsifi ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı nəyə əsaslanaraq Təqsirləndirilən şəxs məhz xuliqanlıq niyyəti ilə qəsdən K. Həsənovu vurmasını heç cür əsaslandırmamışdır və iş materiallarından da görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Yuxarıda qeyd olunduğu kimi, ittiham aktında istinad edilən sübutların (ifadələrin) heç birində belə bir məlumat yoxdur ki, Təqsirləndirilən şəxs məhz xuliqanlıq niyyəti ilə qəsdən K. Həsənovu vurmasına qənaətinə gəlməyə əsas versin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarının 5-ci bəndində izah edilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməyərək, özünü ətrafdakılara qarşı qoymayaraq, qəsdən K. Həsənovu onun təqsiri üzündən vurmuşdur və buna görə də onun əməlini ibtidai istintaq tərəfindən xuliqanlıq niyyəti ilə tövsif edilməsi ilə razılaşmır. Beləliklə də, məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif olunmalı və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Cinayət işində olan ambulator məhkəmə psixiatrik ekspertizanın xx.xx.2020-ci il tarixli 413 saylı rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 124 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: baş beyinin yüngül dərəcəli əzilməsi və sıxılması, soldan alın-gicgah sümklərinin kəllə əsasına keçən qəlpəli sınığı. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2019-cu il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Cinayət işində olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, onunla barışmış, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş edir. Cinayət işi materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Tərtər hərbi məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.1-ci maddəsi ilə təqsirli bilinərək, 4 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir və N saylı hərbi hissənin komandirinin xx.xx.2018-ci il tarixli 1145 saylı arayışından görünür ki, cəza müddəti xx.xx.2018-ci il tarixdən başlamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının 13-cü bəndində deyilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi məqsədə müvafiq sayır. Cinayət işində olan xx xxxxxx 2019-cu il tarixli tutma protokolundan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs əvvələr böyük içtimai təhlükəli əməl törədərək, 4 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum olunaraq və hazırda məhkumluğu ödənilməmiş olsada, məhkəmə onun hazırki əməlini residiv kimi və eyni zamanda onun əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs kimi də qəbul etmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4, 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayətin tərətməsini, cinayəti etiraf edib, səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla ) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməklə, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(101)-646/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-646/2020
12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver