Məhkəmə qərarları › İş №1(101)-646/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-646/2022

16.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-646/2022 16.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 hüquqi varisi olan mülki iddiaçı X5 zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi4 və Müdafiəçi1, Bakı şəhəri «Yusifbəyli və Partnyorları» vəkil bürosunun vəkili Müdafiəçi2 tərcüməçi X6 iştirakı ilə 1989-cu il dekabrın 11-də Lənkəran rayonunun Separadi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum edilməmiş, «X45» MMC-də nəzarətçi işləmiş, Lənkəran rayonunun Separadi kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3.-cü və 221.2.1.-ci maddələrində; 1991-ci il yanvarın 03-də Masallı rayonunun Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum edilməmiş, «X45» MMC-də (Chevrolet Azərbaycan) operator işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1.-ci maddəsində; 1999-cu il avqustun 18-də Rusiya Federasiyasının Novokuznetsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-texniki təhsilli, subay, əvvəllər məhkum edilməmiş, "xxxx" MTK-da anbarlar üzrə mühasib işləmiş, Masallı rayonunun Göyəçöl kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında kirayədə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş və ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olmaqla xuliqanlıq niyyətilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 2021-ci il iyunun 24də tanışı Təqsirləndirilən şəxs2 və sonuncunun dostu Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qəsdən qərəzli hərəkətlər edərək aralarında baş vermiş mübahisə zamanı müxtəlif dərəcəli bədən xəsarəti yetirdikləri zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 təzyiq etmək üçün Təqsirləndirilən şəxs2 tərəfindən mobil telefon vasitəsi ilə hadisə yerinə çağırıldıqdan sonra 2021-ci il iyunun 24-də saat 18:30 radələrində ictimai yer hesab olunan Bakı şəhəri, Nərimanov rayonu, X51 küçəsi, 60 ünvanının qarşısına gəlib ona qarşı heç bir qanunsuz əməllərə yol verilmədiyi halda xuliqanlıq edərək Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 qarşı qəsdən qərəzli hərəkətlər edən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək küçədəki çoxsaylı vətəndaşların gözü qarşısında idmançı bədən quruluşuna malik olub özünün ətrafdakılardan üstün olmasını göstərmək məqsədi ilə kənar şəxslərə laqeydlik və etinasızlıq göstərməklə cəmiyyətdə qəbul olunmuş davranış və əxlaq normalarına zidd olaraq qəsdən xuliqanlıq hərəkətləri etmiş, daha sonra özünü əvvəllər tanımadığı və onunla heç bir münasibəti olmayan Zərərçəkmiş şəxs1 fövqündə qoyaraq üstünlüyünü nümayiş etdirmək məqsədi ilə xuliqanlıq niyyəti ilə qəsdən ağır zərər vurmaq məqsədi ilə sonuncunun üzərinə hücum edib qəsdən Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vuraraq sonuncunu yerə yıxdıqdan sonra uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə yenidən yumruq və təpik zərbələri vurmağa davam edib sonuncuya təpə nahiyəsində sağda altı ədəd, sağ dirsək oynağının arxa səthində bir ədəd, sağ əlin arxa səthində üç ədəd, sol bazuda yeddi ədəd, sağ bazuda beş ədəd, sağ saiddə iki ədəd sıyrıqlar olan insan həyatı və sağlamlığı üçün təhlükəli hesab edilməməklə dərəcəsi təyin olunmayan xəsarətlər, xayaların və xayalığın qapalı travması, hər iki xayada damarlarda doluqanlılıq, perivaskulyar qansızmalar, damarların tamlığının pozulması və trombozu, qaraciyərdə şok əlamətləri kəskin venoz doluqanlılıq kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmiş, nəticədə Zərərçəkmiş şəxs1 qısa müddət sonra almış olduğu xayaların və xayalığın küt travması, damarların doluqanlılığı, perivaskulyar qansızmalar, damarların tamlığının pozulması, damarların trombozu nəticəsində yaranmış travmatik şokdan hadisə yerində ölmüş, bu əməlləri ilə X26 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş və xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən ağır zərər vuraraq ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olmuşdur. İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs2 təkrarən bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 2021-ci il iyunun 24də saat 18 radələrində dostu Təqsirləndirilən şəxs3 ilə birlikdə idarə etdiyi «Chevrolet Lacetti» markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə «20 Yanvar» metrostansiyasının yaxınlığında hərəkətdə olan zaman əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 idarə etdiyi «Mercedes» markalı **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman yol verməməsinə görə aralarında yaranmış narazılıqla əlaqədar avtomobilin işıqları və siqnalı ilə işarə verib saxlamasını istəmiş, Zərərçəkmiş şəxs1 onun hərəkətlərinə məhəl verməyərək hərəkətlərini davam etdirmiş və bu zaman Təqsirləndirilən şəxs2 idarə etdiyi «Chevrolet Lacetti» markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə ilə Alı Mustafayev küçələrinin kəsişməsindəki tuneldə hərəkətdə olan Zərərçəkmiş şəxs1 məxsus «Mercedes» markalı **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına verərək saxladıqdan sonra Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobili saxlağını görüb Təqsirləndirilən şəxs3 ilə birlikdə bir qrup şəxs halında maşından düşərək «Mercedes» markalı avtomobildə olan Zərərçəkmiş şəxs1 və sonuncunun yanında olan sərnişin Zərərçəkmiş şəxs3 avtomobildən düşməyə məcbur etmiş, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətləri ilə tuneldəki çoxsaylı maşınların hərəkətini məhdudlaşdıraraq orada olan vətəndaşların gözü qarşısında özünün ətrafdakılardan üstün olmasını göstərmək məqsədi ilə kənar şəxslərə laqeydlik və etinasızlıq göstərməklə cəmiyyətdə qəbul olunmuş davranış və əxlaq normalarına zidd olaraq əvvəllər tanımadığı və onunla heç bir münasibəti olmayan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ilə mübahisə edib onları söyüşlə təhqir etmiş, bu zaman özünü Zərərçəkmiş şəxs1 fövqündə qoyaraq, üstünlüyünü göstərmək məqsədi ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vuraraq Zərərçəkmiş şəxs1 təpə nahiyəsində sağda altı ədəd, sağ dirsək oynağının arxa səthində bir ədəd, sağ əlin arxa səthində üç ədəd, sol bazuda yeddi ədəd, sağ bazuda beş ədəd, sağ saiddə iki ədəd sıyrıqlar olan insan həyatı və sağlamlığı üçün təhlükəli hesab edilməməklə dərəcəsi təyin olunmayan xəsarətlər yetirmiş, həmin vaxt onunla birlikdə tuneldə olan Təqsirləndirilən şəxs3 isə xuliqanlıq edərək Zərərçəkmiş şəxs3 bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq sonuncuya sağ bazunun qançırları və sol saidin sıyrıqları olan insan həyatı və sağlamlığı üçün təhlükəli hesab edilməməklə dərəcəsi təyin olunmayan xəsarətlər yetirmiş, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Bundan başqa istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 ilə birlikdə 2021-ci il iyunun 24-də saat 18:30 radələrində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Nərimanov rayonu, X51 küçəsi istiqamətində hərəkət etdiklərini görüb tanışları Təqsirləndirilən şəxs1 mobil telefonla olduqları yer barədə məlumat verdikdən sonra Bakı şəhəri, Nərimanov rayonu, X51 küçəsi, 60 ünvanının qarşısında yenidən Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobili saxlamasına məcbur edərək, təkrarən bir qrup şəxs halında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək küçədə olan vətəndaşların gözü qarşısında özünün ətrafdakılardan üstün olmasını göstərmək məqsədi ilə kənar şəxslərə laqeydlik və etinasızlıq göstərməklə cəmiyyətdə qəbul olunmuş davranış və əxlaq normalarına zidd olaraq Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və onların olduqları yerə gəlmiş Zərərçəkmiş şəxs2 ilə mübahisə edib onları söyüşlə təhqir etmiş, həmin vaxt hadisə yerinə gəlmiş Təqsirləndirilən şəxs1 ilə birlikdə bir qrup şəxs halında xuliqanlıq edərək Zərərçəkmiş şəxs1 cəzalandırmaq məqsədi ilə sonuncunun onları vurduğunu Təqsirləndirilən şəxs1 dedikdən sonra sonuncu Zərərçəkmiş şəxs1 üstünə hücum edərək, sonuncunun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vurub Zərərçəkmiş şəxs1 yerə yıxdıqdan sonra uzanıqlı vəziyyətdə olan sonuncunun bədəninin müxtəlif nahiyələrinə yenidən yumruq və təpik zərbələri vuraraq müxtəlif bədən xəsarətləri yetirmiş, bu zaman o, Təqsirləndirilən şəxs3lə birlikdə hadisə yerində dayanmış Zərərçəkmiş şəxs2 üstünə hücum çəkərək, sonuncunun belindən tutduqdan sonra Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs2 bədəninin yuxarı nahiyələrinə yumruq zərbələri vuraraq, sonuncuya sol bazunun orta üçdə birinin qançırları kimi insan həyatı və sağlamlığı üçün təhlükəli hesab edilməməklə dərəcəsi təyin olunmayan xəsarətlər yetirərək, təkrarən bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs3 təkrarən bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 2021-ci il iyunun 24də saat 18:00 radələrində dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə sonuncunun idarə etdiyi «Chevrolet Lacetti» markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə «20 Yanvar» metrostansiyasının yaxınlığında hərəkətdə olan zaman əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 idarə etdiyi «Mercedes» markalı **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilin onlara yol verməməsi səbəbindən aralarında yaranmış narazılıqla əlaqədar Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin işıqları və siqnalı ilə Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobili saxlamasına işarə vermiş, həmin vaxt sonuncu Təqsirləndirilən şəxs2 məhəl verməyərək hərəkətlərini davam etdirdiyindən Təqsirləndirilən şəxs2 idarə etdiyi «Chevrolet Lacetti» markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə ilə Alı Mustafayev küçələrinin kəsişməsindəki tuneldə hərəkətdə olan Zərərçəkmiş şəxs1 «Mercedes» markalı **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qarşısına verib saxladıqdan sonra Zərərçəkmiş şəxs1 avtomobili saxladığını görüb Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs halında maşından düşərək Zərərçəkmiş şəxs1 və sonuncunun yanında olan sərnişin Zərərçəkmiş şəxs3 maşından düşməyə məcbur edib heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətləri ilə tuneldəki çoxsaylı avtomobillərin hərəkətini məhdudlaşdıraraq orada olan vətəndaşların gözü qarşısında özlərinin ətrafdakılardan üstün olmasını göstərmək məqsədi ilə kənar şəxslərə laqeydlik və etinasızlıq göstərməklə cəmiyyətdə qəbul olunmuş davranış və əxlaq normalarına zidd olaraq əvvəllər tanımadıqları və onlarla heç bir münasibəti olmayan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ilə mübahisə edib söyüşlə təhqir etmişlər, həmin vaxt Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vuraraq sonuncuya təpə nahiyəsində sağda altı ədəd, sağ dirsək oynağının arxa səthində bir ədəd, sağ əlin arxa səthində üç ədəd, sol bazuda yeddi ədəd, sağ bazuda beş ədəd, sağ saiddə iki ədəd sıyrıqlar kimi insan həyatı və sağlamlığı üçün təhlükəli hesab edilməməklə dərəcəsi təyin olunmayan xəsarətlər yetirmiş, Təqsirləndirilən şəxs3 isə özünü X31 fövqündə qoyaraq, üstünlüyünü göstərmək məqsədi ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vuraraq sonuncuya sağ bazunun qançırları və sol saidin sıyrıqları kimi insan həyatı və sağlamlığı üçün təhlükəli hesab edilməməklə dərəcəsi təyin olunmayan xəsarətlər yetirmiş, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Bundan başqa istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 ilə birlikdə 2021-ci il iyunun 24-də saat 18:30 radələrində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Nərimanov rayonu, X51 küçəsi istiqamətində hərəkət etdiklərini görüb Təqsirləndirilən şəxs2 tərəfindən tanışları Təqsirləndirilən şəxs1 mobil telefonla olduqları yer barədə məlumat verildikdən sonra Bakı şəhəri, Nərimanov rayonu, X51 küçəsi, 60 ünvanının qarşısında yenidən Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobili saxlamağa məcbur edərək, təkrarən bir qrup şəxs halında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək küçədəki vətəndaşların gözü qarşısında özünün ətrafdakılardan üstün olmasını göstərmək məqsədi ilə kənar şəxslərə laqeydlik və etinasızlıq göstərməklə cəmiyyətdə qəbul olunmuş davranış və əxlaq normalarına zidd olaraq Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və onların olduqları yerə gəlmiş Zərərçəkmiş şəxs2 ilə mübahisə edərək söyüşlə təhqir edib Zərərçəkmiş şəxs3 yenidən yumruq zərbələri vurmuş, həmin vaxt hadisə yerinə gəlmiş Təqsirləndirilən şəxs1 ilə birlikdə bir qrup şəxs halında xuliqanlıq edərək Zərərçəkmiş şəxs1 cəzalandırmaq məqsədi ilə sonuncunun onları vurduğu Təqsirləndirilən şəxs2 tərəfindən Təqsirləndirilən şəxs1 deyildikdən sonra sonuncu Zərərçəkmiş şəxs1 üstünə hücum edərək, sonuncunun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vurub yerə yıxdıqdan sonra uzanıqlı vəziyyətdəki Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə yenidən yumruq və təpik zərbələri vuraraq müxtəlif bədən xəsarətləri yetirmiş, bu zaman o, Təqsirləndirilən şəxs2la birlikdə hadisə yerində dayanmış Zərərçəkmiş şəxs2 üstünə hücum çəkərək Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 bel nahiyəsindən tutmasından istifadə edərək, sonuncunun bədəninin yuxarı nahiyələrinə yumruq zərbələri vuraraq, Zərərçəkmiş şəxs2 sol bazunun orta üçdə birinin qançırları kimi insan həyatı və sağlamlığı üçün təhlükəli hesab edilməməklə dərəcəsi təyin olunmayan xəsarətlər yetirərək, təkrarən bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 126.3.-cü və 221.2.1.-ci maddələri ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, 2021-ci il iyunun 24-də saat 18 radələrində iş yoldaşı Təqsirləndirilən şəxs2 zəng vuraraq çay içməyi təklif etdikdə sonuncu ortaq tanışları Təqsirləndirilən şəxs3lə birlikdə Bakı şəhərinin Nərimanov rayonunda çay içməyə getməyini demiş və onlara qoşulmağı təklif etmişdir. 15-20 dəqiqədən sonra o, taksi ilə yola düşdüyü zaman Kamandar ona zəng vurmaqla yolda iki nəfər şəxslə aralarında münaqişə baş verdiyini, həmin adamların onları Bakı şəhəri, Nərimanov rayonu, X51 küçəsindəki «Lara» otelinin yaxınlığında döydüklərini bildirib onu köməyə çağırmışdır. 5-6 dəqiqə ötmüş o, adı çəkilən otelin yanına çatarkən sonuncuların tanımadığı üç nəfər şəxslə dalaşdıqlarını görəndə səbəbini soruşmuş, göstərilən vaxt Kamandarı və əlləri ilə sonuncunu boğan, adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 birbirindən aralayaraq sonuncuları sakitləşdirməyə çalışsa da Nicatın Maisi təhqir etməklə vurmaq istədiyini görmüş, lakin sonuncu oradan qaçmış, Nicat Maisin dalınca düşüb sonuncunu tuta bilmədiyindən qayıdaraq Kamandarla mübahisə etməyə davam etmişdir, o, aranı sakitləşdirməyə çalışdıqda adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 müvazinətini itirməklə yerə yıxılanda Zərərçəkmiş şəxs3 adlı şəxs «yenə bunun suduraqası tutdu, əcəb oldu, görərsiz, başınıza nə oyun açacağam» söyləsə də onlar Səxavətə kömək etməyə başlamış, bir müddət keçmiş hadisə yerinə gələn təcili tibbi yardım həkimləri müayinə etdikləri sonuncunun öldüyünü bildirmişlər. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 221.2.1.-ci maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, 2021-ci il iyunun 24-də saat 18 radələrində işdən çıxarkən dostu Təqsirləndirilən şəxs3 yaxınlaşaraq hal-əhval tutduqda onun Bakı şəhəri Nərimanov rayonunun ərazisində yerləşən kafelərin birində çay içmək təklifi ilə razılaşmış və onlar onun idarə etdiyi «Chevrolet Lacetti» markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdikdən bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs1 adlı ortaq tanışlarının ona göndərdiyi mesajda çay içmək təklifini nəzərindən keçirəndə sonuncunu da Maislə quracağı məclisə dəvət etmişdir. «20 Yanvar» dairəsindən Dərnəgül istiqamətində hərəkətdə olarkən arxadan gedən «Mercedes» markalı **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ara məsafəsi saxlamamaqla müntəzəm siqnal verib onun sürdüyü avtomaşını ötmək istədiyini görsə də hərəkət sıxlığına görə əhəmiyyət verməmişdir. Buna baxmayaraq həmin avtomobilin sürücüsü 5- 6 dəqiqə ərzində müntəzəm siqnal verməyə və avtomaşının ön işıqlarını yandırıb söndürməklə ötmə əməliyyatı aparmaq üçün işarə etməyə davam etmiş, o, hərəkəti davam etdirib Əbdülvahab Salamzadə ilə Alı Mustafayev küçələrinin kəsişməsindəki tunelə daxil olduqdan sonra qeyd edilən avtomobilin sürücüsü onun sağ tərəfinə keçib ötmə əməliyyatı aparmaqla onu sıxışdıraraq və idarə etdiyi avtomobilin sağ yan güzgüsünə toxunaraq ötüb keçmişdir. Bu hərəkət ona pis təsir etdiyi üçün o, xəbərdarlıq etmək məqsədi ilə sürəti artırıb həmin avtomobilin ön sağ oturacağındakı sərnişinə sol əli ilə işarə etmiş, qeyd olunan avtomobilin sürücüsü isə qışqırıb «maşını saxla, nə etmək istədiyimi deyəcəm» bildirmişdir. O, avtomobili biraz qabaqda saxlayıb düşəndə «Mercedes» markalı avtomobilin sürücüsü və digər sərnişin olmaqla sonradan adlarının müvafiq qaydada Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 olduğunu bildiyi şəxslər avtomobildən düşüb ona yaxınlaşmışlar, Səxavət kobud şəkildə ona «niyə yol vermirsən» dedikdə o, etiraz edərək avtomobillərin sıx hərəkəti səbəbindən ona yol verməyin mümkün olmadığını bildirib niyə kobud formada sağdan ötmə əməliyyatı apardığını soruşanda aralarında mübahisə baş vermiş və onlar bir-birlərinin yaxasından tutub əlbəyaxa olmuşlar. Bunu görən Mais cəld yaxınlaşıb onları aralamağa çalışanda Şahin sonuncu ilə mübahisə etməyə başlamış, Səxavət əlləri ilə onun sol qolundan tutub onu sağa-sola dartaraq əks yola tərəf itələdikdə o, yerə yıxılaraq müxtəlif xəsarətlər almışdır. Ayağa qalxdıqda Şahinin yerdə yıxılmış vəziyyətdə olan Maisin baş nahiyəsinə yumruqla zərbələr vurduğunu müşahidə edib Şahini kənara çəkdikdən sonra Maisi ayağa qaldırmış, sonuncunun sifət nahiyəsi qan içərisində olduğundan o, Maisi idarə etdiyi avtomobilə otuzdurmuşdur. Səxavətlə Şahinin əl çəkmədiyini görüb sonuncuların ucbatından yolun bağlandığını, camaatın onlara baxdığını, biabırçılıq olmasın deyə çıxıb getməyi söylədikdə Səxavət onu söyərək «sür vabşe mərkəzə» deyib Şahinlə birlikdə idarə etdiyi avtomobilə doğru getmişdir. O, sürdüyü avtomobilə minib hərəkətə davam etmiş, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül yolunun üzərindəki körpünün girişinə çatanda «Mercedes» markalı avtomobilin hələ də ardınca gəldiyini müşahidə edib öz avtomobilini körpünün girişində saxlamaqla həmin avtomobilin onu ötüb keçməsindən sonra dalınca hərəkət etməyə başlamış və Bakı şəhəri, Nərimanov rayonu, X51 küçəsindəki «Lara» otelinin yaxınlığında dayandığını görüb o da yolun sağ kənarında saxlamışdır. Onlar maşından düşdükdən sonra Səxavət və Şahin ilə aralarında yenidən mübahisə baş vermiş, o, Nurlana zəng vuraraq baş verənləri danışmaqla köməyə çağırmışdır. Bu zaman sonradan adının Zərərçəkmiş şəxs2 olduğunu bildiyi şəxs onlara yaxınlaşaraq qəflətən Maisə yumruqla bir zərbə vurub yerə yıxmış, bunu görən Səxavət əlləri ilə onun yaxasından tutaraq sağa-sola dartmağa başladıqda o, sonuncudan aralanmağa çalışaraq əllərini yaxasından çəkməsini tələb etmiş, Səxavət ondan aralanıb Şahin və Nicat ilə birlikdə yerdəki Maisə hücum edərək yumruq və təpiklə vurmağa başlamışdır. O, Nicatı qucaqlayaraq kənara çəkməyə çalışanda taksidən düşən Nurlana yaxınlaşıb Nicatı, Şahini və Səxavəti göstərərək həmin şəxslərin onları öldürmək istədiklərini demiş, Nurlan dərhal Səxavətə doğru addımladıqda sonuncu Nurlanın qarın nahiyəsinə təpiklə vurmaq istəsə də sonuncu Səxavətin ayağından tutub kənara itələmiş və sonuncu müvazinətini itirib yerə yıxılmışdır. Bir qədər sonra mübahisə bitmiş, Səxavət ona doğru çevrilərək ünvanına bir neçə dəfə nalayiq söz desə də o, sonuncuya cavab verməyərək üst-başını səliqəyə salmağa başladıqda Səxavətin qəflətən yerə yıxıldığını görmüşdür. O, yardım etmək üçün avtomobilində olan suyu götürüb sonuncunun üzünə tökmüş, Səxavətin reaksiya vermədiyini görəndə süni nəfəs verməsinə baxmayaraq sonuncu ayılmamışdır. Bir neçə dəqiqədən sonra təcili tibbi yardım avtomobili hadisə yerinə gəlib həkimlər Səxavətə yardım etməyə başlamışlar, sonuncunun öldüyünü anlayıb qorxduqları üçün o, Nurlan və Mais ilə piyada oradan uzaqlaşdıqda atası X7 zəng vuraraq hadisə barədə məlumat vermişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 221.2.1.-ci maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2021-ci il iyunun 24-də saat 18 radələrində Təqsirləndirilən şəxs2la birlikdə işdən çıxıb Bakı şəhərinin Nərimanov rayonundakı kafelərin birində çay içib söhbətləşmək qərarlaşdırdıqda sonuncunun idarə etdiyi «Chevrolet Lacetti» markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd olunan istiqamətdə hərəkətə başlamışlar. Yolda ortaq tanışları Təqsirləndirilən şəxs1 Kamandara zəng vurmaqla çay içmək istədiyini dedikdə sonuncu etiraz etməyərək Nurlanı da birlikdə çay içməyə dəvət etmişdir. «20 Yanvar» dairəsindən Dərnəgül istiqamətində hərəkətdə olarkən arxadakı «Mercedes» markalı **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobil onları sağdan ötüb keçərkən onların əyləşdikləri avtomobilin sağ yan güzgüsünü zədələdiyindən Kamandar əsəbləşib sürəti artıraraq sol tərəfdən həmin avtomobilin ön sağ oturacağındakı sərnişinə əli ilə işarə etməklə etirazını bildirdikdən sonra «Mercedes» markalı avtomobili ötüb keçərək qarşısında dayandığından həmin avtomobilin sürücüsü də məcburən hərəkəti saxlamışdır. Sonradan adlarının Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 olduğunu bildiyi şəxslər ilə Kamandar arasında mübahisə baş vermişdir, o, yaxınlaşmaqla onları aralaşdıranda Səxavət və Şahin onu yumruqla vuraraq döyməyə başlamışlar. O, sonunculardan çətinliklə aralanmaqla Kamandar onu idarə etdiyi avtomobilə otuzdurduqdan sonra oradan uzaqlaşsalar da «Mercedes» markalı həmin avtomobilin onların ardınca hərəkət etdiyini görmüşlər və Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül yolunun üzərindəki körpünün girişinə çatarkən Kamandar avtomobili orada saxlayaraq «Mercedes» markalı avtomobilin onları ötüb keçəndən sonra həmin avtomobilin ardınca hərəkət etməyə başlamışdır. «Mercedes» markalı avtomobilin X51 küçəsindəki «Lara» otelinin yaxınlığında dayandığını gördükdə Kamandar avtomaşını yolun sağ kənarında saxlamış, daha sonra sonuncu ilə Səxavət və Şahin yenidən dalaşmağa başladıqları üçün onları aralamağa çalışsa da əhəmiyyəti olmamışdır. Mübahisə zamanı Kamandar Nurlana zəng vuraraq Bakı şəhəri, Nərimanov rayonu, X51 küçəsində iki nəfər şəxsin onları döyüb öldürmək istədiklərini bildirərək cəld köməyə gəlməsini söyləmişdir. Həmin vaxt adının sonradan Zərərçəkmiş şəxs2 olduğunu bildiyi şəxs onlara yaxınlaşmışdır, sonuncunun hərəkətləri xoşuna gəlmədiyinə görə Nicatı yumruqla vurmaq istədikdə sonuncu, Şahin və Səxavət birlikdə onu yumruqla döyməyə başlamış, daha sonra isə Kamandarı döymüşlər. Bu vaxt Nurlan taksi ilə həmin yerə gəldikdə sonuncu ilə Səxavət arasında mübahisə baş vermiş, o, qaçaraq oradan uzaqlaşmaqla şikayət etmək üçün «102» xidmətinə zəng vurmağa cəhd etsə də Nicat imkan verməmişdir. Bir qədər sonra hadisə yerinə qayıtdıqda Səxavətin yerdə hərəkətsiz vəziyyətdə uzandığını və ətrafdakı insanların sonuncuya kömək etməyə çalışdıqlarını görmüşdür. Bir neçə dəqiqə keçmiş təcili tibbi yardım avtomobili hadisə yerinə gəlib həkimlər Səxavətə yardım etməyə başlamış, Səxavətin öldüyünü görüb qorxduqları üçün o, Nurlan və Kamandar birlikdə oradan qaçıb uzaqlaşmışlar. Kamandar atası X7 zəng vuraraq hadisə barədə məlumat verdikdən sonra sonuncunun qardaşı X8 qeyd olunan küçəyə gəlməklə onu Kamandarla birlikdə avtomobilə mindirərək «20 Yanvar» dairəsinə aparmış, Nurlan isə öz evlərinə getmişdir. Özlərinə gəldikdən sonra Kamandar və sonuncunun atası ilə birlikdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə getmişlər. İş üzrə zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X12 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs1 onun əridir. 2004-cü ildə o, sonuncu ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və birgə nikahdan iki övladı dünyaya gəlmişdir. Səxavət 2012ci ildən şəkərli diabet xəstəliyindən əziyyət çəkmiş və bununla əlaqədar müntəzəm olaraq «İnsulin» dərman preparatı qəbul etmiş, 2012-ci ildə Rusiya Federasiyası Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində yerləşən xəstəxanada şəkərli diabet xəstəsi kimi qeydiyyatda olmuşdur. 2014-cü ildən əri X36 təsis etdiyi «Beynəlxalq Layihələr Xidməti» məhdud məsuliyyətli cəmiyyətində nəzarətçi vəzifəsində işləməyə başlamışdır. 2021-ci il iyunun 24-də saat 09 radələrində Səxavət işə getmək məqsədi ilə yaşadıqları mənzili tərk etmiş, həmin tarixdə saat 23 radələrində yaşadığı mənzildə olan zaman atası X9 mobil telefonuna zəng vuraraq Səxavətin Bakı şəhəri Nərimanov rayonunun ərazisində öldürüldüyünü və sonuncunun meyitinin rayon məhkəmə-tibbi ekspertiza şöbəsində müayinə olunduğunu bildirmişdir. O, həmin şöbəyə getdikdə 2021-ci il iyunun 24-də saat 18 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X51 küçəsində üç nəfər tanımadığı şəxsin ərinə və sonuncunun iş yoldaşlarına qarşı heç bir səbəb olmadan nalayiq hərəkətlər edib münaqişə yaratmalarını və bu vaxt Səxavətin vəfat etməsini bilmişdir. Təqsirləndirilən şəxslərlə barışmamışdır, onlara layiqli cəza verməsini məhkəmədən xahiş edir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, əvvəllər tanımadığı Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə ədavəti olmamışdır. 2021-ci il iyunun 24-də saat 18:38-də Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 1 ünvanında yerləşən X34 işdən çıxıb özünə məxsus «VAZ-21074 minik» markalı **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək yaşadığı ünvana yola düşmüş, yolda iş yoldaşı Zərərçəkmiş şəxs3 ona zəng vuraraq həyəcanlı vəziyyətdə ünvan 5 ünvanındakı «Şəki» restoranına tərəf gəlməsini xahiş etmiş, o, nə baş verdiyini soruşduqda sonuncu iş yoldaşları Zərərçəkmiş şəxs1 idarə etdiyi furqon tipli «X43 516 CDİ» yük markalı **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı şəhərindən tədbirdən qayıdarkən Əbdülvahab Salamzadə ilə Alı Mustafayev küçələrinin kəsişməsində yerləşən tuneldə «Chevrolet» minik markalı avtomobilin sürücüsünün qəza şəraiti yaradaraq Səxavətin avtomobilinin qapısını zədələdiyini və hazırda qeyd edilən restoranın yaxınlığında dayandıqlarını bildirmişdir. O, dərhal həmin ünvana sürsə də Səxavətlə Şahinin orada olmadıqlarını görüb sonuncudan harada olduqlarını soruşanda Şahin ona Bakı şəhəri, Nərimanov rayonu, X51 küçəsindəki «ASAN Həyat» kompleksinin qarşısında olduqlarını dediyi üçün oraya getmiş, adlarını sonradan bildiyi Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs3 Şahin və Səxavət ilə mübahisə edərək onlara qarşı nalayiq ifadələr işlətdiklərini görüb sonunculara yaxınlaşanda Mais qəflətən yumruqla Şahinin baş nahiyəsinə bir neçə dəfə zərbə vurmuşdur. O, cəld Maisi kənara çəkərək Şahindən aralaşdırsa da Maislə Şahin bir-birlərinin yaxasından tutub dartdıqlarına görə hər ikisinin köynəyi cırılmış, o, Kamandarla Maisin əl çəkmədiklərini və Səxavətlə Şahinə qarşı nalayiq ifadələr işlətməkdə davam etdiklərini müşahidə edib onlara doğru qışqıraraq «Nə istəyirsiniz, öldürəcəksiniz?!» deyə irad tutmuşdur. Bu anda Səxavət Şahinlə birlikdə öz avtomobilinə tərəf getməyə başlasa da Kamandar mobil telefonla kiməsə zəng vurub danışa-danışa onların qarşısını kəsməklə imkan verməyərək məsələni həll etmək üçün adam çağırdığını demiş, biraz keçmiş taksidən düşən, adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 onlara yaxınlaşanda X35 göstərərək «Məni vuran budur, məni vuran budur» deyə qışqırmış, Nurlan isə heç nə bildirmədən Səxavətin üstünə cumub yumruq və təpik ilə onun müxtəlif nahiyələrinə zərbələr vurmağa başladığından sonuncu müvazinətini itirərək yerə yıxılmışdır. O, Nurlanı kənara çəkmək istəyəndə Mais və Kamandar hücum etməklə sonuncu qolları ilə onu öndən qucaqlayıb hərəkət etməsinə imkan verməmişlər, Mais isə onun sol qoluna yumruqla vuraraq xəsarət yetirmişdir. Göstərilən müddət ərzində Nurlan yerə yıxılan Səxavətə yumruq və təpik ilə təxminən 15-20 dəfə zərbə vurmuşdur, ətrafda toplaşan şəxslərdən kimsə sonuncunun idarə etdiyi maşının X46 məxsus olmasını bildirdikdə Nurlan Səxavətin üzərindən qalxmaqla Kamandar və Mais də onu buraxmışlar. Səxavət çətinliklə ayağa qalxıb Nurlana irad tutaraq üzrxahlıq etmələrini tələb etdikdə Kamandar buna imkan verməyib Səxavətə doğru cumaraq döymək istədikdə sonuncu qəflətən sağ çiyiniüstə yerə yıxılmışdır. O, tez su gətirərək Səxavətin üzünə vurmuş, Kamandar qorxaraq sonuncuya süni nəfəs verib əlləri ilə ürək masajı etsə də o, Səxavətin heç bir reaksiya vermədiyini görüb dərhal təcili tibbi yardım çağırmışdır. Bir neçə dəqiqədən sonra polis əməkdaşları və təcili tibbi yardım işçiləri hadisə yerinə gəlmiş, Səxavətin öldüyünü görən Mais, Kamandar və Nurlan cəld qaçıb oradan uzaqlaşmışlar. Təqsirləndirilən şəxslərlə barışmamışdır, onlara qanuni cəza verməsini məhkəmədən xahiş edir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə oxşar ifadə verməklə yanaşı əlavə olaraq göstərdi ki, o, 2013-cü ildən X36 təsis etdiyi «Beynəlxalq Layihələr Xidməti» məhdud məsuliyyətli cəmiyyətində nəzarətçi vəzifəsində işləmişdir. Əvvəllər tanımadığı Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə ədavəti olmamışdır. 2021-ci il iyunun 24-də saat 11 radələrində Azərbaycan Avtomobil Federasiyası tərəfindən Şamaxı şəhərində təşkil olunmuş tədbirlə əlaqədar iş yoldaşı Zərərçəkmiş şəxs1 idarə etdiyi X46 məxsus furqon tipli «X43 516 CDİ» yük markalı **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə getməklə qayıdaraq həmin tarixdə saat 16 radələrində Bakı şəhərinə yola düşmüş, saat 18 radələrində X38 getmək məqsədi ilə «20 Yanvar dairəsi»ndən «Dərnəgül» şosesi istiqamətində hərəkətdə olan zaman ön tərəfdə onlarla eyni istiqamətdə hərəkət edən «Chevrolet Lacetti» markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qəflətən hərəkət sürətini azaldaraq onların normal hərəkətlərinə maneçilik törətməyə başlamışdır. Səxavət həmin avtomobili ötüb keçmək üçün bir neçə dəfə səs və işıq siqnallarından istifadə etsə də göstərilən avtomaşının sürücüsü Kamandar tez-tez ani tormozlama edib ötməyə imkan verməmişdir. Səxavətin məcburiyyət qarşısında qalaraq Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə ilə Alı Mustafayev küçələrinin kəsişməsindəki tunelin girişinə 20-30 metr qalmış sağdan ötmə əməliyyatı apardığını görən Kamandar sürəti artırıb sağ tərəfdən onların avtomobilinə yaxınlaşmış, hərəkətdə olduqlarına baxmayaraq sol əlini uzatmaqla avtomobilin sağ qapısını açmış, onu və Səxavəti nalayiq söyüşlərlə söyüb təhqir etmiş, «Bizim aləmdə bizim qabağımıza maşın verənin arvad-uşağını belə edirlər» deyə qışqıraraq dayanmaqlarını tələb etmişdir. Tuneldə nəqliyyat axını intensiv olduğundan Səxavət əhəmiyyət verməyib uzaqlaşmaq üçün sürəti artırsa da Kamandar sürəti artırıb avtomobilini tunelin çıxışında onların avtomaşının qarşısına sürərək avtomobili sərt tormozlamışdır. Səxavət hərəkəti saxladıqdan sonra nə baş verdiyini aydınlaşdırmaqdan ötrü aşağı düşdükdə Kamandar və sonuncunun avtomobilində əyləşən Mais heç kimə əhəmiyyət vermədən ucadan nalayiq söyüşlər söyməklə Səxavətlə onun üstünə hücum etmişlər, Kamandar Səxavətə yumruq və təpik ilə bir neçə zərbə vurmuş, sonuncu isə Kamandarı yerə uzadaraq altına salmaqla «sən kimsən, məni söyürsən, səni əllərimlə boğub öldürərəm» demişdir. O və Mais Səxavət və Kamandarı aralamağa çalışsalar da bacarmamışlar, o, Səxavəti əlləri ilə tutub aralamaq istəyən zaman Mais qəflətən yumruqla onun başının arxasından zərbə vurduğundan özünü müdafiə etmək üçün geri çevrilib sonuncunun köynəyindən tutaraq kənara itələmişdir. Bir qədər sonra o, Səxavətə «gəl çıxaq gedək» demiş, Kamandar isə Səxavətə yaxınlaşıb məsələni belə qoymayacağını bildirərək nalayiq söyüşlər söymüş, sonuncunun təkidi ilə Səxavət öz mobil telefon nömrəsini Kamandara vermişdir. Bundan sonra o, Səxavətlə birlikdə oradan uzaqlaşaraq X47 istiqamətində hərəkətə davam etmişlər, «Ayna Sultanova» heykəlinin yaxınlığındakı körpünün üzərində olarkən Kamandarın onları təqib etməklə ötüb keçmək istədiyini gördükdə Səxavət avtomobilin sürətini bir qədər azaltmış və Kamandar ötmə əməliyyatı aparıb qarşılarında hərəkət etməyə başlamışdır. Sonuncu Səxavətin uzaqlaşmasına imkan verməmiş, saat 19 radələrində X51 küçəsi 60 ünvanının qarşısından keçərkən Kamandar soldan onların avtomobilinə yaxınlaşıb nalayiq söyüş söyməklə Səxavətdən avtomaşını saxlamasını tələb etdikdə sonuncu hərəkəti dayandırıb aşağı düşmüş, Kamandar Səxavətə yaxınlaşaraq hədələməyə başlayanda sonuncu Kamandara sonra söhbət etməyi təklif etsə də sonuncu hərəkətlərini davam etdirdiyi üçün o, iş yoldaşı Zərərçəkmiş şəxs2 zəng vurub baş verənləri danışaraq köməklik etməsini istəmişdir. Təqsirləndirilən şəxslərlə barışmamışdır, onlara ağır cəza verməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, o, 1997-ci ildən məhkəmə-tibb eksperti kimi fəaliyyət göstərməklə 2018-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X29» publik hüquqi şəxsinin Nərimanov rayon şöbəsində işləyir. 2021-ci il iyunun 24-də saat 19 radələrində mübahisə nəticəsində ölən Zərərçəkmiş şəxs1 meyitində xayanın toxumalarında bütün kalibrli damarların kəskin doluqanlığı, perivaskulyar qansızmalar, damarların tamlığının pozulması və damarların trombozu aşkar edilməklə bu xəsarətlər həyati olub sonuncunun ölümündən az əvvəl məhdud səthə malik bərk küt əşyanın bilavasitə xaya nahiyəsinə lokal təsirindən törənmişdir, yumruq, təpik və digər küt əşya ilə yetirilmiş zərbə nəticəsində əmələ gələ bilərdi, baş vermiş ölümlə birbaşa səbəbli əlaqəsi vardır. Meyitdə aşkar edilmiş digər xəsarətlər isə həyati olub Zərərçəkmiş şəxs1 ölümündən az əvvəl küt əşyanın təsirindən törənməklə ölümlə səbəbli əlaqələri yoxdur. Meyitin xarici və daxili müayinəsi zamanı gözlə görünən digər hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir. Zərərçəkmiş şəxs1 ölümünə səbəb şokogen zona olan xayalığın və xayanın qapalı küt travması nəticəsində inkişaf etmiş və ürəyin reflektor dayanması ilə nəticələnmiş ağır dərəcəli birincili ağrı şoku olmuşdur. İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 24 iyun tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X51 küçəsi, 60 ünvanının qarşısında olan hadisə yerinə baxış zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin «Asan Həyat» kompleksinin qarşısındakı səkinin yanında Zərərçəkmiş şəxs1 meyitinin arxasıüstə uzanıqlı vəziyyətdə, baş nahiyəsinin kompleksə tərəf olmaqla qərbə tərəf maili olması, kompleksin qarşısında «X43 516 CDİ YÜK» markalı **-JV-*** dövlət qeydiyyat nişanlı və həmin nəqliyyat vasitəsindən 11,4 metr irəlidə «Chevrolet Lacetti» markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin dayanması müəyyənləşdirilmiş, fotocədvəl protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 4-16). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 24 iyun tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 meyitinə baxış vaxtı təpənin sağ yarısında boylama bir qədər çəp istiqamətdə xətvari formalarda altı ədəd 2x2 sm-dən 0,6x0,2 sm-ə qədər, sağ dirsək oynağının arxa səthində boylama istiqamətdə oval formada 3x1 sm, sağ əlin arxa səthində qeyri-müəyyən formalarda üç ədəd 0,5x0,2 sm-dən 0,2x0,2 sm-ə qədər, sol bazunun yuxarı və aşağı 1/3-nin ön və iç səthlərində xətvari formalarda müxtəlif istiqamətdə yeddi ədəd 8x0,2 sm-dən 1x0,2 sm sm-ə qədər, sağ bazunun yuxarı və aşağı 1/3-nin ön və iç səthlərində xətvari formalarda müxtəlif istiqamətdə beş ədəd 6x0,2 sm-dən 1x0,2 sm sm-ə qədər, sağ saidin aşağı 1/3nin iç səthində boylama istiqamətdə xətvari formalarda 8x0,2 sm, 5x0,2 sm ölçülərdə üzərləri bir qədər nəm və çökək qırmızı rəngli sıyrıqlar aşkarlanmışdır (1-ci cild, iş vərəqi 17-18). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin 2021-ci il 25 iyun tarixli 2/8396 №-li, eyni tarixli 2/8397 №-li, 2/8398 №-li və 2/8402 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktlarından müvafiq qaydada görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs3 ayıq vəziyyətdədirlər (1-ci cild, iş vərəqi 22- 25). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 25 iyun tarixli protokollardan müvafiq qaydada görünür ki, göstərilən tarixdə Təqsirləndirilən şəxs2 saat 00:15-də, Təqsirləndirilən şəxs3 saat 04:20-də və Təqsirləndirilən şəxs1 saat 07:00-da Azərbaycan Respublikasının CM-nin 221.2.1.-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşlar, sonuncuların valideynlərinə bu barədə məlumat verilmişdir (1-ci cild, iş vərəqi 42-43, 69-70 və 93-94). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 25 iyun, 2021-ci il 25 iyun və 2021-ci il 26 iyun tarixli qərarlarından müvafiq qaydada görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 221.2.1.-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 137- 139, 153-154 və 168-170). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2021-ci il 26 iyun tarixli qərarlarının surətlərindən müvafiq qaydada görünür ki, Azərbaycan Respublikasının CM-nin 221.2.1.-ci maddəsi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində əvvəli 2021-ci il iyunun 25-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 239- 250). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il iyulun 01-də tərtib etdiyi tələbnamələrdən müvafiq qaydada görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar (2-ci cild, iş vərəqi 30, 32 və 34). İş materiallarında olan AZ seriyalı 672792 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən görünür ki, «X43 516 CDİ YÜK» markalı **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobil X46 məxsusdur (2-ci cild, iş vərəqi 69). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2021-ci il 05 iyul tarixli 5772 №-li, 5773 №-li və 5774 №-li məktublarından müvafiq qaydada görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həmin tibb müəssisəsində xəstəxanada müalicədə olmamışlar (2-ci cild, iş vərəqi 97-99). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin 2021-ci il 06 iyul tarixli xx/xx-7247 №-li, xx/xx- 7249 №-li və xx/xx-7250 №-li məktublarından müvafiq qaydada görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 göstərilən tibb müəssisəsində müalicədə olmamışlar və qeydiyyatda deyillər (2-ci cild, iş vərəqi 100-102). İş materiallarında olan 2021-ci il 06 iyul tarixli qəbzdən görünür ki, X12 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus MYİ seriyalı ******* №-li Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini və Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Dağıstan Respublikası Daxili İşlər Nazirliyinin Yol Hərəkətinin X1 Mahaçqala Şəhər Daxili İşlər İdarəsinin yanında Rayonlararası Qeydiyyat-imtahan Şöbəsinin verdiyi ** OM ***745 №-li sürücülük vəsiqəsini təhvil almışdır (2-ci cild, iş vərəqi 107). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X39-Təcrübi və Tədris Birliyinin publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasına dair 2021-ci il 29 iyun tarixli 447 nömrəli rəyindən görünür ki, 1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs3 bədənində aşkar edilmiş xəsarətlər – sağ ənsənin və burunun yumşaq toxumalarnın şişkinlik halında əzilməsi-qançırları, sağ bazunun, sol və sağ dirsək oynaqlarının, sağ baldırın sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənməklə qərarda qeyd olunan 2021-ci il iyunun 24-də və şəraitdə əmələ gələ bilərdi, ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir (2-ci cild, iş vərəqi 134-135). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X39-Təcrübi və Tədris Birliyinin publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasına dair 2021-ci il 29 iyun tarixli 445 nömrəli rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 bədənində aşkar edilmiş xəsarətlər – boyunun, döş qəfəsinin, sağ və sol bazunun qançırları, sol bazunun səthi əzilmiş yarası, sol dirsək oynağının arxa səthinin, sol çiyin qurşağının arxa səthinin, döş qəfəsinin arxa səthinin, sol budun, sol diz oynağının ön səthinin, qarının ön divarının sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənməklə qərarda qeyd olunan 2021-ci il iyunun 24-də və şəraitdə əmələ gələ bilərdi, ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir (2-ci cild, iş vərəqi 137-138). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X39-Təcrübi və Tədris Birliyinin publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasına dair 2021-ci il 29 iyun tarixli 446 nömrəli rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 bədənində aşkar edilmiş xəsarətlər – sağ və sol dirsək oynaqlarının qançırları, sol mil biləkə oynağının sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənməklə qərarda qeyd olunan 2021-ci il iyunun 24-də və şəraitdə əmələ gələ bilərdi, ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir (2-ci cild, iş vərəqi 146-147). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X39-Təcrübi və Tədris Birliyinin publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasına dair 2021-ci il 03 iyul tarixli 474 nömrəli rəyindən görünür ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər – sol bazunun orta 1/3nin qançırları küt əşyanın (əşyaların) təsirindən törənməklə qərarda qeyd olunan 2021-ci il iyunun 24-də və şəraitdə əmələ gələ bilər, ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir, aşkarlanan xəsarətlərin xarakterinə və lokalizasiyasına görə şəxsin özü-özünə yetirməsi və öz boyu hündürlükdən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyildir (2-ci cild, iş vərəqi 140-141). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X39-Təcrübi və Tədris Birliyinin publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasına dair 2021-ci il 02 iyul tarixli 459 nömrəli rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 bədənində aşkar edilmiş xəsarətlər – sağ bazunun qançırları, sol saidin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənməklə qərarda qeyd olunan 2021-ci il iyunun 24-də və şəraitdə əmələ gələ bilər, ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir (2-ci cild, iş vərəqi 143-144). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X29» publik hüquqi şəxsinin meyitin ekspertizasına dair 2021-ci il 24 iyun tarixli 84 nömrəli rəyindən görünür ki, 1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 meyitində aşkar edilmiş xəsarətlər – xayanın toxumalarında bütün kalibrli damarların kəskin doluqanlığı, perivaskulyar qansızmalar, damarların tamlığının pozulması və damarların trombozu həyati olub sonuncunun ölümündən az əvvəl məhdud səthə malik bərk küt əşyanın bilavasitə xaya nahiyəsinə lokal təsirindən törənməklə yumruq, təpik və digər küt əşya ilə yetirilmiş zərbə nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ağır dərəcəli ağrı şoku ilə müşayiət olunduğundan insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olub ölümlə birbaşa səbəbli əlaqəsi vardır, təpənin sağ yarısının, sağ dirsək oynağının arxa səthinin, sağ əlin arxa səthinin, sol bazunun yuxarı və aşağı 1/3-nin ön və iç səthlərinin, sağ bazunun yuxarı və aşağı 1/3-nin ön və iç səthlərinin, sağ saidin aşağı 1/3-nin iç səthinin sıyrıqları həyati olub Zərərçəkmiş şəxs1 ölümündən az əvvəl küt əşyanın (əşyaların) təsirindən törənməklə müddəti 2021-ci il iyunun 24-nə uyğundur, həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcəsi təyin edilmir və ölümlə səbəbli əlaqələri yoxdur, sonuncunun meyitində aşkarlanan xəsarətlər qısa zaman ərzində törəndiklərindən onların yetirilmə ardıcıllığını təyin etmək mümkün deyildir, meyitin xarici və daxili müayinəsi zamanı gözlə görünən digər hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir, Zərərçəkmiş şəxs1 ölümünə səbəb şokogen zona olan xayalığın və xayanın qapalı küt travması nəticəsində inkişaf etmiş və ürəyin reflektor dayanması ilə nəticələnmiş ağır dərəcəli birincili ağrı şoku olmaqla şokun xarakterini (birincili ağrı şokunu və meyitdə aşkar olunmuş tez baş verən ölüm əlamətləri) nəzərə alaraq sonuncunun ölümü xayalıq və xayaların qapalı küt travmasından dərhal sonra qısa müddət ərzində baş vermişdir, Zərərçəkmiş şəxs1 qeyd olunan xəsarətləri alarkən bədənin müxtəlif səthləri xəsarət yetirən şəxsə tərəf olmaqla müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, oturmuş, uzanmış və s.) ola bilərdi, sonuncunun meyitindən götürülən qanda metil, etil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu) fenotiain, pirazolon, 1.4-benzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir (2-ci cild, iş vərəqi 149-154). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 07 avqust tarixli qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikasının CM-nin 221.2.1.-ci maddəsindən həmin Məcəllənin 126.3.-cü və 221.2.1.-ci maddələrinə tövsif edilmişdir (2-ci cild, iş vərəqi 168-173). İş materiallarındakı Lənkəran Şəhəri İcra Hakimiyyəti başçısının Separadi Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin tərtib etdiyi 2021-ci il 10 avqust tarixli 60 №-li və 2021-ci il 16 dekabr tarixli 895 №-li arayışlardan, 2021-ci il 10 avqust tarixli xasiyyətnamədən, habelə AZE seriyalı AA3349407 №-li, AZE seriyalı AA1869177 №-li, AZE seriyalı ******* №-li, AZE seriyalı 14044697 №-li və AZE seriyalı 15008553 №-li şəxsiyyət vəsiqələrinin, 2018-ci il 09 yanvar tarixli AZ-İV seriyalı 045761 №-li və 2020-ci il 02 may tarixli AZ-İV seriyalı 405317 №-li doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Lənkəran rayonu, Separadi kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs1 ailəsi İİ qrup əlil olmaqla X3 qeydiyyatda olan 1963-cü il 11 oktyabr təvəllüdlü atası X18 və 1964-cü il 16 noyabr təvəllüdlü anası X14, habelə 1996-cı il 03 noyabr təvəllüdlü arvadı X15, övladları 2017-ci il 09 dekabr təvəllüdlü X16 və 2020-ci il 22 fevral təvəllüdlü X19 ibarətdir, Təqsirləndirilən şəxs1 barəsində heç bir şikayət daxil olmamışdır (2-ci cild, iş vərəqi 221-222; 4-cü cild, iş vərəqi 103 və 105-111). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanasının 2021-ci il 30 iyul tarixli 388 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 orada qeydiyyatda deyildir (2-ci cild, iş vərəqi 224). İş materiallarında olan 2000-ci il 22 iyun tarixli a seriyalı 438190 №-li orta təhsil haqqında atestatın və 2003-cü il 22 may tarixli AB-İİ seriyalı 085154 №-li diplomun kserosurətlərindən görünür ki, X12 2000-ci ildə Bakı şəhərinin Xətai rayonundakı 249 saylı orta məktəbi, 2002-ci il iyulun 02-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Yeyinti Sənayesi Texnikumunun marketinq ixtisası üzrə tam kursu Azərbaycan dilində bitirmişdir (2-ci cild, iş vərəqi 233-234). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun tərtib etdiyi 2021ci il 02 sentyabr tarixli protokollardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 2021-ci il 14 iyul tarixli 003-9250-1221 №-li və 2021-ci il 19 iyul tarixli 003-9446-1221 №-li məktubları ilə daxil olan müvafiq qaydada 2021-ci il iyunun 24-də saat 09:00-dan 2021-ci il iyunun 24-də saat 19:00-dək və 2021-ci il iyunun 24-də saat 18:00-dan 2021-ci il iyunun 24-də saat 19:00-dək olan müddətdəki görüntüləri əks etdirən iki ədəd DVD diskinə baxış keçirilərkən Zərərçəkmiş şəxs1 idarə etdiyi «Mercedes» markalı **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2021ci il iyunun 24-də saat 11:50-dən etibarən Bakı şəhərində müxtəlif istiqamətlərdə hərəkət edərək Şamaxı rayonu istiqamətində hərəkətini davam etdirməklə sonuncu dəfə saat 13:20-də Bakı-Şamaxı yolunda hərəkətdə olan zaman kameralar tərəfindən qeydə alınması, saat 16:17-dən başlayaraq həmin avtomobilin Şamaxı-Bakı istiqamətində hərəkətdə olub Bakı şəhərində müxtəlif yerlərdə, sonuncu dəfə saat 18:30-da Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospekti ilə Nəriman Nərimanov küçəsinin kəsişməsində hərəkətdə olan zaman kameralar tərəfindən qeydə alınması; Təqsirləndirilən şəxs2 idarə etdiyi «Chevrolet» markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2021-ci il iyunun 24-də saat 18:30-da Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospekti ilə Nəriman Nərimanov küçəsinin kəsişməsində hərəkət edən vaxt kameralar tərəfindən qeydə alınması; Zərərçəkmiş şəxs1 idarə etdiyi «Mercedes» markalı **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2021-ci il iyunun 24-də saat 18:02-də Bakı istiqamətində hərəkətdə olmaqla saat 18:30-da Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospekti ilə Nəriman Nərimanov küçəsinin kəsişməsində hərəkətdə olan zaman kameralar tərəfindən qeydə alınması; Təqsirləndirilən şəxs2 idarə etdiyi «Chevrolet» markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2021-ci il iyunun 24-də saat 18:30-da Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospekti ilə Nəriman Nərimanov küçəsinin kəsişməsində hərəkət edən vaxt kameralar tərəfindən qeydə alınması aşkarlanmışdır (2-ci cild, iş vərəqi 129, 132 və 248-250). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun tərtib etdiyi 2021-ci il 08 sentyabr tarixli protokoldan və məhkəmə iclasında diskə keçirilən baxışdan görünür ki, təqsirləndirilən şəxs X20 müdafiəçisi X10 təqdim etdiyi bir ədəd diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Nurlan Rizvan oğlu X2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ilə mübahisə etməklə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 və X23 qarşılıqlı itələmələri, sonuncunun yerə yıxılması müəyyənləşdirilmişdir (2-ci cild, iş vərəqi 263). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasına dair 2021-ci il 17 avqust tarixli 1821 saylı, 2021-ci il 13 avqust tarixli 1780 saylı və 2021-ci il 13 avqust tarixli 1781 saylı ekspert rəylərindən müvafiq qaydada görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilməməklə ittiham olunduqları əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşlar, törədilən əməllər barəsində anlaqlı hesab edilməlidirlər, məcburi müalicəyə ehtiyacları yoxdur (3-cü cild, iş vərəqi 13-14, 16-18 və 20-21). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 02 avqust tarixli 2601 №-li, 2610 №-li və 2611 №-li rəylərindən müvafiq qaydada görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyindən əziyyət çəkməməklə məcburi müalicəyə ehtiyacları yoxdur (3cü cild, iş vərəqi 22-27). İş materiallarındakı Masallı Rayonu İcra Hakimiyyəti başçısının Göyəçöl Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin tərtib etdiyi 2021-ci il 03 avqust tarixli xasiyyətnamədən və 2021-ci il 04 avqust tarixli 359 №-li arayışdan görünür ki, Masallı rayonu, Göyəçöl kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs3 ailəsi 1971-ci il 01 iyun təvəllüdlü atası X21, 1976-cı il 03 iyul təvəllüdlü anası X11 və 1999-cu il 18 avqust təvəllüdlü bacısı X17 ibarətdir, Təqsirləndirilən şəxs3 barəsində heç bir şikayət daxil olmamışdır (3-cü cild, iş vərəqi 146-147). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun tərtib etdiyi 2021ci il 03 noyabr tarixli protokollardan görünür ki, iş üzrə şahidlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1lə üzləşdirilərkən birincisi və ikincisi ifadələrini təsdiq etmişlər, sonuncu isə onların dedikləri ilə razılaşmadığını bildirmişdir (3-cü cild, iş vərəqi 219-231). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun tərtib etdiyi 2021ci il 04 noyabr tarixli protokoldan görünür ki, iş üzrə şahid Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2la üzləşdirilərkən birincisi ifadəsini təsdiq etmiş, sonuncu isə onun dediklərini təkzib etmişdir (3-cü cild, iş vərəqi 233-240). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun tərtib etdiyi 2021ci il 04 noyabr tarixli protokollardan görünür ki, iş üzrə şahid Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la üzləşdirilərkən birincisi ifadəsini təsdiq etmiş, digərləri isə onun dediklərini təkzib etmişlər (3-cü cild, iş vərəqi 241-258). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun tərtib etdiyi 2021ci il 04 noyabr tarixli protokoldan görünür ki, iş üzrə şahid Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs3lə üzləşdirilərkən birincisi ifadəsini təsdiq etmiş, sonuncu isə onun dediklərini təkzib etmişdir (3-cü cild, iş vərəqi 259-265). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X29» publik hüquqi şəxsinin iş materialları üzrə ekspertizasına dair 2021-ci il 06 oktyabr tarixli T 279/2021 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ölümünə səbəb xayaların qapalı küt travması nəticəsində yaranmış ağır travmatik şok olmaqla ölüm xəsarət yetirildikdən qısa müddət sonra baş vermişdir, sonuncunun meyitində aşkar edilmiş xəsarətlər – təpə nahiyəsində sağda altı ədəd, sağ dirsək oynağının arxa səthində bir ədəd, sağ əlin arxa səthində üç ədəd, sol bazuda yeddi ədəd, sağ bazuda beş ədəd, sağ saiddə iki ədəd sıyrıq, hər iki xayada damarlarda doluqanlılıq, perivaskulyar qansızmalar, damarların tamlığının pozulması və trombozu, qaraciyərdə şok əlamətləri, kəskin venoz doluqanlılıq küt yaranma mexanizminə malik olmaqla müddəti 2021-ci il iyunun 24-nə uyğundur, dərəcəsinə görə xayaların qapalı travması insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olub sıyrıqlar sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir, xəsarət yetirilərkən həmlə edənlə zərər çəkmiş müxtəlif duruş vəziyyətində ola bilərdi, Zərərçəkmiş şəxs1 xəsarətlər yetirildikdən sonra müəyyən müddət məqsədyönlü hərəkət etmək iqtidarında ola bilərdi, sonuncunun meyitindən götürülmüş biomaterialın məhkəmə-kimyəvi tədqiqatı zamanı etil spirti, güclü təsiredici və zəhərləyici maddələr aşkar edilməmişdir, Zərərçəkmiş şəxs1 ölümünə səbəb olan xayaların ağır küt travması bilavasitə yetirilmiş zərbənin təsirindən yaranmaqla hər hansı digər səbəbdən və ya onun düçar olduğu şəkərli diabet xəstəliyi nəticəsində yarana bilməzdi, sonuncunun ölümünə səbəb olan xəsarətin bir neçə saat əvvəl yetirilmiş xəsarət nəticəsində yaranması və ya özünün hər hansı bərk küt əşyaya dəyməsi nəticəsində yaranması mümkün deyildir, travmatik şok yetirilən xəsarətlərdən sonra yaranan öz gedişinə görə bütün üzv və toxumalarda, daha çox mərkəzi sinir sistemi, qan-damar, tənəffüs və metabolizmdə kəskin geridönməz dəyişiklər yaradan patologiya olduğundan ürəyin reflektor dayanmasına səbəb olmaqla bu travma ilə ölüm arasında birbaşa səbəbli əlaqə vardır, Zərərçəkmiş şəxs1 yetirilən xəsarətlərdən sonra sonuncunun müəyyən müddət sərbəst hərəkət etməsi, heç bir ağrı hiss etməməsi travmatik şokun ilkin mərhələsində mümkün olsa da müəyyən müddət sonra ağrı qıcığına qarşı mərkəzi sinir sistemi reaksiya verir, bu isə azan sinirin kəskin oyanması nəticəsində ürəyin reflektor dayanmasına səbəb olur (4-cü cild, iş vərəqi 34-40). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun tərtib etdiyi 2021ci il 29 noyabr tarixli protokoldan görünür ki, «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 04 noyabr tarixli BKC/LGL-15282/21 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus olan ***-***-**-** saylı nömrə ilə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrə arasında 2021-ci il iyunun 24-də saat 18:25:41-dən başlayaraq müxtəlif yerlərdə hərəkətdə olarkən qarşılıqlı zənglər olması, Təqsirləndirilən şəxs1 saat 18:57:24-də Bakı şəhəri, Nərimanov rayonu, X51 küçəsi, 60 ünvanında baş vermiş hadisə yerinə gəldikdən sonra orada olması və saat 19:16:36-da sonuncunun Zərərçəkmiş şəxs1 öldüyünü bilib hadisə yerindən uzaqlaşması, bundan sonra yenidən mütəmadi olaraq Təqsirləndirilən şəxs2la qarşılıqlı zənglər edərək əlaqə saxlaması aşkarlanmışdır (4-cü cild, iş vərəqi 53-55). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun tərtib etdiyi 2021ci il 30 noyabr tarixli protokoldan görünür ki, «Azercell» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 01 noyabr tarixli 22656 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış vaxtı Təqsirləndirilən şəxs3 məxsus olan ***-***-**-** saylı nömrənin 2021-ci il iyunun 24də saat 18:00-dan başlayaraq hərəkətdə olub saat 18:30 radələrində hadisə baş verən ünvanda qeydə alınması, Təqsirləndirilən şəxs2 məxsus olan ***-***-**-** saylı nömrənin 2021-ci il iyunun 24-də saat 18:00-dan başlayaraq «20 Yanvar» metrostansiyasının istiqamətindən X51 küçəsi istiqamətində hərəkətdə olub saat 18:30 radələrində hadisə baş verən ünvanda qeydə alınması, sonuncunun saat 18:25:41-dən başlayaraq Təqsirləndirilən şəxs1 məxsus olan ***-***-**-** saylı nömrə ilə qarşılıqlı zənglər etməsi və saat 19:16:36-da Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 öldüyünü bilib hadisə yerindən uzaqlaşması, bundan sonra yenidən mütəmadi olaraq Təqsirləndirilən şəxs1lə qarşılıqlı zənglər edib əlaqə saxlaması aşkarlanmışdır (4-cü cild, iş vərəqi 56-58). İş materiallarındakı «X45» məhdud məsuliyyətli cəmiyyətinin tərtib etdiyi 2021-ci il 22 dekabr tarixli 177/21 №-li xasiyyətnamədən görünür ki, 2017-ci il fevralın 17-dən MMC-də nəzarətçi işləyən Təqsirləndirilən şəxs1 verilən tapşırıqları vaxtında və lazımi qaydada yerinə yetirməklə yanaşı nümayiş etdirdiyi yüksək şəxsi və dürüstlük keyfiyyətləri, səmimiliyi, mehriban rəftarı, işə olan ciddi məsuliyyəti, müstəqil və komandada işləmək bacarığı ilə rəhbərliyin və kollektivin hörmətini qazanmışdır (4-cü cild, iş vərəqi 102). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun 2021-ci il 22 dekabr tarixli sübutların qiymətləndirilməsi, habelə eyni tarixli təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona əlavələrin edilməsi və yenidən ittiham elan olunması haqqında qərarlarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 221.2.1.-ci maddəsi ilə elan edilən ittiham dəyişdirilərək əlavələr edilməklə Azərbaycan Respublikasının CM-nin 126.3.-cü və 221.2.1.-ci maddələri ilə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikasının CM-nin 221.2.1.-ci maddəsi ilə yenidən ittiham elan olunmuş, sonuncular barəsində Azərbaycan Respublikasının CM-nin 221.2.2.-ci maddəsi ilə cinayət təqibi rədd edilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikasının CM-nin 126-cı maddəsi ilə cinayət təqibinə xitam verilmiş, maddi sübut kimi tanınan iki ədəd DVD və iki ədəd CD disklərinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır (4-cü cild, iş vərəqi 113-142, 155-157 və 183-185). Məhkəməyə təqdim olunan 2022-ci il 02 fevral tarixli iddia ərizəsindən və 2022-ci il 28 fevral tarixli qəbzdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 hüquqi varisi X12 maddi ziyan kimi 10.000 manat və mənəvi zərər kimi 90.000 manat olmaqla cəmi 100.000 manat pulun onun xeyrinə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutulmasını xahiş etmiş, X12 iddia ərizəsinə görə 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 2022-ci il 07 iyun tarixli ***-*******2 №-li və 2022ci il 20 iyun tarixli ***-*******22 №-li məktublarından görünür ki, Təqsirləndirilən şəxs3 2021-ci il iyunun 24-də «102» Xidmətinə müraciəti daxil olmamışdır. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 2022-ci il 27 may tarixli 164 №-li və eyni tarixli 165 №-li arayışlarından görünür ki, X32 1995-ci il noyabrın 18-dən xəstəxanada qeydiyyatda olmaqla hazırda «Şizofreniya paranoid forma, fasiləsiz gedişli psixi qüsur halı» diaqnozu ilə stasionar müalicə alır, X28 2012-ci il avqustun 08-dən «Baş beynin üzvi xəstəliyi nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, davamlı ipoxondrik əlamətlərlə tez-tez kəskinləşən diensefal krizlərlə» diaqnozu ilə xəstəxanada qeydiyyatdadır. Məhkəməyə təqdim olunan 2022-ci il 15 sentyabr tarixli ərizələrdən görünür ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslərlə barışmamışlar, sonunculara müvafiq qaydada qanuni və ağır cəza verilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə mövcud sübutlara qiymət verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 126.3.-cü və 221.2.1.-ci maddələrində, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 221.2.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrini, əməllərində cinayət tərkibinin olduğunu, bununla da onların təqsirliliklərini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının CM-nin126.3.-cü və 221.2.1.-ci maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikasının CMnin 221.2.1.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özlərini təqsirli bilməmələrinə tənqidi yanaşaraq hesab edir ki, onların göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onların bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr vermələri qənaətinə gəlir. Məhkəmə hadisə zamanı mərhum Zərərçəkmiş şəxs1 idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını **-JV-*** kimi qəbul edir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham edildikləri cinayət əməllərini törətmələri məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, zərər çəkmiş şəxsin hüquqi varisinin və zərər çəkmiş şəxslərin ifadələri, ekspert rəyləri, üzləşdirmə və digər istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmalarına, ailə vəziyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasının işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə alaraq təqsirləndirilən şəxslərin ilk məhkumluqlarını, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qeydiyyatda olduqları yer üzrə barələrində şikayət daxil olmamasını işdə cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzalarını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur və onlar törətdikləri əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduqları üçün onlara təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə eyni vaxtda hesab edir ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 hüquqi varisi X5 mülki iddiası qismən təmin edilib ona vurulmuş maddi ziyana görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 1.000 manat olmaqla ümumilikdə 3.000 manat, mənəvi ziyana görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 1.000 manat ümumilikdə 3.000 manat, ödənilmiş dövlət rüsumuna görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 10 manat olmaqla ümumilikdə 30 manat alınaraq X5 xeyrinə tutulmalı, ona mülki iddiasının qalan hissəsində Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 180-ci maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən barələrində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan iki ədəd DVD və iki ədəd CD disklərinin cinayət işinə əlavə olunması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmədə hüquqlarının müdafiəsi müvafiq qaydada Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi4 tərəfindən 60 iş saatı və 80 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 və Müdafiəçi4 vəkil işlədikləri Bakı şəhəri 5 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) müvafiq qaydada 360 manat və 480 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəza çəkmənin başlanğıcı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutulduqları gündən, yəni 2021-ci il iyunun 25-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 354-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 126.3.-cü maddəsi ilə təqsirli bilinərək 10 (on) il müddətinə, Azərbaycan Respublikasının CM-nin 221.2.1.-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il iyunun 25-dən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 221.2.1.-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il iyunun 25-dən hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 221.2.1.-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il iyunun 25-dən hesablansın. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 hüquqi varisi X5 mülki iddiası qismən təmin edilib ona vurulmuş maddi ziyana görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 1.000 manat olmaqla ümumilikdə 3.000 manat, mənəvi ziyana görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 1.000 manat ümumilikdə 3.000 manat, ödənilmiş dövlət rüsumuna görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 10 manat olmaqla ümumilikdə 30 manat alınaraq X5 xeyrinə tutulsun, ona mülki iddiasının qalan hissəsində Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 180-ci maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 və Müdafiəçi4 vəkil işlədikləri Bakı şəhəri 5 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) müvafiq qaydada 360 manat və 480 manat köçürülsün. İş üzrə maddi sübut kimi tanınan iki ədəd DVD və iki ədəd CD disklərinin cinayət işinə əlavə olunması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar