Məhkəmə qərarları › İş №1(101)-646/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-646/2024

12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-646/2024 12.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlunun ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1992-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olmayan, Şəmkir rayonu Əliyaqublu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə 3 saylı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, külli miqdarda narkotik vasitələri və psixotrop maddə əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa “Eldar” adı ilə məlum olan şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, mənfəət olaraq gəlir əldə etmək müqabilində “Eldar” adlı şəxsin istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda təmiz çəkisi 2,416 qram narkotik vasitə heroini və külli miqdarda təmiz çəkisi 60,284 qram psixotrop maddə metamfetamini sonuncudan 12 aprel 2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül şossesi Yeni yaşayış massivində götürüb qanunsuz olaraq əldə edib həmin narkotik vasitə heroini üzərində, psixotrop maddə metamfetamini isə idarə etdiyi “Chevrolet” markalı **-ES-*** dövlət nömrə nişanlı avtomaşında daşıyıb saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 12 aprel 2023-cü il tarixdə saat 22:40 radələrində Bakı şəhər, Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül şossesi, Yeni yaşayış massivində yerləşən “Həkəri” restoranın qarşısında şübhəli şəxs qismində saxlanılaraq idarə etdiyi “Chevrolet” markalı **-ES-*** dövlət nömrə nişanlı avtomaşınla ünvan 2 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan yaşıl rəngli gödəkçənin sol yan cibindən 01 ədəd üzərində “Rothmans" yazılı göy rəngli siqaret qutusunun içərisindən ayrı ayrılıqda təmiz çəkiləri 0,658 qram, 0,388 qram, 0,951 qram və 0,419 qram olmaqla ümumi təmiz çəkisi 2,416 qram külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saat 01 radələrində onun iştirakı ilə ünvan 4 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasının həyətində saxlanılan “Chevrolet” markalı **- ES-*** dövlət nömrə nişanlı avtomaşına keçirilmiş baxış zamanı avtomaşının ön sol qapının içəri tərəfdə olan saxlanc yerindən bir ədəd bükülüdə şəffaf sellofan torbada təmiz çəkisi 60,284 qram külli miqdarda ağ rəngli kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, aprelin 12-si axşam saat 21 radələrində kafedə oturub yemək yeyirmiş. 4 nəfər polis əməkdaşı ona yaxınlaşmışlar. Onu yerə yıxıb müştərini təhqir etdiyini demişlər. Polis əməkdaşlarının dediklərini qəbul etməyərək belə bir şey etmədiklərini bildirərərk, hesabı ödəyib çıxacaqlarını demişlər. Bölmədə ona narkotik istifadəçisi olduğunu demişlər. O, bunu təsdiq etmişdir. Siqaret qutusunu çıxarıb içərisində olan nakotiki polis əməkdaşlarına göstərmişdir. İçərisində 1 çəkimlik narkotik var imiş. 4 saat sonra polis əməkdaşları özləri qara büküm gətirib həmin bükümün ona məxsus olduğunu demişlər. O isə qəbul etməmişdir. Ondan Eldarı tanıyıb tanımadıqlarını soruşmuşlar. O tanımadığını bildirmişdir. Polis əməkdaşları ona videoçəkiliş aparılacağını və həmin vaxt Eldar adlı şəxslə işlədiyini etiraf etməli olduğunu demişlər. Onun idarə etdiyi avtomobilin yük yerini yoxlamışlar. Daha sonra qara bükümü açıb maşınına qoymuşlar. Ona hədə qorxu qələrək onların dediklərini ifadəsində deməsini istəmişlər. Əks təqdirdə narkotiki həyətlərinə aparıb, evdən çıxaracaqlarını demişlər. Onu 234.1-ci maddə ilə sənədləşdirərək məhkəməyə yollayacaqlarını demişlər, o da razılaşmışdır. 234.4.3-cü maddə ilə ittiham olunduğunu təcridxanada öyrənmişdir. Onun üstündə olan narkotikin növü “kola”, yəni heroin olmuşdur. Miqdarı isə 1 büküm olub, yəni təxmini 1 qram imiş. Narkotiki alan zaman karta pul atmışdır, həmin adam da narkotiki qoyduğu yerin şəklini atmışdır. Narkotik aldığı şəxsi tanımır. Onun Leobank hesabı olmuşdur. Narkotik vasitəni polis əməkdaşları özləri göstərirmiş. Qapını o açır, polis əməkdşları isə videoda göstərirmiş. Videoçəkilişdə təzyiq olduğu üçün etirafedici ifadə vermişdir. O polis əməkdaşlarının qanunsuz hərəkətlərindən şikayət etməmiş, necə edəcəyini bilməmişdir. Qətimkan tədbiri seçilən zaman hakimə olanları danışmışdır. 3-4 saat şöbədə qalmışdır. Onun telefonunu da almışlar. Üzərindən aşkar olunan narkotik vasitə özünə məxsus olmuş, ancaq maşınından çıxanlar ona aid deyilmiş. Ona polis məkdaşları nə demişdirsə, elə də ifadə vermişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Nizami RPİ-nin 25-ci PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. Əməliyyat məlumatı daxil olan zaman axşam saatları imiş, təqsirləndirilən şəxsi Dərnəgül yolu deyilən ərazidə saxlamışlar. Onu şöbəyə dəvət etmişlər. Onlarla birgə şöbəyə getmişlər. Şöbədə üzərinə baxış keçirilmiş, üzərindəki narkotiki özü polis əməkdaşlarına təqdim etmişdir. Təhqiqatçının iştirakı ilə şəxsin üzərində axtarış keçirilmişdir, o maşınında da narkotik saxladığını bildirmişdir. Maşına baxış keçirilmiş və ümumilikdə maşın və üzərindən narkotik aşkar edilib götürülmüşdür. Üzərindən 3-4 büküm narkotik vasitə aşkar olunmuşdur. Saxlayan zaman öz maşınında da narkotik olduğunu demişdir. Narkotik vasitə maşında sürücü əyləşən tərəfdə olmuşdur. Maşındakı büküm böyük olmuşdur, lakin çəkisini xatırlamır. Baxış özünün və təhqiqatçının iştirakı ilə olmuşdur. Təqsirləndirilən şəxsin üzərindən hərhansı məbləğdə pul götürməmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki-psixi təsir olmamışdır. Təqsirləndirilən şəxs də onlara qarşı hərhansı müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid1 digər Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunan narkotik vasitələrin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması və özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Nurlan Talıbov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan müəyən olunur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifən sonra Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd “Chevrolet” markalı avtomobil açarı, həmin gödəkçənin sol yan cibindən isə 01 ədəd üzərində “Rothmans” yazılı göy rəngli siqaret qutusu və Leobanka məxsus 4098-5844-9446-5121 nömrəli plastik elektron kartı təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 01 ədəd üzərində “Rothmans” yazılı göy rəngli siqaret qutusunun içərisindən 04 ədəd qəhvəyi rəngli maddə olan şəffaf sellofan bükümləri təqdim edərək həmin bükümlərin içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu və həmin maddələrin “Eldar” adlı şəxs tərəfindən ona saxlaması üçün verdiyini bildirmişdir. Eyni zamanda Eldarı avtomobili ilə gün ərzində müxtəlif ünvanlara apardığını və onun narkotik vasitələrini satdığını bildirməsi aşkar olunur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Nurlan Talıbov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinə baxış və götürmə aparılması haqqında” protokoldan müəyən olunur ki, Təqsirləndirilən şəxs məxsus “Chevrolet Cuze” markalı **- ES-*** dövlət nömrə nişanlı avtomaşına baxış keçirildikdə avtomaşının sol ön qapısının iç hissəsindən 01 ədəd qara rəngli sellofan büküm aşkar edilmişdir. Həmin bükümə baxış keçirildikdə içərisində şəffaf sellofana bükülü halda ağ rəngli kristallik formada spesifik iyə malik olan kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin “patı” kimi tanıdığı metamfetamin olduğunu və onun avtomaşınına “Eldar” adlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə qoyulduğunu və Eldarın ona bu barədə məlumat verdiyini bildirmişdir. Aşkar olunmuş 01 ədəd bükümdə ağ rəngli maddə qablaşdırılaraq möhürlənmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Nurlan Talıbov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “mobil telefon cihazına baxış keçirilməsi barədə” protokoldan müəyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olan qara rəngli “Samsung” markalı mobil telefona Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş baxış zamanı mobil telefonun “whatsapp” sosial şəbəkəsinə daxil olunduqda orada ***-***-**-** saylı mobil nömrədən “1 daş lazımdır, xahiş edirəm 1 dənə onu at, sabah günorta karta göndərəcəm. Mənəm Elsəvər, bayaq daş götürdüm” sözləri, ***-***-**-** saylı mobil nömrədən “salam qaraş Əjdərin dostudur 0,5 daş lazımdır” sözlərinin yazılması ***-***-**-** saylı adı Əjdər kimi qeyd olunan şəxslə yazışmada “ daş lazımdır “ sözlərinin yazılması aşkar edilmişdir. Təqsirləndirilən şəxs “ daş” sözünün hansı mənaya gəlməsi barədə suallar verdikdə o, daş sözünün mənasının “Patı” kimi tanıdığı narkotik vasitə metanfetamin olduğunu və Eldar adlı şəxsin həmin şəxlərə müxtəlif məbləğlərdə pula həmin narkotik vasitələri satdığını qeyd etmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2181 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №165” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza) “yazısı və imzalar olan 2 (iki) paketdəki, 4(dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,658 qram, 0,388 qram, 0,951 qram, 0,419 qram, ümumi təmiz çəkisi 2,416 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 (bir) ədəd bükülüdə təmiz çəkisi 60,284 qram ağ rəngli kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in, metamfetamin isə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi 2,416 qram, tədqiqata sərf edildi: 0,2 qram, qalıq 2,216 qram. Metamfetamin təmiz çəkisi 60,284 qram, tədqiqata sərf edildi: 0,2 qram, qalıq 60,084 qram. (Ekspertiza tədqiqatının dəyəri 114(yüz on dörd) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 5(007)-220/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 12 aprel 2023-cü il tarixli qərar qanuni hesab eilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 4(007)-180/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 4220 nömrəli rəyindən görünür ki, müayinə zamani Təqsirləndirilən şəxs kannabnoidlərin psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.Azərbaycan Respunlikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhər görülür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli "xxxx"-dan daxil olmuş diskə baxış keşirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə aparılan zaman təqdim etdiyi "xxxx" ASC-yə məxsus 4098********5121 saylı plastik kartının Təqsirləndirilən şəxs yəni özünə məxsus olduğu müəyyən edilmişdir. Baxış zamanı xx.xx.2023-cü il tarixdə saat 18:33:32 dəqiqədə X3 409858******8282 nömrəli plastik kartdan 40 manat pul vəsaitini Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus 409858******5121 nömrəli plastik kart hesabına göndərmişdir, xx.xx.2023-cü il tarixdə saat 19:18:05-dəqiqədə X2 409858******0688 nömrəli plastik kartdan 70 manat pul vəsaitini Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASCyə məxsus 409858******5121 nömrəli plastik kart hesabına göndərmişdir, xx.xx.2023-cü il tarixdə saat 19:18:05dəqiqədə X5 409858******4134 nömrəli plastik kartdan 35 manat pul vəsaitini Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus 409858******5121 nömrəli plastik kart hesabına göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 23:40:22- dəqiqədə X9 409858******9217 nömrəli plastik kartdan 20 manat pul vəsaitini Təqsirləndirilən şəxs bistifadəsində olan "xxxx" ASC-yə məxsus 409858******5121 nömrəli plastik kart hesabına göndərməsi və s.aşkar edilmişdir. "xxxx" ASC tərəfindən 10 may 2023-cü il tarixli HTİD\4225 nömrəli məktubla göndərilmiş bir ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs X4 ilə rəsmi nikahda olmaqla həmin nikahdan xx.xx.2020-ci il təvəllüdlü X7 adlı bir azyaşlı övladı vardır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Şəmkir rayonu Əliyaqublu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən təqdim olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı övladının olmasını, İİİ dərəcəli əlil olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və DİN–in Bakı şəhəri Nizami RPİnin maddi sübutların saxlanma yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,216 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 60,084 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, avtomobilin baxış və götürmə istintaq hərəkətləri aparılan zaman qeydə alınmış görüntüləri özündə əks etdirən 02 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114(yüz on dörd) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 6(altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114(yüz on dörd) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və DİN–in Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,216 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 60,084 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, avtomobilin baxış və götürmə istintaq hərəkətləri aparılan zaman qeydə alınmış görüntüləri özündə əks etdirən 02 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar