Məhkəmə qərarları › İş №1(101)-646/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-646/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-646/2025 05.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X15 və X ibarət tərkibdə, məhkəmə iclasının katibi – X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, ölmüş Zərərçəkmiş şəxs hüquqi varisi – X11, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 6 avqust 1995-ci ildə Goranboy rayonu Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində 1(bir) azyaşlı uşağı olan, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Goranboy rayonu Qaradağlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 5 fevral 2025-ci il tarixdə, saat 10:00-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs 28 dekabr 2023-cü il tarixdə, saat 18:34 dəqiqədə nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi 3 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X34 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsi tərəfindən verilmiş BA seriyalı, 330829 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən X8 mülkiyyətində olmaqla texniki cəhətdən saz vəziyyətdə olan “Mersedes-Benz E200 CDİ MİNİK” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Suraxanı rayonu Heydər Əliyev prospektinin Ramana qəsəbəsinin ərazisindən keçən hissəsində köməkçi yolda üzü Koroğlu metrostansiyası istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin “Yaşayış məntəqəsində icazə verilən saatda 60 kilometrdən çox olmayan sürətdən artıq idarə etmək” və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq “Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir” tələblərini rəhbər tutaraq qeyd olunan şəraitdə hərəkət təhlükəsizliyinin təmin olunması və hadisənin qarşısının alınması məqsədilə diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə almaqla avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətinin təmin olunması ilə əlaqədar hərəkət təhlükəsizliyini təmin edən hərəkətlər (tormozlama, manevr və sair) etməli olduğu halda hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq, bu tələblərə əməl etməyərək avtomobili yaşayış məntəqəsində saatda 60 kilometr sürətdən artıq, yəni saatda 70 kilometr sürətlə idarə edən zaman avtomobil yolunun sol kənarından yolun sağ kənarına doğru keçən 9 aprel 1957-ci il təvəllüdlü piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq orta hissəsi ilə vurması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, baş beyin əzilməsi, kəllə tağı və əsası sümüklərinin xətti sınıqları, başın təpə - ənsə nahiyəsinin sağ yan səthinin əzilmiş yarası, sağ baldır sümüklərinin qapalı qəlpəli sınıqları, başın, üzün, yuxarı və aşağı ətrafların sıyrıqları ilə nəticələnən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq kəllə tağı və əsası sümüklərinin xətti sınığı nəticəsində baş beyinin əzilməsi səbəbindən hadisə yerində ölümünə səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. İşin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, valideynləri ilə birlikdə Goranboy rayonu Qaradağlı kəndində yaşamaqla fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olur. X12 ilə birgə nikah münasibətlərindən övladları Ruhin Şahverdiyev anadan olmuş, 2021-ci ildə məhkəmə qərarı ilə rəsmi olaraq Nigar Şahverdiyeva ilə boşanmaqla oğlu X16 anası Nigar Şahverdiyevada qalmış, oğlu üçün hər ay aliment ödəməklə yanaşı digər maddi ehtiyaclarını da təmin edir. 2023-cü ilin dekabr ayında Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən meyvə-tərəvəz bazarında göyərti satışı ilə məşğul olmuş, Bakı şəhərində yaşayan Şahid1 isə təxminən on ilə yaxındır tanımaqla aralarında normal münasibətləri vardır və sonuncu ilə birlikdə Bakı şəhərində Nizami rayonu ərazisində yerləşən meyvə tərəvəz bazarında şərikli göyərti alveri ilə məşğul olurlar. 28 dekabr 2023-cü il tarixdə, təxminən saat 18:00 radələrində Nurlana zəng edib Bakı şəhəri Nizami rayonunda yerləşən meyvə-tərəvəz bazarına getməli olduqlarını xatırlatmış, Nurlan isə ona “Sən asfaltın yanında məni gözlə evdən çıxıb gəlirəm” demişdir. Bundan sonra o, yaşadığı evdən çıxıb Suraxanı rayonu Ramana qəsəbəsindəki avtomobil yolunun kənarında dayanıb Nurlanı gözləmişdir. Bir qədər sonra Nurlan idarə etdiyi “Mercedes Benz E200” markalı, ** FR *** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun yanına gələrək yuxusuz olduğunu və özünü pis his etdiyini, bu səbəbdən avtomobili idarə edə bilməyəcəyini bildirib avtomobilin ön sərnişin oturacağında əyləşərək ondan avtomobili idarə etməsini xahiş etmişdir. O, Nurlanın yorğun olduğunu görüb avtomobilin sükanı arxasına keçərək avtomobili Ramana qəsəbəsindən Koroğlu istiqamətində idarə etməyə başlamışdır. Həmin vaxt avtomobili saatda 70 kilometr sürətlə idarə etmiş, Ramana qəsəbəsində yerləşən Şuşa şəhərciyində avtomobil yolu ilə hərəkət edib Heydər Əliyev prospektinə çıxmış, köməkçi yol ilə üzü Koroğlu istiqamətində hərəkətinə davam etmişdir. Bu zaman hərəkətdə olduğu istiqamətdə yolun sol tərəfində əsas yol ilə köməkçi yolu ayıran, ortasında yerləşən yaşıllıq zolağından təxminən 65 yaşlarında bir nəfər şəxsin qəfildən iti yerişlə hərəkət edərək avtomobil yoluna doğru hərəkət etdiyini, avtomobil yoluna daxil olduqdan sonra isə qaçaraq avtomobil yolunu keçmək istədiyini və onun idarə etdiyi avtomobilin qarşısına çıxdığını görmüşdür. Həmin vaxt aralarında olan məsafə qısa olduğundan avtomobili saxlaya bilməyərək avtomobilin ön orta hissəsi ilə həmin piyadanı vurmuşdur. O həmin şəxsin avtomobilin qabaq hissəsinə dəyərək asfaltın üzərinə yıxıldığını görüb avtomobilə tormoz vermiş, təxminən 15-20 metr irəli hərəkət etdikdən sonra avtomobili saxlayıb həmin şəxsə yaxınlaşdıqda onun xəsarət aldığını görmüşdür. Həmin vaxt yoldan keçən bir çox avtomobil dayanaraq onların yanına yaxınlaşmış, habelə hadisə yerinə toplaşan tanımadığı şəxslərdən biri xəsarət almış şəxsi tanıdığını, sonuncunun onun qonşuluğunda yaşadığını bildirmişdir. O həmin şəxsdən vurduğu adamın ailə üzvlərinə xəbər verib yaxınlarını hadisə yerinə çağırmasını xahiş etdikdən sonra həmin şəxs onun ailə üzvlərinə zəng edərək məlumat vermiş, tez bir zamanda sonradan adını bildiyi oğlu Elsevər hadisə yerinə gəlmişdir. O, avtomobillə vurduğu şəxsin adının Əhməd olduğunu həmin vaxtı bilmişdir. Bundan sonra o, Elsevər və Nurlanla birlikdə Əhmədi avtomobilə qoyub Sabunçu Rayon Xəstəxanasına aparmışdır. O, Əhmədi xəstəxanaya apardıqdan sonra həkimlər sonuncunun artıq öldüyünü bildirmişdir. Bundan sonra xəstəxanaya polis əməkdaşları gəlmiş və o, polis əməkdaşları ilə birlikdə hadisə yerinə getmişdir. Polis əməkdaşları onun iştirakı ilə hadisə yerinə baxış keçirmiş, baxış zamanı o, piyadanı vurduğu yeri polis əməkdaşlarına göstərmişdir. Hadisə baş verən zaman sürücülük vəsiqəsinin müddəti bitmiş, eyni zamanda 12 iyun 2021-ci il tarixdə bir il müddətinə sürücülük hüququ da məhdudlaşdırılmışdır. O, hadisə baş verən zaman hərəkəti üçün təhlükə Zərərçəkmiş şəxs yaşıllıq zolağından çıxaraq avtomobil yoluna daxil olub qaçaraq avtomobil yolunu keçmək istəyən zaman yaranmışdır. Hadisə zamanı idarə etdiyi həmin avtomobildə yük olmamış, sadəcə bir nəfər - Nurlan sərnişin qismində olmuşdur. Hadisə zamanı idarə etdiyi həmin “Mercedes Benz E200” markalı, ** FR *** dövlət qeydiyyat nişanlı avtomobil tam saz vəziyyətdə olmuş, heç bir nasaz hissəsi olmamışdır. O, baş vermiş hadisə zamanı ayıq olmuş, hadisədən əvvəl heç bir spirtli içki qəbul etməmiş, sərxoş vəziyyətdə olmamışdır. Şahid1 avtomobili idarə etmək üçün ona verərkən onun sürücülük hüququnun məhdudlaşdırıldığını bilməmişdir.

3. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, sürücülük hüququnun məhdudlaşdırıldığını bilməmiş, bu barədə ona məhkəmə və ya digər dövlət qurumları tərəfindən hər hansı qərar, o cümlədən çağırış verilməmişdir. Belə ki, 28 dekabr 2023-cü il tarixdə dostu ilə axşam saat 20 radələrində 8ci km bazarına, Yeni Ramana qəsəbəsindən Koroğlu metrostansiyası istiqamətinə doğru hərəkət edərkən dostu yorğun olduğundan avtomobili onun sürməyini təklif etmiş, o da avtomobili idarə edərkən hava yağışlı olduğundan zərərçəkmiş şəxsi aydın görə bilməmiş, nəticədə sonuncunu avtomobillə vurmuşdur. Zərərçəkmiş şəxs yolun sol tərəfində taksidən düşüb sağ tərəfdən keçidə doğru hərəkət edib arakəsmədən ağacların arasından çıxmış, bu səbəbdən orada zərərçəkmiş şəxsi görməmiş, həmin vaxt yağışla əlaqədar maşının şüşələri də buxarlı olmuş, yolda isə ümumiyyətlə tormoz izləri qalmamışdır. Hadisədən sonra ətrafına toplaşmış şəxslərdən biri zərərçəkmiş şəxsin qonşusu olduğunu bildirdikdə həmin şəxsdən zərərçəkmiş şəxsin yaxın qohumlarından çağırmasını xahiş etmiş, özü də 102 məlumat mərkəzinə zəng edib hadisə barədə məlumat vermiş, təcili tibbi yardım maşını gec gəldiyindən zərərçəkmiş şəxsi özləri maşına mindirib xəstəxanaya aparmışlar. O, göyərti satışı ilə məşğuldur. İki il əvvəl borclarını ödəmək üçün maşınını satmış, hazırda maşını yoxdur. O, sürücülük vəsiqəsinin müddətinin bitməsi ilə əlaqədar vəsiqəsini yeniləmək üçün “Asan Xidmət” mərkəzinə müraciət edib yeni vəsiqə almış, xidmətə müraciət edənədək vəsiqəsini hər hansı orqana təhvil verməmişdir. Müstəntiqin deməsinə görə onun sürücülük hüququ cərimə edilməsi ilə əlaqədar məhdudlaşdırılmış, o da müstəntiqin bildirdiyi cərimənin bir dəfə qoşa xətti keçdiyi üçün yazılmış ödəyə bilmədiyi cərimə olmasını ehtimal etmişdir. O, sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün sentyabr ayında polis orqanına təqdim etmişdir. İfadəsinin sonunda 29 yaşında olmaqla cavan olduğunu, törətdiyi əməldən çox peşman olduğunu, zərərçəkmiş şəxsə dərhal tibbi yardım göstərməklə və xəstəxanaya çatdırmaqla həyatını xilas etməyə çalışsa da buna nail ola bilmədiyini, zərərçəkmiş şəxsin hüquqi varisi və digər ailə üzvləri ilə barışıq əldə etməklə onlara maddi yardım göstərdiyini, himayəsində bir azyaşlı uşağının olduğunu, həyat yoldaşından boşanmaqla övladı üçün aliment ödədiyini bildirərək məhkəmədən ona ədalətli cəza təyin edilməsini xahiş etdi.

4. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

5. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

6. Məhkəmədə ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X18 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamış, onunla aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Hadisə nəticəsində vəfat etmiş Zərərçəkmiş şəxs onun doğma atasıdır. O, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşamaqla “Respublika Kompleks İdman” məktəbində məşqçi müəllim kimi fəaliyyət göstərir. Atası Buzovna qəsəbəsində usta kimi işləmiş, sağlığında hər hansı xəstəlikdən əziyyət çəkməmiş, onun avtomobili xarab olduğundan işə taksi ilə gedib gəlmiş, habelə hadisənin baş verdiyi keçiddən təxminən 4-5 gün istifadə etmiş, taksi ilə həmin keçidə gəlib yolun digər hissəsinə keçib orada evə aparması üçün onu və ya qardaşını gözləmişdir. Belə ki, 28 dekabr 2023-cü il tarixdə, təxminən saat 19 radələrində qardaşı Cəfər ona zəng edərək atası Əhmədi Suraxanı rayonu Ramana qəsəbəsi istiqamətindən keçən köməkçi yolda maşın vurduğunu bildirdikdən bir neçə dəqiqə sonra o, hadisə yerinə gedərək orada atası Zərərçəkmiş şəxs avtomobil yolunun kənarında yerə uzanmış vəziyyətdə, ağız, burun və qulaq nahiyələrindən qan axdığını görmüşdür. Həmin vaxt yol nəqliyyat hadisəsini törədən “Mercedes Benz E 200” markalı, ** FR *** dövlət qeydiyyat nişanlı avtomobili və onun sonradan tanıdığı sürücüsü Təqsirləndirilən şəxs hadisə yerində olduğunu görmüşdür. O, hadisənin hansı şəraitdə baş verməsini Təqsirləndirilən şəxs soruşduqda, sonuncu piyadanın ani olaraq onun idarə etdiyi avtomobilin qarşısına çıxdığını, həmin an avtomobili saxlaya bilməyərək piyadanı vurduğunu ona bildirmişdir. Bundan sonra atası Əhmədin nəbzinə baxmış, lakin onun nəbzinin atmadığını görmüş, atasının baş vermiş yol nəqliyyat hadisəsi zamanı almış olduğu bədən xəsarətlərindən öldüyünü bilmişdir. Həmin vaxtı hadisə yerinə gəlmiş qardaşı Cəfər ilə birlikdə atası Əhmədi qucaqlarına götürərək hadisəni törətmiş “Mercedes Benz E 200” markalı, ** FR *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına qoyub yaxınlıqda yerləşən 3 saylı X28 aparmışdır. Tibb mərkəzinin qəbul şöbəsində atasının öldüyünü ona bildirmişlər. Bundan sonra atası Əhmədin meyitini polis əməkdaşları ilə birlikdə Məhkəmə Tibbi Ekspertiza və X10 Suraxanı rayon şöbəsinə aparmışlar. Ekspertiza müayinəsi keçirildikdən sonra meyiti təhvil alıb evinə aparmış, daha sonra dini adətlərə uyğun olaraq meyit yuyulub Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən “Dədə Qorqud” qəbirstanlığında dəfn edilmişdir. Onun və ailə üzvlərinin hadisəni törədən Təqsirləndirilən şəxs heç bir şikayətləri yoxdur. İfadəsinin sonunda E.Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən dəfn xərcləri ilə bağlı yas mərasimində onlara 6 min manat məbləğində pul vəsaiti verildiyini, onun və ailə üzvlərinin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və ya tələbi olmadığını, hadisənin ehtiyatsızlıqdan baş verməsini nəzərə alaraq təqsirləndirilən şəxslə barışdığını, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi.

7. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu, zərərçəkmiş şəxsin hüquqi varisi E.Zərərçəkmiş şəxsla oxşar məzmunlu ifadə verərək əlavə olaraq göstərmişdir ki, o, hadisə yerinə gəldikdə təqsirləndirilən şəxsi orada görmüş, sonuncu ilə birlikdə yerdə uzanıqlı vəziyyətdə olan atasını xəstəxanaya aparmışdır. Sonradan atasının taksidən düşüb ensiz yoldan keçmək istədikdə onu maşının vurmasını öyrənmişdir. Təqsirləndirilən şəxsi bağışlamaqla aralarında barışıq əldə olunmuşdur.

8. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən yeddi ilə yaxın müddətdir tanıyır. Emin ilə birlikdə Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən meyvə-tərəvəz bazarında alver edir. 2023-cü ilin dekabr ayında o, Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən meyvə-tərəvəz bazarında Emin ilə birlikdə göyərti satışı ilə məşğul olmuşdur. O, “Mercedes Benz E 200” markalı, ** FR *** dövlət qeydiyyat nişanlı avtomobili sahibi X7 icarəyə götürüb istifadə etmiş, bunun üçün Elnur Abdullayev avtomobili idarə etmək üçün ona etibarnamə vermişdir. 28 dekabr 2023cü il tarixdə, təxminən saat 18:00 radələrində Emin ona zəng edərək Bakı şəhəri Nizami rayonunda yerləşən meyvə-tərəvəz bazarına getməli olduqlarını demişdir. O, Eminə Ramana qəsəbəsində avtomobil yolunda asfaltın yanında onu gözləməsini bildirmiş, evdən çıxıb idarə etdiyi “Mercedes Benz E200” markalı, ** FR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Suraxanı rayonu Ramana qəsəbəsinə gedərək Emin ilə görüşmüşdür. O həmin vaxt çox yorğun olmuş, yuxuladığı üçün avtomobili idarə etməyi Eminə həvalə edib özü avtomobilin ön oturacağında əyləşmiş, Emin də sükan arxasına keçib avtomobili idarə etmişdir. O həmin vaxtı avtomobildə yatmışdır. O, yatılı olduğu zaman avtomobilin nəyəsə dəydiyini eşidib oyanmış və bu zaman Emin avtomobili yolun kənarına çəkib saxlayaraq adam vurduğunu demişdir. Emin avtomobili saxlayandan sonra hər ikisi avtomobildən yerə düşmüşdür. Bu zaman bir nəfər tanımadığı, təxminən 65 yaşlarında olan kişinin xəsarət alaraq asfalt üzərində uzanılıqlı vəziyyətdə ağız, burun və qulaq nahiyələrindən qan axdığını görmüşdür. Həmin vaxtı yol ilə hərəkət edən avtomobillər saxlamış, yoldan keçən tanımadığı adamlar hadisə yerinə topalaşaraq xəsarət almış şəxsə baxmışlar. Hadisə yerində toplaşmış şəxslərdən biri xəsarət almış şəxsi tanıdığını, sonuncunun qonşusu Əhməd olduğunu bidirmişdir. Bundan sonra həmin şəxs Əhmədin oğluna zəng edərək hadisə barədə məlumat vermiş, bir qədər sonra adlarını xatırlamadığı Əhmədin iki oğlu hadisə yerinə gəlib baş vermiş hadisə ilə maraqlanmışlar. Daha sonra o, Emin və Əhmədin iki oğlu birlikdə Əhmədi asfalt üzərindən götürüb öz avtomobilinə qoyub tez bir zamanda onu Sabunçu rayonu 3 saylı Klinik Xəstəxanasına aparmışdır. Xəstəxanada həkimlər Əhmədi müayinə etdikdən sonra onun öldüyünü bildirmişlər. Yol nəqliyyat hadisəsi Bakı şəhəri Suraxanı rayonu ərazisində, Heydər Əliyev prospektinin köməkçi yolunda üzü Koroğlu istiqamətində baş vermişdir. O, hadisə baş verən zaman yatılı vəziyyətdə olduğundan hadisənin necə baş verdiyini görməmiş, sonradan Eminin ona deməsinə görə bilmişdir ki, Emin Suraxanı rayonu ərazisində, Heydər Əliyev prospektinin köməkçi yolu ilə üzü Koroğlu istiqamətində hərəkətdə olan zaman yolun sol tərəfində əsas yol ilə köməkçi yolu ayıran, ortasında yerləşən yaşıllıq zolağından piyada Əhməd qəfildən onun idarə etdiyi avtomobilin qarşısına çıxmış və həmin an o, avtomobili saxlaya bilmədiyi üçün Əhmədi avtomobilin ön hissəsi ilə vurmuşdur. Əhmədi xəstəxanaya apardıqdan sonra polis əməkdaşları Emini xəstəxanadan götürüb hadisə yerinə aparmaqla orada baxış istintaq hərəkətini keçirmişlər. Hadisə baş verən zaman Təqsirləndirilən şəxs həmin avtomobili idarə etmək üçün etibarnaməsi olmamış, o, avtomobilin idarəsini Təqsirləndirilən şəxs həvalə edərkən onun sürücülük vəsiqəsinin olduğunu bilmiş, lakin həmin vaxtı onun sürücülük hüququnun məhdudlaşdırıldığını bilməmişdir. Hadisə zamanı avtomobildə yük, habelə onun özündən başqa sərnişin olmamış, “Mercedes Benz E200” markalı, ** FR *** dövlət qeydiyyat nişanlı avtomobil isə tam saz vəziyyətdə olmuşdur. Emin onun etibarnamə əsasında idarə etdiyi həmin avtomobili ilk dəfə idarə etmiş, Eminin sürücülük hüququnun məhdudlaşdırıldığını bilməmiş, bu barədə aralarında ümumiyyətlə hər hansı danışıq olmamışdır.

9. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

10. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 dekabr 2023-cü il tarixdə, saat 18:34-də sürücülük hüququ olmadan idarə etdiyi “Mercedes Benz E 200” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Suraxanı rayonu Heydər Əliyev prospektinin Ramana qəsəbəsi ərazisindən keçən hissəsində köməkçi yolda üzü Koroğlu metrostansiyası istiqamətində hərəkətdə olan zaman yolun sol istiqamətindən sağ istiqamətinə keçmək istəyən piyada 9 aprel 1957-ci il təvəllüdlü Zərərçəkmiş şəxs vurub xəsarət yetirməsi və aldığı xəsarətlər nəticəsində Zərərçəkmiş şəxs Sabunçu Tibbi Mərkəzində ölməsi faktına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin (bundan sonra mətndə-Suraxanı RPİ-nin İŞ) müstəntiqi polis mayoru X22 tərəfindən ********* nömrəli cinayət işi başlanılaraq sonuncu tərəfindən istintaqı davam etdirilmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndə-i.v.)1;).

11. Suraxanı RPİ-nin məsul növbətçi əvəzi polis kapitanı İbrahim Babayevin HK-1-775 nömrəli raportundan görünür ki, Təqsirləndirilən şəxs 28 dekabr 2023-cü il tarixdə, saat 18:39-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək Ramana qəsəbəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı piyadanı vurması, sonuncunun aldığı xəsarətlərdən vəfat etməsi barədə məlumat vermişdir (Cild 1, i.v.3;).

12. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 28 dekabr 2023-cü il tarixli protokol, ona əlavə edilmiş fotocədvəl və sxemdən görünür ki, sürücü Təqsirləndirilən şəxs və iki nəfər hal şahidinin iştirakı ilə həmin gün saat 18:55-dən 19:30-dək yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri Suraxanı rayonu Heydər Əliyev prospekti Ramana qəsəbəsidir. Baxış axşam vaxtı, süni işıqlandırma şəraitində keçirilmişdir. Hadisənin növü – bir nəfər piyadanın vurulmasıdır. Yolun hərəkət hissəsi düzdür. Örtüyün növü asfalt-betondur, örtüyün vəziyyəti yaşdır. Yol örtüyünün eni 6,5 metrdir. Hərəkət hissəsində qarşı-qarşıya nəqliyyatı ayırmaq üçün nişanlanma xətti yoxdur, hərəkət hissəsində yolüstü piyada keçidi vardır. Yolun hərəkət hissəsinə sağdan torpaq sahəsi, soldan torpaq sahəsi və dəmir barmaqcıqlar birləşir. Yol işıqlandırılmır. X32 prospektindən Ramana qəsəbəsi istiqamətində olan köməkçi yolda, Ramana qəsəbəsi istiqamətindən Koroğlu metrostansiyası istiqamətində hərəkətdə olarkən avtomobil tərəfindən vurulmuşdur. “Mercedes Benz E 200” markalı **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulmuş piyada X28 aparılmışdır. Bu barədə tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuş, protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. Protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 6-15;).

13. “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” 28 dekabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, “Mercedes Benz E 200” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilə X24 inzibati binasının həyətində baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, avtomobilin qabaq ön hissəsi və qabaq alın şüşəsi zədələnmişdir. Nəqliyyat vasitəsində ox və təkərlərin sayı dörddür. Avtomobilin əl tormoz dəstəyi və sürət örtücüsünün, sükan və idarə sisteminin, işıq sisteminin, digər aqreqat, mexanizm və hissələri saz vəziyyətdədir. Baxış zamanı heç bir əşya, maddi sübut götürülməmişdir. Baxış saat 20:00-da başlanılmış, saat 20:20-də bitmişdir. Bu barədə tərtib olunmuş protokolda mobil telefon vasitəsilə fotoşəkillərin çəkilməsi qeyd olunmuşdur (Cild 1, i.v. 17-21;).

14. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X34 İdarəsinin Qeydiyyat- İmtahan İdarəsi tərəfindən verilmiş BA seriyalı, 330829 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən “Mersedes-Benz E200 CDİ MİNİK” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobil X8 mülkiyyətində olmaqla həmin avtomobil ƏN-Vİ 778565 nömrəli etibarnamə əsasında 22 fevral 2024-cü il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün Şahid1 etibar edilmişdir (Cild1, i.v.22-24;)

15. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin” 28 dekabr 2023-cü il tarixli, 1/7788 saylı protokolundan görünür ki, Təqsirləndirilən şəxs ayıq olmaqla onda alkoqol qəbulunun əlamətləri yoxdur (Cild 1, i.v.25;).

16. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 3 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamış şəxsdir (Cild 1, i.v. 35;).

17. Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Qaradağlı kənd inzibati Ərazi Dairəsi üzrə nmayəndəliyinin 5-45-17/2-09/2024 nömrəli, 15 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, 6 avqust 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Goranboy rayon Qaradağlı kəndində atası X4 təsərrüfatında qeydiyyatda olmaqla 2019-cu ildən hazırkı dövrədək Bakı şəhərində yaşayır. Təqsirləndirilən şəxs ailə tərkibi 6 dekabr 1968-ci il təvəllüdlü atası X9 və 22 iyul 1972-ci il təvəllüdlü anası X1 ibarətdir. Eyni zamanda, Şahverdiyev X5 ərazisində yaşadığı müddət ərzində onun barəsində heç bir ərizə və ya şikayət daxil olmamışdır (Cild 1, i.v. 38-39;).

18. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X30 16 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə qeyd olunan xəstəxanada müalicədə olmamışdır (Cild 1, i.v. 40;).

19. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 18 yanvar 2024-cü il tarixli 1/179 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə müalicə üçün qeyd olunan xəstəxanaya müraciət etməmişdir (Cild 1, i.v.41;).

20. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 27 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə yol nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş Zərərçəkmiş şəxs qismində tanınmışdır (Cild 1, i.v. 43;).

21. “Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında” 29 yanvar 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs vəfat etməsi ilə əlaqədar sonuncunun övladı X11 ərizəsi əsasında o, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır (Cild 1, i.v. 46;).

22. X11 2 fevral 2024-cü il tarixli ərizəsindən görünür ki, baş vermiş cinayət hadisəsi ilə əlaqədar başlanmış cinayət işi üzrə onun və ailə üzvlərinin sürücü Təqsirləndirilən şəxs barəsində heç bir şikayətləri və tələbləri yoxdur (Cild 1, i.v.54;).

23. “Meyitin məhkəmə tibbi ekspertizasının” 28 dekabr 2023-cü il tarixli 159 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyiti üzərində baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, baş beyinin əzilməsi, kəllə tağı və əsası sümüklərinin xətti sınıqları, başın təpə - ənsə nahiyəsinin sağ yan səthinin əzilmiş yarası, sağ baldır sümüklərinin qapalı qəlpəli sınıqları, başın, üzün, yuxarı və aşağı ətrafların sıyrıqları xəsarətləri müəyyən edilmişdir. Qeyd olunan xəsarətlər həyati olub bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, eləcə də yol-nəqliyyatı hadisəsi şəraitində mərhumun ölümündən az əvvəl avtomaşın vurması nəticəsində törənə bilərdi. Dərəcəsinə görə, ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətinə malik olmaqla, onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb kəllə tağı və əsası sümüklərinin xətti sınıqları ilə müşayiət olunan baş beyinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2-3 saata əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, noksiron, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (Cild 1, i.v. 57-61;).

24. “İfadənin hadisə yerində yoxlanılması haqqında” 1 aprel 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs 28 dekabr 2023-cü il tarixdə verdiyi ifadəsi yerində yoxlanılarkən, sonuncu həmin ifadəsini hadisə yerində bir daha əyani olaraq göstərərək təsdiq etməklə 28 dekabr 2023-cü il tarixdə təxminən saat 18:00 radələrində yaşadığı evdən çıxaraq Ramana qəsəbəsində asfaltın yanında Nurlanı gözlədiyini, təxminən 10 dəqiqə sonra Nurlanın idarə etdiyi “Mercedes Benz E 200” markalı **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun yanında dayanaraq özünü pis hiss etdiyindən avtomobili onun idarə etməsini xahiş etdiyini, bu səbəbdən avtomobili idarə etməyə başladığını, avtomobili Ramana qəsəbəsi istiqamətindən Koroğlu metrostansiyası istiqamətində saatda təxminən 70 km sürətlə idarə edərkən yolun sol hissəsindən bir nəfər orta yaşlı şəxsin avtomobilin qabaq hissəsi tərəfə qaçdığını gördüyünü və sonuncunun onun idarə etdiyi avtomobilin qabaq orta hissəsinə dəyərək asfaltın üzərinə yıxıldığını bildirərək hadisə ilə əlaqədar bütün halları əyani şəkildə, ardıcıllıqla yerində göstərib təsvir etmişdir (Cild 1, i.v. 64-66;).

25. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X34 İdarəsinin 19 aprel 2024-cü il tarixli məktubdan görünür ki, həmin baş idarənin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən 6 avqust 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 18 iyul 2013-cü il tarixdə (18 iyul 2023-cü il tarixədək etibarlı olan) AE100106 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilib, 11 fevral 2024-cü il tarixdə “BC” kateqoriyalı sürücülük vəsiqəsi dəyişdirilib, lakin onun nəqliyyat vasitələrini idarə etmək hüququ 12 iyun 2021-ci il tarixdə 12 iyun 2022-ci il tarixədək 1(bir) il müddətinə məhdudlaşdırılmış, 10 fevral 2024-cü il tarixdə isə xitam verilmişdir (Cild 1, i.v. 70;).

26. “Baxış keçirilməsi haqqında” 31 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 12 yanvar 2024-cü il tarixli, 3-13-3/2-934/2024 nömrəli məktubu ilə daxil olan Təhlükəsiz Şəhər Xidmətinin TŞ 10-66 nömrəli kameralarının 28 dekabr 2023-cü il tarixli saat 18:30dan 18:40-dək olan müddətdəki görüntülərini özündə əks etdirən 1 ədəd DVD diskinə baxış keçirilmiş, baxış zamanı Təhlükəsiz Şəhər Xidmətinin TŞ 10-66 nömrəli kameralarının 28 dekabr 2023-cü il tarixli saat 18:30-dan 18:40-dək olan müddətdəki görüntülərini özündə əks etdirən üzərində “Verbatim DVD-R” yazısı olan 1 ədəd DVD disk açıldıqda TŞ10-066 1-2023-12-28-18h 30min 00s000, TŞ10-066 2-2023-12-28-18h 30min 00s000 və TŞ10-066 3-2023-12-28-18h 30min 00s000 qeyd olunan qovluqlar olduğu müəyyən olunmuşdur. Daha sonra TŞ 10-066 1-2023-12-28-18h 30min 00s000 qovluğuna daxil olub orada olan görüntülərə baxış keçirildi. Baxış zamanı müəyyən olundu ki, yol nəqliyyat hadisəsi baş verən ərazi dairəsini özündə əks etdirən heç bir görüntü yoxdur. Bundan sonra TŞ 10-066 2-2023-12-28-18h 30 min 00s000 və TŞ 10-066 3-2023-12-28- 18h 30min 00s000 qovluqlarına daxil olaraq orada olan görüntülərə baxış keçirilmiş, baxış zamanı həmin görüntülərdən müəyyən edilmişdir ki, Suraxanı rayonu Heydər Əliyev prospektinin Ramana qəsəbəsi ərazisindən üzü Koroğlu metrostansiyası istiqamətində köməkçi yol ilə hərəkətdə olan gümüşü rəngli, “Mercedes Benz” minik markalı (dövlət qeydiyyat nişanı görünmür) avtomobil hərəkətdə olan zaman əsas yol ilə köməkçi yol arasında olan yaşıllıq zolağından bir nəfər şəxsin piyada addımlayaraq avtomobil yoluna daxil olub yolu əks istiqamətə keçmək üçün adi yerişlə bir qədər hərəkət etdikdən sonra qaçmağa başlayır və həmin an gümüşü rəngli “Mercedes Benz” minik markalı (dövlət qeydiyyat nişanı görünmür) avtomobil qabaq hissəsi ilə onu vuraraq bir qədər irəliyə asfalt üzərinə yıxır. Bundan sonra həmin yoldan keçən bir çox avtomobil hadisə yerində saxlayır, avtomobillərdən düşən adamlar hadisə yerinə toplaşır. Qeyd olunan görüntülərdən hadisə baş verən zaman havanın qaranlıq olması müəyyən olunmuşdur. Hadisə zamanı hava qaranlıq olduğundan kamera görüntüləri tam aydın şəkildə əks edilməmişdir (Cild 1, i.v. 37; 82;).

27. “Doğum haqqında” AZ-İV№593111 nömrəli şəhadətnamə və “Azemis” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 23 iyul 2020-ci il təvəllüdlü Ruhin Şahverdiyev adlı bir azyaşlı uşağı vardır (Cild 1, i.v. 89; Cild 2;).

28. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X34 İdarəsinin 9 avqust 2024cü il tarixli, 3-13-16/2-123954/2024 nömrəli məktubundan görünür ki, həmin baş idarənin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən 6 avqust 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 18 iyul 2013-cü il tarixdə (18 iyul 2023-cü il tarixədək etibarlı olan) AE100106 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, lakin 12 iyun 2021-ci il tarixdə onun nəqliyyət vasitələrini idarə etmək hüququ məhkəmə qərarı ilə 12 iyun 2022-ci il tarixədək məhdudlaşdırılmış, sürücülük vəsiqəsi isə 29 sentyabr 2023-cü il tarixdə BDYPİ-yə təqdim olunmuşdur. 9 fevral 2024-cü il tarixdə xitam verilmiş və 11 fevral 2024-cü il tarixdə həmin sürücülük vəsiqəsi (11 fevral 2034-cü il tarixədək etibarlı olan) BB 449836 nömrəli “B1 B C1 C” kateqoriyalı sürücülük vəsiqəsinə dəyişdirilmişdir (Cild 1, i.v. 103;).

29. “Goranboy Rayon Mərkəzi Xəstəxanası” X30 21 avqust 2024-cü il tarixli, 18-1-39/2- 287/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs hər hansı diaqnozla qeyd olunan xəstəxanada qeydiyyatda dayanmır (Cild 1, i.v. 104;).

30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzi tərəfindən verilmiş “Məhkəmə yol-nəqliyyat ekspertizasının” 3 sentyabr 2024-cü il tarixli, 8/2224 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən, “Mercedes Benz E 200” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, aparılan hesaba əsasən piyada vurulana qədər qət etdiyi yolu keçməyə başladığı anda nəqliyyat vasitəsi piyadanın vurulma yerindən 88,7-81,6 metr aralı məsafədə olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manatdır (Cild 1, i.v. 105-108;).

31. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 12 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur (Cild 1, i.v. 128-129;).

32. “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 12 sentyabr 2024-cü il tarixli qərardan və bu barədə iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (Cild 1, i.v. 142-144;).

33. “Sübutların qiymətləndirilməsi haqqında” 20 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təhlükəsiz Şəhər Xidmətinin TŞ 10-66 nömrəli kameralarının 28 dekabr 2023cü il tarixli saat 18:30-dan 18:40-dək olan müddətdəki görüntülərini özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınmaqla iş materiallarına əlavə edilmişdir (Cild 1, i.v. 152-159;).

34. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə müstəntiq İ.İ.Məmmədov tərəfindən ibtidai istintaq tamamlanaraq 5 oktyabr 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktı 7 oktyabr 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v. 168-177;).

35. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə məhkəməyə verilməklə cinayət işi məhkəmə baxışına təyin edilmişdir (Cild 2;).

36. X11 30 oktyabr 2024-cü il məhkəmə baxışı üzrə məhkəmə iclasında verdiyi və tərəflərin iştirakı ilə tədqiq edilmiş ərizəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan hər hansı şikayəti və ya tələbi yoxdur, təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsini xahiş edir (Cild 2;).

37. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli sorğusuna Baş X34 İdarəsinin 14 noyabr 2024-cü il tarixli, 3-13-16/2-190979/24 nömrəli cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 146.1 və 146.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində qəbul olunmuş 12 iyun 2021-ci il tarixli nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh vermə haqqında qərarın icrasına xitam verilmişdir (Cild 2;).

38. Goranboy Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 3(045)-1061/2024, 3(045)-1062/2024 və 3(045)-1063/2024 saylı qərardadlarından görünür ki, Goranboy Rayon Polis Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır (Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:

39. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

41. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

42. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

43. CM-in 263.1-ci maddəsinin tələbinə görə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti müəyyən edilir.

44. CM-in 263-1.1-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti müəyyən edilir.

45. CM-in 263-1.3-cü maddəsinə əsasən həmin Məcəllənin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

46. “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar.

47. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanununun məhz hansı normasının tələblərini pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin qərarın 19 və 20-ci bəndlərində isə göstərilmişdir ki, izah olunsun ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Bununla əlaqədar sübutları qiymətləndirərkən məhkəmələr iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirməlidirlər. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. CPMin 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. CM-in 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşdırılmış sübutların hüquqi qiymətləndirilməsindən sonra verilə bilər.

48. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin, “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” 24 sentyabr 2014-cü il tarixli Qərarının tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

49. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi CM-in 263-1.3-cü maddəsi ilə olan cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Şərh olunan cinayətin əlavə obyektini insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. CM-in 263-1.3-cü maddəsində təsbit edilən cinayətin obyektiv cəhəti avtomobil, travmvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının ehtiyatsızlıqdan iki və ya daha artıq şəxsin ölümünə səbəb olan dərəcədə pozulmasında ifadə olunur. Yol hərəkəti qaydalarının pozulması dedikdə, sürücü tərəfindən “Yol hərəkəti haqqında” Qanunla onun üçün müəyyən olunan vəzifələrə, habelə yol hərəkətinin müxtəlif qaydalarına riayət edilməməsi və ya lazımınca riayət edilməməsi başa düşülməlidir. Şərh olunan cinayət maddi tərkibli olduğu üçün CM-in 263-cü maddəsində sadalanan ictimai təhlükəli nəticələrdən hər hansı biri baş verdiyi andan başa çatmış hesab olunur. Hərəkət təhlükəsizliyi və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə baş vermiş ictimai təhlükəli nəticələr arasında səbəbli əlaqə mövcud olmalı və bu müəyyən olunmalıdır. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Hərəkət təhlükəsizliyi və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). CM-in 263-cü maddəsində nəzərdə tutulan cinayətin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Şərh olunan maddə cinayətin subyekti qismində iki kateqoriya şəxsi nəzərdə tutur: 1) nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxsi; 2) alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsi.

50. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl ehtiyatsızlıqdan törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə müvafiq olaraq ağır cinayətlər kateqoriyasına aid edilir.

51. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

52. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

53. Hökmün 47-ci bəndində qeyd edilmiş qərarın 4-cü bəndində isə göstərilmişdir ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs dedikdə həmin hüququ ümumiyyətlə əldə etməmiş və ya ondan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhrum olunmuş, habelə hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslərlə yanaşı, həm də müvafiq kateqoriyaya aid olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxslər başa düşülür.

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” 24 sentyabr 2014-cü il tarixli Qərarına görə CM-in 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi və həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, hadisə törədilən zaman nəqliyyat vasitəsini idarə etmək hüququndan müəyyən müddətə məhrum edilmiş şəxs və yol hərəkəti qaydalarının qanunvericiliklə müəyyən edilmiş hallarda kobud surətdə pozulmasına görə bu hüququ məhdudlaşdırılmış şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilməlidir.

55. Nəqliyyat vasitəsini idarə etmək hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslər dedikdə inzibati xəta törətdiyinə görə, habelə “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş hallarda bu hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslər də başa düşülür. “Yol hərəkəti haqqında” Qanunun 34-cü maddəsinin 5-ci hissəsi sürücülük vəsiqəsinin etibarlıq müddətini aşağıdakı kimi müəyyən etmişdir: 1) 60 yaşına çatmamış şəxslər üçün — 10 il; 2) 60 və daha çox yaşı olan şəxslər üçün — onların 70 yaşı tamam olanadək qalan müddət; 3) 70 və daha çox yaşı olan şəxslər üçün — 2 il; 4) siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün — təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət.

56. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnu təsdiq edən sənədin (sürücülük vəsiqəsinin) etibarlılıq müddəti başa çatdıqdan sonra CM-in 263-1-ci maddəsində göstərilən nəticələrə səbəb olan yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulduğu hallarda da şəxsin əməli həmin maddənin uyğun hissələri ilə tövsif edilməlidir.

57. Belə ki, hökmün 25, 28 və 37-ci bəndlərində göstərilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı nəqliyyat vasitələrini idarə etmək hüququ olmamışdır.

58. Beləliklə, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan törətdiyi cinayət əməli onun həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə iclaslarında verdiyi etirafedici ifadələri, hadisə yerinə baxış keçirilməsi protokolu, eləcə də ekspertiza rəyləri və digər sənədlərlə kifayət qədər sübuta yetirilir.

59. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

60. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə təqsirləndirilən şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması tam sübuta yetirildiyindən onun əməli yuxarıda qeyd edilənlər nəzərə alınmaqla ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 263-1.3-cü maddəsi ilə tövsif edilmiş və o həmin maddə ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir.

61. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

62. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır.

63. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

64. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.

65. Məhkəmə CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi X18 ilə barışıq əldə etməsini, CM-in 59.1.14-cü maddəsinin tələbinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi X13 cinayət nəticəsində dəymiş ziyanın azaldılması ilə nəticələnmiş hərəkətlərin edilməsini, habelə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən 29 yaşında olmaqla cavan olmasını, qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını, törətdiyi əməli səmimi etiraf etməklə peşmanlıq çəkməsini bildirməsini, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə kömək göstərməklə həyatını xilas etməyə cəhd etməsini və hüquq-mühafizə orqanlarına məlumat verməklə törətdiyi hadisə barədə səmimi ifadələr verməsi, məhkəməyədək icraat və məhkəmə icraatı zamanı davranışlarını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

66. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmasının müəyyən edilmədiyini qeyd edir.

67. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

68. CM-in 45-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur.

69. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməlini yol hərəkəti qaydalarını kobud pozması nəticəsində törətməsi müəyyən edildiyindən ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir.

70. CM-in 56.1.1-ci maddəsinin tələbinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasının məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir.

71. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində 12 sentyabr 2024-cü il tarixdən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v. 142-144; Cild 2;).

72. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinin tələbinə görə cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 154.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərir.

73. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və azadlıqdan məhrum etmə növündə əsas cəza cəzaçəkməsinin əvvəli onun müvafiq cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır.

74. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

75. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut qismində tanınmış 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

76. CPM-yə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

77. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

78. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur, mülki iddia verilməmişdir.

79. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

80. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

81. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin əvvəli onun müvafiq cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut qismində tanınmış 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar