Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-647/2022 03.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, təqsirləndirilən şəxslərin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, tərcüməçi - X1 iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 29-cu məhəllə, ev 15. mənzil 15-də qeydiyyatda olan və Pirallahı qəsəbəsi. 29-cu məhəllə yeni sahədə yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair, xx xxxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi ev Ö/T 2A-da qeydiyyatda olan və Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 29-cu məhəllə, ev 9. mənzil 9-da yaşayan və barəsində "başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edərək saxlamış və daşımış, qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni satmış, bundan başqa narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 2021 -ci ilin sentyabr ayının sonlarında Bakı şəhərində yerləşən “20 Yanvar” metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini. psixotrop maddə metamfetamini, eləcə də tərkibində narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr olan 01 ədəd kapsulda preqabalin adlı dərman preparatı və 09 ədəd kapsulda tramadol adlı dərman preparatını 300 manat müqabilində alaraq əldə edib üzərində saxlamaqla daşıyaraq Bakı şəhəri, Pirallahı rayonu. Pirallahı qəsəbəsi, 29-cu məhəllə yeni sahədə yerləşən kirayə yaşadığı evə gətirməklə orada saxlamış, evdə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədi ilə özündə olan 01 ədəd “200g x0,01g” markalı elektron tərəzi ilə bükümlərə ayırmış, 05 oktyabr 2021 -ci il tarixdə yaşadığı evdə tanışı Təqsirləndirilən şəxs2 40 manat pul müqabilində 02 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0.308 qram və 0.203 qram olmaqla, ümumi çəkisi 0,511 qram olan xarici əlamət və kimyəvi komponent tərkiblərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 02 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,135 qram və 0,113 qram olmaqla, ümumi çəkisi 0,248 qram xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin satmış, 06 oktyabr 2021-ci il tarixdə kirayə yaşadığı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 29-cu məhəllə yeni sahədə yerləşən evin qarşısında Pirallahı RPŞ-nin əməkdaşları tərəfindən əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılmaqla həmin evdə axtarış keçirilən zaman hamam otağında olan qara rəngli sellofanın içindən 23 ədəd kağız bükümdə, ümumi təmiz çəkisi 1,029 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 39 ədəd gümüşü rəngli falqa kağız parçalarının üzərində ümumi təmiz çəkisi 0,262 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 9,486 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,933 qram olan, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 02 ədəd bükümdə, ümumi təmiz çəkisi 0,511 qram olan narkotik vasitə heroinlə xarici əlamət və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin olmaqla ümumilikdə 11,710 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bundan başqa, 05 ədəd bükümdə, ümumi təmiz çəkisi 0,295 qram olmaqla bir-biri ilə, eləcə də Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 02 ədəd bükümdə, ümumi təmiz çəkisi 0,248 qram olan psixotrop maddə metamfetaminlə xarici əlamət və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd işlək vəziyyətdə və səthində narkotik vasitə heroinin izləri olan gümüşü rəngli “200g x 0,01 g” markalı elektron tərəzi, tərkibində narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalinin təsiredici maddəsinin miqdarı 0,3 qram olan 01 ədəd kapsulda preqabalin adlı dərman preparatı və tərkibində narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadolun təsiredici maddəsinin ümumi miqdarı 0,45 qram olan 09 ədəd kapsulda tramadol dərman preparatı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır Belə ki, Təqsirləndirilən şəxs2 05 oktyabr 2021 -ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 kirayə yaşadığı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi. 29-cu məhəllə yeni sahədə yerləşən evdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini ümumilikdə 04 ədəd bükümdə sonuncudan 40 manat müqabilində alıb əldə edərək üzərində saxlamaqla daşıyaraq ünvan 1 ünvanına gətirmiş, 06 oktyabr 2021 -ci il tarixdə saat 16:30-da ünvan 2 ünvanında yerləşən "Retro" şadlıq sarayının yaxınlığında Pirallahı rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 4 ünvanında yerləşən Pirallahı rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının arxa sağ cibindən qara rəngli kağıza bükülmüş 02 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,308 qram və 0,203 qram olub ümumi çəkisi 0,511 qram olmaqla, bir-biri ilə, eləcə də Təqsirləndirilən şəxs1 yaşadığı evin hamam otağından aşkar edilmiş 01 ədəd kibrit qutusunun içində, təmiz çəkisi 0.933 qram olan narkotik vasitə heroinlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 02 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,135 qram və 0,113 qram olub, ümumi təmiz çəkisi 0,248 qram olmaqla bir-biri ilə, eləcə də Təqsirləndirilən şəxs1 yaşadığı evin hamam otağından aşkar edilmiş 05 ədəd bükümdə, ümumi təmiz çəkisi 0,295 qram olan psixotrop maddə metamfetaminlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirili bilməyərək ifadəsində göstərdi ki, onun yaşadığı mənzildən heç bir narkotik vasitə heroin, psixotrop maddə metamfetamin, preqabalin və tramadol adlı dərman preparatları, elektron tərəzi aşkar olunmamışdır. Bu barədə cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı alınmış ifadəsində qeyd olunanlar həqiqəti əks etdirmir. O, Təqsirləndirilən şəxs2 heç bir narkotik vasitə və psixotrop maddə satmamışdır. Onun heç bir günahı yoxdur və ona verilmiş ittiham tamamilə əsassızdır. O, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, məhkəmə zalında verdiyi ifadəsi arasında ziddiyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, anket məlumatında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Narkotik vasitə heroin və “patı” adlanan psixotrop maddə metamfetamin istifadəçisidir, lakin satışı ilə məşğul olmur. Narkotik vasitəni və psixotrop maddəni adım bilmədiyi İran İslam Respublikasının vətəndaşından alır. Həmin şəxsdən 3-4 dəfə narkotik vasitə və psixotrop maddə almışdır. Belə ki, həmin şəxslə təxminən 3 il əvvəl müalicə məqsədi ilə İran İslam Respublikasına gedərkən orada tanış olmuş, adı dəqiq yadında deyil. Həmin vaxt narkotik vasitədən istifadə etməmiş. Həmin şəxs öz telefon nömrəsi olan kağızı ona verərək bildirmişdir ki, əgər nə vaxtsa sənə narkotik vasitə lazım olarsa mənimlə əlaqə saxla. Təxminən 1 il əvvəl narkotik vasitədən istifadə etməyə başlamışdır. Əvvəlcə az-az müxtəlif tanımadığı şəxslərdən əldə etmişdir. Sonradan yadına düşmüşdür ki, İranda olarkən ona telefon nömrəsi verilmişdir, kağızı tapmış və həmin nömrə ilə əlaqə saxlamışdır. Həmin şəxsə bildirmişdir ki, narkotik vasitə lazımdır. Həmin şəxs İranda olduğunu lakin buna baxmayaraq onun üçün narkotik vasitə təşkil edə biləcəyini bildirmişdir. Beləcə həmin şəxsdən 3-4 dəfə narkotik vasitə almışdır. Belə ki, o əvvəlcədən pulu ödəmə aparatı vasitəsi ilə ödəyirmiş, sonradan həmin şəxsin dediyi yerə gedib narkotik vasitəni götürürmüş. Hal-hazırda pulu ödədiyi hesab, eləcə də telefon nömrəsi onda yoxdur, kağızı itirmişdir. 2021-ci ilin sentyabr ayının sonlarında həmin nömrə ilə whatsapp proqramı vasitə ilə əlaqə saxlayıb bildirmişdir ki, təxminən 10- 12 qram heroin, az miqdarda metamfetamin, tramadol və pregabalin dərman kapsulları istəyir. Həmin şəxs ondan nə qədər pulunun olduğunu soruşmuşdur. O demişdir ki, 300 manatlıq təşkil et, lakin 200 manatını əvvəlcədən verəcək, 100 manatını isə gələn dəfə verər. Həmin şəxs demişdir ki, xəbər gözlə. 2-3 saat sonra onunla telefon əlaqəsi saxlayıb 200 manat pulu ona göndərməyini bildirmişdir. O ödəmə terminalı vasitəsilə 200 manat pulu göndərmiş və həmin şəxs demişdir ki, “20 yanvar” metrostansiyası tərəfə get və oradan əlaqə saxla. O “20 Yanvar” metrostansiyasının yanına getmiş və həmin şəxsin telefon üzrə dediyi yer üzrə yaxınlaşmış və 01 ədəd balaca sellofan olduğunu görmüşdür. O sellofanı açdıqda görmüşdür ki, içində heroin, “patı” və dərman preparatı olan kapsulalar var, onları götürüb yaşadığı Pirallahı qəsəbəsindəki evinə gətirmişdir. Narkotik vasitə heroini və metamfetamini 01 ədəd elektron tərəzi ilə öz istifadəsi üçün bükümlərə ayırmışdır. Həmin narkotik vasitədən özü istifadə etmiş, bundan başqa, növbəti günlərdə bir neçə dəfə tanışı Vadim gəlmiş, yaşadığı evin hamam otağında Vadimlə birlikdə bir neçə dəfə həmin maddələrdən istifadə etmişlər. Ümumiyyətlə, təxminən 2 aya yaxın idi ki, Vadimlə birlikdə narkotik vasitədən istifadə edirmişlər. 05 oktyabr 2021-ci il tarixdə gecə saatlarında narkotik vasitə heroin qəbul etmiş və arvadı Mədinə ilə evdə mübahisə etmişdir. Mübahisə zamanı özündə olmadığı üçün Mədinəni istəmədən vurmuşdur. Mədinə onu döyməyi ilə bağlı polisə şikayət etmişdir. Sonra evdə olan zaman olan mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim etmişlər, ona məlum olmuşdur ki, həmin şəxslər polis əməkdaşlarıdır və arvadı Mədinəni döyməyi, eləcə də qanunsuz olaraq narkotik vasitə əldə etmək və satmaqda şübhəli şəxs olduğunu bildirərək onu X6 dəvət etmişlər. Orada ona vəkil təqdim edilmiş, üzərinə şəxsi axtarış keçirmək lazım olduğunu bildirmişlər, o etiraz etməmiş və ərizə ilə axtarışa etiraz etmədiyimi bildirmişdir. Üzərimə polis şöbəsində şəxsi axtarış keçirilmiş, lakin heç bir qanunsuz əşya aşkar edilməmişdir. Həmin vaxt o bildirmişdir ki, narkotik vsitə istifadəçisidir, yaşadığı evdə heroin və metamfetamin var. Sonra video çəkiliş aparılmaqla vəkilinin iştirakı ilə yaşadığı evdə axtarış keçirilmiş, evdə olan hamam otağında bükümlərə ayırdığı narkotik vasitə heroin, 05 ədəd bükümdə psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi, 10 ədəd dərman preparatı aşkar edilmişdir. O bildirmişdir ki, aşkar edilmiş bütün narkotik vasitələr, tərəzi və dərmanlar özünə məxsusdur, Öz istifadəsi üçün almışdır. Aşkar edilmiş narkotik vasitə heroin, metamfetamin, 10 ədəd dərman kapsulları və 01 ədəd tərəzi zərfdə qablaşdırılmış, axtarışla bağlı protokol tərtib edilmiş və həm zərf, həm də protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirili bilməyərək ifadəsində göstərdi ki, tutulduğu zaman onun üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı alınmış ifadəsində qeyd olunanlar həqiqəti əks etdirmir. Ona verilmiş ittiham əsassızdır. O, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, məhkəmə zalında verdiyi ifadəsi arasında ziddiyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, anket məlumatında göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Azər adlı şəxsi qəsəbə sakini kimi uşaqlıqdan tanıyır, həmişə münasibətləri çox yaxşı olmuşdur. Hətta son zamanlar birlikdə dəmir yığıb satmaqla məşğul olmuşlar. Narkotik vasitə heroindən və psixotrop maddə metamfetamİndən istifadə edir, lakin aludəçisi deyil. Bir neçə dəfə tanışı Azərlə birlikdə heroin və metamfetamin qəbul etmişdir. Azər ona məlum olmayan yerdən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin alırmış, Azərin yaşadığı evin hamam otağına keçirmişlər və orada heroin, yaxud metamfetamin qəbul edirmişlər. 05 oktyabr 2021-ci il tarixdə səhər saatlarında Azərin yaşadığı evə getmiş və Azərə bildirmişdir ki, mənə 2 büküm heroin və 2 büküm metamfetamin lazımdır, 40 manat pulum var. Azər onu içəri dəvət etmişdir. OAzərlə birlikdə sonuncunun həyətinə daxil olmuşdur. Azər hamam otağına keçmiş və təxminən 1 dəqiqə sonra 04 ədəd bükümü ona verərək demişdir ki, 02 büküm heroin və 02 büküm metamfetamindir. O 40 manat pulu stolun üzərinə qoymuşdur, Azər pulu oraya qoyduğunu görmüş, sonra içində heroin və metamfetamin olan 04 ədəd bükümü götürüb onun həyətindən çıxmış və oradan uzaqlaşmışdır. Azərdən aldığı heroin və metamfetamini özümdə saxlamış, çünki o arada kefinə düşəndə həmin maddələrdən istifadə edir. Düşünmüşdür ki, bir neçə günə ad günü olacaq həmin vaxt yeyib-içib istifadə edər. 06 oktyabr 2021-ci il tarixdə saat 16:30 radələrində Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən “Retro” şadlıq evinin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli oduğumu bildirərək Pirallahı polisi Şöbəsinə getməyi təklif etmişlər, O razılaşmış və polis əməkdaşları ilə birlikdə Pirallahı RPŞ-nin inzibati binasına getmişlər. Pirallahı RPŞ-nin inzibati binasında otaqların birində tərcüməçi ilə təmin olunmuş, sonra ona vəkil seçmək təklif edilmiş və o da siyahı üzrə vəkil seçmişdir. Bir neçə dəqiqə sonra vəkil gəlmiş və vəkilin iştirakı ona hüquq və vəzifələri izah edilməklə şübhəli şəxs qismində tutulmuşdur. Sonra videoçəkilişlə vəkil, tərcüməçinin iştirakı ilə polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən Azərdən aldığı içində heroin və metamfetamin olan 04 ədəd kağız bükümü, bundan başqa digər şəxsi əşyalarımı təqdim etmişdir. Üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş və başqa heç bir əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilən 04 ədəd büküm açılmış və sorğu zamanı bildirmişdir ki, aşkar edilən 04 bükümün 2 ədədinin içində narkotik vasitə heroin və 2 ədədinin içində isə psixotrop maddə metamfetamin vardır, 05 oktyabr 2021-ci il tarixdə səhər saatlarında tanışı Azər adlı şəxsdən öz istifadəsi üçün 40 manata almışdır. Bundan sonra üzərindən aşkar edilmiş 04 ədəd büküm zərfə qoyulub bağlanmış və möhürlənmiş, şəxsi axtarış keçirilməklə bağlı protokol tərtib edilmiş, ucadan oxunmuş, tərcüməçi tərəfindən ona tərcümə edilmiş və o da digər iştirakçılarla birlikdə həm zərfi, həm də protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, 05 oktyabr 2021-ci il tarixdə gecə saatlarında Pirallahı rayon sakini Şahid4 DİN-in 102 xidmətinə şikayət edərək əri Təqsirləndirilən şəxs1 onu döyməsi barədə məlumat vermiş və RPŞ-də araşdrma zamanı bildirmişdir ki, Azərin narkotik vasitə istifadəsçisi olmasından şübhələnir, çünki Azər və dostu Vadim tez-tez evin hamam otağına daxil olur, oradan çıxdıqdan sonra qəribə halda olurlar. Bundan sonra məlumat yoxlanılmış və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz istifadəsi və satışı ilə məşğul olması barədə məlumat öz təsdiqini tapmışdır. Bundan sonra əməliyyat qrupunun yaradılması və əməliyyat tədbirinin keçirilməsi barədə RPŞ rəhbərliyindən müvafiq icazə alınmış, Pirallahı RPŞ-nin CAB-ın rəisi Cavid Salahov və ondan ibarət əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri Cavid Salahov olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 07:00 radələrində 29-cu məhəllədə yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs1 saxlanılmış və narkotik vasitələrin qanunsuz istifadəsi və satışı ilə məşğul olması ilə əlaqədar Pirallahı RPŞ-nin inzibati binasına gətirilmişdir. Bundan sonra otaqların birində Azərə özünü təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs1 özünü təqdim etmiş və sonra Azərdən narkotik vasitələrin qanunsuz istifadəsi və satışında şübhəli olması bildirilərək müdafiəçi seçmək hüququ izah edilmiş, Azərin seçdiyi müdafiəçi dəvət edilmiş və hüquq və vəzifələri izah olunduqdan sonra hal şahidlərinin, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Azərə üzərində olan qanunsuz saxladığı əşyaları təqdim etməsi bildirilmişdir. Azər bildirmişdir ki, üzərində heç bir qanunsuz əşya yoxdur. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və heç bir qanunsuz əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, narkotik vasitə aludəçisidir, eləcə də satışı ilə məşğuldur, yaşadığı 29-cu məhəllədə yerləşən evində narkotik vasitə saxlayır. Bundan sonra Azərdən yaşadığı evdə və həyət sahəsində axtarış aparılmasına etiraz edib-etmədiyi soruşulıuuşdur. Azər bildirmişdir ki, polis əməkdaşları tərəfindən yaşadığı evdə və həyət sahəsində axtarış keçirilməsinə etirazı yoxdur və bununla bağlı ərizə yazmışdır. Bundan sonra onun, RPŞ-nin CAB-ın əməkdaşları Şahid1, Şahid3, Rəşid Babayevin, Azərin və sonuncunun müdafiəçisinin iştirakı ilə inspektor-kriminalist tərəfindən aparılan videoçəkilişlə evinə gedilmiş və qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 iştirakçıları evinin həyətində olan hamam otağına dəvət etmiş, hamam otağında divardan asılmış vəziyyətdə olan 01 ədəd qara rəngli sellofanı götürmüş və həyətə çıxarmışdır. Həyətdə həmin sellofan açılmış və içindən 05 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər ağ kristallşəkilli maddə, sayını dəqiqi xatırlamadığı, təxminən 60dan çox kağızlarda içində toz şəklində qırıntılar olan, narkotik vasitə heroinə bənzər maddə, eləcə də 02 ədəd kibrit qutusunun hər birinin içində qəhvəyi rəngli, tozşəkilli narkotik avsitə heroinə bənzər maddə, 10 ədəd dərman kapsulu və 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, aşkar edilmiş maddələr narkotik vasitə heroin, psixotrop maddə metamfetamin, 01 ədəd preqabalin dərman kapsulu, 09 ədəd tramadol dərman kapsulu və 01 ədəd elektron tərəzi özünə məxsusdur, bir neçə gün əvvəl istifadə və satış məqsədi ilə almışdır. Bundan sonra evdə axtarış keçirilsə də hər hansı digər qanunsuz əşya aşkar edilməmişdir. Aşkar edilmiş narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər maddələr, 10 ədəd dərman kapsulu, 01 ədəd elektron tərəzi və s. əşyalar zərflərdə və bağlamada qablaşdırılmış, həmin zərf və bağlamalar iştirakçılar tərəfindən imzalanmış və 237 saylı möhürlə möhürlənərək götürülmüşdür. Zərf iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra bu barədə tərtib olunmuş protokol bütün iştirakçıların yanında ucadan oxunmuş, hər hansı əlavə və düzəliş, yaxud şikayət daxil olmamış və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 digər Şahid2 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermiş, əlavə olaraq bildirmişdir ki, 06 oktyabr 2021-ci il tarixdə Pİrallahı qəsəbə sakini Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı Pİrallahı Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupunun yaradılması və əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə RPŞ rəhbərliyindən müvafiq icazə alınmışdır. Pİrallahı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 16:30 radələrində ünvan 6 ünvanında yerləşən “Retro” şadlıq sarayının yaxınlığında Təqsirləndirilən şəxs2 saxlanılmış və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirilərək Pİrallahı RPŞ-nin inzibati binasına dəvət edilmişdir. Təqsirləndirilən şəxs2 razılaşmış və birlikdə Pİrallahı RPŞ-nin inzibati binasına gəlmiş, dərhal tərcüməçi ilə və sonradan öz seçimi ilə vəkil ilə təmin edilmişdir. Sonra videoçəkilişlə onun, CAB-ın əməliyyat müvəkkili Şahid3, tərcüməçinin və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması ilə əlaqədar şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən 04 ədəd qara rəngli bükümü, eləcə də şəxsi əşyalarını çıxararaq masanın üzərinə qoymuş və üzərində başqa heç bir əşya olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən başqa heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 02 ədəd büküm açıldıqda içərisində açıq qəhvəyi rəngli, toz halında narkotik vasitə heroinə bənzər maddə, digər 02 bükümün içindən isə ağ rəngli kristalşəkilli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, aşkar edilmiş 02 ədəd bükümün içindəki maddə narkotik vasitə heroindir və digər 02 bükümün içində olan maddə psixotrop maddə metamfetamindir, ona məxsusdur, xx.xx.2021-ci il tarixdə saat 09 radələrində Pİrallahı qəsəbəsində tanışı Azər adlı şəxsdən 40 manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Şəxsi axtarış zamanı aşkar olunan içində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər maddə olan 4 ədəd büküm zərfdə qabaşdırılmış və 237 saylı möhürlə möhürlənmiş, bu barədə tərtib olunmuş protokol bütün iştirakçıların yanında ucadan oxunmuş, hər hansı əlavə və düzəliş, yaxud şikayət daxil olmamış və iştirakçılar tərəfindən həm protokol, həm də zərf imzalanmışdır. Şahid qismində dindirilmiş X5 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində digər Şahid2 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 digər Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1la 5 ildir ki, evlidirlər və iki azyaşlı övladları vardır. Son 3-4 ay ərzində Azər ona qarşı əsəbi və dözülməz olmuş, bunun nəticəsidir ki, aralarında tez-tez mübahisələr olurmuş. Azər xasiyyətcə belə adam olmamış, bu cür davranmağı onda şübhələr yaratmışdır ki, ola bilər Azər narkotik vasitədən istifadə edir. Narkotik vasitə istifadə edibetməməsi haqda bir dəfə Azərin özündən də soruşmuş və Azər ona cavab vermişdir ki, xeyr, belə bir şey yoxdur, sadəcə başqa problemləri olduğu üçün bu cür gərgindir. Ancaq Azərdən başqa nə problem olduğunu soruşsa da Azər ona konkret heç nə deməmişdir. Mübahisə edən vaxt Azər onu xəyanət etməkdə günahlandırmışdır. Azər son 3-4 ayda ona qarşı bu cür ittihamı bir neçə dəfə səsləndirmiş və hər dəfə o and içərək demişdir ki, bu şübhələri tam əsasssızdır. Sonradan Azər onunla razılaşır və barışırmışlar. 05 oktyabr 2021-ci il saat 21:30 radələrində Azər onu hirslə yanma çağırmış və bildirmişdir ki, sən xəyanət edirsən. O Azərə demişdir ki, xeyr, mən sənə xəyanət etmirəm. Bu vaxt Azər yumruqla başından bir neçə dəfə vurmuş və qışqırmışdır ki, adını de mənə. Bu sözləri deyən vaxt Azər öz-özünə qışqırırmış. O görmüşdür ki, Azərdə isterik vəziyyət yaranır, ona görə də qorxub evdən çıxmış və öz telefonu ilə DİN-n 102 xidmətinə zəng edib Azərin onu döyməsi barədə məlumat vermişdir. Bundan sonra Pirallahı qəsəbəsi ərazisində ‘'Şəhidlər Kompleksi”nin arxasında gizlənmiş və polis əməkdaşları yaxınlaşaraq oradan onu götürüb Pirallahı RPŞnin inzibat binasına gətirmişlər. Pirallahı RPŞ-də baş vermiş hadisə barədə məlumat vermiş və əri Azərin narkotik vasitələrdən istifadə etməsindən şübhələndiyini, evin hamam otağına tez-tez getdiyini, orada bir müddət qaldığını və çıxdıqdan sonra halının dəyişkən olduğunu bildirmişdir. Bundan sonra o evə getmiş və Azər evdə olmadığı üçün bacısı Cəmilə, eləcə də 2 azyaşlı uşağı ilə evdə gecələmişdir. Ertəsi gün, saat 09:30 radələrində polis əməkdaşları Azər ilə birlikdə evə gəlmişlər. Həmin vaxt Azərin yanında vəkili də olmuşdur. Bu vaxt başa düşmüşdür ki, polis əməkdaşları Azəri tutublar. Polis əməkdaşları Azər və vəkili ilə birlikdə hamam otağına baxış keçirmişlər və çıxıb getmişlər. Sonra o Azərin vəkili ilə telefon əlaqəsi yaratmış və həmin vaxt ona məlum olmuşdur ki, hamam otağından bükümlərdə külli miqdarda narkotik vasitələr, tərəzi və narkotik tərkibli dərmanlar tapılıb. Məhkəmə istintaqı zamanı ekspert qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, ona təqdim olunan narkotik vasitənin bükümlərinin sayı ekspertiza rəyində göstərilən kimi olmuşdur. Cinayət işinin 1-ci cildinin 44-47-ci vərəqlərində olan xx.xx.2021-ci il tarixli '‘axtarış və götürmə aparılması haqqında” protokoldan protokolda bildirilir ki, həmin tarixdə Pirallahı RPŞ-nin əməkdaşları tərəfindən müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 kirayə yaşadığı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 29-cu məhəllə yeni sahədə yerləşən evində axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman hamam otağında asılmış 01 ədəd qara rəngli sellofanın içindən 02 ədəd kibrit qutusunda, 23 ədəd kağız bükümdə, 39 ədəd gümüşü rəngli fal qa kağız parçalarının üzərində qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitə heroinə bənzər maddələr, 05 ədəd bükümdə ağ kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə, 10 ədəd kapsulda dərman preparatı və 01 ədəd işlək vəziyyətdə olan gümüşü rəngli tərəzi aşkar olunaraq götürülmüş, zərfdə qablaşdırıldıqdan sonra möhürlənmişdir. Cinayət işinin 1-ci cildinin 182-183-cü vərəqlərində olan xx.xx.2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda bildirilir ki, həmin tarixdə Pirallahı RPŞ-nin əməkdaşları tərəfindən müdafiəçinin və tərcüməçinin iştirakı ilə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarının arxa sağ cibindən 02 ədəd bükümdə, ağ kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə və 02 ədəd bükümdə qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüş, zərfdə qablaşdırıldıqdan sonra möhürlənmişdir. Cinayət işinin 1-ci cildinin 133-cü vərəqində olan xx.xx.2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokolda bildirilir ki, xx.xx.2021-ci il tarixdə Pirallahı RPŞ-nin əməkdaşları tərəfindən müdafiəçinin və tərcüməçinin iştirakı ilə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarının arxa sağ cibindən 02 ədəd bükümdə, ağ kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə və 02 ədəd bükümdə qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüş, zərfdə qablaşdırıldıqdan sonra möhürlənmişdir. Cinayət işinin 1-ci cildinin 233-cü vərəqində olan xx.xx.2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokolda bildirilir ki, xx.xx.2021-ci il tarixdə Pirallahı RPŞ-nin əməkdaşları tərəfindən müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 kirayə yaşadığı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 29-cu məhəllə yeni sahədə yerləşən evində axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman hamam otağında asılmış 01 ədəd qara rəngli sellofanın içindən 02 ədəd kibrit qutusunda, 23 ədəd kağız bükümdə, 39 ədəd gümüşü rəngli falqa kağız parçalarının üzərində qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitə heroinə bənzər maddələr, 05 ədəd bükümdə ağ kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə, 10 ədəd kapsulda dərman preparatı və 01 ədəd işlək vəziyyətdə olan gümüşü rəngli tərəzi aşkar olunaraq götürülmüş, zərfdə qablaşdırıldıqdan sonra möhürlənmişdir. İş üzrə maddi subut olan disklərə məhkəmə iclasında baxış keçirilmişdir. Disklərdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 1-ci cildinin 53-59-cu vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 6/4415 №-li məhkəmə fıziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs1 evindən çıxan narkotik vasitə...” yazısı olan 3 (üç) ədəd zərfdəki, -2 (iki) ədəd kibrit qutuda, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 9,486 qram və 0,933 qram qəhvəyi rəngli və açıq qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,062 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. -23 (iyirmi üç) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 1,029 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 4 (dörd) ədəd bükümdə ümumi təmiz çəkisi 0,233 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 39 (otuz doqquz) ədəd “gümüşü" rəngli falqa kağız parçalarının üzərindəki ümumi təmiz çəkisi 0.262 qram tünd qəhvəyi rəngli maddələrin qalıqları kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 9 ədəd kəsilmiş konvalyutdakı ağ-göy rəngli kapsul tramadol adlı dərman preparatıdır və 9 ədəd kəsilmiş konvalyutdakı ağ-göy rəngli kapsul tramadol adlı dərman preparatıdır və 9 kapsulda tramadol təsiredici maddəsinin ümumi miqdarı 0,45 qramdır (bir kapsulda 0,05 qram tramadol olmaqla), bir ədəd üzərində “PGN 300” yazısı olan ağ-qəhvəyi rəngli kapsul preqabalin adlı dərman preparatıdır və həmin kapsulda preqabalin təsiredici maddəsinin miqdarı 0,3 qramdır, -bir ədəd “200gx0,01g” markalı elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş heroinin ümumi təmiz çəkisi 11,710 qramdır və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə müxtəlifdirlər. Tədqiqata təqdim edilmiş metamfetaminin ümumi təmiz çəkisi 0,295 qramdır və həmin matemfetamin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin- Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrimin siyahısına daxildirlər. Preqabalin və tramadol adlı dərman preparatları 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş siyahılara əsasən preqabalin tərkibli dərman preparatı “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxildirlər. Cinayət işinin 1-ci cildinin 188-195-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 6/4436 №-li məhkəmə-fıziki ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs2 üzərindən..." sözləri olan zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz şəkiləri 0,135 qr.., 0,113 qram ümumi təmiz çəkisi 0,248 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddəmetamfetamindir, 2 ədəd bükümdə ayrı-ayrılıqda təzmi çəkiləri 0,308 qr., 0,203 qr, ümumi təmiz çəkisi 0,511 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 2-ci cildinin 59-62-ci vərəqlərində olan üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı bildirməklə sonuncunu ifşa etmişdir. Cinayət işinin 2-ci cildinin 37-44-cü vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 6/5442 №-li məhkəmə fıziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqat təqdim edilmiş 1 №~li paketdə üzərində “...Təqsirləndirilən şəxs1 evindən çıxan narkotik vasitə..." sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,883 qram olan narkotik vasitə heroinlə, 2 №-li paketdə üzərində “...Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri olan zərfdəki 2 ədəd bükümdə narkotik vasitə heroinin kimyəvi komponent tərkiblərinin isə fərqli olması, 1 №-li paketdə üzərində ...Təqsirləndirilən şəxs1 evindən çxıan narkotik vasitə..." sözləri olan zərfdəki psixotrop maddə metamfetaminlə 2 №-li paketdə üzərində “...Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri olan zərfdəki psixotrop maddə metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Cinayət işinin 2-ci cildinin 33-34-cü vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2021-ci il tarixli, 4252 saylı ekspertiza rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabiodların istifadə etmə hallan olub. Lakin, hal- hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinin 35-36-cı vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2021-ci il tarixli, 4824 saylı ekspertiza rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinin 45-49-cu vərəqlərində olan xx.xx.2022-ci il tarixli maddi sübut kimi tanınma qərarından görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 11,710 qram olan narkotik vasitə heroin, ümumi təmiz çəkisi 0,295 qram psixotrop maddə metamfetamin, 01 ədəd işlək vəziyyətdə və səthində narkotik vasitə heroinin izləri olan“200gx0,01g” markalı tərəzi, tramadol təsiredici maddəsinin ümumi miqdarı 0,45 qram olan 9 ədəd kapsul, preqabalin təsiredici maddəsinin ümumi miqdarı 0,3 qram olan 1 ədəd kapsul, eləcə də Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,511 qram olan narkotik vasitə heroin və ümumi təmiz çəkisi 0,248 qram olan psixotrop maddə metamfetamin maddi sübut qismində tanınmış və Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilərək götürülmüş, tədqiqatdan sonra qalıq çəkisi 10,950 qram olan narkotik vasitə heroin, 0,095 qram olan psixotrop maddə metamfetamin, tramadol adlı dərman preparatının 7 ədəd kapsulu və preqabalin adlı dərman preparatının 2 kapsulu, 01 ədəd işlək vəziyyətdə və səthində narkotik vasitə heroinin izləri olan“200gx0,01g” markalı tərəzi, eləcə də Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş, tədqiqatdan sonra qalıq çəkisi 0,311 qram olan narkotik vasitə heroin və 0,048 qram olan psixotrop maddə metamfetaminin saxlanılması üçün Pirallahı RPŞ-nin Saxlama Yerinə təhvil verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 qanunda nəzərdə tutulmuş külli miqdardan artıq heroinin aşkar edilməsini, bundan başqa psixotrop maddə metafetaminin, güclü təsir edən maddələrə aid olan preqabalin və tramadolun aşkar edilməsini, satışa hazırlamaq məqsədi ilə ayrı-ayrı bükümlərə ayrılmasını Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələri satmaq niyyəti ilə əldə etməsinin sübutu kimi qiymətləndirir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək onlara həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 28-30 və 97-100-cü vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs1 06 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 170-172 və 220-230-cu vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs2 06 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 oktyabr 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri seçilərək azad olunmuşdur. Cinayət işinin 1-ci cildinin 114-115-ci vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2017-ci il tarixdə Pirallahı rayon məhkəməsinin hökmünə əsasən CM-nin 256.2.2-ci maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cərimə cəzası ödənilmişdir. Təqsirləndirilən şəxs1 məhkumluğu CM-nin 83.3.2-ci maddəsinə əsasən ödənildiyindən həmin hökm məhkumluqla əlaqədar heç bir hüquqi nəticə yaratmır. Cinayət işinin 1-ci cildinin 232-ci vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Himayəsində iki azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs2 cinayətin açılmasına, onun digər iştirakçısının ifşa edilməsinə kömək etməsi Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onların şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də onlara təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı 06 oktyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı 03 oktyabr 2022-ci il tarixdən hesablanmalı, ibtidai istintaq zamanı tutularaq saxlanıldığı 06 oktyabr 2021-ci il tarixdən 08 oktyabr 2021-ci il tarixədək 02 gün müddət təyin edilmiş cəzaya hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək «həbs» qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidirlər. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidirlər. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs1 138,82 AZN (bir yüz otuz səkkiz manat səksən iki qəpik), Təqsirləndirilən şəxs2 138,82 AZN (bir yüz otuz səkkiz manat səksən iki qəpik) tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut - Pirallahı RPŞ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilərək götürülmüş, tədqiqatdan sonra qalıq çəkisi 10,950 qram olan narkotik vasitə heroin, 0,095 qram olan psixotrop maddə metamfetamin, tramadol adlı dərman preparatının 7 ədəd kapsulu və preqabalin adlı dərman preparatının ½ kapsulu, 01 ədəd işlək vəziyyətdə və səthində narkotik vasitə heroinin izləri olan “200g*0,01g” markalı tərəzi, eləcə də Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş, tədqiqatdan sonra qalıq çəkisi 0,311 qram olan narkotik vasitə heroin və 0,048 qram olan psixotrop maddə metamfetamin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi3 üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 06 oktyabr 2021-ci il tarixdən 08 oktyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin,barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin, cəza çəkmə müddətinin başlanğıcı 03 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CMnin 234.4.3-cü maddəsi ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 240.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 qəti olaraq 8 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 06 oktyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs1 138,82 AZN (bir yüz otuz səkkiz manat səksən iki qəpik), Təqsirləndirilən şəxs2 138,82 AZN (bir yüz otuz səkkiz manat səksən iki qəpik) tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut - Pirallahı RPŞ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilərək götürülmüş, tədqiqatdan sonra qalıq çəkisi 10,950 qram olan narkotik vasitə heroin, 0,095 qram olan psixotrop maddə metamfetamin, tramadol adlı dərman preparatının 7 ədəd kapsulu və preqabalin adlı dərman preparatının ½ kapsulu, 01 ədəd işlək vəziyyətdə və səthində narkotik vasitə heroinin izləri olan “200g*0,01g” markalı tərəzi, eləcə də Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş, tədqiqatdan sonra qalıq çəkisi 0,311 qram olan narkotik vasitə heroin və 0,048 qram olan psixotrop maddə metamfetamin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi3 üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Mahmud Ağalarov