Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-647/2023 12.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məcidov X8 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1997-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 18 iyul 2022-ci il tarixdə axşam saatlarında dostu Şahid1 və Şahid2 yanında olan zaman Şahid1 tanışı Zərərçəkmiş şəxs ilə telefon danışığı zamanı sonuncunun Şahid1 barəsində xoşagəlməz ifadələr işlətməsi səbəbindən aralarında yaranmış sözlü mübahisəni aydınlaşdırmaq üçün həmin gün saat 23:00 radələrində Şahid1 və Şahid2 ilə birlikdə görüş yeri kimi təyin edilən ünvan 2 ünvanında yerləşən “50 Qəpik Obed” restoranına gəlib restoranın ikinci mərtəbəsində yerləşən otaqda Zərərçəkmiş şəxs və sonuncunun yanında gəlmiş Şahid3 ilə görüşmüş, Şahid1 və Zərərçəkmiş şəxs aralarında olan sözlü mübahisəni aydınlaşdıran zaman Zərərçəkmiş şəxs yumruq və təpik zərbələri ilə Şahid1 döyməsinə görə o, Zərərçəkmiş şəxs qisas almaq niyyətilə üzərində olan istintaqa məlum olmayan bıçaqla qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq sonuncuya sol bazunun 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən ağciyərin aşağı payının, diafraqmanın və dalağın zədələnməsi ilə müşaiyət olunan torokoabdominal 1 (bir) ədəd və qarının ön divarının sol yarısının qarın boşluğuna nüfuz edən nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhükəli olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər Zərərçəkmiş şəxs tanımamışdır. O, dostu Şahid1lə birlikdə Zərərçəkmiş şəxs və sonuncunun dostları ilə görüşmək və birlikdə çay içmək üçün kafeyə getmişdir. Hadisə kafedə baş vermişdir. Dostu Aydınla zərərçəkmiş şəxs Elşad arasında hansısa bir söhbət olmuşdur. Həmin məsələni aydınlaşdırmaq məqsədi ilə onlar kafedə söhbət etmişlər. Həmin vaxt dostu Aydın Elşaddan həmin söhbətə görə üzr istəməsini tələb etmişdir. Elşad isə üzr istəməmiş, əksinə Elşad Aydına qarşı nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən də əvvəlcə Aydınla Elşadın arasında sözlü mübahisə yaranmış və sonradan Elşadla Aydın arasında dava başlamışdır. Elşad Aydını vurmaq istəmişdir. O, dostu Aydını müdafiə etmək məqsədilə bıçaqla Elşada 1 (bir) dəfə zərbə vurmuşdur. Elşadı bıçaqla vurmaqda onun məqsədi Elşada zərər vermək deyil, əksinə Elşadı Aydından uzaqlaşdırmaq olmuşdur. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı ifadə vermiş və həmin ifadə düzgün olduğundan hazırda həmin ifadəni təsdiq edir. Belə ki, o, ibtidai istintaq zamanı ifadə verərkən hadisə yenicə baş verdiyindən təfərrüatı ilə baş vermiş hadisəni bildirərək törətmiş olduğu cinayət əməlini etiraf etmişdir. İbtidai istintaq zamanı o, ifadə verdiyi zaman ona qarşı heç bir təzyiq və təsir olmamışdır. Onun dostunun adı və soyadı Şahid1dır, dostu Aydınla zərərçəkmiş şəxs Elşad arasında mübahisə yaranmışdır. Aydınla Elşadın arasındakı mübahisənin səbəbi Elşadın telefonda Aydına qarşı nalayiq ifadələr işlətməsi olmuşdur. Aydınla Elşad bir-birini İman adlı şəxsin vasitəsilə tanımışlar. O, Elşadla Aydının arasındakı mübahisənin nədən ibarət olduğunu dəqiq olaraq bilməmişdir. O, Aydınla birlikdə Elşadla görüşmək üçün kafeyə gedərkən yaranmış mübahisəni araşdırmağa getdiyini bilmişdir. O, Elşadın nəyə görə Aydına qarşı nalayiq ifadə işlətdiyini bilməmişdir. Görüş yerini Elşad müəyyən etmişdir. Hadisə yerinə o və Aydın getmiş, zərərçəkmiş şəxs Elşad isə iki dostu ilə birlikdə gəlmişdir. O, Elşadın dostlarını hadisə yerində görmüş, lakin adlarını dəqiq bilməmişdir. Onlar hadisə yerində Elşadın Aydını nəyə görə təhqir etdiyini aydınlaşdıra bilməmişlər, çünki buna imkan olmamışdır. Mübahisəni ilk olaraq Elşad başlamışdır. Belə ki, Elşad Aydına əl-qol atmağa başlamış, Aydın da Elşaddan etdiyi hərəkətə görə üzr istəməsini tələb etmiş, lakin Elşad Aydından üzr istəməmiş, nəticədə narazılıq başlamışdır. Sonra o, görmüşdür ki, Elşad Aydına yumruq atmış, həmin yumruq da Aydına dəymişdir. O da bundan sonra Aydına kömək etmək məqsədilə Elşadı 1 (bir) dəfə bıçaqla vurmuşdur ki, Elşad Aydına ciddi zərər vura bilməsin. Bundan sonra o, Aydın ilə birlikdə hadisə yerini tərk etmişdir. Elşada bıçaqla zərbəni o, vurmuşdur. O, həmin bıçağı küçədən tapmış, lakin həmin küçəni xatırlamır. Bıçağı hadisə yerinə gətirməkdə onun məqsədi özünü müdafiə etmək olmuşdur. O, Elşada bıçaqla 1 (bir) dəfə zərbə vurmuş, lakin zərbənin dəqiq olaraq Elşadın harasına dəydiyini xatırlamır. Onun məqsədi Elşadı ya qarın nahiyəsindən, ya da ayaqlarından bıçaqla vurmaq olmuşdur. O, Elşada zərbə vuranda Elşadla qarşılıqlı vəziyyətlərinin hansı vəziyyətdə olduğunu dəqiq xatırlamır. Çünki o, gözünü yumub Elşada bıçaqla zərbə vurmuşdur. Kafedəki mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Bundan başqa, həmin mübahisə zamanı ona da xəsarət yetirilmişdir. Belə ki, zərərçəkmiş şəxs Elşadın yanında olan sonuncunun dostu Şahid3 ona bıçaqla zərbə vurmuşdur. Camal Elşadın dostu idi. Camal onu kürək nahiyəsindən bıçaqla vurmuşdur. O, Elşada bıçaqla xəsarət yetirdikdən sonra Camal da ona bıçaqla zərbə endirmişdir. O, Elşadı bıçaqla vurduqdan sonra onun əlindən heç kim bıçağı almamışdır. O, həmin bıçağı yerə tullamışdır. O, bıçağı kafedən bir qədər uzaqlaşdıqdan sonra tullamışdır. Ona bıçaqla xəsarət yetirildikdən sonra o, xəstəxanaya müraciət etmişdir. Onu bıçaqla vuran Camalın barəsində olan cinayət işinin ibtidai istintaqı aparılmış və daha sonra iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. O, Zərərçəkmiş şəxsla barışmış, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəmə istintaqında, həm də ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini, zərərçəkmiş şəxsin və şahidin ifadələrini, məhkəmə istintaqında elan edilmiş şahid ifadəsini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, o, həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, bu hadisə baş verən ana qədər Təqsirləndirilən şəxs tanımamışdır. O, dostu ilə birlikdə kafedə əyləşən zaman dostuna Aydın adlı şəxs zəng etmişdir. Aydın onun dostu ilə uzun müddət telefonda danışmışdır. Buna görə də o, öz dostuna mobil telefonunu kənara qoymasını bildirmişdir. Bu zaman dostunun mobil telefonla danışdığı Aydın onun işlətdiyi ifadəsini eşidib yüksək və aydın eşidilmədiyi səslə ona qarşı ifadələr işlətmişdir. O, dostundan telefonu götürərək Aydın ilə danışmaq istəyən zaman artıq dostu telefon danışığını sonlandırmışdır. Lakin o, yenidən Aydına zəng edərək istirahət etdiklərini və telefonla uzun müddət ərzində danışdıqlarından onlara mane olduğunu bildirmişdir. Buna görə də onlar telefonda mübahisə etməyə başlamışlar. Telefon danışığı zamanı o, Aydının ünvanına nalayiq ifadələr işlətmiş və bu səbəbdən Aydına bu məsələni aydınlaşdırmaq üçün görüşmək istədiyini demişdir. Daha sonra o, vaxt təyin edərək Camal və İman adlı dostları ilə birlikdə “28 May” metro stansiyası yaxınlığında yerləşən “50 Qəpik” çay evində Aydın və sonuncunun tanışı olan Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Görüş zamanı Aydın ondan özünə qarşı işlətmiş olduğu nalayiq ifadəyə görə üzr istəməyini bildirmişdir. Lakin o, Aydının bu təklifi ilə razılaşmadığı üçün onlar yenidən mübahisə etməyə başlamışlar. Mübahisə zamanı o, Aydına yumruqla zərbə vurmuşdur. Bu vaxt Məhəmməd ona bıçaqla xəsarət yetirmişdir. Onun dostu Camal bu vaxt pilləkandan düşərək restoranı tərk edən zaman birdən səs-küy eşidərək onların yanına qayıtmış və onun bıçaqla vurulduğunu görmüşdür. Yəni dostu Camal onlardan qırağda dayandığı üçün əvvəlcə onların dava etdiyini görməmiş, lakin sonradan baş vermiş səs-küy səbəbindən onların yanına gəlmiş və Məhəmmədin onu bıçaqladığını görüb Məhəmmədin qarşısına keçərək Məhəmmədə bıçaqla xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, o, Aydın ilə görüşün vaxtını və məkanını özü təyin etmişdir. “50 Qəpik” çay evində görüş zamanı əvvəlcə Aydın özü tək gəlmiş, lakin 2-3 dəqiqədən sonra Məhəmməd də ora gəlmişdir. Aydın ondan üzr istəməyini istəsə də, o, Aydından üzr istəməyəcəyini bildirmişdir. Sonra o, Aydına yumruqla ilk zərbəni endirmiş və həmin zərbənin təsirindən Aydın yerə yıxılmışdır. Hadisə onlar kafedən çıxarkən baş verdiyi üçün o, Məhəmmədin dəqiq olaraq harada dayanmasını xatırlamır. O, Aydını yumruq zərbəsi ilə vurduqdan sonra Məhəmməd ona bıçaqla xəsarət yetirmişdir. Məhəmməd ona qarın nahiyəsindən 1 (bir) dəfə bıçaqla zərbə endirmişdir. Məhəmmədin ona bıçaqla xəsarət yetirməsini görən Camal da dərhal onların yanına gələrək Məhəmmədə bıçaq xəsarəti yetirmişdir. O, Camal və Məhəmmədin üzərində bıçaq olduğunu bilməmişdir. Hadisədən dərhal sonra restoranda səs-küy düşmüş, buna görə də o, dostunun avtomobili ilə evə getmişdir. O, evə getdikdən təxminən 6 saatdan sonra xəstəxanaya getmişdir. Hal-hazırda o, Məhəmmədlə barışmış və Məhəmməd tərəfindən ona vurulmuş ziyan tam şəkildə sonuncu tərəfindən ona ödənilmişdir. Ona görə də onun Məhəmmədə qarşı şikayət və tələbi yoxdur. Məhəmməd ona vurduğu zərəri tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxslə onun dostu Zərərçəkmiş şəxs arasında mübahisə olmuşdur. Əslində Təqsirləndirilən şəxs bu işlə heç bir əlaqəsi yoxdur. Çünki əsas mübahisə Şahid1la Zərərçəkmiş şəxs arasında baş vermişdir. Bu səbəbdən də məsələni aydınlaşdırmaq məqsədilə onlar kafeyə getmişlər. Həmin kafedə söhbət edən zaman Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında anlaşılmazlıq olmuşdur. Sonra Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında dava düşmüşdür. O, dostu Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə münaqişəsini görən zaman müdaxilə etmək istəmişdir. Hadisə zamanı əvvəlcə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla zərbə vurmuşdur. Bu vaxt o, həmin yerdən bir qədər aralıda olmuşdur. O, geri qayıtdıqda Zərərçəkmiş şəxs bıçaqla vurulduğunu görmüş və Elşadın Məhəmməd tərəfindən vurulduğunu müəyyən etmişdir. Bu vaxt o, Məhəmmədə əvvəlcə yumruqla zərbə vurmuş, daha sonra isə bıçaqla Məhəmmədə xəsarət yetirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 oğlu ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm 12 ünvanında yerləşən ”50 Qəpik Obed” kafesini işlədir. Kafe iki mərtəbəlidir. Kafenin birinci mərtəbəsində ümumi zal və mətbəx yerləşir. Kafenin ikinci mərtəbəsində isə müştərilərin oturması üçün kabinet və ümumi zal var. 18 iyul 2022-ci il tarixdə kafedə dava-dalaş və bıçaqlanma olmuşdur. Hadisə yerinə polis əməkdaşları gəldikdən sonra onun baş vermiş hadisə barədə məlumatı olmuşdur. Həmin vaxt o, kafedə olmamışdır. Baş vermiş hadisəni o, sonradan eşitmişdir. Kafedə bıçaqlanma hadisəsi baş versə də, kafenin fəaliyyəti pozulmamışdır. Çünki dava-dalaş və bıçaqlanma hadisəsi kabinetdə baş vermişdir. Hadisə nəticəsində ona heç bir ziyan dəyməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 iyul 2022-ci il tarixli qərardan (cild 1, iş vərəqə 4) görünür ki, 18 iyul 2022-ci il tarixdə, saat 23:00 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm 12 ünvanında yerləşən “50 Qəpik Obed” restoranında bıçaqla vurularaq daxilə nüfuz edən döş qəfəsinin sol yarısının deşilmiş-kəsilmiş yarası xəsarəti ilə nəticələnən bədən xəsarəti alması faktı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır. 19 iyul 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkildən (cild 1, iş vərəqə 5-6) görünür ki, cinayət hadisəsi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm 12 ünvanında yerləşən “50 qəpik Obed” restoranında baş vermişdir. 22 iyul 2022-ci il tarixli, 1209 nömrəli məhkəmə-tibbi ekspertiza rəyindən (cild 1, iş vərəqə 57-62) görünür ki, Zərərçəkmiş şəxs aşağıdakı xəsarətlər aşkar edilmişdir: döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən ağciyərin aşağı payının, diafraqmanın və dalağın zədələnməsi ilə müşaiyət olunan torokoabdominal deşilmiş-kəsilmiş yarası, qarının ön divarının sol yarısının qarın boşluğuna nüfuz edən nazik bağırsağın zədələnməsi ilə müşaiyət olunan deşilmiş-kəsilmiş yarası, sol bazunun deşilmiş-kəsilmiş yaraları. Qeyd olunan xəsarətlər deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri müayinə olunanın göstərdiyi və qərarın təsviri hissəsində qeyd olunan vaxta, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecəyə uyğun gəlir, dərəcəsinə görə, döş qəfəsinin sol yarısının və qarnın ön divarının boşluqlara nüfuz edən kəsilmiş-deşilmiş yaraları həm ümumilikdə, həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sol bazunun deşilmiş-kəsilmiş yaraları isə sağlamlığa qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərəvurmaya aiddirlər. 27 iyul 2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 17) görünür ki, Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına müraciət edərək xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “50 qəpik Obed” adlı kafedə bıçaqla vurularaq xəsarət aldığını bildirmişdir. 12 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 24) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. 30 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Şahid3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yenidən ittiham elan edilməsi, Şahid3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Şahid3 və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Şahid3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Şahid3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Şahid3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Şahid3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Şahid3 əlavə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128.1-ci maddəsi ilə ittiham elan edilməməsi, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 (bir) ədəd qısa qol köynək və 1 (bir) ədəd mayka, həmçinin təqsirləndirilən şəxs Şahid3 zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vuraraq xəsarət yetirdiyi 1 (bir) ədəd bıçağın maddi sübut kimi tanınaraq Nəsimi RPİ-də saxlanca verilməsinin nəzərə alınması, Zərərçəkmiş şəxs və Şahid2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Şahid1 Laçın oğlu və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs, Şahid1, Şahid2 və X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Şahid1 və Şahid2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinə göndərilməsi, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ayrıca icraata cinayət işinin ayrılması qərara alınmışdır. 01 noyabr 2022-ci il tarixli qərardan (cild 1, iş vərəqə 1) görünür ki, Şahid3 barəsində ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin əlamətləri ilə Təqsirləndirilən şəxs barəsində cinayət işinin ayrıca icraata ayrılması qərara alınmışdır. 02 noyabr 2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 55) görünür ki, Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ona ödənildiyini, onun Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. 13 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərardan (cild 1, iş vərəqə 71-72) görünür ki, həmin gün Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham elan edilmişdir. 13 dekabr 2022-ci il tarixli qərardan (cild 1, iş vərəqə 91-92) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiq tərəfindən vəsatət verilsə də, Nəsimi rayon prokuroru, baş ədliyyə müşaviri Həsən Hənifəyev müstəntiq tərəfindən verilmiş vəsatəti müdafiə etməkdən imtina etmişdir. 13 dekabr 2022-ci il tarixli qərardan (cild 1, iş vərəqə 93-94) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 13 dekabr 2022-ci il tarixli iltizamdan (cild 1, iş vərəqə 96) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə bağlı ondan iltizam alınmışdır. 14 dekabr 2022-ci il tarixli, 3332 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən (cild 1, iş vərəqə 100-102) görünür ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicə ehtiyacı yoxdur. 17 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 104-111) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 06 mart 2023-cü il tarixli ərizədən (cild 1, iş vərəqə 167) görünür ki, Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verdikdən sonra ona vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən ona tam şəkildə ödənildiyini, onun Təqsirləndirilən şəxs ilə barışdığını, habelə onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, lakin təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazlarını bildirməmişlər, eləcə də irəli sürülmüş ittihamı və ittiham tərəfinin əldə etdiyi, o cümlədən məhkəmə istintaqında tədqiq edilmiş sübutları mübahisələndirməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 dekabr 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verənədək Təqsirləndirilən şəxs ilə Şahid1 arasında dostluq münasibətləri olmuşdur. Hadisə baş verən gün, yəni 18 iyul 2022-ci il tarixdə onun dostu Şahid1 öz tanışı Şahid2 ilə mobil telefonla danışan zaman qeyd edilən şəxslərin uzun müddət telefonla danışması həmin vaxt Şahid2 yanında olmuş Zərərçəkmiş şəxs əsassız narazılığına səbəb olmuş və nəticədə Zərərçəkmiş şəxs Şahid2 telefonla danışdığı Şahid1 barəsində nalayiq ifadələr işlətmişdir. Bu nalayiq ifadələri və əsassız narazılığı eşidən Şahid1 öz iradını Zərərçəkmiş şəxs bildirmişdir. Bunun nəticəsində Aydınla Elşadın arasında sözlü mübahisə yaranmışdır. Sözlü mübahisənin nəticəsi kimi yaranmış narazılığın həll edilməsi məqsədi ilə Elşad Aydına görüşməyi və mübahisəni öz aralarında həll etməyi bildirmişdir. Başqa sözlə, tərəflər arasında görüş Zərərçəkmiş şəxs təşəbbüsü ilə baş vermişdir. Zərərçəkmiş şəxs təşəbbüsü ilə təyin edilmiş görüşə Şahid1 Təqsirləndirilən şəxs ilə birlikdə getmişdir. Görüş yeri kimi isə Nəsimi rayonu ərazisində yerləşən “50 Qəpik Obed” restoranı müəyyən edilmişdir. Beləliklə, görüş yerinə bir tərəfdən Şahid1 öz dostu Təqsirləndirilən şəxs ilə, digər tərəfdən isə Zərərçəkmiş şəxs öz dostları Şahid2 və Şahid3la ilə birlikdə gəlmişdir. Göstərilən şəxslər “50 Qəpik Obed” restoranının ikinci mərtəbəsində yerləşən kabinetə keçmişlər və həmin kabinetdə narazılığı həll etməyə başlamışlar. Həmin vaxt Aydın Elşaddan onu tanımadan barəsində nalayiq ifadələr işlətdiyi üçün üzr istəməsini istəmiş, Aydın isə Aydından üzr istəməkdən imtina etmişdir. Aydın Elşadın üzr istəmədiyini gördükdə, Elşadın onun barəsində işlətdiyi nalayiq ifadələri Elşadın barəsində işlətmişdir. Bundan sonra Elşad Aydına qarşı zorakılıq edərək vurmuşdur. Bu isə Elşadın Aydını yumruq və təpiklə vurmasında ifadə olunmuşdur. Təqsirləndirilən şəxs isə bir qədər əvvəl yaranmış sözlü mübahisənin dava-dalaşa keçdiyini və say etibarı ilə onların (Məhəmməd və Aydın) Elşadgildən (Elşad, İman və Camal) az olmasını görüb döyüləcəklərini düşünmüşdür. Bundan başqa, X4rşı daha ağır zorakı hərəkətlər edəcəyini güman edərək Elşadın Aydına qarşı qanunsuz və zorakı hərəkətlərinə son qoymaq məqsədi ilə həmin vaxt üzərində olan bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Bunu görən Elşadın dostu Şahid3 da həmin vaxt üzərində olan bıçaqla Təqsirləndirilən şəxs xəsarət yetirmişdir. Bundan sonra isə Məhəmmədlə Aydın hadisə yerindən uzaqlaşmışlar. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla yetirdiyi zərbələr nəticəsində sonuncu sol bazunun 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən ağciyərin aşağı payının, diafraqmanın və dalağın zədələnməsi ilə müşaiyət olunan torokoabdominal 1 (bir) ədəd və qarının ön divarının sol yarısının qarın boşluğuna nüfuz edən nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan xəsarətlər almışdır. Bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Eyni zamanda hadisə vaxtı Şahid3 Təqsirləndirilən şəxs bıçaqla xəsarət yetirməsi nəticəsində sonuncunun sağlamlığına ağır zərər vurulmuşdur. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Göstərilənlərdən aydın olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məhz sonuncunun qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında bıçaqla xəsarət yetirmişdir. Bu isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Şahid1 qarşı qanunsuz və əxlaqsız hərəkətlərinin qarşısının alınmasında ifadə olunmuşdur. Zərərçəkmiş şəxsin aldığı ağır bədən xəsarəti ilə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarəti məhz təqsirləndirilən şəxsin bıçaqla ona yetirdiyi zərbə nəticəsində almışdır. Eyni zamanda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini məhz sonuncu tərəfindən sərgilənmiş aqressiv davranış və əxlaqsız hərəkətlərinin təsiri altında törətmişdir. Qeyd edilən hallar həm təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin, eləcə də şahidin məhkəmə istintaqında vermiş olduqları ifadələr əsasında tam şəkildə təsdiq olunduğundan sözügedən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Bu hissədə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini məhz zərərçəkmiş şəxsin sərgiləmiş olduğu aqressiv davranış və əxlaqsız hərəkətlərin təsiri altında törətsə də, bu hallar onun cinayət törətməsinə haqq qazandıra bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs törətdiyi zoraki cinayət əməlinə tənqidi yanaşaraq bu kimi halları qınayır. Bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa, zərərçəkmiş şəxs məhkəmə istintaqında bir daha təqsirləndirilən şəxslə barışdığını, habelə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Göstərilən halları məcmu halda təhlil edib məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş, lakin o, sözügedən cinayət əməlini məhz zərərçəkmiş şəxsin sərgiləmiş olduğu aqressiv davranış və qanunsuz hərəkətləri nəticəsində törətmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli kimi tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 dekabr 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan, ali təhsilli və evli olmasını, habelə himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayət əməlini məhz zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, törətdiyi cinayət əməlini həm ibtidai istintaq zamanı, həm də məhkəmə araşdırması zamanı etiraf edərək həmin əməldən peşman olmasını, zərərçəkmiş şəxsin onunla barışmasını, onun tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam şəkildə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən cinayət zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədildikdə (Cinayət Məcəlləsinin 59.1.8ci maddə) və təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmiş cinayətin məhz zorakı cinayət əməlinə aid olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halların məcmusunu, yəni onun cavan, ali təhsilli və evli olmasını, habelə himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, onun tərəfindən cinayət əməlini zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında və nəticəsində törədilməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, cinayət nəticəsində vurulmuş ziyanın tam şəkildə zərərçəkmiş şəxsə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, habelə törətdiyi cinayət əməlini həm ibtidai istintaq zamanı, həm də məhkəmə araşdırması zamanı səmimi etiraf edərək həmin əməldən peşman olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, onun şəxsiyyətini, cavan, ali təhsilli və evli olmasını, himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, cinayət əməlini məhz zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında və nəticəsində törətməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, cinayət nəticəsində vurulmuş ziyanın tam şəkildə zərərçəkmiş şəxsə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, habelə törətdiyi cinayət əməlinə görə peşman olmasını, təyin ediləcək cəzanı çəkəcəyi təqdirdə onun yenidən cəmiyyətə adaptasiya olmasının mürəkkəb məsələyə çevrilməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi və onun həmin cəzanı real şəkildə çəkməsi onun özünü və onun ailə üzvlərini, ələlxüsus da onun azyaşlı uşağını ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarının 2.21-ci bəndində göstərilmişdir ki, “cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs barəsində tutma və həbs qətimkan tədbiri tətbiq edilməmişdir. Başqa sözlə, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmadığından onun azadlığı məhdudlaşdırılmamışdır. Ona görə də qeyd edilən hal cəza təyini zamanı nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri, maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Onun davranışı üzərində nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə məhkəmə məsrəfləri, maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-647/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-647/2023
12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver