Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-647/2024 24.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X5-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1973-cü İldə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilib Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 27 aprel 2023-cü il tarixində Bakı şəhəri, Suraxanı rayonunda başqa mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istifadəsi üçün külli miqdarda, yəni təmiz çəkisi 4,010 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib saxlayaraq daşımış, 28 aprel 2023-cü il tarixində saat 12:30 dəqiqədə ünvan 2 ünvanın qarşısında o, Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 3 ünvanda yerləşən Nərimanov RPİ-nin 18-ci PB-nə dəvət gətirilib orada onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 4,010 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, 27 aprel 2023-cü il tarixdə probasiya idarəsindən ona zəng gəldi və onu idarəyə çağırdılar. O da uşağın anası olmadığından evdən gec çıxmışdır. Bu vaxt onun telefonunun da batareyası da bitmişdir. O, probasiya idarəsinin qapısından keçən kimi orada ona ondan şikayət olduğunu dedilər. Daha sonra onu polis idarəsinə aparıb narkotik vasitələri boynuna götürməyi təkidlə tələb etmişlər. Ona azadlıqdan məhrumetmə növündə olmayan cəza təyin edəcəklərini və elektron qolbaqla buraxacaqlarını, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham veriləcəyini bildirdilər. O da məcbur qalıb bu təklifi qəbul etmişdir. O, müvəqqəti saxlama məntəqəsində olanda ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham elan olunduğunu bilmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 3-4 ildir müxtəlif narkotik vasitələrin istifadəsi ilə məşğuldur. 27 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu küçə və ünvanını dəqiq bilmədiyi yerdə, anket məlumatlarını xatırlamadığı şəxsdən, 40 manata psixotrop maddə metamfetamini gələcəkdə istifadə etməsi üçün almışdır. 28 aprel 2023-cü il tarixində, saat 13:30 dəqiqədə ünvan 2 ünvanın qarşısında olan zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 2 əməkdaşı ona yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşı olduqlarını, onun qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşımada şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşlarının təklifi ilə onlar ilə birlikdə ünvan 3 ünvanda yerləşən Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə gəlmişdir. Orada inzibati binada hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş, inzibati otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman, üzərində dövriyyəsi qadağan olan narkotik vasitə və ya digər maddə olub-olmaması soruşulduqda, əynindəki boz rəngli şalvarın sağ yan cibindən, 1 (bir) ədəd bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetamini, şalvarının sol yan cibindən 1(bir) ədəd “infinix” markah üzərində ***-***-**-** simkart nömrəsi olan mobil telefonu, 1(bir) ədəd azadlığı məhdudlaşdıran cihazı təqdim edərək, masanın üzərinə qoymuşdur. Həmin maddəni gələcəkdə istifadə etmək üçün əldə edib üzərində saxlayıb, daşımışdır. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndiirlən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası i ilə əlaqədar olaraq tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. 28 aprel 2023-cü il tarixdə daxil olmuş məlumata əsasən, saat 13:00 radələrində ünvan 7 ünvanın yaxınlığında piyada hərəkət edən zaman Təqsirləndirilən şəxs saxlayıb, özlərini təqdim edərək ona külli miqdarda narkotik vasitə və psixotrop maddələrin saxlanmasında və satışında şübhəli olmasını bildirib, onu Nərimanov RPl-nin 18-ci Polis Şöbəsinə dəvət etmişlər. Nərimanov RPl-nin 18-ci Polis Şöbəsinin inzibati binasında, xidməti iş otaqların birində video çəkiliş tətbiq olunmaqla Zahidin üzərinə axtarış aparıldı. Təqsirləndirilən şəxs bir ədəd bükümdə ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar kütlə təqdim etdi. Təhqiqatçı tərəfindən sənədləşdirmə aparılaraq kütlə ekspertizaya göndərildi. Bükümün içərisində təxminən üç-dörd qram olardı. Zahidə heç bir psixi və fiziki təzyiq olunmayıb. Psixotrop maddəni Zahidin özü könüllü şəkildə təqdim etdi. Onlar Təqsirləndirilən şəxs Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 23 nömrəli ünvanın yaxınlığında saxlamışlar. Zahidin narkotik vasitənin satışı ilə məşğul olması öz təsdiqini tapmadı. Zahid özü maşında onunla birlkdə polis bölməsinə gələrkən boynuna aldı ki, narkotik vasitəni İran islam Respublikasının vətəndaşından əldə edir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadələrində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis polkovnik-leytenantı rütbəsindədir. 28 aprel 2023-cü il tarixdə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx xxxxxx 1973- cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olması qeyd edilmişdir. Təqsirləndirilən şəxs ifşa olunması üçün onun və BNMİ- nin əməliyyat müvəkkili polis mayoru X2 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs 28 aprel 2023-cü il tarixdə, saat 12:30 dəqiqədə ünvan 8 ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlayıb, özlərini təqdim edərək ona külli miqdarda narkotik vasitə və psixotrop maddələrin saxlanmasında və satışında şübhəli olmasını bildirib, özləri ilə Nərimanov RPl-nin 18-ci Polis Şöbəsinə dəvət etmişlər. Nərimanov RPl-nin 18-ci Polis Şöbəsinin inzibati binasında, xidməti iş otaqların birində video çəkiliş aparmaqla Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sağ yan cibindən, bir ədəd bükümdə ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar kütləni, şalvarının sol yan cibindən bir ədəd “infinix” markalı üzərində ***-***-**-** simkart nömrəsi olan mobil telefonu, bir ədəd azadlığı məhdudlaşdıran cihazı təqdim edib, masanın üzərinə qoymuşdu. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı qanunla qadağan edilmiş hər hansı əşya, maddə və ya predmet aşkar olunmamışdı. Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi və təqdim etdiyi kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, özünə məxsus olmasını, bir gün əvvəl Bakı şəhəri, Suraxanı rayonu ərzaisində tanımadığı şəxsdən istifadə etməsi məqsədi ilə 40 (qırx) manata aldığını, heç kimə narkotik vasitə satmadığını və hədiyə kimi verməyinini bildirmişdi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin kütlə zərfə qoyularaq, qablaşdırılmış və DİN-nin 7 saylı möhürü ilə möhürləndikdən sonra Təqsirləndirilən şəxs, onun müdafiəçisi tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün həmin bir ədəd mobil telefon Təqsirləndirilən şəxs izah verildikdən sonra götürülmüş və bir ədəd azadlığı məhdudlaşdıran cihaz isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Şahid X3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifəsilərinin icrası ilə əlaqədar olaraq tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. 28 aprel 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən, saat 13:00 radələrində ünvan 9 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs saxlayıb, ona külli miqdarda narkotik vasitə və psixotrop maddələrin saxlanmasında və satışında şübhəli olmasını bildirib, onu Nərimanov RPl-nin 18-ci Polis Şöbəsinə gətirib orada onun üzrəində axtarış aparıldı. Axtarış zamanı video çəkiliş aparıldı. Axtarış zamanı Təqsirləndirilən şəxs bir bükümdə ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar kütlə təqdim edib, təqdim etdiyi maddənin psixotrop maddə meğamfetamin olduğunu dedi. Axtarış barədə protokol tərtib olundu. Bundan sonra həmin kütlə ekspertizaya göndərildi. Onlara daxil olan məlumat Zahidin narkotik vasitənin satışı ilə məşğul olması barədə idi. Təqsirləndirilən şəxsə heç bir fiziki və psixi təzyiq olunmayıb. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində X3 ibtidai istintaq zamanı Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 28 aprel 2023-cü il tarixli tərtib edilmiş «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə Nərimanov RPİ-nin 18-ci PŞ-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan boz rəngli şalvarın sağ yan cibində 1(bir) ədəd bükümdə kristal şəkilli, psixotrop maddə olan metamfetamini saxlaması, daşıması aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. 28 aprel 2023-cü il tarixdə tərtib edilmiş «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və həmin protokola əlavə edilmiş şəxsi axtarışı əks etdirən video görüntüsü olan 01 ədəd «DVD » disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 29 aprel 2023cü il tarixli, 6Z2479 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N° 7” dairəvi möhür əks olan, “Vət: Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri, soyadı və imzaları qeyd edilmiş bir ədəd zərfdə, bir ədəd bükümdə təmiz çəkisi 4,010 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizanın 03 iyun 2023-ci il tarixli, 1537 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ittiham elan olunun əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respubliksaı CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal- hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 4,010 qram psixotrop maddə metamfetamininin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,960 qram hissəsi maddi sübut kimi tanınaraq, saxlanması üçün Nərimanov RPl-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlda özünü təqsirli bilməyib,ittihamda nəzərdə tutulmuş əməli törətmədiyiyni və cinayət mələinin predmetinin ona aidiyyəti olsadığını bildirdi. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ittihamı inkar edici ifadələri araşdırılarkən onun həmin ifadələrində bəya etdiyi halları təsdiq edən sübut müəyyən olunmadı. Əksinə onun saxlanılıb polis bölməsinə aparılmasını həyata keçirmiş və bu iş üzrə şahid qismində dindirilmiş X3 və Şahid1 onun ifadələrinində göstərdiyi halları təkzib etdilər. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Konstitutsiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası hüququna əsasən özünün təqsirsizliyini sübut etməyə borclu olmadığını nəzərə alır, lakin onun özünün müdafiəsi üçün göstərdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmək vəzifəsi daşadığını qeyd edir. O isə bunu etmədi və həmin halları təsdiq edən sübut təqdim etmədi. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, bilə-bilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Məhkəmədə Təqsirləndirilən şəxs tutulması halları müzakirə olunarkən onun polis bölməsinə əməliyyat mənbəsindən daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılması müəyyən olundu. Məhkəmənin qənaətinə görə bu sübutlar Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi halları inkar edir. Bu səbəbdən də, məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrini həqiqətə uyğun olmayan, özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir və onun ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadələrini əsas götürür. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən anlaqlı vəziyyətdə qəsdən törədilməsinin sübuta yetirildiyinin, onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1 ci maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilinib qanunda nəzərdə tutulmuş qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Alyans” Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 70 (yetmiş) saat hüquqi yardım göstərilməsi və buna görə ona 420 (dörd yüz iyirmi) manat pul ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini və Təqsirləndirilən şəxs həmin ödəmələrdən azad olunmasını əsaslı sayır. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 145 (yüz qırx beş) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb ekspertiza tədqiqatından sorna qalıq qalmış, saxlanılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd şəffaf sellofan bükümdə, ümumi çəkisi 3,960 qram olan psixotrop maddə metamfetaminin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, axtarış və götürmə aparılmasını əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və maddələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş DİN-in BƏSlldən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 08 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xətai rayon İcra şöbəsinə ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə probasiya qeydiyyatına götürülmüş, cəzasından 06 ay 01 gün çəkmiş və onun 02 il 02 ay 25 gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərəkən Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin, cəzaların toplanması zamanı müddətlərin müəyyən edilməsi qaydasını müəyyən edən Azərbaycan Respublikası CM-nin 68-ci maddəsinin azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulması barədə tələbələrini nəzərə alır. Məhkəmə bu qaydanı tətbiq etməklə Təqsirləndirilən şəxs onun tərəfindən çəkilməmiş və yeni hökmlə toplanılmalı olan 02 il 02 ay 25 gün azadlığın məhdudlaşdırılması cəzası 01 il 01 ay 12 gün azadlıqdan məhrum etmə cəzasına uyğun oludğunu nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs hazırkı iş üzrə 28 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub 29 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi ibtidai istintaq zamanı etirafedici ifadələr verib cinayətin açılmasında iştirak etməsi müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və ona qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzası təyin edildiyini nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli 4023 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-cü maddəsi ilə təqsirli bilinsin və ona 04 ( dörd ) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Xətai rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli hökmü ilə təyin olunmuş cəzanın çəkilməmiş hissəsi olan 02 il 02 ay 25 gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 01 il 01 ay 12 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələblərinə əsasən həmin cəzanı bu hökmlə təyin olunmuş cəza ilə qismən toplamaq üsulu ilə ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 28 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına 145 (yüz qırx beş) manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin, Təqsirləndirilən şəxs məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Alyans” Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 420 (dörd yüz iyirmi) manat Azərbaycan Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs müdafiəçiyə ödənilən məbləği ödəməkdən azad olunsun, ekspertiza xərcələrini təşkil edən 145 (yüz qırx beş) manat Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş 4,010 qram psixotrop maddə metamfetamin ekspert tədqiqatından sonra qalıq hissəni təşkil edən 3,960 qram psixotrop maddə metamfetamin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin. Bir ədəd rəqəmsal video disk (DVD) cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-647/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-647/2024
24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver