Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-648/2020 08.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X1 və X3, dövlət ittihamçıları – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər – Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1985-ci il tarixdə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Salyan rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, qəti olaraq 2.500 manat cərimə cəzası təyin edilmiş, cəriməni ödəməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, xx xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, xx xxxx 2020-ci il tarixdə həbsdən azad olunmuş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 13A ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, xx xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi rayon prokurorunun xx xxxxx 2019-cu il tarixli qərarına əsasən həbsdən azad edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 xx xxxx 2019-cu il tarixdə saat 22:25 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şossesi, 12 ünvanında yerləşən “Leqenda” kafesində qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə hər ikisi sərxoş vəziyyətdə olarkən, Təqsirləndirilən şəxs2 həmin vaxt kafedə olan psixi cəhətdən xəstə kimi tanınan Şahid1 qarşı davranışına, kafeni tərk etməsini sonuncudan tələb etməsinə Zərərçəkmiş şəxs2 irad tutmasından İlkin və Təqsirləndirilən şəxs2lar narazı qalıb bunu bəhanə edərək, bir qrup şəxs halında ictimai yer hesab olunan kafedə bir çox insanların gözü qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan və şəxslər üzərində zor tətbiq olunması ilə müşaiyət edilən, həmçinin kafenin normal iş rejiminin yarım saat ərzində pozulması ilə nəticələnən qərəzli hərəkətlər etmiş, həmin vaxt Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 ilə əlbəyaxa olaraq, əl və ayaq zərbələri ilə onun baş, üz və burun nahiyələrindən qəsdən vuraraq, ona sağlamlığa zərərvurmayan xəsarətlər yetirmiş, Təqsirləndirilən şəxs1 isə həmin kafedə olan Zərərçəkmiş şəxs1 onun üzərinə hücum etməsindən yayınmaq üçün gödəkçəsinin cibindən çıxardığı özünə məxsus bıçağı silah qismində istifadə edib tətbiq etməklə, həmin bıçaqla Zərərçəkmiş şəxs1 bir dəfə qarın nahiyəsindən və bir dəfə isə sinəsindən qəsdən vuraraq, ona qarın nahiyəsinin qarın boşluğuna nüfuz edən, acı və köndələn çənbər bağırsaqların zədələnməsi ilə müşaiyət olunan deşilmiş-kəsilmiş yarası və döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, bıçağı silah qismində istifadə edib tətbiq etməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 xx xxxxxx 2018-ci il tarixdə saat 22:00 radələrində əvvəllər qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs3 yaşadığı ünvana, yəni Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Aşıq Ələsgər küçəsi, 7 saylı evə gələrək, Zərərçəkmiş şəxs3 onunla əvvəlki münasibətlərini davam etdirmək istəməməsindən narazı qalıb bunu bəhanə edərək, həmin ünvanda ictimai yer hesab olunan küçədə heç bir əsaslı səbəb olmadan, orada olan bir çox insanların gözü qarsında ünvanda ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, zor tətbiq olunması ilə müşaiyət edilən qərəzli hərəkətlər edərək, qəsdən əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs3 vuraraq, ona üst dodağın şişkinlik halında əziyi, üst dodağın selikli qişa səthinin qansızması, üst çənədə sağ tərəfdən 1-ci dişin travmatik qopması, hər iki sağ saidin, sağ diz oynağının sıyrıqları, hər iki burun dəliyində tənəffüsün çətinləşməsi ilə müşaiyət olunan burunun şişkinlik halında əziyi, alının şişkinlik halında əziyi kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qərəzli xuliqanlıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrar xx xxxx 2019-cu il tarixdə təxminən saat 22:25 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şossesi, 12 ünvanında yerləşən “Leqenda” kafesində qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə hər ikisi sərxoş vəziyyətdə olarkən, özünün həmin vaxt kafedə olan psixi cəhətdən xəstə kimi tanınan Şahid1 qarşı davranışına, kafeni tərk etməsini sonuncudan tələb etməsinə görə Zərərçəkmiş şəxs2 irad tutmasından İlkin və Təqsirləndirilən şəxs2lar narazı qalıb bunu bəhanə edərək, bir qrup şəxs halında, ictimai yer hesab olunan kafedə, bir çox insanların gözü qarşısnda ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan və şəxslər üzərində zor tətbiq olunması ilə müşaiyət edilən, həmçinin kafenin normal iş rejiminin yarım saat ərzində pozulması ilə nəticələnən qərəzli hərəkətlər etmiş, həmin vaxt Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 ilə əlbəyaxa olaraq, əl və ayaq zərbələri ilə onun baş, üz və burun nahiyələrindən qəsdən vuraraq, Zərərçəkmiş şəxs2 burun əsasının ön səthinin qançırı, alın və sağ gicgah nahiyəsinin yumşaq toxumalarının əziyi, üst dodağın selikli qişasının əziyi kimi ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə qərəzli xuliqanlıq etmiş, Təqsirləndirilən şəxs1 isə həmin vaxt digər Zərərçəkmiş şəxs1 qarşı zor tətbiq edərək silah qismində istifadə etdiyi bıçaqla sonuncunu vuraraq ona həyatı üçün təhlükəli olan qəsdən ağır zərərvurmaya aid xəsarət yetirmiş və bıçağı silah qismində istifadə edib tətbiq etməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, zərərçəkmiş şəxsləri əvvəllər yaxından tanımamış, onları yaşadıqları məhəllədə alver edən zaman görmüşdür. Ağa xəstə uşaqdır və onların evinə gəlib-gedən adam olmuşdur. Hadisə günü "Legenda" kafesində yeyibiçən zaman Ağa çox spirtli içki içdiyiniə görə qardaşı Təqsirləndirilən şəxs2 Ağaya içməməyini demiş və bundan sonra Ağa çölə çıxmışdır. Vüqar da Ağanı taksi ilə yola salmaq üçün onun arxası ilə çıxmışdır. Təxminən 10 dəqiqə sonra o, çölə çıxmış, həmin vaxt İsgəndər ona yaxınlaşıb söyüş söyməyə başlamış və onun üstünə cummuşdur. Bu zaman tanımadığı şəxslər onları aralamış və o, kafenin içərisinə girmişdir. Təxminən 10 dəqiqədən sonra 10-15 nəfər tanımadığı şəxs içəri daxil olmuş, qardaşı Kərəm onları aralamaq üçün ayağa durmuş, həmin şəxslərin yarısı onun üstünə, digər yarısı isə qardaşı Kərəmin üstünə cummuşdur. Bütün bunlar videogörüntüdə əks olunmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs1 arxadan onun boğazından tutmuş və onlar çöldə dalaşmışlar. Binnət stulu götürüb onu vurmuş, onun üstündə 3 stul sındırmış, qulağını dağıtmışdır. Hazırda onun qulağı eşitmir. Bundan sonra Binnət stulu götürüb onun üstünə cuman zaman o, məcbur qalıb bıçaqla Binnəti vurmuşdur. Sualları cavablandıran Təqsirləndirilən şəxs1 Binnətin onu taxta stulla vurduğunu, onun yerə yıxıldığını və orada olan digər şəxslərin onu vurduqlarını, bu zaman məcbur olub bıçaqla Binnəti vurduğunu, özünün qəssab işlədiyini, bıçağı heyvanlara baxmaq üçün istifadə etdiyinu və kafeyə gedərkən yadından çıxıb üstündə qaldığını məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmədə təqsirləndirilən şəxsin işin ibtidai istintaqı zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə saat 20 radələrində qardaşı Təqsirləndirilən şəxs2 və yeznəsi Edqarla birlikdə M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən parkın içindəki “Dədə” restoranında oturub şam yeməyi yeyərkən tanışları Ağa adlı şəxs onların yanına gəlmişdir. Ağanın psixi xəstəliyi olduğundan və hamı hörmət etdiyindən sonuncuya təklif etmişlər ki, onlarla birlikdə şam etsin. Həmin vaxt Ağa gedib yarım litrlik araq və bir ədəd “bizon” içkisi alıb gətirmişdir. Onlar birlikdə şam edərkən yeznəsi Edqardan başqa hamısı spirtli içki içmişlər. Şam yeməyini yedikdən sonra qardaşı Kərəmin mobil nömrəsinə zəng gəlmiş, sonuncu ilə danışan dostu Vüqar olmuşdur. Kərəmin dostu Vüqar onları pivə içmək üçün Biləcəri yolunun üstündə yerləşən “Legenda” karaoke klubuna dəvət etmişdir. Saat 22 radələrində onlar “Legenda” klubunun qarşısına getmişlər. Yeznələri Edqar səs-küyə görə kluba girmədən onlardan ayrılıb yaxınlıqdakı taksi sürücüləri ilə söhbət etməyə başlamışdır. Bu zaman o, qardaşı Kərəm və Ağa birlikdə kluba daxil olmuşlar. Həmin vaxt klubda xeyli adam olmuşdur. O, klubun sahibi Zauru qabaqcadan tanımış və kluba girərkən Zaurla görüşmüşdür. Onlar Vüqarın iki nəfər tanımadığı tanışları ilə bir masa arxasında əyləşmiş, Vüqar onlara pivə sifariş etmişdir. Həmin vaxt Ağa özünü apara bilməmiş və oturanların pivələrini götürüb içmiş, buna görə də qardaşı Kərəm Ağaya irad tutaraq nə üçün özünü apara bilmədiyini, yanlarında oturanların pivələrini götürüb içdiyini bildirmiş və Ağadan klubu tərk etməsini tələb etmişdir. Ağa da Kərəmin sözündən sonra acıq edib klubu tərk etmişdir. Təxminən 5-10 dəqiqə sonra Ağa kluba daxil olaraq onların əyləşdiyi masaya yaxınlaşıb qışqıra-qışqıra danışaraq Kərəmdən nə üçün onu masadan qovduğunu soruşmuş, Kərəm isə Ağaya bir daha özünü apara bilmədiyini izah etmişdir. Həmin vaxt klubu işlədən Zaur Ağanın qışqırıb ətrafdakıları da narahat etdiyini görüb, sonuncuya yaxınlaşmış və klubun zalından bayıra çıxarmışdır. Az sonra onlarla birlikdə əyləşən Vüqar tualetə getmək üçün klubun zalından bayıra çıxmış, o, Vüqarın arxasınca bir neçə nəfərin də bayıra çıxdığını görüb, nə isə baş verdiyindən şübhələnərək həmin istiqamətə getmişdir. Həmin vaxt o, tualetin qarşısında çoxlu sayda adamın toplandığını, Ağanın qışqıra-qışqıra danışdığını və Vüqarın sonuncunu sakitləşdirdiyini görmüşdür. Yaxınlaşıb Vüqarla birlikdə Ağanı sakitləşdirdiyi zaman arxadan bir nəfər şəxsin nalayiq ifadələr işlətməklə “xəstə uşağı vuranın” dediyini eşitmiş və bu zaman arxadan sağ qulağından bərk zərbə almışdır. Zərbədən özünü saxlaya bilməyib yerə yıxılmış, bu zaman oraya toplaşmış tanımadığı şəxslər onu yerdə təpikləməyə başlamışlar. O, özünü qorumaq üçün sifət və başını əlləri ilə örtmüşdür. Klubu işlədən Zaur ayaqlarından dartaraq onu sonuncuların əlindən alıb klubun zalına aparmış və zalın qapısını bağlamışdır. Həmin vaxt qardaşı Kərəm ona yaxınlaşıb, qulağından qan axdığını görüb nə baş verdiyini soruşduqda, o, olanlar barədə qardaşı Kərəmə məlumat vermişdir. Bu zaman zalın qapısı açılmış və kütlə halında bayırda olan şəxslər zala daxil olmuşlar. Həmin şəxslərdən biri, alçaq boylu kök olanı qardaşı Kərəmi qaldırıb yerə çırpmış, sonra həmin şəxslə bərabər bir neçə nəfər də qardaşını yerdə təpikləməyə başlamışlar. Onun üstünə isə iki nəfər hücum etmiş, sonunculardan birinin əynində idman gödəkçəsi və başında “çeçenka” adlanan idman baş geyimi olmuşdur. Digərinin də əynində qara gödəkçə olmuş və başında “çeçenka” papaq olmuşdur. Birinci göstərdiyi şəxs təpiklə sinəsindən vuraraq onu yerə yıxmışdır. O, əyləşdiyi yerdə divanın üstünə qoyduğu gödəkçəsinin cibindən özünə məxsus cib bıçağını götürərək ayağa qalxmışdır. Həmin vaxt yuxarıda göstərdiyi ikinci şəxs əlinə oturacağı götürüb onun üstünə qaçmış və oturacaqla onu vurmaq istədikdə o, zərbədən yayına bilmiş, ikinci dəfə oturacaqla onu vurmaq istədikdə isə, o, cib bıçağı ilə iki dəfə həmin şəxsə zərbə endirmişdir. Həmin zərbələrdən biri sonuncunun sinəsinə, digəri isə qarın nahiyəsinə dəymişdir. Bu zaman klubun işçiləri onları ayırmışlar. Həmin vaxt əlindəki bıçaq yerə düşmüş və bıçağı tanımadığı bir nəfər yerdən götürüb özündə saxlamışdır. Bıçaqla vurduğu oğlanın sinə nahiyəsindən qan axdığını görmüşdür. Klubun işçiləri həmin oğlanı bayıra çıxarmışlar. O, qardaşı Kərəm, Vüqar və Vüqarın tanışları klubdan çıxıb birbaşa evə getmişlər. Sonra ona məlum olmuşdur ki, bıçaqla vurduğu Binnət adlı şəxsdir və sonuncu, bıçaq xəsarəti aldıqdan sonra X7 cərrahiyyə əməliyyatı edilmiş və vəziyyəti ağırdır (Cild 1, iş vərəqi 88- 91, 95-96, cild 2, iş vərəqi 54-56, cild 5, iş vərəqi 30-31). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs1 dindirmə protokollarındakı imzaların və qeydlərin ona məxsus olduğunu, məhkəmədə ifadə verərkən bəzi şeyləri unutduğunu, indi ifadə elan edilərkən həmin məsələləri xatırladığını, istintaqa verdiyi ifadələrinin doğru olduğunu bildirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxx 2019-cu il tarixdə saat 20 radələrində o, qardaşı Təqsirləndirilən şəxs1 və yeznəsi Edqarla “Dədə” restoranına gedib şam etmişlər. Bu zaman tanıdıqları Ağa adlı xəstə oğlan onların yanına gəlmiş və onlarla birlikdə yemək yemişdir. Həmin vaxt Edqardan başqa hamısı spirtli içki qəbul etmişdir. Sonra dostu Vüqar ona zəng edərək onları pivə içmək üçün Biləcəri yolunun üstündə yerləşən “Legenda” karaoke klubuna dəvət etmişdir. Saat 22 radələrində onlar həmin kluba getmişlər. O, qardaşı İlkin və Ağa birlikdə kluba daxil olmuş, Edqar isə çöldə qalmışdır. Həmin vaxt klubda xeyli adam olmuş, onlar klubun sahibi Zaurla görüşüb, Vüqarın iki nəfər tanımadıqları tanışları ilə bir masa arxasında əyləşib pivə içmişlər. Həmin vaxt Aca özünü apara bilməmiş, oturanların pivələrini götürüb içmiş, buna görə də o, Acaya irad tutaraq klubu tərk etməsini tələb etmişdir. Ağa onun sözü ilə klubu tərk etmiş və təxminən 5-10 dəqiqədən sonra klubun zalına qayıdaraq oturduğu stola yaxınlaşıb qışqıra-qışqıra onunla danışmış, nə üçün masadan qovulducunu soruşmuşdur. O da, Ağaya bir daha izah etmişdir ki, başqasının pivəsini icazə almadan içmək olmaz. Klubu işlədən Zaur Acanın qışqırıb ətrafdakıları da narahat etdiyini görüb yaxınlaşmış və Ağanı klubdan bayıra çıxarmışdır. Az sonra Vüqar tualetə getmək üçün bayıra çıxmış, qardaşı İlkin də Vüqarın arxasınca klubun zalından çıxmışdır. Təxminən 10-15 dəqiqə sonra o, Zaurun qardaşı İlkini dartıb zala gətirdiyini görmüş, İlkinə yaxınlaşıb qulacından qan axdıını görmüş və nə baş verdiyini soruşduqda, qardaşı İlkin ona baş verənlər barədə məlumat vermişdir. Bu zaman zalın qapısı açılmış və təxminən 10-15 nəfər birdən zala daxil olmuşdur. Həmin şəxslərdən alçaq boylu sonradan adının İsgəndər olduğunu öyrəndiyi kök oğlan ona tərəf gəlmiş, onunla əlbəyaxa olmuş, onu qaldırıb yerə çırpmış və sonuncunun yanında olan tanımadıcı bir neçə nəfər də yerdə onu təpikləməyə başlamışlar. Onlar qardaşı İlkinin də üstünə də hücum etmiş, klubun işçiləri onları ayırmışdır. Bu zaman qardaşı ilə əlbəyaxa olan, əvvəllər üzdən tanıdığı Binnət adlı oğlanın sinəsindən qan axdığını görmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, sonuncunu, qardaşı İlkin bıçaqla vurmuşdur. Klubun işçiləri xəsarət alan Binnəti bayıra çıxarmış, o, qardaşı İlkin, Vüqar və tanışları klubdan çıxıb birbaşa evə getmişlər. Səhəri gün ona məlum olmuşdur ki, qardaşı İlkinin bıçaqla vurduğu Binnət adlı şəxs X7 cərrahiyyə əməliyyatı olunmuşdur və vəziyyəti ağırdır. Hadisə zamanı o, İsgəndərlə əlbəyaxa olmuş və sonuncunu yumruq və təpikləri ilə vurmuşdur. Həmçinin özü də yerə çırpılarkən və yerdə uzanıqlı vəziyyətdə ətrafına toplaşan şəxslər tərəfindən vurularkən xəsarət almışdır. Digər cinayət epizodu ilə bağlı ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, Zərərçəkmiş şəxs3 dörd ildən çoxdur ki, tanıyır. Gülnarı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən kafelərin birində ofisiant işlədiyi vaxtdan tanımışdır. Sonra aralarında münasibət yaxın olduğundan bir il yeddi ay bir yerdə ər-arvad kimi kirayədə yaşamışlar. Həmin vaxt yaşadıqları həyətdə başqa kirayənişinlər olmuş, onlardan biri də Şahid6 adlı şəxs olmuşdur. Akifin ailəsində söz-söhbət olduğundan, sonuncu, ailəsindən ayrılıb tək yaşamağa başlamış, həmin ərəfədə Akif Gülnarla tanış olmuş və onun xəbəri olmadan bir yerdə getmişlər. O, Gülnara zəng edib harada olmasını soruşanda, sonuncu, onu aldadaraq rayonda olduğunu demişdir. xx xxxxxx 2018-ci il tarixdə saat 21 radələrində ona tanımadığı qadın zəng edib Akifin arvadı Güllər olduğunu demiş, birlikdə Akifin kirayə yaşadığı evə getməyi xahiş etmişdir. Eyni zamanda, Güllər ona ərini ailəsinə qaytarmaq istədiyini və onun Gülnarı geri qaytarıb-qaytarmamaq haqqında fikrini bilmək istəmişdir. Onlar həmin günü Akifin arvadı ilə Mehdiabad qəsəbəsində görüşmüş, sonuncunun yanında olan oğlu, onun qardaşı İlkinlə birlikdə Keşlə qəsəbəsinə getmişlər. Güllər Gülnarın yaşadığı evin qapısını döyüb oğlu ilə içəri daxil olmuş, qardaşı İlkinlə o, bayırda gözləmişlər. Bir qədər sonra səs-küy eşitmiş və Gülnarın qaçaraq evdən bayıra çıxdığını görmüşlər. O, Gülnarın qolundan tutub birlikdə evə getməyi və bir yerdə yaşamağı təklif etmiş, lakin Gülnar onunla bir yerdə yaşamaq istəmədyini deyib ona kobud cavab vermişdir. Buna görə o, sonuncunun qollarından tutub itələmişdir. Bu zaman Gülnar yerə yıxılmış və o, sonuncunun ağzından qan gəldiyini görmüşdür. Sonradan tanımadığı bir qadın Gülnara yerdən qalxmağa kömək edərək özü ilə evə getməyi söyləmişdir. Gülnarın arxasınca gələn Akif ona yaxınlaşaraq nəyə görə Gülnarı vurduğunu və hansı səbəbə görə onların kirayə yaşadıqları evə gəldiyni soruşmuşdur. O, Akifə cavab olaraq Gülnarın fikrini yayındıraraq ondan ayrılmağına səbəb olduğunu, öz ailəsi ilə nəyə görə yaşamadığını, eyni zamanda Gülnarı itələdiyini bildirmişdir. Sonra qardaşı İlkinlə birlikdə oradan çıxıb getmişlər. O, həmin vaxt Gülnara bir dəfə sillə vurmuşdur. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs2 bildirdi ki, o, Zərərçəkmiş şəxs3 döyməmiş və ona xəsarət yetirməmişdir. Həmin vaxt Gülnarı Akifin arvadı və uşağı döymüşdür. Kafedə olan hadisə zaman isə Zərərçəkmiş şəxs1 onu qaldırıb yerə vurmuş, bütün davanı qatan Binnət olmuşdur. Orada o, heç kəsə xəsarət yetirməmişdir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, xx xxxx 2019-cu il tarixdə saat 23 radələrində dostu Zərərçəkmiş şəxs1 ilə birlikdə Biləcəridə yerləşən “Legenda” kafesinə getmişlər. Orada ikisi oturub çay, sonra isə bir butulka pivə içmişlər. Yarım saat sonra kabinetdən çıxdıqda kafedə epilepsiya xəstəsi olan Ağa adlı oğlanla rastlaşmışlar. Ağanı tualetin künc hissəsində sıxılmış halda oturduğunu, tanımadığı bir neçə şəxsin isə Ağanın başına qapaz vurduğunu və sonuncunun ağladığını görmüşlər. O, bunu gödükdə Ağanı vurmamağı və ağlatmamağı, sonuncunun sudurqalı xəstə olduğunu və ölə biləcəyini həmin şəxslərə demişdir. Lakin onun iradına heç kim əhəmiyyət verməmiş, əksinə onun ünvanına təhqiramiz sözlər işlətmişlər. Bu zaman sonuncuların içərisində adını sonradan bildiyi İlkin, sonuncunun qardaşı Kərəm və onlarla olan bir neçə şəxs Binnətlə onun üzərinə hücum etmişlər. Kərəm adlı şəxs onunla əlbəyaxa olmuş və yumruqla onun başından və burnundan vurmuşdur. O, Kərəmin zərbələrini dəf etmək istəsə də, onlar yerə yıxılmış, sonra kafedə olanlar onları aralamışlar. Binnətlə o, sonuncuların əlindən çıxıb kafedən getmək istəmiş və bu zaman kafedə kimsə həmin şəxslərdə bıçaq olduğunu demişdir. O, geri dönərək üstünə gələn Kərəmlə yenə əlbəyaxa olmuş, bıçağı almaq üçün Kərəmi yerə yıxmışdır. Lakin Kərəmin əlində bıçaq olmadığını görmüşdür. Bu zaman Kərəmi buraxıb ayağa qalxmış, Binnət ilə kafedən bayıra çıxan zaman sonuncu ona demişdir ki, onu İlkin bıçaqla vurmuşdur. O, Binnətin gödəkcəsini açanda, sonuncunun döş və qarın nahiyəsindən bıçaqla vurulduğunu və Binnəti qan apardığını gjörmüşdür. Təcili mobil telefonla DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, sonra kafenin qarşısında dayanmış taksi ilə Binnəti təcili olaraq Semaşko xəstəxanasına çatdırmışlar. Binnət təcili əməliyyata götürülmüş, ona isə tibbi yardım göstərib evə buraxmışlar. O, lkinin Binnəti bıçaqla vurmasını şəxsən görməmişdir. Zərərçəkmiş şəxs2 baş vermiş hadisə nəticəsində ağır olmasa da, özünün də xəsarət aldığını, lakin dostu Binnətin daha ağır xəsarət alaraq ölümdən döndüyünü, buna görə təqsirləndirilən şəxslərə qarşı şikayətçi olduğunu və onların qanun qarşısında cəzalandırılmasını xahiş etdiyini məhkəməyə bildirdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, xx xxxx 2019-cu il tarixdə təxminən saat 23:00 radələrində dostu Zərərçəkmiş şəxs2lə çay içmək üçün Biləcəri qəsəbəsində yerləşən “Legenda” kafesinə getmişlər. Orada kabinetlərin birində ikisi oturub çay içmiş və sonra bir butulka da pivə içmişlər. Təxminən yarım saat sonra getmək istəyərkən kafenin içərisində epilepsiya xəstəsi olan Ağa adlı oğlanı görmüşlər. Sonuncu, tualetin künc hissəsinə sıxılmış halda ağlamışdır. Onun ətrafına toplaşan bir neçə adlarını bilmədiyi şəxslər Ağanın başına qapaz vurmuş, Ağa da ağlamışdır. Həmin şəxslərin içində Kərəm də olmuşdur. İsgəndər bunu gödükdə Ağanı xəstə uşaq kimi tanıdığı üçün həmin oğlanlara sonuncunu vurmamağı, Ağanın sudurqalı xəstə olduğunu və ölə biləcəyini söyləmişdir. İsgəndərin bu iradına həmin şəxslər əhəmiyyət verməmiş və onların ünvanına təhqiramiz sözlər işlətmişlər. Bu zaman onların içərisində adını sonradan bildiyi İlkin, sonuncunun qardaşı, əvvəllər üzdən tanıdığı Kərəm və digər tanımadığı şəxslər ona və İsgəndərə üzərinə hücum etmişlər. Kərəm İsgəndərlə əlbəyaxa olmuş, yumruqla İsgəndərin başından, sonra burun nahiyəsindən vurmuşdur. Həmin vaxt İsgəndəri daha 3-4 nəfər təpik və yumruqla döymüşlər. O, İsgəndəri həmin şəxslərdən aralamaq istəmiş, lakin bu zaman arxadan onu da tanımadığı şəxslər vurmağa başlamışlar. Tanımadığı şəxslər İsgəndərlə onu həmin şəxslərdən aralayaraq kafedən bayıra çıxarmaq istəmiş, lakin kimsə onlarda bıçaq olduğunu demişdir. Ona görə də o, İsgəndərlə yenidən kafenin salonuna daxil olmuş, onlarla dalaşan şəxslər də kafenin zalına girmişlər. Orada yenidən İsgəndər üstünə gələn Kərəmlə əlbəyaxa olmuş, İsgəndər Kərəmi yerə yıxmışdır. O, yenidən araya girmək istədikdə İlkinin əlində bıçaq olduğunu görmüşdür. Həmin bıçağın uzunluğu tiyəsi ilə birlikdə təxminən 20-25 sm olmuşdur. Bu zaman onunla üzbəüz gələn İlkin əlindəki bıçaqla əvvəlcə onun sol sinə nahiyəsinə bir zərbə, daha sonra isə qarın nahiyəsinə daha iki dəfə zərbə vurmuşdur. Bu zaman oradakı şəxslər onları aralamış və İsgəndərlə o, kafedən bayıra çıxmışlar. Həmin vaxt o, İsgəndərə İlkinin onu bıçaqla vurduğunu demişdir. Əynində olan gödəkcəsi qana bulaşmış, gödəkçənin qabağını açanda həqiqətən də İlkinin onun döş və qarın nahiyəsindən bıçaqla vurduğunu görmüşlər. İsgəndər təcili mobil telefonla DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Sonra kafenin qarşısında dayanmış taksi ilə onu Semaşko xəstəxanasına aparmışlar. Orada onu təcili əməliyyata götürmüşlər. Zərərçəkmiş şəxs1 ifadəsinə görə, onun əvvəllər İlkin və sonuncunun qardaşı Kərəm ilə heç bir ədavəti, düşmənçiliyi olmamış, sadəcə Kərəmi üzdən tanımışdır. Hadisə vaxtı kafedə təxminən 40-dan çox adam olmuş, İlkin və Kərəm kafedə zalda oturmuş və onların stolunda tanımadığı şəxslər də olmuşdur. Kərəm və İlkin onların ünvanına nalayıq sözlər işlətmiş, sonuncuların xuliqanlıq hərəkətləri təxminən yarım saat davam etmişdir. Hadisə nəticəsində o, ağır xəsarət almış, ölümdən qayıtmışdır. Bununla bağlı o, xəsarət aldıqdan və əməliyyat edildikdən sonra çəkilmiş fotoşəklini məhkəməyə təqdim edir. Ona qarşı ağır cinayət törətdikdən sonra da İlkin və Kərəm qardaşları onu hədələməkdə davam etmiş, hər yerdə onu sağ qoymayacaqlarını bildirmiş, uzun müddət xəstəxanada müalicə olunsa da, onun vəziyyəti ilə maraqlanmamış, barışıq əldə etmək üçün heç bir cəhd göstərməmişlər. Buna görə də o, təqsirləndirilən şəxslərin hər ikisinə qarşı şikayətçidir və onların qanun qarşısında ən ağır şəkildə cəzalandırılmasını xahiş etdiyini məhkəməyə bildirdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, 2013-cü ildə ərindən ayrıldıqdan sonra Təqsirləndirilən şəxs2 Qəhraman oğlu ilə tanış olmuş və sonuncu ilə bir il altı ay qeyri-rəsmi Abşeron rayonu, Mehdiabad qəsəbəsində bir yerdə kirayədə yaşamışlar. Lakin sonuncunun kobud hərəkətlərinə görə ayrılmaq qərarına gəlmiş və 2018-ci ilin noyabr ayından övladları ilə birlikdə Keşlə qəsəbəsinə köçmüşdür. Hazırda qeyri-rəsmi Şahid6 ilə ər-arvad kimi yaşayır. xx xxxxxx 2018-ci il tarixdə saat 20 radələrində yaşadığı evdə olarkən Akifin arvadı Şahid4 onun üstünə hucum etmiş, saçlarından tutub onu sürümüşdür. Akif onları aralamaq istəyərkən o, evdən qaçıb bayıra çıxmışdır. Daha sonra xx xxxxxx 2018-ci il tarixdə saat 22 radələrində Akiflə birlikdə evdə olarkən qapı açıq olduğundan Güllər oğlu Kamranla birlikdə evə daxil olmuş, Akifdən pul tələb etməyə başlamışdır. X10 pulunun olmadığını dedikdə, Güllər evdə onun ünvanına nalayiq söyüşlər söymüş, ona yaxınlaşaraq yenidən saçından tutub yolmağa başlamışdır. Akif onları aralamış, o, evdən çölə qaçıb ev sahibini çağırmağa getmişdir. Küçədə qarşısına Kərəm çıxmış və onu tutub əlləri ilə sifətindən vurmağa başlamışdır. Həmin vaxt Kərəmin yanında qardaşı İlkin də olmuşdur. O, qaçmaq istəsə də İlkin onu əlləri ilə tutmuş, Kərəm isə dayanmadan sifətindən vurmuşdur. O, yerə yıxılanda qışqırıq səsinə Akif bayıra çıxmış, Kərəmin onu döydüyünü görmüşdür. Səs-küyə küçəyə qonşular çıxmış və sonuncular qonşuların gəldiyini görüb oradan qaçıb getmişlər. Məhkəmə iclasında dindirilən Şahid1 ifadəsində bildirdi ki, xx xxxx 2019-cu il tarixdə saat 22:00 radələrində çay içmək üçün “Legenda” kafesinə getmişdir. Az sonra kafedən çıxıb getmək istəyəndə, tualet tərəfdə tanımadığı adamlar onun başına qapaz vurub keçmişlər. Bu zaman qonşusu İsgəndərlə Binnət kafedən çıxıb gedən zaman ona qarşı edilən hərəkətləri görmüş və həmin şəxslərə irad tutmuşlar. Lakin həmin oğlanlardan Kərəm və sonuncunun qardaşı İlkin İsgəndərlə mübahisə etməyə başlamış və sonra əlbəyaxa olmuşlar. O, dava-dalaşı görüb qorxusundan oradan qaçıb getmişdir. Həmin kafedə sonra nə baş verdiyini görməmiş və çıxıb evə getmişdir. Gecə yarısı o, İsgəndərə zəng etmiş, sonuncu ona demişdir ki, İlkin bıçaqla Binnəti vurmuşdur. Kərəm isə onu yumruqla başından və burnundan vurmuşdur. İsgəndər hazırda onların xəstəxanada olduqlarını bildirmiş, o da, bütün baş verənlərə görə qorxmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və sonuncunun qardaşı Təqsirləndirilən şəxs2 təxminən dörd ildən artıq müddətdir ki, tanıyır. xx xxxx 2019-cu il tarixdə axşam saatlarında yeyib-içmək üçün Biləcəri qəsəbəsində yerləşən “Legenda” adlı kluba getmişdir. Orada oturub pivə içdikdən bir neçə dəqiqə sonra tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qardaşları, həmçinin sonuncuların vasitəsi ilə tanıdıı Ağa Aayev də kluba gəlmişlər. Onlarla bir masaya əyləşib pivə içmişlər. Bir az içdikdən sonra Şahid1 özünü apara bilməmiş, Təqsirləndirilən şəxs2 sonuncuya evə getməsini söyləmişdir. Onun bu sözlərindən sonra Ağa klubu tərk etmişdir. Bir neçə dəqiqə sonra o, masadan duraraq hesabı ödəmiş və siqaret çəkmək üçün bayıra çıxmışdır. Bu zaman klubun giriş hissəsində sanitar qovşağının yanında dava-dalaş olduğunu görüb içəri daxil olmuş və orada əvvələr tanımadığı, sonradan adını öyrəndiyi İsgəndər adlı şəxsin güləş fəndi ilə Kərəmi yerə yıxdığını görmüşdür. Bu zaman orada olan şəxslərin köməkliyi ilə sonuncuları çətinliklə aralaşdırmışlar. Bir neçə dəqiqə Kərəmi sakitləşdirməyə çalışmış, daha sonra Kərəm ona sakitləşdiyini bildirib klubun içərisinə daxil olmuşdur. O, həmin vaxtı evə getmək istədiyindən kluba daxil olmamış və sonuncuları klubun qarşısında gözləmişdir. Bir neçə dəqiqə sonra Kərəm və Təqsirləndirilən şəxs1 qardaşları klubdan çıxmış və orada yolun kənarında olan taksiyə əyləşərək sonuncularla birlikdə evə getmişdir. O, taksi ilə evə gedən zaman İlkinin kimisə bıçaqlaması barədə məlumatı olmamış, yalnız Kərəm klubun içərisinə daxil olduqdan sonra yenidən dava-dalaşın olduğunu söyləmişdir. Sonrakı gün Təqsirləndirilən şəxs1 klubun içərisində baş verən dava-dalaş zamanı Zərərçəkmiş şəxs1 bıcaqladıını ona Kərəm demişdir. Həmin vaxt klubun qarşısında siqaret çəkdiyinə görə baş vermiş dava-dalaşın səbəbini bilməmiş, daha sonra öyrənmişdir ki, anlaşılmazlıq olmuş, Zərərçəkmiş şəxs2 Ağanın Kərəm və İlkin tərəfindən döyüldüyünü zənn edərək mübahisə yaratmışdır. Həmin vaxt klubda əvvəllər tanımadığı şəxslər də olmuş, ümumilikdə dava-dalaş beş dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, 2016cı ildən Biləcəri şossesi, 12 ünvanında yerləşən “Legenda” gecə klubunu icarəyə götürüb işlədir. xx xxxx 2019-cu il tarixdə şəxsi işləri ilə əlaqədar həmin klubda olmamışdır. Lakin ertəsi gün işə gələn zaman ona bildirmişlər ki, həmin tarixdə axşam saatlarında klubda dava-dalaş baş vermiş və əvvəllər müştəri kimi tanıdığı Binnət bıcaqlanmışdır. Daha sonra klubun müşahidə kamerasının arxiv görüntülərini 4-cü Polis şöbəsinin əməkdaşlarına təqdim etmişdir. Hadisədən iki ay sonra Binnət Zülfiqarov və Zərərçəkmiş şəxs2 adlı şəxslər kluba gəlib müşahidə kameralarının arxiv görüntülərinə baxmaq istədiklərini bildirmiş, sonunculara video görüntüləri 4-cü Polis şöbəsinə təqdim etdiyini söyləmişdir. Binnət Zülfiqarov və Zərərçəkmiş şəxs2 ona gödəkcələrin klubda qalması barədə hər hansı söz deməmiş və klubda sonuncuların hər hansı bir əşyası, gödəkçələri qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 1997ci ildə Şahid6 ilə ailə həyatı qurmuş, lakin 2019-cu ilin ortalarından ayrılmışlar. Buna səbəb Akifin əvvəllər Mehdiabad qəsəbəsində Zərərçəkmiş şəxs3 adlı qadınla bir yerdə yaşaması olmuşdur. Sonradan eşitmişdir ki, Akif şəhərdə olan onlara məxsus mənzili onun xəbəri olmadan satmış və pulları özü üçün xərcləyir. Mənzili ondan xəbərsiz satdığına görə Akifin Gülnar adlı qadınla hansı ünvanda yaşadığını öyrənmiş və xx xxxxxx 2018-ci il tarixdə qızı Kəmalə ilə birlikdə Keşlə qəsəbəsinə getmişdir. Qapını Akif açmış və onlar mənzilə daxil olub Gülnar adlı qadını mənzildə görmüşlər. O, Gülnarı görəndən sonra Akiflə aralasında mübahisə yaranmış, Gülnar onu nalayiq söyüşlərlə təhqir etməyə başlamış və o, Gülnarın üstünə getmək istədikdə Akif onu vurmuşdur. O, bu barədə polisə məlumat vermiş və polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdi. Daha sonra Akif oğlunun təhsili ilə bağlı ödənilən 1.100 manat pulun verilməsinə söz versə də, buna əməl etmədiyindən, xx xxxxxx 2018-ci il tarixdə Akifə bir neçə dəfə zəng etmiş, sonuncu, zənglərə cavab verməmişdir. Gülnarın əvvəllər tanışı və qeyri-rəsmi yaşadığı Kərəm adlı şəxsin mobil telefonunu öyrənib sonuncu ilə telefon əlaqəsi saxlamış, Gülnarı haradan tanıdığını və eyni zamanda sonuncunun onun ailəsini dağıtması barədə demişdir. Kərəm Gülnarın ona da borclu olduğunu və harada yaşamasını soruşmuş, o da, Kərəmə Gülnarın hazırda Keşlə qəsəbəsində onun əri Akiflə birlikdə kirayədə yaşadığını bildirmişdir. Kərəm görüşüb birlikdə Gülnarın yaşadığı ünvana getməyi xahiş etmiş, o da, buna razılaşmışdır. O, oğlu Kamranı özü ilə götürüb həmin gün saat 20 radələrində Kərəm adlı şəxslə Mehdiabad qəsəbəsində görüşmüş, həmin vaxt Kərəmin yanında sonradan adını bildiyi qardaşı İlkin də olmuşdur. Onlar birlikdə taksi ilə Keşlə qəsəbəsinə getmiş, İlkin Kərəmlə birlikdə bayırda gözləmişdir. Qapını Akif açmış, o, oğlu Kamranla birlikdə evə daxil olmuşdur. O, Akifə bir ailə kimi oturub söhbət etməyi təklif etmiş, eyni zamanda Akifə Gülnarın bayırda və yaxud digər otaqda gözləməsini xahiş etmişdir. Bu zaman Gülnar onunla mübahisə etməyə başlamış, Gülnar onun üzərinə gəlmiş, əlləri ilə saçından tutub dartışdırmağa başlamışdır. O da, Gülnarın saçından tutmuş, oğlu Kamran və Akif onları aralamış, bu zaman Gülnar qışqıraraq ev sahibini çağırmaq məqsədilə bayıra çıxmış, o da, oğlu Kamranla evi tərk etmişdir. Bu zaman görmüşdür ki, bayırda Kərəm adlı şəxs Gülnarı döyür və Akif qaçaraq Kərəmi Gülnardan aralamışdır. Artıq həmin ünvana polis gəldikdə Kərəm və onun qardaşı İlkin oradan uzaqlaşmışlar. O, Gülnarın ağladığını və xəsarət aldığını görmışdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə atası Şahid6 Gülnar adlı qadınla qeyri-rəsmi ər-arvad kimi yaşadığı Keşlə qəsəbəsindəki evə anası ilə birlikdə getdiyini bildirərək, Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Şahid4 ilə 1992-ci ildə ailə həyatı qurmuş və iki övladları vardır. Lakin Güllərlə aralarında söz-söhbət olduğundan ayrılmaq qərarına gələrək məhkəməyə müraciət etmişdir. 2018-ci ilin oktyabr ayından o, yaşadığı evdən çıxıb qardaşı və bacısının evində yaşamağa başlamış, həmin ərəfədə Mehdiabad qəsəbəsində kirayə yaşayan Zərərçəkmiş şəxs3 ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs3 Kərəm adlı şəxslə birlikdə qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamış, söhbət zamanı Gülnar ona Kərəmlə birlikdə yaşamaq istəmədiyini və ayrılmaq qərarına gəldiyini bildirmişdir. Onlar 2018-ci ilin oktyabr ayından Keşlə qəsəbəsində kirayə yaşamağa başlamışlar. xx xxxxxx 2018-ci il tarixdə saat 20 radələrində arvadı Güllər və qızı Kəmalə kirayə yaşadığı Keşlə qəsəbəsindəki evə gəlmiş, Güllər ilə Gülnarın arasında onun üstündə mübahisələri yaranmış, bir qədər dava etdikdən sonra Güllər qızı ilə çıxıb getmişlər. Şahid6 ifadəsinə görə, xx xxxxxx 2018-ci il tarixdə saat 22 radələrində Güllər oğlu Kamranla brlikdə yenidən onun kirayə yaşadığı evə gəlmiş, söhbət zamanı Güllər oğlu Kamranın təhsili ilə bağlı ondan pul istəmiş, o isə, pulunun olmadığını demişdir. Bu zaman Güllər ona təhqiredici sözlərlə «Gülnara pul xərcləyə bilirsən, lakin oğlunun təhsilinə pul vermirsən» sözünü deyəndə, Gülnarla Güllər arasında yenə mübahisə yaranmış və onlar saçyolmaya çıxmışlar. Oğlu ilə o, araya girib qadınları aralamışlar. Gülnarı aralayan kimi evdən bayıra qaçmış, o isə, Güllərə onu narahat etməməsini demiş, oğluna da bir daha buralara gəlməməyi tapşırmışdır. Bu sözü deyəndən sonra o, Gülnarın bayırda qışqırıq səsini eşitmişdir. Bayıra çıxanda Gülnara qonşuluqda yaşayan qadının qolundan tutub kömək etdiyini görmüşdür. Gülnar ona bildirmişdir ki, Kərəm onun sifətindən və bədənindən əli ilə, yumruqla vuraraq xəsarət yetirmişdir. O, Gülnarın ağzından qan gəldiyini görüb Kərəmə nəyə görə Gülnarı döydüyünü və qapısına gəldiyini soruşmuş, Kərəm ona heç nə deməmişdir. Həmin vaxt Kərəmin yanında olan qardaşı İlkini o, əvvəllər tanımamış, İlkin qardaşının nə etdiyini özü bildiyini ona demişdir. Sonra bu barədə onlar polisə şikayət etmişlər. Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid3 göstərmişdir ki, “Legenda” gecə klubunda 2019-cu ilin may ayına qədər mühafizəci işləmişdir. xx xxxx 2019-cu il tarixdə “Legenda” adlı kluba saat 16:00 radələrində işə getmiş, həmin günü saat 22 radələrində klubda əvvəllər müştəri kimi tanıdığı Şahid1 klubun çıxışında yerləşən sanitar qovşağının yanında ağladığını görmüşdür. Ağaya yaxınlaşıb nə baş verdiyini soruşduqda, sonuncu, spirtli içkini çox qəbul etdiyinə görə tanışlarının evə getməsini xahiş etdiklərini söyləmiş və bu sözün xətrinə dəydiyini bildirmişdir. Ağa ilə söhbət edərkən həqiqətən də sonuncunun içkili olduğuna görə öz hərəkətlərinə diqqət edə bilmədiyini görmüş, bunun qarşılığında o da, Ağaya evə getməsini xahiş etmişdir. Bu zaman klubun müştərisi kimi tanıdığı Hacıyev X2 yaxınlaşaraq nə baş verdiyini soruşmuş, Ağanın danışığında qüsuru olduğundan və həmin vaxtı ağladığına görə öz fikrini İsgəndərə dəqiq izah edə bilməmişdir. İsgəndər isə Ağanın kiminsə tərəfindən döyülməsini ehtimal edərək, sonuncunun xətrinə dəyən şəxsin ünvanına ümumi olaraq söyüş söymüşdür. Bu zaman Ağa ilə birlikdə kluba gələn Təqsirləndirilən şəxs1 onlara yaxınlaşıb nə baş verdiyini soruşmuşdur. İsgəndər bunun qarşılığında İlkinin kim olduğunu soruşmuş, İlkin Ağanın onunla birlikdə kluba gəldiyini bildirmişdir. İsgəndər isə Ağanın qonşusu olduğunu demiş və xətrinə dəyəcək şəxsin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. İsgəndərin sözlərindən sonra sonuncular sözlü mübahisə etməyə başlamışlar. Həmin vaxt o, tək olduğuna görə sonuncuları tam sakitləşdirə bilməmişdir. Mübahisə zamanı müştəri kimi tanıdığı İsgəndər adlı şəxslə birgə kluba gələn Zərərçəkmiş şəxs1 mübahisəyə qarışmış və İlkinlə əlbəyaxa olmuşlar. Mübahisə zamanı bir anda İsgəndər yumruq zərbəsi ilə İlkini vurmaq istəyərkən o, sonuncunun qolundan tutaraq klubdan bayıra çıxarmışdır. Lakin Binnət və İlkin adlı şəxslər klubun içərisində qalmışlar. Klubun qarşısında İsgəndəri sakitləşdirmək istəyərkən, sonuncu onu bir anda itələyərək klubun içərisinə daxil olmuşdur. İsgəndərin arxasınca kluba daxil olmuş, bu zaman sanitar qovşağının qarşısında çox sayda şəxslər olmuş və Binnət ilə İsgəndəri sakitləşdirməyə çalışmışlar. İlkinin yanına gəldikdə sonuncunun qardaşı Kərəmin də orada olduğunu görmüş və Kərəmlə birlikdə İlkinə klubun içərisinə daxil olmalarını xahiş etmişdir. Sonuncular buna etiraz etməyərək klubun içərisinə daxil olmuşlar. Bundan sonra Binnət və İsgəndəri çox cətinliklə tutaraq klubdan bayılra çıxarmağa başlamışdır. Bir anda İsgəndər onun qolunun altından çıxaraq klubun içərisinə daxil olmuşdur. Bir neçə saniyədən sonra klubun içərisindən kömək etməyi üçün onu çağırdıqlarını eşitmiş, Binnəti buraxaraq içəri daxil olmuşdur. Orada İsgəndər adlı şəxsin İlkinin üzərində olduğunu görmüş, qaçaraq sonunculara yaxınlaşmış, lakin orada çox sayda şəxsin olduğuna görə sonuncuları aralaşdıra bilməmişdir. Bir neçə dəqiqədən sonra klubda olan müştərilərin köməkliyi ilə İsgəndərlə İlkini aralaşdırmışlar. Binnət və İsgəndəri klubun sanitar qovşağına aparmış, orada Binnətin qarın hissəsindən qan axdığını görmüşdür. Bundan sonra Binnət tanışlarının köməkliyi ilə xəstəxaya aparılmışdır. İlkin mübahisə onun yanında baş vermiş, sanitar qovşağının qarşısında Binnət və İsgəndər heç kim tərəfindən döyülməmiş, əksinə İsgəndər adlı şəxs ilkin olaraq sonunculara qarşı fiziki güc tətbiq etmiş və yumruq zərbələri ilə onları vurmağa çalışan zaman o, sonuncuları çətinliklə klubdan bayıra çıxarmışdır. Klubun ümumi zalında çox sayda insan olduğundan İlkinin kimin tərəfindən vurulduğunu görməmişdir. Amma dava-dalaşdan sonra klubun müşahidə kameralarının arxiv görüntülərinə baxan zaman həqiqətən də İlkin adlı şəxsin Binnət və İsgəndər adlı şəxslər tərəfindən döyüldüyünü, Binnətin İlkini vurduğunu görmüşdür (cild 1, iş vərəqi 205-207). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs3, şahidlər Şahid6, Şahid5 və Şahid4 aralarında üzləşdirmələr keçirilmiş, həmin istintaq hərəkətləri zamanı sonuncular istintaqa verdikləri sərbəst ifadələrini Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək bir daha onu ifşa etmişlər (cild 3, iş vərəqi 208-210, 205-207, 211-213, 214-216). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 ilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə keçirilmiş, həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 istintaqa verdiyi sərbəst ifadəsini Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək bir daha onu ifşa etmişdir (cild 4, iş vərəqi 157-160). İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 sərbəst ifadələri yerində yoxlanılmış, sonuncu, cinayətin törədilmə şəraitini, hallarını hadisə yerində əyani şəkildə göstərərək istintaqa verdiyi ifadələrini bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 129-133). İş materiallarına əlavə olunmuş üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs1 ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arasında üzləşdirmə keçirilmiş, həmin istintaq hərəkəti zamanı sonuncular istintaqa verdikləri ifadələrini Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək onu bir daha ifşa etmişlər (cild 1, iş vərəqi 156-159, 160-163). Cinayət işinə əlavə edilmiş baxış protokolundan görünür ki, ibtidai istintaq zamanı Binəqədi RPİ 4-cü Polis bölməsindən daxil olmuş bir ədəd diskə baxış keçirilmişdir. Həmin istintaq hərəkəti zamanı müəyyən edilmişdir ki, xx xxxx 2019-cu il tarixdə saat 22:25 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şossesi, 12 saylı ünvanda yerləşən «Legenda» kafesində baş vermiş dava-dalaş videokamera vasitəsilə lentə alınmışdır. Videogörüntülər diskə 4 bölümdə köçürülmüş, həmin bölümlərdə kafenin salonu və dəhlizində baş verən hadisələr əks etdirilir. Diskdə hadisənin başlanması tarixi xx.xx.2019cu il saat 22:24:30-dan başlayır və videogörüntülərdən görünür ki, kafenin dəhlizində bir neçə nəfər bir-biri ilə dava edir, bəziləri isə onları aralamağa çalışır. Daha sonra dalaşan şəxslər dava edə-edə kafenin dəhlizindən kafenin müştərilər oturub yemək yedikləri və istirahət etdikləri salona keçirlər. Bir neçə dəqiqədən sonra saat 22:25:41-də Zərərçəkmiş şəxs1 kafenin müştərilər oturan zalından dəhlizə çıxır və gödəkçəsini açaraq öz qarın nahiyəsinə baxır. Onun arxasınca salonda dalaşanlardan 5 nəfər də dəhlizə çıxır, daha sonra isə dəhlizə daha 4-5 nəfər çıxır. Bundan sonra Zərərçəkmiş şəxs1 həmin şəxslərin iştirakı ilə kafenin dəhlizindən bayıra çıxır (cild 1, iş vərəqi 34). İş materiallarından görünür ki, ibtidai istintaq zamanı maddi sübut hesab edilən CD diskdəki 1 ədəd videogörüntüyə iş üzrə Təqsirləndirilən şəxs1 və onun hüquqlarının müdafiəçisi Müdafiəçi1 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı CD diskdə 1 ədəd videogörüntü “Legenda” kafesinin kamera qurğularının müşahidəsinin 4 proyeksiyalı olması və kafedə dava-dalaş, yəni bir neçə şəxsin mübahisəsinin xx.xx.2020-ci il tarixdə saat saat 22.25-də videogörüntünün konkret olaraq 22.24.25-ci saniyəsində Təqsirləndirilən şəxs1 kafenin pilləkanlarından sağa sanitar qovşaq istiqamətində hərəkət edərək zala daxil olmuş, həmin videogörüntüdə əlində gödəkçə tutan şəxs Şahid1dir. O, danışığı və ayağı qüsurlu şəxsdir. Həmin videogörüntünün 22.24.46-cı saniyəsində Təqsirləndirilən şəxs1 ağ gödəkçədə onun üzərinə hücum edən şəxsin Binnət olmasını bildirmişdir. 22.24.57-ci saniyədə bir nəfər şəxs əlində stul ilə mübahisə etdiyi şəxsin üzərinə hücum edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 bildirdi ki, həmin zaman o, özünə məxsus gödəkçənin cibindən ona məxsus bıçağıı çıxarıb Zərərçəkmiş şəxs1 vurmuşdur. Ətrafda olan şəxslər onu mübahisə etdiyi Binnətlə ayırır. 22.25.36-cı saniyədə videogörüntüdə əlində gödəkçə olan köynəyində qanabənzər ləkə olan şəxs Zərərçəkmiş şəxs1dur (cild 4, iş vərəqi 236). Məhkəmə-trasoloji ekspertizasının xx xxxx 2019-cu il tarixli 12021 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş gödəkcənin, puloverin və maykanın ön hissələrinin sol tərəfində rəyin tədqiqi hissəsində təsvir edilmiş «a», «b», «c», «ç» və «e» zədələri vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdirlər. Belə predmetə tiyəsi (həmin xassəyə) malik bıçaqlar da aiddir (cild 1, iş vərəqi 190-191). Məhkəmə-tibbi ekspertizasının xx xxxxx 2019-cu il tarixli 490 saylı rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər– sağ qulaq seyvanının səthi əzilmiş yarası, sol said və bel nahiyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərdi və həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Vət. Təqsirləndirilən şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələri ilə (yumruq,təpik və s.) endirilmiş zərbələrin təsirindən əmələ gələ bilərdilər (cild 3, iş vərəqi 19-20). Məhkəmə-tibbi ekspertizasının xx xxxxx 2019-cu il tarixli 508 saylı rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 bədəni üzərində hər hansı xəsarət səthində aşkar edilməmişdir (cild 3, iş vərəqi 22-23). Məhkəmə-tibbi ekspertizasının xx xxx 2019-cu il tarixli 477 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs2 bədən səthində burun əsasının ön səthinin qançırı aşkar edilmişdir. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdir. Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarət qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə yumruqla yetirilən zərbə nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs2 bədənində digər xəsarətlərin olubolmaması və xəsarətlərin sağlamlığa zərər vurma dərəcəsi tibbi yardım haqqında arayış və rentgen şəkilləri ekspertizaya təqdim olunduqdan sonra müəyyən ediləcəkdir (cild 3, iş vərəqi 51-52). Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 45/477 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs2 bədən səthində burun əsasının ön səthinin qançırı, alın və sağ gicgah nahiyəsinin yumşaq toxumalarının əziyi, üst dodağın selikli qişasının əziyi aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin olunmur. Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə yumruqla yetirilən zərbələr nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin əlçatan nahiyələrdə yerləşməsinə baxmayaraq özü tərəfindən yetirilməsi, eləcə də onun öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyalara dəyməsi nəticəsində əmələ gəlməsi az inandırıcıdır (cild 4, iş vərəqi 162-163). Məhkəmə-tibbi ekspertizasının xx xxxx 2019-cu il tarixli 27/647 saylı rəyi ilə müəyyən edilmişdir ki, vət. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər – qarın nahiyəsinin qarın boşluğuna nüfuz edərək acı və köndələn çənbər bağırsaqların zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün KTM-ə müraciət etdiyi xx.xx.2019-cu il saat 00.15-dən bir qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilərdilər (cild 3, iş vərəqi 55-58). Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 03/1266 saylı rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs3 aşağıdakı xəsarətlər aşkar edildi: üst dodağın şişkinlik halında əziyi, üst dodağın selikli qişa səthinin qansızması, üst çənədə sağ tərəfdən 1-ci dişin travmatik qopması, hər iki sağ saidin, sağ diz oynağının sıyrıqları, hər iki burun dəliyində tənəffüsün çətinləşməsi ilə müşayiət olunan burunun şişkinlik halında əziyi, alının şişkinlik halında əziyi. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2018-ci il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılma nəticəsində alınmaları inkar olunur (cild 3, iş vərəqi 145-146). Cinayət işinə əlavə olunmuş tələbnamə və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1.000 manat cərimə cəzasına məhkum olunmuşdur. xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 5.2-ci bəndinə əsasən cəzadan azad edilmişdir (cild 3, iş vərəq 34-35). İş materiallarında olan tələbnamə və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Salyan rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2.500 manat cərimə cəzasına məhkum olunmuşdur. Binəqədi rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx/xx-1669-5 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən cərimə məbləğindən heç bir ödəniş edilməmişdir (cild 1, iş vərəqi 174-175). Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə az ağır və ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır, həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən on iki ildən artıq olmayan əməllər isə ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzaların onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, himayəsində iki nəfər azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs1 barəsində cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə baxışı zamanı həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs1 Salyan rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, qəti olaraq 2.500 manat cərimə cəzası təyin edilməsi və həmin cəriməni ödəməməsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə görə, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayət qanunvericiliyinin qeyd olunan müddəasına əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlinə görə yaranmış məhkumluq Təqsirləndirilən şəxs1 hərəkətlərində cinayətlərin residivini yaratmır. Bununla belə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməlini törətməmişdən qabaq qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə daxil olmaqla oğurluq cinayəti törətməsini onu səciyyələndirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Salyan rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmünə əsasən təyin olunmuş və çəkilməmiş qalan 2.500 manat cərimə cəzası ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin məsələ hökmlərin məcmusu qaydasında cəza təyin olunmanın müddəalarına əsasən həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına Salyan rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmünə əsasən təyin olunmuş və ödənilməmiş qalan 2.500 manat cərimə cəzası tamamilə birləşdirilməli və ona qəti cəza təyin edilməlidir. Həmçinin, təyin olunmuş cəzalar müstəqil icra olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzalar ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2019-cu il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, xx xxxxx 2019-cu il tarixdə onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və həmin tarixdən xx xxxx 2020-ci il tarixədək o, həbsdə saxlanılmışdır. Həmin tarixdə onun barəsində qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri əvəz edilmişdir. Digər Təqsirləndirilən şəxs2 isə xx xxxx 2019-cu il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, xx xxxxx 2019-cu il tarixdə onun barəsində qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 11 (on bir) ay 29 (iyirmi doqquz) gün təyin ediləcək azadlıqdan məhrum etmə müddətinə daxil edilməklə çıxılmalı, həmin cəzanın çəkilməsinin başlanğıcı hazırkı iş üzrə hökmün çıxarıldığı xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 xx xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulub xx xxxxx 2019-cu il tarixədək həbsdə olduğu 2 (iki) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılmalı, cəza çəkilməsinin başlanğıcı hazırkı iş üzrə hökmün çıxarıldığı xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək onların hər ikisi məhkəmə iclas zalından dərhal həbsə alınmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəalarına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, Binəqədi rayon Polis idarəsində saxlanılan iş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş 1 ədəd gödəkçəsi, 1 ədəd pulover və 1 ədəd maykası dəyərini itirdiyinə görə məhv edilməli, baş vermiş cinayət hadisəsinin videogörüntülərinin əks olunduğu 1 ədəd SD disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 55 (əlli beş) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 55 (əlli beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 27 (iyirmi yeddi) manat 50 qəpik hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 5 (beş) il müddətə, Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 xx xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutularaq xx xxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 11 (on bir) ay 29 (iyirmi doqquz) gün ona təyin edilmiş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 5 (beş) il 1 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına Salyan rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmünə əsasən təyin olunmuş və ödənilməmiş qalan 2.500 manat cərimə cəzası tamamilə birləşdirilsin və Təqsirləndirilən şəxs1 qəti olaraq 5 (beş) il 1 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası və 2.500 (iki min beş yüz) manat cərimə cəzası təyin edilsin. Təyin olunmuş cəzalar müstəqil icra olunsun. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hökmün çıxarıldığı xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutularaq xx xxxxx 2019-cu il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs2 qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hökmün çıxarıldığı xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Binəqədi rayon Polis idarəsində saxlanılan iş üzrə maddi sübutlar: – Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş 1 ədəd gödəkçəsi, 1 ədəd pulover və 1 ədəd maykası dəyərini itirdiyinə görə məhv edilsin; – cinayət işinə əlavə olunmuş hadisənin videogörüntüsünü əks etdirən bir ədəd SD disk iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 55 (əlli beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 27 (iyirmi yeddi) manat 50 (əlli) qəpik hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətləri verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-648/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-648/2020
08.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver