Məhkəmə qərarları › İş №1(101)-648/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-648/2021

11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-648/2021 11.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxxxx 1966-ci il tarixdə Şamaxı rayonunun Təklə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, Füzuli-Qubadlı qarnizonu Hərbi məhkəməsinin xx xxxxxx 1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243-cü, 229-cu maddəsinin İ hissəsi, 220-1-ci maddəsinin 2-ci hissəsi (xx xxxxxxxx 2000-ci il tarixədək qüvvədə olmuş redaksiyada) ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxx 2002-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.3.2-ci maddəsinə əsasən cəzadan 7 ay 29 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilmiş, Qobustan rayonu, Təklə-Mirzəbaba kəndində qeydiyyatda olan, faktiki Abşeron rayonu, ünvan 1 ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri əkib yetişdirməklə, onları və hissələrini toplamaqla kultivasiya edərək bu yolla satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan marixuananı hazırlayıb saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri əkib yetişdirməklə sonradan hazırladığı narkotik vasitəni satmaq qərarına gələrək 2020-ci ilin mart-aprel aylarında Abşeron rayonunun Qobustan kəndində əkilib-becərdilməsi qadağan olunmuş narkotik tərkibli toxumları əldə edib, 2020-ci ilin mayiyun aylarında yaşadığı Abşeron rayonu, Qobustan kəndi, Z.Əliyeva küçəsi, 22 saylı fərdi yaşayış evinin həyətindəki istixanada əkərək, müntəzəm olaraq suvarmaqla, gübrə verməklə, dibini yumşaltmaqla aqrotexniki qaydada qulluq edib qanunsuz olaraq tərkibində narkotik maddə olan bitkiləri külli miqdarda yetişdirib kultivasiya etdikdən sonra əkilən toxumlardan becərdiyi 14335 qram çəkidə 18 ədəd çətənə kolu bitkilərinin 4 ədədini toplayıb qurudaraq bu yolla satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, cəmi 2 kq 175 qram çəkidə kustar üsulla narkotik vasitə olan qurudulmuş marixuananı hazırlayıb həyətindəki evin yardımçı tikili olan emalatxanada müvafiq olaraq 490,0 qram, 495,0 qram, 310,0 qram, 445,0 qram təşkil edən 4 ədəd karton qutuda və 435,0 qram təşkil edən 1 ədəd göy rəngli sellofan torbada saxlamış, 2020-ci ilin sentyabr ayının 22-də Abşeron rayon Polis İdarəsinin X12 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həyətyanı sahəsinə baxış keçirilən zaman qeyd edilən həmin kultivasiya olunmuş çətənə bitkiləri və qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, 2020-ci ilin təxminən mart-aprel ayında yaşadığı Qobustan kəndində yolda gedərkən yerdən tapdığı sellofan bükümü açdıqda, içində narkotik vasitə olan marixuna toxumların olduğunu görmüş və onları evinə aparıb gizlətmiş, amma həmin toxumları saymamışdır. Özü hazırda, ümumiyyətlə son illərdə narkotik vasitələrdən istifadə etmir. Amma əvvəllər marixuna çəkdiyinə görə, aldığı marixunada bəzən toxumlar olmuşdur. Ona görə də yerdən tapdığı toxumları nəzərdən keçirdikdə onların marixuana toxumları olduğunu bilmişdir. 2020-ci ilin may-iyun aylarında həmin toxumları Qobustan kəndində yaşadığı fərdi yaşayış evin həyətyanı sahəsindəki istixanada əkmiş, toxumlardan çıxan 18 ədəd marixuana şitillərinin diblərini vaxtaşırı yumşaltmış, diblərinə peyin, gübrə tökməklə və su verməklə onlara qulluq edib becərmişdir. Əkib-becərdiyi marixuana kollarının dördünün yarpaq və toxumluq hissələrini həyətindəki emalatxanada qurutmuş, sonra onları dörd ədəd kardon qutuda və bir ədəd sellofan torbada emalatxanada saxlamışdır. Digər 11 ədəd kolları kökündən çıxarıb nisbətən quruması üçün istixanada yerə düzmüşdür. xx xxxxxxxx 2020-ci il tarixdə onun həyətinə gəlmiş polis əməkdaşları onun razılığı ilə videoçəkiliş aparmaqla həyətyanı sahəyə, yaşadığı evə baxış və onun üzərinə şəxsi axtarış keçirmişlər. Üzərindən və mənzilindən qanunsuz heç nə aşkar olmamışdır. Həyətyanı sahəsinə baxış keçirilərkən isə əkib becərdiyi 11 ədəd marixuana kolları, ayrıca 7 ədəd dəstələyib yığdığı marixuana kollarının budaqları və həyətyanı sahəsində qurudaraq saxladığı 4 ədəd kardon qutunun və 1 ədəd sellofan torbanın içərisindəki marixuana aşkar edilərək qablaşdırılmaqla götürülmüş, bu barədə protokol tərtib etmişlər. Aşkar edilmiş marixuna bitkilərini əkib becərməkdə məqsədi onları gələcəkdə satmaq olmuşdur. Hesab edir ki, ona 18 ədəd kolla bağlı düz ittiham verilməmişdir. Kolların sayı 11 ədəd təşkil etmiş, yerdə qalan 7 topa dəstələr isə budaqlardan ibarət olmuşdur. Məhkəmədən bütün bu halların, habelə əməlindən səmimi peşman olmasının, yaşının, ailə vəziyyətinin nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin X12 cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə Abşeron rayonu, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı həyətyanı sahəsində narkotik bitkilərin kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı əldə etmiş və bu məlumatın yoxlanmasına göstəriş verilməsi üçün bölmə rəisinə həmin tarixdə raportla müraciət etmişdir. Rəis tərəfindən təsdiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi məqsədilə rəisin rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış, o özü və o və X12 cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 qrupa daxil edilmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinə başlanılmış, həmin tədbirlər zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda aşkar etmişlər. Niyaza yaxınlaşıb özlərini təqdim edərək ona həyətyanı torpaq sahəsində narkotik bitkilərin kultivasiyası ilə məşğul olmasında şübhəli bilindiyi deyilmiş, hüquq və vəzifələri izah edilmiş, onun razılığı ilə yaşadığı həmin fərdi yaşayış evinin həyətinə, həyətdəki yardımçı tikiliyə və yaşayış evinə videoçəkiliş aparmaqla baxış keçirilmişdir. Baxış keçirilməsində mütəxəsis kimi dəvət olunmuş alim-aqranom X3 və Təqsirləndirilən şəxs müdafiəçisi X10 iştirak etmişlər. Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsində, evində və həyətindəki yardımçı tikilidə qadağan olunmuş hər hansı əşyanın olubolmaması soruşulduqda, Təqsirləndirilən şəxs həyətindəki istixanada qanunsuz olaraq kultivasiya etdiyi marixuana kollarının və həyətdəki emalatxana tipli yardımçı tikilidə qurudulmuş marixuana saxladığını bildirmişdir. Həyətyanı sahədəki istixanada 11 ədəd kökləri üstündə olan, uzunluğu 2,5 metrdən 3 metrə qədər olan çətənə bitkisi və 7 ədəd budaqlar formasında dəstələnmiş halda olan, uzunluğu 1,5 metrdən 2 metrə qədər olan çətənə bitkiləri aşkar olunaraq qablaşdırılaraq möhürlənməklə götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik tərkibli həmin bitkiləri satmaq üçün əkib-becərdiyini, əkdiyi bitkilərdən əldə etdiyi kütlələri dərib qurudaraq həyətindəki emalatxanada saxladığını bildirmişdir. Həmin emalatxanaya baxış zamanı 4 ədəd kardon qutuda və 1 ədəd göy rəngli sellofan torbada yaşıl rəngdə doğranmış və qurudulmuş halda narkotik vasitə olan marixuana aşkar edilərək qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Keçirilmiş baxış barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, bütün iştirakçılar həmin protokolla tanış olaraq orada hər şey düzgün əks olunduğu üçün onu imzalamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin X12 cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş X3 göstərdi ki, o, Abşeron rayon Polis İdarəsinın Təhqiqat şöbəsinin təhqiqatçısı Sabit Yusifovun rəsmi qərarı ilə xx xxxxxxxx 2020-ci il tarixdə mütəxəsis-aqranom kimi Abşeron rayonu, ünvan 1 ünvanda Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsinə baxış keçirilərkən polis əməkdaşları ilə birlikdə iştirak etmişdir. Polis əməkdaşları Niyazi Məhərrəmova həyətyanı torpaq sahəsində narkotik bitkilərin kultivasiyası ilə məşğul olmasında şübhəli olduğunu deyərək, onun hüquq və vəzifələrini ona izah etmiş və sonuncunun razılığı ilə onun fərdi yaşayış evinin həyətinə, həyətdəki yardımçı tikiliyə və yaşayış evinə videoçəkiliş aparmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həyətindəki istixanada marixuana kolları əkdiyini və həyətdəki yardımçı tikilidə qurudulmuş marixuana saxladığını etiraf etmişdir. Baxış başlanmış və istixanada kökləri üstündə olan, uzunluqları 2,5 metrdən 3 metrə qədər olan 11 ədəd çətənə bitkiləri və 7 ədəd budaqlar formasında dəstələnmiş halda, uzunluğu 1,5 metrdən 2 metrə qədər olan çətənə bitkiləri aşkar olunmuşdur. Mütəxəssis-aqronom kimi həmin bitkiləri nəzərdən keçirmiş və təsdiq etmişdir ki, həmin narkotik tərkibli bitkilərə - çətənə kollarına aqrotexniki qaydada qulluq edilməklə becərilmişdir. Polis əməkdaşları tərəfindən həmin bitkilər götürülərək qablaşdırılmış və möhürlənmişdir. Elə bilavasitə baxış yerində Təqsirləndirilən şəxs narkotik tərkibli olan həmin bitkiləri satmaq üçün əkib-becərdiyini, əkdiyi bitkilərdən əldə etdiyi kütlələri dərib qurudaraq həyətindəki emalatxanada saxladığını səmimi olaraq etiraf etmişdir. Sonra həmin emalatxanaya da baxış keçirilmiş və 4 ədəd karton qutuda və 1 ədəd göy rəngli sellofan torbada yaşıl rəngdə doğranmış və qurudulmuş halda narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Marixuana da qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Keçirilmiş baxış barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, bütün iştirakçılar həmin protokolla tanış olaraq hər şey düzgün əks olunduğu üçün heç bir əlavə qeyd vermədən onu imzalamışlar. Məhkəmədə dindirilmiş ekspert - iş üzrə rəy vermiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Bioloji ekspertizalar şöbəsinin rəisi X4 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin təhqiqatçısı tərəfindən təqdim olunmuş xx xxxxxxxx 2020-ci il tarixli müvafiq qərar əsasında tədqiqat aparmış, müvafiq metodikalar tətbiq edilməklə rəy verilmişdir. Həmin rəydə göstərilən bütün məqamlar əsaslandırılmışdır. Təqdim olunmuş maddi sübutlar 11 ədəd üzərində kökü olan çətənə bitkiləri olmuşdur. Digər 7 dəstədə olan budaq formasında bildirilməklə təqdim olunmuş çətənə bitkiləri də əslində hər biri çətənə kollarıdır. Yəni, 7 dəstədə olan bitkilərin kol ola bilməməsi, üstündə kolları olan digərlərinin budaqları ola bilməsi istisna olunur. Belə ki, çətənə bitkisi çətənəkimilər fəsiləsinə aid olmaqla onun budaqları heç bir halda şaxələnmir. Yəni, əsas gövdədən kənarlara doğru inkişaf edən budaqlar yalnız bir zoğ şəklində ayrılır və ayrılan həmin budaq ümumiyyətlə şaxələnmir. Həmin 7 dəstədəki budaqları tədqiq edərkən birmənalı olaraq onların əsas gövdələrinin və kənara ayrılan budaqlarının, budaqların üzərində yarpaqların olması onun tərəfindən aşkar müəyyən olunmuşdur. Onların yalnız kökləri olmamışdır. Bu dəstələrdəki bitkilərin elə təkcə şaxələnmə əlamətinin mövcudluğu onların ayrıca çətənə kolu kimi hesablanması və nəzərə alınması üçün yetərlidir. Bu səbəbdən 7 ədəd dəstədə olan bitkilər çətənə bitkisinin hissəsi və ya budağı kimi qəbul edilə bilməz. Həm də ona görə ki, bu dəstələrdə olan bitki nümunələrinin bütün vegetativ xüsusiyətləri üzərlərində olmuşdur. O halda predmet bitki hissəsi kimi qəbul edilə bilərdi ki, onun yalnız bir vegetativ hissəsi üzərində olmuş olsun. Beləliklə, kol sayının cəmi 18 ədəd təşkil etməsi mübahisəsiz hesab olunmalıdır. Qurudulmuş marixuana ilə bağlı isə qeyd edir ki, çətənə bitkisinin 90 faizi sudan ibarətdir və bu səbəbdən çox gec quruyur. Ona görə də Abşeron rayon Polis İdarəsinin təhqiqatçısının təqdim etdiyi marixuananın çox qısa müddətə, o cümlədən bir günə həmin vəziyyətə düşməsi mümkünsüzdür. Tam qurumuş çətənə bitkisi büzüşmüş vəziyyətə düşür və tünd rəng alır. Tədqiqata təqdim olunmuş həmin marixuanalar da tam qurudulmuş vəziyyətdə olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 7/649 №-li rəydən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “İştirak etdilər 1) imza Məhərrəmov…” sözləri yazılmış beş ədəd sintetik torbada və iki ədəd polietilen bağlamada 03 ədəd yaş vəziyyətdə, ümumi çəkisi 4225 qram, 08 ədəd quru vəziyyətdə ümumi çəkisi 7560 qram, ümumi sayı 11 ədəd kökləri ilə birlikdə və ümumi sayı 07 ədəd, quru vəziyyətdə, üzərlərində kökləri olmayan ümumi çəkisi 2650 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Təqdim olunmuş ümumi sayı 18 ədəd çətənə (kannabis) bitkilərinin ümumi çəkisi 14435 qramdır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “İştirak etdilər 1) imza Təqsirləndirilən şəxs...” sözləri yazılmış göy rəngli polietilen bağlamada təmiz çəkisi 435,0 qram, 1 №-li karton qutuda təmiz çəkisi 490,0 qram, 2 №-li karton qutuda təmiz çəkisi 495,0 qram, 3 №-li karton qutuda təmiz çəkisi 310,0 qram, 4 №-li karton qutuda təmiz çəkisi 445,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Təqdim olunmuş marixuananın ümumi çəkisi 2175 qramdır. Tədqiqat zamanı marixuanadan 0,25 qram, çətənə (kannabis) bitkilərindən isə 0,9 qram sərf edilmişdir. Tədqiqatdan sonra marixuanının ümumi qalıq çəkisi 2174,75 qram və çətənə (kannabis) bitkilərinin ümumi qalıq çəkisi 14434,1 qram təşkil edir (cild 1, iş vərəqə 51-54). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxxxx 2020-ci il tarixli 3006 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 120-121). Təqsirləndirilən şəxs yaşayış yeri üzrə verilmiş xx xxxxxxxx 2020-ci il tarixli xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Abşeron rayonunun Qobustan kəndində qeydiyyatsız yaşamışdır. Yaşadığı müddət ərzində onun haqqında İnzibai Ərazi Dairəsi üzrə nümayəndəliyə şikayət xarakterli məlumat daxil olmamışdır (cild 1, iş vərəqə 112). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs Füzuli-Qubadlı qarnizonu hərbi məhkəməsinin xx xxxxxx 1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243-cü, 229-cu maddəsinin İ hissəsi, 220-1-ci maddəsinin 2-ci hissəsi (xx xxxxxxxx 2000-ci il tarixədək qüvvədə olmuş redaksiyada) ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxx 2002-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.3.2-ci maddəsinə əsasən cəzadan 7 ay 29 gün vaxtından əvvəl şərti azad olunmuşdur (cild 1, iş vərəqə 100-101). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun 1-ci maddəsində göstərilmişdir ki, narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik xassəli bitkilərin əkilməsi, becərilməsi və ya yetişdirilməsidir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, narkotik xassəli bitkilərin hasil edilməsinə və narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hər hansı digər hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli 2 №-li Qərarının 19-cu bəndində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçiməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən ev dustaqlığında saxlanıldığı müddət də təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü və 237.2.3-cü maddələri ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində Abşeron Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəlinin tutulduğu xx xxxxxxxx 2020-ci il tarixdən hesablanması müəyyən edilmişdir. xx xxxxxxx 2020-ci il tarixli həmin məhkəmənin qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdir (cild 1, iş vərəqə 34-35, 66-67, 87-90, 106-110). Qeyd olunanlara və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər də cəzaçəkmə müddətinə daxil edilməklə cəzanın çəkilmə müddətinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsində saxlanılan, qalıq çəkisi 2174,75 qram təşkil edən marixuana və qalıq çəkisi 14434,1 qram təşkil edən narkotik tərkibli 18 ədəd çətənə (kannabis) bitkiləri məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən sinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs yaşadığı ünvandan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin və narkotik vasitə olan marixuananın götürülməsi prosesinin videoçəkiliş görüntülərini əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 52). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırma zamanı seçilmiş ev dustaqlığı qətimkan dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan qalıq çəkisi 2174,75 qram təşkil edən marixuana və qalıq çəkisi 14434,1 qram təşkil edən narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin. - Təqsirləndirilən şəxs yaşadığı ünvandan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin və narkotik vasitə olan marixuananın götürülməsi prosesinin videoçəkiliş görüntülərini əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar