Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-648/2022 15.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 10:25-də Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibləri X9 və X2, Dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin prokurorarı Dövlət ittihamçısı və X3, Müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə 22 mart 1963-cü il tarixdə Salyan rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Təzəkənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “D" masssivində yerləşən 0,12 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınmasında köməklik göstərilməsi ilə əlaqədar 2015-ci ilin yanvar ayında özünə müraciət etmiş Şahid1 özünün yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən torpağın rəsmləşdirilməsi imkanına malik olduğunu sonuncu ilə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən “Altay” kafesində görüşləri zamanı yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni həmin torpaq sahəsi üzrə rəsmləşdirmənin aparılması və müvafiq çıxarışın verilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini sonuncuya yalandan bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2015-ci ilin yanvar ayında Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən “Altay" adlı kafedə Şahid1 30.000 (otuz min) manat, eyni niyyətlə 2015-ci ilin yanvar ayında qeyd edilən yerdə sonuncunun cinayətdən xəbərsiz qohumları Şahid3 və Şahid2 vasitəsi ilə Şahid1 məxsus 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini alıb ələ keçirdikdən sonra eyni cinayətkar niyyətini davam etdirib 2015-ci ilin yanvar ayında bacısı oğlu Şahid2 hüquq mühafizə orqanlarının birinə işə düzəlməsində köməklik etməsi ilə əlaqədar müraciət etmiş Şahid1 özünün yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə Şahid2 hüquq mühafizə orqanlarından birinə işə qəbul etdirmək imanına malik olduğunu Şahid1la Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən “Altay” kafesində görüşləri zamanı yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə, yəni onun işə qəbulu üçün zəruri tədbirlərin həyata keçirilməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 18.000 (on səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Şahid1 yalandan bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2015-ci ilin yanvar ayında Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən “Altay” adlı kafedə Şahid1 18.000 (on səkkiz min) manat məbləğində pul vəsaitini alıb, əldə etdiyi həmin pul vəsaitlərini özünün şəxsi ehtiyaclarına sərf edərək, ümumilikdə qeyd edilən qaydada aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus cəmi 68.000 (altmış səkkiz min) manat məbləğində pul vəsaitini ona vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 və Şahid1 xeyrinə edəcəyi hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təhrik etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4, 312.1-ci maddələri ilə ona elan olunmuş ittihamlarda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Müşfiq ilə çayxanada tanış olmuşdur. O, torpağı sənədləşdirmək üçün pul almış və həmin torpağı sənədləşdirəcəyini vəd etmişdir. 30.000 pul ilə razılaşmış, pulu götürdükdən sonra arvadı xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün vəziyyəti pisləşmiş, bu səbəbdən onu Moskvaya aparmışdır. O, deyilən işi düzəldə bilmədiyi üçün pis vəziyyətdə qalmış, maşınının olduğunu, əlindəki pulu xərclədiyini və həmin pulu ödəyəcəyini demişdir. Bir müddət sonra, Fizuli tanışını polis orqanlarına işə düzəltməsi müqabilində ona müəyyən məbləğdə pul verəcəyini demiş, bu zaman o, çıxılmaz vəziyyətdə olduğu üçün həmin işi edə biləcəyini bildirmişdir. O, maşınını Fizuliyə vermiş və onların maşını nə etdiyindən xəbəri olmamışdır. O, Şahid1 tanımamış, onun qohumlarından biri ilə əlaqəyə girərək pulu ondan almış və Əhmədli metrostansiyası tərəfdəki torpağını sənədləşdirib Fizuliyə vermişdir. Bu hadisədən bir neçə il sonra o, Şahid1la görüşmüş, sonuncu ondan pullarını istəmiş, o isə maşınını verdiyini və yalnız Salyandakı evini sənədləşdirib onlara verməyə gücünün çatdığını demişdir. O, bu işlərlə bağlı heç kimə rüşvət təklif etməmiş və rüşvət verməmişdir. O, ilk öncə 30.000 manat, bir ay sonra 20.000 manat, daha sonra 18.000 manat pul vəsaiti almışdır. O, Şahid2 tanımır, Müşfiqi tanıdığı üçün ancaq ondan pul almışdır. O, maşınını və evini onlara vermiş, ancaq onun evinin qeydiyyatında texniki səhv olmuş, sənədi Füzuli müəllimin özünə vermişdir. O, dəymiş ziyanı tam ödəmiş, lakin bununla bağlı heç bir sənədi yoxdur. Müşfiq ona inandığını, mal-qara saxladığını və buna görə Bakıya gəlməyəcəyini demişdir. O, sənəd məsələsini düzəltməyə söz verən zaman belə bir hadisənin olacağını bilməmiş, Yusif, Səfər, Vidadiyə pul verməmiş, kupçanı 50.000 manat pul vəsaitinə danışmışdır. Səfəri maşın bazarında alverçi kimi, Vidadini isə makler kimi tanıyır. İstintaqa verdiyi ifadəni təsdiq etmir, sıxıntıları olduğu üçün istintaqa yalan ifadə verməyə məcbur olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi özünümüdafiə xarakteri daşımaqla ağır ittihamdan yayınmaq məqsədi güdür və iş materiallarında olan digər sübutlarla tam təkzib edilir. Belə ki, cinayət işinin İ cildinin 113-115-ci vərəqlərində olan “təqsirləndirilən şəxsin dindirilməsi” haqqında protokoldan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 17 dekabr 2022-ci il tarixdə müdafiəçisi Fuad Quliyevin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən göstərmişdir ki, arvadı xərçəng xəstəliyindən əziyyət çəkir və onun rəsmi qəyyumudur. Şahid1la əvvəllər heç bir tanışlığı və münasibəti olmamışdır. O, Fizulinin qohumu Müşfiq adlı şəxslə təxminən 8-10 il əvvəl tanış olmuşdur. Belə ki, təxminən 8-10 il əvvəl Quba rayonunda olarkən Taleh adlı şəxslə tanış olmuş və arada Müşfiq ona zəng vurub hal-əhval tutmuşdur. Həmin zaman o, Rusiya Federasiyasında ticarətlə məşğul olduğundan imkanı yaxşı olmuşdur. Elə həmin ərəfələrdə Taleh növbəti dəfə ona zəng vurub bir məsələ olduğunu və onun tanışlarının çox olmasını deyərək, işi həll edə bilsələr yaxşı xeyirləri ola biləcəyini söyləmişdir. O, nə iş olmasını soruşduqda Taleh görüşməyi təklif etmiş və onlar Bakı şəhərində görüşmüşlər. Həmin zaman Talehin yanında Müşfiq adlı şəxs olmuş və Taleh onları tanış edərək onun şəriki olduğunu, bir yerdə Ukraynadan qoz-fındıq gətirib satdıqlarını bildirmişdir. Onlar oturub söhbət edərkən Taleh bildirmişdir ki, Müşfiqin Nərimanov rayon Polis İdarəsində işləyən Fizuli adlı qohumu var, polisdə işləməsindən əlavə torpaq alqı-satqısı ilə də məşğuldur. Həmçinin, bildirmişdir ki, Fizulinin Xətai rayonunda aldığı ərazilər var, ona çıxarış almaq lazımdır, Fizulinin də yaxşı imkanı var, əgər bu məsələni həll edə bilsələr yaxşı qazancları olar. Əgər tanışı varsa, bu məsələni həll etsinlər. O, Səfər adlı tanışı ilə bu məsələni danışıb onlara dəqiq cavab verə biləcəyini demişdir. Belə ki, onunla bir neçə il əvvəl təsadüfən maşın bazarında tanış olmuş və Səfər ona Əmlak Komitəsinin sədrinin yeznəsi olduğunu, oralıq nə iş lazım olsa həll edə biləcəyini demişdir. Eyni zamanda, Müşfiq özündə olan torpaq alqı-satqısına dair sənədin və torpağın yerləşdiyi yerin cizgilərinin surətini ona təqdim edərək demişdir ki, bu yerin çıxarışını ala bilsələr bu işə görə Fizulidən 100.000 manat alacaq, nə qədər aşağı qiymətə həll etsə yerdə qalan pul onların olacaq. O, etiraz etməmiş və sənədlərin surətlərin götürüb Səfərlə əlaqə saxlayaraq onunla görüşmüş, Müşfiqin dediyi məsələni ona danışaraq sənədlərin surətini ona təqdim etmişdir. Səfər də heç bir problem olmadığını bildirib onu Yusif adlı şəxsin yanına göndərmişdir. Səfərin deməsinə görə Yusif Nazirlər Kabinetində işləmiş və bu işlərə o baxmışdır. Sonra o, Yusiflə danışaraq Nazirlər Kabinetinin yanında onunla görüşüb söhbət etmiş və sənədləri ona təqdim etmişdir. Yusif də sənədə baxaraq bildirmişdir ki, bu yerin çıxarışını 50.000 manata ala bilər. Əgər razıdırlarsa sənədlərin əslini və ilkin olaraq 10.000 manat gətirmələrini demişdir. O, etiraz etməyib Yusiflə sağollaşaraq çıxıb getmiş və Talehlə əlaqə saxlayıb həm onunla, həm də Müşfiqlə birlikdə görüşüb Yusifin dediklərini onlara söyləmişdir. Bundan bir neçə gün sonra Taleh onunla əlaqə saxlayıb bildirmişdir ki, bu məsələni həll etməyə razılıq veriblər və sənədlərlə 10.000 manat ondadır. O da dərhal əlaqə saxlayıb bu barədə məlumat vermiş və Nazirlər Kabinetinin yanında görüşməyi qərarlaşdırmışlar. Deyilən saatda da Talehlə birlikdə deyilən ünvana gedib Yusiflə görüşmüş, Talehi Yusiflə tanış etmiş və Taleh pulla sənədləri Yusifə vermişdir. Bundan sonra Yusif bildirmişdir ki, Torpaq Komitəsində işləyən Vidadi adlı şəxs var, indi onu dəvət edəcək, qalan məsələləri o, həll edəcək. Sonra Yusif kiməsə zəng vurmuş və bir neçə dəqiqədən sonra Vidadi adlı şəxs onların yanına gəlmişdir. Yusif onları tanış etdikdən sonra Vidadi özünü Torpaq Komitəsinin işçisi kimi təqdim etmiş və sənədləri götürüb baxaraq bildirmişdir ki, heç bir problem yoxdur və bu işi 40.000 manat həll edəcəkdir. Yusiflə danışığı 50.000 manat olduğu üçün onlara inanmış və Vidadi bildirmişdir ki, 20.000 manatı bir neçə günə vermək lazımdır ki, işə başlasın. Onlar etiraz etməmiş və Taleh gedib Müşfiqlə görüşüb Fizulidən əlavə 20.000 manat da almışlar və həmin pulu da birlikdə gətirib Vidadiyə vermişlər. Bir müddət sonra Vidadi dediyi məbləğdən qalan 20.000 manatı da istədiyi üçün X8 20.000 manat da alıb gətirmişlər və birlikdə həmin məbləği də Vidadiyə vermişlər. O, da bir neçə günə torpağın çıxarışını verəcəyini bildirsə də, onları aldatmış və sənədləri verməmişdir. Elə hər dəfə Vidadiyə zəng vurduqda gündə bir bəhanə edərək işi uzatmışdır. Danışığından xeyli müddət keçməsinə baxmayaraq Yusiflə Vidadi onları aldadaraq nə işi görmüş, nə də ki, pulları qaytarmışdır. Hər dəfə ya torpağın sənədini, ya da ki, pulu istədikdə onlar müxtəlif bəhanələr gətirərək aldatmışlar. Sonradan Fizuli pulunu tələb etdiyinə görə o, məcbur olub həmin zaman idarə etdiyi “Mercedes GL” markalı avtomaşınını pul əvəzi Müşfiqə vermişdir. Lakin, Fizuli ilə görüşü olmamışdır. Vidadi və Yusif də söz vermişlər ki, yaxın vaxtda ona pulu qaytaracaqlar. Lakin, indiyə kimi heç kim ona pul qaytarmamışdır. Şahid1 onun Əmlak Komitəsində işlədiyini heç bir zaman deməmişdir. Həqiqətən Fizulidən 50.000 manat torpağa dair çıxarışın alınmasından ötrü alınmışdır. Lakin həmin pullar onun əli ilə Vidadi və Yusif adlı şəxslərə verilmişdir, Şahid1 onun barəsində dedikləri həqiqət olmamış, Fizulinin heç bir tanışını polisə düzəltmək adı ilə 18.000 manat pul almamış, tanışı Yusif onun adından istifadə edərək Fizulidən onun qohumunu işə düzəltdirmək adı ilə pul almışdır. Lakin o, qeyd olunanlardan xəbərsiz olmuşdur. Öz doğruluğunu sübut etmək üçün maşınını sataraq Fizuliyə 14000 manat qaytarmışdır ki, sonra Yusiflə haqq hesab çəkərək onun adından istifadə etməsinə görə Yusifdən pulu geri alsın. Həmin dövrdə etirafnaməni də öz xətti ilə yazmışdır ki, Fizulidən alınmış pulları qaytaracaq. Çünki, həmin pullar Vidadi və Yusifdə olduğundan və həmin pulları şəxsən xərcləmədiyinə görə o, əmin olmuşdur ki, hüquq mühafizə orqanlarının köməkliyi ilə pullar geri qayıdacaq və haqq ədalət bərqərar olacaq. Bundan başqa, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, qohumu X4 vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuş, ona sahibliyində olan Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivində yerləşən 12 sot torpaq sahəsinə dair çıxarış almaq istədiyini söyləmişdir. Təqsirləndirilən şəxs ona Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işlədiyini demiş, o, Yeni Günəşli qəsəbəsindəki sahəsi 12 sot olan torpağı sənədləşdirmək üçün Ramizə hissə-hissə iki dəfəyə 68.000 manat pul vəsaiti vermiş, Ramiz isə ona bu məsələni həll edə biləcəyini demişdir. O, Müşviq və X14 qəsəbəsində görüşmüş, pulu verən zaman Müşviq, Tahir və Sadiq də yanlarında olmuşdur. Onların bu işlə bağlı məlumatı olmuşdur. Müşviq ona Ramizin DİN-də polkovnik olduğunu demişdir. Buna baxmayaraq, Ramiz ona torpağa sənəd almaqda köməklik etməmişdir. Daha sonra onlar özləri müraciət etmiş və torpağın sənədini almışlar. Ramiz ona Əmlak Komitəsində işlədiyinə dair vəsiqə göstərməmiş, ortada adamlar olduğu üçün bu məsələyə inanmışdır. Onlar təkcə torpaq sənədi barəsində razılaşmamış, Təqsirləndirilən şəxs başqa şəxsləri dövlət orqanlarına işə düzəltmək üçün pul vəsaiti almışdır. Təqsirləndirilən şəxs onlara dəymiş ziyanı ödəməmişdir. O, ilk olaraq 30.000 manat, sonra isə 20.000 manat və 18.000 manat pul vəsaiti vermişdir. Yalnız bir ədəd “Mercedes Benz” markalı GL modelli maşın satılaraq ona ilkin 14.000 manat qaytarılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Şahid1 tanıyır. Şahid1 Şahid2 işlətdiyi kafeyə tez-tez gəlmişdir. Demək olar ki, işlə bağlı bütün görüşlərini onun işlədiyi kafedə keçirmişdir. 2016-cı ilin əvvəllərində Şahid1 torpaqların icarəsi və alqı-satqısı ilə məşğul olmaq üçün kafedə bir sıra bələdiyyə işçiləri ilə görüşlər keçirmişdir. Həmin görüşlər zamanı onunla bir masa arxasında Elçin, Vüqar, Ramiz və Kənan adlı şəxslər də olmuşdur. Şahid1, Elçin, Vüqar, Ramiz və Kənanın torpaqların hər birinin icarəsi və rəsmiləşdirilərək onun yanında sənədlərin alınmasından ötrü külli miqdarda pullar vermişdir. Lakin konkret olaraq kimə hansı məbləğdə pul verməsini xatırlamamışdır. Kababçı olduğu üçün başqa adamların şəxsi işləri ilə maraqlanmamışdır. Lakin Şahid1 adlarını qeyd etdiyi şəxslərlə danışıqlar aparıb bir süfrə arxasında yemək yeyən zaman onların masasına xidmət etmişdir. Bəzən Şahid1 ona bir masada əyləşib nahar etməyi də təklif etmişdir. O isə Fizulinin təklifini qəbul edib onların əyləşdiyi masaya oturmuş, masada olduğu zaman istər-istəməz Şahid1 apardığı söhbətlərdən başa düşmüşdür ki, torpaqla bağlı işlər üçün adlarını qeyd etdiyi şəxslərə Şahid1 külli miqdarda pullar vermişdir. Sonradan isə aralarında olan danışıqlardan başa düşmüşdür ki, Elçin, Vüqar, Ramiz və Kənan Fizulini aldadaraq Fizuliyə məxsus pulu ələ keçirmiş, Fizuliyə torpaqla bağlı saxta sənədlər vermişlər. Həmin hadisədən uzun müddət keçdiyi üçün konkret olaraq Fizulinin adlarını qeyd etdiyi şəxslərə verdiyi pulların məbləğini hal-hazırda xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, özü hal-hazırda heç bir yerdə işləmir, iki azyaşlı övladı var. Əvvəllər N saylı hərbi hissədə zabit kimi xidmət etmiş, qulluq müddəti bitdikdən sonra ordu sıralarından tərxis olunmuşdur. Təqsirləndirilən şəxs dedikləri tamamilə yalan və şər böhtandır. O, Təqsirləndirilən şəxs 2012-ci il tarixdə tanımış, belə ki, həmin dövrlərdə adını unutduğu Salyan rayonunda yerləşən şadlıq sarayının söküntüsünün qarşısını almaqdan ötrü ona sənədlər təqdim etmişdir. O, Ramizdən sənədlərin surətlərini almış, tanışlarından öyrənmişdir ki, həmin şadlıq sarayı dövlətin ehtiyacları üçün söküləcək və ona görə də söküntünün qarşısını almaq mümkün olmayacaq. Buna görə də, Təqsirləndirilən şəxs bu barədə kömək edə bilməyəcəyini söyləmişdir. Həmin dövrdə şadlıq evi sökülmüş və Təqsirləndirilən şəxs işini həll etmədiyi üçün Ramiz ondan sanki küsmüşdür. Belə ki, həmin vaxtı onun işləri ilə bağlı problemlər ortaya çıxanda, o, dayanmadan onun adını istifadə etmişdir. O vaxtdan Ramiz ona qarşı qərəzli olmuşdur. O, Ramizdən heç bir məbləğdə pul almamışdır. O, Təqsirləndirilən şəxs hansısa torpaq sahəsinin sənədləşdirilməsində kömək edəcəyini deməmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs Fizulidən pul almasını və işlərini düzəltmədən Fizulini aldatdığını eşitmişdir. X13 qətiyyətlə pullarını tələb edən zaman Ramiz özünə məxsus GL markarlı avtomaşını ziyanın ödənilməsi üçün Fizuliyə vermişdir. Bundan əlavə Fizuliyə borcu olması barədə etirafnamə də yazmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, fərdi sahibkarlıqla məşğul olmuş, Təqsirləndirilən şəxs ilə maşın bazarı deyilən ərazidə təsadüfən tanış olmuşdur. Bu hadisə təxminən 2008-2010-cu il tarixlərdə olduğu üçün o, konkret olaraq tanışlığının dəqiq təfərrüatlarını bilməmişdir. Təqsirləndirilən şəxslə onun konkret hər hansı işi olmamışdır. Belə ki, 3-4 dəfə onunla çayxanada görüşüb çay içmişlər və həmin vaxtı torpaqla bağlı rəsmiləşdirmə işlərinə baxdığını Ramiz ona söyləmişdir. O isə Ramizə ticarətlə məşğul olduğunu bildirmişdir. O, Ramizə Əmlak Komitəsinin sədrinin yeznəsi olduğunu heç vaxt deməmişdir. O, ümumiyyətlə heç bir zaman Ramizlə hər hansı torpaq məsələsi ilə bağlı söhbət aparmamış, 1-2 dəfə çayxanada təsadüfən görüşüb çay içib ümumi söhbətlər etmiş, Təqsirləndirilən şəxs o, heç bir sənəd almamış, Ramizi heç kimin yanına göndərməmişdir. Ramizin ifadəsində göstərdiyi Yusif adlı şəxsin konkret olaraq hansı Yusif olduğunu bilməmiş, Yusif adlı şəxsin yanına Ramizi iş görmək üçün göndərməmişdir. Ramiz özü ona torpaq rəsmiləşdirməsi məsələlərinə baxdığını söyləmişdir. Onun Yusif adlı Nazirlər Kabinetində işləyən tanışı olmamış, özü sadə ticarətçi olmuşdur. Onun yüksək vəzifələrdə işləyən heç bir tanışı və ya qohumu yoxdur. Əksinə çayxanada Ramiz özünün hər yerdə vəzifəli qohumları olduğunu söyləmiş, Ramiz özü ona hər hansı tanışını işə düzəltməkdə, bahalı maşın nömrəsi almaqda köməklik edə biləcəyini və bunlarla bağlı əlaqələrinin olmasını söyləmişdir. Tanımadığı Yusif ilə Ramizin nə kimi münasibətləri olmasından xəbərsiz olmuşdur. O, ümumiyyətlə Şahid1 adında adam tanımamışdır. Məhkəməyə üzrlü səbəblərdən gələ bilməyən Şahid2 ifadəsi məhkəmə iclasında tədqiq olunarkən müəyyən olunmuşdur ki, Şahid1 2015-ci ilin yanvar ayında Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən “Altay” kafesində onun və Şahid3 yanında Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi D massivində yerləşən 12 sot torpaq sahəsinə dair çıxarışın alınmasından ötrü 30.000 manat pulu ilkin olaraq Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra yerdə qalan 20.000 manat məbləğində pulu da Müşfiq və onun vasitəsi ilə 2015-ci ilin yanvar ayında Suraxanı rayonundan Təqsirləndirilən şəxs göndərmişdir. Şahid1la Təqsirləndirilən şəxs aralarında torpağa çıxarış almaqla bağlı münasibətlər yarandığı üçün Fizuli Ramizdən onu işə düzəldə bilibbilməyəcəyi ilə maraqlanmışdır. Ramiz vəzifəli şəxsləri tanıdığını və onların vasitəsi ilə onu işə qəbul etdirəcəyinə Şahid1 inandırmışdır. Təqsirləndirilən şəxs onu hüquq mühafizə orqanların birinə işə düzəldə biləcəyi adı altıda Şahid1 əlavə olaraq 2015-ci ilin yanvar ayında 18.000 manat məbləğində pul almışdır. Lakin Təqsirləndirilən şəxs Şahid1 aldadaraq verdiyi sözü tutmamışdır. Şahid1 Ramizdən ona verdiyi ümumilikdə 68.000 manat məbləğində pulu geri tələb etmiş, Ramiz isə Şahid1 bildirmişdir ki, onun Şahid1 verəcəyi pulları yoxdur. Yalnız bir ədəd onun “Mercedes Benz” markalı GL modelli bank girovunda olan avtomaşını var. Həmin maşını 14000 manata satmaq olar. Qeyd olunan maşın satılaraq banka kredit borcu ödənilməklə Şahid1 ilkin 14.000 manat qaytarılmışdır. Ramiz yerdə qalan pulları gələcəkdə verəcəyinə söz vermişdir. Şahid1 Təqsirləndirilən şəxs bildirmişdir ki, o, etirafnamə yazsın və Şahid1 ona verdiyi puldan 4000 manatını keçəcəkdir. Beləliklə, Təqsirləndirilən şəxs öz xətti ilə 50.000 manat Fizuliyə verəcəyi olduğunu etiraf edərək bu barədə öz xətti ilə etirafnamə yazmışdır. Dəfələrlə Şahid1 Təqsirləndirilən şəxslə görüşüb pullarını geri tələb etsə də, Ramiz Şahid1 hər vəchlə aldatmışdır. Məhkəməyə üzrlü səbəblərdən gələ bilməyən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında araşdırılarkən məlum olmuşdur ki, o da Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadələr verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əmələrini törətməsi və törədilmiş cinayət əməllərində təqsirli olması zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı mötəbər və təkzibedilməz sübutların məcmusu ilə də tam sübuta yetirilmişdir. Cinayət işinə əlavə edilmiş 22 oktyabr 2021-ci il tarixli «üzləşdirmə» protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid3 arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı sonuncu ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə onu ifşa etmişdir. Cinayət işinə əlavə edilmiş 01 dekabr 2021-ci il tarixli «üzləşdirmə» protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid5 arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı sonuncu ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə onu ifşa etmişdir. Cinayət işinə əlavə edilmiş 01 dekabr 2021-ci il tarixli «üzləşdirmə» protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid6 arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı sonuncu ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə onu ifşa etmişdir. Bundan başqa, Şahid1 ibtidai istintaq zamanı təqdim etdiyi və cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs tərəfindən yazılmış əlyazmadan görünür ki, Təqsirləndirilən şəxs Şahid1 12 sot torpaq sahəsinin mülkiyyət sənədinin hazırlanması üçün 30.000 manat və polisi işə qəbul etdirmək üçün 20.000 manat aldığını 28 mart 2015-ci il tarixdə etiraf etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Şahid1 ifadəsində göstərmişdir ki Təqsirləndirilən şəxs etirafnamə yazmasını və bundan sonra ona verdiyi puldan 4000 manatını keçəcəyini söyləmişdir. Beləliklə, Təqsirləndirilən şəxs öz xətti ilə 50.000 manat borclu olduğunu etiraf edərək bu barədə öz xətti ilə etirafnamə yazmışdır. Qeyd olunan əlyazmanı ifadəsinə əlavə etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Şahid1 etibarından sui-istifadə edərək ondan 68.000 manat pul alması işdə olan sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyi qənaətinə gəlir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə X5 ilk dəfə cinayət törətməsini, əlil olmasını, arvadının onkoloji xəstəlikdən əziyyət çəkməsini və onun qəyyumu olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ona təyin ediləcək cəzanın əvvəli hökmün çıxarıldığı tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunmalı, onun barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuş Təqsirləndirilən şəxs 28 mart 2015-ci il tarixli etirafnaməsi cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə hazırlıq iclasında müdafiəsi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə məhkəmə hazırlıq iclasında göstərilmiş 5 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi1 30 manat məbləğində pul onun vəkil işlədiyi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,4,312.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuş Təqsirləndirilən şəxs 28 mart 2015-ci il tarixli etirafnaməsi cinayət işinin materiallarında saxlanılsın. Dövlət büdcəsi hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına 30 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Azər Paşayev
2. Əhməd Quliyev
3. İradə Həsənzadə