Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-648/2023 24.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X16 və Quliyev Əhməd Qəhrəman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibləri - X6 və X5, Dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 5 dekabr 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamış və daşımışdır. Belə kİ, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,883 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 12 sentyabr 2022-ci il tarixdə saat 10:00-da ünvan 3 ünvanın qarşısında olarkən özünü şübhəli apardığından Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq 20-ci Polis Bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən külli miqdarda təmiz çəkisi 2,883 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onu Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 6 ünvanının qarşısında deyil, kirayə yaşadığı evdən tutub Bakı şəhəri, Nəsimi rayonu, 20-ci Polis Bölməsinə gətirmişlər. Yaşadığı evə 4-5 polis əməkdaşı daxil olmuşdur. Həmin vaxt qardaşını da onunla birlikdə tutaraq polis bölməsinə gətirmişlər. Lakin polis əməkdaşları ona əvvəlcədən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürüləcəyini dediklərindən onlara inandığı üçün etiraz etməmişdir. O hətta savadının olmaması səbəbindən anasının da həmin sənədlərə baxmasını xahiş etmişdir. Bölmənin təhqiqatçısı Orxan Abaslı anasına bildirmişdir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürüləcək. Onun üzərinə baxış keçirilməzdən öncə dəvət edilmiş vəkil ondan döyülüb-döyülmədiyim barədə soruşduqda döyülmədiyimi demişdir. O videoçəkiliş zamanı heroinin onun olmasını bildirsə də, tutulan zaman üzərində heroin olmamışdır. Sonra o təqdim edilən sənədləri imzalamışdır. 2016-cı ildə aprel döyüşlərində iştirak etmişdir. O tutulmazdan əvvəl heroindən istifadə etmişdir. Yarım qram heroini 4-5 gün ərzində istifadə etmişdir. X3 yaşadığı ərazidə narkotik vasitə istifadəçiləri ilə bağlı sujet hazırladığından polis əməkdaşları yaşadığı ərazidə olan narkotik vasitə istifadəçilərini tuturdular. O tutulan zaman üzərində heç bir narkotik vasitə olmamışdır. Bölmədə baxış keçirilənə qədər onu otaqların birində saxlamışlar. İbtidai istintaq zamanı barəsində Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə ittiham irəli sürüləcəyini deyib onu aldatmışlar. İbtidai istintaq zamanı ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, heç vaxt ruhi-əsəb xəstəliyi keçirməmiş və bununla bağlı müalicə almamış, heç vaxt məhkum olunmamışdır. Təqribən 2 il fasilələrlə narkotik vasitə qəbul etmişdir. 12 sentyabr 2022-ci il tarixdə saat 8:00 radələrində Nəsimi rayonu, Papanin adlanan əraziyə gedərək tanımadığı şəxsdən istifadə etmək üçün 40 manata 1 büküm narkotik vasitə heroin almışdır. Bundan sonra o, kirayədə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 6 ünvanının qarşısına gəlmişdir. 12 sentyabr 2022-ci il tarixdə saat 10:00 radələrində 2 nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək özünü şübhəli apardığını bildirib üzərində qanunla qadağan edilmiş narkotik vasitə olub- olmadığını xəbər almışlar. O, şifahi sorğu zamanı polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu üzərində şəxsi axtarış keçirilməsindən ötrü polis bölməsinə dəvət etmişlər. Polis bölməsinə gəldikdən sonra ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o, növbədə olan vəkilin hüquqlarını müdafiə etməsini istəmişdir. Daha sonra vəkil polis bölməsinə dəvət olunmuş və vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən o, şübhəli şəxs qismində tutulmuş, həmin vaxt ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra təhqiqatçı üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağını demişdir. Həmin vaxt vəkili şəxsi axtarışda iştirak etməkdən imtina etmiş, o da buna etiraz etməmişdir. Sonra üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ondan üzərində qanunsuz hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmadığı, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Həmin vaxt o, əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş və bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqdim etdiyi narkotik vasitə təhqiqatçı tərəfindən qablaşdırılacaq götürülmüşdür. Sonra protokol tərtib olunmuş, o da bütün iştirakçılar kimi protokola imza etmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmur. Heroini öz istifadəsi üçün üzərində saxlamışdır. Mobil telefondan istifadə etmir. Narkotik vasitəni aldığı şəxsi üzdən tanısa da, adını, soyadını, atasının adını və başqa məlumatlarını bilmir, hansı mobil telefon nömrəsindən istifadə etdiyini də bilmir. O, həmin şəxsdən əvvəllər narkotik vasitə almamışdır. Onun bank hesabı yoxdur. Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə gətirilərkən və PB-də olarkən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Onun üzərinə Nəsimi RPİ-nin 20-ci PB-də yalnız təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir (cild 1, iş vərəqə 80-81 və156-158). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci il tarixdə sentyabr ayının 12-də bölmənin sahə inspektoru Şahid2 ilə xidməti ərazidə, yəni ünvan 6 ünvanında olarkən saat 10:00 radələrində bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşmış və özlərini təqdim edərək həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədin təqdim edilməsini xahiş etdikdə, həmin şəxs sənədinin üzərində olmadığını bildirmişdir. Onun davranışlarında və danışıqlarında şübhəli məqamlar olduğundan sonuncu ilə şifahi söhbət aparılmış və sonuncu üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Həmin şəxsin üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığından və üzərində narkotik vasitə olduğunu bildirdiyindən onu 20-ci Polis Bölməsinə dəvət etmişlər. Həmin şəxs də etiraz etməyib onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində olarkən həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin təmin edilməsi ilə bağlı rəhbərliyə raportla müraciət edilmişdir. Raportla rəhbərliyə müraciət etdikdən sonra təhqiqatçı Orxan Abaslı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının cibindən 1 ədəd sellofan bükümünü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini 12 sentyabr 2022-ci il tarixdə Papanin adlı yerdən tanımadığı şəxsdən 40 manata aldığını, istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər maddə təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evdən aparılmamış, ona Nəsimi rayonu, N.Məlikov küçəsi dalan 6 ünvanında olarkən yaxınlaşmışlar. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 116-118). Cinayət işinin materiallarında olan “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 12 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 45- 50). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 sentyabr 2022-ci il tarixli 6/5107 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs....” sözləri olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 2,883 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (Qeyd: heroinin ümümi təmiz çəkisi 2,883 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 2,833 qram, cild 1, iş vərəqə 58-60). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 17 oktyabr 2022-ci il tarixli 6096 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 130- 131). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 31 oktyabr 2022-ci il tarixli 2881 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqə 133-134). Cinayət işinin materiallarında olan 20 dekabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2,833 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 140-146). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 113). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Aprel döyüşlərində iştirak etmişdir (cild 2). Məhkəmə Təqsirləndirilən şəxs “Aprel döyüşləri iştirakçısı” olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 20-21). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 12 sentyabr 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 88-92). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 12 sentyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 81 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhər Nəsimi RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2,833 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 12 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 81 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2,833 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-648/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-648/2023
24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver