Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-648/2024 15.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1992-ci ildə Sabirabad rayonu, Azadkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Azadkənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində nömrəsiz fərdi yaşayış evində kirayə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 15 may 2024-cü il tarixdə, saat 11:15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan 204,662 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində və idarə etdiyi “Hyundai İ30” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, 1 aprel 2023-cü il tarixdə, saat 12:00-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra mətndə - BMCMİ) əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq idarə etdiyi “Hyundai İ30” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə ünvan 2 ünvanında yerləşən BMCMİ-nin inzibati binasına gətirilərək həmin tarixdə üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli şalvarının sol yan cibindən 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 4,662 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürüldükdən sonra, həmin gün saat 14:40-dan 14:51-dək olan müddətdə idarə etdiyi “Hyundai İ30” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişdən istifadə edilməklə keçirilən baxış zamanı avtomobilin arxa yük yerindən çəhrayı rəngli polietilen torbadakı sellofan torbanın içərisində 1(bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 200,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, həqiqətən də idarə etdiyi avtomobilində ona verilmiş ittihamda göstərilən miqdarda narkotik vasitə olmuş, lakin həmin narkotik vasitəni satış məqsədilə deyil, şəxsi istehlakı üçün əldə edərək idarə etdiyi avtomobildə saxlayaraq daşımışdır. O, polis əməkdaşları tərəfindən BMCMİ-nin yaxınlığında tutulmuşdur. Belə ki, o, qardaşının şəxsiyyət vəsiqəsi və digər sənədlərini vermək məqsədi ilə BMCMİ-yə getmiş, oradan çıxdıqda polis əməkdaşları onu saxlayaraq avtomobilinin açarını götürüb avtomobilə baxış keçirmişlər. Bu zaman avtomobildə narkotik vasitə olmuş, həmin narkotik vasitəni tutulmamışdan əvvəl Lökbatan ərazisindən “Whatsapp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxladığı şəxsdən almışdır. Təxminən 3-4 ildir narkotik vasitə istifadə edir. Heç vaxt narkotik vasitələrin satışını həyata keçirməmiş, narkotik vasitəni aldığı şəxslərin göstərişi ilə narkotik vasitələri harasa aparıb çatdırmamışdır. İbtidai istintaq zamanı müdafiəçi ilə təmin olunmasına baxmayaraq, ifadələrini təzyiq altında vermişdir. Narkotik vasitə əldə etdiyi şəxsin İran İslam Respublikası vətəndaşı olduğunu bilməmiş, sonuncunun iranlı olmasını polis əməkdaşları ona demişdir. Həmin şəxsin harada yaşamasını və digər məlumatlarını bilmir.
3. Davam edən məhkəmə icasları zamanı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, saxlanılarkən onun üzərində ümumiyyətlə narkotik vasitə olmamış, avtomobilindən aşkar olunmuş narkotik vasitə isə onun özünə məxsusdur. Şahid qismində dindirilmiş polis əməkdaşlarından Şahid3, Şahid1 və Şahid2 onun saxlanılmasında ümumiyyətlə iştirak etməmiş, lakin videoçəkiliş zamanı onlar iştirak etmişlər. Ona həmin polis əməkdaşları tərəfindən deyil, başqa polis əməkdaşları tərəfindən fiziki və psixi təsir olmuş, pis rəftara məruz qalmışdır. BMCMİ-yə qardaşının sənədlərini verməyə gedərkən idarə etdiyi avtomobilini Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin yaxınlığında saxlamışdır. Heç vaxt narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, hər hansı şəxsin göstərişi və ya tapşırığı ilə hər hansı narkotik vasitəni və ya psixotrop maddəni bir yerdən götürərək başqa yerə qoymamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən çox peşman olduğunu, narkomaniya xəstəliyindən müalicə olunmaq istədiyini və yeni ailə qurduğunu bildirərək əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməklə cavan olmasının və peşmanlığının nəzərə alınaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi.
4. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmiş və o, həmin ifadələrində göstərmişdir ki, bir neçə müddətdir "nəşə" deyilən narkotik vasitədən siqaretə doldurub tüstüsünü çəkmək yolu ilə istifadə etmişdir. O, bir neçə müddət öncə sosial şəbəkələr vasitəsilə adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. İlk əvvəllər o həmin şəxsdən öz istifadəsi üçün narkotik vasitə marixuana almışdır. Daha sonra həmin şəxs ona narkotik vasitə göndərəcəyini, onun da həmin narkotik vasitəni sonuncunun dediyi ünvanlara qoymağı müqabilində ona həm öz istifadəsi üçün marixuana verəcəyini, həm də pul verəcəyini demişdir. O da həmin şəxsin təklifi ilə razılaşmışdır. Bu qaydada həmin şəxs ona deyilən ünvanlara qoyması üçün qurudulmuş marixuana göndərmiş, o da həmin narkotik vasitəni müəyyən ünvanlara qoyub şəklini çəkib “Whatsapp" vasitəsilə həmin İran vətəndaşına göndərmiş, həmçinin bir qədər də öz istifadəsi üçün götürmüşdür. Təqribən 15 gün öncə həmin şəxs ona Novxanı ərazisində dəqiq xatırlamadığı yerdə götürməyi üçün marixuana qoydurmuşdur. O da həmin narkotik vasitəni götürüb heç kimin əlinə keçməsin deyə avtomobilin arxa yük yerinə qoymuşdur. 1 aprel 2023-cü il tarixdə, saat 12:00-da Bakı şəhəri, Nərimanov rayonu, E.Quliyev küçəsinin qarşısında idarə etdiyi **-RG-*** nömrə nişanlı “Hyundai İ30” markalı avtomobilin yanında olduğu zaman bir neçə nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib BMCMİnin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər. O da özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş "Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O da yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə marixuana vardır. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə BMCMİ-yə getmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, əynində olan şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümü, şəxsiyyət vəsiqəsini, sağ yan cibindən “Samsung” markalı mobil telefonu, əynində olan gödəkçənin sol yan cibindən avtomobil açarını, şalvarının arxa sağ cibindən 8 manat pulu masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 1 ədəd sellofan büküm açılarkən bükümün içərisində marixuana aşkar edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 1 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 8 manat pul və maşının açarı ona geri qaytarılmışdır. Aşkar edilmiş 1 ədəd şəxsiyyət vəsiqəsi və “Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş marixuananı təqribən 15 gün öncə adını bilmədiyi İran İslam Respublikası vətəndaşının göstərişi ilə Novxanı ərazisindən götürdüyünü, həmin marixuananın bir hissəsini istifadə edəcəyini, qalan hissəsini isə İran vətəndaşının göstərişi ilə deyilən yerə qoyacağını bildirmişdir. Həmçinin, idarə etdiyi **-RG-*** nömrə nişanlı “Hyundai İ30” markalı avtomobildə narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin maddəni də təqdim edə biləcəyini bildirmişdir. Daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Sonra o, ərizə verərək maşına baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra idarə etdiyi **-RG- *** nömrə nişanlı “Hyundai İ30” markalı avtomobilə video çəkiliş vasitəsilə baxış keçirilmişdir. Baxış keçirilməzdən öncə ona maşında olan narkotik vasitələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, maşının arxa yük yerində olan sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbaya baxış keçirilərkən içərisindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Həmin marixuana polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Maşından hər hansı başqa qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman, şəxsi axtarış və baxış keçirilən zaman ona qarşı nə fiziki, nə də psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir. Üzərindən və idarə etdiyi avtomobildən aşkar olunmuş narkotik vasitələri kim tərəfindən və hansı şəraitdə Novxanı ərazisinə gətirilərək gizlədilməsi barədə heç bir məlumatı olmamışdır. O, bir müddətdir narkotik vasitə qurudulmuş marixuanadan siqaretə doldurub tüstüsünü çəkmək yolu ilə istifadə etmişdir. (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 46-47; 61-63; 76-78; 149-152;).
5. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
6. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
7. Məhkəmədə şahid qismində dindirilmiş BMCMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 1 aprel 2023-cü il tarixdə BMCMİ-yə xx xxx 1992-ci ildə ünvan 3 kəndi ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyataxtarış tədbirinin keçirilməsi barədə 1 aprel 2023-cü il tarixli qərar qəbul edilmiş və BMCMİ-nin əməkdaşları - əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Daha sonra əməliyyat qrupunun üzvləri olaraq Təqsirləndirilən şəxs olması ehtimal edilən ünvan 1 ünvanına yollanmışlar. Həmin ərazi Gənclik metrostansiyası ilə Tofiq Bəhramov adına Respublika Stadionun yaxınlığındadır. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar həmin gün, saat 12:00 radələrində ünvan 1 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs bənzər şəxs “Hyundai 130” markalı **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını demişlər və həmin şəxsə öz anket məlumatlarını bildirməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması sonuncuya bildirilmiş və keçiriləcək istintaq hərəkətləri üçün BMCMİ-nin inzibati binasına dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs siyahı ilə tanış olduqdan sonra siyahı üzrə hər hansı bir vəkilin hüquqlarını müdafiə etməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil X4 dəvət olunaraq sonuncuya təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və Təqsirləndirilən şəxs müdafiəçisinə konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Təqsirləndirilən şəxs və müdafiəçisi konfidensial ünsiyyət saxladıqdan sonra birinci şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin sonuncuya hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq video çəkilişdən istifadə edilməklə üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini, üstünün yoxlanmasına razı olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin bir neçə müdafiəçinin yardımından istifadə etmək, ailə üzvləri və yaxın qohumları haqqında məlumat verməmək, Azərbaycan dilini sərbəst bilmədiyi halda tərcüməçinin yardımından istifadə etmək kimi hüquqları izah edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının aydın olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə 1 aprel 2023-cü il tarixdə video çəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək sonuncuya paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, əynində olan boz rəngli şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümü, şəxsiyyət vəsiqəsini, əynində olan şalvarının sağ yan cibindən “Samsung” markalı mobil telefonu, əynində olan qara rəngli gödəkcənin sol yan cibindən avtomobil açarını, əynində olan şalvarının sağ arxa cibindən 8 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş 8 manat pul və avtomobil açarı Təqsirləndirilən şəxs özünə geri qaytarılmlışdır. Eyni zamanda aşkar edilmiş “Samsung” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və ya predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı 15 gün öncə anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşından “Whatsapp” vasitəsi ilə sifariş verdiyini, həmin narkotik vasitəni konum vasitəsi ilə İran İslam Respublikası vətəndaşının bildirdiyi yerə gedərək Novxanı qəsəbəsində yerdən götürdüyünü, şəxsi istifadə etmək, eləcə də İran İslam Respublikası vətəndaşının bildirdiyi yerə qoyması üçün gəzdirdiyini, bundan başqa idarə etdiyi “Hyundai İ30" markalı, **-RG- *** qeydiyyat nişanlı avtomobilin arxa saxlanc yerində də həmin narkotik vasitə qurudulmuş marixuananın bir hissəsini saxladığını, avtomobilə baxış keçiriləcəyi halda narkotik vasitə qurudulmuş marixuananı təqdim edə biləcəyini bildirmişdir. Həmçinin idarə etdiyi “Hyundai İ30” markalı, **-RG-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitə qurudulmuş marixuana gizlədib saxladığını, həmin avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Daha sonra “Hyundai İ30” markalı, **-RG-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə narkotik vasitələr, psixotrop maddələr, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa baqaj hissəsində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, avtomobili açaraq arxa baqaj hissədən 1 ədəd çəhrayı rəngli sellofan torbanı təqdim etmişdir. Çəhrayı rəngli sellofan torba açılarkən əlavə şəffaf sellofan torba aşkar edilmişdir. Həmin sellofan torba açılarkən sellofan torbanın içərisində yaşıl rəngli, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunmuş 1 ədəd sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Avtomobilə baxış zamanı qanunsuz digər əşya və predmetlər aşkar edilməmişdir. Daha sonra baxış keçirilməsinin gedişi və nəticələrinə dair protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir.
8. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitə aldığı iranlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı əməliyyat tədbirləri keçirilmiş, lakin hazırkı dövrə qədər həmin şəxsin şəxsiyyəti müəyyən edilə bilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi ilə əldə etməsinə dair ilkin məlumatlar daxil olsa da, onun konkret olaraq kimə satmasına dair hər hansı məlumat əldə edilməmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki, psixi təzyiq və sair təsir göstərilməmiş, pis rəftara məruz qalmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən hər hansı müqavimət göstərməmiş, habelə üzərindən aşkar olunmuş narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs BMCMİ-yə çağırılması, habelə qardaşının barəsində baş idarədə araşdırılma aparılması barədə məlumatı olmamışdır.
9. Məhkəmədə şahid qismində dindirilmiş BMCMİ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və Şahid1la oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs məxsus nəqliyyat vasitəsinə BMCMİ-də baxış keçirilmiş, həmin avtomobilin idarəyə konkret olaraq kim tərəfindən idarə edilərək gətirilməsini dəqiq xatırlamır. Bəxtiyar Abbasovun saxlanılmasında üç nəfər iştirak etmiş, onlar özləri xidməti maşınla getmiş, həmin maşın Şahid1 tərəfindən idarə edilmişdir. Təqsirləndirilən şəxsin saxlanıldığı ünvanla BMCMİ-nin inzibati binası arasındakı məsafə avtomobillə maksimum 10 dəqiqəlik yol olmuşdur.
10. Məhkəmədə şahid qismində dindirilmiş BMCMİ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu Şahid1 və Şahid3 ilə oxşar məzmunlu ifadə verərək sonuncuların ifadələrində göstərdiyi xüsusatları təsdiq etdi.
11. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
12. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 2 aprel 2023-cü il tarixli qərardan görünür ki, 1 aprel 2023-cü il tarixdə, saat 12:00-da BMCMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilməsi və orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı sonuncunun əynində olan şalvarının sol yan cibindən onun qanunsuz olaraq əldə etməklə satış məqsədilə saxladığı 1 ədəd bükümdə 4,662 qram narkotik vasitə qurudulmuş marixuana, daha sonra sonuncunun razılığı və iştirakı ilə idarə etdiyi **-RG-*** dövlət qeydiyyat nişanlı “Hyundai İ30” markalı avtomobilə baxış keçirilərkən avtomobilin arxa yük yerindən bir ədəd sellofan bağlamada 200 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilməsi faktına görə BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı X5 tərəfindən 2 aprel 2023-cü il tarixdə fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).
13. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 1 aprel 2023-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, BMCMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən xx xxx 1992-ci il tarixdə ünvan 3 kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar BMCMİnin rəisi, polis general-mayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin İdarənin əməliyyat müvəkkilləri, polis mayoru Şahid2 və polis leytenantı Şahid3 ibarət əməliyyat qrupu təşkil edilmiş, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü, saat 12:00-da ünvan 1 ünvanının yaxınlığında idarə etdiyi “Hyundai İ 30” markalı, **-RG-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılmış, saxlanılarkən üstündə şəxsi axtarış, eləcə də idarə etdiyi avtomobilə baxış keçirilməsinə yerində şərait olmadığına görə Təqsirləndirilən şəxslə prosessual hərəkətlərin aparılmasından ötrü müşayiət altında saxlanıldığı yerdən həmin avtomobil ilə birlikdə Baş İdarəyə gətirilmişdir (Cild 1, i.v. 5-9).
14. Bakı Şəhəri, Nərimanov Rayon Məhkəməsinin 5 aprel 2023-cü il tarixli qərarından görünür ki, BMCMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi, polis general-mayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 1 aprel 2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuna uyğun hesab edilmişdir (Cild 1, 95).
15. “Şübhəli şəxsin tutulması haqqında” 1 aprel 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis baş leytenantı X6 tərəfindən müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və bu barədə həmin tarixdə, saat 13:00-da protokol tərtib olunmuşdur (Cild 1, i.v. 18-19).
16. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 1 aprel 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X3 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 13:35-dən 13:49-dək BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis baş leytenantı X6 tərəfindən həmin idarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, əməliyyat müvəkkilləri, polis mayoru Şahid2 və polis leytenantı Şahid3 iştirakı ilə BMCMİ-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçı tərəfindən ona özünü təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilərək ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib əynində olan boz rəngli şalvarın sol yan cibindən 1 bir ədəd sellofan bükümü, şəxsiyyət vəsiqəsini, əynində olan şalvarının sağ yan cibindən “Samsung” markalı mobil telefonu, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən avtomobil açarını, əynində olan şalvarının sağ arxa cibindən 8 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 1 bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş 8 manat pul və avtomobil açarı onun özünə geri qaytarılmışdır. Eyni zamanda aşkar edilmiş “Samsung” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi təhqiqatçı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın 15 gün öncə anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşından “Whatsapp” vasitəsilə sifariş verdiyini, həmin narkotik vasitəni “konum” vasitəsilə İran İslam Respublikası vətəndaşının bildirdiyi yerə gedərək Novxanı qəsəbəsində yerdən götürdüyünü, şəxsi istifadə etmək, eləcə də İran İslam Respublikası vətəndaşının bildirdiyi yerə qoyması üçün gəzdirdiyini, bundan başqa idarə etdiyi “Hyundai İ30” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa saxlanc yerində də həmin narkotik vasitə qurudulmuş marixuananın bir hissəsini saxladığını, avtomobilə baxış keçiriləcəyi halda narkotik vasitə qurudulmuş marixuananı təqdim edə biləcəyini bildirmişdir. Şəxsi axtarış və götürmə gündüz vaxtı, təbii və süni işıqlandırma şəraitində aparılmışdır. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə həmin tarixdə, saat 13:53-dən saat 14:25-dək protokol tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla iştirakçılar tərəfindən təsdiq edilmişdir (Cild 1, i.v. 27-29).
17. “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 1 aprel 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə qəbul edilməklə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar və sonuncunun müdafiəçisinin iştirakı ilə verdiyi razılıq ərizəsi əsasında 1 aprel 2023-cü il tarixdə, saat 14:40-dan 14:51-dək müdafiəçi X3 iştirakı ilə BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis baş leytenantı X6 tərəfindən həmin idarənin həmin idarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, əməliyyat müvəkkilləri, polis mayoru Şahid2 və polis leytenantı Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs məxsus **-RG-*** dövlət qeydiyyat nişanlı “Hyundai İ30” markalı avtomobilə baxış keçirilmişdir. Protokoldan görünür ki, “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs hüquq və vəzifələri təhqiqatçı tərəfindən izah edildikdən sonra idarə etdiyi “Hyundai İ30” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr, psixotrop maddələr, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxladığı təqdirdə könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa baqaj hissəsində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, avtomobili açaraq arxa baqaj hissədən 1 ədəd çəhrayı rəngli sellofan torbanı təqdim etmişdir. Çəhrayı rəngli sellofan torba açılarkən əlavə şəffaf sellofan torba aşkar edilmişdir. Həmin sellofan torba açılarkən sellofan torbanın içərisində yaşıl rəngli, spesfık qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunmuş 1 ədəd sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra baxış davam etdirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən digər əşya və ya predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai İ30” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış gündüz vaxtı, təbii və süni işıqlandırma şəraitində keçirilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə həmin tarixdə, saat 15:00-dan saat 15:30-dək protokol tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla iştirakçılar tərəfindən təsdiq edilmişdir (Cild 1, i.v. 32-36).
18. “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 1 aprel 2023-cü il tarixli protokollarda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı iki ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müddəti müvafiq olaraq 14 dəqiqə 29 saniyə və 11 dəqiqə 44 saniyə olan həmin videoçəkilişlərin əks olunduğu iki ədəd diskdəki videogörüntüyə müstəntiq Yavər Məmmədli tərəfindən müdafiəçi X4 və Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilməsinə dair 2 iyun 2023-cü il tarixli protokollarla, eləcə də həmin disklərdəki videogörüntülərə məhkəmədə Təqsirləndirilən şəxs və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə, həmçinin avtomobilə baxış keçirilməsi istintaq hərəkətləri zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 125-128).
19. “Məhkəmə-bioloji” ekspertizasının 2 aprel 2023-cü il tarixli, 7/467 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan sarımtıl rəngli kağız paketdəki şəffaf sellofan torbacıqda 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 4,662 qram və üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən...” yazısı və imzalar olan ağ rəngli paketdəki çəhrayı rəngli polietilen torbada sellofan torbanın içərisində 1 (bir) ədəd şəffaf sellofan torbada təmiz çəkisi – 200,0 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi təmiz çəkisi – 204,662 qram, tədqiqata cəmi sərf olundu – 0,2 qram (hər obyektdən 0,1 qram), qalıq çəkisi – 204,462 qram. Aparılmış tədqiqatın dəyərinin 78 (yetmiş səkkiz) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 48-52).
20. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 3 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəllləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuşdur (Cild 1, i.v. 64-65).
21. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 3 aprel 2023-cü il tarixli, 4(005)- 449/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində əvvəli 1 aprel 2023-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (Cild 1, i.v. 85-89).
22. “Maddi sübut hesab edilməsi haqqında” 4 aprel 2023-cü il tarixli qərar və müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqata sərf olunduqdan sonra ümumi qalıq çəkisi 204,462 qram olan narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut hesab edilməklə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (Cild 1, i.v.90-92).
23. “Cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” 25 aprel 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi istintaqın aparılması davam etdirilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror vasitəsi ilə ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə göndərilmişdir (Cild 1, i.v. 108-110).
24. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 9 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin (bundan sonra mətndə-Nərimanov RPİ-nin İŞ) müstəntiqi, polis mayoru X8 tərəfindən icraata qəbul edilərək ibtidai istintaqı davam etdirilmişdir (Cild 1, i.v.111).
25. “Mobil telefona baxış keçirilməsi haqqında” 2 iyun 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Samsung” markalı mobil telefona baxış zamanı “Whatsapp” mobil tətbiqində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə qeydiyyatdan keçməsi və müxtəlif “Whatsapp” yazışmalarının olması aşkar olunmuşdur. Həmin yazışmalara baxış zamanı +98 ********** saylı İran İslam Respublikasına məxsus mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında müxtəlif vaxtlarda telefon danışıqlarının olması aşkar edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs ***-***-**-** mobil telefon nömrəsinin ona məxsus olmasını, +98 ********** mobil telefon nömrənin isə narkotik vasitəni əldə etdiyi İran İslam Respublikası vətəndaşına məxsus olmasını bildirmişdir. Bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, iştirakçılar tərəfindən heç bir təklif və şikayət daxil olmamışdır. Qeyd edilən protokola əlavə edilmiş fotocədvələ məhkəmədə tərəflərin iştirakı ilə baxış zamanı Təqsirləndirilən şəxs vatsap vasitəsi ilə kontaktında olan və olmayan digər şəxslərlə danışıqları və yazışmalarının olması, eləcə də həmin yazışma və danışıqların bir hissəsinin Təqsirləndirilən şəxs 1 aprel 2023-cü il tarixdə artıq tutulduqdan sonrakı tarixlərdə (05.04.23-19.04.23) olması müəyyən edilmişdir (Cild 1, i.v.120-124).
26. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 10 iyun 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (Cild 1, i.v.132-133).
27. “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 22 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.4-cü maddələrinə tövsif edilmişdir (Cild 138-139).
28. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 22 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur (Cild 1, i.v.141-143).
29. “CD diskə baxış keçirilməsi haqqında” 9 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrələri ilə aparılmış danışıqlar və yazışmalara dair məlumatlar məhkəmə qərarı ilə əldə edilməklə istintaq orqanına “Azercell” və "xxxx" MMC mobil operatorlarından təqdim edilmiş diskə baxış keçirilməsi zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (Cild 1, i.v. 169-170).
30. Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisi, polis polkovnik-leytenantı Bayram Alıyevin 12 iyul 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı əldə etməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğuldur (Cild 1, i.v. 171).
31. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji” ekspertizasının 5 iyun 2023-cü il tarixli, 3493 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs nakomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs deməsinə görə narkotik vasitə olan marixuanadan çəkmək yolu ilə istifadə edir (Cild 1, i.v. 172-173).
32. “Ambulator məhkəmə-psixiatrik” ekspertizasının 5 iyun 2023-cü il tarixli 1557 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 1, i.v. 174-175).
33. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 19 iyul 2023-cü il tarixli qərardan və müvafiq raportdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin və Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai İ30” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinin videogörüntülərinin olduğu 2 (iki) ədəd DVD formatlı disk sübut əhəmiyyətinə malik olduğundan maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Samsung” markalı mobil telefon aparatı maddi sübut kimi tanınmaqla istintaq materiallarına əlavə edilmişdir (Cild 1, i.v. 181-195;)
34. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 19 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin və Mehdi adlı şəxsin müəyyən olunması üçün ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir (Cild 1, i.v. 197-199).
35. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq Y.İ.Məmmədli tərəfindən 27 iyul 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 31 iyul 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.208-219).
36. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 3539/2023 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 3 aprel 2023-cü il tarixdə həmin təcridxanaya gətirilmiş və tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xəsarət almadığını bildirmişdir. Həmin kitabçanın 13 və 14-cü bəndlərində göstərilmişdir ki, baxış zamanı Təqsirləndirilən şəxs sol biləyin ön səthində və sağ əlin İİİ barmağın içəri səthində köhnə çapıq toxuması müşahidə edilmiş, Təqsirləndirilən şəxs hal-hazırda şikayətinin olmadığını bildirmişdir. Həmin kitabçanın 17-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs deməsinə görə 1 il marixuana istifadə etmişdir (Cild 2).
Əməlin tövsifi və digər hüquqi məsələlər:
37. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
38. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
40. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
41. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
42. CM-in 234.4.1 və 234.4.4-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir.
43. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.1 və 234.4.4-cü maddələri ilə düzgün tövsif edilməmişdir.
44. Belə ki, “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.
45. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.
46. CPM-in 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.
47. CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.
48. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır.
49. CPM-in 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.
50. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.
51. Məhkəmə ilk növbədə CM-in 234.4.4-cü maddəsi ilə təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı qeyd edir ki, məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı bəraətverici əsaslarla qeyd edilən hissədə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan imtina etdiyini bildirərək bu hissədə verilmiş ittihamın ümumi ittihamdan xaric edilməsini məhkəmədən xahiş etmişdir.
52. Dövlət ittihamçısı mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2023-cü il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Belə ki, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsindən irəli gələn cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi prinsipinin tələbləri baxımından CM-in 234.4.4cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq həmin Məcəllənin 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır.
53. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 40-cı bəndinə əsasən CPM-in 37.5-ci maddəsində göstərilən hallar olduqda dövlət ittihamçısı ittihamdan imtina etdiyi halda məhkəmə cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verməlidir. Həmin qərarın 63-cü bəndinə əsasən dövlət ittihamçısının ittihamdan imtina etməsi təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna etməklə onun haqqında cinayət təqibinə xitam verilməsi haqqında qərarın çıxarılmasını şərtləndirir. Lakin nəzərə alınmalıdır ki, cinayət-prosessual qanun cinayət təqibinə xitam verilməsinə səbəb olan əsasları (cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları) dəqiq müəyyən edib onları bəraətverici olan və ya olmayan iki qrupa ayırdığından, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi də həmin əsasların mövcud olmasına dair konkret və aydın qənaətindən irəli gəlməli və onun ittihamdan imtina etməsi ilə əlaqədar çıxarılan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə qərarında da cinayət təqibinə CPM-in 39-cu maddəsində və yaxud 40-cı maddəsində göstərilən hansı, o cümlədən bəraətverici olan və ya olmayan əsasla xitam verilməsi aydın şəkildə əks etdirilməlidir
54. Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın bir hissəsi – CM-in 234.4.4-cü maddəsi ilə bağlı olduğundan, dövlət itithamçısı qeyd edilən hissədə ittihamdan imtina etdiyindən, dövlət ittihamçısının bu hissədə ittihamdan imtinası qanunla müəyyən edilmiş tələblərə cavab verdiyindən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.4-cü maddəsi ilə irəli sürülmüş ittiham ona verilmiş ümumi ittihamdan xaric edilməlidir.
55. Bununla yanaşı, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.1-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində və idarə etdiyi avtomobilində saxlamaqla daşımışdır.
56. Halbuki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı məhz qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan hər hansı mötəbər sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir.
57. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
58. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli CMin 234.4.1 və 234.4.4-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir.
59. Məhkəmə bu nəticəyə gələrkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının müddəalarını da rəhbər tutur.
60. Məhkəmə, ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı hökmün 27 və 33-cü bəndlərində göstərilmiş qərarlarda, cinayət qanununun normalarına və vahid məhkəmə təcrübəsinə istinad edərək təqsirləndirilən şəxsin əməli “qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə” törətməsini sübuta yetirilməsini göstərməyə çalışsa da, əksinə toplanmış sübutlar və istinad etdiyi normalar, həmçinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsindən irəli gələn izah və tövsiyələr, təqsirləndirilən şəxsin əməlində “qabaqcadan əlbir olan bir qrup şəxs halının” və “satış məqsədinin” olmadığını təsdiq edir.
61. Belə ki, istintaq orqanı Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndinə istinad etmişdir. Həmin bənddə göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
62. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır.
63. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.
64. Halbuki, istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxsin üzərindən və idarə etdiyi avtomobilindən aşkar edilmiş qurudulmuş narkotik vasitə marixuananın həmin növ narkotik vasitələr üçün müəyyən edilmiş külli miqdarından iki dəfədən aşağı olmasına baxmayaraq, ona satış məqsədi ilə bağlı ittiham verərkən Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitəni satacağı istehlakçı ilə razılığın əldə edilməsi, narkotik vasitələrin çəkilib çoxsaylı xırda bağlamalara bükülməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir.
65. Bundan başqa, istintaq orqanı hökmün 27 və 33-cü bəndlərində göstərilmiş qərarlarda təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən “Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib şəxsiyyəti istintaqa məlum olmayan İran islam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında internet informasiya ehtiyatlarından istifadə etməklə vatsap və “İnstagram” vasitəsilə əldə olunan razılığa əsasən qeyd olunan cinayət hadisəsini törətmişdir.”, “Eyni zamanda istintaq orqanı toplanmış sübutların məcmusuna əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə etməsi, həmin narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə çox olması, iki ədəd bükümdə ayrılaraq üzərində və idarə etdiyi avtomobildə saxlamaqla daşıması, onun əldə etdiyi narkotik vasitələrin satış məqsədi ilə qanunsuz olaraq əldə edilib saxlamaqla daşıması kimi qiymətləndirilməlidir.”, “Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından istifadə etməklə vatsap ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əldə olunana razılaşağ əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq narkotik maddələrin qoyulacaq ünvanlar barədə İran İslam Respublikası vətəndaşından məlumat aldıqdan sonra ... gizlədilmiş narkotik vasitəni götürərək saxlamaqla daşıması..” kimi cümlələri ilə öz gəldiyi nəticəni əsaslandırmağa çalışsa da, faktiki olaraq mövcud olmayan sübutlara istinad edib əsassız qənaətə gəlmişdir.
66. Başqa sözlə, istintaq orqanı təqsirləndirilən şəxsin əməlində CM-in 234.4.1-ci maddəsinin tərkibinin olması qənaətinə gələrkən, yalnız narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına istinad etsə də, özü özlüyündə yalnız bu əlamət “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz.
67. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələrində üzərindən və idarə etdiyi avtomobilindən aşkar edilmiş narkotik vasitəni şəxsi istehlakı üçün əldə etdiyini, həmin vasitəni hər hansı şəxsə satmaq, hədiyyə və ya pay vermək niyyətinin olmadığını göstərmişdir. İstintaq orqanının sübut qismində istinad etdiyi istintaq hərəkətlərinin protokolları, şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar və digər sənədlərdə də, təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edən mötəbər heç bir sübut və dəlil yoxdur və həmçinin hər hansı belə bir sübut məhkəmə baxışında da, ittiham tərəfindən təqdim edilməmişdir.
68. Əksinə məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş, təqsirləndirilən şəxsin ətrafında əməliyyat tədbirlərini həyata keçirən və ittiham tərəfinin əsas şahidləri olan polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ifadələrindən də göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə ilkin əməliyyat məlumatlarının olmasına baxmayaraq, sonradan bu məlumatlar öz təsdiqini tapmamışdır. Bununla yanaşı Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona baxış zamanı, habelə onun istifadəsində olmuş mobil telefon nömrələri ilə aparılmış sms-yazışmalara baxış zamanı (bax hökmün 25 və 29-cu bəndlərinə) Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitəni hər hansı şəxsə satması, pay və sair maraq müqabilində verməsi, hər hansı şəxslə əlbir olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Onun istifadəsində olmuş mobil telefonunda İran İslam Respublikasına məxsus mobil telefon nömrəsinin olması heç bir halda şəxsin tanımadığı, şəxsiyyətini və ya cinayətin subyekti olub-olmaması məlum olmayan şəxslə qabaqcadan əlbir olması qənaətinə gəlməyə əsas vermir.
69. Məhkəmə, ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, şəxsin üzərindən və idarə etdiyi avtomobilindən aşkar edilmiş narkotik vasitənin miqdarının yalnız şəxsi istehlak miqdarından artıq və ya külli miqdarda olması, digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir.
70. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
71. Lakin məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və iş materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir.
72. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 12-ci bəndinin a) yarımbəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın (kannabis) şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 500 qram müəyyən edilmişdir.
73. Hökmün 61-ci bəndində qeyd edilən qərarın 11-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.
74. Halbuki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs, həmçinin CM-in 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun “qabaqcadan əlbir olduğu şəxsiyyəti məlum olmayan şəxslə” nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması, həmin şəxsin cinayətin subyekti olub-olmaması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında internet informasiya ehtiyatlarından istifadə etməklə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq narkotik maddələrin qoyulacaq ünvanlar barədə İran İslam Respublikası vətəndaşından məlumat aldıqdan sonra 2023-cü ilin mart ayında Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində gizlədilmiş 204,662 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində və idarə etdiyi “Hyundai İ30” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşıdığını” göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Eyni zamanda, nə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ifadəsində, nə polis əməkdaşlarının ifadələrində, nə də iş materiallarında olan hər hansı sənəddə təqsirləndirilən şəxsin hər hansı şəxslə hər hansı formada və şəraitdə razılaşması və sair hallar öz təsdiqini tapmır. Xüsusilə vurğulanmalıdır ki, istintaq orqanı hətta hazırkı cinayət işinin materiallarından Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə etdiyi etdiyi şəxsin barəsində ayrıca cinayət işi ayırarkən həmin şəxsə ad (Mehdi) da qoymuşdur (bax hökmün 34-cü bəndi). Lakin istintaq materiallarında “Mehdi” adlı şəxsin mövcud olmasına dair hər hansı sübut müəyyən olunmamışdır.
75. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.
76. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə dindirilərkən və digər istintaq hərəkətləri həyata keçirilərkən hər hansı bir fiziki təzyiqə və zorakılığa məruz qalmasını bildirməmişdir. Hökmün 15-17 və 36-cı bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır.
77. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.
78. Eyni zamanda, hökmün 75-ci bəndində göstərilən qərarın 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi).
79. Məhkəmə, Təqsirləndirilən şəxs ona verilmiş ittihamda göstərilən miqdarda narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak məqsədilə əldə etməsini həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı könüllü və sərbəst şəkildə etiraf etməsini, onun həmin etirafının digər mötəbər sübutlarla öz təsdiqini tapmasını nəzərə alaraq onun CM-in 234.1-ci maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
80. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl CM-in 234.1-ci maddəsi ilə tövsif edilməli, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə az ağır cinayətlər kateqoriyasına aid edilir.
81. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
82. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
83. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs fiziki və psixi təsirə, habelə pis rəftara məruz qalmasına dair öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
84. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.
85. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
86. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
87. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
88. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
89. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldə özünü tam təqsirli bilərək peşman olmasını bildirməsini, cinayətin üstünün açılmasına fəal köməklik edərək qanunsuz əldə etdiyi narkotik vasitəni təqdim etməsini, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamasını, onun məhkəməyədək və məhkəmə icraatı dövründəki davranışını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
90. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır.
91. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
92. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
93. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayətlər kimi təsnif edilmişdir.
94. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
95. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
96. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 1 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 3 aprel 2023-cü il tarixli qərarı ilə barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 1 aprel 2023-cü il tarixdən hesablanmış, həmin məhkəmənin 23 iyun 2023 və 29 iyul 2023-cü il tarixli qərarları ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 21 avqust 2023-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v. 18; 85-89; 160-164; 228-232; Cild 2).
97. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 1 aprel 2023-cü il tarixdən hesablanmalıdır.
98. Məhkəmə hökmün 31-ci bəndində qeyd edilən ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
99. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.
100. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 204,462 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, “Şəxsi axtarış və götürmə” və “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişlər zamanı videogörüntülərin köçürüldüyü 2 (iki) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
101. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
102. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
103. İş üzrə mülki iddia verilməmişdir.
104. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
105. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
106. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.4-cü maddələri ilə elan edilmiş ümumi ittihamdan Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə olan ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 1 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikası Daxili İşər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 204,462 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 1 (bir) ədəd “Samsung” markalı mobil telefon və **********868202 nömrəli bank kartı Təqsirləndirilən şəxs ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılsın və 2 (iki) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.