Məhkəmə qərarları › İş №1(101)-649/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-649/2023

02.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-649/2023 02.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 10:55-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti inzibati binada qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 4, ev 339 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 9,408 qram çəkidə olan narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 24 avqust 2022-ci il tarixdə Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində həmin gün saat 13:30-da ünvan 1 ünvanın qarşısında saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sağ, yan cibindən 01 bükümdə, təmiz çəkisi 9,408 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, “kokos” kimi tanıdığı narkotik vasitədən heroindən istifadə etmişdir. ünvan 2 ünvanında, evdə olan zaman qapı döyülmüş, 10-12 nəfər polis əməkdaşı içəri daxil olmuş və zor tətbiq edərək onu bölməyə aparmışlar. Ondan “mal haradadır” deyə soruşmuşlar və o da onda narkotik vasitə olmadığını bildirdikdə, onu ailəsi ilə hədələmişlər. Onun üzərində hər hansı narkotik vasitə olmamış, üzərindən aşkar olunan narkotik vasitəni isə polis əməkdaşları onun sağ cibinə qoymuşlar. Onlar narkotik vasitənin onun yaşadığı əraziyə qoyulduğunu və götürdüyünü bildirməsini ondan istəmişlər. Onun ayağında qolbağ olmuş, onun harada olmağı barədə məlumatın əldə etmək mümkün olmuşdur. Verilən suallara cavab olaraq o, ***-***-**-** mobil nömrəsinin onun özünə aid olduğunu demişdir. Lakin ona kiminsə mesaj yazıb narkotik vasitə istəməsini isə xatırlamır. O, telefon yazışmaları ilə bağlı suala cavab vermək istəməmişdir. Üzərindən aşkar edilən narkotik vasitələr polis əməkdaşları tərəfindən ona təqdim edilmişdir. O, boynuna almaq halını isə tam xatırlamır və o, özündə olmamış, polis əməkdaşları tərəfindən döyüldüyü üçün ağlamışdır. Polis əməkdaşları tərəfindən ona tətbiq edilən zor tətbiqi ilə bağlı hüquq mühafizə orqanlarına şikayət etmiş, amma nəticəsindən məlumatsız olmuşdur. Prokurorluq tərəfindən qəbul edilən qərardan savadı olmadığı üçün şikayət verməmişdir. Qətimkan tədbirinin seçilməsi ilə bağlı keçirilən məhkəmə iclasında döyülməyi ilə bağlı məlumat vermişdir. İstintaq təcridxanasına daxil olarkən müayinə olunmuşdur. Əvvəlki məhkumluğu zamanı narkotik vasitələr onun üzərindən çıxmış, həmin vaxtı ona qarşı yükləmə olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 24 avqust 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatında qeyd edilmişdir ki, “İlham” adlı şəxs Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olur. Həmin məlumatı yoxlamaq məqsədi ilə raportla bölmə rəhbərliyinə məruzə edilmiş və bölmənin əməliyyat müvəkkili polis kapitanı Şahid1 iştirakı ilə əməliyyat qrupu təşkil edilmişdir. Daxil olmuş məlumat ilə bağlı olaraq keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində məlumatda qeyd edilən “İlham” adlı şəxs xx.xx.2022-ci il tarixdə saat 13:30-da ünvan 3 ünvanın qarşısında saxlanılmışdır. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatının olduğunu deyərək həmin şəxsi polis bölməsinə dəvət etmişlər. Şəxsiyyəti sonradan məlum olan xx.xx.1965-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olan, orta təhsilli, evli, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti inzibati binada qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 4, ev 339 ünvanında yaşayan Təqsirləndirilən şəxs bölmənin baş təhqiqatçısı polis mayoru Nazim Qədirov tərəfindən müdafiəçi təyin edildikdən sonra ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış və baxış keçirilməsi məqsədi ilə mütəxəssis dəvət edilmişdir. Videoçəkiliş vasitəsi ilə bölmənin xidməti otaqlarının birində onun üzərinə şəxsi axtarış keçirilən zaman ona üzərində olan əşyaları təqdim etmək təklif edildikdə o, ayağa qalxaraq əynindəki şalvarının sağ yan cibindən 01 ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra təhqiqatçı tərəfindən həmin bükümün içərisinə baxış keçirilmiş və həmin bükümün içərisindəkinin nə olması soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə “heroin” olmasını və onu şəxsi istifadəsi üçün tanımadığı İran vətəndaşından onlayın formada aralarında olan razılaşma əsasında “Hövsan” adlanan ərazidə almasını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən onun üzərinə baxış və axtarış keçirilmiş lakin hər hansı qeyri qanuni əşya aşkar edilməmişdir. Aşkar edilmiş büküm ekspertizaya göndərilməsi üçün təhqiqatçı tərəfindən zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsində yalan danışmış, belə ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında saxlanılmış, saxlanılan zaman ona qarşı fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman və polis bölməsində olan zaman ona qarşı hər hansısa fiziki və ya psixi zor tətbiq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 24 avqust 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatında qeyd edilmişdir ki, “İlham” adlı şəxs Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olur. Həmin məlumatı yoxlamaq məqsədi ilə raportla bölmə rəhbərliyinə məruzə edilmiş və bölmənin əməliyyat müvəkkili polis leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu təşkil edilmişdir. Daxil olmuş məlumat ilə bağlı olaraq keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində məlumatda qeyd edilən “İlham” adlı şəxs xx.xx.2022-ci il tarixdə saat 13:30-da ünvan 3 ünvanın qarşısında saxlanılmışdır. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatının olduğunu deyərək həmin şəxsi polis bölməsinə dəvət etmişlər. Şəxsiyyəti sonradan məlum olan xx.xx.1965-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olan, orta təhsilli, evli, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti inzibati binada qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 4, ev 339 ünvanında yaşayan Təqsirləndirilən şəxs bölmənin baş təhqiqatçısı polis mayoru Nazim Qədirov tərəfindən müdafiəçi təyin edildikdən sonra ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış və baxış keçirilməsi məqsədi ilə mütəxəssis dəvət edilmişdir. Videoçəkiliş vasitəsi ilə bölmənin xidməti otaqlarının birində onun üzərinə şəxsi axtarış keçirilən zaman ona üzərində olan əşyaları təqdim etmək təklif edildikdə o, ayağa qalxaraq əynindəki şalvarının sağ yan cibindən 01 ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra təhqiqatçı tərəfindən həmin bükümün içərisinə baxış keçirilmiş və həmin bükümün içərisindəkinin nə olması soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə “heroin” olmasını və onu şəxsi istifadəsi üçün tanımadığı İran vətəndaşından onlayn formada aralarında olan razılaşma əsasında “Hövsan” adlanan ərazidə almasını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən onun üzərinə baxış və axtarış keçirilmiş, lakin hər hansısa qeyri qanuni əşya aşkar edilməmişdir. Aşkar edilmiş büküm ekspertizaya göndərilməsi üçün təhqiqatçı tərəfindən zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsində yalan danışmışdır belə ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında saxlanılmış, saxlanılan zaman ona qarşı fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman və polis bölməsində olan zaman ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/4506 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan - 01 ədəd bükümdə təmiz çəkisi 9,408 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Qeyd: heroin ümumi təmiz çəkisi: 9,408 qram, tədqiqata sərf edildi: 0,1 qram, qalıq: 9,308 qram (iş vərəqə 60-63) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 X6-narkoloji X1 xx.xx.2022-ci il tarixli 5710 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 110-111) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs ayağa qalxaraq əynində olan şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bükümü çıxararaq masanın üzərinə qoyur. Daha həmin bükümün içərisi açılır və ona həmin bükümün içərisində nə olduğu soruşulduqda, o, bildirir ki, həmin bükümün içərisində olan narkotik vasitə heroindir və şəxsi istifadəsi üçün sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran vətəndaşından “Hövsan” adlı ərazidən əldə etmişdir. Daha sonra təhqiqatçı tərəfindən onun üzərinə baxış keçirilir lakin başqa əşya aşkar edilmir. Aşkar edilmiş büküm ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılır. Odur ki, həmin videoçəkilişin qeydə alınıb yazıldığı 01 ədəd DVD disk sübut növü kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (iş vərəqə 49-55) İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmasa da, qərəzsiz mənbədən əldə olunan məlumata əsasən Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. (iş vərəqə 136) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “diskdə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" şirkətinə məxsus +99***-***-**-** mobil nömrəsi ilə bağlı "xxxx" MMC-dən əldə edilmiş telefon danışıqları və sms mətnlərini özündə əks etdirən diskə baxış zamanı, müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** saylı mobil telefona +99***-***-**-** saylı mobil nömrədən daxil olmuş sms mətnində “Emi biyaq senen Mal aldirmiwam bu axi nedi tilfonu gottde men pulu yerden yiqmiram”, “emi 15 madik kola isdiyrdim”, qeyd edilmişdir. Bundan başqa müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** saylı mobil telefona +99***-***-**-** saylı mobil nömrədən daxil olmuş sms mətnlərində “Yada gelim bidene 10 luq daw ver” “Emi 10 manat pulunu. Verm hazirla gelem evdeyem” “Emi biden lOluq pati hazirla gelem goturmeye”, əlavə olaraq +99***-***-**-** saylı mobil nömrədən daxil olmuş sms mətndə “Emi neyniyirsen olem lomkadan birşey var” qeyd edilmişdir. Bu isə öz növbəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmasını bir daha təsdiq edir. (iş vərəqə 123-124) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd bükümdəki maddə təmiz çəkisi 9.408 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin xx.xx.2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 9,308 qram qalığı Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaq materialları ilə tanış edildikdən sonra saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. (iş vərəqə 137-144) Həmçinin, iş materiallarında olan, xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-in əməkdaşları tərəfindən qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qalması, ona işgəncə verilməsi, ona xəsarət yetirilməsi sübuta yetmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. (iş vərəqə 117-119) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona ünvanlanmış suala cavab olaraq, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman ona qarşı heç bir zor tətbiq olunmadığını bildirmişdir. (iş vərəqə 49-54) Habelə, xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin dindirilməsi haqqında” protokoldan və xx.xx.2022-ci il tarixli “ təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, müdafiəçi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə keçirilən dindirmə istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən döyülməsi və ya hansısa formada zor tətbiqinə məruz qalması barədə ifadə verməmişdir. (iş vərəqə 65-66; 81-83) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməməsi, polis əməkdaşlarının ona zor tətbiq etməsi ilə bağlı verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi ifadəsi, ibtidai istintaq zamanı özünün etiraf edici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “diskə baxış keçirilməsi haqqında” protokollar, cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar və digər sübutlarla da tam təkzib olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir psixi xəstəliyi yoxdur və ruhi-əsəb dispanserində qeydiyyatda deyil. O, əvvəllər Azərbaycan Respublikası CM-in 234-cü maddəsi ilə bir neçə dəfə məhkum olunmuşdur. O, təxminən 17 ildir ki, narkotik vasitələrdən çəkmə üsulu ilə istifadə edir. O, narkotik vasitələri “Whatsapp” ani mesajlaşma sosial şəbəkəsində İran vətəndaşı olan adını bilmədiyi şəxs vasitəsi ilə əldə edir. Belə ki, o, həmin şəxs ilə “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olmuş və orada ondan əldə etdiyi mobil nömrəsi ilə “Whatsapp” ani mesajlaşma sosial şəbəkəsində əlaqə saxlayır. İran vətəndaşı ona bank kartına məxsus məlumatları göndərmiş və həmin bank kartına terminal vasitəsi ilə onlayn formada ödənişi həyata keçirdikdən sonra həmin ödəniş ilə bağlı çekləri göndərmiş və daha sonra “Baba” deyə müraciət etdiyi şəxs onu narkotik vasitəni qoyduğu yerin ünvanını və şəkillərini göndərirmiş. O, isə həmin ünvana gedərək həmin narkotik vasitəni əldə edirmiş. xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında olarkən iki nəfər mülki geyimdə olan şəxslər yaxınlaşaraq Özlərini təqdim etmiş daha sonra ona narkotik vasitələrin olması gəzdirilməsi və satışı ilə məşğul olması barədə məlumatlarının olmasını bildirib onu Nəsimi RPİ-nin 20ci PB-sinə dəvət etmişlər. Polis bölməsində olarkən təhqiqatçı tərəfindən ona müdafiəçi təyin edilmiş və onun üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman o, şalvarının sağ yan cibindən narkotik vasitə olan heroini onlara təqdim etmişdir. Daha sonra həmin narkotik vasitə ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamasını bildirmişdir. O, “Baba” deyə müraciət etdiyi şəxsi canlı olaraq görmədiyini, həmin şəxsində anket məlumatları barədə məlumatının olmamasını bildirmişdir. O, həmin şəxsi sosial şəbəkə vasitəsi ilə tanımasını və ancaq sosial şəbəkə vasitəsi ilə əlaqə saxlamasım bildirmişdir. “Baba” adlı şəxsin barəsində tək bildiyinin həmin şəxsin İran İslam Respublikasının vətəndaşı olmasıdır. Həmin şəxs ilə təxminən 15 gün qabaq əlaqə saxlamış və onun “Hövsan” qəsəbəsi ərazisinə qoymuş olduğu 10 qram narkotik vasitə olan “heroini”-i, “16” manat pul müqabilində əldə etmişdir. Lakin ondan aldığı narkotik vasitəni şəxsi istifadəsi üçün istifadə etmişdir. O, əvvəllər mobil telefon istifadə etdiyini, ***-***-**-** saylı mobil nömrənin istifadəsində olmasını bildirmişdir. O, yaşadığı ünvanın qarşısında saxlanılan zaman mobil telefonun evdə olmasını bildirmişdir. Həmçinin “Baba” adlı şəxsin ona təqdim etmiş olduğu bank kartlarının şəkilləri, həmin kartlara etmiş olduğu ödənişlər ilə bağlı olan qəbzlərin şəkilləri və həmin qəbzlərin özlərini narkotik vasitələri əldə etdikdən sonra mobil telefondan silmiş, qəbzlər isə atmışdır. O, narkotik vasitələrin “Baba” adlı şəxs tərəfindən ölkəyə hansı yolla daxil etməsi barədə məlumatının olmadığını bildirmişdir. O, narkotik vasitələri o miqdarda əldə etməyində məqsədinin həmin narkotik vasitələri hər dəfəsində əldə etməyin və yaşadığı ünvana daşımağın riskli olması ilə əlaqələndirmiş, belə ki, mütəmadi olaraq narkotik vasitələrdən istifadə edir. (iş vərəqə 81-83) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs götürülmüş 01 bükümdə təmiz çəkisi 9.408 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir, digər tərəfdən, narkotikin bir yerdən başqa yerə daşınması da təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə AR CM-in 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(006)-139/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi üzrə təqsirli bilinərək barəsində 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası seçilmişdir. (iş vərəqə 125-134) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 83847-21-1/3-8048-10 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixə (barəsində həbs qətimkan tədbiri seçildiyi günədək) cəzasının 3 ay 27 gün hissəsini çəkmiş, çəkilməmiş qalan cəza müddəti 2 il 1 ay 29 gün təşkil edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-in 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər, onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilirlər. Odur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi halı müəyyən olunmur. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə intizam xarakterli hərbi hissədə saxlamanın bir günü, azadlığın məhdudlaşdırılmasının iki günü, islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü, ictimai işlərin səkkiz saatı bərabər tutulur. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(006)-139/2022 saylı hökmü ilə təyin edilmiş, 02 (iki) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il, 1 (bir) ay, 29 (iyirmi doqquz) gün hissəsi, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsi tətbiq edilməklə, 01 (bir) il, 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu X4 “Zəngilanın azad olunmasına görə medal”, “Cəbrayılın azad olunmasına görə medal” və “Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən 44 günlük Vətən müharibəsində Böyük Zəfər qazanmış Azərbaycan Ordusunun tərkibində döyüşlərdə fəal iştirak etdiyinə görə” fəxri fərmanla təltif olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs oğlu X3 Vətən Müharibəsində iştirakına görə Azərbaycan Respublikası Prezidenti tərəfindən fəxri fərman və medallarla təltif olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, CM-nin 61.1.1-ci maddəsinə əsasən isə onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(006)-435/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 24 avqust 2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 26-27, 95-99) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 24 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 5710 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 110 (yüz on) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübutlar – Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hisəssinə təhvil verilmiş 01 ədəd bükümdəki maddə təmiz çəkisi 9.408 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,308 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(006)-139/2022 saylı hökmü ilə təyin edilmiş, 02 (iki) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il, 01 (bir) ay, 29 (iyirmi doqquz) gün hissəsi, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsi tətbiq edilməklə, 01 (bir) il, 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 24 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hisəssinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,308 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərcləri- ekspertiza xərcinin dəyərini təşkil edən 110 (yüz on) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Fərid Namazov İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar