Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-649/2024 29.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi sədrlik edən hakim X4, hakimlər Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzası 02 il 11 ay 28 günə endirilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə ona təyin olunmuş cəzası 06 ay müddətinə azaldılmış, Azərbaycan Respublikası vətəndaşı, Zəngilan rayonu, Şayıflı kəndində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan,barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgə əmlakını talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və Şahid1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 2022-ci ilin dekabr ayının 30-dan 31-nə keçən gecə Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsinin açıq vəziyyətdə olan nəfəsliyindən həmin evə qanunsuz daxil olub ikinci mərtəbədə yerləşən qonaq otağından hər birinin qiyməti 1700 manat olmaqla ümumi qiyməti 8500 manat olan Türkiyə istehsalı 05 ədəd mis şamdanları, 17000 manat dəyərində 01 ədəd qadın təsvirli mərmərdən heykəli, 8500 manat dəyərində bürüncdən qadın təsvirli heykəli, üçüncü mərtəbədə olan yataq otağından 8500 manat dəyərində XİX əsrdə Fransada hazırlanmış farfordan olan 01 ədəd sandıqçanı, həmin mərtəbənin dəhlizindən 25500 manat dəyərində XİX əsrə aid Fransa istehsalı olan bürünc materialdan 01 ədəd masaüstü saatı, dördüncü mərtəbədə olan yataq otağından 3400 manat dəyərində yerli istehsal olan 01 ədəd mis qazanı, 5100 manat dəyərində 01 ədəd çaynik altı tası gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 76500 manat külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İttiham aktına əsasən, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgə əmlakını talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 və Şahid1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 2022-ci ilin dekabr ayının 30-dan 31-nə keçən gecə Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsinin açıq vəziyyətdə olan nəfəsliyindən həmin evə qanunsuz daxil olub ikinci mərtəbədə yerləşən qonaq otağından birinin qiyməti 1700 manat olmaqla ümumi qiyməti 8500 manat olan Türkiyə istehsalı 05 ədəd mis şamdanları, 17000 manat dəyərində 01 ədəd qadın təsvirli mərmərdən heykəli, 8500 manat dəyərində bürüncdən qadın təsvirli heykəli, üçüncü mərtəbədə olan yataq otağından 8500 manat dəyərində XİX əsrdə Fransada hazırlanmış farfordan olan 01 ədəd sandıqçanı, həmin mərtəbənin dəhlizindən 25500 manat dəyərində XİX əsrə aid Fransa istehsalı olan bürünc materialdan 01 ədəd masaüstü saatı, dördüncü mərtəbədə olan yataq otağından 3400 manat dəyərində yerli istehsal olan 01 ədəd mis qazanı, 5100 manat dəyərində 01 ədəd çaynik altı tası gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 76500 manat külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 və Şahid1 çoxdan tanıyır, münasibətləri həmişə normal olmuşdur. Şahid1la bir yerdə cəza çəkmiş, həm də bir məhəllədə yaşamışlar. Elvinlə münasibəti normal olmuş, amma dost olmamışlar. Məhəllə uşağı kimi salam-sağolları olmuşdur. Yusif də əvvəllər məhkum olunmuşdur. Yusifi də məhəllələrinə gəlib-gedən adam kimi tanıyır. Onlar cəzalarını çəkib qurtarandan sonra tez-tez görüşüb birgə vaxt keçirmişlər. Hadisə günü, yəni 2022-ci ilin dekabr ayının 30-da kafedə yemək yemiş və spirtli içki içmiş, spirtli içkinin təsirindən sərxoş olmuş, nə etdiyini bilməmişdir. Kafedən çıxıb piyada evinə gedərkən yolda Elvinlə Yusifi bir yerdə görmüşdür. Salamlaşıb görüşəndə Elvinlə Yusif 20 yanvar tərəfə gəzməyə getməyi təklif etmişdir. O da fikirləşmişdir ki, bayram vaxtıdır, boş-boş Dərnəgülü gəzməkdənsə gedib onlarla gəzsin və razı olmuşdur. Onlar bir yerdə gəzməyə getmişlər. Sonra Nərimanova qayıtmışlar. Nərimanovda gəzərkən hündür mərtəbəli binanın yanından keçəndə Elvin bayram qabağı pul-paranın olmamasından şikayətlənərək onlara təklif etmişdir ki, evin içinə girib, ordan metaldan olan əşyaları götürsünlər. Elvin təklif etmişdir ki, evin içində harada mis və dəmir varsa onları götürsünlər, satıb 3-5 manat pulları olsun, siqaret, sok alsınlar. Əntiq əşya söhbəti olmamışdır. Oğurluq qabaqcadan onların heç ağıllarından da keçməmişdir. Onun oğurluğa getmək məqsədi olsaydı, o tərtəmiz təzə paltar geyinməzmiş. O içkili olmuşdur. Binaya yaxınlıqdakı otelin damından düşüb zirzəmidəki nəfəslikdən içəri girmişlər. Həmin vaxt, nəfəslikdən keçərkən şalvarının cibindən pulqabı düşüb orada qalmış, xəbəri olmamışdır. Pul qabının içərisində “Bakı Kart”ı, ödəmə kartları, çeklər olmuşdur. O 2-ci mərtəbəyə qalxmışdır. Elvinlə Yusifin neçənci mərtəbəyə qalxdıqlarını bilmir. 2-ci mərtəbədə, pilləkənin qarşısında olan divanda əyləşmişdir. Yadındadır ki, həmin yerdə bahalı spirtli içki olmuş, o da susamışdır. Stəkan tapıb, bir stəkan viski içmişdir. Divanda oturub öz mobil telefonunda “domino” oynamışdır. Elvin yekə çanta gətirmişdir. O, sumkanın içində nə olduğunu bilməmişdir. Sumkanın içini açmış, otaq qaranlıq olduğundan içindəkilərin nə olduğunu görməmişdir. Somovar altlığı, alüminium qazan və s. olmuşdur. Evdə çoxlu qiymətli əşyalar olmuşdur. Qiymətli əşya götürmək niyyəti ilə evə girsəydi, evdəki yekə plazma televizor, iki kalonka və başqa götürdüklərindən qat-qat bahalı olan əşyaları götürərdi. X10 qorxub qaçmış, o evdə tək qalmışdır. Həyacanlı olduğundan bilməmişdir ki, əşyalar orada qalsın, ya onları götürüb çıxsın. Sonda çantanı götürmüş, trolleybus parkında aparıb gizlətmişdir ki, şübhə cəlb etməsin. Polis əməkdaşları onu Nərimanov rayon Polis İdarəsinə dəvət etmişlər, o da özü könüllü Polis İdarəsinə gəlmişdir. O götürdüyü əşyaları gətirib qaytarmış, onları heç satmamışdır. Polislər onu əşyaları gizlətdiyi yerə aparmışdır. Qalib adlı şəxsin bu məsələyə aidiyyəti yoxdur, səfil həyatı yaşayan bir insandır. Götürdüyü əşyaların əntiq əşya olduqlarını bilməmişdir. Həmin əşyaları heç satmaq niyyəti də olmamışdır, ancaq gizlətmişdir. Qalibə də əşyaları gizlətdiyi yeri göstərmişdir. Qalib də həmin əşyaları aparıb satmış, amma o Qalibə həmin əşyaları aparıb satmasını deməmişdir. Somovar altlığı, alüminium qazan onun fikrincə ucuz qiymətli əşyalar olmuş, ona görə də Qalibə demişdir ki, imkanı yoxdursa, lazım olsa aparıb satar. O, ittihamda sadalanan əşyaları oğurlamamışdır. O həmin əşyaları götürsəydi, mütləq qaytarardı. Müstəntiq də görmüşdür ki, onun götürdüyü əşyalar nədən ibarət olmuşdur. Oğurlanmış əşyaların içində 5 ədəd mis şamdan, mərmərdən heykəl, stolüstü saat olmamışdır, bir alüminium qazan, bir çaynikaltı olmuşdur. İttihamda 15000 manatlıq malın oğurlanması qeyd olunmuşdur. O, həmin malların 15000 manat dəyərində olub-olmamasını bilmir. Bəs nə üçün sonradan ekspert rəy verəndən sonra malların dəyəri birdən birə 76500 manat civarında dəyərləndirilir. Hesab edir ki, müstəntiqin onunla qərəzi var. Ona ibtidai araşdırma zamanı psixoloji və fiziki zor tətbiq olunmuş, onu döymüşlər. Qolları da gömgöy olmuş, onu aşağılamış, sıxışdırmışlar. Əvvəlcə başqa əşyaları göstərib onun oğurladığını bildirmişlər. O içkili olmuşdur, hər şey natamam şəkildə yadındadır. Yadına düşənləri danışmışdır. Əlavə olaraq bildirdi ki, villaya zirzəmidən daxil olmuşlar, evə daxil olandan sonra o, əlini heç nəyə vurmamışdır, bir müddət sonra digər iki şəxs əşyaları düşürtməyə başlamışlarr. Sonra isə Elvin onlara xəbər eləmədən çıxıb qaçmış, O, isə Yusifdən soruşmuşdur ki, Elvin hanı, o da demişdir ki, Elvin gedib taksi tutmağa. O, içkili vəziyyətdə olmuşdur, hadisədə az təqsirlidir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 və Şahid1 çoxdan tanıyır, münasibətləri normal olmuşdur, hazırda da normaldır. Şahid1lə bir qrup şəxs kimi törətdiyi soyğunçuluq cinayətinə görə birgə mühakimə olunmuşlar və onunla bir məhlədə yaşayırlar, Təqsirləndirilən şəxs2 də onlar kimi əvvəllər məhkum olunmuşdur və onu da məhlələrinə gəlib-gedən adam kimi tanıyır. Onlar cəzalarını çəkib qurtarandan sonra tez-tez görüşür və birgə vaxtlarını keçirirlərmiş. Hadisə günü, yəni 2022-ci ilin dekabr ayının 30-da o valideyinlərindən aldığı pulla kafedə yemək yemiş və spirtli içki qəbul etmişdir, spirtli içki təsiri altında olsa da sərxoş deyilmiş. Kafedən çıxıb piyada evlərinə gedərkən yolda Elvinlə Yusifi bir yerdə görmüş və görüşüb bir yerdə gəzərkən danışıb razılaşmışlar ki, ərazini axtarıb əlvan metal qırıntıları toplayıb aparıb metal qəbulu məntəqələrinə satsınlar və əldə etdikləri pula «Yeni il» bayramını bir yerdə qeyd etsinlər, bir yerdə ərazini axtara-axtara Nərimanov rayonu ərazisində yerləşən, əvvəllər otel kimi işlədilmiş, hazırda isə boş xarabalığa çevrilmiş hündür mərtəbəli binaya gəlmişlər ki, oradan əlvan metal qırıntıları toplasınlar, artıq hava qaralıbmış, lakin saat neçə olmasını xatırlamır, binalarda işıqlar yanırmış, onlar həmin boş binanı axtarmışlar, lakin əlvan metal qırıntıları tapmamışlar, həmin binanın pəncərə yerindən baxdıqda yaxınlıqda olan hündür mərtəbəli binada işıqlar yanmadığını görmüşlər. Binanın işıqları yanmadığından fikirləşmişlər ki, orada yaşayış yoxdur, orada əlvan metal qırıntıları tapmaq olar, üçü danışıb qərara gəlmişlər ki, həmin binaya gedib axtarsınlar və əlvan metal qırıntıları tapıb toplasınlar ki, aparıb metal qəbulu məntəqələrinə təhvil vesinlər, həmin binaya keçmək üçün yol axtararkən olduqları binanın pəncərə yerindən aşağıda olan tikintilərin damına düşüb tikintilərin damları ilə gedib həmin binaya girmək mümkün olduğunu görüb elə də etmişlər və pəncərədən aşağıda olan tikintinin damına düşüb üçü bir yerdə həmin işığı yanmayan binaya tərəf getmişlər. Getdikləri tikintinin damı həmin işıqları yanmayan binanın balkonuna bitişik olduğundan onlar balkonun məhəccərindən atılıb balkona keçmiş və balkondan mənzilə keçmək üçün plastik materialdan olan qapıların qıfılla bağlı olduğunu, pəncərələrin də yerində olduğunu görüb qapı və pəncərələri sındırmadan oradan gəldikləri tikintinin damına qayıtmışlar, həmin tikintinin damı ilə qarşı tərəfə getdikdə baxmışlar ki, binanın 1-ci mərtəbəsinə açılan plastikdən nəfəslik açıq haldadır, onların gəldikləri balkon binanın 2-ci mərtəbəsinin balkonu imiş, qərara gəlmişlər ki, həmin nəfəslikdən binanın 1-ci mərtəbəsinə keçsinlər, nəfəslik yerdən təxminən 2 metr hündürlükdə yerləşirmiş və onlar bir-bir həmin nəfəslikdən 1-ci mərtəbəyə keçmişlər, həmin vaxt, yəni nəfəslikdən keçərkən onun əynindəki şalvarın cibində olmuş pul qabı cibindən düşüb orada qalıb, lakin o bunu bilməmişdir, pul qabının içərisində onun «Bakı Kart»ı, ödəmə kartları, çeklər var imiş. Onlar oradan evin əsas giriş qapısının qarşısına gəlmişlər, o əsas giriş qapısının içəridən qıfılını bağlamışdır ki, binaya gələn olarsa qapını aça bilməsin və həmin 1-ci mərtəbədə əlvan metal tapa bilməyib oradan pilləkənlə binanın 2-ci mərtəbəsinə qalxıb, pilləkənin qarşısında olan divanda əyləşmişdir, yadındadır ki, həmin yerdə bahalı spirtli içki var imiş, onu içmiş və öz mobil telefonunda «domino» oynamışdır. Onunla birlikdə binaya girmiş Yusif və Elvinin hara getmələrini, hansısa otaqdan nəsə götürmələrini, çantaya yığıb yanına gətirmələrini bilmir, onların çıxıb getmələrini, hətta Yusifə çantaya yığılmış əşyaları binadan çıxarmaqda ona kömək etməsini təklif etməsini də xatırlamır, lakin yadındadır ki, Elvini görməyəndə Yusifdən soruşmuş ki, «bəs Elvin hanı?», Yusif demiş ki, «Elvin çıxıb getdi», Yusifin də oradan çıxıb getməsini xatırlamır. Ora yığılmış çantada olan əşyaları o binadan tək çıxarmışdır və aşağıda taksi tapıb həmin çantadakı əşyaları Traleybus parkına aparmışdır, Qalibi tapıb həmin əşyaları ona vermişdir, Qaliblə həmin əşyalar barədə danışıqları da yadında qalmamışdır. O həmin əşyaları apardığı taksi sürücüsünü, taksinin marka və nömrəsini də xatırlamır, apardığı çantada hansı əşyalar olmasına baxmamışdır, həmin çantadakı əşyaları Qalibə verəndən sonra oradan yaşadığı evə gəlmişdir, bu barədə ailə üzvlərinə heç nə deməmiş və sonrakı günlərdə Qaliblə həmin əşyaların taleyi barədə maraqlanmamışdır, Qalibin həmin əşyaları kiməsə verməsini bilməmişdir. Həmin binadan apardığı əşyaların hamısını Qalibə vermişdir, lakin orada olan əşyaların nədən ibarət olmasını, neçə əşya olmasını bilmir, yolda həmin əşyalardan kiməsə verməmiş və ya satmamışdır. Hadisə vaxtı o spirtli içki təsiri altında olmuş və ilkin olaraq nə ifadə verməsi yadında qalmamışdır, necə fikirləşirmişsə, o cür də ifadə vermişdir, üzləşmələr zamanı həqiqəti demişdir və indi də dedikləri həqiqətdir, hadisə vaxtı yanında başqa adam da olmamışdır, əşyaları o tək çıxarmışdır, Yusif ona kömək etməyib, Elvin isə əvvəldən gedibmiş. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, 30 dekabrda Teymur Əliyev küçəsində zərərçəkmiş şəxsin evinin qarşısında görüşmüşlər. Onlar görüşən zaman o deyil, Ramin içkili olmuşdur. Onlar sadəcə bir yerdə gəzirmiş. O, zərərçəkmiş şəxsi tanımır, onun evinə daxil olanda oğurluq niyyəti olmamışdır. O işləyib gündəlik qazancını qazanan bir insandır, onun suvenirlərə ehtiyacı olmamışdır. O elə bilmişdir ki, bura otelə birləşik bir binadır, ev olduğunu bilməmişdir. Onlar binaya daxil olandan sonra o görmüşdür ki, bura yaşayış evidir. Evə daxil olanda ev əşyalarını görüb oğurluq etməkdən imtina etmişdir. O, Raminlə Elvinə bunun oğurluq olduğunu, onların üçünün də bir dəfə məhkum olunduqlarını, buradan oğurluq etsələr onları yenidən tutacaqlarını və ağır cəza verəcəklərini demişdir. Çünki bundan əvvəl onların cəzası olmuşdur. Ev də çox böyük, girişi çıxışı bilinməyən bir ev olmuşdur. O da 2-ci mərtəbənin balkona olan qapısını açıb çölə çıxmış, evdən də heç nə götürməmişdir. O evdə heç nəyə əl vurmamışdır. Evdə az müddətdə olmuş, evə girməyi ilə çıxmağı bir olmuşdur. Bundan sonra 10-15 nəfər polis əməkdaşları onun evinə gəlmiş, onu tutub Polis Bölməsinə gətirmişlər. Bölmədə bildirmişlər ki, o axtarışdadır. Müstəntiq ondan axtarışda olduğunu bilib qaçdığını soruşmuşdur. O da “axtarışda olduğunu bilsə idi evində niyə oturardı” deyə cavab vermişdir. Müstəntiq demişdir ki, o oğurluqda köməklik etmişdir. O isə müstəntiqə demişdir ki, ona elan edilmiş Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə razı deyil. Onun oğurluq əşyalarda, sumkanın üzərində əl izi yoxdur. Müstəntiqə demişdir ki, onun əl izlərini tapsa o bu işi üzərinə götürər və ən ağır cəzanı də çəkməyə hazırdır. Müstəntiq ona demişdir ki, o Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 maddələri ilə təqsirli bilinəcək və iş Nərimanov Rayon Məhkəməsində araşdırılacaq. Nərimanov Rayon Məhkəməsində Xalidə adlı hakim ona sanksiya verəndə müstəntiqdən kamera görüntüsünün, əl izinin olub-olmamasını soruşmuş, müstəntiq cavab tapa bilməyib demişdir ki, hər şey ortalıqdadır. İstintaqda da burada danışdığı kimi danışmışdır. Onun Raminlə də, Elvinlə də üzləşməsi keçirilmişdir. Orada da eyni qaydada evdən oğurluq etmədiyini bildirmişdir. Ona ibtidai araşdırma zamanı psixoloji və fiziki zor tətbiq olunmuş, onu döymüşlər. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, onlar əlvan metal qırıntıları axtarmaq üçün həmin binaya girmişlər, içəridə olarkən görmüşlər ki, bina yaşayış binasıdır, ona görə də oradan heç nə götürmədən çıxıb getmişdir. Onlar orada adam yaşamadığını fikirləşib ora girmişlər, lakin içəridə baxıb ki, bina yaşayış binasıdır, ona görə də oradan heç nə götürmədən çıxmışdır. Həmin binada neçə müddət olmaqları yadında deyil, birinci mərtəbədə baxıblar ki, bina yaşayış binasıdır, oradan gəldikləri yolla çıxmaq mümkün olmadığından 2-ci mərtəbəyə qalxıb oradan da çıxıb getmişdir. O binanın giriş qapısını kimin bağlamasını görməmişdir, özü qapını bağlamamışdır, kimin bağlamasını da görməmişdir, ola bilsin ki, Ramin özü qapını bağlayıb, lakin aralarında belə danışıq olmamışdır. Mənzildən oğurlanan suvenirləri o görməmişdir, ondan qabaq həmin mənzildən çıxan Elvin də, o da həmin binadan heç nə götürməmişlər və özləri ilə oradan heç nə aparmamışlar. O da, Elvin və Ramin də əvvəllər məhkum olunmuşlar və cəza çəkmişlər, onlar əvvəlcə həmin binada yaşayış olmadığını, keçmiş otel binasında olduqlarından həmin binanın da atılmış bina olduğunu fikirləşib ora girmişlər, lakin içəridəki şəraiti görüb oranın yaşayış binası olduğunu başa düşüb oradan çıxmışlar və nə o, nə də Elvin oradan hər hansı predmet götürməmişlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, oğurluq baş vermiş evdə yaşamır. Amma gedib-gəlir. Hadisə vaxtı da orada yaşamamışdır. O bu ilin yanvar ayının əvvəlində bu evə gəlmiş və görmüşdür ki, evin əsas giriş qapısını içəridən kimsə bağlamışdır. Elə bilmişdir ki, anası gəlib bağlamış, ona zəng edib dəqiqləşdirəndə, anası bildirmişdir ki, qapının qıfılına dəyməmişdir. Qarajın qapısını pultla açmışdır, qarajın qapısı bağlı olmuşdur. Evin içinə sol tərəfə baxanda görmüşdür ki, pəncərənin şüşəsini sındırmışlar. Evə nəfəslikdən girmişdilər. Həmin an “102” xidmətini yığmışdır. Artıq evə girməmişdir ki, hər şey olduğu kimi yerində qalsın. Polis gəlmiş və onlar evə birlikdə daxil olmuşlar və bir-bir əşyaların yerində olub-olmamasını yoxlamağa başlamışlar. O da siyahı yazmışdır. Təqsirləndirilən şəxsləri hadisə yerinə də gətirmişlər, o da dəfələrlə polisdə olmuşdur. Hadisə yerinə baxış zamanı Ramin götürdüyü əşyaların yerini göstərmiş, bəzisinə demişdir ki, yadında deyil, bəzisinə də demişdir ki, belə əşya götürməmişdir. Amma nəticədə etiraf etmədiyi əşyaları gətirib qaytarmışdır. Ramin saatı götürmədiyini deyir, amma özü saatı polisdə qaytarmışdır. İndi həmin əşyalar polisdədir. Bürünc heykəllə, bürünc sandıqçanın harada olduğu müəyyən edilməmişdir. Oğurlanmış heykəl mərmərdən deyil, bürüncdən olmuşdur, altlığı mərmərdən olmuşdur. Altlığı çıxarıb divanın üstünə atmış, bürünc heykəli götürmüşlər. Heykəlin mərmərdən olan altlığı 2-ci mərtəbədə divanın yanında indiyə kimi atılıb qalmışdır, barmaq izləri də altlığın üzərində qalmışdır. Amma təqsirləndirilən şəxslər bildirmişlər ki, onlar nə heykəl, nə də sandıqça görməmişlər. Ekspertə verdiyi rəqəmlər başqa olmuşdur, oğurlanmış malların 76500 manat dəyərində olmalarını o indi eşidir. İstintaqda ekspert gətirmişlər, ekspert qiymətləndirmişdir. O zaman qiymətlər başqa olmuş və o da həmin qiymətlə razı olmuşdur. Ekspert ondan soruşanda o bildirmişdir ki, oğurlanmış əşyaların çoxu ona hədiyyə kimi verilmişdir deyə, o onların qiymətlərini bilmir. Ekspertin yazdığı qiymət ittihamda səslənən qiymət deyil, o ona imza etməmişdir. Əşyaların qiyməti 76500 manatdan az olmuşdur. Oğurlanmış əşyaların içində 5 ədəd şamdan, 1 ədəd qadın təsvirli bürünc heykəl, 1 ədəd bürüncdən əntiq masaüstü saat, 1 ədəd mis qazan, çaynik altı tas olmuşdur. İtən əşyaların çoxusu qaytarılmışdır. Oğurlanmış əşyaların ikisini çıxmaq şərti ilə hamısı-əntiq masaüstü saat, mis qazan, çaynik altı tas qaytarılmışdır. Qaytarılmamış iki əşyanı da gözləyir. Biri bürünc heykəl, digəri üzərində farfordan iki düzəliş olan balaca bürünc sandıqca olan həmin əşyaları geri istəyir. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi tikilən yaşayış evi ona məxsusdur, ev dörd mərtəbədən, on üç otaqdan ibarətdir. Hal-hazırda o və ailə üzvləri qeyd olunan ünvanda yerləşən evlərində yaşamırlar, ümumiyyətlə həmin vaxtdan indiyədək evdə heç kəs yaşamır. Təxminən bir il öncə onlar evdən köçmüşlər və o hazırda Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, «X13» yaşayış kompleksi, ev-63, fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır, 02 yanvar 2023-cü il tarixdə, təxminən saat 3:30 radələrində o özünə məxsus həmin ünvanda yerləşən evinə gəlmişdir, evin həyətinə daxil olmuş və birinci mərtəbənin çöl giriş qapısını özünə məxsus açarla açıb evə girmək istəyib. Lakin, həmin vaxt o açarını kilidə daxil etdikdə giriş qapısı açılmayıb. Bundan sonra, o özünə məxsus evə qıraq kiminsə daxil olduğundan, evdən hər hansı kənar şəxs tərəfindən oğurluq olmasından şübhələnib dərhal DİN-nin 102 zəng məlumat mərkəzi ilə telefon əlaqəsi saxlayıb şübhəsi barədə məlumat verərək bildirib. Bir neçə dəqiqə sonra, evinə polis əməkdaşları gəlmiş və onlar birlikdə evə daxil olmuşlar. Evin birinci mərtəbəsinə daxil olduqda o oradan hər hansı məbləğdə pulun və ya dəyərli əşyanın oğurlanmadığını aşkar etmişdir. Bundan sonra, onlar birlikdə ikinci mərtəbəyə qalxmış və o ətrafa göz gərdikdə ona məlum olub ki, qonaq otağından ona hədiyyə olmuş və özünə məxsus 05 ədəd, hər birinin ayrı-ayrılıqda dəyəri təxminən 1000 ABŞ dolları, ümumi dəyəri isə 5000 ABŞ dolları təşkil edən metal, əntiq şamdamların, bir ədəd təxminən 10000 ABŞ dolları məbləğində, mərmərdən olan qadın təsvirli əntiq heykəli, bir ədəd təxminən 5000 ABŞ dolları təşkil edən əntiq bürünc qadın təsvirli heykəlini oğurlamışlar. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə üçüncü mərtəbəyə qalxdıqda həmin mərtəbədə olan yataq otağından bir ədəd XVİİİ əsrə aid Fransa Respublikasından gətirilmiş, təxmini dəyəri 5000 ABŞ dolları təşkil edən, bürünc metaldan olan sandıqçanın, həmin mərtəbənin dəhlizində yerləşən bir ədəd XVİİİ əsrə aid olan təxmini dəyəri 15000 ABŞ dolları təşkil edən, bürünc masaüstü saatın oğurlandığını aşkar etmişdir. Bundan sonra o polis əməkdaşları ilə birlikdə dördüncü mərtəbəyə qalxdıqda isə yataq otağından bir ədəd təxmini dəyəri 2000 ABŞ dolları təşkil edən mis metaldan olan əntiq qazanın, 01 ədəd təxmini dəyəri 3000 ABŞ dolları təşkil edən, əntiq çaynik altı tasın oğurlandığını aşkar etmişdir. Bundan sonra o, qeyd etdikləri ilə bağlı şikayət ərizəsi yazıb imza etmişdir. Onun həmin oğurluqda şübhələndiyi şəxs yoxdur. Ona məxsus evdən baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 45000 ABŞ dolları maddi ziyan dəymişdir. Belə ki, evindən özünə məxsus 05 ədəd, hər birinin ayrı-ayrılıqda dəyəri təxminən 1000 ABŞ dolları, ümumi dəyəri isə 5000 ABŞ dolları təşkil edən metal, əntiq şamdamlar, bir ədəd təxminən 10000 ABŞ dolları məbləğində, mərmərdən olan qadın təsvirli əntiq heykəl, bir ədəd təxminən 5000 ABŞ dolları təşkil edən əntiq bürünc qadm təsvirli heykəl, bir ədəd XVİİİ əsrə aid Fransa Respublikasından gətirilmiş, təxmini dəyəri 5000 ABŞ dolları təşkil edən, bürünc metaldan olan sandıqça, bir ədəd XVİİİ əsrə aid olan təxmini dəyəri 15000 ABŞ dolları təşkil edən, bürünc masaüstü saat, bir ədəd təxmini dəyəri 2000 ABŞ dolları təşkil edən mis metaldan olan əntiq qazanın, 01 ədəd təxmini dəyəri 3000 ABŞ dolları təşkil edən, əntiq çaynik altı tas oğurlanmışdır. İbtidai araşdırma zamanı zərərçəkmiş şəxs təkrar ifadə verərkən bildirmişdir ki, qapının qıfılını aça bilməyib o qarajdan girib giriş qapısına baxmış, görmüş ki, qapının bağlanması üçün başqa qıfıl içəridən bağlanıb, onu açaraq içəri keçmişdir. O evindən oğurlanmış və sonra polislər tərəfindən tapılmış 01 ədəd mis qazanı, hissələrə bölünmüş masaüstü saatı, qadm təsvirli əşyanı polisdə görüb tanımışdır, masaüstü saat hissələrə bölünmüş və hissələri əzilmiş, mis qazanın bir tərəfi əzilmiş, qadın təsvirli lövhə əzilmiş halda olmuşlar, həmin əşyaları tanıyıb, onlar həqiqətən ona məxsus əşyalardır, lakin həmin əşyalar onun evində olan vaxt heç bir əziyi, sınığı olmayıb və onlar bütöv şəkildə olmuşlar, onun evindən oğurlanmış tapılmayan əşyalar 05 ədəd şamdanlar, 01 ədəd sandıqça, 01 ədəd bürünc materialdan qadın abidəsi də bütöv şəkildə olmuşlar. Evində olmuş çaydanın özünü saxlayıb altlığını aparmışlar ki, həmin altlıq da polislər tərəfindən tapılmışdır, çaydanı oğurlamayıblar və su qabı da olmayıb. Həmin əşyalar onun ulu baba-nənələrindən qalma əşyalardır, ulu nəsli haradan və neçəyə əldə etmələrini bilmir, o oğurlanmış əşyalara verdiyi qiymətləri əntiq əşyalar barədə oxuduqlarından öyrənib demişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, 3 nəfər olmuşlar, binya girmişilər. Villaya girəndə görmüşdür ki, orada yaşayış var, ona görə ordan çıxmışdır. Mən ordan çıxanda Ramin və Yusif orda qaldılar, sonra isə Yusif çıxıb. Əlavə olaraq bildirdi ki, istintaqda verdiyi ifadə yadından çıxıb. İbtidai araşdırma zamanı Şahid1 ifadəsində göstərmişdir ki, yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yolu ünvanı dəqiq bilmədiyi yataqxanada anası, qardaşı və özü yaşayır. Ramini 5 ildir ki, tanıyır. Onunla sonuncu dəfə 2019-cu ildə birgə soyğunçuluq hadisəsi törətmişlər və 1 il 02 aydır ki, azadlığa çıxmışdır. Həmin vaxtan bir neçə dəfə Ramini görmüşdür. xx.xx.2022-ci il tarxidə, saat 18 radələrində uşaqlıq dostu Yusiflə birlikdə Dərnəgül yolunda məhlədə olan zaman Ramin təsadüfən onları görüb yaxınlaşıb. Ramin Yusifin mobil nömrəsini götürmüş və əlaqə saxlayacağını bildirib onlardan uzaqlaşıb çıxıb gedib. Təxminən bir saat sonra Ramin Yusifin mobil nömrəsinə zəng vurub görüşmək istədiyini bildirmişdir. O Yusiflə həmin vaxt 20 Yanvar metrostansiyası ətrafında gəzirmiş. Ramin onların yanlarına gəlmiş və «Yeni il» qabağı olduğu üçün gəzib söhbət edirmişlər ki, yeni ili birlikdə keçirsinlər. Onlar oğurluq hadisəsi baş verən küçəyə gəlmiş və uçü də dağılmış bir tikilinin yanına gəlmişlər. Fikirləşmişlər ki, həmin tikiliyə daxil olub orada metal və ya mis varsa, onu götürüb aparıb metal qəbul edən sexə verib əvəzində pul alsınlar və yeni ili birlikdə qeyd etsinlər. Həmin tikilidə heç nə olmadığını görüb ona birləşik 4 mərtəbəli fərdi yaşayış binasının plastikdən olan pəncərəsinin nəfəsliyinin açıq olduğunu, həmçinin evin qaranlıq olduğunu görüb latun, mis tapıb satmaq üçün həmin tikilinin nəfəsliyindən mənzilə daxil olmuşlar. Mənzilin ikinci və üçüncü mərtəbəsində latun və mis qazan olduğunu görmüşlər və Yusif onları oğurlayacaqlarını demişdir, həm də o baxmış ki, evdə olanlar ev əşyalarıdır, hazır əşyalardır və oğurluq etdiklərini başa düşüb dərk etmiş ki, həmin ev başqasına məxsusdur və həmin evdən oğurluq edirlər. Bu səbəbdən də qorxub təcili olaraq mənzilə daxil olduqları yerdən geri qayıdaraq Ayna Sultanova heykəlinin qarşısına gəlmişdir. Orada taksofonla Yusifin mobil nömrəsinə zəng vurmuş, Yusif bildirmiş ki, o da həmin yerdən qaçmışdır, lakin Ramin əşyaları buraxmayıb. Yusif təxminən 20 dəqiqədən sonra onun yanına gəlmiş və o ondan nə baş verdiyini soruşmuşdur. Yusif bildirmiş ki, onun arxasınca o da qaçıb, Ramin isə əşyalarla birlikdə qalıb. Bundan sonra Raminlə onun heç bir əlaqəsi olmayıb. O, həmin evdən heç bir əşya oğurlamamışdır. O, əvvəl həmin evə daxil olduğunun cinayət olduğunu dərk etməmişdir, lakin sonradan həmin evin başqasına aid olduğunu və həmin evin yaşayış evi olduğunu bildikdən sonra təcili olaraq qaçıb getmişdir. Yusif onun yanına gələndə onun əlində hər hansı bir əşya yox imiş və Yusif həmin evdən nəsə oğurlamağı barədə ona heç nə deməyib. O, həmin hadisədən sonra Ramini görməmişdir, nə həmin gün, nədə ki, sonra Ramin ona həmin əşyaların müqabilində heç nə verməyib. Yusif əvvəl o yaşayan binada qalsada sonradan oradan köçüblər, o, Təqsirləndirilən şəxs2 Rais oğludur, 2001-ci il təvəllüddür. Evdən əşyaları Ramin və Yusif yığıblar, o evi axtararkən latun və mis qazan olduğunu görmüş, Yusif onları oğurlayacaqlarını dediyindən, həmçinin evdə olanların ev əşyaları, hazır əşyalar olduğuna görə oğurluq etdiklərini başa düşüb qorxub mənzilə daxil olduqları yerdən geri qayıtmışdır, oradan əşyaları o götürməmişdir və əşyaların daşınmasında, evdən çıxarılmasında iştirak etməmişdir. O həmin evə qanunsuz daxil olduqlarını başa düşüb mənzili tərk edərək tez qaçıb getmişdir və polisin onu axtardığını bildikdən sonra xx.xx.2023-cü il tarixdə özü 16-cı Polis Bölməsinə gəlmiş və olanları polisə danışmışdır. Həmin evdən o heç nə üzərində götürməmişdir. Ayna Sultanova abidəsinin yanından taksofon vasitəsilə Yusifin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib danışmışdır, hazırda həmin mobil nömrəyə zəng çatmır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, o, təqsirləndirilən şəxs Ramini oğru kimi tanımamışdır. Bir gün Ramin yanına bir torba qoymuş və demişdir ki, nənəsindən qalan köhnə əşyalardı. Ona demişdir ki, bunlar sənin halal xoşun olsun aparıb satarsan. O, da həmin əşyaları aparıb satmışdır. Lakin bilməmişdir ki, həmin əşyalar antikvardı, bilsəydi satmazdı. Həmin əşyaların oğurluq olduğunu bilmir. İbtidai araşdırma zamanı Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, ünvanı dəqiq bilmədiyi fərdi yaşayış evində yaşayır. Ramini 2022-ci ildən tanıyır. Onu bir neçə dəfə Dərnəgül yolunda görmüşdür və o, ona ara sıra 3 və ya 5 manat xərcləmək üçün pul verirmiş. 30 dekabr 2022-ci il tarixdə, gecə saatlarında o Dərnəgül yolunda dəmir yığan zaman Raminlə rastlaşıb. Ramindən yemək almaq üçün pul istəmiş, Ramin ona 2 manat pul verib və bildirib ki, ağacın dibində latun var, nənəsinə məxsusdur, həmin latunu sata bilməyib, həmin latunu ona verir, onu satmasını və puluna özünə geyim almasını tapşırıb. Həmin latun qara çantada imiş və həmin ağacın altında qalıb. Səhər, yəni xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində Raminin ağacın altına qoyduğu latun olduğu yerə gəlib. Həmin latunu götürmüş və Dərnəgül yolunda yerləşən metal qəbulu yerinə aparmışdır, orada işləyənə metal satdığını bildirmişdir. Metalı ondan qəbul edən şəxs həmin metalları yerə boşaltmış və tərəzidə çəkərək 80 manat ona pul verib. O həmin metalların oğurluq olmasını bilməyib, Ramin ona həmin metalların nənəsinə məxsus olduğunu bildiribmiş. Metal qəbul edən şəxs həmin metalların oğurluq olub olmamasını ondan soruşub və o ona həmin metalların oğurluq olmadığını bildirib. Raminin ona verdiyi metalları tam xatırlamır, çantadan çıxarılan zaman görmüş ki, həmin metallar sınıqdır. O özü küçələrdə metal yığımı ilə məşğuldur və hər zaman metalları eyni yerə aparıb satır. Ərazidən topladığı metal qırıntılarını həmişə Vasib adlı şəxs satmışdır. Təkrar ifadəsi alınmış Şahid2 bildirmişdir ki, cinayət işi üzrə verdiyi ifadəsini tam təsdiq edir və həmin ifadəsinə əlavəsi, düzəlişi yoxdur. Ramini tanıdığı vaxtdan əvvəl də ərazidən qara və əlvan metal yığıb metal qəbulu məntəqələrinə aparıb təhvil vermişdir, lakin Ramin ona qara və əlvan metal qırıntıları verməyib, Ramin daim onu görəndə o ondan maddi yardım üçün pul istəmişdir, Ramin də gücü çatanı ona yardım etmişdir. Ramin ona saxlamaq üçün yerini göstərdiyi çantada olan bütün əşyaları aparıb Vasibə vermişdir, başqa yerə verməmişdir və ya özündə saxlamamışdır. Ramin ona əlvan metal gətirəcəyi barədə əvvəldən deməyib, onların bu barədə ümumiyyətlə danışıqları olmamışdır. O axşam yeməyi yeyəndən sonra parkda olan yerdə yatıbmış, ona görə də Raminin ona metal gətirdiyi vaxt saat neçə olmasını bilmir, Ramin onu çağıranda durmuşdur. Həmin əlvan metalların satışından Vasibin ona verdiyi 80 manat pulu o özü üçün ərzaq almışdır, şalvar-köynək almışdır, hazırda həmin paltarlar cırılıb, atmışdır. Ramin onu çağıranda və həmin çantadakı əlvan metalların yerini göstərəndə tək olub, onun yanında başqa adam olmamışdır. Həmin əlvan metallar qara cırıq iri çantada imiş və həmin çanta cırıq olduğundan o çantanı zibil qutusuna atmışdır. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, o əlvan metal qəbulu məntəqəsində işləyir. Həmin məntəqə Dərnəgüldə S.Bəhlulzadə küçəsi ev 29-da “Tayqa” marketin arxasında yerləşir. Tarixini xatırlamadığı bir gün Qalib adlı tüfeyli həyat tərzi keçirən şəxs ona bir qırılmış qazan və bir parçalara bölünmüş latun gətirmişdir. Qalibi əvəllər də tanımışdır, Qalib arada ona əlvan metal gətirirmiş. Qalib bu hadisədən əvvəl ona qiymətli metal gətirməmişdir. Qalib tüfeyli həyat tərzi sürür, içki aludəçisidir. O da həmin metalları qəbul etmiş, Qalibə 84 manat pul vermişdir. Həmin metalları satanda 90 manata kimi satmaq olar. Metalın hər kiloqramına 15 qəpik pul qazancları olur. Qalib gətirib satmış, o da almışdır. Qalibdən metalı haradan əldə etdiyini soruşmamışdır, amma özü demişdir ki, bu əşyaları ona veriblər ki, onları satsın, bu tüfeyli həyat sürməyini qutarsın, özünə geyim alsın. Qalib metalın kim tərəfindən ona verilməsini deməmiş və konkret ad çəkməmişdir. Qalib yanına metal gətirəndə tək gəlmişdir. Hadisənin üstündən 1 gün keçəndən sonra məntəqəyə Nərimanov RPİ-nin polis əməkdaşları Qaliblə birlikdə gəlib bildirmişdirlər ki, onda oğurluq mallar var. O artıq həmin metalları təhvil vermək üçün bağlamış, qablaşdırmışdı. Onların oğurluq olduğunu bilən kimi bağlamanı açmış, həmin metalları çıxarıb əməliyyatçılara təhvil vermişdir. Qalibdən aldığı bir əzik qazan, bir neçə parçaya bölünmüş latun hissəciklər olmuşdur. Sonradan ona məlum olmuşdur ki, həmin latun hissəciklər əvvəl saat olmuşdur. Onu Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə dəvət etmişlər. O həmin bölməyə gedib izahatını vermişdir. Məntəqədə videoçəkiliş aparılmışdır. Ona satılmağa gətirilən metalların oğurluq olub-olmamasını müəyyənləşdirmir. O özündə metal qəbulu ilə əlaqədar tərtib etdiyi dəftərinə metalı qəbul etdiyi günü, ayı, ili və saatı, satıcıya verdiyi məbləği qeyd edir, satan şəxsə də qeydiyyatın qarşısından imza etdirir. Onlar metalları alıb yığır, gözləyirlər ki, qiyməti 1000-1500 manat civarında yığıldıqdan sonra aparıb təhvil versinlər ki, satanda onlara da çörək pulu qalsın. O aldığı əzik qazanda qiymətli bir əşya kimi görmədiyinə görə polisə bu barədə məlumat verməmişdir. Təqsirləndirilən şəxslər onunla eyni məhəllədə yaşayırlar, amma onları şəxsən tanımır, onlarla heç bir ünsiyyəti olmamışdır. Onlar ona heç vaxt satmağa əlvan metal gətirməmişdirlər. İbtidai araşdırma zamanı Şahid3 ifadəsində göstərmişdir ki, məlum hadisələrlə əlaqədar 1994-cü ildən məcburi köçkün kimi Bakı şəhərində ailəsi ilə yaşayır. Ailəni dolandırmaq üçün təxminən 10 ildir ki, yaşadığı ünvana yaxınlıqda olan «Trolleybus parkı»nın həyətində olan anbarı metal qəbulu məntəqəsi kimi işlədir, əsasən yaxın ərazidə olan sakinlər məntəqəyə metal qırıntıları gətirirlər, o məntəqədə əlvan metal qəbul edir, dəmir və sair qara metal qəbul etmir, ərazidə xidmət edən sahə inspektorları daim məntəqəyə gəlib alınmış metallara nəzarət edirlər, hazırkı vaxta qədər onun metal qəbul etdiyi məntəqədə hər hansı növ şübhəli mal aşkar edilməmişdir. Ərazidə xidmət aparan polis əməkdaşları ona tapşırmışlar ki, hər hansı şübhəli mal gətirilərsə, gətirən adamın şəxsiyyət vəsiqəsinin kserosurətini, həmin şəxsin mobil nömrəsini götürüb özündə saxlasın, lakin hazırkı vaxta qədər belə şübhəli mal olmamışdır, lakin hər gətirilən malları xüsusi vərəqda gətirən adamın adını, soyadını, ata adını, təvəllüdünü, ünvanını, gətirilən malın adını və verilən pulun məbləğini qeyd edir və həmin vərəqləri özündə saxlayır. Məntəqədə mallar toplanandan sonra aldığı əlvan metalların alış qiymətinə əlavə etməklə məntəqəyə gələn ayrı-ayrı alıcılara satır. Latunun 1 kq-nı 6 manata alıb 6,20-yə satır, misi 10 manata alıb 10,30-a satır, alüminiumu 2,70 manata alıb 2,90 manata satır, dür alüminiumu 1,80 manata alır, 2,10 manata satır, qalan digər əlvan metalların da alış qiymətinə 20 qəpik əlavə edib satır. Şahid2 çoxdan tanıyır, o avara-sərgərdan adamdır, qalmağa yeri yoxdur, küçələrdə yatır, arada küçələrdən yığdığı əlvan metalları gətirib onun işlətdiyi məntəqəyə təhvil verir, o da aldığı metalın pulunu ödəyib metalı ondan alır, Qalib əslən Ağdam rayonunun Ətyeməzli kəndindəndir, lakin Qalib ona heç vaxt oğurluq mal gətirməyib. 01 yanvar 2023-cü il tarixdə, saat 14:30 radələrində o məntəqədə olarkən həmin Qalib məntəqəyə gəlmiş və əlində, içərisində nəsə olan kisə var imiş, Qalibdən kisədə nə olmasını soruşmuş, Qalib bildirmiş ki, kisədə metal vardır, bunu ona veriblər ki, satıb əldə etdiyi pula özünə pal-paltar alsın, pis əməllərdən əl çəksin, çıxıb gedib normal insan kimi yaşasın, o Qalibin gətirdiyi kisəni açıb üstdən baxmış ki, kisədə 01 ədəd 4-5 litrlik mis qazan- bir böyrü əzilmiş halda, hissələrə bölünmüş halda latun materialları vardır, həmin hissələrin hansı məmulat olmasını bilməmişdir, o həmin malları tərəzidə çəkmiş, mis qazan və latun materialının çəkiləri yadında qalmayıb və bunu qeyd etməmişdir, ümumi qiyməti 80 manat edirmiş və o Qalibə həmin 80 manatı verib dediyi məlumatları özündə qeyd edlib Qalibi yola salmışdır, qeydiyyat vərəqini də özünfəə saxlayıb, Qalibdən aldığı malları da aldığı kisəsində anbara qoyub. Bu hadisədən təxminən 2-3 gün sonra Nərimanov RPİ-nin 16-cı Polis bölməsindən polis əməkdaşları həmin Qaliblə metal qəbulu məntəqəsinə gəlmişlər və ondan Qalibdən metal alıb-almadığını soruşmuşlar, o bildirmiş ki, almışdır və 80 manat da əvəzində pul vermişdir, polislər həmin aldığı əlvan metalları istəmişlər, o da polis əməkdaşlarına həmin əlvan metalları göstərmişdir, polis əməkdaşları Qalibin iştirakı ilə həmin kisədə olan əlvan metalları yerə tökmüşlər və məlum olmuş ki, kisədə onun gördüyü mis qazandan başqa bürünc materialdan 01 ədəd qadın təsvirli kompozisiya, bürünc materialından stolüstü saatın hissələri və 01 ədəd latun materialından olan boşqab formalı qazan altlığı vardır, həmin sadaladığı metalları polis əməkdaşları götürmüşlər. O, Qalibdən həmin gətirdiyi əlvan metalların oğurluq olub-olmamasını soruşmuş, Qalib bildirmiş ki, oğurluq deyil, həmin malları ona veriblər ki, satıb əldə etdiyi pula özünə pal-paltar alsın və bu acınacaqlı həyatdan əl çəksin, o Qalibin dediklərinə inanıb ondan həmin malları almışdır, neçə müddətdir ki, o Qalibi tanıyır, o dəfələrlə ona əlvan metal qırıntıları gətirib təhvil verib və onun gətirdiyi malların oğurluq olması halı olmamışdır. Həmin ərəfədə və ya başqa vaxtlarda ona Qalib və ya sair müştərilər əntiq mallar, Fransa istehsalı sandıqça, çaynik və sair əntiq mallar gətirməmişlər, bunu məntəqəyə gələn polis əməkdaşları da görmüşlər. 16-cı PB-nin əməkdaşları məntəqəyə gələndə artıq 10 gün imiş ki, həmin gündən əvvəl aldığı mallar məntəqədə qalıbmış, onları satmayıbmış. Qalib həmin əlvan metalları ona gətirəndə yanında başqa adam olmayıb, o tək imiş və kisəni tək, çiyninə alıb gətiribmiş. Təqsirləndirilən şəxs1, Şahid1, Təqsirləndirilən şəxs2 şəxsən tanımır, ona əsasən yaxın ərazilərdə yaşayan şəxslər əlvan metal gətirib təhvil verirlər, metal gətirən şəxslərin bəzilərini adla, bəzilərini isə sifətdən tanıyır, onlar arasında Ramin, Elvin, Yusif adlı şəxslər yoxdur, o heç bir müştəri ilə əlvan metal gətirmələri ilə əlaqədar əvvəldən danışmamış və razılaşmamışdır. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində bildirmişdir ki, Nərimanov rayonunda 16cı Polis Bölməsinə mənzil oğurluğu ilə bağlı məlumat daxil olmuş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində ilkin olaraq Təqsirləndirilən şəxs1 saxlanılmış, istintaqa təhvil verilmişdir. Ondan sonra təxminən 4-5 ay sonra Təqsirləndirilən şəxs2 tutulmuş, istintaqa təqdim olunmuşdur. O, Yusifin saxlanılmasında iştirak etmişdir. Təqsirləndirilən şəxs1 tutulmasında iştirak etməmişdir, bölməyə çağırmışlar. Bölməyə gəldikdən sonra nə üçün çağırılması ona izah olunmuşdur. Verdiyi ifadələrdə tək olmadığını bildirmişdir. Satdığı yerləri də demiş, oraya gedib bəzilərini aşkar etmişlər. Deyəsən, 6-cı mikrorayonda dəmirçiyə vermişdir. 1 ədəd heykəl, 2-3 ədəd vaz, qırılmış bir ədəd saat olmuşdur. İstintaq zamanı verdiyi ifadəni təsdiq edir. İbtidai araşdırma zamanı Şahid4 ifadəsində göstərmişdir ki, 2015-ci ildən DİO-da, 2020-ci ildən isə hazırda tutduğu Nərimanov RPİ-nin 16-cı PB-də əməliyyat müvəkkili vəzifəsində çalışır. 02 yanvar 2023-cü il tarixdə bölmədə olarkən ünvan 6 ünvanında vət.Zərərçəkmiş şəxs məxsus mənzilindən qədimi əntiq əşyalar oğurlanması barədə məlumat daxil olmuş və hadisəni törədən şəxs və ya şəxslərin axtarılıb tapılması istiqamətində onlar tərəfindən aparılmış əməliyyat-axtarış tədbirləri ilə həmin hadisəni Təqsirləndirilən şəxs1 törətməsi müəyyən edilib, Təqsirləndirilən şəxs1 əməliyyat yolu ilə müəyyən edib saxlamışlar və onunla apardıqları əməliyyat xarakterli söhbət zamanı Ramin bildirib ki, həmin oğurluq hadisəsini Elvin və Yusif adlı tanışları ilə birlikdə törətmişlər, oğurladıqları əşyaları hara aparmaları, kimə satmaları istiqamətində əməliyyat xarakterli söhbət zamanı Ramin bildirib ki, həmin əşyaları «Binəqədi rayonu ərazisində olan «Bakı Troleybus parkı»da Qalib adlı tanışına vermişdir, həmin Qalibi də əməliyyat yolu ilə müəyyən etmişlər və onunla danışıq zamanı o bildirib ki, həqiqətən Ramin ona çantada latun materialları vermişdir və o da həmin materialları parkın ərazisində olan əlvan metal qəbulu məntəqəsinə satmış və əvəzində 80 manat pul almışdır, Qalibin göstərdliyi əlvan metal qəbulu məntəqəsinə əməliyyat qrupu və Qalibin iştirakı ilə getmişlər və həmin məntəqəni işlədən Vasib adlı şəxslə söhbət zamanı o da etiraf etmiş ki, həqiqətən Qadib adlı şəxsdən əlvan metal almış və əvəzində ona 80 manat pul vermişdir, həmin aldığı əlvan metalların göstərilməsini istədikdə o məntəqədə olan əlvan metalların içərisindən kisədə olanları onlara göstərmiş və həmin kisədə olanları yerə töküb yoxlamışlar, orada bir tərəfi əzilmiş halda mis qazan, ayrı-ayrı hissələrə bölünmüş və hissələri əzilmiş halda masaüstü saat, lövhəsi əzilmiş halda tunc materialından qadın abidəsi və somovar altı qab var imiş, başqa nələr almasını soruşduqda Vasib bildirmiş ki, göstərdiyi mallardan başqa Qalib ona digər mal gətirməmişdir, onlar məntəqədə olan digər malları yoxlamışlar, lakin orada qədimi əlvan metaldan olan əşya aşkar etməmişlər, bu barədə təhqiqatçıya məlumat verilmiş və sonra polis əməkdaşları müstəntiqlə birlikdə gəlib həmin qeyd olunan əşyaları protokol tərtib etməklə götürmüşlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli ərizədən və raportlardan müəyyən olunur ki, Nəzərov Nigar polis orqanına müraciət edərək evindən əmlaklarının oğurlanması barədə məlumat vermişdir xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ünvan 7 ünvanında yerləşən zərərçəkmiş X3 məxsus fərdi yaşayış evinin təmirsiz, köhnə təmir olunması, divarın rənglərinin bozarması və bəzi yerlərdən qopması, döşəmə və divarların tozlu olması müəyyən edilmiş, giriş qapısı bağlı olsa da birinci mərtəbəyə açılan plastik materialdan nəfəsliyin açıq olması müəyən edilmişdir. Evin birinci mərtəbədə, qaraj tərəfdən olan nəfəsliyin qarşısında qaçış velosipedinin yanında döşəmədə 01 ədəd üzərində qp nişanlanması ilə dəmir emblemi və üzərində basma üsulu ilə LEATHER yazılmış, qara rəngli dəri materialından cüzdan və içərisində 01 ədəd 01011-80403-8 nömrəli “Bakı Kart”ı, 01 ədəd “Paşa Bank”ın 6,40 AZN ödəmə çeki-arxasında dəyircəkli göy rəngli qələmlə yazılmış “***-***-**-**” Burhan usta” yazıları olan, 01 ədəd "xxxx" MMC-nin Naxçıvani küçəsində olan 2062 nömrəli mağazasına xx.xx.2022-ci il tarixdə 1,95 manat ödəmə çeki, 01 ədəd “BRAVO” OAZİS-ə aid, üzərində əlyazma ilə ***-***-**-** Kamran, 050-722(29)-60-25 Elşən yazıları olan çek, 01 ədəd xx.xx.2022-ci il tarixdə Binəqədi rayonu Cəfər Xəndan küçəsində olan mağazaya 3 AZN ödəmə çeki, 01 ədəd Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi-70-72 ünvanında olan “Çinarlı Market”ə xx.xx.2022-ci il tarixdə 17:57-də 5240 nömrəli terminala 1 AZN pulun “***-***-**-** mobil nömrəsinə kontur yüklənməsi barədə “eManat” qəbzi (çeki) aşkar edilib fotoşəkilləri çəkilərək sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Hadisə yerinin fotoşəkilləri çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli “Fotoşəkillərin götürülməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs evindən oğurlanmış (əntiq) əşyalardan istintaq tərəfindən tapılmayan 01 ədəd sandıqça, 05 ədəd şamdan və 01 ədəd qadın təsvirli əşyanın fotoşəkli sonuncudan “Whatsapp” sosial proqramı vasitəsilə götürülmüş və protokola əlavə olunmuşdur. Zərərçəkmiş şəxs bildirmişdir ki, tapılmayan həmin əşyalar oğurluqdan əvvəl mənzildə olmuşlar və heç bir zədələri olmamışdır. xx.xx.2023-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli “Axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Şahid3 bildirmişdir ki, Şahid2 aldığı əlvan metallar anbardadır. O metal yığdığı yerdən kisəni göstərib bildirmişdir ki, Şahid2 aldığı əlvan metallar həmin kisədədir və kisədə olanları yerə boşaldanda orada 01 ədəd mis materialdan, bir tərəfi əzilmiş halda olan 4-5 litr tutumlu qazan, bir neçə hissəyə ayrılmış və ayrılmış hissələri əzilmiş halda olan latun materialından stolüstü saatın hissələri, üzərində əlvan metaldan qadın heykəli olan əzilmiş yaşıl rəngli qalın lövhə, 01 ədəd əlvan metaldan boşqab formalı çaynik-qazan altı aşkar olunmuşdur. Şahid3 sadalanan predmetləri istintaqa təqdim edərək bildirmişdir ki, həmin əlvan metallardan başqa Şahid2 heç nə almamışdır və aldığı həmin əlvan metallara görə Qalibə 80 manat pul vermişdir. Şahid3 bundan əlavə üzərində göy rəngli dəyircəkli qələmlə “xx.xx.2023 Şahid2 1973-cü il Ağdam/R/nu Ətyeməzli kən Mis qazan və latun Ümumi 80 m və imza” olan vərəqi təqdim edərək bildirmişdir ki, həmin qeydləri Şahid2 əlvan metalı alarkən yazmışdır və vərəqdə olan imzanı Şahid2 icra etmişdir. Şahid3 təqdim etdiyi əlvan metalların fotoşəkilləri çəkilməklə kisədə qablaşdırılmış, qeydlərlə olan vərəq götürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. Sonra metal qəbulu məntəqəsində axtarış aparılmış və axtarış zamanı məntəqədə əntiq məmulatlar, bürünc, latundan mallar-çaynik, sandıqça və sair əl işləri aşkar edilməmişdir. (Fotoşəkilləri çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir). xx.xx.2023-cü il tarixli “Şübhəli və ya təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 ifadəsi hadisə yerində yoxlanılarkən o hadisə barəsində ifadəsində dediklərini qısa formada izah edərək hadisə yerini və binaya girdikləri yerləri, əşyaları götürdükləri yeri əyani göstərəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 göstərdiyi yolla Nərimanov rayonu M.Araz küçəsində yerləşən evin giriş qapısını zərərçəkmiş Zərərçəkmiş şəxs açmış və giriş qapısından binanın 1-ci mərtəbəsinə daxil olmuşlar. Təqsirləndirilən şəxs1 göstərişi ilə girişdən sonra sola qaraja girmiş, qarajın baş tərəfində üstü açıq, bir yan tərəfi hündür daş hasarla, bir yan tərəfi qarajın divarı, bir tərəfi başqa binanın divarı, bir tərəfi isə adı çəkilən binanın 1-ci mərtəbəsinin divarı olan açıq yerə keçmişlər. Təqsirləndirilən şəxs1 binanın divarında, yerdən 2 metr hündürlükdə 70x40 sm ölçüdə plastik materialdan açıq vəziyyətdə olan nəfəsliyi göstərib bildirmişdir ki, həmin yerdən keçib birinci mərtəbəyə daxil olmuşlar. Sonra evin 1-ci mərtəbəsinə qayıtmış və Təqsirləndirilən şəxs1 bildirmişdir ki, 1-ci mərtəbəni axtarıb metal qırıntıları tapa bilməmişlər. Həmin yerdə o binaya giriş qapısını göstərib bildirdi ki, giriş qapısını içəridən bağlamışdır ki, içəri girmək istəyən olarsa qapını aça bilməsin. Sonra o evin birinci mərtəbəsindən 2-ci mərtəbəyə qalxan pilləkəni göstərib oradan 2-ci mərtəbəyə qalxdıqlarını, pilləkənlə üzbə-üzdə olan kreslonu göstərib orada əyləşdiyini və mobil telefonla «domino» oynadığını, Yusif və Elvinin metal qırıntıları axtarmaq üçün otaqlara keçdiklərini bildirmiş və orada olarkən susuzladığı üçün su tapıb içdiyini bildirmişdir. 2-ci mərtəbədə iri qonaq otağı vardır ki, həmin otağın qarşı tərəfində qədimi əntiq əl işi və əntiq əl işi qoyulmuş predmetin özülü qalmışdır, zərərçəkmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, oğurlanmış əntiq əşyalar həmin otaqda olmuşlar. Həmin qonaq otağından balkona açılan plastik qapıları göstərib Təqsirləndirilən şəxs1 bildirmişdir ki, otaqdan götürülmüş əşyalarla olan çantanı Yusiflə birlikdə həmin qapılardan balkona çıxarmış, oradan aşağıdakı tikintinin damına keçirmiş və tikintilərin damları ilə aparıb boş binanın pəncərəsinin altına qoyub Yusif yuxarıdan qəbul etməklə o da aşağıdan təkan verməklə çantanı boş binaya çıxarmışlar. Oradan da o çantanı apararkən ondan arxada gələn Yusif polis maşınını görüb qaçıb getmişdir. Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılan zaman fotoşəkillər çəkilmiş və bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli “Axtarışda olan şəxsin tutulmasına dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saxlanılaraq Nərimanov RPİ-nin 16-cı PB-nə gətirilmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən, həmin Məcəllənin 177.3.2-ci maddəsinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid1 barəsində cinayət işi ayrıca icraata ayrılmışdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 208 nömrəli əyindən görünür ki, təqdim edilmiş əşya Azərbaycan müəllif işi olub tuncdan hazırlanmış bədii və muzey əhəmiyyəti kəsb edən təsvirli heykəl xüsusi dəyəri olan əşya hesab edilmir. Bədii və muzey əhəmiyyəti kəsb edən qadm təsvirli lövhə formalı bürüncdən hazırlanmış kompozisiya xüsusi dəyəri olan əşya hesab edilmir. Tarixi, bədii və muzey əhəmiyyəti kəsb edən XİX əsrə aid Fransa manufaktura istehsalı olan bürünc və tuncdan hazırlanmış masaüstü saat xüsusi dəyəri olan əşya hesab edilmir. Tarixi, bədii və muzey əhəmiyyəti kəsb edən XİX əsrə aid Fransa istehsalı əl ilə üzərində süjetlər işlənmiş sandıqça xüsusi əhəmiyyət kəsb etmir. Tarixi əhəmiyyət kəsb edən Azərbaycan ustaları tərəfindən XX əsrdə (1930-1950-ci illər) aid olan əl işi mis qazan (Lahıc) xüsusi dəyəri olan əşya hesab edilmir. Qədim çaydan və su qabının (foto olmadığı və yaxıd əşyanın olmadığı) nəzəri cəhətdən zavod istehsalı olduğu güman edilərək xüsusi dəyəri olan əşya hesab edilmir. Yuxarıda göstərilən tarixi, bədii, muzey əhəmiyyəti kəsb edən əşyalar üzərində unikal işləmələr, müəllif imzasının olmaması, kütləvi istehsalı ilk nüsxə olmadığı və ya hər hansı mötəbər auksionda, sərgilərdə, kataloqlarda qeyd olunmadığı üçün xüsusi dəyəri olan əşya hesab edilmir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 294 nömrəli ekspert rəyindən görünür ki, ekspertə real təqdim edilmiş əşyalar: 1) 1 ədəd mis qazan-XX əsrin 1930-1950 illərə aid olub tarixi əhəmiyyət kəsb edir, xüsusi dəyəri olan əşya hesab edilmir və 500 manat qiymətləndirilir; 2) 1 ədəd tuncdan qadın təsvirli suvenir-təqdim edilmiş müəllif işi olan tuncdan hazırlanmış suvenir bədii və muzey əhəmiyyəti kəsb edir və xüsusi dəyəri olan əşya hesab edilmir və 5.000 manat qiymətləndirilir; 3) Hissələrə bölünmüş 1 ədəd masaüstü saat (Fransa XİX əsr)-təqdim edilən XİX əsrə aid olan masaüstü saat kütləvi istehsal olub xüsusi dəyəri olan əşya hesablanmır və 15.000 manat qiymətləndirilir; 4) 1 ədəd çaydan altı qab kütləvi istehsal olub xüsusi dəyəri olan əşya hesab edilmir və 250 manat qiymətləndirilir. Ekspertə fotoşəkilləri təqdim edilmiş əşyalar: 1) 5 ədəd şamdanlar Türkiyə istehsalı olub tarixi, bədii əhəmiyyət kəsb etmir və xüsusi dəyəri olan əşya hesab edilmir, 750 manat qiymətləndirilir; 2) 1 ədəd sandıqça farfordan olub XİX əsrdə Fransada hazırlanmışdır. Tarixi və muzey əhəmiyyəti kəsb edir, xüsusi dəyərli əşya hesab edilmir və 4000 manat qiymətləndirilir; 3) 1 ədəd qadm təsvirli mərmər suvenir bədii və muzey əhəmiyyəti kəsb edir, xüsusi dəyəri olan əşya hesab edilmir və 4000 manat qiymətləndirilir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3944 nömrəli rəyindən görünür ki, Milli İncəsənət Muzeyinin Ekspert komissiyasının “Azərbaycan Milli İncəsənət Muzeyi” tərəfindən təqdim edilmiş 294 №-li, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən qərarda göstərilmiş 07 adda malların 2022-ci ilin dekabr ayına olan orta bazar qiymətilə ümumi dəyəri təxminən 29500 manat müəyyən edilir. O cümlədən, təqdim edilmiş əşyalar: a) 1 ədəd mis qazan - XX əsrin 1930-1950-ci illərə aid olub tarixi əhəmiyyət kəsb edir, xüsusi dəyəri olan əşya hesab edilmir və 500 manat qiymətləndirilir; b) 1 ədəd tuncdan qadın təsvirli suvenir - təqdim edilmiş müəllif işi olan tuncdan hazırlanmış suvenir bədii və muzey əhəmiyyəti kəsb edir və xüsusi dəyəri olan əşya hesab edilmir və 5,000 manat qiymətləndirilir; c) Hissələrə bölünmüş 1 ədəd masaüstü saat (Fransa XİX əsr) - təqdim edilən XİX əsrə aid olan masaüstü saat kütləvi istehsal olub xüsusi dəyəri olan əşya hesab edilmir və 15.000 manat qiymətləndirilir; d) 1 ədəd çaydan altı qab kütləvi istehsal olub xüsusi dəyərli əşya hesab edilmir və 250 manat qiymətləndirilir. Fotoşəkilləri təqdim edilmiş əşyalar: a) 5 ədəd şamdanlar (mis) Türkiyə istehsalı olub tarixi, bədii əhəmiyyət kəsb etmir və ümumi 750 manat qiymətləndirilir; b) 1 ədəd sandıqça farfordan olub XİX əsrdə Fransada hazırlanmışdır. Tarixi və muzey əhəmiyyəti kəsb edir, xüsusi dəyərli əşya hesab edilmir və 4000 manat qiymətləndirilir; c) 1 ədəd qadın təsvirli mərmər suvenir bədii və muzey əhəmiyyəti kəsb edir və xüsusi dəyəri olan əşya hesab edilmir və 4000 manat qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Yuxarıda sadalananlara əsasən, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamla bağlı gəldiyi yekun qənaət, yəni təqsirləndirilən şəxslərin əməlinin Cinayət Məcəlləsinin məhz 177.3.2-ci maddəsi ilə tövsif olunmasına dair gəldiyi nəticə əsaslı olmamışdır. Belə ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə görə özgənin əmlakını gizli olaraq talama - oğurluq cinayətini ehtiva edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 177.1 və 177.2-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə görə;
1. Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1- 177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır.
2. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.
3. Bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Belə ki, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs ifadələrində bildirmişdir ki, evindən oğurlanmış həmin əşyaların qiymətlərini özü təxmini hesablayib verib, həmin əşyaların onun ulu baba-nənələrindən qalma əşyalardır, ulu nəslinin onları haradan və neçəyə əldə etməsini bilmir. Həmin oğurlanmış əşyaların qiymətlərini əntiq əşyalar barədə oxuduqları kitablardan öyrənib demişdir. Əlavə olaraq bildirmişdir ki, ekspertin yazdığı qiymət ittihamda səslənən qiymət deyil. Əşyaların qiyməti 76500 manatdan az olmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 294 nömrəli ekspert rəyindən görünür ki, ekspertə real təqdim edilmiş əşyalar: 1) 1 ədəd mis qazan-XX əsrin 1930-1950 illərə aid olub tarixi əhəmiyyət kəsb edir, xüsusi dəyəri olan əşya hesab edilmir və 500 manat qiymətləndirilir; 2) 1 ədəd tuncdan qadın təsvirli suvenir-təqdim edilmiş müəllif işi olan tuncdan hazırlanmış suvenir bədii və muzey əhəmiyyəti kəsb edir və xüsusi dəyəri olan əşya hesab edilmir və 5000 manat qiymətləndirilir; 3) Hissələrə bölünmüş 1 ədəd masaüstü saat (Fransa XİX əsr)-təqdim edilən XİX əsrə aid olan masaüstü saat kütləvi istehsal olub xüsusi dəyəri olan əşya hesablanmır və 15000 manat qiymətləndirilir; 4) 1 ədəd çaydan altı qab kütləvi istehsal olub xüsusi dəyəri olan əşya hesab edilmir və 250 manat qiymətləndirilir. Ekspertə fotoşəkilləri təqdim edilmiş əşyalar: 1) 5 ədəd şamdanlar Türkiyə istehsalı olub tarixi, bədii əhəmiyyət kəsb etmir və xüsusi dəyəri olan əşya hesab edilmir, 750 manat qiymətləndirilir; 2) 1 ədəd sandıqça farfordan olub XİX əsrdə Fransada hazırlanmışdır. Tarixi və muzey əhəmiyyəti kəsb edir, xüsusi dəyərli əşya hesab edilmir və 4000 manat qiymətləndirilir; 3) 1 ədəd qadm təsvirli mərmər suvenir bədii və muzey əhəmiyyəti kəsb edir, xüsusi dəyəri olan əşya hesab edilmir və 4000 manat qiymətləndirilir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3944 nömrəli rəyindən görünür ki, Milli İncəsənət Muzeyinin Ekspert komissiyasının “Azərbaycan Milli İncəsənət Muzeyi” tərəfindən təqdim edilmiş 294 №-li, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən qərarda göstərilmiş 07 adda malların 2022-ci ilin dekabr ayına olan orta bazar qiymətilə ümumi dəyəri təxminən 29500 manat müəyyən edilir. O cümlədən, təqdim edilmiş əşyalar: a) 1 ədəd mis qazan - XX əsrin 1930-1950-ci illərə aid olub tarixi əhəmiyyət kəsb edir, xüsusi dəyəri olan əşya hesab edilmir və 500 manat qiymətləndirilir; b) 1 ədəd tuncdan qadın təsvirli suvenir - təqdim edilmiş müəllif işi olan tuncdan hazırlanmış suvenir bədii və muzey əhəmiyyəti kəsb edir və xüsusi dəyəri olan əşya hesab edilmir və 5000 manat qiymətləndirilir; c) Hissələrə bölünmüş 1 ədəd masaüstü saat (Fransa XİX əsr) - təqdim edilən XİX əsrə aid olan masaüstü saat kütləvi istehsal olub xüsusi dəyəri olan əşya hesab edilmir və 15.000 manat qiymətləndirilir; d) 1 ədəd çaydan altı qab kütləvi istehsal olub xüsusi dəyərli əşya hesab edilmir və 250 manat qiymətləndirilir. Fotoşəkilləri təqdim edilmiş əşyalar: a) 5 ədəd şamdanlar (mis) Türkiyə istehsalı olub tarixi, bədii əhəmiyyət kəsb etmir və ümumi 750 manat qiymətləndirilir; b) 1 ədəd sandıqça farfordan olub XİX əsrdə Fransada hazırlanmışdır. Tarixi və muzey əhəmiyyəti kəsb edir, xüsusi dəyərli əşya hesab edilmir və 4000 manat qiymətləndirilir; c) 1 ədəd qadın təsvirli mərmər suvenir bədii və muzey əhəmiyyəti kəsb edir və xüsusi dəyəri olan əşya hesab edilmir və 4000 manat qiymətləndirilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında 2022-ci ilin dekabr ayının 30-dan 31-nə keçən gecə Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 29500 manat məbləğində xeyli miqdarda əmlakı gizli yolla talayaraq oğurluq etmişlər. Bununla yanaşı, dövlət ittihamçısı məhkəmə iclasında çıxış edərək təqsirləndirilən şəxslərin əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilməsini və onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək barələrində cəza təyin edilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs evindən oğurladıqları əşyaların qiymətləri keçirilmiş ekspertiza rəylərin nəticələrinə uyğun hesablanmalı və onların əməlləri CM-in 177.3.2-ci maddəsi ilə deyil, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla oğurluq kimi, yəni CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilməlidir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında qeyd edilir ki, “talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər”. Bundan əlavə, təqsirləndirilən şəxslərin tutularkən polis bölməsində polis əməkdaşları tərəfindən döyülməsi və yaxud da fiziki təzyiqlərə məruz qalıb-qalmamasının araşdırılması üçün məhkəmə müvafiq sorğular verərək təqsirləndirilən şəxslərin saxlandığı müvafiq Müvəqqəti saxlama yerindən və İstintaq Təcridxanasından onların tibbi kitabçasının surətlərini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçada onların müayinəsi zamanı Təqsirləndirilən şəxs2 xəsarətlərinin aşkar olunmadığı qeyd edilmişdir. Təqsirləndirilən şəxs1 isə sağ və sol əlinin üzərində yaralarının olduğu qeyd edilmişdir. Baxış zamanı öz deməsinə görə bu xəsarətləri yıxılaraq almışdır. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxslərin özlərini tam təqsirli bilməmələrnə dair ifadələrinə, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər etməsi barədə verdiyi ifadələrinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onların ifadələrinin həmin hissəsini özlərini müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özlərinin ifadələrini (ibtidai araşdırmanın ilkin mərhələsi zamanı verdikləri ifadələri), zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab gəlir ki, təqsirləndirilən şəxslərin əməlinin Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə tövsif olunmasına dair ibtidai istintaq orqanının gəldiyi nəticə əsaslı olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə gərə cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145-ci maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə şərh edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib - qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olubolmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X8rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri özlərinin ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxslərin əməlləri Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələrinə tövsif edilməli və onlara təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxslərə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxslərin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (hökmdən-qərardan) görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə isə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzası 02 il 11 ay 28 günə endirilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə ona təyin olunmuş cəzası 06 ay müddətinə azaldılmlışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin digər tələbnaməsindən (hökmdən) görünür ki, X5 əvvəllər bir neçə dəfə məhkum olunmaqla sonuncu dəfə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələblərinə görə CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 180.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlər təsnifatına görə az ağır cinayətlər hesab olunurlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, təqsirləndirilən şəxslər qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən yenidən qəsdən cinayət törətmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin tələblərinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslərin məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərinə görə cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hallar hesab olunur. Qeyd olunalara əsasən məhkəmə təqsirləndirilən şəxslərin əməlində cinayətin residivinin olmasını onların cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarında olan ərizədən görünür ki, təqsirləndirilən şəxslər zərərçəkmiş şəxslə barışıq əldə etmişlər, zərər tam ödənilmişdir, zərərçəkmiş şəxsin onlara qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini (təqsirini) qismən etiraf etməsini, gənc olmasını, həmçinin zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, zərərin ödənildiyini, barışıq əldə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 gənc olmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, zərərin ödənildiyini, barışıq əldə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, bundan başqa təqsirləndirilən şəxslərin bundan əvvəl də eyni xarakterli cinayət törətmələrini, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər həmin cəzanı real olaraq çəkməklə islah oluna bilərlər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, məhkəmənin sonrakı qərarları ilə həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Cinayət işinin materiallarında olan “axtarışda olan şəxsin tutulmasına dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, məhkəmənin sonrakı qərarları ilə həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onlar barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Nərimanov RPİ-nin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan 01 ədəd üzərində qp nişanlanması ilə dəmir emblemi və üzərində basma üsulu ilə LEATHER yazılmış, qara rəngli dəri materialından cüzdan və içərisində 01 ədəd 01011-80403-8 nömrəli “Bakı Kart”ı, 01 ədəd “Paşa Bank”ın 6,40 AZN ödəmə çeki, 01 ədəd "xxxx" MMC-nin Naxçıvani küçəsində olan 2062 nömrəli mağazasına xx.xx.2022-ci il tarixdə 1,95 manat ödəmə çeki, 01 ədəd “BRAVO” OAZİS-ə aid çek, 01 ədəd xx.xx.2022-ci il tarixdə Binəqədi rayonu Cəfər Xəndan küçəsində olan mağazaya 3 AZN ödəmə çeki, 01 ədəd Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi-70-72 ünvanında olan “Çinarlı Market”ə xx.xx.2022-ci il tarixdə 17:57-də 5240 nömrəli terminala 1 AZN pulun “***-***-**-** mobil nömrəsinə kontur yüklənməsi barədə “eManat” qəbzi hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 özünə və ya yaxın qohumlarına qaytarılmalı (verilməli), zərərçəkmiş şəxsə məxsus və hadisə zamanı oğurlanmış 1 ədəd hissələrə ayrılmış bürünc materialdan masaüstü saat, 1 ədəd bürünc materialdan qadın heykəli, 1 ədəd çaynik altı tas və 1 ədəd mis qazan zərərçəkmiş şəxsin özünə qaytarılmalı, (verilməli), Şahid3 götürülmüş 1 ədəd əşyaları alması barədə qeydlər olan vərəq cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Bununla yanaşı məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxslərin müdafiəçilərinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə hər biri ayrıayrılıqda 60 saat vaxt sərf etmişdirlər. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçilərə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq qödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkçə müddətinə daxil edilməklə onun cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkçə müddətinə daxil edilməklə onun cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Nərimanov RPİ-nin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan 01 ədəd üzərində qp nişanlanması ilə dəmir emblemi və üzərində basma üsulu ilə LEATHER yazılmış, qara rəngli dəri materialından cüzdan və içərisində 01 ədəd 01011-80403-8 nömrəli “Bakı Kart”ı, 01 ədəd “Paşa Bank”ın 6,40 AZN ödəmə çeki, 01 ədəd "xxxx" MMC-nin Naxçıvani küçəsində olan 2062 nömrəli mağazasına xx.xx.2022-ci il tarixdə 1,95 manat ödəmə çeki, 01 ədəd “BRAVO” OAZİS-ə aid çek, 01 ədəd xx.xx.2022-ci il tarixdə Binəqədi rayonu Cəfər Xəndan küçəsində olan mağazaya 3 AZN ödəmə çeki, 01 ədəd Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi-70-72 ünvanında olan “Çinarlı Market”ə xx.xx.2022-ci il tarixdə 17:57-də 5240 nömrəli terminala 1 AZN pulun “***-***- **-** mobil nömrəsinə kontur yüklənməsi barədə “eManat” qəbzi hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 özünə və ya yaxın qohumlarına qaytarılsın (verilsin), Zərərçəkmiş şəxs məxsus və hadisə zamanı oğurlanmış 1 ədəd hissələrə ayrılmış bürünc materialdan masaüstü saat, 1 ədəd bürünc materialdan qadın heykəli, 1 ədəd çaynik altı tas və 1 ədəd mis qazan zərərçəkmiş şəxsin özünə qaytarılsı (verilsin), Şahid3 götürülmüş 1 ədəd əşyaları alması barədə qeydlər olan vərəq cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə ekspertiza xərci 100 manat təqsirləndirilən şəxslərdən birgə qaydada (hər birinə münasibətə 50 manat olmaqla) tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.