Məhkəmə qərarları › İş №1(101)-649/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-649/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-649/2025 05.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov X5 Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, biri azyaşlı olmaqla, yetkinlik yaşına çatmayan üç uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bərdə rayonu, Hacallı kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib idarə etdiyi avtomobildə və yaşadığı evdə saxlamışdır. Belə ki, o, satış bir qrup şəxs halında istintaqa məlum olmayan “Tahir” adlı şəxslə birləşərək satış məqsədi ilə qanunsuz olaraq sonuncudan külli miqdarda ümumi təmiz çəkisi 3029,78 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı alaraq əldə edib, daşıyaraq yaşadığı Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən fərdi yaşayış evinə gətirərək satış məqsədilə hissələrə qablaşdırmaqla kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuananın 9,78 qram xeyli miqdarda olan hissəsini idarə etdiyi “Hyundai Elantra” markalı ** XA *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda sürücünün oturacağının sağ qol altında olan saxlanc yerində satış məqsədilə gizlədib saxlamış, həmin narkotik vasitə qurudulmuş marixuananın qalan 3020 qram külli miqdarda olan hissəsini ayrı-ayrılıqda təmiz çəkiləri 2050 qram, 670 qram və 300 qram olmaqla 01 ədədini qutunun içərisində, digər 02 ədədini isə sellofana bükülmüş halda yaşadığı həmin ünvandakı həyətində satış məqsədi ilə gizlədib saxlamış, 28 avqust 2024-cü il tarixdə saat 23:07-də Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən yaşadığı fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilərək orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman üzərindən qanunla qadağan olunmuş hər hansı bir predmet və ya əşya aşkar edilməsədə və əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Elantra” markalı ** XA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının qol altında olan saxlanc yerində 01 ədəd bağlamada təmiz çəkisi 9,78 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın və yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmə və götürmə istintaq hərəkəti həyata keçirilən zaman evin həyətyanı sahəsində 03 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 2050 qram, 670 qram və 300 qram olmaqla ümumi təmiz çəkisi 3020 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilindən aşkar edilmiş 9,78 qram narkotik vasitə qurudulmuş marixuana ilə tərkibinə görə eynilik təşkil edən satış məqsədilə gizlədib saxladığı ümumi təmiz çəkisi 3029,78 qram olan həmin külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın və üzərində marixuana hissəcikləri olan bir ədəd elektron tərəzi aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Bununla da, o, Azərbayacan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, axşam saatlarında saat 8-9 radələrində saxlanılmış, həyətyanı sahədə 3 kq marixuana aşkar olunmuşdur. Ona qarşı hər hansı təzyiq olmamış,üzərimdə narkotik vasitə olmamış, maşında isə 9 qramdan az olmuşdur. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Narkotik vasitəni Lənkəranda Tahir adlı şəxsdən almışdır. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə ifadəsində bildirmişdir ki, 24 avqust 2024-cü il tarixdə İİR-nın vətəndaşı olan Tahir adlı şəxslə əlaqə saxlayıb ondan narkotik vasitə qurudulmuş marixuananı Lənkəran rayonu ərazisinə getməyini və orada əvvəlcədən təyin edilmiş yerdən 300 manat müqabilində Tahir adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağını bildirmişdir. Bundan sonra onun dediyi üzrə Lənkəran rayonu ərazisinə gedib oradan bağlamada olan narkotik vasitələri ümumilikdə 02 ədəd bağlamada və 02 ədəd sellofanda götürmüş və yaşadığı evə gətirərək evin həyətyanı sahəsində saxlamışdır. Həmin narkotik vasitə marixuanadan bir ədəd bağlamanı idarə etdiyi “Hyundai Elantra” markalı ** XA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının qol altında olan saxlanc yerinə qoymuş, qalanı isə həmin yaşadığı evin həyətyanı sahəsində qalmışdır. 28 yanvar 2024-cü il tarixdə təxminən saat 23:07 radələrində o yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu adlanan yerdə yerləşən yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və onun kim olmağı barədə soruşmuşlar. O da özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar onun narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün onu Baş narkotiklərlə mübarizə idarəsinə dəvət etmişlər. O da razılaşıb Baş narkotiklərlə mübarizə idarəsinə gəlmişdir. Baş narkotiklərlə mübarizə idarəsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə dövlət hesabına vəkil təyin edilmişdir. Daha sonra polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı əvvəlcə ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda çıxarıb təqdim etməyi təklif olunmuşdur. O da üzərində qanunla qadağan olunmuş predmet və ya əşya olmadığını bildirmişdir. Bundan sonra üzərinə baxış keçirilmiş əynində olan qara rəngli şalvarın sol cibindən bir ədəd üzərində 051 *** ** ** mömrəsi olan “Redmi” markalı mobil telefon, həmin şalvarın sağ yan cibindən bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd 4169 7388 7622 4753 nömrəli plastik bank kartı, bir ədəd açar, bir ədəd avtomobil açarı və 129 manat pul aşkar olunmuşdur. Ondan aşkar edilmiş “Samsung” markalı mobil telefon, bir ədəd şəxsiyyət vəsiqəsi və bir ədəd bank kartı qablaşdırılmışdır. Axırda isə bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra idarə etdyi “Hyundai Elantra” markalı ** XA *** dövlət qeydiyyat nişanlı avtomobilinə və yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmadığı soruşulmuş, o da etirazının olmadığını bildirmişdir. Bundan sonra onun idarə etdiyi “Hyundai Elantra” markalı avtomaşına baxış keçirilmişdir. Baxış zamanı həmin idarə etdiyi “Hyundai Elantra” markalı ** XA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının qol altında olan saxlanc yerindən 01 ədəd bağlama aşkar olunmuşdur. Həmin bağlama açılaraq içinə baxıldıqdan sonra ondan həmin bağlamanın içərisində nə olması barədə soruşulmuşdur. O da həmin 01 ədəd bağlamalarda narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitə qurudulmuş marixuananı 24 avqust 2024-cü il tarixdə İİR-nın vətəndaşı olan Tahir adlı şəxsin dediyi yerdən, yəni Lənkəran rayonu ərazisinə getməyini və orada əvvəlcədən təyin edilmiş yerdən 300 manat müqabilində Tahir adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağı üçün götürdüyünü bildirmişdir. Bundan sonra yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı həmin evin həyətyanı sahəsində olan bir ədəd qutunun içərisindən bir ədəd bağlama, iki ədəd sellofan və bir ədəd tərəzi aşkar olunmuşdur. Həmin bağlamalar açılaraq içinə baxıldıqdan sonra ondan həmin bağlamaların və bükümlərin içərisində nə olması barədə soruşulmuşdur. O da həmin 03 ədəd bağlamalarda narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik narkotik vasitə qurudulmuş marixuananı 24 avqust 2024-cü il tarixdə İİR-nın vətəndaşı olan Tahir adlı şəxsin dediyi yerdən, yəni Lənkəran rayonu ərazisinə getməyini və orada əvvəlcədən təyin edilmiş yerdən 300 manat müqabilində Tahir adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağı üçün götürdüyünü bildirmişdir. Yaşadığı evdən və idarə etdiyi avtomobildən aşkar edilmiş ümumilikdə 04 ədəd bağlamalar və bir ədəd tərəzi götürülərək qablaşdırılmışdır. Bundan sonra evinə baxış davam etdirilmiş, lakin qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Axırda isə bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, daxil olmuş məlumat əsasında, şəxsi yaşadığı evin yaxınlığında saxlamılar, üzərinə baxış keçirilmiş, üzərindən heç nə aşkar olunmamış, maşından narkotik vasitə aşkar olunmuş, ona verilən suallara cavab olaraq evində də narkotik vasitə olduğunu bildirmiş, evinə baxış keçirilmiş, evinin arxasından 3 kq narkotik vasitə aşkar olunmuşdur. İbtidai araşdırma zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis polkovnikleytenantıdır. 28 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda olması və üstündə və avtomobilində narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı rəhbərliyə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra idarənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3la birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozuna Təqsirləndirilən şəxs yaşadığı küçəyə getmişlər. Saat 23 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda Təqsirləndirilən şəxs yaşadığı küçədə dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və ona narkotik maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib saxlanıldığı yerdə üzərinə video çəkilişlə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmişdir. Özünü təqdim etdikdən sonra üzərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş predmet və ya əşya olmadığını bildirmişdir. Bundan sonra əynində olan qara rəngli şalvarın sol cibindən bir ədəd üzərində 051 *** ** ** nömrəsi olan “Redmi” markalı mobil telefon, həmin şalvarın sağ yan cibindən bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd 4169 7388 7622 4753 nömrəli plastik bank kartı, bir ədəd açar, bir ədəd avtomobil açarı və 129 manat pul aşkar olumuşdur. Ondan aşkar edilmiş “Samsung” markalı mobil telefon, bir ədəd şəxsiyyət vəsiqəsi və bir ədəd bank kartı qablaşdırılmışdır. Daha sonra idarə etdiyi “Hyundai Elantra” markalı ** XA *** dövlət qeydiyyat nişanlı avtomobilinə və yaşadığı evə baxış keçirilməsinə etirazı olubolmadığı soruşmuşlar. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmişdir. Bundan sonra “Hyundai Elantra” markalı avtomaşına baxış keçirilmişdir. Baxış zamanı “Hyundai Elantra” markalı ** XA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının qol altında olan saxlanc yerindən 01 ədəd bağlama aşkar olunmuşdur. Həmin bağlama açılaraq içinə baxıldıqdan sonra ondan həmin bağlamanın içərisində nə olması barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin 01 ədəd bağlamalarda narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitə qurudulmuş marixuananı 24 avqust 2024-cü il tarixdə İİR-nın vətəndaşı olan Tahir adlı şəxsin dediyi yerdən, yəni Lənkəran rayonu ərazisinə getməyini və orada əvvəlcədən təyin edilmiş yerdən 300 manat müqabilində Tahir adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağı üçün götürdüyünü bildirmişdir. Bundan sonra yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı həmin evin həyətyanı sahəsində olan bir ədəd qutunun içərisindən bir ədəd bağlama, iki ədəd sellofan və bir ədəd tərəzi aşkar olunmuşdur. Həmin bağlamalar açılaraq içinə baxıldıqdan sonra Təqsirləndirilən şəxs həmin bağlamaların və bükümlərin içərisində nə olması barədə soruşulmuşdur. O da həmin 03 ədəd bağlamalarda narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitə qurudulmuş marixuananı 24 avqust 2024-cü il tarixdə İİR-nın vətəndaşı olan Tahir adlı şəxsin dediyi yerdən, yəni Lənkəran rayonu ərazisinə getməyini və orada əvvəlcədən təyin edilmiş yerdən 300 manat müqabilində Tahir adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağı üçün götürdüyünü bildirmişdir. Yaşadığı evdən və idarə etdiyi avtomobildən aşkar edilmiş ümumilikdə 04 ədəd bağlamalar və bir ədəd tərəzi götürülərək qablaşdırılmışdır. Bundan sonra aşkar edilmiş maddi sübutlar və Təqsirləndirilən şəxs tərəflərindən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparılmış və təhqiqatçı Anar Abbasova təhvil verilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni kimdən və hansı məqsədlə alması ilə bağlı tərəflərindən müəyyən tədbirlər keçirilsə də heç bir müsbət nəticə əldə edilməmişdir. Lakin Təqsirləndirilən şəxs deməsinə görə həmin narkotik vasitələri Tahir adlı İİR-sı vətəndaşından əldə etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, daxil olmuş məlumat əsasında, şəxs yaşadığı evin yaxınlığında saxlanmış, üzərinə baxış keçirilmiş, üzərindən heç nə aşkar olunmamış, maşından 11 qram narkotik vasitə aşkar olunmuş, ona verilən suallara cavab olaraq evində də narkotik vasit əolduğunu bildirmiş, evinə baxış keçirilmiş, evinin arxasından 3 kq narkotik vasitə aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, daxil olmuş məlumat əsasında, şəxsi yaşadığı evin yaxınlığında saxlayıb üzərinə baxış keçirilmiş, üzərindən heç nə aşkar olunmamış, maşından 11 qram narkotik vasitə aşkar olunmuş, ona verilən suallara cavab olaraq evində də narkotik vasit olduğunu bildirmiş, evindən 3 kq narkotik vasitə aşkar olunmuşdur. Həmin narkotik vasitəni Lənkəranda iranlıdan aldığını bildirmişdir. Şahidlər Şahid2 və Şahid3 ibtidai araşdırma zamanı Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cu il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Rapotdan” və “Şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq polis idarəsinə gətirilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli “Baxış” protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı əynində olan şalvarın cibindən bir ədəd üzərində nömrəsi olan “Redmi” markalı mobil telefon, həmin şalvarın yan cibindən bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd 4169 7388 7622 4753 nömrəli plastik bank kartı, bir ədəd açar, bir ədəd avtomobil açarı və 129 manat pul aşkar olunmuşdur. Ondan aşkar edilmiş “Samsung” markalı mobil telefon, bir ədəd şəxsiyyət vəsiqəsi və bir ədəd bank kartı qablaşdırılmışdır. Daha sonra “Hyundai Elantra” markalı ** XA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının qol altında olan saxlanc yerindən 01 ədəd bağlama aşkar olunmuşdur. Bundan sonra yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı həmin evin həyətyanı sahəsində olan bir ədəd qutunun içərisindən bir ədəd bağlama, iki ədəd sellofan və bir ədəd tərəzi aşkar olunmuşdur. Yaşadığı evdən və idarə etdiyi avtomobildən aşkar edilmiş ümumilikdə 04 ədəd bağlamalar və bir ədəd tərəzi götürülərək qablaşdırılmışdır. xx.xx.2024-cü il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” qərardan görünür ki,Təqsirləndirilən şəxs kulli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri,Xəzər rayonu ərazisində dövriyyəsi ilə məşğul olması,Hyundai Elantra markalı,** XA *** dövlət üeydiyyat nişanlı avtomobillə daşıması,həmçinin yaşadığı Bakı şəhəri,Xəzər rayonu,Binə qəsəbəsi,Südçülük sovxozu adlanan ərazidə yerləşən nömrəsiz fərdi evdə kulli miqdarda narkotik maddə gizlətməsində şübhəli bilindiyi üçün,28 avqust 2024-cü il tarixdə,saat 23:07 dəqiqədə Bakı şəhəri,Xəzər rayonu,Binə qəsəbəsi,Südçülük sovxozu adlanan ərazidə yaşadığı nömrəsiz fərdi evin,idarə etdiyi Hyundai Elantra markalı ** XA *** dövlət qeydiyyat nişanlı avtomobilin yanında piyada hərəkətdə olan zaman saxlanılaraq üstü yoxlanılmış,idarə etdiyi Hyundai Elantra markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomobilindən 1 ədəd bağlamada qurudulmuş marixuana,yaşadığı evə baxış keçirilən zaman isə 1 ədəd bağlamada və 2 ədəd sellofanda qurudulmuş marixuanaya bənzər kütlələr və 1 ədəd elektron tərəzi aşkar edilərək 1 ədəd ağ rəngli zərfdə,1 ədəd torbada qablaşdırılması və Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29 avqust 2024-cü il tarixli 3-16-16/2- 7/1443 nömrəli rəyindən görünür ki, tətqiqata təqdim edilmiş, üzərində “Saxlanılan Təqsirləndirilən şəxs avtomaşınından aşkar olunmuş kütlə....” yazı və imza olan kağız paketdə bir şəffaf sellofanda təmiz çəkisi 9,78 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitədir - qurudulmuş marixuanadır. Üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş maddi sübut....” yazı və imza olan polietilen bağlamada iki ədəd qara rəngli üzəri skoçlu bağlamada və bir ədəd şəffaf sellofanda hər birinin ayrı ayrılıqda təmiz çəkisi 2050 qram, 670 qram, 300 qram olmaqla, ümumi təmiz çəkisi 3020 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitədir - qurudulmuş marixuanadır. 01 (bir) ədəd elektron tərəzinin üzərində cuzi miqrda narkotik vasitə qurudulmuiş marixuana hiisəcikləri vardır. xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, videogörüntülər olan diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə bir ədəd fayl vardır, faylda olan videogörüntü çəkilmiş videoçəkilişdən görünür ki, BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş məliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz evin yerləşdiyi küçədə yaxınlaşaraq özünü təqdim edir. Üzərində baxış aparılacağını bildirir. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edir. Bundan sonra ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilir və olduğu halda çıxarıb təqdim etməyi təklif olunur. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş predmet və ya əşya olmadığını bildirir. Bundan sonra üzərinə baxış keçirilir və əynində olan qara rəngli şalvarın sol cibindən bir ədəd üzərində 051 *** ** ** mömrəsi olan “Redmi” markalı mobil telefon, həmin şalvarın sağ yan cibindən bir ədəd özümə məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd 4169 7388 7622 4753 nömrəli plastik bank kartı, bir ədəd açar, bir ədəd avtomobil açarı və 129 manat pul aşkar olunur. Ondan aşkar edilmiş “Samsung” markalı mobil telefon, bir ədəd şəxsiyyət vəsiqəsi və bir ədəd bank kartı qablaşdırılır. Daha sonra idarə etdiyi “Hyundai Elantra” markalı ** XA *** dövlət qeydiyyat nişanlı avtomobilinə və yaşadığı evə baxış keçirilməsinə etirazı olub- olmadığı soruşulur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirir. Bundan sonra “Hyundai Elantra” markalı avtomaşına baxış keçirilir. Baxış zamanı “Hyundai Elantra” markalı ** XA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının qol altında olan saxlanc yerindən 01 ədəd bağlama aşkar olunur. Həmin bağlama açılaraq içinə baxıldıqdan sonra ondan həmin bağlamanın içərisində nə olması barədə soruşulur. Təqsirləndirilən şəxs həmin 01 ədəd bağlamalarda narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitə qurudulmuş marixuananı 24 avqust 2024-cü il tarixdə İİR-nm vətəndaşı olan Tahir adlı şəxsin dediyi yerdən, yəni Lənkəran rayonu ərazisinə getməyini və orada əvvəlcədən təyin edilmiş yerdən 300 manat müqabilində Tahir adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağı üçün götürdüyünü bildirir. Bundan sonra yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən fərdi yaşayış evinə baxış keçirilir. Baxış zamanı həmin evin həyətyanı sahəsində olan bir ədəd qutunun içərisindən bir ədəd bağlama, iki ədəd sellofan və bir ədəd tərəzi aşkar olunur. Həmin bağlamalar açılaraq içinə baxıldıqdan sonra Təqsirləndirilən şəxs həmin bağlamaların və bükümlərin içərisində nə olması barədə soruşulur. O da həmin 03 ədəd bağlamalarda narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik narkorik vasitə qurudulmuş marixuananı 24 avqust 2024-cü il tarixdə İİR-nm vətəndaşı olan Tahir adlı şəxsin dediyi yerdən, yəni Lənkəran rayonu ərazisinə getməyini və orada əvvəlcədən təyin edilmiş yerdən 300 manat müqabilində Tahir adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağı üçün götürdüyünü bildirir. Yaşadığı evdən və idarə etdiyi avtomobildən aşkar edilmiş ümumilikdə 04 ədəd bağlamalar və bir ədəd tərəzi götürülərək qablaşdırılır. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli 6229 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif edilir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının,habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs avtomobildən aşkar olunmuş narkotik vasitənin bir qisminin ona məxsus olmadığını, hər hansı bir şəxslə əlbir olaraq narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmədiyini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər istintaq protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin avtomobildən aşkar olunmuş narkotik vasitənin (bir qisminin) ona məxsus olmaması, hər hansı bir şəxslə əlbir olaraq narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə etməməsi barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Yuxarıda sadalananlara əsasən məhkəkə, təqsirləndirilən şəxsin ifadəsini (ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadələri), həmçinin Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, narkotik vasitələrin miqdarının külli miqdar təşkil etməsi (3029,78 qram narkotik vasitə qurudulmuş marixuana) özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində əsas meyar olmasa da məhkəmə işin digər hallarını, təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdar təşkil etməklə birdəfəlik istehlak üçün nəzərdə tutulmamasını, həmçinin elektron tərəzinin aşkar olunmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib- qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib- edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X7rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özünün ifadəsi (ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsi) ilə yanaşı, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bununla yanaşı, cinayət işinin materiallarından və elektron məhkəmə informasiya sistemindən görünür ki, təqsirləndirilən şəxsin biri azyaşlı olmaqla, yetkinlik yaşına çatmayan üç uşağı var. Məhkəmə təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, biri azyaşlı olmaqla, yetkinlik yaşına çatmayan üç uşağının olmasını, əməlini (təqsirini) qismən etiraf etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin növünü (marixuana), çəkisini miqdarını (3029,78 qram narkotik vasitə qurudulmuş marixuana), cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini, cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət işinin materialarında olan rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi (yaşayış yeri) üzrə narkoloji dispanserində (kabinetdə) profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Xəzər RPİ-nin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 3029,58 qram olan narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk, təqdim olunmuş əşyalara baxış-götürmə keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Bununla yanaşı məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və barəsində 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkçə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi (yaşayış yeri) üzrə narkoloji dispanserində (kabinetdə) profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xəzər RPİ-nin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 3029,58 qram olan narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk, təqdim olunmuş əşyalara baxış-götürmə keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 70 (yetmiş) manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 manat məbləğində pul ödənilsin və hüquqi yardıma görə pul məbləğinin ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar