Məhkəmə qərarları › İş №1(101)-65/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-65/2021

27.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-65/2021 27.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X12, Dövlət ittihamçısı, X9, zərərçəkmiş şəxsin hüquqi varisi X10, təqsirləndirilən şəxslərin müdafiəçiləri: Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X6, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri ProBono Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi4, tərcüməçi X21 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi binada, açıq məhkəmə iclasında 12 mart 1980-ci ildə İran İslam Respublikasının Əhər şəhərində anadan olmuş, evli, orta təhsilli, İran İslam Respublikasının vətəndaşı, İran İslam Respublikası, Təbriz şəhəri, Nəstərən küçəsi ev 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, məhkumluğu olmayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs1 xx xxxx 1976-cı ildə Şəmkir rayonu, Şiştəpə kəndində anadan olmuş, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, evli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs2 xx xxxxxx 1974-cü ildə Şəmkir rayonunun Şiştəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatda olmaqla yaşamış, məhkumluğu olmayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs3 xx xxxxxx 1977-ci ildə Hacıqabul şəhərində(keçmiş Qazı-Məmməd şəhəri) anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, faktiki Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 92F, mənzil 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 2017-ci ilin mart ayında Bakı və Xırdalan şəhərlərində özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etməklə ələ keçirmək məqsədilə İran İslam Respublikasının vətəndaşı X4 ilə birlikdə Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Şahid1 Oqtay oğlu, Şahid2, Şahid5, X19, Şahid4, Şahid3, şəxsiyyəti istintaqa məlum olmayan “Miri” adlı şəxs və digərlərini cəlb edib yaratdığı mütəşəkkil dəstədə özünün və Həsən Rəhbəriqaradağlının 2016-cı ildən etibarən meyvə-tərəvəz məhsullarının ticarəti ilə məşğul olduqları Zərərçəkmiş şəxs ilə şərikli kommersiya fəaliyyətindən onlara 30.000 ABŞ dolları məbləğində pul borcunun yaranmasını iddia edərək, həmin borc məbləğinin bir qismi müqabilində sonuncunun oğurlanaraq şəxsiyyəti üzərində zor tətbiq olunmaqla borcun tələb olunub alınması və qəsdən öldürülməsi barədə İran İslam Respublikası ərazisində mobil nömrə üzərindən «WhatsApp» proqramından istifadə olunmaqla Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 vasitəsilə Samir Kazımova sifariş vermiş, aparılmış vəzifə bölgüsünə əsasən sifarişi qəbul edib onun icrası ilə əlaqədar üzərlərinə düşən vəzifələri yerinə yetirməyə razılaşan dəstə üzvləri Samir Kazımov, Şahid1, Şahid2, Şahid4, Şahid3, Şahid5 və qeyriləri əvvəlcədən Zərərçəkmiş şəxs yaşadığı ünvanı, hərəkət marşrutunu, əməllərinin törədilməsi üçün əlverişli vaxt, məkan, üsul və vasitələri müəyyənləşdirdikdən sonra 29 mart 2017ci il tarixdə saat 11 radələrində dəstə üzvləri Şahid4, Şahid2 və Şahid1 tərəfindən, sonuncunun idarə etdiyi “Mercedes Benz” markalı **-HE-*** dövlət nömrə nişanlı avtomaşınla Zərərçəkmiş şəxs yaşadığı Xırdalan şəhəri, H.Əliyev prospekti, 23 saylı evin qarşısından əl və baş nahiyəsindən tutularaq həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edilməklə, iradəsi əleyhinə avtomaşına mindirilib oğurlanaraq digər dəstə üzvləri Samir Kazımov və Şahid5 birlikdə gözlədikləri Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Manqal” adlı kafeyə gətirilmiş, orada dəstə üzvləri Şahid1, Şahid2, Şahid4, Samir Kazımov və Şahid5 birlikdə Zərərçəkmiş şəxs özünün və yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstəriləcəyi, əmlakının məhv ediləcəyi ilə hədələmiş, Şahid1 əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vurmaqla ona verməli olduğu 51.660 (əlli bir min altı yüz altmış) manata bərabər 30.000 ABŞ dolları məbləğində külli miqdarda pul vəsaitini hədə-qorxu ilə tələb etmişlər, Zərərçəkmiş şəxs pulunun olmadığını bildirdikdə dəstə üzvləri Şahid4, Şahid1, Samir Kazımov, Şahid5 və Şahid2 onun əl və baş nahiyəsindən tutub həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, iradəsi əleyhinə Şahid1 idarə etdiyi “Mercedes Benz” markalı **-HE-*** dövlət nömrə nişanlı avtomaşına mindirərək əvvəlcədən əldə olunmuş razılığa əsasən digər dəstə üzvü Şahid3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bahar yaşayış massivində yerləşən bağ evinə apararaq orada Zərərçəkmiş şəxs paltarlarını soyundurub bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri endirməklə, özünün və yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstəriləcəyi, əmlakının məhv ediləcəyi ilə hədələyərək, ona verməli olduğu külli miqdarda pul vəsaitini yenidən hədə-qorxu ilə tələb etmişlər, barəsində edilən zorakılıq səbəbindən hədəni real qəbul edən Zərərçəkmiş şəxs qeyd olunan pul vəsaitinin əvəzinə ilkin olaraq arvadına məxsus qızıl-zinət məmulatını verməyə razılaşması ilə əlaqədar saat 23 radələrində onu yaşadığı Xırdalan şəhərində yerləşən evinə gətirərək arvadı X13 məxsus, 15.000 manat dəyərində brilyant qaşlı bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük dəstini qəbul edib ələ keçirdikdən sonra növbəti gün saat 11 radələrində görüşməyə razılaşmış, cinayət əməllərini davam etdirərək 30 mart 2017-ci il tarixdə saat 18 radələrində yenidən dəstə üzvləri Şahid1, Samir Kazımov, Şahid5 və Şahid2 Xırdalan şəhərinə gəlib Zərərçəkmiş şəxsla görüşmüşlər, sonuncu qızıl-zinət məmulatının satılmasında iştirak etmək istəmədiyini bildirdikdə Şahid1 Zərərçəkmiş şəxs Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Karvan“ çay evinə aparılması barədə dəstə üzvü Şahid2 göstəriş vermiş, Şahid5, Şahid1 və Samir Kazımov isə birlikdə qızıl-zinət məmulatını satmaq üçün ayrı-ayrı zərgərlərə təklif etmiş, mütəşəkkil dəstənin tələblərini qane edən qiymət verilmədiyindən hədə-qorxu ilə ələ keçirdikləri qızıl məmulatını satmayaraq özlərində saxlayıb saat 22 radələrində Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Karvan“ çay evinə gələrək Zərərçəkmiş şəxs əlavə pul vəsaitlərinin verilməsini hədəqorxu ilə tələb edərkən aralarında yaranmış mübahisə zamanı çay evinin qarşısında Şahid1 tərəfindən Zərərçəkmiş şəxs qarşı zor tətbiqi ilə müşayiət olunan qərəzli hərəkətlər edilərək sonuncunun sifət nahiyəsinə yumruq zərbələri endirilib ona alın nahiyəsinin sağ və orta hissəsinin, sağ almacıq, burun və üst dodağın sağ hissəsinin sıyrıqları, sağ gözün üst qapağının qançırı, üst dodağın sağ hissəsinin selikli qişasının əzilmiş yarası kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirilmiş, Zərərçəkmiş şəxs hücum edən şəxslərlə gücünün uyğunsuzluq təşkil etdiyini görüb özünü müdafiə edib həyat və sağlamlığına zərər vuran şəxslərin ictimai təhlükəli qəsdlərinin qarşısını almaq məqsədilə istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində gəzdirdiyi odlu silah olan 9 mm kalibrli “Pietro Beretta” markalı tapançadan atəşlər açarkən, Şahid1 Zərərçəkmiş şəxsla əlbəyaxa olmuş, sonuncunun qəsdən öldürülməsi ilə bağlı əvvəlcədən planlaşdırdılmış və mütəşəkkil dəstənin vahid niyyəti ilə ifadə olunan məqsədinə nail olmaq üçün əlverişli şərait yarandığını görən dəstə üzvləri Şahid5, Şahid2 və Samir Kazımov müdaxilə edərək Zərərçəkmiş şəxs müqavimətini qırmaqla özünü müdafiə imkanını şüurlu surətdə məhdudlaşdırmış, bundan istifadə edən Şahid1 tərəfindən silahın Zərərçəkmiş şəxs əlindən alınıb ətrafda olan şəxslərin həyatı üçün təhlükə yaratmasına məhəl qoymayaraq Zərərçəkmiş şəxs sağ gicgah alın nahiyyəsinə bir dəfə atəş açılmaqla ona qəsdən başın dəlib keçən güllə yarasından ibarət olub baş beyin toxumasının dağılması və hissəvi evakuasiyası, kəllə tağı və əsası sümüklərinin qəlpəli sınıqları ilə müşayiət olunan, həyat üçün təhlükəli olub ölümünə səbəb olan ağır dərəcəli bədən xəsarəti yetirilməsi ilə Zərərçəkmiş şəxs mütəşəkkil dəstə tərkibində ümumi təhlükəli üsulla, tamah məqsədilə, sifarişlə, hədə-qorxu ilə tələb etməklə əlaqədar qəsdən öldürülmüş, bundan sonra dəstə üzvlərindən hadisə zamanı yaralanan Şahid1 müalicə xərclərinin ödənilməsi və Samir Kazımovun cinayət məsuliyyətindən yayınaraq ölkə ərazisini tərk etməsi məqsədilə Həsən Rəhbəriqaradağlı ilə birlikdə 6.000 manat pulun Təqsirləndirilən şəxs4 vasitəsilə Samir Kazımova çatdırılması barədə Təqsirləndirilən şəxs3 göstəriş vermiş və sonuncunun əldə etdiyi həmin məğləğdə pul Təqsirləndirilən şəxs4 tərəfindən Şahid8 vasitəsilə Samir Kazımova verilmiş, daha sonra isə özünün növbəti göstərişi əsasında Təqsirləndirilən şəxs3 tərəfindən 6000 manat pul Təqsirləndirilən şəxs2 qaytarılmışdır. Təqsirləndirilən şəxs2 2017-ci ilin mart ayında Bakı və Xırdalan şəhərlərində özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etməklə ələ keçirmək məqsədilə İran İslam Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1, X4, Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, X19, Şahid1 Oqtay oğlu, Şahid2, Şahid5, Şahid4, Şahid3, şəxsiyyəti istintaqa məlum olmayan “Miri” adlı şəxs və qeyrilərindən ibarət mütəşəkkil dəstədə birləşib, aparılmış vəzifə bölgüsünə əsasən üzərinə düşən vəzifələri yerinə yetirərək Təqsirləndirilən şəxs1 və Həsən Rəhbəriqaradağlının 2016-cı ildən etibarən meyvə-tərəvəz məhsullarının ticarəti ilə məşğul olduqları Zərərçəkmiş şəxs ilə şərikli kommersiya fəaliyyətindən onlara 30.000 ABŞ dolları məbləğində pul borcunun yaranmasını iddia edərək həmin borc məbləğinin bir qismi müqabilində sonuncunun oğurlanaraq şəxsiyyəti üzərində zor tətbiq olunmaqla borcun tələb olunub alınması və qəsdən öldürülməsi barədə sifarişini mobil nömrə üzərindən “WhatsApp” proqramından istifadə etməklə dəstə üzvü Təqsirləndirilən şəxs3 qəbul edib icrasına razılaşaraq dostu Təqsirləndirilən şəxs4la birlikdə digər dəstə üzvü Samir Kazımovla görüşüb sifarişi sonuncuya çatdırmış, sifarişi qəbul edib onun icrası üzrə vəzifə bölgüsünə əsasən üzərlərinə düşən vəzifələri yerinə yetirməyə razılaşan Samir Kazımov dəstənin digər üzvləri Şahid1, Şahid2, Şahid4, Şahid3, Şahid5 və qeyriləri əvvəlcədən Zərərçəkmiş şəxs yaşadığı ünvanı, hərəkət marşrutunu, əməllərinin törədilməsi üçün əlverişli vaxt, məkan, üsul və vasitələri müəyyənləşdirdikdən sonra 29 mart 2017ci il tarixdə saat 11 radələrində dəstə üzvləri Şahid4, Şahid2 və Şahid1 tərəfindən, sonuncunun idarə etdiyi “Mercedes Benz” markalı **-HE-*** dövlət nömrə nişanlı avtomaşınla Zərərçəkmiş şəxs yaşadığı Xırdalan şəhəri, H.Əliyev prospekti, 23 saylı evin qarşısından əl və baş nahiyəsindən tutularaq həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edilməklə, iradəsi əleyhinə avtomaşına mindirilib oğurlanaraq digər dəstə üzvləri Samir Kazımov və Şahid5 birlikdə gözlədikləri Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Manqal” adlı kafeyə gətirilmiş, orada dəstə üzvləri Şahid1, Şahid2, Şahid4, Samir Kazımov və Şahid5 birlikdə Zərərçəkmiş şəxs özünün və yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstəriləcəyi, əmlakının məhv ediləcəyi ilə hədələmiş, Şahid1 əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vurmaqla ona verməli olduğu 51.660 (əlli bir min altı yüz altmış) manata bərabər 30.000 ABŞ dolları məbləğində külli miqdarda pul vəsaitini hədə-qorxu ilə tələb etmişlər, Zərərçəkmiş şəxs pulunun olmadığını bildirdikdə dəstə üzvləri Şahid4, Şahid1, Samir Kazımov, Şahid5 və Şahid2 onun əl və baş nahiyəsindən tutub həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, iradəsi əleyhinə Şahid1 idarə etdiyi “Mercedes Benz” markalı **-HE-*** dövlət nömrə nişanlı avtomaşına mindirərək əvvəlcədən əldə olunmuş razılığa əsasən digər dəstə üzvü Şahid3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bahar yaşayış massivində yerləşən bağ evinə apararaq orada Zərərçəkmiş şəxs paltarlarını soyunduraraq bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri endirməklə, özünün və yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstəriləcəyi, əmlakının məhv ediləcəyi ilə hədələyərək, ona verməli olduğu külli miqdarda pul vəsaitini yenidən hədə-qorxu ilə tələb etmişlər, barəsində edilən zorakılıq səbəbindən hədəni real qəbul edən Zərərçəkmiş şəxs qeyd olunan pul vəsaitinin əvəzinə ilkin olaraq arvadına məxsus qızıl-zinət məmulatını verməyə razılaşması ilə əlaqədar saat 23 radələrində onu yaşadığı Xırdalan şəhərində yerləşən evinə gətirərək arvadı X13 məxsus, 15.000 manat dəyərində brilyant qaşlı bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük dəstini qəbul edib ələ keçirdikdən sonra növbəti gün saat 11 radələrində görüşməyə razılaşmış, cinayət əməllərini davam etdirərək 30 mart 2017-ci il tarixdə saat 18 radələrində yenidən dəstə üzvləri Şahid1, Samir Kazımov, Şahid5 və Şahid2 Xırdalan şəhərinə gəlib Zərərçəkmiş şəxsla görüşmüşlər, sonuncu qızıl-zinət məmulatının satılmasında iştirak etmək istəmədiyini bildirdikdə Şahid1 Zərərçəkmiş şəxs Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Karvan“ çay evinə aparılması barədə dəstə üzvü Şahid2 göstəriş vermiş, Şahid5, Şahid1 və Samir Kazımov isə birlikdə qızılzinət məmulatını satmaq üçün ayrı-ayrı zərgərlərə təklif etmiş, mütəşəkkil dəstənin tələblərini qane edən qiymət verilmədiyindən hədə-qorxu ilə ələ keçirdikləri qızıl məmulatını satmayaraq özlərində saxlayıb saat 22 radələrində Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Karvan“ çay evinə gələrək Zərərçəkmiş şəxs əlavə pul vəsaitlərinin verilməsini hədə-qorxu ilə tələb edərkən aralarında yaranmış mübahisə zamanı çay evinin qarşısında Şahid1 tərəfindən Zərərçəkmiş şəxs qarşı zor tətbiqi ilə müşayiət olunan qərəzli hərəkətlər edilərək sonuncunun sifət nahiyəsinə yumruq zərbələri endirilib ona alın nahiyəsinin sağ və orta hissəsinin, sağ almacıq, burun və üst dodağın sağ hissəsinin sıyrıqları, sağ gözün üst qapağının qançırı, üst dodağın sağ hissəsinin selikli qişasının əzilmiş yarası kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirilmiş, Zərərçəkmiş şəxs hücum edən şəxslərlə gücünün uyğunsuzluq təşkil etdiyini görüb özünü müdafiə edib həyat və sağlamlığına zərər vuran şəxslərin ictimai təhlükəli qəsdlərinin qarşısını almaq məqsədilə istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində gəzdirdiyi odlu silah olan 9 mm kalibrli “Pietro Beretta” markalı tapançadan atəşlər açarkən, Şahid1 Zərərçəkmiş şəxsla əlbəyaxa olmuş, sonuncunun qəsdən öldürülməsi ilə bağlı əvvəlcədən planlaşdırdılmış və mütəşəkkil dəstənin vahid niyyəti ilə ifadə olunan məqsədinə nail olmaq üçün əlverişli şərait yarandığını görən dəstə üzvləri Şahid5, Şahid2 və Samir Kazımov müdaxilə edərək Zərərçəkmiş şəxs müqavimətini qırmaqla özünü müdafiə imkanını şüurlu surətdə məhdudlaşdırmış, bundan istifadə edən Şahid1 tərəfindən silahın Zərərçəkmiş şəxs əlindən alınıb ətrafda olan şəxslərin həyatı üçün təhlükə yaratmasına məhəl qoymayaraq Zərərçəkmiş şəxs sağ gicgah alın nahiyyəsinə bir dəfə atəş açılmaqla ona qəsdən başın dəlib keçən güllə yarasından ibarət olub baş beyin toxumasının dağılması və hissəvi evakuasiyası, kəllə tağı və əsası sümüklərinin qəlpəli sınıqları ilə müşayiət olunan, həyat üçün təhlükəli olub ölümünə səbəb olan ağır dərəcəli bədən xəsarəti yetirilməsi ilə Zərərçəkmiş şəxs mütəşəkkil dəstə tərkibində ümumi təhlükəli üsulla, tamah məqsədilə, sifarişlə, hədə-qorxu ilə tələb etməklə əlaqədar qəsdən öldürülmüş, bundan sonra dəstə üzvlərindən hadisə zamanı yaralanan Şahid1 müalicə xərclərinin ödənilməsi və Samir Kazımovun cinayət məsuliyyətindən yayınaraq ölkə ərazisini tərk etməsi barədə Təqsirləndirilən şəxs1 və Həsən Rəhbəriqaradağlının razılığı ilə 6.000 manat pulu Təqsirləndirilən şəxs4 vasitəsilə Samir Kazımova çatdırılması üçün sonuncunun qayınatası Şahid8 göndərmiş, daha sonra isə Təqsirləndirilən şəxs1 göstərişi əsasında qeyd olunan məbləğdə pul dəstə üzvü Təqsirləndirilən şəxs3 tərəfindən ona qaytarılmışdır. Təqsirləndirilən şəxs3 2017-ci ilin mart ayında Bakı və Xırdalan şəhərlərində özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etməklə ələ keçirmək məqsədilə İran İslam Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və X4, Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, X19, Şahid1 Oqtay oğlu, Şahid2, Şahid5, Şahid4, Şahid3, şəxsiyyəti istintaqa məlum olmayan “Miri” adlı şəxs və qeyrilərindən ibarət mütəşəkkil dəstədə birləşib, aparılmış vəzifə bölgüsünə əsasən üzərinə düşən vəzifələri yerinə yetirərək Təqsirləndirilən şəxs1 və Həsən Rəhbəriqaradağlının 2016-cı ildən etibarən meyvə-tərəvəz məhsullarının ticarəti ilə məşğul olduqları Zərərçəkmiş şəxs ilə şərikli kommersiya fəaliyyətindən onlara 30.000 ABŞ dolları məbləğində pul borcunun yaranmasını iddia edib həmin borc məbləğinin bir qismi müqabilində sonuncunun oğurlanaraq şəxsiyyəti üzərində zor tətbiq olunmaqla borcun tələb olunub alınması və qəsdən öldürülməsi barədə sifarişini İran İslam Respublikası ərazisində mobil nömrə üzərindən “WhatsApp” proqramından istifadə etməklə Təqsirləndirilən şəxs2 vasitəsilə digər dəstə üzvləri Təqsirləndirilən şəxs4 və Samir Kazımova çatdırmış, sifarişi qəbul edib onun icrası ilə əlaqədar üzərlərinə düşən vəzifələri yerinə yetirməyə razılaşan Samir Kazımov dəstənin digər üzvləri Şahid1, Şahid2, Şahid4, Şahid3, Şahid5 və qeyriləri əvvəlcədən Zərərçəkmiş şəxs yaşadığı ünvanı, hərəkət marşrutunu, əməllərinin törədilməsi üçün əlverişli vaxt, məkan, üsul və vasitələri müəyyənləşdirdikdən sonra 29 mart 2017-ci il tarixdə saat 11 radələrində dəstə üzvləri Şahid4, Şahid2 və Şahid1 tərəfindən, sonuncunun idarə etdiyi “Mercedes Benz” markalı **-HE-*** dövlət nömrə nişanlı avtomaşınla Zərərçəkmiş şəxs yaşadığı Xırdalan şəhəri, H.Əliyev prospekti, 23 saylı evin qarşısından əl və baş nahiyəsindən tutularaq həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edilməklə, iradəsi əleyhinə avtomaşına mindirilib oğurlanaraq digər dəstə üzvləri Samir Kazımov və Şahid5 birlikdə gözlədikləri Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Manqal” adlı kafeyə gətirilmiş, orada dəstə üzvləri Şahid1, Şahid2, Şahid4, Samir Kazımov və Şahid5 birlikdə Zərərçəkmiş şəxs özünün və yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstəriləcəyi, əmlakının məhv ediləcəyi ilə hədələmiş, Şahid1 əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vurmaqla ona verməli olduğu 51.660 (əlli bir min altı yüz altmış) manata bərabər 30.000 ABŞ dolları məbləğində külli miqdarda pul vəsaitini hədə-qorxu ilə tələb etmişlər, Zərərçəkmiş şəxs pulunun olmadığını bildirdikdə dəstə üzvləri Şahid4, Şahid1, Samir Kazımov, Şahid5 və Şahid2 onun əl və baş nahiyəsindən tutub həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, iradəsi əleyhinə Şahid1 idarə etdiyi “Mercedes Benz” markalı **-HE-*** dövlət nömrə nişanlı avtomaşına mindirərək əvvəlcədən əldə olunmuş razılığa əsasən digər dəstə üzvü Şahid3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bahar yaşayış massivində yerləşən bağ evinə apararaq orada Zərərçəkmiş şəxs paltarlarını soyunduraraq bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri endirməklə, özünün və yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstəriləcəyi, əmlakının məhv ediləcəyi ilə hədələyərək, ona verməli olduğu külli miqdarda pul vəsaitini yenidən hədə-qorxu ilə tələb etmişlər, barəsində edilən zorakılıq səbəbindən hədəni real qəbul edən Zərərçəkmiş şəxs qeyd olunan pul vəsaitinin əvəzinə ilkin olaraq arvadına məxsus qızıl-zinət məmulatını verməyə razılaşması ilə əlaqədar saat 23 radələrində onu yaşadığı Xırdalan şəhərində yerləşən evinə gətirərək arvadı X13 məxsus, 15.000 manat dəyərində brilyant qaşlı bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük dəstini qəbul edib ələ keçirdikdən sonra növbəti gün saat 11 radələrində görüşməyə razılaşmış, cinayət əməllərini davam etdirərək 30 mart 2017-ci il tarixdə saat 18 radələrində yenidən dəstə üzvləri Şahid1, Samir Kazımov, Şahid5 və Şahid2 Xırdalan şəhərinə gəlib Zərərçəkmiş şəxsla görüşmüşlər, sonuncu qızıl-zinət məmulatının satılmasında iştirak etmək istəmədiyini bildirdikdə Şahid1 Zərərçəkmiş şəxs Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Karvan“ çay evinə aparılması barədə dəstə üzvü Şahid2 göstəriş vermiş, Şahid5, Şahid1 və Samir Kazımov isə birlikdə qızıl-zinət məmulatını satmaq üçün ayrı-ayrı zərgərlərə təklif etmiş, mütəşəkkil dəstənin tələblərini qane edən qiymət verilmədiyindən hədəqorxu ilə ələ keçirdikləri qızıl məmulatını satmayaraq özlərində saxlayıb saat 22 radələrində Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Karvan“ çay evinə gələrək Zərərçəkmiş şəxs əlavə pul vəsaitlərinin verilməsini hədə-qorxu ilə tələb edərkən aralarında yaranmış mübahisə zamanı çay evinin qarşısında Şahid1 tərəfindən Zərərçəkmiş şəxs qarşı zor tətbiqi ilə müşayiət olunan qərəzli hərəkətlər edilərək sonuncunun sifət nahiyəsinə yumruq zərbələri endirilib ona alın nahiyəsinin sağ və orta hissəsinin, sağ almacıq, burun və üst dodağın sağ hissəsinin sıyrıqları, sağ gözün üst qapağının qançırı, üst dodağın sağ hissəsinin selikli qişasının əzilmiş yarası kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirilmiş, Zərərçəkmiş şəxs hücum edən şəxslərlə gücünün uyğunsuzluq təşkil etdiyini görüb özünü müdafiə edib həyat və sağlamlığına zərər vuran şəxslərin ictimai təhlükəli qəsdlərinin qarşısını almaq məqsədilə istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində gəzdirdiyi sssdan atəşlər açarkən, Şahid1 Zərərçəkmiş şəxsla əlbəyaxa olmuş, sonuncunun qəsdən öldürülməsi ilə bağlı əvvəlcədən planlaşdırdılmış və mütəşəkkil dəstənin vahid niyyəti ilə ifadə olunan məqsədinə nail olmaq üçün əlverişli şərait yarandığını görən dəstə üzvləri Şahid5, Şahid2 və Samir Kazımov müdaxilə edərək Zərərçəkmiş şəxs müqavimətini qırmaqla özünü müdafiə imkanını şüurlu surətdə məhdudlaşdırmış, bundan istifadə edən Şahid1 tərəfindən silahın Zərərçəkmiş şəxs əlindən alınıb ətrafda olan şəxslərin həyatı üçün təhlükə yaratmasına məhəl qoymayaraq Zərərçəkmiş şəxs sağ gicgah alın nahiyyəsinə bir dəfə atəş açılmaqla ona qəsdən başın dəlib keçən güllə yarasından ibarət olub baş beyin toxumasının dağılması və hissəvi evakuasiyası, kəllə tağı və əsası sümüklərinin qəlpəli sınıqları ilə müşayiət olunan, həyat üçün təhlükəli olub ölümünə səbəb olan ağır dərəcəli bədən xəsarəti yetirilməsi ilə Zərərçəkmiş şəxs mütəşəkkil dəstə tərkibində ümumi təhlükəli üsulla, tamah məqsədilə, sifarişlə, hədə-qorxu ilə tələb etməklə əlaqədar qəsdən öldürülmüş, bundan sonra o, dəstə üzvlərindən hadisə zamanı yaralanan Şahid1 müalicə xərclərinin ödənilməsi və Samir Kazımovun cinayət məsuliyyətindən yayınaraq ölkə ərazisini tərk etməsi üçün Təqsirləndirilən şəxs1 və Həsən Rəhbəriqaradağlının göstərişi əsasında dəstə üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 6000 manat pul vermiş, sonuncu tərəfindən həmin məbləğdə pul Samir Kazımova çatdırılması üçün onun qayınatası Şahid8 verilmişdir. Təqsirləndirilən şəxs4 2017-ci ilin mart ayında Bakı və Xırdalan şəhərlərində özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etməklə ələ keçirmək məqsədilə İran İslam Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1, X4, Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, X19, Şahid1 Oqtay oğlu, Şahid2, Şahid5, Şahid4, Şahid3, şəxsiyyəti istintaqa məlum olmayan “Miri” adlı şəxs və qeyrilərindən ibarət mütəşəkkil dəstədə birləşib, aparılmış vəzifə bölgüsünə əsasən üzərinə düşən vəzifələri yerinə yetirərək Təqsirləndirilən şəxs1 və Həsən Rəhbəriqaradağlının 2016-cı ildən etibarən meyvə-tərəvəz məhsullarının ticarəti ilə məşğul olduqları Zərərçəkmiş şəxs ilə şərikli kommersiya fəaliyyətindən onlara 30.000 ABŞ dolları məbləğində pul borcunun yaranmasını iddia edib həmin borc məbləğinin bir qismi müqabilində sonuncunun oğurlanaraq şəxsiyyəti üzərində zor tətbiq olunmaqla borcun tələb olunub alınması və qəsdən öldürülməsi barədə sifarişini Təqsirləndirilən şəxs2 ilə birlikdə qəbul edib digər dəstə üzvü Samir Kazımova çatdırmış, sifarişi qəbul edib onun icrası ilə əlaqədar üzərlərinə düşən vəzifələri yerinə yetirməyə razılaşan Samir Kazımov dəstənin digər üzvləri Şahid1, Şahid2, Şahid4, Şahid3, Şahid5 və qeyriləri əvvəlcədən Zərərçəkmiş şəxs yaşadığı ünvanı, hərəkət marşrutunu, əməllərinin törədilməsi üçün əlverişli vaxt, məkan, üsul və vasitələri müəyyənləşdirdikdən sonra 29 mart 2017-ci il tarixdə saat 11 radələrində dəstə üzvləri Şahid4, Şahid2 və Şahid1 tərəfindən, sonuncunun idarə etdiyi “Mercedes Benz” markalı **-HE-*** dövlət nömrə nişanlı avtomaşınla Zərərçəkmiş şəxs yaşadığı Xırdalan şəhəri, H.Əliyev prospekti, 23 saylı evin qarşısından əl və baş nahiyəsindən tutularaq həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edilməklə, iradəsi əleyhinə avtomaşına mindirilib oğurlanaraq digər dəstə üzvləri Samir Kazımov və Şahid5 birlikdə gözlədikləri Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Manqal” adlı kafeyə gətirilmiş, orada dəstə üzvləri Şahid1, Şahid2, Şahid4, Samir Kazımov və Şahid5 birlikdə Zərərçəkmiş şəxs özünün və yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstəriləcəyi, əmlakının məhv ediləcəyi ilə hədələmiş, Şahid1 əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vurmaqla ona verməli olduğu 51.660 (əlli bir min altı yüz altmış) manata bərabər 30.000 ABŞ dolları məbləğində külli miqdarda pul vəsaitini hədə-qorxu ilə tələb etmişlər, Zərərçəkmiş şəxs pulunun olmadığını bildirdikdə dəstə üzvləri Şahid4, Şahid1, Samir Kazımov, Şahid5 və Şahid2 onun əl və baş nahiyəsindən tutub həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, iradəsi əleyhinə Şahid1 idarə etdiyi “Mercedes Benz” markalı **-HE-*** dövlət nömrə nişanlı avtomaşına mindirərək əvvəlcədən əldə olunmuş razılığa əsasən digər dəstə üzvü Şahid3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bahar yaşayış massivində yerləşən bağ evinə apararaq orada Zərərçəkmiş şəxs paltarlarını soyunduraraq bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri endirməklə, özünün və yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstəriləcəyi, əmlakının məhv ediləcəyi ilə hədələyərək, ona verməli olduğu külli miqdarda pul vəsaitini yenidən hədə-qorxu ilə tələb etmişlər, barəsində edilən zorakılıq səbəbindən hədəni real qəbul edən Zərərçəkmiş şəxs qeyd olunan pul vəsaitinin əvəzinə ilkin olaraq arvadına məxsus qızıl-zinət məmulatını verməyə razılaşması ilə əlaqədar saat 23 radələrində onu yaşadığı Xırdalan şəhərində yerləşən evinə gətirərək arvadı X13 məxsus, 15.000 manat dəyərində brilyant qaşlı bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük dəstini qəbul edib ələ keçirdikdən sonra növbəti gün saat 11 radələrində görüşməyə razılaşmış, cinayət əməllərini davam etdirərək 30 mart 2017-ci il tarixdə saat 18 radələrində yenidən dəstə üzvləri Şahid1, Samir Kazımov, Şahid5 və Şahid2 Xırdalan şəhərinə gəlib Zərərçəkmiş şəxsla görüşmüşlər, sonuncu qızıl-zinət məmulatının satılmasında iştirak etmək istəmədiyini bildirdikdə Şahid1 Zərərçəkmiş şəxs Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Karvan“ çay evinə aparılması barədə dəstə üzvü Şahid2 göstəriş vermiş, Şahid5, Şahid1 və Samir Kazımov isə birlikdə qızıl-zinət məmulatını satmaq üçün ayrı-ayrı zərgərlərə təklif etmiş, mütəşəkkil dəstənin tələblərini qane edən qiymət verilmədiyindən hədə-qorxu ilə ələ keçirdikləri qızıl məmulatını satmayaraq özlərində saxlayıb saat 22 radələrində Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Karvan“ çay evinə gələrək Zərərçəkmiş şəxs əlavə pul vəsaitlərinin verilməsini hədə-qorxu ilə tələb edərkən aralarında yaranmış mübahisə zamanı çay evinin qarşısında Şahid1 tərəfindən Zərərçəkmiş şəxs qarşı zor tətbiqi ilə müşayiət olunan qərəzli hərəkətlər edilərək sonuncunun sifət nahiyəsinə yumruq zərbələri endirilib ona alın nahiyəsinin sağ və orta hissəsinin, sağ almacıq, burun və üst dodağın sağ hissəsinin sıyrıqları, sağ gözün üst qapağının qançırı, üst dodağın sağ hissəsinin selikli qişasının əzilmiş yarası kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirilmiş, Zərərçəkmiş şəxs hücum edən şəxslərlə gücünün uyğunsuzluq təşkil etdiyini görüb özünü müdafiə edib həyat və sağlamlığına zərər vuran şəxslərin ictimai təhlükəli qəsdlərinin qarşısını almaq məqsədilə istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində gəzdirdiyi odlu silah olan 9 mm kalibrli “Pietro Beretta” markalı tapançadan atəşlər açarkən, Şahid1 Zərərçəkmiş şəxsla əlbəyaxa olmuş, sonuncunun qəsdən öldürülməsi ilə bağlı əvvəlcədən planlaşdırdılmış və mütəşəkkil dəstənin vahid niyyəti ilə ifadə olunan məqsədinə nail olmaq üçün əlverişli şərait yarandığını görən dəstə üzvləri Şahid5, Şahid2 və Samir Kazımov müdaxilə edərək Zərərçəkmiş şəxs müqavimətini qırmaqla özünü müdafiə imkanını şüurlu surətdə məhdudlaşdırmış, bundan istifadə edən Şahid1 tərəfindən silahın Zərərçəkmiş şəxs əlindən alınıb ətrafda olan şəxslərin həyatı üçün təhlükə yaratmasına məhəl qoymayaraq Zərərçəkmiş şəxs sağ gicgah alın nahiyyəsinə bir dəfə atəş açılmaqla ona qəsdən başın dəlib keçən güllə yarasından ibarət olub baş beyin toxumasının dağılması və hissəvi evakuasiyası, kəllə tağı və əsası sümüklərinin qəlpəli sınıqları ilə müşayiət olunan, həyat üçün təhlükəli olub ölümünə səbəb olan ağır dərəcəli bədən xəsarəti yetirilməsi ilə Zərərçəkmiş şəxs mütəşəkkil dəstə tərkibində ümumi təhlükəli üsulla, tamah məqsədilə, sifarişlə, hədə-qorxu ilə tələb etməklə əlaqədar qəsdən öldürülmüş, bundan sonra o, dəstə üzvlərindən hadisə zamanı yaralanan Şahid1 müalicə xərclərinin ödənilməsi və Samir Kazımovun cinayət məsuliyyətindən yayınaraq ölkə ərazisini tərk etməsi üçün Təqsirləndirilən şəxs1 və Həsən Rəhbəriqaradağlının göstərişi əsasında Təqsirləndirilən şəxs2 aldığı 6.000 manat pulu Samir Kazımova çatdırması üçün sonuncunun qayınatası Şahid8 vermiş, daha sonra isə Təqsirləndirilən şəxs1 tapşırığı və göstərişi ilə qeyd olunan məbləğdə pul dəstə üzvü Təqsirləndirilən şəxs3 tərəfindən Təqsirləndirilən şəxs2 qaytarılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Valehə bir maşın yük vermişlər. Bir maşın yük 18000 dollar imiş, Valeh and aman etmişdir ki, bir maşın göyü ona 15000-ə verək, biz şərikik hərəmiz 1000 dollar çıxaq, onun borcu, xərci var, ona köməklik olar. Bir maşın göyü Valehə 15000 dollara vermişdir. Bu alverdən sonra Valeh onu harda görüb onunla görüşüb. Onunla ölməmişdən 20-30 gün qabaq İranda kafedə çörək yeyib, xarici pasportuna baxsaq görərik. Həyət yoldaşı burda demədi ki, onlar Valehdən 1000 dolları da istəməmişdir, demişdir ki, 1000 dollarıda istəmir, nə vaxt pulun olsa 14000 dollar verər. Valeh də demirdir ki, “mən pulu verməyəcəm.” “Deyirmiş Rusiyada pulu var alanda sənin pulunu verəcəm.” Həmin ildə ki, o Valehə mal vermişdir Valeh özü də bilirmiş o il Özbəkistandan 15 maşın mal gətirmişdir. 15 maşın malı tökmüşlər çölə, 15000 şofer pulunu öz cibindən vermişdir. O istəsəymiş Valehə 15000 dollara görə bir kağız imzaladarmış, ya da bir adama tapşırarmış. Heç onun Valehə verdiyi mal yadına düşmürmüş. Allah Həsənə lənət etsin. Zindanda yatanların hamsına Həsən baisdir. Həmən gün də Həsən içkili imiş, əl çəkmirmiş Valehin borcuna görə deyirmiş orda bir polis dostu var ona tapşıraq, ərizə yazdıraq. Amma, o razı olmamışdır ki, Alverçilər eşidər deyərlər ki, bunlar zor gücünə ərizə yazdırırlar, güc göstərirlər bunlarla alver etmək olmaz. Onun Özbəkistanda bir nəfərdə borcu qalmışdır, dedi gəl pula görə ərizə yazdır, getməmişdir. Çünki o alverçi adamdır Rusiyada olur, Türkiyədə olur özündən qorxur ki, nəsə edərlər. Heç ərizə də yazdırmır ki, birdən ona qarşı ərizə ilə nəsə edərlər, başqa iş görərlər. O bilirmiş ki, Valehə Rusiyadan pulu verməyiblər. Ona bir neçə dəfə zəng etmişdir ki, “mən qızıl tapmışam, gətirsəm onu İranda sata bilərik ki, sənin pulunu verim?-demişdir, “yox mən göy satıram qızıl sata bilmərəm. Qoy qalsın nə vaxt pulun olarsa onda gətirib verərsən.” İki ildir bu günü gözləyirmiş. Xahiş edir, möhtərəm hakim onun danışmağına da bax. Həsən İrandadı. Həsən bura gəlməz. Həsən zəng edib polisə deməsəydi ki, bizim pulumuzu al, pulu tələb etməsəydi bu iş də belə olmazdı. O Həsənə demişdir ki, X38 yazdırmağa ehtiyac yoxdur, o puldan sənə cəmi 5000 dollar çatır, sən belə zirəng adam idinsə elə Özbəkistanda 600000 dollarımız qaldı ona ərizə yazdırardın, bu 5000 dolların dalıyca nə çox maraqlanırsan. Valeh ona zəng eləmişdir ki, “mən keçirəm İrana mənim pulu almaq məqsədim olsaydı elə İranda polis gücünə alardım. O Valehə 30000 dollarlıq mal verməmişdir ki, deyə ona 30000 dollar borcludur. Bu göydü qızıl deyil ki, 30000 dollara olsun. Valehin ona 15000 dollar borcu var imiş, 30000 dollar yox. Valehin həyat yoldaşı ona demişdir ki, o puldan Valeh 1000 dollar ziyan edib. Demişdir eybi yox o min dollar uşaqlarının, pulunuz olanda 14000 verərsiniz. Onun bu qətl hadisəsiylə əlaqədar olmayıb və bu əməldə əli yoxdur. Özünü günahkar bilmir. İstəyir bizim diqqətimizi bir neçə məsələyə cəlb edə. Bizim sözlərimizdən belə çıxır ki, o bu işdə təqsirlidir. Bu həqiqətdən uzaqdır, rəhmətliklə münasibəti də yaxşı imiş. İkinci məsələ də odur ki, hansı ağılsız, şüursuz Valehdən o pulu məcbur istəyər, bir halda ki, bu pulun miqdarı da o qədər artıq deyil ki, qətl törətsin. Bu məntiqsizdir. Bu, əsassızdır və sübut olunmamış sözlərdir. Bu ittiham sübuta yetmir, ona görə də o özünü günahsız bilir. Məhkəmədə verilmiş suallara cavab olaraq bir daha göstərmişdir ki, o yaş məhsul olan göyərti işi ilə məşğul olurmuş, göyərtiləri vurduğu ölkə əsasən Russiya və Ukraniya ölkələri olmuşdur. Göyərtiləri tır və ya Fura avtomaşınları ilə göndərirmiş, hər ilin bir qiyməti var imiş, qiymətlər fərqli olmuşdur. Valehə göyərti verən zaman bir maşın 16.000 – 18.000 ABŞ dolları olub, ondan yuxarı qiymət olmayıb. O Valehlə 2015-ci ildə Astara rayonunda tanış olmuşdur. Valehin dayısı oğlu Elman, onun sürücüsü imiş, onlar onun vaistəsilə Valehlə tanış olmuşlar. Valeh telefon vaistəsilə ondan yaş məhsul olan göyərti istəmişdir, oda ona borca göyərti vermişdir. Onun Valehlə ilk alveri imiş, ondan öncə Valehlə alveri olmayıb. Valeh əvvəllər kələm işi ilə məşğul olurmuş, şəriki olan Həsən Valehi tanıyırmış, lakin əvvəllər tanımamışdır, Valehlə onunla birgə tanış olmuşdur. Gəliri şəriki ilə böləcəkmiş, onlar Valehlə onlardan aldığı göyərtiyə görə 18.000 ABŞ dolları pul demişlər, Valehdə onlara demişdir ki, “siz 3 şəriksiz hərəniz 1.000 ABŞ dolları mənə güzəşt edin, mən kələm işimdə ziyan etmişəm,” onlarda Valehin verəcəyi 18.000 ABŞ dollarından, 3.000 ABŞ dolları çıxmışlar, 15.000 ABŞ dollarına razılaşmışlar. O məhkəmə iclas zalında necə ifadə vermişdirsə, ibtidai istintaq zamanı eyni ilə ifadə vermişdir. Onlar sürücüdən pul istəmirlər, heç sürücüyə zəng belə etmirlər, sürücünün işi ondan ibarətdir ki, aparıb yükünü verib geri gəlir, əgər sürücü kirayə pulunu almasaydı ona zəng edib deyərmiş, əgər onun Valehə verdiyi mal xarab olsaymış, Valeh ona deyərmiş ki, belə bir hadisə olubdur, o ziyan etmişdir, lakin Valeh ona heçnə deməyib. Valeh onlara demişdir ki, Moskvadan pul gözləyir, onlar bilirmişlər ki, alverdə belə borcun gecikməsi olar. Miskini tanıyır. Miskin vasitədir, Miskin rus dilini bildiyi üçün alverçilərlə danışır. O Valehin pulu qaytarıb –qaytarmaması ilə əlaqədar Miskin ilə heçnə danışmamış və ibtiadi istintaq zamanı o belə söz deməmiş, əgər ifadəsində belə bir söz varsa o, söz onun sözü deyil. Onun şəriki Həsən Miskinə deyib ki, “bizim pulu tələb et, Miskində Həsənə deyib ki, dostumuz var polisdi ona deyərik.” Miskin çox vaxt İranda olur. Valehin onlara borcu olmasını Miskinə Həsən deyib, həmin söhbətdə o iştirak etməmişdir. Ona demişlər ki, Miskinin qohumu Bakı şəhərində polis işləyir, ondan xahiş etmişlər, onların pulunu Valehdən tələb etsin, bu söhbəti ona Miskin və Həsən deyib, oda həmin zaman əsəbləşmişdir ki, Miskinə ki, nəyə görə onun sözü olmadan Həsənin sözü ilə etmişdir, Miskində ona demişdir ki, “mən bilmirdim diyərəm tələb etməzlər.” O Valehə zəng vurmuş, Valehin mobil telefon nömrəsi əhatə dairəsindən kənarda imiş, Valehlə əlaqə qura bilmədiyi üçün, Valehin qohumu olan Elmara zəng vuraraq bildirmişdir ki, Həsən Valehə görə ərizə yazdırıbdır, Valehə desin bilsin. 2015-ci ildən sonra Bakıya gəlmişdir, 2016-cı ildə Valehin evində qonaq olmuşdur. Həmin zamanlarda 230 maşın yük vurmuşlar, Valehin vurduğu 1 maşın heç onların yadlarına belə gəlmirmiş. Həsən Valehin borclu olmasını Miskinə deyibdir, Miskin isə bu məsələni İlhama deyibdir. Elmar ona zəng edib deməyib ki, gəlmə Azərbayacana səni tutacaqlar. Əgər o Valehi tutdurası olsaymış, Valeh rəhmətə getməmişdən təxminən 1 ay öncə İranda olmuşdur, o onu tutdursaymış İranda tutdurarmış. Bəlkə Valeh borcu ödəmək üçün atdığı addımları ona görə yox başqa digər hansısa bir şəxslərə borcu var imiş, ona görə edirmiş. Valehin ona 15.000 ABŞ dolları borcu olubdur. Miskinə o çox pul vermişdir, bu işlə bağlı yox, bu işdən öncə pul vermişdir. 2016 və ya 2017-ci ildə Miskin ona zəng edərək bildirmişdir ki, maşın almışdır ona 5.000 ABŞ dolları pul lazımdır, işliyərəm maaşımdan çıxarsan, oda Miskinlə razılaşmışdır. 1.000- 2.000 ABŞ dollarını onun yanında işləyib onun işlərini gördüyü üçün o, pulları Miskinə vermişdir. O 2 il müddətdir ki, saxlanılıb tutulmuşdur, 22-aydır. Elmar ona deməyib ki, bura gəlmə səni tutacaqlar, Elmar deyib ki, İranlıların sifarişi əsasında olub bu iş, Valehdə İranda bir neçə nəfərə pul borclu olmuşdur. Valeh ona demirmiş pulu vermiyəcək, o Valehi başa düşürmüş ki, Valehində pulunu vermirdilər, alverçi olduğu üçün o Valehi başa düşürmüş, alverçinin bir gün pulu olar, bir gün pulu olmaz. Xeyir İranlı sifariş etdikdə Elmar deməyib ki, Bəşiri, Elmar ifadəsindədə bildirib ki, İranlı, Valehində İranlılara çox borcu var imiş. Miskini o 2016-cı ildən tanıyır. Miskin yaş məhsul olan göyərti vururmuş, Valehə göyərti verməyini Miskin bilmirmiş. Miskin onun yanında olurmuş, rus dili bildiyi üçün ruslarla danışırmış. Həsənə qədər Miskinə heçnə deməmişdir, Miskinə Həsən deyib. Şəxsən onunla Miskin arasında həmin borcla əlaqədar heç bir söhbət olmayıb. Təqsirləndirilən şəxslərdən ancaq Miskini tanımışdır, ondan əvvəl heç birini tanımamışdır, onları məhkəmədə tanımışdır. İstintaqda onları birbiriləri ilə üzləşdirməyiblər. Müstəntiq onların dediklərinin hamısını tam yazmayıb, bəzilərini dəyişib. Onu Rusiyada tutublar. Hadisədən təxminən 1 il sonra getmişdir Rusiyaya, onu o, vaxt ərzində axtarmırmışlar. Əvvəllər Valehin ona borcu olmayıb, ilk dəfə imiş ki, onun ona borcu yaranmışdır. Həmin zaman onun 233 maşın göyərtisi getmişdir. Bir maşının qiyməti 15.000 ABŞ dolları edirmiş. Valehə verdiyi maşının biri 233 maşından biri olmuşdur. Göyərtiyə görə bir çox insanın ona borcu var, Özbək var ona 600.000 ABŞ dolları borcludur. Valehin öldürülməsi və ya borcun güclə alınması barədə o heç kimə göstəriş verməmişdir. Miskin ona polisdə işləyən insanın kim olduğunu deməmişdir, sonradan bilmişdir ki, onun adı İlhamdır. O İlhamı bu işlə əlaqədar tanımışdır. Sədrlik edən Təqsirləndirilən şəxs1 cild 7, iş vərəqə 105-113, 195-199, cild 8, iş vərəqə 139-145-də olan ifadələrini elan edir. Sədrlik edən sualına cavab olaraq Təqsirləndirilən şəxs1 bildirir ki, O məhkəmə iclas zalında necə ifadə vermişdirsə həmçinin ibtidai istintaq zamanı eyni ilə ifadələr vermişdir, ancaq müstəntiq ora başqa şeylər yazıb. Məhkəmədə verdiyi ifadəsini təsdiq edir. Miskinlə onun arasında o, pulun ona qaytarılması barədə heç bir söhbət olmayıb. O Miskinə sifariş verməmişdir ki, dövlət qulluqçusu vasitəsilə pul alınsın. Miskindən başqa heç bir təqsirləndirilən şəxsi tanımır. Həsən onun şərikidir. Üçüncü şəxs isə Müsavidi İranlıdı, o, işin üsdünə gəlmir ağsaqqal adamdı, onlar pulda şərikdirlər. Valehin ona borcu 15.000 ABŞ dollar borcu olub, 30.000 ABŞ dollarını müstəntiq özündən yazıb. Vhatsap vaistəsilə o Həsnlə danışmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək göstərdi ki, İran İslam Respublikasında 2011-ci il tarixdən etibarən yaş məhsul olan göyərti işi ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 2016-ci il tarixdə tanımış, tanışı İlqar ona demişdir ki, Həsənlə, Bəşir gəlir onları qarşıla. Oda Şəmkir rayonunda Həsən və Bəşiri qarşılayıb, Tovuz rayonuna aparmışdır. Həsən, Bəşir və o birlikdə birgə işləmişlər. Onun Zərərçəkmiş şəxs borc məsələsindən xəbəri olmayıb. Ona Həsən demişdir ki, Valehdə borc pul var, onu almaq olarmı. Həsən ona 15.000 (on beş min) ABŞ dollar borc olduğunu demişdir. Həsən bu sözləri ona göstəriş niyyəti ilə yox sadəcə xahiş etmək məqsədi ilə demişdir. O fikirləşmiş və dostu olan Təqsirləndirilən şəxs2 zəng edib məsələ barədə onunla danışmışdır. Həsənədə bildirmişdir ki, İlham adında dostu var, Ədliyyə işçisidir. İlhamın özünün işlətdiyi mobil telefon nömrəsinə zəng etmiş və İlhama qayda-qanun çərçivəsində Valehdə olan pulu almağı demişdir, İlham isə onun işdə olduğunu və buna görə hal-hazırda başının qarışıq olduğunu bildirmişdir. Həsən onunla Valehin borc məsələsinin söhbətini etdikdə Bəşir onların yanında deyilmiş. O daha sonra Həsəndən Valehin özünün işlətdiyi mobil telefon nömrəsini alıb İlhama vermişdir. Daha sonra məsələnin gedişatından xəbəri olmamışdır. Sonra İlham ona mobil telefon vaistəsilə zəng vuraraq, demişdir ki, deyirlər Valeh özü-özünü vurub. X42 Respublikasında belə söz-söhbət oldu ki, Zərərçəkmiş şəxs özü-özünü vurubdur. Daha sonra 2017-ci il tarixdə aprel ayında eşitmişdir ki, Valeh kimlərəsə güllə atıb, sonra həmin güllə ilə özünü vurub. Bu hadisədən sonra o İran İslam Respublikasına 20 (iyirmi) dəfə gedib-gəlmişdir və heç kim ona heçnə deməyib hadisə barədə, çox rahatlıqla gömrükdən keçib, gedib-gəlmişdir. 2018-ci il tarixdə İran İslam Respublikasına girərkən onu orada saxlamışlar və ondan Banka borcunun olub-olmamasını soruşmuşlar. Oda onlara heç bir Banka borcunun olmamasını bildirmiş, daha sonra onu Astara rayonuna aparmışlar və oradanda banditizmə gətirmişlər. Məhkəmədə verilmiş suallara cavab olaraq bir daha göstərmişdir ki, o İlhamı uşaqlıq vaxtından tanıyır, İlham onun kəntçidir. İlhamın Ədliyyə işçisi olduğunu bilirmiş, lakin hansı vəzifədə olduğunu bilmirmiş. İlhamla münasibətləri yaxşı olub və hal-hazırdada onların münasibətləri yaxşıdır. Valehin borc məsələsini ilk dəfə ona Həsən demişdir. Həsən Valehin borc məsələsini ona dedikdə Bəşirin həmin zaman harada olduğunu bilmirmiş. Bəşiri əvvəllər tanımamışdır. Bəşir ilə Həsənin şərik olduğunu bilirmiş.Bəşir ilə Həsən şərik olduğuna görə Valehin Bəşirədə borclu olduğunu bilirmiş. Həsən Valehin borc məsələsini ona, onlar evdə oturduqları zaman demişdir. Banditizmdə Valehin 18.000 (on səkkiz min) ABŞ dollar borcu olduğunu demişlər, o isə Valehin 15.000 (on beş min) ABŞ dollar borc olduğunu bilirmiş. Həsəndən Valehin borcunun nəyə görə olduğunu soruşduqda, Həsən ona Valehə yaş məhsul olan göyərti verdiklərini və borcun bu səbəbdən yarandığını demişdir. İlham əvvəllər heç kimin borcunu almayıb. Mobil telefon vaistəsilə İlhama zəng vurmuşdur. Dəqiq xatırlamıram İlhamla vhatsap vaistəsilə danışmışdır ya yox, bəlkədə danışmışdır. Həsənin ona dediyi borc məsələsini, İlhama zəng vurub dedikdə İlham ona maraqlanaram demişdir. Həsənin ona dediyi Valehin borc məsələsi ilə əlaqədar olaraq, İlhamla cəmi olaraq bir dəfə danışmışdır. İlham ona demişdir ki, Xırdalan şəhərində dava olub, Valeh güllə atıb kimlərəsə, ondan sonra güllə ilə özü-özünü vurub. O Samir adında adam tanımır, onun barəsində məlumatı olmayıb. O heç kimdən pul alıb, heç kimə pul verməmişdir. İvanın həmişə ona borcu olub, onun özünün isə cibində hər zaman işinə görə pulu olubdur. Bəşirdən bu işlə əlaqədar olaraq pul almamışdır. O heç özüdə bilmir ki, o məhkəməyə nəyə görə gəlmişdir. İlhama demişdir ki, əgər imkan varsa mehribançılıqla pul alınsın, tanış polisi varsa polisə müraciət etməsini istəmişdir. İlham dövlət işçisi imiş, ona görə ona müraciət etmişdir. İlhama Həsənin ona dediyi Valehin borc məsələsini dedikdə İlham demişdir ki, hal-hazırda işdədir başı qarışıqdır, başı açılsın marağlanar. İlhama Valehin borc məsələsini cəmi bir dəfə demişdir. Rəşadı, Rəşad Bakıya gələndə tanımışdır. 2018-ci il 01 noyabr tarixində saxlanılaraq tutulmuşdur, həmin zaman İran İslam Respublikasının sərhəddini keçmək istəyirmiş. İstintaq zamanı müdafiəçi qismində yaşlı kişi var imiş. Banditizmə o gəldikdə orada müdafiəçi iştirak etmirmiş, müdafiəçi yalnız imza etmək lazım olduğunda gəlirmiş. Müstəntiq deyirmiş ki, ölü yerinə tələsir, sənədi ona verirmiş ki, bura tez bir imza atsın. O ittiham aktını alanadək bilmirmiş ki, onun ifadəsində nə yazılıb. O natamam orta təhsillidir. Latın qrafikasını bilmir. Sənədə imza etdikdə hansı ifadəyə imza etdiyini bilmirmiş. O Samir adlı şəxsi tanımır. Samirlə bağlı onun söhbəti olmayıb. Samirin qaçması ilə onun heç bir əlaqəsi yoxdur və o iştirak etməmişdir. Rəşadnan mobil telefon vaistəsilə danışmamışdır. İlham Rəşad və o kafedə görüşmüşlər və oturub yemək yemişlər. İlhama zəng vurduğu zaman Bəşironun yanında yox imiş. Valehin borclu olduğu pulu almaq lazımdır deyə Bəşir ona heç bir söz deməyib. İran İslam Respublikasında olduğu zaman eşitmişdir ki, Valeh özü-özünü güllə ilə vurub. O Samiri tanımamışdır. İbtidai istintaq zamanı çağırıldığında ifadə verdiyi zaman latın qrafikasında bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 ifadəsində ziddiyət yarandığı üçün dövlət ittihamçısı Rahil İsmayılov sədrlik edənin göstərişi ilə ittiham aktında olan ifadəsini elan edir. Dövlət ittihamçısı sualına cavab olaraq Təqsirləndirilən şəxs3 bildirdi ki, “Hörmət eliyərik, gizlin yol ilə qaçmağı və bir neçə sözlər var imiş ki, bu sözləri o ifadəsində deməmişdir, o belə bir ifadə verməmişdir. Dövlət ittihamçısı Rahil İsmayılov Təqsirləndirilən şəxs3 cinayət işində olan ifadəsindəki imzanın ona məxsus olub olmamasını soruşur. Təqsirləndirilən şəxs3 bildirir ki, imza ona məxsusdur, lakin o belə ifadə verməmişdir. Müdafiəçi qismində iştirak etmiş müdafiəçisi ona hüquqları barədə və işi ilə əlaqədar heç nəyi izah etməmişdir. O heç kimə qaçmaq barədə heçnə deməmişdir. İlhamla heç bir üzləşməsi olmayıb. O elan olunan ifadəsini təsdiq etmir, onun sözləri ilə yazılmayıb düzgün deyildir. İfadəsində qeyd edildiyi kimi ifadə verməmişdir. Adam qaçırtmaq və sairə bunların heç birini deməmişdir. 15.000 (on beş min) ABŞ dollara görə adam öldürməyə razı olmamışdır, belə bir hal olmayıb. Özünü heçnədə təqsirli bilmir. Zərərçəkmiş şəxs borcu ilə əlaqədar olaraq Bəşir ona göstəriş verməyib. Valehin borcunun olmasını ona Bəşir yox Həsən deyib. Samirin ailəsi üçün pul yığmamışdır. Həsən ona Valehin borcu olduğunu və o, borcu mehribançılıq yolu ilə almaq lazım olduğunu bildirmişdir. Tanışı İlham dövlət işçisi olduğu üçün, onun tanıdığı polis işçiləri olar deyə İlhama zəng vuraraq İlhamla danışmışdır. İlham demişdir ki, hal-hazırda işdədir, başı qarışıqdır, başı açılsın maraqlanar. O İlhamla borc məsələsinə görə bir dəfə danışmış, ondan sonra heç bir məlumat olmayıb. Həsən ona Valehin borc məsələsini dedikdən sonra, o İlhamla mobil telefon vaistəısilə danışdığı zaman Bəşir onun yanında yox imiş, Bəşirin həmin zaman harada olduğunu bilmirmiş. İlhamdan Valehin borclu olduğu pulu qanun çərçivəsində qanun necə izacə verirsə bu yolnan alınmasını demişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, həmin ifadədə qeyd olunan sözlər onun sözləri deyildir, onun sözləri ilə yazılmamışdır, hal-hazırda məhkəmə iclas zalında verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək göstərdi ki, bildirmək istəyir ki, o heç bir mütəşəkkil dəstənin üzvü olmamış, mütəşəkkil dəstə tərkibində Zərərçəkmiş şəxs oğurlanması, döyülməsi, ondan İran İslam Respublikasının vətəndaşları Bəşir və Həsənə borclu olduğu pulun hədə-qorxu ilə tələb edilərək alınmasında və sonda öldürülməsi cinayətlərində iştirak etməmişdir. Bu barədə İranlı Bəşir və Həsən ona nə sifariş vermişlər, nədə ki, onu kiməsə çatdırmamışdır, ümumiyyətlə belə bir məsələ olmamışdır. 2017-ci ilin fevral ayının əvvəllərində Təqsirləndirilən şəxs3 ona Zərərçəkmiş şəxs İranlı Bəşir və Həsənə 16.000 (on altı min) ABŞ dolları məbləğində pul borcunun olduğunu bildirmiş və həmin pulun alınmasına köməklik göstərməyini ondan xahiş etmişlər. Samir Kazımov boks idman növü ilə məşğul olurmuş və həmin idman növü üzrə müəllim olduğu üçün, hüquq mühafizə orqanlarından onun yanında məşq edən tələbələrinin olması, məşqçi nifuzunun olduğuna, səmimi, normal, mehriban ünsiyyətcil olduğuna görə Rəşadla Samirdən köməklik edə bilib-bilməməsini soruşmuşdur. O, da cavabında 16.000 (on altı min) ABŞ dolları məbləğində borc pulun alınmasında kməklik göstərə biləcəyini demişdir. Əsas onu bildirmək istəyir ki, nə o, nədə ki, Rəşad, X32 Nəcəfovun oğurlanması, döyülməsi və ondan 16.000 (on altı min) ABŞ dolları borclu olduğu pulun hədə-qorxu ilə tələb olunaraq alınması və sonda öldürülməsi ilə bağlı nə sifariş çatdırmış, nə tapşırıq və nədə ki, göstəriş verməmiş-verməmişlər. Hətta onların arasında bu barədə söhbət belə olmamışdır. Onu bildirmək istəyir ki, Samir Kazımovu həmin vaxtdan sonra bir daha görməmiş, əlaqə və bu barədə heç bir danışığı olmamışdır. X17 borclu olduğu pulun alınması ilə bağlı kimlərə və ya kimlərəsə müraciət edib-etməməsindən məlumatı olmamışdır. Bu ona maraqlı olmadığı üçün ifadəsində də qeyd etmişdir ki, Samir Kazımov borclu pulu istədikdə Zərərçəkmiş şəxs qaytarmasa eybi yoxdur, bu elədə vacib məsələ deyildir bununla bağlı o Samir Kazımova bir daha müraciət etməmiş və onu bir daha görməmişdir. Onun bu cür hərəkəti ittiham aktında qeyd olunan maddələrin təsiri altına düşmür. Bundan başqa bildirir ki, nəyinki hadisələrin cərəyan etdiyi dövrdə, yəni 29 və 30 mart 2017-ci il tarixlərində Azərbaycan Respublikası ərazisində olmamış, belə ki, səhv etmirsə 26 martdan 1 aprel 2017-ci il tarixlərdə o xidməti işi ilə əlaqədar Gürcüstan Respublikasının Tbilisi şəhərində olmuş və bu barədə sərhəd keçmə məntəqələrindən çıxarışlar vardır. Baş vermiş hadisələr barədə Azərbaycan Respublikasına gəldikdən sonra bilmişdir. Onu da qeyd etmək istər ki, Zərərçəkmiş şəxs İranlı Bəşir və Həsənə 16.000 (on altı min) ABŞ dolları borclu olduğu pulun alınmasına köməklik göstərməyi ona ilk deməyindən, yəni 2017-ci ilin fevral ayının əvvəlindən həmin ilin aprel ayına olan müddət ərzində o Miskinlə görüşməmiş və onunla telefon danışıqları olmamışdır. Zərərçəkmiş şəxs axtarılıb-axtarılımaması, tapılıb-tapılmaması və digər hər hansısa bir məlumat Miskinə verməmişdir. Növbəti məhkəmə iclsalarında və çıxışlarında Miskinin verdiyi ifadənin səhv və təsir nəticəsində verməsini tarixlər və faktlarla sübut edəcəkdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir ki, bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən törədilən cinayət mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayət hesab olunur. Cinayət işinin materialları ilə tanış olan zaman onun mütəşəkkil dəstədə birləşməyini təsdiq edən hər hansı bir sübuta və fakta rast gəlməmişdir. Belə ki, İran İslam Respublikasının vətəndaşları Bəşiri, Həsəni, həmçinin Azərbaycan Respublikasının vətəndaşları Şahid1, Şahid2, Şahid4ı, Şahid3 və Şahid5 tanımır, eləcə də onların onu tanımadıqları mütəşəkkil dəstənin sabitliyini tamamilə inkar edir. Zərərçəkmiş şəxs oğurlanmasında hədə-qorxu ilə tələb edilmədə və sonra ölməsində iştirak etməyi və baş vermiş hadisələr barədə sonradan məlumat almağı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələrinin tərkib əlamətlərinin olmasını da tam istisna edir. Belə ki, qeyd olunan cinayətlərin hamısı təqsirin qəsd formasında törədilən cinayətlərə aiddir. Belə olduğu halda o belə cinayətlərin hər birinin ayrılıqda törədilməsini arzu etməli və ictimai təhlükəli əməllərin baş verməsini gözləməli imiş. Bildirir ki, Zərərçəkmiş şəxs oğurlanmasını, ondan hədə-qorxu ilə pul tələb edilməsini, həmçinin mümkün olmadığı halda onun öldürülməsini arzu etməmiş, niyyəti ilə bu cür ictimai təhlükəli əməllər əhatə olunmamışdır. Əlavə olaraq bir daha bildirir ki, Samir Kazımovdan söhbət zamanı Miskinin dediyi 16.000 (on altı min) ABŞ dollar borcun qanuni yolla alınmasında köməklik edilməsi xahiş edilmişdir. Onların belə xahişləri, hər hansı bir cinayətin törədilməsini sifarişi və təşkili kimi qiymətləndirilməməlidir. Ona israr edilən ittihamlarla bağlı bir daha qeyd edir ki, ittihamlar ümuymilikdə format ittihamdır, heç bir faktiki və qanuni əsaslara söykənməmişdir. İş materialları ilə tanış olan zaman Təqsirləndirilən şəxs3 ifadəsindən bir neçə xüsusatlara mövqe bildirməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs3 ifadəsində göstərir ki, güya o onunla Zərərçəkmiş şəxsla bağlı hadisələrin gedişi barədə mütəmadi telefon danışıqları olmuşdur. Bu həqiqətə uyğun deyil, cəfəngiyyatdır. Təqsirləndirilən şəxs3 belə ifadəni hansı məqsədlə verdiyini o bilmir və ona aydın deyildir. Belə ki, onun özü də ondan xahiş etdikdə Zərərçəkmiş şəxs tanışlarının, yaxınlarına bildirmək və onlardan 16.000 (on altı min) ABŞ dollar borc pulun qaytarılmasında xahiş edilməsinin mümkünlüyünü soruşmuşdur. Həmçinin həm Təqsirləndirilən şəxs3 ifadəsində, həm də onun ifadəsində belə bir hallar qeyd edilmişdir ki, güya ki, o Miskinlə telefon danışığı zamanı bildirmişdir ki, onun göndərdiyi adamlarla Zərərçəkmiş şəxs arasında dava düşüb, pul alına bilməyib və nəticədə Zərərçəkmiş şəxs özünü öldürmüşdür. Buna münasibətdə bildirir ki, o belə ifadələr işlətməmiş, nə Təqsirləndirilən şəxs3la söhbətdə bu cür danışıqlar aparmamış və bir daha bildirir ki, onun Miskinlə telefon danışıqları hadisə olduqdan sonra o Azərbaycan Respublikasına gəldikdən sonra hadisəni eşidib bildikdən bir neçə müddət sonra olmuşdur. O Samir Kazımovdan başqa heç kimi tanımamış, əlaqələri olmamış, hər hansı cinayətlərin və ya hərəkətlərin keçirilməsinin təşkilini və sifarişini etməmişdir. Təqsirləndirilən şəxs3 verdiyi ifadələrin bu cür olmalarına münasibətdır, əlavə olaraq bildirir ki, Təqsirləndirilən şəxs3 bildirmişdir ki, bir müddət pis vərdişlərin istifadəçisi və aludəçisi, ağrıları və özündə olmama halları olmuşdur. Məhz bu hallar, həmçinin latın qrafikasını bilməməsinə, stres və həyəcan onun ziddiyyətli və həqiqətə uyğun olmayan ifadələr verməsinə səbəb olmuşdur. Həmçinin ibtidai istintaq orqanı tərəfindən də, Miskinin ifadələrinin yönləndirilməsini də istisna etmir. Belə ki, istintaq materialları ilə tanış olduqda şahid ifadələrinin bir-birinə ziddiyətli olması, istintaq gedişatının təhrif olunması, ekspert rəylərində boşluqların olması, səlahiyyətin aşması, hadisə yerinin video çəkilişlərin aparılmaması və digər uyğunsuz hallarına rast gəlmişdir. Öz ifadəsinə münasibətdə bildirir ki, şahid qismində ifadə verərkən psixoloji sarsıntı, təlaş içində, həyəcanlı olmuş, şahid qismində verdiyi ifadə 10 saat ərzində olmuşdur və istintaq materialları ilə tanış olduğu vaxt ona məlum olmuşdur ki, işə tamamilə aidiyyatı olmayan məqamlarda qeyd olunmuşdur. Bundan əlavə ifadəsində o güya Miskinə demişdir ki, göndərdiyi adamlarla dava düşüb pul alınmayıb və nəticədə Zərərçəkmiş şəxs özünü öldürmüşdür, Samirin qaçırılması üçün Rəşadın ondan 5.000 (beş min) manat pul istəməsi, həmçinin Samir pulu alacağı təqdirdə Miskinin onlara hörmət edəcəyi qeyd olunmuşdur. İfadənin bu hissələri həqiqətə uyğun deyildir. İfadəsi bir neçə dəfə səhv qrammatik səhflərlə və onun sözləri olmayan formada çap olunduğuna görə tərtib olunmuş və buna etiraz olaraq onları cırıb tullamaq istədikdə müstəntiq isə vərəqələri cırıb tulladıqda yerə tökürlər otaq zibillənər bu səbəbdən vərəqələr onda qalsın sonda o onları məhv edər və oda ona etibar edərək etiraz etməmişdir. Həmin səhv tərtib olunmuş nüsxələr müstəntiqin qabağında olan noutbukun üzərində qalmışdır. Şahid ifadəsi bitənə qədər neçə dəfə həmin nüsxələri və digər çap olunmuş nüsxələri ona oxutduraraq özündə saxlamış və həmin arada 3-4 dəfə siqaret çəkməyə çıxmışlar. Axşam saat ona qalmış ifadənin alınmasını yekunlaşdırandan sonra bir daha siqaret çəkməyə çıxmışlar, gəldikdən sonra isə artıq saatın gec olmasını və ifadəni dəfələrlə oxuduğunu bildirərək guya sonuncu çap olunmuş vərəqləri ona verərək imzalamağı demiş və oda sonuncu onun sözləri ilə düzgün yazılmış nüsxə olduğunu düşünərək oxumadan imzalamışdır. Təkrar bildirmək istəyir ki, vaxtın gec olmasını gərgin fikirlərinin dalğın və etibar etdiyinə görə ifadəni təkrar oxumadan imzalamışdır. Onuda bildirmək istəyir ki, təqsirləndirilən şəxs kimi ifadəsi 24 noyabr 2018-ci il tarixində alınmamış və müdafiəçi yazılı vəsatətlə ibtidai istintaqa müraciət edərək bildirmişdir ki, müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs dindirilsin və ibtidai istintaq orqanının yazılı cavabından sonra bilmişdir ki, onun təqsirləndirilən şəxs qismində də ifadəsi varmış. Bütün bunla, eləcədə cinayət işinin istintaq materialları onu deməyinə kifayət qədər əsas verir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə ona elan olunmuş ittihamlar tam qanunsuzdur. O 5.000 manat pulu Samir Kazımovun istintaqdan qaçıb gizlənməsi, eləcədə hadisə zamanı yaralanan Şahid1 müalicə xərclərinin ödənilməsi üçün Təqsirləndirilən şəxs4 verməmişdir. Təqsirləndirilən şəxs4 hadisədən sonra may ayında ona Samir Kazımovun ailəsinin maddi cəhətdən çətinlik çəkdiyini və uşağının xəstə olduğunu bildirərək onun ailəsinə madddi köməklik etmək istədiyini ona bildirmiş və ondan borc pul istəmişdir. Oda pul olmadığını bildirmiş və ona bildirmişdir ki, bir neçə günə kimdənsə borc alıb ona verə bilər. Sonradan Təqsirləndirilən şəxs4 verdiyi borc pul və bu hərəkəti mütəşəkkil dəstənin vahid niyyətinə xidmət etməmişdir və belə də ola bilməz. Əlavə onuda demək istəyir ki, növbəti məhkəmə iclaslarında ibtidai istintaqda olan ziddiyətli məqamları faktlarla sübut edə bilər. Qeyd olunanları nəzərə alaraq xahiş edir onun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələrinin tərkib əlamətləri olmadığından eləcədə törədilən cinayətə aidiyyatı olmadığından barəsində olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 39-cu maddəsinə əsasən xitam verilsin. Məhkəmədə verilmiş suallara cavab olaraq bir daha göstərmişdir ki, o hüquqşünasdır. Zərərçəkmiş şəxs barədə məlumatı Miskin ona vermişdir. Vhatsap telefon proqramı vaistəsilə istifadəsində olan ******* nömrəsinə zəng edərək Xırdalan şəhərində yaşayan Lənkəranlı Zərərçəkmiş şəxs, İran İslam Respublikasının vətəndaşları Bəşir və Həsəndən yaş məhsul olan göyərti aldığı üçün 16.000 (on altı min) ABŞ dolları borcu yaranmışdır, borcu danmadığını sadəcə borclu olduğu pulu yubatdığını demiş, Miskin onunla vhatsap proqram telefon vaistəsilə danışdığı zaman Həsəndə Miskinin yanında imiş. O dövlət işində işlədiyi üçün ona demişdir, oda özünün gücü olmadığı və səllahiyyətlərinin çata bilməyəcəyini bildirmişdir, sadəcə başından etmək üçün “hə yaxşı baxaram” demişdir. Valehin borc məsələsi ilə əlaqədar olaraq o bir-başa olaraq heç kimə müraciət etməmişdir. Ümumi olaraq Rəşad, Samir və onun arasında olan söhbət olmuş, Valehin borc məsələsi, lakin idman zalında olarkən məqsəd bu söhbət deyilmiş, sadəcə söhbət söhbəti gətirmişdir. Samir boks idman növü üzrə müəllim işlədiyi üçün, onun hüquq mühafizə orqanlarında işləyən tələbələri var imiş. Samir boks idman müəllim imiş və Samir nizam intizamlı insan imiş. Samirin boks idman zalı Əhmədli ərazisində yerləşirmiş. Rəşadın oğlu Samirin yanında boks idman növü ilə məşğul olurmuş. Samir Rəşad və o, Samirin idman zalında oturub dünyəvi söhbətlər etdikləri zaman, Samirində idman zalına hüquq mühafizə orqanın işçilərinin Samirin tələbəlri olmasını bildiyi üçün, Valehin borc məsələsini danışaraq belə bir məsələ olduğunu demişdir. Samir demişdir o vaistəçidir, köməklik edər. Samir hüquq mühafizə orqanında işləyən tələbələrini nəzərdə tutaraq kömək edəcəyini demişdir. Samir hüquq mühafizə orqanında işləyən əməkdaşların konkret olaraq adını deməmişdir. Samirlə bu söhbəti təxminən xatırladığı qədəri ilə 2017-ci ilin fevral ayının axırlarında etmişdir. Valehin borc məsələsini o fevral ayının əvvəlləri bilmişdir, əgər bu sifarişli iş olsaydı, o, o qədər müddət gözləməzmiş, kiməsə demək üçün. O Tbilisidən qayıtdığı zaman onu Rəşad qarşılamış və demişdir ki, xoşa gəlməz hadisə baş verib, lakin hadisəni təffərüatı ilə bilmir, uşağı boks idman zalına aparıb və Samiri orada görməyib, zəng edib Samirin telefonu sönülü olubdur. Rəşad onu qarşılayan zaman Valehin yaralandığını deməmişdir. Samir Rəşad və o Samirin məşq keçdiyi idman zalında olduqları gündən bu günədək o Samiri görməmiş və Samirin kimdənsə 5.000 (beş min) manat istəməsini bilmir. Samir üçün ondan heç kim 5.000 (beş min) manat pul istəməyib. Rəşad ona 5.000 (beş min) manatı belə formada deyibdir ki, yas mərasimi vaxtı Samirin ailəsində maddi vəziyyət çətin olduğu üçün, onun ailəsinə maddi yardım göstərmək istəyir, bu sözü ona Rəşad demişdir. Rəşada hal-hazırda pulunun olmadığını əgər pulu olarsa ona borca pul tapacağını demişdir. Rəşad üçün 5.000 (beş min) manat borc pul tapdıqdan sonra, Rəşada təqdim etmişdir. Tədricən bir il ərəfəsində 5.000 (beş min) manat pulu Rəşad ona qaytarmışdır. Ona görə ona qaytarıbdır ki, Rəşad pulu ondan istəyib, pulu o tapmış, onada qaytarıb. Rəşadın pulu ona necə qaytarmasını bilmir, Rəşad öz əziyyəti ilə işləyib çalışan adamdır, halal zəhməti ilə işləyib pulu qazanıb, qaytarıbdır. O tam münasibət bildirə bilməz ki, Rəşad 5.000 (beş min) manatı aparıb Samirin ailəsinə verəcək-verməyəcək, o 5.000 (beş min) manatı Rəşad üçün borca tapmışdır. O tutulmamışdan öncə ekspertizada işləmişdir. Bu işlə əlaqədar olaraq texniki ekspertizyaya o rəy vermiş, Valehin iphone markal telefonunu, Xəyalın isə iphone markal mobil telefonuna, hər iki iphone markal mobil telefona. Ekspertizanın mütəxəssisi olmuşdur. O işin bu iş olduğunu bilmirmiş ki, özü-özünə etiraz etsin. Miskin borcun qaytarılması qarşılığında ona heçnə vəd etməmişdir. Onun Samir ilə telefon danışığı iki dəfə olub, həmin danışıqların arasında uzun müddət fərq olub, Samir istəyirdi ki, onun oğlu onun yanında boks idman növü ilə məşğul olsun, o isə boks idman növünün başa çox zərbə dəydiyi üçün bu məsələyə tərəddüdlü yanaşırmış, Samir ilə telefon danışıqları bu barədə olubdur. Hadisə olan ərəfələrdə Samir ilə onun telefon danışıqları olmayıb. Samirin məşq keçdiyi boks idman zalında olarkən söhbət əsnasında ona Miskinin ona dediyi Valehin borc məsələsini demiş, ona görə demişdir ki, onun məşq keçdiyi boks idman zalına hüquq mühafizə orqanının işçiləri gəlib məşq edirmişlər. Samir ona demişdir ki, hüquq mühafizə orqanında işləyən tələbələri vaistəsilə kömək edə bilər. 26 mart 2017-ci il tarixdən, 1 aprel 2017-ci il tarixədək Gürcüstanda ezamiyyətdə olmuşdur. Rəşad yasnan bağlı maddi sıxıntılar olduğu üçün pul istəmişdir. Samir Kazımovun gizlənməyi üçün pul lazım olduğunu Rəşad ona deməyib o, niyyət ilə almayıb. Təzyiq göstərib hədələmişlər onu, ona görə oda imza etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini oxumamışdır, ifadənin sonlarına doğru müstəntiq ona “gedək siqaret” çəkək demiş, getmişlə, siqaret çəkdikləri zaman, müstəntiq ondan tez qayıdıb, ondan sonra bilmişdir ki, müstəntiq ifadəni dəyişirmiş. Samirlə Valehin borcu məsələsini danışmağı söhbət əsnasında alınmışdır, onun orada elə bir söhbət etmək niyyəti yox imiş, Rəşadın xahişi olmayıb və xəbəridə yox imiş, söhbət əsnasında söhbət açılmış o, zaman o Valehin borc məsələsini demişdir. Hadisə baş verənə qədər bir dəfə Miskinlə danışmışlar. Miskin ümumi olaraq, dəqiq harada işlədiyini bilmirmiş. O Miskinin sözündən belə anlamışdır ki, Miskin Valehdən pulu xahiş edərək onun almağını istəmişdir. 16.000 (on altı min) ABŞ dollar borc olduğunu demişdir. Miskin ona bu işin müqabilində heç bir vəd verməmişdir. Valehin borc məsələsini Samirə və Rəşada deməyindən Miskinin xəbəri olmayıb. Miskin Samiri və Rəşadı hadisəyə qədər tanımırmış. Rəşad dəqiq olaraq deməmişdir kim ölüb, demişdir Samirlə bağlı xoşa gəlməz hadisə baş verib. Sonradan belə eşitmişdir ki, Valeh Xəyala atəş açdıqdan sonra özüözünü güllə ilə vurub. Miskində onun eşidib bildiklərini eşitmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək göstərdi ki, hörmətli hakim ilk növbədə qeyd etmək isdəyir ki, məhkəməyə qədər gedən ibtidai istintaq prosesi qeyri obyektiv, qərəzli və düzgün aparılmayıb. Çünki istintaq materiallarında həqiqətə uyğun olmayan bir çox xeyli məqamlar var. Bu məqamlardan birincisi ondan ibarətdir ki, qanunvericiliyə görə ittiham olunan hər hansı şəxsə onun törətdiyi cinayət əməlinə görə maddə tətbiq olunmalıdır. İttiham aktında tətbiq olunan ağır və xüsusi ilə ağır maddələrlə bağlı o özünü təqsirli bilmir. Bu maddələrin ona heç bir aidayati yoxdur. Göstərilən maddələrə dair onun hər hansı bir cinayət tərkibli əməli yoxdur. Günahı olmadığı halda, bu cinayət işində hansısa epizotda rolu olmadığı halda göstərilən maddələrlə ittiham olunduğu istintaq prosesinin qeyri güzgün aparıldığından xəbər verir. Bu işlə bağlı o hadisə yerində olmamış, cinayətdə iştirak etməmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs ömrü boyu üzünü görməyib səsini eşitməmişdir. Bu adamın şəxsiyyəti haqqında belə onun məlumatı olmayıb. İstintaq materiallarına görə hadisədə iştirak edən 5 nəfərin adı hallanır, hansı ki, o, adamlar məhkəmə prosesində şahid qismində ifadə verdilər və bu adamların heç birini tanımır. Zərərçəkmiş Zərərçəkmiş şəxs Ruslanın Sankpeterbuq şəhərində meyvə-tərəvəz göyərti ticarəti ilə bağlı İran İslam Respublikası vətəndaşı X4 ilə mücərrəd əlaqələri olub. Həsən Valehin adına İrandan 1 maşın göyərti məhsulu göndərib. Bu səbəbdən Valehin Həsənə 15.000 (on beş min) ABŞ dollar pul borcu yaranıb. Təqsirləndirilən şəxs1 Firuz oğluda ticarət baxımından Həsənlə iş ortağı olub. Lakin məsələ orasındadır ki, o nə Həsəni nə də Bəşiri tanımır. Onlarla da heç vaxt heç bir əlaqəsi olmayıb. Bəşiri ilk dəfə məhkəmədə görmüşdür. Valehin Həsənə olan 15.000 (on beş min) ABŞ dollar borcun istintaq heç bir ekspert təyin etmədən heç bir hüququ əsas olmadan, bir sübut dəlil olmadan, saxta formada 30.000 (otuz min) ABŞ dollar kimi göstərib. Çünki 15.000 (on beş min) dolları manata çevirdikdə məzənnəyə görə 25.500 (iyirmi beş yüz min beş yüz) manat eliyir. Lakin 30.000 (otuz min) ABŞ dollar həmən vaxtın məzənəsinə görə 51.000 manat eliyir. Bu halda məbləğ 50.000 keçdiyinə görə əsassız şəkildə 182-ci maddənin 3.2ci bəndini iş matrialına əlavə edib. Halbuki 1 maşın göyərtinin maya dəyəri o, vaxta görə 15.000 (on beş min) ABŞ dolları edib yəni ki, 25.500 (iyirmi beş yüz min beş yüz) manat. İstintaq materiallarında bu və bunun kimi saxta məqamlar çoxdur. Bu səbəbdən bizdən xahişi odur ki, bu işə obyektiv və ədalətlə baxılsın. Möhtərəm hakim ədalətli məhkəmə dövlətimizin sütunu hüquq mühafizə orqanlarının ən alisidir. Haqlı-haqsız burda yəni məhkəmədə aşkara çıxır. Gözəl dövlətimiz və mükəmməl qanunlarımız var. Lakin təəssüflər olsun ki, işini düzgün apara bilməyən işində yeri peşəkar dövlət qulluqçularımız var. İttiham aktında adı çəkilən adam Təqsirləndirilən şəxs2 onun 26 illik dostudur. O, dövlət qulluqçusudur, onu tanıdığı illər ərzində onu hanslsa qanunu pozan və cinayət elədiyini görməmişdir. Birdə İttiham aktında adı çəkilən Kazımov Samir övladı Fatehin idman müəllimi olub. İstintaq materiallarına görə hadisə 2017-ci il martın 30-u olub. X33 tanışlığı 2014-cü ildən olub. 2014-cü ildə övladı Fatehi Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən “uşaq və gənclər idman klubu”-na idmanın boks növünə yazdırmışdır. Samir Kazımov o, klubda boks müəllimi imiş. Samirlə tanışlığı oradan yaranıb. Onu tanıdığı 3-il ərzində onun heç vaxt cinayət elədiyini görməmişdir. Pis iş tutduğunun şahidi olmamış, hansısa bir avaraçılığını görməmişdir. Tam əksinə Samir Kazımov öz halal zəhməti ilə yaşayan bir adam imiş. Həftənin tək günləri boks dərsi keçirmiş, həftənin cüt günləri “Socar” şirkətində mühafizəçi işləmişdir. Samirin yaşlı atası, anası, nənəsi, ailəsi və iki az yaşlı övladı Samirin himayəsində olmuşdur. Samir Kazımov dərs keçdiyi idman zalında nəinki onun övladına bütün tələbələrə qarşı səmimi və məsuliyyətli olmuşdur. 2017-ci il fevral ayında, axşam təxminən saat 7-8 radələrində övladı Fatehi məşqə aparırmış, yolda olarkən dostu İlham ona zəng vurmuş, hal-əhval tutub harda olduğunu soruşmuşdur, Fatehi məşqə apardığını demiş, demişdir işdən çıxmışdır gəlir zala uşağın məşqinə baxmağa, çünki İlhamın oğlu da idmançı imiş. İlhamın oğlu Əli idmanın cudo növü ilə məşğul imiş. Onlar İlhamla övladlarını idman sahəsinə yönətmişlər ki, həm fiziki sağlam olsunlar, həm pis vərdişlərdən uzaq olsunlar, həm də idman sahəsində dövlətimizin bayrağını qaldırsınlar. O, səbəbdən uşaqların məşqlərinə ciddi nəzarət edirmişlər. İlham vaxt aşırı idman zalına gəlib Fatehin necə məşq etməyinə baxırmış. O, səbəbdən Samir Kazımovla bir müəllim kimi səmimi münasibəti var imiş. Həmçinin onunda vaxtı olanda bəzən İlhamın oğlu Əlinin məşqinə gedib baxırmış. O idman zalına çatmış və biraz keçmiş İlhamda gəlmişdir, Samir müəllimlə görüşüb haləhval tutmuşlar. İdman dərsləri məşqlər barədə bir az müzakirə etmişlər. Sonra İlham ümumi söhbət zamanı demişdir ki, “bizim bir həm kəndimiz var. Miskin SankPeterburqda bazarda göyərti ticarəti ilə məşğuldu və onun orada bir İranlı şəriki var. Azərbaycanda Xırdalan şəhərində yaşayan bir nəfər Lənkəranlı bir adam var, həmkəndlisi Miskin və şəriki İranlıdan bir maşın nisyə göyərti alıb. Aralarında 15-16.000 ABŞ dollar borc yaranıb. Miskin mənə 2-3 dəfə zəng vurub xahiş edib ki, mən Rusiyada İranda oluram Azərbaycana gəlməyə hələ ki, vaxtım yoxdu. O, adam indi Azərbaycandadı onunla bir əlaqə saxla özü bilir, imkan dairəsində bizdən niysə götürdüyü bir maşın göyərtinin pulunu bağlasın. Çünki biz də mal götürdüyümüz yerə ödəniş etməliyik ki, bizə növbəti mal göndərsinlər.” Samir Kazımov demişdir ki, borc pul məsələsi problemli məsələdi. Lakin verilən malın rəsmi qaimə sənədi olsa idman zalının əməkdaşlarından bir neçə nəfər var ki, məşqə gəlirlər. Rəsmi sənəd olsa o onlardan xahiş edər, qanuni yolnan imkan dairəsində köməklik eliyərlər. İlham demişdir ki, bu o, qədərdə vacib bir məsələ deyil. Miskin özü Bakıya gələndə qaimə sənədini gətirib öz işini özü həll eliyər. Bu barədə kiminsə kiməsə təxminən 15-16.000 ABŞ dollar borclu olduğunu eşitmişdir. Qulaq şahidi olmuşdur. Ondan sonra bu barədə heç bir məlumat eşitməmişdir. 2017-ci il mart ayının axrı uşağı idmana aparmışdır. Müəllim məşqə gəlməmişdir. Zalda uşaqlar mobil telefonuna zəng vurmuşlar və zəng çatmamışdır. Fikirləşmişdir ki, yəqin “Socar” şirkətində növbədədi çünki bəzi hallarda “Socar”da iş günlərində yer dəyişmə olurmuş. İki gündən sonra növbəti dəfə uşağı məşqə aparmış, yenə Samir gəlməmişdir. Zalda soruşmuş demişlər neçə gündü zala gəlmir və telefonuna zəng çatmır. O ev təmiri ilə bağlı istilik sistemi və kafel-metlax ustasıdır. İşi ilə bağlı Samir Kazımovun qayınatası Azər kişinin evlərində işləmişdir. O, vaxtdan Azərin nömrəsi onda var imiş. Ona zəng vurmuş, Samiri soruşmuş demişdir iki məşqdi uşağı gətirir Samir zalda yoxdu və telefonuna da zəng çatmır. Azər demişdir nə olduğunu dəqiq bilmir, amma atasıgilə gedib, atasına deyib ki, tanış uşaqlar Xırdalan şəhərinə gediblər kiminsə kiməsə borcu olub və mübahisə yaranıb. Sonrada borcu olan adam silah çıxarıb atəş açıb kimisə yaralayıb və həmən silahla özünü vurub. Samir Kazımovun atası Şahid9 məhkəməyə verdiyi ifadəyə görə Samir evə gəlib atasına hadisəni bu cür danışıb və deyib ki, o gedir bir müddət burda olmayacaq və o, vaxtdan Samir Kazımovun harda olması haqqında heç bir məlumat yoxdur.O o, hadisədən sonra bir neçə dəfə Azər kişiyə zəng vurub Samirin ailəsi və uşaqlarını soruşmuşdur. 2017-ci il may ayının axırları imiş eşitmişdir ki, Samirin nənəsi rəhmətə gedib və yas mərasiminə getmişdir. Dəfndə iştirak etmiş, maddi vəziyyətləri çox pis olduğundan cənazəni dəfn etmək, gələn camahata çay ehsanı verməyə belə imkanları yox imiş. Çünki evdə işdiyib pul qazana biləcək kimsə yox imiş. Onun özünündə o, ərəfədə bir o, qədər pulu yox imiş. Ama işi ilə bağlı yay mövsümünə bir neçə sifarişləri var imiş və ona görə rahat imiş. Dostu İlhamnan 5.000 (beş min) manat borc pul almışdır. Onların yas mərasiminə kömək etmişdir. Sonra təxminən bir il müddətinə qədər İlhama olan borcunu hissə-hissə qaytarmış və 2018-ci il 13 noyabrda Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin müstəntiqi Əli Babayev onu idarəyə çağırıb şahid qismində ondan izahat almış və 24 noyabrda müstəntiq Əli Babayev yenidən onu şahid qismində adı ilə idarəyə çağırıb, günahı olmadığı halda hansısa əməlində cinayət tərkibi olmadığı halda o həbs olunmuş və 15 aydır ki, heç bir sübut, dəlil, şikayətçi və hüquqi bir əsas olmadan qapalı şəraitdə həbsdədir. Məhkəmədə verilmiş suallara cavab olaraq bir daha göstərmişdir ki, ibtidai istintaq zamanı onun adından olan ifadələr hamısı düzmə-qoşmadır. İbtidai istintaq zamanı Miskin ilə üzləşdirilməsi keçirilməyib. Müstəntiqə inanmışdır, düşünmürmüş ki, onun ifadəsində dəyişikliklər edər. Samirin məşq keçdiyi boks idman zalında, İlham, Samir və o olmuşlar söhbət onun yanında olub eşitmişdir, İlham Valehin yaş məhsul olan göyərtiyə olan borcunu Samirə deyib, lakin Samirə bu məsələni məqsədyönlü deməyib, sadəcə söhbət-söhbəti gətirmiş, həmən mövzunun üzərində çoxda danışılmamışdır. Samir onun övladının boks idman müəllimi olubdur, İlham isə onun uşaqlıq dostudur. Samiri tanıdığı müddətdən, İlhamda onunla Samir məşq keçdiyi övladının məşq etdiyi boks idman zalına onunla birgə gedirmiş. Onlar planlı şəkildə görüşüb söhbət etməmişlər, görüşləri və söhbətləri təsadüf olmuşdur. Cinayət hadisəsi olduqdan 2 ay sonra boks idman müəllimi Samir idman zalına gəlməmişdir. İlham Gürcüstandan gəldiyində o qarşılamışdır İlhamı, İlhamla söhbət etdiyi zaman oğlunun idmanının necə getdiyini İlham ondan soruşduqda, boks idman müəllimi Samirin boks idman zalına gəlmədiyini, xoşa gəlməz hadisə baş verdiyini demişdir. 5.000 (beş min) min manatı Samirin qayınatasına yas mərasimləri olduğu və vəziyyətlərinin çətin olduğu üçün köməklik etmək niyyəti ilə vermişdir. 5.000 (beş min) manat ona qaytarılmayıb, İlhamdan borc aldığı 5.000 (beş min) manatı özü qaytarmışdır. Əvvəllər Miskini tanımamışdır. İlhamla o dost olmuşlar. İbtidai istintaq zamanı verdiyi ifadələrlə tanış olmuşdur. Müstəntiq 50 dəfə kağız çıxardıb ki, hansısa bir yerində səhv olubdur yenidən imzalasın. İfadələrini ən sonda son məzmunu oxumamışdır. İşdən və hüquqi nəzəryələrdən anlayışı olmadığı üçün, ona qismən təqsirli bilməyini müstəntiq yazdırmışdır. Miskini aprel-may ayları ərəfələrində görmüş, oturub çörək yemişlər. O eşitmişdir ki, borc məsələsi olub və nəticədə bir nəfər yaralanıbdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X15 ifadəsində göstərmişdir ki, 29 mart 2017-ci il tarixdə günorta saat 12 radələrinə kimi Valeh evdə olub, sonra o, ortopedik ayaqqabı içliyi sifariş vermək üçün oğlu Əzizağa ilə birlikdə evdən çıxıb, təxmiən saat 14-15 radələrində geri qayıtmışdır. Həmin vaxt Valehə zəng gəlmiş, danışdığı adama «Miri düşürəm, düşürəm» demişdir. O, Valehdən soruşmuşdur ki, kimdi zəng vuran, Valeh əsəbi halda «nədir, desəm tanıyacaqsan?» deyib çıxıb getmişdir. Həmin gün gecə saat 23:45 və ya 23:50-də Valeh çox əsəbi vəziyyətdə evə qayıtmış, uşaqları çölə çıxarıb qapını örtüb ondan brilyant qaşlı üzük və sırğa dəstini istəmişdir. Valeh ona demişdir ki, «iranlı Bəşirə borcum var, o məni zakaz eləyib, 5 nəfər Xırdalan uşağı gəlib məni zorla maşına mindirərək Hövsanda yerləşən bir evə apardılar, sonra onlara 2 nəfər də qoşuldu, orada paltarlarımı soyundurub məni döydülər, ailəmə pislik edəcəkləri ilə məni hədələdilər, ona görə Bəşirə pul verməliyəm.” Valehdən həmin şəxslərin kimlər olduğunu soruşanda o, suala cavab verməmişdir. O briliant dəstini Valehə vermişdir. Həmin qızıl dəstini o Valehlə birlikdə 03 iyul 2008-ci ildə Rusiya Federasiyasının Ufa şəhərində yerləşən qızıl mağazasından 176184 rus rubluna almışdır. Həmin qızıl dəstinin hazırda dəyəri 15.000 manatdır. 30 mart 2017-ci il tarixdə saat 00:08-də Valeh qızıl dəstini götürüb həmin adamlara vermək üçün evdən çıxmış, evdən çıxarkən «əgər gəlməsəm, ya da başıma bir iş gəlsə məni ***- ***-**-** nömrəsindən axtararsan» demişdir. Həmin gecə saat 01:52-də Valeh evə qayıtmışdır, lakin qızılı evə gətirməmişdir. Valeh demişdir sabah həmin adamlarla görüşüb birlikdə qızılı qiymətləndirmək üçün gedəcəkdir. Səhər saat 10-11 radələrində Valeh mobil telefonuna hansısa proqramı yüklətmək adı ilə evdən çıxmış, saat 15:30 radələrində evə qayıtmışdır. O, Valehdən qızılın qiymətləndirib-qiymətləndirilmədiyini soruşduqda Valeh ona demişdir ki, zərgərin arvadı ölüb, bu gün cümə axşamısıdır, bir azdan gedib qiymətləndirəcəklər. Təxminən 10-15 dəqiqə sonra Valeh evdən çıxıb getmişdir. Təxminən 20 dəqiqə sonra, daha dəqiq saat 17:43-də o, Valehə zəng edib harada olduğunu soruşmuşdur, ona demişdir ki, blokun qarşısındadı, birazdan gələcəkdir. Saat 21 radələrində onun və uşaqlarının mobil nömrələrinə pul məbləği yüklənməsinə dair mesaj gəlmiş, o, yenə Valehə zəng edib evə gəlib-gəlmədiyini və qızılın qiymətləndirilibqiymətləndirilmədiyini soruşmuşdur. Valeh demişdir ki, qızıl qiymətləndirildi, amma 5.000 verdilər, o onlara inanmır, evə gəlir, sabah öz tanış zərgərinə göstərəcəkdir. Saat 22:34-də Valehin telefonuna yenidən zəng etdikdə bir nəfər şəxs cavab verib həkim olduğunu, Valehin qəzaya düşüb ayağını sındırdığını bildirməklə ondan yaşadıqları evin ünvanını soruşmuşdur. Bu vaxt Səbuhi onların evinə gəlmiş Valehin gəlmədiyini bilmişdir. Səbuhi telefonu alıb həmin şəxslə danışmış, sonra onlar Abşeron rayon polis idarəsinə getmişlər. Səhərə yaxın öyrənmişdir ki, həyat yoldaşı Valeh ölüb. Zərərçəkmiş şəxs heç vaxt tapançası olmayıb, heç vaxt yaşadıqları evdə tapança və ya digər silahsursat saxlamayıb. Valehin ölümündən sonra eşitmişdir ki, hadisə zamanı onun əlində tapança olub. Lakin Valehin həmin tapançanı haradan və nə vaxt əldə etməsi, həmin tapançanın markası və modeli barədə məlumatı yoxdur. Valeh 29 mart 2017-ci il tarixdə gecə saat 23:45 və ya 23:50-də evə gələrkən çox əsəbi vəziyyətdə olmuşdur. Valeh başına gələnlər barədə danışdıqda ona demişdir ki, get polisə məlumat ver. Valeh isə ona demişdir ki, “sən bilmirsən bunlar çox qorxulu insanlardır, ailəmə pislik edərlər, sən qadınsan get öz işinlə məşğul ol, mən məsələmi özüm həll edəcəm.” Məhkəmədə verilmiş suallara cavab olaraq isə göstərmişdir ki, üç uşağı var. Axırıncı uşağının 14 yaşı var, atası rəhmətə gedəndə 12 yaşı var imiş. Göyərti işi görürmüşlər. Valehin 30.000 ABŞ dolları borcu olub. Həmin borc malların zay olmasına görə yaranıb. Mal vurmağı 2016cı ilin mart ayı imiş. Yoldaşı mütəmadi olaraq gedib gəlirmiş İrana, ancaq qalmırmış orda. Borc olduğuna görə artıq Bəşirnən işləmirmiş, Bəşir deyirmiş borcu ver. O yoldaşının telefon danışıqlarından eşidirmiş ki, yoldaşı Rusiyadakı adamdan pul istəyirmiş, oda bildirirmiş ki, mallar zay olub. O telefon danışıqlarından bilirmiş məsələni, lakin axırıncı gün yoldaşı özü ona demişdir ki, 30.000 ABŞ dolları borcu var, Bəşirdə onu bu işə görə sifariş edib. Qızılları hadisədən bir gün əvvəl mart ayının 29-u götürüb. Bu barədə yoldaşına zənglər gəlirmiş. Zəng edənin kim olduğunu bilmirmiş, axırıncı günü zəng gəldikdə yoldaşı telefonda demişdir ki, “Miri düşürəm” və çıxıb getmiş, ondan sonra gecə saat 2-də gəlmişdir. Qızılı Rusiyadan 2008-ci ildə almışlar. Qızılı qiymətləndirməmiş, sadəcə olaraq bir dəfə qızılı satmaq isdəyirmiş, onda marağlanmış 15.000 manat eliyirmiş, Rus puluynan bilməmişdir nə qədər edir. O rus puluynan almışdır. Yoldaşı getmiş, axşam gəlmişdir qızıl onda deyilmiş, ona demişdir ki, səhər tez durub gedəcək qızılı qiymətləndirməyə görə. Sonra o zəng eləmişdir ki, gəlirsən evə demişdir gəlir, soruşmuşdur ki, bəs qızılı qiymətləndirdilər, demişdir 5.000 manat deyirlər ama o onlara inanmır, səhər gedib özü qiymətləndirəcəkdir. Ondan sonra nə qədər zəng eləsədə zəng çatmamış, sonra telefonu biri götürüb demişdir ki, həkimdir yoldaşınız avto qəzaya düşüb ayağı sınıb, oda inanmamış, çünki yoldaşı məsuliyyətli biri imiş o, bilirmiş ki, o narahat olur telefonu alıb özü danışarmış. Sonrada onları Polis idarəsinə çağırmışlar, ordada ona yoldaşının öldüyünü deməyiblər. Satılmayıb qızıl, yoldaşı deyirmiş ki, qızılı satıb heç olmasa borcun yarısını versin. Yoldaşı deyirmiş tanış zərgəridə var, özü aparıb səhər onu qiymətləndirəcək, heç olmasa 10.000 verərlər. Xırdalan uşaqlarının yoldaşına xəsarət yetirməsini yoldaşı ona demirmiş, lakin evdə o görmüşdür ki, ayaqlarına baxır, ifadəsində bildirmişdir pis-pis hərəkətlər ediblər. Aparıblar evə döyüblər, ailəsi ilə təhqir ediblər, yoldaşı onlara görə şəhid olmuşdur ki, onlara pislik edəcəklər. Beş nəfər olduqlarını deyirmiş, Hövsana aparmışlar orada evdə saxlayırmışlar. Qızılı verəndən sonra gecə saat 2-də evə gəlmişdir. Qızıla görə onun evinin qabağına gəlmişlər. Axşam yoldaşına zəng vurmuş demişdir gəlirsən, yoldaşı ona demişdir ki, 5-10 dəqiqəyə qalxır yuxarı, 10-15 dəqiqə keçdikdən sonra təkrarən yoldaşına zəng vurmuş artıq telefonu götürməmişdir. Yoldaşı heç bir zaman belə etməzmiş, o nə vaxt ona zəng etsəymiş onun telefonunu götürərmiş. Evlərində heç bir zaman silah olmayıb. Əgər silah olubsada hardan alınması, əldə edilməsi barədə məlumatı yoxdur. Bəşir yoldaşına telefonda demişdir ki, pulu səndən ya belə alacam ya helə alacam. Ona yoldaşı demişdir Bəşirin belə deməyini. Müstəntiqə verdiyi ifadəsini təsdiq edir. Evdən çıxanda yoldaşına demişdir ki, “sən tək niyə gedirsən,” yoldaşı ona bir nömrə vermiş və demişdir ki, “əgər mənim başıma bir hadisə gəlsə bu nömrəynən əlaqə saxlayın.” Nömrənin sahibinin sonradan istintaq zamanı bilmişdir ki, bu nömrə Şahid1 aiddir. Nömrəni ona görə vermişdi ki, yəni üzərinə gələn başçı budur, başına bir hadisə gəlsə bu nömrə ilə əlaqə saxlayarıq. Təqsirləndirilən şəxslərdən Bəşiri tanıyır, oda yalnız adı ilə tanıyır, üzdən görməmişdir. İndidə bilmir ki, bu şəxslərdən hansı Bəşirdi. Yoldaşı Bəşirdən 30.000 dollarlıq mal alıb göndərib. Maşınla və ya nə ilə göndərilməsini bilmir. Yoldaşı demişdir ki, Bəşir onu sifariş edib. Xırdalan uşaqları gəlmiş, deyirmişlər ki, İranlı Bəşirə pul borclusan səni bizə sifariş ediblər. Onlar gəldikdə yuxarı qalxmaylblar blokun aşağısında dayanmışlar. O Polisə zəng vurub məlumat verməməyi barəsində çox peşmandır. Evdən çıxanda yoldaşı verdiyi telefon nömrəsini o yazmışdır öz telefonuna. Borcun yarandığı müddət səhf etmirsə 2016-cı ilin mart ayları olmuşdur. 1-il ərzində borcdan heçnə qaytarmayıb. Hissə-hissə belə qaytarmayıb. Yoldaşının telefonda əsəbləşməyini eşidirmiş, tez-tez zəng edirmişlər ona. Həmin 1-il ərzində yoldaşı gedib gəlirmiş arada işə, meyvə tərəvəz vururmuş. Həmin ərəfədə borcu olduğu üçün Bəşir ilə işləmirmiş, yoldaşının dediyi o, olmuşdur ki, Bəşir onu sifariş edib. Sifariş etmək, yəni pulu almağı, öldürməyi. Elə öldürməyədə sifariş verib, çünki Bəşir deyib ki, “o, o pulu səndən ya belə ya helə alacam.” Yoldaşı ona deməyib ki, “məni öldürməyə gəliblər, yoldaşı ona demişdir ki, “əgər mənim başıma bir hadisə gəlsə bu nömrə ilə əlaqə saxlayın.” Yoldaşını evə aparıb saxlayanda nə qədər vaxt orada saxladıqlarını bilmir, lakin həmin günü yoldaşı səhər çıxıb aşxam 12-də evə gəlib. Deməmişdir yoldaşı ona heçnə deməmişdir, o özü görmüşdür olan xəsarətləri. Yoldaşı evdən çıxarkən evdən silah götürməyini görməmişdir, evlərindədə heç bir zaman silah olmayıb, əgər silah onda olubsada yoldaşını nə dərəcəyə çatdırıblar ki, yoldaşı silah götürüb. O Xəyalın nömrəsini hardan bilə-bilər ki, yoldaşı nömrəsini vermişdir demişdir ki, “əgər mənim başıma bir hadisə gəlsə bu nömrədən bilin.” Onların qaçan yerdə video görüntüsü var, həmin yerdədə meyid var. Xəyalgil vurubdu yoldaşını. Samir qaçıb gizlənib və digər başqa adamlar olub. Soyundurublar evdə yoldaşını. Yoldaşı özüözünə xəsarət yetirməz. Ekspertin rəyi var, güllənin giriş yeri çıxış yeri. Miskini tanımır. İstintaqa qədər Miskin adı eşitməmişdir. Xəyalgil tərəfdən barışığa cəhd olub, ama o barışan deyil. İlham adlı şəxsi belə tanımır, adını istintaq zamanı eşitmişdir. 2016-cı il mart ayında olub hadisə. Rusiyada olan deyirmiş ki, mal zay olub pul yoxdu. Sifariş odur ki, nəyi deyirdi ki, nəyin gücünə olur olsun gör səndən bunu necə alacayıq, gör sənin ailənin başına nə oyun açacayıq deyirmiş, aşxam evdə olanda ayağında xəsarətləri görürmüş, o yoldaşına demişdir polisə xəbər verək, onu acılamışdır ki, otur oturduğun yerdə. Evdə olarkən görmüşdür ki, yoldaşının ayaq nahiyəsində xəsarətlər var. Sağ ayağında görmüşdür xəsarətləri, gecədə evdə qarın nahiyəsində görmüşdür ki, xəsarətlər var. Evdən gedəndə həyəcanlı vəziyyətdə imiş, mobil nömrəni ona verəndə ad çəkməmişdir. İstintaqda nömrənin Xəyala aid olduğunu bilmişdir. O deməmişdir silah yoldaşında olub, deyir yəqin ki, əgər olubsada yoldaşını nə qədər məcbur ediblər ki, elə olub. Onların evində silah olmayıb. Evdən çıxarkən üzərində silah yox imiş. O neçə illərdi yoldaşı ilə evli olduğum vaxt ərzində onun silahdan istifadə etməsini görməmişdir. Bacarığının olub olmamasını bilmir, lakin uşaqlarla atraksiyona getdikdə orada vuranda dəqiq vurduğunu görmüşdür, onlar həmişə evə hədiyyə ilə gəlirmişlər. yoldaşından Rəşad adıni eşitməmişdir, Rəşad adını istintaq zamanı eşitmişdir. Xırdalan uşaqları gəlib demişlər ki, yoldaşına sənin Bəşirə 30.000 dollar borcun var, 15.000 dollar deməmişlər, 30.000 dollar demişlər. Mehdini görmüşdür. Yadına gəlmir ki, yoldaşı, Mehdi İranda olanda, yoldaşı ona zəng etsin desin ki, İranda burda oturmuşuq çörək yeyirik, Bəşirdi, Mehdidi, mənəm, ola bilər belə bir şey olsun ancaq onun yadına gəlmir. Şəxsən Bəşirin yoldaşına zəng edib pul tələb etməsini eşitmişdir. Yoldaşı deyirmiş ki, Bəşir göyərtinin pulunu istəyir. Yoldaşı Bəşirə 30.000 ABŞ dolları borcunun olmasını deyirmiş, 15.000 dollar olsaydı o deyərmiş, 15.000 dollar, onun itirəcək heç nəyi yoxdur. Yoldaşı evə gəldiyində o həmin zaman onun üzərində silah görməmişdir. O özünü günahkar sayır ki, gərək o polisə məlumat verərmiş, o həmin şəxslərin kim olduğunu bilmirmiş, sadəcə bilirmiş ki, Bəşirin adamlarıdır, Xırdalan uşaqlarıdır. İstintaq zamanı ona bəzi adlar məlum olmuşdur, Şahid1, Bilal, Məhəmməd, Məhəmməd səhf etmirsə Xəyalın bacanağıdır, Allahverdi, Kənan və birdə qaçan şəxs Samir. O hadisəni görməmişdir, danışdıqları ancaq hadisədən sonra eşitdikləridir. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır, həmçinin İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 də tanıyır. X36 şəhərindən göyərti məhsullarını alıb furalarla Rusiya Federasiyasına göndərib satmaqla məşğul olurmuş. O sürücü işləyir, Bəşiridə İrandan tanımış Bəşirin yükünü, Moskva şəhərinə aparmış, Leninqrada aparmış, apardığı yük göyərti olmuşdur. Rəhmətlik Valehidə qonşu olub ordan tanıyır. Bəşirin Həsən adlı İran İslam Respublikası vətəndaşı ilə şərik işlədiyini bilir. Valehin ölümündən 1 il və ya 1 il yarım əvvəl İran İslam Respublikasının Astara şəhərində olarkən Zərərçəkmiş şəxs Bəşir və Həsənlə birlikdə görmüş, orada Valehlə söhbət edərkən Bəşirdən göyərti məhsullarını nisyə alıb Rusiya bazarına göndərməklə məşğul olmasını bildirmişdir. Valehin ölümündən təxminən 15 gün əvvəl Təqsirləndirilən şəxs1 bir neçə dəfə ona zəng edib bildirmişdir ki, “Valeh mənə borcludur, zəng edirəm telefonlarıma cavab vermir, onu görsən denən pulumu qaytarsın.” Oda Valehə zəng edib acıqlı tərzdə ona demişdir ki, “camaatın telefonuna cavab ver, get borclarını qaytar, məni narahat etməsinlər.” Təxminən üç il bundan əvvəl Bəşirnən rəhmətlik Valeh Lənkərana gəlmişlər, ona zəng vurmuşlar ki, Lənkərandayıq, onun evində hər ikisi onun qonağıda olmuşlar. Lakin onlarda olan zaman aralarında heç pul söhbət getmirmiş, mehriban söhbət edirmişlər. O Bəşirlə Valehin arasında olan pulun nə qədər olmasını bilməmişdir, yalnız Valehin ölümündən sonra televizorda istintaq gedən zaman 30.000 dollar eşitmişdir, belə ama dəqiq bilmir. Borcunda yaranma səbəbi odur ki, Valeh Bəşirdən göyərti götürmüşdür. Ondan sonra o Ukraynaya getmiş, onunda gedib gəlməyi təxminən 25 gün çəkir, qayıtdıqdan sonra Lənkəran rayonuna gəldikdə Valehin ölüm xəbərini eşitmişdir. X29 tanış olmuşlar. oda həmin zaman orada imiş, çörək yeməyə getmişlər 5-6 nəfər həmin zaman orada tanış olublar. Bəşir, o Valeh birgə alver edib, Bəşirin Valehə mal verməyini bilməmiş, o Russiyaya getmiş gəldikdən sonra Bəşir ona demişdir ki, o Valehə mal vermişdir. Tanış olan zaman Həsəndə orada olub. Həsən Bəşirin şəriki imiş. Ona Həsəndə zəng etmişdir, Valehin onlara borcu var. Valeh deməmişdir nə qədər borcu var. Bəşir ona demişdi ki, “polisə verəcəm Valehi, səfirliyə verəcəm pulumu alacam.” Miskini o tanımır. Elan edilən ifadə onun ifadəsi deyil, o ifadə verməmiş, yadına gəlmir yaddaşı biraz zəyifdir. Bəşir deyirmiş ki, Polisə verəcəm Valehi. Onun yadına düşmür yaddaşı zəif olduğu üçün, lakin ifadəsini təsdiq edir. O Valehin 40 mərasimində olmuşdur. O İrana gedəndə bloknotu qoyub qabağına zəng edir klientlərinə hansı klientin malı yaxşı oldu onu aparır, zəng eləmişdir Bəşirə ki, yükün var ya yoxdu, Bəşir demişdir ki, yükü yoxdur, onda Bəşirə demişdir ki, Valeh rəhmətə gedib, demişdir ki, Allah rəhmət eləsin pulda halal xoşu olsun. Astarada tanış olublar, oda orada olmuş, Mehdidə olub beş nəfər olub orda çörək yemişlər, araları yaxşı olub, orada tanış olublar, Mehdiynən o tanış eləmişdir. Bəşirin ona heç vaxt borcu olmayıb. Göyərtinin qiymətinin nə qədər olduğunu o dəqiq deyə bilməz. Bəşirin Valehi öldürtmək və ya nəisə belə bir niyyətinin olması barədə bir məlumatı yoxdur. O 40 mərasimində eşitmişdir ki, ölüm sifarişini hansısa İranlı verib ama hansı İranlı verib bilmir, o bu haqda bilmirmiş, sadəcə olaraq 40 mərasimində getdiyi zaman orada edilən söhbətlər imiş, rəhmətlik 3-4 nəfər İranlı ilə işliyirmiş, hansı imiş bilmir. Hüzür yerində eşitmişdir ki, İranlılar verib sifarişi ama hansı İranlı bilmir. Camaatdan eşitmişdir. Xalqdan oturub söhbət edən adamlardan. Bilmir hüzürdə söhbət edirmişlər oda orada eşitmişdir. Təqsirləndirilən şəxs Bəşir Qəhramaninin sualına cavab olaraq Şahid10 bildirmişdir ki, 2Bəşir sən mənə zəng edib deməmisən ki, Valehə denən onun telefonuna düşə bilmirəm vermişəm polisə, sən mənə sadəcə olaraq demisən ki, Valehlə telefonla əlaqə qura bilmirəm, məndə Valehə zəng eliyib demişəm ki, Valeh flankəsə cavab ver telefonda mənə zəng eliyir. Sən mənə demişdin ki, Polisə şikayət edəcəyik səfirliyə gedəcəyik.” O Valehə heçnə deməmiş, sadəcə onu demişdir ki, telefona cavab versin. O ona zəng eliyib deməmisdir ki, 15.000 dollar borcu onun 1.000 dollarını çıxsın 14.000 doları gətirsin Valeh. Xeyir belə söz o ona deməmisdir. Valehə demişdir ki, camaatın telefonuna cavab ver ona zəng eləməsinlər. Ona zəng eliyib Bəşir, Valeh telefona cavab vermir, 1.000 nə qədər ziyan olub onuda çıxırıq qalan pullarını qaytarasın, o ama Valehə deməmişdir, Valehə zəng eliyib demişdir ki, “Valeh sənə zəng edirlər telefonu götür.” 15.000 dollardan 1.000 dollar çıxsın söhbətini ona deməyib. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, X20 onun qızının əridir. Samir Kazımov təxminən 3 il «Sokar» şirkətində mühafizəçi işləmişdir. Bununla yanaşı Bakı şəhəri, Xətai rayonunda, «Bakı Kinoteatrı»nın yaxınlığında yerləşən idman zalını icarəyə götürüb orada boks müəllimi kimi fəaliyyət göstərmişdir. İdman zalını icarəyə götürdükdən sonra Samirin maddi imkanı yaxşılaşmış, ərizəsini yazıb «Sokar»dan işdən çıxaraq boks müəllimi kimi fəaliyyət göstərmişdir. Samirin kimlərlə dost münasibətində olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs4 2-3 ildir tanıyır, santexnik işləyir. Belə ki, kürəkəni Samir Rəşadın oğluna boks dərsi keçirmiş, Samirin xahişi ilə Rəşad onun yaşadığı evdə eləcə də Samirin Ramana qəsəbəsində yerləşən evində istilik sistemləri çəkmiş və kafel metlax işləri görmüşdür. 2017-ci ilin mart ayının sonu və ya aprel ayının əvvəlində qudası Elmar ona zəng edib demişdir ki, Samir nəisə cinayət törədib, onların evinə polislər gəlib-gedir Samiri axtarırlar. Elmardan nə baş verdiyini soruşduqda isə o, heç nə bilmədiyini demişdir. X25 kiminlə və nə səbəbə dalaşdıqlarını bilmirmiş. Sonradan Samiri axtarmaq üçün Elmarın evinə gələn polis əməkdaşlarından öyrənmişdir ki, nə isə pul məsələsi olub. Bir neçə gün keçəndən sonra Rəşad onlara gəlmiş, müəllimi ondan soruşmuşdur, ona demişdir ki, müəllim zaldadı. Rəşad ona demişdir ki, müəllim zalda yoxdu polislər də axtarır onları. Rəşad demişdir ki, zalda olmuşdur, 1-2 uşaqdan soruşmuş orda heç kimin xəbəri yoxdur. Orda onların söhbəti bitmişdir, o ona demişdir ki, “əgər xəbərin olsa gəl bizədə de ki, ailəsidə mənim yanımdadı,” demişdir yaxşı nə öyrənsə gəlib sizə deyəcəkdir, söhbət zamanı o, Rəşada gileylənmişdir ki, maddi cəhətdən sıxıntılar var, öz ailəsi, Samirin ailəsinin maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Bir iki gün keçmiş Rəşad gəlmişdir ki, bəs uşağlar pul yığıblar Samirin ailəsinə çatmalıdır. O Rəşada demişdir ki, Samirin ailəsi Əhmədlidə qalır apar onlara ver, demişdir ki, onun onun atası ilə tanışlığı yoxdur, səndən xahiş edir sən apar ver. Axşam saat 9 radələri olarmış oda pulu götürmüş aparıb qudasıgilə, onlardada hüzür imiş anası rəhmətə getmişdir. Aparıb vermişdir qudasına, demişdir ona lazım deyil, demişdir sənə lazımdı lazım deyil ailəsinə veriblər, o pulu qoymuşdur onlada çıxıb gəlmişdir. O Samirin qaynatasıdır. Qızı uşaqları ilə bir həftə, həftə yarım onun yanında qalırlar sonra gedirlər öz evlərinə. Samir bilmir hardadır. Samir Boks üzrə məşqçi imiş, Rəşadın oğlunun müəllimi imiş, gətirirmiş məşqə, oğlunun adını bilmir. Balaca uşaq imiş, digər şəxsləri tanımır. Hadisəni deməmişdir ki, onlar hardasa dava ediblər. Samirgil dava ediblər demişdir, ama dəqiq bilmədiyini nəisə öyrənsə gəlib ona deyəcəyini bildirmişdir. Kiminsə ölməsini bilmirmiş, o, haqda heç kim heçnə deməmişdir. Rəşad ikinci dəfə də gələndə eyni söhbət olmuşdur ki, yəni onlar hardasa dava ediblər. Ölüm məsələsini müstəntiq onun qudasına demişdir, o oradan bilmişdir. Onların dediklərinə görə Samirdə orada iştirak edib. Rəşad ad çəkməmiş, demişdir uşaqlar bu pulu toplayıblar. Kimlər göndərib bilməmişdir. Pulu götürmüş, ama sonra aparıb vermişdir Samirin atasına. Atası demişdir ki, ona lazım deyil, demişdir lazım deyil apar qaytar. Samir həmişə idmançı olub, əvvəl Socarda işləyib mühafizəçi o düzəltmişdir ora, ondan sonra ora sərf etmədiyi üçün çıxmış və ancaq müəllimlik etmişdir. Şahidi olmamışam ki, hansısa bir davaya söhbətə qoşulsun. Əvvəl təzə evlənən zaman evlərinin yanında bir nəfər söyüş söymüşdü onunla davası düşmdüşdü. Evə gec gəlirdi, qızı şikayət edirmiş, o güdmüşdür bir-iki dəfə görmüşdür ki, həqiqətən zalda məşq keçir. Hal-hazırda bilir ki, Samir axtarışdadır. Müstəntiqə ifadə vermişdir. Pulu o saymamış, ama dediyinə görə 5.000 manat imiş, kağıza bükülü vəziyyətdə. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o təqsirləndirilən şəxslərin heç birini tanımır, ilk dəfədir görür. X39 11 yaşından etibarən idmanın boks növü üzrə məşğul olub, dəfələrlə yerli və beynəlxalq idman yarışlarında iştirak etməklə mükafatlar qazanmışdır. Samir Kazımov «Socar» şirkətində mühafizəçi işləməklə yanaşı Əhmədli qəsəbəsində «Bakı Kinoteatrı»nın yaxınlığında yerləşən idman zalını icarəyə götürüb orada tələbələrinə boks dərsləri keçməklə də məşğul olmuşdur. 2017-ci ilin aprel ayının 2-si və ya 3-ü tarixində Samir günorta saat 2-3 radələrində onun yaşadığı evə gəlib demişdir ki, “Xırdalanda hadisə olub, mən gedirəm, bir müddət olmayacam.” O narahatçılıq keçirib Samirdən nə baş verdiyini soruşmuş nə qədər demişdir ki, nəyə görə çıxıb gedirsən gözlə bilək nədi nə deyil, ona demişdir ki, “yox mənidə axtarırlar mən çıxıb gedirəm,” ondan sonra çıxıb getmişdir bir daha Samiri görməmişdir. Samir onunla qalmırmış,Samirin öz evi var imiş, orada qalırmış, gəlib paltar götürməyə, gəlməyiynən getməyi bir olmuşdur. Əvvəl Socarda mühafizəçi işləyirmiş, ondan sonra həmin Socardan çıxmış, zalda məşqçi kimi işləməyə başlamışdır. Samir demişdir ki, hadisə baş verib gedib oturublar çayxanada, çıxandan sonra belə hadisə baş verib. Silahdan istifadə olunması, kiminsə ölməsi barədə heç bir şey deməmişdir Samir, o sonra eşitmişdir ki, ölüm hadisəsi olub. Samirgil çayxanada görüşüblər, ama Samir qabaqcadan çıxıb oradan gedib, hadisə ondan sonra baş verib. Samir aprelin 3-ü 4-dən çıxandı evdən. Axtarışdadı Samiri onlarda axtarırlar. Qudası gətirib pul verib ona. dəqiq deyə bilməz nə vaxtdı. Anası rəhmətə getmiş, həmin vaxt imiş qudası gətirdi 5.000 manat pul vermişdir. Gətirib demişdir ki, Samirin dostları yığıb kömək üçün. Birinci götürmək istəməmiş, sonra demişdir hüzürdü götürmüşdür pulu. O Samirin heç bir dostunu tanımır, qudası pulu gətirdikdə pul haqqında ondan heçnə soruşmamışdır. Əvvəllər belə hadisələr olmayıb, oğlu belə hadisələrdə iştirak etməyib heç vaxt. Hal-hazırda oğlunun ailəsi onlarla yaşayır. İki uşağı var. O Samiri aprel ayının 3-dən sonra görməmişdir, hansı ki, gəlib evə çıxıb getmişdir. Ona heçnə deməmiş, onunla danışmamışdır. 5.000 manatı ailəsinə kömək etmək üçün vermişlər. Pulu kömək məqsədi ilə vermişlər. O pulu hüzürə xərcləmişdir. Samir heç kimin adını çəkməmişdir. Outmuşuq demiş çay içmişik çayxanada sonra olub hadisə bayaq izah etdiyi kimi. Çayxanada Xəyal olub, birdə dəqiq bilmir kimlər olub. Rəhmətliyin adını çəkməmişdir. Həmin hadisədə kiminsə yaralanması barədə heç bir şey danışmamışdır. Bildirmişdir ki, gedirəm birdə olmayacam. Hadisədən 4-5 gün sonra Samir evdən çıxıb gedib. Aprel ayının 3-ü və ya 4-ü olarmış Samir gəldiyində. Hadisənin necə baş verməsi ilə əlaqədar ona heçnə məlum deyil. Eşitmişdir ki, mərhum özü-özünü vurub. Mərhumun özünün-özünü öldürməsini o televizorda eşitmişdir. Samir aprel ayının 3-ü və ya 4-ü olardı gəlmişdir evə, gəlməyiynəndə getməyi bir olmuşdur. Demişdir bəs hadisə olub, o orada telefonla danışmış, ona görə onuda axtarırlar. Qudası 5000 manatı gətirib ona verib ki, oğlunun dostları köməklik üçün göndəriblər. Anasının hüzürü imiş, qudası həmin ərəfədə gətirmişdir pulu vermişdir ona. Oğlunu aprel ayının 3-dən 4-dən sonra görməmişdir. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Apellyasiya məhkəməsində və Ağır cinayətlər məhkəməsində verdiyi ifadəsini təsdiq edir. Apelliyasiya məhkəməsində kamera ilə bağlı ekpertizaya vermişlər 2 aya yaxındır ki, hələ cavabı gəlməyib. Ona güllə dəyən yerdə kameraya düşmüşdür, kameraya Azər Paşayev tərəfindən baxış keçirildi kamerada bir nəfər insan siqaret cəkir blokun qabağında mən və Şahid2 qaçırıq, Valeh də arxadan gulle ile bizə atir. O istintaq zamanı ifadə vermişdir ki, ona binanın tinində qolundan güllə dəyir yıxılmış, kamerada aşkar olunub ki, həqiqətən ona güllə orada dəyir və o təzyiqnən yıxılır, o girmişdir bloka Şahid2 düzünə qaçıb. Kameraya baxış keçirilən zaman o tələb etmişdir ki, siqaret çəkən insan kimdisə onu çağırın bu insan hər şeyin şahidi olub, o vəsatət vermişdir ki, bu insan kimdisə bu gəlsin ifadə versin. Cinayət işinin içərisində isə bu insanın ifadəsi yoxdur, demək ki, bu insan çağırılıb dindirilməyib, prokror demişdir ki, müstəntiq burada yazıb qeyd edib ki, biz bu şəxsi müəyyən edə bilmirik. Azər Paşayev ona demişdir ki, 1 həftə sənə vaxt verirəm get onu tap, o 1 günə getmişdir o, adamı tapmışdır və bu adama gətizdirmə verilmişdir, 1-2 məhkəmə prosesi gəlməmiş ondan sonra məcburi gətirilmə verilmiş və məhkəmə iclas zalına gətirilmişdir. O, həmin şəxsə demişdir ki, düzgün ifadə ver əgər görmüsənsə mən etmişəm denən ki, mən etmişəm, yox əgər görmüsənsə mən etməmişəm denən ki, sən etməmisən. Həmin şəxs demişdir ki, “mən heçnə görməmişəm,” o həmin şəxsə sual vermişdir ki, səni bu işnən bağlı indiyənə qədər prokror vəya müstəntiq dindirib, şəxs demişdir ki, onu iki dəfə bu işlə bağlı Əli Babayev adlı müstəntiq dindirib. O kameraya düşmüşdür güllə ona dəyib 09:00 radələrində o bloka girmiş, lakin kamerada 09:00-dan sonra gəlir 09:25 həmin 09:00-dan sonra olan 25 dəqiqə kamerada yoxdur silinibdir. Həmin o, 25 dəqiqəni kəsməkdə məqsəd nədir, ona həmin o, 25 dəqiqədən 2-dəqiqə lazımdır. Kamerada çəkilib orginal disk qoyulub kameraya ondan sonra keyfiyyətsiz bir telefon kamerası ilə çəkilib cinayyət işinin içinə qoyulub, onlarda məhkəmədən xahiş etmişlər ki, kameraya müdaxilənin olub olmaması ilə əlaqədar onlara məlumat versinlər. İşdə qeyd olunub ki, onlar Valeh adlı şəxsi oğurlayıb “mangal” kafesinə aparmışlar, hansı bir kəs oğurladığı nəfəri “mangal” kafesinə aparar. O sadəcə Valehlə sporlaşmışdır, “kişiynən-kişi arasında spor olar” o sadəcə olaraq demişdir ki, apar borcunu ver, ona aid olmayan bir borcdur. Oda ifadəsində bildirmişdir ki, içkili olduğu üçün özünü o, işin içinə salmışdır çox böyük bir səhv etmişdir. Onun bildiyi qədəri ilə Valehin borcu olub 15.000 (on beş min) dollar, onun xahişim ilə 15.000 (on beş min) dolları, 10.000 (on min) manat etmişlər. Bu işdə təqsirləndirilən 5 nəfər onlardır, 1 nəfər çöldədi, 1 nəfər adı ittihamda gedən şəxsi bilmir kimdi, 4 nəfər isə hal-hazırda məhkəmə iclas zalında olan şəxslərdir. Əgər onlar 10.000 (on min) manat alırlarsa onun yarısını yəni 5.000 (beş min) manatını borcun sahibinə verirlər, geriyə qalır 5.000 (beş min) manat, 10 nəfər arasında həmən pul bölünsə adama 500 (beş yüz) manat pul düşür, heç bir ağıllı düşüncəli insan 500 (beş yüz) manata görə belə bir iş görməz və adam öldürməz. Bu işdə onun rolunun olması ondan ibarətdir ki, o sadəcə olaraq çayaxanada oturub söhbət etmiş, sinif yoldaşı Samir ilə. Samirnən Valeh arasında söhbət olmuşdur ki, bəs borcu qaytarmırsan qaytarmaq lazımdır, heç olmasa yarısını ver, hətta Valehə təklif olunmuşdur ki, heç olmasa ayda 200-300 manat ver, ama telefonu söndürüb qaçma belə hərəkətlər olmasın. Samirin yanına Əhmədliyə çayxanaya gedərkən Valehdə onun qonşuluğunda qaldığı üçün onu götürmüşdür, yolda mağazada Valeh düşərək özünə 2 paçka “Winston compact” siqaret almış, gəlmişlər çayxanaya orada söhbət gedəndə o qalxmışdır ayağa ki, ayaqyoluna getsin, eşitmişdir ki, Valeh deyir ki, “balalarımın canı mənim bu siqareti almağa pulum yoxdur.” O da həmən an içkili olduğu üçün, içkili olduğu zamanda aqressiv olur və Valehə demişdir ki, “sən bayaq mənim yanımda iki paçka “Winston compact” siqareti pulunu verdin aldın, indi isə sən Samirə yalan danışırsan," bu məsələyə görə Valehnən onun arasında mübahisə yaranmışdır. O ağartı süd məhsulları ilə məşğul olmuşdur. Əvvəl məhkum olmamışdır. Samirnən bir sinifdə oxumuşlar. Samir ona demişdir ki, belə bir adamla görüşəcək, ama Samirə kimin dediyini bilməmişdir. Samir onu çayxanaya kömək üçün çağırmamışdır, o sadəcə çay içməyə getmişdir. Kafedə olarkən Zərərçəkmiş şəxs imiş, o imiş, Şahid5 imiş, Məhəmməd Həsənov olmuşlar. Valeh olsaymış- olmasaymış o onsuz Əhmədliyə gedəcəkmiş, kafedə Valehə qarşı heç bir zorrakılıq olmayıb. Kafedən çıxdıqdan sonra bacanağıgildən tozsoran götürməyə getmişlər, ordan sonra Xırdalana getmişlər. Çay evində 2 saat oturmuşlar. Valehin qızılları gətirmkdə məqsədi yəqin ki, borcunu bağlamaq məqsədi ilə olub. Valeh qızılları gətirdikdə hətta o Valehdən soruşmuşdur ki, əgər bu qızıllar evin qızıllarıdırsa qalsın satma, borcunu yavaşyavaş bağlayarsan, Valeh demişdir ki, yox dostunun qızıllarıdı o ona vaxtı ilə belə etmiş, oda ona vermişdir ki, satıb bu qızılları borcunu bağlasın. Zərgərə göstərmişlər 1.500 (min beş yüz ) manat dəyər qoymuşlar qızıllara, onlarda gətirib qaytarmışlar özünə ki, bu pulu vermirlər bu qızıllara, Valehdə demişdir ki, sabah yer var qoyacaq ora pul götürəcək lombard kimi, ondan sonra özü əyləşmiş 30-40 dəqiqə oturmuşlar çay içmişlər özləri üçün söhbət etmişlər, sonra Valeh durub sağollaşmış getmişdir, üstündən 10 dəqiqə keçmiş onlar çıxmışlar, maşınların yanına yaxınlaşmışlar görmüşdür ki, Valeh sağ tərəfdən ağacların arasından çıxmış və demişdir ki, “sən idin dünən mənə əl atan,” ondan sonra başlamışdır güllə atmağa, Zərərçəkmiş şəxs əlindəki silahda, paltarında üzərində ona aid heç bir barmaq izi qan ləkəsi vəya başqa bir iz heçnə yoxdur. O can verməmişdir ki, kiminsədə canını alsın, o adicə bir həşəratı öldürmür ki, günahdır. Onun istintaqda verdiyi ifadəyə çox müdaxilələr olub. Məhkəmə vaxtı verdiyi ifadələri təsdiq edir. Həmin onlar oturan kafeyə Zərərçəkmiş şəxs aldadılaraq gətirilməsində vəya başqa bir hər hansı bir işdən onun məlumatı yoxdur. Zərərçəkmiş şəxs əlindən telefonu heç kim almayıb. O bilmirmiş Samirnən nə danışırlar, nə söhbət edirlər. Təqsirləndirilən şəxs4 adı eşitməmişdir. Qəhramani Bəşirin kiməsə zəng etməsini, sifariş etməsini, bilmir, o Bəşiri burada indi görüb tanımışdır. O Samirdən İlham adı eşitməmişdir. Samir tərəfindən ona heç bir sifariş olunmayıb. Güllə atılarkən bədəninin üç yerinə dəyib. O bu təqsirləndirilən şəxslərdən heç birini tanımamışdır, ilk dəfə məhkəmə iclas zalında görür. O Valehin İranlıya borclu olmağını bilməmişdir, o borcun Samirə olmağını bilmişdir. Bu məsələ ilə bağlı onun heç bir kəslə söhbəti olmayıb. Məlumat ona gəlib çatmayıb, Samirin yanında kafedə oturarkən Samirnən Valeh öz aralarında danışarkən söhbətin nədən ibarət olduğunu bilmiş, uzun müddət keçdiyi üçün söhbətin nədən ibarət olduğunu xatırlamır. O bir kəlmə söz eşitmişdir ki, Samir Valehə deyir ki, borcunu nəyə görə vermirsən, ondan başqa heç bir söz eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Şahid1 ilə bir yerdə çay içməyə getmişdir. Xəyal Valehdən pulunu istəyirmiş, pulun Xəyalın və ya başqa bir adamın olması haqqında məlumatı yoxdur. O bildiyi qədəri ilə Valehin Xəyala borcu var imiş, həmin günü kafedə o, Samir, Bilal və Xəyal olmuşlar. O ora çay içmək məqsədi ilə getmişdir. Kafedən durduqdan sonra Hövsana getmişlər, Xəyalın bacanağıgilə getmişlər, Xəyal bacanağından tozsoran götürəcəkmiş. Onlar bir yerdə getmişlər, Valehdə onlarla ona görə getmişdir ki, Xırdalanda qalırmış, onlarda Hövsandan çıxdıqdan sonra Xırdalana gedəcəkmişlər. Birinci Əhmədliyə gedib orda çay içdikdən sonra Hövsana getmişlər, Xəyal bacanağından tozsoran götürəcəkmiş, sonra Xırdalana getmişlər. Tozsoranı götürməyə getdikdə maşından düşmüşlər, Xəyalın bacanağı demişdir ki, gəlmişkən çay için onlarda bir stəkan çay içmişlər. Hövsanda heç bir hərəkət olmamışdır. Valeh qızılı götürüb xatırladığı qədəri ilə Samirə və ya Xəyala vermişdir ki, satın onlarda onu moskva univermağında göstərdikdə çox uzuc olduğu üçün satmamışlar, ondan sonra qaytarıb Valehin özünə verilmişdir. Qızılı bu məqsədlə verirmiş ki, qızıl satılsın Valeh borcunu versin. Qızılın qiyməti Valehin nə qədər deməsini xatırlamır. Satılmayandan sonra qızıl onda qalmış, polis işçilərinə vermişdir. O, Xəyal, Samir və Valeh kafedə oturduqdan sonra, Valeh onlardan təxminən 15 dəqiqə qabaq çıxmış, onlar Valehdən sonra çıxmışlar, onlar çıxdıqdan sonra Valeh ağaclar olan tərəfdən çıxaraq başlamışdır güllə atmağa, Valehin atdığı güllələrin üç dənəsi Xəyala dəymişdir. Kafedə elə bir vəziyyət yaranmamışdır ki, kimsə-kiməsə silah atsın. Kafedən çıxdıqda hamısı bir yerdə imişlər, lakin atəş yalnız Xəyala dəymişdir. Samir pulu öz borcu kimi istəyirmiş, lakin bilmirmiş kimə görə və nəyə görə istəyir. Samir onları söhbətə çağırmamışdır, çay içməyə çağırmışdır, onuda çağırmamışdır, Xəyalı çağırmışdır, Xəyalda ona demişdir ki, bekarsansa gedək, oda Xəyalnan birgə Samirin yanına çay içməyə getmişlər. Allahverdi hadisə yerində olmayıb. Samir pul tələb etmirmiş, öz borcunu isdiyirmiş, Valehə qarşı heç bir təzyiq və təsir olmayıb. Təqsirləndirilən şəxs4 adını o eşitməmişdir. Qəhramani Bəşiri tanımır və adını eşitməmişdir. Təqsirləndirilən şəxs2 adını eşitməmişdir. Hal-hazırda məhkəmə iclas zalında olan təqsirləndirilən şəxslərdən heç birini tanımır. O bu şəxslərin heç birini tanımır, ilk dəfədir ki, görür. Həmin kafedə bir söhbət oldu ki, Valeh kafedə oturan zaman dedi ki, balamın canı bu siqareti almağa pulum yoxdur, bunu belə nisyə almışam, Valehin bu sözünə Xəyal dedi ki, balavın canına yalandan and içmə, Valeh onların yanında maşından düşüb, pul verərək iki paçka siqaret almışdır, buna görə Valehnən Xəyalın arasında biraz mübahisə olmuşdur. O borc məsələsinə aid heçnə bilmirmiş, Samir Xəyalı zəng edib çağırmışdır çay içməyə, Xəyalda ona demişdir ki, boşluqdusa gedək oda Xəyalnan getmişdir. Valehi onlar yoldan götürmüşlər, "makro" market deyilən yerdə market var onun qabağından. Tozsoran götürən zaman heç bir hadisə baş verməmişdir. Onun özünədə maraqlıdır ki, nəyə görə Valeh güllə atmışdır, çünki insan heçnədən güllə atmaz. Çay içdikləri yerə qədər Valehi tanımamışdır, Valehində kim tərəfindən vurulmasını bilmir. Valeh silahı onun tərəfə tutmamış və ona heçnə demirmiş, Valehin silah çıxartmağı parkın içində olub. Valehin silahı çıxartmağını görməmiş, sadəcə olaraq Valeh bir kəlmə demişdir ki, Xəyal qaqaş, hamımız çöndük başlamışdır silahnan atmağa. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onun hadisə ilə bağlı heç bir məlumatı yoxdur, sadəcə olaraq 10 dəqiqə ərzində onun evində oturulub çay içilib. Şahid1 onun bacanağıdır, həmin gün Xəyal tanışı iki nəfər ilə birlikdə onlara gəlib 10-15 dəqiqə oturub çay içdikdən sonra, avtomaşın üçün istifadə edilən tozsoran onda var imiş və Xəyala tozsoranı ona verəcəyini demişdir. Ondan sonra o bacanağı Şahid1 avtomaşın üçün olan tozsoranı vermiş və ondan tozsoronı götürdükdən sonra Xəyal çıxıb getmişdir. O istintaq zamanı ifadə verərkən heç bir vəkil onun ifadə verdiyi zaman iştirak etməyib və o bu günkü günə qədər heç sənədə və ittiham aktına imza etməmişdir, lakin orda imzalar var. Şahid1 onun bacanağıdır. Xəyal onun bacanağı olduğu üçün onlara gəlmişdir. Bacanağı Xəyal ona zəng edib, sizə çay içməyə gəlirəm dedikdə, o bilməmişdir ki, Xəyal onların evlərinə kimİnlə gələcəkdir. Bacanağı Xəyal yanındakı digər iki şəxslə onlara gəldikdə, o mətbəxdə çay dəmlədiyi üçün onların arasında olan söhbətdən xəbəri olmayıb. Onun heç bir sənətdə imzası olmayıb. Onun evi üç otaqdan ibarətdir, o mətbəxdə çay dəmləyərkən onlar isə zalda oturmuşlar, mərhum olan şəxs isə evdə olduqları 10-12 dəqiqənin, 6-7 dəqiqəsini çöldə telefonla danışmışdır, ondan sonra gəlib evə girib 2-3 dəqiqə ayaq üstü çay içib və sonrada çıxıb gediblər, o isə öz evində qalmışdır. Mərhum olan şəxsin evindən gedib qızıl götürüb götürməməsini o bilmir. Bu iş üzrə şahid qismində onun ifadəsi alınmayıb. Onu bir dəfə banditzmə çağırıblar gedib ifadəsini vermiş, 7 ay keçdikdən sonra isə onu təkrar çağırdıqlarında onu tutublar. 10-12 dəqiqə ərzində onun evində olublar, o banditzmdə burda necə ifadə vermişdirsə eyni ilə ordada həmən ifadəni vermişdir. İttiham aktını oxumuş, orda onun adından yalan ifadələr yazıblar hansı ki, o həmən şəxsləri heç tanımır, o sadəcə bacanağı Xəyalı tanımışdır. Onu bu iş üzrə şahid qismində dindirmiyiblər, digər istintaq zamanı banditzmdə verdiyi ifadəni isə qəbul etmir. Təqsirləndirilən şəxslərdən heç birini tanımır. Bacanağı Xəyal həmən iki nəfərlə onlarda olduğu zaman, onların arasında hədə qorxu söhbəti olmayıb, olsaydı o eşidərmiş, lakin belə bir sözlər eşitmişdir ki, həmin mərhum olan şəxsə deyilir ki, heç olmasa borcundan hər ay 200 (iki yüz) manat olmaqla ver azalsın borcun. O sonradan eşitmişdir ki, kimsə kimsəni vurub, bacanağı Xəyal isə üç güllə yarası alıb. Mərhum barədə belə eşitdim ki, şəxs öz-özünü vurub. Bəşir adı eşitməmişdir, həmən şəxsi tanımır. Bacanağı Xəyal və iki nəfər şəxs onlarda olan zaman kimin kimə pul borclu olmasını eşitməmişdir, sadəcə olaraq mərhum olan şəxsə aparıb borcunu azazda olsa verməsini deyirmişlər. O İlham adını eşitməmişdir və həmən şəxsi tanımır. Mərhum onların evində olarkən sərbəst imiş və sərbəst telefon ilə danışırmış. Onların evində olan zaman xatırladığı qədəri ilə onun bacanağı Xəyal mərhum olan şəxsə deyirmiş ki, apar borcunu az-azda olsa ver. Kimin kimə borclu olmasını bilmir. Xəyalnan aralarında bu söhbətnən əlaqədar söhbət olmayıb. 2-gün sonra xəstəxanaya getmiş buraxmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, hadisə ilə bağlı onu bildirə bilər ki, o həmən ərəfələrdə müalicə alırmış, heç bir hadisəni xatırlamır. O sadəcə çay içmişdir, çay içdikdən sonra durub çölə çıxdıqda isə güllə səsi eşitmiş və oradan qaçmış, ondan sonar onu gəlib tutublar. O həmən vaxt müalicə alırmış, ona görə heçnə onun yadında deyil. Samiri o Əhmədlidən tanımışdır, idman müəllimidir. Samirdən xəbəri yox imiş, o bu iş üzrə şahid qismində dindirilməmişdir. Öz işləri üzrə istintaqda verdiyi ifadəsini təsdiq etmir, çünki o məhkəmə iclasında necə ifadə vermişədirsə ordada eyni ilə ifadə vermiş və ifadələrinə imza etməmişdir. İfadə verərkən heç kəs ona təzyiq etməyib. Məhkəmədə onların işinə baxılarkən indiki şahid qismində iştirak etdiyi məhkəmə zalında verdiyi ifadə ilə eyni ilə ifadə vermişdir. Sədrlik edən Şahid5 cild-4, iş/v 74-82-də olan ifadəsini elan edir. Sədrlik edənin sualına cavab olaraq Şahid5 bildirdi ki, onun ifadəsində qeyd ediləri müstəntiq özü ona danışırmış, o isə müstəntiqə onların heç birindən xəbəri olmadığını demişdir. O bu ifadəsini təsdiq etmir. O hal-hazırda məhkəmə iclasında verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, onun əsil adı Allahverdi olsa da, uşaqlıqdan hamı onu Alik deyə çağırdığı üçün onu hamı Alik adı ilə tanıyır. İş üzrə onu deyə bilər ki, işdə gösətirlən cinayət hadisələrinin heç birini o törətməmiş və bu cinayətlərin törədilməsində hər hansı bir formada iştirak etməmişdir. Hadisə baş verən tarixdə 30 mart 2017-ci il tarixdə gecə təxminən saat 23:00 və 23:30 radələrində o yaşadığı evdə imiş və xatırlamadğı tanışlarından biri ona zəng edib “Karvan” kafesinin yanında atışma olması barədə bildirmişdir. Oda evdən çıxıb hadisə yerinə yəni “Karvan” kafesinin yanına getmişdir. Həmin vaxt orda çoxlu sayda adamların toplaşdığını və bir nəfər şəxsin yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Orada Xırdalan şəhər sakini kimi tanıdığı Amil adlı şəxsdən nə baş verdiyini soruşmuşdur. O, demişdir ki, Xəyal yaralanıb Xəyala 3 güllə atılıb və güllə atan şəxsdə özünə 1 güllə ataraq öz-özünü vurub. Xəyalı o təxminən 6-7 ildir ki, tanıyır. Xəyal Xırdalan şəhər sakinidir və Xırdalan şəhəri ərazisində süd satmaqla məşğul olurmuş, yaşda ondan böyük olduğuna baxmayaraq, münasibətləri var. Hadisə olan günü gecə xəstəxanaya Xəyalın yanına getmişdir, xəstəxanada polis əməkdaşlarıda var imiş, Xəyal reanimasyada imiş, ondan sonra çıxıb getmişdir evə səhər tezdəndən yenidən xəstəxanaya Xəyalı görməyə xəstəxanaya gəlmişdir yanına buraxmamışlar, onu buraxmadıqları kimi heç qohumlarını da Xəyalın yanına görüşə buraxmamışlar. Sonrada o çıxıb evə getmişdir. İstintaqda verdiyi ifadəsini xatırlayır. O Xəyalnan bir yerdə olmamışdır, ifadəsində o belə ifadə verməmişdir. Şahid1 verdiyi ifadəsini oxumuşdur və onunla heç bir qərəzli münasibəti olmayıb. Xəyalnan bir məhlə uşağı kimi münasibəti olubdur. O Hövsana getməmiş və orada olmamış, sadəcə olaraq telefonu çayxanada oturarkən qalıb orada və telefon setinə görə onuda onlarla olduğu zənn ediliblər. Hadisə zamanı indi adını xatırlamadığı tanışı taksı sürücüsü ona zəng edərək oturub çay içdikləri “Karvan” kafesində belə bir atışma olduğunu və onun xəbərinin olub olmadığını soruşmuş, oda özündə maraq doğurduğu üçün həmin kafeyə gəlmiş və orada polis əməkdaşları olub, Xırdalan şəhərindən tanıdığı polis işçisi Amili görmüş, hadisə yerində və ondan soruşmuşdur ki, nə olub, Amil ona deyib ki, Xəyala üç güllə atıb və özünədə bir güllə vurub. O Xəyalın yanına getdikdə reanimasiyada imiş, 1-2 saatdan sonra reanimasiyadan çıxmış, lakin yanına buraxmamışlar, səhəri gün yenidən getmiş və yenə buraxmamışlar Xəyalın yanına. Oturduğu kafedi, oda maraq yarandığı üçün çıxıb getmişdir ki, baxsın nə hadisədi orda olan. O Məhəmmədi tanımır və onun evində olmamışdır. O Xəyal və Kənanı tanıyır, başqa heç kimi tanımamış və onları görməmişdir. Hadisə 30-u günü olub, 29-u günü o Kənanla görüşmüş, ondan sonra o məşqə getmiş və telefonu qalıb orada, orada qalıdğı üçün Kənan özü ilə telefonunu götürüb və axşam üzərinə telefonu ona qaytarmağı fikirləşib, ondan sonra 29-u onların başına hadisə gəlib bilmir və həmin onun telefonunun setinin onların yanında olduğuna görə belə bir iş gəlib onun başına. Valehin evindən qızıl götürmək onun bu məsələ ilə əlaqəsi və məlumatı yoxdur. Hal hazırda şahid qismində dindirildiyi iş üzrə müstəntiqin onu dindirib dindirməməsini dəqiq bilmir, xatırladığı qədəri ilə 03 saylı təcridxanaya gəlmiş və o bildirmişdir ki, o heç kimi tanımır. O öz işləri ilə əlaqədar olaraq məhkəmə zalında verdiyi ifadə ilə hal-hazırda verdiyi ifadəsi eynidir. Qəhramani Bəşir deyə bir şəxsi tanımır. Təqsirləndirilən şəxs3 adlı şəxsi tanımır. Hadisə yerinə o ilkin getdiym zaman Xəyala üç güllə özünə bir güllə vurub deyən polis işçisinin adı Amildir, lakin familya və ata adını bilmir. O bu təqsirləndirilən şəxsləri tanımır, onlarla heç bir əlaqəsi olmayıbdır. O öz məhkəməsində də belə ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o Şahid1 təxminən 2012-ci ildən tanıyır və onunla birlikdə təxminən 1 ilə yaxın müddət ərzində ev alqısatqısı ilə məşğul olmuşdur. Xəyal maklerliklə bərabər Xırdalanda süd satmaqla da məşğul olmuşdur. Mərhum Zərərçəkmiş şəxs onun qohumu və qonşusu olub. 29 mart 2017-ci il tarixdə saat təxminən 19-20 radələrində evdə olarkən Xəyal ona zəng edərək Valeh adında Lənkəranlı qohumunun olmasını soruşmuş, o da ona Valeh adlı qohumunun olduğunu demişdir. Xəyaldan soruşmuşdur ki, nə məsələdi, X34 bir şəxsə pul borcunun olduğunu, həmin İranlının bir neçə il bundan qabaq Rusiyanın Moskva şəhərində bir maşın göyərti verdiyini bildirmişdir. Xəyal ondan soruşmuşdur ki, Valeh necə insandır, o da ona Valehin yaxşı oğlan olduğunu demişdir. Sonra Xəyal ofisə gəlmiş, Valehlə 30.000 ABŞ dolları 10.000 ABŞ dollar qarşılığında razılaşdıqlarını və 10.000 ABŞ dollar müqabilində Valehin ona brilyant qaşlarla bəzədilmiş iki sırğa və bir üzük gətirəcəyini bildirmişdir. Xəyal ofisdə olarkən Valeh ona zəng edərək harada olmasını soruşmuş, Xəyal Valehə avtomobilin yanında gözləməsini deyərək ofisdən çıxmışdır. Xəyal ona sırğa üzük göstərərək Valeh verdiyini demiş və “Moskva” univermağına gedib orada olan zərgərlərə göstərəcək, normal qiymət versələr həmin qızılları sataraq Valehin borcundan çıxacağını bildirib ofisdən getmişdir. Həmin gün axşam tərəfi Xəyal yenidən ofisə gəlmiş, komplektə maksimum 3.500 manat qiymət qoyulduğunu, həmin qiyməti Valehə deyəcəyini, əgər razılaşacağı təqdirdə satıb borcundan çıxacağını bildirmişdir. Həmin vaxt Xəyalın mobil telefonuna Valeh zəng eləmişdir. Xəyal Valehə “Makromart” adlı marketin qarşısına gəlməyi bildirərək ofisdən çıxmışdır. Təxminən 5 dəqiqə sonra Valeh Xəyalgilin gəldiyi göy rəngli “Mercedes C” markalı avtomobilə oturub getmişlər. Bundan sonra nə Xəyalla nə də ki Valehlə hər-hansı əlaqəsi olmamışdır. 31 mart 2017-ci il tarixdə səhər saat 09 radələrində isə dost kimi tanıdığı, Valehin yeznəsi Natiq ona zəng edərək Valehin öldüyünü demişdir. O ev alqı satqısı ilə məşğuldur. Şahid1 tanıyır, Xəyal 6-7 il bundan öncə onun yanında işləyib. Xəyal hal-hazırda öz işi ilə məşğuldur, ev tikir və onu satır. Valehlə bağlı Xəyal onunla heç bir söhbət etməyib. Qızıları götürülüb zərgərə göstərilməsi barədə məlumatı var, lakin həmin qızılın satılıb satılmaması haqqda onun heç bir məlumatı yoxdur, qızılı Xəyala Valeh vermişdir satması üçün. Xəyalın dediyinə görə bilirmiş ki, X40 Respublikasının vətəndaşına borcu olub. Xəyalgilin Valehnən avtomaşına minib getdiyini görmüşdür. Hadisədən bir-iki gün öncə Xəyal ona zəng edib soruşmuşdur ki, “sənin Valeh adında qohumun var, oda ona demişdir hə var, məsələni biləndən sonra nə hörmət bacarırsan et ona.”Valeh rəhmətə gedən günün səhəri bilmişdir ki, Valeh dünyasını dəyişib. Hadisə olan yer onun işlədiyi ofisdən uzaqdadır. 20.000 (iyirmi min) ABŞ dolları pulu Valeh üçün keçiblər, 10.000 (on min) ABŞ dolları borcu qalmışdı Valehin. Onun fikrincə görüblər ki, imkanı yoxdu pulu ödəməyə ona görədə 20.000 (iyirmi min) ABŞ dolları pulu keçiblər onun üçün. Xəyal demişdir İranlı qələt eliyir pulu onlar götürəcəklər. Xəyal ona Valehə zor tətbiq edilməsi ilə əlaqədar heçnə deməyib, sadəcə olaraq yüngül vari söhbətləri olubdur. Valehin döyülməyi ilə əlaqədar ona kiminsə nə isə deməsini xatırlamır. Valehin kimin tərəfindən öldürülməsini bilmir, Xırdalanda söhbət gedir ki, Xəyal öldürüb Valehi, lakin o inanmır ki, Xəyal kimisə öldürər. Valehin özü-özünü vurması barəsindədə eşitmişdir, lakin onada inanmır ki, Valeh özü-özünü vurar. Onun Valehlə heç bir mübahisəsi olmayıb. Xəyal ona Valehə hər hansısa sözü çatdırmaq barədə heç bir müraciət etməyib. O eşitdiyinə görə hadisə zamanı Valeh silahı evdən götürüb gedib. Təqsirləndirilən şəxslərdən heç birini tanımır. İstintaq dövrü verdiyi ifadəsini təsdiq edir. Hadisə yerinə baxış keçirilməsi haqqında 31 mart 2017-ci il tarixli protokoldan görünür ki, hadisə yeri - Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, “Karvan çay evi”nin arxasında yerləşən həyətyanı sahədir. Həmin yer Xırdalan şəhəri “Köhnə Bazar” ərazisi adlanır və Xırdalan şəhəri Heydər Əliyev prospektindən sağ tərəfdə olan 28-ci Məhəllədə yerləşir. Hadisənin baş verdiyi əraziyə daxil olduqda 8 metr enində asfalt yolun sol tərəfində “Karvan çay evi”, sağ tərəfində isə ticarət obyekti vardır. Çay evindən asfalt yolla irəlilədikdə 25 metr diametrində ərazidə meydança, onun kənarlarında müxtəlif ticarət obyektləri və bərbərxana vardır. Sağ tərəfdə müxtəlif markalı avtomobillər dayanmışdır. Meydançanın sol tərəfində ağ rəngdə metal qapısı olan avtomobil qarajından 2 metr məsafədə arxası üstə uzanmış meyitin əynində göy rəngdə cins şalvar, qara rəngdə gödəkcə, qara rəngdə köynək, ayaqlarında qəhvəyi rəngdə ayaqqabı vardır. Meyitin sifəti və üst paltarları qana bulaşmış, ağzı açıq, gözləri qapalı vəziyyətdədir. Meyitin sağ əli ayaqlarına paralel və bitişik, sol əli isə bədənindən 30 sm yana doğru açılmışdır. Meyitin sol əlinin yanında 1 ədəd “Beretta” markalı tapança vardır. Meyitin sol yan tərəfində qan gölməçəsi yaranmışdır. Meyitin baş hissəsindən 30 sm sol tərəfdə üzərində “Mercedes” markalı avtomobilin emblemi olan breloka keçirilmiş halda açar vardır. Qarajın “jalüz” tipli qapısının üst hissəsində 1 ədəd dəlik vardır. “Karvan çay evi” ilə üzbəüz fasadı yaşıl rəngdə “alkapon”la üzlənmiş binanın sol yan divarının kənarında, meyitdən 20 metr məsafədən 1 ədəd giliz, həmin gilizdən 2,2 metr, meyitdən 18 metr məsafədən 1 ədəd giliz, bu gilizdən 3 metr, meyitdən 15 metr məsafədən 1 ədəd giliz, meydançanın mərkəzində meyitdən 12 metr sağ tərəfdə və sonuncu qeyd olunan gilizin aşkar olunduğu yerdən 11 metr məsafədən 1 ədəd giliz, həmin gilizdən 8 metr, eləcə də meyitdən 8 metr məsafədən 1 ədəd giliz, “Kişi salonu”nun divarının sol dibindən, meyitdən 12 metr, axırıncı qeyd olunan gilizdən isə 5 metr məsafədən 1 ədəd giliz aşkar edilərək götürülmüşdür. “Kişi salonu”nun yerləşdiyi binanın ön divarının 3 metr hündürlüyündə zədə vardır. Həmin binadan 3 metr məsafədə asfalt üzərindən əzilmiş halda 1 ədəd güllə aşkar edilərək götürülmüşdür. Meydançanın mərkəzində dayanmış **-HE-*** dövlət nömrə nişanlı “Mercedes Benz” markalı avtomaşının qapıları meyitin baş hissəsindən 30 sm sol tərəfdə aşkar olunaraq götürülmüş açarla açılaraq baxış keçirilərkən yük yerindən 1 ədəd taxta dəyənək, salonundakı saxlanc yerindən isə Şahid1 məxsus şəxsiyyət və sürücülük vəsiqələri, etibarnamə, nəqliyyat vasitəsinin texniki pasportu aşkar edilərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür.(cild 1, iş vərəqə 22-23) Hadisə yerinə və qapısı üzərində zədə olan qaraja əlavə baxış keçirilməsi haqqında protokoldan görünür ki, qaraj, üzü “Karvan çay evi” istiqamətində dayandıqda küçənin sağ hissəsində yerləşir, qarajın sahəsi 3,5 x 4,5 metr, hündürlüyü 2,8 metrdir. Tavanı laminat materialla örtülmüşdür. Döşəməsi betondur. Qarajda 1 ədəd “Mercedes Benz ML” markalı avtomobil vardır. Həmin avtomobilin söl ön təkərinin altında, qarajın divarından 1 metr məsafədə deformasiyaya məruz qalmış 1 ədəd sarı rəngli güllə aşkar edilmiş və müavafiq qaydada qablaşdırılmaqla götürülmüşdür.(cild 1, iş vərəqə 76-77) Meyitin xarici müayinəsi haqqında protokoldan görünür ki, əynində göy rəngli uzunqol köynək, ağ rəngli qolsuz mayka, üzərində qara kəməri olan göy rəngli cins şalvar, boz rəngli trusik, qəhvəyi rəngli corablar olan kişi cinsli meyitin bədəni üzərində – başın sağ gicgah-alın nahiyəsində 1 ədəd 1,6 x 1,4 sm ölçüdə kənarları nisbətən hamar və nisbətən üçkünc formalı içəriyə doğru yönəlmiş halda toxuma çatmamazlığı, giriş dəliyini xatırladan yara, başın sol gicgah nahiyəsində 1 ədəd 3,9 x 3,5 sm ölçüdə kənarları xaricə doğru yönəlmiş, baş beyinin və sınmış sümük fraqmentlərinin hissəvi evakuasiyası ilə müşayiət olunan, çıxış dəliyini xatırladan yara, başın alın nahiyəsinin sağ hissəsində 5,2 x 3,9 sm, alın nahiyəsinin orta hissəsində 1,8 x 4 sm, 0,8 x 0,3 sm, 0,6 x 0,3 sm, alın nahiyəsinin sol hissəsində 3 x 2,4 sm, sağ almacıq nahiyəsində 1,7 x 1,4 sm, burun nahiyəsində 1,6 x 0,8 sm və ağız nahiyəsinin üst hissəsində, bir qədər sağda 0,9 x 0,4 sm ölçülərdə qeyri-müəyyən formalı kənarları nahamar, ətrafı zədələnməyən dəri səviyyəsindən aşağıda yerləşən qırmızımtıl rəngli sıyrıqlar, sağ gözün üst qapağında qeyri-müəyyən formalı 1,1 x 0,5 sm ölçüdə sərhədi aydın seçilməyən qırmızımtıl rəngli qançır və üst dodağın sağ hissəsinin selikli qişasında 0,8 x 0,4 sm ölçüdə qeyri-düz konturları olan qırmızımtıl rəngli əzilmiş yara vardır.(cild 1, iş vərəqə 42-43) Götürmə aparılması haqqında 31 mart 2017-ci il tarixli protokoldan görünür ki, hadisə zamanı Şahid1 əynində olmuş 01 ədəd “Burberry Brıt” markalı gödəkçə, 01 ədəd mavi rəngli cins şalvar, 01 ədəd boz rəngli uzunqol kofta, 01 ədəd boğaz hissəsi üçkünc formalı qara rəngli uzunqol kofta, 01 ədəd mayka, hadisə baş verdikdən sonra yarasını sarıdığı 02 ədəd üzərində qanabənzər ləkələr olan məişət dəsmalı müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür.(cild 1, iş vərəqə 70) Tədqiqat üçün nümunələrin götürülməsi haqqında 31 mart 2017-ci il tarixli protokoldan görünür ki, tədqiqat üçün Şahid1 hər iki əlinin əl-barmaq izləri, qan nümunəsi və barıt hissəciklərinin müəyyənləşdirilməsi üçün pambıq tampona hopdurulma yolu ilə nümunələr götürülmüşdür.(cild 1, iş vərəqə 75) Abşeron rayon polis idarəsindən daxil olmuş 14 aprel 2017-ci il tarixli 128-66652-1217 nömrəli məktuba əlavə edilən 1 ədəd diskə baxış keçirlməsi haqqında protokoldan görünür ki, binanın blokuna və həyətinə quraşdırılmış müşahidə kameraları vasitəsilə 30 mart 2017-ci il tarixdə saat 22 radələrində qeydə alınmış videogrüntülər monitorda nümayiş etdirilən zaman bir nəfər şəxs tərəfindən mobil telefon vasitəsilə qeydə alınmışdır. Monitorda görüntülər 2 hissədə nümayiş etdirilir. Sol tərəfdəki hissədə binanın bloku, sağ tərəfdəki hissədə isə binanın həyəti görüntülənir. Görüntülər 30 mart 2017-ci il tarixdə saat 22:00:02-dən etibarən qeydə alınmışdır. Binanın həyətində dövlət nömrə nişanı görünməyən 2 ədəd ağ rəngli avtomaşın və 1 nəfər naməlum kişi cinsli şəxs vardır. Saat 22:00:35-də binanın künc hissəsindən 2 nəfər şəxs qaçaraq binanın həyətinə dönür, həmin şəxslərdən biri qaçarkən yerə yıxılır, bir qədər irəlidə olan şəxs bu an dayanaraq geri qayıtmaq istəyir, lakin dayanmayaraq qaçıb gedir, yerə yıxılan şəxs dərhal ayağa qalxıb qaçaraq saat 22:00:40-da binanın blokuna daxil olur və pilləkənlərlə yuxarı qalxır, saat 22:25:40-da 1 nəfər şəxs təcili tibbi yardım həkiminin müşayiəti ilə pilləkənlərdən düşərək binanın həyətinə çıxır və orada dayanan təcili tibbi yardım avtomobilinə əyləşir.(cild 2, iş vərəqə 38) Məhkəmə kompyuter-texniki ekspertizasının 11 may 2017-ci il tarixli 10707 nömrəli rəyinə əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 08 iyun 2017-ci il tarixli protokoldan görünür ki, Şahid1 istifadəsində olan “İphone6” markalı mobil telefonun yaddaşında mütəşəkkil dəstə üzvləri Şahid1, Şahid2, Şahid5, X20 və digərləri tərəfindən Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb edilməklə ələ keçirilmiş, 08 aprel 2017-ci il tarixdə ifadəsi yerində yoxlanılan təqsirləndirilən şəxs Şahid2 tərəfindən istintaqa təqdim edilmiş üzərində yaşıl və parlaq qaşları olan sarı metaldan 1 cüt sırğa və 1 ədəd üzük dəstinin fotoşəkili müəyyən edilmişdir.(cild 2, iş vərəqə 210-270) Cinayət işinin istintaqı zamanı Zərərçəkmiş şəxs istifadəsində ***-***-**-**, ***-***-**-**, X14 istifadəsində ***-***-**-**, ***-***-**-**, Şahid2 istifadəsində ***-***-**-**, Şahid1 istifadəsində ***-***- **-**, Şahid4 istifadəsində ***-***-**-** və Şahid5 istifadəsində ***-***-**-**, Təqsirləndirilən şəxs1 istifadəsində +**********32, X2 istifadəsində +**********88, Təqsirləndirilən şəxs3 istifadəsində ***- ***-**-**, Təqsirləndirilən şəxs2 istifadəsində ***-***-**-** və Təqsirləndirilən şəxs4 istifadəsində ***- ***-**-** mobil nömrələrin olması müəyyən edilmişdir. Qeyd olunan mobil nömrələrə daxil olan, çıxan zənglər, danışıqlar aparılan zaman mobil nömrələrin qeydə alındıqları antena əhatə dairələri, eləcə də hərəkət trayektoriyalarına dair məlumatlara keçirilmiş baxışlarla müəyyən edilmişdir ki, Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrədən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə 29 mart 2017-ci il tarixdə saat 7:16:52-də zəng olunaraq 36 saniyə və 7:17:29-da zəng olunaraq 18 saniyə danışıq aparılmışdır. Eləcə də Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəyə 29 mart 2017-ci il il tarixdə saat 7:17:23-də zəng olunaraq 8 saniyə və saat 7:23:32-də zəng olunaraq 113 saniyə danışıq aparılmışdır. Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrədən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə 30 mart 2017-ci il tarixdə saat 14:37:26-da zəng olunaraq 30 saniyə, saat 19:16:36-da zəng olunaraq 20 saniyə, danışıq aparılmışdır. Eləcə də Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəyə 30 mart 2017-ci il il tarixdə saat 17:46:57-də zəng olunaraq 34 saniyə və saat 19:09:29-da zəng olunaraq 40 saniyə danışıq aparılmışdır. Samir Kazımovun istifadəsində olan ***-***-**-** mobil nömrədən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə 15 mart 2017-ci il tarixdə saat 17:17:13-də zəng olunaraq 85 saniyə, 18 mart 2017-ci il tarixdə saat 7:12:44-də zəng olunaraq 95 saniyə, 29 mart 2017-ci il tarixdə saat 7:16:34-də zəng olunaraq 78 saniyə, saat 7:16:42-də zəng olunaraq 20 saniyə, 30 mart 2017-ci il tarixdə saat 7:19:20-də zəng olunaraq 13 saniyə və saat 7:19:32-də zəng olunaraq 34 saniyə danışıq aparılmışdır. Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrədən Samir Kazımovun istifadəsində olan ***-***-**-** mobil nömrəyə 15 mart 2017-ci il il tarixdə saat 7:17:17-də zəng olunaraq 19 saniyə, 30 mart 2017-ci il tarixdə saat 7:19:30-da zəng olunaraq 50 saniyə, saat 7:20:32-də zəng olunaraq 10 saniyə danışıq aparılmışdır. Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrədən Samir Kazımovun istifadəsində olan ***-***-**-** mobil nömrəyə 29 mart 2017-ci il tarixdə saat 16:40-da zəng olunaraq 67 saniyə, saat 16:57-də zəng olunaraq 75 saniyə, saat 17:52-də zəng olunaraq 25 saniyə, saat 18:05-də zəng olunaraq 75 saniyə, saat 18:26-da zəng olunaraq 30 saniyə, saat 21:41-də zəng olunaraq 15 saniyə, saat 22:02-də zəng olunaraq 19 saniyə, saat 22:07-də zəng olunaraq 100 saniyə, saat 22:27-də zəng olunaraq 20 saniyə, 30 mart 2017-ci il tarixdə saat 12:50-də zəng olunaraq 4 saniyə, saat 14:08-də zəng olunaraq 3 saniyə, saat 23:31-də zəng olunaraq 9 saniyə, 31 mart 2017-ci il tarixdə saat 01:39-da zəng olunaraq 3 saniyə danışıq aparılmışdır. Eləcə də, Samir Kazımovun istifadəsində olan ***-***-**-** mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəyə 29 mart 2017-ci il tarixdə saat 12:30-da zəng olunaraq 175 saniyə, 30 mart 2017-ci il tarixdə saat 13:02-də zəng olunaraq 316 saniyə, saat 14:09-da zəng olunaraq 29 saniyə, saat 16:57-də zəng olunaraq 27 saniyə, saat 21:52-də zəng olunaraq 19 saniyə, 30 mart 2017-ci il tarixdə saat 7:19:30-da zəng olunaraq 50 saniyə, saat 7:20:32-də zəng olunaraq 10 saniyə danışıq aparılmışdır. Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrədən Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəyə 28 mart 2017-ci il il tarixdə saat 13:35-də zəng olunaraq 25 saniyə, saat 15:51-də zəng olunaraq 27 saniyə, saat 15:52-də zəng olunaraq 135 saniyə, saat 16:34-də zəng olunaraq 8 saniyə, saat 16:35-də zəng olunaraq 13 saniyə, saat 17:46-da zəng olunaraq 67 saniyə, saat 19:41-də zəng olunaraq 45 saniyə, saat 22:59-da zəng olunaraq 80 saniyə, 29 mart 2017-ci il il tarixdə saat 14:35-də zəng olunaraq 57 saniyə, saat 14:58-də zəng olunaraq 31 saniyə, saat 22:17-də zəng olunaraq 18 saniyə danışıq aparılmışdır. Eləcə də, Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəyə 28 mart 2017-ci il il tarixdə saat 15:51-də zəng olunaraq 1 saniyə, saat 19:41-də zəng olunaraq 8 saniyə, saat 19:52-də zəng olunaraq 13 saniyə, saat 19:58-də zəng olunaraq 20 saniyə, 29 mart 2017-ci il il tarixdə saat 16:12-də zəng olunaraq 23 saniyə danışıq aparılmışdır. Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəyə 30 mart 2017-ci il il tarixdə saat 15:06-da zəng olunaraq 8 saniyə, saat 15:21-də zəng olunaraq 4 saniyə, saat 20:28-də zəng olunaraq 11 saniyə, saat 21:59-da zəng olunaraq 6 saniyə, 2 saniyə, saat 22:12-də zəng olunaraq 3 saniyə danışıq aparılmışdır. Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrədən Şahid3 istifadəsində olan ***-***-**-** mobil nömrəyə 29 mart 2017-ci il tarixdə saat 20:44-də zəng olunaraq 28 saniyə, saat 20:47-də zəng olunaraq 11 saniyə, saat 21:56-da zəng olunaraq 25 saniyə danışıq aparılmışdır. Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrədən Şahid6 istifadəsində olan ***-***-**-** mobil nömrəyə 29 mart 2017-ci il tarixdə saat 19:09-da zəng olunaraq 169 saniyə danışıq aparılmış, bu zaman Şahid1 istifadəsində olan mobil nömrə ünvan 4 ünvanında, Şahid6 istifadəsində olan mobil nömrə isə Abşeron rayonu, Xırdalan şəhəri antenasının əhatə dairələrində qeydə alınmışdır. Şahid1 istifadəsində olan ***-***-**-**, Samir Kazımovun istifadəsində olan ***-***-**-**, Şahid5 istifadəsində olan ***-***-**-** və Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrələr 30 mart 2017-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrə ilə paralel, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə quraşdırılmış antena əhatə dairəsində qeydə alınmışdır. Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələr 29 mart 2017ci il tarixdə saat 17:00-da Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park yaşayış kompleksində, 18:22-dən saat 20:36-dək ünvan 4nda, saat 20:45-dən saat 21:22-dək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ bağlarında, saat 22:30-da Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park yaşayış kompleksində, saat 23:57-də ünvan 4nda, 30 mart 2017-ci il tarixdə saat 19:48-dən saat 23:50-dək Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə quraşdırılmış antena əhatə dairələrində qeydə alınmışdır. Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrə 29 mart 2017-ci il tarixdə saat 13:10-dan saat 15:23-dək Xırdalan şəhəri, AAAF Park yaşayış kompleksində, Xırdalan şəhəri, H.Əliyev prospekti 27/28-ci məhəllə və Xırdalan şəhəri, H.Əliyev prospekti 30-cu məhəllələrdə, saat 17:53dən saat 20:39-dək ünvan 4nda, saat 20:45-dən saat 21:20-dək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Zığ bağlarında, saat 22:31-də Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park yaşayış kompleksində, 30 dekabr 2017-ci il tarixdə saat 18:59-dan saat 22:02-dək Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə quraşdırılmış antena əhatə dairələrində qeydə alınmışdır. Şahid1 istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələr 29 mart 2017-ci il tarixdə saat 12:00-dan saat 16:36-dək Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, Xırdalan şəhəri H.Əliyev prospekti 27/28 və 30-cu məhəllələrdə, Xırdalan şəhəri, Tağıyev küçəsi 30 ünvanında, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində, 18:26-dan saat 20:34-dək Bakı şəhəri, Xətai rayonu, 2325-ci məhəllə, Sarayevo küçəsi “Bakı” kinoteatrında, saat 20:45-dən saat 21:23-dək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ bağlarında, saat 21:47-dən saat 02:41-dək ünvan 4nda, 30 dekabr 2017-ci il tarixdə saat 12:33-dən saat 13:46-dək Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə,saat13:51-dən saat 14:37-dək Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində, saat 14:39-dan saat 15:52-dək Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, saat 18:06-da Xırdalan şəhəri H.Əliyev prospekti 27/28-ci məhəllədə, saat 18:40-dan saat 18:42-dək Bakı şəhəri, Cavad xan küçəsində, saat 19:52-dən saat 20:34-dək Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 30-cu məhəllə, saat 21:52-dən saat 22:17-dək Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə quraşdırılmış antena əhatə dairələrində qeydə alınmışdır. Şahid5 istifadəsində olan ***-***-**-** mobil nömrə 29 mart 2017-ci il tarixdə saat 18:35-də Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində, saat 19:28-dən saat 20:39-dək Bakı şəhəri, Xətai rayonu, 2325-ci məhəllə, Sarayevo küçəsi “Bakı” kinoteatrında, saat 20:45-dən saat 21:30-dək Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində, saat 21:56-dan saat 02:36-dək ünvan 4nda, 30 mart 2017-ci il tarixdə saat 17:04-də Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, saat 18:05dən saat 18:08-dək Xırdalan şəhəri, H.Əliyev prospekti, 27/28-ci məhəllədə, saat 19:25-dən saat 00:20-dək Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə quraşdırılmış antena əhatə dairələrində qeydə alınmışdır. X14 istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələr 29 mart 2017-ci il tarixdə saat 18:32-dən saat 19:32-dək ünvan 4nda, saat 19:54-dən saat 21:44-dək Bakı şəhəri, Xətai rayonu, ünvan 6 ünvanında və Bakı şəhəri, Xətai rayonu, 1733-cü keçid, Sarayevo küçəsində, saat 21:56-dan saat 01:42-dək ünvan 4nda, 30 mart 2017-ci il tarixdə saat 03:43-dən saat 14:26-dək ünvan 8 ünvanında, saat 15:29-dan saat 15:48-dək ünvan 4nda, saat 18:08-də Xırdalan şəhəri, H.Əliyev prospekti, 27/28-ci məhəllədə, saat 18:21-dən saat 18:43-dək Bakı şəhəri, Cavad xan küçəsində, saat 19:30-dan saat 19:33-dək Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllədə, saat 19:49-dan saat 21:57-dək Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə quraşdırılmış antena əhatə dairələrində qeydə alınmışdır. İran İslam Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və X4 2016-cı ilin iyun və iyul aylarında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə, 2016-cı ilin iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr, eləcə də 2017-ci ilin aprel aylarında Təqsirləndirilən şəxs3 ilə qarşılıqlı və intensiv telefon danışıqları aparmışlar. Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə 2017-ci ilin aprel ayında iş üzrə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** və Təqsirləndirilən şəxs1 istifadəsində olan **********32, 2017-ci ilin aprel və may aylarında iş üzrə digər Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-**, İran İslam Respublikasının vətəndaşı Həsən Rəhbəriqaradağlının istifadəsində olan +**********88 mobil nömrələr arasında qarşılıqlı və intensiv telefon danışıqları aparılmışdır. Həmçinin «Zolotaya Korona» pul köçürmə sistemi vasitəsilə Təqsirləndirilən şəxs3 adına 18 may 2017-ci il tarixdə 1655.9 manata bərabər 1000 ABŞ dolları, 23 may 2017-ci il tarixdə 1662.2 manata bərabər 1000 ABŞ dolları və 31 may 2017-ci il tarixdə 1700 manata bərabər 1000 ABŞ dollar pulların köçürülməsinə dair sms mətnləri Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə daxil olmuşdur. 2017-ci ilin fevral və mart aylarında iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 ilə Samir Kazımov və Təqsirləndirilən şəxs2 arasında, eləcə də 2017-ci ilin aprel və may aylarında Təqsirləndirilən şəxs4 ilə Təqsirləndirilən şəxs2 və Samir Kazımovun qayınatası Şahid8 arasında qarşılıqlı və intensiv telefon danışıqları aparılmışdır. Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrədən iş üzrə digər təqsirləndirilən şəxs Samir Kazımovun istifadəsində olan ***-***-**-** mobil nömrəyə 03 mart 2017ci il tarixdə saat 11:14-də zəng olunaraq 423 saniyə, 09 mart 2017-ci il tarixdə saat 18:45-də zəng olunaraq 386 saniyə danışıq aparılmışdır. Samir Kazımovun istifadəsində olan ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəyə 17 fevral 2017-ci il tarixdə saat 22:47-də zəng olunaraq 23 saniyə, saat 22:48-də zəng olunaraq 251 saniyə, 19 fevral 2017-ci il tarixdə saat 22:41-də zəng olunaraq 224 saniyə, 05 mart 2017-ci il tarixdə saat 18:11-də zəng olunaraq 109 saniyə danışıq aparılmışdır. 2017-ci ilin aprel və may aylarında Təqsirləndirilən şəxs4la Təqsirləndirilən şəxs2 və Samir Kazımovun qayınatası Şahid8 arasında qarşılıqlı və intensiv telefon danışıqları aparılmışdır. 07 mart 2017-ci il tarixdə Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** mobil nömrədən saat 20:08-də Samir Kazımovun istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng olunaraq 66 saniyə danışıq aparıldıqdan sonra Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs4 istifadəsində olan qeyd olunan mobil nömrəyə saat 20:25də zəng olunaraq 11 saniyə və saat 20:48-də zəng olunaraq 14 saniyə, daha sonra isə həmin tarixdə Samir Kazımovun istifadəsində olan ***-***-**-** mobil nömrədən saat 21:57-də Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng olunaraq 68 saniyə danışıq aparılmışdır. 21 mart 2017-ci il tarixdə Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** mobil nömrədən saat 18:26-da Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng olunaraq 117 saniyə danışıq aparıldıqdan sonra saat 18:41-də Samir Kazımovun istifadəsində olan ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng olunaraq 113 saniyə danışıq aparılmış, saat 22:03 və saat 22:31-də Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng olunaraq 78 və 8 saniyə danışıqlar aparılmışdır. 22 mart 2017-ci il tarixdə Samir Kazımovun istifadəsində olan ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** mobil nömrəyə saat 12:03-də zəng olunaraq 140 saniyə, saat 13:01-də Təqsirləndirilən şəxs4 istifadəsində olan qeyd olunan mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng olunaraq 68 saniyə, saat 13:14-də Samir Kazımovun istifadəsində olan ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng olunaraq 40 saniyə, saat 14:16-da Təqsirləndirilən şəxs4 istifadəsində olan qeyd olunan mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng olunaraq 11 saniyə, saat 14:50-də Təqsirləndirilən şəxs4 istfadəsində olan ***-***-**-** mobil nömrədən Samir Kazımovun istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng olunaraq 21 saniyə, saat 14:53-də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edilərək 25 saniyə, saat 15:03-də Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** mobil nömrədən Samir Kazımovun istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng olunaraq 14 saniyə danışıqlar aparılmışdır. Zərərçəkmiş şəxs mütəşəkkil dəstənin üzvləri tərəfindən oğurlandığı 29 mart 2017-ci il tarixində saat 11:41, saat 14:07, saat 17:57, saat 18:27 və saat 23:00-da Samir Kazımovun istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında qarşılıqlı telefon danışıqları aparılmış, baş vermiş hadisədən sonra Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** mobil nömrədən Samir Kazımovun istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng cəhdi edilmişdir.(cild 1, iş vərəqə 189-312, cild 3, iş vərəqə 1-248, 249-253, cild 5, iş vərəqə 219-221, cild 6, iş vərəqə 287-295, cild 7, iş vərəqə 221-223, 224-228, 276-286) Məhkəmə tibbi ekspertizasının 31 mart 2017-ci il tarixli 28 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində olan giriş dəliyi başın sağ gicgah-alın nahiyəsində, çıxış dəliyi sol gicgah-təpə nahiyəsində yerləşən, dəlibkeçən, yara kanalı boyunca alın, gicgah və təpə sümüklərinin qəlpəli, yerinidəyişən sınıqları, kəllə əsasının sınığı, baş beyin toxumasının dağılması və hissəvi evakuasiyası ilə müşayiət olunan 1 ədəd dəlib-keçən odlu silah yaralanması xəsarətləri həyatidirlər, mərhumun ölümündən az əvvəl mis tərkibli mərmi (güllə) ilə doldurulmuş odlu silahdan açılmış bir atəş nəticəsində törənmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, mərhumun ölümü ilə bir başa səbəbli əlaqəlidir. Zərərçəkmiş şəxs meyitində olan digər xəsarətlərdən - alın nahiyəsinin sağ hissəsinin 1 ədəd, alın nahiyəsinin orta hissəsinin 3 ədəd, alın nahiyəsinin sol hissəsinin 1 ədəd, sağ almacıq nahiyəsinin 1 ədəd, burun nahiyəsinin 1 ədəd və üst dodağın sağ hissəsinin 1 ədəd sıyrıqları, sağ gözün üst qapağının qançırı, üst dodağın sağ hissəsinin selikli qişasının əzilmiş yarası da həyati olub, mərhumun ölümündən əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlərin əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyin toxumasının dağılması və hissəvi evakuasiyası, kəllə tağı və əsası sümüklərinin qəlpəli sınıqları ilə müşayiət olunan başın dəlib-keçən odlu silah güllə yarası olmuşdur. Meyitin və meyitdən götürülmüş yaraların məhkəmə-tibbi kriminalistik tədqiqatına əsasən Zərərçəkmiş şəxs başında olan odlu silah yaralanmasında sağ gicgah-alın nahiyəsində olan odlu silah (güllə) yarası giriş dəliyi, sol gicgah-təpə nahiyəsində isə olan yara isə çıxış dəliyi kimi qiymətləndirilir. Başında olan odlu silah yarasının istiqaməti sağdan-sola, bir qədər öndən-arxaya və aşağıda-yuxarıya doğrudur. Atəşin məsafəsi atəşin əlavə faktorlarının təsir etdiyi (barıt qazları, hiss) 10-40 sm məsafədən açılmış bir atəşdir. Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi keçirilən vaxtdan (31.03.2017-ci il saat 09:00) təxminən 8-12 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (cild 2, iş vərəqə 168-171) Məhkəmə tibbi ekspertizasının 06 aprel 2017-ci il tarixli 486 nömrəli rəyindən görünür ki, Şahid1 adına tərtib olunmuş stasionar xəstənin tibbi kartasına əsasən kliniki müayinə zamanı onun bədənində qarın nahiyəsinin ön səthinin 1 ədəd, sol said nahiyəsinin 1 ədəd və sağ bazu nahiyəsinin 1/3-nin 1ədəd dəlib-keçən odlu silah yaraları vardır, həmin xəsarətlər 30 mart 2017-ci il tarixdə yetirilməyə uyğun gəlir, dərəcəsinə görə ayrı-ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Digər xəsarətlərdən sol sağrı nahiyəsinin sıyrığı bərk küt əşya təsirindən törənmişdir və 30 mart 2017-ci il tarixdə yetirilməyə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur.(cild 2, iş vərəqə 175-177) Məhkəmə tibbi bioloji ekspertizasının 18 may 2017-ci il tarixli 197/2017-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi Balfa\H\(İİİ), Şahid1 isə ABO sistemi üzrə qrup göstəricisi Oalfa, betadır (İ). Ekspertizaya təqdim edilmiş 4 ədəd pambıq topasına hopdurulmuş nümunələrdə, 2 ədəd çay dəsmalı, 1 ədəd trusik, 1 cüt ayaqqabı, Zərərçəkmiş şəxs əl dırnaq kəsiklərində, ona məxsus uzunqol gödəkçə, uzunqol kofta, şalvar və qolsuz mayka, Şahid1 məxsus 1 ədəd uzunqol gödəkçə, uzunqol sviter, şalvar, uzunqol kofta və qolsuz mayka, 1 ədəd tapança üzərində insan qanı ləkələri aşkar olundu. 4 ədəd pambıq topası, 1 ədəd trusik, 1 cüt ayaqqabı, Zərərçəkmiş şəxs əl dırnaq kəsiklərində, ona məxsus uzunqol gödəkçə, uzunqol kofta, şalvar və qolsuz mayka, 1 ədəd tapança üzərində olan ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “B” və “H” antigenləri, trusik, Zərərçəkmiş şəxs məxsus uzunqol kofta və qolsuz mayka üzərində həmçinin alfa aqqlyutinini də alındı. Bu qan ləkələri Balfa/H/(İİİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Lakin göstərilən ləkələrdə bir neçə şəxsin qanı olduğu halda, bu ləkələrdə həmçinin O(İ) qruplu şəxsin, o cümlədən Şahid1 də qarışmış qanının olması mümkündür. 2 ədəd çay dəsmalı, Şahid1 məxsus bir ədəd uzunqol gödəkçə, uzunqol sviter, şalvar, uzunqol kofta və qolsuz mayka üzərində olan ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “H” antigeni alındı, Şahid1 məxsus uzunqol kofta və qolsuz mayka üzərində həmçinin alfa və beta aqqlyutininləri də alındı. “H” antigeni O (İ) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə Oalfa, beta(İ) qruplu şəxsə, o cümlədən Şahid1 məxsus ola bilər. Bu ləkələrdə Zərərçəkmiş şəxs qanının olması inkar olunur. (cild 2, iş vərəqə 179-190) Məhkəmə-materialşünaslıq ekspertizasının 19 aprel 2017-ci il tarixli 8245 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd gödəkçə, 01 ədəd köynək, 01 ədəd şalvar, 01 ədəd mayka, Şahid1 məxsus 01 ədəd gödəkçə, 01 ədəd şalvar, 01 ədəd köynək, 01 ədəd mayka və 01 ədəd köynəyin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvarın üzərindən tapılmış mavi rəngli pambıq lifləri cinsi əlamətlərinə görə Şahid1 məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər.(cild 3, iş vərəqə 160) Kompleks məhkəmə trasoloji və ballistik ekspertizasının 4 may 2017-ci il tarixli 8241/8242/8243/8244 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 1 ədəd “Beretta” markalı tapançanın və sandıqçanın səthində aşkar olunmuş papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından eyniləşdirmə tədqiqatı üçün yararsızdırlar. Tədqiqata təqdim edilmiş 1 ədəd predmet zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, “Beretta” markalı yivli odlu döyüş silahıdır-tapançadır, sazdır, atəş açmaq üçün yararlıdır, tətiyini çəkmədən öz-özünə atəşin açılması mümkün deyildir və onun üzərində təyinatını dəyişdirən hər-hansı əlavə və dəyişikliklər edilməmişdir. Silahın üzərində onun nömrəsini bildirən zavod nişanı aşkar edilmədiyindən onun nömrəsini müəyyən etmək mümkün olmadı. Çaxmağın döyüş bölməsindən çıxması üçün tətiyə 3,9 kq qüvvə tələb olunur. Tədqiqata təqdim edilmiş 6 ədəd predmet zavod üsulu ilə istehsal olunmuş “Browning”, “Glok 17”, “Steyr”, “Parabellum”, “Zəfər”, “Beretta” konstruksiyalı tapançalarda və sair silahlarda döyüş sursatı kimi istifadə edilən 9x19 mm kalibrli patronların atəş prosesində ayrılmış hissəsidir-gilizidirlər. Həmin gilizlər, təqdim edilmiş “Beretta” markalı tapançadan atılmışlar. Tədqiqata təqdim edilmiş 3 ədəd predmet, zavod üsulu ilə istehsal edilmiş, “Browning, “Zəfər”, “Steyer”, “Parabellum”, “Glok” tapançalarda və sair silahlarda döyüş sursatı kimi istifadə edilən, 9x19 mm kalibrli patronun atəş prosesində ayrılmış hissəsidir güllə örtüyüdürlər. Təqdim edilmiş 3 ədəd güllə örtüyü deformasiyaya uğradığdan, üzərində atıldığı silahın lülə kanalından qalmağa xarakterik izlər kifayət qədər olmadığından eyniləşmə tədqiqatı aparılmadı. Tədqiqata təqdim edilmiş iki ədəd predmet, 9 mm kalibrli «Astra400», “Astra600”, “Beretta 92”, “Beretta 93R”, “Glock 17”, “Walther P38”, “Walther MP” tapançalarında və sair uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən 9x19 mm kalibrli patronlardır, təyinatı üzrə istifadə edilməyə yararlıdır. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Şahid1 məxsus geyim əşyalarının səthindən, Şahid1 məxsus geyim əşyalarındakı zədələrin ətrafından atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edildi.Tədqiqata təqdim edilmiş silahın lülə kanalından atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edilməsinə əsasən həmin silahdan atəş (atəşlər) açılmışdır. Lakin hazırlanmış elmi metodika olmadığından atəşin vaxtını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş Şahid1 və Zərərçəkmiş şəxs məxsus sol və sağ əlin tampon nümnələrindən atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 1 ədəd göy rəngli gödəkçə, 1 ədəd göy rəngli uzunqol köynək, 1 ədəd belində kəməri olan şalvar, 1 ədəd ağ rəngli mayka üzərində odlu silahdan açılan atəş nəticəsində güllənin təsirindən yaranmağa xarakterik zədə yoxdur. Tədqiqata təqdim edilmiş Şahid1 məxsus 1 ədəd gödəkçə, 1 ədəd uzunqol qara rəngli köynək, 1 ədəd boz rəngli köynək, 1 ədəd ağ rəngli mayka üzərindəki zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərin və mis metal izinin aşkar edilməsinə əsasən, təqdim edilmiş 1 ədəd gödəkçə, 1 ədəd uzunqol qara rəngli köynək, 1 ədəd boz rəngli köynək, 1 ədəd ağ rəngli mayka üzərindəki “1", “2”, “4”, “5” zədələri giriş, “3”, “6” zədələri çıxış zədələri olmaqla 1 metrə qədər məsafə daxilində yetirilməyə xarakterikdir. “4” nömrəli zədə öndən arxaya, “5” nömrəli zədə arxadan önə doğru yetirilməyə xarakterikdir. “1”, “2” nömrəli zədələrin çıxış zədəsi olmadığından açılan atəşin istiqamətini müəyyən etmək mümkün deyildir. Belə zədələr təqdim edilmiş silahdan açılmış güllənin təsirindən də yarana bilər. Zərərçəkmiş şəxs məxsus sol əlin tampon nümunəsində his aşkar edildi.(cild 2, iş vərəqə 148-153) Məhkəmə kompyuter-texniki ekspertizasının 11 may 2017-ci il tarixli 10707 nömrəli rəyindən görünür ki, “Cellebrite” firmasının “UfedTouch” markalı kompleks qurğunun tətbiqi nəticəsində “Cellebrite” firmasının “X26 6” adlı proqram təminatının tərtib etdiyi hesabatlara əsasən tədqiqata təqdim edilmiş 1 ədəd “iPhone” markalı “A1332” modelli və 1 ədəd “iPhone” markalı “A1549” modelli həssas təzyiqlə (sensorlu) çalışan smartfonların yaddaşlarından saxlanılan, saxlanılmış məlumatlar, həmçinin saxlanılan və pozulmuş SMS-lərin izləri müəyyən olunaraq, “Cellebrite» firmasının “X26 6” adlı proqram təminatının tərtib etdiyi hesabatlar 11 may 2017-ci il tarixli 10707 №-li ekspert rəyinə əlavə olunmuş üzərlərində “10707 №-li ekspert rəyi üzrə DVD disk” sözləri yazılmış 2 ədəd diskə köçürülmüşdür. (cild 2, iş vərəqə 113-117) Təkrar məhkəmə-kompyuter texniki ekspertizasının 29 yanvar 2019-cu il tarixli 33054 nömrəli rəyindən görünür ki, ilkin, yəni 11 may 2017-ci il tarixli 10707 nömrəli rəy üzrə müəyyən olunmuş məlumatlar, həmin məlumatlara dair hesabat tərtib edilərkən düzəliş (əlavə etmə, pozma, silinmə və sair) edilmədən disklərə köçürülmüşdür. İlkin rəy üzrə aparılmış tədqiqatların nəticəsi düzgündür və əsaslıdır. “İphone 4S” markalı “A1332” modelli “**********11420” İMEİ nömrəli və “İphone 6” markalı “A1549” modelli, “**********93407” İMEİ nömrəli mobil smartfonların yaddaşlarında müəyyən olunmuş və pozulmuş məlumatlar, həmin məlumatlara dair tərtib edilmiş hesabat (məlumatların adları, məzmunu, tarixi və texniki göstəriciləri) rəqəmsal dəlillərin saxlanılması üçün istifadə olunmuş “DVD” tipli optik diskə köçürülmüşdür.(cild 7, iş vərəqə 61-65) Kompleks məhkəmə materialşünaslıq və əmtəəşünaslıq ekspertizasının 6 iyul 2017-ci il tarixli 15603/15604 nömərli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində 1 ədəd yarımşəffaf yaşıl və ağ şəffaf qaşları olan üzük - üzərində “585” əyar damğası həkk edilmişdir, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 5,02 qramdır, yarımşəffaf yaşıl qaş zümrüd, ağ şəffaf qaşları isə brilyantdır, 8 ədədinin hər birinin ölçüsü 0,114 karat, 3/3 keyfiyyətlidir, qiyməti 875,0 manatdır. 1 ədəd sarı-gümüşü rəngli metaldan üzərində 1 ədəd şəffaf yaşıl və ağ şəffaf qaşları olan sırğa cütü – üzərində “585” əyar damğası həkk edilmişdir, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 9,18 qramdır, şəffaf yaşıl qaş zümrüd, ağ şəffaf qaşları isə brilyantdır, 16 ədədinin hər birinin ölçüsü 0,114 karat, 3/3 keyfiyyətlidir, qiyməti 1707,0 manatdır.(cild 4, iş vərəqə 149-150) Məhkəmə tibbi-bioloji ekspertizasının 28 iyul 2017-ci il tarixli 440/2017-MTBŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus uzunqol gödəkçə, şalvar, uzunqol kofta və qolsuz mayka üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “B” və “H” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri bir şəxsə məxsus olduğu halda Balfa/H/(İİİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Ləkələrdə qanın qarışıq olduğu halında isə həmçinin O(İ) qruplu şəxsin, o cümlədən də Şahid1 qarışmış qanının olması da inkar olunmur.(cild 4, iş vərəqə 159-164) Məhkəmə tibbi kriminalistik ekspertizanın 20 iyul 2017-ci il tarixli 291/2017-MTKŞ nömrəli rəyindən görünür ki, vətəndaş Şahid1 qarnın ön divarında 1 ədəd, sol saiddə orta 1/3-də 1 ədəd və sağ bazuda yuxarı 1/3-də 1 ədəd dəlib-keçən odlu silah yarası olmuşdur. Qarnın ön divarında olan yaranın giriş dəliyi solda, çıxış dəliyi ön qoltuqaltı xətt üzrə qabırğa qövsündən 2 sm aşağıda yerləşir. Yara kanalının istiqaməti içəridən bayıra doğru olmaqla yumşaq toxumaları zədələyir və qarın boşluğuna nüfuz etmir. Sol saiddə olan yaranın istiqaməti arxadan önə olmaqla giriş dəliyi saidin aşağı 1/3-nin arxa səthində, çıxış dəliyi saidin ön səthinin yuxarı 1/3-dən sağ bazuda olan yaranın istiqaməti arxadan önə olmaqla giriş dəliyi bazunun yuxarı 1/3-nin arxa səthində, çıxış dəliyi isə bazu sümüyü başının proyeksiyasına uyğun dəridə yerləşmişdir. Qeyd edilən xəsarətlər patronu güllə ilə doldurulmuş odlu silahdan açılan 3 atəş təsirindən atəşin əlavə faktorları təsir edən məsafədən (bir metrə qədər məsafə daxilində) açılmışdır, qərarın təsviri hissəsində qeyd edilən vaxtda və şəraitdə, yəni 30.03.2017-ci il tarixdə yetirilə bilərdi. Sol saiddə olan dəlib-keçən yaranın giriş və çıxış dəliyinin paltarda olan zədəyə uyğun gəlməməsini həmin qolun atəş vaxtı fırlanma hərəkəti etməsi ilə izah etmək olar. Xəsarətlər qısa müddət ərzində yetirildiyindən onların ardıcıllığını təyin etmək mümkün deyildir. Ekspertizaya təqdim edilmiş Şahid1 məxsus maykanın, alt köynəyin, sviterin, gödəkçənin ön hissəsində solda 1 ədəd, alt köynəyin, sviterin, gödəkçənin sağ qolun ön hissəsində 1 ədəd, sol qolun aşağı hissəsində 1 ədəd odlu silah yaralanmasının giriş dəlikləri, maykanın, alt köynəyin, sviterin, gödəkçənin ön hissəsində ortada 1 ədəd, alt köynəyin, sviterin, gödəkçənin sağ qolun arxa hissəsində 1 ədəd, alt köynəyin, sviterin, gödəkçənin sol qolun aşağı hissəsində 1 ədəd odlu silah yaralanmasının çıxış dəlikləri aşkar edildi. Bu zədələr Şahid1 qarın nahiyəsinin ön səthində olan 1 ədəd, sağ bazu nahiyəsinin 1/3-nin 1 ədəd, sol qolun aşağı hissəsində 1 ədəd olan odlu silah zədələnmələri ilə yerləşmələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Xəsarətlərin yerləşmə nahiyələri və xarakteri onların Şahid1 tərəfindən özünə yetirilə bilməsini inkar edir. Ekspertizaya təqdim edilmiş Şahid1 məxsus paltarların üzərində olan zədələrə əsasən demək olar ki, o, xəsarət alan zaman müxtəlif duruş vəziyyətlərində və silahın lüləsinin ağız kəsiyi giriş dəliklərinin yerləşdiyi nahiyələrə doğru yönəlmiş vəiziyyətdə olmuşdur.(cild 4, iş vərəqə 196-199) Məhkəmə tibb ekspertizasının 12 noyabr 2018-ci il tarixli 177/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 məhkəmə tibbi müayinə zamanı hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir.(cild 6, iş vərəqə 166-167) Ambulator məhkəmə psixiatrik ekspertizasının 18 dekabr 2018-ci il tarixli 2178 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərərkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 6, iş vərəqə 36-39) Ambulator məhkəmə psixiatrik ekspertizasının 18 dekabr 2018-ci il tarixli 2179 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərərkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur.(cild 6, iş vərəqə 44-47) Ambulator məhkəmə psixiatrik ekspertizasının 18 dekabr 2018-ci il tarixli 2180 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərərkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs4 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs4 məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 6, iş vərəqə 40-43) Ambulator məhkəmə psixiatrik ekspertizasının 09 aprel 2019-cu il tarixli 565 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərərkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur.(cild 6, iş vərəqə 304-306) Ambulator məcburi narkoloji ekspertizasının 26 dekabr 2018-ci il tarixli 2291 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 6, iş vərəqə 27-29) Ambulator məcburi narkoloji ekspertizasının 26 dekabr 2018-ci il tarixli 2294 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs4 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs4 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 6, iş vərəqə 33-35) Ambulator məcburi narkoloji ekspertizasının 26 dekabr 2018-ci il tarixli 2295 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs3 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 6, iş vərəqə 30-32) Ambulator məcburi narkoloji ekspertizasının 13 mart 2019-cu il tarixli 516 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.(cild 6, iş vərəqə 301-303) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, 1 nömrəli Respublika Psixiatriya Xəsətəxanasından daxil olmuş 16 may 2017-ci il tarixli 2833 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs həmin xəstəxanada müalicə olunmamışdır.(cild 2, iş vərəqə 119) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzindən daxil olmuş 16 may 2017-ci il tarixli 19/51-3110 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs həmin Mərkəzdə qeydiyyatda yoxdur.(cild 2, iş vərəqə 123) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, 1 nömrəli Respublika Psixiatriya Xəsətəxanasından daxil olmuş 30 noyabr 2017-ci il tarixli 7933 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 həmin xəstəxanada müalicə olunmayıblar.(cild 6, iş vərəqə 183) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Gəncə şəhər Səhiyyə İdarəsinin Vərəm Əleyhinə Xəstəxanasından daxil olmuş 06 fevral 2019-cu il tarixli 30 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 həmin xəstəxanada stasionar müalicədə olmamışdır.(cild 7, iş vərəqə 57) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Gəncə şəhər Səhiyyə İdarəsinin Gəncə şəhər Psixiatriya Xəstəxanasından daxil olmuş 18 yanvar 2019-cu il tarixli 15 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 həmin xəstəxanada müalicədə olmamışdır. (cild 7, iş vərəqə 54) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın dövlət reyestri xidmətindən daxil olmuş 20 dekabr 2018-ci il tarixli **********83 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 ailə üzvləri ilə birgə adına Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən 0,96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Təqsirləndirilən şəxs4 adına Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 92 F, 2 nömrəli mənzil aşkar olunmuş, Təqsirləndirilən şəxs2 adına isə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. (cild 6, iş vərəqə 311) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X41 idarəsindən daxil olmuş 04 dekabr 2018-ci il tarixli 016-128099-1218 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 adına nəqliyyat vasitəsi qeydiyyatdan keçmir, Təqsirləndirilən şəxs3 adına 24.04.2017-ci il tarixdən “Nissan Altima” markalı **-BN-*** dövlət nömrə nişanlı, Təqsirləndirilən şəxs4 adına 19.04.2017-ci il tarixdən “VAZ 20174” markalı **-UP-*** və 09.06.2007-ci il tarixdən **-UU-*** dövlət nömrə nişanlı avtomobillər qeydiyyatdadır. (cild 6, iş vərəqə 185-186) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 13 iyun 2017-ci il tarixli 011-3603-1217 nömrəli məktubdan görünür ki, hadisə yerindən götürülmüş 01 ədəd 9x19 mm kalibrli giliz idarənin “güllə-giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. (cild 2, iş vərəqə 297) Abşeron rayon polis idarəsindən daxil olmuş 07 dekabr 2017-ci il tarixli 128-63169-1217 nömrəli məktubdan görünür ki, hadisə yerindən aşkar edilərək götürülmüş üzərində nömrəsi olmayan “Beretta” markalı tapança silahı hadisə yerinə Zərərçəkmiş şəxs tərəfindən gətirilmiş, lakin həmin silahın əldə olunması mənbəyi müəyyən edilməmişdir.(cild 4, iş vərəqə 286) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 08 sentyabr 2017-ci il tarixli 011-5446-1217 nömrəli məktubdan görünür ki, 30 mart 2017-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci Məhəllədə yerləşən “Karvan çay evi”nin həyətində odlu silahdan açılmış atəş nəticəsində qəsdən Zərərçəkmiş şəxs öldürülməsi faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 01 ədəd 9 mm kalibrli giliz tədqiqata təqdim edilmiş 9 mm kalibrli nömrəsi olmayan Beretta mrdelli tapançadan atılmışdır. Kartotekada olan digər açılmamış cinayət işləri üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə eynilik aşkar edilməmişdir. (cild 4, iş vərəqə 280) Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi veb saytına 12 dekabr 2017-ci il tarixdə keçirilmiş baxışla 1 ABŞ dollarının məzənnə üzrə 1,7220 Azərbaycan manatı olmaqla 30.000 ABŞ dollarının 51.660 manata bərabər olması müəyyən edilmişdir.(cild 4, iş vərəqə 181-182) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və statistik informasiya idarəsindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, X4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 məhkumluqları yoxdur. (cild 6, iş vərəqə 27, 120, 121,cild 8, iş vərəqə 8) İstintaqın gəldiyi nəticəyə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 mütəşəkkil dəstədə birləşməklə Zərərçəkmiş şəxs oğurlanması, külli miqdarda pulunun hədə-qorxu ilə tələb edilməsi, ümumi təhlükəli üsulla, tamah məqsədilə, sifarişlə, hədə-qorxu ilə tələb etməklə əlaqədar qəsdən öldürmələri Bakı Ağır Cinayətlər Məhkəməsinin mütəşəkkil dəstənin digər üzvləri Şahid1, Şahid2, Şahid5, Şahid4 və Şahid3 həmin cinayətlərə görə məhkum olunmalarına dair preyudisial qüvvəyə malik 18 dekabr 2018-ci il tarixli hökmü ilə bir daha təsdiq olunur. (cild 7, iş vərəqə 2-14) İran İslam Respublikasının Məhkəmə Hakimiyyəti, Təbriz şəhər Ümumi və X5, Məhkumluq Statistikası idarəsində tərtib olunmuş 20 aprel 2019-cu il tarixli 980394 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu ilə əlaqədar Təbriz şəhər Ümumi və X8 statistika və məlumat bazasında hər hansı bir məlumat mövcud deyildir. (cild 8, iş vərəqə 204-205) “Giriş-Çıxış və qeydiyyat” X1 Axtarış sistemindən götürülmüş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs3 03 yanvar 2017-ci il tarixdə Biləsuvar sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisini tərk etmiş və 18 aprel 2017-ci il tarixdə Astara sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikası ərazisinə daxil olmuşdur.(cild 5, iş vərəqə 188) “Giriş-Çıxış və qeydiyyat” X1 Axtarış sistemindən götürülmüş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs2 26 mart 2017-ci il tarixdə X18 Aeroportunda yerləşən sərhəd nəzarət məntəqəsindən keçməklə təyyarə ilə Gürcüstanın Tbilisi şəhəri istiqamətində Azərbaycan Respublikasının ərazisini tərk etmiş və 01 aprel 2017-ci il tarixdə X18 Aeroportunda yerləşən sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikası ərazisinə daxil olmuşdur.(cild 5, iş vərəqə 192-193) “Giriş-Çıxış və qeydiyyat” X1 Axtarış sistemindən götürülmüş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə 15 noyabr 2016-cı il tarixdə Biləsuvar sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikası ərazisinə gəlmiş və 17 noyabr 2016-cı il tarixdə həmin sərhəd nəzarət məntəqəsindən keçməklə İran İslam Respublikası istiqamətində Azərbaycan Respublikası ərazisini tərk etmişdir. (cild 2, iş vərəqə 140) Təqsirləndirilən şəxs3 İran İslam Respublikasının vətəndaşları X4 və Təqsirləndirilən şəxs1 ona Zərərçəkmiş şəxs oğurlanması, döyülməsi və sonradan isə öldürülməsi ilə bağlı heç bir sifariş vermədiklərini, heç kimlə mütəşəkkil dəstədə birləşmədiyini, X20, Şahid1 Oqtay oğlu, Şahid2, Şahid4, Şahid5 tanımadığını, onlarla heç bir əlaqə və münasibətinin olmadığını, Zərərçəkmiş şəxs öldürülməsi ilə nəticələnən hadisə zamanı yaralanan Şahid1 müalicə xərclərinin ödənilməsi, eləcə də Samir Kazımovun ölkə ərazisindən qaçması üçün Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 heç bir məbləğdə pul vermədiyini, əvvəlki ifadələrində bu barədə göstərdiklərini təsdiq etmədiyini göstərmişdir. Təqsirləndirilən şəxs Həsənov X23 Xəyal Oqtay oğlu, Şahid2, Şahid3, Şahid4, Şahid5 və İran İslam Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və X3 tanımadığını, onlarla heç bir əlaqə və münasibətinin olmadığını, Zərərçəkmiş şəxs oğurlanması, döyülməsi, ondan külli miqdarda pulun hədə-qorxu ilə tələb olunması və sonda öldürülməsi ilə bağlı heç kimlə əvvəlcədən razılığa gəlmədiyini, mütəşəkkil dəstədə birləşmədiyini və kiməsə bu barədə sifariş vermədiyini, hadisə zamanı yaralanan Şahid1 müalicə xərclərinin ödənilməsi, Samir Kazımovun ölkədən qaçması və ya sair formada istintaqdan gizlənməsi məqsədilə Təqsirləndirilən şəxs4 vasitəsilə Samir Kazımovun ailəsinə 5000 manat pul göndərmədiyini göstərmişdir. Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs heç vaxt görmədiyini və tanımadığını, onunla hər hansı bir əlaqə və münasibətinin olmadığını, heç kimlə mütəşəkkil dəstədə birləşmdiyini, İran İslam Respublikasnın vətəndaşları X4, Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikasının vətəndaşları Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5 tanımadığını, onlarla heç bir əlaqə və münasibətinin olmadığını, Zərərçəkmiş şəxs oğurlanması, döyülməsi, ondan külli miqdarda pulun hədə-qorxu ilə tələb olunması və sonda öldürülməsi ilə bağlı heç kimlə əvvəlcədən razılığa gəlmədiyini, kiməsə bu barədə sifariş, göstəriş və ya tapşırıq vermədiyini, Zərərçəkmiş şəxs öldürülməsi ilə nəticələnən hadisədən sonra həmin hadisə zamanı yaralanan Şahid1 müalicə xərclərinin ödənilməsi, X14 cinayət məsuliyyətindən yayınması məqsədilə ölkədən qaçmasından ötrü sonuncunun qayınatası Şahid8 pul vermədiyini, Samir Kazımovun ailəsinə köməklik göstərmək məqsədilə Təqsirləndirilən şəxs2 ona verdiyi 5000 manat pulu aparıb Samir Kazımovun qayınatası Şahid8 verdiyini, Zərərçəkmiş şəxs qarşı törədilmiş cinayətlərdə hər hansı bir formada iştirak etmədiyini göstərmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs oğurlanması, külli miqdarda əmlakının hədə-qorxu yolu ilə ələ keçirilməsi və qəsdən öldürülməsi ilə bağlı X4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, X20, Şahid1, Şahid2, Şahid5, Şahid4, Şahid3, «Miri» adlı şəxs və qeyrilərindən ibarət mütəşəkkil dəstə yaratmadığını, heç kimi mütəşəkkil dəstəyə cəlb etmədiyini, Zərərçəkmiş şəxs oğurlanması, döyülməsi, ondan hədə-qorxu yolu ilə ona borclu olduğu pulun tələb olunaraq alınması ilə bağlı heç kimə sifariş vermədiyini, Valehin ölümündən təxminən 1 ay əvvəl İran İslam Respublikasının Dezful şəhərində olarkən Təqsirləndirilən şəxs3 Həsən Rəhbəriqaradağlı birlikdə ona yaxınlaşaraq Bakı şəhərində polisdə işləyən tanışı vasitəsilə Zərərçəkmiş şəxs onlara borclu olduğu 15.000 ABŞ dollar pulun alınacağı barədə desələr də, Zərərçəkmiş şəxs oğurlanacağı, döyüləcəyi və borclu olduğu 15.000 ABŞ dollar pulun ondan hədə-qorxu gəlmə yolu ilə alınacağı və sonda öldürüləcəyi barədə heç bir söz demədiklərini, hadisə zamanı yaralanan Şahid1 müalicə xərclərinin ödənilməsi və Samir Kazımovun cinayət məsuliyyətindən yayınaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi məqsədilə Həsən Rəhbəriqaradağlı ilə birlikdə 6000 manat pulun Təqsirləndirilən şəxs4 vasitəsilə Samir Kazımova çatdırılması barədə Təqsirləndirilən şəxs3 göstəriş vermədiyini, Təqsirləndirilən şəxs3 özünə avtomobil almaq istəməsi və 5.000 ABŞ dollar pulunun çatmamas barədə deyib ondan həmin məbləğdə pul istdiyini, belə olduqda İranın Astara şəhərindən iranlı Ramiz adlı şəxsin vasitəsilə Miskinə 5.000 ABŞ dollar pulu göndərdiyini göstərmişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan və ittiham aktında yer tutmuş bu əsaslandırıcı halların qeyd olunan şəxslər tərəfindən məhkəmədə inkar edilməsi inandırıcı deyil və özünü müdafiə məqsədi daşıyırlar. Belə ki, Zərərçəkmiş şəxs İran İslam Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və Həsən Rəhbəriqaradağlıya 30.000 ABŞ dolları deyil 15.000 ABŞ dolları borcunun olması, Zərərçəkmiş şəxs şəxsiyyəti üzərində zor tətbiq olunmaqla ondan 30.000 ABŞ dolları məbləğində borcunun tələb olunub alınması barədə Həsən Rəhbəriqaradağlı tərəfindən İran İslam Respublikasından Təqsirləndirilən şəxs3 vasitəsilə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Samir Kazımova sifariş verilməsi, sonuncu tərəfindən mütəşəkkil dəstəyə cəlb olunmuş Şahid1, Şahid2, Şahid4, Şahid3, Şahid5 və digərləri tərəfindən Zərərçəkmiş şəxs yaşadığı ünvanın, hərəkət marşrutunun, oğurlanması üçün əlverişli vaxtın, məkan, üsul və vasitələrin müəyyənləşdirilməsi, Zərərçəkmiş şəxs axtarılması barədə məlumatların mütəmadi olaraq Həsən Rəhbəriqaradağlıya çatdırılması üçün Təqsirləndirilən şəxs2 tərəfindən Təqsirləndirilən şəxs3 bildirilməsi, 2017-ci ilin mart ayında Təqsirləndirilən şəxs4 Samir Kazımovla telefon danışıqlarından əvvəl və sonra Təqsirləndirilən şəxs2la telefon danışıqları aparması, Şahid1 və digər dəstə üzvləri tərəfindən Zərərçəkmiş şəxs oğurlanaraq Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Manqal” adlı kafeyə, oradan isə digər dəstə üzvü Şahid3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bahar yaşayış massivində yerləşən bağ evinə aparılması, paltarlarının soyundurulub bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri endirilməklə, özünün və yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstəriləcəyi, əmlakının məhv ediləcəyi ilə hədələnərək Təqsirləndirilən şəxs1 və Həsən Rəhbəriqaradağlıya verməli olduğu 30.000 ABŞ dolları pulun hədə-qorxu ilə tələb edilməsi, barəsində edilən zorakılıq səbəbindən hədəni real qəbul edən Zərərçəkmiş şəxs qeyd olunan pul vəsaitinin əvəzinə arvadına məxsus qızıl-zinət məmulatını verməyə razılaşması ilə əlaqədar saat 23 radələrində onun yaşadığı Xırdalan şəhərində yerləşən evinə gətirilərək arvadı X13 məxsus 15.000 manat dəyərində brilyant qaşlı bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük dəstinin ələ keçirilməsi, Zərərçəkmiş şəxs mütəşəkkil dəstənin üzvləri tərəfindən oğurlandığı 29 mart 2017-ci il tarixində saat 11:41, saat 14:07, saat 17:57, saat 18:27 və saat 23:00-da Samir Kazımovun istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında qarşılıqlı telefon danışıqlarının aparılması, 30 mart 2018-ci il tarixdə saat 22 radələrində Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Karvan“ çay evinin qarşısında baş vermiş münaqişə zamanı dəstə üzvləri Şahid5, Şahid2 və Samir Kazımovun müdaxiləsi nəticəsində Şahid1 tərəfindən odlu silah olan 9 mm kalibrli “Pietro Beretta” markalı tapançanın Zərərçəkmiş şəxs əlindən alınaraq sonuncunun baş nahiyəsinə qəsdən atəş açılmaqla qəsdən öldürülməsi, baş vermiş hadisələr barədə məlumatın Təqsirləndirilən şəxs2 tərəfindən Həsən Rəhbəriqaradağlıya çatdırması üçün Təqsirləndirilən şəxs3 bildirilməsi, dəstə üzvlərindən hadisə zamanı yaralanan Şahid1 müalicə xərclərinin ödənilməsi və Samir Kazımovun cinayət məsuliyyətindən yayınaraq ölkə ərazisini tərk etməsi məqsədilə Həsən Rəhbəriqaradağlı tərəfindən 6.000 manat pulun Təqsirləndirilən şəxs4 vasitəsilə Samir Kazımova çatdırılması barədə Təqsirləndirilən şəxs3 göstəriş verilməsi, Təqsirləndirilən şəxs4 tərəfindən Şahid8 vasitəsilə Samir Kazımova 6.000 manat pulun verilməsi, Təqsirləndirilən şəxs1 və Həsən Rəhbəriqaradağlının növbəti göstərişi əsasında Təqsirləndirilən şəxs3 tərəfindən 6000 manat pulun Təqsirləndirilən şəxs2 qaytarılması halları cinayət işi üzrə ibtidai araşdırma orqanı tərəfindən əldə olunmuş və biri digərini əlaqəli şəkildə tamamlayan bütün sübutların məcmusu ilə kifayət qədər öz təsdiqini tapmışdır. İstintaq belə bir nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən törədilmiş cinayət əməlləri onların özlərinin qismən etirafedici ifadələri, zərər çəkmiş şəxsin hüquqi varisi, şahid ifadələri, üzləşdirmə, ifadənin yerində yoxlanılması, hadisə yerinə baxış keçirilməsi, götürmə aparılması, baxış və tanınma keçirilməsi haqqında protokollar, ekspertiza rəyləri və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmiş və qeyd olunan sübutlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 özlərini müdafiə üçün gətirdiyi dəlilləri ilə sübuta yetirilir. (cild 8, iş vərəqə 61-114) Təqsirləndirilən şəxs Şahid2 istintaqa təqdim etdiyi, mütəşəkkil dəstənin üzvləri tərəfindən Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb olunmaqla ələ keçirilmiş 1 cüt qızıl sırğa və 1 ədəd qızıl üzük dəsti, hadisə zamanı təqsirləndirilən şəxs Şahid1 əynində olmuş 01 ədəd “Burberry Brıt” markalı gödəkçə, 01 ədəd mavi rəngli cins şalvar, 01 ədəd boz rəngli uzunqol kofta, 01 ədəd boğaz hissəsi üçkünc formalı qara rəngli uzunqol kofta, 01 ədəd mayka, Zərərçəkmiş şəxs məxsus uzunqol kofta və qolsuz mayka, 1 ədəd «Beretta» markalı nömrəsiz tapança, 2 ədəd 9x19 mm kalibrli patron, 3 ədəd güllə örtüyü, 6 ədəd giliz, Şahid1 məxsus 1 ədəd “İphone 6” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmışdır.(cild 8, iş vərəqə 114) Məhkəmə məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxslərin və bundan əvvəlki iş üzrə şahid qismində dindirilmiş təqsirləndirilən şəxslərin ifadələrini və digər halları araşdıraraq belə nəticəyə gəlir ki, bu işlər üzrə əsaslı olaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1, və 182.3.2-ci maddələri ilə təqsirləndirilməkə cinayət məsuliyyətinə cəlb olunmuşlar. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1, və 182.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyi təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları və digər iş materialları ilə sübuta yetirildiyindən onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1, və 182.3.2-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli 21 aprel 2018-ci il tarixdən, Təqsirləndirilən şəxs2 cəzasının əvvəli 24 noyabr 2018-ci il tarixdən, Təqsirləndirilən şəxs3 cəzasının əvvəli 05 noyabr 2018-ci il tarixdən, Təqsirləndirilən şəxs4 cəzasının əvvəli 24 noyabr 2018-ci il tarixdən hesablanmalıdır. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, 21 aprel 2018-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı tutulmuşdur. Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilmir. Təqsirləndirilən şəxs3 himayəsində azyaşlı uşağının olması və cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə kömək etməsi Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.10-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilmir. Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası CMnin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilmir. Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmir. Təqsirləndirilən şəxslərin müdafiəçiləri Bakı şəhəri 02 saylı vəkil bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri ProBono vəkil bürosunun vəkili Müdafiəçi1 hər birinə ayrı-ayrılıqda 1098 pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11-ci maddələri ilə 17 (on yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6-cı maddələri ilə 09 (doqquz) il müddətinə müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.1 və 182.3.2-ci maddələri ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. O cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 24 noyabr 2018-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11-ci maddələri ilə 17 (on yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6-cı maddələri ilə 09 (doqquz) il müddətinə müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.1 və 182.3.2-ci maddələri ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. O cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 24 noyabr 2018-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11-ci maddələri ilə 17 (on yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6-cı maddələri ilə 09 (doqquz) il müddətinə müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.1 və 182.3.2-ci maddələri ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. O cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 24 noyabr 2018-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11-ci maddələri ilə 17(on yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6-cı maddələri ilə 09(doqquz) il müddətinə müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.1 və 182.3.2-ci maddələri ilə 12(on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. O cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 24 noyabr 2018-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxslərin müdafiəçiləri Bakı şəhəri 02 saylı vəkil bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri ProBono vəkil bürosunun vəkili Müdafiəçi1 hər birinə ayrı-ayrılıqda 1098 manat pul ödənilsin. Hökmdən elan olunduğu (hökmün surətinin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 verildiyi) vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar