Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-65/2022 01.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlunun, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 və Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs2 oğlunun, zərərçəkmiş şəxsin hüquqi varisi X14 və onun nümayəndələri X8 və Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2, müdafiəçilər: Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi5, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi3, iştirakı ilə açıq məhkəmə iclasında
1. xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvələr məhkum olunmamış, Azərbaycan Beynəlxalq Bankı Problemli Kreditlərlə İş Departamentində Məhkəməyəqədərki təqib şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləmiş, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, ev 60, mənzil 77-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsi, ev 32 b-də yaşamış, barəsidə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.3 və 221.3-cü maddələri ilə;
2. xx.xx.1989-cı ildə Bakı səhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər agentliyinin aqronomu işləyən, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, ev 60, mənzil 77-də qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsi, ev 32 b-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qəti imkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq,
müəyyən etdı:
İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 ona görə ittiham olunur ki, o, xuliqanlıq, yəni bir qrup şəxs halında təkrar olaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, bundan başqa xuliqanlıq niyyəti ilə xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Ona verilmiş ittihama əsasən o, 28.09.2019-cu il tarixdə saat 11:30 radələrində qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsindən Zığ şossesinə düşən Zeytun küçəsinin sağ tərəfində yerləşən "xxxx" MMC-nin nəzdində olan "xxxx" MMC-yə məxsus zeytun bağına gedərək zeytun yığarkən, MMC-nin işçiləri tərəfindən zeytun yığımına nəzarət edən həmin MMC-də sahə rəisi işləyən Zərərçəkmiş şəxs1, mühasib işləyən Zərərçəkmiş şəxs2 və fəhlə işləyən Şahid1 onlara yaxınlaşaraq həmin ərazidə zeytun yığmağın qadağan olduğunu deyərək, ərazini tərk etmələrini istədikdə Təqsirləndirilən şəxs1 və qardaşı Təqsirləndirilən şəxs2 sonunculara ərazini tərk etməyəcəklərini və zeytun yığmağa davam edəcəklərini sərt şəkildə bildirdiklərinə görə aralarında yaranmış mübahisə zəmnində o, qardaşı Təqsirləndirilən şəxs2lə birlikdə bir qrup şəxs halında orada olan şəxslərə öz üstünlüyünü nümayiş etdirmək məqsədilə cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış qaydalarını kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək yumruqla və təpiklə Zərərçəkmiş şəxs1 zərbələr vurmağa başlamış, daha sonra isə o, cinayətkar niyyətini davam etdirib ümumi niyyətdən kənar çıxaraq heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə xidməti vəzifəsini yerinə yetirən Zərərçəkmiş şəxs1 başına yerdən götürdüyü taxta dəyənəklə zərbə vuraraq ona baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma ilə müşayiət olunan baş beynin əzilməsi və ödemi, başın təpə nahiyəsinin əzilmiş yarası, sağ gicgah-təpə nahiyəsinin sağda yuxarı ənsə nahiyəsinin qançırları kimi sağlamlığa ağır zərər vurmanın əlamətinə malik olan və sağ diz oynağı nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə qəsdən öldürmüş,bundan sonra xuliqanlıq əməllərini davam etdirərək qardaşı Təqsirləndirilən şəxs2 dalaşdığı, Zərərçəkmiş şəxs1 döyüldüyünü görüb ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədi ilə sonuncuya köməklik etmək üçün onlara yaxınlaşan Zərərçəkmiş şəxs2 silah qismində istifadə etdiyi taxta dəyənəklə başın ənsə nahiyəsinin yumşaq toxumasının hematoması kimi sağlamlığa yüngül zərər vurmaya aid, habelə sağlamlığa zərər vurmayan olduğundan dərəcələri təyin edilməyən sol kürək arası nahiyəsinin, sağ kürək nahiyəsinin, sağ bazunun orta-aşağı 1/3-nin ön səthinin və sağ saidin yuxarı 1/3-nin ön səthinin xətt şəkilli sıyrıqları kimi xəsarətlər yetirərək bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən təkrarən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 xuliqanlıq, yəni bir qrup şəxs halında təkrar olaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi, bundan başqa xuliqanlıq niyyəti ilə xidməti vəzifəsini yetirənə yetirən şəxsi qəsdən öldürməsi sübuta yetirilməmiş, bununla belə Təqsirləndirilən şəxs1 qəsdən adam öldürmə və digər bir şəxsə qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlləri tam sübuta yetirilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 ona görə ittiham olunur ki, o, xuliqanlıq, yəni bir qrup şəxs halında təkrar olaraq ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Ona verilmiş ittihama əsasən o, 28.09.2019-cu il tarixdə saat 11:30 radələrində qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsindən Zığ şossesinə düşən Zeytun küçəsinin sağ tərəfində yerləşən "xxxx" MMC-nin nəzdində olan "xxxx" MMC-yə məxsus zeytun bağına gedərək zeytun yığarkən, MMC-nin işçiləri tərəfindən zeytun yığımına nəzarət edən həmin MMC-də sahə rəisi işləyən Zərərçəkmiş şəxs1, mühasib işləyən Zərərçəkmiş şəxs2 və fəhlə işləyən Şahid1 onlara yaxınlaşaraq həmin ərazidə zeytun yığmağın qadağan olduğunu deyərək, ərazini tərk etmələrini istədikdə Təqsirləndirilən şəxs2 və qardaşı Təqsirləndirilən şəxs1 sonunculara ərazini tərk etməyəcəklərini və zeytun yığmağa davam edəcəklərini sərt şəkildə bildirdiklərinə görə aralarında yaranmış mübahisə zəmnində o, qardaşı Təqsirləndirilən şəxs1lə birlikdə bir qrup şəxs halında orada olan şəxslərə öz üstünlüyünü nümayiş etdirmək məqsədilə cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış qaydalarını kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək yumruqla və təpiklə Zərərçəkmiş şəxs1 zərbələr vurmağa başlamış, Təqsirləndirilən şəxs1 isə cinayətkar niyyətini davam etdirib ümumi niyyətdən kənar çıxaraq heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə xidməti vəzifəsini yerinə yetirən Zərərçəkmiş şəxs1 başına yerdən götürdüyü taxta dəyənəklə zərbə vuraraq ona baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma ilə müşayiət olunan baş beynin əzilməsi və ödemi, başın təpə nahiyəsinin əzilmiş yarası, sağ gicgah-təpə nahiyəsinin sağda yuxarı ənsə nahiyəsinin qançırları kimi sağlamlığa ağır zərər vurmanın əlamətinə malik olan və sağ diz oynağı nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə qəsdən öldürmüş, sonra təkrarən xuliqanlıq əməllərini davam etdirərək qardaşı Təqsirləndirilən şəxs2 dalaşdığı, Zərərçəkmiş şəxs1 döyüldüyünü görüb ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədi ilə sonuncuya köməklik etmək üçün onlara yaxınlaşan Zərərçəkmiş şəxs2 silah qismində istifadə etdiyi taxta dəyənəklə bir neçə dəfə vuraraq ona başın ənsə nahiyəsinin yumşaq toxumasının hematoması kimi sağlamlığa yüngül zərər vurmaya aid, habelə sağlamlığa zərər vurmayan olduğundan dərəcələri təyin edilməyən sol kürək arası nahiyəsinin, sağ kürək nahiyəsinin, sağ bazunun orta-aşağı 1/3-nin ön səthinin və sağ saidin yuxarı 1/3-nin ön səthinin xətt şəkilli sıyrıqları kimi xəsarətlər yetirmiş, o isə sonuncuya sağ əlin İV barmağının əsas falanqasının arxa səthinin qançırı kimi sağlamlığa zərər vurmayan olduğundan dərəcələri təyin edilməyən xəsarət yetirərək bir qrup şəxs halında ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən təkrarən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 xuliqanlıq, yəni bir qrup şəxs halında təkrar olaraq ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi sübuta yetirilməmiş, bununla belə Təqsirləndirilən şəxs2 şəxsə qəsdən sağlamlığa yüngül zərər vurması tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, digər Təqsirləndirilən şəxs2 onun doğma qardaşıdır. Ramillə birlikdə əvvəllər də Zığ şossesində yerləşən zeytunluq bağına gedib ev üçün zeytun yığmışlar və heç vaxt onlara irad tutulmamışdır. Növbəti dəfə 28.09.2019-cu il tarixdə səhər saatlarında qardaşı Ramillə birlikdə Zığ şossesində yerləşən zeytunluq bağına gedib ev üçün zeytun yığmaq qərarına gələrək qonşuları və dostları olan Şahid2 zəng edib xahiş etmişlər ki, onları maşını ilə zeytun bağına aparsın. Orxan da onlarla razılaşmış və saat 11 radələrində Orxanla birlikdə Zığ şossesində olan zeytun bağına getmişlər. Öncə yolun kənarında olan hadisə yerindən zeytun bağının iç tərəfinə gedərək zeytun yığmaq istəmişlər. Orada zeytun yığan qadınları və mühafiəzəçi adını sonra bildiyi Məhəbbəti görmüşlər. Məhəbbətin mühafizəçi olmasını onun xüsusi geyimindən bilmişlər. Məhəbbət onlara izah etmişdir ki, orada zeytun yığmaq olmaz, gedib aşağıdan yığsınlar. Belə ki, aşağı hissədən qadınlar zeytunu artıq yığıb yuxarı hissəyə keçmişlər. Ramil Məhəbbətə 5 manat pul təklif etmişdir ki, zeytun yığmağa icazə versin. Lakin Məhəbbət razı olmamış, onlara bağın aşağı hissəsinə gedib zeytun yığmağı təklif etmişdir. Bundan sonra onlar hər üçü yolun kənarına Məhəbbətin göstərdiyi yerə getmişlər. Orada o və qardaşı Ramil zeytun yığıb sellofan torbaya boşaltmaqla məşğul olmuş. Orxan isə maşının yanında dayanmışdır. Qeyd etmək istəyir ki, gəldikləri yerdə bağı əhatə edən hər hansı bir hasar, setka və ya kənar şəxslərin girişini qadağan edən heç bir işarə olmamışdır. Həmçinin orada gözətçi məntəqəsi də olmamışdır. Qardaşı ilə yenicə zeytun yığmağa başlamışlar ki, Zərərçəkmiş şəxs2 onlara yaxınlaşaraq, burada zeytun yığmağa icazə olmadığını, buranın şəxsi qoruq olmasını demiş, Ramil də Filmandan onun kim olduğunu soruşmuşdur. Qeyd etmək istəyir ki, hadisəyədək Filmanı tanımamışlar, onun Zərərçəkmiş şəxs2 olmasını istintaq zamanı bilmişlər. Filman demişdir ki, o buranın işçisidir. O və Ramil Filmanın oranın işçisi olduğunu təsdiq edən sənədi istəmişlər. Filman isə “indi sizə sənəd göstərərəm” deyərək kənara çəkilib mobil telefonu ilə kiməsə zəng etmişdir. Çox keçməmiş bağ tərəfdən iki nəfər onlara yaxınlaşmışdır. Onlardan biri mərhum Zərərçəkmiş şəxs1, digəri isə Şahid1 olmuşlar. Zərərçəkmiş şəxs1 əlində taxta dəyənək olmuş və o, onların ünvanına söyüş söyə-söyə onlara çatmışdır. X33 demişdir ki, «nədir, bizi öldürməyə gəlmisən?», Bağır isə onlardan kobud şəkildə oranı tərk etmələrini tələb etmiş, Şahid1 isə qardaşı Ramilin əlində olan, içində təxminən 2 kq-a yaxın zeytun olan torbanı dartıb zeytunu yerə boşaltmışdır. O, Bağıra demişdir ki, ağsaqqal adamdır, ayıbdır, nə üçün söyüş söyür. Bu zaman Bağır sol əli ilə onun boğazından tutub boğmağa başlamış, həmin an isə Filman Ramillə ilə tutuşub onlardan 5-6 metr aralaşmış və ikisi də yerə yıxılıb süpürləşməyə başlamışlar. O isə əlləri ilə Bağırın sol əlində tutub boğazından aralamış, Bağır isə sağ əlində olan ağac dəyənəklə onun başına və kürəyinə iki-üç zərbə vurmuşdur. Hətta o, əlini başına tutub başını zərbədən qoruyan zaman zərbənin biri qoluna dəymişdir. Həmin zərbələrdən o başından və kürəyindən xəsarətlər almışdır. Həmin an ona vurulan zərbələrdən birində taxta dəyənəyi əli ilə tutaraq Bağırın əlindən almış və özünü müdafiə etmək üçün həmin taxta dəyənəyi ilə Bağıra tərəf bir neçə dəfə yelləmişdir. Ola bilsin ki, bu zaman taxta dəyənək Bağırın başına dəysin. Yəni, o, qəsdlə onun başından vurmaq istəməmişdir. Bağır isə başını əyib onun üzərinə gəlmiş, başını onun sinə nahiyəsinə qoyub əlləri ilə onu tutmuş, o, əlindəki dəyənəyi yerə atmış və onlar yerə yıxılıb süpürləşməyə başlamış, Filman isə gəlib dizinə təpiklə vurmuşdur. Ramil Filmanı ondan aralayıb təkrar onunla süpürləşmişdir. Bu zaman Bağırla oraya gələn yaşlı kişi onları tutub ayağa qaldırmış və onları ayırmışdır. O, ayağa qalxıb görmüşdür ki, Bağır ondan bir neçə metr aralandıqdan sonra yerdə oturmuş, başından qan gəlirdi. Bağırın yanında isə Fəhrad durmuşdur. Qardaşının Filmanla yerdə süpürləşdiyini, qardaşı Ramilin Filmanın üstündə olan zaman, ayaq üstə dayanan sonradan adının Rəhman olduğunu bildiyi bir şəxs Bağırın əlində olmuş, onun yerə atdığı taxta dəyənəklə qardaşının kürək və baş nahiyəsindən zərbələr vurur. Qardaşını vuran Rəhmanın ora nə vaxt gəldiyini görməmişdir. O dərhal gedib qardaşını taxta dəyənəklə vuran Rəhmanı əlləri ilə kənara itələmiş, qardaşı ayağa qalxmış, Filman da ayağa qalxdıqdan sonra daha heç kim dalaşmamışdır. Həmin an Orxan da əllərini açıb “sakitləşin” demişdir. Filman isə mobil telefonla zəng edib kimlərisə çağırmışdır. Filmanın zəngindən sonra onların yanına “Ford” markalı mikroavtobus gəlmiş, maşından bir nəfər,adını sonra bildiyi Bilman adlı şəxs düşüb maşından dəmir predmet götürüb onlara tərəf gəlmiş və hədə-qorxu gəlməyə başlamışdır. Lakin həmin şəxs onları vurmamış və söyüş söyməmiş və daha heç kim dalaşmamışdır. Bu zaman o, atasına zəng edib hadisə barədə məlumat vermiş və polis çağırmasını istəmişdir. Orxan da 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Həmin vaxt onların yanında yol kənarında «Pajero» markalı maşın dayanmış, maşının sürücüsü olan tanımadıqları bir şəxs onların maşınını yaxına sürüb onların maşına minib getmələrinə şərait yaratmaq istədikdə Filmangil buna imkan verməmişdir. Onların orada zeytun yığmağa başlamağı ilə dava-dalaşın bitməsi ümumilikdə 5-6 dəqiqə müddətində olmuşdur. Dava-dalaş bitdikdən təxminən 5 dəqiqə sonra ora iki maşında polis əməkdaşları gəlmiş, onu, qardaşını, Bağırı və Filmanı 35-ci polis bölməsinə aparmışlar. O və qardaşı maşının arxada olan dəmir barmaqlıqlarla əhatə olunan yerdə, Bağır həmin maşında arxa oturacaqda olmuş, Filman isə digər polis maşınında olmuşdur. Maşında Bağır telefonla öz şəklini çəkirdi. Başından artıq qan gəlməmiş, qurumuşdur. Bağırın vəziyyətinə dair bildirir ki, hadisə yerində də, bölmədə də Bağır normal gəzmiş və danışmışdır. Hətta bölməyə gələn atası ilə də mübahisə etmişdir. Sonradan bölməyə təcili tibbi yardım çağırılmış, həkimlər Bağırın başına sarğı qoymuş, Bağır təcili tibbi yardım maşınına özü minmiş və Bağırı xəstəxanaya aparmışlar. Bağırın xəstəxanada öldüyünü sonradan, polis əməkdaşları ondan və qardaşından izahat alan zaman onlara gələn zəngdən bilmişdir. O, Zərərçəkmiş şəxs1 qəsdən vurmamış, sonuncunu öldürmək niyyəti və məqsədi olmamışdır. Qardaşı Təqsirləndirilən şəxs2 isə ümumiyyətlə Zərərçəkmiş şəxs1 vurmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 oğlu elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs1 verdiyi ifadəsini təsdiq edir. Həqiqətən 28.09.2019-cu il tarixdə səhər saatlarında qardaşı ilə birlikdə qonşuları Şahid2 maşını ilə Zığ şossesində yerləşən zeytunluq bağına ev üçün zeytun yığmaq üçün getmişlər. Orxan maşını yolun kənarında saxlayıb maşında qalmış, onunla qardaşı zeytun bağına daxil olub bir qədər yuxarı hissəsinə qalxmışlar. Bağda hər hansı bir hasar, setka və ya qadağan nişanı olmadığından orada zeytun yığmağın qadağan olub-olmadığını bilməmişlər. Həmçinin əvvəllər də bir neçə dəfə qardaşı ilə bu bağdan zeytun yığmışlar. Bağın yuxarı hissəsində zeytun yığan qadınları görmüşlər. Onların yanında isə mühafizəçi geyimində olan adının Məhəbbət olduğunu sonradan bildiyi şəxs onlara burada zeytun yığmağa icazə olmadığını bildirmiş, onlar da “harada yığmaq olar?” soruşduqda Məhəbbət onlara aşağıdan yığmalarını bildirmişdir. O da qardaşı ilə birlikdə bağın bir qədər aşağısına düşüb zeytun yığmağa davam etmişlər. Bu zaman yol kənarında bir maşın dayanmış, maşından məhkəmə iclas zalında iştirak etmiş Zərərçəkmiş şəxs2 çıxaraq onlara yaxınlaşaraq demişdir ki, “burada zeytun yığmaq olmaz”. O, Filmandan özünü təqdim etməyini xahiş etdikdə Filman oranın işçisi olduğunu bildirmiş,ondan bunu təsdiq edən sənəd istədikdə Filman “indi sizə sənəd göstərərəm” deyərək, mobil telefonu ilə kiməsə zəng etmişdir. Çox keçməmiş əvvəllər tanımadığı, adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 və Şahid1 onlara yaxınlaşmışlar. Zərərçəkmiş şəxs1 əlində taxta dəyənək olmuş və o, onların ünvanına söyüş söyürdü. Zərərçəkmiş şəxs1 onlara çatıb onunla qardaşının ünvanına söyüş söyməyi davam edərək onların oradan getmələrini tələb etmiş, Fəhrad isə onun əlindəki içərisində yığdıqları zeytun olan torbanı dartmışdır. Zərərçəkmiş şəxs1 əynində xüsusi geyim forması olmamış, adi qısaqol köynəkdə olmuşdur. Onlar Bağıra özünü təqdim etməsini tələb etmələrinə baxmayaraq, Bağır özünü təqdim etməmiş, hər hansı bir vəsiqə də göstərməmişdir. X34 demişdir ki, “ağsaqqal adamsan, ayıbdır, söyüş söymə”. Bu zaman Filman onun əlindən tutub 5-6 metr kənara çəkmiş və qəfildən sifətindən yumruqla vurmuşdur. Bundan sonra ikisi əlbəyaxa olmuş və yerə yıxılıb süpürləşmişlər. Kənanla Bağırın dalaşdıqlarını, Kənanın Bağırı, Bağırın da Kənanı vurduqlarını görməmişdir. X35 Kənan tərəfə qaçmış o da Filmanın arxasınca qaçmışdır. O, qardaşının yerdə uzanmış vəziyyətdə olduğunu, Bağırın isə Kənanın üstündə oturaraq onu döydüyünü görmüşdür. O, Bağırı tutub Kənanın üzərindən kənara çəkmiş və Kənan ayağa qalxmışdır. O, qardaşı ilə oradan gəldikləri maşina minib getmək üçün yola tərəf getmək istədikdə Filmanla Bağır onlara imkan verməmiş, onların arxasınca gəlmiş və yola yaxın yerdə Filman onu vurmuş, o, özünü qoruyaraq yol tərəfə çəkilmiş, Filmanla onun arasında yenidən dava başlamış və onlar tutuşaraq yerə yıxılmışlar. O, üz üstə yıxılaraq Filmanın altında qalmış, bu zaman Filman onun başından yumruqla zərbələr vurmuş, belinə kiminsə taxta ilə zərbələr vurduğunu hiss etmişdir. Sonra Kənan gəlib Filmanı onun üzərindən kənara çəkmiş və o, Filmanın altından çıxmışdır. Ayağa qalxdıqda Filmanın yanında dayanan adının Rəhman olduğunu sonradan bildiyi bir nəfər balaca boy oğlan onun üzərinə cummuş, ona yumruq zərbəsi atmış, o isə əyilərək zərbədən yayınmışdır. Sonra Rəhman onu maşın yoluna itələmiş və bu zaman yolla gələn maşın onu vurmamaq üçün manevr edərək yanından ötüb getmişdir. Sonra qardaşı onun yanına gəlib oradan getmək üçün maşina yaxınlaşmaq istədikdə, Rəhman və Filman birlikdə onları oradan getməyə qoymamışlar. Bu zaman yolun kənarında “Ford” markalı mikroavtobus dayanmış, oradan sonradan adını Bilman kimi bildiyi şəxs düşüb maşından dəmir predmet götürüb onlara yaxınlaşmış, onlara hədə-qorxu gəlməyə başlamışdır. Lakin onları vurmamış və söyüş söyməmişdir. Bu zaman Kənan atasına zəng edib hadisə barədə məlumat vermiş və polis çağırmasını istəmişdir. Orxan da 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Dava-dalaş zamanı Orxan əllərini açıb “sakitləşin” deyərək onları ayırmağa çalışırdı. Onların orada zeytun yığmağa başlamağı ilə dava-dalaşın bitməsi ümumilikdə 5-6 dəqiqə müddətində olmuşdur. Dava-dalaş bitdikdən təxminən 5 dəqiqə sonra ora iki maşında polis əməkdaşları gəlmiş, onu, qardaşını, Bağırı və Filmanı 35-ci polis bölməsinə aparmışlar. O və qardaşı maşının arxada olan dəmir barmaqlıqlarla əhatə olunan yerdə, Bağır həmin maşında arxa oturacaqda olmuş, Filman isə digər polis maşınında olmuşdur. Maşında Bağır telefonla öz şəklini çəkirdi. Başından artıq qan gəlməmiş, qurumuşdur. Bağırın vəziyyətinə dair bildirir ki, hadisə yerində də, bölmədə də Bağır normal gəzmiş və danışmışdır. Hətta bölməyə gələn atası ilə də mübahisə etmişdir. Sonradan bölməyə təcili tibbi yardım çağırılmış, həkimlər Bağırın başına sarğı qoymuş, Bağır təcili tibbi yardım maşınına özü minmiş və Bağırı xəstəxanaya aparmışlar. Bağırın xəstəxanada öldüyünü sonradan, polis əməkdaşları ondan və qardaşından izahat alan zaman onlara gələn zəngdən bilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Kənan və Təqsirləndirilən şəxs2 qardaşlarını tanımır, Zərərçəkmiş şəxs2 mərhum yoldaşı Zərərçəkmiş şəxs1 həm qohumu, həm də iş yoldaşı olmuşdur. Yoldaşı Bağır təxminən 2007-ci ildən "xxxx" MMC-də sahə rəisi vəzifəsində işləməyə başlamışdır. 28.09.2019-cu il tarixdə səhər saatlarında yoldaşı işə getmiş, o, onu saat 13 radələrində nahara gözlədiyi vaxt qaynı Vəkil ona zəng edərək bildirmişdir ki, xəstəxanadadır, Bağırı zeytun bağında 3 nəfər şəxs döyüb öldürmüşlər. Sonradan bilmişdir ki, məhkəmə zalında gördüyü Kənan və Təqsirləndirilən şəxs2lər və onlarla olan Orxan adlı bir şəxs maşınla "xxxx" MMC-nin zeytun sahəsinə gələrək ağaclardan icazəsiz zeytun yığmışlar, orada olmuş Zərərçəkmiş şəxs2 və Fərhad İsmayılov onlara irad tutmuş, lakin bu şəxslər onların iradına əhəmiyyət vermədiyi üçün sonuncular köməyə əri Bağırı çağırmışlar. Bağırı hadisə yerində birinci Təqsirləndirilən şəxs2 vurmuş, sonra isə Təqsirləndirilən şəxs1 yerdən götürdüyü dəyənəklə Bağırın baş nahiyyəsindən vurmuşdur. Filmangil Xətai RPİ-nin 35-ci PB-nə və təcili tibbi yardıma hadisə barədə məlumat vermiş, lakin ora gəlmiş polislər hadisənin iştirakçılarını, o cümlədən yoldaşı Bağırı əvvəl bölməyə aparmışlar. Oradan isə Bağırı xəstəxanaya aparmışlar. Qaynı Vəkil xəstəxanaya çatanda artıq Bağır rəhmətə getmişdir. O, bu hadisə ilə bağlı bir çox instansiyalara şikayətlər vermişdir. Belə ki, o hesab edir ki, Ağayev qardaşları ilə birlikdə olan Orxan adlı şəxs məsuliyyətdən yayındırılmışdır. Həmçinin Təqsirləndirilən şəxs2 də ərinin öldürülməsində iştirak etmişdir. Belə ki, o, televiziyadan hadisə haqqında olan verilişdə Ağayev qardaşlarının müxbirə onun yoldaşını bir yerdə öldürdüklərini etiraf etmələrini görmüşdür. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri 28.09.2020-ci il tarixdə "xxxx" MMC-nin sahəsində baş vermiş hadisə ilə əlaqədar tanımışdır. Belə ki, o, "xxxx" MMC-nin "xxxx" bölməsində mühasib işləyir. Zeytunun yığımı mövsümü başlayanda şirkətin bütün işçiləri yığıma cəlb olunur. 28.09.2019-cu il tarixdə zeytun yığılma mövsümü başlamış, o da əraziyə nəzarətçi kimi cəlb olunmuşdur. Saat 09 radələrində o, zeytun ərazisində zeytun yığılmasına nəzarət etməyə başlamışdır. Saat 11 radələrində Zığ şosesindən İnqlab İsmayılov küçəsinə qalxarkən sol tərəfdə yerləşən zeytun bağlarına nəzarət edərkən görmüşdür ki, “Hunday” markalı avtomobil həmin sahədə zeytun ağaclarının dibində dayanmış, maşınını həmin maşının yanında saxlamış, maşından enib görmüşdür ki, 3 nəfər tanımadığı şəxs ağaclardan zeytun yığır, həmin şəxslər Kənan, Ramil və Orxan adlı şəxslər olmuşlar. Həmin şəxslərə buranın xüsusi qoruq olduğunu, burada zeytun yığmağa icazə olmadığını demişdir. Həmin şəxslər ondan kim olduğunu,vəsiqəsi varsa təqdim etməsini xahiş etmişlər. Yəni, bu ana kimi aralarında heç bir narazılıq olmamışdır. Onu da bildirmək istəyir ki, zeytun sahəsi hasarlanmamış, sahənin onların şirkətinə məxsus olmasını və sahəyə girişin qadağan olunmasını bildirən tablolar olmamışdır. Həmçinin şirkətin mühafizə xidməti olmadığı üçün sahələrə sahə rəisləri nəzarət edirdi. O, bu şəxslərin sualına cavab olaraq bildirmişdir ki, heç bir vəsiqəsi yoxdur, sadəcə şirkətin işçisi olduğunu bildirmiş və sahəni tərk etmələrini demişdir. Bu zaman Ramil ona kobud şəkildə “get işinlə məşğul ol” deyərək cavab vermiş, Orxan isə “bu saat canlı efirə çıxıb hamınızı tutduraram” demişdir. Bundan sonra o, kənara çəkilib "xxxx" MMC-nin müdiri olan atası Şahid3 zəng edib hadisə barədə məlumat vermiş, atası isə ona demişdir ki, yaxında olan işçi qüvvəsi ilə həmin şəxslərə başa salsın ki, orada zeytun yığmaq olmaz. O, atasından ora polis əməkdaşlarını çağırmasını xahiş etmiş, atası da polisi yığacağını demişdir. Telefonla danışıb bu şəxslərin yanına yaxınlaşdıqda görmüşdür ki, şirkətin fəhləsi Şahid1 Bayramqulu oğlu və sahə rəisi olan əmisi Zərərçəkmiş şəxs1 artıq həmin yerdədirlər. Fəhrad zeytun yığan Kənanla Ramilə yaxınlaşıb mehriban şəkildə “burada zeytun yığmaq olmaz, zəhmət olmasa yığdığınız zeytunu verin və buradan uzaqlaşın” demiş, Bağır ilə bir yerdə zeytunu həmin şəxslərdən götürmək istəmişdir. Bu zaman Ramil Bağırın qabağında duraraq kobud şəkildə demişdir ki, “öldürəcəksən məni? Vermirəm zeytunu, get kimə istəyirsən de”. O isə 8-9 metr kənara çəkilmiş və yenidən atası Bəhruza zəng edib demişdir ki, təcili həmin yerə polis çağırsın. Telefonla danışan zaman görmüşdür ki, ondan 7-8 m aralıda Kənan əmisi Bağıra yumruqla zərbə vurmuş, ardından Ramil də Bağıra yumruq və təpiklə zərbələri vurmuş, Fəhrad isə onları ayırmağa çalışmışdır. O, telefonu söndürüb dərhal əmisinə kömək etməyə qaçmış, bu zaman Ramil onun üzərinə gələrək onunla tutaşmış, ikisi də yerə yıxılaraq süpürləşmişlər. Yerdə olduğu zaman Kənanın taxta dəyənəklə Bağırı başından vurduğunu, Bağırın başından qan axmağını və Bağırın üz üstə yerə yıxıldığını görmüşdür. Ramillə süpürləşən zaman,Orxan onun baş və kürək nahiyyəsinə yumruqla vurmuşdur. Sonra isə Ramil onun altında, o isə üstündə olduğu vaxt başının arxa hissəsinə taxta dəyənəklə iki zərbə, kürək nahiyəsinə yenidən iki zərbə vurmuşlar. Başını qaldıranda başının üstündə Kənanı görmüş, lakin onu arxadan kimin vurduğunu görməmişdir. Bu zaman yoldan keçən iki nəfər davanı görüb onları ayırmışdır. Sonra Orxan həmin iki nəfərdən birinə avtomobilinin açarını verərək avtomobili həmin ərazidən götürməyini xahiş etmişdir. Həmin şəxs avtomobilə oturaraq maşını uzaqlaşdırmağa çalışanda o, avtomobilin qapısını açaraq avtomobili oradan kənara çəkməsinə imkan verməmişdir. Sonra polis əməkdaşları gələrək, onu Bağırı, Ramili, Kənanı və Orxanı 35-ci polis bölməsinə aparmışlar. Yolda polis əməkdaşları təcili tibbi yardıma zəng etmişlər ki, təcili tibbi yardım briqadası bölməyə gəlsin. Bölmədə əmisi Bağırın qanını təmizləyib sarğı qoymuşlar, o isə ərizə yazmışdır. Görmüşdür ki, əmisi Bağırın ayağı qatlanmış və o, yerə çökmüşdür. Bundan sonra tibb işçiləri Bağırı maşina qoyub aparmışlar. O da bölmədə özünü pis hiss etməsi, qolunun ağrıması, xəstəxanaya getmək istəməsi barədə ərizə yazmış və 3 saylı Kliniki xəstəxanaya getmişdir. Ora çatanda Bağırın xəstəxanada öldüyünü öyrənmişdir. Xəstəxanada onun qolunu rentgen etmişlər, ona bildirilmişdir ki, sol qolunun biləyində yerdəyişmə olmayan sınıq var, buna görə qoluna gips qoyulmuşdur. Dava-dalaş baş verməmişdən qabaq Kənan, Ramil, Orxan və əmisi Bağırın əlində taxta dəyənək və ya başqa bir predmet görməmiş, ola bilər ki, Kənan taxta dəyənəyi yerdən götürüb əmisi Bağırı vurmuşdur. Həmin ərazi ağaclıq ərazi olduğundan yerdə taxta və ağac qırıqları çox olur. Hadisə zamanı Zərərçəkmiş şəxs1 kömək etməyə qaçdığı zaman Ramil onu tutmuş və onlar süpürləşmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımır. Mərhum Zərərçəkmiş şəxs1 qardaşı olmuş, digər Zərərçəkmiş şəxs2 isə onun oğludur. 05.02.2007-ci il tarixdən "xxxx" MMC-nin nəzdində olan "xxxx" MMC-nin müdiri vəzifəsində işləyir. "xxxx" MMC-nin vəzifəsi tabeçiliyində olan zeytun bağlarına xidmət etmək və məhsulu toplayaraq emala təqdim etməkdir. Zeytun bağları ərazisi hasarlanmamış, əvvəllər kənar şəxslərin daxil olmamasına dair xəbərdarlıq lövhələri isə naməlum şəxslər tərəfindən çıxarılmışdır. Həmçinin bağları mühafizə edən xüsusi mühafizə qurumu da yoxdur. Sadəcə bağın başlanğıcında mühafizə köşkü vardır. Həmin köşk hadisə yerindən 30-35 metr aralıda olmaqla hal-hazırda da var. Zeytunun yığım mövsümü başlayanda şirkətin bütün işçiləri yığıma cəlb olunur. Hadisə olan günü, yəni 28.09.2019-cu il tarixdə zeytun yığımı mövsümü başlamış, rəhbərlik etdiyi "xxxx" MMC-də sahə rəisi işləmiş qardaşı Zərərçəkmiş şəxs1, mühasib işləyən oğlu Zərərçəkmiş şəxs2 və bir neçə işçi zeytun yığımına nəzarət etmiş, fəhlələr isə zeytun yığımı ilə məşğul olmuşlar. 28.09.2019-cu il tarixdə saat 12 radələrində oğlu Filman ona zəng edərək, 3 nəfər kənar şəxsin əraziyə maşınla gəldiyini, həmin 3 nəfərin zeytun bağına girərək zeytun yığdığını, həmin şəxslərə ərazinin xüsusi qoruq olduğunu bildirsə də, həmin şəxslər zeytunu yığacaqlarını deyərək tabe olmamışlar. Oğlu ondan polisə məlumat verməyini xahiş etmişdir. O, Filmana polisə zəng edəcəyini deyərək orada olan işçiləri çağırıb kənar şəxslərin çıxarılmasına kömək etmələrini demişdir. Həmin əraziyə əvvəllər də kənar şəxslərin gəlib zeytun yığdığı halları olmuş, çox vaxt işçilər həmin şəxslərə oradan zeytun yığmağın qadağan olunduğunu bildirməsindən sonra çıxıb getmişlər. Bəzi hallarda isə problem yaradan şəxslərə görə əraziyə polis çağırılmışdır. O DİN-nin 102 xidmətinə zəng etmiş, lakin o nömrəyə düşə bilməmişdir. Bir neçə dəqiqədən sonra Filman yenə də ona zəng edərək, həyəcanlı səslə demişdir ki, orada fəhlə işləyən Şahid1 zəng edib nəzarətçilərdən kimisə götürüb oraya gəlməsini istəmiş, Fəhrad qardaşı Bağırla birlikdə oraya gəlmiş, həmin kənar şəxslərə sakit şəkildə oradan getmələrini və yığdıqları zeytunları təhvil vermələrini istəmişlər, lakin həmin şəxslər mübahisə etməyə başlamışdır. O, Filmanla danışanda telefonda kənarda mübahisə edən səslər eşitmiş və bu zaman Filman ona “əmimi taxta ilə başına vurdular” sözlərini demişdir. O, telefonu söndürüb dərhal 35-ci polis bölməsinin rəis müavini Toğrul Əliyevə zəng edib bu barədə məlumat vermişdir. Bundan sonra Filmana zəng vurmuş, lakin Filman cavab verməmişdir. Bu səbəbdən hadisə yerində olan işçisi Fərhad İsmayılova zəng vurub vəziyyətlə maraqlanmışdır. Fərhad İsmayılovdan bilmişdir ki, orada dava-dalaş olmuş, Bağırı vurublar, vəziyyəti yaxşı deyildir. Bundan sonra Filmanın özü də zəng edərək demişdir ki, əmis Bağırı vurublar, başından qan axır. Filmana bildirmişdir ki, Bağırı təcili həkimə aparsınlar. X29 zəng edərək vəziyyəti ona bildirmişdir. Toğrul müəllim hadisə yerinə artıq polis əməkdaşlarının getməsini ona demişdir. Polis əməkdaşlarının gəlib Filmanı, Bağırı və həmin 3 nəfəri polis bölməsinə aparıldıqlarını bilməmiş, Bağırın xəstəxanada ölməsini də deməmişlər. Yalnız saat 17-18 radələrində meyitxanaya getmiş, orada Bağırın dünyasını dəyişdiyini, Filmanın da qoluna gips qoyulduğunu görmüşdür. Qeyd etmək istəyir ki, rayondan qayıtdığı üçün vaxtında hadisə yerinə gələ bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri hadisə ilə əlaqədar tanımışdır. Belə ki, o, 2018-ci ildən "xxxx" MMCnin Abşeron Zeytun bölməsində fəhlə işləmişdir. Hal-hazırda səhhəti ilə əlaqədar işləmir. O, zeytun yığımı mövsümündə ağaclardan zeytun yığır. 28.09.2019-cu il tarixdə zeytun yığımı mövsümü başlamış, o da əraziyə nəzarətçi kimi cəlb olunmuşdur. Saat 11 radələrində ərazidə olarkən ərazidə işləyən Zərərçəkmiş şəxs2 ona zəng edərək ərazidə zeytun yığan kənar şəxslər var, onun ərazidən çıxmaq tələbinə tabe olmurlar orada olan işçilərdən kömək üçün onun yanına göndərilməsini xahiş etmişdir. O, özü Filmanın olduğu yerə kömək üçün, yəni ağsaqqal kimi kənar şəxsləri söhbət etməklə oradan kənarlaşdırmaq üçün getmiş, bu zaman qarşısına orada sahə rəisi işləyən Zərərçəkmiş şəxs1 çıxmışdır. O, Bağıra Filmanın ona dedikləri barədə xəbər vermiş, Bağır isə demişdir ki, heç kəsə demək lazım deyil, özləri gedib sakit danışmaqla kənar şəxsləri yola salacaqlar. O, Bağırla birlikdə aşağıya tərəf düşmüş, 3 nəfər cavan oğlanın ərazidə olduğunu görmüşdür. Onlardan hal-hazırda məhkəmə zalında gördüyü Kənan və Ramil qardaşları zeytun yığır,Ramilin əlində içinə zeytun yığdıqları torba olmuşdur. 3-cü Orxan adlı şəxs isə kənarda maşının yanında dayanıb telefonla danışırdı. Filman isə onlardan 15 metr aralıda dayanıb telefonla danışırdı. Hadisə yerinə gələndə Bağırın və onun əlində heç bir predmet olmamış, o cümlədən dava-dalaş baş verməmişdən qabaq Kənan, Ramil və Orxanın əlində də taxta dəyənək olmamışdır. O və Bağır Kənan və Təqsirləndirilən şəxs2lərə yaxınlaşmış və o, “burada zeytun yığmaq olmaz, bura xüsusi qoruqdur, yığdığınızı bizə verin, çıxın gedin” demişdir. Kənan isə buna etiraz etmiş və yığdığı zeytunları verməyəcəyini bildirmişdir. Bu zaman Bağır Kənana zeytunları verib çıxıb getmələrini demişdir. Bu zaman Kənan Ramilin əlindən sellofan torbanı alaraq Bağıra üzərinə gedərək dik üzünə dayanaraq, “sən məndən zeytun ala bilərsən?” deyib zeytunları yerə atıb Bağıra yumruq zərbəsi vurmuş və ardınca Ramil də Kənanla birlikdə Bağıra yumruq və təpik zərbələri vurmağa başlamışdır. O, onları ayırmağa çalışsa da, buna gücü çatmamışdır. Belə ki, ürək əməliyyatı keçirdiyi üçün onları aralamağa gücü çatmamışdır. Bu zaman Filman əmisi olan Bağırın döyüldüyünü görərək durduğu yerdən qaça-qaça köməyə gəlmiş, Orxan Filmanın qarşısına keçmiş, lakin Filmanı tuta bilməmişdir. Filman sürətlə yaxınlaşaraq Kənanla birlikdə Bağırı döyən Ramillə tutaşmışdır. O isə kənara çəkilib MMC-nin direktoru Şahid3 zəng edib dava-dalaş barədə məlumat vermiş, Bəhruz isə “polisə məlumat vermişəm, indi gələcəklər” demişdir. O, telefonla danışıb Bağır tərəfə baxanda Kənanın hardansa götürdüyü taxta dəyənəklə Bağırın başına 2-3 zərbə vurduğunu görmüşdür. Bağır səndələmiş və kənara çəkilib dayanmışdır. Bağırın başından qan gəlmiş və “sən məni vurdun?” sözlərini deyərək yerində dayanmışdır. Bu zaman X22 tutuşduğu yerə yaxınlaşaraq Filmanın kürəyinə və başına da həmin dəyənəklə bir neçə zərbə vurmuş və “hər ikinizi gördün neçə çilədim” sözlərini demişdir. Bir neçə dəqiqə sonra Bağır da bir qədər özünə gəlib Kənanın üzərinə gedib onunla yenidən tutaşmış, bu zaman Kənanda olan taxta dəyənək Bağırın əlinə keçmiş, Bağır da Kənana dəyənəklə bir neçə zərbə vurmuş və hər ikisi yenə də yerə yıxılıb süpürləşmişlər. Bu zaman yoldan keçən iki nəfər tanımadığı şəxs araya girib dava-dalaşı saxlamışlar. Həmin an ora polis maşınları gəlmiş və Kənanı, Ramili, Orxanı, Bağırı və Filmanı polis bölməsinə aparmışlar. Sonradan o, eşitmişdir ki, Bağırı bölmədən təcili tibbi yardımla xəstəxanaya aparmışlar və Bağır həmin günü xəstəxanada ölmüşdür. Qeyd etmək istəyir ki, hadisə baş verdiyi ərazi otluq, ağaclıq ərazidir, ona görə orada ağac parçası ola bilərdi. Həmçinin bildirir ki, Orxan orada heç kəsə xəsarət yetirməmişdir. Həmçinin onu da bildirir ki, hadisə zamanı onu heç kim vurmamış, o da heç kimi vurmamış, əksinə hadisə iştirakçılarını ayırmaq istəmişdir. Qeyd edir ki, Bağır Kənangillə kobud danışmamış və onları söyməmişdir. Onlar normal şəkildə Kənangilə həmin ərazidə zeytun yığmağa icazə olmadığını bildirmişlər, əksinə Kənangil kobud formada danışaraq ərazidən getməyəcəklərini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və qardaşı Ramili tanıyır, bir məhəllədə bir yerdə böyüyüblər. Hər ikisi ilə dostluq münasibətləri olmuşdur. Onun “Hunday Accent” markalı avtomobili vardır. 28 sentyabr 2019-cu il tarixdə saat 11 radələrində evdə olarkən, Ramil və Kənan onunla məhəllədə görüşərək maşınla onları Zığ qəsəbəsində olan zeytun bağlarına zeytun yığmağa aparmağı xahiş etmişlər. Lakin onun başqa bir dostu ilə görüşü olacağından əvvəl onları aparmağı razılaşmamış, sonra isə dostunun işi çıxdığı üçün Ramilgili zeytun yığmağa aparmağa razılaşmışdır. Üçü b irlikdə onun idarə etdiyi “Hunday Accent” markalı avtomobili ilə Zığ şossesindən yolun kənarında olan bardyurun ara verdiyi yerdən sağ tərəfə zeytun bağlarına gəlmişlər. Maşını yolun sağında saxlamış, Kənan və Ramil maşından düşmüşlər. Kənanla Ramil zeytun yığmaq üçün ağaclıq olan sahəyə girmişlər, o isə maşının yanında dayanıb telefonu ilə oynamışdır. Həmin sahədə təxminən 20-yə yaxın qadın zeytun yığırdı. Həmin qadınların yanında xüsusi geyim formasında bir kişi Ramil gilə yaxınlaşıb demişdir ki, “burada zeytun yığmaq olmaz”. Ramil isə “5 manat pul verim, bir az zeytun yığaq gedək” sözlərini desə də, həmin kişi buna icazə verməmiş və demişdir ki, “pul lazım deyil, gedin aşağı tərəflərdən yığın”. Sonradan, prokurorluqda bilmişdir ki, həmin şəxsin adı Məhəbbətdir. Məhəbbətin sözlərindən sonra onlar Məhəbbətin dediyi yerdən zeytn yığmağa icazə olduğunu düşünərək maşına əyləşərək həmin zeytunluqla bir qədər aşağı, təxminən 100-150 metr düşüb maşını zeytun bağına doğru döndərib torpaq yolun başlanğıcında saxlamış və hər üçü maşından düşmüşlər. Yenə də o, maşının yanında dayanmış, əllərində balaca selofan torba olan Ramillə Kənan ağaclıq sahəsinə girib zeytun yığmağa başlamışlar. Bu zaman məhkəmədə gördüyü Filman bağın içərisindən ona yaxınlaşıb kobud şəkildə “sizi buraya kim buraxıb?” deyə soruşmuşdur. O isə “bura kimsə bizi buraxmalıdı ki?” deyə cavab vermişdir. Çünki həmin ərazidə hər hansı bir hasar, setka və ya qadağan işarəsi olmadığından həmin bağdan zeytun yığmağa icazə olmadığını onlar bilməmişlər. Filmanın onunla danışdığını görüb Ramillə Kənan da ona yaxınlaşıb Filmandan nə istədiyini soruşmuşlar. Filman isə demişdir ki, “burada zeytun yığmaq olmaz, bura şəxsi qoruqdur, mən də buranın işçisiyəm”. Ramil də Filmandan özünü təqdim etməsini və şəxsi qoruq olması barədə sənəd göstərməsini istəmişdir. Filman isə onlara hədə-qorxu gələrək indi sizi buradan çıxartdıraram deyib, kənara çəkilib kiməsə zəng etmişdir. Bu zaman bağın içi ilə, adını ibtidai ist intaq zamanı bildiyi Zərərçəkmiş şəxs1 və yanında adını ibtidai istintaq zamanı bildiyi Şahid1 Kənanla Ramilə yaxınlaşmışlar. Bağırın əlində taxtadan olan sanki yonulmuş dairəvi formada uzunluğu təxminən 40-50 sm olan dəyənək olmuş, zahiri görkəmindən Bağırdan yaşlı olan Fəhradın əlində isə heç nə yox idi. Bağır Kənangilə müraciət edərək demişdir ki, “yığdığınız zeytunları qoyun yerə və buradan gedin”. Fəhrad isə əyilib Kənanın əlindən içinə az miqdarda zeytun yığılmış selofan torbanı almaq istəmiş, lakin Kənan torbanı ona verməmiş, Bağıra “sən kimsən, heç yerə getmirəm” demişdir. Ramil isə qışqıraraq demişdir ki, “neynəyəcəksiniz? Öldürəcəksiniz?”. Buna görə də Bağırla Kənan və Ramil arasında mübahisə başlamış, Bağır Kənangili söymüş və əlindəki taxta dəyənəklə Kənanın başına vurmuş, Filman isə Ramilə hücum çəkərək onu yerə yıxaraq üstündə oturmuşdur. Filmanla Ramilin tutaşdığı yer ondan cəmi 1, 5 m aralıda olmuşdur. Bağırla Kənənın isə tutaşdıqları yer 2-3m aralı olardı. O, X23 ayırmağı demiş, özü isə Filmanı Ramilin üstündən qaldırmaq məqsədi ilə arxadan Filmanı qucaqlayaraq Ramilin üstündən çəkməyə çalışmışdır. Filman gövdəli olduğu üçün çox çətinliklə onu Ramildən aralamışdır. Bu zaman Kənanla Bağır birbirindən aralanıb dayanmışlar, o, Bağırın başından qan gəldiyini görmüşdür. Bu zaman Filmanın sonradan adını Bilman olduğunu bildiyi şəxs hadisə yerinə gələrək Kənangillə mübahisə etməyə, onlara hədə-qorxu gəlmiş, Ramilin üzərinə getmiş və həmin şəxslə Ramil bir-birinə ayaq üstə yumruq zərbələri vurmuşlar. Həmin vaxt Bağır da Kənanın üzərinə getmiş və onlar da dalaşmağa davam etmişlər. O yenə də Ramilgili ayırmağa çalışmış, Fəhrad da Kənanla Bağırı ayırmağa çalışmışdır. O və Fəhrad dalaşanları ayırmağı bacarmışlar və onların hər biri kənara çəkilib sakitləşmişdir. Həmin vaxt o, 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Onun zəngindən bir-neçə dəqiqə sonra onların yanına “Qazel” markalı mikroavtobus gəlmiş, içindən əlind dəmir armatur olan adını sonra bildiyi Rəhman düşüb nə baş verdiyini soruşmuş, onlara “kimsiz bura girmisiz?” demişdir. Bu zaman o, Kənanla Ramilə “buradan sağ salamat çıxsaq böyük şeydir” demişdir. Rəhman onun maşınının yanında dayanmış Kənana yaxınlaşaraq ona təpik atmış, lakin Kənan onun təpiyindən yayındığı üçün Rəhmanan təpiyi maşına dəymişdir. Bu zaman onların olduğu yerə iki polis maşını gəlmiş bir nəfər polis onun maşının sükanı arxasına əyləşərək onunla birlikdə polis getmiş, Ramili, Kənanı, Bağırı və Filmanı isə bölməyə polis maşınları ilə aparmışlar. Polis bölməsində o, Rəhmanla söhbət edərək baş verənlərin lazımsız olduğunu, bir selofan torba zeytuna görə bu qədər hadisənin baş verməsinə ehtiyac olmadığını demişdir. Bu zaman görmüşdür ki, Bağırla bölməyə gəlmiş Kənangilin atası Akif müəllim söhbət edirlər. Bağır hadisədən sonra, hadisə yerində və bölmədə normal gəzib danışmış, yalnız başına cib dəsmalı tutmuşdur. Sonra bölməyə təcili tibbi yardım çağırmış, həkimlər Bağırı müayinə edib xəstəxanaya aparmışlar. Sonradan Bağırın xəstəxanada öldüyünü eşitmişdir. Hadisə zamanı o davaya qarışmamış, yalnız Ramillə Filmanı ayırmış, o, heç kimi döyməmiş, nə də onu heç kim döyməmişdir. Əlavə olaraq bildirmək istəyir ki, ibtidai istintaq zamanı müstəntiq onu Zərərçəkmiş şəxs2lə üzləşdirən zamanı Filmanın atası Şahid3 də üzləşdirmə otağında olmuş, Filmana və müstəntiqə göstərişlər verməklə istintaq hərəkətlərinə müdaxilə etmişdir. Hətta üzləşmə protokolunu da Şahid3 oxuyub, ondan sonra Filmana deyib ki, qol çəksin. Şahid2 ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, ibtidai istintaq zamanı Şahid2 ilə üzləşdirilmiş, üzləşdirilmə keçirilən otaqda müstəntiqin icazəsi ilə atası Bəhruz da olmuş, lakin atası üzləşdirmə prosesinə müdaxilə etməmiş, heç bir maneçilik törətməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımır, həmçinin Şahid2 də tanımır. Lakin mərhum Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 tanıyır. Belə ki, o, "xxxx" MMC-də fəhlə işləmiş, hal-hazırda da işləyir. Hadisə olan tarixdə o, zeytun bağında, lakin hadisə olan yerdən aralıda təxminən 30 nəfərdən çox zeytun yığan qadınlarla birlikdə zeytun yığımı ilə məşğul olmuşdur. Həmin qadınlar onun kimi fəhlə olmaqla əmək haqqı müqabilində şirkət üçün zeytun yığımı ilə məşğul olurdular. Həmin gün onun işlədiyi əraziyə Kənan və Təqsirləndirilən şəxs2lər gəlməmiş, ondan həmin ərazidə zeytun yığmaq üçün icazə almamışlar. Sadəcə həmin gün şirkətin müdiri Bəhruz müəllim ona zəng edərək zeytun bağının digər yerində mübahisə olduğunu və onun həmin yerə getməsini bildirdiyi üçün o, hadisə yerinə gedərək görmüşdür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 polis maşınına minir, Bağırın başı qana bulaşmışdır. Həmin gün axşam isə eşitmişdir ki, Bağır xəstəxanada keçinmişdir. Qeyd etmək istəyir ki, Zərərçəkmiş şəxs2 şirkətin müdiri Bəhruz müəllimin oğlu olmaqla şirkətin əməkdaşıdır. Müdafiəçilərin suallarına cavab olaraq bildirmək istəyir ki, o, şirkətin mühafizəçisi deyildir, əynində xüsusi geyim olmamış, işlədikləri ərazi hasarlanmamışdır. Həmin ərazidə yalnız şirkət üçün zeytun yığımı ilə məşğul olan fəhlələr işləyirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımır, həmçinin Şahid2 də tanımır. Zərərçəkmiş şəxslərdən mərhum Zərərçəkmiş şəxs1 dayısı, Zərərçəkmiş şəxs2 isə digər dayısı Bəhruzun oğludur. Onun dayısı Bağır və dayısı oğlu Filmanla münasibətləri hər zaman yaxşı olmuşdur. Hadisə günü, yəni 28 sentyabr 2019-cu il tarixdə o, hadisə yerindən aralıda işlədiyi maşın yuma məntəqəsində olmuşdur. Həmin məntəqə onun yaşadığı evin yanındadır. Günün birinci yarısı dayısı Bəhruz ona zəng edərək bildirmişdir ki, zeytunluqda hadisə baş verib, dayısı Bağırın başından vurublar. Bəhruz dayısı hadisə olan yeri ona təsvir etmiş, həmçinin 2017-ci ilədək dayısının yanında işlədiyi üçün və həmin yerlərə bələd olduğu üçün dərhal piyada hadisə yerinə getmişdir. Ora çatdıqda görmüşdür ki, dayısı Bağırı və Filmanı polis maşınının arxa oturacağına əyləşdiriblər, polis maşınının arxa hissəsində saxlanılan şəxslər üçün nəzərdə tutulmuş qəfəsli yerdə isə hal-hazırda məhkəmədə gördüyü Ramil və Təqsirləndirilən şəxs1ləri görmüşdür. Dayısı Bağırın başından qan axmışdır. Başa düşmüşdür ki, maşının qəfəsli yerində olan şəxslər dayısına xəsarət yetirmişlər. O, dayısı Bağır, dayısı oğlu Filmanın digər şəxslərlə etdiyi davada iştirak etməmişdir. Hadisə yerinə maşınla deyil, piyada gəlmiş və bu zaman əlində heç bir əşya olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin rəisi, polis polkovniki İlqar Məmmədovun Bakı şəhəri Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Yusif İldırımzdəyə ünvanladığı 03.10.2019-cu il tarixli, 103-10356 saylı məktubundan görünür ki, 29.09.2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 və Şahid2 qarşılıqlı ərizə ilə Xətai RPİ-nin 35-ci PB-nə müraciət edərək, Xətai rayonu, Zeytun bağlarında aralarında yaranmış münaqişə zamanı bir-birlərinə xəsarət yetirdiklərini bildirmişlər. Baş vermiş hadisə nəticəsində xx.xx.1968-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 başından almış olduğu xəsarətlə əlaqədar 3 saylı şəhər klinik xəstəxanasına aparılmış və orada vəfat etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs2 Bakı şəhəri Xətai RPİ-nin 35ci PB-nə ünvanladığı 28.09.2019-cu il tarixli ərizəsindən müəyyən olunur ki, həmin gün təxminən saat 11:30 radələrində 3 nəfər şəxs Günəşli yolunda Zeytun bağına girərək zeytun oğurluğu edirdilər. O və ərazinin sahə rəisi Zərərçəkmiş şəxs1 həmin şəxslərə yaxınlaşaraq bağın qounduğunu bildirdikdə, onlardan bu dəqiqə efirə çıxıb hamısını içəri yığdıracağı barədə sözləri eşitmiş, həmin şəxslər onlarla mübahisə etmiş, mübahisə vaxtı onu və Zərərçəkmiş şəxs1ı döyərək küt alətlə zərbələr vurub onlara müxtəlif bədən xəsarətləri yetirdilər. Məhkəmədə elan edilib araşdırılmış Şahid2 Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nə ünvanladığı 28.09.2019-cu il tarixli ərizəsindən müəyyən olunur ki, həmin gün təxminən saat 11:40 radələrində Zeytun bağında dostları Kənan və Ramil sonradan adlarını bildiyi Filman və Bağır adlı şəxslər bir-biri ilə dava-dalaş edirdilər. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin məsul növbətçisi, polis leytenantı Fariz Məmmədovun 35-ci PB-nin rəisinə ünvanladığı 28.09.2019cu il tarixli, 1193 saylı raportundan müəyyən olunur ki, 28.09.2019-cu il tarixdə saat 11:43-də DİN-nin 102 xədmətindən məlumat daxil oldu ki, Şahid2 Zığ şossesi Zeytunluq adlanan yerdə münaqişə olması və dostları Ramil və Kənanın digər şəxslər arasında dava-dalaş olduğunu bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin məsul növbətçisi, polis leytenantı Fariz Məmmədovun 35-ci PB-nin rəisinə ünvanladığı 28.09.2019cu il tarixli, 1135 saylı raportundan müəyyən olunur ki, 28.09.2019-cu il tarixdə saat 11:43-də DİN-nin 102 xədmətindən məlumat daxil oldu ki, X9 rayonu Zeytunluq ərazisində oğlanları ilə başqa şəxslər arasında münaqişə olduğunu bildirdi. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin 28.09.2019-cu il tarixli aktından müəyyən olunur ki, Xətai rayonu, Zeytunluq adlanan ərazidə baş vermiş dava-dalaş ilə bağlı 28.09.2019-cu il tarixdə, saat 11:45-də 35-ci PB-nə gətirilən Təqsirləndirilən şəxs2 baş nahiyyəsində və sağ qolunda, Təqsirləndirilən şəxs1 sağ çiyin və baş nahiyyəsində, Zərərçəkmiş şəxs1 baş nahiyyəsində xəsarətlər müşahidə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Xətai RPİ-nin PPXB-nin polis nəfəri Köçərli M, İsmayılov E, Qaçaylı K. tərəfindən imzalanmış 28.09.2019-cu il tarixli, 103-10161 saylı raportdan müəyyən olunur ki, onlar 28.09.2019-cu il tarixdə saat təxminən 11:30-da inzidati ərazidə xidmət apararkən İ.İsmayılov küçəsindən Zığ istiqamətə hərəkət edərkən Zeytun kəçəsində Zeytun bağının içərisində 5-6 nəfər şəxsin qrup halında dava-dalaş etdiklərini görmuş, dərhal həmin yerə yaxınlaşdılar və həmin şəxsləri sakitləşdirməyə başladılar, həmin şəxslərdən bir neçəsinin baş və üz nahiyyəsində müxtəlif dərəcəli xəsarətlər və qan izlari olduğunu gördülər. Onlar həmin şəxsləri köməyə gələn 35-ci PB-nin əməliyyat qrupu ilə 35-ci PB-nə təmin etmiş və bölmədə məlum oldu ki, dava-dalaş edən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2durlar. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin məsul növbətçisi, polis leytenantı Fariz Məmmədovun 28.09.2019-cu il tarixli, 1138 saylı raportundan müəyyən olunur ki, həmin tarixdə saat 13:30-da 3 saylı Sabunçu xəstəxanasından həkim Musayeva məlumat verdi ki, Zərərçəkmiş şəxs2 sol əlin, sol biləyin və baş nahiyyəsinin əzilməsi yarası diaqnozu ilə və Zərərçəkmiş şəxs1 kəllə-beyin travması diaqnozu ilə onlara müraciət etmişlər. Həmin məsul növbətçi polis leytenantı Fariz Məmmədovun 28.09.2019-cu il tarixli, 1135 saylı raportundan müəyyən olunur ki, 28.09.2019-cu il tarixli 1142 saylı digər raportundan müəyyən olunur ki, həmin tarixdə saat 00:20-də 3 saylı Sabunçu xəstəxanasının həkimi Əliyeva məlumat verdi ki, 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 sol göz qapağının, sağ və sol kürəyinin sıyrıntıları, başın sol gicgah və sağ ənsə nahiyyəsinin hematoması və 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 kürəyin sağ, sol və baldır-bud nahiyyəsinin sıyrıntıları, başın sol təpə nahiyyəsinin iki hematması, sol əlin 4-cü barmağının əzilməsi diaqnozu ilə onlara müraciət etmişdir. Məhkəmədə elan edilib araşdırılmış «hadisə yerinə baxışın keçirilməsi haqqında» 28.09.2019-cu il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri Bakı şəhəri, Xətai rayonu, X24 küçəsinə döndükdə sol tərəfdə zeytun ağacları olan sahədə yerləşir. Hadisə yerinin ətrafında böyük sahədə zeytun ağacaları vardır. Zığ şossesindən İnqilab İsmayılov küçəsi ilə qalxdıqda solda zeytun ağaclarının arası ilə torpaq yolu vardır, Həmin yolla 60 metr getdikdə yolun sağ və sol tərəfində 4 ədəd zeytun ağacının arasındakı ərazi üzərində polis yazısı olan lentlə mühafizə olunmuşdur. Həmin ərazidə yol torpaqdan olub, kənarları nahamar otluq ərazidir. Sol tərəfdə yolun kənarında sınmış zeytun budaqları var. Otluq ərazidə isə qurumuş otlar əzilmiş və bir birinə qarışmış vəziyyətdədir. Mühafizə olunan ərazidə soldan ikinci zeytun ağacının qarşısında yerdə otların üzərində uzunluğu 75 sm diametri 10 sm olan dəyənək aşkar olunmuşdur. Dəyənək taxta materialdan olub, orta hissəsi çatlanmış vəziyyətdədir. Dəyənəyin aşağı hissəsində qana bənzər ləkələr müşahidə olur, həmin ləkələrdən steril pambıqlı çöp vasitəsilə 04 ədəd qana bənzər maddə hopturularaq götürülmüşdür. Dəyənək özü isə ayrıca qablaşdırılaraq götürülmüşdür. Hadisə yerinə baxış keçirilməsi və ona əlavə edilmiş fotocədvəldən müəyyən olunur ki, hadisə baş vermiş zeytun bağı hasarlanmamış, zeytun bağının mülkiyyətçisini müəyyən edən heç bir məlumat lövhəsi mövcud deyildir. Məhkəmədə elan edilib araşdırılmış meyitə baxış keçirlməsi haqqında protokoldan müəyyən olunur ki, 28.09.2019-cu il tarixdə saat 17:30-dək Bakı şəhəri Xətai rayon prokurorluğunun böyük müstəntiqi, kiçik ədliyyə müşaviri, X6 iştirakı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT Birliyinin Xətai rayon şöbəsinin məhkəmətibbi eksperti X27 tərəfəindən həmin şöbədə Zərərçəkmiş şəxs1 meyitinə baxış keçirilmiş, meyit təşrih masası üzərində arxası üstə uzadılmış, əyinində olan paltarları: göy rəngli doş hissəsində sepi olan qısa qol köynək, ağ rəngli mayka, qara rəngli trusikdən ibarətdir. Mərhumun qısa qol köynəyi və ağ rəngli maykası tünd qırmızı rəngli qanla çirklənmişdir. Mərhumun yanında selofan torba var, içərisində mərhuma məxsus üzərində tünd qırmızı rəngli qan ləkələri olan və hər iki qoltuqaltı nahiyyədən yırtılmış və sökülmüş olan göy rəngli gödəkcə, tünd göy rəngli cins şalvar, bir cüt qara rəngli ayaqqabı və bir cüt qara corab vardır. Mərhumun burun sümükləri tamdır, boyunu düzgün inkişaf etmiş, əllədikdə boyun fəqərələrində patoloji hərəkətlilik müəyyən edilmiş, döş qəfəsi düzgün formada olmaqla əllədikdə qabırğalar üzərində patoloji hərəkətlilik müəyyən edilmir. Kürək sümüyü və onurğa sütünü əyriliklərində patoloji hərəkətlilik qeyd edilmir, qarının forması düzdür, arxa keçəcəyi ətrafında yuxarı və aşağı sümükləri əllədikdə tam olması müəyyən edilir. Xəsarətləri: başın təpə nahiyəsində bir qədər sağda kənarları hamar, bucaqları küt, yara bucaqlarından az miqdarda tünd qırmızı rəngli qan gələn cərrahi işlənmiş 5.0x0.3 sm ölçüdə yara var, yara ətrafı sahədə yumşaq toxuma şişkindir, dəri örtüyü çəhrayımtıl-qırmızı rəngdədir, sol gicgah-təpə nahiyyəsində yumşaq toxumada 1.5x1.0 sm, sağda yuxarı ənsə nahiyyəsində 1.0x0.8 sm ölçülərdə qeyri-müəyyən formalı, çəhrayımtıl-qırmızı rəngli qançırlar var, sağ diz oynağı nahiyyəsinin ön səthində qeyri-müəyyən formalı, üzəri ətraf dəri səviyyəsindən aşağıda yerləşmiş qırmızı rəngli nəm qartmaqlı örtülü 2.8x2.5 sm ölçüdə sıyrıq var. Meytin xarici müayinəsi zamanı digər xəsarətlər müəyyən edilməmişdir. Meytə baxış protokolundan müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 üzərində adi mülki geyim əşyaları olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış 28.09.2019-cu il tarixli Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs2 üzərində hadisə vaxtı olan əşyaların götürülməsinə dair protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 üzərində qana bənzər ləkələr olan qısaqol köynəyi, Zərərçəkmiş şəxs2 köynəyi və şalvarı götürülmüşdür. Zərərçəkmiş şəxs2 paltarın götürülməsinə dair protokoldan və həmin paltarların fotoşəkillərindən müəyyən olunur ki, həmin paltarlar adi mülki geyimdirlər. Məhkəmədə elan edilib araşdırılmış “cinayəti törətməkdə şübhəli şəxsi tutmaq haqqında” 28.09.2019-cu il tarixli protokollardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşlar. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli qərarlarından müəyyən olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 28 sentyabr 2019-cu il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CPM-in 159.8-ci maddəsinə əsasən 28.07.2020-ci il tarixdə həbsdən azad edilmiş və həmin tarixdə onun barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Beləliklə Təqsirləndirilən şəxs2 28.09.2019-cu il tarixdən-28.07.2020-ci il tarixdək-yəni 10 ay həbsdə olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Xətai rayon MTE şöbəsinin 23.09.2019-cu il tarixli 73 saylı məhkəmə-tibbi ekspertizası rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 meyiti üzərində aşağıdakı xəsarətlər var: Baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma. Baş beyinin əzilməsi və ödemi. Başın təpə nahiyəsinin əzilmiş yarası. Sağ gicgah-təpə nahiyəsinin və sağda yuxarı ənsə nahiyəsinin qançırları. Sağ diz oynağı nahiyəsinin sıyrığı. Qeyd olunan xəsarətlər həyati olub bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, eləcə də xəstəxanaya daxil olmazdan az əvvəl qərarda göstərilən 28.09.2019-cu il tarixdə və şəraitdə yəni baş vermiş dava-dalaş zamanı ağac dəyənəklə vurulmuş zərbələrin təsirindən törənə bilər. Dərəcəsinə görə baş nahiyəsində müəyyən edilmiş xəsarətlər – baş beyinin əzilməsi və ödemi, başın təpə nahiyəsinin əzilmiş yarası, sağ gicgah-təpə nahiyəsinin sağda yuxarı ənsə nahiyəsinin qançırları ümumilikdə sağlamlığa AĞİR zərər vurmanın əlamətinə malik olmaqla, onun ölümü ilə bir başa səbəbli əlaqəlidir. Sağ diz oynağı nahiyəsinin sıyrığı isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən ölümü ilə səbəbli əlaqəli deyildir. - Zərərçəkmiş şəxs1 ölümünə səbəb baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma ilə müşayiət olunan baş beynin əzilməsi və ödemi olmuşdur. Ölüm xəstəxanada 28.09.2019-cu il tarixdə saat 13:10-da baş vermişdir. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlərdən sonra az müddət ərzində həyat fəaliyyətini davam etdirərək TTYS-nın həkiminin müşayiəti ilə 3-saylı ŞKX-a gətirilmişdir. Xarakterinə və lokalizasiyasına görə, yuxarıda qeyd edilən xəsarətlərin mərhumun özü tərəfindən özünə yetirilməsi nəticəsində əmələ gəlməsi inkar olunur. Xəsarətlər yetirilən zaman zərərçəkmiş şəxslə, xəsarətləri yetirən şəxs istənilən qarşılıqlı vəziyyətlərdə ola bilərdi. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, noksiron alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Xətai rayon MTE şöbəsinin 30.10.2019-cu il tarixli 980 saylı məhkəmə-tibbi ekspertizası rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 başın ənsə nahiyəsinin yumşaq toxumasının hematoması; sol kürək arası nahiyəsinin, sağ kürək nahiyəsinin, sağ əlin İV barmağının əsas falanqasının arxa səthinin qançırları və sağ bazunun orta-aşağı 1/3-nin ön səthinin və sağ saidin yuxarı 1/3-nin ön səthinin xətt şəkilli sıyrıqları var. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş 28.09.2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə xəsarətlərdən başın ənsə nahiyəsinin yumşaq toxumasının hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. - Zərərçəkmiş şəxs2 ilkin tibbi müayinə zamanı (3-saylı ŞKX-da) ona təyin edilmiş “sol mil sümüyünün sınığı? Sümüyün tipik yerinin yerdəyişməyən qapalı sınığı” diaqnozu aparılmış təkrar rentgenoloji (20.10.2019cu il Az.ETTOİ və 26.10.2019-cu il 3-saylı ŞKX) müayinələrdə öz təsdiqini tapmamışdır. - Xarakterinə və lokalizasiyasına görə, qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması, eləcə də özünün-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT Birliyinin Xətai rayon MTE şöbəsinin 02.10.2019-cu il tarixli, 978 saylı məhkəmətibbi ekspertizası rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 başın təpə nahiyəsinin, sol əli İV barmağının dırnaq falanqasının arxa səthinin, sol kürək üstü nahiyənin, sağ kürək üstü nahiyənin, sol budun yuxarı 1/3-nin bayır səthinin və sağ baldırın qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş 28.09.2019-cu il tarixdə və şəraitdə törənə bilər. Sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. - Xarakterinə və lokalizasiyasına görə, qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması, eləcə də özünün-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT Birliyinin Xətai rayon MTE şöbəsinin 02.10.2019-cu il tarixli, 979 saylı məhkəmətibbi ekspertizası rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 sol gicgah nahiyəsinin, təpə nahiyəsinin sağ yan səthinin, sol kürək üstü nahiyənin, sağ kürək üstü nahiyənin, sol kürək altı nahiyənin qançırları, sağ kürək altı nahiyənin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş 28.09.2019-cu il tarixdə və şəraitdə törənə bilər. Sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. - Xarakterinə və lokalizasiyasına görə, qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması, eləcə də özünün-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin 28.11.2019-cu il tarixli 563/2019-MTKŞ saylı məhkəmə-tibbi ekspertizasının rəyindən müəyyən olunur ki, 1. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs1 məxsus gödəkcənin sol yan tikişi üzərində, sol qol tikişinin daxili səthini əhatə etməklə bir ədəd və gödəkcənin sağ yan tikişi üzərində, sağ qol tikişinin daxili səthini əhatə etməklə bir ədəd (cəmi iki ədəd) sökülmə zədələri aşkar olundu. Bu sökülmələr, gödəkcənin müvafiq nahiyələrinin gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. 2. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs1 məxsus köynək, mayka və şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. 3. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs1 bədəni üzərində (başın təpə nahiyəsinin əzilmiş yarası. Sağ gicgah-təpə nahiyəsinin və sağda yuxarı ənsə nahiyəsinin qançırları. Sağ diz oynağı nahiyəsinin sıyrığı) olan xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişlər və ona məxsus paltarlarda öz əksini tapmamışlar. 4. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus maykanın ön sağ yuxarı səthində bir ədəd cırılma zədəsi aşkar olundu. Bu cırılma zədəsi, maykanın müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində əmələ gəlmişdir.
5. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus köynək və şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. 6. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs1 bədəni üzərində (başın təpə nahiyəsinin, sol əlin dördüncü barmağının dırnaq falanqasının arxa səthinin, sol kürək üstü nahiyənin, sağ kürək üstü nahiyənin, sol budun yuxarı 1/3-nin bayır səthinin və sağ baldırın qançırları) olan xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişlər və ona məxsus paltar üzərində öz əksini tapmamışlar. 7. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs2 məxsus üzərində köynək üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. 8. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs2 bədəni üzərində (sol gicgah nahiyəsinin, sol kürək altı nahiyənin qançırları, sağ kürək altı nahiyənin sıyrığı) olan xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsririndən törənmişdir və ona məxsus paltarlar üzərində öz əksini tapmamışdır. 9. Ekspertizaya təqdim edilmiş şahid Zərərçəkmiş şəxs2 məxsus köynək və şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. 10. Ekspertizaya təqdim edilmiş şahid Zərərçəkmiş şəxs2 bədəni üzərində (başın ənsə nahiyəsinin yumşaq toxumasının hematoması; sol kürək arası nahiyəsinin, sağ kürək nahiyəsinin, sağ əlin dördüncü barmağının əsas falanqasının arxa səthinin qançırları və sağ bazunun orta-aşağı 1/3-nin ön səthinin şəkilli sıyrıqlar) olan xəsarətlər bərk-küt əşyanın (əşyalarının) təsirindən törənmişlər və ona məxsus paltarlarda öz əksini tapmamışlar. 11. Ekspertizaya təqdim edilmiş Şahid2 məxsus köynək və şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı.12. Ekspertizaya təqdim edilmiş Şahid2 bədəni üzərində xəsarət və ya xəsarət izləri müəyyən edilmədi. 13. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs1 məxsus maykanın ön hissəsində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur.14. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəyin yaxasında sol tərəfdə aşkar edilmiş qan ləkələri, şalvarın sağ bud nahiyəsinin ön səthi üzərində, gödəkcənin sağ qolunun ön səthi üzərində, gödəkcənin sol qolunun arxa səthi üzərində aşkar edilmiş qan ləkələri, gödəkcənin arxa tərəfində ətəyi üzərində qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Bəzi ləkələr qan mənbəyi ilə və ya qanlı səth ilə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus köynəyin sağ çiynin arxa səthi üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Bəzi ləkələr qan mənbəyi ilə və ya qanlı səth ilə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. 21. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus köynəyin sağ çiynin arxa səthi üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. 22. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus maykanın sağ çiyin aşırımı üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Bəzi ləkələr qan mənbəyi ilə və ya qanlı səth ilə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. Bəzi ləkələr qeyri-düz ovalvari formalıdır. Bu qan ləkələri, qan mənbəyindən səthə əsasən hündürlükdən düşən damcı nəticəsində əmələ gəlmişdir. 23. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus idman şalvarının sol ayağının ön səthi üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Bəzi ləkələr qeyri-düz ovalvari formalıdır. Bu qan ləkələri, qan mənbəyindən səthə əsasən hündürlükdən düşən damcı nəticəsində əmələ gəlmişdir. 24. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus idman şalvarının sol ayağının arxa səthi üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. 25. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs2 məxsus köynəyin sinəsində sol tərəfdə aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə və ya qanlı səth ilə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. 26. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs2 məxsus köynəyin sinəsində sağ tərəfdə aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə və ya qanlı səth ilə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. 27. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs2 məxsus köynəyin ətəyinin arxa sol səthi üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Bəzi ləkələr qan mənbəyi ilə və ya qanlı səth ilə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. 28. Ekspertizaya təqdim edilmiş şahid Zərərçəkmiş şəxs2 məxsus şalvarın sağ ayağının arxa səthi üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Bəzi ləkələr qan mənbəyi ilə və ya qanlı səth ilə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. 29. Ekspertizaya təqdim edilmiş şahid Zərərçəkmiş şəxs2 məxsus köynəyin üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə və ya qanlı səth ilə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. 30. Ekspertizaya təqdim edilmiş Şahid2 hadisə zamanı əynində olmuş köynək və şalvar üzərində hər hansı qanabənzər ləkələr aşkar edilmədi. 31. Ekspertizaya təqdim edilmiş paltarlar üzərində aşkar edilmiş zədələrin tədqiqata təqdim olunan taxta dəyənəklə yetirilməsi haqqında dəqiq fikir söyləmək mümkün deyil. 32. Zərbələr endirilən anda zərbə vurulan şəxslə zərbəni endirən şəxs müxtəlif qarşılıqlı vəziyyətdə ola bilərdilər. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsində keçirilmiş məhkəmə-genetik ekspertizasının 10.10.2019cu il tarixli, 19/399R saylı rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş hadisə yerindən götürülmüş bir ədəd ağac dəyənəyin üzərindən yaxma nümunəsi götürülmüş 04 (dörd) ədəd pambıq tampondan bir ədədi, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş 01 (bir) ədəd ağ rəngli maykanın ön hissəsində, 01 (bir) ədəd tünd göy rəngli qısaqol köynəyin yaxasında sol tərəfdə, 01 (bir) ədəd tünd göy rəngli qısaqol köynəyin ətəyində, 01 (bir) ədəd tünd göy rəngli cins şalvarın sağ bud nahiyəsinin ön səthi üzərində, 01 (bir) ədəd göy rəngli gödəkcənin sağ qolunun ön səthi üzərində, sol qolunun arxa səthi üzərində və arxa tərəfində ətəyi üzərində, Təqsirləndirilən şəxs1 hadisə zamanı əynində olmuş 01 (bir) ədəd boz rəngli qısaqol köynəyin sinəsində sağ tərəfdə və sağ çiyninin arxa səthi üzərində, 01 (bir) ədəd ağ rəngli maykanın sağ çiyin aşırımı üzərində, 01 (bir) ədəd tünd göy rəngli idman şalvarının sol ayağının ön səthi üzərində və sol ayağının arxa səthi üzərində, Təqsirləndirilən şəxs2 hadisə zamanı əynində olmuş 01 (bir) ədəd tünd göy rəngdə qısaqol köynəyin sinəsində sol tərəfdə və sağ tərəfdə, həmçinin 01 (bir) ədəd tünd göy rəngli qisa qol köynəyin ətəyinin arxa sol səthi üzərində, Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş 01 (bir) ədəd qara rəngli cins şalvarın sağ ayağının arxa səthi üzərində, 01 (bir) ədəd tünd göy rəngli qısa qol köynəyin üzərində aşkar edilmiş qanabənzər ləkə insan qanıdır və Zərərçəkmiş şəxs1 məxsusdur (eyni yumurta əl izi istisna olmaqla). - Həmçinin ekspertiza nəticəsində müəyyən edildi ki, tədqiqata təqdim edilmiş hadisə yerindən götürülmüş 01 (bir) ədəd ağac dəyənəyin üzərində yaxma nümunəsi götürülmüş 04 (dörd) ədəd pambıq tampondan digər üç ədədi üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər bioloji mənşəli material mövcud deyildir. Bu səbəbdən həmin obyektlər üzərində müqayisəli tədqiqatın keçirilməsi mümkün olmadı. - Bundan əlavə ekspertiza nəticəsində tədqiqata təqdim edilmiş Şahid2 hadisə zamanı əynində olmuş 01 (bir) ədəd qısaqol köynək və 01 (bir) ədəd göy rəngli cins şalvar, həmçinin hadisə yerində aşkar edilmiş 01 (bir) ədəd ağac dəyənəyin üzərindən insana məxsus qan nümunəsi aşkar edilmədi. Bu səbəbdən həmin obyektlər üzərində də müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmadı. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin 13.02.2020-ci il tarixli, T 50/2020 saylı rəyindən müəyyən olunur ki, İ-İİ. Zərərçəkmiş şəxs1 adına tərtib edilmiş C 4043 saylı xəstəlik tarixində qeyd edilən xəsarətlərlə meyitin müayinəsi zamanı aşkar edilənlər eynilik təşkil edir. - B.B.X36 Yardım briqadası ilə 3 saylı klinik xəstəxanaya gətirilərkən qəbul şöbəsində neyrocərrah tərəfindən müayinə edilmiş, kəllənin rentgen müayinəsi aparılmış, yaralar cərrahi işlənərkən vəziyyəti pisləşdiyindən reanimasiya şöbəsinə köçürülmüş, tənəffüs pozğunluğu müşahidə edildiyindən intubasiya edilərək süni tənəffüs aparatına qoşulmuş, aparılan intensiv və reanimasion tədbirlər effekt vermədiyindən qısa müddətdən sonra bioloji ölüm baş vermişdir. Bu müddət ərzində müayinə və müalicə tədbirləri xəstənin vəziyyətinə uyğun olmuşdur. - Zərərçəkmiş şəxs1 qəbul şöbəsində neyrocərrah tərəfindən müayinə olunmuş, baş beyinə qansızma və beynin əziyi ağır olduğundan qısa müddət ərzində baş beynin funksiyaları pozulmuş, xəstə qısa müddətə vəfat etdiyindən cərrahi əməliyyat aparılmamışdır.-Baş beyin toxumasının zədələnməsi ağır olduğundan bir başa xəstəxanaya çatdırılması belə onun həyatını xilas edə bilməzdi. - Zərərçəkmiş şəxs1 ölümünə səbəb qapalı kəllə-beyin travması, baş beynin ağır dərəcəli əziyi, beyin qişaları və mədəciklərə qansızma, beyin ödemi olmuşdur. Yetirilən xəsarətlərlə ölüm arasında bir başa səbəbli əlaqə vardır. Zərərçəkmiş şəxs1 ölümün dərhal hadisə yerində baş verməməsinin səbəbi beyin toxuması və mədəciklərə qansızmanın tədricən baş verməsi, yığılan qanın miqdarının artması ilə əlaqədar olmuşdur. Meyitin ekspertizası zamanı məhkəmə-histoloji tədqiqat üçün götürülmüş biomateriallar yetərincə olmuş, ölümün səbəbinin ağır kəllə-beyin travması olması bir daha öz təsdiqini tapmış, ölümə səbəb ola biləcək hər hansı xəstəlik əlamətləri, o cümlədən tromboemboliya öz təsdiqini tapmamışdır. - Zərərçəkmiş şəxs1 3 saylı kilinik xəstəxanaya gətirilərkən vəziyyətinə uyğun müayinə olunmuş və aparılan müalicə tədbirləri həmin an üçün düzgün olmuşdur. Zərərçəkmiş şəxs2 28.09.2019-cu il tarixdə 3 saylı klinik xəstəxananın qəbul şöbəsinə “ qapalı kəllə-beyin travması “ənsə nahiyəsinin əzilməsi, sol mil sümüyünün sınığı? Sümüyün tipik yerdəyişməyə qapalı sınığı, sağ əlin İV barmağının əziyi” diaqnozu ilə daxil olmuş, sağ əlin, kəllənin yan proyeksiyalı və sol mil-bilək oynağının rentgen şəkilləri çəkilmiş neyrocərrah dəvət olunmuş, kompüter tomoqrafik müayinədən keçirilmiş və sol milbilək oynağı sadə gips langeti ilə immobilizə olunmuş, xəstə “Stimul Klinikasına” aparılmışdır. Sol mil-bilək oynağına qoyulmuş sadə gips langeti sarğısı həmin an üçün düzgün seçilmişdir. Tibbi arayışda onun müalicəsi ilə əlaqədar hər hansı bir qeydiyyat olmadığından aparılmış müalicə ilə əlaqədar fikir söyləmək mümkün olmadı.- Kəllə-beyin travmasının nəticəsi olaraq baş beynin əzilməsi, beyin qişaları və mədəciklərə qansızma kəllə tağı, əsası sümüklərinin tamlığı pozulmadan yaranması tibbi praktikada rast gəlinən haldır. Zərərçəkmiş şəxs1 təpə nahiyəsində dəridə əzilmiş yara, sağ gicgah-təpə və ənsə nahiyəsində sağda qançır, başın yumşaq toxumasında həmin nahiyələrə uyğun qansızma, baş beynin yumşaq qişasında qansızmalar, beyin mədəciklərinə qansızma, beyin maddəsinin əzilməsi məhdud səthə malik küt əşyanın, o cümlədən ağacla yetirilən zərbə nəticəsində yarana bilərdilər. Bu xəsarətlərin xarakteri onların zərərçəkmişin öz boyu hündürlüyündən yıxılması nəticəsində yarana bilməsini inkar edir, zərbənin gücü xəsarətlərin yaranması üçün kifayət etmiş və onlar ümumilikdə ağır kəllə-beyin travmasını yaratdığından istər ayrılıqda, istərsə də ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. - Vətəndaş Zərərçəkmiş şəxs1 aşkar edilmiş ağır kəllə-beyin travması yetirilən xəsarətlər nəticəsində yaranmış və bu travma beyin toxumasını ciddi zədələndiyindən qısa müddət ərzində ölüm baş vermişdir. İİİ. Təqsirləndirilən şəxs2 12.02.2020-ci il tarixdə məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində xəsarət izi aşkar edilmədi. Lakin, Birliyin Xətai rayon şöbəsində tərtib edilmiş 30.09.2019-cu il tarixli 979 saylı rəyə əsasən onda aşkar edilmiş sol gicgah, təpə nahiyəsinin sağ yan səthinin, sol kürək üstü, sağ kürək üstü və sol kürək altı nahiyənin qançırları, sağ kürək altı nahiyənin sıyrığı bərk küt əşyanın ( əşyaların ) təsirindən törənmişdir, belə bir əşyanın ağac, yaxud taxta parçası olması da inkar edilmir, qərarın təsviri hissəsində göstərilən 28.09.2019-cu il tarixdə yetirilmələri inkar olunmur, istər ayrı-ayrılıqda, istərsə də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Qüvvənin gücü yetirilən xəsarətlərin yaranmasına kifayət etmişdir. İV. Təqsirləndirilən şəxs1 12.02.2020-ci il tarixdə məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində xəsarət izi aşkar edilmədi. Lakin, Birliyin Xətai rayon şöbəsində tərtib edilmiş 30.09.2019-ci tarixli 978 saylı rəyə əsasən onda təpə nahiyəsinin, sol əlin İV barmağının dırnaq falanqasının arxa səthinin, sol kürək üstü və sağ kürək üstü nahiyənin, sol budun yuxarı 1/3-nin bayır səthinin, sağ baldırda qançırlar olmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, belə bir əşyanın ağac, yaxud taxta parçası olması da inkar edilmir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və tarixdə, yəni 28.09.2019-cu ildə yetirilmələri inkar olunmur, istər ayrı-ayrılıqda, istərsə də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Qeyd edilən xəsarətlərdən başqa Təqsirləndirilən şəxs1 bədən səthində digər xəsarətlər olub-olmaması barədə heç bir qeydiyyat yoxdur. Xəsarətlərin yerləşmə nahiyələrinə və xüsusiyyətlərinə görə onların şəxsin özü tərəfindən yetirilmələri inkar olunur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X4 kompleks ambulator məhkəmə-psixiatrik və ambulator məhkəmə-psixoloji ekspertizasının 19.11.2019-cu il tarixli 2377 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işinin materialından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs2 öz hərəkətlərini faktiki xarakterinin və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikasının CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. X15 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 intellektual imkanları normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. Emosionallıq, ünsiyyətçilik, inadkarlıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Emosional iradi sferasında hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədən zaman psixi-emosional vəziyyətində həyəcan, hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs2 hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 cinayət hadisəsini törədən zaman fizioloji affekt halında olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X4 kompleks ambulator məhkəmə-psixiatrik və ambulator məhkəmə-psixoloji ekspertizasının 26.11.2019-cu il tarixli 2437 saylı rəyindən müəyyən olnur ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işinin materialından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz hərəkətlərini faktiki xarakterinin və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikasının CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. - Belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs2 intellektual imkanları normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. Emosional-iradə sfersında hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişilik aşkar olunmur. Çılğınlıq, tez özündən çıxmaq, hövsələsizlik, öz niyyətlərini axıra qədər həyata keçirmək istəyinin güclü olması kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədən zaman psixi-emosional vəziyyətində həyəcan, hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs1 hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət hadisəsini törədən zaman fizioloji affekt halında olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 28.10.2019-cu il tarixli, 1/1265 və 28.10.2019-cu il tarixli, 1/1266 saylı məktublarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin xəstəxanaya müraciət etməyiblər. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatrik Xəstəxanasının 29.10.2019-ci il tarixli, 7639 və 29.10.2019-ci il tarixli, 7643 saylı məktublarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin xəstəxanada müalicə olunmamışlar. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Narkoloji Dispanserinin 29.10.2019-ci il tarixli, 2833 və 29.10.2019-ci il tarixli, 2834 saylı məktublarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin dispanserdə qeydiyyatda yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən cavablandırılmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 oğlu və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, onlar yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunurlar. Azərbaycan Respublikası Beynəlxalq Bankının ibtidai araşdırma orqanına təqdim ediyi 01.11.2019-cu il tarixli, 411 saylı arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 10.07.2017-ci ildən ABB-da işləyir və hal-hazırda Problemli kreditlər və iş departamentinin kreditorun məhkəməyə qədərki təqibi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində çalışır. Azərbaycan Reynəlxalq Bankının 01.11.2019-cu il tarixli, 413 saylı xasiyyətnaməsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 bankda çalışdığı müddət ərzində ona heç bir intizam tənbehi tətbiq edilməmişdir. Vəzifə öhdəliklərini və verilən tapşırıqların öhdəsindən gəlmiş, özünü səriştəli, intizamlı mütəxəssis kimi göstərərək kollektiv və rəhbərliyin hörmətini qazanmış, peşəkar və şəxsi keyfiyyətləri barədə müsbət təəssurat yaratmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin 14.11.2019-cu il tarixli, 15/9-11 saylı arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 24.06.2019-cu il tarixdən 24.09.2019-cu il tarixədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Respublika Bitki Mühafizəsi Mərkəzinin İnteqrir mühafizə tədbirlərinin təşkili şöbəsində aqronom vəzifəsində işləmişdir. X25 Mərkəzinin verdiyi 14.11.2019-cu il tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 aqronom vəzifəsində çalışdığı müddət ərzində müəssisənin daxili nizam-intizam qaydalarına riayət edib, ünsiyyətdə nəzakətli olmuş və işlədiyi kollektivin dərin hörmətini qazanmışdır. Özünü məsuliyyətli bir işçi kimi tanıtmışdır. Öz vəzifə funksiyasını həyata keçirərkən məsuliyyətli olmuş, işin düzgün şəkildə həyata keçirilməsinə səy göstərmiş və üzərinə düşən bütün işləri vaxtlı-vaxtında peşəkarlıqla yerinə yetirməyə çalışmışdır. Həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş və cinayət işinin materiallarına əlavə edilmiş xasiyyətnamələrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Ağayev X12 qəsəbəsi, İlqar Musayev küçəsi fərdi ünvanda yaşayır və barələrində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" MMC-dən ibtidai araşdırma orqanına təqdim edilən və cinayət işinin materiallarına əlavə edilmiş MMC-nin işçilərinin siyahısı, fotoşəkilləri, xasiyyətnamələri, əmək müqavilələrinin surətləri, həmin şəxslər tərəfindən istifadə edilən mobil telefonların nömrələrinin izahlı qaimələri və “"xxxx" MMC-yə aid olan hadisə yerinin ərazisinin sxemindən müəyyən olunur ki, Şahid3 direktor, Zərərçəkmiş şəxs2 mühasib, Zərərçəkmiş şəxs1 sah rəisi və X5 fəhlə qismində MMC-də çalışmışlar. Hadisə baş verdiyi 28.09.2019-cu il tarixə isə 09/18 saylı 05 yanvar 2018-ci il tarixli əmək müqaviləsinə əsasən Zərərçəkmiş şəxs2 "xxxx" MMC-nin mühasibi vəzifəsinə təyin edilmiş, aşağıdakı əmək funksiyalarının icrasını öz üzərinə götürmüşdür: - Vergi qanunvericiliyinə uyğun olaraq ciddi hesabat sənədləri, malliyyə-iqtisadi əməliyyatları sənədləşməni rəsmiləşdirir və icra edir, - Bütün növ ciddi hesabat sənədlərinin qeydiyyatını aparır, - Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrasını həyata keçirir Hadisə baş verdiyi 28.09.2019-cu il tarixli, 548/18 saylı 07 iyun 2018-ci il tarixli əmək müqaviləsinə əsasən X5 "xxxx" MMC-nin fəhlə vəzifəsinə təyin olunmaqla əmək funksiyalarına aşağıdakılar daxil idi: -meyvə bağlarında budama, belləmə, ərazinin sulanması və s. - meyvələrin və digər məhsulların danışması və s. - rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası. Hadisə baş verdiyi 28.09.2019-cu il tarixli 10/18 saylı 05 yanvar 2018-ci tarixli əmək müqaviləsinə əsasən Zərərçəkmiş şəxs1 "xxxx" MMC-nin briqadir vəzifəsinə təyin olunmaqla əmək fanksiyalarına aşağıdakılar daxil idi: - işçilərin gördüyü işlərə nəzarət etmək, - işçilərin işlərə bölgüsünü təmin etmək və s. - rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası. Hadisə baş verdiyi 28.09.2019-cu il tarixə 07/18 saylı 05 yanvar 2018-ci il tarixli əmək müqaviləsinə əsasən Şahid3 "xxxx" MMC-nin Zeytun bağlarının müdiri vəzifəsinə təyin olunmaqla əmək funksiyalarına aşağıdakılar daxil idi: -bazar tələbi və becərmə imkanlarının qiymətləndirilməsi əsasında becərilməli olan bitkilərin növü və miqdarının müəyyən edilməsi, - bağlara qulluq üçün təqvim qrafikinin hazırlanması, -rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" MMC-nin baş derktoru C.T.Muradovun MMC-nin işçiləri Zərərçəkmiş şəxs1, X5 və Zərərçəkmiş şəxs2 barələrində verdiyi 22.10.2019-cu il tarixli xasiyyətnamələrindən müəyyən olunur ki, bu işçilər müsbət xarakterizə olunur. "xxxx" MMC keçmiş direktoru Şahid3 məhkəməyə təqdim etidiyi məlumat məktubundan müəyyən olunur ki, o, "xxxx" MMC-nin "xxxx" MMC-nin tərkibinə keçməsini göstərən hər hansı bir sənədi məhkəməyə təqdim edə bilmir. Həmçinin məhkəmədə elan edilib araşdırılmış «Torpaqların müvəqqəti istifadə hüququna dair” Şəhadçtnamənin surətindən müəyyən olunur ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 02.04.2005-ci il tarixli 088 saylı Sərəncamı və 02.04.2005-ci il tarixli icra müqaviləsi ilə Abşeron rayonuna təhkim olunmuş 2 saylı Zığ Zeytun sovxozunun ərazisinin yeri X21 kənd təsərrüfatının inkişafı üçün 99 il müddətinə 93,92 hektar çoxillik əkmələr "xxxx" MMC-nə icarəyə verilmişdir. Şəhadətnaməyə icarəyə verilmiş ərazinin sxemi əlavə edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs1 oğu ilə birlikdə hadisə baş verən zaman qərəzli xuliqanlıq hərəkətləri edərək yumruqla və təpiklə Zərərçəkmiş şəxs1 zərbələr vurmağa başlaması və yaxud sonuncunu vurması sübuta yetirilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə baxışı zamanı verdiyi ifadələrindən müəyyən olunur ki, ona Zərərçəkmiş şəxs1 əlindəki taxta dəyənəklə həmlə etdikdə, o ona müqavimət göstərərək sonuncu ilə əlbəyaxa olmuş və bu zaman qardaşı Təqsirləndirilən şəxs2 5-6 metr ondan aralıda Zərərçəkmiş şəxs2lə tutuşaraq ikisinin də yerə yıxılıb süpürləşmələrini görmüş, o isə Bağırın əlindən taxta dəyənəyi alaraq Bağıra tərəf bir neçə dəfə yelləmiş, ola bilsin ki, bu zaman taxta dəyənək Bağırın başına dəymiş, Bağır isə başını əyib onun üzərinə gəldikdə əlindəki dəyənəyi yerə atıb əlləri ilə onu tutmuş Zərərçəkmiş şəxs1lə yerə yıxılıb süpürləşməyə başlamış, Filman isə gəlib onun dizinə təpiklə vurmuş, Ramil Filmanı ondan aralayıb təkrar onunla süpürləşmişdir. Təqsirləndirilən şəxs2 istər ibtidai istintaq zamanı, istərsədə məhkəmə baxışı zamanı hadisə barədə verdiyi ifadələrindən müəyyən olunur ki, Kənan Bağırla mübahisə etdiyi zaman Zərərçəkmiş şəxs2 onun əlindən tutub 5-6 metr kənara çəkmiş və qəfildən sifətindən yumruqla vurmuş, bundan sonra ikisi əlbəyaxa olmuş və yerə yıxılıb süpürləşmişlər. Kənanla birlikdə Bağırı döymədiyini, əksinə Filmanın ondan aralanaraq Bağırla Kənan tərəfinə qaçdığını, özünün də Filmanın arxası ilə qaçdığını, Bağırı Kənanın üzərindən kənara çəkdiyini, Kənanla birlikdə oradan uzaqlaşıb maşına minib getmək istəsələr də Filmanla Bağır onlara imkan verməmiş, Filmanla onun arasında yenidən dava başlamışdır. İstər məhkəmə baxışı zamanı, istərsədə ibtidai istintaq zamanı hadisə barədə ifadə vermiş Şahid2 ifadələrindən müəyyən olunur ki, hadisə zamanı hadisə yerinə taxta dəyənəklə gəlmiş Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 başına dəyənəklə vurmuş, Filman isə Ramilə hücum çəkərək onu yerə yıxaraq üstündə oturmuş, Şahid1 Bağırla Kənanı ayırmağı demiş, özü isə Filmanla Ramili ayırmaq üçün Ramili yerə yıxıb üstündə oturmuş Filmanı qaldırmağa çalışmışdır. Həmin vaxt o, 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Hətta Kənan və Ramil onun maşını ilə oradan çıxıb getmək istəsələr də Filman və hadisə yerinə gələn Filmagilin digər tanışları buna imkan verməmişlər, yalnız hadisə yerinə gələn polislər dava-dalaşı saxlamağa nail olmuşlar. Öz növbəsində Zərərçəkmiş şəxs2 və onun iş yoldaşı olan Şahid1 məhkəmədə və ibtidai istintaq zamanı verdikləri ifadələrində Zərərçəkmiş şəxs1 taxta dəyənəyin olmadığını, Bağırın taxta dəyənəklə Təqsirləndirilən şəxs1 vurmadığını, əksinə Təqsirləndirilən şəxs1 yerdən götürdüyü taxta dəyənəklə Zərərçəkmiş şəxs1 vurmasını, Təqsirləndirilən şəxs2 isə bu zaman əl və təpiklə Zərərçəkmiş şəxs1 vurmasını göstərmişlər. Məhkəmə baxışı zamanı sübuta yetirilmişdir ki, hadisə zamanı taxta dəyənəklə ilk olaraq Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 xəsarətlər yetirmiş, öz növbəsində Zərərçəkmiş şəxs2 isə onlardan 5-6 metr aralıda Təqsirləndirilən şəxs2lə əlbəyaxa olaraq sonuncunu yerə yıxıb üstündə oturmuşdur. Zərərçəkmiş şəxs1 aldığı xəsarətlərə dair məhkəmə-tibbi ekspertizası rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 bədənində yalnız ağac dəyənəklə vurulmuş zərbələrin təsirindən törənə bilən baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, baş beyinin əzilməsi və ödemi, başın təpə nahiyəsinin əzilmiş yarası, sağ gicgah-təpə nahiyəsinin və sağda yuxarı ənsə nahiyəsinin qançıları, həmçinin sağ diz oynağı nahiyəsinin sıyırığı kimi xəsarətlər aşkar olunmş, həmin xəsarətlərin törənməsi də Təqsirləndirilən şəxs1 göstərdiyi kimi taxta dəyənəklə Zərərçəkmiş şəxs1 başından vura bildiyindən, sonra isə əlbəyaxa olduqları zaman ikisinində yerə yıxıldığı zaman əmələ gəlməsinə uyğundur. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs1lə birlikdə qərəzli xuliqanlvıq hərəkətləri edərək Zərərçəkmiş şəxs1 həmlə edərək yumruqla və təpiklə vurmağa başlamasını sübut edən mötəbər dəlillər əldə etməmişdir, ibtidai araşdırma orqanının hadisənin başlanmasının halları, ardıcıllığı həqiqətə uyğun deyildir, həmçinin ibtidai araşdırma orqanı mövcud olan ziddiyət və şübhələri aradan qaldırmaq məqsədi ilə X30 Niftullayev arasında keçirdiyi üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 atası Şahid3 həmin üzləşdirmədə iştirak etmiş və qeyd olunan istintaq hərəkətlərinə müdaxilə etmişdir. Bu faktı verdiyi ifadəsində zərərçəkmiş şəxs Flman Piriyev də təsdiq edərək həmin üzləşdirmədə atası Şahid3 iştirak etdiyini, lakin heç kəsə təsir göstərmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının Zərərçəkmiş şəxs2lə şahid Orxpan Niftullayevin arasında keçirdiyi 11.11.2019-cu il tarixli üzləşdirmə istintaq hərəkəti Azərbaycan Respublikası CPM-nin 235.6-cı maddəsinə ziddir, belə ki, bu maddəyə əsasən CPM-nin 228 (yetkinlik yaşına çatmamış şahidin dindirilməsi), 229 (görmə, eşitmə və nitq qabiliyyəti məhdud olan və ya digər ağır xəstəlikdən əzab çəkən şahidin dindirilməsi) maddələrində nəzərdə tutulmuş hallarda üzləşdirmənin aparılmasında müəllim, həkim, tərcüməçi və dindirilən şəxsin qanuni nümayəndəsi və nümayəndəsi iştirak edə bilərlər. Azərbaycan Respublikası CPM-nin 231-cı maddəsinə əsasən zərərçəkmiş şəxsin dindirilməsi şahidin dindirilməsi üçün nəzərdə tutulmuş qaydalara müvafiq aparılır. Zərərçəkmiş şəxs2 05.09.1990-cı il təvəllüdlü olmaqla, yetkinlik yaşına çatmış şəxsdir, görmə, eşitmə və nitq qabiliyyəti məhdud olan şəxs deyil və ya digər ağır xəstəlikdən əzab çəkmir. Məhkəmə hesab edir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 atası, "xxxx" MMC-nin zeytun bağları müdiri vəzifəsində işləyən Şahid3 iştirakı ilə aparılan üzləşdirmə həmin üzləşdirmənin məhz Zərərçəkmiş şəxs2 xeyrinə keçirilməsinə xidmət etmiş və bu hal qanunun kobud şəkildə pozulması olmaqla 11.11.2019-cu il tarixdə Zərərçəkmiş şəxs2lə Şahid2 arasında keçirilmiş üzləşdirmə istintaq protokolu sübut növü kimi qəbul edilmir və sübutlar siyahısından çıxarılır. Eyni zamanda ibtidai araşdırma orqanının hadisə baş verdiyi ərazinin-zeytun bağlarının "xxxx" MMC-yə məxsus olması barədə gəldiyi qənaət heç bir rəsmi sənədlə sübuta yetirilməmiş, həmin bağın "xxxx" MMC-nin idarəçiliyindən "xxxx" MMC-nin idarəçiliyinə və ya başqa mülkiyyət hüququna keçirilməsinə dair cinayət işində heç bir sənəd yoxdur, ümumiyyətlə "xxxx" MMC-nin "xxxx" MMC-nin tərkibinə və ya tabeçiliyinə keçməsinə dair heç bir rəsmi sənəd yoxdur, iş üzrə zərərçəkmiş şəxslər – mərhum Zərərçəkmiş şəxs1 və digər Zərərçəkmiş şəxs2 "xxxx" MMC-nin əməkdaşları olmaqla zeytun bağlarına aidiyyatı olmaları hər hansı bir rəsmi sənədlə müəyyən olunmamış, bu şəxslərin hadisə baş verdiyi 29.09.2019-cu il tarixə məhz "xxxx" MMC-nin əməkdaşları olması əmək müqavilələrində əks olunmuşdur. Belə olan halda zərərçəkmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hadisə zamanı xidməti vəzifə və ya ictimai qaydanın qorunmasının daşıyıcıları olması həqiqəti əks etdirmir. Beləliklə, məhkəmədə tədqiq edilmiş hadisə yerinə baxış protokolu, zərərçəkmiş şəxslərin paltarlarının götürülməsi protokolları, "xxxx" MMC və "xxxx" MMC tərəfindən ibtidai istintaqa təqdim edilmiş sənədlərdən, təqsirləndirilən şəxslər, Zərərçəkmiş şəxs2, şahidlər Şahid1, Şahid2, Zərərçəkmiş şəxs1 və digər şahidlərin ifadələrindən müəyyən olunur ki, hadisə baş verdiyi Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsindən Zığ şossesinə düşən Zeytun küçəsinin sağ tərəfində yerləşən bağ hasarlanmamış, bağın kimə məxsus olmasına və kənar şəxslərin girişinin qadağan olmasına dair lövhələr olmamış, hadisə baş verdiyi zaman təqsirləndirilən şəxslərlə aralarında münaqişə yaranan Bəhruz və Zərərçəkmiş şəxs2lərin, MMC-nin fəhləsi olan Şahid1 üzərlərində xüsusi geyim və xidməti vəsiqələri olmamış, Zərərçəkmiş şəxs1 MMC-nin sahə rəisi(briqadiri), Zərərçəkmiş şəxs2 isə mühasibi olmaqla mühafizəçi funksiyalarını daşımamış və fiziki zor tətbiq edib MMC-nin ərazisindən kənar şəxsləri çıxarmaq səlahiyyətləri olmamışdır. Məhkəmədə tədqiq edilmiş sübutlardan: təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxs və şahidlərin ifadələrindən, məhkəmə ekspertiza rəylərindən, DİN-nin 102 xidmətinə hadisə barədə edilən zənglərə dair məlumatlardan, PPX-nin əməkdaşlarının raportu və 35-ci PB-də hadisə ilə bağlı tərtib olunan sənədlərdən müəyyən olunur ki, təqsirləndirilən şəxslər avtomaşın yolunun yanında yerləşən Zeytun bağına zeytun yığmaq məqsədilə getmiş, bağın mülkiyyətçisi barədə, bağın ərazisi hasarlanmadığı və xüsusi lövhəsi olmadığı üçün məlumatları olmamış, MMC-nin işçiləri təqsirləndirilən şəxslərə olmadığı üçün xidməti vəsiqələri təqdim etmədikləri və onların MMCnin işçiləri olmasını bildirən xüsusi geyimləri olmadığı halda onlar MMC-nin işçilərinin bağın ərazisinin tərk etmək tələbinə tabe olmamış, bundan sonra üzərlərinə mühafizəçi funksiyaları qoyulmamış MMC-nin sahə rəisi (briqadiri) Zərərçəkmiş şəxs1 və mühasibi Zərərçəkmiş şəxs2 fiziki zor tətbiq etməklə Kənan və Təqsirləndirilən şəxs2 sahədən çıxarmağa cəhd etmiş, yaranmış münaqişə zamanı həm təqsirləndirilən şəxslər, həmdə də zərərçəkmiş şəxslər xəsarətlər almış, aldığı xəsarətlərdən Zərərçəkmiş şəxs1 xəstəxanaya aparıldıqdan sonra keçinmiş, Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül zərər, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sağlamlıqlarına dərəcəsi müəyyən edilməyən xəsarətlər yetirilmişdir. Cinayət işinin məhkəmədə tədqiq edilən materiallarından müəyyən olunur ki, DİN-nin 102 xidmətinə 28.09.2019-cu il tarixdə saat 11:45-də təqsirləndirilən şəxsləri bağlara maşınla gətirdiyi Şahid2 və təqsirləndirilən şəxslərin atası Akif Ağayev zəng edib Kənan və Raimil Ağayevlərin başqa şəxslərlə münaqişədə olmasını bildirmiş, hadisə yerinə 28.09.2019-cu il tarixdə saat 11:30-da gələn Xətai PRİ-nin PPX-nin raportundan da müəyyən olunur ki, PPXnin əməkdaşları M.Köçərli, E.İsmayılov və K.Qaçaylı İ.İsmayılov küçəsindən Zığ istiqamətinə hərəkət edərkən zeytun küçəsində Zeytun bağının içərisində 5-6 nəfər şəxsin qrup halında dava-dalaş etdiklərini görərək həmin şəxslərə yaxınlaşıb onları sakitləşdriməyə başlamış, həmin şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 olmaqla bir neçəsinin baş və üz nahiyyələrində müxtəlif dərəcəli xəsarətlər və qan izləri olduğunu görmüşlər, həmçinin Bakı şəhəri Xətai RPİ-nin 35-ci bölməsinin 28.09.2019-cu il tarixli aktından müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Zeytunluq adlanan ərazidə baş vermiş dava-dalaş ilə bağlı 28.09.2019-cu il tarixdə saat 11:45-də 35-ci PB-nə gətirilən Təqsirləndirilən şəxs2 baş nahiyyəsində və sağ qolunda, Təqsirləndirilən şəxs1 oğunun sağ çiyin və baş nahiyyəsində, Zərərçəkmiş şəxs1 baş nahiyyəsində xəsarətlər müşahidə edilmişdir. Beləliklə, məhkəmə baxışında müəyyən edilmişdir ki, hadisə yerində təqsirləndirilən şəxslərlə zərərçəkmiş şəxslər arasında qarşılıqlı münaqişə olmuş və münaqişənin yaranmasına səbəb zərərçəkmiş şəxslərin fiziki zor tədbiq etməklə, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 tərəfindən, Təqsirləndirilən şəxs2 oğuna isə Zərərçəkmiş şəxs2 tərəfindən xəsarətlər yetirməklə onları bağın ərazisindən kənarlaşdırmaq məqsədləri odlmuş və bu münaqişə hadisə yerinə gələn PPX-nin gəlməsi və müdaxiləsi ilə sona yetmişdir. Məhkəmənin gəldiyi bu nəticə məhkəmə baxışı zamanı ifadələri alınmış təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin hüquqi varisi D.Piriyeva, şahidlər Şahid1, Şahid3 və digərlərinin ifadələri ilə təsdiqini tapmışdır. Belə ki, məhkəmədə ifadə vermiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, mühasib işlədiyi "xxxx" MMC-nin zeytun sahəsi hasarlanmamış, sahənin onların şirkətinə məxsus olmasını və sahəyə girişin qadağan olmasını bildirən tablolar olmamışdır. Həmçinin şirkətin mühafizə xidməti olmadığı üçün sahələrə sahə rəisləri nəzarət edirdi. Sahədə sonradan adlarını bildiyi Kənan, Ramil və Orxanın ağaclardan zeytun yığdığını gördükdə onlara sahənin xüsusi qoruq olduğunu, burada zeytun yığmağa icazə olmadığını demiş, həmin şəxslər ondan kim olduğunu, vəsiqəsi varsa təqdim etməsini xahiş etmişlər, yəni bu ana kimi aralarında heç bir narazılıq olmamışdır. O, bu şəxslərin sualına cavab olaraq bildirmişdir ki, heç bir vəsiqəsi yoxdur, sadəcə şirkətin işçisi olduğunu bildirmiş və onlardan sahəni tərk etmələrini dedikdə sonuncular sahəni tərk etmədikləri üçün bu şəxsləri sahədən çıxarmaq üçün atası Şahid3 və sahə rəisi olan əmisi Zərərçəkmiş şəxs1 zəng etmiş, atası polisə xəbər verəcəyini, əmisi isə özü gəlib kənar şəxsləri çıxaracağını demiş, əmisi Bağır və şirkətin fəhləsi Fəhrad gəldikdə isə Kənan və Ramilin əllərindən sonuncuların yığdıqları içində zeytun olan torbanı almaq istədikdə dava-dalaş başlamış, Kənan əmisi Bağıra taxta dəyənəklə xəsarət yetirmiş, o isə Ramillə əlbəyaxa odduğu və Ramili yerə yıxıb üstündə olduğu zaman Kənan ona da taxta dəyənəklə zərbələr endirmişdir. Bu zaman yoldan keçən şəxslər onları aralaşdırmış, sonra isə polis gəlib hamısını bölməyə aparmışdır. Məhkəmə hesab edir ki, məhkəmədə Təqsirləndirilən şəxs1 xuliqanlıq, yəni bir qrup şəxs halında təkrar olaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi, bundan başqa xuliqanlıq niyyəti ilə xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürməsi, yəni digər şəxsi qəsdən öldürməsi sübuta yetirilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 xuliqanlıq, yəni bir qrup şəxs halında təkrar olaraq ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi sübuta yetirilməmişdir. Belə ki, Kənan və Təqsirləndirilən şəxs2 hasarlanmamış və zeytun yığılmasını qadağan edən, lövhəsi olmayan sahəyə gəlib ev üçün bir selofan torbaya zeytun yığmaqla hər hansı bir cinayət hərəkəti törətməmiş, onları fiziki zor tətbiq etməklə yığdıqları zeytunun əllərindən zorla alaraq sahədən çıxarmağa cəhd edən Bağır və Zərərçəkmiş şəxs2lərin bu hərəkətləri törətməyə səlahiyyəti olmasını göstərən nə xüsusi geyim, nə də ki, xüsusi xidməti vəsiqəsi olmamış, Təqsirləndirilən şəxs1 müəyyən edilmiş xəsarətlər, yəni başın təpə nahiyyəsində, sol əlin İV barmağının dırnaq falanqasının arxa səthinin, sol və sağ kürəküstü nahiyyəsinin, sol budun yuxarı 1/3-nin bayır səthinin, sağ baldırın qançırları ilk olaraq Zərərçəkmiş şəxs1 tərəfindən yetirilmiş, çünki Zərərçəkmiş şəxs1 başından aldığı xəsarətdən sonra Təqsirləndirilən şəxs1 bu xəsarətləri yetirmək iqtidarında olmamışdır. Bunu hadisəni görən və iştirakçıları olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Şahid2, Zərərçəkmiş şəxs2 və Şahid1 da təsdiq etmişlər ki, Zərərçəkmiş şəxs1 başından aldığı xəsarətdən sonra kənara çəkilmiş və bununla onun Təqsirləndirilən şəxs1lə davası bitmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 qardaşı Ramilin üstündə oturan Filman tərəfindən döyüldüyünü görərək əlindəki taxta parçası ilə sonuncuya xəsarətlər yetirməsi də xuliqanlıq kimi qiymətləndirilə bilməz. Zərərçəkmiş şəxs1 sahə rəisi, Zərərçəkmiş şəxs2 isə mühasib işlədikləri şirkətdə mühafizə və yaxud mühafizəçi funksiyalarını daşımamış, onların səlahiyyətləri və ərazinin mülkiyyətçisi bilinməyən halda fiziki zor tətbiq etməklə kənar şəxslər hesab etdikləri Kənan və Təqsirləndirilən şəxs2ləri bu şəkildə ərazidən uzaqlaşdırmaqları xidməti vəzifə və yaxud ictimai borcu yerinə yetirmək kimi qiymətləndirilə bilməz, əksinə Bağır və Zərərçəkmiş şəxs2lər özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən mühüm ziyan vuran hərəkətləri özbaşına törətmişlər. Bu yanaşma Təqsirləndirilən şəxs2 də hərəkətlərinə aiddir. Belə ki, məhkəmədə onun Təqsirləndirilən şəxs1lə əlbir olmaqla bir qrup halında Zərərçəkmiş şəxs1 xəsarət yetirməsi, döyməsi müəyən edilməmişdir, bu haqda möhtəbər sübutlar əldə edilməmişdir, həmçinin onun xuliqanlıq etməklə ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs2 müqavimət göstərməsi də sübuta yetirilməmişdir. Əksinə hadisə zamanı Zərərçəkmiş şəxs2 onu yerə yıxıb üstündə oturaraq xəsarətlər, yəni sol gicgah nahiyyəsi təpə nahiyyəsinin sağ yan səthinin, sol və sağ kürəküstü nahiyyələrinin, sol kürəkaltı nahiyyəsinin qançırları, sağ kürəkaltı nahiyyənin sıyrığı kimi xəsarətlər yetirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 hərəkətləri faktiki nəticələrinə uyğun olaraq silah qismində istifadə olunan əşyadan istifadə etməklə Zərərçəkmiş şəxs1 qəsdən öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə və Zərərçəkmiş şəxs2 sağlamlığa yüngül zərər vurma kimi, yəni Azərbaycan Respublikası CM-nin 120.1 və 128-ci maddələri ilə tövsif edilməli, digər Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilməlidir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Akif oğlu 28.09.2019-cu il tarixdə saat 11:30 radələrində qardaşı Təqsirləndirilən şəxs2lə birlikdə tanışları Şahid2 idarə etdiyi avtomaşınla Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsindən Zığ şossesinə düşən Zeytun küçəsinin sağ tərəfində yerləşən hasarı, mülkiyyətçisini bildirən və zeytunun yığılmasını qadağan olmasını bildirən məlumat lövhələrin olmadığı, avtomobil yolunun kənarında zeytun ağacları olan əraziyə gələrək ev üçün zeytun yığmağa başlamış, onları həmin ərazidə görən xüsusi geyimi və xidməti vəsiqəsi olmayan, mühafizəçi funksiyalarını daşımayan "xxxx" MMC-nin mühasibi olan Zərərçəkmiş şəxs2 ondan və qardaşı Ramildən həmin ərazidə zeytun yığmağın qadağan olmasının, onların ərazini tərk etməsi tələbinə razı olmadıqlarını görərək "xxxx" MMC-də Zeytun bağlarının müdiri olan Şahid3 zəng edib məlumat vermiş, sonuncunun tapşırığı ilə "xxxx" MMC-nin digər işçilərini Kənan və Təqsirləndirilən şəxs2ləri ərazidən çıxarmaq üçün telefon vasitəsi ilə köməyə çağırmış, bundan bir neçə dəqiqə sonra onların olduğu yerə yaxınlaşan mühafizəçi funksiyalarını daşımayan, vəsiqələri və xüsusi geyimləri olmayan "xxxx" MMC-də briqadir vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 və həmin MMC-nin fəhləsi olan Şahid1 Bayramqulu oğlunun Kənan və Təqsirləndirilən şəxs2 ərazinin xüsusi qoruq olduğunu, yığdıqları, içində az miqdarda zeytun olan selofan torbanı təhvil vermələri tələblərinə razı olmayan Təqsirləndirilən şəxs1 üzərinə gedən Zərərçəkmiş şəxs1 əlində olan taxta dəyənəyi ilə Təqsirləndirilən şəxs1 başın təpə nahiyyəsinin, sol əlin İV barmağını dırnaq falanqasının arxa səthinin, sol və sağ kürəküstü nahiyənin, sol budun yuxarı 1/3-nin bayır səthinin və sağ baldırın qançırları növündə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməyən zədələr yetirdiyindən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1lə əlbəyaxa olaraq ondan taxta dəyənəyi ala bilərək sonuncuya həmin taxta dəyənəyi ilə zərbə vuraraq baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma ilə müşaiyət olunan baş beyin əzilməsi və ödemi, başın təpə nahiyəsinin əzilmiş yarası, sağ gicgah-təpə nahiyəsinin sağda yuxarı ənsə nahiyəsinin qançırları kimi sağlamlığa ağır zərər vurmanın əlamətinə malik olan və sağ diz oynağı nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirdikdən sonra Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 aralanaraq kənara çəkilmiş, Təqsirləndirilən şəxs1 isə 5-6 metr ondan aralıda Zərərçəkmiş şəxs2 qardaşı Təqsirləndirilən şəxs2 yerə yıxıb üstündə oturaraq döydüyünü görərək qardaşı Təqsirləndirilən şəxs2 kömək etmək məqsədilə Zərərçəkmiş şəxs2 yaxınlaşıb əlində olan taxta dəyənəyi ilə sonuncuya başın ənsə nahiyəsinin yumşaq toxumasının hematoması kimi sağlamlığa yüngül zərər vurmaya aid, habelə sağlamlığa zərər vurmayan digər xəsarətlər yetirmiş, həmin gün saat 11:45-də hadisə yerinə Şahid2 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə etdiyi zəngə əsasən gələn Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin PPXB-nin əməkdaşları tərəfindən dalaşmaya son qoyulmuş, münaqişənin iştirakçıları Kənan və Təqsirləndirilən şəxs2lər, Bağır və Zərərçəkmiş şəxs2lər 35-ci PB-nə gətirilmiş, orada Zərərçəkmiş şəxs1 səhhəti pisləşdiyi üçün PB-nə çağırılmış təcili tibbi yardım maşını ilə Zərərçəkmiş şəxs1 Bakı şəhəri 3 saylı Klinik xəstəxanasına aparılmış və orada Təqsirləndirilən şəxs1 ona yetirdiyi xəsarətlərin təsirindən saat 13:10-da keçinmişdir. Həmçinin məhkəmədə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 28.09.2019-cu il tarixdə saat 11:30 radələrində qardaşı Təqsirləndirilən şəxs1 oğlu ilə birlikdə tanışları Şahid2 idarə etdiyi avtomaşınla Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsindən Zığ şossesinə düşən Zeytun küçəsinin sağ tərəfində yerləşən hasarı, mülkiyyətçisini və zeytunun yığılmasını qadağan olunmasını bildirən məlumat lövhələrin olmadığı, avtomobil yolunun kənarında zeytun ağacları olan əraziyə gələrək ev üçün zeytun yığmağ başlamış, onları həmin ərazidə görən xüsusi geymi və xidməti vəsiqəsi olmayan, mühafizəçi funksiyalarını daşımayan "xxxx" MMC-nin mühasibi olan Zərərçəkmiş şəxs2 ondan və qardaşı Kənandan həmin ərazidə zeytun yığmağın qadağan olmasının, onların ərazini tərk etməsi tələbinə razı olmadıqlarını görərək "xxxx" MMC-də zeytun bağlarının müdiri olan Şahid3 zəng edib məlumat mlumat vermiş, sonuncunun tapşırığı ilə "xxxx" MMCnin digər işçilərini Kənan və Təqsirləndirilən şəxs2ləri ərazidən çıxarmaq üçün telefon vasitəsilə köməyə çağırmış, bundan bir neçə dəqiqə sonra onların olduğu yerə yaxınlaşan mühafizəçi funksyalarını daşımayan, vəsiqələri və xüsusi geyimləri olmayan "xxxx" MMC-də briqadir vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 və həmin MMC-nin fəhləsi olan Şahid1 Kənan və Təqsirləndirilən şəxs2 ərazinin xüsusi qoruq olduğunu, yığdıqları, içində az miqdarda zeytun olan selofan torbanı təfil vermələri tələblərinə qardaşı və o razı olmadıqda Zərərçəkmiş şəxs1 qardaşı Təqsirləndirilən şəxs1 üzərinə əlindəki taxta dəyənəklə gedərək əlbəyaxa olmuş, Zərərçəkmiş şəxs2 isə onunla əlbəyaxa olaraq onu yerə yıxıb üstünə oturub vuraraq ona sol gicgah nahiyyəsinin, təpə nahiyyəsinin sağ yan səthinin, sol və sağ kürəküstü nahiyyəsinin, sağ kürəküstü nahiyyəsinin, sol kürəkaltı nahiyənin qançırları, sağ kürəkaltı nahiyənin sıyırığı kimi sağlamlığa zərər vurmayan və dərəcələri təyin edilməyən xəsarətləri yetirdikdən sonra köməyinə gələn qardaşı Təqsirləndirilən şəxs1lə birlikdə, o cümlədən qardaşının istifadə etdiyi taxta dəyənəklə Zərərçəkmiş şəxs2 başın ənsə nahiyyəsinin yumşaq toxumasının hematoması kimi sağlamlığa yüngül zərər vurmaya aid, habelə sağlamlığa zərər vurmayan olduğundan dərəcələri təyin edilməyən sol kürək arası nahiyəsinin, sağ kürək nahiyəsinin, sağ bazunun orta-aşağı 1/3-nin ön səthinin və sağ saidin yuxarı 1/3-nin ön səthinin, xətt şəkilli sıyrıqları kimi xəsarətlər yetirmişdir. Bundan sonra Şahid2 dava-dalaş barəsində Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə verdiyi məlumatla əlaqədar hadisə yerinə gələn Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin PPXB-nin əməkdaşları dava-dalaşı dayandırıb, münaqişənin iştirakçıları olan Kənan və Təqsirləndirilən şəxs2ləri, Bağır və Zərərçəkmiş şəxs2ləri 35-ci PB-nə gətirmişlər. Cinayət işi üzrə tam sübüta yetirilmişdir ki, Təqsirləndirilən şəxs1 hadisə zamanı əldə etdiyi taxta dəyənək ilə Zərərçəkmiş şəxs1 həyat üçün mühüm orqana – başına zərbə yetirməklə sonuncunu qəsdən öldürmüş, hadisə vaxtı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 aldığı və sağlamlığına zərər vurmayan xəsarətlərin sonuncunun ölümünə səbəb olmuş, xəsarətlərin yetirilməsi üçün əsas olmamışdır, onun Zərərçəkmiş şəxs1 yetirdiyi xəsarətlər, dərəcəsinə və ağırlığına görə özünün aldığı xəsarətlərə uyğun olmamışdır. Bununla belə məhkəmə hesab edir ki, məhz zərərçəkmiş şəxslərin təşəbbüsü ilə başlayan dava-dalaş, ilkin olaraq Kənan və Təqsirləndirilən şəxs2lərin zərərçəkmiş şəxslər tərəfindən fiziki zora məruz qalmaları, hadisə baş verdiyi ərazinin "xxxx" MMC-yə məxsus olmasını sübuta yetirən heç bir rəsmi sənədin olmaması, bu MMC-nin əməkdaşlarının ərazidən kənar şəxslər hesab etdikləri Kənan və Təqsirləndirilən şəxs2lərin çıxarılması xidməti və ya ictimai vəzifə kimi qiymətləndirilə bilməz, Təqsirləndirilən şəxs1 əməli CM-nin 120.2.2-ci maddəsi ilə, yəni xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə kimi, CM-nin 120.2.3-cü maddəsi ilə, yəni zərərçəkmiş şəxsin xidməti vəzifələrini yerinə yetirilməsi ilə əlaqədar qəsdən öldürməsi və CM-nin 221.3-cü maddəsi ilə, yəni CM-nin 221.1 və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq törətməsi kimi tövsif edilə bilməz, həmçinin Kənan və Təqsirləndirilən şəxs2lərin Zərərçəkmiş şəxs2 qarşılıqlı dava-dalaş zamanı, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 aldığı xəsarətlərdən sonra sonuncuya qəsdən sağlamlığına yüngül zərər vurmaları CM-nin 221.2.1ci maddəsi ilə, yəni bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq kimi və CM-nin 221.2.2-ci maddəsi ilə, yəni ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı törədilən xuliqanlıq kimi tövsif edilə bilməz, Təqsirləndirilən şəxs1 əməlləri CM-nin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) və 128-ci maddəsi ilə (qəsdən sağlamlığa yüngül zərər vurma) tövsif edilməli, Təqsirləndirilən şəxs2 əməli isə CM-nin 128-ci maddəsi ilə, yəni qəsdən sağlamlığa yüngül zəərər vurma kimi tövsif edilməli və hər iki şəxsə təqsirli olduqları maddələrin sanksiyalarında nəzərdə tutulan cəzalar təyin edilməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, dalaşma və ya münaqişə zəminində qəsdən adam öldürmənin xuliqanlıq niyyətilə qətlə yetirmədən fərqləndirilməsi iki istiqamətdə həyata keçirilir. Əgər dalaşma və ya münaqişənin təşəbbüskarı zərərçəkmiş şəxslərdirsə və dalaşmaya onun əxlaqa və hüquqa zidd davranışı səbəb olmuşdursa, təqsiqrkarın həmin şəxsi qətlə yetirməsi CM-nin 120.2.2-ci maddəsi ilə deyil, 120.1-ci maddəsi ilə tösif edilməlidir. Əgər dalaşma və ya münaqişə təqsirkarın cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik göstərməsi ilə müşayiət olunan əxlaqa və ya hüquqa zidd davranışı ilə başlamışdırsa, təqsirkar zərərçəkmiş şəxsi öz təşəbbüsü ilə münaqişəyə çəkmişdirsə, onun əməli xuliqanlıq niyyəti ilə adam öldürmə kimi tövsif edilməlidir. Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı, ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmə, belə zor tətbiqi ilə hədələmə, özgə əmlakını məhv etmə, yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci və 221-ci maddələri ilə cinayətlərin məcmusu qaydasında tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının 7-ci bəndində qeyd olunur ki, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını qəsdən öldürmə (CM-nin 120.2.3cü maddəsi) cinayətinin yüksək ictimai təhlükəliliyi onda ifadə olunur ki, təqsirkar zərərçəkmiş şəxsi hər hansı digər motivlərlə deyil, məhz xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə, yaxud belə fəaliyyətə görə qisas almaq niyyəti ilə qətlə yetirir. Hazırki cinayət işi üzrə aparılan istintaq zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 sahə rəisi kimi vəzifəsi ərazinin mühafizəsini təmin etmək olmamış, funksyaları əmək müqaviləsində göstərilən inzibati-təsərrüfat öhdəliklərindən ibarət olmuşdur. Həmçinin Zərərçəkmiş şəxs2 vəzifəsi mühasib olmaqla, işi yalnız maliyyə fəaliyyəti ilə bağlı olmuşdur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CMnin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nın 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 120.1-ci maddəsi xüsusi ilə ağır cinayət əməlinə, CM-nin 128-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən cinayət əməlinə aiddir, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmiş əməli isə böyük ictimai təhlükə törətməyən cinayət əməllərinə aiddir. Eyni zamanda məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, cəzasının əvvəli isə 28.09.2019-cu il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə onun ibtidai istintaq zamanı həbsdə olduğu 28.09.2019-cu il tarixdən 28.07.2020-ci il tarixədək olan -10 ay müddəti hesaba almalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai rayon prokurorluğunun maddi sübütlar otağında saxlanılan Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş göy rəngli yun materialdan gödəkcə, tünd göy rəngli qısaqol köynək, tünd göy rəngli cins şalvar həyat yoldaşı Dilşad Piriyevaya, Təqsirləndirilən şəxs2 əynində olmuş tünd göy rəngli qısaqol köynək; Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş qara rəngli qısaqol köynək, qara rəngli cins şalvar; Şahid2 hadisə zamanı əynində olan qısaqol köynək və göy rəngli cins şalvar sahiblərinə, Təqsirləndirilən şəxs1 hadisə zamanı əynində olmuş boz rəngli qısaqol köynək, ağ mayka və tünd göy rəngli idman şalvarı atası X18 qaytarılmalı, hadisə yerindən götürülmüş 01 ədəd ağac dəyənək məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 354, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə,
hökm etdi:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 120.1 və 128-ci maddələri ilə təqsirli bilinməklə CM-nin 120.1-ci maddəsi ilə 11 (on bir) il 06 (altı) ay müddətinə, CM-nin 128-cü maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs1 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 28 sentyabr 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 28.09.2019-cu il tarixdən 28.07.2020-ci il tarixədək 10 ay müddətində həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs2 cəzasını çəkmiş hesab olunsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilək, barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam alma” qətimkan tədbiri seçilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai rayon prokurorluğunun maddi sübütlar otağında saxlanılan Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş göy rəngli yun materialdan gödəkcə, tünd göy rəngli qısaqol köynək, tünd göy rəngli cins şalvar həyat yoldaşı Dilşad Piriyevaya; Təqsirləndirilən şəxs2 əynində olmuş tünd göy rəngli qısaqol köynək; Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş qara rəngli qısaqol köynək, qara rəngli cins şalvar, Şahid2 hadisə zamanı əynində olan qısaqol köynək və göy rəngli cins şalvar sahiblərinə, Təqsirləndirilən şəxs1 hadisə zamanı əynində olmuş boz rəngli qısaqol köynək, ağ mayka və tünd göy rəngli idman şalvarı atası X18 qaytarılsın, hadisə yerindən götürülmüş 01 ədəd ağac dəyənək məhv edilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.