Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-650/2023 01.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X4-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Yusif Allahverdiyev və partnyorları “Vəkil bürosünün vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1989-cu ildə Ağdaş rayonu, Qolqəti kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Nərimanov rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il, 09 ay, 22 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkməmiş, məhkumluğu olan, Ağdaş rayonu, Qolqəti kəndində pasport qeydiyyatında olub, Bakı şəhərində müxətəlif ünvanlarda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilib hazırda Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcrixdanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 26 avqust 2022-ci il tarixdə, saat 10:00 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 işlətdiyi ərzaq mağazasına müştəri qismində daxil olub vitrində satış üçün qoyulmuş bir ədədinin dəyəri 1 (bir) manat olan 10 (on) manat dəyərində 10 ədəd “Bizon” markalı enerji içkilərini götürüb mağazanı tərk edərkən onun bu hərəkətini aşkar edən satıcı Zərərçəkmiş şəxs3 Həmzağa qızının ona yaxınlaşaraq enerji içkilərinin pulunu ödəməsini tələb etməsinə əhəmiyyət verməyib əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirmək və götürdüyü əmlakı özündə saxlamaq məqsədilə əlini cibinə salaraq silah qismində istifadə eldiyi bıçağa bənzər alətin tiyəsini ona nümayiş etdirməklə sonuncuya yaxınlaşacağı halda həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs1 10 manat məbləğində maddi ziyan vurub quldurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə 27 avqust 2022-ci il tarixdə, saat 00:10 radələrində «Araz» supermakretlər şəbəkəsinin ünvan 3 ünvanda yerləşən mağazasına müştəri qismində daxil olub vitrində satış üçün qoyulmuş birinin dəyəri 9 manat 50 qəpik olan, ümumilikdə 47 manat 50 qəpik məbləğində 5 ədəd 400 ml həcmli “H&S” markalı şampunu, birinin dəyəri 5 manat 50 qəpik təşkil edən, ümumilikdə 27 manat 50 qəpik məbləğində 5 ədəd 200 ml “H&S” markalı şampunu və birinin dəyəri 5 manat təşkil edən, ümumilikdə 10 manat məbləğində 2 ədəd “Garnier” markalı dezodarantı sellofan torbaya yığdıqdan sonra kassada ödəniş etmədən mağazanı tərk etmək istərkən mağazanın qarşısında dayanan və əvvəlcədən onun hərəkətlərini müşahidə edən inzibatçı Zərərçəkmiş şəxs2 onun qarşısını kəsərək götürdüyü əşyaların pulunu ödəməsini tələb etməsinə əhəmiyyət verməyib əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirmək və götürdüyü əmlakı özündə saxlamaq məqsədilə əvvəlcədən hər hansı maneə ilə rastlaşacağı təqdirdə həmin maneəni dəf etmək üçün əlində saxladığı silah qismində istifadə etdiyi “rezak”ı, yəni kəsici aləti nümayiş etdirməklə tətbiq edib sonuncuya ona yaxınlaşacağı halda həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib həmin kəsici alətlə Zərərçəkmiş şəxs2 sol əlinin birinci barmağının piqmentasiya sahəsinə dərəcəsi təyin olunmayan xəsarət yetirərək hadisə yerindən qaçıb uzaqlaşmaqla zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs4 MMC-yə ümumilikdə 85 (səksən beş) manat məbləğində maddi ziyan vuraraq quldurluq etmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib ifadələrində göstərdi ki, o, birinci girdiyi məhəllədəki adsız marketə oğurluq məqsədilə girmişdir. O, quldurluq etməmişdir, oğurluq etmişdir. “Bizon” içkilərini götürüb dükandan çıxmışdır. Ona marketdən çıxanda onun arxasınca bir kişi yaxınlaşdı. Həmin kişi ilə arasında məsafə olub. O, heç kimə xəsarət yetirməmişdir. O, içkiləri götürəndə marketdə kassanın arxasında bir nəfər qadın var idi. Yaxınlaşıb xanımdan sellofan götürmüşdür. Sonra sellofana “bizon” içkilərini yığmışdır. Sonra da marketdən çıxanda gözləyirdi ki, kassaya yaxınlaşıb, götürdüyü əşyaların pulunu ödəsin, lakin marketin qapısından çıxıb iti adımlarla getmişdir. Onun arxasınca bir oğlan qışqırdı ki, “haraya gedirsən?” O da həmin oğlana, “ehtiyacım var ona görə “bizon” içkilərini götürmüşəm, üstümə gəlmə” demişdir. O, “üstümə gəlmə” sözünü hədə-qorxu gəlmək üçün deməmişdir. Onun üzərimdə həmin oğlana hədə-qorxu gələcək heç bir vasitə, alət olmayıb. O, dəfələrlə məhkum olunmuşdur. Əvvəllər 234.1-ci maddə ilə, sonra isə 221-ci maddə ilə məhkum olunmuşdur. “Araz” supermarketində səhv etmirsə, iki-üç nəfər var idi. O, marketə girib şampun və onun kimi bir neçə əşyanı sellofana yığmışdır. O, marketdən çıxanda “Araz” marketin işçisi ona yaxınlaşıb “haraya gedirsən” dedi. O da ona “ehtiyacım var, ona görə bu əşyaları götürmüşəm” demişdir. Həmin vaxtda onun əlində rezak olub. O, sellofan, plastmas yığır, işi ilə əlaqədar olaraq rezakı özü ilə götürmüşdür. Mağazaya gedəndə rezakı əlində saxlamağının səbəbini bilmir. “Araz” marketin işçisi ilə aralarında məsafə olub. O, ona xəsarət yetirməmişdir. O, əlində rezakı nümayiş etdirməmişdir. O, məhəllədəki adsız marketə daxil olanda onun əlində, üstündə heç bir kəsici-deşici alət olmayıb. Heç kimə kəsici-deşici alətlə nümayişkarcasına hədə-qorxu gəlməmişdir. “Üstümə gəlmə” sözünü həmin andakı psixoloji vəziyyətlə əlaqədar demişdir. Bunu hədə-qorxu gəlmək üçün deməmişdir. O, “Araz” supermarketinə daxil olanda əlində rezak olmayıb, çıxanda rezakı “Araz” marketdən götürmüşdür. O, heç kimə zərər yetirməmişdir, heç kimə hədə-qorxu gəlməmişdir. Etdiyi soyğunçuluğu boynuna alır, lakin o, heç kimə xəsarət yetirməmişdir. Heç kimə heç bir vasitə ilə xəsarət yetirməmişdir. Hədə-qorxu gəlməmişdir. Mağazadan götürdüyü içkiləri satıb, ehtiyacı olan şeyləri almaq üçün götürmüşdür. Şampunları da eyni məqsədlə götürmüşdür. Öz işi ilə əlaqədar olaraq rezakı götürmüşdür. Törətdiyi əməllərdən peşmandır. Özünə böhtan atmır, özünə qarşı yalan ifadə vermir. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadələrində göstərdi ki, Ağdaş rayonu, Qoqəti kəndində pasport qeydiyyatında olmaqla Bakı şəhərinin müxtəlif yerlərində günlük evlərdə kirayədə yaşayır. Heç bir ruhi əsəb dispanserində qeydiyyatda deyil. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətində azadlığın məhdudlaşdırılması cəzası ilə məhkum olunub. Cəzasını çəkməyib. Qeyri-rəsmi ailəlidir və həmin münasibətdən bir azyaşlı qız övladı var. Ağdaş rayonundan Bakı şəhərinə gəlib metal qəbulu işi ilə məşğul oluşdur. Son zamanlar işləri olmadığından maddi sıxıntı keçirmişdir. Bu səbəbdən oğurluq etmək qərarına gəlmişdir. 26 avqust 2022-ci il tarixdə, təxminən saat 10:00 radələrində o, Nəsimi rayonu, C.Səlimov küçəsi 7 ünvanında yerləşən adsız marketə giriş qapısından daxil olub həmin mağazadan sellofan torba götürərək 10 ədəd bizon enerji içkilərini sellofana yığıb mağazaya heç bir ödəniş etmədən giriş qapısından bayıra çıxmışdır. Mağazanın qarşısında olarkən mağazanın içərisindən bir qadın və bir kişi çıxıb arxadan onu səsləyərək əlində olan əşyaların pulunu hansı səbəbdən vermədiyini soruşub və həmin əşyaları geri qaytarmağı tələb etdilər. O isə pulu olmadığını və pula ehtiyacı olduğunu bildirib getmək istərkən sonra həmin şəxslər ondan oğurladığı əşyaları geri qaytarmağını tələb etdilər. O da qadına ona yaxınlaşacağı təqdirdə onu vuracağını bildirib sonra da iti addımlarla oradan uzaqlaşmışdır. Mağazadan ələ keçirdiyi 10 ədəd bizon enerji içkisini tanımadığı şəxslərə 10 manata satıb əldə etdiyi puldan özünə yemək almışdır. 27 avqust 2022-ci il tarixdə, saat təxminən 00:10 radələrində Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən “Araz” marketin qarşısından keçən zaman pulu olmadığı üçün yenidən oğurluq etmək qərarına gəlib, mağazanın girişindən mağazaya daxil olub vitrinə düzülmüş 5 ədəd H&D şampun və 2 ədəd saç lakını götürərək sellofana yığıb kassaya yaxınlaşaraq ödəniş etmədən oradan çıxmaq istəyərkən mağazanın işçilərindən biri onun qabağını kəsərək ondan haraya getdiyini soruşaraq onun əlindəki sellofanı ondan almaq istədi. O da əlində tutduğu rezakla ona yaxın gəlməməsini, yaxın gələcəyi halda onu rezakla vuracağını bildirdiyini, bundan sonra mağazanın işçisi qorxaraq geri çəkildi. O da qaçaraq oradan uzaqlaşmış və ələ keçirdiyi 5 ədəd H&D şampunu və 2 ədəd saç lakını tanımadığı şəxsə 15 manata sataraq özünə ərzaq məhsulları almışdır. Bundan sonra istifadə etdiyi rezakı hazırda xatırlamadığı zibil qutusuna tullamışdır. Bundan sonra etdiyi cinayətlərə görə həbs olunacağını bildiyindən könüllü olaraq polisə təslim olmuşdur. Zərərçəkmiş şəxs1 ifadələrində göstərdi ki, on ildir ki, fərdi sahibkar kimi Nəsimi rayonu, C.Səlimov küçəsi 7 ünvanında yerləşən adsız marketi işlədir. Mağazanın Zərərçəkmiş şəxs3 adlı qadın işçisi vardır. 26 avqust 2022-ci il tarixdə, saat 10:00 radələrində Rəna onun mobil telefonuna zəng edərək bir qədər əvvəl bir nəfər tanımadığı şəxsin mağazaya müştəri qismində daxil olub ondan bir ədəd sellofan torba istədiyini, həmin sellofana 10 ədəd 500 ml Bizon enerji içkilərini yığdığını və heç bir ödəniş etmədən mağazanı tərk etdiyini, özünün və digər müştərisi ilə birlikdə onun arxasınca çölə çıxaraq ona mağazaya ödəniş etmədiyini bildirdikdə həmin şəxs işçiyə "yaxın gəlmə, səni vuraram” deməsini, işçinin bundan sonra ondan qorxaraq mağazaya qayıtmasını bildirdi. O da hadisə barədə DİN- nin 102 xidmətinə zəng vuraraq məlum hadisə barədə məlumat verib yaşadığı evdən çıxaraq işlətdiyi mağazaya gəlib baş vermiş hadisə haqqında daha geniş məlumat alaraq Nəsimi RPİ-nin 20-ci PB-nə ərizə ilə müraciət etmişdir. Ona dəymiş zərər ödənilməmişdir. Zərərçəkmiş şəxs X6 ifadələrində göstərdi ki, o, “Araz” marketlər şəbəkəsinin Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən “Araz” marketdə inzibatçı vəzifəsində çalışır. Mağazanın 24 saat fəaliyyət göstərir. 27 avqust 2022-ci il tarixdə, saat 00:10 radələrində işlədiyi mağazada olarkən mühafizəçi ona radiorabitə vasitəsi ilə bir nəfər şübhəli şəxsin mağazaya daxil olmasını və vitrində olan əşyaları əlindəki sellofan torbaya yığdığını bildirdi. O da bundan sonra mühafizə işçisi ilə birlikdə mağazanın qapısında dayanmışdır. Həmin şəxs əşyaları əlindəki sellofana yığdıqdan sonra kassaya yaxınlaşmayaraq birbaşa mağazanın çıxışına yaxınlaşdıqda mağazanın mühafizəçisi ona “haraya gedirsən?” deyə şoruşdu. Həmin şəxs mühafizəçiyə “yaxın gəlmə” dedikdən sonra onun oğurluq etməsini bilib əlini ağ rəngli sellofana atıb ondan ələ keçirdiyi əşyaları geri qaytarmasını tələb etdi. Həmin şəxs, yəni məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs digər əlində tutduğu rezakla onun sol baş barmağına xəsarət yetirdi. Bundan sonra o, qorxaraq geri çəkilmişdir. Vüqar isə iti addımlarla əlindəki sellofan torba ilə birlikdə oradan getdi. Onlar da təhlükəsizlik kameralarına baxıb həmin şəxsin 5 ədəd H&D şampunu və 2 ədəd saç lakı dezodarantını oğurlayaraq mağazaya ümumillikdə 59 manat ziyan vurduğunu müəyyən etmişlər. Bundan sonra DİN-nin 102 xidmətinə məlumat vermişlər. Mağazaya dəyən zərər ödənilməmişdir. Təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs3 Həmzağa qızı ifadələrində göstərdi ki, 2018-ci ildən Nəsimi rayonu, C.Səlimov küçəsi 7 ünvanında yerləşən ərzaq mağazasında satıcı işləyir. Mağaza hər gün saat 09:30-dan axşam saat 21:00 kimi fəaliyyət göstərir. Mağazanın sahibi Zərərçəkmiş şəxs1dur. 26 avqust 2022-ci il tarixdə, saat 09:30 radələrində mağazanı açmışdır. Təxminən yarım saat sonra, saat 10:00 radələrində mağazaya müştəri qismində məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs daxil oldu. Vüqar bir ədəd boş sellofan istədi. O da ona sellofan torbanı vermişdir. Vüqar da 10 ədəd 500 ml “Bizon” enerji içkilərini sellofana yığdı. Mağazada həmin vaxt tanımadığı başqa müştəri də var idi. Vüqar isə 10 ədəd 500 ml “Bizon” enerji içkilərinin pulunu verməyib mağazanı tərk etdi. O da Vüqarın arxasınca çıxıb arxadan onu səsləyərək mağazaya ödəniş etməli olduğunu və əks halda isə mağazadan götürdüyü əşyaları geri qaytarmalı olduğunu demişdir. Vüqar isə əlini cibinə salaraq ona cibindəki bıçaqla onu vuracağını bildirərək onun arxasınca gəlməməyi dedi. O da Vüqarın cibindən çıxardığı bıçağın uc hissəsini görərək qorxusundan geri çəkilmişdir. Həmin vaxt mağazada olan digər tanımadığı müştəri də bu hadisəyə şahid oldu. Həmin müştəri də mağazadan oğurluq olmasını görüb onunla mağazanın qarşısına çıxaraq ona köməklik etmək üçün oğurluq edən şəxsi səslədi. Özünün qorxaraq geri çəkildikdən sonra baş verən hadisə barədə mağazanın sahibi Zərərçəkmiş şəxs1 telefonla məlumat vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 polisə məlumat vermiş və polis əməkdaşları da mağazaya gəldilər. Zərərçəkmiş şəxs hüquqi şəxs Zərərçəkmiş şəxs4 MMC-nin müvəkkil edilmiş nümayəndəsi Nümayəndə ifadələrində göstərdi ki, şirkətin mağazalarından biri ünvan 4erləşir. Həmin mağaza 24 saat fəaliyyət göstərir. Həmin mağazanın rəhbəri Şahiddır. Mağazada işçilərdən başqa mühafizəçilər də xidmət aparır. 27 avqust 2022-ci il tarixdə, saat 00.30 radələrində mağazanın inzibatçısı Müşviq adlı əməkdaş növbədə olan zaman ona bir nəfər tanımadığı şəxsin mağazaya müştəri qismində daxil olduğunu, Müşviqin həmin şəxsin hərəkətlərindən şübhələndiyi üçün ona nəzarət etdiyini, həmin şəxs boş sellofana 5 ədəd 400 ML və üstündə 5 ədəd 200 ML hədiyyəli H&D markalı şampunu və 2 ədəd 150 ML Garnieer markalı tər əleyhinə dezodorant yığaraq heç bir ödəniş etmədən mağazanı tərk etmək istəyərkən ona yaxınlaşaraq müdaxilə etməsinə baxmayaraq həmin şəxs əlində tutduğu rezakla Müşviqi qorxutduğunu, ona yaxın gələcəyi halda onu vuracağını bildirdiyini, Müşviqin həmin şəxsdən əlindəki sellofan torbanı almaq istəyərkən əlində tutduğu rezakı silah qismində istifadə edərək Müşviqin sağ əlinə xəsarət yetirmişdir. Bundan sonra Müşviq əlini sellofandan geriyə çəkmişdir. Həmin şəxs də əlindəki sellofan torba ilə birlikdə hadisə yerindən uzaqlaşmışdır. Müşviq də bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. O, hadisəni görməmişdir. Bu hadisə barədə məlumat ona həmin mağazanın sahibi Şahid tərəfindən təxminən bir gün sonra verilmişdir. Şahid ifadələrində göstərdi ki, yuxarıda qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. 5 ildir ki, ünvan 4erləşən "xxxx" MMC-nin rəhbəri olaraq hüquqi şəxs kimi fəaliyyət göstərir. Mağaza 24 saat fəaliyyət göstərir. İşinin mahiyyətinin mağazaya rəhbərlik etməkdən İbarət olduğunu, 27 avqust 2022-ci il tarixdə, saat 00.30 radələrində mağazanın işçisi olan Müşviq adlı əməkdaşın onun mobil telefonuna zəng edərək bir qədər əvvəl bir nəfər tanımadığı şəxsin mağazaya müştəri qismində daxil olmasını, əlində olan sellofana 5 ədəd 400 ML və üstündə 5 ədəd 200 ML hədiyyəli H&D markalı şampun və 2 ədəd 150 ML Garnieer markalı tər əleyhinə dezodorant yığdığını və heç bir ödəniş etmədən mağazanı tərk etdiyini, mağazanı tərk edən zaman ona müdaxilə etməsinə baxmayaraq əlində tutduğu rezakla onu qorxudmasını və bundan sonra hadisə yerindən uzaqlaşmasını və bu barədə DİN-nin 102 xidmətinə məlumat verdiyini deməsini, bundan sonra o, 27 avqust 2022-ci il tarixdə, səhər saatlarında, işlədiyi "xxxx" MMC-yə gəldikdə hadisə barədə işçilərdən daha ətraflı məlumat aldığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, 26 avqust 2022-ci il tarixli ‘"hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 5 ünvanında yerləşən adsız mağaza və onun qarşısıdır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, 27 avqust 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 6 ünvanında yerləşən “Araz” supermarketinin içərisi və giriş hissəsidir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, 08 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs X6 arasında keçirilmiş üzləşdirmə zamanı sonuncu verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyib təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, 09 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 Həmzağa qızı arasında keçirilmiş üzləşdirmədə dindirmə zamanı sonuncu istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyib təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, 31 avqust 2022-ci il tarixli ifadənin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs 26 avqust 2022-ci il tarixdə ünvan 7 ünvanında törətdiyini, digər əməli 27 avqust 2022ci il tarixdə isə Nəsimi rayonu, S.Vurğun küçəsi 187 saylı ünvanın qarşısında törətdiyini göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 oktyabr 2022-ci il tarixli 9/640 nömrəli rəyindən görünür ki, 10 ədəd 500ML göy bankalı ağzı bağlı vəziyyətdə “Bizon” enerji içkisi- 10,00 (on) manat, 5 ədəd 400 ML H&S markalı şampun - 47,50 (5 ədəd x 5,50 man) manat, 5 ədəd 200 ML “H&S” markalı şampun - 27,50 (5 ədəd x 5,50 man) manat, 2 ədəd 150 ML “Garnier” markalı tər əleyhinə yeni vəziyyətdə dezodorant - 10,00 (2 ədəd x 5 man) manat nəzəri hesablanma yolu ilə hadisə baş verən tarixə, yəni 2022-ci ilin avqust ayı tarixinə orta bazar qiyməti nəzəri hesablama yolu ilə müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmətibbi ekspertizasının 10 dekabr 2022-ci il tarixli 1659 nömrəli rəyindən görünür ki, X5 bədən səthində aşkar olunmuş xəsarət - sol əlin birinci barmağının piqmentasiya sahəsi kəsilmiş yaranın izi olmaqla iti təsir mexanizminə malik olan alətin (əşyanın) təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən 27 avqust 2022-ci il tarixdə əmələ gələ bilməsi inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, hadisə yeri olan Nəsimi rayonu, C.Səlimov küçəsi 7 ünvanında yerləşən adsız mağazada olan videokameralar vasitəsi ilə qeydə alınmış çəkilişə baxılarkən Təqsirləndirilən şəxs mağazadan ödəniş etmədən onun mağazadan çıxmasını əks etdirən müşahidə kameraları vasitəsi ilə qeydə alınmış DVD diskdəki şəxsin özünün görüntüsü olduğunu təsdiq etmişdir. Cinayət işi üzrə digər hadisə yeri olan ünvan 4erləşən "Araz Supermarket” MMC-nin qarşısında olan müşahidə kameraları vasitəsi ilə qeydə alınmış və köçürülmüş 01 ədəd DVD diskə baxış zamanı Təqsirləndirilən şəxs və onun vəkilinin iştirakı ilə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs həmin videogörüntüdə mağazanı tərk edən, sol əlində dolu sellofan və sağ əlində rezak olan, əlindəki sellofanı ondan almaq istəyən şəxsə qarşı sağ əlində tutduğu rezakı tətbiq edən şəxsin özü olduğunu bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan əməlləri onun tərəfiəndən törədilməsi etiraf edib, həmin əməlləri gah oğurluq, gah soyğunçuq kimi adlandırıb, həmin əməlləri törədərəkən “Araz” market törətdiyi əməl zamanı özündə rezak olduğunu, lakin heç kimi hədələmədiyini və xəsarət yetirmədiyini göstərdi. Məhkəmə, Təqsirləndirilən şəxs bu ifadələrinin onun ibtidai istintaq zamanı verdiyi özünün ifadələri, zərərçəkmiş şəxslərin, “Araz” marketin inzibatçısı X5 bədən səthində aşkar olunmuş sol əlin birinci barmağının piqmentasiya sahəsi kəsilmiş yaranın izi olmaqla iti təsir mexanizminə malik olan alətin (əşyanın) təsirindən əmələ gəlməsini, xəsarətin 27 avqust 2022-ci il tarixdə əmələ gələ bilməsi inkar edilmədiyini təsdiq edən cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 10 dekabr 2022-ci il tarixli 1659 nömrəli rəyi ilə təkzib edildiyi qənəaətinə gəlir. Bu səbəbdən də məhkəmə, onun bu ifadələrinə özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərinin onun tərəfindən anlaqlı vəziyyətdə qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlib onun əməllərinin Azərbaycan Respublikası CM-nin 181.2.2 və 181.2.5-ci maddələri ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilinib onun bu əməllərə görə həmin maddələrdə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı məhkəmə-əmtəəşünaslıq məhkəmə ekspertizasının keçirilməsinə 50 (əlli) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləği Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəmədə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Yusif Allahverdiyev və partnyorları” Vəkil bürosünün vəkili Müdafiəçi tərəfindən 32 (otuz iki) saat xidmət göstərilmişdir. Buna görə ona 192 (yüz doxsan iki) manat ödənilməlidir. Məhkəmə həmin məbləği dövlət büdcəsi hesabına ödənilib Təqsirləndirilən şəxs həmin ödəmədən azad olunmasını əsaslı sayır. İş üzrə maddi sübut yoxdur. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİl-dən alınmış 14 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Nərimanov rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il 09 ay 22 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur və Təqsirləndirilən şəxs Nərimanov rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli hökmü ilə 01 il 09 ay 22 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğundan və cəzasını çəkib qurtarmadığı təqdirdə yenidən 26 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətdiyini nəzərə alaraq o, məhkumluğu ödənilməmiş təqsirləndirilən şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində qeyd olunmuşdur ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar zamanı residiv nəzərə alınmır. Bu səbəbdən də Təqsirləndirilən şəxs törətdiyi əməl cinayətin residivini yaratmır. Məhkəməyə Ağdaş rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 27 fevral c/i-317 saylı məktubdan görünür ki, 29 iyun 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan sonuncu 01 il 09 ay 22 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərəkən onun çəkilməmiş cəzasının olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs hazırkı cinayət işi izrə təqsirli bilinidiyi əməlləri Nərimanov rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli hökmündən sonra törətdiyini nəzərə alıb ona qəti cəzanı Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsində göstərilən əsaslarla təyin olunmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs 29 avqust 2022-ci il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulması, 31 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində qətimkan tədbiri qismində həbs seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmədə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi ittiham olunduğu əməllər barədə ifadələr verib cinayətin açılmasında iştirak etməsi müəyyən olundu. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayətlər törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinsin və ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Nərimanov rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 1 (bir) il 9 (doqquz) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzasının 2(iki) gün azadlığın məhdudlaşdırılması cəzası 1(bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla onun çəkilməmiş cəzasının hissəsini təşkil edən 10 (on) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsində göstərilən əsaslarla hazırkı cinayət işi üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla ona qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 29 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Dövlət büdcəsindən 50 (əlli) manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Vəkillər Kollegiyasının üzvü, “Yusif Allahverdiyev və partnyorları “ Vəkil bürosünün vəkili Müdafiəçi ödənilməsi üçün 240 (iki yüz qırx) manat Azərbaycan RespublikasıVəkillər X2 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs həmin ödəmədən azad olunsun, ekspertiza xərcələrini təşkil edən 50 (əlli) manat Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət büdcəsinə ödənilsin. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs4 MMC-yə 85 (səksən beş) manat, Zərərçəkmiş şəxs1 dəymiş zərərlə əlaqədar zərərçəkmiş şəxslərin iddia verməmələri nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-650/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-650/2023
01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver