Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-651/2020 26.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: X1 (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə; məhkəmə iclasının katibi: X7; dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət X6 İdarənin Ağır cinayətlər məhkəmələrində dövlət X6 şöbənin böyük prokuror-metodisti Dövlət ittihamçısı; zərərçəkmiş X8 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1; müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri Pro-Bono Vəkil Bürosunun vəkili X4; təqsirləndirilən şəxsin qanuni nümayəndəsi: Qanuni nümayəndə2 iştirakları ilə Təqsirləndirilən şəxs, xx xxxx 2003-cü ildə Cəlilabad rayonu, Əliqasımlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Əliqasımlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan və barəsində qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tanışı yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs, onun bacısı X5 ilə yaxın münasibətdə olması barədə şaiyə yaydığı üçün bu məsələyə aylınlıq gətirmək məqsədilə xx xxxxxx 2019-cu il tarixdə saat 16 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, 54 ünvanın qarşısında, dəniz kənarındakı ictimai yer sayılmayan kimsəsiz yerə çağırıb, orada bacısı barədə belə söhbətləri edib-etməməsini soruşmuş, Zərərçəkmiş şəxs əvvəlcə ona qarşı saymamazlıq edib cavab vermədiyinə, sonra isə tanışlarının yanında ona «bacınla gəzmişəm, əcəb eləmişəm» deyərək təhqir etməsindən əsəbiləşərək üzərində olan mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyyəsindən bir dəfə qəsdən vuraraq ona qara ciyərin, böyük piyliyin və yoğun bağırsaq müsariqəsinin zədələnməsi ilə müəyyən olunan qarının ön divarının daxilə keçən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun sinif yoldaşı olmuş və o, onunla birlikdə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 76 saylı tam orta məktəbdə 9-cu sinifə qədər oxumuşdur. 9-cu sinifi bitirdikdən sonra məktəbdən çıxmışdır. Bundan sonra Nail ilə normal münasibəti olmuşdur, aralarında heç bir ədavət və düşmənçəlik olmamışdır. 2019-cu ilin avqust ayının son günlərində dostu Şahid2 onu Hövsan qəsəbəsində görərək söhbət əsnasında ona demişdir ki, Zərərçəkmiş şəxs bacısı Ayşənlə görüşməsini və bir-iki kəlmə artıq söz danışdığını ona bildirmişdir. Bu söhbəti Nicat ona çatdırdıqdan sonra, Nail ilə görüşüb həmin söhbətə aydınlıq gətirmək qərarına gəlmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 15 radələrində o, Nail ilə əlaqə saxlayıb, görüşmək istədiyini bildirmiş və Hövsan qəsəbəsi, vağzal ətrafında dənizin kənarında sakit bir yerdə görüşüb söhbət etmək qərarına gəlmişlər. Nail ilə söhbətə gedərkən, evdən özü ilə tiyəsi sarı olan mətbəx bıçağını götürüb köynəyinin altından şalvarının böyrünə soxmuşdur ki, bıçağı görən olmasın. Həqiqətən də bıçaq görünmürdü. Bıçağı özü ilə götürərkən fikirləşmişdir ki, əgər Nail ona qarşı artıq hərəkət etsə, onu vurub xəsarət yetirməklə cəzalandırar. Onu öldürməyə fikiri olmamışdır. Sonra Nicatdan xahiş etmişdir ki, onunla birlikdə getsin və söhbətin şahidi olsun. Nicat razılaşmış və onunla birlikdə Nail ilə görüş təyin etdikləri yerə getmişdir. Üzərində bıçaq olduğunu Nicat bilməmiş və o, ona bu barədə məlumat verməmişdir. Həmin yerə gəlib Naili bir neçə dəqiqə gözlədikdən sonra, Nail tanıdıqları Yusiflə və Nəcməddinlə birlikdə yanlarına gəlmişlər. Görüşüb salamlaşdıqdan sonra, o, Naili uşaqlardan bir qədər kənara çəkib onunla işi olmasını bildirmişdir. O, Naildən bacısı Ayşənlə gəzməyi, onun adına söz çıxartmağı barədə danışıb-danışmamağını soruşmuşdur. Nail əvvəlcə ona heç bir söz deməmiş və gedib işi ilə məşqul olmağını bildirmişdir. O, da Nailə demişdir ki, «necə yəni get işinlə məşqul ol, sən mənim bacımı və ailəmizi biyabr etmisən, hələ bir boynunada almaq istəmirsən». Bu sözlərdən sonra Nail əsəbi formada ona demişdir ki, bacın başqaları ilə gəzir və sən nə üçün gedib onlarla haq-hesab etmirsən. gəlib məndən soruşursan. Cavabında Nailə demişdir ki, ona konkret olaraq onun barəsində deyiblər,ona görə də ondan cavab verməyi tələb edir. Belə olduqda aralarında mübahisə yaranmış və mübahisə zamanı Nail orada olan, Nicatın, Nəcməmmdinin və Yusifin yanında ona demişdir ki, «bacın Ayşənlə gəzmişəm və əcəb etmişəm». Nailin bu sözləri onu çox pərt etmiş və o, bir anda əlini şalvarının böyrünə atıb çıxartdığı mətbəx bıçağı ilə Nailin sağ böyür tərəfinə bir dəfə vurmuşdur.O, Naili vuran kimi, Nail yerə çöməlmişdir. Nəcməddinlə Nicat tez Nailin yanına gəlib onu yerdən qaldırmışlar. Onun özü də Nailə kömək etmək məqsədi ilə ona yaxınlaşmaq istədikdə, Yusif onu çəkib özü ilə aparmışdır. Yolda Yusifdən ayrıldıqdan sonra, o, mətbəx bıçağını yadında qalmayan bir yerə tullamışdır. Evə gəldikdə baş vermiş hadisə barədə heç kimə məlumat verməmişdir. Sabahı günü Nailin Sabunçu qəsəbəsində yerləşən 3 saylı ŞKX-da olduğunu və cərrahiyə əməliyyat olduğunu bilmişdir. Bunu bildikdən sonra özü polisə getmiş və Naili bıçaqla vurduğunu etiraf etmiş, törətdiyi əməldən peşiman olduğunu bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun sinif yoldaşı olmuş və 9-cu sinifdən məktəbdən çıxmışdır. İsaxanla normal münasibəti olmuşdur, aralarında heç bir ədavət və düşmənçəlik olmamışdır. 2019-cu ilin avqust ayının son günlərində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən parkda keçmiş sinif yoldaşı, yəni İsaxanla və onunla bir yerdə oxumuş Şahid2la görüşüb söhbətləşərkən, o, İsaxanın bacısı Ayşənlə görüşməyi barədə ona bir-iki kəlmə artıq söz danışmışdır. Nicatda həmin bu söhbəti ondan xəbərsiz İsaxana çatdırmışdır. O, bilirdi ki, İsaxan bu məsələyə aydınlıq gətirmək üçün nə vaxtsa onunla görüşəcəkdir. xx xxxxxx 2019-cu il tarixdə saat 15 radələrində İsaxan onunla əlaqə saxlayıb, görüşmək istədiyini bildirmiş və onlar Hövsan qəsəbəsi, vağzal ətrafında dənizin kənarında sakit bir yerdə görüşüb söhbət etmək qərarına gəlmişlər. O, həmin yerə tək getməmək üçün dostu Yusiflə əlaqə saxlayıb onunla birlikdə dəniz kənarına getmişdir. Yolda tanışları Nəcməddini görüb və onu da özləri ilə aparmışlar. Həmin yerə getməklərinin məqsədi o, idi ki, İsaxanla görüşəndən sonra dənizkənarı vağzalda oturub bir yerdə çay içələr. Onların vağzala çatmağa təxminən 500 metr qalmış, İsaxanla Nicatın onları gözlədiklərini görmüşlər. Görüşüb salamlaşdıqdan sonra, İsaxan onu uşaqlardan bir qədər kənara çəkib onunla işi olmasını bildimişdir. İsaxan ona bacısı Ayşənlə gəzməyi, onun adına söz çıxartmağı barədə danışıb-danışmamağını soruşmuşdur. O, əvvəlcə İsaxana heç bir söz deməmiş və gedib işi ilə məşqul olmasını bildirmişdir. İsaxan isə cavabında ona demişdir ki, «necə yəni get işinlə məşqul ol, sən mənim bacımı və ailəmizi biyabr etmisən, hələ bir boynunada almaq istəmirsən». O, İsaxanın təkidinə əsəbləşdiyi üçün, İsaxana demişdir ki, bacın başqaları ilə gəzir və sən nə üçün gedib onlarla haq-hesab etmirsən, gəlib məndən soruşursan. İsaxan isə ona cavab verərək demişdir ki, ona konkret olaraq onun barədə deyiblər, ona görə də ondan cavab verməyi tələb edir. Belə olduqda aralarında mübahisə yaranmış və mübahisə zamanı o, orada olan, Nicatın, Nəcməddinin və Yusifin yanında İsaxana demişdir ki, «bacın Ayşənlə gəzmişəm və əcəb etmişəm». Onun bu sözü İsaxanı uşaqların yanında çox pərt etdiyindən, İsaxan bir anda əlini şalvarının böyrünə atıb çıxartdığı mətbəx bıçağına oxşayan bıçaqla sağ böyür tərəfinə bir dəfə vurmuşdur. İsaxan onu vuran kimi o, yerə çöməldi. Nəcməddinlə Nicat tez onun yanına gəlib onu yerdən qaldırdılar. İsaxanın özü də ona kömək etmək üçün yaxınlaşmaq istəsə də, Yusif onu özü ilə çəkib apardı. Uşaqlar onu yola qədər çəkib apardıqdan sonra X15 maşınının gəlməsini görmüş və xəstəxanıya aprılaraq üzərində cərrahiyyə əməliyyatı keçirilmişdir. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayəti, tələbi və iddiası olmadığını bildmişdir. Eyni zamanda, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, hal-hazırda ona qarşı şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun dostudur. İsaxanı da tanıyır. İsaxan əvvəl onlarla birlikdə yoldaşlıq etmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 15 radələrində dostu Zərərçəkmiş şəxs onunla əlaqə saxlayaraq Hövsan qəsəbəsi, vağzal ətrafında dənizin kənarında İsaxanla görüşüb söhbət etməyə getdiyini bildirmiş və tək getməsin deyə ondan xahiş etmişdir ki, onunla birlikdə getsin. O, Nailin xahişini yerinə yetirərək onunla getmişdir. Yolda tanışları Nəcməddini görmüşlər və onu da özləri ilə aparmışlar. Dəniz kənarına görüşə gedərkən yolda Naildən soruşmuşlar ki, nəyə görə İsaxanla söhbət etmək üçün görüşə gedir. Cavabında Nail demişdir ki, heç özü də bilmir. Bu cavabdan sonra, İsaxanla görüşüb söhbət etdikdən sonra dənizkənarı vağzalda oturaq bir yerdə çay içməyi Nail onlara demişdir. Vağzala çatmağa təxminən 500 metr qalmış, İsaxanla tanıdıqlaı Nicatın onları gözlədiklərini görmüşlər. Görüşüb salamlaşdıqdan sonra, İsaxan Naili onlardan bir qədər kənara çəkib onunla işi olmasını bildirmişdir. Arasından bir neçə dəqiqə keçmiş, İsaxanla Nail arasında mübahisə olmuş və mübahisədən bilmişlər ki, X14 bacısı ilə gəzdiyini demişdir, Nicatda bunu gedib İsaxana çatdırmışdır. Bu məsələni İsaxanla Nail öz aralarında araşdırarkən, Nail onların yanında hirsli formada İsaxana demişdir ki, «bacın Ayşənlə gəzmişəm və əcəb etmişəm». Nailin bu sözləri İsaxanı çox pərt etmiş və İsaxan bir anda əlini şalvarının böyrünə atıb çıxartdığı mətbəx bıçağına oxşayan bıçaqla Nailin sağ böyür tərəfinə bir dəfə vurmuşdur. İsaxan Nailin vuran kimi, Nail yerə çöməlmişdir. Nəcməddinlə Nicat tez Nailin yanına gəlib onu yerdən qaldırmışlar. İsaxan özü də ona kömək etmək üçün yaxınlaşmaq istəsə də, o, onu özü ilə çəkib aparmışdır. Nailin yanında Nicatla Nəcməddin qalmışdır. Hadisənin baş verdiyi yerdən bir qədər kənarlaşdıqdan sonra, o, İsaxandan ayrılaraq evlərinə getmişdir. İsaxan da öz evlərinə getmişdir. Evə gəldikdə bu barədə heç kimə məlumat verməmişdir. Sabahı günü Nailin Sabunçu qəsəbəsində yerləşən 3 saylı ŞKX-na aparıldığını, cərrahiyə əməliyyat olduğunu bilmiş və polisə gedib baş vermiş hadisə barədə məlumat vermək istəmiş, lakin polisin artıq bu barədə məlumatı olduğundan, o, polisə hadisənin şahidi olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2019-cu ilin avqust ayının son günlərində o, Hövsan qəsəbəsində yerləşən parkda keçmiş sinif yoldaşı, yəni İsaxanla və onunla bir yerdə oxumuş Zərərçəkmiş şəxs Azad oğlu ilə görüşüb söhbətləşərkən, Nail İsaxanın bacısı Ayşənlə gəzdiyini ona demişdir. Sonra Ayşənin barəsində bir iki kəlmə artıq söz də demişdir. Arasından bir neçə gün keçmiş o, Hövsan qəsəbəsində İsaxanla görüşüb söhbət edərkən, söhbət əsnasında Naildən xəbərsiz olaraq İsaxana bacısı Ayşən barədə Nailin dediklərini bildirmişdir. İsaxan əsəbləşərək bu məsələni Naillə aydınlaşdırajağını bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 16 radələrində İsaxan onu evdən çağıraraq bildirmişdir ki, Hövsan qəsəbəsi, vağzal ətrafında dənizin kənarında Naillə görüşüb söhbət etməyə gedir və tək getməsin deyə ondan xahiş etmişdir ki, onunla birlikdə getsin. O, İsaxanın xahişini yerinə yetirərək onunla getmişdir. Deyilən yerə gəldikdə və arasından bir neçə dəqiqə keçmiş Naillə birlikdə tanıdıqları Yusif və Nəcməddin gəlmişlər. Görüşüb salamlaşdıqdan sonra, İsaxan Naili onlardan bir qədər kənara çəkib onunla işi olmasını bildirmişdir. Arasından bir neçə dəqiqə keçmiş, onların arasında mübahisə olmuş və mübahisədən Nailin İsaxanın bacısı barədə dediklərinin onun tərəfindən çatdırılması bilinmişdir. Bu məsələni İsaxanla Nail öz aralarında araşdırarkən, Nail onların yanında hirsli formada İsaxana demişdir ki, «bacın Ayşənlə gəzmişəm və əcəb etmişəm». Nailin bu sözləri İsaxanı çox pərt etmiş və İsaxan bir anda əlini şalvarının böyrünə atıb çıxartdığı mətbəx bıçağına oxşayan bıçaqla Nailin sağ böyür tərəfinə bir dəfə vurmuşdur. İsaxan Naili vuran kimi, Nail yerə çöməlmişdir. Nəcməddinlə o, tez Nailin yanına gəlib onu yerdən qaldırmışlar. İsaxan özü də ona kömək etmək üçün yaxınlaşmaq istəsə də, Yusif onu özü ilə çəkib aparmışdır. Nailin yanında o, və Nəcməddin qalmışlar. Onlar Naili bir qədər çəkib yola apardıqdan sonra, X16 maşina gəlmiş və Naili Sabunçu qəsəbəsində yerləşən 3 saylı ŞKX-na aparmışlar. O, və Nəcməddin Naillə birlikdə xəstəxanaya getmişlər. Orada Nailin üzərində jərrahiyə əməliyyatı keçirilmişdir. Sabahı günü istəyirdi polisə gedib baş vermiş hadisə barədə məlumat versin, lakin polisin artıq bu barədə məlumatı olduğundan, o, polisə hadisənin şahidi olduğunu bildirmişdir. İbtidai istintaq zaman şahid qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şahid3 ifadəsindən görünür ki, o, məhkəmə iclasında dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə verdilər (Cild 1, i.v. 144-146). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş baxış və ifadənin yerində yoxlanılması haqqında xx xxxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və ifadəsi yerində yoxlanılmışdır. Baxış və ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yeri göstərmiş və hadisənin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi,54 ünvanın qarşısında, dəniz kənarındakı ictimai yer sıyılmayan kimsəsiz yerdə baş verməsi müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmiş və protokola əlavə edilməsi üçün fotoşəkillər çəkilmiş və cinayət işinin materillarına əlavə edilmişdir (Cild 1, i.v. 80-85). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında xx xxxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs hadisə yerinə ifadəsi yoxlanılmış, ifadənin yerində yoxlanılması zamanı N ail Nəsibli hadisənin baş verdiyi yeri göstərmiş və hadisənin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, 54 ünvanın qarşısında, dəniz kənarındakı ictimai yer sıyılmayan kimsəsiz yerdə baş verməsi müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmiş və protokola əlavə edilməsi üçün fotoşəkillər çəkilmiş və və cinayət işinin materillarına əlavə edilmişdir (Cild 1, i.v. 100-103). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmətibbi ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 760 saylı rəyindən görünür ki, 2002-ji il təvəllüdlü Zərərçəkmiş şəxs qara ciyərin, böyük piyliyin və yoğun bağırsaq müsariqəsinin zədələnməsi ilə müşayət olunan qarının ön divarının daxilə keçən 1 ədəd deşilmiş-kəsilmiş yarası olmuşdur. Qeyd edilən xəsarət deşiyi-kəsiyi əşyanın (ola bilsin bıçaq) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə , yəni xx.xx.2019-cu il tarixdə alınması mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (Cild 1, i.v. 105- 107). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş kompleks məhkəmə psixiatrik-psixoloji ambulator ekspertizasının xx.xx.2020-ci il tarixli 300 saylı rəyindən görünür ki, 1. Təqsirləndirilən şəxs jinayət hadisəsini törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hanesı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. 2. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur, əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmur. İntellektual –mnestik imkanları normaya uyğun olduğundan o, iş üçün əhəmiyyətli halları düzgün qavraya, bu barədə məlumat verə bilər. Fərdi psixi xüsusiyyətlərinə görə ekstraverta (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. Həssaslıq, emosionallıq, hövsələsizlik, özünə qarşı hörmət tələb etmək kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərən psixi-emosional vəziyyətində hirslilik, emosionallıq yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (Cild 1, i.v. 126-129). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş kompleks məhkəmə psixiatrik-psixoloji ambulatov ekspertizasının xx.xx.2020-ji il tarixli 301 saylı rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs baş vermiş hadisə zamanı öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs iş üzrə əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barədə istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. 2. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur, əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmur. İntellektual –mnestik imkanları normaya uyğun olduğundan o, iş üçün əhəmiyyətli halları düzgün qavraya, bu barədə məlumat verə bilər. Fərdi psixi xüsusiyyətlərinə görə ekstraverta (psixi fəaliyyətin xariji aləmə yönəlməsi) daha yaxındır. Ümumilikdə adaptiv olmaqla, özünəməxsus mövqeyə və prinsipə malik, inadkarlıq, özünə qarşı hörmət tələb etmək, öz mövqeyini müdafiə etməyə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Emosional-iradi sferasında, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqaziddi hərəkət zamanı psixi-emosional vəziyyətində situasiya ilə əlaqəli həyacan yaranmışdır (Cild 1, i.v. 130-132). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X3 xx xxxxxxx 2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (c-1, i.v. 110). Beləliklə, məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi tam sübut olunmuşdur. Onun həmin əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən hər bir şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cinayətin törədilməsində rolunu və iştirakçılıq dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunan cəzanın onun islah edilməsinə və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayəti törətmiş şəxslər haqqında tətbiq olunan cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və cinayətin törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli ərizədən görünür ki, Qanuni nümayəndə1 iştirakı ilə ərizə yazıb, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir iddiasının olmadığını bildirmişdir (Cild 1, i.v. 108). Eyni zamanda, məhkəmə iclasında zərərçəkmiş Qanuni nümayəndə1 xx xxxx 2020-ci il tarixli ərizə ilə məhəkəməyə müraciət edərək təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir (Cild 1, i.v. 140). Eyni zamanda, məhkəmə qeyd edir ki, cinayətin baş verməsinə səbəb olan hallar da nəzərə alınmalıdır. Belə ki, zərər çəkmiş şəxsin kənar şəxslərin yanında «bacınla gəzmişəm, əcəb eləmişəm» sözünü Təqsirləndirilən şəxs üzünə bildirməsi həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmışdır. Zərər çəkmiş şəxs öz şəxsiyyətini əxlaqi və mənəvi dəyərlərdən üstün tutmaqla özünün hərəkətlərinə haqq qazandırması və həmin hərəkətləri haqlı şəxsin hərəkətləri kimi düşünüb ifadə etməsi, təqsirləndirilən şəxsdə alçalma (ləyaqət), qəzəb və hirs kimi vəziyyətlərin onda yaratdığı gərgin psixoloji şəraitdə ictimai təhlükəli davranışa yol verməsinə səbəb olmuşdur. Habelə, zərərçəkmiş şəxsin «bacınla gəzmişəm, əcəb eləmişəm» deyişinin kənar subyektlərdə yaradacağı təssurat və təsiri düşünməməsini, ardıcıl olaraq həmin hərəkətlərini davam etdirməklə kənar şəxsin şəxsiyyətlərini nəzərə almadan və şəxsiyyətlər arası formalaşmış dəyərlərə biganə yanaşaraq, mübahisə başladığı andan bitmə anına qədər zaman kəsiyində yatışdırıcı hərəkətlər etməməsini, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin cinayət törətməyə yönəlməsinə şərait yaradan və yol verən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10 və 59.1.12-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsini tətbiq etməklə cəza təyin olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən, “Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə növündə cəza göstərilmişdir. Göstərilənlərə əsasən məhəkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiya üzrə təyin edilə biləcək cəza 6 ildən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tələblərinə əsasən yetkinlik yaşına çatmadığı dövrdə ğörətməsini, zərər çəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayəti, tələbi və iddiasının olmamasını, zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini, təqsirini boynuna alıb cinayətin açılmasına kömək etməklə səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, zərər çəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayəti, tələbi və iddiasının olmamasını, zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini, təqsirini boynuna almasını, etdiyi hərəkətə münasibətdə əməlini etiraf edərək peşimançılıq çəkməsi ilə bağlı halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019cu il tarixdə tutlmuşdur (Cild 1, i.v. 44-45). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində “həbs” növündə olan qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd edilməsinə dair Suraxanı rayon prokurorunun xx xxxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, həmin vəsatət rədd edilmiş və Müvəqqəti saxlama yerindən azad edilmişdir (Cild 1, i.v. 76-77). Cinayət işinin materiallarında olan qətikan tədbirini seçmə barədə xx xxxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (Cild 1, i.v. 78-79). Təqsirləndirilən şəxs şərti məhkum etmə təyin edilməsi ilə bağlı barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, onun tutulub saxlanıldığı 2 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Cinayət işi üzrə maddi ziyanın, mülki iddianın, maddi sübutun və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hazırki iş üzrə tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəzanın müddətindən çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza 1 (bir) il müddətinə sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi Bakı şəhər Suraxanı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə maddi ziyanın, mülki iddianın, maddi sübutun və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(101)-651/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-651/2020
26.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver