Məhkəmə qərarları › İş №1(101)-651/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-651/2021

04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-651/2021 04.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim- Mikayılov Eldar Əli oğlunun sədrliyi ilə, Hakimlər- Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibləri: X19 və X9 Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1967-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Salyan rayonu A.Həsənov küçəsi ev 54-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü madəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2020-ci il tarixdə, saat 01:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu 28 may küçəsində yerləşən S.Vurğun adına parkda şəxsiyyəti istintaqla müəyyən edilməmiş “Səxavət adlı şəxsdən” satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 1000,0 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nəsimi rayonu K.Səfərəliyeva küçəsi 18 saylı binanın yaxınlığına qədər daşımış, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 01:30 radələrində həmin ünvanda saxlanılaraq ünvan 1an Respublikası DİN-nin BNMİ-nə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki köynəyinin sinə hissəsindən bir ədəd göy rəngli sellofan torbada həmin narkotik vasitə olan heroin aşkar edilərək ondan götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X4 ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 22 sentyabr 2020-ci il tarixdə Bakı şəhərində Kubinka adlanan ərazidə tanımadığı şəxsdən özü istifadə etmək üçün 0,5 qram çəkidə narkotik vasitə heroin almışdır. Yaşadığı evə gedərkən gecə saat 01:00 radələrində Nəqliyyat Nazirliyinin qarşısından keçərkən qəflətən 4-5 nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu avtomaşına əyləşdirib Baş Narkotiklərə qarşı Mübarizə İdarəsinə aparmışlar. Bundan sonra otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə polis əməkdaşı üzərində hər hansı qanunsuz əşyaların olub-olmamasının soruşmuş, o da şalvarının yan cibində olan həmin 0,5 qram çəkidə narkotik vasitəni heroini və digər əşyalarını çıxarıb masanın üzərinə qoymuşdur. Həmin vaxt polis əməkdaşları ona, üzərindən aşkar olunmuş narkotik vasitənin çəkisini artırmaları, bu barədə videoçəkiliş aparmaları və rəsmiləşdirmə aparmaları barədə demiş, o da sonuncularla razılaşmışdır. Belə ki, polis əməkdaşları ona üzərindən aşkar olunmuş narkotik vasitənin artırılmasına baxmayaraq onu yüngül maddə ilə ittiham edəcəklərini demişlər, eləcə də həmin vaxt onun bədənində ağrıları olduğuna və narkotik vasitə qəbul etmək istədiyinə görə polis əməkdaşlarının təklifi ilə razılaşmışdır. Bundan sonra polis əməkdaşlarının verdiyi sellofan torbanı videoçəkiliş aparılarkən o, polis əməkdaşlarına təqdim etmiş, içində narkotik vasitə olan heroin olduğunu və özünə məxsus olduğunu, həmin heroini 22 sentyabr 2020-ci il tarixdə gecə vaxtlarında Səxavət adlı şəxsin tapşırığı ilə 28 may ərazisində yerləşən ağacın dibindən götürdüyünü bildirmişdir. Daha sonra həmin narkotik vasitəyə polis əməkdaşları baxış keçirmiş və protokol tərtib edərək, bükümü zərfə qoyaraq qablaşdırmışlar. Əslində isə ittihamda qeyd olunan miqdarda həmin narkotik vasitə ona məxsus olmamış, o polis əməkdaşlarının ona yüngül ittiham verəcəkləri barədə vədlərinə inanaraq həmin narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman onun üzərində cəmi 0,5 qram çəkidə narkotik vasitə heroin olmuş, narkotikin qalan miqdarını isə BNMİ-də polis əməkdaşları özləri ona vermişlər. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində təqribən 0.5 qram çəkidə narkotik vasitə heroin olmuş və həmin narkotik vasitəni o, öz istifadəsi üçün əldə etmişdir. Onun özü 2015-ci ildə AR CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş və artıq təxminən 5-6 ildir ki, müxtəlif növ narkotik vasitə qəbul edir. Elan edilməklə ona təqdim edilmiş cinayət işi cild 01, iş vərəqi 48-49-da olan protokol ona tanışdır, həmin protokolun hər bir vərəqinin aşağısında və “Təqsirləndirilən şəxs” qrafasındakı imza ona məxsusdur, həmin protokol tərtib olunduğu vaxt təqsirləndirilən şəxs qismində dindirilərkən müdafiəçisi iştirak etmişdir. İfadənin sonunda yazılmış,-“İfadəmi oxudum, düzgün yazılıb, əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm.” sözləri ona məxsusdur. “Təqsirləndirilən şəxs” qrafasındakı imza ona məxsusdur. Həmin ifadəsinin məzmununda iş üzrə ittihama uyğun ifadə vermiş olması ona aydındır. Həmin ifadələrini hazırda təsdiq etmir. Elan edilməklə ona təqdim olunmuş cinayət işi cild 01, iş vərəqi 106-113-də olan “Telefona baxış keçirilməsi haqqında” 30 oktyabr 2020-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillər ona tanışdır. Həmin fotoşəkillərdə əks olunmuş telefon həqiqətən də ona məxsus olmuşdur. Həmin protokolun məzmununda öz adını təqdim etməyən şəxs tərəfindən ***-***-**-** saylı nömrədən 12 sentyabr 2020-ci il tarixdə «fexredin əmi, nevar neyoq, sene men yiğmişdim, daha sonra 14 sentyabr 2020-ci il tarixdə «salam Fexredin emi, götüremirem, meqabaytı, ayri yerdeyem, tema var, busaqda, suse, bildim Fexredin emi başiva donum Ayri yerdeyem, cixamiram» sözlərinin göndərilməsi, öz adını təqdim etməyən şəxs tərəfindən ***-***-**-** saylı nömrədən 14 sentyabr 2020-ci il tarixdə «salam fəxrəddin əmi, göürə bilmirəm, ayrı yerdəyəm» yazması, onun isə həmin şəxsə «tema var, bu saatda şüşə» sözlərini göndərməsi, öz adını təqdim etməyən şəxs tərəfindən ***-***-**-** saylı nömrədən 15 sentyabr 2020-ci il tarixdə «harda qaldın» yazması, onun isə həmin şəxsə «Sebr.ol.» sözlərini göndərməsi, daha sonra onun həmin şəxsə «qaqaş, sən neqd. Pulun verəssən, sabah mən gələndə beş qram 150 manata getirim» sözlərini göndərməsi ona aydındır. Həqiqətən qeyd olunan tarixlərdə həmin mobil telefon onun istifadəsində olmuşdur. İsmarıcların məzmununda onunla əlaqə yaradan şəxslərin narkotik vasitə və psixotrop maddələri əldə etmək məqsədi ilə yazdıqlarının görünməsi, onun özünün istifadəsində olan telefon nömrəsindən digər şəxsə pul müqabilində narkotik vasitə və psixotrop maddə təklif etməsi, bununla onun özünün narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasının aşkarlanması da ona aydındır. Özünü narkotik vasitələrin satışı ilə bağlı təqsirli bilməməsinə baxmayaraq, yuxarıda qeyd olunan smslərin məzmunundan bunun əksinin təsdiq olunmasını inkar etmir. Məhkəmə iclasında nümayiş etdirilməklə təqdim edilmiş cinayət işi 01-ci cild iş vərəqi 32-34-də olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun əks olunduğu videogörüntülərdə üzərindəki narkotik vasitəni təqdim edərək, həmin narkotik vasitəni “Səxavət” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri 28 may metrosunun ərazisində ağacın dibindən götürdüyünü, Səxavətin bunun əvəzində ona 50 manat pul, dərman, narkotik verəcəyini deməsi ona aydındır. Hazırki ifadəsində nəyə görə fərqli ifadə verməsini izah etməkdə çətinlik çəkir. Özünün ifadəsində göstərdiyi kimi və eləcə də iş materiallarından müəyyən edildiyi kimi, onun özü daha əvvəl Bakı şəhər Nizami rayon Məhkəməsinin 07.12.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.1-ci maddəsi ilə 01 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin faktdan da göründüyü kimi onun özü narkotik vasitələrin qanunvericiliklə qadağan olunmuş miqdar əlamətlərindən, yəni şəxsi istehlak miqdarı, şəxsi istehlak miqdarından artıq miqdar və külli miqdar əlamətlərindən məlumatlı olmuş və özü də daha əvvəl tutulmaqla bütün istintaq prosedurlarından agah olmuşdur. Belə olan halda, tutulduğu zaman üzərində 0,5 qram çəkidə narkotik vasitə heroin olduğunu bildirdiyi halda hansı səbəbdən polis əməkdaşlarının guya ona üzərindən daha çox narkotik vasitə aşkar edilməsinin rəsmiləşdirməsini təklif etdikləri və bu halda ona yüngül ittiham verəcəklərinə inanaraq bununla razılaşmasının ağlabatan olmadığını başa düşür. Məhkəmə iclasında nümayiş etdirilməklə təqdim olunmuş videogörüntülərdən göründüyü kimi, üzərindən aşkar edilmiş büküm onun iştirakı ilə tərəzidə çəkildiyi zaman onun çəkisinin bir kiloqramdan bir qədər artıq olmasının aşkar edildiyi, daha əvvəl də qeyd olunduğu kimi özünün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkumluğu olduğu və narkotik vasitələrin miqdarlarına dair xüsusatlardan məlumatlı olduğu, aşkar olunan həmin narkotik vasitənin, ifadəsində göstərdiyi kimi əslində üzərində olan miqdardan (0,5 qram) qat-qat artıq olmaqla külli miqdar təşkil etdiyi ona aydın olduğu halda, hansı ağlabatan səbəblərdən guya polis əməkdaşlarının ona yüngül ittiham verəcəklərinə inanmasını izah etməkdə çətinlik çəkir. Həmin halın qeyd olunan şəraitdə özlüyündə məntiqə sığmayan olması ona aydındır. İfadəsində göstərdiyi halları təsdiq edə bilməsi üçün hər hansı başqa sübutu məhkəməyə təqdim edə bilmir. Son olaraq göstərdi ki, özünü narkotik vasitələrin istifadəsində təqsirli bilir, narkotik vasitə istifadəçisi olduğu üçün peşmandır və məhkəmədən ona əməlinin düzgün tövsif olunmaqla yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün məhkəmə iclasında verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi, hadisələrin baş vermə yeri, mexanizmi və ardıcıllığı ilə bağlı halları xırda detalları ilə təsvir etməklə iş materialları ilə uzlaşan ifadələri, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar və həmin hərəkətləri özündə əyani olaraq əks etdirməklə iş materiallarına əlavə edilmiş bir ədəd DVD diskdə olan videogörüntülər, təqsirləndirilən şəxsin istifadəsində olan mobil telefon aparatına baxış keçirilərkən müəyyən edilmiş hallar və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallarla iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və bu zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tarixdə dindirilərkən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə olan heroindən inyeksiya yolu ilə istifadə edir. Əvvələr də bir neçə dəfə narkotik vasitədən istifadə etdiyinə görə məhkum olunmuş, sonuncu dəfə 2015-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, 2016-cı il tarixdə azadlığa çıxmışdır. Narkotik vasitəni adətən Bakı şəhərinin müxtəlif ərazisində tanımadığı şəxslərdən əldə edir. Saxlanmamışdan təxminən iki gün əvvəl Bakı şəhəri Nəsimi rayonu S.Vurğun bağında təsadüfən adını ona Saxavət kimi təqdim edən şəxslə tanış olmuşdu. Söhbət zamanı sonuncu əslən Lənkəran şəhərindən olduğunu bildirmiş, sonuncuya cəza çəkdiyi vaxtlarda həbsxanada Lənkaranlılarla yaxşı münasibətdə olduğunu, həmçinin heroindən istifadə etdiyini də bildirmişdi. Bundan sonra 22.09.2020-ci il tarixdə gecə 01:00 radələrində o, Bakı şəhəri S.Vurğun bağında skamyada oturduğu zaman Saxavət də ora gəlmişdi. Onlar hal-əhval tutduqdan sonra Səxavət ona bir xahişini yerinə yetirdiyi halda 50 manat pul və heroin verəcəyini demişdi. Həmin vaxtı bədənində ağrıları olduğundan Səxavətlə razılaşmışdı. Saxavət ona bir qədər aralıda yerləşən hündür ağacı görsətərək, gedib ağacın dibində olan kərpiç daşın altındakı torbanı götürüb gətirməsini, özü isə bir qədər aralıda dayanacağını demişdi. O, həmin vaxtı heroinə eytiyacı olduğundan razılaşaraq göstərilən ağaca yaxınlaşıb həqiqətən də ağacın dibində kərpiç daşın olduğunu görmüşdü. Kərpiç daşı qaldırdıqda altında tünd rəngli sellofan torbanın olduğunu aşkar etmişdi. Torbanı götürüb əynində olan qara rəngli gödəkçəsinin içinə qoyub Saxavətin əvvəlcədən onu gözləyəcəyini dediyi yerə tərəf irəlilədiyi zaman ona bir neçə nəfər mülki qeyimdə şəxslər yaxınlaşmışlar. Həmin şəxslər özlərini ona təqdim edərək polis əməkdaşları olduqlarını deyərək onu avtomaşınlarına əyləşdirib BNMİ-nə aparmışlar. Sonra otaqların birində polis əməkdaşları müdafiəçinin iştirakı ilə üzərində hər hansı bir qanunsuz əşyaların olubolmamasını soruşmuş, o, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən əynində olan qara rəngli gödəkçəsinin altında saxladığı üzərində «Levis» yazısı olan göy rəngli sellofan torbasını, gödəkçəsinin qoltuq çibindən bir ədəd HOFFMANN markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdu. Həmin vaxt sellofan paketin içərisində nə olduğu soruşulanda o, səmimi olaraq həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu və həmin heroini 22.09.2020-ci il tarixdə gecə vaxtlarında Saxavət adlı şəxsin tapşırığı ilə 28 may küçəsi ərazisində yerləşən ağacın dibindən götürdüyünü etiraf etmişdi. Baxış zamanı orada iştirak edən şəxslərin iştirakları ilə həmin narkotik vasitənin ondan götürülməsi barədə protokol tərtib edilmiş, həmin büküm ekspertizaya göndərmək məqsədi ilə zərfə qoyularaq ağzı bağlanmış, möhürlənmiş və orada olan şəxslərlə yanaşı o da, protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN BNMİnin baş əməliyyat müvəkkili X15 ifadəsində göstərdi ki, Baş İdarəyə Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddə, habelə onların prekursorlarını əldə etmə, saxlama və daşıması və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Tərəfindən daxil olmuş əməliyyat məlumatının mənbəsinin qərəzsizliyi araşdırılmış və bundan sonra tərəfindən rəhbərliyə məruzə edilərək, həmin məlumat əsasında 22 sentyabr 2020-ci il tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunaraq bu barədə rəhbərliyə raportla məruzə edilmişdir. Bundan sonra 22 sentyabr 2020-ci il tarixdə, saat 01:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı əməliyyat müvəkkilləri Şahid2, Şahid3, polis nəfərləri X16 və X13 ilə birlikdə xidmətdə olarkən Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu Kövsəb Səfərəliyeva küçəsi 18 saylı binanın yaxınlığında müəyyən edilmiş və onlar sonuncuya yaxınlaşaraq özlərini təqdim etmiş, xidməti vəsiqələrini göstərmişlər. Bundan sonra onlar üzərinə baxış keçirilməsi məqsədi ilə Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. BNMİ-nin inzibati binasında dəvət olunmuş müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb masanın üzərinə qoyması təklif olunmuş, həmin zaman Təqsirləndirilən şəxs əynindəki köynəyinin sinə hissəsində içəridən bir ədəd sellofan torba, əynindəki idman gödəkçəsinin sol qoltuq cibindən bir ədəd «Hoffmann» modelli mobil telefon, bir ədəd siqaret qutusu və bir ədəd qulaqcıq, idman gödəkçəsinin sağ yan cibindən bir ədəd alışqan və şalvar kəmərinin bir ədəd qarmağını çıxarıb təqdim etmişdi. Bundan sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdi ki, təqdim etdiyi sellofan torbada bükülünün içərisindəki narkotik maddədir. Lənkəran şəhərindən olan Səxavət adlı şəxsin vasitəsi ilə Bakı şəhəri 28 may metrosunun ərazisində ağacın dibindən götürmüş, Səxavət adlı şəxs bunun əvəzinə ona 50 manat pul, dərman və narkotik verəcəyini demişdi. Səxavətlə 2 gün əvvəl parkda tanış olmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbada olan bir ədəd sellofan bükülünün içərisinə baxıldıqda narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuş və götürülmüşdü. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdi ki, əldə etdiyi narkotik vasitədən heç kimə verməmiş, satmamış, həmin bükülünü açmamışdır, özü narkotik qəbul edəndir, satışı ilə məşğul olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması davam etdirilmiş və üzərindən başqa heç bir qeyri-qanuni əşya aşkar edilməmişdi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükülü həmin sellofan torbaya qoyularaq elektron tərəzidə çəkildikdə heroinə bənzər kütlə 1,020 (bir tam mində iyirmi) kiloqram çəkidə olması müəyyən edilmişdir. Sonra həmin bükülü sellofan torbada zərfə yerləşdirilmiş, zərfin üstü «DİN Zərflər üçün № 7(1)» möhürü ilə möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq imzalanmışdı. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaret qutusu, bir ədəd qulaqcıq, bir ədəd alışqan və bir ədəd şalvar kəmərinin qarmağı iş üçün əhəmiyyət kəsb etmədiyinə görə özünə qaytarılmış, bir ədəd «Hoffmann» modelli mobil telefon isə əhəmiyyət kəsb etdiyinə görə götürülərək protokola əlavə olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdi ki, törətdiyi əmələ görə peşmandır. Şəxsi axtarış və götürmə xidməti iş otağında keçirilmiş, fotoşəkillər çəkilmişdir. Baxışın keçirilməsi tam başa çatdıqdan sonra bu barədə protokol yazılaraq ucadan oxunmuş, orada olan bütün iştirakçılar protokolun düzgünlüyünü, həmçinin narkotik vasitənin qablaşdırıldığı zərfi imzalamışlar. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl və sonra ona qarşı hər hansı bir zor və təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və Şahid4 birgə əməliyyat-axtarış tədbirində iştirak etdikləri digər şahid X15 ilə eyni məzmunlu ifadələr verərək, iş üzrə tərtib olunmuş raportların və istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununda qeyd olunmuş xüsusatları bir daha təsdiq etmişlər. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “Cinayət işi başlama və icraata qəbul edilməsi haqqında” 22 sentyabr 2020ci il tarixli qərardan görünür ki, Səbail RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Arif Qarayev tərəfindən Təqsirləndirilən şəxs 22 sentyabr 2020-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq şəxsiyyəti istintaqa məlum olmayan mənbədən narkotik vasitə olan heroin əldə edib üzərində saxlaması, saat 01:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, K.Cəfərəliyeva küçəsi 18 saylı binanın yaxınlığında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq BNMİ-nə gətirilmiş üzərində şəxsi axtarış keçirilən zaman əynindəki köynəyin sinə hissəsindən bir ədəd göy rəngli sellofan torbada külli miqdarda, yəni təmiz çəkisi isə 1000,0 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülməsinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılması və icraata qəbul edilməsi barədə qərar qəbul etmişdir. (cild 01, iş vər 01) BNMİ-nin CBRŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Xəyal Abışov tərəfindən həmin idarənin rəisinə raportla məruzə edərək, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs Nəriman oğlunun narkotik vasitə, psixotrop maddə, habelə onların prekursorlarını əldə etmə, saxlama və daşımasının bildirildiyini və daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitə, psixotrop maddə, habelə onların prekursorlarının, cinayətin izlərinin vaxtında aşkar edilərək, götürülməsi məqsədilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericiliklə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi xahiş edilmişdir. (cild 01, iş vər 04) “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” 22 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, BNMİ-nin CBRŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Xəyal Abışov tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə alınaraq Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda Təqsirləndirilən şəxs tərəfindən onda saxlanılan narkotik vasitənin qısa müddətdə realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, polis orqanına gətirilməsi, üzərində şəxsi axtarış, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə, yaşayış yerinə, bina və saxlanc yerlərinə baxış keçirilməsi, əməliyyat-axtarış tədbirləri həyata keçirilən zaman zərurət yarandığı halda mövcud şəraitdən asılı olaraq «Əməliyyataxtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə qanunvericiliyə uyğun şəkildə tədbirin davam etdirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 6-7) Azərbaycan Respublikası BNMİ-nin CBRŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru, Xəyal Abışovun Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis polkovniki İslam Hümbətova olan 22 sentyabr 2020-ci il tarixli raportundan görünür ki, əməliyyat müvəkkili tərəfindən idarənin rəisinə yazılı şəkildə məruzə edilərək 22 sentyabr 2020-ci il tarixdə BNMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkoitk vasitə, psixotrop maddə, habelə onların prekursorlarını əldə etmə, saxlama, daşıma və satma cinayət əməllərini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilmiş, həmin tarixdə saat 01:30-da Bakı şəhəri Kövkəb Səfərəliyev küçəsi 18 saylı binanın yaxınlığında küçədə saxlanılmış, həmin yerdə insanların və avtomobillərin intensiv hərəkətini nəzərə alaraq baş idarənin inzibati binasına gətirilmişdir, Təqsirləndirilən şəxs paltarında, bədənində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan olunmuş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyatı üzrə göstəriş verilməsi xahiş olunmuşdur. (cild 01, iş vər. 10) “Şübhəli şəxsin tutulması haqqında” 22 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 22 sentyabr 2020-ci il tarixdə, saat 02:00 dəqiqədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında müdafiəçi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə tutulmuş, tutulmanın əsasları kimi Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, üzərində gəzdirməsi və satması barədə daxil olmuş məlumat əsasında 22 sentyabr 2020ci il tarixdə, saat 01:30 dəqiqədə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri Nəsimi rayonu, Kövsəb Səfərəliyeva küçəsi 18 saylı binanın yanında küçədə saxlanılaraq BNMİ-nə gətirilməsi göstərilmiş, Təqsirləndirilən şəxs tutulduğu vaxt azadlığının məhdudlaşdırıldığı 22 sentyabr 2020-ci il tarixi, saat 01:30 olaraq nəzərə alınmışdır. (cild 01, iş vər.14) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərarla tanış edilmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, 2015-ci ildə AR CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur, 5-6 ildir narkotik vasitə qəbul edir. Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki köynəyinin sinə hissəsində içəridən bir ədəd sellofan torba, əynindəki idman gödəkçəsinin sol qoltuq cibindən bir ədəd «Hoffmann» markalı mobil telefon, bir ədəd siqaret qutusu və bir ədəd qulaqcıq, idman gödəkçəsinin sağ yan cibindən bir ədəd alışqan və şalvar kəmərinin bir ədəd qarmağını çıxarıb təqdim etmiş və ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi sellofan torbada bükülünün içərisindəki narkotik maddədir, Lənkəran şəhərindən olan Səxavət adlı şəxsin vasitəsi ilə Bakı şəhəri 28 may metrosunun ərazisində ağacın dibindən götürmüş, Səxavət ona bunun əvəzinə 50 manat, dərman və narkotik vasitə verəcəyini demişdir. Səxavətlə 2 gündür parkda tanış olmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbada olan bir ədəd sellofan bükülünün içərisinə baxıldıqda narkotik vasitə heroinə bənzər kütlə aşkar olundu və götürüldü. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirdi ki, əldə etdiyi narkotik vasitədən heç kimə verməmiş, satmamış, hamin bükülünü açmamışdır, özü narkotik qəbul edəndir, satışı ilə məşğul olmamışdır. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı onun üzərində hər hansı bir qanunsuz əşya və ya digər bir əşya aşkar olunmamış və götürülməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükülü-həmin sellofan torbaya qoyularaq elektron tərəzidə çəkildikdə heroinə bənzər kütlə 1,020 (bir tam mində iyirmi) kiloqram çəkidə olmuşdur. Sonra həmin bükülü sellofan torbada zərfə yerləşdirilmişdir, zərfin üstü «DİN Zərflər üçün №7(1)» möhürü ilə möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir siqaret qutusu, bir ədəd qulaqcıq, bir ədəd alışqan və şalvar kəmərinin qarmağı iş üçün əhəmiyyət kəsb etmədiyinə görə özünə qaytarılmış, bir ədəd «Hoffmann» markalı mobil telefon isə əhəmiyyət kəsb etdiyinə görə götürülərək protokola əlavə olunmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir qanunsuzluq edilməmişdir. Bu barədə heç bir şikayəti və tələbi yoxdur, törətdiyi əmələ görə peşmandır. Hər hansı bir psixi qüsuru və ya psixi xəstəliyi yoxdur. Şəxsi axtarış və götürmə xidməti iş otaqda keçirilmiş və «Samsung» markalı mobil telefondan istifadə etməklə foto şəkillər çəkilmişdir.(cild 01, iş vər 32-34) Məhkəmə-kimyəvi ekspertizasının 6/1961 saylı 22 sentyabr 2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilən, «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7 (1)» dairəvi möhür əksi, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd...» sözləri, adlar və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə qablaşdırılmış bir ədəd göy rəngli sellofan torbada təmiz çəkisi 1000,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı 1) daxildir.(cild 01, iş vər. 41-44) “Videogörüntüyə baxış keçirilməsi haqqında” 22 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Səbail RPİ-nin İş-nin müstəntiqi polis mayoru Arif Qarayev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.3-cü maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində 22.09.2020-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsində şəxsi axtarış aparılan zaman qeydə alınmış bir ədəd DVD diskdə olan videogörüntülərə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, BNMİ-nin binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışdan əvvəl sonuncuya üzərində olan əşyaları çıxarıb masanın üzərinə qoyması təklif olunmuş, sonra Təqsirləndirilən şəxs əynindəki köynəyinin sinə hissəsində içəridən bir ədəd sellofan torba, əynindəki idman gödəkçəsinin sol qoltuq cibindən bir ədəd “Hoffman” modelli mobil telefon, bir ədəd siqaret qutusu və bir ədəd qulaqcıq, idman gödəkçəsinin sağ yan cibindən bir ədəd alışqan və şalvar kəmərinin bir ədəd qarmağını çıxarıb təqdim etmişdir. Bundan sonra verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi sellofan torbada bükülünün içərisindəki narkotik maddədir. Lənkəran şəhərindən olan Səxavət adlı şəxsin vasitəsi ilə Bakı şəhəri 28 may metrosunun ərazisində ağacın dibindən götürmüş, Səxavət adlı şəxs bunun əvəzinə ona 50 manat pul, dərman və narkotik verəcəyini demişdir. Fəxrəddin Hüsenovun təqdim etdiyi sellofan torbada olan bir ədəd sellofan bükülünün içərisinə baxıldıqda narkotik vasitə heroinə bənzər kütlə aşkar olunur və götürülür. Təqsirləndirilən şəxs bildirmişdir ki, əldə etdiyi narkotik vasitədən heç kimə verməmiş, satmamış, həmin bükülünü açmamış, özü narkotik qəbul edəndir, satışı ilə məşğul olmur. Bundan sonra da Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması davam etdirilmiş, lakin onun üzərində başqa qeyri-qanuni əşya aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükülü həmin sellofan torbaya qoyularaq elektron tərəzidə çəkilmiş, sonra həmin bükülü sellofan torbada zərfə yerəşdirilmiş və zərfin üstü möhürlənmiş, üzərində müvafiq qeydlər aparılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, törətdiyi əmələ görə peşmandır.(cild 01, iş vər 47) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 23 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. (cild 01, iş vər 56) Bakı şəhəri Səbail rayon Məhkəməsinin 4(009)-482/2020 saylı, 23.09.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 22 sentyabr 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər 70-72) İşdə olan X7 tərəfindən verilmiş ərizədən görünür ki, yaşadığı ünvan 2 ünvanda axtarış aparılmasına etirazı olmamışdır.(cild 01, iş vər 74) “Axtarış və götürmə aparılması haqqında” 23.09.2020-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 21, mənzil 89-da olan mənzilinə hal şahidlərinin iştirakı ilə axtarış keçirilmiş, axtarış zamanı istintaq üçün əhəmiyyət kəsb edən heç bir qanunsuz əşya aşkar edilməmişdir.(cild 01, iş vər 75-76) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş 22 oktyabr 2020-ci il tarixli tələbnamə arayışından və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nizami rayon Məhkəməsinin 07.12.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.1-ci maddəsi ilə təqsirli bilinmiş, 01 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin 04.11.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsi 76-cı maddəsinə əsasən 06 ay 29 gün vaxtından əvvəl şərti azad edilmişdir. (cild 01, iş vər 105, 150-154) “Telefona baxış keçirilməsi haqqında” 30 oktyabr 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Səbail RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis mayoru X20, icraatında Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə istintaq edilən ********* saylı cinayət işinin istintaqı ilə əlaqədar olaraq Azərbaycan Respublikası CPM- nin 51 və 236-cı maddələrinin tələblərinə riayət etməklə şəxsi axtarış zamanı iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş «HOFFMANN» modelli qara rəngli mobil telefona baxış keçirib həmin protokolu tərtib etmişdir. Telefona baxış zamanı öz adını təqdim etməyən şəxs tərəfindən ***-***-**-** saylı nömrədən 12 sentyabr 2020-ci il tarixdə «fexredin əmi, nevar neyoq, sene men yiğmişdim, daha sonra 14 sentyabr 2020-ci il tarixdə «salam Fexredin emi, götüremirem, meqabaytı, ayri yerdeyem, tema var, busaqda, suse, bildim Fexredin emi başiva donum Ayri yerdeyem, cixamiram» sözlərinin göndərilməsi, öz adnı təqdim etməyən şəxs tərəfindən ***-***-**-** saylı nömrədən 14 sentyabr 2020-ci il tarixdə «salam fəxrəddin əmi, göürə bilmirəm, ayrı yerdəyəm» yazır, Fəxrəddin isə həmin şəxsə «tema var, bu saatda şüşə» sözlərini göndərməsi, öz adını təqdim etməyən şəxs tərəfindən ***-***-**-** saylı nömrədən 15 sentyabr 2020-ci il tarixdə «harda qaldın» yazır, Fəxrəddin isə həmin şəxsə «Sebr.ol.» sözlərini göndərir, daha sonra Fəxrəddinin həmin şəxsə «qaqaş, sən naqd. Pulun verəssən, sabah mən gələndə beş qram 150 manata getirim» sözlərini göndərməsi müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş «HOFFMANN» modelli mobil telefonun istintaq üçün kəsb edən WhatsApp vasitəsilə danışıqların aparılması hissəsi açıldıqda orada həmin telefondan İradə Rzayeva adlı şəxsə 18 sentyabr 2020-ci il tarixdə «Salam, dayıdı, noldun, səni gözdüyürəm, sən gəlirsən, dura bilmir ey yerindən» sözlərinin göndərilməsi, həmçinin digər şəxslərlə də narkotiklərin alışı və satışı ilə bağlı eyni məzmunlu danışıqların aparılması müəyyən edilmişdir. Həmin faylda olan 08 səhifə «Canon» markalı printer qurğusu vasitəsi ilə çap olunaraq protokola əlavə edilmişdir. (cild 01, iş vər 106-114) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail RPİ-nin 41-ci PB-sinin Səbail RPİ-nin müstəntiqi, polis mayoru Arif Qarayevə 30 noyabr 2020-ci il tarixli ***-**** saylı və 22 dekabr 2020-ci il tarixli ***-**** saylı məktubundan görünür ki, 29 sentyabr 2020-ci il tarixli əməliyyat tapşırığına cavab olaraq bildirmişlər ki, aparılan əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələr, yaxud digər qadağan edilmiş maddələrin satışı ilə məşğul olması barədə məlumat əldə edilməmiş, həmçinin üstündən aşkar edilmiş narkotik vasitəni ona satan “Səxavət” adlı şəxsin şəxsiyyətini və olduğu yeri , həmçinin narkotik vasitələri əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır.(cild 01, iş vər 140, 160) “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 06 noyabr 2020-ci il tarixli qərardan görünür ki, 07.10.2020-ci il tarixdə Bakı şəhər prokurorluğundan rayon prokurorluğuna Bakı şəhəri, Səbail RPİ-nin İş-də istintaq aparılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs 25.09.2020-ci il tarixdə Bakı İstintaq Təcridxanasının tibbi-sanitar hissəsində müayinə edilən zaman sağ yuxarı və aşağı ətraflarda çoxsaylı postinyeksion qərtməkli yara xəsarətlərinin aşkar olunması, həmçinin sonuncu faktla bağlı həmin xəsarətləri həbs olunmamışdan qabaq insulin iynəsi ilə özü-özünə narkotik maddələr vurması nəticəsində almasını bildirməsi barədə məlumat daxil olmuş, həmin məlumat əsasında araşdırma aparılmış və Təqsirləndirilən şəxs xəsarət alması ilə bağlı toplanmış materialda cinayət hadisəsinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. (cild 01, iş vər 148-149) Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 2191 saylı 03 noyabr 2020-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 01, iş vər 155-159) Məhkəmə-narkoloji ekspertizasının 14 dekabr 2020-ci il tarixli 3447 saylı rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 161-162) “Sübutların qiymətləndirilməsi və icraata ayrıca cinayət işinin ayrılması haqqında” 2 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 23.09.2020-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması, ********* saylı cinayət işindən iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini əldə etdiyi “Səxavət” adlı şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.3-cü maddəsi ilə icraata ayrıca ********* saylı cinayət işinin ayrılması, ********* saylı cinayət işindən iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini əldə etdiyi “Səxavət” adlı şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.3-cü maddəsi ilə icraata ayrıca ********* saylı cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş “HOFFMAN” modelli mobil telefonun iş üzrə maddi sübut kimi tanınması qərara alınmış, hazırki cinayət işindən ayrıca icraata ayrılmış cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş 1000,0 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 999,95 qram narkotik vasitə heroin saxlanılması üçün Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (cild 01, iş vər 162-168) İş materiallarına əlavə olunmuş 000083 saylı vəsiqədən görünür ki, X8 ümumi xəstəlikdən, ikinci qrup əlildir. Vəsiqə 13 dekabr 2016-cı il tarixdə verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Psixiatriya Xəstəxanası tərəfindən verilmiş arayışdan görünür ki, Bakı şəhəri, Səbail rayonunda qeydiyyatda olan 01.11.1994-cü il təvəllüdlü X1 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin göndərişinə əsasən 03.12.2012-ci il tarixdən 05.12.2012-ci il tarixədək Bakı şəhəri 2 nömrəli X3 stasionar müayinə olmuşdur. Məhkəmə iclasında kompüter texnikasının vasitəsilə cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd «DVD» diskdə olan videgörüntüyə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə “Şəxsi axtarış və götürmə aparılması haqqında” 05 sentyabr 2020-ci il tarixli protokolun və “Videogörüntüyə baxış keçirilməsi haqqında” 22 sentyabr 2020-ci il tarixli protokolun məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında narkotik vasitələrin siyahısında heroinin 2 qramdan yuxarı olması külli miqdar hesab olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması onun özünün məhkəmə iclasında verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi, hadisələrin baş vermə yeri, mexanizmi və ardıcıllığı ilə bağlı halları xırda detalları ilə təsvir etməklə iş materialları ilə uzlaşan ifadələri, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, 22.09.2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsinə dair protokolun məzmunu və həmin hərəkətləri özündə əyani olaraq əks etdirən videogörüntülər, təqsirləndirilən şəxsin istifadəsində olan mobil telefon aparatına baxış keçirilərkən müəyyən edilmiş Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edən hallar, maddi sübutlar və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli hesab edərək, üzərində yalnız 0,5 qram miqdarda heroin olduğu, üzərindən aşkar edilmiş bir ədəd sellofan bağlamada, 1000,0 qram çəkidə narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən ona sonradan verildiyi və özünü narkotik vasitələrin satışı ilə məşğul olmadığına dair hissədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərarlarındakı mövqeyini, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun müddəalarını və işin faktiki hallarını, yəni əməliyyat axtarış və ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmununu, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına dair iş materialları ilə uzlaşan və özünün narkotik vasitələri əldə etdiyi şəxsin ona pulsuz narkotik vasitə verməsi və bir miqdar pul verməsi müqabilində (şəxsi maraq məqsədi ilə), faktiki olaraq narkotik vasitələrin daşınması və istehlakçılara çatdırılmaqla yayılması ilə, həmin vasitələrin satışı ilə məşğul olduğuna dəlalət edən qismən etiraf edici ifadələri, Təqsirləndirilən şəxs üzərindən aşkarlanıb götürülmüş narkotik vasitə heroinin bir kiloqram çəkidə olmaqla külli miqdarda olması əlamətini, məhkəmə iclasında da nümayiş etdirilməklə tədqiq edilmiş 01 ədəd «DVD» diskdə olan videgörüntülərlə, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 sentyabr 2020-ci il tarixli protokol məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması ilə yanaşı, həmin video görüntülərdən Təqsirləndirilən şəxs narkotik vasitəni təqdim etməsindən sonra, ona verilən suallara cavab olaraq, təqdim etdiyi sellofan torbada bükülünün içərisindəki narkotik maddə olmasını, Səxavət adlı şəxsin vasitəsi ilə Bakı şəhəri 28 may metrosunun ərazisində ağacın dibindən götürməsini, Səxavətin ona bunun əvəzinə 50 manat, dərman və narkotik verəcəyini deməsinin müəyyən edilməsi kimi obyektiv olaraq təsdiq olunan xüsusatları və digər sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayət əməlinin törədilməsinə, eləcə də polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsin iddia etdiyi qanunsuz hərəkətlərin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz, verilmiş ittihamı təkzib edə biləcək sübutlar müdafiə tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin göstərilən hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs 50-dən çox yaşının olmasını, arvadının 2-ci qrup əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət əməli törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 22 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmuş və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu qeyd olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar,- Səbail RPİ-də saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq qalan,- 995,95 (doqquz yüz doxsan beş tam yüzdə doxsan beş) qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş 22 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalı, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş “HOFFMAN” modelli mobil telefonun cinayət işindən iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini əldə etdiyi “Səxavət” adlı şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.3-cü maddəsi ilə ayrıca icraata ayrılmış ********* saylı cinayət işinə əlavə edilmiş olması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 420 (dörd yüz iyirmi manat) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 22 sentyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar,- Səbail RPİ-də saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq qalan,- 995,95 (doqquz yüz doxsan beş tam yüzdə doxsan beş) qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinə əlavə edilmiş 22 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlansın, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş “HOFFMAN” modelli mobil telefonun cinayət işindən iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini əldə etdiyi “Səxavət” adlı şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.3-cü maddəsi ilə ayrıca icraata ayrılmış ********* saylı cinayət işinə əlavə edilmiş olması nəzərə alınsın. İş üzrə ekspertiza xərcləri cəmi 65 manat (altmış beş manat) Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar