Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-651/2023 15.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır; belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 24 avqust 2022-ci il tarixdə saat 18 radələrində Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanın qarşısında saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının sağ yan cibindən 1 bükümdə təmiz çəkisi 5,424 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqının ilkin mərhələsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tanımadığı adamdan “Kubinka” adlanan yerdən öz istifadəsi üçün təxminən 4 qrama yaxın narkotik vaitə heroin əldə etmiş, yaşadığı evin həyətində olarkən iki nəfər polis əməkdaşları ona yaxınlaşmış və onu polis bölməsinə dəvət etmiş, polis bölməsində olarkən videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı üzərində olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir; polis əməkdaşları tərəfindən ona hər hansı fiziki təsir göstərilməmiş, bədəni üzərində aşkar edilmiş xəsarətləri tutulmamışan bir neçə gün əvvəl evinin damının şiferinin üstündə dayanarkən şiferin qırılması və onun yerə yıxılması zamanı almışdır, həmin xəsarətlərin polis əməkdaşları ilə heç bir əlaqəsi olmamışdır, polis əməkdaşlarına qarşı heç bir etirazı və şikayəti yoxdur, əgər onun üzərində narkotik vasitə olmasaydı polis əməkdaşları onu tutmazdılar. Məhkəmə istintaqının növbəti mərhələsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək əvvəlki məhkəmə iclaslarında verdiyi ifadəsini tam dəyişərək göstərmişdir ki, o, heç vaxt nakotik vasitələrin istifiadəçisi olmamış, 5 nəfər polis əməkdaşları onun yaşadığı evə daxil olaraq onu polis bölməsinə aparmışlar, orada onu döyərək, İlham adlı qonşusundan narkotik vasitə almasını deməsini və sonuncunun “üzünə durmasını” tələb etmişlər, lakin o, razılaşmamış, bu səbəbdən üzərinə narkotik vasitə qoymuşlar və videoçəkilişlə aparılan şəxsi axtarış zamanı həmin narkotik vasitəni çıxarıb təqdim etməsinə məcbur etmişlər. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində şübhəli şəxs qismində verdiyi və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir narkotik vasitə istifadə edir, istifadə etdiyi narkotik vasitəni müxtəlif yerlərdən alır və sonuncu dəfə “Kubinka” kimi tanınan ərazidən tanımadığı şəxsdən narkotik vasitə kakosu 180 manata almışdır. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində ünvan 4 ünvanının qarşısında olan zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək sonra onu Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində təhqiqatçı tərəfindən sənədləşmə aparılaraq ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın və ya maddənin olub-olmadığı soruşulmuşdur. Bu zaman həmin proses mütəxəssis tərəfindən video kamera ilə qeyd almırmış. Həmin suala cavabn olaraq üzərində olan narkotik vasitəni təqdim etmişdir. Daha sonra masaya yaxınla.araq əynində olan açıq mavi rəngli cins şalvarın cibindəki şəffaf sellofan bükülmüş 1 ədəd bükümü çıxararq masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda isə onun içində tünd qəhvəyi rəngli maddəni təqdim etmişdir. Daha sonra həçmim maddə boş zərfə qoyularaq iştirakçıların iştirakı ilə möhürlənib MEM-nə göndərilmişdir. Daha sonra qeydə alınmış video görüntüyə baxmış və tərtib olunmuş protokol tərəfindən imzalanmışdır (1-ci cild iş vərəqi 60-61). Təqsirləndirilən şəxs ibtidai istintaqın növbəti mərhələsində təqsirləndirilən şəxs qismində dindirilərkən Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və heç bir əsas gətirmədən dindirmə protokolunu imzalamaqdan imtina etmişdir (1-ci cild iş vərəqi 78-79) Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, 24 avqust 2022-ci il tarixdə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin ərazisində baş əməliyyat müvəkkili Şahid2la xidmətdə olarkən, bir nəfərin özünü şübhəli apardığını görmüşlər, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər, həmin şəxs də özünü təqim etmiş, Təqsirləndirilən şəxs olduğunu bildirmiş, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrdən istifadə edibetməməsini soruşduqları vaxt sonuncunun cavabları şübhə doğurmuş, sonuncunu polis bölməsinə dəvət etmişlər, polis bölməsində xidməti otaqların birində videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axatarış keçirilmiş, sonuncu göy rəngli cinsinin xatırlamadığı cibində içərisində narkotik vasitə heroin olduğunu bildirdiyi bir bükümü onlara təqdim etmiş, Təqsirləndirilən şəxs həmin maddəni nə vaxt və haradan aldığını soruşduqda, sonuncu «Kubinka» deyilən ərazidən 150-200 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 24 avqust 2022-ci il tarixdə Nəsimi RPİ-nin 20-ci PB-nin baş əməliyyat müvəkkili Şahid2 ilə birgə xidmətdə olan zaman təxminən saat 18 radələrində ünvan 4 ünvanının qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görərək ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özülərini təqdim etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu demişdir. Təqsirləndirilən şəxs üzərində cinayət məsuliyyətinə səbəb ola biləcək qanunla qadağan olunmuş hər hansı bir əşya, eləcə də, narkotik vasitə olub- olmamasına dair əsaslı şübhələr yarandığından Nəsimi RPİ-nin 20-ci PB-nə dəvət etmişlər. Bundan sonra həmin şəxs etiraz etmədən razılaşmış və polis bölməsinə gəlmişlər. İdarəyə gəldikdən sonra müvafiq hərəkətlərin keçirilməsi Nəsimi RPİnin 20-ci PB-nin təhqiqatçısı Zaur Hacızadəyə həvalə edilmişdir. Zaur Hacızadə saxlanılan şəxs Təqsirləndirilən şəxs müdafiə hüququnu izah edib, vəkillərin siyahısını vermişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün əkil təyin edildikdən və həmin vəkil inzibati binaya gələrək, şübhəli şəxsə təqdim edildikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və daha sonra onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış video kameranın müşayiəti ilə keçirilməyə başlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan açıq mavi rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd kiçik şəffaf sellofan torbanı təqdim etmişdir. Həmin bükümün içərisində narkotik vasitə heroinə bənzər maddə olduğunu demişdir. Haradan əldə etməsi soruşulan zaman “Kubinka” adlanan ərazidə təsadüfü tanıdığı və haqqında dəqiq məlumatı olmayan şəxsdən öz istifadəsi üçün 180 manat pula aldığını bildirmişdir. Təqdim etdiyi heroinə bənzər maddə sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 oğlunun ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. İşdə olan 24 avqust 2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs açıq mavi rəngli cins şalvarının sağ yan cibindən, şəffaf sellofana bükülmüş, içərisində maddə olan 1 (bir) ədəd bükümü təqdim etmiş, təqdim etdiyi maddənin heroin olmasınıı, həmin maddəni 24 avqust 2022-ci il tarixdə səhər saatlarında “Kubinka” kimi tanınan ərazidə, tanımadığı şəxsdən, şəxsi istifadəsi üçün 180 manata almasını bildirmişdir (1-ci cild iş vərəqi 45-50). İşdə olan ambulator məhkəmə- psixiatrik ekspertiza üzrə 21 noyabr 2022-ci il tarixli 3078 saylı ekspert rəyindən görünür ki, əsasən yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu müşahidə olunur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 21-və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə müalicəyə ehtiyac yoxdur (1-ci cild iş vərəqi 141-143). İşdə olan məhkəmə kimyəvi ekspertiza üzrə 25 avqust 2022-ci il tarixli 6/4505 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN "Zərflər üçün №188” möhür əksi, “Şübhəli şəxs:... Təqsirləndirilən şəxs...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 5,424 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - hero indir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (1-ci cild iş vərəqi 55-58). İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 19 noyabr 2022-ci il tarixli 6986 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi ııarkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 139-140). İşdə olan 22 sentyabr 2023-cü il tarixli əşyanın maddi sübut kimi tanınması və təhvil verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalan 5,324 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin Növbətçi hissəsinə təhvil verilmişdir (1-ci cild iş vərqəi 122). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş08 sentyabr 2022ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt hərbi məhkəməsinin 23 oktyabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsinə əsasən intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilmiş, həmin cəza 06 ay sınaq müddəti ilə şərti hesab edilmişdir (1-ci cild iş vərəqi 109-110). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər sınaq müddəti başa çatdıqda məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 2022-ci ildə, yəni şərti məhkum edildiyindən 13 il sonra törətdiyindən Azərbaycan Respublikası CM-in 83.3.1-ci maddəsinə əsasən məhkumluğu ödənilmiş şəxs hesab edilir. İşdə olan şübhəli şəxsin tutulması haqqında 24 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 22-23). İşdə olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 24 avqust 2022-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 86-90). İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşlarının evinə daxil olması, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmaması, polis əməkdaşlarının təsiri və təzyiqi ilə üzərinə narkotik vasitə qoyulması və etirafedici ifadələr verməsi, polis əməkdaşlarının fiziki təsiri - döyülmə və işgəncələrə məruz qalması nəticəsində xəsarət alması barədə ifadəsinə tənqidi yanaşır, özünümüdafiə xarakterli hesab edir. Belə ki, işdə olan 24 avqust 2022-ci il tarixli raportdan görünür ki, 24 avqust 2022-ci il tarixdə saat 18:00 radələrində Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 165 ünvanının qarşısında xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli aparmasını görmüşlər və həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər, həmin şəxs özünü şübhəli apardığından və üzərində şəxsiyyətin müəyyən edən sənəd olmadığından onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində olan zaman üməyyən olunmuşdur ki, həmin şəxs xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Sonuncu sorğu zamanı narkotik vasitə aludəçisi olmasını öildirdiyindən üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya narkotik vasitə olması şübhəsi yaranmışdır (1-ci cild iş vərəqi 3). Məhkəmə zamanı Təqsirləndirilən şəxs, polis əməkdaşlarının onu Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 165 ünvanının qarşısından deyil, yaşadığı evə daxil olunaraq polis bölməsinə aparılmalarını evdə olan anası Şahid4 görməsini bildirmiş, məhkəmə tərəfindən Şahid4 məhkəməyə əlavə şahid qismində dəvət edilməsi brədə müdafiəçinin vəsatəti təmin edilsə də, Şahid4 məhkəməyə gəlməmiş, müdafiəçinin və məhkəmənin təşəbbüsü ilə edilən dəvətlərə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, Camal Kamranov da anasının yataq xəstəsi olmasını bildirməklə sonuncunun məhkəməyə dəvət edilib dindirilməsini istəməməsini göstərmiş, bununla da polis əməkdaşları tərəfindən yaşadığı evə daxil olunaraq polis bölməsinə evindən aparılmasını təsdiq edə biləcək başqa bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı ifadələrini dəfələrlə dəyişərək gah polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməməsi, təzyiqlərə və işgəncəlrə məruz qalmaması barədə, gah da əksinə polis əməkdaşlarının təzyiqi və təsiri nəticəsində etirafedici ifadələr verməyə məcbur edilməsini götərmiş, məhkəmə zamanı ifadələrini bir-birinə tam zidd formada dəyişməsinin səbəbləri barədə isə əsaslı heç bir əsaslı dəlil göstərə bilməmiş, birbiri ilə uzlaşmayan müxtəlif bəhanə xarakterli fikirlər səsləndirmişdir. Belə ki, işdə olan 24 avqust 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış aparılarkən polis əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlərə yol verməsi barədə təhqiqatçıya heç bir məlumat verməmişdir. Bundan başqa işdə olan 25 avqust 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs 25 avqust 2022-ci il tarixdə ərizə ilə Nəsimi rayon prokurorluğuna müraciət edərək 24 avqust 2022-ci il tarixdə polis əməkdaşlarının gecə saat 03 radələrində onun yaşadığı evə daxil olaraq onu polis bölməsinə aparmaları və orada onu döyərək ona məxsus olmayan narkotik vasitəni üzərinə qoyduqlarını və vidoçəkiliş zamanı həmin narkotik vasitəni çıxarıb təqdim etməsinə məcbur etdiklərini göstərmiş və ona köməklik göstərilməsini xahiş etmişdir (1-ci cild iş vərəqi 103). İşdə olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli qərarından görünür ki, Nəsimi rayon prokurorluğuna etdiyi şikayətindən cəmi bir gün sonra Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən müdafiəçi Şahid5 hakimə Təqsirləndirilən şəxs ona polis əməkdaşları tərəfindən evdən gecə saat 3-də yatdığı yerdə götürülüb polis bölməsinə aparıldığını, bölmədə olarkən onu döydüklərini, polisin təzyiqi və təsiri altında ifadə verdiyini deməsini bildirmişdir; Camal Kamranov isə həmin məhkəmə iclasında müdafiəçisinin göstərdiklərin tam təkzib edərək ona qarşı irə sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş, bir aya yaxındır ki, narkotik vasitələrdən istifadə etdyini, saxlanılan zaman üzərində narkotik vasitə olan «kokos» olduğunu, həmin narkotik vasitənin çəkisinin təxminən 4-5 qram olmaqla «Kubinka» adlanan ərazidə tanımadığı şəxsdən aldığını, əməlindən çox peşiman olduğunu, üzərində olan xəsarətləri polisdən qaçarkən yıxılaraq aldığını, atası psixi xəstə oldmasını və anasının şəkər xəstəsi omlasını nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsini xahiş etmişdir (1-ci cid iş vərəqi 86-50) İşdə olan 29 avqust 2022-ci il tarixli müraciətdən görünür ki, müdafiəçi Şahid5 Nəsimi rayon Prokurorluğuna və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı şikayət etmişdir (1-ci cid iş vərəqi 115-116). İşdə olan 09 sentyabr 2022-ci il tarixli izahatdan görünür ki, müdafiəçisi Şahid5 hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs döyülmə faktı ilə bağlı etdiyi şikayət əsasında Nəsimi rayon prokurorluğunda aparılmış yoxlama zamanı prokurorluğun müstəntiqi Yusif Mehdizadə tərəfindən izahatı alınan Təqsirləndirilən şəxs izahatında müdafiəçisi Şahid5 düz demədiyini, heç bir polis əməkdaşları tərəfindən döyülmədiyini, heç bir xəsarətinin olmadığını, narkotik vasitə istfiadə etidyi üçün tutulduğunu göstərmişdir (1-ci cild iş vərəqi 117). İşdə olan 19 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Nəsimi rayon Prokurorluğunun qərarından görünür ki, Təqsirləndirilən şəxs Nizmi oğlunun Nəsimi RPİ-nin 20-ci PB-nin baş əməliyyat müvəkkili Şahid2 və baş əməliyyat müvəkkili Həbibullah Bədəlov tərəfindən işgəncəyə və digər qanunsuz hərəkətlərə məruz qalması müəyən edilmədiyindən sonuncular barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir (1-ci cild iş vərəqi 159-161). Bundan əlavə müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisi olmuş və hüquqlarını müdafiə etdyi şəxsin döyülməsi ilə bağlı Nəsimi rayon Prokruorluğuna müraciət etmiş vəkil Şahid5 məhkəməyə qeyd edilən məsələlərə aydınlıq gətiriliməsi məqsədi ilə əlavə şahid qismində dəvət edilmiş, Şahid5 Vəkillər və vəkillik fəaliyyəti haqqında Azərbaycan Respublikasının 17-ci maddəsində nəzərdə tutulmuş vəkil sirri təşkil edən məsələlərə toxunmadan göstərmişdir ki, həqiqətən də ibtidai istintaq zamanı hüquqlarını müdafiə etdyi Təqsirləndirilən şəxs ona polis əməkdaşları tərəfindən döyülməsini bildirdikdən sonra bu barədə Nəsimi rayon Prokurorluğuna müraciət etmiş, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən işə baxan hakimə bu barədə bildirmiş, lakin Təqsirləndirilən şəxs istər barəsində qətimkan təlbiri seçilməsi məsələsinə baxan hakimə, istərsə də Nəsimi rayon Prokurorluğunda aparılan yoxlama zamanı izahatını alan prokurorluğun müstəntiqinə polis əməkdaşları tərəfindən döyülmədiyini, üzərində narkotik vasitə olduğunu, onun (yəni müdafiəçisi Şahid5) düz məlumat vermədiyini bildirmişdir, bundan sona o, bir daha Təqsirləndirilən şəxs döyülməsi ilə bağlı heç yerə şikayət etməmişdir. Bundan başqa, məhkəmə zamanı təsqirləndirilən şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları Şahid2 və Həbibullah Bədəlov tərəfindən deyil, tanımadığı 5 nəfər «serjant» rütbəli şəxslər tərəfindən onun evinə daxil olunduğunu və polis bölməsinə aparılaraq orada döyüldüyün bildirmiş, həmin şəxslərin anket məlumatları barədə isə heç bir məlumat verməmişdir. Bundan əlavə, təsqirləndirilən şəxs Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərlə bağlı ibtidai istintaqın və məhkəmə istintaqının müxtəlif mərhələlərində müxtəlif və bir-biri ilə tam ziddiyyət təşkil edən məlumatlar verərək, gah polis əməkdaşları onu saxlamaq istəyərkən sonunculardan qaçarkən yıxıldığı vaxt həmin xəsarətləri almasını, gah polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində xəsarət aldığını, gah tutulmamışdan bir neçə gün əvvəl yaşadığı evin damının şifer örtüyünün qırılması nəticəsində yerə yıxılıb sıyrıq xəsarətləri almasını bildirmiş, bununla da məhkəmə tərəfindən həmin xəsarətlərin mənşəyi barədə vahid fikir formalaşdırmağa mane olmuşdur. Eyni zamanda, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olmaması barədə göstərdikləri də məhkəmə-narkoloji ekspertiza üzrə 19 noyabr 2022-ci il tarixli 6986 saylı ekspert rəyi ilə tam təkzib olunmuş, belə ki, həmin ekspert rəyi ilə Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması öz təsdiqini tapmışdır. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olmaması, polis əməkdaşları tərəfindən evinə daxil olunaraq polis bölməsinə aparılması, saxlanılarkən üzərində narkotik vasitə olmaması, polis əməkdaşları tərəfindən döyülməyə və işgəncələrə məruz qalması, həmin təzyiqlər nəticəsində etirafedici ifadələr verməsi barədə göstərdikləri məhkəmə baxışı zamanı tədqiq edilmiş cinayət işinin materialları, məhkəmə zamanı dindirilmiş şahidlərin ifadələri ilə tam təkzib olunmuş, təqsirləndirilən şəxsin məhkəmənin müxtəlif mərhələlərində bir-birinə zidd, bir-biri ilə uzlaşmayan və birbirini tamamlamayan ifadələr verməsini onu səmimi olmayan ifadələr verməyə meylli şəxs kimi xarakterizə etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıması məhkəmə zamanı tam sübut olunmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir; həmin Qanununu 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr)» əsasən narkotik vasitə heroinin külli miqdarının aşağı həddi isə 2 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə heroinin çəkisi 5,424 qram olduğundan külli miqdar təşkil edir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların və həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır və törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 24 avqust 2022-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza çəkməsinin başlanğıcının tutulduğu 24 avqust 2022-ci il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 19 noyabr 2022-ci il tarixli 6986 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğu üçün narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və ərazi ııarkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən Təqsirləndirilən şəxs narkomaniyadan tibbi xarakterli məcburi müalicə tədbirləri təyin edilməməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. İşdə olan kimyəvi ekspertiza üzrə 25 avqust 2022-ci il tarixli 6/4505 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 5,424 qram narkotik vasitə heroin kustar üsulla hazırlanmışdır. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Bakı şəhəri Nəsimi RPİ-nin növbətçi hissəsinə təhvil verilmiş 1 ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,424 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə keçirilən zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 24 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Nəsimi RPİ-nin növbətçi hissəsinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,324 qram narkotik vasitə heroin məhv edilsin; Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə keçirilən zaman çəkilmiş video görüntünün köçürüldüyü 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-651/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-651/2023
15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver