Məhkəmə qərarları › İş №1(101)-652/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-652/2020

11.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-652/2020 11.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və QəniyevFaiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə,Məhkəmə iclasının katibi X2,Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı Cəbrayıl oğlunun,Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə , xx xxxxxx 1965-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkumluğu olan, Masallı rayonu, Ərkivan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin P enitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs əvvəllər törətdiyi ağır cinayətə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 08il müddətinə azadlıqan məhrum etmə cəzasına məhkum olunmasına, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə təyin edilmiş cəza 07 il azadlıqdan məhrum etmə cəzasına endirilməsinə və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 iyun2019-cu il tarixli qərarı ilə çəkilməmiş qalan cəza müddətini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən istintaqa məlum olmayan mənbədən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraqkülli miqdarda 199 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 100 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üstündə saxlamaqla Bakı şəhəri, Yasamalrayonu, Moskva prospekti, məhəllə 3168, 43 saylı ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 18.50-də qeyd olunan ünvanda saxlanılaraq ünvan 4 ünvanda yerləşən Baş X1 İdarəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli dəri gödəkçəsinin iç sağ cibindən bir ədəd şəffaf rəngli sellofan bağlamada iki ədəd bükümdə 99 qram və 100 qram olmaqlaümumilikdə və ayrı-ayrılıqda külli miqdarda 199 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə külli miqdarda 100 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs AzərbaycanRespublikası CM-in 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə ailəsi ilə görüşmək üçün Masallı rayonunda yerləşən cəza çəkdiyi 11 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən icazə alıb Bakı şəhərinə gəlmişdir. Elə həmin gün yəni xx xxxx 2020-ci il tarixdə saat 18:50 radələrində Bakı şəhəri, Yasamalrayonu, Moskva prospektində şəxsi avtomobili ilə keçdiyi zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. Polisidarəsində onun üzərində axtarış keçirilmişdir. Onun üzərində narkotik olmamışdır. Lakin polislər özləri onun üzərinə narkotik qoymuşlar. Bir ədəd şəffaf sellofan bağlamanı masanın üzərinə qoyub içindəki narkotikin ona məxsus olduğunu bildirmişdirlər. Rahib İbadov bildirmişdir ki, onun 4 000 manatı olmamışdır. O, heç kimə pul verib narkotik almamışdır, “Mamed” adlı şəxsi tanımır. Həmçinin bildirmişdir ki, polislər ona zor tətbiq edərək etirafedici izahatlara imza atdırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş AzərbaycanRespublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşı Şahid2 ifadəsində bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə Baş idarəyə daxil olmuş məlumatda Masallı rayonu, Ərkivan kəndində yaşayan Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlayaraq daşıması, həmçinin qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 18.50-də Təqsirləndirilən şəxs ünvan 5 ünvanın qarşısında saxlanılaraq Baş İdarəyə dəvət olunmuşdur. Baş İdarədə şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin cibində narkotik vasitə və psixotrop maddə olduğunu bildirib, əynində olan qara rəngli dəri gödəkçəsinin iç sağ cibindən çıxardığı bir ədəd şəffaf sellofanı bağlamanı masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofan bağlamanın içində iki ədəd sellofan bükümdə narkotik vasitə heroin və bir ədəd sellofan bükümdə psixotrop maddə metafetamin olduğunu bildirmişdir. Həmin şəffaf sellofan bağlamanın içində olan üç ədəd sellofan bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda iki ədəd sellofan bükümün içərisində narkotik vasitə heroinə oxşar maddə, bir ədəd sellofan bükümün içərisində psixotrop maddə metafetaminə oxşar maddə olması müşahidə edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddəni təxminən 25 gün əvvəl Lənkəran şəhərində “Mamed” adlı şəxsdən 4.400 manataaldığını, narkotik vasitəni və psixotrop maddəni üzərində daşımaqla yaşadığı Masallı rayonu, Ərkivan kəndində yerləşən evinə aparmaqla oradagizlədib saxladığını, xx xxxx 2020-ci il tarixdə həmin narkotik vasitəni və psixotrop maddəni satmaq məqsədilə üzərində daşıyaraq Bakı şəhərinə gətirdiyinibildirmişdir. Şəxsi axtarış davam etdilərkən Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə və bir ədəd sellofan bükümdə olan psixotrop maddə metafetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra axtarış keçirilməsi haqqında müvafiq protokol tərtib edilmiş və ucadan oxunmuşdur. Saxlanılan şəxs protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Götürülmüş maddələr və digər əşyalar protokola əlavə edilmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş məhkəmədə ifadəsi tədqiq olunmuş Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin digər əməkdaşı Şahid1 Şahid2 fadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 6/50 №li rəylərində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” yazılar və imzalar olan zərfdəki iki ədəd bükümdə 99 qram və 100 qram olmaqlaümumilikdə 199 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə külli miqdarda 100 qram çəkidə psixotrop maddə metamfetamindir.Qalıq: heroin 198,9 qram, metamfetamin 99,9 qram. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkolojitibbi yoxlamasının xx xxxxx 2020-ci il tarixli 1034 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokol, eləcə də, cinayət işinə əlavə edilən digər ilkin araşdırma materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs 199 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə külli miqdarda 100 qram çəkidə psixotrop maddə metamfetaminin onun olmamasını, həmin maddələri polislərin onun üzərinə qoyduqlarını bildirməsi Təqsirləndirilən şəxs ifadəsində öz müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə istintaqı zamanı yoxlanılmış və toplanılmış möhtəbər subutlarla özünün ifadəsi ilə yanaşı və şahid ifadələri ilə tam təkzib olunduğu üçün məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq, həmin ifadəni Təqsirləndirilən şəxs ağır cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadələri kimi qiymətləndirməklə həmin ifadəni subut növü kimi qəbul etmir. Məhkəmədə təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. «Narkotik vasitələrin, psixotropmaddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixliQanunnun 10.0.11-ci maddəsinə göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq AzərbaycanRespublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir».Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotropmaddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» xx xxxx 2011-ci il tarixli qərarın 8 və 9-cu bəndlərinin tövsiyyələrində göstərilir ki, Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimiqiymətləndirilə bilməz. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotropmaddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli, 961 №-li AzərbaycanRespublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 5-ci bəndinə görə 2 qram və ondan artıq narkotik vasitə olan heroin külli miqdar müəyyən edilmişdir. Məhkəmə, yuxarıda göstərilən sübut növlərinə əsasən hesab edir ki, məhkəmədə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, üzərində saxlama və daşıma cinayətini törətməsi sübuta yetirildi.Beləliklə, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll edərkən hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin ittihamolunduğu cinayət əməllər tam sübuta yetirildiyindən Təqsirləndirilən şəxs əməli AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dizpozisiyaşərtləri ilə uyğun gəlir. Bu səbəbdən də, məhkəmə, təqsirləndirilən şəxsli əməlinin həmin maddə ilə tövsif edilməsini əsaslı sayaraq, hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır.Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzasını yüngülləşdirən halları, eyni zamanda həyat və tərbiyə şəraitini, əqli və psixiki inkişaf səviyyəsi nəzərə alır.Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi (təhlükəli ) cəzanı ağırlaşdıran hal kimi müəyyənləşdirir. Məhkəmədə Azərbaycan Respublikası CM-in 59-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesabedir ki, təqsirləndirilən şəxs müəyyən müddətə cəmiyyətdən təcrid olunmaqla və real olaraqazadlıqdan məhrum edilməklə yenidən tərbiyə və islah oluna bilər. Buna görə də, məhkəmə, Təqsirləndirilən şəxs oğluna təqsirləndirildiyi maddənin sanskiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə onun islah və yenidən tərbiyə olunması və bu yolla cəzanın məqsədlərinə cavab veriləcəyi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli residivi sayılır.Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır.Məhkəmə, şərh edilmiş Cinayət qanunun normasına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir və onun hazırkı törətdiyi əməl cinayətin təhlükəli residivini yaradır.Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır.Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə Təqsirləndirilən şəxs oğluna təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, «Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» protokola əsasən hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının çəkilməsi müddətinin əvvəli bu iş üzrə tutulduğu andan, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır.Azərbaycan respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu gün x xxxx 2020-ci il tarixdə Bakı şəhər Xəzər rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə müəyyən edilmiş 7 il müddətə azadlıqdan məhrum etmə cəzasını çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş və cəzasının sonu xx xxxxxx 2021-ci il tarixə düşən müddət yəni 11 ay 15 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 maddəsinə əsasən hazırki çıxarılmış hökmlə hökmlərin mücmüsü üzrə birləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.Məhkəmə, Təqsirləndirilən şəxs oğluna təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının onun tərəfindən real olaraq çəkməklə islah oluna biləcəyi qənaətinə gəldiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı sayır.Məhkəmədə təqsirləndirilən şəxsin AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə olunmalı əmlakı müəyyən edilmədiyindən məhkəmə onun barəsində xüsusi müsadirənin tətbiq olunmamasını əsaslı və qanuni sayır.İş üzrə maddi sübut kimi tanınmış və AzərbaycanRespublikası DİN-in Baş X1 İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına saxlanılan bir ədəd zərfdə qablaşdırılan iki ədəd bükümdə tədqiqatdan sonra qalıq qalan 198,9 qram çəkidə narkotik vasitə heroin və bir ədəd bükümdə tədqiqatdan sonra qalıq qalan 99,9 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd CD disk isə cinayət işi materiallarında saxlanılmalıdır. Ekspertiza xərcləri 108( yüz səkkiz) manat 46( qırx altı) qəpik təşkil edir.İş üzrə həbs qoyulmuş əmlak yoxdur.Məhkəmə məsrəfini təşkil edən 108( yüz səkkiz) manat 46( qırx altı) qəpik Təqsirləndirilən şəxsdan tutularaq dövlət büdcəsinə ödənilməlidir.Cinayət iş üzrə mülki iddia verilməmişdir.Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarına əsasən təyinat üzrə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliyə əsasən, hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə - vəkil X4 150manat miqdarında pul ödənilməlidir.Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 351,353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 9(doqquz) il 3(üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 9 (doqquz) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx xxxx 2020ci il tarixli qərarı ilə müəyyən edilmiş 7 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 11 ay 15 gün hissəsi qismən birləşdirilsin və ona qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.Cəzaçəkmə müddətinin əvvəli 04 mart 2020-ci il tarixdən hesablansın.Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.İş üzrə maddi sübut kimi tanınmış və AzərbaycanRespublikası DİN-in Baş X1 İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına saxlanılan bir ədəd zərfdə qablaşdırılan iki ədəd bükümdə tədqiqatdan sonra qalıq qalan 198,9 qram çəkidə narkotik vasitə heroin və bir ədəd bükümdə tədqiqatdan sonra qalıq qalan 99,9 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd CD disk isə cinayət işi materiallarında saxlanıllsın. Məhkəmə məsrəfini təşkil edən 108( yüz səkkiz) manat 46( qırx altı) qəpik Təqsirləndirilən şəxsdan tutularaq dövlət büdcəsinə ödənilsin. Hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 150 (yüz əlli) manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar