Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-652/2022 09.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X8 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X7, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2 və 29,120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs əvvəl törətdiyi qəsdən adam öldürmə cinayətinə görə azadlıqdan məhrum etmə cəzasını çəkdiyi vaxtdan arvadı Zərərçəkmiş şəxs ondan ayrılıb X5 ilə faktiki ər-arvad münasibətlərində olmasına və 2017-ci il tarixdə azadlığa buraxıldığı vaxtdan 3 ildən artıq müddətdir ki, davamlı olaraq övladları ilə birlikdə ondan ayrı yaşaması ilə bağlı aralarında yaranmış şəxsi münasibətlərin pozulması zəminində Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmiş, bunun üçün 08 iyul 2021-ci il tarixdə, səhər saat 07 radələrində istintaqa məlum olmayan bıçağı sağ ayağındaki corabında gizlədib Zərərçəkmiş şəxs kirayə yaşadığı ünvan 2 ünvanına gəlmiş, evin giriş qapısının açıq olmasından istifadə edərək, həmin vaxt Zərərçəkmiş şəxs divanda, oğlu Şahid1 isə döşəmədə yatdıqları otağa daxil olmuş, orada Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədi ilə üzərindəki bıçağı sağ əlinə alaraq divanda yatmış, yəni onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs sinə nahiyəsinə istiqamətləndirdiyi bıçaq zərbəsini endirən anda sonuncunun yuxudan oyanaraq həmin zərbənin, eləcə də eyni istiqamətdə endirdiyi ardıcıl zərbələrin qarşısını sol qolu ilə almaqla aktiv müqavimət göstərməsi səbəbindən həmin zərbələr sol qoluna dəyərək sol bazunun bir ədəd və sol saidin iki ədəd, cəmi üç ədəd dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid deşilmiş-kəsilmiş xəsarətləri yetirmiş, daha sonra öz cinayətkar niyyətinə çatmaq məqsədi ilə ayağa qalxıb ona müqavimət göstərməyə cəhd edən Zərərçəkmiş şəxs qarın nahiyəsinə də bir zərbə vurmaqla sonuncuya qara ciyərin zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının daxilə nüfuz edən bir ədəd həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid deşilmişkəsilmiş xəsarət yetirmiş, həmin vaxt Zərərçəkmiş şəxs qışqıraraq kömək çağırması, onun səsinə oğlu Şahid1 da yuxudan oyanaraq onu görməsi səbəbindən, həmçinin Zərərçəkmiş şəxs yerə yıxıldığını görüb öldüyünü zənn etdiyindən hadisə yerini tərk etmiş, lakin Zərərçəkmiş şəxs vaxtında tibbi müəssisəsinə çatdırılması, ixtisaslı tibbi yardım göstərilməsi səbəbi ilə iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar niyyətini başa çatdıra bilməməklə, aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs öldürməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 29, 120.2.2 və 29,120.2.9-cu maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər hərbi xidmətdən yayındığına görə, oğurluğa görə, sonuncu dəfə isə qəsdən adam öldürmə cinayəti törətdiyinə görə məhkum olmuş, 2017-ci ildə cəzasının sonu ilə azadlığa buraxılmışdır. Zərərçəkmiş şəxs ilə 1998-ci ildən ailə kimi birlikdə yaşamağa başlamışlar, 2010-cu ildə rəsmi nikaha daxil olmaqla, həmin nikahdan 4 övladları var. Əvvəllər ailədaxili münasibətləri normal olmuş, lakin sonradan Kəmalənin onunla birlikdə yaşamaq istəməməsi səbəbindən aralarında mübahisələr başlamışdır. Belə ki, onun qəsdən adam öldürmə cinayətini törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğu və cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddətdə, Kəmalə ona Zaur Qədimov adlı şəxslə münasibəti olduğunu demişdir. O, Zaur adlı şəxsin narkotik maddə aludəçisi olduğunu eşitmiş və Kəmaləni övladları ilə həmin şəxslə birlikdə yaşamaqdan yayındırmağa çalışmışdır. 2017-ci ildə azadlığa çıxdıqdan sonra o, Mərdəkan qəsəbəsində kirayə ev tutaraq arvadı və oğulları Pərviz və Pərvinlə birlikdə yaşamağa başlamış, lakin 3 ay birlikdə yaşadıqdan sonra Kəmalə vaxtaşırı evdən qaçıb getdiyindən onun sonuncu ilə mübahisələri başlamışdır. Bir müddət sonra Kəmalə uşaqları da özü ilə götürərək yenidən evdən getmişdir. O, dəfələrlə Kəmalənin evə qayıdaraq yenidən birlikdə bir ailə kimi yaşamasını xahiş etsə də, Kəmalə bundan imtina etmiş və narkotik aludəçisi olmuş Zaur adlı şəxslə yaşamağa davam etmişdir. Zaur Qədimovun təxminən 2 il əvvəl narkotik vasitələrin istifadəsindən dünyasını dəyişdiyini öyrənmişdir. Baş vermiş hadisədən bir gün əvvəl o təkrar olaraq Kəmalənin yanına gələrək, ondan evə qayıtmasını xahiş etmiş, lakin oğulları yanında olduğundan, Kəmalə ona növbəti gün gələcəyini demişdir. 08 iyul 2021-ci il tarixdə 07:00-08:00 radələrində o, Kəmalənin yaşadığı evə gəlmiş, həyətin və evin qapısı açıq olduğundan rahat evə daxil olmuşdur. Həmin vaxt Kəmalə və kiçik oğlu Pərvizin yatdıqlarını görmüş və Kəmalənin uzandığı divana yaxınlaşaraq özü ilə yaşadığı evdən gətirdiyi bıçağı çıxararaq həmin bıçaqla Kəmalənin qolundan toxunduraraq yuxudan oyatmış və Kəmaləyə söhbət etmək istədiyini demişdir. Kəmalə yuxudan oyanaraq ona evdən çıxıb getməsini demiş və başqa otağa gedərək daha sonra qayıtdıqda onlar birlikdə divanda əyləşmişlər. Söhbət etdikləri zaman Kəmalə ona uca səslə “rədd ol” qışqıraraq, ondan təkrar olaraq çıxıb getməsini tələb etmişdir. Kəmalənin bu sözlərindən əsəbləşərək o, yaşadığı evdən gətirdiyi bıçaqla ondan sol tərəfdə oturan Kəmaləni bir neçə dəfə vurmuşdur. Həmin vaxt Kəmalə sağ qolunu qabağa verərək ayağa qalxmış və onun yetirdiyi biçaq zərbələri sonuncunun əlinə dəymişdir. Onun həmin vaxt Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, sadəcə sonuncunun sözlərindən və danışıq tərzindən əsəbləşdiyinə görə bu hərəkəti etmişdir. Həmin vaxt otaqda yatmış oğlu Pərviz Kəmalənin qışqırıq səsindən oyanmış və o, oradan uzaqlaşmışdır. Bir müddət sonra polis əməkdaşları onun yaşadığı evə gəlmiş və o, polis əməkdaşlarına tutulmamaqdan ötrü qaçmağa başlamış və hərəkətdə olduğu zaman cibində olan ülgücü çıxarıb boğazını bir neçə dəfə kəsmişdir. Bir daha bildirir ki, o, dəfələrlə hal-hazırda da rəsmi nikahda olduğu arvadı Kəmalə ilə olan münasibətlərini düzəltməyə çalışsa və sonuncudan övladlarını götürərək evə qayıtmasını xahiş etsə də, Zərərçəkmiş şəxs bundan imtina etmiş və hadisə günü onunla kobud şəkildə danışdığına görə o, özündən asılı olmayan səbəbdən bu hərəkəti etmişdir. Törətdiyi əməldən peşman deyil. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır, sonuncu ilə 1995-ci ildən birlikdə yaşamaqla, birgə nikahlarından 1999-cu il təvəllüdlü qızı Nigar Cəfərova, 2000-ci il təvəllüdlü qızı Vüsalə Cəfərova, 2004-cü il təvəllüdlü oğlu Pərvin və 2005-ci il təvəllüdlü oğlu Pərviz anadan olmuşlar. İlqar dəfələrlə cinayət məsuliyyətinə cəlb olunmaqla azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğuna görə, övladlarını demək olar ki, o, təkbaşına böyütmüşdür. İlqarın 2007-ci ildə qəsdən adam öldürmə cinayətinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğu və cəzaçəkmə müəssisəsində cəzasını çəkdiyi zaman o, 2010-cu ildə Zaur Qədirovla qeyri-rəsmi ərarvad münasibətində yaşamağa başlamışdır. Maddi sıxıntıları olduğuna və boşanma prosesinin aparılması üçün pul tələb olunduğunu eşitdiyinə görə, Təqsirləndirilən şəxsla boşanmaq üçün heç bir yerə müraciət etməmişdir. 2017-ci ildə İlqar həbsdən çıxdıqda onunla əlaqə saxlayaraq barışmaq, birlikdə yaşamaq istədiyini ona demişdir. O, İlqarın Mərdəkan qəsəbəsində kirayə yaşadığı evdə övladları və İlqarla birlikdə yaşamağa başlamış, lakin sonuncunun kobud davranışına görə onunla birlikdə yaşamaq istəmədiyinə görə həmin evdən köçərək, yenidən Zaur Qədimovla birlikdə yaşamağa başlamışdır. Buna baxmayaraq o, uşaqlarının xətrinə İlqarla normal münasibət saxlamağa çalışmışdır. Zaur narkotik vasitələrin aludəçisi olduğuna baxmayaraq, İlqarla olan birgə nikahdan dünyaya gələn övladlarına atalıq etmiş və ona qarşı həmişə yaxşı davranmışdır. 2020-ci ildə Zaur Qədirov baş vermiş yanğın nəticəsində dünyasını dəyişmişdir. Zaur dünyasının dəyişdikdən sonra ailəni dolandırmaqdan ötrü müxtəlif kafelərdə qabyuyan kimi işləmişdir. Həmin vaxtlarda İlqar dəfələrlə qarşısına bıçaqla çıxaraq onu evə qayıdıb onunla birlikdə yaşamadığı təqdirdə öldürəcəyi ilə hədələmişdir. 07 iyul 2021-ci il tarixdə o, səhər 09:00 radələrində yuxudan oyanaraq işə gedərək axşam təxminən 23:00 radələrində evə qayıtmışdır. Həmin gün oğlu Pərvin dostugildə qaldığından yalnız o və digər oğlu Pərviz evdə olmuşlar. O, gecələr pis yatdığından səhər saat 07:00 radələrində yuxuya getmiş, oğlu isə həmin otaqda olan divanın baş tərəfində yerdə döşəyin üstündə yatmışdır. 08.07.2021-ci il tarixdə səhər saat 08:00 radələrində yuxuda olarkən yaxınlıqda kölgə kimi nəyinsə olduğunu hiss etmiş və gözlərini açdıqda İlqarın əlində bıçaq ilə ona doğru zərbə atdığını görmüşdür. İlqarın onun ürək nahiyəsinə doğru atdığı bıçaq zərbəsinin qarşısını almaq üçün sol qolunu zərbənin qarşısına vermişdir. O, divanda uzanan vaxtı ona iki zərbə vurmuşdur. Daha sonra İlqarı üzərindən itələmiş, yuxudan oyanaraq müqavimət göstərmişdir. Yatdığı divanın qarşısında stol olduğundan İlqar ona uzanıqlı vəziyyətdə rahat zərbə endirə bilməmişdir. O, əllərini qabağa verərək zərbələrdən yayınmağa cəhd göstərmişdir. O, ayağa qalxdıqda artıq qolundan qan gəldiyindən, ona müqavimət göstərmək imkanından məhrum olmuş və İlqar ona qarnından bıçaqla xəsarət yetirmişdir. Həmin an o, dərhal qonşuları və oğlunu çağırmışdır. Oğlu yuxudan oyanandan və səs-küy düşdükdən sonra İlqar əlində bıçaqla evdən qaçmışdır. Onun səsinə gələn qonşular ona dərhal təcili tibbi yardım çağırmışlar və həkimlərin etdiyi müdaxilə nəticəsində o, sağ qalmışdır. İlqar həmin vaxtı onun öldüyünü zənn edərək evi tərk etmişdir. O, həmin vaxt huşunu itirmiş, daha sonra 3 saylı xəstəxanada əməliyyat olmuş və dörd gündən sonra evə buraxılmışdır. Hadisə zamanı İlqarın üzərində bir ədəd qara dəstəli mətbəx bıçaq olmuşdur. İlqarın onu hansı səbəbdən öldürmək istədiyini bilmir. Təqsirləndirilən şəxs bağışlamır və məhkəmədən sonuncunun barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərdi ki, atası 2007-ci ildə adam öldürdüyünə görə 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 2017-ci ildə atası azadlığa çıxmış, atası azadlığa çıxdıqdan sonra qardaş-bacıları ilə birlikdə İlqarın Mərdəkan qəsəbəsində kirayədə yaşadığı evdə yaşamağa başlamışlar. Lakin bir müddət sonra atasının narkotik vasitələrdən istifadə etdiyini öyrənmişdir. Təxminən bir ildir ki, atası onlarla birgə evdə yaşamış, lakin bir neçə dəfə atası səbəbsiz olaraq anasına bıçaq çəkmiş, həmin vaxtı atasının qarşısını böyük bacısı Nigar Cəfərova almışdır. Bacısı həmin vaxtı onlarla yaşamış, hazırda ailəlidir. Füzuli rayonunda yaşayır. Bundan sonra anası atasının yanından çıxmış və ayrıca kirayədə yaşamağa başlamışdır. Atası evdə narkotik maddə istifadə etmiş, tanımadığı adamları gətirmiş və buna görə də o və qardaşı Pərvin analarının yanına getmişdir. Anası 2010-cu ildə X9 ilə ailə həyatı qurmuş və buna görə də anası Zaurun yanında qalmışdır. O da qardaşı ilə birlikdə Zaurun yanma getmişdir. Zaur Qədirov 18 fevral 2020-ci il tarixində kəskin qaraciyər serrozundan vəfat etmişdir. Bundan sonra o, anası və qardaşı ilə birlikdə qalmış, atasının ailəyə təzyiqləri artmışdır. Bir neçə dəfə küçədə atası İlqar onun yolunu kəsərək "Ananı öldürəcəm" sözlərini demişdir. Atası narkotik maddə aludəçisi olduğundan atasının sözlərinə məhəl qoymamış, narkotik vasitənin təsirindən danışdığım güman etmişdir. 07 iyul 2021 -ci il tarixində o, təxminən saat 14 radələrində yuxudan oyanmış, bütün günü məhəllədə olmuşdur. Anası həmin vaxtı kafedə qabyuyan işlədiyindən işdə olmuş, axşam saat 23 radələrində evə gəlmişdir. Anasının yuxusuzluqdan əziyyət çəkdiyindən gecələr yata bilməmiş və gec yuxuya getmişdir. O, isə gecələr gec yatır və səhər gec oyanır. Onlar anası ilə kirayə yaşadıqları ünvan 3 ünvanda 08.07.2021-ci il tarixdə səhər saat 07 radələrində yatmışlar. Onların həyətlərinin və evlərinin giriş qapıları daim açıq olduğundan istənilən şəxs evə asanlıqla girə bilərdi. O. yatdığı vaxtı evdə hərəkətlik hiss etdiyindən gözlərini açmış və atasının əlində qanlı bıçaq, anasının isə əlindən qan gəldiyini görmüşdür. Atası bıçaqla onun üstünə gəlmiş və anası qonşusunu çığıraraq çağırmış, bunu eşidən İlqar qorxaraq əlində bıçaq ilə qaçmışdır. O, yuxudan oyananda anası qışqıraraq kömək çağırımış, atası qışqırıq səslərindən və onun yuxudan oyanması səbəbindən sonra qaçaraq hadisə yerini tərk etmişdir. Atası Təqsirləndirilən şəxs nə barədə anasını ittiham etdiyini bilməmiş, sadəcə olaraq "ananı öldürəcəm, yaşatmıyacam onu" sözlərini demiş, onunla atası arasında şəxsi münasibətlərində heç bir ziddiyyət, dava-dalaş olmamış, ona qarşı hər hansı formada hədə qorxu gəlməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi 2D ünvanında Şahid4 məxsus həyətyanı sahəsində yerləşən evlərdən birində kirayə əsasında yaşayır. Zərərçəkmiş şəxs həmin ünvanda yaşayan qonşu kimi tanıyır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onu heç vaxt görməmişdir. Zərərçəkmiş şəxs ailə vəziyyəti haqqında məlumatı olmamışdır. 08.07.2021-ci il tarixdə saat 08:00 radələrində o, Kəmalənin qışqırıq səsinə həyətə çıxaraq, Kəmalənin yaşadığı evə keçmişdir. Kəmaləni evin girişində döşəmənin üzərində üstü qana bulanmış vəziyyədə görmüşdür. Zərərçəkmiş şəxs sol tərəfini əli ilə tutaraq öləcəyini bildirmişdir. O, Kəmalədən nə baş verdiyini soruşduqda Kəmalə ona əri İlqar tərəfindən bıçaqlandığını bildirmişdir. Həmin vaxt qonşuları Şahid4 və Kəmalənin oğlu Şahid1 da evdə idilər. O, dərhal təcili tibbi yardım çağırmış və Kəmalə həkimlərin səyi nəticəsində sağ qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən həyətyanı sahəsində olan dolanışıq məqsədi ilə ona məxsus mənzilin 150 manat müqabilində Zərərçəkmiş şəxs icarəyə vermiş, sonuncu ona ərindən boşandığını və həbsxanada olduğunu demişdir. 08.07.2021ci il tarixdə saat 08:00 radələrində Kəmalənin səsinə həyətə çıxmış və Kəmalənin yaşadığı evə keçmişdir. Həmin vaxt orada qonşusu Şahid3 və Kəmalənin oğlu Şahid1 və Zərərçəkmiş şəxs əli ilə qarın nahiyyəsinin sol tərəfini tutaraq girişdə döşəmənin üzərində oturduğunu görmüşdür. Kəmalənin üzərində qan gördüyündən o, Kəmalədən nə baş verdiyini soruşduqda Kəmalə ona əri İlqar tərəfindən bıçaqladığını bildirdmişdir. Bundan sonra qonşuları Şahid3 təcili tibbi yardım xidmətinə zəng etmiş və Kəmalə hadisə yerinə gəlmiş həkimlərin səyi nəticəsində sağ qalmışdır. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası çəkdiyini düşünmüş və onu əvvəllər görməmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tərəflərə elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “Cinayət işi başlanılması və icraata qəbul edilməsi haqqında” 08.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 iyul 2021-ci il tarixdə saat 07 radələrində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında ailədaxili münasibətlərin pozulması zəmnində baş vermiş mübahisə zamanı üzərində olan bıçaqla qəsdən bir neçə dəfə Zərərçəkmiş şəxs bədəninin müxtəlif yerlərindən vuraraq sonuncuya daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaraları kimi bədən xəsarətlər yetirməsi barədə daxil olmuş məlumat əsasında toplanmış material əsasında fakta görə CM-in 126.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (cild 01, iş vər. 01) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin məsul növbətçisinin həmin idarənin rəisi polis polkovniki Ülvi Məmmədova olan 08.07.2021-ci il tarixli raportundan görünür ki, məsul növbətçi tərəfindən raportla 08.07.2021-ci il tarixdə saat 07.58-də Əmircan qəsəbəsi, Neftçi qəsəbəsi, 84 saylı məktəbin yaxınlığında vətəndaş Şahid1 1977-ci il təvəllüdlü anası Zərərçəkmiş şəxs atası Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanması, anasının yaralı olması, bıçağın daxilə nüfuz etməsinin qeyd etməsi barədə məlumat məruzə olunmuşdur. (cild 01, iş vər. 03) Hadisə yerinə baxış keçirilməsi haqqında 08.07.2021-ci il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, Suraxanı RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X6, Suraxanı rayon prokurorunun müavini, ədliyyə müşaviri Vüqar Hüseynov və dəvət olunmuş hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı hadisə yeri ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi olması müəyyən edilmiş, həmin evin birmərtəbəli olmaqla, yaşayış üçün yararlı olması, evə daxil olduqda girişdə dəhlizin olması, dəhlizin sağında mətbəx otağı və yataq otaqlarının olması, qonaq otağında yerdə xalçanın, divanın və yerə salınmış yataq dəstinin olması, yataq otağında yatağın olması, qonaq və yataq otaqlarında yerdə və yatağın üzərində qan izlərinin olması, otağın dağınıq halda olması müşahidə edilmişdir. (cild 01, iş vər. 5-12) “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 08.07.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-126.1-ci maddəsində nəzrədə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından 08.07.2021-ci il tarixdə saat 19.30-da Suraxanı RPİ-nin İstintaq şöbəsinin müstəntiqi tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 32) Sumqayıt Şəhər Məhkəməsinin 4(010)-307/2021 saylı, 10.07.2021-ci il tarixli “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki,CM-in 126.1-ci maddəsi ilə təqsirləndiirlən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs etmə müddətinin əvvəli 08.07.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 64-69) İşdə olan 24.12.2010-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında 24 dekabr 2010-cu il tarixdə Xəzər rayon VVADQ Şöbəsində bağlanmışdır. (cild 01, iş vər. 81) Məhkəmə-tibbi ekspertizasının 14 iyul 2021-ci il tarixli, 742 saylı nıəhkəmə- tibbi ekspertizası rəyindən görünür ki. Zərərçəkmiş şəxs bədən səthində qaraciyərin zədələnməsi ilə müşayiət olunan qarının ön divarının daxilə nüfuz edən bir ədəd deşilmişkəsilmiş yarası, sol bazunun bir ədəd və sol saidiin iki ədəd deşilmiş-kəsilmiş yaralan (cəmi 4 ədəd) deşici-kəsiei əşyanın (alətin) təsirindən törənmişdir. 08.07.2021-ci il tarixində əmələ gələ bilərdilər. Dərəcələrinə görə qaraciyərin zədələnməsi ilə müşayiət olunan qarının ön divarının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya digər xəsarətlər isə həm ümumilikdə, həm da ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. (cild 01 iş vər. 98-101) “Əşyanın təqdim edilməsi, əşyaya baxış keçirilməsi və əşyanın götürülməsi haqqında” 01 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Suraxanı RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X6 tərəfindən dəvət olunmuş hal şahidlərinin və və Təqsirləndirilən şəxs iştirakları ilə, sonuncu təqdim edilən əşyaları nəzərdən keçirib soldan ikinci sırada qoyulmuş bıçağı tanıyaraq, 08 iyul 2021-ci il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi həmin bıçaq olduğunu, həmin biçağın dəstəyinin qırmızı olması, dəstəyinin alt hissəsinin biraz asınmış halda olmasından tanıdığını və hadisədən sonra həmin bıçağı yaşadığı evdə gizlətdiyini bildirmişdir. (cild 01, iş vər. 103) Bakı şəhəri Suraxanı RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X4 “Cinayət əməlinin tövsif edilməsi barədə” 29.09.2021-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə başlanmış olan ********* nömrəli cinayət işi üzrə X3 əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsindən həmin məcəllənin 29,120.1-ci maddəsinə tövsif edilmişdir. (cild 01, iş vər. 109-111) İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmamış uşağı vardır. (cild 01, iş vərəqə 144, 149). Kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasnın 23.10.2021-ci il tarixli 2494 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, üz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. (cild 02 iş vər. 14-18) Ambulator məhkəmə-narkoloji ekspertizasının 21 oktyabr 2021-ci il tarixili 4071 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannoboidləridən periodik istifadə etmə halları olmuşdur. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (cild 02 iş vər. 19-20) Məhkəmə-ballistik ekspertizasının 21 oktyabr 2021-ci il tarixli 3/1665 nömrəli rəyindən görünür ki, tədqiqat obyekti olan 01 (bir) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici ucu deşici xassıyı malik olan məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. (cild 02, iş vər.22-24) Məhkəmə-tibbi ekspertizasının 15.01.2022-ci il tarixli 1185 saylı rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs xəstəxanaya müraciət edərkən aşkar edilmiş xəsarətlərboyunun sol yarısının kəsilmiş yaraları iti kənarlı əşya (alət) təsirindən törənmişlər, törənmə müddətləri Təqsirləndirilən şəxs xəstəxanaya müraciət etdiyindən bir qədər əvvəl olmaqla, qərarda qeyd olunan 08.07.2021-ci il tarixdə onun özü tərəfindən yetirilməsinə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddilər. (cild 02, iş vər. 25-27) Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Bakı şəhərində anadan olmuş xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır, qeydiyyatda olduğu müddətdə müvafiq orqanlardan və qonşulardan şikayət daxil olmamışdır. (cild 02, iş vər. 32-33) Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)- 374/2008 saylı 27.02.2008-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib, 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (cild 02, iş vər. 62-66) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş 04.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfərlərlə məhkum olunmaqla, sonuncu dəfə Xəzər Rayon Məhkəməsinin 18.05.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 07 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 18.12.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (cild 02, iş vər. 78-80). “Əşyanın tanınmaya təqdim edilməsi barədə 06 yanvar 2022-ci il tarixli protokol və həmin protokollara əlavə edilmiş fotocədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs ona nömrələnməklə təqdim olunmuş bıçaqların heç birinin hadisə zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi bıçaq olmadığını, sonuncunun istifadə etdiyi bıçağın dəstəyinin qara rəngli, tiyəsinin də bir qədər nazik olduğunu, həmçinin 03 nömrə ilə qeyd olunmuş bıçağın yaşadığı evdəki mətbəx bıçağı olduğunu bildirmişdir. (cild 02, iş vər. 89-90) Məhkəmə-tibbi ekspertizasının 05.01.2022-ci il tarixli 01/742 saylı əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində qaraciyərin zədələnməsi ilə müşayiət olunan qarının Ön divarının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, sol bazunun bir ədəd və sol saidiin iki ədəd deşilmiş-kəsilmiş yaraları (cəmi 4 ədəd) deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir. 08.07.2021-ci il tarixində əmələ gələ bilərdilər. Dərəcələrinə görə qaraciyərin zədələnməsi ilə müşayiət olunan qarının ön divarının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, digər xəsarətlər isə həm ümumilikdə, həm da ayrı- ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Aşkar edilmiş xəsarətlərin xarakterinə əsasən demək olar ki, həmin xəsarətlərin ekspertizaya təqdim edilmiş bıçaqla törənməsi az inandırıcıdır. İ ləmin xəsarətlərin xarakterinə və lokalizasiyasına görə demək olar ki, həmin xəsarətlər müxtəlif duruş vəziyətlərində olmaqla, eləcə də zərərçəkmişin göstərdiyi şəraitdə, yəni yatılı vəziyyətdə yetirilə bilərdilər. (cild 02, iş vər. 91-95) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(103)-162/2015 saylı 18.05.2015-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib, 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 27.02.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinməklə təyin edilmiş 10(on) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 (iki) il 05 (beş) ay 01 (bir) gün hissəsi hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə, ona qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. (cild 02, iş vər. 97-103) Üzləşdirmə keçirilməsi haqqında 13.01.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək hadisə vaxtı yatılı olduğunu bildirmişdir. (cild 02 iş vər. 115-117) “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 15 yanvar 2022ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs ifadələrində Zərərçəkmiş şəxs yatdığı yerdə bıçaqla zərbə vurmaması, bışaqla sonuncunun ayağına toxundurub yuxudan oyadıb söhbət etməsi, sonuncunun öldürmək niyyətinin Zərərçəkmiş şəxs ona X5 ilə xəyanət etməsi və yüngül həyat tərzi sürməsi olması barədə göstərdikləri barədə göstərdikləri öz müdafiəsi üçün gətirdiyi dəlil kimi qiymətləndirilərək rədd edilməsi, Təqsirləndirilən şəxs 15.10.2021-ci il tarixdə Azərbaycan Respublikasının CM-nın 29, 120.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilərək əlavələr edilməklə ona həmin Məcəllənin 29, 120.2.2 və 120.2.9-cu maddələri ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 29, 120.2.4, 134, 157, 221, 228.4, 234 və 238-ci maddələrin tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilməklə həmin xüsusatlar üzrə cinayət işindən materialların ayrılaraq Suraxanı rayon prokurorluğunun arxivinə təhvil verilməsi, X2 əməlində Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilməklə, cinayət işindən materialın ayrılaraq Suraxanı rayon prokurorluğunun arxivinə təhvil verilməsi, Təqsirləndirilən şəxs özünə xəsarət yetirməsi xüsusatları üzrə cinayət işinin başlanmasının rədd edilməklə, cinayət işindən materialın ayrılaraq Suraxanı rayon prokurorluğunun arxivinə təhvil verilməsi, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinin tərkibi olmadığından barəsində cinayət işinin başlanmasının rədd edilməklə həmin xüsusatlar üzrə cinayət işindən materialların ayrılaraq Suraxanı rayon prokurorluğunun arxivinə təhvil verilməsi, Təqsirləndirilən şəxs təqdim etdiyi bıçağın maddi sübut kimi tanınmaqla Zərərçəkmiş şəxs qaytarılması, iş üzrə maddi sübutun olmaması qərara alınmışdır. (cild 02, iş vər. 121-140) Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutları müqayisəli qaydada tədqiq edərək, sübutlara hərtərəfli və obyektiv qiymət verməklə belə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən şəraitdə üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etməkdə təqsirli olması özünün qismən etirafedici ifadələri, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxs və şahidlərin məhkəmə iclasında verdikləri ifadələr və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək fikri olmaması kimi ifadələrini özünü müdafiə xarakterili ifadələr kimi qiymətləndirir və inandırıcı hesab etmir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Məhkəmə cinayət işi üzrə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi ilə bağlı qanuni və əsaslı nəticəyə gəlmək üçün 08 iyul 2021-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla, işin həqiqi hallarına hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəbi, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə gəldiyi bu nəticə ilə bağlı əsaslandırma və təhlil aparılmamışdan əvvəl qeyd edir ki, hazırkı məhkəmə baxışının predmeti olan cinayət hadisəsinin iştirakçıları təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin əksəriyyəti bir ailənin üzvü olmaqla, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə 20 ildən çox müddəti əhatə edən ailə münasibətləri mövcud olmuşdur. Ümumiyyətlə qeyd olunmalıdır ki, məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün cinayət prosesi iştirakçılarından hər birinin həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, yalnız ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından müqayisəli şəkildə qiymət verildiyi təqdirdə obyektiv həqiqətin müəyyən edilə biləcəyi qənaətinə gəlir. Məhkəmə kollegiyası ilk növbədə 08 iyul 2021-ci il tarixdə baş vermiş hadisə ilə bağlı qeyd edir ki, ibtidai araşdırma materialları və məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə səhər saat 07 radələrində istintaqa məlum olmayan bıçağı sağ ayağındaki corabında gizlədib Zərərçəkmiş şəxs kirayə yaşadığı ünvan 2 ünvanına gəlmiş, evin giriş qapısının açıq olmasından istifadə edərək, həmin vaxt Zərərçəkmiş şəxs divanda, oğlu Şahid1 isə döşəmədə yatdıqları otağa daxil olmuş, orada Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədi ilə üzərindəki bıçağı sağ əlinə alaraq divanda yatmış, yəni onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs sinə nahiyəsinə istiqamətləndirdiyi bıçaq zərbəsini endirən anda sonuncunun yuxudan oyanaraq həmin zərbənin, eləcə də eyni istiqamətdə endirdiyi ardıcıl zərbələrin qarşısını sol qolu ilə almaqla aktiv müqavimət göstərməsi səbəbindən həmin zərbələr sol qoluna dəyərək sol bazunun bir ədəd və sol saidin iki ədəd, cəmi üç ədəd dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid deşilmiş-kəsilmiş xəsarətləri yetirmiş, daha sonra öz cinayətkar niyyətinə çatmaq məqsədi ilə ayağa qalxıb ona müqavimət göstərməyə cəhd edən Zərərçəkmiş şəxs qarın nahiyəsinə də bir zərbə vurmaqla sonuncuya qara ciyərin zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının daxilə nüfuz edən bir ədəd həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid deşilmiş-kəsilmiş xəsarət yetirmiş, həmin vaxt Zərərçəkmiş şəxs qışqıraraq kömək çağırması, onun səsinə oğlu Şahid1 da yuxudan oyanaraq onu görməsi səbəbindən, həmçinin Zərərçəkmiş şəxs yerə yıxıldığını görüb öldüyünü zənn etdiyindən hadisə yerindən çıxıb getmiş, Zərərçəkmiş şəxs isə orada olan şəxslərin köməkliyi ilə xəstəxanaya aparılmaqla, sonuncuya tibbi yardım göstərilmişdir. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə yuxarıda qeyd olunan xəsarətləri yetirməsi həm Təqsirləndirilən şəxs qismən etirafedici, həm Zərərçəkmiş şəxs məhkəmə istintaqında vermiş olduğu ifadələri ilə yanaşı işdə olan məhkəmə-tibbi ekspertizasının 05.01.2022-ci il tarixli 01/742 saylı və 14 iyul 2021-ci il tarixli, 742 saylı rəyləri ilə təsdiq olunur. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Göstərilənləri nəzərə alaraq məhkəmə 08 iyul 2021-ci il tarixdə baş vermiş hadisənin aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi öldürməyə cəhd kimi qiymətləndirilməli olması ilə bağlı ibtidai istintaq orqanının qənaəti ilə razılaşmaqla yanaşı təqsirləndirilən şəxsin ifadəsində Zərərçəkmiş şəxs qəsdən öldürmək istəmədiyi barədəki hissədə ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs bu kimi ifadələri öz məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır və onun yuxarıda qeyd edildiyi kimi aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etməsi özünün ibtidai istintaq və məhkəmə iclasında verdiyi qismən etirafedici ifadələri, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, hadisənin baş verməsinin bir hissəsini özündə əks etdirən videogörüntülərlə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv sübutların məcmusu ilə tam təsdiq olunmuşdur. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin bu cinayəti xuliqanlıq niyyəti ilə törətməsinə dair ibtidai istintaq orqanının gəldiyi nəticəni əsassız hesab edir və qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməlinin cinayət-hüquq normasının (CM 120.2.2) dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri ilə uzlaşmır. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə qeyd edir ki, xuliqanlıq niyyətinin mahiyyəti belə motivlə cinayət törədən şəxsin özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymasından, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməsindən, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər etməsidir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Məhkəmə hesab edir ki, göstərilən hallarla bağlı ilk növbədə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə şəxsi münasibətlərinin xarakterinin, aralarında daha əvvəl şəxsi münasibətlər zəminində mübahisələrin olub-olmamasının və bu aspektdən yanaşılmaqla cinayət hadisəsinin səbəb və motivinin müəyyən edilməsinin əməlin tövsifi hissəsində mühüm əhəmiyyəti vardır. İş materiallarından müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında 24 dekabr 2010-cu il tarixdə rəsmi nikah bağlanılmaqla, onların birgə nikahdan 4 övladı dünyaya gəlmiş, Təqsirləndirilən şəxs birgə nikah dövründə törətdiyi cinayət əməllərinə görə uzun müddət azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğu dövrə qədər Zərərçəkmiş şəxs ilə olan ailədaxili münasibətləri normal olmuş, onun Zərərçəkmiş şəxs ilə aralarında olan ailə münasibətlərinin pisləşməsinə səbəb, onun çəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə cəzasını çəkdiyi dövrdə rəsmi olaraq arvadı olmuş Zərərçəkmiş şəxs Zaur adlı şəxslə qeyri rəsmi münasibətlərdə olmaqla birgə yaşaması və azadlığa çıxdıqdan sonra onunla yenidən ailə kimi yaşamasından imtina etməsi olmuşdur. Göründüyü kimi 08 iyul 2021-ci il tarixdə hadisənin baş verməsinədək yaşanan hallar bilavasitə ailə-məişət zəminində cərəyan etməklə, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs arasında birgəyaşayışla əlaqədar olaraq şəxsi münasibətlərin pozulması ilə bağlı olmuşdur. Qeyd edilən hallar isə Təqsirləndirilən şəxs cinayət əməlinin onun özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymasından qaynaqlanmadığını, sonuncunun öz cinayətkar hərəkətləri ilə cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirmədiyini təsdiq etməklə yanaşı, həmin hərkətlərin ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən kimi qiymətləndirilməsini istisna edir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, yəni qəsdən Zərərçəkmiş şəxs öldürməyə cəhd etməsinin məhz xuliqanlıq niyyəti ilə yetirilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticəni əsassız hesab edərək, belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlinə düzgün hüquqi qiymət verilməmiş, əməli qeyd edilən maddə ilə düzgün tövsif edilməmiş, Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibinin mövcudluğu sübuta yetirilməmiş, əksinə belə bir xuliqanlıq niyyətinin istisna olunduğu mövcud sübutların qarşılıqlı tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş olduğu məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığı nəzərə alınaraq, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə olan hissəsi çıxarılmalı və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.9-cu maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin xüsusi təhlükəli residivinin (CM 18.3.3) olmasını onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, Təqsirləndirilən şəxs əvvəllər qəsdən ağır cinayət törətməyə görə məhkum olduğu və məhkumluğu müvafiq olaraq ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən xüsusilə ağır cinayət törətdiyindən əməlində cinayətlərin xüsusi təhlükəli residivinin olduğunu nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.2-ci maddəsinə əsasən cəzasının ilk 02 (iki) ilini həbsxanada, qalan hissəsini isə CM-nin 56.1.4-cü maddəsinə əsasən xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə ekspertiza xərcləri cəmi 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs dövlətin büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.9-cu maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.2-ci maddəsinə əsasən cəzasının ilk 02 (iki) ilini həbsxanada, qalan hissəsini isə xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 08 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. İş üzrə ekspertiza xərcləri cəmi 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs dövlətin büdcəsinə ödənilsin. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak olmadığı nəzərə alınsın. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Məhəmməd Əkbərov Hakimlər Faiq Qəniyev İlham Mahmudov
Məhkəmə qərarları › İş №1(101)-652/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-652/2022
09.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver