Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-653/2020 26.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Xankişiyev Mirzə Aslan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və Mehrəliyev Cövdət Sərvər oğlu, müdafiəçilər X15qızıvəMirbabayevaNigarMirbabaqızının iştiraklarıilə xx.xx.1969-cuil tarixdə Bakışəhərində anadan olmuş, Azərbaycan Respublikasnın vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğuödənilmiş, Bakışəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, ev 145dəqeydiyyatdaolan, Bakışəhəri, Sabunçu rayonu, S.Qocayev küçəsi, ev 29 C, mənzil 42-də yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və hal hazırda Bakıİstintaq Təcridxanasında saxlanılan RzayevaNəzakətAydınqızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cümaddəsiilə xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasnın vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bağırov küçəsi, döngə 2, ev 12-də qeydiyyatda olan və yaşayan, barəsində ev dustaqlığı qətimkantədbiriseçilmişTəqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1cimaddəsiilətəqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə külli miqdarda 1 kiloqram 258,285 qram çəkidə narkotik vasitə olan heroini xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində “Ayna Sultanova” heykəlinin yaxınlığındakı parkda istintaqa məlum olmayan mənbədən 2000 manata qanunsuz olaraq əldə edərək yaşadığı ünvan 1 C, mənzil 42 ünvanına daşıyaraq saxlamış, həmin narkotik vasitənin 0,175 qramını xx xxxxxx 2020-ci il tarixdə yaşadığı ünvanda Təqsirləndirilən şəxs2 15 manata satmış, həmin tarixdə Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 üzərində olan 0,175 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin gün, yəni, xx.xx.2020-ci il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs1, şübhəli şəxs qismində Bakı şəhəri, Sabunçu rayonu, Bakılxanov qəsəbəsi, S.Qocayev 29 C ünvanında yaşadığı evin qarşısında saxlanılaraq 13-cü PB-nə gətirilmiş və orada üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən naməlum mənbədən satış məqsədi ilə əldə etdiyi bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,110 qram və daha sonra yaşadığı evə baxış zamanı isə oradan yapışqan lentə bükülmüş bağlamada külli miqdarda 1 kiloqram 256 qram çəkidə narkotik vasitə olan heroin və elektron tərəzi aşkar edilərək götürülmüşdür Bundan başqa Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan “Bibi” ləqəbi ilə tanıdığı Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdə sonuncunun yaşadığı ünvan 1 C, mənzil 42 ünvanından 15 manata satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,175 qram çəkidə narkotik vasitə olan heroini almaqla əldə edib üzərində saxlayaraq daşımış və Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş əməliyyat tədbirləri zamanı xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində şübhəli şəxs qismində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, “Bakıxanov” TM-nin qarşısında dayanacaqda saxlanılaraq 13-cü PB-nə gətirilmiş və orada üzərinə baxış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə 0,175 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ifadə verərək göstərdiki, o, 1990-cıildən nakotik vasitə olan heroininhəm qəbulu ilə həmdə satışıilə məşğul olur. xx xxxxxx 2020-cıil tarixdə bir nəfər ona Abdulağanı göndərib çox yaxşı uşaq olduğunu və ona biraz kakos verməsini xahiş etmişdir. Çox xahişdən sonra Abdulağa yanına gəlmiş, ona yarım qram kakos vermiş, Abdulağa kakosun müqabilində ona 15 manatpulvermiş, qalan 15 manatınəvəzinəmobiltelefonunugirovqoymuşdur. Həmingün təxminən saat 13-14 radələrində ünvan 3 C ünvanının qarşısında 3 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib vəonun natkorik vasitə saxlama, daşıma və satmaqda şübhəli olduğunuizah edərək onu Sabunçu RPİ-nin 13-cüPB-nə gətirmişlər. Xidməti otaqlardan birində videoçəkiliş aparılmaqla üzərinə axtarış keçirilərkən şalvarın cibindəolan bir ədəd sellofan bükümdə narkotik vasitə olan kakos aşkar edilərək götürülmüşdür. O, polis əməkdaşlarına həmin narkotik vasitənişəxsiistifadəsiüçün üzərində daşıdığını və satışıilə məşğul olduğunu səmimi olaraq etiraf etmişdir. Lakin, istintaqın ona yazdığı həmin narkotik vasitənin çəkisi düz göstərilməmiş, onda cəmi qram yarım narkotik vasitə olmuş, onu da istifadə etmək üçün saxlamışdır. Bunabaxmayaraqnarkotikmaddələrinsatışiləməşqulolmasınıetirafedir. Təqsirləndirilən şəxs2 məhkəməiclasındaifadə verərəkgöstərdiki,o, təxminən 2 il olar ki, narkotik vasitə olan heroindənistifadə edir. xx xxxxxx 2020-ciil tarixdə təxminən saat 12 radələrində Bakışəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, “Bakıxanov” Ticarət Mərkəzinin qarşısında avtobus dayanacağında dayanarkən 3 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər vəonun natkorik vasitəni saxlama və daşımaqda şübhəli olduğunuizah edərək onu Sabunçu RPİ-nin 13-cü PB-nə gətirmişlər. Üzərinə axtarış keçirilərkən onaüzərində olan qeyri-qanuniəşyaları təqdim etməsini təklif etdikdə, o, əvvəlcədən şəxsiistifadəsiüçün əldə etdiyi bükümdə olan heroini cibindən çıxararaq təqdim etmişdir. O, həmin narkotik vasitə olan heroini xx xxxxxx 2020-ciil tarixdə ünvan 4 C, mənzil 42 ünvanında yaşayan “bibi” ləqəbli Nəzakət adlı qadından 15 manat ödəyərək, 15 manat da borclu qaldığıüçünözünə məxsus “Asus” markalı mobil telefonu dagirov qoymaqla bir ədəd bükümdə narkotik maddə heroin aldığını bildirmişdir. Təxminən 1 ay əvvəl dəbir neçə dəfəNəzakətRzayevadanşəxsiistifadəsiüçün narkotik vasitə olan heroin almışdır. Təqsirləndirilən şəxs1 adlı qadından narkotik vasitə olan heroini 2019-cu ilin noyabr və dekabr aylarında da alıbözüistifadə etmiş, lakino, heçvaxtnarkotik vasitələrin satışıilə məşğul olmamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda göstərilən cinayət əməlini törətmələri özlərinin etirafedici ifadələrindən başqa məhkəmə iclasında dindirilmiş, şahid ifadələri, ekspert rəyləri və digər sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəməiclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Sabunçu rayon 13-cü PB-nin əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, daxil olmuş əməliyyat məlumatı əsasında Abdulağa adlı şəxsin narkotik vasitələrdən istifadə etməsi ilə bağlı onun saxlanılması üçün əməliyyat qrupu yaradılmış, o da həmin əməliyyat qrupuna daxil olmuşdur. Yaradılmış əməliyyat qrupu məlumat əsasında Abdulağa adlı şəxsin yerini müəyyən etdikdən sonra Abdulağa Bakıxanov qəsəbəsində ticarət mərkəzinin yanında saxlanılaraq 13-cü polis bölməsinə gətirilmişdir. Əvvəlcədən Təqsirləndirilən şəxs2 üzərində istifadəsi qadağan olunmuş maddələrin olub olmamasını və qeyri qanuni əşyaların varsa təqdim etməsini təklif etmişlər. Hüquq və vəzifələri izah olunmuş, Abdulağa həmin vaxt səmimi etiraf etmişdir ki, üzərində narkotik maddə var öz istifadəsi üçün almışdır. Sorğu zamanı bildirmişdir ki, həmin maddəni Bibi ləqəbli xanımdan almışdır, həmin qadın Bakıxanov ticarət mərkəzinin arxasında yaşayır. Təqsirləndirilən şəxs2 həmçinin bildirmişdir ki, həmin maddəni 15 manata almış, 15 manat da borclu qalmış, telefonunu da 15 manatın müqabilində Təqsirləndirilən şəxs1 vermişdir. Sonra Təqsirləndirilən şəxs1 tərəflərindən saxlanılıb 13-cü polis bölməsinə gətirilmiş, üzərinə baxış keçirilən zaman üzərindən 1 büküm narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 səmimi etiraf etmişdir ki, o, narkotik maddələrin satışı ilə məşqul olur, evə baxış zamanı evdən narkotik vasitə və elektron tərəzi aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Bakı şəhər Sabunçu rayon 13-cü PB-nin əməkdaşı Şahid1 və iş üzrə dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 982 saylı xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,175 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 983 saylı xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir ədəd bükümdə, təmiz çəkisi 2,110 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Tədqiqata təqdim edilmiş, üzərində Təqsirləndirilən şəxs1 evindən götürülmüş 01 ədəd bağlamada təmiz çəkisi 1256 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroindir və bir ədəd arxa tərəfində “BP-N series X14 200 gx0,01g” yazısı olan elektron tərəzinin üzərində narkotik vasitə olan-heroinin izləri vardır. Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı mənzildən götürülmüş heroinin ümumi təmiz çəkisi 1258,11 qr(1 kq 258,11 qr) təşkil edilir və həmin heroinlər vət Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş heroinlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 875 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi nakoloji disponserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 179 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi nakoloji disponserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dovriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun x xxxx 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə iclasında dindirilmişşahidlərinifadələri, habelə cinayət işinin materiallarıüzrə toplanmış sübutların məcmusu onlara elan olunmuş ittihamın əsasını təşkil etdiyinə görə məhkəmə hesab edir ki, təqsirləndirilənşəxslərinittiham olunduğu cinayət əməlini törətmələri kifayət qədər sübut olunmuşdur. Cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və onlar, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 X10 İşlər Üzrə Azərbaycan Respublikası məhkəmənin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2011 -ci il tarixli qərarın əsasən həmin hökm dəyişdirilmiş, Təqsirləndirilən şəxs1 əməli AR CM-nin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş və 3 il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Xətai rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 2 ay 16 gün vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.1,-ci maddəsinə görə cinayət törətməyə görə məhkum edilmişşəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Qüvvədə olan Azərbaycan Respublikasının CM-nin 83.3.3-ci maddəsinəəsasən az ağır cinayət törətməyə azadlıqdan məhrum etməyə məhkum edilmişşəxslər barəsində onlar onlar cəzanıçəkib qurtardılqarı gündən ikiil keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4.-cü maddəsində göstərilmişdir ki, məhkum edilmişşəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növüiləəvəz edildikdə, məhkumluğun ödənilməsi müddətiəsas vəəlavə cəzanıçəkməkdən azad edildiyi vaxtdan hesablanır. Odurki, Təqsirləndirilən şəxs1 üzərində çəkilməmiş cəzası qalmamışvəməhkumluğuödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinisəmimietirafetməsini, qadınolmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayət əməlini etiraf edib səmimi peşimançılıq hissi keçirməsini, 2-ci qrup əlil olmasını, atasının vəfat etməsini, anasının yataq xəstəsi olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəməhesabedirki, RzayevaNəzakətAydınqızınaittihamolunduğumaddəninsanksiyasıhəddindəazadlıqdanməh rumetmənövündə cəzatəyinedilməli, AzərbaycanRespublikasıCinayətMəcəlləsinin 56.1.2cimaddəsinəəsasəntəyinedilmiş cəzaümumirejimli cəzaçəkməmüəssisəsindəçəkilməlidir. İş materiallarından görünürki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismindətutulduğuxx xxxxxx 2020-ciiltarixdənhesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayət əməlini etiraf edib səmimi peşimançılıq hissi keçirməsini, xəstə olmasını, 2-ci qrup əlil olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını və digər yüngülləşdirici halları nəzərə alaraq hesab edirki, ona azadlıqdan məhrumetməiləbağlıolmayancəzatəyinetməkləcəzanınməqsədəmüvafiqliyinənailolmaqolar . Odurki, məhkəməhesabedirki, Təqsirləndirilən şəxs2 ittiham olunduğu maddəninsanksiyasıhəddindəazadlığınməhdudlaşdırılmasınövündə cəzatəyinedilməlidir. SalmanovAbdulağaAbdullaoğlu xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətişəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarınınicra edildiyi andan və eyni zamanda ev dustaqlığı qətimkan tədbiri həbs müddətinəhesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs SalmanovAbdulağaAbdullaoğlu xx.xx.2020-ciiltarixdənbugünə, yəni xx xxxxxx 2020-ci il tarixədək ev dustaqlığında olduğu 07 ay 11 günün bir günü ona təyin olunacaq azadlığın məhdudlaşdırılmasıcəzasının 2 gününəhesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.2.1 və 52-1.3.3-cü maddələrinə əsasən SalmanovAbdulağaAbdullaoğlununüzərinə yaşayış yerini saat 23:00 dan – 07:00 dək tamamilə tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərinin ərazi hüdudlarından kənara çıxmamaq və narkomaniyadan müalicə kursu keçmək vəzifəsi qoyulmalıdır. İş üzrə 228 manat ekspertiza xərci təqsirləndirilən şəxslər arasında bölünərək 114 manat Təqsirləndirilən şəxs1 və 114 manat Təqsirləndirilən şəxs2 dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut olan və Sabunçu RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,095 qram və 1257 qram heroinlər məhv edilməli, bir ədəd «Nokio E66», bir ədəd «Mikromax» bir ədəd «Lonova” bir ədəd «Samsung galaxy A10» bir ədəd «Samsung S5610» markalı mobil telefonlar Təqsirləndirilən şəxs1 qohumlarına qaytarılmalı, bir ədəd «Asus» markalı mobil telefon təqsirləndirilən şəxs X1 qaytarılmalıdır. 03 ədəd CD diski, bir ədəd dəftərçə və bir ədəd qeydlər aparılan dəftər vərəqi cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CinayətMəcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı hüquqlarının müdafiəsini 7 saylı vəkil bürosunun vəkilləri X9 və X12 həyata keçirmişlər. Göstərilən hüquqi yardım üçün X9 istintaq zamanı 55 saat, X12 isə 40 saat vaxt sərf etmişdir. Məhkəməistintaqızamanı “İnsanhüquqlarınıvəəsasazadlıqlarınınmüdafiəsihaqqında” Konvensiyanın 6-cımaddəsinin 3-cühissəsinincbəndinə, AzərbaycanRespublikasıCPM-nin 19-cumaddəsinin 19.4.4-cübəndinəvə AzərbaycanRespublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cümaddələrinintələblərinəzərəalınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ciil tarixli, 31 nömrəli qərarına 3.05.2018-ciil tarixdə edilmiş dəyişikliklərəəsasən X2müdafiəçisiqismindəişəburaxılmışvəonunhüquqlarınımüdafiəetmişBakışəhəri12 saylıvəkilbürosununvəkiliMirbabayevaNigarMirbabaqızına, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabındanBakışəhər12 saylıvəkilbürosununhesabına 144 (yüz qırx dörd) manat, Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiəetmişBakışəhəri 12 saylı vəkil bürosunun vəkili X3, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 12 saylıvəkilbürosununhesabına 144 (yüz qırx dörd) manat, istintaq zamanı göstərilən yardım üçün dövlətbüdcəsininhesabından Bakışəhəri 07 saylıvəkilbürosununvəkili X6 330 manat və X8 240 manat pulödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsinvəona08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasınıümumirejimlicəzaçəkməmüəssisəsindəçəksin, cəzaçəkməmüddətininəvvəlixx xxxxxx 2020-ciiltarixdənhesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinəəsasən, Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin vəəraziözrə narkoloji dispanserində qeydiyyata alınsın. SalmanovAbdulağaAbdullaoğlu AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsinvəona 02 (iki) il müddətinə azadlığınməhdudlaşdırılmasıcəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdən bu günə, yəni xx xxxxxx 2020-ciiltarixədəkevdustaqlığındaolduğu 07 (yeddi) ay 11 (onbir) günün 01 (bir) günü ona təyin olunacaq azadlıqdan məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanaraq qəti olaraq üzərində 09 (doqquz) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. SalmanovAbdulağaAbdullaoğlununbarəsindəseçilmişevdustaqlığıqətimkantədbirihök mqanuniqüvvəsinialanadəkdəyişdirilməsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanın çəkilmə müddətinin əvvəli qeydiyata alındığı gündən hesablansın. Azərbaycan Respublikası CM-nin 52-1.2.1 və 52-1.3.3-cü maddələrinə əsasən SalmanovAbdulağaAbdullaoğlununüzərinə yaşayış yerini saat 23:00 dan – 07:00 dək tamamilə tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərinin ərazi hüdudlarından kənara çıxmamaq və narkomaniyadan müalicə kursu keçmək vəzifəsi qoyulsun. İş üzrə 228 manat ekspertiza xərci təqsirləndirilən şəxslər arasında bölünərək 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs1 və 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Sabunçu RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,095 qram və 1257 qram heroinlər məhv edilsin. Bir ədəd «Nokio E66», bir ədəd «Mikromax» bir ədəd «Lonova” bir ədəd «Samsung galaxy A10» bir ədəd «Samsung S5610» markalı mobil telefonlar Təqsirləndirilən şəxs1 ailə üzvülərinə qaytarılsın, bir ədəd «Asus» markalı mobil telefon təqsirləndirilən şəxs X1 qaytarılsın. 03 ədəd CD diski, bir ədəd dəftərçə və bir ədəd qeydlər aparılan dəftər vərəqi cinayət işinin materiallarında saxlanılsın. Müdafiəçi2, hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına 144 (yüz qırx dörd) manat, X3, hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına 144 (yüz qırx dörd) manat, X6, hüquqi yardımgöstərdiyiüçündövlətbüdcəsininhesabından Bakışəhəri 07 saylıvəkilbürosununhesabına 330 (üçyüzotuz) manat və X8, hüquqi yardımgöstərdiyiüçünBakışəhəri 07 saylıvəkilbürosununhesabına 240 (ikiyüzqırx) manat pulödənilsin. Hökmdən elanolunduğu, Təqsirləndirilən şəxs1 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-653/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-653/2020
26.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver