Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-653/2022 10.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin Bakı Ağır Cinayətlər məhkəməsi üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və X2 iştirakı ilə, 10 yanvar 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işsiz, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Südçülük tərəvəzçilik sovxozu ünvanında qeydiyyatda olan ünvan 2amış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu 30 oktyabr 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri sabunçu rayonu Maştağa qəsəbəsindən şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə İ əldə etdiyi külli miqdarda psixatrop maddəni üzərində saxlayaraq daşımış və həmin gün yəni 30.10.2021-ci il tarixdə saat 09 radələrində Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinərək Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, qaz yolu deyilən yerin yaxınlığında saxlanılaraq RPİ-nin 2-ci PŞ-nin inzibati binasına gətirilmiş və idarənin inzibati binasındakı xidməti otaqların birində üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibində 1 ədəd bükümdə təmiz çəkisi 6,290 qram ağ rəngli kristal hissəciklərdən ibarət kustar üsulla hazirlanmış 2005-ci ilin 28 iyun tarixli Azərbaycan Respublikası qanunu ilə təstiq edilmiş, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (siyahı İİ) daxil olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o 30 oktyabr 2021-ci il tarixdə Buzovna qəsəbəsi ərazisində olarkən polis əməkdaşları tərəfindən saxlanıldı. Həmin vaxt üzərində siqaret paketinin içində 6 qram miqdarda psixotrop maddə olan metamfetamin var idi. Həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etmişdi. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onlara üzərində olan narkotik vasitəni təqdim etdi. Bundan sonra polis əməkdaşları onu Xəzər rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinə apardılar. Orada polis əməkdaşlarına təqdim etdiyi narkotik vasitə yenidən üzərinə yerləşdirildi və üzərinə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirildi. Videoçəkliş zamanı üzərində olan narkotik vasitələrin ona məxsus olduğunu və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdi.O heç vaxt narkotik vasitə satmamış və üzərində olan narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdi.Taksi fəaliyyətilə məşğul olurdu və yuxusu gəlməməsi üçün narkotik vasitədən istifadə edirdi. 6 qram narkotik vasitə almağına səbəb onun ucuz satılması idi. İş vaxtı ərzində narkotik vasitədən istifadə etmirdi.- Narkotik vasitəni avtomobilinə əyləşən müştəridən almışdı. Narkotik vasitədən istifadə etdiyi əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mən Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməliyyat müvəkkili işləyir. 30 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. Əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat qrupu yaradıldı və həmin əməliyyat qrupunda o və digər əməkdaş Şahid2 iştirak edirdi. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxsı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Şağan qaz yolu adlanan ərazinin yaxınlığında saxladılar. Ona əvvəlcə özlərini təqdim etdilər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirdilər. Bundan sonra Təqsirləndirilən şəxsı Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə apardılar. Orada onun üzərinə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirildi və onun üzərində narkotik vasitə aşkar edildi. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olundu və bütün iştirakçılar protokolla tanış olaraq doğruluğunu imzaları ilə təsdiq etdilər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun özünü narkotik vasitənin satış məqsədi ilə əldə etməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan 30 oktyabr 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2021-ci il tarixli 6/4818 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs....» sözləri yazılmış zərfədəki 1 ədəd bükümdə təmiz çəkisi 6,290 qram olan ağ rəngli kriastallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına «Siyahı İ» daxildir.Metamfetamin təmiz çəkisi 6,290 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 6,240 qram. Cinayət işində olan 30 oktyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokollardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən onun üzərindən 1 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilmişdir Cinayət işi üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsin verdiyi 30.12.2021-ci il tarixli 5357 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu Abşeron rayon məhkəməsinin 10.04.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 180.1-cı maddəsi ilə təqsirli bilinərək, 02 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Bakı şəhəri Xəzər rayon məhkəməsinin 03.09.2020-ci il tarixli qərarı ilə Abşeron rayon məhkəməsinin 10.04.2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il, 04 ay, 20 gün hissəsi 8 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzası iə əvəz edilmişdir. 07.05.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunа cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət tюrətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yцngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 30 oktyabr 2021-ci il tarixdən hesablanmaqla, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30.10.2021-ci il tarixli, 6/4818 nömrəli məktubdan görünür ki, məhkəmə ekspertizalarının rəyinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 81 (səksən bir) manat, 82 (səksən iki) qəpik təşkil edir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun cinayəti qismən etiraf edib səmimi peşman olmasını cəzanı yüngülləşdirən hall kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin residivi cəzasını ağırlaşdıran haldır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Xətai RPİ-də saxlanılan ümumi təmiz çəkisi ekspertiza tədqiqatından sonrakı qalıq 6,240 qram metanfetamin məhv edilməli, Təqsirləndirilən şəxs oğlunun barəsində şəxsi axtarışın keçirilməsi görüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93- 1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs oğlundan ekspertiza xərci təşkil edən 81 (səksən bir) manat, 82 (səksən iki) qəpik alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 30 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs oğlundan ekspertiza xərci təşkil edən 81 (səksən bir) manat, 82 (səksən iki) qəpik alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan Xətai RPİ-də saxlanılan ümumi təmiz çəkisi ekspertiza tədqiqatından sonrakı qalıq 6,240 qram metanfetamin məhv edilsin, Təqsirləndirilən şəxs oğlunun barəsində şəxsi axtarışın keçirilməsi görüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-653/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-653/2022
10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver