Məhkəmə qərarları › İş №1(101)-653/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-653/2023

21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-653/2023 21.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1980-ci ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri Binəqədi rayonu, ünvan 1 ünvanda yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 19 avqust 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Binəqədi rayonu, DSK yolunda şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 70 manata satış məqsədi ilə, qanunsuz olaraq iki ədəd bükümdə təmiz çəkisi 0,242 qram narkotik vasitə olan heroin və külli miqdarda təmiz çəkisi 2,44 qram psixotrop maddə olan metamfetamini əldə etdikdən sonra heroini iki ədəd bükümə, metamfetamini isə altı ədəd bükümə yerləşdirib üzərində daşımaqla saxlamış, 21 avqust 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 9 ünvanının yaxınlığında Binəqədi RPİ 43-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq ünvan 5 ünvanında yerləşən Binəqədi RPİ 43-cü PB-nə gətirilmiş və həmin bölmənin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olan cins şalvarın qabaq sağ yan cibindəki siqaret qutusunun içərisindən iki ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,075 qram və 0,167 qram, ümumilikdə təmiz çəkisi 0,242 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və altı ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,480 qram, 0,467 qram, 0,375 qram, 0,440 qram, 0,422 qram, 0,256 qram, ümumilikdə təmiz çəkisi 2,44 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2005-ci ildən narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Ev təmiri işlərində usta işləməklə dolanışığını təmin etmişdir. 19 avqust 2022-ci il tarixdə günorta saatlarında tanımadığı şəxsin vasitəçiliyi ilə şəxsi istifadəsi üçün 30 manatlıq narkotik vasitə heroin və 40 manatlıq psixotrop maddə metamfetamin sifariş vermişdir. Həmin şəxsə 70 manat verdikdən sonra sonuncu, ona qeyd edilən maddələrin gizlədildiyi yerin ünvanını demişdir. Bakı şəhəri Binəqədi rayonu DSK yolu adlanan yerə gedib, gizlədilmiş iki ədəd bükümdə olan heroin və metamfetamini götürmüşdür. Həmin maddələri gələcəkdə istifadə etməsi üçün 10 ədəd olmaqla 0,1 qramlıq bükümlərə bölmüş və «Rothmans» siqaret qutusuna qoyub üzərində saxlamışdır. Növbəti iki gün ərzində iki ədəd bükümdəki heroin və metamfetamini istifadə etmiş, 8 ədəd büküm isə qalmışdır. 21 avqust 2022-ci il tarixdə saat 12.00 radələrində Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, koprus 9 ünvanında polis əməkdaşı tərəfindən saxlanılmış və Binəqədi RPİ-nin 43-cü PBnə aparılmışdır. Bölmədə üzərində gəzdirdiyi siqaret qutusundakı içərisində heroin və metamfetamin olan bükümləri təqdim etmişdir. Heroin və metamfetamini şəxsi istifadəsi üçün əldə etmiş, heç vaxt onların satışı ilə məşğul olmamış və bu məqsədlə heç kimlə qabaqcadan əlbir olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda Binəqədi RPİ-də çalışır. Hadisə vaxtı isə idarənin 43-cü PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Həmin vaxt bölməyə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin istifadəsi və satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olmuşdur. İş yoldaşı baş əməliyyat müvəkkili Şahid2 və ondan ibarət əməliyyat qrupu təşkil edilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində 21 avqust 2022-ci il tarixdə saat 12 radələrində Məmmədov X1 qəsəbəsi 1-ci mədən, korpus 9 ünvanının yaxınlığında saxlanılaraq bölməyə gətirilmişdir. Bölmədə Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, müvafiq prosessual hərəkətlər edildikdən sonra videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın qabaq sağ yan cibindən «Rothmans» siqaret qutusunu çıxartmış, qutunun içərisindən iki ədəd siqaretin göy rəngli kağızına bükülmüş narkotik vasitə heroinə bənzər kütlə, beş ədəd siqaretin qırmızı rəngli kağızına, bir ədədi isə siqaretin göy rəngli kağızına bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütləni çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, onları tanımadığı şəxsə 70 manat ödədikdən sonra həmin şəxsin ona dediyi Bakı şəhəri Binəqədi rayonu, DSK yolu adlanan ərazidən 19 avqust 2022-ci il tarixdə götrüb şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş bükümlər bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonda tədbirin nəticələrini özündə əks etdirən protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 (əvvəlki məhkəmə tərkibinin iştirakı ilə keçirilmiş məhkəmə iclasında şahid dindirilmişdir) məhkəmədə tədqiq edilmiş ifadəsindən görünür ki, Binəqədi RPİ-nin 43-cü PB-də cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışır. Binəqədi rayonu Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 9, ev 53-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qəbulu və satışı ilə məşğul olduğu barədə PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri ilə sonuncunun zahiri əlamətləri və olduğu yer müəyyən edilmişdir. Onun cinayət başında yaxalanması üçün bölmə rəisinə məruzə edildikdən sonra tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair tərəfindən qərar qəbul edilmiş və qərar şöbə rəisi tərəfindən təsdiq olunmuşdur. İş yoldaşı cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə birlikdə 21 avqust 2022-ci il tarixdə saat 12 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Binəqədi rayonu Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 9 ünvanında olduğunu müşahidə etmişlər. Ona yaxınlaşıb özlərini təqdim etmiş və onun da özünü təqdim etməsini, birlikdə polis bölməsinə getməyinin vacibliliyini ona bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmişdir. Bu bərədə raportla bölmə rəisinə məlumat verildikdən sonra, təhqiqatçı cinayət təqibi üzrə müvafiq prosessual hərəkətləri yerinə yetirmişdir. Şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etməsi təklif olunmuş və sonuncu əynində olan göy rəngli cins şalvarın qabaq sağ yan cibindən üzərində «Rothmans» sözləri həkk olunmuş siqaret qutusunun içərisində olan ayrı-ayrı bükümlərdə 2 ədəd siqaretin göy rəngli kağızına bükülmüş spesifik iyə malik toz halında olan narkotik vasitə heroinə bənzər kütləni və 5 ədəd siqaretin qırmızı rəngli kağızına bükülmüş, 1 ədəd siqaretin göy rəngli kağızına vəziyyətdə bükülmüş spesifik iyə malik kristal halında olan psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edərək, həmin bükülüləri 19 avqust 2022-ci ildə günorta saatlarında Binəqədi rayonu DSK yolu adlanan ərazidə 70 manata şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş iki ədəd siqaretin göy rəngli kağızına bükülmüş spesifik iyə malik toz halında olan narkotik vasitə heroinə bənzər kütlə və beş ədəd siqaretin qırmızı rəngli kağızına bükülmüş, bir ədədi isə siqaretin göy rəngli kağızına bükülmüş spesifik iyə malik kristal halında olan psixotrop maddə metamfetaminə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İşin 1-ci cildinin 34-35-ci vərəqlərindəki 21 avqust 2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Binəqədi RPİ-nin 43-cü PB-də Təqsirləndirilən şəxs üzərinə olan əşyaları könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan göy rəngli cins şalvarın qabaq sağ yan cibindən üzərində «Rothmans» sözləri həkk olunmuş siqaret qutusunun içərisində olan ayrı-ayrı bükümlərdə 2 ədəd siqaretin göy rəngli kağızına bükülmüş spesifik iyə malik toz halında olan narkotik vasitə heroinə bənzər kütləni və 5 ədəd siqaretin qırmızı rəngli kağızına bükülmüş, 1 ədəd isə siqaretin göy rəngli kağızına bükülmüş spesifik iyə malik kristal halında olan psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmiş, həmin bükümü 19 avqust 2022-ci il tarixdə günorta saatlarında Binəqədi rayonu DSK yolu adlanan ərazidə 70 manata tanımadığı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş 8 ədəd büküm təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri Azərbaycan Respublikası DİN-nin 243 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. İşin 1-ci cildinin 104-cü vərəqindəki 5 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, həmin DVD diskdə əks edilmiş görüntülər 21 avqust 2022-ci il tarixdə saat 13-30 dəqiqədə qeydə alınmışdır. Videogörüntüdən müəyyən olunur ki, təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra, üzərində hər hansı bir qanunsuz əşya varsa, təqdim etməsini təklif edir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın qabaq sağ yan cibindən üzərində «Rothmans» sözləri həkk olunmuş siqaret qutusunun içərisində olan ayrı-ayrı bükümlərdə 2 ədəd siqaretin göy rəngli kağızına bükülmüş spesifik iyə malik toz halında olan narkotik vasitə heroinə bənzər kütləni və 5 ədəd siqaretin qırmızı rənglı kağızına bükülmüş, 1 ədəd isə siqaretin göy rəngli kağızına bükülmüş spesifik iyə malik kristal halında olan psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edib, həmin bükümü 19 avqust 2022-ci il tarixdə günorta saatlarında Binəqədi rayonu DSK yolu adlanan ərazidə 70 manata tanımadığı şəxsdən şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirir. Aşkar olunmuş 8 ədəd büküm təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qoyularaq qablaşdırılır və möhürlənərək götürülür. İşin 1-ci cildinin 42-47-ci vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizasının 22 avqust 2022-ci il tarixli, 6/4443 rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Arayışlar üçün № 243» dairəvi möhür əksi və «...Malikimza, dörd-imza, D.Zamanov-imza» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə iki ədəd bükümlərdəki təmiz çəkiləri -0,075 qram, -0,167 qram, ümumi təmiz çəkisi -0,242 qram qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətləri və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Altı ədəd bükümlərdəki təmiz çəkiləri -0,480 qram, -0,467 qram, -0,375 qram, -0,440 qram, - 0,422 qram, -0,256 qram, ümumi təmiz çəkisi -2,44 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətləri və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin» siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin» İ siyahısına daxildirlər. İşin 1-ci cildinin 110-112-ci vərəqlərindəki ambulator məhkəmə psixiatrik ekspertizasının 12 sentyabr 2022-ci il tarixli, 2419 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə də o, öz hrəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 1-ci cildinin 113-114-cü vərəqlərindəki ambulator məcburi-narkoloji tibbi yoxlamanın 3 sentyabr 2022-ci il tarixli, 4927 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. "xxxx" MMC-dən daxil olmuş bir ədəd diskdəki məlumatlara məhkəmədə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində 555910682, ********* və ********* saylı mobil telefon nömrələri olmuşdur. Həmin nömrələrə özündə Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını ehtimal etməyə əsas verən aşağıdakı məzmunda sms-lər daxil olmuşdur; xx-xx-2021 21:53:24 1.1.**********58 1.1.**********82 Ay qaqas bu nediye bir tike sey vare qaqas qaytarix bunu gel gotur bu yaridiki qaqas, xx-xx-2021 03:42:50 1.1.**********80 1.1.**********82 Salam Malik necesen? Qaqa Resula denen vezyetden cixmaga mal versin mene. Birde kiwi tanimiwiq onu ozun alcaltmasin zibil pula gore, xx-xx-2021 23:46:54 1.1.**********09 1.1.**********82 Malik brat burda ikdene oqlan aqrdan qvrlir hacan gelsen tele cavab ver, xx-xx-2021 23:16:22 1.1.**********09 1.1.**********82 Malik mene niye cavab vermşen brat alnsa o pula pati alnsa gelim go, xx-xx-2021 23:16:27 1.1.**********09 1.1.**********82 trum kola ile desen var desim inak aqrdan olremde alnsa gelim mene pati ver idi zek edrem sene heden yokdan de mene, xx-xx-2021 01:30:05 1.1.**********09 1.1.**********82 Salam brat malik o oqrestere zek catmir malik emiyede de gorun sabah axsam terefi anon gotmeke gelende verecem mene mukduse qonakim var mene ya yari pa, xx-xx-2021 01:30:10 1.1.**********09 1.1.**********82 ti yada 15 manatlik pati veresniz ser gelede verecem brat kotr yokdu mene heden yokdan dede, xx-xx-2021 23:13:10 1.1.**********83 1.1.**********82 Malik menem serxan imkan varsa eger varsa mene ya agdan ya garadan bir balaca veresen noldayam saba gorum imkan olsa xecaletinen cixaram evdeyem sms, xx-xx-2021 23:13:16 1.1.**********83 1.1.**********82 m yaz imkan varsa, xx-xx-2021 00:39:47 1.1.**********49 1.1.**********82 Mailk,tema,var, xx-xx-2021 15:41:55 1.1.**********73 1.1.**********82 Qaqa salam kola götüreceydime aç, xx-xx-2021 18:53:37 1.1.**********73 1.1.**********82 Qaqa açmıyasansa başqa adamdan götürüm, xx-xx-2021 01:13:57 1.1.**********07 1.1.**********82 Salam qaqaw lomkadayam kakos lazimdi 20man mendde yaxwi olacaq xecaletinden cixacam o gun dedin gelecem xeber elemedin mende gozduye gozduye qaldim mene, xx-xx-2021 17:52:16 1.1.**********11 1.1.**********60 Ozum soxanda senincinde saxlyaram corey yiyim kutarim duzeltcem xx-xx-2021 16:26:43 1.1.**********22 1.1.**********60 ki diyesen gelem ged kef ele omru boyu vermişemde sene ne osdurag o, xx-xx-2021 16:26:47 1.1.**********22 1.1.**********60 sdurag danssan yerdeb cixmir ee pul verib alram nisiye vermiler men, xx-xx-2021 17:52:57 1.1.**********11 1.1.**********60 Em 40 var İstiyen yoxdu 10 manata 1 denesi, xx-xx-2022 07:45:35 1.1.**********36 1.1.**********60 biraz pati getir kisi san biliram mana vermaya urayin gelmez hemde ki tez gel vacib isim var xeyir di kullu miqdar yerin biliram sanol manim masinimla ge, xx-xx-2022 07:45:41 1.1.**********36 1.1.**********60 day goturay, xx-xx-2022 11:37:44 1.1.**********36 1.1.**********60 qaqa asda iki dene kola lazim di alin catmir, xx-xx-2022 09:31:17 1.1.**********39 1.1.**********60 Malik 20 manatım var ma bidene yarı alınar lomkadayam, xx-xx-2022 16:51:29 1.1.**********58 1.1.**********60 Malik kola lazımdı puluynan, xx-xx-2022 22:18:02 1.1.**********39 1.1.**********60 Qaqa 20 manatım var yarı var təmiz, xx-xx-2022 07:12:52 1.1.**********09 1.1.**********60 TEL AC MAN O PULU KUCNAN TAPİWDİM Kİ LOMKADAN CİXİM MALİK, MANİM YA PULUMU YA MALİMİ VER Kİ DALAWMİYAG AYİB OLSUN SANA MANİ GOYDUN LOMKADA, xx-xx-2022 19:17:01 1.1.**********47 1.1.**********60 Maliy seni gozdurem xeber ele mene lomkada qalmisame men, xx-xx-2022 12:28:17 1.1.**********78 1.1.**********60 Salam malik. Menem xeyyam. Telefonu ac qaqa gor ne deyirem olan olub onsuzda pul menim deyildi canin sagolsun. Gelim mene biraz pati ver bawin bagliyaq p, xx-xx-2022 12:28:22 1.1.**********78 1.1.**********60 ul da verecem verersen ama ogunki kimi olmasinda xahiw edirem, xx-xx-2022 21:24:44 1.1.**********46 1.1.**********60 Qaqa mənə nedi vermisən mənen heç hörmətsizlik qormuşen hə malik bu, xx-xx-2022 21:25:34 1.1.**********46 1.1.**********60 nedi mənə 2 dənə cet vermisən əsəbimdən telefona soxum mən sene on, xx-xx-2022 21:25:46 1.1.**********46 1.1.**********60 u pay vermiwem adında çəkmirəm amma sen mənə belə elədin nə poxdduk, xx-xx-2022 21:26:30 1.1.**********46 1.1.**********60 i o məni aldadırsan he qaqa Allah canivi sag elesin sabahida var, xx-xx-2022 04:58:43 1.1.**********04 1.1.**********60 Malik 20 manat pul var mene kola lazimdi.bir cavab ver mene., xx-xx-2022 15:42:21 1.1.**********04 1.1.**********60 Ay malik hardasan bele bidene cet lazmdi 3 manat pul var alnar he mene bir söz di bilim, xx-xx-2022 20:42:23 1.1.**********04 1.1.**********60 Malik gör ne diyrem qaqa 4 manat pul var qaqa birdene kola lazmdi alna he. Məhkəmənin qərarı ilə "xxxx" MMC-dən daxil olmuş qeyd edilən bir ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Azercell Telekom MMC və Azerfon LLC-dən daxil olmuş disklərdəki məlumatlara keçirilmiş baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilmədi. İşin 1-ci cildinin 118-123-cü vərəqlərindəki 16 dekabr 2022-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş iki ədəd bükümdə təmiz çəkiləri 0,075 qram və 0,167 qram, ümumilikdə təmiz çəkisi 0,242 qram narkotik vasitə heroin, külli miqdarda altı ədəd bükümdə təmiz çəkiləri - 0,480 qram, 0,467 qram, 0,375 qram, 0,440 qram, 0,422 qram, 0,256 qram, ümumilikdə təmiz çəkisi 2,44 qram psixotrop maddə metamfetamin, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalmış 0,142 qram heroin və 2,4 qram metamfetamin saxlanılması üçün Binəqədi RPİ-nin saxlancına təhvil verilmiş, bir ədəd disk isə cinayət işinə əlavə edilmişdir. İşin 1-ci cildinin 97-98-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-in tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 1-ci cildinin 23-cü vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 avqust 2022-ci ildə şübhəli şəxs qismində tutulmuşdur. İşdəki «Azemis» Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 10 avqust 2016-cı il təvəllüdlü Mahirə Məmmədova adlı bir azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs verilmiş ittihama görə o, qanunsuz olaraq narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib satmaq məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 19 avqust 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Binəqədi rayonu, DSK yolunda şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 70 manata satış məqsədi ilə qanunsuz olaraq iki ədəd bükümdə təmiz çəkisi 0,242 qram narkotik vasitə olan heroin və külli miqdarda təmiz çəkisi 2,44 qram psixotrop maddə olan metamfetamini əldə etdikdən sonra heroini iki ədəd bükümə, metamfetamini altı ədəd bükümə yerləşdirib üzərində daşımaqla saxlamış, Binəqədi RPİ 43-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq qeyd edilən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin onun üzərindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı ifadələrində narkotik vasitə heroin və psixotrop maddə metamfetamini tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 70 manata əldə etdiyini, onları satmaq məqsədi ilə heç kimlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş təqsirləndirilən şəxs və şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, sənədlər və protokollardan bir mənalı şəkildə məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni heroin və psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib, üzərində saxlamaqla daşımışdır. Buna baxmayaraq istintaq orqanı heç bir sübuta əsaslanmadan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yanaşı, həm də Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittihamı irəli sürmüşdür. Məhkəmə istintaqı zamanı isə ittiham tərəfi məhkəməyə Təqsirləndirilən şəxs CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən bir dənə də olsun belə, sübut təqdim edə bilməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib satmaq məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməsini təsdiq edən sübut əldə edilməməsi ilə yanaşı, ittihamda həmin əlbirliyin nədən ibarət olması belə öz əksini tapmamışdır. Göründüyü kimi istintaq orqanının gəldiyi nəticə mülahizə xarakteri daşıyır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və külli miqdarda psixotrop maddəni satmaq məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlaması təsdiq olunsa da, bu cinayət əməlini şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə törədilməsi sübuta yetmədi. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsi qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə məhkəmə, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələbinə əsasən məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkiləri - 0,075 qram və 0,167 qram, ümumilikdə təmiz çəkisi 0,242 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və altı bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,480 qram, 0,467 qram, 0,375 qram, 0,440 qram, 0,422 qram, 0,256 qram, ümumilikdə təmiz çəkisi 2,44 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satmaq məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməsi sübuta yetmədi. Müəyyən olundu ki, Təqsirləndirilən şəxs 19 avqust 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Binəqədi rayonu, DSK yolunda şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 70 manata satış məqsədi ilə, qanunsuz olaraq iki ədəd bükümdə təmiz çəkisi 0,242 qram narkotik vasitə olan heroin və külli miqdarda təmiz çəkisi 2,44 qram psixotrop maddə olan metamfetamini əldə etdikdən sonra heroini iki, metamfetamini isə altı ədəd bükümə yerləşdirib üzərində daşımaqla saxlamış, 21 avqust 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 9 ünvanının yaxınlığında Binəqədi RPİ 43-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq ünvan 5 ünvanında yerləşən Binəqədi RPİ 43-cü PB-nə gətirilmiş və bölmənin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra üstünə şəxsi axtarış keçirilərkən əynində olan cins şalvarın qabaq sağ yan cibindəki siqaret qutusunun içərisindən iki ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,075 qram və 0,167 qram, ümumilikdə təmiz çəkisi 0,242 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və altı ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,480 qram, 0,467 qram, 0,375 qram, 0,440 qram, 0,422 qram, 0,256 qram, ümumilikdə təmiz çəkisi 2,44 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Ona görə də, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib satmaq məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməsi bəndi onun ittihamından çıxarılmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək üzərində cəmi 0,8 qram narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, onları şəxsi istifadəsi üçün əldə etdiyini, heç vaxt onların satışı ilə məşğul olmadığını bildirdi. Onun bu hissədə ifadəsi məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları mötəbər hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmə ifadəsində cəmi iki bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamini əldə etdikdən sonra onları 10 ədəd bükümə böldüyünü, iki gün ərzində 2 ədəd bükümdəki heroin və metamfetamini istifadə etdiyini, qalan 8 bükümü isə üzərində daşıdığını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs gündə bir büküm heroin və ya metamfetamin istifadə etdiyini nəzərə alıb, qalan 8 ədəd bükümü gizlətməyərək üzərində daşımağa davam etməsini, onları həm də satmaq niyyətində olmasını sübut edən xüsusat kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs istifadəsində olmuş 555910682, ********* saylı mobil telefon nömrələrinə daxil olan sms-ləri (narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını ehtimal etməyə əsas verən) onun üzərindən aşkar edilmiş (8 bükümdə) heroin və metamfetamini satış məqsədi ilə əldə etməsinə dəlalət edən sübut kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasının Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 21 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən maddi sübutlar: Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş iki ədəd bükümdə təmiz çəkiləri - 0,075 qram və 0,167 qram, ümumilikdə təmiz çəkisi 0,242 qram narkotik vasitə olan heroin və külli miqdarda altı ədəd bükümdə təmiz çəkiləri - 0,480 qram, 0,467 qram, 0,375 qram, 0,440 qram, 0,422 qram, 0,256 qram, ümumilikdə təmiz çəkisi 2,44 qram psixotrop maddə olan metamfetaminin tədqiqatlardan sonra qalmış 0,142 qram heroin və 2,4 qram metamfetamin hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən bir ədəd disk və "xxxx" MMC-dən daxil olmuş bir ədəd cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 92 (doxsan iki) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsi və «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 300 (üç yüz) manat onun işlədiyi «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 21 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut kimi tanınaraq Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş iki ədəd bükümdə təmiz çəkiləri - 0,075 qram və 0,167 qram, ümumilikdə təmiz çəkisi 0,242 qram narkotik vasitə olan heroin və külli miqdarda altı ədəd bükümdə təmiz çəkiləri - 0,480 qram, 0,467 qram, 0,375 qram, 0,440 qram, 0,422 qram, 0,256 qram, ümumilikdə təmiz çəkisi 2,44 qram psixotrop maddə olan metamfetaminin tədqiqatlardan sonra qalmış 0,142 qram heroin və 2,4 qram metamfetamin hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən bir ədəd disk və "xxxx" MMC-dən daxil olmuş bir ədəd cinayət işində saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 92 (doxsan iki) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 300 (üç yüz) manat onun işlədiyi «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar