Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-653/2024 27.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Siyavuş Həbib oğlunun sədrliyi ilə, hakimlər Quliyev Vüqar Elbrus oğlundan və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, Eyvazov İlkin Fikrət oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi - X7, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi - «Femida» Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi - “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1957-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "Optik Rabitə Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru işləyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvana yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyərkən dostluq münasibətlərində olduğu Goranboy rayonu Xoylu kəndi ərazisində tikinti materiallarının pərakəndə satışı ilə məşğul olan Zərərçəkmiş şəxs2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin sifarişi əsasında Hacıqabul, Kürdəmir, Bərdə, Şəmkir, Ucar, Gədəbəy, Ağstafa və Qazax rayonlarının inzibati ərazilərin əvvəlcədən mövcud olan rabitə xətlərinin genişləndirilməsi ilə bağlı böyük həcmli təmir-tikinti işlərinin onun rəhbərlik etdiyi cəmiyyət tərəfindən görüləcəyini bildirib öz qulluq mövqeyindən istifadə etməklə bu barədə tərtib edimiş podrat müqavilələrini nümayiş etdirərək qabaqcadan geri qaytarmaq niyyəti olmadan həmin işləri həyata keçirmək üçün dəyərini qısa vaxtda ödəmək şərti ilə metal borular və işçilərin əmək haqlarını ödəmək üçün nağd pul verəcəyi təqdirdə qısa müddət ərzində həmin işləri görüb sifarişçiyə təhvil verərək aldığı metal boruların dəyərini və nağd pulu guya geri qaytarmaqla yanaşı əldə edəcəyi yüksək qazancı onunla yarı böləcəyinə dair yalan vəd verib aldadaraq, təklifinin həqiqi, qazanc əldə etmək üçün əlverişli, yaxın dost olduqları üçün onunla əməkdaşlığının təhlükəsiz, etibarlı və səmərəli olmasına inandırıb tam etibarını qazandıqdan sonra vahid niyyətlə əhatə olunmuş qəsdlə 2013-cü ilin oktyabr ayından 2014-cü ilin payız aylarınadək olan müddət ərzində Goranboy rayonu Xoylu kəndi ərazisindəki mağazadan hissə-hissə olmaqla uzunluğu 6 metr, diametri 100 millimetr olan ümumi dəyəri 200.000 manat təşkil edən metal boruları və 30.000 manat nağd pulu, Zərərçəkmiş şəxs2 oğlu - X5 2014-cü ilin payız aylarında ünvan 3 ünvanının qarşısında 10.000 manat, bir ay sonra 2014-cü ilin payız aylarında Bakı şəhəri Binəqədi rayonu Atatürk prospekti ilə Nərimanov rayonu Azadlıq prospektinin kəsişməsində yerləşən avtomobil yolunun kənarında 10.000 manat olmaqla, ümumilikdə 50.000 manat pulunu və 200.000 manat dəyərində metal boruları vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb gördüyü təmir-tikinti işləri ilə bağlı bütün ödənişlərin sifarişçi tərəfindən tam olaraq verilməsinə baxmayaraq yalan vədini yerinə yetirməyib etibardan sui-istifadə etmə və aldatma yolu ilə aldığı əmlakı qanunsuz olaraq ələ keçirib digər şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 250.000 manat yəni, külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2009-cu ildə Bakı-Qazax magistral yolunun genişləndirilməsi ilə əlaqədar rabitə xətlərinin yoldan kənarlaşdırılması üçün ona borular lazım olmuş, o, bu barədə dostu Şahid3 müraciət etmiş, Natiq ona maddi imkanının olmadığını bildirmiş, lakin Goranboy rayonunda yaşayan Fərmayıl adlı bir tanışı olduğunu, sonuncunun metal işi ilə məşğul olduğunu, dəmir dirəkləri Fərmayılın təşkil edə biləcəyini bildirmişdir. Natiqlə Goranboy rayonunda yaşayan Zərərçəkmiş şəxs2 yanına gedib sonuncu ilə görüşmüşlər və bundan sonra o, Fərmayıldan dəmir borular almağa başlamışdır. Həmin işlərin görülməsi zamanı Fərmayıla borulara görə cəmi 9.000 manat borcu qalmışdır. 2012-ci ildə o, X8 ilə kənd yerlərində yeni tikilmiş evlərə telefon çəkilişləri ilə bağlı müqavilə bağlamışdır. 02 avqust 2012-ci il tarixdə X3 böyük zalında iclas olmuş, bir neçə şirkətlərə bir neçə rayonlarda işlərin görülməsi təklif edilmiş, 9 rayonda iş görməyi də ona təklif etmişlər və o da işə başlamışdır. İşə başlamaq üçün ona maddi cəhətdən kömək lazım olmuş, bununla əlaqədar o, Fərmayıla 9 rayonda iş görməli olduğunu bildirmiş, sonuncudan işləri yerinə yetirmək üçün nə gücü çatırsa ona köməklik etməsini xahiş etmiş, əldə olunan qazancı da yarı-yarıya böləcəkləri demiş, Fərmayıl onun təklifi ilə razılaşmış, beləliklə, bir yerdə işləməyə başlamışlar, Fərmayıl boruları öz sexində hazırlayıb Ağstafa, Qazax, Gedəbəy rayonlarına və digər rayonlara göndərmişdir. Həftənin hər cümə günü X4 iclas keçirilmiş və hər dəfə də iclasda pullarının onlara ödəniləcəyi bildirilmiş, sonuncu vəd isə 2013-cü ilin 27 dekabrda olmuşdur. Maddi imkanı çatdığı qədər işləmiş, 2014-cü ilin aprel ayında Şəmkir rayonunun Üçtəpə kəndində artıq imkanları tükənmiş, işçilərə iki dəfə pul lazım olduqda, sonunculara əmək haqqı olaraq 10.000 manat pulu bir dəfə Zərərçəkmiş şəxs2 şəxsən alıb vermiş, 10.000 manatı da bir dəfə Bakıxanov qəsəbəsində Fərmayılın oğlu Turandan götürüb işçilərə göndərmişdir. 1.200 ABŞ dolları, yəni təxminən 1000 manat pulu da Müşfiq adlı tanışına vermişdir ki, yüklərini aparan maşına ödəsin. Beləliklə, Fərmayılla aralarında nağd pul olaraq 20.000 manat söhbəti olmuş, hər dəfə də pullarını alacaqlarını gözləmişlər, bu günə kimi də pulunu ala bilməmişdir. Onun X2 501.000 manat sənəd şəklində alacağı ödəniş var, 354.000 manat dəyərində İmişli rayonuna 1000 ədəd dirək göndərmiş, dirəyləri basdırılmış, lakin üstünə kabel çəkməyə artıq imkanı olmamışdır. Onlardan sonra X3 işçiləri özləri kabel çəkmiş, və basdırdığı dirəyləri mənimsəmişlər. Hal-hazırda da X2 pulunu tələb edir, amma pulunu ala bilmir. O, sonra Zərərçəkmiş şəxs2 vəfat etdiyini eşidib bilmiş, sonuncunun yas mərasimində iştirak etmiş, 2018-ci in may ayında Fərmayılın ailə üzvlərinə Fərmayılla aralarında pul ödənilməsi ilə bağlı söhbətləri olması barədə məlmat vermiş və X2 pullar alındığı təqdirdə Fərmayıla olan borcunu ödəyəcəyini bildirmişdir. X8 ilə bağlanmış müqaviləyə görə 4 milyon 200 manatlıq iş görməli idilər, müqavilədə ilkin olaraq məbləğin 50%-i ödəniləcəyi göstərilsə də ödənilməmişdir. Özünün də evləri, avtomobili olmuş, hamısını satıb bu iş üçün xərcləmişdir. Layihə üçün nə qədər dirək lazım olubsa, onun bir hissəsini Bakıda düzəltdirib göndərmiş, 161.000 manat dəyərində 4.640 ədəd dirəyi Fərmayıl hazırlamışdır. Həmin 161.000 manatdan zərərçəkmiş şəxsə heç nə ödəməmişdir. Fərmayıla pullarını aldıqdan sonra 250.000 manat pul verəcəyini, yəni ödəməli olduğu 191.000 manatdan (161.000 manat dirəklərin dəyəri, 20.000 manat nağd pul, 9.000 manat əvvəlki birgə gördükləri işdən qaldığı borc və 1.000 manat da yük avtombilini sürücüsünə ödədikləri pul) əlavə 60.000 manat pul ödəyib qazanc verəcəkdi. Ona qarşı irəli sürülmüş ittihamda Zərərçəkmiş şəxs2 250.000 manat ziyan vurması barədə ittihamla razılaşmır, 250.000 manat gəlirlə birlikdə Zərərçəkmiş şəxs2 verməyə razılaşdıqarı məbləğdir. İşləri yekunlaşdırdıqdan sonra X8 tərəifndən ona 2018-ci ilin iyul-avqust ayında əvvəlki işlərdən olan Masallı rayonunun Altıağac qəsəbəsində gördüyü işlərə görə pulunun bir hissəsi ödənilmiş, lakin Zərərçəkmiş şəxs2 aldığı dirəklərin istifadə olunduğu işlərə görə ona pul ödənilməmiş və o da Fərmayılın pulunu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs2 ondan pulunu tələb etməyə başladıqda, o, Fərmayıla ünvan 5 ünvandakı mənzilini pulun əvəzinə təkli etmiş, lakin Fərmayıl etibarlı yaxın dost olduqlarını, pula görə onu evsiz qoymaq istəmədiyini bildirib həmin mənzili ondan almaqdan imtina etmişdir. Bundan sonra həmin məzilini borclu olduğu Şahid5 sataraq borpcunu bağlamışdır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərər çəkmiş şəxsin hüquqi varisi X11 ifadə verərək gömstərmişdir ki, 2013-cü ildə atası Zərərçəkmiş şəxs2lə Təqsirləndirilən şəxs alacağı pullarla bağlı söhbətləri olmuşdur. Atasınını dəfələrlə Təqsirləndirilən şəxs zəng edib pulunu istədiyinin şahidi olmuş, atası nə vaxt başına bir hadisə gəlsə kimdə nə qədər pulunuun olmasını bilməsi üçün bütün maliyyə işlərini ona danışmışdır. Atası Fərmayıl onun yanında dəfələrlə Təqsirləndirilən şəxs zəng edib pulu niyə vermədiyini soruşmuş və Təqsirləndirilən şəxs da hər dəfə yalan vədlər verib pulun qaytarılmasını yubatmışdır. 2018-ci ilin may ayında atası Zərərçəkmiş şəxs2 vəfat etmiş, həmin vaxt anası ağır xərçəng xəstəsi olmuşdur. O, dəfələrlə Təqsirləndirilən şəxs zəng edib anasının müalicəsi ilə bağlı onlara pul lazım olduğunu desə də, hər dəfə Təqsirləndirilən şəxs pulu verəcəyinə dair yalan vədlər vermişdir. Hətta bir dəfə də o, Mərkəzi Klinikada olarkən Rafiq ona narahat olmamasını, pulu gətirib çatdıracağını deyərək gözlətdirmiş, amma sonra nə telefona cavab vermiş, nə də özü zəng etmişdir. 2019-cu ilin may ayında anası da vəfat etmişdir. Hər dəfə Təqsirləndirilən şəxsla zəngləşəndə sonuncu eyni sözləri demiş, narahat olmamasını, yaxşı olacağını vəd etmişdir. Rafiq onlara mənəvi ziyan da vurmuşdur. Atası bu söhbətlərə görə hər dəfə çox əsəbləşmiş, Rafiqə zəng etdikdə, Rafiq hər dəfə eyni sözləri demişdir. Atası hər dəfə ürəyini tutub demişdir ki, Rafiq onun başına oyun açır. 2018-ci ildə də atası Fərmayl ürəyindəki xəstəlik səbəbindən vəfat etmişdir. Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs2 250.000 manat borcu var idi. Bu məbləğ onunla bağlıdır ki, Rafiq dediyi kimi iş götürmüş, onlar da bu işin içində olmuşlar, atası Rafiqə boru satmaqla məşğul olmuşdur. Rafiq atasına demişdir ki, iş görür, bu işləri görə bilmək üçün ona boru versinlər, nağd şəkildə o özü 10.000 manat məbləğində pulu Bakixanov qəsəbəsində Təqsirləndirilən şəxs vermiş, atası da nağd şəkildə 10.000 manat pulu Rafiqə ayrıca vermişdir. Nağd şəkildə o bir dəfə də Ayna Sultanova heykəlinin yanında 10.000 manat Natiq adlı ümumi tanışlarına vermiş, Natiq də pulu Təqsirləndirilən şəxs çatdırdığını bildirmişdir. Pulların hamısını atası Zərərçəkmiş şəxs2 tapşırığı əsasında vermişdir. Atası onun da bu işlərin içində olmasını, yəni kimə nə qədər pul və material verdiyini bilməsini istəmişdir. Onun da, atasının da qeydlərində Təqsirləndirilən şəxs onlara 200.000 manatlıq mal şəkildə, 50.000 manat da nağd pul şəkildə, ümumilikdə 250.000 manat borcu olduğu qeyd edilmişdir. Bu məbləğin içərisində görülən işlərə görə qazanc olmamış, ancaq maya olmuşdur. Təqsirləndirilən şəxs atasının yas mərasimində iştirak edərkən narahat olmamasını, borcu qaytaracağını bildirmişdir. Sonra o, Təqsirləndirilən şəxs zəng etsə də zənglərə cavab verməmiş, sonra Bakıda bir-iki dəfə görüşmüşlər, pulların qaytarılmasını tələb etsə də xeyri olmadığını görmüş, məcburiyyət qarşısında qalıb bir dəfə görüşlərində telefondakı diktofonu işə salaraq Təqsirləndirilən şəxs xəbəri olmadan və sonuncuya məlumat vermədən sonuncunun səsini yazmışdır. Həmin səs yazılarından Təqsirləndirilən şəxs onlara 250.000 manat borclu olduğunu təsdiq etməsi bəlli olur. Təqsirləndirilən şəxsla həmin görüşdə, o, əmisi Şahid2lə olmuşlar. Onun Təqsirləndirilən şəxs verdiyi 10.000 manat pul atasının tapşırğı ilə olmuş, şəxsən Təqsirləndirilən şəxsla aralarında heç bir əməliyyat olmamışdır. Atası sağ olarkən hüquq mühafizə orqanlarına şikayət etməmişdir. Təqsirləndirilən şəxs borc müqabilində atasına ev təklif edilməsi barədə məlumatı var, bunu atasının özündən yox, başqalarından eşitmişdir. Məhkəmə zamanı Şahid2 ifadəsində göstərmişdir ki, qardaşı Alıyev X6 rayonunda Dəliməmmədli şəhərində yaşayırdı və yaxın kənddə kiçik kommersiya ilə, tikinti materialların alqı-satqısı ilə məşğul idi. Həmin vaxt Təqsirləndirilən şəxs qardaşının tikinti materialları, dəmir məmulatların alqı-satqısı ilə məşğul olduğunu bilmiş, bu səbəbdən qardaşı Fərmayıla Rabitə Nazirliyində tender udduğunu, Salyan, Cəlabad, Masallı rayonlarına qədər rabitə xətti çəkməyi ona həvalə olunduğunu, amma əvvəlcədən pul ödənilmədiyini, işi gördükcə Nazirlikdən gəlib işi yoxlayıb, qiymət verib pulu verəcəklərini, o da pulu aldıqca qardaşı Fərmayılın pulunu verəcəyini demiş, Təqsirləndirilən şəxs sifarişinə əsasən qardaşı materialları hazırlamağa başlamış, hazırladığı materialların hamısını Təqsirləndirilən şəxs vermişdir. Sonra Rafiq gəlib fəhlələrin işi dayandırdıqlarını, işlərin getmədiyini, hələlik pul ödənilmədiyini, fəhlələrə verməyə pul lazım olduğunu bildirmiş, qardaşı Fərmayıldan 50.000 manata qədər nağd pul almışdır. Qardaşı Fərmayıl xəstələnənə qədər ona bu barədə deməmişdir, xəstələnənə yaxın demişdir ki, bir nəfər, yəni Təqsirləndirilən şəxs adlı şəxs, ona pul verməli olduğu halda vermir, hiss edir ki, onu aldadacaq, Təqsirləndirilən şəxs heç bir ödəniş eləmir, üstəlik nağd pullar da alır. O da qardaşına çox səhv etdiyini, Təqsirləndirilən şəxs düzgün yolda olmadığını, əvvəlcədən tender olubsa, əgər bu adam işi görürsə ona pul ödəməli olduğunu demişdir. Qardaşı Fərmayıl isə Təqsirləndirilən şəxs elə bir adam olmadığını bildirmiş, orada da Təqsirləndirilən şəxs qardaşının etibarını qazanmışdır. Sonda Təqsirləndirilən şəxs qardaşı Fərmayıla heç bir ödəniş etməmiş, Fərmayıl da ağır xəstələnmişdir. Mərkəzi Klinikada müalicə aldığı zaman qardaşı Fərmayıl ona hər şeyi danışmış, Təqsirləndirilən şəxs ona verəcək pulun məbləğinin nə qədər olduğunu bildirmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, hadisə təxminən 10 il əvvəl olmuş, həmin müddət ərzində 3 dəfə başından əməliyyat keçirmiş, hər şeyi dəqiq xatırlamır, o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 dsot olmuşlar, Rafiq və o, işlərin görülməsi üçün Fərmayıldan material götürmüşlər, Rafiq Fərmayıldan pul da götürmüş, pulu və materialların pullarını qaytarmamışdır. Şahid3 ibtidaq zamanı verdiyi və məhkəmə zamanı elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 2003-cü ildən 10 aprel 2009-cu il tarixə kimi Goranboy rayon Elektrik Şəbəkəsində aparıcı mühəndis işləmişdir. X9 2008-ci ildən, Təqsirləndirilən şəxs isə 2009-cu ildən tanımışdır. Belə ki, Fərmayıl Goranboy rayonu Dəlməmmədli şəhərində metal satış mağazası işlətdiyindən, həmin mağazadan Goranboy rayon İşıq İdarəsinə lazım olan elektrik dirəkləri alıb istifadə etmişdir və sonra Fərmayıl ilə dostluq münasibəti yaranmış, onun daimi müştərisi olmuşdur. Təqsirləndirilən şəxs isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru kimi Rabitə Nazirliyindən iş götürüb rəhbəri olduğu cəmiyyətin vasitəsi ilə həmin işləri görərək 2009-cu ildə Bakı-Qazax mağistiral avtomobil yolunun genişləndirilməsi ilə bağlı yol kənarından çəkilmiş mağistiral elektirik və rabitə xətlərinin yoldan kənarlaşdırılması işlərinin aparılmasını həyata keçirərkən tanımışdır. O, elektirik xəttinin avtomobil yolundan kənarlaşdırılması işini aparmış, Rafiq isə rabitə xətlərinin kənarlaşması işlərini aparmışdır. Rafiq də, işi üçün lazım olan metal və dirəkləri Fərmayıldan almışdır. Beləliklə də, onların hər ikisinin Fərmayıl ilə münasibəti yaranmışdır. Təxminən 2013-cü ilin oktyabr ayında Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 ilə üçü birlikdə Goranboy rayonunda kafedə əyləşib yemək yeyərkən Təqsirləndirilən şəxs onlara yazılı podrat müqavilələri göstərib tenderdə qalib gəldiyini, Respublikanın 9-10 rayonda rabitə xəttinin çəkiliş işini aparacağını bildirmişdir. Rafiq evini banka girov qoyub pul götürərək həmin layihənin icrasına yönəltsə də, bankdan götürdüyü pulun kifayət etmədiyini, həmin işi görmək üçün ona külli miqdarda pul və material lazım molduğunu bildirmişdir. Rafiq onlara təklif etmişdir ki, ona lazım olan miqdarda pul versələr işlərini tamamlayıb onlardan aldığı pulu qaytarar, əldə etdiyi qazancı isə onlarla yarı bölər. O, pul verməyə maddi imkanı olmadığını bildirəndən sonra, Rafiq Fərmayıla təklif etmişdir ki, ona lazım olan diametrdə metal dirəkləri nisyə olaraq versin o, tenderdə udduğu işi tamamlayıb təhvil verərək aldığı materialın pulunu verəcəkdir, qazancı isə onunla yarı böləcəkdir. Onun yanında Fərmayıl Rafiqlə razılaşmışdır ki, onun istədiyi diametrdə və uzunluqda metal boruları zavoddan sifariş verib özü nağd pulunu ödəyib onun dediyi qaydada mağazada işçilərinə hazırladıb verər, ancaq bu şərtlə ki, işi yekunlaşdırıb təhvil verən kimi onun nisyə verdiyi dirəklərin pulunu versin. Yoxsa özü pis vəziyyətdə qalar. Rafiq isə söz vermişdir ki, narahat olmasın ona dediyi sayda metal dirəkləri nisyə olaraq hazırladıb versin, o (Rafiq) işlərini qısa bir vaxtda tamamlayıb təhvil verəcəkdir və Rabitə Nazirliyindən gördüyü işin pulunu alıb ondan (Fərmayıldan) aldığı dirəklərin dəyərini ödəyəcək, yerdə qalan qazancı isə Fərmayılla yarı böləcəkdir. Həmin söhbətdən sonra da, onlar, üç tanış, tez-tez görüşmüşlər və o, görmüş ki, Rafiq sifariş etdiyi metal dirəkləri Fərmayıl yük maşınlarına yüklədib Rafiqin dediyi rayonlara göndərir. Aradan bir müddət keçmiş onlar yenə üçü bir yerdə oturub yemək yeyərkən Rafiq Fərmayıla təşəkkürünü bildirərək metal dirəkləri göndərməklə ona çox böyük köməklik etdiyini, optik rabitə kabeli alıb layihəni tamamlamaq üçün 25.000 manat nağd pul verməsini xahiş etmişdir. Fərmayıl isə onun yanında Rafiqə söz vermişdir ki, ona dediyi miqdarda nağd pulu verəcəkdir, ancaq işini tamamlayıb verdiyi materialın pulunu və nağd verdiyi pulu geri qaytarsın. Aradan 2-3 gün keçmiş Fərmayıl ona zəng edib Rafiqə 15.000 manat pul göndərdiyini, 10.000 manatı isə oğlu Turan Bakı şəhərində Rafiqlə görüşüb verəcəyini demişdir və ondan soruşmuş ki, Rafiq sonra onu aldatmaz görəsən? O, telefonla Fərmayıla demişdir ki, Rafiq onun nisyə verdiyi material hesabına və verdiyi pullarla iş görüb pul qazanır, bir yerdə çörək kəsmişik, çörəyi tapdamaz, onun etdiyi yaxşılıqların qarşılığında aldatmaz. Təxminən 2015-ci ilin sonunda Zərərçəkmiş şəxs2lə Goranboy rayonunda görüşəndə Fərmayıl ona demişdir ki, Rafiqə 50.000 manatdan çox nağd pul və 200.000 manatdan çox dəyəri olan metal dirəkləri nisyə veribdir. Rafiqlə nə qədər ki, pul və nisyə metal dirəkləri ondan alırmış, tez-tez telefon əlaqəsi saxlayıb, onunla mehriban danışır, tezliklə işi görüb təhvil verəcəyini Rabitə Nazirliyində işləyən qohumu Vidadi müəllimin köməkliyi gördüyü işin pulunu alacağını deyirmiş. O, Rafiqin sözlərinə inanıb 50.000 manat nağd pul və 200.000 manat dəyərində metal dirəklər vermişdir. Rafiq pulu və dirəkləri alıb qurtarandan sonra sözünə əməl etməyib Rabitə Nazirliyindən gördüyü işin pulunu ala bilmədiyini bəhanə edir, son vaxtlar isə onun telefon zənglərinə ümumiyyətlə cavab vermir, nə edəcəyini bilmir, pis vəziyyətdə qalıbdır. Fərmayıl ondan xahiş etmişdir ki, Rafiqə zəng edib ona verəcəyi pulları çatdırmasını desin.O, Fərmayılın yanına gedib öz telefonu ilə Rafiqin xatırlamadığı mobil telefon nömrəsinə zəng edib Fərmayılın sözlərini çatdırdırmışdır və borcunu ödəməsini, aralarında dost münasibətləri olduğunu demişdir. Rafiq Fərmayıla olan borclarını qısa müddətdə çatdıracağına söz vermişdir. Sonra Fərmayıl onun telefonu ilə Təqsirləndirilən şəxsla danışıb 250.000 manat borcunu ödəməsini tələb etmişdir. Rafiq Fərmayıla da, alacaqları olduğunu, qısa müddətdə onun borcunu ödəyəcəyinə söz vermişdir. Ancaq sonra Rafiq Fərmayılın pulunu ödəməmişdir. 2017-ci ilin yay aylarında Zərərçəkmiş şəxs2lə birlikdə Təqsirləndirilən şəxs anasının yas mərasimində iştirak etmək üçün Tovuz rayonunun Qaraxanlı kəndinə getmişİər. Orada Zərərçəkmiş şəxs2 Rafiqə baş sağlığı verdikdən sonra yenə ondan 250.000 manat borcunu ödəməsini tələb etmişdir. Rafiq isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində yoxlamalar keçirildiyini bu səbəbdən borcunu ödəməsində gecikmə olduğunu və yaxın günlərdə məktəb inşa edib borcu ödəyəcəyinə söz vermişdir. Hansı ki, Rafiqin deməsinə görə rayonlarda orta məktəb tikinti işləri aparırmış. 2018-ci ilin may ayında Fərmayıl rəhmətə getmiş həmin vaxta kimi Rafiq heç bir ödəniş etməmişdir. Zərərçəkmiş şəxs2 3 mərasimində o, Rafiqə zəng edib Fərmayılın rəhmətə getdiyini deyib onu yas mərasiminə dəvət etmişdir. Rafiq yas mərasiminə gəldikdən sonra onu Fərmayılın oğlu Turan Alıyevlə tanış edib Fərmayılın arvadının da, ağır xəstə olduğunu, uşaqlarına və arvadının müalicəsinə pul lazım olduğunu, Fərmayıla olan borcunu ödəməsini demişdir. Turana isə bildirmişdir ki, Təqsirləndirilən şəxs onun atasına 250.000 manat borcu var. Rafiq də, etiraf edərək onun Fərmayıla 250.000 manat borcu olduğunu deyib, mobil telefon nömrəsini Turana vermişdir ki, tezliklə atasına olan borcundan ona ödənişlər edəcəkdir. Bu söhbətdən sonra o, dəfələrlə Təqsirləndirilən şəxs zəng edib Fərmayılın arvadının ağır xəstə olduğunu, uşaqlarına və arvadının müalicəsi üçün pul lazım olduğunu bildirib borcunu ödəməsini tələb etsə də, hər dəfə Rafiq müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Sonuncu dəfə 20 yanvar 2019-cu il tarixdə təxminən saat 21:30 radələrində Rafiqə zəng edib Zərərçəkmiş şəxs2 borcunu ödəyib-ödəmədiyini soruşmuşdur. Cavab vermişdir ki, 04 fevral 2019-cu il tarixdə alacağı var, həmin pulu alıb Fərmayıla olduğu borcun bir qismini ödəyəcəkdir, lakin sonra öyrənmiş ki, Rafiq yenə heç bir ödəniş etməyibdir. Sonra o, dəfələrlə Rafiqin mobil telefon nömrələrinə zəng etsə də, Rafiq onun zənglərinə cavab verməmişdir (1-ci cild iş vərəqi 133-136). Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmşidir ki, Təqsirləndirilən şəxs öz işlərinin görülməsi üçün ondan 3 ay müddətində qaytarmaq şərti ilə 80.000 manat borc pul almış, Təqsirləndirilən şəxs onun verdiyi 80.000 manat pulunu dediyi müddətdə ona qaytara bilməmiş, Təqsirləndirilən şəxs özününü təklifi ilə sonuncuya əlavə olaraq 60.000 manat ödəyərək Rafiq Hüyseynovun Bakı şəhəri Nərimanov rayonu ərazisindəki mənzilini almış, sonradan həmin mənzili 126.000 manata sataraq 14.000 manat ziyan etmişdir. O, Zərərçəkmiş şəxs2 adlı şəxsi tanımamış, Təqsirləndirilən şəxsla heç bir iş görməmişdir. Təqsirləndirilən şəxs sonradan ondan daha 25.000 manat borc pul almış, həmin pulun 20.000 manatını qaytarmış 5000 manatı qalmışdır. Onun Təqsirləndirilən şəxsla dostluq münasibəti var, əgər yenə də borc istəsəydi yenə də Rafiqə borc pul verərdi. Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamın elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 10 ildən artıq bir müddətdir ki, Ağcabədi rayonunda təsadüfdən tanış olmuşdur. Sonra onların tanışlığı yaxın dost münasibətinə çevrilmişdir. 2013-cü ildə o, "xxxx" ASC-də əməliyatçı işləyəndə Təqsirləndirilən şəxs isə «Optik-Tikinti Rabitə» Məhdud Məsuüliyyətli Cəmiyyətin drektoru vəzifəsində Rabitə Nazirliyindən işlər sifariş götürüb həmin işləri görürmüş. Təxminən 2013-cü ilin yay aylarında Ağcabədi rayonunda Rafiqlə yemək yeyərkən, ondan 300.000 manat borca pul istəmişdir ki, 3 aydan sonra nə qədər pul versə aldığı pulu qaytaracaqdır. O, həmin vaxt yaşadığı kənddə özünə ev tikdirdiyindən onda 80.000 manat evin pulu olmuşdur. O, Rafiqə demişdir ev tikdirmək üçün yığdığı pulu verə bilər, ancaq bu şərtlə ki, verdiyi pulu tez qaytarsın ki, o da, evinin tikintisini yarımçıq qoymasın. Rafiq əminliklə söz vermişdir ki, onun pulunu ən geci 3 ay müddətində qaytaracaqdır. Onlar razılaşandan sonra növbəti gün yenə həmin kafedə görüşərək təklikdə Rafiqə 80.000 manat borc puf vermişdir. O, Rafiqə pulu verərkən ondan heç bir sənəd almamtşdır. O, pulu verəndən 3 ay keçsə də, Rafiq onun pulu qaytarmamış və onun telefon zənglərinə cavab verməmişdir. O, Rafiqi çətinliklə olsa da tapıb sonuncudan verdiyi pulları tələb etməyə başlamış, çünki özünün evinin titkintisi pul olmadığına görə yarımçıq qalmışdır. Rafiq gündə bir bəhanə gətirməyə başlayıb onun pulunu qaytarmamışdır. 2014-cü ildə Təqsirləndirilən şəxs demişdir ki, ona əlavə pul lazımdır buna görə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 4 otaqlı mənzilini 140.000 manata satır. Rafiq ona təklif etmişdir ki, ona əlavə olaraq 60.000 manat pul versin, 80.000 manat da əvvəldən alıbdır, ümumi olaraq 140.000 manata mənzili ona satsın. O, görmüş ki, Rafiqə verdiyi pulu ala bilməyəcəkdir ona görə razılaşıb Rafiqlə birlikdə evi adına alqı-satqı edərək 60.000 manat pulu Rafiqə vermişdir, Rafiq də ünvan 6 ünvanını onun oğlu X10 adına rəsmiləşdirmişdir. Həmin mənzil 4 otaqlı olmaqla 9 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşirmiş, təmirsiz vəziyyətdə olmuş və Rafiq kirayə verirmiş. Təxminən 2015-ci ildə Rafiq onunla Bakı şəhərində görüşəndə yenə ondan borca pul istəmişdir ki, uzağı 2 ay müddətində onun pulunu qaytaracaqdır. O, yenə Rafiqin sözlərinə inanıb ona 25.000 manat pul vermişdir. Rafiq yenə onu aldadıb söz verdiyi vaxt pulunu qaytarmamışdır. O, dəfələrlə pulunu istəyəndən sonra Rafiq yalnız 2018-ci il tarixdə onun pulundan 20.000 manatını qaytarmış, 5.000 manatını isə hazırki vaxta kimi qaytarmamışdır. O, qalan 5.000 manat pulu Təqsirləndirilən şəxs istəmir. Onun Ağcabədi rayonunda tikdirdiyi evinin tikintisi yarımçıq qaldığından məcbur olub Təqsirləndirilən şəxs 140.000 manata aldığı mənzili 126.000 manata satıb rayonda yarımçıq qalmış evini tikdirmişdir. Onun Təqsirləndirilən şəxsla heç bir iş birliyi olmayıbdır, Rafiqə 80.000 manat pulu borca vermişdir. Rafiq onun pulunu qaytarmayıb əlavə də, 60.000 manat pul alıb mənzilini 140.000 manata ona satmışdır (2-ci cild iş vərəqi 132- 135). Məhkəmə zamanı şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, 2019-cu ildən X4 baş mühasib vəzifəsində işləyir, Təqsirləndirilən şəxsla X8 arasında 2013-cü ildən olan ödənişlərdə və hesablaşmalarda o, iştirak etməmişdir, cinayət işinin istintaqı ilə bağlı qeyd edilən məsələnin araşdırılması aparılarkən istintaq orqanının tələbi ilə baş mühasib kimi hesablaşma sənədlərini təqdim etmiş və sənədlərə əsasən Təqsirləndirilən şəxs görülmüş işlərə görə 386.079 manat pulun ödənilməsi və sonuncuya borclarının qalmaması müəyyən edilmişdir. Şahid X13 ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamın elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, "xxxx" MMC-in direktoru Təqsirləndirilən şəxs təxminən 2017-2018-ci illərdə Rabitə Nazirliyinə müraciət edərək 2013-2014-cü ildərdə gördüyü işlərin pulunu ala bilmədiyini göstərmişdir. Onun müraciəti və təqdim etdiyi F-2 sənədlər əsasında Respublikanın bir neçə rayonunda tamamladığı işlərin pulu 386079 manat "xxxx" MMC bank hesabına köçürülmüşdür. "xxxx" MMC Respublikanın rayon telefon qovşaqları ilə podrat müqaviləsi bağlasa da, görüb tamamlayaraq təhvil verdiyi işlərin pulunu vahid mərkəzləşmiş qaydada "xxxx" MMC-in bank hesabından "xxxx" MMC-nin bank hesabına köçürülmüşdür (5-ci cild iş vərəqi 248-250). Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. Şübhəli şəxsin tutulması haqqında 03 fevral 2023-cü il tarixli protokoldan görünü ki, Təqsirləndirilən şəxs 03 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 3). 04 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmələ, müvəqqəti saxlama yerindən azad edilmişdir (1-ci cild 16) Məhkəmə-fonoskopik ekspertizası üzrə 06 may 2022-ci il tarixli 4/432-4/443 nömrəli ekspert rəyindən görünür: - 1.Ekspertizaya təqdim olunan 1 ədəd fləş yaddaş kartında və 1 ədəd "SAMSUNG” markalı mobil telefonda qeyd edilmiş mübahisəli fonoqramdakı danışıqlar aydın və başadüşülən olduğundan yazılı mətnin bərpasında zəruri biliyə ehtiyac yoxdur. Diktorları fərdiləşdirmək məqsədilə müəyyən olunmuş mətn hissələri rəyin tətbiqi hissəsində verilmişdir; - 2. Ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında və 1 ədəd “SAMSUNG” markalı mobil telefonda qeydə alınmış “Ses 004”, "Ses 005” və “Ses 007” adlı fonoqramların məzmunu və davametmə müddəti eynilik təşkil edir; -3. Ekspertizaya təqdim oiunmuş l ədəd fləş yaddaş kartında və 1 ədəd “SAMSUNG” markalı mobil telefonda qeydə alınmış mübahisəli fonoqramdakı danışıqlarda ümumilikdə 4 fərqli kişi cinsinə məxsus səs və nitq müəyyən olundu; - 4. Ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında və 1 ədəd “SAMSUNG” markalı mobil telefonda olan mübahisəli fonoqramdakı danışıqlarda və danışıqların tədqiqi hissədə verilmiş yazılı mətn hissəsində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs, “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi - Aİıyev Turan Fərmayıl oğluna, “K3” kimi işarə olunmuş diktorun səsi və ntiqi - Şahid2 məxsusdur; - 5. Ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında və 1 ədəd “SAMSUNG” markalı mobil telefonda qeydə alınmış mübahisəli fonoqramdakı danışıqlar qapalı şəraitdə qeydə alınmışdır; - 6. Ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında və 1 ədəd “SAMSUNG” markalı mobil telefonda olan mübahisəli fonoqramdakı danışıqlarda mantaj əlamətləri müəyyən olunmadı. Rəyin mətn hissəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 249.000-250.000 manat borclu olduğunu, ondan nisyə təzə tikinti materialı alıb pulunu ödəmədiyini Zərərçəkmiş şəxs2 oğlu Turan Alıyev və qardaşı Şahid2lə olan dialoqda etiraf etmişdir. Həmin işi görməyə özündən pul xərcləmədiyini göstərir. Rafiq borcunu qaytaracağına, borclu qalmayacağına söz verir. Şahid2 ona təklif edir ki, gedib notariat qaydasında 250.000 manat Zərərçəkmiş şəxs2 borclu olması barədə sənəd versin. Təqsirləndirilən şəxs razılaşmır ki, bu haqda möhürlü məktub verə bilər, ancaq notariat kontora getmək istəmir. X15 Bakı şəhəri, Bakıxanov qəsəbəsində 10.000 manat pul almasını etiraf edir (2ci cild iş vərəqi 34-44). Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnogiyalar Nazirliyinin xx.xx.2021-ci il tarixli 1-3-11/4970-21 nömrəli cavab məktubundan görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin xidməti ərazisində 2013-2014-cü ildərdə xətt qurğularının tikintisi üçün 501.581 manat deyil, 386.079 manatlıq iş görülmüşdür, həmin vəsait də 2018-ci ilin iyun-iyul aylarında "xxxx" MMC-yə tam şəkildə ödənilmişdir. Hazırda "xxxx" MMC-in "xxxx" MMC-yə heç bir borcu qalmamışdır. Təkrar istintaqda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edilmiş xx.xx.2022-ci il tarixli cavabda göstərilmişdir ki, 2013-2014-cü illərdə "xxxx" MMC "xxxx" MMC-in sifarişi əsasında rayonlarda gördüyü işlərin ümumi dəyəri 501581 manat deyil, başa çatdırılaraq təhvil verilmiş və mühasibatlıqda öz təsdiqini tapmış işlər üzrə borc 386.079 manat olmuşdur ki, həmin pul vəsaiti 2018-ci ilin iyun-iyul aylarında "xxxx" MMC-yə tam şəkildə ödənilmişdir. Cavab məktubları sübut növü kimi qiymətləndirilməlidir (2-ci cild iş vərəqi 174, 235). "xxxx" MMC-nin bank hesablarından görünür: - Bank of Baku ASC-də Təqsirləndirilən şəxs 14.10,2014-cü il tarixdə 16.000 manat kredit götürmüş, xx.xx.2017-ci il tarixə banka borcunu ödəmişdir, xx.xx.2019-cu il tarixdə yenidən 4.919 manat kredit götürmüş və xx.xx.2022-ci il tarixdə ödəmişdir; - “Unibank”da Təqsirləndirilən şəxs adına kartlar olmuş - xx.xx.2013-cü ildə 600 ABŞ doları alıb xx.xx.2014-cü ildə bağlamış, 03,05.2014-cü ildə 1500 manat alıb xx.xx.2014- cü ildə bağlamış, xx.xx.2014-cü ildə 3000 ABŞ dolları almış və xx.xx.2019-cu il tarixdə bağlamışdır, hazırda banka borcu qalmamışdır; - "xxxx"ASC-dən xx.xx.2013-cü ildə 300 manat kredit götürülmüş və 2019-cu ildə ödənilmişdir; - "xxxx" ASC-dən "xxxx" MMC tərəfindən xx.xx.2009-cu ildə 5.240 manat kredit pul götürülüb, xx.xx.2009-cu ildə ödənilib; - “Ata Bank”ın hesabdan çıxırışından görünür ki, "xxxx" MMC-nin ********** VÖEN-i ilə 40.050 nəqliyyat və rabitə sektorunda fəaliyyət göstərməsi ilə bağlı hesabı olmuşdur; həmin hesabda xx.xx.2018-xx.xx.2021-ci il tarixlərində 320.769.96 manat debet, 320.760, 78 manat kredit olmuşdur; - 678123 nömrəli xx.xx.2018-ci il tarixli elektron qaimədə ********** "xxxx" MMC-nin "xxxx" MMC ilə bağladığı müqavilə əsasında Bərdə, Zümürxan, Çəmənli üzrə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri 44.241 manat 74 qəpik ödənilmişdir; - 678467 nömrəli xx.xx.2018-ci il tarixli elektron qaimə ilə Ucar rayonu Qaracalh kəndi EATS daxili xətt şəbəkəsinin tikintisi üzrə 75.933 manat; - 678378 nömrəli xx.xx.2018-ci il tarixli elektron qaimə ilə tikinti işləri üzrə 256.253 manat 18 qəpik; - 678928 nömrəli xx.xx.2018-ci il tarixli elektron qaimə ilə Altıağac-Xızı EATS-ləri arasında FO-12 kabelinin çəklişi 9.651 manat 30 qəpik ödənilmişdir. Ümumilikdə 386.078 manat "xxxx" MMC tərəfindən ödənilib; - "xxxx" MMC ilə 04 iyul 2018-ci il tarixdə "xxxx" MMC arasında A-021/18 saylı müqavilə əsasında 13 iyul 2018-ci il tarixdə "xxxx" MMC-yə müəssissə tərəfindən 22.500 manat dəyərində müxtəlif çeşidli rabitə xətti üçün mis kabel çeşidləri, kabel meydançası və kabel sonlanması pulu köçürmə yolu ilə satılmışdır; - “MlGROS» MMC ilə «Optik-Rabitə» Tikinti» MMC-in direktoru Təqsirləndirilən şəxs arasında bağlanmış 13 iyul 2018-ci il tarixli müqavilənin şərtlərinə görə 13 iyul 2018-ci il tarixli əlavə razılaşma əsasında bir kubu 190 manatdan olmaqla 157.895 kub dəyəri ƏDV daxil olmaqla 35.400,01 manat olan taxta Təqsirləndirilən şəxs satılmışdır. 19 iyul 2018-ci il tarixli əlavə razılaşma əsasında bir kubu 190 manatdan olmaqla 368.421 kub dəyəri ƏDV daxil olmaqla 82599,99 manat olan taxta, həmçinin 2.264 kloqram yanmış «Katanka»- məftil 2984,36 manata (ADV daxil olmaqla) Təqsirləndirilən şəxs satılmışdır; - "xxxx" MMC-yə mal-material alınması üçün xx.xx.2018-ci il tarixdə "xxxx" MMC-nin hesabından 60.000 manat pul köçürülmüşdür; qeyd edilən bank sənədləri sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmişdir (4-cü cild iş vərəqi 1-228). "xxxx" MMC 21 dekabr 2004-cü il tarixli VÖEN:**********, əmr N° OKT-K/01, Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə, "xxxx" MMC-nin reyestrdən çıxarış sənədlərindən görünür ki, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" MMC-yə gördüyü işlərə görə direktor Təqsirləndirilən şəxs xx.xx.2016-cı il, xx.xx.2017-ci il, xx.xx.2018-ci il, 20 avqust 2021-ci il tarixli pulun ödənilməsi ilə bağlı sorğu məktubları, "xxxx" MMC-nin "xxxx" MMC-nin X1 üzrə gördüyü işlərin dəyəri (18% ƏDV daxil olmaqla), "xxxx" MMC-nin "xxxx" MMC-nin X1 üzrə gördüyü işlərə görə "xxxx" MMC-nə borcun xx.xx.2018-ci tarixə olan ödənilməmiş dəyəri (18 % ƏDV daxil olmaqla) - 01 vərəq, "xxxx" MMC-nin "xxxx" MMC-nin X1 üzrə gördüyü işlər üzrə göndərilmiş dirəklərin siyahısı, Acstafa rayonu üzrə boş tutumlarının dəyəri (18% ƏDV daxil) cədvəl, "xxxx" MMC-nin Ağstafa Telekomminikasya İdarəsi ilə bağladığı xx.xx.2013-cü il tarixli baş podrat müqavilələri 8 ədəd 16 vərəq, görülmüş işlərin dəyəri və xərcləri barədə 2013-cü ilin noyabr ayı üçün arayış-09 vərəq, görülmüş işlərin təhvil-qəbul aktları-04 vərəq, Ucar TKQ ilə "xxxx" MMC-nin arasında bağlanmış xx.xx.2013-cü il tarixli Baş podrat müqaviləsi- 32 02 vərəq, dekabr 2013-cü il tarixli görülmüş işlərin dəyəri və xərcləri arayışı, təhvilqəbul aktı, xx.xx.2016-cı il tarixli üzləşmə aktı, Qazax rayonu üzrə Baş podrat müqavilələri-12 ədəd 24 vərəq, görülmüş işlərin dəyəri və xərcləri arayışı 2013-cü ilin noyabr ayı üçün 04 vərəq, Gədəbəy rayonu üzrə Baş podrat müqaviləsi -03 ədəd 06 vərəq, Gədəbəy rayonu üzrə təhvil-qəbul aktı, 2013-cü ilin noyabr ayı üçün görülmüş işlərin dəyəri və xərclərin arayışı - 02 vərəqdə maddi sübut hesab edilərək protokolla istintaq materiallarına əlavə olunmuşdur (1-ci cild iş vərəqi 168-252). Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs istinad olunan əməldə onun təqsirliliyinin sübuta yetirilməsi üçün Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən tamah niyyəti ilə öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə sübuta yetirilməli haldır. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirsizlik prezumpsiyasının yuxarıda qeyd olunan dispozisiya şərtləri onu tələb edir ki, ittiham tərəfi təqdim etdiyi sübutlarla cinayətin baş verməsini, təqsirləndirilən şəxsin təqsirliliyini sübuta yetirə bilmirsə, həmin mərhələdə məhkəmə araşdırması başa çatmış olur, müdafiə tərəfinin özünümüdafiə ilə bağlı gətirdiyi dəlillərin dəyərləndirilməsinə də zərurət qalmır. Belə ki, CPM-in 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı ittiham tərəfi təqsirləndirilən şəxsin tamah niyyəti ilə öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək faktını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası CPM-in 125.1-ci maddəsinə əsasən “məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər”. Həmin Məcəllənin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalı, 145.1, 145.2, 145.3-cü maddələrin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə obyektiv nəticəyə gəlmək üçün aşağıdakı istiqamətlər üzrə hüquqi dəyərləndirmə aparılmalıdır: - 1. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 nisyə 200.000 manat dəyərində metal dirəkləri və 50.000 manat nağd pulu götürərkən əsl niyyəti nədən ibarət olmuş, pulları götürərkən artıq onun Zərərçəkmiş şəxs2 aldatmaq niyyəti olmuşdurmu?; - 2. Tərəflər arasındakı münasibətlərin həqiqiliyi, xarakteri və mahiyyəti necə və nədən ibarət olmuşdur? Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dinidirilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, 2009-cu ildən başlayaraq Zərərçəkmiş şəxs2lə etibarlı işgüzar münasibətləri olmuş, Bakı-Qazax magistral yolunun genişləndirilməsi ilə əlaqədar rabitə xətlərinin yoldan kənarlaşdırılması üçün Zərərçəkmiş şəxs2 dəmir borular almış, boruların bir qisminin dəyərini ödəmiş, 9.000 manat borcu qalmış, həmin etibarlı işgüzar münasibətlərin davamı olaraq 2012-ci ildə X8 ilə arasında bağlanmış müqaviləyə əsasən 9 rayonda telefon xətlərinin çəkilməsi ilə bağlı işlərə görə Zərərçəkmiş şəxs2 gəlir əldə edib qazanc vermək şərtilə dəmir borular və nağd pul almışdır. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs2 arasında işgüzar münasibətlərin olmasını məhkəmə zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Turan Alıyev və şahid qismində dindirilmiş Şahid3 da təsdiq etmişlər. Belə ki, Şahid3 verdiyi ifadələrində Təqsirləndirilən şəxs hələ 2009-cu ildə gördüyü işlərlə bağlı Zərərçəkmiş şəxs2 dəmir borular almasını və 9.000 manat məbləğində borcunun olmasına da baxmayaraq, 2012-ci ildə işlərin görülməsi zamanı da Fərmayıl Təqsirləndirilən şəxs işlərin başa çatdırılması üçün dəmir boruların və nağd pulların verilməsi ilə köməklik göstərməsini bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Turan Alıyev də məhəkəmə zamanı təsdiq etmişdir ki, atası Zərərçəkmiş şəxs2lə Təqsirləndirilən şəxs arasında telefon xəttlərinin çəkilməsi ilə bağlı işgüzar münasibətlər olmuş, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs işlərin görülməsi üçün borular göndərmiş və nağd pul da vermişdir. Məhkəmə kollegiyası işin müqayisəli təhlil edilən hallarını ümumişdirilməklə belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında metal dirək əşyalarının nisyə alqı-satqısı ilə bağlı etibarlı işgüzar münasibətlər mövcüd olmuşdur və uğursuz sahibkarlıq fəaliyyəti nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 maddi tələblərini təmin edə bilməmişdir. Belə işgüzar münasibətlər zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 aldatmaq və ya onun etibarından sui-istifadə etmək niyyəti olmamışdır. Xüsusilə qeyd etmək lazımdır ki, Zərərçəkmiş şəxs2 200.000 manat dəyərində metal dirəkləri nisyə və 50.000 manat nağd pulu Təqsirləndirilən şəxs borca verərkən məqsədi özünün qazanc əldə etmək istəməsi olmuşdur. Bundan əlavə məhkəmə istintaqı zamanı təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 olan borucunu nağd formada qaytarmaq imkanı olmadığından, özünə məxsus ünvan 5 ünvandakı mənzilini Zərərçəkmiş şəxs2 verməyi təklif etmiş, lakin sonuncu aralarında olan etibarlı münasibətlərə görə və Təqsirləndirilən şəxs evsiz qalmaq istəməməsi səbəbindən mənzili qəbul etməkdən imtina etmişdir. Bu halı, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 borcunun əvəzinə yaşadığı mənzili təklif etməsini, məhkəmə zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Turan Alıyev də təsdiq etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə onu zərərçəkmiş şəxsi aldtaması barədə xususatlar yalnız zərəçəkmiş şəxsin vəfat etməmişdən əvvəlki şifahi iradə ifadəsi üzərində qurulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəifndən irəli sürülmüş ittiham çoxsaylı ziddiyyətlərlə və ehtimallarla müşaiyət olunmaqla işin obyektiv hallarını əks etdirmir, işin faktiki halları Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmamasını göstərir, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 arasında etibarlı işgüzar münasibətlərin cinayət mühakimə münasibətləri müstəvisində deyil, mülki mühakimə münasibətləri müstəvisindədir. Belə ki, "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə edilir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Həmin Plenum qərarında həmçinin qeyd edilir ki, mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prossessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqtətbiq təcrübəsində (həmçinin cinayət-hüquq nəzəriyyəsində) talama cinayətlərini xarakterizə edən, eyni zamanda onları əmlak zərəri ilə müşayiət edilən digər cinayətlərdən ayırmağa imkan verən obyektiv və subyektiv əlamətlər göstərilmişdir. Talama cinayətlərinin obyektiv, yəni cinayətlərin obyektini və obyektiv cəhətlərini səciyyələndirən əlamətlər kimi aşağıdakılar qeyd olunur: - özgə əmlakının ələ keçirilməsi, yəni götürülməsi (zərərçəkmişin əmlakının kütləsindən ayrılması) və (və ya) təqsirkarın özünün və yaxud digər şəxslərin nəfinə keçirilməsi; - götürülmənin və nəfinə keçirilmənin hüquqa zidd olması; - bunların əvəzsiz olması; - cinayətin predmeti kimi özgə əmlakının (əmlaka olan hüququn) çıxış etməsi; Mülkiyyətçiyə və yaxud əmlaka sahiblik edən digər şəxsə birbaşa əmlak zərərinin vurulması. Subyektiv, yəni talama cinayətlərini xarakterizə edən daxili əlamətlərə isə aşağıdakılar aid edilir: - birbaşa qəsd; - tamah məqsədi Talama cinayətlərindən sayılan dələduzluq - Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi təsbit edilmişdir. Bu müddəaya və talama cinayətlərinin ümumi əlamətlərini xarakterizə edən əlamətlərə görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki (əməl hüququn əldə edilməsində deyil, əmlakın ələ keçirilməsində ifadə olunduqda), dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi, əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Bu səbəbdən əmlakı sahibliyinə keçirərkən (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) şəxsdə bu cür (aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə) niyyətinin olmaması, sonrakı dövrdə əmlak, əmlakın əvəzi maliyyə çətinlikləri, iflasa uğrama kimi səbəblərlə əlaqədar mülkiyyətçiyə qaytarılmadıqda və yaxud şəxs əldə etdiyi əmlakın müqabilində üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmədikdə, onun belə hərəkət etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mülkihüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin sübyektindən dələduza çevirmir. Hətta, zərəçəkmiş şəxsin maddi zərər görməsi təqsirkarın başqa kriminal xarakterli niyyət və məqsədləri ilə bağlı olduqda belə, müstəsna olaraq bundan çıxış etməklə Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkibinin mövcudluğu barədə mühakimə yürütmək düzgün deyil. Çünki, yuxarıda təsvir edilmiş talama cinayətlərini xarakterizə edən ümumi əlamətlərdən və Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispoziyasından irəli gələn mənaya görə, söhbət özgə əmlakının ələ keçirilməsində ifadə olunmuş dələduzluq cinayəti üzrə ittihamından gedirsə, təqsirkarın zərəçəkmiş şəxsin mövcud olan əmlakını ələ keçirməsi (mövcud əmlak kütləsindən hansısa hissəsini ayırıb özünün və yaxud üçüncü şəxsin nəfinə keçirməsi) tələb olunur. Belə (əmlakın ələ keçirilməsi ilə bağlı) dələduzluqda zərərçəkmiş şəxsin maddi zərər görməsi onun gözlənilən artımı, qazancı almamasında deyil, mövcud olan əmlak kütləsinin ələ keçirilmiş əmlak hesabına azalmasında (malik olduğu əmlakdan məhrum edilməsində) ifadə olunmalıdır. Məhkəmədə tədqiq olunmuş digər sübutlardan və işin hallarından göründüyü kimi Zərərçəkmiş şəxs2lə Təqsirləndirilən şəxs razılığa gələrkən həqiqi niyyətinin razılaşmanın şərtlərinə əməl etmək olmadığı (onu aldadıb hansısa əmlakının əvəzsiz olaraq ələ keçirmək olduğu) görünmür. Əksinə, etibarlı işgüzar münasibətlərin uzun müddət davam etməsi və Təqsirləndirilən şəxs əvvəllər də nisyə götürdüyü malların dəyərinin bir hissəsini ödəməsi razılaşmalardan əvvəl Təqsirləndirilən şəxs belə bir niyyətin olması haqqında nəticəni ciddi şəkildə istisna və təkzib edir.. Təqsirləndirilən şəxs özü isə bütün ifadələrində zərərçəkmiş qismində tanınmış şəxsdən nisyə metal dirək əşyalarını götürməsi barədə bütün razılaşmaları həmin razılaşmaların həqiqi məzmununa uyğun olan niyyətlə bağladığını, heç vaxt onu aldatmaq, bu yolla onun əmlakını ələ keçirmək məqsədində olmadığını və reallıqda da belə halların baş vermədiyini göstərmişdir. Onun ifadəsinə görə əslində, Zərərçəkmiş şəxs2 narazı olması ondan asılı olmayan səbəblərdən (X2 işlərin görülməsi üçün verilməli olan pul məbləğlərinin köçürülməməsindən) irəli gəlmişdir. Təsvir olunanlardan görünür ki, Təqsirləndirilən şəxs şərh edilən əməllərində dələduzluq cinayətinin tərkibinin olması və həmin əməllərə görə onun Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə ibtidai istintaq orqanının gəldiyi nəticə qanuni, əsaslı və mötəbər sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasındakı razılaşmalar üzrə Təqsirləndirilən şəxs aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə niyyəti olmamış, maliyyə çətinlikləri ilə əlaqədar Zərərçəkmiş şəxs2 qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək mülkihüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal Təqsirləndirilən şəxs mülkihüquq münasibətlərinin sübyektindən dələduza çevirmir və həmin ittiham üzrə dələduz olmadığını təsdiq edir. Bundan başqa, müdafiə tərəfi zərərçəkmiş şəxsə pulu ödəyə bilməməsinin səbəblərindən biri kimi görülən işlər müqabilində "xxxx" MMC tərəfindən Təqsirləndirilən şəxs rəhbəri olduğu "xxxx" MMC-yə ödənişin həyata keçirilməməsini göstərmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-ə qarşı iddia tələbinə dair mülki iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022ci il tarixli, e-2-2(113)-4843/2022 saylı qətnaməsindən görünür ki, təhvil-təslim aktlarına əsasən iddiaçı "xxxx" MMC tərəfindən mübahisəli podrat müqavilələri üzrə Ucar filialı üçün 32.067,92 manat, Qazax filialı üçün 89.205,88 manat, Ağstafa filialı üçün 126.121,09 manat, Gədəbəy filialı üçün 38.637,45 manat məbləğində işlərin görüldüyü müəyyən edilir, lakin cavabdeh tərəfin həmin işlər müqabilində ödəniş etməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir, məhkəmə qənaətə gəlmişdir ki, təsvir olunan iddia tələbi əsaslıdır, lakin iddia müddəti ötürüldüyündən iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin, ittiham və müdafiə tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürməməli, onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və CPM-in 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin istintaq orqanı Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə ittiham elan edərkən bütün şübhələri onun ziyanına təfsir etmiş və bununla da qeyd olunan konstitusion və prosessual təminatları pozaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən CPM-in 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Məhkəmə araşdırması zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının CM-in 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın sübut olunmasında, yəni özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olmasını təsdiq edən hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. Beləliklə, işdəki sübutlara hüquqi qiymət verən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri mövcud deyil və ona həmin maddə ilə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-in 42.1, 42.1.2-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmaması müəyyən edildikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2, 42.2.2-ci maddələrinə görə, həmin Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar olduqda bəraət hökmü çıxarılır. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində tamah niyyəti ilə öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməsində ifadə olunan Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkib tərkibi olmadığından ona həmin maddə ilə verilmiş ittiham üzrə CPM-in 42.1, 42.1.2, 42.2 və 42.2.2-ci maddələrinə əsasən bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələyə gəldikdə məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası CPM-in yuxarıda göstərilən maddələrinə əsasən ona bəraət verildiyindən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş məhkəmə ekspertizaları üzrə tədqiqatların dəyəri olan 350 (üç yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası CPM-in 356.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 fevral 2023-cü il tarixdən 04 fevral 2023-cü il tarixədək tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində porlisin nəzarəti altına vermə qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1, 42.1.2, 42.2, 42.2.2, 344-350, 352-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə əməlində cinayət tərkibi olmadığından, ona Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 42.1.2 və 42.2.2-ci maddələrinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs 03 fevral 2023-cü il tarixdən 04 fevral 2023-cü il tarixədək tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Maddi sübut kimi tanınmış "xxxx" MMC 21 dekabr 2004-cü il tarixli VÖEN:**********, əmr N° OKT-K/01, Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə, "xxxx" MMCnin reyestrdən çıxarış sənədlərindən görünür ki, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" MMC-yə gördüyü işlərə görə direktor Təqsirləndirilən şəxs xx.xx.2016-cı il, xx.xx.2017-ci il, xx.xx.2018-ci il, 20 avqust 2021-ci il tarixli pulun ödənilməsi ilə bağlı sorğu məktubları, "xxxx" MMC-nin "xxxx" MMC-nin X1 üzrə gördüyü işlərin dəyəri (18% ƏDV daxil olmaqla), "xxxx" MMC-nin "xxxx" MMC-nin X1 üzrə gördüyü işlərə görə "xxxx" MMC-nə borcun xx.xx.2018-ci tarixə olan ödənilməmiş dəyəri (18 % ƏDV daxil olmaqla) - 01 vərəq, "xxxx" MMC-nin "xxxx" MMC-nin X1 üzrə gördüyü işlər üzrə göndərilmiş dirəklərin siyahısı, Acstafa rayonu üzrə boş tutumlarının dəyəri (18% ƏDV daxil) cədvəl, "xxxx" MMC-nin Ağstafa Telekomminikasya İdarəsi ilə bağladığı xx.xx.2013-cü il tarixli baş podrat müqavilələri 8 ədəd 16 vərəq, görülmüş işlərin dəyəri və xərcləri barədə 2013-cü ilin noyabr ayı üçün arayış-09 vərəq, görülmüş işlərin təhvil-qəbul aktları-04 vərəq, Ucar TKQ ilə "xxxx" MMC-nin arasında bağlanmış xx.xx.2013-cü il tarixli Baş podrat müqaviləsi -32 02 vərəq, dekabr 2013-cü il tarixli görülmüş işlərin dəyəri və xərcləri arayışı, təhvil-qəbul aktı, xx.xx.2016-cı il tarixli üzləşmə aktı, Qazax rayonu üzrə Baş podrat müqavilələri-12 ədəd 24 vərəq, görülmüş işlərin dəyəri və xərcləri arayışı 2013-cü ilin noyabr ayı üçün 04 vərəq, Gədəbəy rayonu üzrə Baş podrat müqaviləsi -03 ədəd 06 vərəq., Gədəbəy rayonu üzrə təhvil-qəbul aktı, 2013-cü ilin noyabr ayı üçün görülmüş işlərin dəyəri və xərcləri arayışı-02 vərəqdə olmaqla cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - 350 (üç yüz əlli) manat məbləğində ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Vüqar Quliyev Aytən Əliyeva
Məhkəmə qərarları › İş №1(101)-653/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-653/2024
27.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver