Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-653/2025 21.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.2001-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Maştağa massivi, Nəriman Əliyev küçəsi döngə 23, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 24 iyun 2024-cü il tarixdə saat 04:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində Çiləgər mədən yolu adlanan ərazidə “111” adlı kafenin qarşısında bir qrup tanımadığı şəxsin mübahisə edib dalaşmaq istədiklərini görüb onlara səs-küy saldıqlarını irad tutub belə hərəkətlərə son qoymalarını haqlı tələb edərkən sonradan adını bildiyi Zərərçəkmiş şəxs təhqiramiz cavab qaytarıb ona tərəf gəlməsini cüzi səbəb kimi bəhanə edib etiraz əlaməti olaraq mübahisə yaradaraq qəsdən qisas almaq üçün əvvəlcədən üzərində olmaqla şalvarının cibində gəzdirdiyi istintaqla dəqiq müəyyənləşdirilməsi mümkün olmayan, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici xassəyə malik bıçaqla Zərərçəkmiş şəxs sinə nahiyyəsindən ani olaraq qəsdən bir dəfə vurub ona sol tərəfli hemopnevmotoraksla müşayiət olunan sol ağ ciyərin və diafraqmanın zədələnməsi ilə nəticələnmiş, döş qəfəsinin sol yarısının plevra boşluğuna (daxilə) nüfuz edən deşilmiş-kəsilmiş yarası, sol əlin ovuc səthinin kəsilmiş yarası kimi həyatı üçün təhlükəli olan sağlamlığına ağır dərəcəli zərər vurmaya səbəb olan xəsarət yetirərək Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs hadisə günü tanımış, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Belə ki, o, 24 iyun 2024-cü il tarixdə saat 02:30 radələrində Buzovna-Maştağa massivində yerləşən “111” adlı kafeyə istirahət etməyə gəlmiş, orada pivə sifariş edib bir masada tək əyləşmişdir. Qonşu masada 10-15 nəfər şəxs oturaraq onlardan birinin hərbi xidmətə çağırılmasını qeyd edirdilər. Saat 04:00 radələrində kafe bağlanmış və o, pulunu ödəyərək kafenin qarşısına çıxmış, bu zaman kafenin qarşısında onunla qonşu masada əyləşən oğlanlar bir-biri ilə mübahisə etmişlər. O, onları ayırmağa çalışdıqda bir neçə nəfər onu döyüb yerə yıxmışlar və ona qarşı söyüş söymüşlər. Həmin vaxtı Zərərçəkmiş şəxs onu döyən şəxslər arasında görməmişdir. Üstündə bıçaq olsa da o heç kəsə xəsarət yetirməmişdir. Həmin vaxt tanımadığı bir maşın onunla savaşan şəxslərin üzərinə sürmüşdür. O isə bir taksiyə minib oradan uzaqlaşmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi ona elan edilmişdir. Müstəntiq onu 2 dəfə dindirmişdir. Birinci ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs vurmamışdır, lakin 2-ci dəfə müstəntiqin ona etdiyi psixoloji təzyiq nəticəsində Zərərçəkmiş şəxs xəsarət yetirməsini etiraf etmişdir. Belə ki, həmin ifadəsində göstərmişdir ki, hadisə günü o, kafedən çölə çıxdıqda həmin tanımadığı şəxslərin kafenin qarşısında səs-küy saldıqlarını görmüş, onlara tərəf səs-küy salmamalarını xahiş edib, gecə vaxtı olduğunu bildirmişdir. Bu zaman onların arasından tanımadığı şəxs ona tərəf nalayiq ifadə işlədərək “get işinlə məşğul ol” demişdir. O həmin şəxsə tərəf gəlib nalayiq ifadə işlətdiyi üçün onu itələmişdir ki, ondan uzaqlaşsın. Həmin şəxs də onu itələmiş və Təqsirləndirilən şəxs yerə yıxılmışdır. Bu zaman o əsəbiləşərək ayağa qalxıb onu kənarda söhbət etmək üçün dəvət etmişdir. Elə bu zaman anidən tanımadığı, sonradan adını Aydın bildiyi şəxs qaçaraq ona tərəf gəlmiş və ana söyüşü söymüşdür. Elə çox fikirləşməyib cibində olan balaca cib bıçağı ilə ona tərəf bıçaq atmışdır. 3-4 dəfə bıçaq atsa da onlardan biri Aydına dəymişdir. Ətrafda olan tanımadığı şəxslər onu aralaşdırmış və oradan taksi ilə uzaqlaşmışdır. Müstəntiqə verdiyi bu ifadəsini təsdiq etmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə hadisə günü görmüş, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamış, hal-hazırda da yoxdur. Belə ki, o, Bakı şəhərində “Mirana” restoranında inzibatçı işləyir. 23 iyun 2024-cü il tarixdən 24 iyun 2024-cü il tarixə keçən gecə o iş kollektivi ilə birlikdə Maştağa-Buzovna yolunda yerləşən “111” adlı kafeyə Murad adlı ofisiant yoldaşlarının hərbi xidmətə getməsi ilə əlaqədar toplaşaraq bu məsələni qeyd etmişlər. Onlar təxminən 9 nəfər omuşlar. Kafedə qonşu masada sonradan adsoyadını bildiyi Təqsirləndirilən şəxs, başqa bir masada isə sonradan ad-soyadını bildiyi X6 oturmuşlar. Kafedə iş yoldaşları ilə birlikdə yeyib-içdikdən sonra təxminən saat 03 radələrində hesabı ödəyib kafenin qarşısına evə getmək üçün çıxmı, lakin bu zaman iş yoldaşları arasında mübahisə başlamış, mübahisə edən iş yoldaşlarını aralamağa çalışdıqda onlardan birinin köynəyinin qolunda qan izi görmüş, elə bilmişdir ki, iş yoldaşı xəsarət almışdır. Lakin sonra görmüşdür ki, əynində olan köynəyin üzəri qan ləkəsidir. Onda başa düşmüşdür ki, ona xəsarət yetirmişlər. Lakin ona xəsarətin kim tərəfindən yetirildiyini dəqiq deyə bilməz. Təqsirləndirilən şəxs həmin dava-dalaşın içində olduğunu görmüş, lakin onun əlində bıçaq görməmişdir. Gördüyü o olmuşdur ki, Həsən Şeydabəyov idarə etdiyi maşını onun iş yoldaşlarının üzərinə sürmüş, sonra maşından düşüb onu itələyərək yerə yıxmış və təpiklə xəsarət aldığı nahiyyədən vurmuşdur. Lakin bunların hamısı artıq o xəsarət aldıqdan sonra baş vermişdir. Bundan sonra onu taksiyə mindirib xəstəxanaya göndərmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəsi ona elan edildi. İfadəsində göstərmişdir ki, hadisə günü kafedən iş yoldaşları ilə birlikdə bayıra çıxmış, bu zaman kafedən biraz aralıda iş yoldaşlarının kiminləsə mübahisə etdiyini görmüşdür. Ora yaxınlaşdıqda sonradan adını bildiyi Rüstəm adlı şəxsi görmüş, ondan nə üçün mübahisə etdiyini soruşmuşdur. Ona qarşı söyüş söyməmiş, anidən onun cibindən cib bıçağı çıxararaq ona tərəf bıçaq atdığını görmüşdür. O 3-4 dəfə ona bıçaq atmış, lakin bıçaq ona bir dəfə döş qəfəsinin sol tərəfindən dəymişdir. Rüstəm tez bir zamanda oradan uzaqlaşmışdır. O bu zaman ətrafda dayanan qırmızı rəngli “Toyota prius” markalı avtomobili idarə edən şəxsin avtomaşını uşaqlara tərəf sürdüyünü görmüşdür. Ona irad bildirərək uşaqlardan nə istəyirsən demiş və bu zaman həmin şəxs ona tərəf gəlib təpiklə yarasının üstündən xəsarət yetirmişdir. Yarası isti olduğu üçün çox hiss etməmişdir. Lakin tez bir zamanda ağrının kəskinləşdiyini görüb uşaqların köməkliyi ilə taksiyə əyləşib xəstəxanaya getmişdir. Həmin bu ifadəsini təsdiq etmir, məhkəmədə verdiyi ifadəsini həqiqi ifadə kimi nəzərə almağı xahiş edir. O, Təqsirləndirilən şəxs ilə barışmış, barışığa dair notarial qaydada ərizəsini müstəntiqə təqdim etmişdir. Həmin ərizə ona elan edildi. Ərizəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ilə aralarında baş vermiş münaqişə zəminində xəsarət almışdır. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar, Təqsirləndirilən şəxs tərəfindən sağlamlığına dəymiş ziyan ona tam ödənildiyindən ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Həmin ərizənin mətnini və ərizəsinin üzərində olan imzasını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanıyır.. belə ki, hadisə baş verdiyi xx.xx.2024-cü il tarixdə ofisiant işlədiyi «Mirana» restoranındakı iş yoldaşlarından birinin hərbi xidmətə getməsi ilə əlaqədar kollektiv olaraq Maştağa-Buzovna massivində yerləşən “111” adlı kafeyə getmişlər. Orada yeməklə yanaşı spirtli içkilər sifariş verib hamısı birlikdə yeyibiçmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs qonşu masada oturmuş, tək olmuşdur. Yeyibiçdikdən sonra hesabı ödəyib kafedən çölə çıxmışlar. Orada iş yoldaşları arasında mübahisə baş vermiş, Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq səs salmamalarını bildirmiş, lakin onun əlində həmin vaxt bıçaq görməmiş, onun bıçaqla iş yoldaşı Zərərçəkmiş şəxs xəsarət yetirdiyini görməmişdir. Bununla belə Aydına kimsə xəsarət yetirmişdir. Həmin vaxt kafenin qarşısında dayanmış “Toyota prius” avtomobili onların üzərinə sürmüş, sonra həmin maşından çıxan sürücü Aydına yaxınlaşaraq yaralı yerindən təpiklə vurub yerə yıxmışdır. Onlar həmin sürücünü Aydından araladıqdan sonra o, öz maşını ilə çıxıb getmiş, onlar isə Aydını başqa bir taksi ilə xəstəxanaya aparmışlar. İbtidai araşdırma zamanı verdiyi ifadəsi ona elan edilmişdir. Həmin ifadəsində göstərmişdir ki, kafedən çıxdıqları zaman digər masada əyləşən 20-25 yaşlı cavan bir oğlan Murada yaxınlaşaraq səs-küy salmalarını irad bildirib Murada nalayiq ifadə işlətmişdir. Onlar Muradı həmin oğlandan mübahisə etdikləri üçün aralaşdırmış, daha sonra administrator Aydın kafedən çıxıb yanlarına gələrək həmin şəxsi sakitləşdirməyə çalışmışdır. Həmin şəxs Aydına tərəf cibindən cib bıçağı çıxararaq 3-4 dəfə atmış, lakin bir dəfə bıçaq Aydının döş qəfəsi tərəfdən dəymışdir. Bundan sonra həmin şəxs oradan uzaqlaşmış, qırmızı rəngli “Toyota prius” avtomobilini idarə edən sonradan adını Həsən bildiyi şəxs Aydına tərəf gəlib bıçaq dəyən yerdən təpiklə xəsarət yetirmiş və avtomobili onların üzərilərinə sürmüşdür. Daha sonra Aydını taksiyə mindirib xəstəxanaya aparmışlar. “Toyota prius” markalı avtomobili sürən Həsən adlı şəxs də təkcə oradan uzaqlaşmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini qismən təsdiq edir, Təqsirləndirilən şəxs Aydını bıçaqla vurmasını görməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün, zərərçəkmiş şəxsin və şahidin məhkəmə istintaqı zamanı, digər şahidin isə ibtidai istintaq zamanı verdiyi ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər Xəzər RPİ-nin 2-ci PŞ-nin məsul növbətçisi polis kapitanı Ramin Əvəzzadə tərəfindən Bakı şəhər Xəzər RPİ-nin 2-ci PŞ-nin rəisinə tərtib edilərək ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə saat 06:40-da 10 saylı TTYS-dən həkim Nehmədov tərəfindən Bakı şəhəri Xətai rayonunda yaşayan xx.xx.2994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs, Bakı şəhər Xəzər rayonu Buzovna çiləgir mədən yolu adlanan ərazidə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə həkimə müraciət etməsi barədə məlumatı verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 26 iyun 2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinə nəzərdə tutulan cinayət əməlini törətməsinə görə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “Tibbi Ərazi Bölmələrinin İdarə Etməbirliyi” X12n “X11” X12nin direktoru Nurəngiz Bəşirova tərəfindən Bakı şəhəri Xəzər RPİ-nin İŞnə cavab olaraq göndərilmiş 18-1-17/2-2391/2024 saylı xx.xx.2024-cü il tarixli məktubdan müəyyən olunur ki, vətəndaş Qurbanov X7 şöbəsində xx.xx.2024-cü il tarixdə saat 05:45də “Döş qəfəsinin sol yarsının plevra boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yarası, sol ağziyərin və diafraqmanın zədələnməsi, sol tərəfli homo-pnevmotoraks. Sol əlin ovuc səthinin kəsilmiş” diaqnozu ilə stasionar müalicə alır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından müəyyən edilir ki, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsilə Təqsirləndirilən şəxs barəsində əvvəli 26 iyun 2024-cü il tarixdən olmaqla 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə həbs qətimkan tədibiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin Bakı şəhər Xəzər RPİ-nin 2-ci PŞ-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli 45/1-4449-2024 saylı “əməliyyat tapşırığı”-dan və Bakı şəhəri Xəzər RPİ-nin 2-ci PŞ-dən Bakı şəhər Xəzər RPİnin İŞ-nə ünvanlanmış 21449/2024 saylı xx.xx.2024-cü il tarixli “əməliyyat tapşırığı”-na cavab məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi alətin tapılması və hadisə zamanı ətrafda olan kamera görüntüsünün əldə edilməsinə dair tapşırıq verilmiş, lakin Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi alətin tapılması istiqamətində bir sıra əməliyyat tədbirləri həyata keçirilmiş müsbət nəticə əldə edilməmişdir, hadisə zamanı ətrafda hadisəni özündə qeyd edən heç bir videomüşahidə kamerası aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “ifadənin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs bildirmişdir ki, 24 iyun 2024-cü il tarixdə saat 03 radələrində Maştağa-Buzovna yolunda yerləşən “111” adlı kafeyə iş yoldaşları Murad adlı ofisiantın hərbi xidmətə getməsini qeyd etmək üçün yığışmışlar. Oturub yeyib-içdikdən sonra hesabı ödəyib oranı tərk etmişlər. O kafedən sonuncu çıxmış, taksi sifariş etmiş, bu zaman kafedən biraz aralıda iş yoldaşlarının kiminləsə mübahisə etdiyini görmüş, ora yaxınlaşdıqda sonradan adını bildiyi Rüstəm adlı şəxsi görmüşdür. Ondan mübahisə etməyinin səbəbini soruşmuş, ona qarşı söyüş söyməmişdir. Rüstəm anidən cibindən cib bıçağı çıxararaq ona tərəf 3-4 dəfə bıçaq atmış, lakin həmin bıçaq ona bir dəfə döş qəfəsinin sol tərəfindən dəymişdir. Tez bir zamanda hadisə yerindən Təqsirləndirilən şəxs uzaqlaşmışdır. Məhkəmədə elan edilib araşdırılmış “üzləşdirmə” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, üzləşdirmə istintaq hərəkəti Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmişdir. Belə ki, zərərçəkmiş şəxs hadisə zamanı heç kimi söymədiyini, təqsirləndirilən şəxs isə ilkin ifadəsini təsdiq edərək, hadisə zamanı zərərçəkmiş şəxsin ona söyüş söyməsi səbəbindən əsəbləşib onu bıçaqla vurmasını təsdiqləmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X12 xx.xx.2024-cü il tarixli 882 nömrəli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sol tərəfli hemopnevmatorksla müşayiət olunan sol ağciyərin və diafraqmanın zədələnməsi ilə nəticələnmiş döş qəfəsinin sol yarısının plevra boşluğuna (daxilə) nüfuz edən deşilmiş-kəsilmiş yarası; sol əlin ovuc səthinin kəsilmiş yarısı deşici-kəsici alətin ( ola bilsin bıçaq) deşici-kəsici və kəsici təsirindən törənmiş, törənmə müddətləri onun “X11” Publik hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmaya aiddir. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə - bioloji və tibbi-kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli 385/2024-MTKŞ-2024 saylı rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş maddi sübutların məhkəmə-tibbi-kriminalistik tədqiqatına və iş materialındakı məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulmuş suallara müvafiq aşağıdakı nəticəyə gəlirəm: Təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus uzunqol köynəyin ön səthinin sol yarısının aşağı hissəsində bir ədəd, arxa səthinin sol yan nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthinin sol yan nahiyəsində olan zədə ilə, onun bədənində olan xəsarətlərdən döş qəfəsinin sol yarısının plevra boşluğuna (daxilə) nüfuz edən deşilmiş-kəsilmiş yarası yerləşməsinə görə üst-üstə düşür. Köynəyin ön səthinin sol yarısının aşağı hissəsində olan zədə yalnız paltarın zədələnməsi ilə müşayiət olunduğundan bədən səthində əks olunmamışdır, həmçinin Zərərçəkmiş şəxs sol əlin ovuc səthində olan xəsarət paltarla örtülü olmayan nahiyyədə olduğundan, təqdim edilmiş köynəkdə aşkar edilmədi. - Zərərçəkmiş şəxs məxsus qolsuz maykanın, şalvarın və bir cüt corabın üzərində zədə aşkar edilmədi. - Zərərçəkmiş şəxs məxsus paltarların üzərində digər xarakterli (sökülmüş, cırılmış və s.) zədə aşkar edilmədi. İş üzrə hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olan paltarlar sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut olaraq tanınmalı və saxlanması üçün Xəzər RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməlidir. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə - bioloji və tibbi-kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli 530/2024-MTBŞ saylı rəyindən müəyyən olunur ki: - Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: O-/İ/-dir. /Şəxsiyyəti təsdiq edən sənədlər üzrə portal axtarış vərəqəsinin kserosurətinə əsasən/ 2 Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu – A-//İ/-dir. /Şəxsiyyəti təsdiq edən sənədlər üzrə portal axtarış vərəqəsinin kserosurətinə əsasən/ - Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus qolsuz mayka, uzunqol köynək, şalvar, kəmər üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni, həmçinin bəzi ləkələrdə alfa, beta aqqlyutininləridə alındı. Beləliklə, bu qan ləkələri O/İ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. 3 Təqdim olunan bir cüt corab üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 2252 saylı rəyindən müəyyən olunur ki: Məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlirəm ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimentalpsixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırlır: Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilməklə, adaptivlik, ünsiyyətçilik, özünəməxsus mövqeyə və prinsipə malik olmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli və psixi inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı nəzərə alınmaqla o, öz hərəkətlərinin mahiyyətini dərk edə bilərdi. Təqsirləndirilən şəxs əqli və psixi inkişafının xüsusiyyətlərinə görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işi materiallarından digər cinayət işinin ayrılması və icraata qəbul olunması haqqında” xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, X5 barəsində Azərbaycan Respublikası CM-nin 221.3 və 221.2.1-ci maddələri ilə istintaq edilən ********* saylı cinayət işindən CM-nin 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul olunmuşdur. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi barədə» xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, Zərərçəkmiş şəxs məxsus qolsuz mayka, uzunqol köynək, şalvar, kəmər və bir cüt corab maddi sübut olaraq tanınmış və saxlanılması üçün Bakı şəhər Xəzər RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs Bakı şəhəri Xəzər RPİ-nə ünvanladığı Bakı şəhər 50 saylı notariat ofisi vasitəsi ilə xx.xx.2024-cü il tarixli ərizədən müəyyən olunur ki, Zərərçəkmiş şəxs sağlamlığına dayişmiş ziyan tam Təqsirləndirilən şəxs tərəfində tam ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o, əvvəllər məhkum olmamışdır. Məhkəmə toplanmış sübutları araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, zərərçəkmiş şəxsin və şahid ifadələri, ibtidai araşdırma orqanı tərətindən tərtib olunmuş qərar və protokollar, həmçinin ifadənin yerində yoxlanması protokolu, məhkəmə ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə uyğun olaraq zərər çəkmiş şəxslə barışıq əldə edilməsini, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, CM-nin 59.1.2-ci maddəsinə əsasən dəymiş ziyanı tamamilə ödəməsini, törətdiyi əməldən peşman olmasını və müsbət xasiyyətləndirilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 50.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X3 təməl prinsiplərindəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə onun məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsi və ilk dəfə cinayət törətməsini nəzərə alaraq onun islah olunmasını cəmiyyətdən təcrid etmədən, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəzasını şərti tətbiq etməklə mümkün sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində müəyyən edilmiş sınaq müddətinin başlanğıcının Azərbaycan Respublikası CİM-nin 181.1-ci maddəsinə əsasən, hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı olmasını nəzərə alır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə nəzərə alır ki, baxılan iş üzrə xüsusi müsadirə edilən əmlak müəyyən edilməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə halda iş üzrə maddi sübut olan Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus qolsuz mayka, uzunqol köynək, şalvar, kəmər və bir cüt corab məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilib, təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmaqla Təqsirləndirilən şəxs üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində hökm qanuni qüvvəsini alanadək «başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və Təqsirləndirilən şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut olan, Bakı şəhəri Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus qolsuz mayka, uzunqol köynək, şalvar, kəmər və bir cüt corab məhv edilsin. Hökmün icrasına nəzarət sınaq müddəti ərzində onun yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-653/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-653/2025
21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver