Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-654/2020 10.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: x1 (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə; məhkəmə iclasının katibi: x7; dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsnin prokuroru x5; müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası fərdi qaydada fəaliyyət göstərən vəkili x6 iştirakları ilə Təqsirləndirilən şəxs, xx xxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir nəfər azyaşlı uşagı olan, ali təhsilli, «xxxxxxxxxxx» MMC-də direktor müavini işləmiş, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Massiv, döngə 9, ev 437-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi “Union Park” Yaşayış Kompleksi, ev 11/01-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 3,307 qram təşkil edən psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri ərazisində külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, özündə saxlayaraq daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş x2 İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 15:30-da Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən “Union Park” yaşayış kompleksinin qarşısında saxlanılaraq baş idarəyə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman onun üzərində saxlamaqla daşıdığı şəxsi istehlak miqdarından artıq külli miqdarda, ümumilikdə 3,307 qram çəkidə psixotrop maddə metamfetamin əynindəki gödəkçənin sol yan cibindən 3 ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,136 qram, 1,080 qram və 1,091 qram olmaqla aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitə və ya psixotrop maddə ümumiyyətlə istifadə etmir, onun üzərində heç vaxt narkotik maddə və ya psixotrop maddə olmamış, o, həmin maddələri heç vaxt əldə etməmişdir. O, xx.xx.2020-ci il tarixdə təxminən saat 15:30 radələrində yaşadığı evin yaxınlığında övladını müəllim yanına qoyub gəldikdən sonra avtomobilini saxlayıb mağazadan çörək almaq üçün düşmüşdür. Bu vaxt 2-3 nəfər mülki geyimli şəxs ona tərəf yaxınlaşaraq polis əməkdaşları olduqlarını, barəsində aparılan araşdırma ilə bağlı izahatının alınması üçün BMCMİ-nə getməli olduğunu demişlər. O, nə üçün oraya getməli olduğunu soruşanda, polis əməkdaşları onun əllərinə arxadan qandal vuraraq maşına mindirmişlər. Onlarla birlikdə həmin avtomobillə BMCMİ-nə getmişdir. BMCMİ-nə gətirildikdən sonra bir müddət bir otaqda saxlayıb onu şifahi sorğu-sual etmişlər. O, nə üçün tutulduğunu onlardan soruşduqda onlar hansısa bir “qələt etdiyini” ona demişlər. Daha sonra onu tutan polis əməkdaşları onu başqa xidməti iş otağına apararaq onun guya narkotik vasitələrin və psixotrop maddələrin satışında şübhəli bilindiyini deyərək masanın üzərinə 3 ədəd bükümdə adını sonradan psixotrop maddə metamfetamin kimi öyrəndiyi kütləni qoyub onların guya onun üzərindən aşkar edildiyini bildirmişlər. O, ilk əvvəl buna etiraz etsə də, sonradan həmin 2 nəfər polis əməkdaşları ona psixi təsirlər etməyə və hədə-qorxu gələrək qorxuzmağa başlamışlar. Ona bildirmişlər ki, həmin narkotik vasitələri onun cibinə qoyacaqlar və videoçəkiliş zamanı guya həmin kütlələr onun üzərindən aşkar ediləcək, o, şifahi olaraq onları yaşadığı evin yaxınlığındakı zibilxanadan tapdığını deyəcək, belə olan halda ona daha yüngül maddə ilə ittiham veriləcək, əks halda ən ağır maddələrlə ona ittiham veriləcək və uzun müddətli həbs olunacaqdır. O, ilk dəfə tutulduğundan və belə bir halla üzləşmədiyindən çox qorxmuş və psixoloji cəhətdən özündə olmamışdır. Uzun müddət həbsdə olmamaq və ağır maddələrlə ittiham olunmamaq üçün onların dedikləri ilə razı olaraq istənilən sənədə qol çəkəcəyini bildirməyə məcbur olmuşdur. Daha sonra polis əməkdaşları həmin bükümləri onun əynində olan gödəkçənin cibinə qoymuşlar və təhqiqatçının xidməti iş otağına aparmışlar və orada ona vəkil təqdim olunmuşdur. Orada üzərinə baxış keçirildiyi zaman o, gödəkçəsinin sol yan cibindən polis əməkdaşlarının onun cibinə qoyduğu və ona aidiyyəti olmayan həmin 3 ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra həmin bükümlərin nə olması ondan soruşulduqda, onların psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra bükümlər qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir və o, qorxusundan həmin protokolu imzalamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, DİN-nin BMCMİ-nin Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhər sakini Sənan adlı şəxsin Bakı şəhəri ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumat yoxlanılan zaman həmin şəxsin Bakı şəhər sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o və həmin şöbənin baş əməliyyat müvəkkili Şahid2 da daxil olmuşdur. Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, “Union Park” yaşayış kompleksində ərazisində olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin şəxsi müəyyən etmək məqsədi ilə qeyd olunan yerə getmişlər. Həmin yerdə olduqları vaxt saat 15:30 radələrində xarici görünüşü Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşıb özlərini təqdim edərək BMCMİ-nin əməkdaşları olduqlarını deyib onun adını və soyadını soruşduqda, o, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib onlarla birlikdə BMCMİ-nə getməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə BMCMİ-nin inzibati binasına gəlmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə raportla məruzə etmiş, həmin raportun icrası İstintaq və x4 Bölməsinin baş təhqiqatçısı Yusif Yusifova həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı Yusif Yuifovun xidməti iş otağına aparmışlar. Orada təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib vəkillərin siyahısını təqdim etmiş, Təqsirləndirilən şəxs siyahıda olan vəkillərdən istənilən vəkil tərəfindən onun hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Bakı şəhər 5 saylı Vəkil Bürosunun vəkillərindən Oktay Əliyev dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim olunaraq həmin vəkilə etirazının olubolmaması soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs vəkilə etiraz etmədiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edilib üstünə şəxsi axtarış aparılacağını və şəxsi axtarışın video çəkilişlə aparılacağını bildirilmişdir. Təqsirləndirilən şəxs də etiraz etməmiş, bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üstündə olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif etmiş, Təqsirləndirilən şəxs əynində olan hərbi naxışlı gödəkçənin sağ yan cibindən 90 qəpik pulu, gödəkcəsinin sol iç cibindən bir ədəd mobil telefonu, gödəkcəsinin sol yan cibindən 3 ədəd şəffaf sellofan bükümü çıxararaq masanın üzərinə qoyaraq təqdim etmişdir. Daha sonra onun üzərinə axtarış keçirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyaları təqdim etməsini bildirəndə sonuncu kütlələrin şüşə (pixotrop maddə metamfetamin) olduğunu, tutulmadan 2 gün əvvəl yaşadığı evin yaxınlığında yerləşən “Beynəlxalq Universitet”in yaxınlığındakı zibilxanadan tapdığını, üzərində saxladığını, lakin atmaq niyyətinin olduğunu demişdir. Daha sonra hər üç büküm açılmış və onların içərisindəkilərin psixotrop maddə metamfetaminə oxşar kütlələrin olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş pullar özünə geri qaytarılmış, lakin 3 ədəd büküm qablaşdırılaraq götürülmüşdür. Həmçinin bir ədəd mobil telefon da iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra bu barədə protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 həmçinin ifadəsində göstərdi ki, onlara daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələr əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olması barədə məlumat olsa da, Təqsirləndirilən şəxs saxlanılmasından sonra onun psixotrop maddə əldə etməsi, üzərində saxlamaqla daşıması müəyyən edilmiş, lakin satışı ilə məşğul olması barədə məlumatlar əldə edilməmiş, bu istiqamətdə davam etdirilmiş əməliyyat tədbirləri zamanı da müsbət nəticə əldə olunmamış və hər hansı bir mötəbər sübut aşkar etməmişlər. Təqsirləndirilən şəxs saxlanılarkən və onun üzərinə şəxsi axtarış keçirilərkən ona heç bir təzyiq və təsir göstərilməmiş, bu barədə Təqsirləndirilən şəxs göstərdikləri həqiqətə uyğun deyildir. Əksinə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış onun hüquqlarını müdafiə edən müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilmiş və o, könüllü olaraq üzərində olan psixotrop maddəni təqdim edərək tapdığını və üzərində saxladığını səmimi olaraq etiraf etmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs tərəfindən hər hansı bir etiraz və ya narazılıq bildirilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi və əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs barəsində BMCMİ-yə daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələr əldə etməsi, saxlaması, daşıması, satışı ilə məşğul olması barədə məlumat olsa da, Təqsirləndirilən şəxs saxlanılmasından sonra onun psixotrop maddə əldə etməsi, üzərində saxlamaqla daşıması müəyyən edilmiş, lakin satışı ilə məşğul olması barədə məlumatlar əldə edilməmiş, bu istiqamətdə davam etdirilmiş əməliyyat tədbirləri zamanı da müsbət nəticə əldə olunmamışdır. Onlar tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən və onun üzərinə şəxsi axtarış keçirilərkən ona heç bir təzyiq və təsir göstərilməmişdir. Əksinə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış onun hüquqlarını müdafiə edən müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilmiş və o, könüllü olaraq üzərində olan psixotrop maddəni təqdim edərək, tapdığını və üzərində saxladığını səmimi olaraq etiraf etmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs tərəfindən hər hansı bir etiraz və ya narazılıq bildirilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş xx xxx 2020-ci il tarixli üzləşdirmə protokollarından görünür ki, iş üzrə şahidlər Şahid1 və Şahid2 ilə təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs 03 ədəd bükümdə adını sonradan bildiyi metamfetamin adlanan psixotrop maddəsinin onun üstündən aşkar edilməsi ilə bağlı video çəkilişdə əvvəlcədən polis əməkdaşlarının psixi təsir, hədə-qorxu etmələri nəticəsində məcbur olub öz üzərinə götürdüyünü, psixotrop maddənin ona aid olmadığını və onun üzərinə həmin maddəni polis əməkdaşlarının qoyduğunu bildirmişdir. Şahidlər Şahid1 və Şahid2 isə ifadələrində Təqsirləndirilən şəxs qarşı təsir və ya hədə-qorxu gəlinmədiyini, bu barədə dediklərinin yalan, özünü müdafiə xarakterli olduğunu, onun üzərindən metamfetaminə bənzər psixotrop maddə aşkar edilərək vəkilin iştirakı ilə videoçəkiliş aparmaqla götürüldüyünü bildirməklə, ibtidai istintaq zamanı vermiş olduqları ifadələrində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və videoçəkilişdən görünür ki, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs edilmiş təklif əsasında könüllü olaraq əynində olan hərbi naxışlı gödəkçəsinin sağ yan cibindən 90 qəpik pulu, gödəkçəsinin sol iç cibindən bir ədəd mobil telefonu və gödəkçəsinin sol yan cibindən 03 ədəd şəffaf sellofan bükümdə olan maddələri masanının üzərinə qoymaqla təqdim etmiş, onun üzərindən başqa qanunsuz heç bir əşya aşkar edilməmişdir. Daha sonra təqdim olunan bükümlərə baxış keçirilmiş, həmin bükümlərin içərisindən ağ rəngli kristallardan ibarət iysiz maddələrin olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan maddələri iki gün əvvəl yaşadığı evə yaxın məsafədə yerləşən “Beynəlxalq Universitetin” yaxınlığındakı zibillikdən tapdığını, ”şüşə” adlı psixotrop maddə olduğunu bildiyini, cibində gəzdirdiyini və tullamaq niyyətinin olduğunu bildirmişdir. Daha sonra, istintaq hərəkətində iştirak edən şəxslərə tərtib edilmiş protokol oxunmuş, protokolu Təqsirləndirilən şəxs, müdafiəçi Oktay Əliyev və əməliyyat müvəkilləri Şahid1 və Suleyman Kazımov tərəfindən imzalanmış, aparılmış videoçəkiliş bir ədəd DVD disk daşıyıcısına köçürülərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 5474 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri olan zərfdəki 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,136 qr, 1,080 qr, 1,091 qr ümumi təmiz çəkisi 3,307 qram olan maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasılının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Ekspetiza rəyindəki qeydə əsasən metamfetaminin ümumi təmiz çəkisi – 3,307qr., tədqiqata sərf edildi – 0,090qr., qalıq – 3,217 qr. Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 681 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş tədqiqatdan sonra təmiz çəkisi 3,217 qram qalmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və DİN-in BMCMİnin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, 01 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materallarına əlavə edilmiş və məhkəmədə eldan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin rəis müavini x8 və Təhqiqat İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasını, habelə onun cinayət əməllərinə şahid olmuş şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittihamın məzmunu ondan ibarətdir ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 3,307 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri ərazisində külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş x2 İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 15:30-da Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən “Union Park” yaşayış kompleksinin qarşısında saxlanılaraq baş idarəyə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman onun satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, ümumilikdə 3,307 qram çəkidə psixotrop maddə metamfetamin əynindəki gödəkçənin sol yan cibindən 3 ədəd bükümlərdə, ayrılıqda təmiz çəkiləri 1,136 qram, 1,080 qram və 1,091 qram olmaqla aşkar edilərək götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edərək üzərində saxladığı, daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetaminin aşkar edilərək götürülməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə ilk növbədə irəli sürülmüş ittihamla bağlı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları cinayət işi üzrə ibtidai istintaq zamanı toplanmış, məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla müqayisəli qaydada yoxlamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində üzərində psixotrop maddə olmadığını, həmin maddənin aşkar edilməməsini, psixotrop maddənin aşkar edilməsi barədə protokolu və ilkin ifadələrini polis əməkdaşlarının ona olan təsiri, hədə-qorxusu nəticəsində məcburiyyət qarşısında imzalamasını göstərmişdir. Lakin Təqsirləndirilən şəxs ifadəsində göstərmiş olduğu həmin xüsusatlar məhkəmədə şahid qismində dindirilmiş Şahid1, Şahid2 ifadələri, şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2020-ci il tarixli protokolda göstərilənlərlə, məhkəmə-kimyəvi ekspertizasının 5474 saylı, xx.xx.2020-ci il tarixli rəyi, məhkəmə-narkoloji ekspertizasının 681 saylı, xx.xx.2020-ci il tarixli rəyi ilə tam təkzib olunmuşdur. Belə ki, qeyd edilən şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2020-ci il tarixli protokol və məhkəmə-kimyəvi ekspertizasının 5474 saylı, xx.xx.2020-ci il tarixli rəyi ilə Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 15:30-da əməliyyat müvəkilləri tərəfindən BMCMİ-nə dəvət edilməsindən və idarəyə gəlmələrindən sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı təklif əsasında könüllü olaraq əynində olan hərbi naxışlı gödəkçəsinin sağ yan cibindən 90 qəpik pulu, gödəkçəsinin sol iç cibindən bir ədəd mobil telefonu və gödəkçəsinin sol yan cibindən 03 ədəd şəffaf sellofan bükümdə olan maddələri masanının üzərinə qoymaqla təqdim etməsi, təqdim olunan bükümlərə baxış keçirilməsi, həmin bükümlərin içərisindən ağ rəngli kristallardan ibarət iysiz maddələrin aşkar olunması təsdiq olunmuş, bundan sonra Təqsirləndirilən şəxs qeyd olunan maddələri iki gün əvvəl yaşadığı evə yaxın məsafədə yerləşən “Beynəlxalq Universitetin” yaxınlığındakı zibillikdən tapdığını, ”şüşə” adlı psixotrop maddə olduğunu bildiyini, cibində gəzdirdiyini və tullamaq niyyətinin olduğunu bildirmiş və qeyd edilən hallarla bağlı hər hansı bir narazılıq və etiraz bildirməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərmiş olduğu xüsusatlar özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində verdiyi xx.xx.2020-ci il tarixli ifadəsi və təqsirləndirilən şəxs qismində verdiyi xx.xx.2020-ci il tarixli ifadəsi ilə də təkzib olunmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi həmin ifadələrində ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir, narkotik vasitəni müxtəlif yerlərdən və müxtəlif vaxtlarda alıb istifadə etmişdir. Bundan başqa bir neçə dəfə psixotrop maddə metamfetamin istifadə etmişdir. Təxminən 2 gün əvvəl evdən çıxıb gedən zaman “Beynəlxalq Universitet”in yanında əlində olan zibili atanda orada 3 ədəd büküm görmüş, bükümü açıb içərisinə baxan zaman onun içərisində psixotrop maddə metamfetamin olduğunu görmüş, həmin bükümləri gələcəkdə istifadə etmək üçün üzərində saxlamaq qərarına gəlmiş və onları götürüb əynində olan gödəkcənin sol yan cibinə qoymuşdur. Lakin həmin bükümlərdən heç birindən istifadə etməmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 15:30 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, “Union Park” yaşayış kompleksində yerləşən evə gedən zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək onun kim olduğunu soruşmuşlar, o, Təqsirləndirilən şəxs olduğunu demişdir. Bu zaman həmin şəxslər özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını, onun narkotik vasitələrin və psixotrop maddələrin üzərində saxlaması və satışı ilə məşğul olması barədə onlarda məlumat olduğunu deyərək BMCMİ-nə dəvət etmişlər. Vəziyyəti bilib onlara etiraz etməmiş və ifşa olduğunu bilib BMCMİ-nə gəlmişdir. Xidməti iş otağında olan zaman təhqiqatçı tərəfindən hüquqlarının müdafiə olunması məqsədi ilə Bakı şəhər 5 saylı vəkil Bürosunun vəkillərinin adlarının olduğu siyahını ona təqdim edilmiş, siyahıda olan vəkillərdən istənilən biri tərəfindən hüquqlarının müdafiə edilməsinə etirazının olmadığını demişdir. Bundan sonra təhqiqatçı tərəfindən vəkil Oktay Əliyev dəvət edilmiş, vəkil gəldikdən sonra təhqiqatçı ondan vəkilə etirazının olub-olmadığını soruşmuş, etirazının olmadığını bildirmişdir. Daha sonra hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Buna etiraz etmədən razılaşmış, daha sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman təhqiqatçı ilkin olaraq ona üzərində olan əşyalarını təqdim etməsini xahiş etmiş, əynində olan gödəkcənin sağ yan cibindən 90 qəpik pulu, gödəkcəsinin sol iç cibindən bir ədəd mobil telefonunu və gödəkcəsinin sol yan cibindən 3 ədəd ayrı-ayrı bükümlərdə psixotrop maddə metamfetamini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı bükümlərin nə olduğunu soruşanda onların şüşə olduğunu, 2 gün əvvəl yaşadığı evin yaxınlığında yerləşən “Beynəlxalq Universitet” adlanan yerin yaxınlığındakı zibillikdən tapdığını, həmin bükümləri götürüb üzərində saxladığını, lakin istifadə etmək niyyətində olmadığımı bildirmişdir. Bundan sonra həmin bükümlər ağ rəngli zərfə qoyularaq bağlanıb möhürlənmiş, özünə məxsus olan mobil telefon götürülmüş, 90 qəpik pul özünə geri qaytarılmışdır. Sonra videoçəkiliş dayandırılıb onunla bərabər digər iştirakçılara da həmin videoçəkiliş nümayiş etdirilmiş, sonda isə bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, düz yazıldığı üçün digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir. Psixotrop maddəni istifadə etmək üçün üzərində saxladığını, ona qarşı hər hansı formada təzyiq və təsir olmadğını bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həmin ifadələrində göstərmiş olduğu xüsusatlar yuxarıda sadalanan digər sübutlarla tam uzlaşdığından məhkəmə onun həmin ifadələrini daha inandırıcı sübut kimi qəbul edir. İbtidai istintaqın sonunda və məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərində psixotrop maddə olmaması və ona edilən təzyiqlər, təsirlər nəticəsində ibtidai istintaqın ilkin mərhələsində ifadələrini imzalamasını isə məhkəmə həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən təzyiq, təsir göstərilməsi, hədə-qorxu gəlinməsi kimi xüsusatlar da məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək sübutlar üzrə tam, hərtərəfli və obyektiv yoxlama apararaq belə nəticəyə gəlir ki, iş üzrə şahid ifadələri, şəxsi axtarış və götürmə protokolları, maddi sübutlar, eləcə də məhkəmə ekspertiza rəyləri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaqda və məhkəmədə verdiyi etirafedici ifadələri ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Buna görə də, məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddəsinə əsasən şərh olunan ifadələri, protokolları və ekspertiza rəylərini iş üzrə irəli sürülmüş ittihamın həlli üçün mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə, göstərilənlərə yanaşı, iş üzrə irəli sürülmüş sübutlara əsasən təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin psixotrop maddəni əldə edərək saxlaması və daşıması düzgün olaraq müəyyən edilsə də, həmin psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq külli miqdarda, ümumilikdə 3,307 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib saxlamaqla daşıması tam sübut olunmuşdur. Lakin ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, qeyd edilən çəkidə psixotrop maddə olan metamfetamini əldə edib saxlamaqla daşıması satış məqsədilə edilən hərəkət kimi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmiş, onun psixotrop maddə olan metamfetamini əldə etməsi, saxlaması, daşımasında satış məqsədilə edilmə kimi tövsifedici əlamətin olması sübuta yetirilməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, cinayət işi üzrə ibtidai istintaq zamanı istintaqçı tərəfindən qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini əldə etməsi, saxlaması və daşımasının satış məqsədilə edilməsi və onun əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi ilə bağlı heç bir əsaslandırma göstərilməmişdir. Cinayət işinin bütün hallarını tam, obyektiv və hərətərəfli araşdıraraq məhkəmə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham cinayət işi üzrə toplanmış sübutlara və işin obyektiv hallarına əsasən deyil, yalnız ibtidai istintaq orqanının subyektiv mülahizələri və ehtimallarına əsasən verilmişdir. Belə ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin onun tərəfindən məhz satış məqsədi ilə əldə edilməsini təsdiq edən sübutlar nə ibtidai istintaq, nə də məhkəmə baxışı zamanı müəyyən olunmadı. Təqsirləndirilən şəxsə satış məqsədi ilə külli miqdarda psixotrop maddə əldə etməsi, saxlama və daşıması barədə verilən ittihama baxmayaraq, bunu təsdiq edə bilən, elan edilmiş ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan sübutlar təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddə əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən sübut aşkar olunmamışdır. Belə ki, cinayət işində olan DİN-nin BMCMİ-nin istintaq orqanına təqdim etdiyi arayışdan, həmçinin məhkəmədə ifadə vermiş BMCMİ-nin əməkdaşlarının ifadələrindən müəyyən olunur ki, keçirilmiş və hal-hazırda da keçirilən əməliyyat tədbirlərinə baxmayaraq, Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdiyi mənbə və psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi təsdiq edən hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı şəraitdə psixotrop maddənin yalnız külli miqdarda olması, şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni qanunsuz əldə etməkdə və saxlamada təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə olan metamfetaminin yalnız külli miqdarda – 3,307 qram olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Nəzərə alınmalıdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan x xxxx 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.» Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs hərəkətlərində istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, psixotrop maddəni çəkməsi, onların hazırlanması üçün xüsusi avadanlığın olması kimi hallar da mövcud olmamışdır və bu halları təsdiq edəcək sübutlar məhkəmədə əldə edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşsə də, cinayət işi üzrə CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı, konkret olaraq təqsirləndirilən şəxsin əldə etmiş olduğu psixotrop maddə olan metamfetamini satış məqsədilə əldə etməsi ilə bağlı ittiham tərəfindən heç bir sübut təqdim edilməmişdir. Ümumiyyətlə cinayət işi üzrə ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini əldə etməsi, saxlaması və daşımasında satış məqsədinin olmasını təsdiq edən sübutlar müəyyən edilməmişdir. Belə ki, yuxarıda da qeyd edildi kimi ibtidai istintaq zamanı müstəntiqin Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olub-olmamasının yoxlanılması və həmin maddələri satması hallarının müəyyən edilməsi məqsədilə vermiş olduğu xx.xx.2020-ci il tarixli əməliyyat tapşırığına cavab olaraq Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin rəis müavini Fariz Vəliyev tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasını, habelə onun cinayət əməllərinə şahid olmuş şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Beləliklə, cinayət işi üzrə əməliyyat və istintaq materiallarında da Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etməsi, saxlaması və daşımasında satış məqsədinin olmasını təsdiq edən sübutlar mövcud deyildir, əksinə toplanmış sübutlarla ( o cümlədən məhkəmə-narkoloji ekspertizasının rəyi) Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini əldə etməsi, saxlaması və daşımasında satış məqsədinin olmaması, özünün istifadə etmək məqsədinin olması təsdiq olunur. Məhkəmə yalnız təqsirləndirilən şəxsdən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin üç bağlamada olmaqla çəkisinin külli miqdar təşkil etməsi faktını onun həmin əməlinin satış məqsədilə tövsif edilməsi üçün yetərli saymır və hesab edir ki, cinayət işinin yalnız həmin halı ilə onun əməlini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif etmək olmaz. Əvvəla qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs iş üzrə inandırıcı sübut kimi qəbul olunmuş ifadələrində üç ədəd bükümü tapmasını və üzərində saxlamasını göstərmiş və onun həmin maddəni tapdıqdan sonra üç hissəyə bölməsi ilə bağlı hər hansı bir sübut müəyyən olunmamışdır. Həmçinin iş üzrə məhkəmə-narkoloji ekspertizasının 681 saylı, xx.xx.2020-ci il tarixli rəyinə əsasən təqsirləndirilən şəxsdə psixotorop maddə olan metamfetamin istifadə etmə hallarının olması, narkotik vasitələrə qarşı patoloji meylin formalaşması, narkomaniya xəstəliyi aşkar olunması müəyyən edildiyindən və satış məqsədinin olması ilə bağlı mötəbər sübutlar olmadığından, məhkəmə həmin külli miqdar təşkil edən narkotik vasitənin təqsirləndirilən şəxsin özünün şəxsi istifadəsi üçün əldə edildiyini qəbul edir. Digər tərəfdən, Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilmədiyindən, yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarıldığından, məhkəmə hesab edir ki, yalnız aşkar edilmiş psixotrop maddə olan metamfetaminin çəkisinin külli miqdar təşkil etməsi təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbinə əsasən, İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq külli miqdarda, ümumilikdə 3,307 qram olan psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üstündə saxlamasında satış məqsədinin olması sübuta yetirilmədiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin olunmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcədə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinə əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olunmamışdır. ЪинайятишининматериалларынаялавяедилмишА№077053 сайлыДипломунсурятиндянэюрцнцрки, СянанБабайев 02 ийул 2011ъиилдяАлиДипломатийаКоллеъинибитирмишвяалитящсилалмышдыр. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər xx.xx.2007-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan uşağı var. Cinayət işinə əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunur. АзярбайъанРеспубликасыЯдлиййяНазирлийиПенитенсиарХидмятинБакыИстинтагТя ъридханасындандахилолмушмяктубданэюрцнцрки, БабайевСянанЕтибароьлу xx.xx.2020ъиилтарихдяБакыИстинтагтяъридханасынадахилолмушвятиббимцайинялярдянкечмиш, “Бронхиаластма” вя “Йайлымышпсориаз” диагнозларыиляамбулатормцалиъяалмышдыр. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini və «Бронхиал астма” вя “Йайылмыш псориаз” хястялийиндян язиййят çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə, himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CMnin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə göstərilənləri, o cümlədən təqsirləndirilən şəxsin şəxsiyyətini, onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, cəzanın Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd edilən məqsədlərinə nail olmaq məqsədilə onun təqsirləndirildiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə, həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı və cəzaçəkmə müddətinin başlanğıcı hazırki iş üzrə həbs edildiyi xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci olan 81,82 (səksən bir manatsəksən iki qəpik) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş tədqiqatdan sonra təmiz çəkisi 3,217 qram qalmış psixotrop maddə metamfetamin məhv edilməli və 01 ədəd diskin cinayət işinin materiallarında saxlanılsın. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesab edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci olan 81,82 (səksən bir manatsəksən iki qəpik) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş tədqiqatdan sonra təmiz çəkisi 3,217 qram qalmış psixotrop maddə metamfetamin məhv edilsin; 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(101)-654/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-654/2020
10.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver