Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-654/2021 03.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X14 və X11, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx xxxxxxx 1974-cü ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Quba rayonunun Qonaqkənd qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, 11 iyun 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə, xx xxxxx 1988-ci ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi qaydada usta işləyən, Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 16, mənzil 3-də qeydiyyatda olan, faktiki ünvan 2 ünvanında yaşamış, 18 iyun 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 20 iyun 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İnformasiya və Təhlükəsizlik nazirliyinin (ETTELAAT) nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək, Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün həmin xüsusi xidmət orqanının əməkdaşının tapşırığı əsasında tamah məqsədilə qəsdən məlumatlar toplamaqla casusluq formasında və Azərbaycan Respublikasının mənafeyi zərərinə həmin xüsusi xidmət orqanı nümayəndələrinin digər tapşırıqlarını yerinə yetirib onlara kömək etməklə dövlətə xəyanət etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasında İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İnformasiya və Təhlükəsizlik nazirliyinin (ETTELAAT) tapşırıqlarını yerinə yetirməklə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün məlumatlar toplayıb verməklə onların fəaliyyətinə köməklik etmək məqsədilə həmin xüsusi xidmət orqanının Ələmdar kimi tanınan X34, Seyid və ya Ağa Mühəndis və Hacı kimi özlərini təqdim edən nümayəndələri tərəfindən 2018-cı ilin mart ayında İran İslam Respublikasının Təbriz şəhərində fəaliyyət göstərən otellərin birindəki əvvəlcədən hazırlanmış konspirativ görüş üçün nəzərdə tutulmuş otaqda «Mamed» təxəllüsü ilə məxfi əməkdaşlığa cəlb edilmiş, sonunculardan fotoşəkilləri və istifadələrindəki mobil telefon nömrələri əvvəlcədən təqdim olunmaqla etibar olunacaq Azərbaycan Respublikası vətəndaşlarının İran ərazisinə çıxarılaraq xüsusi xidmət orqanı nümayəndələrinin əlaqəsinə verilməsi, Azərbaycan Respublikasının şimal bölgəsində, xüsusilə Xaçmaz və Quba rayonları ərazisində yaşayan islam dininin “sələfi” məzhəbi üzrə ibadət edən şəxslər barədə məlumatların toplanması, həmin şəxslərin ibadət etmək məqsədilə toplaşdıqları məscidlərin, milliyyətcə yəhudi olan şəxslərin kompakt yaşadıqları Quba rayonunun Qırmızı qəsəbəsinin yerləşdiyi ərazinin, orada yaşayan konkret şəxslərin yaşayış evlərinin foto və video çəkilişlərinin aparılması, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən mobil rabitə operatorlarına məxsus sim-kartın əldə olunması, İsrail dövlətinin Azərbaycan Respublikasındakı səfirliyndə işləyən əməkdaşlarının şimal bölgəsinə etdikləri səfərlər barədə əvvəlcədən məlumatların əldə edilməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna biləcək məlumatların toplanması və ümumilikdə göstərilən istiqamətlərdə məlumatların toplanıb uzun müddətli casusluq fəaliyyətini sərbəst həyata keçirməsi üçün məxfi əlaqə üsulu kimi şərti sözlərdən istifadə etməklə mobil telefonun «WhatsApp» proqram təminatı vasitəsilə əlaqə saxlayaraq müntəzəm ötürülməsi və sair hallara dair tapşırıqlar almışdır. Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün həmin xüsusi xidmət orqanının əməkdaşının tapşırığı əsasında qəsdən məlumatlar toplamaqla casusluq formasında və Azərbaycan Respublikasının mənafeyi zərərinə həmin xüsusi xidmət orqanı nümayəndələrinin digər tapşırıqlarını yerinə yetirib onlara kömək etmək məqsədilə İran İslam Respublikasının xüsusi xidmət orqanı olan ETTELAAT-ın nümayəndələri tərəfindən verilmiş tapşırıqların icrası istiqamətində 2018-2020-ci illər ərzində tamah niyyəti ilə qəsdən fəaliyyət göstərərək Azərbaycan Respublikasının şimal bölgəsində, xüsusilə Quba və Xaçmaz rayonları ərazisində yaşayan islam dininin “sələfi” məzhəbi üzrə ibadət edən şəxslər, o cümlədən Xaçmaz rayonunun Qobuqırağı kənd sakini Şahid2 tam anket məlumatlarını, istifadəsində olan mobil telefon nömrəsini müəyyən etməklə, həmin şəxsin ailə üzvləri ilə birlikdə çəkdirdiyi fotoşəkilləri əldə etmiş, Şahid2 maddi maraq müqabilində xarici xüsusi xidmət orqanı nümayəndələrinin əlaqəsinə verilməsi məqsədi ilə onunla birlikdə İran ərazisinə getməsini təklif etmiş, Şahid2 yaşadığı Xaçmaz rayonunun Qobuqırağı kəndindəki evinin, həmin kəndin ərazisində fəaliyyət göstərən islam dininin “sələfi” məzhəbi üzrə ibadət edən şəxslərin toplaşdıqları məscidin, ünvan 3 ünvanında, ünvan 4ətcə yəhudi olan şəxslərin kompakt yaşadıqları Quba rayonunun Qırmızı Qəsəbəsinin və həmin qəsəbədə yaşayan konkret şəxslərin evlərinin və ərazilərin istifadəsində olan «ZTE» markalı mobil telefonla müfəssəl foto və videoçəkilişlərini aparmış, daha sonra həmin çəkilişləri telefonunun “Whatsapp” proqram təminatı vasitəsilə xarici xüsusi xidmət orqanı əməkdaşının istifadəsində olan **********05 №-li telefonuna göndərmiş, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən mobil rabitə operatorlarına məxsus sim-kartın əldə olunması tapşırığının icrası ilə bağlı 16 iyun 2019-cu il tarixdə Bakı şəhərində "xxxx" MMC rabitə operatoruna məxsus adına rəsmiləşdirilmiş ***-***-**-** nömrəli sim-kartı əldə edərək İrana etdiyi səfərində xarici xüsusi xidmət orqanı nümayəndəsinə vermiş, aldığı tapşırıqların icrası üzrə topladığı digər məlumatları 2018-ci ilin iyul ayının 22-də, həmin ilin sentyabr ayının 22-də, oktyabr ayının 09-da, dekabr ayının 13-də, 2019-cu ilin yanvar ayının 05-də, həmin ilin fevral ayının 11 və 28də, aprel ayının 15-də, iyun ayının 16-da, sentyabr ayının 14 və 28-də, noyabr ayının 19-da və həmin ilin dekabr ayının 18-də İran İslam Respublikasına etdiyi çoxsaylı səfərlərində konspirativ görüş üçün nəzərdə tutulmuş xüsusi məkanlarda həmin xüsusi xidmət orqanının nümayəndələrinə vermiş, məxfi əməkdaşlıq müddətində müxtəlif məbləğlərdə pul vəsaiti almasına dair müvafiq qəbzləri imzalayaraq bu barədə qeydlər etmiş, digər formada bütün davranış və fəaliyyətini xarici xüsusi xidmət orqanının nümayəndələri ilə razılaşdırmaqla əldə etdiyi məlumatları onlara ötürmüş, casusluq və xarici xüsusi xidmət orqanı nümayəndələrinin müvafiq tapşırıqlarını yerinə yetirib kömək etməklə dövlətə xəyanət etmişdir. Təqsirləndirilən şəxs2 İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İnformasiya və Təhlükəsizlik nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək, Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün həmin xüsusi xidmət orqanının əməkdaşının tapşırığı əsasında tamah məqsədilə qəsdən məlumatlar toplamaqla casusluq formasında və Azərbaycan Respublikasının mənafeyi zərərinə həmin xüsusi xidmət orqanı nümayəndələrinin digər tapşırıqlarını yerinə yetirib onlara kömək etməklə dövlətə xəyanət etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasında İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İnformasiya və Təhlükəsizlik nazirliyinin (ETTELAAT) tapşırıqlarını yerinə yetirməklə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün məlumatlar toplayıb verməklə onların fəaliyyətinə köməklik etmək məqsədilə həmin xüsusi xidmət orqanının Ələmdar kimi tanınan X34, Seyid və ya Ağa Mühəndis və Hacı kimi özlərini təqdim edən nümayəndələri tərəfindən 2017-ci ilin fevral ayında İran İslam Respublikasının Təbriz şəhərində fəaliyyət göstərən otellərin birindəki əvvəlcədən hazırlanmış konspirativ görüş üçün nəzərdə tutulmuş otaqda məxfi əməkdaşlığa cəlb edilmiş, sonunculardan Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə işə düzəlmək, bu mümkün olmadıqda verəcəkləri pul müqabilində başqa şəxsin həmin nazirliyə, o cümlədən başqa dövlət orqanlarına, xüsusilə məhkəmə və hüquq-mühafizə orqanlarına işə düzəlməsinə nail olmaq, Azərbaycan Respublikasının məhkəmə və hüquq-mühafizə orqanlarının əməkdaşlarından, Azərbaycan Respublikasında sərhədyanı bölgələrdə yerləşən hərbi hissələrdə xidmət edən hərbçilərdən, Azərbaycan ərazisindəki xəstəxanalarda işləyən həkim personalından etibarlı dindar şəxslərin müəyyən edilərək onların əlaqəsinə çıxarılması, X3 gələn milliyyətcə ərəb olan turistlərlə mümkün əlaqələrin qurulması, həmin turistlərin Bakı şəhərində, xüsusilə Qəbələ rayonu ərazisində məskunlaşdığı ərazi və yerlərinin dəqiq müəyyən edilməsi, etibarlı ola biləcək Azərbaycan Respublikası vətəndaşlarının İran İslam Respublikası ərazisinə çıxarılaraq xüsusi xidmət orqanı nümayəndələrinin əlaqəsinə verilməsi, Azərbaycan Respublikası ərazisində yaşayan islam dininin “sələfi” məzhəbi üzrə ibadət edən şəxslər barədə məlumatların toplanması, İsrail dövlətinin Azərbaycan Respublikasındakı səfirliyinin əməkdaşları ilə əlaqələrin qurulması, Bakı şəhərində fəaliyyət göstərən «Mevlana» restoranına gəlibgedən müştərilərin öyrənilməsi, milliyyətcə yəhudi olan şəxslərin kompakt yaşadıqları Quba rayonunun Qırmızı qəsəbəsinin foto və video çəkilişlərinin aparılması, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna biləcək məlumatların toplanması və ümumilikdə göstərilən istiqamətlərdə məlumatların toplanıb uzun müddətli casusluq fəaliyyətini sərbəst həyata keçirməsi üçün məxfi əlaqə üsulu kimi şərti sözlərdən istifadə etməklə mobil telefonun «WhatsApp» proqram təminatı vasitəsilə əlaqə saxlayaraq müntəzəm ötürülməsi və sair hallara dair tapşırıqlar almışdır. Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün həmin xüsusi xidmət orqanının əməkdaşının tapşırığı əsasında qəsdən məlumatlar toplamaqla casusluq formasında və Azərbaycan Respublikasının mənafeyi zərərinə həmin xüsusi xidmət orqanı nümayəndələrinin digər tapşırıqlarını yerinə yetirib onlara kömək etmək məqsədilə İran İslam Respublikasının xüsusi xidmət orqanı olan ETTELAAT-ın nümayəndələri tərəfindən verilmiş tapşırıqların icrası istiqamətində 2017-2020-ci illər ərzində tamah niyyəti ilə qəsdən fəaliyyət göstərərək, Azərbaycan Respublikası ərazisində yaşayan islam dininin “sələfi” məzhəbi üzrə ibadət edən şəxslər, X5 Azərbaycana səfər etmiş ərəb turistlərin məskunlaşdığı ərazilərin, o cümlədən Qəbələ rayonundakı ərazilər, İsrail dövlətinin Azərbaycan Respublikasındakı səfiri və səfirliyin əməkdaşları, onların keçirdikləri tədbirlər, Azərbaycan Respublikasının bölgələrinə etdikləri səfərlər barədə məlumatları açıq mənbələrdən və digər üsullarla toplamış, tanışları Şahid6 və Şahid5 maddi maraq müqabilində xarici xüsusi xidmət orqanı nümayəndələrinin əlaqəsinə verilmələri məqsədi ilə onunla birlikdə İran ərazisinə getmələrini təklif etməklə konkret hərəkətlər həyata keçirmiş, milliyyətcə yəhudi olan şəxslərin kompakt yaşadıqları Quba rayonunun Qırmızı Qəsəbəsinin foto və videoçəkilişlərinin aparılmasını tanışı Şahid8 təklif etmiş, Azərbaycan Respublikasında sərhədyanı bölgələrdə yerləşən hərbi hissələrdə xidmət edən hərbçilərdən etibarlı dindar şəxslərin müəyyən edilərək xarici xüsusi xidmət orqanı nümayəndələrinin əlaqəsinə verilməsi tapşırığının icrası ilə bağlı «facebook» sosial şəbəkəsi vasitəsilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ağdam rayonu ərazisində dislokasiya olunmuş hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət etmiş Neftçala rayon sakini Şahid7 müəyyən etməklə onunla əlaqə yaratmış, daha sonra həmin şəxsin tam anket məlumatları, istifadəsində olan mobil telefon, yaşadığı ünvan, hazırkı məşğuliyyəti barədə topladığı bütün məlumatları telefonunun “Whatsapp” proqram təminatı vasitəsilə xarici xüsusi xidmət orqanı əməkdaşının istifadəsində olan **********05 №-li telefonuna göndərmiş, aldığı digər tapşırıqların icrası üzrə topladığı digər məlumatları 2017-ci ilin fevral ayının 26-da, həmin ilin aprel ayının 09-da, may ayının 27-də, avqust ayının 11-də İran İslam Respublikasına etdiyi çoxsaylı səfərlərində konspirativ görüş üçün nəzərdə tutulmuş xüsusi məkanlarda həmin xüsusi xidmət orqanının nümayəndələrinə vermiş, məxfi əməkdaşlıq müddətində müxtəlif məbləğlərdə pul vəsaiti almasına dair müvafiq qəbzləri imzalayaraq bu barədə qeydlər etmiş, digər formada bütün davranış və fəaliyyətini xarici xüsusi xidmət orqanının nümayəndələri ilə razılaşdırmaqla əldə etdiyi Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə hər hansı informasiyanı ötürmüş, casusluq və xarici xüsusi xidmət orqanı nümayəndələrinin müvafiq tapşırıqlarını yerinə yetirib kömək etməklə dövlətə xəyanət etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, istintaq zamanı müstəntiq onun dediklərinin 90 faizini yazmayıb. O, tutulan zaman əməliyyatçı onun qapısınnda avtomat gizlətdiyini və narkotik vasitələr basdırdığını demiş, ona təzyiq göstrərək ya həmin silahı və ya narkotikləri boynuna götürməli olduğunu, ya da onun dediklərini imzalamalı olduğunu bildirmişdir. O, narkotiklə silahı boynuna götürmək istəmədiyini bildirmiş, sonra işini istintaqa göndərmişlər. Ona demişlər ki, onun ifadəsini alacaqlar və istintaqda onun yüngülvari ifadəsini almışlar. Dindirmə zamanı videoçəkiliş aparılmış, həmin vaxt müdafiəçi iştirak etməmişdir. İstintaqda da ona demişlər ki, verilən maddə ilə razılaşmasa, narkotiki onun boynuna qoyacaqlar. O da, istintaqda səmimi ifadə vermişdir. Heydərlə 2013-cü ildə necə tanış olmuşdursa, hamısını demişdir. 2013-cü ilin oktyabr ayında bankdan pul götürmüş, bundan sonra İrana gedib oradan telefon, konfet və qızıl alıb gətirmək qərarına gəlmişdir. İrana da ilk dəfə bu məqsədlə getmişdir. İranlı Ələmdarı tanıyır. Hər dəfə İrana gedəndə onunla görüşmüşdür. Ələmdar və onunla birlikdə görüşdüyü iranlılar həmin görüşlərində ona müxtəlif tapşırıqlar vermiş, o da, iranlılardan pul almaq məqsədilə hər dəfə İrana gedəndə nəsə bir tapşırığı icra edib onlara demişdir. Ələmdar və adlarını bilmədiyi həmin iranlılar ona bunun müqabilində hər dəfə 100-150 manat məbləğində iran pulu vermişlər, bu barədə ondan qəbzlər almışlar. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə clasında Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri elan və tədqiq olundu. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə elan olunmuş ittihamın mahiyyəti üzrə dindirilən Təqsirləndirilən şəxs1 ibtidai istintaqın ilkin mərhələsində özünü təqsirli bildiyini, törətdiyi cinayət əməlindən peşman olduğunu bildirməklə, ittiham olunduğu cinayət əməlləri ilə bağlı etirafedici ifadələr vermişdir. Lakin ona yekun ittiham elan olunarkən Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməmişdir. Təqsirləndirilən şəxs1 istintaqa verdiyi və məhkəmədə tədqiq olunmuş ifadələrində bildirmişdir ki, 2013-cü ilin oktyabr ayında ərzaq məhsulları və digər xırdavat malları gətirmək üçün ikinci arvadı Şahid4 ilə birlikdə Biləsuvar rayonu ərazisindən keçməklə rəsmi sənədlər əsasında İran Biləsuvarına gəlmişlər. Sərhədi keçəndən sonra taksi sürücülərindən biri onlara yaxınlaşaraq öz evində kirayə qalmağı onlara təklif etmişdir. O da, arvadı ilə getdiyi üçün oteldə qalmaq istəməmiş və ona görə həmin taksi sürücü ilə danışmışdır ki, evində qalarlar və onları da ora-bura aparar. Həmin taksi sürücüsünün adı Rza olmuş və sonuncu onun təklifi ilə razılaşmışdır. O, arvadı Hədiyyə ilə ərzaq məhsullarını, həmçinin bir ədəd mobil telefon və «Samsung» markalı planşet alıb iki gündən sonra geri Azərbaycana qayıtmışlar. İrana növbəti səfəri 2013-cü ilin noyabr ayının əvvəllərində olmuşdur. Həmin səfəri zamanı İran Biləsuvarında tokar dəzgahların ehtiyat hissələrinin satışı ilə məşğul olan mağazanı görüb oraya daxil olmuşdur. Orada mağaza sahibi iranlı Daryuşla tanış olmuşdur. Daryuş dediyi şəxs təxminən 55-58 yaşlı, orta boylu, arıq bədən quruluşlu, bığ və saqqal saxlamayan, ağ-qara saçları olan, saçını yana darayan şəxs olmuşdur. Daryuşla söhbət zamanı, sonuncu ona müxtəlif ölkələrdən ona gətirilən tokar dəzgahların ehtiyat hissələrini aldığını söyləmişdir. O da, tapıb gətirsə ala bilərmi sualını Daruşa verdikdə, sonuncu ona müsbət cavab vermişdir. Daha sonra sağollaşıb oradan çıxmış və ərzaq məhsullarını alıb Azərbaycana qayıtmışdır. Azərbaycana qayıtdıqdan sonra tokar dəzgahların ehtiyat hissələrini axtarmağa başlamış və ona məlum olmuşdur ki, Quba rayonunun Amsar kənd sakini Cavid adlı şəxsdə həmin dəzgahların özləri vardır. O, Cavidlə Amsar kəndində Cavidgilin evində görüşərək məqsədini ona bildirmişdir. Daha sonra Cavid onu kəndin ərazisində çayın qırağına aparmış və orada özlərinə məxsus tokar dəzgahını ona göstərmişdir. Həmin dəzgahlardan biri təzə, digəri isə işlənmiş vəziyyətdə olmuşdur. Başqa da orada dəmir metalı yonmaq və itiləmək üçün böyük dəzgahlar olmuşdur. O, Cavidə həmin dəzgahların hamısını ala biləcəyini deyərək qiymətini soruşmuşdur. Razılşamaları olmuşdur ki, 1500 ABŞ dolları müqabilində Cavid ona göstərdiyi bütün avadanlıqları satır və o da, Caviddən onları alır. O, hətta Cavidə 200 manat beh də vermişdir. Daha sonra o Daryuşun istifadəsində olan telefona zəng etmiş və ona tokar dəzgahların özlərini, əlavə də başqa dəzgahları tapdığını, həmin dəzgahlara görə 200 manat beh verdiyini ona demişdir. Daryuş da hələlik ilk növbədə həmin dəzgahların ayrı-ayrı hissələrini ona gətirməyi tapşırmışdır. O da, Daryuşun dediyi kimi həmin ehtiyat hissələrindən bir hissəni qırmızı rəngli idman çantasına qoyub taksi ilə Bakı şəhərinə, buradan isə Biləsuvar rayonuna İran-Azərbaycan sərhədinə gəlmişdir. O, Azərbaycan Biləsuvarında sərhəddən Daryuşa zəng edərək gəldiyini söyləmişdir. Daryuş da deyib ki, qaydalara əsasən özünə düşən payı özün keçir, digər hissəni isə Azərbaycan tərəfdə Biləsuvarda sərhədə yaxın ərazidə İlham adlı taksi sürücüsünə versin ki, sonuncu da həmin ehtiyat hisslərini hissə-hissə keçirib ona çatdırsın. Daryuş ona İlhamın telefon nömrəsini vermişdir. O, idman çantasından özünün keçirə biləcəyi miqdarda ehtiyat hissələrini götürmüş, qalanını isə İlhama vermişdir. O, İran tərəfə keçmiş və özü ilə apardığını Daryuşa çatdırmışdır. Həmin səfəri 2013-cü ilin noyabr ayının sonunda baş tutmuşdur. Həmin səfəri zamanı İranda o, 3-4 gün Rza dediyi iranlının evində qalmışdır. Daryuşla demək olar ki, hər gün görüşmüş və İlhamın ehtiyat hissələrini keçirilib-keçirilməməyini soruşmuşdur. Nəhayət, İlham həmin malları keçirib Daryuşa təhvil vermiş, Daryuş da bunun müqabilində ona təxminən 200 manat pul vermişdir. 2013-cü ilin noyabr ayının sonlarında olan səfərində o, İran-Azərbaycan sərhədinə yaxın ərazidə olan mobil telefon satışı ilə məşğul olan mağazanın yanından keçərkən bir qrup iranlının bir nəfər azərbaycanlı şəxslə mübahisə etdiklərini görmüşdür. Həmin şəxslərdən biri azərbaycanlı olduğu üçün onlara yaxınlaşmışdır ki, həmvətəninin yanında olsun. Yaxınlaşmış və oradakı söhbətlərdən başa düşmüşdür ki, əslən Neftçala rayonundan olan Heydər adlı şəxs iranlı şəxslərin mağazasından 35 manata mobil telefon alıb. Heydər deyib ki, onun ortağı İrana gəlməyib və bu səbəbdən də pulsuz qalıb, bilsəydi ki, ortağı gəlməyəcək 35 manata da həmin telefonu almazdı. Heydər telefonu geri qaytarıb 35 manatını istəmiş, İranlı isə onunla razılaşmamışdır. Ondan sonra o, mübahisəyə girişmiş və iranlını razı salmış və iranlı telefonu Heydərdən alaraq, sonuncunun 30 manatını geri qaytarmışdır. Heydərlə onun tanışlığı bu cür başlamışdır. Heydərin qalmağa yeri olmadığı üçün, sonuncu onunla Rzanın evinə getmiş və onlar birlikdə orada qalmışlar. Heydərlə tanışlıq zamanı, sonuncu ona Azərbaycandan bir nəfər Seyid adlı ortağının gələcəyini və sonuncunun maliyyə dəstəyi ilə ərzaq məhsullarını alıb aparacaqlarını söyləmişdir. O da, səfərinin məqsədini ona çatdırmış və Heydər də bilmişdir ki, o, Quba rayonundandır, Xaçmaz şəhərində yaşayır. Səhərisi gün o, ehtiyat hissələrinin Daryuşa çatıbçatmadığını öyrənmək üçün onun mağazasına gəlmiş və Heydər də onunla birlikdə olmuşdur. O, mağazaya daxil olaraq Daryuşla görüşmüş, mağazada Daryuşdan başqa əvvəllər görmədiyi və tanımadığı bir şəxs də olmuşdur. Sonradan bilmişdir ki, həmin şəxs də iranlıdır. Heydər də mağazaya daxil olmuş və ilk öncə onun tanımadığı həmin iranlıya əl verib görüşmüş və öpüşmüşlər. Başa düşmüşdür ki, Heydər həmin şəxsi əvvəldən tanıyır. Heydər həmin iranlını onunla tanış edərək iranlının adının Ələmdar olduğunu söyləmişdir. Daryuş da onu təsdiq etmiş və bildirmişdir ki, Ələmdar onun yaxın dostudur. Ələmdar qonşu mağazalardan birində klyonka və karton qutuların qəbulu məntəqəsində işlədiyini onlara söyləmişdir. Daryuşun sifarişi əsasında mağazaya çay gəlmiş və onlar birlikdə çay içmişlər. Mağazada olarkən Ələmdar onun hansı rayondan olduğunu soruşmuş, o da, Ələmdara Azərbaycanın şimal bölgəsindən, konkret olaraq Quba rayonundan olduğunu dedikdə, Ələmdar ona rayon ərazisində və ümumiyyətlə şimal bölgəsində vəhabilərin olub-olmaması barədə suallar vermişdir. O da, Ələmdara rayon ərazisində və ümumiyyətlə şimal bölgəsində vəhabilərin olduğunu söyləmişdir. Hətta həmin vaxtı bir nəfər adını hazırda xatırlamadığı vəhabi şəxslə ciddi mübahisəsinin olduğunu Ələmdara danışmışdır. Ələmdara onun həmin vəhabi ilə mübahisə etdiyi söhbət çox xoşuna gəlmiş və Ələmdar sanki onun danışdıqlarından ruhlanmışdır. Bir az sonra Ələmdar onları günorta yeməyinə dəvət etmiş və yaxınlıqda yerləşən kafelərin birinə gəlmişlər. Ələmdar özünün idarə etdiyi «Azsamand» markalı tünd boz rəngli avtomaşını ilə onları kafeyə gətirmişdir. Avtomaşında qabaq oturacaqda o, arxa oturacaqda isə Heydər oturmuşdur. Daryuş onlarla getməmişdir. Kafedə masa arxasında Ələmdar ondan Azərbaycanda iqtisadi vəziyyətin necə olması, insanların dolanmasının yaxşı olub-olmaması barədə suallar verməyə başlamışdır. O da, ümumi cavablar vermişdir. Masa arxasında olarkən Ələmdar ona Quba rayonu ərazisində yəhudilərin yaşayıb-yaşamamasını da soruşmuşdur. O da, cavab vermişdir ki, Quba rayonu ərazisində yəhudilərin kompakt yaşadığı ərazi rayonun Qırmızı Qəsəbəsidir. Daha sonra Ələmdar ondan yəhudilərlə vəhabilərin münasibətləri barədə suallar verməyə başlamışdır. O, yenə də ümumi cavablar vermişdir. Ələmdarla tanış olandan sonra onun heç də klyonka və yaxud karton qutuların qəbulu məntəqəsində işləyən şəxsə oxşamadığını müşahidə etmişdir. Çünki klyonka və yaxud karton qutuların qəbulu işi ilə məşğul olan şəxs Azərbaycanla bağlı, Azərbaycanda yaşayan vəhabilərlə və yəhudilərlə bağlı sualları nəyə görə verməlidir? Bu kimi suallar, fikirlər onu Ələmdarın sıradan bir şəxs olmadığı qənaətinə gəlməyə vadar etmişdir. Kafedə yeməyi yemişlər, hesabı Ələmdar vermiş və kafedən çıxmışlar. Həmin zaman Ələmdar Heydəri kənara çəkmiş və onlar söhbət etməyə davam etmişlər. Onların söhbətlərini eşitməmişdir. O, kafenin yaxınlığındakı ərzaq və yuyucu vasitələrin satışı ilə məşğul olan, əvvəllər də məhsul aldığı həmin mağazaya getmiş və oradan özü üçün nisyəhəmin məhsullardan almaq istədiyini bildirmişdir. Satıcı onu tanıdığından problem olmadığını demişdir. O, mağazadan çıxaraq kafenin yaxınlığına gəlmiş, Heydərlə Ələmdarın hələ söhbətlərini qurtarmadığını görmüşdür. Onun mağazaya gedib-gəlməyi təxminən yarım saat çəkmişdir. O, Ələmdarla Heydərin yanına yaxınlaşanda onlar etdikləri söhbəti dayandırmışlar, bu açıq-aydın hiss olunmuşdur. Onlara yaxınlaşan kimi Ələmdar özünün idarə etdiyi maşına tərəf getmiş, maşının yük yerindən içərisində təxminən 10-12 ədəd dini ədəbiyyat olan bir ədəd bağlamanı gətirib onlara vermişdir. Bağlamanı Heydər götürmüşdür. Ələmdar həmin kitabları verərkən orada «Qurani-Kərim»in tərcümələrinin olduğunu söyləmiş və Azərbaycanda təbliğat üçün həmin kitabları onlara vermişdir. Heydər kitabları təhvil aldıqdan sonra Ələmdar «Heydər bir azdan səninlə işim olacaq» ifadələrini işlədib çıxıb getmişdir. Heydərlə birlikdə həmin ərzaq və yuyucu vasitələrin satışını həyata keçirən mağazaya gəlmişlər və Heydər əlindəki kitablar olan bağlamanı orada qoymuşdur. Bağlama ağır olmuş və özü ilə ora-bura daşımaqda çətinlik çəkmişdir. O, ərzaq və yuyucu vasitələrin satışı ilə məşğul olan mağazada olarkən Heydərin yanında mağazanın satıcısından Ələmdarın kqb-şnik olub-olmamasını soruşmuşdur. Satıcı da Ələmdarı karton qutu ilə məşğul olan şəxs kimi tanıdığını demişdir. Həmin mağazadan çıxdıqdan sonra Heydərin təklifi ilə mobil telefonların təmiri və satışı ilə məşğul olan bir mağazaya gəlmişlər. Həmin mağazanı işlədən şəxsin sonradan bilmişdir ki, Daryuşun adını hazırda xatırlamadığı qardaşıdır. Heydərin həmin şəxslə görüşməsindən hiss etmişdir ki, Heydərlə həmin şəxs bir-birilərini çoxdan tanıyırlar. Mağazada olarkən Heydər mağazanın satıcısından satışda səs və video çəkən cihazın olub-olmamasını soruşmuşdur. Satıcı da dəqiqləşdirmişdir ki, necə bir cihazı nəzərdə tutur? Heydər də kiçik ölçülü, kənardan diqqət cəlb etməyən bir cihazı nəzərdə tutduğunu və «Balaca olsun, həm video çəksin, həm də ki, danışıqları yazsın» ifadələrini satıcıya demişdir. Satıcı da həmin cihazdan iki ədəd olduğunu, sifarişlə həmin cihazı gətirtdiyini, lakin sifarişçilərin həmin cihazı almaqdlan imtina etdiklərini Heydərə söyləmişdir. Heydər satıcıdan həmin cihazlara baxmaq istədiyini demiş, satıcı həmin cihazları Heydərə vermiş və sonuncu, həmin cihazlara baxmış və xoşuna gəlmişdir, demişdir ki, hər ikisini alır. Hətta Heydər həmin cihazların işlək olub-olmamasını yoxlamaq üçün hər bir cihaza balaca mikrokart qoymuş, yoxlamış, səhv etmirsə yoxlamaq üçün də onu videoya çəkmişdir. Çünki o, sonradan həmin videonu silməsini Heydərdən xahiş etmişdir. Heydər həmin cihazları almaq üçün cibindən pul çıxartmış, lakin pulu həmin cihazları almaq üçün yetməmişdir. Heydər ona müraciət etmiş, lakin o, pulunun olmadığını Heydərə demişdir. İki cihaza görə Heydər satıcıya 80 manat pul verməli olmuşdur. Özünə də maraqlı gəlmişdir ki, Heydər pulu olmadığını, ortağını gözlədiyini bildirmiş, axırıncı pulu olan 35 manatı da verib telefon almışdır. Özlüyündə fikirləşmişdir ki, pulu bəlkə Ələmdar ona verib? Çünki Ələmdarla görüşə qədər Heydərin pulu olmamışdır. Heydər həmin cihazları almaq üçün pulu çatmadıqda, o, mağazanın satıcısının telefonundan kiməsə zəng vuraraq Daryuşun qardaşının mağazasında olduqlarını, cihazı aldıqlarını, lakin pullarının çatmadığını bildirmişdir. Bir qədər sonra küçədə mağazanın qarşısında olarkən həmin mağazaya Ələmdar gəlmiş və «Heydər hardadı» sualını verdikdə, o, Heydərin mağazada olduğunu söyləmişdir. Orada başa düşmüşdür ki, Heydər aldığı cihazların çatmayan puluna görə Ələmdara zəng etmişdir. Ələmdarla Heydər mağazadan çıxmışlar, həmin iki ədəd cihaz adaptorları ilə birlikdə Heydərin əlində olmuşdur. Orada Heydər ona bildirmişdir ki, onun Ələmdarla işləri var və onlar birlikdə harasa getməlidirlər. Heydər ondan harada olacağını soruşmuşdur. O da, Heydərə ərzaq və yuyucu vasitələrin satışı ilə məşğul olan mağazada olacağını bildirmişdir. Heydər Ələmdarın maşınına əyləşmiş və onlar harasa çıxıb getmişlər. O da, oradan Daryuşun mağazasına gəlmiş və İlhamın malları mağazaya gətirdiyini görmüşdür. Daryuşdan təxminən 200 manat pulunu almış və üstündə gizlətmişdir. Daryuşun mağazasından çıxıb ərzaq mağazasına gəlmiş və orada təxminən 450 manat dəyərində nisyə götürəcəyi malları seçmişdir. Təxminən iki saatdan sonra Heydər həmin mağazaya gəlmiş və onun həmin malları nisyə götürdüyünü bilmişdir. Heydər orada ondan xahiş etmişdir ki, 60 manatlıq da onun üçün götürsün. O da, 450 manatlıq götürdüyündən 60 manat dəyərində malları ayırmış və Heydərə vermişdir. Heydər orada bir qədər əvvəl Daryuşun qardaşının dükanından aldığı cihazlardan birini və onun adaptorunu ona vermişdir. Heydər həmin cihazı ona zamin kimi vermişdir. Mağazadan mallarını da götürüb Rzagilə gəlmiş və orada qalmışlar. Axşam saatlarında Rzanın evinə gəldikdən sonra o, Heydərdən Ələmdarla birlikdə haraya getməsini soruşmuş, Heydər isə Hacı Ələmdarın çoxdankı tanışının olduğunu və işlərinin olduğunu ona bildirmişdir. Daha sonra deyib ki, Hacı Ələmdar onu Biləsuvarı gəzdirib. O da, Heydərə deyib ki, gərək onu da aparardılar. Onu deyəndə Heydər «Hacı rəva bilsəydi, səni də aparardıq» demişdir. X20 xəstəxanalarda geniş əlaqələrinin olduğunu, xeyirxah bir insan olduğunu ona demişdir. Səhəri gün Azərbaycana gəlmişlər. Cihazlardan biri Heydərin özündə olmuş və həmin cihazı Heydər özü ilə birlikdə Azərbaycana keçirmişdir. Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsinə görə, Heydərlə arada bir zəngləşmişlər. 2014-cü ilin iyul ayında o, Heydərdən borc pul istəmiş, lakin Heydər imkanı olmadığını və hazırda Bakı şəhərində Lokbatan qəsəbəsində fərdi evlərinin birində oboy vurduqlarını və fəhlə kimi orada işləməyi ona təklif etmişdir. Lakin o, razılaşmamış, həmin ilin avqust ayında isə işləmək üçün Rusiyaya çıxıb getmişdir. Rusiyaya gedənə qədər ki, müddətdə nisyə məhsullar götürdüyü iranlı ona zəng edib pulunu istəmiş, o isə, hələlik satılmadığını ona deyərək İrana gələcəyi təqdirdə pulunu ödəyəcəyini söyləmişdir. Heydərlə danışdığı müddətdə ona məlum olmuşdur ki, Heydər 60 manatlıq məhsulları satıb pulunu aparıb İrandakı mağazanın satıcısına vermişdir. Zamin kimi orada qoyduğu cihazı götürübgötürməməsini isə bilməmişdir. İrana növbəti səfəri 15 oktyabr 2015-ci il tarixdə olmuş, həmin səfərində arvadı Şahid4 həkim müayinəsindən keçirmək üçün aparmışdır. Bir gün əvvəl isə o, arvadı ilə Bakı şəhərinə Heydərgilə gələrək ailəvi şəkildə görüşmüşlər. O, Heydərə maddi vəziyyətinin aşağı olduğunu demiş, orada görmüşdür ki, Heydər istifadəsində mobil telefonun «Vatsap»ı ilə Ələmdarla əlaqə saxlayır, bir-biri ilə yazışırlar, səsli mesajlar göndərirlər. Həmin vaxt Heydər ona görə köməklik göstərilməsi üçün Ələmdara səsli mesajlar atmış və onun özünün evində olduğunu söyləmişdir. Heydər Ələmdara demişdir ki, o, arvadı ilə birlikdə sabah İrana gələcəklər. Ələmdar da gələn kimi onunla əlaqə saxlamağı tapşırmışdır. 15 oktyabr 2015-ci il tarixdə o, arvadı ilə birlikdə rəsmi sənədlərlə sərhədi İran istiqamətində keçmiş və bir nəfər Musa adlı iranlı taksi sürücüsü ilə Təbriz şəhərindəki xəstəxanaya gəlmişlər. Arvadı xəstəxanada müayinə olunmuş, oteldə məskunlaşmışlar. Orada olarkən Heydərlə danışmış və danışıq zamanı Heydər ona bildirmişdir ki, Ələmdar onu İran Biləsuvarında gözləyir. O da, Heydərə Təbrizdə otelin yaxınlığında iranlı Zahirin kafesində olduğunu bildirmişdir. Bir qədər sonra olduqları yerə Ələmdar gəlib onlarla görüşmüşdür. Ələmdar onunla işi olduğunu deyib, onu çölə çağırmış, küçəyə çıxan kimi maşına əyləşməyini xahiş etmişdir. O, maşına əyləşmiş və Ələmdar ona Azərbaycanın şimal bölgəsində yaşayan vəhabilər barədə məlumatların toplanması, vəhabilərin hazırkı durumu, onlara qarşı cəmiyyətin və bütövlükdə kütlənin münasibəti barədə məlumatların toplanılaraq ona ötürülməsi ilə bağlı verəcəyi tapşırıqları icra etməyi tapşırmışdır. O isə, tərəddüd etmiş və Ələmdarın təklifinə razılıq verməmişdir. O, otelə qayıtmış və bir neçə gün sonra arvadı ilə birlikdə Azərbaycana qayıtmışlar. Bir ay sonra, yəni 2015-ci ilin noyabr ayında, daha sonra 2016-cı ilin oktyabr aylarındakı İrana etdiyi səfərlərində onun Ələmdarla heç bir görüşü və əlaqəsi olmamışdır. 2017-ci ilin mart ayından başlayaraq Ələmdarla onun əlaqələri bərpa olunmuş, bərpaya səbəb isə 2017-ci ilin mart ayında Ələmdarın onu «Novruz» bayramı münasibəti ilə təbrik etməsi olmuşdur. Həmin vaxt onun istifadəsində olan telefon nömrəsi ***-***-**-** olmuşdur. 73 rəqəmi arvadının təvəllüdünü bildirir. Həmin ərəfədə Ələmdar ona «Vatsap»la səsli mesajlar göndərərək, yenidən verdiyi tapşırıqlar istiqamətində işlərin görülməsinin vacibliyini bildirmiş, o isə, razılaşmamışdır. Təqsirləndirilən şəxs1 istintaqa verdiyi səmimi və etirafedici ifadələrini davam etdirərək göstərmişdir ki, 2018-ci ilin fevral ayında Ələmdar yenidən ona səsli mesaj ataraq hal-əhvalını soruşmuş, mart ayının 5-də onu İranın Təbriz şəhərinə çağıraraq işinin olduğunu bildirmişdir. O, həmin gün İranın Təbriz şəhərinə gedərək orada Ələmdarla görüşmüşdür. Ələmdar yenidən ona Azərbaycanda, xüsusilə şimal bölgəsində yaşayan vəhabilər barədə məlumatların toplanması, yəhudilərin vəhabilərlə münasibətinin vəziyyəti, Quba rayonunun Qırmızı Qəsəbə yaşayış məntəqəsində yaşayan milliyyətcə yəhudi olan şəxslər barədə məlumatların toplanması, vəhabi şəxslərdən onun əlaqəsinə çıxarılması barədə və sair tapşırıqlar verərək onları icra etməyə başlamağı bildirmişdir. Ələmdar bunun müqabilində ona yaxşı pul veriləcəyini demişdir. Həmin dəfə isə o, tam olaraq Ələmdarın təklifindən imtina etməmiş, razılığını vermiş kimi qəbul etdiyi üçün Ələmdar ona 100 manat dəyərində iran pulu vermiş və bir ağ kağıza imza etdirmişdir. Həmin kağızda «Mən Abubəkirov X2 100 manat pul aldım» sözlərini yazmış və kağızın aşağısında imza etmişdir. Ələmdar həmin görüşdə onun üçün biznes şəraiti də qurmaq istəmişdir. İran Biləsuvarında Azərbaycanın milli mətbəxi adlı kafe açmaq istəmiş və həmin kafeni onun işlətməsini istəmişdir. Ələmdarla onun növbəti görüşü 2018-ci ilin iyul ayında Təbriz şəhərində olmuşdur. Ələmdar onun telefonunun «Vatsap»ına zəng edərək onu Təbriz şəhərinə çağırmış, taksi və otel pulunu özünün ödəyəcəyini bildirmişdir. O da, sərhədi keçib Təbriz şəhərinə gəlmişdir. Ələmdarla «Kadlaq» kimi tanınan körpünün yanında görüşmüş və sonuncu, onu adını xatırlamadığı bir otelə gətirmişdir. Liftlə otelin 4 və yaxud 5-ci mərtəbəsinə qalxaraq, oradakı otaqların birinə daxil olmuşlar. Otağa daxil olduqda orada iki nəfər iranlı şəxslərin onları gözlədiklərini görmüşdür. Onlardan biri eynəkli, digəri isə eynəksiz şəxs olmuşdur. Eynəkli şəxs təxminən 40-42 yaşlı, hündürboylu, dolu bədən quruluşlu, bığ və saqqal saxlamayan, saçları arxaya daranmış şəxs olmuşdur, fotoşəkilini görsə tanıya bilər. Eynəksiz olan şəxs isə təxminən 50-53 yaşlı, normal bədən quruluşlu, orta boylu, bığ və saqqal saxlamayan, ağ saçları olan şəxs olmuşdur. Onun da fotoşəkilini görsə tanıyar. Onların adlarını bilməmiş, lakin Ələmdar onlara, onlar da Ələmdara Hacı və Ağa deyə müraciət etmişlər. Eynəkli şəxs 2-3 dəfə ondan Heydəri soruşmuş, Heydərin haralarda olduğunu soruşmuşdur. O isə, Heydərdən xəbəri olmadığını onlara söyləmişdir. Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsində daha sonra bildirmişdir ki, Ələmdarın dostları olan şəxslər ondan Azərbaycanda ümumi vəziyyətlə bağlı, dini sahədə vəziyyətin necə olduğunu soruşmuşlar, xalqın dolanması barədə sorğu-sual etmişlər. Görüşləri təxminən 2-3 saat çəkmişdir. Görüşün sonunda eynəkli şəxs Ələmdarın dediyi tapşırıqları bir daha ona xatırlatmış və onları icra etməyin zəruriliyini söyləmişdir. O da, etiraz etməmişdir. Görüşün sonunda eynəkli iranlı cibindən Azərbaycan pulu ilə 230 manat təşkil edən iran pulunu çıxardıb ona vermiş və özü ilə gətirdiyi bloknotun arasından kiçik ölçülü kağız çıxarıb ona vermişdir. O da, həmin kiçik ölcülü kağıza baxmış və kağızın yuxarı hissəsində fars dilində yazılar olmuş, həmin yazıları o, başa düşməmişdir. Həmin kağıza o, «Təqsirləndirilən şəxs1 Məmmədağa oğlu flan qədər pulu aldım» yazılarını yazaraq eynəkli şəxsə vermişdir. Ələmdarla tanış olandan sonra, həm Ələmdarın özü, sonradan isə Ələmdarın dostları ona Mamed deyə müraciət etmişlər. 2018-ci ilin mart, daha sonra isə həmin ilin iyul ayında İranda Ələmdar və onların dostları ilə görüşdən sonra vəhabilər barədə məlumatların toplanması ilə bağlı deyilənlərlə artıq maraqlanmağa başlamışdır. 2018-ci ilin sentyabr ayında o, xalasının qaynı oğlu Xaçmaz rayonunun İzmayılovka kəndində yaşayan X17 ilə görüşmüş və ondan vəhabilər barədə, Xaçmaz rayonu ərazisində vəhabilər olan şəxslərdən kimlərii tanıdığını soruşmuşdur. Şahin Əlibəyov da ona vəhabi olan şəxslərdən biri kimi X8 adını çəkmiş və Əsgərin vəhabi olduğunu ona söyləmişdir. O, Əsgərin harada yaşamasını, hansı ünvanda qaldığını, telefonu və maşını barədə soruşduqda, Şahin ona demişdir ki, Əsgər Xaçmaz rayonunun Qobuqırağı kəndində yaşayır. Şahinə vəhabilər barədə maraqlanmağının səbəblərini açıqlamamış, həmin məlumatları ondan İrandakı tanışlarının istədiyini bildirməmişdir. Şahindən həmçinin soruşmuşdur ki, Xaçmaz rayonu ərazisində vəhabilərin ən çox getdikləri məscid hansıdır. Şahin də vəhabilərin ən çox getdikləri məscidin Xaçmaz rayonunun Qobuqırağı kəndindəki məscid olduğunu bildirmişdir. O, Şahindən xahiş etmişdir ki, onu Əsgər İsmayılov dediyi şəxslə tanış etsin. 2018-ci ilin sentyabr ayında Ələmdar yenidən onunla telefonunun «Vatsap»ı vasitəsilə əlaqə saxlayaraq onu yenidən növbəti dəfə görüşmək üçün İranın Təbriz şəhərinə dəvət etmişdir. O, Təbrizə gəlmiş və orada Ələmdarla görüşmüşdür. Taksi və otel pulunu Ələmdar vermişdir. Sonuncu yenidən onu birinci apardığı otelə gətirmiş və onlar liftlə yenidən otelin yuxarı mərtəbələrindən birinə qalxıb oradakı otaqlardan birinə daxil olmuşlar. Otağa daxil olarkən o, həmin eynəkli iranlı şəxsi görmüşdür, sonuncu orada tək olmuşdur. Birinci görüşdəki eynəksiz şəxs isə olmamışdır. Görüşdükdən sonra eynəkli şəxs ümumi söhbətlərdən başlamış və sonradan vəhabilərlə bağlı dedikləri istiqamətdə hansı məlumatları topladığını ondan soruşmuşdur. Ələmdar da bu barədə soruşmuşdur. O, Xaçmaz rayonu ərazisində bir nəfər Əsgər adlı vəhabi şəxsi tapdığını, daha sonra vəhabilərin rayon ərazisində hansı məscidə gedibgəldiklərini öyrəndiyini onlara demişdir. Eynəkli şəxs «vəhabilərin içinə gir, yanlarına get, gör nə etmək istəyirlər, onların məqsədi Azərbaycanda və Suriyada nədən ibarətdir» ifadələrini ona deməklə verdikləri tapşırıqları yerinə yetirmək istiqamətində işləri davam etdirməyini bildirmiş, «Əsgərlə yaxından tanış ol, əlaqə yarat, onun fotoşəkilini çək, bizə göndər» ifadələrini demişdir. O da razılığını vermişdir. Görüşün sonunda eynəkli şəxs ona Azərbaycan pulu ilə 170 manat təşkil edən iran pulunu vermiş, özünün əl bloknotunun vərəqləri arasından kiçik ölçülü kağız parçası çıxartmış və onun qabağına qoymuşdur. O da, həmin pulu almağı ilə bağlı «Mən Təqsirləndirilən şəxs1 Məmmədağa oğlu flan qədər pulu aldım» məzmunlu qəbz yazmış, qol çəkmiş və eynəkli iranlıya vermişdir. 2018-ci ilin oktyabr ayının 10-da İrandan Azərbaycana qayıtdıqdan sonra təxminən 15-20 gün sonra Xaçmaz rayonunun İzmailovka kəndində yaşayan xalası Əziməxanımgildə olmuşdur. Axşam saat 19-20 radələrində Şahin ona zəng edərək harada olduğunu soruşduqda, o, Əziməxanım xalagildə olduğunu demişdir. Bir az sonra Şahin onlara gəlmiş və onu küçəyə çağırmışdır. O, küçəyə çıxanda görmüşdür ki, Şahin həmin gün tanış olub adını bildiyi Əsgər adlı şəxslə gəlib. Əsgər dediyi şəxsin uzun saqqalı olmuşdur. O, Əsgərlə görüşmüş və gəldikləri maşının arxa oturacağında əyləşmişdir. Gəldikləri qırmızı rəngli «VAZ-2106» markalı maşın Əsgərin maşını olmuşdur. Şahin evlərinin yanında maşından düşüb evlərinə getmiş, o isə, Əsgərlə Xaçmaz rayonunun İzmailovka kəndi ərazisində «Rizvanın» kafesi» kimi tanınan kafeyə gəlmişlər, çay sifariş etmişlər, bir az sonra çay gəlmiş və söhbətlərini davam etdirmişlər. Maşında olarkən Əsgərlə tanış olmuş, adının Mamed olduğunu Əsgərə demişdir. Söhbət zamanı o, Əsgərdən nə işlə məşğul olduğunu, vəhabilər barədə hansı məlumata malik olduğunu, özünün və yaxud tanışlarından kiminsə Suriyada döyüşlərdə iştirak edib-etməməsini və ümumiyyətlə Xaçmaz rayonu ərazisində vəhabilərin kimlər olması və məşğuliyyətləri barədə suallar vermişdir. Əsgər isə Suriyada döyüşlərdə iştirak etmədiyini, Türkiyədə apelsin bağlarında fəhlə işlədiyini ona söyləmişdir. Əsgər həmçinin ona demişdir ki, onlar vəhabi deyillər, onlar sələfidirlər. Daha sonra o, Əsgərə iranlı bir tanışının olduğunu, həmin tanışının onunla maraqlandığını bildirmişdir. Əsgər isə iranlılarla sələfilərin yola getmədiyini söyləmişdir. Lakin Əsgər həmin iranlı tanışının onunla nəyə görə maraqlanması barədə ondan heç nə soruşmamışdır. O da, Əsgərə söhbəti açmamışdır. Kafedən çıxdıqdan sonra o, Əsgərə onunla birlikdə selfi çəkmək istədiyini bildirdikdə, Əsgər etiraz etməmiş və o, mobil telefonu vasitəsilə Əsgərlə selfi, yəni özlərini çəkmişlər. Çəkilişi kafenin qarşısında etmişlər. Daha sonra o, telefonun «Vatsap»ı ilə həmin fotoşəkili Ələmdarın telefonunun «Vatsap»ına göndərmişdir. Bundan başqa həmin vaxt o, telefonundan Ələmdara «Vatsap»la zəng etmiş, hal-əhval soruşduqdan sonra Əsgərlə birlikdə olduğunu deyib, Əsgəri Ələmdara göstərmişdir. Əsgər də Ələmdarla salamlaşmış və hər ikisi bir-birilərini görmüşlər. Ələmdarla ümumi danışıqdan sonra sağollaşmışlar. Həmin hadisələr 2018-ci ilin səhv etmirsə noyabr aylarında baş vermişdir. Ələmdarla növbəti görüşü 2018-ci ilin dekabr ayının 13-də İranın Təbriz şəhərində olmuşdur. Həmin ərəfədə o, İrana yenidən Ələmdarın tapşırığına əsasən getmişdir. Ələmdar onu qarşılamış, taksi və otel pulunu yenidən özü vermiş və onu həmin otelə gətirmişdir. Liftlə yenidən otelin yuxarı mərtəbələrinə qalxmışlar və oradakı otaqların birinə daxil olmuşlar. Hər dəfə eyni otel olsa da, görüş yerləri olan otaqları hər dəfə ayrı-ayrı otaqlar olmuşdur. Otağa daxil olduqda orada həmin eynəkli şəxsin əyləşdiyini görmüşdür. Söhbət zamanı eynəkli şəxs ona Əsgərin fotoşəkilini göndərməyi barədə məlumatlı olduğunu bildirmiş, həmin istiqamətdə işlərin davam etdirilməsini söyləmişdir. Eynəkli şəxs görüş zamanı onunla birlikdə xarici ölkələrə səfərlərə çıxa bilib-bilməməyini soruşmuş, demişdir ki, həmin səfər zamanı sırf onu dəqiqləşdirmək üçün Ələmdar vasitəsilə onu çağırtdırıb. O da, etiraz etməyərək demişdir ki, problem yoxdur. O, eynəkli şəxsdən hansı xarici ölkəyə gedəcəklərini soruşduqda, sonuncu demişdir ki, onunla birlikdə Ukraynaya getmək lazım olacaqdır. Ondan rus dilini də hansı səviyyədə bilməyini dəqiqləşdirmişdir. Eynəkli şəxs Ukrayna ərazisində ona tərcüməçilik etməyini bildirmiş, o da, razılaşmışdır. Eynəkli şəxs yenə də cibindən Azərbaycan pulu ilə 270 manat təşkil edən iran pulunu çıxardıb ona vermiş, pulu götürdükdən sonra, iranlı özü ilə gətirdiyi və masa üzərində qarşısında olan bloknotun içərisindən kiçik ölçülü kağızı ona vermiş və o, əvvəlki qaydada adının baş hərfini, soyadını və atasının adını, eləcə də pulun məbləğini yazmış və imza etmişdir. Eynəkli şəxs Ukraynaya olacaq səfərin təfərruatlarını açıqlamamış, əlavə ona deyəcəklərini bildirmişdir. Ələmdarla növbəti görüşü 2019-cu ilin yanvar ayında baş tutmuşdur. Həmin ərəfədə onunla birlikdə İrana gedən xalasının kürəkəni Malik Valeh oğlu olmuşdur, soyadını bilmir. Malikin ürəyində problem olmuş və İranda həkim müayinəsindən keçmək istəmişdir. İranda Təbriz şəhərinə gəlmişlər, oradan taksi ilə Maliki «Korona» otelinə göndərmişdir. Özü isə Ələmdarla görüşmüşdür. Malikə deyib ki, onun iranlılarla vacib görüşləri var. Ələmdar onu özünün maşını ilə həminki otelə, yuxarı mərtəbələrdən birindəki otağa gətirmişdir. Orada o, yenidən həmin eynəkli şəxsi görmüşdür. Həmin səfər zamanı eynəkli şəxs ona bildirib ki, artıq dəqiqləşib, həmin ayın axırı Ukraynaya nəzərdə tutulan səfər reallaşacaqdır. O, uzaq səfərə çıxacağı üçün ailəsinin bütün ehtiyaclarını ödəməli olduğunu söyləmişdir. Demişdir ki, bazarlıq və bir qədər pul-para qoymalıdır ki, ailəsi korluq çəkməsin. Eynəkli şəxs cibindən Azərbaycan pulu ilə 450 manat təşkil edən iran pulunu çıxardıb ona vermiş, o da, pulu götürmüş və əvvəl dediyi qaydada pulu təhvil almağı ilə bağlı qəbz yazıb qol çəkmişdir. Oradan çıxıb Malikin yanına gəlmiş, onunla birlikdə satmaq üçün ərzaq məhsulları və yuyucu vasitələri almışlar və sonradan xəstəxanaya getmişlər. Oradan da bazarlıqlarını edib Azərbaycana qayıtmışlar. Ələmdar və eynəkli iranlı ilə növbəti görüşü 2019-cu ilin fevral ayının ortalarında baş tutmuşdur. Həmin ərəfədə yenə də onu Ələmdar Təbrizə çağırtdırmış, eyni qaydada yenidən onlarla otelin yuxarı mərtəbələrindəki otaqların birində görüşmüşlər. Görüş zamanı eynəkli şəxs Ukraynaya səfərin mahiyyətini ona açıqlamışdır. Plana əsasən, o, eynəkli şəxslə birlikdə Ukraynanın Odessa şəhərinə getməli, oradan əldə olunmuş 1 ədəd ampulanın içərisində olan civəni özünün üstündə gizlədərək saxlamalı, daha sonra onu daşıyaraq Odessa hava limanı yaxınlığına gətirməli və orada həmin eynəkli şəxsə verməlidir. Həmin vaxt Ələmdar cibindən Ukraynanın Odessa şəhərindən əldə edilmiş içərisində civə olan ampuladan istifadə qaydalarını özündə əks etdirən təlimat xarakterli kağız sənədi çıxardıb ona göstərmişdir. O, həmin sənədə baxmış və orada ampulanın fotosunu görmüş, həmin ampulanın ətrafında yazılar olmuşdur. O, eynəkli şəxsə onu «qurbanlıq» kimi Ukraynaya aparmaqda məqsədinin nədən ibarət olduğunu soruşmuşdur. Eynəkli şəxs isə ona narahat olmamağı, onun işinin sadəcə əldə edilmiş civənin bir ünvandan hava limanı yaxınlığındakı digər ünvana gətirməkdən ibarət olduğunu bildirmişdir. O isə, razı olmamışdır. Eynəkli şəxs ona Azərbaycan pulu ilə təxminən 200 manat təşkil edən iran pulunu vermiş və həmişəki kimi pulu təhvil almağı ilə bağlı ondan qəbz almışdır. 2019-cu ilin aprel ayında yenidən Ələmdarın tapşırığına əsasən İranın Təbriz şəhərinə gəlmiş və orada onunla görüşmüşdür. Ələmdar onu başqa bir otelə gətirmiş və otaqların birinə daxil olmuşlar. Orada onu əvvəllər görmədiyi və tanımadığı bir iranlı gözləmişdir. Həmin iranlı təxminən 35-37 yaşlı, orta boylu, dolu bədən quruluşlu, bığ və saqqal saxlamayan, qəhvəyi rəngli arxaya daranan saçları olan şəxs olmuşdur. Həmin iranlı onunla əvvəl görüşmüş eynəkli iranlını tanıyıb-tanımamağını soruşmuşdur. O da, deyib ki, tanıyır. Həmin iranlı eynəkli iranlıya istinadən ondan Gürcüstana gedə bilib-bilmədiyini soruşmuşdur. O, səbəbini soruşmuş, iranlı da başa salıb ki, orada bir nəfər onlara pul atıb və onu geri qaytarmaq lazımdır. Onu da özləri ilə aparırlar ki, guya həmin pul onun puludur və gürcü də görsün ki, pulun yiyəsi həqiqətən də pulunu geri istəyir. O, həmin iranlının təklifinə etirazını bildirmişdir. Görüşün sonunda həmin iranlı ona Azərbaycan pulu ilə 270 manat iran pulunu vermiş və pulu təhvil almağı ilə bağlı əvvəlki qaydada qəbz almışdır. 2019-cu ilin may ayında Ələmdar ona «Vatsap» vasitəsilə Quba rayonunun Qırmızı Qəsəbəsinin foto və videoçəkilişinin aparılaraq ona göndərilməsi barədə növbəti tapşırıq vermişdir. O, Ələmdarın tapşırığına əsasən Qusar rayonuna gedən hissədən, Qırmızı Qəsəbənin yuxarı hissəsindən «ZTE» markalı telefonu ilə video və foto çəkilişlər, o cümlədən milliyyətcə yəhudi olan Qod adlı şəxsin evinin görüntülərini çəkmiş və foto və videoçəkilişlərin hamısını «Vatsap»la Ələmdara göndərmişdir. Ələmdarla növbəti görüşü 2019-cu ilin iyun ayında Təbriz şəhərində baş tutmuşdur. Ələmdar yenə də onu qarşılamış, taksi və otel pulunu vermişdir. Onu əvvəllər görüşdüyü otellərdən birinə gətirmiş və orada otaqların birinə daxil olmuşlar. Orada eynəkli iranlı və həmin ilin aprel ayında görüşdüyü iranlı şəxs də olmuşdur. Söhbət zamanı onlar onun telefonunda Quba rayonunun Qırmızı Qəsəbəsinin çəkdiyi şəkillərinə və videosuna baxmışlar, daha sonra telefonu söndürüb ona qaytarmışlar. Həmin görüşdə eynəkli iranlı Xaçmaz rayon sakini Əsgərlə maraqlanmağa davam etmiş, Əsgərin nə ilə dolanması və sair işlərlə maraqlanmışdır. Söhbətin sonunda eynəkli iranlı ona tapşırıq verib ki, Əsgərin atasının və uşaqlarının, Əsgərin yaşadığı evin və idarə etdiyi maşının fotoşəkillərini çəkib həm Ələmdara «Vatsap»la göndərsin, həm də ki, növbəti dəfə İrana görüşə gələrkən özü ilə aparıb onlara versin. O da, razılaşmışdır. Həmin görüşün sonunda eynəkli şəxs ona Azərbaycan manatı ilə 210 manat təşkil edən iran pulunu vermiş və ənənəvi olaraq ad, soyad və atasının adını, pulu təhvil almağı ilə bağlı qeydlər yazaraq qol çəkmişdir. Azərbaycana qayıtdıqdan sonra Xaçmaz rayonu ərazisində Əsgərlə görüşmüş və ona iranlıların onun atasının, övladlarının, idarə etdiyi maşının və yaşadığı evin şəkillərinin çəkilərək onlara göndərilməsini tapşırdıqlarını demişdir. Əsgər də ona atası və iki övladının idarə etdiyi qırmızı rəngli «Vaz-2106» markalı avtomaşının qarşısında çəkilmiş fotoşəkilini göndərmişdir. Daha sonra Əsgərlə birlikdə olarkən Əsgərin yaşadığı evin fotoşəkilini çəkmiş və «Vatsap»la Ələmdara göndərmişdir. 2019-cu ilin aprel ayının 15-də İrana etdiyi növbəti səfəri zamanı Ələmdarın vasitəsilə tanış olduğu Mühəndis dediyi iranlı növbəti dəfə İrana gələcəyi təqdirdə onun üçün bir ədəd sim-kart alıb gətirməsini tapşırmışdır. O da, 2019-cu ilin iyun ayının 16-da Bakı şəhərində metronun «Neftçilər» stansiyası yaxınlığında mobil telefon nömrələrinin satışı ilə məşğul olan mağazadan 2 manata ***-***-**- ** telefon nömrəsi almış və həmin nömrə özünün adına rəsmiləşdirilmişdir. 2019-cu ilin iyun ayının 16da İrana etdiyi səfərində Mühəndislə görüşüb həmin nömrəni ona vermişdir. Həmin nömrəni nəyə görə istəməsini Mühəndisdən soruşduqda, sonuncu işinin olduğunu bildirmişdir. 2019-cu ilin sentyabr ayında İrana etdiyi səfərində də həmin şəkilləri özü ilə aparıb eynəkli iranlı şəxsə göstərmişdir və sonuncu da deyib ki, bilir, məlumatlıdır, Ələmdara onları göndərmisən. Həmin görüşdə eynəkli iranlı Azərbaycana qayıdacağı təqdirdə ona növbəti tapşırıqlar vermişdir. Tapşırıq ondan ibarət olmuşdur ki, o, Xaçmaz rayonu ərazisində vəhabilərin ən çox toplaşdığı ərazilərin, vəhabilərin getdikləri məscidlərin yerləşdikləri ərazilərin fotoşəkillərini çəkib onlara göndərsin və növbəti dəfə İrana gələndə özü ilə onlara aparsın. O, razılığını bildirmişdir. Eynəkli iranlı cibindən Azərbaycan manatı ilə təxminən 210 manat iran pulu təşkil edən pulu çıxardıb ona vermiş və həmişəki qaydada pulu təhvil almağı ilə bağlı qəbzə qol çəkmişdir. 2019-cu ilin sentyabr ayında İrandan qayıtdıqdan sonra o, Xaçmaz rayonuna evilərinə gəlmişdir. Bir neçə gündən sonra o, aldığı tapşırığın icrası ilə bağlı istifadəsində olan «ZTE» markalı mobil telefondan istifadə etməklə günorta saatlarında vəhabilərin toplaşdığı Xaçmaz rayonunun Qobuqırağı kənd məscidinin və onun yerləşdiyi ərazilərin fotoşəkillərini çəkmişdir. Daha sonra Xaçmaz şəhərinin mərkəzində Nəriman Nərimanov küçəsindəki məscidin və şəhər məscidi adlanan məscidin və onların yerləşdikləri ərazilərin fotoşəkillərini çəkmiş və telefonun «Vatsap»ı ilə Ələmdara göndərmişdir. Həmin hərəkətləri tək icra etmişdir, həmin işdə ona heç kim kömək etməmişdir. Həmin ilin dekabr ayında İrana gedərkən də o, həmin fotoşəkilləri eynəkli iranlıya və bir daha Ələmdara göstərmişdir. Dekabr ayında səfər zamanı onlar ona növbəti tapşırıq vermişlər. Tapşırıq Bakı şəhərində Qaraçuxur qəsəbəsində yerləşən vəhabilərin ən çox toplaşdığı məscidin, İsrailin Azərbaycandakı səfirliyinin yerləşdiyi ərazinin fotoşəkillərini çəkilməsindən ibarət olmuşdur. Həmçinin tapşırmışlar ki, İsrailin Azərbaycandakı səfirliyindən Quba rayonunun Qırmızı Qəsəbə yaşayış məntəqəsinə kimlər gəlsə, onlar barədə məlumat toplayıb onlara ötürsün. O, razılıq versə də, bu istiqamətdə heç bir iş görməmişdir. Dekabr ayında ona 130 manat pul vermişlər (cild 1, iş vərəqi 12-23, 24-26, 50-60, 73-74, 186-187, 190-192, cild 4, iş vərəqi 34-35, 52-54). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs1 həmin ifadələrini təsdiq etdiyini, verilən tapşırıqları icra etməkdə məqsədinin iranlılardan pul almaqdan ibarət olduğunu, əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi. Bununla belə o, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərdi ki, 2013-cü ilin noyabr ayının sonunda İrana səfəri zamanı İranın Biləsuvar rayonunda əslən Quba rayonunudan olan Mamed adlı şəxslə tanış olmuşdur. O, İran Biləsuvarında mağazalardan birindən təxminən 40 manata mobil telefon almış, lakin sonradan qaytarmaq qərarına gəlmiş və həmin mağazaya getmişdir. Lakin satıcı qaytarmamış və bunun üstündə mübahisələri yaranmışdır. Həmin vaxt sonradan əslən Quba rayonundan olduğunu bildiyi Mamed onlara yaxınlaşmış və mübahisədə onun tərəfini saxlamışdır. Bundan sonra iranlı satıcı onun pulunu qaytarmış, bu qaydada onun Mamed kimi tanıdığı və sonradan əsil adının Təqsirləndirilən şəxs1 olduğunu bildiyi şəxslə tanışlığı başlamışdır. Caməmməd İrana ehtiyat hissələri gətirmiş və orada Daryuşun mağazasına satmağa vermiş, həmçinin onların hər ikisi Ələmdarı tanımışlar. 2013-cü ilin noyabr ayının sonundakı səfəri zamanı Hacı Ələmdar ona Azərbaycanda təbliğat aparmaq məqsədilə dini ədəbiyyat vermişdir. Həmin dini ədəbiyyatlar onun çantasının içərisində olmuş və onları Azərbaycana keçirmişdir. Ələmdar Caməmmədə də həmin dini ədəbiyyatlardan vermişdir. O, həmin kitabları Azərbaycanda konkret olaraq kiməsə verməmişdir. İrana etdiyi həmin səfərində o, İran Biləsuvarında mağazaların birindən səs və video yazan kiçik ölçülü bir cihaz almışdır. Həmin vaxt 2 ədəd cihaz almışlar. Mağazada onunla Caməmməd də olmuşdur. Cihazı əldə etməkdə məqsədi həmin cihazı Azərbaycan ərazisində baha qiymətə satmaq olmuşdur. İranda cihazı Azərbaycan pulu ilə 50 manata almışdır. Bildiyinə görə, Caməmməd də cihazı Azərbaycana keçirmişdir. O, həmin cihazdan heç bir məqsəd üçün istifadə etməmişdir. Təqsirləndirilən şəxs2 ifadəsinə görə, bir dəfə 2015-ci ildə Mamed kimi tanıdığı Caməmməd arvadı ilə onlara gəlmiş və arvadının xəstəliyi ilə bağlı İrana getmək istəmişlər. O da, Ələmdara telefonunun «Vatsap»ından səsli mesaj göndərib Mamedə köməklik etməyi xahiş etmişdir. Mamed İrana gedib əvvəl Ələmdarla əlaqə saxlamayıb. Sonra Ələmdar ona zəng vurub maraqlanmış, o da, Mamedə deyib ki, Ələmdar onu İran Biləsuvarında gözləyir. Sonradan Ələmdar gedib onunla xəstəxananın yaxınlığında görüşmüşdür. Növbəti dəfə ticarət məqsədilə İranın Biləsuvar şəhərinə keçdikdən sonra Daruş adlı şəxsin mağazasında adının Hacı Ələmdar olduğunu şəxslə tanış olmuşdur. Ələmdar onunla söhbət zamanı özünün Təbriz və İranın digər şəhərlərində xəstəxanalarda yaxşı tanış həkim dostlarının olduğunu bildirib, əgər həkimlə bağlı müraciət olarsa ona deməyini bildirmişdir. Ələmdar özünün istifadəsində olan **********05 İran nömrəsini ona vermiş, o da, həmin ərəfədə istifadəsində olmuş ***-***-**-**, ***- ***-**-** və ***-***-**-** telefon nömrələrini Ələmdara vermişdir. Görüş zamanı o, Ələmdara xırda ticarətlə məşğul olduğunu, İrandan ərzaq məhsullarını və yuyucu vasitələrini almaqla və Azərbaycana aparıb satmaqla məşğul olduğunu demişdir. Ələmdar ilk görüş zamanı ona bildirmişdir ki, əgər kimsə İran ərazisində ziyarətgahları gəzmək istəsə, özü həmin şəxslərə bələdçilik edə bilər. Həmin görüşdən sonra onun Ələmdarla başqa bir söhbəti olmamış və o, öz alverini edib Azərbaycana qayıtmışdır. 2015-ci ilin dekabr ayından 2017-ci ilin fevral ayına qədər onun Ələmdarla demək olar ki, heç bir əlaqəsi və münasibəti olmamış, həmin müddətlərdə də İrana səfəri olmamışdır. Həmin ərəfədə qayınatası ilə birlikdə tikinti işlərində işləmək üçün Kazaxstanın Aktau şəhərinə getmişlər. Orada işləsələr də, lazımi zəhmət haqlarını verməmişlər. Azərbaycana qayıtdıqdan sonra ailəsinin borc içində üzdüyünü görmüş, 2017-ci ilin fevral ayında rəsmi sənədi əsasında Astaradan keçməklə İrana gedib Ələmdarla görüşmüşdür. Ələmdara ailəsinin real durumunu izah etmiş və bir daha ondan bizneslə bağlı ona köməklik etməsini xahiş etmişdir. Ələmdar da ona kömək edəcəyini bildirmişdir. O, 2017-ci ilin fevral ayının sonunda İrana etdiyi səfərində Ələmdar onu Seyid adlı başqa bir iranlı ilə tanış edərək həmin şəxsin ona biznes işlərində köməklik edəcəyini bildirmişdir. Ələmdar Seyidin halal adam olduğunu və dindar olduğunu ona demişdir. O, Seyidlə birlikdə sonuncunun təklifi ilə Təbriz şəhərindəki parkların birinə gəlmiş, orada Seyid özü ilə götürdüyü qəhvəyi rəngli diplomat tipli çantadan üzərində fars qrafikalı yazıları olan kağız parçası və bir qələm çıxartmış, daha sonra 400 manat təşkil edən İran pulunu ona verərək kağızda pulu almağı ilə bağlı qeydlər etməyi xahiş etmişdir. Seyid «bu pul məsciddə yığılan beytulmalın pulundandır, kağızı da məscidin Axunduna verəcəm» ifadələrini işlətmiş, İranda maddi vəziyyətdən ağır olan ailələrə kömək etməyin dəbdə olduğunu ona söyləmişdir. Daha sonra Seyidin təklifi ilə həmin kağızda «Mən Təqsirləndirilən şəxs2 beytul-maldan mənə kömək üçün ayrılan pulu Seyiddən qəbul etdim, bu görüş barədə heç kimə danışmayacam, Seyidlə aramızda olan söhbəti də heç kimə danışmayacam» fikirlərini yazmışdır. Seyid pulu almağı barədə Ələmdarın da məlumatının olmamasını ona tapşırmışdır. Görüşlərinin sonunda Seyid ona özü ilə əlaqə saxlamaq üçün heç bir telefon nömrəsi verməyərək tapşırmışdır ki, onunla görüşmək istəsə, Ələmdarla əlaqə saxlasın. Görüşdən sonra o Azərbaycana qayıtmışdır. 2017-ci ilin avqust ayının birinci ongünlüyündə Ələmdar ona İrana gəlməyini və Seyidlə görüşəcəyini söyləmişdir. O, həmin ərəfədə İrana getmiş, Təbriz şəhərində avtovağzalda Ələmdar və Seyidlə görüşdükdən sonra sonuncular onu otelə aparmışlar. Səhəri gün Seyid idarə etdiyi avtomaşınla onu oteldən götürüb səhər yeməyi verilən restorana gəlmişlər. Səhər yeməyini yedikdən sonra onlar parka gəlmişlər. Orada onunla açıq danışacağını, Ələmdarın onun haqqında müsbət fikirlər bildirdiyini qeyd etmiş, daha sonra Seyid onun anket məlumatları haqqında, valideynləri, ailə üzvləri haqqında, harada hərbi xidmət keçməsi, dövlət orqanlarında, polis orqanlarında işləyən qohum-əqraba, dosttanışlarının olub-olmamasını soruşmağa başlamışdır. Seyid demişdir ki, bilirsən də, İsrail bütün dünya müsəlmanlarına zülm edir, müsəlmanları qırmaqla məşğul olur, Quba rayonundakı «Qırmızı Qəsəbə»dən fotoşəkillər çəkib gətirsə, ona yaxşı pul verə bilər. Seyid İsrailin Azərbaycandakı səfirliyinin harada yerləşməsi və vəhabi dostlarının olub-olmaması, İsrailin Azərbaycandakı səfirliyinin ətrafında hər hansı obyektdə usta kimi işləyib-işləməməsini, polis orqanlarında və yaxud hüquq-mühafizə orqanlarında işləyən və şiə namazı qılan, şiə təriqətinə mənsub etibar etdiyi şəxslərin olub-olmamasını soruşmuş, olacağı təqdirdə onunla tanış edərək əlaqəsinə verməsini ona bildirmişdir. Seyidin başqa bir adı da olmuş, ona Ağa Mühəndis və ya Muhandis deyə müraciət edirmişlər. Mühəndis həmçinin deyirmiş ki, o, Ərdəbil məscidinin imamı tanınmış X30 ilə birlikdə hərbi xidmətdə olmuşdur. Seyid və Ağa Mühəndis deyilən həmin şəxs hərəkətlərində çox ehtiyatlı davranmış, parkda görüşüb söhbətə gedərkən də parkı bir neçə dəfə dövrə edib sonra parka daxil olmuşlar. Təqsirləndirilən şəxs2 ifadəsində daha sonra göstərdi ki, Seyid, Ağa Mühəndis adlı şəxs ona Azərbaycan Respublikası ərazisində yaşayan vəhabilər, onların anket məlumatları, fotoşəkilləri, yaşadıqları ünvanlar və sair məlumatları toplamaq, İsrail dövlətinin Azərbaycan Respublikasındakı səfirliyinin inzibati binasının yerləşdiyi ərazinin fotoşəkillərinin çəkilməsi, səfirlikdə işləyən şəxslərlə əlaqə yaratmaq və əlaqələri inkişaf etdirmək, Quba rayonunun Qırmızı Qəsəbə yaşayış məntəqəsinin foto və video çəkilişlərini etmək, Azərbaycan Respublikasında fəaliyyət göstərən dövlət orqanlarında, xüsusilə məhkəmə, prokurorluq və polis orqanlarında işləyən tanışlar tapmaq, əgər orada tanışlar varsa, onlarla əlaqə yaratmaq, həmin şəxsləri əlverişli bir şəraitdə və vaxtda İrana gətirərək onlarla tanış etmək, Azərbaycan Respublikasının Rabitə Nazirliyində tanışlar tapmaq və yaxud orada işə düzəlmək, tanış və yaxud işə düzəldikdən sonra isə onları deyəcəkləri nömrələri müəyyən etmək, həmin nömrələrlə aparılan danışıqlara qulaq asmaq və danışıqlara nəzarət etmək, Azərbaycan Respublikasında sərhədyanı bölgələrdə yerləşən hərbi hissələrdə hərbi xidmətdə olan hərbçilər arasından dost və tanış tapmaq, həmin hərbçilərin maddi və sosial problemlərini dəqiq müəyyən etmək, əlverişli şəraitdə onları İran ərazisinə keçirib onlarla tanış etmək, Azərbaycan Respublikası ərazisindəki xəstəxanalarda işləyən və gələcəkdə onların əlaqəsinə vermək üçün həkimlər tapmaq, həkimlərlə tanış olub əlaqə yaratmaq, X3 turist məqsədilə səfər etmiş milliyyətcə ərəb olan şəxslərdən tapıb onlarla dostluq əlaqələri qurmaq, onların Bakı və ümumiyyətlə Azərbaycan Respublikası ərazisində, xüsusilə Qəbələ rayonu ərazisində hərəkət marşrutlarını, onların qaldıqları otelləri, istirahət məqsədilə gəzdikləri kafe və restoranları müəyyən etmək, Bakı şəhərində fəaliyyət göstərən «Mövlanə» restoranına gəlibgedən xarici vətəndaşları, xüsusilə milliyyətcə yəhudi olan şəxsləri müəyyən edib onların fotoşəkillərini çəkmək, maliyyə yardımının göstərilməsi məqsədilə Azərbaycan ərazisində ibadətlə məşğul olan, ehtiyacı olan mömin ailələri müəyyən etmək kimi tapşırıqlar vermişlər. O, Ağa Mühəndis və Seyid deyə çağırılan iranlının verdiyi tapşırıqla bağlı Azərbaycan ərazisində özünün mobil telefonu vasitəsilə «İnternet»ə daxil olaraq vəhabilər barədə məlumatları və bir neçə vəhabinin fotoşəkilini götürərək, Ələmdarın mobil telefonunun «Vatsapı»na göndərmiş, sonuncu da həmin məlumatları Ağa Mühəndisə vermişdir. Təqsirləndirilən şəxs2 ifadəsində həmçinin göstərdi ki, Quba rayonunun Qırmızı Qəsəbə yaşayış məntəqəsinin foto və video çəkilişlərinin aparılması tapşırığının icrası ilə bağlı o, əsgərlik yoldaşı əslən Yardımlı rayonunun Alar kəndindən olan Sarid Şahverənovun qardaşı Zahidə müraciət etmişdir. Lakin Zahidə nə Ələmdar, nə də ki, Ağa Mühəndis və Seyid deyə çağırılan iranlılar barəsində konrket olaraq heç nə deməmişdir. Zahid də yol pulunun olmadığını və 2-3 gün sonra ona edilən təklifə dəqiq bir cavab verəcəyini söyləmişdir. 2-3 gündən sonra Zahid onunla telefon əlaqəsi saxlayaraq ona edilən təklifdən «Heydər, sənin dediyin mənim ürəyimə nəsə pis gəlir, ona görə də başına dönüm, mən sən dediyini edə bilmərəm» deyərək imtina etmişdir. O da, Zahidin üstünə getməmişdir. Zahidin mobil telefon nömrəsi ***-***-**-** olmuşdur. Daha sonra o, Ağa Mühəndis və Seyid deyə çağırılan iranlının tapşırığı əsasında əslən Neftçala rayonunun Petdişin kəndindən olan, əvvəllər oğurluq üstündə məhkumluq həyatı yaşamış İlham adlı tanışına onunla birlikdə İrana getməyi təklif etmişdir. İlhama deyib ki, saqqal buraxsın, saqqalı uzun olsun ki, İrana onu aparıb oradakı tanışına vəhabi kimi təqdim etsin. Çünki Ələmdara artıq demişdir ki, tanışı İlham vəhabilərin içərisindədir və istənilən məlumatı onun vasitəsilə əldə edə bilərlər. Lakin son anda İlham onun təklifinə etiraz etmiş və onunla İrana getməmişdir. İlhamın mobil telefon nömrəsi ***- ***-**-** olmuşdur. O, verilən həmin tapşırıqların icrası ilə bağlı Ağa Mühəndis və Seyid deyə çağırılan iranlıdan hər dəfə 200 manat olmaqla iki dəfə pul almışdır. Hər dəfə də pulu alanda ona təqdim olunan yuxarı hissəsində fars yazıları olan kağızda soyad, ad və atasının adını, aldığı pulun məbləğini yazmaqla imza etmişdir. Onun Seyidlə bir başa telefon və yaxud sosial şəbəkələr vasitəsilə əlaqəsi və danışıqları olmamışdır. O, yalnız Əlamdarın xəbər etməsindən sonra İrana etdiyi səfərində Seyidlə görüşmüşdür. Seyid özü də ona demişdir ki, onunla görüşmək istəsə, mütləq şəkildə Ələmdarla əlaqə saxlasın. Ələmdarın da nömrəsi onda olmuşdur. Seyid dediyi həmin iranlı ilə onun növbəti görüşü 2017-ci ilin aprel ayında İranın Təbriz şəhərində olmuşdur. Seyid idarə etdiyi «Azsamand» markalı maşını ilə onun dalınca otelin qarşısına gəlmiş və onu oteldən götürmüşdür. Həmin gün Seyidlə birlikdə parkda gəzmişlər, kafelərin birində oturub çörək yemişlər, maşında şəhəri gəzmişlər, namazın vaxtlarında məscidə getmişlər. Həmin görüşdə Seyid dediyi həmin tapşırıqları ona vermişdir. Həmin səfər zamanı 1 gün İranda qalmışdır. Səhəri gün Seyid idarə etdiyi maşınla otelə onun dalınca gəlmiş və onu Təbriz avtovağzalına gətirmişdir ki, oradan bir maşınla sərhədə getsin, oradan da Azərbaycana keçsin. Təbriz avtovağzalına gələrkən yolda Seyid sürücü oturacağının günlüyündən kiçik ölçülü bir kağız parçası götürmüş və ona verərək «bu mənim telefon nömrəmdir, bu nömrəni əzbərlə, sonra cır tulla, bu nömrəni sənə ona görə verirəm ki, birdən Ələmdara zəng çatmaz, sənin də mənə vacib sözün olar, bax onda bu nömrəyə zəng edərsən danışarıq» ifadələrini bildirmişdir. O da, həmin kağız parçasını götürmüş və həqiqətən də orada əl ilə qələmlə bir iran nömrəsi yazılmışdır. Kağız parçası onun əlində təxminən bir dəqiqə qalmış və o, həmin nömrəni əzbərləyə bilmişdir. Bir dəqiqədən sonra Seyid fikrini dəyişmiş və ondan həmin kağız parçasını geri alaraq, ehtiyac olmadığını, lazım olsa Ələmdar vasitəsilə əlaqə saxlamasını tapşırmışdır. Seyid Təbriz avtovağzalında onu düşürdüb çıxıb getmişdir. Seyidin kağız parçasındakı nömrəsi onun yadında təxmini qalmış və o, həmin nömrəni telefonunun yaddaşında «İİ +**********70» qeydi kimi yazmışdır. Amma heç vaxt həmin nömrə ilə danışmamış, nə də ki, həmin nömrədən ona heç vaxt zəng gəlməmişdir. Həmin hadisəni xatırladığı üçün onları istintaqa bildirmişdir. Həmçinin bildirir ki, onun telefonunun yaddaşında «Hacı İran +**********05» qeydini də özü yazmışdır ki, həmin qeyd Ələmdara aid olan telefon nömrəsidir və sonuncunun adını da Hacı İran kimi telefonuna yazmışdır. Ələmdarın həmin telefon nömrəsini Ələmdar özü ona vermişdir. Həmin nömrənin «Vatsap»ı da olub ki, o da, həmin nömrə ilə əlaqə saxlamışdır. Əvvəllər onda Ələmdarın **********05 telefon nömrəsi də olmuşdur. Həmin telefon nömrəsinin də «Vatsap»ı olub. Maliyyə yardımının göstərilməsi məqsədilə Azərbaycan ərazisində ibadətlə məşğul olan, ehtiyacı olan mömin ailələrin müəyyən edilməsi ilə bağlı Seyid dediyi şəxsdən aldığı tapşırığının icrası istaqamətində hansı hərəkətləri etməyi ilə bağlı suala cavab verən Təqsirləndirilən şəxs2 göstərdi ki, 2017-ci ilin may-iyun aylarında bərbərxanada olarkən bərbər Hacı Bahadurdan xahiş etmişdir ki, tikinti obyektində bir iş götürüb, usta kimi ibadətlə məşğul olan və ehtiyacı olan, ağıllı və təmiz bir şəxs olsa, ona desin və yaxud onunla tanış etsin ki, onunla birlikdə işləsin. Bahadur da həmin il yayın sonlarına təsadüf edən bir vaxtda onu əslən Salyan rayonundan olan Şahid6 adlı bir şəxslə tanış etmişdir. Xəyal da iki uşağı ilə birlikdə onun kimi Bayılda ailəsi ilə birlikdə kirayədə yaşamışdır. Xəyalla tanışlıqdan sonra görmüşdür ki, həqiqətən Xəyalın da onun kimi maddi ehtiyacları var. Xəyalın istifadəsində olan mobil telefon nömrəsi telefonunun yaddaşında «***-***-**-** Xəyal sim Salyan» qeydi kimi həkk olunmuşdur. 2017-ci ilin yay aylarının sonunda o, Bakı şəhərinin «Şamaxinka» adlanan ərazisində yerləşən bina evlərinin birindəki mənzili təmir etməsinin sifarişini qəbul etmişdir. Həmin mənzilin sahibi Nərgiz adlı qadın olmuşdur. Xəyalla birlikdə Nərgizlə danışıb razılaşmışlar. Nərgiz hətta onlara 600 manat beh də vermişdir. Bir az işlədikdən sonra tikinti materialları qurtarmış və Nərgiz xanım bildirmişdir ki, bir neçə gündən sonra həmin tikinti materiallarını alıb onlara verəcək, ya da ki, pulu onlara verəcəkdir ki, materialları onlar özləri alsınlar. Xəyal da həmin ərəfədə kirayə haqqını ödəmək üçün pulunun olmadığını ona demiş, onun özündə də vəziyyət eyni ilə Xəyaldakı vəziyyətdən olmuşdur. Həmin vaxt o, Xəyala danışmışdır ki, İranda tanışları var və onlar ehtiyacı olan momin insanlara və momin ailələrə maliyyə yardımı edir, pul və ərzaq məhsulları verirlər. Özünün də oradan pul aldığını Xəyala bildirmişdir. Xəyala onu da həmin iranlılarla tanış edə biləcəyini demiş, Xəyal da etiraz etməyərək onunla birlikdə İrana getməyə razılığını bildirmişdir. O da, Hacı Ələmdara zəng edərək bir nəfər dostu ilə onun yanına gəlmək istədiklərini bildirmişdir. Hacı Ələmdar ona zəng edərək «dokturla danışdım, o da, dedi ki, gəlsinlər» ifadələrini demişdir. Hacı Ələmdarın «Doktur» dedikdə barəsində ifadəsində göstərdiyi Seyid, Mühəndis adlı iranlını nəzərdə tutduğunu dəqiq bilmişdir. Ələmdar və Seyidlə Təbriz şəhərində görüşəcəklərindən İrana Astaradan keçməklə getməyi planlışdırmışlar. O, Xəyalla razılaşmış və qərara gəlmişlər ki, 2017-ci ilin noyabr ayının 3-də İrana Astaradan keçməklə getsinlər. Həmin gün Xəyalla Bakı şəhərinin Bayıl qəsəbəsində «Dünya» marketinin yanındakı avtobus dayanacağında görüşmüş və birlikdə «Lökbatan dairəsi» deyilən əraziyə gəlmişlər, lakin orada Astaraya gedən taksi tapmamışlar və ona görə məcbur qalıb Biləsuvar rayonuna getmişlər. 03 noyabr 2017-ci il tarixdə saat 12 radələrində sərhədə çatmışlar. İlk olaraq Xəyal sərhədi keçmiş, sonradan özü keçmək istəyəndə, onun ölkədən çıxışına qadağa qoyulduğunu bildirmişlər. Azərbaycan Respublikasında sərhədyanı bölgələrdə yerləşən hərbi hissələrdə hərbi xidmətdə olan hərbiçilər arasından dost və tanış tapmaq, həmin hərbiçilərin maddi və sosial problemlərini dəqiq müəyyən etmək, əlverişli şəraitdə onları İran ərazisinə keçirib onlarla tanış etməklə bağlı Seyid dediyi şəxsdən aldığı tapşırığının icrası istaqamətində hansı hərəkətləri etməyi barədə Təqsirləndirilən şəxs2 göstərdi ki, o, həmin tapşırıqla bağlı bir nəfər yaxın dostu - əslən Neftçala rayonundan olan, hazırda Ukraynada yaşayan Vaqif Qəmbərovun qardaşı X9 adını, harada yaşamasını və hərbçi olmasını Seyidə demişdir. Həmin ərəfədə o, «facebook» sosial şəbəkəsi vasitəsilə Ukraynada yaşayan Vaqif Qəmbərovla danımış və ondan qardaşı Vasif barədə sorğu-sual etməyə başlamış, Vasifin nömrəsini istəmiş, Vasifin harada və hansı işlə məşğul olmasını Vaqifdən soruşmuşdur. Vaqif də ona qardaşı Vasifin telefon nömrəsini vermiş və bildirmişdir ki, Vasif əvvəllər hansısa hərbi hissədə MAXE kimi qulluq etmiş, lakin hansısa səbəblərdən hərbi xidmətdən tərxis olunub və hazırda atası Qəmbər kişi ilə Neftçala rayonu ərazisində toylarda kabab bişirirlər. O da, Vaqiflə danışdıqdan sonrakı müddətdə Seyidlə İranda görüşü vaxtı bir nəfər Vasif adlı Bakı şəhərində dislokasiya olunmuş hərbi hissələrdən birində qulluq edən hərbçi tanışının olduğunu demişdir. Vasifin Bakı şəhərində hərbi xidmət keçməsini yalandan Seyidə demişdir. Seyid də ona təcili olaraq Vasifin maddi çətinliyinin olub-olmamasını dəqiqləşdirməyi, əlverişli şəraitdə Vasifin İrana onun əlaqəsinə çıxarılmasını tapşırmışdır. Seyid həmçinin tapşırmışdır ki, Vasifdən İsraildən hərbi sahədə olan mütəxəssislər onun hərbi xidmətdə olduğu hərbi hissəyə gəldiklərini və onlara təlim keçdiklərini soruşsun. O da, növbəti dəfə Seyidlə görüşəndə Vasifdən dediyi məsələləri dəqiqləşdirdiyini, həqiqətən də İsraildən mütəxəssislərin gəlib Azərbaycan hərbçilərinə təlim keçdiklərini təsdiqləmişdir. Əslində isə, Vasifdən heç nə soruşmamış və onun Vasiflə heç bir görüşü olmamışdır. Təqsirləndirilən şəxs2 əməlindən peşman olduğunu, iranlılarla görüşlərinin bu qədər ciddi cəzalandırıla biləcəyini düşünmədiyini və maddi imkansızlığı ucbatından bu cür işlərə baş qoşduğunu, azyaşlı uşaqlarını nəzərə alıb onun yüngül cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, rəsmi adı Şamil olsa da, uşaqlıq illərindən hamı onu Şahin deyə çağırmış, Təqsirləndirilən şəxs1 tanımış, sonuncu onun əmisi Nadirin baldızı oğludur, Caməmmədə hamı Mamed deyə müraciət edirlər. Mamedlə bir qohum kimi münasibəti normal olmuş, Mamed də ona Şahin deyə müraciət etmişdir. Şahid1 ifadəsinə görə, həqiqətən də 2018-ci ilin sentyabr ayında Xaçmaz rayonu ərazisində o, Təqsirləndirilən şəxs1la görüşmüş, görüş zamanı Mamed ondan Xaçmaz rayonu ərazisində vəhabilərin olub-olmadığını, kimləri tanıdığını, vəhabilərin Xaçmaz rayonu ərazisində ən çox ziyarət etdikləri məscidlərin yerləri barədə soruşmuşdur. O, Mameddən verilən sualların səbəbini soruşduqda, Mamed namaza başlamaq istədiyini bildirmişdir. Ozü 2015-ci ildən ibadət edir və Mamedin namaz qılmaq istəyini eşidəndə, bir qədər sevinmişdir. Çünki Mamed yeyib-içən şəxs olmuş, içki onun iki ailəsinin dağılmasına səbəb olmuşdur. Mamed 2018-ci ilin əvvəllərindən Xaçmaz rayonu ərazisində kirayədə yaşamışdır. O, sələfi kimi Qurani-Kərimi oxuyub bilən şəxs kimi Xaçmaz rayonunun Qobuqırağı kənd sakini X12 Mamedə məsləhət bilmişdir. Mamed ondan Əsgər İsmayılovun hansı ünvanda yaşamasını, telefon nömrəsini bilib-bilməməyini soruşmuş və onu Əsgər İsmayılovla tanış etməyini xahiş etmişdir. O, X18 rayonunun Qobuqırağı kəndində yaşadığını Mamedə demiş, onu Əsgərlə tanış edəcəyinə etiraz etməmişdir. Sələfilərin ən çox getdikləri məscidin Xaçmaz rayonunun Qobuqırağı kəndindəki məscid olduğunu da Mamedə demişdir. 2018-ci ilin oktyabr ayının ortalarından başlayaraq Əsgər İsmayılova onunla tanış olmaq istəyən bir nəfər qohumu olduğunu, həmin qohumunun namaza başlamaq üçün qərar verdiyini demiş, Əsgər İsmayılov da həmin şəxslə tanış olmağa razılığını bildirmişdir. 2018-ci ilin oktyabr ayının sonunda o, Əsgər İsmayılovla görüşmüş, sonuncu qırmızı rəngli «VAZ-2106» markalı avtomaşınla gəlmiş və o, Əsgərin maşınına əyləşərək Mamedlə görüşə yollanmışlar. O, Mamedə zəng etmiş və sonuncu bildirmişdir ki, Xaçmaz rayonunun İzmailovka kəndində yaşayan xalası, onun da əmisi arvadı olan Əziməxanımgildədir. Axşam saatlarında o, Əsgərlə Mamedin dediyi ünvana gəlmişlər. Mamed küçəyə çıxmış və onlarla görüşmüş, o, X19 tanış etmişdir. O, evlərinin yanında maşından düşərək getmiş, Mamedlə Əsgər isə çıxıb getmişlər. Haraya getmələrini bilməmişdir. Amma düşünmüşdür ki, Mamed namaz qılmaq istəyir və Əsgərlə də məhz həmin mövzuda söhbətlərini davam etdirərlər. Sonrakı vaxtlarda o, Əsgər İsmayılovdan soruşmuşdur ki, Mamedin namazı öyrənə bilib-bilmədiyini soruşmuş, Əsgər isə narazı şəkildə Mamedin namaz qılmaq istəyində olmadığını demişdir. Elə başa düşmüşdür ki, Əsgər onu öyrətmək istəyib, lakin Mamed vaxtı-vaxtında dərslərə gəlməyib. Əsgərlə Mamedin münasibətlərinin sonrakı aqibəti barədə məlumatsızdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Xaçmaz rayonunun Qobuqırağı kəndində yaşayır, 1996-1999-cu illər ərzində Daxili Qoşunların «N» saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuş, hərbi xidməti zamanı Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin inzibati binalarının mühafizəsində xidmət aparmışdır. 1999-cu ildən islam dininin əhli-sünnə məzhəbi üzrə ibadət edir, namazı Xaçmaz rayonunun Qobuqırağı kənd məscidində qılır. Təqsirləndirilən şəxs1 tanıyır, ona hamı kimi Mamed deyə müraciət etmişdir. Sonuncu ilə onu tanış edən Xaçmaz rayonunun İzmayılovka kənd sakini Şahid1 olmuşdur. Şamilin əsl adı Şamil olsa da, sonuncunu hamı Şahin deyə çağırır. Mamedlə tanışlığı 2018-ci ilin oktyabr ayının sonlarında olmuşdur. Şahin ona demişdir ki, özünün bir qohumu var, yeyib-içən şəxsdir, haram işlərlə məşğul olur, lakin indi qərara gəlib ki, ibadətlə məşğul olsun. Mamedə də onu bir savadlı din adamı kimi məsləhət görmüşdür. O da, Şamilin təklifinə etiraz etməmiş, Şamil Mamedə zəng etmiş və sonuncu xalasıgildə olduğunu ona söyləmişdir. O da, qardaşına məxsus idarə etdiyi qırmızı rəngli «VAZ-2106» markalı maşınla Şahinlə birlikdə Mamedin xalasıgilə gəlmiş və Şamil onları görüşdürüb tanış etmişdir. Şamil öz evlərinin yanında maşından düşüb çıxıb getmişdir. O isə, Mamedlə birlikdə «Rizvanın kafe»si kimi deyilən kafeyə gəlmiş və orada çay içmişlər. Söhbət zamanı Mamed ondan vəhabilər barədə hansı məlumatları olduğunu, ümumiyyətlə Xaçmaz rayonu ərazisində vəhabi olan şəxslərin kimlikləri barədə soruşmağa başlamış, daha sonra ondan «eşitdiyimə görə Suriyada olmusan və döyüşmüsən» ifadələrini işlətməklə ona suallar verməkdə davam etmişdir. Mamedin sualları onu çaşdırmış və təəcbüləndirmiş, bu barədə Mamedə sual da vermişdir. Mamed elə-belə soruşduğunu, namaza başlamaq üçün həmin sualları verdiyini ona demişdir. O da, etiraz etməmişdir ki, namaz qılmağa öyrədər və əlindən nə gəlirsə, ona köməklik edər. Mamed ondan hansı məscidə yığışdıqlarını soruşaraq onu da həmin məscidə aparmağını xahiş etmişdir. O da, Mamedə bildirmişdir ki, onlar əhli sünnə camaatı olaraq Xaçmaz rayonunun Qobuqırağı kəndindəki məscidə yığışırlar, ibadətlərini məhz həmin məsciddə edirlər. İki dəfə də Mamedi özü ilə bərabər Xaçmaz rayonunun Qobuqıırağı kəndindəki məscidə aparmışdır. Mamed onunla söhbət zamanı həmçinin ailə vəziyyəti ilə bağlı suallar verməklə, ailədə neçə nəfər olduqları, necə dolanmaları ilə bağlı maraqlanmış, yaşadığı evin harada olduğunu və istifadəsində olan telefon nömrəsini soruşmuş, o da, Mamedə dəqiq cavab söyləyərək telefon nömrəsini də Mamedə vermişdir. Mamedlə tanışlıqdan sonra sonuncu İranda yaşayan yaxşı tanışları olduğunu, həmin tanışları ilə yaxşı işlər qura biləcəklərini ona bildirmişdir. Hətta ilk tanışlıqları zamanı Mamed istifadəsində olan mobil telefonun «Vatsap»ından bir nəfər iranlıya zəng edərək onunla görüntülü danışmışdır. Mamed telefonla onu həmin iranlıya göstərərək iş görmək istəyən şəxs olduğunu ona demişdir. Hətta həmin kafenin qarşısında Mamed istifadəsində olan mobil telefonla selfi, yəni özünün və onun şəkilini çəkərək həmin iranlıya göndərmişdir. Mamed iranlını ona ticarət adamı kimi təqdim etmiş, o da, etiraz etməmişdir. Onun özü bir dəfə atasının və övladlarının qırmızı rəngli maşının qarşısında çəkdirdikləri fotoşəkili, həmçinin evlərinin və həyətlərinin şəklini də çəkib Mamedə göndərmişdir. Lakin Mamedlə ünsiyyət və münasibətdə olduğu vaxt tam yəgin etmişdir ki, Mamed namaz qılmayacaq və qılana da oxşamır. Mamed bir neçə dəfə onunla birlikdə İrana getməyi ona təklif edərək demişdir ki, onun İranda yaxşı dostları var və onların köməkliyi ilə yaxşı iş qura bilərlər. Mamed hər dəfə həmin təklifi ona edəndə o, Mameddən soruşmuşdur ki, uzun saqqal saxlayır və bu halda sərhədi keçə bilməz. Mamed isə ona İrana gedəcəyi təqdirdə saqqalını qırxmağını təklif etmiş və İrandakı tanışları vasitəsilə onlarla ticarət əlaqələrini qurmaqla maddi sıxıntılarını aradan qaldıracağını ona bildirmişdir. Lakin o, heç vaxt İran İslam Respublikasında olmamış, İranda yaşayan hər hansı dost və tanışı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 tanıyır, onu hamı Mamed deyə çağırırlar. Mamedin onun xalasının kürəkənidir. 2019-cu ilin yanvar ayının 5-dən 9-na olan müddəət ərzində o, İranda olmuşdur. İrana qohumu Mamedlə getmiş, onun İrandan ərzaq məhsulları və yuyucu vasitələri gətirərək Xaçmaz rayonu ərazisində satışı ilə məşğul olduğunu bilmişdir. Həmin ərəfədə bacısının toyu olacağından, həm də ürəyində problemləri olduğundan İrana gedib həm bacısının toyu ilə bağlı lazım olan şeylər alıb gətirmək, həm də ki, ürəyi ilə bağlı həkim müayinəsindən keçmək fikrinə düşdüyü üçün Mamedə müraciət edərək onunla birlikdə İrana getmişdir. Onlar Həmin gün «Biləsuvar» keçid məntəqəsindən keçməklə İran Biləsuvarına gəlmişlər. 06 yanvar 2019-cu il tarixdə sübh tezdən onlar bir iranlı taksi sürücüsü ilə Təbriz şəhərinə yola düşmüşlər. Təbriz şəhərinə çatmağa az qalmış «Körpünün yanı» deyilən ərazidə Mamed maşından düşərək işinin olduğunu, vacib işlərlə bağlı iranlı dostları ilə görüşəcəyini deyib taksi sürücüsündən onu otelə düşürməyi xahiş etmişdir. Ona isə demişdir ki, oteldə onu gözləsin. Dəqiq hara getməsini Mamed ona deməmiş, o da, bu barədə heç nə soruşmamışdır. Təbriz şəhərində adını hazırda xatırlamadığı otelə gəlmişdir. Otelə yerləşmiş və Mamedi gözləmişdir. Təxminən iki saatdan sonra Mamed otelə gəlmiş və iranlı dostları ilə görüşdüyünü ona bildirmişdir. İranlı dostları Mamedə pul vermişlər, çünki bunu həm Mamed özü ona demiş, həm də ki, özü Mamedin hərəkətlərindən bunu müşahidə etmişdir. Belə ki, İrana gedəndə Mamedin pulu az olmuş, lakin dostları ilə görüşdən gələndən sonra əhvalı da yaxşı olmuş və cibində pulu da olmuşdur. Səhəri gün Təbriz şəhərində qaldıqları otelin sifarişi ilə otelin qarşısına gəlmiş taksi ilə adını xatırlamadığı xəstəxanaya gəlmişlər. Xəstəxanada müayinə olunmaq istəmiş, lakin ona bir neçə analizin verməyini söyləmişlər. O görmüşdür ki, müayinə onun üçün baha başa gəlir, ona görə də həkimdən imtina etmişdir. Oradan çıxıb bazarlıqları etmişlər və yenidən otelə gəlmişlər. Mamed də özü və satış üçün ərzaq məhslları almışdır. Birlikdə otelə gəlmiş və səhəri gün tanımadığı taksi sürücüsü ilə İran Biləsuvarına gələrək oradan da Azərbaycana keçmişlər. Oradan da o bir taksi sürücüsü ilə Bakı şəhərinə, Mamed isə tanışlarına baş çəkmək üçün Salyan rayonuna getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2 bir rayon sakini kimi, Bakı şəhərində müxtəlif tikinti obyektlərində iş götürməklə briqada şəklində həmin mənzilləri təmir edən şəxs kimi tanımış, onunla münasibəti yaxşı olmuşdur. 2014-cü ilin payız aylarında Bakı şəhərində metronun «Neftçilər» stansiyasının yaxınlığında Təqsirləndirilən şəxs2la təsadüfən görüşmüş, bir-birinin telefon nömrələrini götürmüşlər. Həmin ərəfədə də Təqsirləndirilən şəxs2 mənzillərdə təmir işləri ilə məşğul olmuş, o da, özü üçün iş tapmağı Heydərdən xahiş etmişdir. Həqiqətən də Təqsirləndirilən şəxs2 ona iş tapmış və onlar birlikdə metronun «Qara Qarayev» stansiyasının yaxınlığındakı mənzillərin birində işləmişlər. Təqsirləndirilən şəxs2 İrana gedib-gəldiyini, oradan ərzaq məhsulları alıb Azərbaycanda satışını həyata keçirdiyini, İranda yaxşı tanışlarının olduğunu ona danımışdır. 2017-ci ilin yay-payız aylarının əvvəlində Təqsirləndirilən şəxs2la növbəti görüşü zamanı sonuncu ona bildirmişdir ki, onun İranda yaxşı tanışları var və həmin tanışları Azərbaycanda yaşayan vəhabilər barədə onlara kim məlumat verirsə, həmin şəxslərə yaxşı pul verirlər. Təqsirləndirilən şəxs2 hətta onu İrana aparmaq və orada həmin iranlı tanışlarına vəhabi kimi təqdim edib iranlılardan yaxşı pul almaq istədiyini, pulu aldıqdan sonra həmin pulun yarısını ona verəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs2 təklifi ilə razılaşmamış və həmin işin təhlükəli bir iş olduğunu söyləyərək Təqsirləndirilən şəxs2 təklifindən imtina etmişdir. Təqsirləndirilən şəxs2 daha sonra təklif etmişdir ki, bəlkə başqa bir nəfər tapsınlar və həmin şəxsi Azərbaycandakı vəhabilər barədə İrana məlumat aparan şəxs kimi iranlı tanışlarına təqdim edib pul qazansınlar. Lakin o, Təqsirləndirilən şəxs2 həmin təklifindən də imtina etmişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxs2la təxminən iki il əvvəl Bakı şəhərində metronun hansısa stansiyasının yanında təsadüfən görüşmüş, hal-əhval tutub ayrılmışdır. Həmin vaxtdan sonra onun Təqsirləndirilən şəxs2la heç bir əlaqəsi və münasibəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, ayrı-ayrı tikinti obyektlərində iş olduğu təqdirdə rəngsaz kimi çalışır, təxminən 4 ildir ki, Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində ailəsi ilə birlikdə kirayədə yaşayır. Təxminən 8 il olar ki, ibadətlə məşğuldur. Təqsirləndirilən şəxs2 tanıyır, sonuncu ilə 2017-ci ilin yaz aylarında Bayıl qəsəbəsində bərbər işləyən Hacı Bahadurun vasitəsilə tanış olmuşdur. Tanışlıq zamanı Heydər usta kimi işlədiyini və birlikdə onunla işləyəcəyini söyləmişdir. Təqsirləndirilən şəxs2 təklif etmişdir ki, Bakı şəhərində «Şamaxinka» adlanan ərazidə yeni tikili binalardan birindəki mənzildə iş götürüb və orada işləyəcəklər. O da, razılaşmış və birlikdə həmin mənzilə getmişlər. Ev sahibi Nərgiz adlı qadın olmuş, onunla razılıq əldə olunmuş, hətta qadın onlara 600 manat beh də vermişdir. Orada işə başlamışlar və bir neçə gündən sonra tikinti materiallarının çatışmamazlığı ucbatından işləri dayanmışdır. İşin dayanması ilə kirayədə qalan şəxslər kimi onlara çoxlu çətinlik yaratmış, həmin ərəfədə kirayə pulun vaxtı çatmış, onu verə bilməmiş, Heydər də eyni vəziyyətdə olmuşdur. Həmin vaxt, yəni 2017-ci ilin payız ayının əvvəllərində Təqsirləndirilən şəxs2 onunla birlikdə İrana getməyi, onu orada özünün iranlı tanışları ilə tanış edəcəyini, sonuncuların mömin və ehtiyacı olan insanlara ərzaq məhsulları və pul şəklində yardım edəcəklərini bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin iranlı şəxslərdən özünün bir neçə dəfə qol çəkib pul aldığını da ona söyləmişdir. Demişdir ki, həmin iranlılar ibadət edən şəxslərə kömək edirlər, yığılan beytulmaldan pul ayrıllar. Təqsirləndirilən şəxs2 həmin şəxslərlə danışıb görüşlərini təşkil edəcəyini ona bildirmişdir. Bir neçə gündən sonra Təqsirləndirilən şəxs2 onunla əlaqə saxlayaraq İrandakı tanışları ilə danışdığını və onlarla İran ərazisində görüşəcəklərini, iranlıların istənilən maliyyə yardımını onlara edəcəklərini bildirmiş, birlikdə İrana getməyi təelif etmişdir. O da, Təqsirləndirilən şəxs2 təklifinə razılığını bildirmişdir. 2017-ci ilin noyabr ayının 3-də yaşadıqları evin yaxınlığında yerləşən «Dünya» marketin yanındakı avtobus dayanacağında Təqsirləndirilən şəxs2la görüşmüş və birlikdə «Lökbatan dairəsi» deyilən yerə gəlmişlər. Orada Təqsirləndirilən şəxs2 bir taksi ilə danışmış və adam başı 10 manata onları Biləsuvar rayonuna Azərbaycan-İran sərhədinə gətirmişdir. İlk olaraq o, rəsmi sənədi əsasında İrana keçmiş və Təqsirləndirilən şəxs2 gözləmişdir. Təqsirləndirilən şəxs2 sərhədi keçəndə onu Azərbaycan tərəfdə saxlamışlar. Bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs2 ona zəng edərək banka borcu olduğu üçün onun ölkədən çıxışına qadağa qoyulduğunu, ona görə sərhədi keçə bilmədiyini demişdir. O da, təxminən bir neçə dəqiqədən sonra geri Azərbaycana keçmiş və Heydərlə çayxanada görüşmüşdür. Oradan bir taksi ilə Bakı şəhərinə gəlmişlər. Yol boyu Heydərin əhvalı dəyişmiş, soruşanda ona heç nə deməmişdir. Sonrakı vaxtlarda Nərgiz dediyi qadının mənzilində işləmiş və işlərini yekunlaşdırmışlar. Bir dəfə də metronun «İçəri Şəhər» stansiyasının yaxınlığındakı mənzillərin birində Heydərlə işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, pandemiya dövründən əvvəl atası ilə birlikdə Neftçala rayonunda fəaliyyət göstərən şadlıq sarayında kababçı işləmiş, onun Ukraynanın Xerson vilayətinin Çaplenko şəhərində çörəkçi işləyən Vaqif adlı bir qardlaşı vardır. Vaqif 2004-cü ilin iyul ayından 2006-cı ilin yanvar ayınadək Hərbi Dəniz Qüvvəllərinin Bakı şəhərində yerləşən «N»saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuşdur. 2010-cu ilin aprel ayından 2016-cı ilin oktyabr ayınadək olan dövr ərzində isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Ağdam rayonunda yerləşən «N» saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmətdə olmuş, manqa komandiri olmuş, 2016-cı ilin oktyabr ayında isə xidməti uyğunsuzluğa görə tərxis olunmuşdur. O, Təqsirləndirilən şəxs2 bir rayon sakini kimi tanımışdır. Təqsirləndirilən şəxs2 da digər rayon sakinləri kimi çayxanaya gəlmiş və onlarla görüşüb söhbətləşmişdir. X23 Məmmədovun yaxşı münasibəti olmuşdur. Onun isə heç vaxt Təqsirləndirilən şəxs2 xoşu gəlməmişdir. 2013-2015-ci illər ərzindəki məzuniyyəti zamanı görüşdüyü həmyerliləri arasında Təqsirləndirilən şəxs2 da olmuşdur. Hamı kimi ümumi məlumatlara əsasən Təqsirləndirilən şəxs2 da bilmişdir ki, o, müddətdən artıq hərbi qulluqçudur və harada hərbi xidmət keçir. Təqsirləndirilən şəxs2la onun son əlaqəsi isə 2017-ci ilin may-iyun aylarına təsadüf etmişdir. Çünki o, tərxis olunandan təxminən 7 ay sonra Təqsirləndirilən şəxs2la əlaqəsi olmuşdur. Təqsirləndirilən şəxs2 onun «Şahid7» adlı «facebook» səhifəsinə dostluq atmış və o, həmin dostluğu qəbul etmişdir. Sonra da Təqsirləndirilən şəxs2 «Salam, neynirsən, nə işlə məşğulsan, eşitmişəm maxe olmusan və hazırda tərxis olunmusan» sualı ilə ona bir yazı göndərmişdir. O da, cavabında tərxis olunduğunu təsdiq etmişdir. Sözün açığı onun özünə də maraqlı gəlmişdir ki, axı onun Təqsirləndirilən şəxs2la elə bir münasibəti olmayıb ki, onunla bu səviyyədə maraqlansın. Daha sonra Təqsirləndirilən şəxs2 «Eşitmişəm ki, tərxis olunmusan, başına iş gəlib, iş lazım olsa Bakıdayam, sənin üçün iş düzəldərəm» məzmunlu yazışmasını ona yazmışdır. Həmin gün «facebook» səhifəsində Təqsirləndirilən şəxs2 dostluğundan silmişdir. Daha sonra onun Təqsirləndirilən şəxs2la heç bir əlaqəsi və münasibəti olmamışdır. Məhkəmə iclasında Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid8 göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 tanıyır, sonuncu qardaşı Saridlə əsgərlik yoldaşı olmuşlar. Təqsirləndirilən şəxs2, səhv etmirsə, 2015-2016-cı illərdə Sabirabad rayonunda qardaşıgilin evində olarkən ilk dəfə görüb tanımışdır. Heydər onlara əsgər yoldaşı kimi qonaq gəlmişdir. Təqsirləndirilən şəxs2la tanış olduqdan sonra ara-sıra əlaqə saxlamaları üçün mobil nömrələrini götürmüşlər. Təqsirləndirilən şəxs2 təmir-tikinti işlərində usta işləmişdir. İşsiz olduğuna görə bir-iki dəfə Təqsirləndirilən şəxs2 ona Bakı şəhərində tanışlarının işlədiyi tikintidə fəhlə kimi işləməyi təklif etmiş, lakin yaşadığı Sumqayıt şəhərindən gəlib-getmək çətin olduğu üçün həmin işə getməmişdir. 2017-ci ilin təxminən fevral ayında Təqsirləndirilən şəxs2 İrandan qayıdandan sonra mart-aprel aylarında bir neçə dəfə onun mobil telefonuna zəng edib, eləcə də Bakı şəhərində onunla görüşüb dağ yəhudilərinin yaşadığı Quba rayonunun Qırmızı kənd qəsəbəsində nəzər diqqəti üzərinə çəkmədən gizli foto və video çəkilişlər aparmağı və həmin məlumatları ona verməyi təklif etmişdir. Təqsirləndirilən şəxs2 həmin video çəkilişləri və foto şəkilləri ondan alıb öz növbəsində İranda yaşayan adını demədiyi hansına iranlı tanışlarına ötürəcəyini və həmin şəxslərin bunun müqabilində onlara yaxşı pul verəcəklərini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs2 həmin məlumatları İranda konkret olaraq kimə, nə məqsədlə verəcəyini, həmin işi ona kimin tapşırdığını bildirməmişdir. O, ilk əvvəl ona Quba şəhərinə getməyə maddi imkanının olmadığını desə də, Təqsirləndirilən şəxs2 narahat olmamağı, yol pulunu verəcəyini söyləmişdir. Lakin Təqsirləndirilən şəxs2 həmin təklifi haqda bir qədər də fikirləşib götür-qoy etdikdən sonra o, işin ona qaranlıq qaldığını, onun məqsədinin əsl mahiyyətini bilmədiyindən və ona görə gələcəkdə hansısa problemin yaranacağından hardasa ehtiyat edib həmin işi görməyə razı olmadığını Təqsirləndirilən şəxs2 bildirmişdir. Təqsirləndirilən şəxs2 onun qətiyyətli olduğunu görüb ona əlavə bir söz deməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2la görüşməmişdir (Cild 2, iş vərəqi 141-142). Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid4 göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 tanıyır, sonuncu onun əri olmuş, lakin rəsmi olaraq məhkəmənin qərarı ilə 2016-cı ildə boşanmışlar. Boşanma ilə bağlı iddia ərizəsini o özü vermişdir. Caməmmədə qohum-əqrabası, dost-tanışları Mamed deyə müraciət edirmişlər. O da, Mamed deyə müraciət etmişdir. Mamedlə 2006-cı ildə tanış olub ailə qurmuşlar, 2013-cü ildə isə rəsmi nikaha daxil olmuşlar. Həmin nikahdan övladları olmamışdır. Boşanmalarına səbəb Mamedlə xasiyyətlərinin tutuşmaması olmuşdur. Mamed onun ikinci əri, o da, Mamedin ikinci arvadı olmuşdur. O, Təqsirləndirilən şəxs1 ilə iki dəfə İran İslam Respublikasında səfərdə olmuş, birinci səfər 2013-cü ilin oktyabr ayında, ikinci səfərləri isə 2015-ci ilin oktyabr ayında olmuşdur. Mamed sonradan qərara gəlmişdir ki, İrana gedib ərzaq məhsulları və yuyucu vasitələri Azərbaycana gətirib satsın. 2013-cü ilin oktyabr ayında ərzaq məhsulları və digər xırdavat malları gətirmək üçün Mamedlə birlikdə Biləsuvar rayonu ərazisindən keçməklə rəsmi sənədləri əsasında İran Biləsuvarına gəlmişlər. İran Biləsuvarında bir nəfər taksi sürücüsü ilə onun evinə gəlmişlər. Həmin iranlı taksi sürücüsünün adı, səhv etmirsə Rza olmuşdur. Mamed də həmin vaxt istəməyib ki, onlar oteldə qalsınlar. Mamed deyib ki, evdə qalacaqlar, o da, etiraz etməyib. Rza onları evlərinə düşürdüb çıxıb getmişdir. Rzanın evində olduqları ilk günün axşamı bir nəfər əvvəllər onun və Mamedin də tanımadığı başqa bir şəxs gəlmişdir. Söhbətdən başa düşmüdür ki, Mamed də onu əvvəllər görməmiş və tanımamışdır. Çünki Mamed həmin şəxsi Azərbaycana qonaq qismində dəvət etmiş, lakin həmin şəxs Azərbaycana gəlmək üçün ona stop qoyulduğunu bildirmişdir. Nəyə görə stopun qoyulmasını isə deməmişdir. Axşam həmin şəxs çıxıb getmişdir. Səhəri gün dünənki şəxs yenidən Rzanın evinə gəlmiş, bir qədər sonra isə Rza ilə Mamed ərzaq məhsulları almaq üçün getmişlər. Rzanın arvadı ilə o, masa arxasında oturmuşlar. Həmin şəxs masa arxasında əyləşmişdir. Ümumi söhbətlər zamanı həmin şəxs «baxıram sənə və Mamedə, yaxşı adamlara oxşayırsız, burada yaxşı işlər var, təşkil edərəm, Mamed üçün şərait yaradarıq yaxşı pul qazanar, özünüz üçün ev tikrəsiz» ifadələrini ona bildirmişdir. Ümumi söhbətlər zamanı da həmin şəxs ondan Azərbaycanda evlərinin olub-olmamasını soruşmuş, ona görə də ona ev məsələlərini demişdir. Mamedlə Rza da gələndən sonra o, Mamedi kənara çəkib həmin şəxsin dediklərini ona bildirməklə qorxduğunu söyləmişdir. Nədənsə həmin şəxsin dediklərini, yəni yaxşı pul qazanmaq üçün çoxlu işlər var deməyi pis şeyləri ağlına gətirmişdir. Sonuncu da «get işinlə məşğul ol, heç nə olan deyil, həmin şəxs ehtiyat hissələrinin satışı ilə məşğul olan şəxsdir» ifadəsini ona söyləmiş və demişdir ki, həmin iranlı demək istəyib ki, Azərbaycandan zapçast aparıb onun dükanında satsın və yaxşı pul qazansın. Mamedlə Rza gələndən sonra həmin şəxs çıxıb getmişdir. Səhəri gün Rza onları sərhədə gətirmiş və Azərbaycana keçmişlər. Şahid4 istintaqa verdiyi ifadəsində daha sonra göstərmişdir ki, Mamedlə onun İrana növbəti səfərləri 2015-ci ilin oktyabr ayının ortalarında olmuşdur, həmin ərəfədə İranda təxminən 10 gün qalmışlar. Həmin səfərin məqsədi onun qadın xəstəliyi ilə bağlı həkim müayinə və müalicələrindən keçməyi olmuşdur. İrana həmin səfərindən bir gün əvvəl Mamedlə birlikdə Bakı şəhərinə gəlmiş və orada Mamedin Heydər adlı dostunun evində qalmışlar. Heydərgildə olarkən Heydərlə Mamed bir nəfər iranlı ilə əlaqə saxlamışlar və həkimə gedəcəklərini, İrana keçdikdən sonra qarşılayıb həkimə aparmasını xahiş etmişlər. İranlı da etiraz etməmişdir. Səhərisi gün o, Mamedlə rəsmi sənədləri əsasında İrana keçərək tanımadıqları və görmədikləri bir taksi sürücüsü onları Təbriz şəhərindəki xəstəxanalardan birinə gətirmişdir. İrana səfərləri zamanı o, müxtəlif analizlər vermiş, UZİ-lərdən və müxtəlif aparatlardan keçmişdir. Həmin səfər zamanı xəstəxanaya yaxın bir ərazidə yerləşən oteldə qalırmışlar. Mameddən eşitmişdir ki, kafeni işlədən iranlının adı Zahirdir. Analizləri verdikdən sonra onun Mamedlə vaxtları olmuş və yaxınlıqdakı dükanları gəzmişlər. Mamed orada dükanlardan birindən bir ədəd planşet və bir ədəd iran nömrəsi alaraq həmin planşetə «Vatsap» yükləmişdir. Mamedlə Heydər danışmış və danışıqdan başa düşmüşdür ki, hər ikisinin tanışı olan və Heydərgildə olarkən danışdıqları həmin iranlı onları İran Biləsuvarında gözləyir. Mamed də kafedə onunla birlikdə olduğunu söyləmişdir. Bir qədər sonra onların yanına təxminən 50-55 yaşlı, saçlarının qabaq hissəsi tökülmüş, saqqallı və orta boylu bir iranlı şəxs gəlmişdir. Sonuncunun əsl adını bilməmiş, lakin Mamed ona Hacı deyə müraciət etmişdir. Həmin iranlı şəxs onlarla görüşmüş və Mamedlə kafedən küçəyə çıxmışlar. Həmin səfər zamanı həmin iranlını iki dəfə Mamedlə görüşdüyünün şahidi olmuşdur. Hər iki görüşdə onlar kənara çəkilibilər və söhbət etmişlər. Nədən söhbət etdiklərini bilməmiş və bu barədə Mamedin özü də ona heç nə deməmişdir. Mamedin Hacı deyə görüşdüyü həmin iranlı ilə birinci, yaxud ikinci görüşdən sonra Mamed həmin iranlıdan pul aldığını ona bildirmişdir. İrana həmin səfər zamanı Mamed ona demişdir ki, onun İranda yaxşı dostları, yaxşı əlaqələri var, həmin dostları da onu heç vaxt darda qoymayıblar. İranda olduğu zaman Mamed 5-10 dəqiqəlik dostu ilə görüşü var deyib qaldıqları otelin otağından çıxırmış, bir də təxminən 2-3 saatdan sonra gəlirmiş. Təxminən 10 gündən sonra isə Mamedlə Azərbaycana qayıtmışlar (Cild 2, iş vərəqi 245-248, 250-251). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 11 iyun 2020-ci il tarixli ifadəsinin yerində yoxlanılması protokoluna əsasən, Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsi ilə əlaqədar istintaq hərəkəti iştirakçıları Dövlət Təhlükəsizliyi Xidmətinin Xaçmaz rayon şöbəsinin İnzibati binasından avtomaşınla çıxaraq Xaçmaz rayonunun Qobuqırağı kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Təxminən 10 dəqiqədən sonra asfalt yoldan torpaq yola keçərək Qobuqırağı kəndinin mərkəzi hissəsində fəaliyyət göstərən məscidin qarşısından keçərkən Təqsirləndirilən şəxs1 məhz fotoşəkilini və ərazisini çəkdiyi məscidin həmin məscid olduğunu söyləmişdir. Bundan sonra istintaq hərəkəti iştirakçıları avtomaşından düşmüşlər. Təqsirləndirilən şəxs1 orada ifadə verərək bildirmişdir ki, 2019-cu ilin sentyabr ayında İrandan qayıtdıqdan bir neçə gün sonra aldığı tapşırığın icrası ilə bağlı istifadəsində olan «ZTE» markalı mobil telefonla Xaçmaz rayonunun Qobuqırağı kəndindəki məhz həmin məscidin buradan foto və videoşəkillərini çəkmiş və telefonunun «Vatsap»ı ilə iranlı Ələmdara göndərmişdir. Daha sonra istintaq hərəkəti iştirakçıları avtomaşına əyləşərək Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsində Qobuqırağı kənd sakini Əsgər adlı şəxsin yaşadığı ünvanın qarşısına yollanmışlar. Kənd ərazisində olarkən darvazası olmayan yaşayış evlərindən birinin yanında Təqsirləndirilən şəxs1 həmin evin Qobuqırağı kənd sakini Əsgər İsmayılovun yaşadığı evin olduğunu söyləmişdir. Bundan sonra istintaq hərəkəti iştirakçıları həmin evin qarşısında avtomaşından düşmüşlər. Təqsirləndirilən şəxs1 ifadə verərək bildirmişdir ki, 2019-cu ilin payız aylarında orada durmaqla istifadəsində olan «ZTE» markalı mobil telefon vasitəsilə Əsgərin bu evinin fotoşəkillərini çəkərək «Vatsap» vasitəsilə iranlı Ələmdara göndərmişdir. Daha sonra istintaq hərəkəti iştirakçıları Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsinə əsasən, ünvan 5 ünvanında yerləşən məscidin qarşısına gəlmişlər. İstintaqa hərəkəti iştirakçıları həmin məscidin qarşısında avtomaşından düşmüşlər. Təqsirləndirilən şəxs1 ifadəsində bildirmişdir ki, o, İrandan aldığı tapşırığın icrası ilə bağlı istifadəsində olan «ZTE» markalı mobil telefon vasitəsilə həmin məscidin yerləşdiyi ərazinin fotoşəkillərini çəkmiş və telefonunun «Vatsap»ı vasitəsilə iranlı Ələmdara göndərmişdir. Daha sonra istintaq hərəkəti iştirakçıları Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsinə əsasən şəhər məscidi adlanan məscidin yerləşdiyi Xaçmaz şəhəri, Şəmsəddin Sultanov küçəsi, 30 ünvanına gəlmişlər. İstintaq hərəkəti iştirakçıları həmin məscidin qarşısında avtomaşından düşmüşlər. Təqsirləndirilən şəxs1 həmin yerdə ifadə verərək bildirmişdir ki, İrandan aldığı tapşırığın icrası ilə bağlı o istifadəsində olan «ZTE» markalı mobil telefon vasitəsilə həmin məscidin yerləşdiyi ərazinin fotoşəkillərini çəkmiş və telefonunun «Vatsap»ı vasitəsilə iranlı Ələmdara göndərmişdir. Daha sonra istintaq hərəkəti iştirakçıları Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi əraziyə Quba rayonunun Qırmızı Qəsəbə yaşayış məntəqəsinin yuxarı hissəsinə Quba-Qusar yolunun sağ tərəfində yerləşən qəbiristanlığın qarşısına gəlmişlər. İstintaq hərəkəti iştirakçıları həmin ərazidə avtomaşından düşmüşlər. Təqsirləndirilən şəxs1 həmin yerdə ifadə verərək bildirmişdir ki, 2019-cu ilin may ayında Ələmdar «Vatsap» vasitəsilə Quba rayonunun Qırmızı Qəsəbəsinin foto və videoçəkilişinin aparılaraq ona göndərilməsi barədə ona növbəti tapşırıq vermişdir. O, Ələmdarın tapşırığına əsasən Qusar rayonuna gedən hissədən, Qırmızı Qəsəbənin yuxarı hissəsindən «ZTE» markalı telefonu ilə video və foto çəkilişlər, o cümlədən milliyyətcə yəhudi olan Qod adlı şəxsin evinin görüntülərini çəkmiş, foto və videoçəkilişlərin hamısını «Vatsap»la Ələmdara göndərmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 törətdiyi hərəkətlərdən peşman olduğunu bildirmişdir (Cild 2, iş vərəqi 24-26). Cinayət işində olan 22 iyun 2020-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İnformasiya və Təhlükəsizlik nazirliyinin (ETTELAAT) əməkdaşı Ələmdar kimi tanınan X31 fotoşəkli iş üzrə aidiyatı olmayan digər şəxslərin fotoşəkilləri ilə birlikdə Təqsirləndirilən şəxs1 təqdim edilmişdir. Tanınma zamanı Təqsirləndirilən şəxs1 ona təqdim olunmuş fotoşəkillərdən 4 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi ümumi sifət cizgilərinə görə dərhal tanıyaraq, həmin şəxsin İranda görüb tanıdığı barəsində ifadəsində göstərdiyi iranlı Ələmdar olduğunu, onun barəsində istintaqa verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Fotocədvəldəki 4 sayı ilə qeyd olunmuş fotoşəkil İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İnformasiya və Təhlükəsizlik nazirliyinin (ETTELAAT) əməkdaşı X31 fotoşəkilidir (Cild 2, iş vərəqi 186-189). İş materiallarına əlavə olunmuş 18 iyun 2020-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 fotoşəkli iş üzrə aidiyatı olmayan digər şəxslərin fotoşəkilləri ilə birlikdə Təqsirləndirilən şəxs2 təqdim edilmişdir. Tanınma zamanı Təqsirləndirilən şəxs2 ona təqdim olunmuş fotoşəkillərdən 4 sayı ilə bərkidilmiş fotoşəkildəki şəxsi ümumi sifət cizgilərindən dərhal tanıdığını, həmin şəxsin ifadəsində göstərdiyi Mamed adlı şəxs olduğunu, onun barəsində istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir (Cild 2, iş vərəqi 118-120). Cinayət işində olan 03 fevral 2018-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İnformasiya və Təhlükəsizlik nazirliyinin (ETTELAAT) əməkdaşı Ələmdar kimi tanınan X31 fotoşəkli iş üzrə aidiyatı olmayan digər şəxslərin fotoşəkilləri ilə birlikdə Təqsirləndirilən şəxs2 təqdim edilmişdir. Tanınma zamanı Təqsirləndirilən şəxs2 ona təqdim olunmuş fotoşəkillərdən 3 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi ümumi sifət cizgilərinə görə tanıyaraq, həmin şəxsin İran İslam Respublikasının xüsusi xidmət orqanı olan ETTELAAT-ın əməkdaşı Ələmdar olduğunu, onun barəsində istintaqa verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Fotocədvəldəki 3 sayı ilə qeyd olunmuş fotoşəkil İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İnformasiya və Təhlükəsizlik nazirliyinin (ETTELAAT) əməkdaşı Ələmdar kimi tanınan X31 fotoşəkilidir (Cild 1, iş vərəqi 181-182). İşə əlavə edilmiş 25 iyun 2020-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İnformasiya və Təhlükəsizlik nazirliyinin (ETTELAAT) əməkdaşı Ələmdar kimi tanınan X31 fotoşəkili iş üzrə aidiyatı olmayan digər şəxslərin fotoşəkilləri ilə birlikdə iş üzrə şahid qismində dindirilmiş Şahid4 təqdim edilmişdir. Tanınma zamanı Şahid4 ona təqdim olunmuş fotoşəkillərdən 4 sayı ilə bərkidilmiş fotoşəkildəki şəxsi ümumi sifət cizgilərindən və saqqalından dərhal tanıdığını, həmin şəxsin 2015-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs1la İrana səfərləri zamanı olduqları kafeyə gəlmiş və Təqsirləndirilən şəxs1 Hacı deyə müraciət etdiyi şəxs olduğunu, onun barəsində istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir (Cild 2, iş vərəqi 250-253). Cinayət işində olan Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanında yerləşən evində 11 iyun 2020-ci il tarixdə keçirilmiş axtarış protokolundan görünür ki, axtarış zamanı evdən digər əşyalarla yanaşı, 1 ədəd «Samsung Galaxy ACE 4 Neo» markalı «SM-G318H» modelli, 1 ədəd «Vertex» markalı «İmpress Click NFS» modelli mobil telefon aparatı, zərbə nəticəsində müxtəlif hissələrə bölünərək istifadəyə yararsız formada olan və «ZTE» markalı mobil telefon, üzərində **********681713545 rəqəmləri olan sim-kart aşkar edilərək götürülmüşdür (Cild 2, iş vərəqi 5-10). Təqsirləndirilən şəxs1 məxsus və tutulanadək istifadəsində olmuş 1 ədəd «Samsung Galaxy ACE 4 Neo» markalı «SM-G318H» modelli, 1 ədəd «Vertex» markalı «İmpress Click NFS» modelli mobil telefon aparatı və üzərində **********681713545 rəqəmləri olan sim-kartla bağlı təyin edilərək keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri tərəfindən verilmiş məhkəmə kompyuter-texniki ekspertizasının 28 iyul 2020-ci il tarixli 5/395 nömrəli rəyi ilə (Cild 3, iş vərəqi 149-155). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri tərəfindən verilmiş 28 iyul 2020-ci il tarixli 5/395 №-li rəyə əlavə edilmiş üzərində «Ekspertiza 5/395» yazısı olan DVD-R tipli optik disklərə keçirilmiş 22 sentyabr 2020-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 məxfi əməkdaşlıq etdiyi müddətdə istifadəsində olmuş həssas təzyiqlə (sensorlu) çalışan «Android 4.4.4» əməliyyat sistemi ilə təhciz olunmuş «Samsung Galaxy ACE 4 Neo» markalı «SM-G318H» modelli «**********25238, **********25236» imei kodlu mobil telefonun yaddaşında müxtəlif ad və telefon nömrələri ilə yanaşı İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İnformasiya və Təhlükəsizlik nazirliyinin (ETTELAAT) Ələmdar kimi tanınan X34 adlı əməkdaşın adı və istifadəsində olan «+**********16» və «İt am Hacı +**********05» telefon nömrələri də vardır. Baxış zamanı «Samsung Galaxy ACE 4 Neo» markalı «SM-G318H» modelli telefona «WatsApp» proqram təminatının yükləndiyi və həmin proqramda digər abonentlərlə yanaşı İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İnformasiya və Təhlükəsizlik nazirliyinin (ETTELAAT) Ələmdar kimi tanınan X34 adlı əməkdaşın «+**********16» və «+**********90» nömrələrinin də olduğu aşkar edilmişdir. İran rabitə operatoruna məxsus həmin nömrələrin istifadəçilərinin «WhatsApp» statusunda X35 X33 Xomeyni ilə X15 xüsusi xidmət orqanı olan X13 X7 general-mayor rütbəli komandiri, 03 yanvar 2020-ci ildə İraq dövlətinin X24 yaxınlığında aviazərbə nəticəsində qətlə yetirilmiş Qasım Süleymaninin çox səmimi şəkildə görüşmələrini əks etdirən fototəsvir yerləşdirilmişdir. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İnformasiya və Təhlükəsizlik nazirliyinin (ETTELAAT) Ələmdar kimi tanınan X34 adlı əməkdaşının istifadəsində olan +**********16 nömrəsindən «WhatsApp» proqram təminatı vasitəsilə Təqsirləndirilən şəxs1 09.06.2020-ci il tarixdə saat 09:02 dəqiqədə «Salam sabahın xeyr, Wukur suz yaxcsz» məzmunlu, 23.06.2020-ci il tarixdə, yəni Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edildikdən 12 gün sonra, saat 12:27 dəqiqədə «Salam netersiz, Ne var ne yox, Hardasab» məzmunlu mesaj göndərmişdir. 28 iyul 2020-ci il tarixli 5/395 №-li rəyə əlavə edilmiş DVD-R tipli optik disklərə keçirilmiş baxış zamanı həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 məxfi əməkdaşlıq etdiyi müddətdə istifadəsində olmuş «Samsung Galaxy ACE 4 Neo» markalı «SM-G318H» modelli və «Vertex» markalı «İmpress Click NFS» modeli mobil (smartfon) telefonların «İnternet»ə çıxış üçün texniki imkanları mövcud olmuşdur. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş sim-kartlardan üzərində **********681713545 rəqəmləri olan sim-kartın yaddaşında digər qeydlərlə yanaşı «İt am Hacı +**********05» qeydləri də aşkar edilmişdir. Aşkar edilmiş bu qeyddəki mobil telefon nömrəsi İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İnformasiya və Təhlükəsizlik nazirliyinin (ETTELAAT) Ələmdar kimi tanınan X34 adlı əməkdaşının istifadəsində olan İran rabitə operatoruna məxsus telefon nömrəsidir (Cild 3, iş vərəqi 213-214). İbtidai istintaq orqanının qərarı əsasında, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanında yerləşən evində 11 iyun 2020-ci il tarixdə keçirilmiş axtarış zamanı aşkar edilərək götürülmüş casusluq formasında və Azərbaycan Respublikasının mənafeyi zərərinə xarici xüsusi xidmət orqanı nümayəndələrinin digər tapşırıqlarını yerinə yetirib onlara kömək etməklə dövlətə xəyanət cinayətinin törədilməsində əlaqə vasitəsi kimi istifadə edilmiş 1 ədəd «Samsung Galaxy ACE 4 Neo» markalı «SM- G318H» modelli, 1 ədəd «Vertex» markalı «İmpress Click NFS» modelli mobil telefon aparatı, zərbə nəticəsində müxtəlif hissələrə bölünərək istifadəyə yararsız formada olan və «ZTE» markalı mobil telefon, üzərində **********681713545 rəqəmləri olan sim-kartla birlikdə iş üzrə maddi sübut kimi tanınmışdır (Cild 4, iş vərəqi 78-79). Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 6 ünvanında yerləşən evində 18 iyun 2020-ci il tarixdə keçirilmiş axtarış protokolundan görünür ki, axtarış zamanı evdən digər əşyalarla yanaşı, sim-kartları ilə birlikdə olan 1 ədəd «Xiaomi» markalı «Redmi7» modelli mobil telefon aşkar edilərək götürülmüşdür (Cild 2, iş vərəqi 107-112). Təqsirləndirilən şəxs2 məxsus və tutulanadək istifadəsində olmuş sim-kartları ilə birlikdə olan 1 ədəd «Xiaomi» markalı «Redmi7» modelli mobil telefonla bağlı təyin edilərək keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri tərəfindən verilmiş məhkəmə kompyuter-texniki ekspertizasının 27 avqust 2020-ci il tarixli 5/394 nömrəli rəyi ilə (Cild 3, iş vərəqi 175-181). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri tərəfindən verilmiş 27 avqust 2020-ci il tarixli 5/394 №-li rəyə əlavə edilmiş üzərində «5/394 saylı rəy üzrə Xiaomi» yazısı olan DVD-R tipli optik disklərə keçirilmiş 10 noyabr 2020-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş «Xiaomi» markalı «Redmi7» modelli smartfonun yaddaşında digər qeydlərlə yanaşı İran İslam Respublikasının rabitə operatoruna aid «+**********05» nömrəli «Hacı İran» adlı, «+**********70» nömrəli «İi» adlı kontaktlar vardır. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, «Xiaomi» markalı «Redmi7» modelli smartfonun «İnternet»ə çıxış üçün texniki imkanları mövcud olmuşdur (Cild 4, iş vərəqi 7). İbtidai istintaq orqanının qərarı əsasında, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 6 ünvanında yerləşən evində 18 iyun 2020-ci il tarixdə keçirilmiş axtarış zamanı aşkar edilərək götürülmüş simkartları ilə birlikdə olan 1 ədəd «Xiaomi» markalı «Redmi7» modelli mobil telefon iş üzrə maddi sübut kimi tanınmışdır (Cild 4, iş vərəqi 76-77). 20 avqust 2020-ci il tarixli 7-1858 №-li məktubla "xxxx" MMC-dən Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinə təqdim edilmiş 1 ədəd CD-də olan məlumatlara keçirilmiş 16 sentyabr 2020-ci il tarixli baxış protokolundan görünür ki, ***-***-**-** telefon nömrəsi iş üzrə Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İnformasiya və Təhlükəsizlik nazirliyinin (ETTELAAT) Ağa Mühəndis kimi özünü təqdim edən nümayəndəsi tərəfindən Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən mobil rabitə operatorlarına məxsus sim-kartın əldə olunması ilə bağlı ona verilmiş tapşırığının icrası ilə bağlı 16 iyun 2019-cu il tarixdə Bakı şəhərində "xxxx" MMC rabitə operatoruna məxsus ***-***-**-** nömrəli sim-kartı əldə edərək İrana etdiyi növbəti səfərində həmin xarici xüsusi xidmət orqanının nümayəndəsinə vermişdir (Cild 3, iş vərəqi 190, 196). İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 barəsində “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə 03 iyul 2019-cu il tarixli 7/2988 №-li və 19 iyun 2020-ci il tarixli 7/2294 №-li tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İnformasiya və Təhlükəsizlik nazirliyinin (ETTELAAT) əməkdaşı tərəfindən 2018-ci ilin mart ayında məxfi əməkdaşlığa cəlb edildikdən sonra, Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün 2018- 2020-ci illər ərzində həmin xüsusi xidmət orqanının əməkdaşının tapşırığı əsasında tamah məqsədilə qəsdən məlumatlar toplamaqla casusluq formasında və Azərbaycan Respublikasının mənafeyi zərərinə həmin xüsusi xidmət orqanı nümayəndələrinin digər tapşırıqlarını yerinə yetirib onlara kömək etməklə dövlətə xəyanət cinayət əməllərini törətdiyi müddətdə İran İslam Respublikasına çoxsaylı səfərlər etmiş, o cümlədən 22 iyul 2018-ci il tarixdə saat 11:15 dəqiqədə İran İslam Respublikasına getmiş, 23 iyul 2018-ci il tarixdə saat 20:36 dəqiqədə oradan geri qayıtmış, 22 sentyabr 2018-ci il tarixdə saat 20:13 dəqiqədə İran İslam Respublikasına getmiş, 25 sentyabr 2018-ci il tarixdə saat 15:35 dəqiqədə oradan geri qayıtmış, 09 oktyabr 2018-ci il tarixdə saat 13:43 dəqiqədə İran İslam Respublikasına getmiş, 10 oktyabr 2018-ci il tarixdə saat 17:24 dəqiqədə oradan geri qayıtmış, 13 dekabr 2018-ci il tarixdə saat 14:54 dəqiqədə İran İslam Respublikasına getmiş, 16 dekabr 2018-ci il tarixdə saat 17:42 dəqiqədə oradan geri qayıtmış, 05 yanvar 2019-cu il tarixdə saat 15:15 dəqiqədə İran İslam Respublikasına getmiş, 08 yanvar 2019-cu il tarixdə saat 11:45 dəqiqədə oradan geri qayıtmış, 11 fevral 2019-cu il tarixdə saat 18:10 dəqiqədə İran İslam Respublikasına getmiş, 14 fevral 2019-cu il tarixdə saat 11:56 dəqiqədə oradan geri qayıtmış, 28 fevral 2019-cu il tarixdə saat 19:56 dəqiqədə İran İslam Respublikasına getmiş, 01 mart 2019-cu il tarixdə saat 22:26 dəqiqədə oradan geri qayıtmış, 15 aprel 2019-cu il tarixdə saat 21:49 dəqiqədə İran İslam Respublikasına getmiş, 17 aprel 2019-cu il tarixdə saat 18:21 dəqiqədə oradan geri qayıtmış, 16 iyun 2019-cu il tarixdə saat 23:51 dəqiqədə İran İslam Respublikasına getmiş, 18 iyun 2019-cu il tarixdə saat 11:42 dəqiqədə oradan geri qayıtmış, 14 sentyabr 2019-cu il tarixdə saat 21:14 dəqiqədə İran İslam Respublikasına getmiş, 17 sentyabr 2019-cu il tarixdə saat 13:18 dəqiqədə oradan geri qayıtmış, 28 sentyabr 2019-cu il tarixdə saat 19:13 dəqiqədə İran İslam Respublikasına getmiş, 08 oktyabr 2019-cu il tarixdə saat 12:32 dəqiqədə oradan geri qayıtmış, 19 noyabr 2019-cu il tarixdə saat 20:32 dəqiqədə İran İslam Respublikasına getmiş, 29 noyabr 2019-cu il tarixdə saat 20:57 dəqiqədə oradan geri qayıtmış, 18 dekabr 2019-cu il tarixdə saat 18:37 dəqiqədə İran İslam Respublikasına getmiş, 25 dekabr 2019-cu il tarixdə saat 12:31 dəqiqədə oradan geri qayıtmışdır (Cild 1, iş vərəqi 223-235, Cild 2, iş vərəqi 149-151). Cinayət işində olan Təqsirləndirilən şəxs2 barəsində “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə 03 iyul 2019-cu il tarixli 7/2986 №-li tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İnformasiya və Təhlükəsizlik nazirliyinin (ETTELAAT) əməkdaşı tərəfindən 2017-ci ilin fevral ayında məxfi əməkdaşlığa cəlb edildikdən sonra, Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün 2017-2020-ci illər ərzində həmin xüsusi xidmət orqanının əməkdaşının tapşırığı əsasında tamah məqsədilə qəsdən məlumatlar toplamaqla casusluq formasında və Azərbaycan Respublikasının mənafeyi zərərinə həmin xüsusi xidmət orqanı nümayəndələrinin digər tapşırıqlarını yerinə yetirib onlara kömək etməklə dövlətə xəyanət cinayət əməllərini törətdiyi müddətdə İran İslam Respublikasına çoxsaylı səfərlər etmiş, o cümlədən 26 fevral 2017-ci il tarixdə saat 12:25 dəqiqədə İran İslam Respublikasına getmiş, 27 fevral 2017-ci il tarixdə saat 18:35 dəqiqədə oradan geri qayıtmış, 09 aprel 2017-ci il tarixdə saat 13:57 dəqiqədə İran İslam Respublikasına getmiş, 10 aprel 2017-ci il tarixdə saat 18:40 dəqiqədə oradan geri qayıtmış, 27 may 2017-ci il tarixdə saat 10:30 dəqiqədə İran İslam Respublikasına getmiş, 28 may 2017-ci il tarixdə saat 18:18 dəqiqədə oradan geri qayıtmış, 11 avqust 2017-ci il tarixdə saat 14:52 dəqiqədə İran İslam Respublikasına getmiş, 15 avqust 2017-ci il tarixdə saat 11:55 dəqiqədə oradan geri qayıtmışdır (Cild 1, iş vərəqi 236-241). İş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** №-li telefon nömrəsi ilə İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İnformasiya və Təhlükəsizlik nazirliyinin (ETTELAAT) Ələmdar kimi tanınan X34 adlı əməkdaşın istifadəsində olan **********90 və **********90 telefon nömrəsi arasında aparılmış danışıqlarını özündə əks etdirən "xxxx" MMC-dən 20 avqust 2020-ci il tarixli 7-1858 nömrəli məktubla Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş idarəsinə təqdim edilmiş statistik kompyuter açıqlamalarına keçirilmiş 17 sentyabr 2020-ci il tarixli baxış protokolundan görünür ki, İran xüsusi xidmət orqanının əməkdaşı Ələmdar kimi tanınan X34 istifadəsində olan **********90 və **********90 telefonları ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinə 13 dekabr 2018ci il tarixdə saat 20:03 dəqiqədə zəng edərək 37 saniyə, həmin gün saat 20:06 dəqiqədə zəng edərək 7 saniyə, eləcə də Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** telefon nömrəsindən İran xüsusi xidmət orqanının əməkdaşı Ələmdar kimi tanınan X31 istifadəsində olan **********90 telefonuna 23 mart 2019-cu il tarixdə saat 21:23 dəqiqədə zəng edərək 61 saniyə, 05 aprel 2019-cu il tarixdə saat 20:28 dəqiqədə isə zəng edərək 30 saniyə danışıq aparmışlar (Cild 3, iş vərəqi 211-212). İş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** №-li telefon nömrəsi ilə İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İnformasiya və Təhlükəsizlik nazirliyinin (ETTELAAT) Ələmdar kimi tanınan X34 adlı əməkdaşın istifadəsində olan **********90 telefon nömrəsi arasında aparılmış danışıqlarını özündə əks etdirən "xxxx" MMC-dən 20 avqust 2020-ci il tarixli 7-1858 nömrəli məktubla Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş idarəsinə təqdim edilmiş statistik kompyuter açıqlamalarına keçirilmiş 06 noyabr 2020-ci il tarixli baxış protokolundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 16 mart 2020-ci il tarixdə saat 13:27 dəqiqədə istifadəsində olmuş ***-***-**-** №-li telefon nömrəsindən İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İnformasiya və Təhlükəsizlik nazirliyinin (ETTELAAT) Ələmdar kimi tanınan X34 adlı əməkdaşının istifadəsində olan **********90 №-li telefon nömrəsinə zəng eədərək 47 saniyə danışıq aparmışdır (Cild 4, iş vərəqi 1). Cinayət işində olan "xxxx" MMC-dən 20 avqust 2020-ci il tarixli 7-1856 nömrəli məktubla Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş idarəsinə təqdim edilmiş statistik kompyuter açıqlamalarına keçirilmiş 07 noyabr 2020-ci il tarixli baxış protokolu ilə müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** №-li telefon nömrəsi ilə İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İnformasiya və Təhlükəsizlik nazirliyinin (ETTELAAT) Ələmdar kimi tanınan X34 adlı əməkdaşının istifadəsində olan **********05 №-li telefon nömrəsi arasında çoxsaylı danışıqlar aparılmışdır (Cild 4, iş vərəqi 2-4). İş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** №-li telefon nömrəsi ilə iş üzrə digər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsi arasında aparılmış danışıqlarını özündə əks etdirən "xxxx" MMC-dən 20 avqust 2020-ci il tarixli 7-1858 nömrəli məktubla Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinə təqdim edilmiş statistik kompyuter açıqlamalarına keçirilmiş 17 sentyabr 2020-ci il tarixli baxış protokolu ilə müəyyən edilmişdir ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadələrində olmuş həmin telefon nömrələri arasında çoxsaylı telefon danışıqları aparılmışdır (Cild 3, iş vərəqi 199-200). İş üzrə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** №-li telefon nömrəsi ilə iş üzrə şahid qismində dindirilmiş Şahid6 istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsi arasında aparılmış danışıqlarını özündə əks etdirən "xxxx" MMC-dən 20 avqust 2020-ci il tarixli 7-1858 nömrəli məktubla Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş idarəsinə təqdim edilmiş statistik kompyuter açıqlamalarına keçirilmiş 17 sentyabr 2020-ci il tarixli baxış protokolu ilə müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs2 və Şahid6 istifadələrində olmuş həmin telefon nömrələri arasında çoxsaylı telefon danışıqları aparılmışdır (Cild 3, iş vərəqi 201-202). İş üzrə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** №-li telefon nömrəsi ilə iş üzrə şahid qismində dindirilmiş Şahid6 istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsi arasında aparılmış danışıqlarını özündə əks etdirən "xxxx" MMC-dən 20 avqust 2020-ci il tarixli 7-1856 nömrəli məktubla Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinə təqdim edilmiş statistik kompyuter açıqlamalarına keçirilmiş 17 sentyabr 2020-ci il tarixli baxış protokolu ilə müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs2 və Şahid6 istifadələrində olmuş həmin telefon nömrələri arasında çoxsaylı telefon danışıqları aparılmışdır (Cild 3, iş vərəqi 203-204). Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Əks-kəşfiyyat Baş idarəsi tərəfindən istintaqa təqdim edilmiş 06 dekabr 2017-ci il tarixli 7-2160 №-li məktubdan görünür ki, keçirilmiş əkskəşfiyyat tədbirləri nəticəsində Ələmdar adlı şəxsin İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İnformasiya və Təhlükəsizlik nazirliyinin (ETTELAAT) əməkdaşı X32ması və istifadəsində İran mobil operatoruna məxsus **********6, **********05 və **********64 nömrələrin olduğu müəyyən edilmişdir (Cild 1, iş vərəqi 163). Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Əks-kəşfiyyat Baş idarəsi tərəfindən istintaqa təqdim edilmiş 07 fevral 2019-cu il tarixli 7-363 №-li məktubdan görünür ki, keçirilmiş əkskəşfiyyat tədbirləri zamanı İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İnformasiya və Təhlükəsizlik nazirliyinin (ETTELAAT) əməkdaşı ətrafda Ələmdar kimi tanınan X31 istifadəsində İran mobil operatoruna məxsus **********05 və **********16 saylı telefon nömrələri vardır (Cild 1, iş vərəqi 61). Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Əks-kəşfiyyat Baş idarəsi tərəfindən istintaqa təqdim edilmiş 20 iyun 2019-cu il tarixli 7-1592 №-li məktubdan görünür ki, keçirilmiş əkskəşfiyyat tədbirlər nəticəsində «ETTELAT» əməkdaşı kimi müəyyən olunmuş «Ələmdar» ləqəbli İran İslam Respublikasının vətəndaşı X31 əlaqəsi olan «Qubalı Mamed» ləqəbli şəxsin Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 olması müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 2019-cu ildə Azərbaycan Respublikasının mobil rabitə operatoruna məxsus ***-***-**-** və ***- ***-**-** saylı nömrələrdən istifadə edərək «Ələmdar»ın istifadəsində olan **********90, **********05 və **********16 saylı mobil nömrələrlə əlaqə saxlaması haqda məlumatlar əldə edilmişdir (Cild 1, iş vərəqi 220-221). Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Əks-kəşfiyyat Baş idarəsi tərəfindən istintaqa təqdim edilmiş 11 iyun 2020-ci il tarixli 7-1268 №-li məktubdan görünür ki, keçirilmiş əkskəşfiyyat tədbirlər zamanı məlum olmuşdur ki, xx.xx.1974-cü il təvəllüdlü, Quba rayonunda doğulmuş, Quba rayonunun Qonaqkənd qəsəbəsində qeydiyyatda olan, ünvan 7 ünvanında kirayənişin qismində yaşayan, müvəqqəti işsiz Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının xüsusi xidmət orqanı olan «ETTELAT»ın nümayəndəsi Ələmdar kimi tanınan X34 ilə əlaqələrini davam etdirməsi, sonuncudan aldığı tapşırıqları icra edərək Azərbaycan Respublikasına qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirməsi müşahidə edilməkdədir (Cild 2, iş vərəqi 1). Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Əks-kəşfiyyat Baş idarəsi tərəfindən istintaqa təqdim edilmiş 17 iyul 2020-ci il tarixli 7-1583 №-li məktubdan görünür ki, keçirilmiş əkskəşfiyyat tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 ətrafda «Ələmdar» kimi tanınan X34 adlı, özünü «Ağa Mühəndis» kimi təqdim edən və «Hacı» və ya «Ağa» kimi təqdim edən İran İslam Respublikasının xüsusi xidmət orqanı əməkdaşları tərəfindən 2018-ci ilin mart ayında məxfi əməkdaşlığa cəlb olunaraq, onların tapşırığı əsasında Azərbaycan Respublikasının zərərinə olaraq istifadə edilməsi məqsədilə məlumatlar toplayıb İran İslam Respublikasının xüsusi xidmət orqanı əməkdaşlarına ötürməsi məlum olmuşdur. Həmçinin bildirilmişdir ki, Təqsirləndirilən şəxs1 məxfi əməkdaşlığa cəlb edilməsində iştirak etmiş «Ağa Mühəndis» kimi çağırılan İran İslam Respublikasının xüsusi xidmət orqanının əməkdaşı Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 2017-ci ilin fevral ayında məxfi əməkdaşlığa cəlb edilməsində də iştirak etmişdir (Cild 2, iş vərəqi 106). Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Əks-kəşfiyyat baş idarəsi tərəfindən istintaqa təqdim edilmiş 17 iyul 2020-ci il tarixli 7-1586 №-li məktubdan görünür ki, keçirilmiş əkskəşfiyyat tədbirlər nəticəsində Təqsirləndirilən şəxs2 ətrafda «Ələmdar» kimi tanınan X34 adlı və özünü «Mühəndis» kimi təqdim edən İran İslam Respublikasının xüsusi xidmət orqanı əməkdaşları tərəfindən 2017-ci ilin fevral ayında məxfi əməkdaşlığa cəlb olunaraq, onların tapşırığı əsasında Azərbaycan Respublikasının zərərinə olaraq istifadə edilməsi məqsədilə məlumatlar toplayıb İran İslam Respublikasının xüsusi xidmət orqanı əməkdaşlarına ötürməsi məlum olmuşdur. Həmçinin bildirilmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə görüşmüş «Mühəndis» adlı şəxslərin eyni şəxs olmasına dair əks-kəşfiyyat baş idarəsində təsdiqedici məlumatlar mövcuddur (Cild 2, iş vərəqi 107). Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Əks-kəşfiyyat Baş idarəsi tərəfindən istintaqa təqdim edilmiş 22 iyul 2020-ci il tarixli 7-1633 №-li məktubda bildirilir ki, Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İnformasiya və Təhlükəsizlik Nazirliyinin (ETTELAAT) nümayəndəsi Ələmdar kimi tanınan X34 tərəfindən 2018-ci ilin mart ayında məxfi əməkdaşlığa cəlb olunaraq Azərbaycan Respublikasında, xüsusilə Quba və Xaçmaz rayonları ərazisində yaşayan islam dininin sələfi təriqəti üzrə ibadət edən şəxslər barədə məlumatların toplanması, həmin şəxslərin ibadət etdikləri məscidlərin, Quba rayonunun Qırmızı qəsəbəsinin yerləşdiyi ərazinin, orada yaşayan konkret şəxslərin evlərinin foto və video çəkilişlərinin aparılması, İsrail dövlətinin Azərbaycan Respublikasındakı səfirliyində işləyən əməkdaşların şimal bölgəsinə etdikləri səfərlər barədə əvvəlcədən məlumatların əldə edilməsi və digər sahələrdə cərəyan edən proseslərin izlənməsinə dair çoxsaylı tapşırıqlar alması və bu tapşırıqları icra edərək İranın xüsusi xidmət orqanının əməkdaşlarına ötürülməsinə dair Əks-Kəşfiyyat baş idarəsində məlumatlar mövcuddur. Həmçinin bildirilmişdir ki, X34 ilə yanaşı Təqsirləndirilən şəxs1la görüşərək ona tapşırıqlar vermiş «Ağa Mühəndis» və «Hacı» (və ya «Ağa») adlı şəxslərin İran İslam Respublikasının xüsusi xidmət orqanının (ETTELAAT) əməkdaşları olması təsdiq olunur. Təqsirləndirilən şəxs1 məxfi əməkdaşlığa cəlb edilməsində iştirak etmiş «Ağa Mühəndis» kimi çağırılan İran xüsusi xidmət orqanının əməkdaşı Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 2017-ci ilin fevral ayında məxfi əməkdaşlığa cəlb edilməsində də iştirak etmişdir (Cild 3, iş vərəqi 140). Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Əks-kəşfiyyat baş idarəsi tərəfindən istintaqa təqdim edilmiş 22 iyul 2020-ci il tarixli 7-1633 №-li məktubda bildirilir ki, Təqsirləndirilən şəxs2 İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İnformasiya və Təhlükəsizlik Nazirliyinin (ETTELAAT) nümayəndəsi Ələmdar kimi tanınan X34 tərəfindən 2017-ci ilin fevral ayında İranın Təbriz şəhərində məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırığı əsasında Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında çalışan dindar əməkdaşların onların əlaqəsinə çıxarılması, Quba rayonunun Qırmızı Qəsəbə yaşayış məntəqəsinin foto və videoçəkilişlərinin aparılması, Azərbaycan Respublikasında sərhədyanı bölgələrdə yerləşən hərbi hissələrdə xidmət edən hərbiçilərdən, Azərbaycan ərazisindəki xəstəxanalarda işləyən həkim personalından etibarlı dindar şəxslər müəyyən edərək onların əlaqəsinə çıxarılması, Azərbaycan Respublikası ərazisində yaşayan vəhabi təriqətinə mənsub şəxslər barədə məlumatların toplanılması, Səudiyyə Ərəbistanından Azərbaycana gələn milliyyətcə ərəb olan turistlərlə mümkün əlaqələrin qurulması, Bakı şəhərində fəaliyyət göstərən «Mevlana» restoranına gəlib-gedən şəxslərin öyrənilməsi və digər çoxsaylı tapşırıqlar alması və həmin tapşırıqları icra edərək İranın xüsusi xidmət orqanlarının əməkdaşlarına ötürməsinə dair Əks-Kəşfiyyat baş idarəsində məlumatlar mövcuddur. Həmçinin bildirilmişdir ki, X34 ilə yanaşı Təqsirləndirilən şəxs2la görüşərək ona tapşırıqlar vermiş «Ağa Mühəndis» adlı şəxsin İran İslam Respublikasının xüsusi xidmət orqanının (ETTELAAT) əməkdaşı olması təsdiq olunur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə görüşmüş «Ağa Mühəndis» adlı şəxslərin eyni şəxs olmasına dair Əks-Kəşfiyyat baş idarəsində məlumatlar mövcuddur (Cild 3, iş vərəqi 141-142). Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Əks-kəşfiyyat baş idarəsi tərəfindən istintaqa təqdim edilmiş 14 sentyabr 2020-ci il tarixli 7-2069 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 2017-ci ilin yaz aylarında Ukraynada yaşayan yaxın dostu Vaqif Qənbərovla «Facebook» sosial şəbəkəsi vasitəsilə əlaqə saxladığı vaxt, sonuncununqardaşı Şahid7 telefon nömrəsini, əvvəllər Azərbaycanda hərbi hissələrin birində müddətdən artıq hərbi qulluqçu kimi hərbi xidmət keçməsi, naməlum səbəblərdən hərbi xidmətdən tərxis olunması, hazırda isə atası ilə birlikdə Neftçala rayonunda aşpazlıq etməsi barədə məlumatlar əldə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 İran İslam Respublikasına səfər edərək Şahid7 barəsində topladığı məlumatları, ona hərbi sahədə verilən tapşırığın icrası ilə bağlı Seyidə çatdırmışdır. Məktubda həmçinin bildirilir ki, Şahid7 adlı şəxsin 20.09.1986-cı il təvəllüdlü, Neftçala rayonunda anadan olmuş, Neftçala rayonu, Mirqabanlı kəndində qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı Şahid7 olması müəyyən edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Şahid7 2006- 2010-cu illərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq hərbi xidmət keçmiş, 07.02.2010-cu il tarixdə «Hərbi xidmətkeçmə haqqında» əsasnamənin 156-cı maddəsinin «E» (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən tərxis olunmuşdur (Cild 3, iş vərəqi 173). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X29 tərəfindən verilmiş 24 iyul 2020-ci il tarixli 1387 №-li rəydən görünür ki, Təqsirləndirilən şəxs1 halhazıradək olan dövr ərzində hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməmiş, hazırda onda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hal-hazırda da, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs1 ona istinad edilən əməlin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməməsinə və ya idarə edə bilməməsinə səbəb olan psixi pozuntu qeyd olunmamışdır (Cild 5, iş vərəqi 168-170). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X29 tərəfindən verilmiş 24 iyul 2020-ci il tarixli 1386 №-li rəydən görünür ki, Təqsirləndirilən şəxs2 halhazıradək olan dövr ərzində hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməmiş, hazırda onda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hal-hazırda da, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs2 ona istinad edilən əməlin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməməsinə və idarə edə bilməməsinə səbəb olan psixi pozuntu qeyd olunmamışdır (Cild 5, iş vərəqi 165-167). Cinayət işinə əlavə edilmiş 29 iyun 2020-ci il tarixli 2582 saylı arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 8 ünvanında kirayədə yaşamış Təqsirləndirilən şəxs1 ailə üzvləri haqqında heç bir məlumat yoxdur (cild 3, iş vərəqi 49-51). İş materiallarına əlavə edilmiş 03 iyul 2020-ci il tarixli 1779 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 9 ünvanında ailəsi və 2 azyaşlı uşağı ildə qeydiyyatsız yaşamış, bu müddət ərzində onun özü və ailəsi haqqında 149 saylı MKİS-ə heç bir məlumat daxil olmamışdır (cild 3, iş vərəqi 49-51). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Stastistik İnformasiya idarəsindən daxil olmuş 18 iyun 2020-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 98-99). Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 ona Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilmədi. Həmçinin məhkəmədə onun istintaqa verdiyi 04 dekabr 2020-ci il tarixli ifadəsi tədqiq edilərkən, öz müdafiəsi üçün dəlil gətirərək ittihamla razı olmadığını, İran ərazisində görüşdüyü şəxslərlə bağlı dövlət orqanına məlumat vermək istəyində olmasını qardaşı X1 bildirmişdir. Bununla bağlı ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ifadəsində qeyd olunan xüsusatla əlaqədar, qardaşı X6 müəyyən edilərək iş üzrə şahid qismində dindirilmişdir. Taleh Abubəkirov istintaqa verdiyi ifadəsində bildirmişdir ki, qardaşı Təqsirləndirilən şəxs1 ilə təxminən 5-6 il olar ki, küsülüdürlər, danışmırlar, onunla həmin müddət ərzində heç bir əlaqəsi və münasibəti olmamışdır. Təqsirləndirilən şəxs1 son 5-6 ilki fəaliyyəti ilə bağlı onun heç bir məlumatı olmamışdır. Hətta həmin illər ərzində birbirilərini görəndə belə salam verməmişlər. Təqsirləndirilən şəxs1 ümumiyyətlə sabit həyat tərzi sürən şəxs olmamışdır. 2020-ci ilin iyun ayının ikinci yarısında eşitmişdir ki, Təqsirləndirilən şəxs1 Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, nəyə görə tutulmasını isə bilməmişdir. Təqsirləndirilən şəxs1 İran İslam Respublikasına səfər etməsi barədə heç bir məlumatı olmamış, bir qardaş kimi də bilməmişdir ki, Təqsirləndirilən şəxs1 nə vaxtsa İrana getmişdir. O, Təqsirləndirilən şəxs1 Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə görüşmək istəyində olmasını ona bildirməsi halının ümumiyyətlə olmadığını bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsində təqsirliliyi biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə - özünün və iş üzrə digər Təqsirləndirilən şəxs2 şahid, şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri çoxsaylı etirafedici ifadələri, çoxsaylı şahid ifadələri, baxış və fotoşəkil üzrə keçirilmiş tanınmalarla, Təqsirləndirilən şəxs1 və İran xüsusi xidmət orqanı nümayəndəsinin istifadəsində olmuş mobil telefon vasitəsilə aparılmış danışıqların statistik kompyuter açıqlamalarına keçirilmiş baxış protokolları ilə, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş mobil telefon aparatına keçirilmiş baxış protokolu ilə, məhkəmə kompyuter-texniki və məhkəmə-psixitarik ekspertizasının rəyləri, müvafiq əməliyyat tapşırıqlarının cavabları, “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə sərhədkeçmə barədə tələbnamələrlə və iş üçün əhəmiyyət kəsb edən digər əşya və sənədlərlə, həmçinin işin digər faktiki materialları ilə sübuta yetirilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməlini törətməsində təqsirliliyi biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə - özünün və iş üzrə digər Təqsirləndirilən şəxs1 şahid, şübhəli və təqsirləndirilən şəxs qismində istintaqa verdikləri çoxsaylı etiraf ifadələri, çoxsaylı şahid ifadələri, baxış və fotoşəkil üzrə keçirilmiş tanınma protokolları, Təqsirləndirilən şəxs2 və İran xüsusi xidmət orqanı nümayəndəsinin istifadəsində olmuş mobil telefon vasitəsilə aparılmış danışıqların statistik kompyuter açıqlamalarına keçirilmiş baxış protokolları, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş mobil telefon aparatına keçirilmiş baxış protokolu ilə, məhkəmə kompyuter-texniki və məhkəmə-psixitarik ekspertizasının rəyləri, müvafiq əməliyyat tapşırıqlarının cavabları, “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə sərhədkeçmə barədə tələbnamələrlə və iş üçün əhəmiyyət kəsb edən digər əşya və sənədlərlə, həmçinin işin digər faktiki materialları ilə tam və əsaslı olaraq sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hazırkı ittiham hökmündə sadalanan və məhkəmədə tədqiq olunmuş çoxsaylı sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı, eləcə də ibtidai istintaqın yekun mərhələsində özlərini təqsirli bilməmələri barədə mövqeləri onların subyektiv mülahizələri hesab olunmaqla məsuliyyətdən yaxa qurtarmaq üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan sübutları məcmu halında qiymətləndirərək və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzaların onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi, CM-nin 61.1.6-cı maddəsinin tələbinə görə, cinayətin tamah məqsədilə törədilməsini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi, Azərbaycan Respublikası CM-nin 61.1.6-cı maddəsinin tələbinə görə, cinayətin tamah məqsədilə törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai həbs müddətləri cəzaçəkmə müddətlərinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 11 iyun 2020-ci il tarixdən, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli isə 18 iyun 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən, adları çəkilən şəxslər həmin tarixlərdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş idarəsi tərəfindən şübhəli şəxs qismində tutulmuşlar. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 11 iyun 2020-ci il tarixdən, Təqsirləndirilən şəxs2 isə 18 iyun 2020-ci il tarixdən başlayaraq həbsdə saxlanıldıqları bütün müddət onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəasına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanında yerləşən evində 11 iyun 2020-ci il tarixdə keçirilmiş axtarış zamanı aşkar edilərək götürülmüş və iş materiallarına əlavə edilmiş cinayətinin törədilməsində əlaqə vasitəsi olan 1 ədəd «Samsung Galaxy ACE 4 Neo» markalı «SM-G318H» modelli, 1 ədəd «Vertex» markalı «İmpress Click NFS» modelli mobil telefon aparatları xüsusi müsadirənin predmetləri kimi dövlət nəfinə müsadirə olunmalı, zərbə nəticəsində müxtəlif hissələrə bölünərək istifadəyə yararsız formada olan «ZTE» markalı mobil telefon, üzərində **********681713545 rəqəmləri olan sim-kart məhv edilməlidir. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanında keçirilmiş axtarış zamanı aşkar edilərək götürülmüş 2 ədəd yaddaş kartı və 9 ədəd sim-kartın cinayət işinin materiallarına əlavə edilməklə saxlanılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 6 ünvanında yerləşən evində 18 iyun 2020-ci il tarixdə keçirilmiş axtarış zamanı aşkar edilərək götürülmüş və cinayət işinə əlavə edilmiş sim-kartları ilə birlikdə 1 ədəd «Xiaomi» markalı «Redmi7» modelli mobil telefon xüsusi müsadirənin predmeti kimi dövlət nəfinə müsadirə olunmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatları 121 manat (yüz iyirmi bir) manat 11 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 121 manat (yüz iyirmi bir) manat 11 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 61 (altmış bir) manat hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 16 (on altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 11 iyun 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 18 iyun 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanında yerləşən evində 11 iyun 2020-ci il tarixdə keçirilmiş axtarış zamanı aşkar edilərək götürülmüş 1 ədəd «Samsung Galaxy ACE 4 Neo» markalı «SM-G318H» modelli, 1 ədəd «Vertex» markalı «İmpress Click NFS» modelli mobil telefon aparatları dövlət nəfinə müsadirə olunsun. Zərbə nəticəsində müxtəlif hissələrə bölünərək istifadəyə yararsız formada olan «ZTE» markalı mobil telefon, üzərində **********681713545 rəqəmləri olan sim-kart məhv edilsin. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanında keçirilmiş axtarış zamanı aşkar edilərək götürülmüş 2 ədəd yaddaş kartı və 9 ədəd sim-kartın cinayət işinin materiallarına əlavə edilməklə saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 6 ünvanında yerləşən evində axtarış zamanı aşkar edilərək götürülmüş sim-kartları ilə birlikdə 1 ədəd «Xiaomi» markalı «Redmi7» modelli mobil telefon dövlət nəfinə müsadirə olunsun. Məhkəmə məsrəfləri hesab edilən 121 manat (yüz iyirmi bir) manat 11 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 61 (altmış bir) manat tutularaq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-654/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-654/2021
03.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver