Məhkəmə qərarları › İş №1(101)-654/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-654/2023

17.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-654/2023 17.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı3, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun Müdafiəçi2 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu, İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi, ev 13 ünvanında qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, 21 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 sentyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2022-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən «Xəzər» marketin qarşısında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 1890,0 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsini əldə edib idarə etdiyi «Toyota Prado» markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda saxlamaqla daşımış, 21 sentyabr 2022-ci il tarixdə, saat 01:20-də Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin (bundan sonra: RPİ, PB) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi ev 2 ünvanının qarşısında saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ-nin 7-ci PB-nin inzibati binasına aparılmış və bölmənin inzibati binasının ərazisində «Toyota Prado» markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman, avtomobilin salonunda arxa oturacağın önündə 01 ədəd sellofan torbanın içərsində 09 ədəd şəffaf sellofan torbalarda külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 205,0 qram, 295,0 qram, 145 qram, 180,0 qram, 260,0 qram, 190,0 qram, 205,0 qram, 205,0 qram, 205,0 qram olmaqla ümumilikdə təmiz çəkisi 1890,0 qram təşkil edən bitki mənşəli kütlələr - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsi olan aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda marixuana narkotik vasitəsini əldə edib saxlaması və üzərində daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi araşdırılan mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, barəsində olan cinayət işinin ibtidai istintaq materialları və iş üzrə ittiham aktı ilə tanış olmuş, ifadələrində heç bir fərq görməmişdir. İfadələri tam doğru olaraq dediyi kimi yazılmışdır və bir daha təsdiq edir. Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsində də Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 16 il sudurqa xəstəliyindən əziyyət çəkmiş, buna görə pensiya almışdır. Buna görə də uzun müddət narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. 18 yaşınadək xəstəliyi tez-tez özünü biruzə versə də, 18-dən sonra həmin xəstəlik demək olar ki, keçib getmişdir. O, sonuncu dəfə marixuana aldığı və tutulduğu şəxsin adını Kəbi kimi bilmişdir. Kəbi telefon işlətmədiyindən onunla Binəqədi qəsəbəsində yerləşən «Xəzər» marketin yaxınlığında görüşmüş, ayrılarkən növbəti görüşün vaxtını müəyyənləşdirmişdir. Narkotiki götürdüyü yerin ünvanını dəqiq tanımamış, “Xəzər” market narkotiki götürdüyü yerdən 300 metr arxada yerləşmişdir. Sentyabr ayının 17-də yolun kənarında görüşmüş və Kəbinin ona marixuana gətirəcəyi vaxtı təyin etmişlər. Kəbi narkotiki hazırlayacağını demiş, sentyabr ayının 21 və ya 22-də görüşməyi təklif etmişdir. O, Kəbiyə sentyabrın 20-də xəstəxanada olacağını, rayondan gələcəyini demiş və elə ayın 20-də görüşməyi təklif etmişdir. Razılaşdıqdan sonra Kəbi ona hər gün saat 17-dən saat 22-yədək Binəqədidə “Xəzər” marketin yanında olacağını bildirmişdir. O, Kəbiyə xəstə olduğunu, narkotikdən istifadə etdiyini, imkan olacağı təqdirdə bir az çox gətirməsini xahiş etmişdir. Kəbi 1,5 kiloqramdan çox gətirəcəyinə söz vermiş, 500 manata verəcəyini bildirmişdir. Kəbinin təklif etdiyi qiymət çox ucuz olduğundan o, təklifi qəbul etmişdir. Həmin qiymətə ala biləcəyi halda, təxminən 1000 manat qabaq düşəcəyini fikirləşmişdir. Belə ki, o, əvvəllər 20 qr., 50 qr., 300 qr. marixuana narkotik vasitəsi alıb istifadə etmiş, qiymətini bilmişdir. 20 sentyabr 2022-ci il tarixdə, axşam saatlarında, təqribən 18-19 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən «Xəzər» marketin yaxınlığında Kəbi il görüşmüşdür. Sonuncuya 500 manat verib Kəbidən onun söz verdiyi kimi 1,5 kiloqramdan çox bir ədəd sellofan torbanın içərsində olan marixuananı ondan almış, lakin tələsdiyindən aldığı malın keyfiyyətini öyrənib torbanın ağzını azacıq açıb iyləmiş, marixuana iyinin gəldiyini görüb torbanın içərisinə tam baxmadan uzaqlaşmışdır. Aldığı malın dəqiq miqdarını bməmiş ilvə torbanın içərisində 9 ədəd bağlama olmasından xəbərsiz olmuşdur. Kəbidən aldığı marixuananı bir ədəd torba ilə birlikdə "xxxx" MMC-dən icarəyə götürüb idarə etdiyi «Tayota Prado» markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının qarşısında olan saxlanc yerinə qoymuş, lakin tutulanadək istifadə etməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 21 sentyabr 2022-ci il tarixdə keçən gecə, saat 01:20-də Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən yaşadığı 2 saylı binanın qarşısında idarə etdiyi «Tayota Prado» markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşən zəman mülkü geyimdə olan, lakin polis oluduqlarını sonra öyrənib bildiyi 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində narkotik vasitə saxlamasından şübhə edildiyi üçün onu Binəqədi RPİ-nin 7-ci PBnə dəvət etmişlər. O, etiraz etmədən idarə etdiyi avtomobillə Binəqədi RPİ-nin 7-ci PB-nə aparılmış, avtomaşın polis əməkdaşı tərəfindən idarə olunmuşdur. Polis Bölməsində hüquq və vəzifləri izah edilərək video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı özünün razılığı ilə müdafiəçi iştirak etməmişdir. Şəxsi axtarış zamanı üzərində qeyri-qanuni hər-hansı bir əşya aşkar olunmamışdır. Lakin özü idarə etdiyi avtomobilin salonunda 2 kq-dək narkotik vasitə marixuana olmasını etiraf etmiş və həmin maddəni təqdilm edə biləcəyini bildirmişdir. Daha sonra idarə etdiyi «Toyota Prado» markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilə özünün razılığı ilə, müdaifəçinin iştirakı olmadan baxış keçirilmiş və avtomobilin salonunda arxa otrucağın önündə Kəbidən aldığı bir ədəd selefon kisədə olan marixuana aşkar edilərək götürülmüşdür. Ondan həmin bağlamanın içərisində nə olduğu barədə soruşulduqda, həmin sellofan torbanın içərisində ela arasında «nəşə» deyilən narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş, lakin çəkisini dəqiq bilmədiyini demişdir. Təhqiqatçının suallarına cavab olaraq həmin maddəni 20 sentyabr 2022-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən «Xəzər» marketin yaxınlığında əvvəllər tanımadığı və adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 500 manat müqabilində aldığımı bildirmişdir. Narkotik olan bağlama açıldıqda içərisində ayrı-ayrı bükümlərdə 09 ədəd marixuana dolu bağlamalar olduğu müəyyən edilmişdir. O, həmin narkotiki aldıqdan sonra kisəni açmadığından kisənin içərisində 09 ədəd marixuana dolu bağlamalar olduğunu bilməmişdir. Daha sonra bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, lakin marixuana istifadəçisi olduğu üçün ucuz qiymətə düşdüyündən 500 manat verib ittihamda göstərilən miqdarda marixuana narkotik vasitəsi almış və maşınında saxlamışdır. O, saxlanılarkən və ya şəxsi axtarışa məruz qalarkən polis əməkdaşları tərəfindən fiziki zora və ya təhqirə məruz qoyulmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Binəqədi RPİ-nin 7-ci PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə xidmətdə olaokən ona xx xxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, İsmayıllı rayonu, İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi ev 13 ünvanında qeydiyyatda olmaqla, ünvan 5 ünvanında yaşayan, hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərlərində saxlaması, gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə Bölmənin rəhbərliyinə qərarla müraciət edilmişdir. Daxil olmuş mötəbər məlumat əsasında onun rəhbərliyi ilə Binəqədi RPİ-nin 7-ci PB-nin sahə inspektoru, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra o, həmkarı Şamil Həsənolva birlikdə 21 sentyabr 2022-ci il tarixdə, saat 01:20-də Təqsirləndirilən şəxs ehtimal olunan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsində yerləşən 2 saylı binanın qarşısına getmişlər. Orada qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduqları Təqsirləndirilən şəxs idarə etdiyi **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşdükdən sonra sonuncyua yaxınlaşaraq özlərini təqdim etmiş, narkotik vasitələri qanunsuz əldə etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu bildirib, birlikdə xidmət göstərdikləri Binəqədi RPİ-nin 7-ci PB-nə getməsini təklif etmişlər və onun nəzarət altında Binəqədi RPİ-nin 7-ci PB-nə getməsinə nail olmuşlar. Yol boyu Təqsirləndirilən şəxs üstündə və ya avtomobilində olduğu ehtimal olunan narkotik vasitəni atmasına və gizlədə bilməsinə diqqət etmişlər. Təqsirləndirilən şəxs Polis Bölməsində gətirildikdən sonra raportla rəhbərliyə məlumat verdilmiş və bundan sonra faktın araşdırılması Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı Aslan Haqverdiyevə həvalə olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə, onun özünün razılığı ilə müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı sonuncunun üzərində dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Şəxsi axtarışın sonunda Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olduğunu, bildirmiş, üzərində yox, idarə etdiyi «Toyota Prado» markalı avtomobilində qurudulmuş marixuana narkotik vasitəsi olduğunu bildirmişdir. Şəxsi axtarışın sonunda protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs razılığ ilə müdafiəçinin iştirakı olmadan, sonuncunun idarə etdiyi «Toyota Prado» markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Avtomobilə baxış zamanı, avtomobilin salonunda arxa oturacağın önündə 01 ədəd sellofan torba aşkar olunmuşdur ki, həmin sellofan torbaya baxış keçirilərkən içərisində bitki mənşəli olub, qurudulmuş marixuana narkotik vasitəsinə bənzər kütlə olduğu aşkar olunmuşdur. Aşkar olunan kütlə təhqiqatçı tərəfindən sellofan torbaya yığılaraq qablaşdırılmış, prosessual hərəkət protokollaşdırılmış, həmin protokol bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs həmin marixuananı şəxsi isitifadəsi üçün 500 manat müqabilində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən «Xəzər» marketin qarşısında tanımadığı şəxsdən aldığını bildirmişdir. Həm şəxsi axtarış və götürmə və həm də avtomaşına baxış keçirilməsi və götürmə aparılması prosesi videoçəkilişlə aparılmış, müvafiq disk protokollara əlavə edilmişdir. Təqsirləndirilən şəxs istər saxlanılarkən, polis bölməsinə gətirilərkən, istərsə də bölmədə üzərində şəxsi axtarış aparılarkən polis tərəfindən ona qarşı fiziki və ya psixi təsir göstərilməmiş, ona qarşı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Binəqədi RPİ-nin 7-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində həmkarı – əməliyyat müvəkkili Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin məhkəməyədək icraatı mərhələsində üzrə şahid qismində dindirilmiş X2 ifadəsində əvvəllər tanımadığı Təqsirləndirilən şəxs adlı şəxsin xx.xx.2022-ci il tarixdə saat 22 radələrində onun işlədiyi "xxxx" MMC-yə gələrək sürücülük vəsiqəsini təqdim etməklə günü 100 manat müqabilində «Toyota Prado» markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobili üç gün müddətinə icarəyə götürdüyünü təsdiq etmişdir (iş vərəqə: səh. 93-94). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «Baxış və götürmə barədə» 21 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi «Toyota Prado» markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilən zaman avtomobilin salonunda arxa oturacağın önündə 01 (bir) ədəd sellofan torba aşkar edilərək götürülmüş, torbanın içərisinə baxış keçirilmiş və baxış nəticəsində torbanın içərisində 09 ədəd şəffaf sellofan torbalarda marixuana narkotik vasitəsinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs aşkar olunan həmin kütləni şəxsi isitifadəsi üçün 500 manat pul müqabilində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən «Xəzər» marketin qarşısında tanımadığı şəxsdən aldığını bildirmişdir. Tərtib olunmuş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, avtomaşına baxış və götürmə prosesi video çəkilişlə həyata keçirilmiş və prosesin videogörüntüləri bir ədəd «CD» formatlı diskə yüklənməklə tədqiq olunan protokola əlavə edilmişdir (iş vərəqə: səh. 37- 40). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs idarə etdiyi «Toyota Prado» markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilməsi və maddi sübutun götürülməsi prosesinin yükləndiyi 01 ədəd «CD» diskə baxış keçirilməsi haqqında protokol elan edilməklə tədqiq edildi. Tədqiq olunan protokolun məzmunundan görünür ki, tədqiq olunan protokolun məzmunu «Baxış və götürmə barədə» 21 sentyabr 2022-ci il tarixli protokolun məzmununu əhatə edir, ziddiyyətlər müəyyən edilməmiş, qanun pozuntusuna yol verilməmişdir (iş vərəqə: səh. 123-131). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə ekspertizasının 21 sentyabr 2022-ci il tarixli, 7/1071 nömrəli ekspert rəyindən görünür ki, tədqiqat üçün təqdim edilmiş 09 ədəd şəffaf sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 205,0 qram, 295,0 qram, 145,0 qram, 180,0 qram, 260,0 qram, 190,0 qram, 205,0 qram, 205,0 qram, 205,0 qram olmaqla ümumi təmiz çəkisi 1890,0 qram təşkil edən bitki mənşəli kütlələrin tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olduğu müəyyən edilmişdir (iş vərəqə: səh. 44-47). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 24 oktyabr 2022-ci il tarixli, 6281 nömrəli rəyindən görüunür ki, təqsirləndirildən şəxs Təqsirləndirilən şəxs opiodlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh. 111-112). Cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 14 noyabr 2022-ci il tarixli, 2998 №li rəyindən görünür ki, tədqiqat aparılan mərhələdə Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmədiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarkterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəktəlrini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: səh. 113-115). Məhkəmə baxışı zamanı tədqiq olunan materiallarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 1890,0 qram təşkil edən, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1889,55 qram qurudulmuş marixuana narkotik vasitəsi və baxışı və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 01 (bir) ədəd «CD» formatlı disk iş üzrə maddi sübut kimi tanınmış, qalıq çəkidə narkotik vasitə maddi sübut kimi saxlanması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmiş, «CD» formatlı bir ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: səh. 88-89, 123-131). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “qurudulmuş marixuana” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetamin psixotrop maddəsinin təmiz çəkisi 1890,0 qram təşkil etmişdir ki, qeyd olunan miqdar «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar hədlərində olmuşdur. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq külli miqdarda kustar üsulla hazırlanmış marixuana narkotik vasitəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün ixtisaslaşdırılmışdır və Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmiş, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 100). Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığını, onun tutduğu əməldən səmimi peşimanlığını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halllar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan sanksiya daxilində ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını nəzərə alır və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəza çəkmə müəssisəsi ümumi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu və barəsində həbs qətimkan tədbirinin seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı 21 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs baxılan iş üzrə 21 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 sentyabr 2022-ci il tarixədə müvafiq məhkəmə qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilmiş və bundan sonra o, qanuni əsaslarla məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan ambulator məhkəmə-narkoloji ekspertizasının 24 oktyabr 2022-ci il tarixli, 6281 nömrəli rəyinə münasibət bildirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması nəzərə alınmalı və onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1889,55 qram qurudulmuş marixuana narkotik vasitəsi məhv edilməlidir. - Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs idarəçiliyində olmuş «Toyota Prado» markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobildə baxış keçirilməsi və götürmə aparılması prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri olaraq hesablanmış 72,0 (yetmiş iki) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 21 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin, o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1889,55 qram qurudulmuş marixuana narkotik vasitəsi məhv edilsin; - Təqsirləndirilən şəxs idarəçiliyində olmuş «Toyota Prado» markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobildə baxış keçirilməsi və götürmə aparılması prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 72,0 (yetmiş iki) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar