Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-654/2025 21.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Daşkəsən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Daşkəsən rayonu, Alunitdağ qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.
İşin faktiki halları
2. Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi - 1949-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə aralarında olan şifahi razılığa əsasən məişət işlərini görməsi müqabilində 2024-cü ilin iyul ayının əvvəllərindən həmin evdə kirayədə yaşayarkən onun tərəfindən təmizlik işlərinin yaxşı görülməməsi ilə əlaqədar ev sahibi Zərərçəkmiş şəxs mütəmadi ona iradlar bildirib, təhqir etməsi, həmçinin 20 iyul 2024-cü il tarixdə saat 00:30 radələrində paltarların çirkli olmasına görə onun qarın nahiyəsindən dizi ilə vurub təhqir etməsi ilə əlaqədar həmin ünvanda aralarında baş vermiş mübahisə zamanı o, qisas almaq niyyəti ilə orta dərəcəli alkoqol sərxoşluğu dərəcəsində yaşadıqları evin otağındakı stolun üzərindən götürdüyü, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən öldürmək məqsədilə qoca olmasına görə fiziki vəziyyəti ilə əlaqədar müqavimət göstərmək imkanını qismən itirərək onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs bədəninin həyat üçün əhəmiyyət kəsb edən orqanlarının yerləşdiyi üz, boyun və boğaz nahiyələrindən zərbələr vuraraq Zərərçəkmiş şəxs canlı şəxslərdə sağlamlığa zərər vurmayan, dərəcələri təyin edilməyən sağ gözaltı nahiyəsində 1 ədəd və sol yanaq nahiyəsində 1 ədəd səthi kəsilmiş yaraları, sağlımlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid boynun sağ yan nahiyəsinin yuxarı şöbəsində daxilə nüfuz etməyən 1 ədəd, alt dodağın sağ bucaqaltı nahiyəsində ağız boşluğuna keçən 1 ədəd deşilmiş-kəsilmiş yaraları, sağ çənə nahiyəsində 1 ədəd kəsilmiş yarası və həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid, ölümünə səbəb olan kəskin xarici qanaxma ilə müşayiət olunan, boynun sağ yan nahiyəsinin aşağı şöbəsində daxilə nüfuz edən və ümumi yuxu arteriyasını zədələyən 1 ədəd deşilmiş-kəsilmiş yarası xəsarətlərini yetirərək aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 3-8) görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evidir. Evin həyətinə giriş dəmir materialdan hazırlanmış qapıdandır. Ev bir neçə otaqdan ibarət olmaqla ayrı-ayrı şəxslərə kirayəyə verilmək üçün nəzərdə tutulmuşdur. Evin birinci otağının qarşısında, otağa giriş qapısından çöldə arxası üstə uzanılı vəziyyətdə olan kişi cinsi meyit vardır. Meyitin sifət və boğaz nahiyələrində kəsici-deşici xassəli əşya ilə vurulmaya xarakterik xəsarətlər vardır. Meyitin hər iki aşağı ətrafları tamjıçılmış vəziyyətdə evin həyətinin həyətinin giriş qapısına doğru, başı girişdən əks tərəfə doğru, sol qolu dirsəkdən yarımbükülü vəziyyətdə üfüqi, sağ qolu isə dirsəkdən yarımbükülü vəziyyətdə sinəsinə tərəf istiqamətlənmiş vəziyyətdədir. Meyitin əynində qanabulaşmış vəziyyətdə olan köynək və şalvar vardır. Meyitin bel nahiyəsindən başına doğru çoxlu qanabənzər ləkələrin olması müşahidə olunur. Baxışda iştirak edən Şahid1 bildirdi ki, həmin meyit sözügedən evin sahibi Zərərçəkmiş şəxs aiddir. O, bir otaqda yaşadığı Təqsirləndirilən şəxs tərəfindən bir az əvvəl bıçaqlanıb öldürülmüşdür. Bundan sonra baxış keçirmək üçün evin birinci otağına daxil olduq. Həmin otağa plastik materialdan hazırlanmış qapı vasitəsi ilə daxil olunur. Qapı açıq vəziyyətdədir. Qapının dəstəyi üzərində gözlə görünən sınma, qopma, dağılma, deformasiya, sair mexaniki və fiziki təsir izləri müşahidə edilmir. Qapı maneəsiz açılıb- örtülür. Otağın uzunluğu 4.5 metr, eni 2 metr, hündürlüyü isə 2,20 metrdir. Otaqda müxtəlif məişət əşyaları, o cümlədən iki ədəd mebel materialdan hazırlanmış çarpayı vardır. Otağın səliqəsi pozulmuşdur, yəni dağınıq haldadır. Sağ divarın dibində yerləşən çarpayının üzərində sənədlər vardır. Otaqdakı çarpayıların arasında yerdə çox sayda qanabənzər ləkələr, həmin ləkələrin üzərində isə 01 ədəd çəkələk vardır. Otağa girişdən sol tərəfdəki divarın dibində yerləşən çarpayının giriş qapısına tərəf olan ayağından 50 sm aralıda yerdə 01 ədəd bıçaq vardır. Bıçağın ümumi uzunluğu 18 sm olmaqla dəstəyinin uzunluğu 10 sm, tiyəsinin uzunluğu isə 8 sm-dir. Bıçağın tiyəsi qanabulaşmış vəziyyətdədir. Hadisə yerinə baxış keçirilərkən hadisə yerində olan qanabənzər ləkələrdən 3 ədəd steril pambıqlı çubuqlar vasitəsilə nümunələr götürülərək xüsusi qablarda qablaşdırılmışdır. Bundan başqa otaqda aşkar edilmiş 01 ədəd bıçaq iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq hal şahidlərinin iştirakı ilə götürülmüşdür.
4. xx.xx.2024-cü il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 9-14) görünür ki, təşrih masası üzərində əynində aşağıdaki paltarları olan meyit uzadılmışdır: qısaqol rəngli, öndən düymələrlə bağlanan, üzərində bozumtul, ağımtıl və göy rəngli boylama zolaqları olan köynək, ağ rəngli qolsuz mayka, qırmızı-göy rəngli trusik, açıq bozumtul rəngli şalvar. Bütün paltarlar tam qurumamış tünd qırmızı rəngli qanla bulaşmışdır. Maykanın ön səthinin sağ yuxarı nahiyəsində, sağ çiyinik tikişində 8 sm aşağıda qeyri-müəyyən formal, 4x3,5 sm ölçüdə dəlib-keçən zədə vardır. Qısaqol köynəyin ön səthinin sağ yuxarı nahiyəsində, sağ çiyin tikişindən 3,0 sm və 4.0 sm aşağıda bir-birindən aralı paralel olaraqa boylama yerləşən, uzunluqları müvafiq olaraq 3,5 sm və 14.5 sm olan dəlib-keçən xətti şəkilli zədələr vardır. Ən soldakı zədənin yuxarı ucundan 7,5 sm aşağıda, zədənin sol kənarından yuxarıya və sola doğru bucaq altında ayrılan, uzunluğu 7,0 sm olan xətti dəlib-keçən zədə qeyd olurur. Şalvar və truskin üzərində gözlə aydın görünən hər hansı bir zədə aşkar olunmadı. Paltarları çıxardıqda meyit kişi cinslidir, düzgün bədən quruluşlu, kafi qidalıdır, boyunun uzunluğu 164 sm-dir. Meyit əllədikdə tam soyumuşdur, dəri örtüyü solğun çəhrayımtılsarımtıl rəngdədir. Meyit ləkələri bədənin arxa səthində yerləşirlər, bir qədər yayılmış şəklindədir, zəif bənövşəyimdi rəngdədirlər, onlara barmaqla təzyiq etdikdə ləkələrin rəngi avazayır itir və 5-6 dəqiqədən sonra öz rəngini bərpa olunur. Meyit qacıması bütün qrup əzələlərində kafi dərəcədə inkişaf etmişdir. Baş tükləri gicgah və ənsə nahiyəsində saxlanılmış, qısa qırxılmış, əsasən ağarmışdır, təmizdir, uzunluqları 2-3 sm-dir. Gözləri tam qapalı deyil, bəbəklər bərabər şəkildə genəlmişlər, 0,7 sm diametrindədir, buynuz qişa şəffafdır, ağlı qişası ağımtıldır. Güzehli qişa qəhvəyi rəngdədir. Burun və xarici qulaq keçəcəkləri təmiz və sərbəstdirlər, ifrazat yoxdur. Burun sümük və qığırdaqları, eləcədə üz və kəllə tağı skelet sümükləri əllədikdə tamdırlar. Ağzı qapalıdır, dodaq haşiyələri solğun göyümtiil- çəhrayımtıl rəngdədir, zədəsizdirlər. Üst və alt çənədə təbii dişlər vardır, ağımtıl-sarımtıl rəngdədirlər, zədəsizdirlər. Dili diş xəttindən arxada sərbəst yerləşir, çəhrayımtıl-sarımtıl rəngdədir. Boynu bədəninə müvafiqdir, az hərəkətlidir. Döş qəfəsi silindrikdir. simmetrikdir, normostenik tiplidir, əllədikdə döş sümüyündə və qabırğalarda patoloji hərəkətlilik qeyd olunmur. Qarnı qabırğa qövslərindən aşağı səviyyəsində yerləşir, əllədikdə yumşaqdır. Xarici cinsiyyət üzvləri kişi tipli düzgün inkişaf etmişlər, xəstəlik və zədə əlamətləri yoxdur. Sünnət olunmuşdur. Arxa keçəcəyi təmiz və zədəsizdir. Ətrafların uzunborulu sümüklərini əllə yoxladıqda patoloji hərəkətlilik hiss olunmur. Meyitin üzərində aşağıdaki xəsarətlər aşkar olundu: 1) Sağ gözaltı nahiyəsində bir qədər çəp- köndələn istiqamətində yerləşən bir ədəd ensiz iyvari formalı, ölçüləri 0,8x0,2 sm və dərinliyi 0,1 sm-ə qədər olan səthi yara vardır. Yara kənarları hamar, ucları itivaridir, sol ucunda yara daha dərin olaraq sağa doğru getdikcə ensizləşir və səhi qurtarır; 2) Sol yanaq nahyəsində bir qədər çəp-şaquli istiqamtində verləşn düz xətt şəkilli, uzunluğu 0,8x0,1 sm. səthi qırmızı rəngli, kənarları hamar, ucları itivari olan cızıq şəklində yara vardır; 3) alt dodağın sağ bucaqaltı nahiyəsində bir qədər çəp-köndələn istiqamətində yerləşən bir ədəd iyvari formalı, yara kənarları bir-birinə gətirdikdə isə nisbi düz xətt şəkilli, 1,1x0,3 sm ölçüdə, kənarları düz, divarları hamar olan yara vardır. Yaranın sol ucu küt, sol ucu isə iti qurtarır, zondla yoxladıqda ağız boşluğuna keçir və yara kanalının istiqaməti sağdan sola və bir qədər aşağıdan-yuxaryı doğru olmuşdur. 4) sağ çənə nahiyəsində çəp- köndələn istiqamətində yerləşən bir iyvari formalı, yara kənarları bir- birinə gətirdikdə isə nisbi düz xətt şəkilli, ölçüləri 4,Ox 1.0 sm olan, dəri və dəıialtı yumşaq toxumaları zədələyən yara vardır. Yara kənarları hamar olub, ucları itivaridir. 5) Boyunun sağ yan nahiyəsinin yuxarı şöbəsində, 4 saylı yaradan 3,2 sm aşağıda çəp- boylama istiqamtində yerləşən bir ədəd iyvari formalı, yara kənarları birbirinə gətirdikdə isə nisbi düz xətt şəkilli, ölçüləri 1,0x0,3 sm olan dəlib-keçən yara vardır. Yara kənarları düz, divarları hamardır, yaram bir ucu küt, əks ucu isə iti qurtarır. Zədə mənfəzini yoxlaqdıqda müəyyən olundu ki. yara kanalı 1.0 sm təşkil edir, dəri və yumşaq toxumaları əhatə edir. 6) Boyunun sağ yan nahiyəsinin aşağı şöbəsində. 5 saylı yaradan 4.0 sm aşağıda və azacıq sağda çəp-köndələn istiqamətində yerləşən eyni xarakterli, ölçüləri 1,3x0,3 sm olan, kənarları hamar, yaranın sol ucu küt. sol ucu isə iti qurtaran, zondla yoxladıqda boyunun boşluğuna keçən dəlib-keçən yara vardır. Yara mənfəzindən az miqdarda qan ifraz edir. Meyitin bədən səthində başqa xəsarət və xəsarətlərin izi aşkar edilmədi. Mərhum Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qısaqol rəngli, öndən düymələrlə bağlanan, üzərində bozumtul, ağımtıl və göy rəngli boylama zolaqları olan köynək, 01 ədəd ağ rəngli qolsuz mayka, 01 ədəd qırmızı-göy rəngli trusik və 01 ədəd açıq bozumtul rəngli şalvar ekspertiza tədqiqatı üçün müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür.
5. xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması barədə protokoldan (cild 01, iş vərəqə 33-34) görünür ki, 20 iyul 2024-cü il tarixdə saat 00:51 radələrində Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində tanışı Zərərçəkmiş şəxs boyun nahiyyəsindən bir neçə dəfə vurub xəsarətlər yetirməklə qəsdən öldürmüş, bu səbəbdən həmin gün saat 04:10-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur.
6. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqıdna protokoldan (cild 01, iş vərəqə 50-54) görünür ki, 20 iyul 2024-cü il tarixdə gecə saatlarında Bakı şəhəri. Nizami rayonu. Əlif Hacıyev 35 ünvanında yerləşən fərdi yaşayış evinin otağında girişdən sol tərəfdəki stolun üzərində olan bıçağı götürüb Zərərçəkmiş şəxs üzərinə hücum edərək sonuncunun bədəninin müxtəlif baş və boğaz nahiyələrinə bıçaqla vurub öldürdüyü yeri və hadisənin tödəilmə şəraitini əyani olaraq göstərib hadisə yerində təsvir etmişdir.
7. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 01, iş vərəqə 56—57) görünür ki, Təqsirləndirilən şəxs qimsində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə ittiham elan edilmişdir.
8. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Nizami rayon Məhkəməsinin 4(007)-204/2024 saylı qərarından (cild 01, iş vərəqə 73-77) görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanması qərar alınmışdır.
9. xx.xx.2024-cü il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 79-80) görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq təqdim olunan, hadisə zamanı əynində olmuş 1 ədəd göy rəngli olmaqla qısaqol köynək və 01 ədəd göy rəngli cins şalvar iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür.
10. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair 20 iyul 2024-cü il tarixli 2/39089 nömrəli protokoldan (cild 01, iş vərəqə 122) görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs “orta” dərəcəli alkoqol sərxoşluğu dərəcəsində olmuşdur.
11. 26.07.2024-cü il tarixli X6 tərəfindən ibtidai istintaq zamanı verilmiş ərizədən (cild 01, iş vərəqə 131) görünür ki, onu ölmüş Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmağını xahiş etmişdir.
12. 26.07.2024-cü il tarixli ölmüş zərərçəkmiş şəxsin hüquqi varisinin tanınması haqqında qərardan (cild 01, iş vərəqə 132) görünür ki, X6 zərərçəkmiş şəxsin hüquqi varisi qimsində tanınmışdır.
13. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2011-ci il tarixli 1 (101)-352/2011 nömrəli hökmünün surətindən (cild 01, iş vərəqə 151-154) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
14. DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən (cild 01, iş vərəqə 156-158) görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011 -ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum edilməsi və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 2744 saylı “əfv” sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilməsi müəyyən edilmişdir.
15. Məhkəmə-tibbi ekspertizasının 20 iyul 2024-cü il tarixli 652 nömrəli rəyindən (cild 01, iş vərəqə 163-165) görünür ki, Təqsirləndirilən şəxs Səməndar oğlunun sol əlin İİ barmağının əsas falanqasının ön (ovuc) səthində kəsilmiş yarası olmuşdur. Qeyd olunan xəsarət iti kənara malik hər hansı bir əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-ci il tarixdə alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətin xüsusiyyətlərinə və lokalizasiyasına istinad edərək qeyd etmək olar ki, həmin xəsarət müxtəlif şəraitlərdə, o cümlədən, şəxsin göstərdiyi şəraitdə, yəni digər şəxsə bıçaqla xəsarət yetirilən zaman əmələ gəlməsi mümkündür. Lakin bu xəsarətin şəxsin öz boyun hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyil.
16. Məhkəmə-tibbi ekspertizasının 26 iyul 2024-cü il tarixli 658 nömrəli rəyindən (cild 01, iş vərəqə 167-169) görünür ki, Şahid1 sağ bazunun qançırı olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə alınması mümkündür, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. Xəsarətin lokalizasiya və xüsusiyyətini nəzərə alaraq, demək olar ki, həmin xəsarətin şəxsin öz boyu hündürlüyündən yıxılması, eləcə də özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inandırıcı deyil.
17. Məhkəmə tibbi-bioloji və kriminalistik ekspertizasının kriminalistik tədqiqinə dair 23 avqust 2024-cü il tarixli 356-2024/MTKŞ saylı rəyindən (cild 01, iş vərəqə 180-185) görünür ki, ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, deşici-kəsici xassəyə malik mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Təqdim edilmiş bıçağın üzərində heç bir zədə yoxdur. Bıçağın üzərində sonradan heç bir dəyişiklik edilməmişdir. Qərarda göstərilən digər maddi sübutlar, yəni Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus geyim əşyaları ekspertizaya ayrılmış 01 (bir) ay ərzində tədqiqata təqdim olunmadığı üçün qərarda məhkəmə-tibbi kriminalistik ekspertiza üzrə verilən suallar icra edilmədi. Bıçağın bütün səthində aşkar edilmiş qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın ön hissəsində sağ çiyinlik üzərində 01 (bir) ədəd, köynəyin ön hissəsində sağda yuxarıda bir neçə ədəd, köynəyin ön hissəsində döş cibin üzərində 01 (bir) ədəd cırılmış zədələr aşlar edildi. Bu zədələr köynəyin müvafiq nahiyələrinin hər hansı bir səthə ilişib dartılma nəticəsində əmələ gələ bilərdilər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus paltarlar üzərində hər hansı bir zədə aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarlarda deşilmiş-kəsilmiş zədələr aşkar olunmadı. Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş boynun sağ yan nahiyəsinin 1 (bir) ədəd, boynun sağ yan nahiyəsinin 1 (bir) ədəd, alt dodağın sağ bucaqaltı nahiyəsində 1 (bir) ədəd deşilmiş-kəsilmiş, sağ çənə nahiyəsinin 1 (bir) ədəd, sağ gözaltı n a hiyəşində l(bir) ədəd və sol yanaq nahiyəsində 1 (bir) ədəd səthi kəsilmiş yaralar ekspertizaya təqdim edilmiş ona məxsus paltarlarda öz əkslərin tapmamışlar, bu da paltarların həmin nahiyələri örtməməsi ilə izah olunur.
18. Məhkəmə-tibbi ekspertizasının 20 avqust 2024-cü il tarixli 143 nömrəli rəyindən (cild 01, iş vərəqə 188-197) görünür ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: boynun sağ yan nahiyəsinin aşağı şöbəsində daxilə nüfuz edən və ümumi yuxu arteriyasını zədələyən 1 (bir) ədəd deşilmiş- kəsilmiş yarası, boynun sağ yan nahyəsinin yuxarı şöbəsində daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmişkəsilmiş yarası, alt dodağın sağ bucaqaltı nahiyəsində ağız boşluğuna keçən İ (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sağ çənə nahiyəsində 1 (bir) ədəd kəsilmiş, sağ gözaltı nahiysində 1 (bir) ədəd və sol yanaq nahiyəsində 1 (bir) ədəd səthi kəsilmiş yaralar. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümündən az əvvəl qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi. Xəsarətlər dərəcələrinə görə şərti olaraq aşağıdaki qruplara bölünmüşlər: 1-ci qrupda: - boynun sağ yan nahiyəsinin aşağı şöbəsində daxilə nüfuz edən və ümumi yuxu arteriyasını zədələyən və xarici qanaxma ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyır və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi vardır. İİ-ci qrupda: - boynun sağ yan nahyəsinin yuxarı şöbəsində daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, alt dodağın sağ bucaqaltı nahiyəsində ağız boşluğuna keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası və sağ çənə nahiyəsində 1 (bir) ədəd kəsilmiş yarası, canlı şəxslərdə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərini daşıyırlar. İll-cü qrupda: - sağ gözaltı nahiysində 1 (bir) ədəd və sol yanaq nahiyəsində 1 (bir) ədəd səthi kəsilmiş yaralar canlı şəxslərdə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığa zərər vurmayan dərəcələri təyin edilməyən xəsarətlərin əlamətlərini daşıyırlar.İİ və İİİ qruplardaki xəsarətlərin baş vermiş ölümlə səbəbli əlaqələri yoxdur. Zərərçəkmiş şəxs boynun sağ yan nahiyəsinin aşağı şöbəsində 1 (bir) ədəd, boynun sağ yan nahyəsinin yuxarı şöbəsində 1 (bir) ədəd və alt dodağın sağ bucaqaltı nahiyəsində 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaralar küpü və ülgücü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Digər yaralar isə iti kənara malik olan alətin (alətlərin), ola bilsin ki, yuxarıda sözü gedən deşici-kəsici alətin ülgücü ilə törənmişdir. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər qısa zaman kəsiyində yarandığından, onların hansı ardıcıllıqla yetirildiyini təyin etmək mümkün deyildir. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlərin və lokalizasiyasına istinad edərək qeyd etmək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlməsi mümkündür. Lakin, bu xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş deşilmiş-kəsilmiş və kəsilmiş yaraların xarakteri, morfoloji əlamətlərini və ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin konstruktiv xüssusiyyətlərini nəzərə alaraq demək olar ki, bu xəsarətlərin ekspertizaya təqdim edilmiş bıçaqla və ya ona oxşar digər bıçaqla törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs ölümünə səbəb kəskin xarici qanaxma ilə müşayiət olunan, boynun qan damarlarının zədələnməsi ilə nəticələnən boynun sağ yan nahiyəsinin aşağı şöbəsində olan deşilmiş-kəsilmiş yarası olmuşdur. Ölüm meyitin meyitxanada müayinəsindən təxminən 8- 10 saat əvvəl baş verə bilərdi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Zərərçəkmiş şəxs arxa keçəcək möhtəviyyatı olan 01 ədəd tampon və yaxmanın məhkəmə-tibbi tədqiqi zamanı yaxmada spermatozoidlər, tamponda isə sperma aşkar olunmamışdır.
19. «Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası»nın xx.xx.2024-cü il tarixli 2328 nömrəli rəyindən (cild 1, iş vərəqə 208-212) görünür ki, Təqsirləndirilən şəxs 20 iyul 2024-cü il tarixdən saat 00:30 radələrində cinayət hadisəsini törədən zaman və hadisədən əvvəl xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxsYoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman öz hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxsiş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb-biçməklə ifadə vermək qabiliyyətinə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə edə bilmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərir faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs emosionallıq, inadkarlıq, səthilik kimi fərdi- psixoloji xüussiyyətlərə malikdir. Zahid Səməndər oğlunun əqli imkanlarında gerilik əlamətləri aşkar edilmir. Qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs psixi emosional sferasında situasiya ilə əlaqədar hirslilik, qəzəb kimi hallar əmələ gəlmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır.
20. Məcburi narkoloji tibbi yoxlamanın 23 avqust 2024- cü il tarixli 5807 nömrəli rəyindən (cild 01, iş vərəqə 214-216) görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.
21. İş üzrə təyin edilmiş lifli materialların tədqiqi ekspertizasının 27 avqust 2024-cü il tarixli 3-16-16/2-6/3873 nömrəli rəyindən (cild 01, iş vərəqə 218-223) görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1N°-İi cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın üzərindən aşkar edilmiş göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın üzərindən aşkar edilmiş açıq qəhvəyi rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər.
22. İş üzrə təyin edilmiş kompleks məhkəmə tibbi-bioloji və kriminalistik ekspertizasının bioloji tədqiqinə dair 18 sentyabr 2024-cü il tarixli 490/2024-MTBŞ saylı rəyindən (cild 01, iş vərəqə 210-225) görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu- Abeta(H)/İİ/. Ekspertizaya təqdim olunan 01 ədəd bıçaq, 03 ədəd çubuqlu pambıq tampon, Zərərçəkmiş şəxs məxsus köynək, şalvar, alt mayka, trusik, Təqsirləndirilən şəxs məxsus şalvar və kofta üzərində Abeta(H)/lİ/qruplu insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus olması inkar olunmur.
23. İş üzrə təyin edilmiş əlavə kompleks məhkəmə tibbi-bioloji və kriminalistik ekspertizasının kriminalistik tədqiqinə dair 20 sentyabr 2024-cü il tarixli 435/2024-MTKŞ saylı rəyindən (cild 01, iş vərəqə 233-237) görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar. Şalvarın əsasən aşağı hissəsində olan qan ləkələri qan mənbəyindən səthə əsasən hündürlükdən düşən damcılar nəticəsində əmələ gəlmişlər, bəziləri isə qanın öz ağırlığı ilə aşağıya doğru axıntıları əmələ gətirmişdir. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus paltarların üzərində aşkar edilmiş qan ləkələri qanlı səthə kinetik impuls verməklə sıçraması nəticəsində əmələ gəlmişlər.
24. Azərbaycan Respublikası Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının Daşkəsən şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən (cild 01, iş vərəqə 238) görünür ki, xx.xx.1965-ci ildə Daşkəsən şəhərində anadan olmuş Təqsirləndirilən şəxs həqiqətən yaşadığı müddətdə qonşularla münasibəti yaxşı olmuş, habelə başqa şəxslərlə hər hansı narazılığın olması ilə bağlı Şəhər Nümayəndəliyinə nə şifahi, nə də yazılı şikayət daxil olmamışdır.
25. 23.09.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavələr və dəyişikliklər edilməklə Azərbaycan Respublikası CM-nin 120.2.9-cu maddasi ilə ona yenidən ittiham elan edilmasina dair qərar qəbul edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinin tərkib əlamətləri müəyyən lunmadığından barəsində həmin hissədə cinayət təqibina Azərbaycan Respublikası PM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilməli və icraatın bu hissəsinə aid materialların surəti cinayət işindən ayrılaraq Bakı şəhəri, Nizami rayon prokurorluğunun dəftərxanasına təhvil verilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin tərkib əlamətləri müəyyən lunmadığından barəsində həmin hissədə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilməli və icraatın bu hissəsinə aid materialların surəti cinayət işindən ayrılaraq Bakı şəhəri, Nizami rayon prokurorluğunun tərxanasına təhvil verilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsinin tərkib əlamətləri müəyyən alummadığından barəsində həmin hissədə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilməli və icraatın bu hissəsinə aid materialların surəti cinayət işindən ayrılaraq Bakı şəhəri, Nizami rayon prokurorluğunun daftərxanasına təhvil verilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkib əlamətləri müəyyən olunmadığından barəsində həmin hissədə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilməli və icraatın bu hissəsinə aid materialların surəti cinayət işindən ayrılaraq Bakı şəhəri, Nizami rayon prokurorluğunun daftərxanasına təhvil verilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə nəzərdə tutulan qanunsuz olaraq soyuq silah aldə etmə və gəzdirmə cinayətinin tərkib əlamətləri müəyyən edilmədiyindən həmin hissədə barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməli və icraatın bu hissəsinə aid materialların surəti cinayət işindən ayrılaraq Bakı şəhəri, Nizami rayon prokurorluğunun dəftərxanasına təhvil verilməsi, Təqsirləndirilən şəxs cinayəti törədərkən sol əlin İİ barmağının əsas falanqasının ön (ovuc) səthinin kəsilmiş yarası xəsarəti alması faktı üzrə cinayət hadisəsi olmadığından həmin hissədə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə zasən cinayət təqibinə xitam verilməli və icraatın bu hissəsinə aid materialların surəti cinayət işindən ayrılaraq Bakı şəhəri, Nizami rayon prokurorluğunun dəftərxanasına təhvil verilməsi, Təqsirləndirilən şəxs qapını açarkən ehtiyatsızlıqdan Şahid1 dərəcəsi təyin olunmayan sağ bazunun qançırı xəsarətini yetirməsi faktında cinayət hadisəsi olmadığından həmin hissədə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməli və icraatın bu hissəsinə aid materialların surəti cinayət işindən ayrılaraq Bakı şəhəri, Nizami rayon prokurorluğunun dəftərxanasına təhvil verilməsi, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 2744 saylı "əfv" sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə məhkumluğunun ödənilməsi nəzərə alınması, iş üzrə hadisə yerindən qanabənzər ləkələrdən hopdurulma üsulu ilə götürülmüş 03 ədəd steril pambıqlı çubuqlar, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən istifadə etdiyi 01 adəd bıçaq, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd göy rəngli qısaqol köynək. 01 ədəd göy rəngli cins şalvar, mərhum Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qısaqol rəngli, öndən düymələrlə bağlanan, üzərində bozumtul, ağımtıl və göy rəngli boylama zolaqları olan köynək, 01 ədəd ağ rəngli qolsuz mayka, 01 ədəd qırmızı-göy rəngli trusik və 01 ədəd açıq bozumtul rəngli şalvar maddi sübut kimi tanınsın və saxlanılmaları üçün Nizami rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilməsi, iş üzrə Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, baxış, götürmə, ifadənin yerində yoxlanılması, üzləşdirmə protokolları, ekspert rəyləri və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilməsi, iş üzrə ibtidai istintaqın yekunlaşdırılması məqsədəmüvafiq hesab edilməsi, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri, Nizami rayon prokuroruna təqdim edilməsi qərara alınmışdır.
26. Elektron məhkəmə sistemi vasitəsi ilə zərərçəkmiş şəxsin hüquqi varisi X1 məlumatlarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, o, 18 fevral 2025-ci il tarixdə, saat 17:44 radələrdində Daşkənd sərhəd postundan giriş etmiş, Azərbaycan Respublikasında yoxdur.
27. Məhkəmədə ifadəsi elan edilməklə, ibtidai istintaq zamanı zərəçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 oğlu ifadəsində göstərmişdir ki, Rusiya Federasiyasında anadan olmuş, anadan olduqdan sonra müxtəlif vaxtlarda Azərbaycan Respublikasına gəlib təzədən Rusiya Federasiyasının Tolyatti şəhərinə qayıtmış, 2023-cii ilin sonlarına kimi Rusiya Federasiyasında yaşamış, 2024-cü ilin yanvar ayından isə Bakı şəhərində yaşayır. X7 Stepanovna və bacısı Əminə Əliyeva isə Rusiya Federasiyasının vətəndaşları olmaqla orada yaşayırlar. Anası ilə atası Zərərçəkmiş şəxs faktiki olaraq ayrılmış, o, Rusiyadan Azərbaycana qayıtdıqdan sonra atası Zərərçəkmiş şəxs mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evində yaşamağa başlamışdır. Həmin vaxt atası da eyni ünvanda yaşamış, onlar bir müddət birlikdə yaşayandan sonra şəxsi münasibətlər zəminində aralarında mübahisə yarandığı üçün atası evdən çıxıb yaxınlıqda yerləşən, özünə məxsus, kirayəyə verdiyi fərdi yaşayış evinə köçərək orada yaşamağa başlamış, evlərinin arasında təxminən 80- 100 metr ara məsafəsi olmuşdur. Mübahisə etmələrinin səbəbi atasının yaşlı, deyingən olması, onu başa düşməməsi və xırda şeyə görə mübahisə yaratması olmuşdur. Atasının evdən çıxıb getməsi təxminən iki-üç ay bundan əvvəl olmuşdur. Atasının həmin evi bir neçə otaqdan ibarətdir, hər bir otaqda ayrı-ayrı şəxslər kirayənişin yaşamış və atası bunun müqabilində aylıq kirayə haqqı almışdır. Məbləğ barədə dəqiq məlumatı yoxdur. Ayrı yaşamalarına baxmayaraq, onlar mütəmadi olaraq əlaqə saxlayıb danışmış, eyni zamanda arada bir görüşmüşlər. Atası Tahir hərdən bir xərclik üçün ona pul vermiş, lakin o, anasının Rusiyadan ona göndərdiyi pul hesabına dolanmış, atasının yaşadığı evin otaqlarında kirayədə yaşayan şəxsləri tanımır. Atası Tahirin dediyinə görə, sonuncu Q.Qarayev metrostansiyasmm qarşısında dilənçiliklə məşğul olan Təqsirləndirilən şəxs 2024-cii ilin iyul ayının əvvəllərində həmin evə gətirmiş və onlar birlikdə yaşamağa başlamışlar. Atasının bildirdiyinə görə, Təqsirləndirilən şəxs əvvəlcə kirayənişin kimi evə gətirmiş, daha sonra Zahid evin təmizlik işlərini gördüyü, yemək bişirdiyi və paltarlarını yuduğu üçün sonuncunu kirayə verməkdən azad etmişdir. Zahidlə atası arasında xx.xx.2024-cü il tarixdən əvvəlki dövrdə hər hansı məsələyə görə narazılıq, ziddiyyət, mübahisə və münaqişə baş verməsini görməmiş, lakin xx.xx.2024-cü il tarixdə, axşamüstü o, atasının yaşadığı evə gedərkən Təqsirləndirilən şəxslə sözlü mübahisə etdiyini, bu zaman sonuncunun atasını hədələdiyini və vuracağını dediyini eşitmiş, onların arasında sözlü mübahisə davam edərkən o, oradan çıxıb yaşadığı evə getmiş, bu səbəbdən onların arasında mübahisənin nə yerdə qaldığını bilməmişdir. Bundan sonra o, atası Tahiri görməmiş və əlaqəsi olmamış, 2024-cü ilin iyul ayının 19-dan 20-nə keçən gecə, saat təxminən 00:30 radələrində yaşadığı evdə olduğu zaman atası Tahirin qaldığı ev tərəfdən qışqır-bağır səslərinin gəldiyini eşitmiş, ona görə də evdən çıxıb atasının yaşadığı evə getmiş, evin birinci otağının qarşısında atası Tahirin arxası üstə yerdə uzanıqlı halda görmüş, həmin vaxt atasının uzandığı yerdə, otağın daxilində çox sayda qan ləkələri, o cümlədən yerdə 01 ədəd bıçaq olmuşdur. Həmin vaxt atası Tahir uzandığı yerdə xırıldamış, sonuncunun yanında olan, daha sonra adını Rəşad kimi bildiyi şəxs Təqsirləndirilən şəxs atası Tahiri bıçaqladığını demiş, həmin vaxt o, Təqsirləndirilən şəxs hadisə yerində görməmiş, o, ora gedəndən sonra hadisə yerinə təcili tibbi yardım şöbəsinin və daha sonra hüquq mühafizə orqanlarının əməkdaşları gəlmiş, təcili tibbi yardım şöbəsinin işçiləri atasının nəbzini yoxlayıb sonuncunun artıq öldüyünü demişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəqiq hansı səbəbdən öldürməsini bilmir. Ola bilsin ki, aralarında sözlü mübahisədən sonra Tahir Zahiddən evi tərk etməsini tələb etmiş, bu səbəbdən Təqsirləndirilən şəxs atasını bıçaqla vurub öldürmüşdür. O, baş vermiş hadisəni görməmiş, Zahid atası Tahiri bıçaqla vurduqdan sonra o, hadisə yerinə gəlmişdir. Atası Zərərçəkmiş şəxs öldürülməsi ilə bağlı Təqsirləndirilən şəxs cəzalandırılmasını xahiş edir
28. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Tahirin evində otaq kirayələyib yaşamışdır. Zahidi də təxminən hadisədən 1 ay əvvəl tanımışdır. Hadisə baş verən gün gecə saatlarında, saat təqribən 00:00 radələrində əmisi oğlu Elnur ilə birlikdə evə gəlmişdir. Onlar hələ evə çatmamış o Tahirin səsini eşitmişdir. O Tahirdən əmisi oğlu üçün bir yer göstərməsini xahiş etmişdir. Tahir onun yaşadığı otağın yanında bir otaq da Elnura göstərib,onlara orada oturmağı məsləhət görmüşdür. Bir qədər sonra Tahir özü ilə birlikdə Zahidi də gətirib, Zahid ilə Elnurun eyni otaqda qalacağını bildirmişdir. Bundan sonra o və əmisi oğlu otaqda qalmışlar, Tahir ilə Zahid isə digər otağa keçmişlər. Bir neçə dəqiqə sonra o həmin otaqdan mübahisə səsləri eşidib, oraya getmişdir. Otağın qapısını açıb daxil olan zaman Zahidin Tahirə bıçaq zərbələri endirdiyini görmüşdür. O, dərhal Zahidin əlindən bıçağı alıb yerə atmış və əmisi oğlu Elnuru səsləmişdir. O, Elnurdan qapını saxlamasını xahiş etmiş, özü də Tahiri çölə çıxarmışdır. Bu zaman Tahirin bədəninin müxtəlif nahiyələrindən qan axmışdır. Tahiri çölə çıxardıqdan sonra qonşuları səsləmiş və daha sonra təcili tibbi yardım və polisə məlumat vermişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Tahir təbiətcə çox yaxşı insan olmuş, zahiri görünüşcə cılız və arıq biri olmuşdur. Zahid Tahirdən fiziki cəhətdən daha qüvvətli olmuşdur Zahid Tahirə bıçaqla xəsarət yetirmişdir. Onun daha əvvəl Zahid ilə mübahisəsi olmamışdır. Zahid onlara özünü Tahirin qardaşı kimi təqdim etmişdir. O, 2023-cü ilin may ayının 25-dən Tahirin evində kirayə yaşamışdır. Tahirin başqa yerdə evi olubolmaması barədə məlumatı yoxdur. Tahirin həyat yoldaşı milliyətcə rus idi və Rusiya Federasiyasında yaşamışdır. O, həyat yoldaşı ilə telefonda rus dilində danışmışdır. Tahirin 1 oğlu var idi. O da Tahirin evində qalırdı. O, bəzən Tahirin oğlunu həyətdə görmüşdür, lakin o azərbaycan dilini yaxşı bilmədiyindən, sonuncu ilə çox ünsiyyəti olmamışdır. O, Tahirə şəxsi həyatı barədə çox sual verməmişdir. Buna görə də Tahir ilə oğlunun nəyə görə ayrı-ayrı otaqlarda qalması barədə məlumatı yoxdur. Daha əvvəl Tahir ilə oğlu arasında hər hansı mübahisəyə şahid olmamışdır. Hadisə baş verdikdən sonra Tahirin oğlu gəlmiş və atasının yaralandığını görmüşdür. Tahirin evində digər şəxsləri fahişəliyə cəlb etməsinə şahid olmamış və bu barədə məlumatı yoxdur. O, cinayət törədilən otağa daxil olan zaman Tahir və Zahid hər ikisi ayaq üstdə, üzbəüz dayanmış, həmin vaxt artıq Zahid Tahiri bıçaqlamışdır. Zahid əlində bıçaq ilə hərəkətsiz vəziyyətdə dayanmışdır. O, Tahirin “Rəşad, Rəşad” deyə onu səslədiyini eşitmiş, otaqdan çıxmışdır. Tahirin evindəki qonşu otaqlarda divarlar nazik olduğundan bütün səslər aydın eşidilmişdir. O əmisi oğlu ilə evə gələn zaman Tahir və Zahid mübahisə etmişlər. O anladığı qədəri ilə Tahir Zahidin otağını dəyişirdi və Zahid də bundan narazı idi.Tahir ilə Zahid arasında əvvəlcədən hər hansı mübahisənin yaranıb-yaranmadığı barədə məlumatsızdır. Tahir və Zahidin münasibətləri yaxşı olmuş, onların daha əvvəl mübahisə etdiklərinin şahidi olmamışdır. Tahirin Zahidi təhqir etdiyini görməmişdir. Zahid heç vaxt Tahirdən gileylənməmişdir.
29. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs evində kirayədə yaşamışdır. Bir müddət sonra o özü ilə Zahidi gətirərək, Zahidin bundan sonra onunla eyni otaqda qalacağını bildirmişdir. Zahid otaqda cəmi 2-3 dəqiqə qalmışdır. Həmin zaman o telefonla danışmış. Bu zaman Zahid otaqdan çıxıb getmişdir. Daha sonra o Rəşadın onu səslədiyini eşitmişdir. O səsə tərəf getdikdə, Zahidin Tahiri bıçaqladığının şahidi olmuşdur. Rəşad qapını saxlamağını istəmiş. Özü isə Tahirin qoluna girərək, onu çölə çıxarmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o həmin evə daha əvvəl getmişdir. Lakin evə köçdüyü gün hadisə baş vermişdir.Tahir ona Zahidin bundan sonra onunla eyni otaqda yaşayacağını bildirmişdir. Həmin gün Tahir ilə Zahid arasında mübahisə baş vermişdir. Mübahisənin nə səbəbə baş verdiyi barədə məlumatı yoxdur. Həmin vaxt evdə o, əmisi oğlu Rəşad, Tahir və Zahid olmuşdur. Tahir və Zahid digər otaqda mübahisə etmişlər. Onların səsləri aydın eşidilmiş, hadisədən əvvəl Rəşad Tahiri çağırmış və ona bir otaq verməsini xahiş etmişdir. Daha sonra Tahir Zahidi gətirərək bundan sonra onunla eyni otaqda qalacağını demişdir. O, otaqda oturmuş və telefon ilə danışmış, bu zaman Zahid otaqdan çıxıb getmiş, təxminən 3-4 dəqiqə sonra Rəşadın onu səslədiyini eşitmişdir. O, nə baş verdiyini öyrənmək üçün otaqdan çıxmış, bu zaman digər otağın qapısını açan Rəşad ondan qapını saxlamağını istəmişdir. Rəşad özü isə Tahiri çölə çıxarmışdıR. Təcili tibbi yardım çağırmışlar, lakin təcili tibbi yardım gələnə qədər artıq Tahir ölmüşdür. Rəşad mübahisə səslərini ondan əvvəl eşitmiş, hadisə yerində onların dördündən başqa kimsə olmamışdır. Sonradan polis əməkdaşları və təcili tibbi yardım əməkdaşları gəlmişlər. O ,Tahirin oğlu Eduardı daha əvvəl görmüş, lakin o Zahid ilə Eduard arasında hər hansı mübahisəyə şahid olmamışdır. O Zahidin daha əvvəl hansı otaqda yaşadığını bilməmişdir. Tahir və Zahid eyni otaqda yaşamışlar. Tahir Zahidin otağını dəyişən zaman, Zahid aqresiv olmamışdır.
30. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o da Zahid kimi əvvəllər mərhumun evində təxminən bir il müddətində kirayədə yaşamışdır. Hadisə baş verməzdən əvvəl Zahidi tanımamışdır, çünki həmin dövrdə o rayonda olmuş. Geri qayıdanda ilk dəfə Zahidi də orada, yəni ortaq yaşadıqları evdə görmüşdür. O tikintidə işlədiyi üçün həmin gün evə gec gəlmişdir. Evə gələndə çox adamın toplaşdığını və polis əməkdaşlarının evdə olduğunu görmüşdür. Nə baş verməsi barədə ona sonradan məlumat verilmişdir. İbtidai istintaqa da izahatını vermişdir. Hadisə anı ilə bağlı heç nə bilməmişdir. Nə baş verdiyini, hadisənin hansı səbəbə yarandığı barədə də heç bir məlumatı yoxdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, mərhum Zərərçəkmiş şəxs çox gözəl, yüksək xarakterizə olunan bir şəxs olmuş və yaşlı olmuşdur. Zərərçəkmiş şəxs hər hansı xəstəliyi olması barədə məlumatı olmamışdır. Tahir Zahiddən yaşca böyük olmuş, Zahidi onlara qardaşı kimi təqdim etmiş, həmçinin Zahid də Tahirin onun qardaşı olduğunu bildirmişdir. Tahir fiziki cəhətdən zəif birisi olmuşdur. Onun daha əvvəl Tahir ilə mübahisəsi olmamışdır. Onun daha əvvəl Zahid ilə mübahisəsi olmuş, həmin mübahisə kiçik məişət problemi ucbatından baş vermişdir. Həmin vaxt Zahid onu üzünə damğa vuracağı ilə hədələmişdir. Tahiri Zahidin öldürdüyünü ətrafdakı şəxslər bilmiş, həmin şəxslərdən biri də Şahid1 olmuşdur. Tahirin oğlu Eduard da onun evində yaşayırdı.Tahirin əmlakının onun bildiyi qədəri ilə Tahirin yaşadığı ikimərtəbəli ev, onların yaşadığı kirayə evlər və qarşıdakı həyətdən ibarət olmuşdur. Tahir ilə oğlunun münasibətləri yaxşı olmamış, onlar tez-tez mübahisə etmişlər, hətta bəzən bu səbəbdən Tahir öz evində deyil, onların yanında gecələmişdir. Lakin Tahir ilə oğlunun hansı səbəbdən mübahisə etməsindən məlumatsız olmuşdur. O Tahir ilə Zahidin mübahisəsinə şahid olmamışdır. O heç vaxt nə Zahidin, nə də Tahirin otağına daxil olmamışdır. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
31. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, hadisə baş verməmişdən 3 gün əvvəl kirayə qalmaq üçün boş ev axtarmışdır. Əvvəl qaldığı ev başqa şəxslərə kirayə verilmişdir. Zərərçəkmiş şəxs ona yaşadığı evdə qalmağa yer olduğunu demiş və o da Tahrin evinə getmişdir. O Tahirgilə gedəndən sonra, təxminən hadisədən bir ay qabaq evdən içində mis olan kabellər itmişdir. Bir dəfə də Tahirin cibindən 75 manat pul götürülmüşdür. Ona görə də Tahir ona bildirmişdir ki, onu hər kəsə qardaşı kimi tanıdıb.Tahir evdə olmayan zaman onun evdə olmasını, o evdə olmayan zaman isə özünün olacağını demişdir. Tahirin milliyəti talış olmuşdur. Tez-tez dövlət atributlarını söymüşdür. O bunun səbəbini bilməmişdir. Tahirdən bir dəfə soruşmuşdur ki, niyə dövlət atributlarını söyürsən? Ona bu dövlətin çörəyini yediyini və özümüzün də bu millətdən olduğunu bildirmişdir. Tahir özü də Əlikram Hümbətovun mühafizəçisi işləmişdir. Tahirin keçmiş arvadı Rusiya Federasiyasında erməni ilə birlikdə yaşamışdır. Atası erməni, anası isə rusdur. Tahir də Rusiyadan gələndən sonra Azərbaycandan çıxışına stop qoyulmuşdur. Buna görə də şikayətlənmişdir. Evdə tez-tez Tahirlə aralarında bununla bağlı söhbətlər getmişdir. Bir gün o işdən gələndə görmüşdür ki, evdə ona aid olan bayraq yoxdur. O Tahirə salam verəndə isə Tahir ona soyuq cavab vermişdir. Tahirdən bayrağın harada olduğunu soruşanda demişdir ki, “ bayraq yararsız hala düşüb”. Tahir Azərbaycan bayrağını qızmar yağın içinə atmışdır. Daha sonra Tahir ilə aralarında insident baş vermişdir. Onlar münasibətlərini aydınlaşdırmaq üçün, bir-birlərinə fiziki şiddət göstərməyə və dava etməyə başlamışlar. Dava zamanı Tahir, onu boğmaq istəyəndə, o da Tahiri “altdan yuxarı” vurmuşdur. Lakin bıçaq zərbələrinin mərhumun sifətinə, yaxud boğazına dəyməsini xatırlamır. Tahirə xəsarət yetirdikdən sonra gəlib polisə təslim olmuşdur. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Tahiri 15 gün müddətində tanımışdır. O kirayə ev axtarmış və həmin vaxt Tahir ona qalmağa yer olduğunu və onun evində qala biləcəyini bildirmişdir. O Tahirlə bir otaqda qalmışdır. Tahirə məxsus 2 mərtəbəli evində isə 3 ailə yaşamışdır. O Tahirin evində qalanda, Tahir ondan ev üçün pul istəməmişdir. O öz paltarlarını yuyanda Tahirin də paltarlarını yumuşdur, həmçinin hər ikisi üçün yemək bişirmişdir. Tahirin qazancı ilə bağlı məlumatı yoxdur. Münaqişənin yaranmasına səbəb olaraq bildirmişdir ki, Tahirin ölkədən çıxışına stop qoyulmuşdur. Buna görə də Tahir, dövlət atributlarına qarşı nalayiq ifadələr işlətmiş və bayrağa qarşı hörmətsizlik etmişdir. Bu səbəbdən o Tahirin üstünə getmişdir. Tahir onu boğmağa başlayanda, əlindən çıxmaq üçün Tahirə bıçaqla xəsarət yetirmişdir. Onun 60 yaşı vardır, Tahirin isə 76 yaşı olmuşdur. O Tahiri bıçaqla vurmasa, ona gücü çatmazdı. Onu vurmaqda məqsədi əlindən çıxmaq olmuşdur. Hətta o Tahirin əlini də dişləmişdir. Tahirə neçə dəfə xəsarət yetirdiyini xatırlamır. Bıçaq xəsarətlərinin çox olmasına səbəb, Tahirin əlini buraxmaması və onu boğması olmuşdur. Bıçaq Tahirin əlində olmuşdur. O evə gələndə bıçaqla ərzaq doğramışdır. O həmin bıçağı Tahirin əlindən almış, Tahiri bıçaqlamışdır. Həmin gün spirtli içki qəbul etmişdir. Tahir ilə onun münasibəti əvvəllər yaxşı olmuşdur. Tahirlə münasibətinin dəyişməsinə səbəb Tahirin dövlət atributlarını təhqir etməsi olmuşdur. Tahirin dövlət atributlarının ünvanına təhqiredici ifadələr işlətməsinin səbəbi Tahirin xaricə çıxışına stop qoyulması idi. Tahir əvvəllər ona heç vaxt xəsarət yetirməmiş və təhqir edici ifadələr işlətməmişdir. Tahirlə o bu mövzuda 3 dəfə mübahisə etmişlər və o növbəti mübahisədə Tahiri vurmuşdur. Tahirin boyu ondan hündür olmuşdur. Hadisə günü Tahirin hara getməsi ilə bağlı məlumatı yoxdur. O evə gələndə Tahir də evə olmuşdur. Tahirin daha əvvəl başqa bir şəxslə mübahisəsinin olubolmadığını bilməmişdir. Hadisənin başqa şahidi olub-olmadığını bilməmişdir. O hadisədən sonra, otaqdan çıxanda Rəşadla qarşılaşmışdır. O, otaqdan çıxan zaman, Rəşad ilə salamlaşmışdır. Tahirin evində başqa şəxslər də yaşamışdır. Başqa şəxslərin hadisənin şahidi olub-olmadığı barədə məlumatı yoxdur. O dizayner işi ilə məşğul olmuş, dilənçiliklə məşğul olmamışdır . İbtidai istintaq zamanı ona qarşı heç bir təzyiq göstərilməmişdir. İbtidai istintaq orqanında ona zərərçəkmiş şəxsi tək öldürmədiyi bildirilmişdir. İbtidai istintaq dövründə onun adından yazılmış ifadələr, onun bildirdiyi ifadələr deyildir.
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
32. CM-nin 120.2.9-cu maddəsinə əsasən qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə cinayəti tördəildikdə on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
33. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır
34. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
35. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
36. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
37. Maddə 56.1.3. xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
38. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
39. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
40. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
41. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
42. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
43. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
44. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
45. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2012-ci il tarixli 3 saylı Qərarı:
46. Qərarın 13-cü bəndi. CM-nin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
47. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
Avropa Məhkəməsinin presedent hüququ:
48. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
49. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham iş üzrə şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələr, hadisə yerinə baxış, meyitə baxış protokolları, ibtidai istintaq zamanı iş üzrə keçirilmiş məhkəmə ekspertizaları, təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə və.s. toplanmış sübutlarla tam olaraq təsdiq olunur.
50. Bundan başqa təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-204/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının məzmunundan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında çıxış edərək törədilmiş cinayət əməlində özünü təqsirli bildiyini, əməlindən çox peşman olduğunu, cinayət əməlini törədən zaman içkili olduğunu, parkda və küçələrdə qaldığını, Bakıda daimi yaşayış yeri olmadığını bildirmişdir.
51. Hadisə yerinə baxış keçirilməsi, meyitə baxış keçirilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.
52. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilməsi, zərərçəkmiş şəxsin yaşca təqsirləndirilən şəxsdən böyük olması, fiziki cəhətdən təqsirləndirilən şəxsdən zəif olması səbəbindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.
53. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verdiyi ifadə özünümüdafiə xarakterli olmaqla onun məsuliyyətdən yayınmağa və ya vəziyyətini yüngülləşdirməyə cəhdi kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı, təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs onun əllərini tutaraq, onu boğmağa çalışması səbəbindən Tahirə çoxsaylı bıçaq xəsarətləri yetirməsi barədə dedikləri məhkəmə tərəfindən inandırıcı hesab edilmir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşca kiçik olmaqla yanaşı və fiziki cəhətdən daha cüssəli olmuş, həmçinin cinayət işi üzrə şahidlərin ifadələrinə əsasən Zərərçəkmiş şəxs sakit biri olmaqla, heç kəslə mübahisələrinin şahidi olmadıqları barədə məzmunlu ifadələr, bundan başqa Təqsirləndirilən şəxs onun barəsində həbs qətimkan tədbiri seçilərkən, əməlindən peşman olması, hadisəni törədən zaman içkili olması barədə bildirdikləri onun məhkəmədə verdiyi ifadəsinə şübhə ilə yanaşılmasına əsas olmuşdur.
54. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (qərarın 39,40,41-ci bəndlərindəki normativ aktlara əsasən).
55. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. (qərarın 38-ci bəndi).
56. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
57. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 32,34 və 35-ci bəndləri).
58. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011 -ci il tarixli hökmündən və DİN-nin BƏƏSİ-nin tələbnaməsindən görünür ki, Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum edilməsi və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 2744 saylı “əfv” sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilməsi müəyyən edilmişdir.
59. Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu qüvvədə olan cinayət qanunvericiliyinin müddəalarına əsasən ödənildiyindən cinayətin residivini yaratmır.
60. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
61. Təqsirləndirilən şəxs xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 37-ci bəndi).
62. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində xx.xx.2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 42 və 43-cü bəndləri).
63. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
64. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
65. İş üzrə maddi sübut olan, Bakı Şəhər Nizami rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerindən qanabənzər ləkələrdən hopdurulma üsulu ilə götürülmüş 03 ədəd steril pambıqlı çubuqlar, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən istifadə etdiyi 01 ədəd bıçaq, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd göy rəngli qısaqol köynək, 01 ədəd göy rəngli cins şalvar, mərhum Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qısaqol rəngli, öndən düymələrlə bağlanan, üzərində bozumtul, ağımtıl və göy rəngli boylama zolaqları olan köynək, 01 ədəd ağ rəngli qolsuz mayka, 01 ədəd qırmızı-göy rəngli trusik və 01 ədəd açıq bozumtul rəngli şalvar məhv edilməlidir. (qərarın 44-cü bəndi).
66. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 89 (səksən doqquz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 45-ci bəndi).
67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı Şəhər Nizami rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerindən qanabənzər ləkələrdən hopdurulma üsulu ilə götürülmüş 03 ədəd steril pambıqlı çubuqlar, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən istifadə etdiyi 01 ədəd bıçaq, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd göy rəngli qısaqol köynək, 01 ədəd göy rəngli cins şalvar, mərhum Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qısaqol rəngli, öndən düymələrlə bağlanan, üzərində bozumtul, ağımtıl və göy rəngli boylama zolaqları olan köynək, 01 ədəd ağ rəngli qolsuz mayka, 01 ədəd qırmızı-göy rəngli trusik və 01 ədəd açıq bozumtul rəngli şalvar məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Aygün Qurbanova Hakimlər Telman Hüseynov Fərid Namazov