Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-655/2022 11.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1980-cı il tarixdə Xankəndi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, 27 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 30 oktyabr 2021-ci il qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 26 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «Şuşa» restoranının yaxınlığında şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşından 7 (yeddi) ədəd şəffaf selofana bükülmüş vəziyyətdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,332 qram, 0,436 qram, 0,447 qram, 0,408 qram, 0,491 qram, 0,423 qram və 0,430 qram olmaqla ümumi təmiz çəkisi 2,967 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, 1 (bir) ədəd şəffaf selofana bükülmüş vəziyyətdə təmiz çəkisi 0,148 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 4 (dörd) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,126 qram, 0,107 qram, 0,121 qram və 0,039 qram olmaqla ümumi təmiz çəkisi 0,393 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədilə əldə edərək üzərində saxlamaqla daşımış, 27 oktyabr 2021-ci il tarixdə saat 13:00 radələrində özünü şübhəli apardığına görə Səbail rayon polis idarəsi Post-patrul xidməti bölüyünün polis nəfərləri və Səbail RPİ 39-cu Polis bölməsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Səbail RPİ, 39-cu Polis bölməsinin inzibati binasına aparılmış və orada üzərinə şəxsi axtarış keçirilərkən əlindəki qara rəngli dəri çantada olan “Rothmans” markalı siqaret qutusunun içərisindən 7 ədəd bükülüdə ümumi təmiz çəkisi 2,967 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 5 ədəd bükülüdə ümumi təmiz çəkisi 0,541 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd üzərində heroinin izləri olan gümüşü rəngli elektron tərəzi və içində psixotrop maddə metamfetaminin izləri olan şüşə ampula aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitələrdən istifadə edir, onları öz istifadəsi üçün tanımadığı şəxslərdən alır. Sonuncu dəfə narkotik alanda Səbail RPİ 39-cu Polis bölməsinin əməkdaşları tərəfindən tutulmuşdur. Ondan aşkar olunmuş narkotik və psixotrop maddələrin hamısı özünə məxsus olmuş, lakin o, həmin narkotikləri satış məqsədi ilə əldə etməmişdir, heç kimə narkotik vasitə satmamışdır. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs narkotik vasitəni «İnstaqram»da bir nəfərlə yazışıb ondan aldığını, həmin şəxs ona narkotikin pulunu saygacın içinə qoymağı tapşırdığını və onun da deyilən yerə pulu qoyduğunu, sonra isə gedib narkotikin ona deyildiyi yerlərdən götürdüyünü, özünün 5 ildir ki, narkotik vasitələrdən istifadə etdiyini, lakin heç kimə narkotik vasitə satmadığını, heroini və metamfetamini iynə ilə damarına vurduğunu, 5 il ərzində cəmi bir dəfə müalicə olunduğunu, polis işçilərinin onu Xəqani 47 ünvanında Pərvizlə bir yerdə saxladıqlarını, bu zaman Pərvizdə də narkotik vasitə olduğunu bilmədiyini, bölməyə gələndən sonra Pərvizdən də narkotik aşkar olunduğunu bildiyini, onda tərəzi olduğunu, polis əməkdaşları tərəfindən ona heç bir təsir və təzyiq olunmadıını bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. O, həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 26 oktyabr 2021ci il tarixdə əvvəllər tanıdığı “Pərviz” adlı şəxslə mobil telefonla danışıb metronun “28 May” stansiyasının qarşısında görüşmüşlər. Bir qədər gəzdikdən sonra Pərvizdən qardaşının yaşadığı ünvan 4 ünvana getməyi xahiş etmişdir. O, Pərvizlə həmin ünvana getdikdə binanın həyətində polis əməkdaşlarını görmüşlər. Onlar polis əməkdaşlarından yayınmaq məqsədi ilə qaçmaq istəmişlər. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq, özlərini təqdim etmiş, onları Bakı şəhəri, Səbail RPİ-nin 39-cu Polis bölməsinə dəvət etmişlər. Polis Bölməsində xidməti otaqlardan birində onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərində hər hansı qanunsuz əşya olub-olmaması barədə sual verilmişdir. O, qara rəngli dəri əl çantasında olan “Rothmans” markalı siqaret qutusunu və bir ədəd “gümüşü” rəngli kiçik tərəzini, həmin siqaret qutusunun içərisində olan bükümləri və bir ədəd şüşə dərman qabını təqdim etmişdir. Həmin bükümlərdən 7 ədəd şəffaf selofana bükülmüş maddələrin heroin, bir ədəd şəffaf selofan və dörd ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş maddələrin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. O, narkotik vasitələri alan zaman tərəzidən istifadə edərək çəkisini müəyyənləşdirdiyini və şüşə dərman qabdan istifadə edərək qəbul etdiyini də bildirmişdir. Bundan sonra onun təqdim etdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, eləcə də tərəzi və dərman şüşəsini polis əməkdaşları boş zərfə qoyaraq qablaşdırmışlar. O, aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Şuşa” restoranının yaxınlığında “İranlı” kimi tanıdığı şəxsdən almışdır. O, üzərindən aşkar edilərək götürlmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən heç kimə satmamış və verməmiş, həmin elektron tərəzini özü narkotik vasitə heroin və psixotrop maddə metamfetamini alarkən aldanmamaq üçün dəqiq çəkisini müəyyən etmək məqsədi ilə üzərində gəzdirmişdir (cild 1, iş vərəqi 210-212). Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail RPİ, 39-cu Polis bölməsinin sahə inspektoru Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun xidməti ərazisində yaşayan bir şəxs kimi tanımışdır. Həmin ərazinn sakinləri ona şifahi müraciət edərək Anar adlı şəxsin mənzilinə tanımadıqları şəxslərin gəldiyini, orada yaşayan vətəndaşların istirahətini pozduqlarını bildirmiş, bundan sonra dəfələrlə Anarla görüşmək istəsə də, onu tapa bilməmişdir. 2021-ci ilin oktyabrın axırlarında 39-cu Polis bölməsinə Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində Təqsirləndirilən şəxs adlı şəxsin külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə Səbail RPİ-nin Post-Patrul Xidməti bölüyünün ərazidə xidmət aparan əməkdaşları da məlumatlandırılmış və orada şübhəli hərəkətlər edən şəxslərin müəyyən edilməsi barədə təlimatlandırılmışlar. 27 oktyabr 2021-ci il tarixdə saat 13 radələrində o, Təqsirləndirilən şəxs adlı şəxsə bənzər şəxsin başqa bir nəfərlə birlikdə Səbail rayonu, Xaqani küçəsi, 47 saylı yaşayış binasının həyətinə daxil olduqları barədə ərazidə xidmət aparan Səbail RPİ Post-Patrul Xidmətinin əməkdaşlarına məlumat vermiş, özü də həmin əraziyə yollanmışdır. Orada keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs başqa bir nəfərlə birlikdə saxlanılmış, onlara narkotik vasitələrin dövriyyəsində şübhəli olduqları bildirilərək Səbail RPİ-nin 39-cu Polis bölməsinə dəvət etmişlər. Həmin şəxslərdən biri Təqsirləndirilən şəxs, digəri isə Şahid4 olmuşdur. Bölmədə Anarın üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş, bu zaman siqaret qutusunun içərisindən təxminən 7-8 büküm narkotik vasitə heroin və 4-5 bükümdə metamfetamin, tərəzi və şüşə ampula aşkar olunmuşdur. Anar həmin narkotikləri Təbriz küçəsində «Şuşa» restoranının yaxınlığında iranlı kimi tanıdığı bir nəfərdən aldığını bildirmişdir. Sonra həmin narkotik və psixotrop maddələr kağız zərfə qoyub qablaşdırılmış, protokol tərbi edilmiş, o da, digər iştirakçılar kimi zərfi və yazılmış protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail RPİ Post- Patrul Xidməti bölüyünün polis nəfəri Şahid2 ifadəsində bildirdi ki, təqsirləndirilən şəxsi həyata keçirilən əməliyyat tədbir zamanı görüb tanımışdır. Belə ki, 27 oktyabr 2021-ci il tarixdə o, iş yoldaşı Amil Əhmədovla birlikdə xidmətdə olmuşdur. Həmin vaxt sahə inspektroru Şahid1 onlara zəng edərək Anarı Alıcanovun həmin ərazidə olması barədə məlumat daxil olduğunu və Anarı görəcəyimiz təqdirdə ona xəbər verməyi tapşırmışdır. Bir qədər sonra Şahid1 onlara zəng edərək Anarın qardaşıgildə olduğunu bildirmiş və həmin əraziyə yaxınlaşmağı tapşırmışdır. Onlar da həmin əraziyə yaxınlaşıb Anarın bir nəfər şəxslə dayandığını müəyyən edərək onları saxlamış və 39-cu polis bölməsinə aparmışlar. Bölmədə Anarın üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş, bu zaman siqaret qutusunun içərisindən təxminən 7-8 büküm narkotik vasitə heroin və metamfetamin, həmçinin tərəzi və şüşə ampula aşkar olunmuşdur. Anar həmin narkotikləri «Şuşa» restoranının yaxınlığında iranlı kimi tanıdığı bir nəfərdən aldığını bildirmişdir. Sonra həmin narkotik və psixotrop maddələr kağız zərfə qoyub qablaşdırılmış, protokol tərbi edilmiş, o da, digər iştirakçılar kimi zərfi və yazılmış protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail RPİ, 39-cu Polis bölməsinin sahə inspektoru vəzifəsində işləmiş X2 və Səbail RPİ Post- Patrul Xidməti bölüyünün polis nəfəri Şahid3 şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, üzərinə şəxsi axtarış keçirilməsi zamanı iştirak etdiklərini bildirərək, həmkaları Şahid1 və Şahid2 məhkəmədə verdikləri ifadələrlə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 27 oktyabr 2021-ci il tarixli protokola əsasən, həmin tarixdə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, bu zaman Təqsirləndirilən şəxs əlində olan qara rəngli dəri çantanın içərisindən 1 ədəd “Rothmans” markalı qara rəngli siqaret qutusunu və 1 ədəd gümüşü rəngli tərəzini çıxarıb masanın üzərinə qoymuşdur. Siqaret qutusu açıldıqda içərisindən 8 ədəd şəffaf selofana və 4 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümlər, 1 ədəd şüşə dərman qabı aşkar olunmuşdur. Həmin bükülülər açıldıqda şəffaf selofana bükülmüş 7 ədəd bükülünün içərisində spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitəyə oxşar maddə, 1 ədəd bükülünün içərsində şəffaf kristal şəkilli narkotik vasitəyə oxşar maddə və 4 ədəd siqaretin gümüşü kağızında olan bükülünün içərisində şəffaf kristal şəkilli narkotik vasitəyə oxşar maddələr olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs şəffaf selofana bükülmüş 7 ədəd bükülünün içərisindəki kütlənin narkotik vasitə heroin, 1 ədəd bükülünün içərisində şəffaf kristal şəkilli maddə və 4 ədəd siqaretin gümüşü kağızına bükülmüş maddənin psixotrop maddə metamfetamin olduğunu, onları 26 oktyabr 2021-ci ildə tanımadığı “İranlı” adlandırdığı şəxsdən Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Şuşa” restoranının yanında alaraq şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini, narkotik vasiələri alarkən üzərindən aşkar olunmuş tərəzi ilə çəkisini müəyyən etdiyini və şüşə dərman qabında istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş həmin bükümlər, şüşə dərman qabı və tərəzi kağız zərfdə qablaşdırılmış və götürülmüşdür (cild 1, iş vərəq 52-53). Cinayət işinə əlavə edilmiş 1 ədəd diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Kodak DVD-R” adlı diskdə “VİD-20211028-WA0016” adlı, 16.439 kV yaddaşh; “VİD-20211028- WA0017” adlı, 16.383 kV yaddaşh; “VİD-20211028-WA0018” adlı, 14.579 kV yaddaşlı; “VİD- 20211028- WA0024” adh, 16.401 kV yaddaşh; “VİD-20211028-WA0025” adlı, 16.332 kV yaddaşh; “VİD- 2021 1028-WA0026” adh, 16.401 kV yaddaşh: “VİD-20211028-WA0027” adh, 15.448 kV yaddaşh və “VİD-20211028-WA0028” adh, 7.058 kV yaddaşh 8 (səkkiz) ədəd “mp4” formatlı videofayl yerləşir. Videofaylların ilk 3 ədədi Şahid4 üzərinə şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirmiş videogörüntülərin olduğu videofayllardır. Daha sonra videofaylların son 5 ədədi müvafiq olaraq 02:50 dəqiqə, 02:49 dəqiqə, 02:49 dəqiqə, 02:50 dəqiqə və 00:34 dəqiqə müddətdə davam etməklə, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxst axtarış və götürməni özündə əks etdirir. Videofayl qapalı otaq şəraitində lentə alınmışdır, otaqda 5 nəfər polis geyimində, 1 nəfər isə mülki geyimli olmaqla 06 nəfər kişi cinsli şəxslər vardır. Polis geyimində olan şəxslərdən biri özünü Səbail RPİ, 39-cu Polis Bölməsinin təhqiqatçısı polis kapitanı Bəxtiyar Məmmədli olaraq təqdim edir, daha sonra Səbail RPİ-nin 39-cu Polis Bölməsinin polis sahə inspektorları, polis baş leytenantı Şahid1, polis leytenantı Rəsul Aslanov, iki nəfər Səbail RPİ-nin PPXB-nün polis nəfərləri, polis serjantları Adil Xanbabayev və Şahid2 iştirakı ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtanş aparılacağı bildirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulan hüquq və vəzifələri ona izah edildikdən sonra üzərində şəxsi axtarış keçiriləcəyi bildirilir və üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya və ya maddə olub-olmaması soruşulur. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilirkən, o, əlində olan qara rənli dəri çantanın içərisindən bir ədəd qara rəngli mobil telefon aparatını, bir ədəd gümüşü rəngli elektron tərəzini və bir ədəd qara rəngli “Rothmans” markalı siqaret qutusunu çıxararaq masanın üstünə qoyur. Sonra təhqiqatçı tərəfindən iş üzrə Təqsirləndirilən şəxs əlindəki qara rəngli dəri çanta, eləcə də, bütün geyim əşyaları bir-bir yoxlanılır, lakin onun üzərindən heç bir qeyri-qanuni əşya və ya maddə aşkar edilmir. Sonra təhqiqatçının xahişi ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs masanın üzərində qoyduğu siqaret qutusunu açır, içərisindən 8 ədəd selofan bükümdə və 4 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə olan bükümləri masanın üzərinə boşaldır, 7 ədəd selofan bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, 1 ədəd selofan paket və 4 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümlərin içərisində olan ağ rəngli, kristal şəkilli maddələri “şüşə” kimi adlandıraraq, onları 26 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Şuşa” restoranının yanında tanımadığı “İranlı” adlandırdığı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını, elektron tərəzinin özünə məxsus olduğunu, narkotik vasitələri alarkən çəkisini ölçmək üçün üzərində gəzdirdiyini, bir ədəd yuxarı hissəsi sınmış vəziyyətdə olan şüşə ampulanı isə “şüşə” kimi adlandırlığı psixotrop maddə metamfetamini əridərək burnu vasitəsi ilə iyləmək üçün üzərində saxlayıb gəzdirdiyini bildirir. Sonra təhqiqatçı Bəxtiyar Məmmədli tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bükümlər, 1 ədəd elektron tərəzi və 1 ədəd şüşə ampula boş zərfdə qablaşdırılır, zərfin üzərinə bütün iştirakçılar tərəfindən imzalar edilir. Sonda bu barədə protokol tərtib edilir və protokol da iştirakçılar tərəfindən imzalanır (cild 1, iş vərəqi 139-140). Məhkəmə-kimyəvi ekspertizasının 28 oktyabr 2021-ci il tarixli 6/4773 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 12 büküm, 1 ədəd şüşə qab və 1 ədəd tərəzi” yazısı olan zərfdəki 8 (səkkiz) ədəd şəffaf polietilen bükümdə, onlardan 7 (yeddi) ədəd bükülmüş ayrı-ayrılıqda təmiz çəkisi 0,332 qr., 0,436 qr., 0,447 qr., 0,408 qr., 0,491 qr., 0,423 qr., 0,430 qr. olmaqla, ümumi təmiz çəkisi 2,967 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,148 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 4 (dörd) ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,126 qr, 0,107 qr, 0,121 qr, 0,039 qr, ümumi təmiz çəkisi 0,393 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin ümumi təmiz çəkisi 0,541 qram təşkil edir. Bir ədəd şüşə ampulanın içərisində metamfetaminin izləri və bir ədəd gümüşü rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini müəyyən etmək mümkün deyildir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər (cild 1, iş vərəqi 64-70). Məhkəmə-narkoloji ekspertizasının 20 dekabr 2021-ci il tarixli 5202 saylı rəyindən göpürünr ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 176-177). İbtidai istintaq orqanının 08 yanvar 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 7 ədəd bükülüdə ümumi təmiz çəkisi 2,967 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalan 2,827 qram hissəsi və 5 ədəd bükülüdə ümumi təmiz çəkisi 0,541 qram olan kustar üsulla hazırlanmış metamfetaminin tədqiqatdan sonra qalıq qalan 0,441 qram hissəsi, üzərində heroinin izləri olan gümüşü rəngli 1 ədəd elektron tərəzi və içərisində psixotrop maddə metamfetaminin izləri olan şüşə ampula iş üzrə maddi sübut kimi tanınmış, məhkəmənin müvafiq qərarı qəbul olunanadək saxlanılması üçün Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 183-194). Həmçinin həmin qərara əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinin videogörüntülərinin əks olunduğu 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir( cild 1, iş vərəqi 60, 183-194). Cinayət işində olan tələbnamədən görünür ki, Azərbaycan Respublikası DİN Baş əməliyyat və Statistik İnformasiya idarəsində Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 133-134). Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etmədiyini, həmin narkotik vasitə və psixotrop maddələri şəxsi istifadəsi üçün əldə edərək üzərində daşıdığını bildirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası Ali Məhkəmə Plenumunun qeyd olunan tövsiyyələrini nəzərə alaraq və hazırkı hökmdə sadalanan çoxsaylı sübutlarla təkzib olunduğuna görə Təqsirləndirilən şəxs məhkəmədə gətirdiyi həmin dəlilləri özünün məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs 27 oktyabr 2021-ci il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulub hal-hazıra qədər həbsdə saxlanıldığından, ibtidai həbs müddəti onun cəza müddətinə daxil edilməli, həmçinin Təqsirləndirilən şəxs cəzasının başlanğıcı 27 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmiş iş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 7 ədəd bükülüdə ümumi təmiz çəkisi 2,967 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalan 2,827 qram hissəsi və 5 ədəd bükülüdə ümumi təmiz çəkisi 0,541 qram olan kustar üsulla hazırlanmış metamfetaminin tədqiqatdan sonra qalıq qalan 0,441 qram hissəsi, üzərində heroinin izləri olan gümüşü rəngli 1 ədəd elektron tərəzi və içərisində psixotrop maddə metamfetaminin izləri olan şüşə ampula hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinin videogörüntüləri əks olunmuş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatı 114 (yüz on dörd) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 20 dekabr 2021-ci il tarixli 5202 saylı rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 27 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar: - Bakı şəhəri, Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 7 ədəd bükülüdə ümumi təmiz çəkisi 2,967 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalan 2,827 qram hissəsi və 5 ədəd bükülüdə ümumi təmiz çəkisi 0,541 qram olan kustar üsulla hazırlanmış metamfetaminin tədqiqatdan sonra qalıq qalan 0,441 qram hissəsi, üzərində heroinin izləri olan gümüşü rəngli 1 ədəd elektron tərəzi və içərisində psixotrop maddə metamfetaminin izləri olan şüşə ampula hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinin videogörüntüləri əks olunmuş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-655/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-655/2022
11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver