Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-655/2024 09.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X12, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları X16 və Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Femida” vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs1, zərərçəkmiş hüquqi şəxs Xəzər rayonu Şağan Bələdiyyəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, xx xxxx 1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər Xəzər Rayon Məhkəməsinin 22 noyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.1-ci maddələri ilə təqsirli bilinib 4.000 manat cərimə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 oktyabr 2014-cü il tarixli, 7(003)-254/2014 nömrəli qərarına əsasən təyin edilmiş cərimə cəzası islah işləri növündə cəza ilə əvəz edilərək, ona qazancından 15% pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 7(003)-1820/2023 nömrəli qərarı ilə sonuncuya Xəzər Rayon Məhkəməsinin 22 noyabr 2013-cü il tarixli hökmü ilə (sonuncu dəfə Xəzər Rayon Məhkəməsinin 16 oktyabr 2014cü il tarixli qərarı ilə) təyin edilmiş cəzadan azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2, 294.1, 32.4, 308.1, 32.4, 309.1, 32.4, 313, 32.4, 320.1, 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs keçmiş Əzizbəyov rayon X8 İcraiyyə Komitəsinin 13 sentyabr 1991-ci il tarixli, 13 saylı qərarı ilə Zərərçəkmiş şəxs1 ev tikmək məqsədilə ayrılmış həmin vaxt Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisinə, hazırda isə Şağan qəsəbəsinin ərazisinə düşən qərarda 750 m² göstərilsə də faktiki istifadəsində 1040 m² olan 156.000 (bir yüz əlli altı min) manat dəyərində torpaq sahəsinə mülkiyyət hüququnun başqasına məxsus olduğunu bilə-bilə həmin torpaq sahəsini aldatma yolu ilə əldə etmək məqsədilə 2022-ci ilin aprel ayında qeriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi niyyətə uyğun olaraq, 2022-ci ilin may ayında Azərbaycan Respublikasının 17 iyun 2003-cü il tarixli, 478- İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnaməyə əsasən yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablamaq, yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin etmək və qanunvericilikdə nəzərdə tutulmuş digər səlahiyyətləri üzrə başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamına səbəb olan hərəkətləri yerinə yetirən inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs kimi Xəzər rayonu, Şağan bələdiyyəsinin vergi müfəttişi Şahid4 və sonuncu vasitəsilə Azərbaycan Respublikasının 17 iyun 2003-cü il tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnaməyə əsasən yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablamaq, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirmək, yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin hüquqlarını və qanuni maraqlarını qorumaq, onların sorğularına, şikayətlərinə qanunvericiliyə uyğun olaraq baxılmanı və müvafiq tədbirlərin görülməsini təmin etmək, müəyyən olunmuş müddətdə yerli (bələdiyyə) vergilərin və ödənişlərin toplanılması haqqında bələdiyyələrə hesabatlar və məlumatlar vermək, bələdiyyələrin qərarlarını icra etmək və qanunvericilikdə nəzərdə tutulmuş digər səlahiyyətləri üzrə başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamına səbəb olan hərəkətləri yerinə yetirən inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs kimi həmin Bələdiyyənin Yerli büdcəyə nəzarət və Vergi şöbəsinin müdiri Şahid3 müraciət edib Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində yerləşən faktiki olaraq Zərərçəkmiş şəxs1 sahibliyində olan 1040 m² torpaq sahəsinin Şahid2 babasından miras kimi sonuncuya keçdiyini, lakin Şahid2 həmin torpaq sahəsinin sənədini itirdiyini yalandan bildirməklə, həmin torpaq sahəsinə dair sənəd verilməsinə köməklik göstərilməsi ilə əlaqədar 1.200 manat məbləğində pul vəsaiti təklif edib, Şahid4 və Şahid3 razılığını alaraq 2022-ci ilin may ayında qeyriləri ilə sövdələşməklə, vəzifəli şəxsi qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə səlahiyyətlərini aşmağa və qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə bilə-bilə hüquq verən rəsmi sənədi və möhürü istifadə etmək məqsədilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamağa təhrikləri əsasında qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi niyyətə uyğun olaraq, həmin tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şağan bələdiyyəsinin inzibati binasında “İcarədar” kimi sabiq bələdiyyə sədri X10 və “İcarəçi” kimi Şahid2 göstərildiyi Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində yerləşən 1040 m² torpaq sahəsinin sonuncuya bağçılıq təsərrüfatı və ev tikmək məqsədilə 60 il müddətinə icarəyə verilməsi görüntüsünü yaradan 08 fevral 2007-ci il tarixli, 07 nömrəli icarə müqaviləsini istifadələrində olan kompüterdə qeyd edilən ərəfədə tərtib edib printer vasitəsilə çap edərək üzərinə istintaqa məlum olmayan tarixdə və şəraitdə hazırlanmış daxilində “AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ ƏZİZBƏYOV RAYONU ŞAĞAN BƏLƏDİYYƏSİ” yazıları olan saxta möhürü vurmaqla və “Tərəflərin imzası” qrafasında “X17” yazısının və müqaviləyə əlavə edilmiş torpaq sahəsinin sxemində “Təsdiq edirəm Şağan bələdiyyəsinin sədri A.S.Pənahov” yazısının qarşısındakı imzaları və sxemdə mövcud olan “yol, qonşu, 28,4 və 36,60” yazı və rəqəmlərini qabaqcadan əlbir olan bir qrup şəxs halında olmaqla birlikdə qəsdən fərqli formada icra etməklə saxtalaşdırıb hazırladıqları həmin saxta icarə müqaviləsini 2022-ci ilin may ayında Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində yerləşən Şağan bələdiyyəsinin inzibati binasının qarşısında özlərinə təqdim edilməsindən sonra bunun müqabilində 1.200 manat pul vəsaitini Şahid4 verib, bundan sonra cinayətkar niyyətlərini davam etdirərək Zərərçəkmiş şəxs1 özünə məxsus torpaq sahəsinin qanunsuz olaraq zəbt edilməsi ilə bağlı müraciəti üzrə Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsində aparılan ilkin yoxlama zamanı hüquqi əsasın olması görüntüsü yaratmaq və xeyrinə qanunsuz prosessual qərar qəbul edilməsinə nail olmaqdan ötrü qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid4 və Şahid3 saxtalaşdırmaqla hazırladıqları 08 fevral 2007-ci il tarixli, 07 nömrəli icarə müqaviləsini və müqaviləyə əlavə edilmiş sxemi bilə-bilə istifadə etmək məqsədilə Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsində barələrində araşdırılan C-316/22 saylı ilkin yoxlama materialına əlavə edilməsindən ötrü 17 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov 9 ünvanında yerləşən Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin inzibati binasında təqdim etməklə, cinayətkar niyyətlərini davam etdirib 24 iyun 2022-ci il tarixdə yenidən yuxarıda qeyd edilən inzibatitəsərrüfat funksiyalarına malik vəzifəli şəxs kimi Xəzər rayonu, Şağan bələdiyyəsinin vergi müfəttişi Şahid4 və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 23 mart 2000ci il tarixdə qeydiyyata alınmış Xəzər rayonu Şağan bələdiyyəsinin üzvlərinin 12 fevral 2000-ci il tarixli, 02 saylı iclasının qərarı ilə təsdiq edilmiş “Bakı şəhəri, Əzizbəyov rayonunun X3”nə əsasən, əmr və sərəncamlar verilməsi, bələdiyyə qərarlarının imzalanması, bələdiyyəyə təsdiq edilmək və baxılmaq üçün təqdim edilən büdcə, plan, proqram və qərar layihələrinin hazırlanması, bələdiyyənin qəbul etdiyi qərarların yerinə yetirilməsi, bələdiyyənin qanunla müəyyən edilmiş səlahiyyətlərinin həyata keçirilməsinin təşkili, bələdiyyə mülkiyyəti və bələdiyyənin istifadəsinə verilmiş başqa mülkiyyətin idarə edilməsi, bələdiyyə əmlakının texniki inventarizasiyasının aparılması, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə əsasən vətəndaşların müraciətlərinə mahiyyəti üzrə baxılıb cavab verilməsi, fiziki və hüquqi şəxslərə arayış verilməsi və digər səlahiyyətlərin daşıyıcısı olan hüquqi şəxsin təşkilatisərəncamverici funksiyaları yerinə yetirməklə başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən, yaxud nəticələnə bilən hərəkətləri etmək hüququna malik vəzifəli şəxs kimi Xəzər rayonu, Şağan bələdiyyəsinin sədri vəzifəsini icra edən Şahid5 Şahid2la birlikdə müraciət edib sonuncunun Şağan qəsəbəsi ərazisində 1040 m² torpaq sahəsinin mövcud olmasını yalandan bildirməklə buna dair Şahid2la Şağan bələdiyyəsi arasında bağlanılmış 08 fevral 2007-ci il tarixli, 07 nömrəli icarə müqaviləsi əsasında Şahid2 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 1040 m² torpaq sahəsinin icarəyə verilməsi və vergi ödəyicisi kimi torpaq vergisini tam ödəməsi görüntüsünü yaratmaqda köməklik etmək məqsədilə arayış verilməsinə dair Şahid5 və Şahid4 razılığını alaraq 24 iyun 2022-ci il tarixdə sövdələşməklə, vəzifəli şəxsi qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə və qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədə şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməyə təhrikləri əsasında qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi niyyətə uyğun olaraq, Şahid2 ilə Şağan bələdiyyəsi arasında 08 fevral 2007-ci il tarixli 7 nömrəli icarə müqaviləsi əsasında ona Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 1040 m² torpaq sahəsinin icarəyə verilməsi və vergi ödəyicisi kimi torpaq vergisini tam ödəməsi görüntüsünü yaratmaqda köməklik etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Şahid2 Xəzər rayonu Şağan bələdiyyəsi tərəfindən hər hansı torpaq sahəsinin mülkiyyətə, icarəyə və istifadəyə verilməsinə dair Bələdiyyənin arxivində hər hansı iclas protokolunun, bələdiyyə qərarının və digər arxiv sənədinin olmamasına və həmçinin araşdırma zərurəti ilə əlaqədar Şağan bələdiyyəsi tərəfindən Şahid2 Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində torpaq sahəsi ayrılıb-ayrılmaması barədə Şağan bələdiyyəsinə Xəzər rayon prokurorluğu tərəfindən ünvanlandırılmış 17 iyun 2022-ci il tarixli, xid-893/22 saylı sorğu məktubuna 23 iyun 2022-ci il tarixli, 25 saylı məktubla sonuncuya Şağan qəsəbəsi ərazisində hər hansı bir məqsədlə torpaq sahəsinin verilməsinə dair Bələdiyyədə arxiv sənədinin aşkar edilməməsi əks olunmuş rəsmi cavabın verilməsinə baxmayaraq, 24 iyun 2022-ci il tarixdə Şahid5 və Şahid4 özlərinə təqdim etmək üçün qeyd edilən ərəfədə Xəzər rayonu Şağan bələdiyyəsinin inzibati binasında torpaq sahəsinin Şahid2 məxsus olma və həmin torpaqdan vergi ödəməklə istifadə etmə hüquq verən rəsmi sənəd hesab edilən 24 iyun 2022-ci il tarixli 100 nömrəli arayışı tərtib edib məzmununa bilə-bilə yalan məlumatları, yəni Şahid2 08 fevral 2007-ci il tarixdə Torpaq icarəsi haqqında qanunun 6-cı maddəsinə uyğun olaraq Şağan bələdiyyəsi ilə 07 saylı icarə müqaviləsini bağlaması, həmin müqaviləyə əsasən ona Şağan qəsəbəsi “Yeni sahə” yaşayış massivində 60 il müddətə 1040 m² torpaq sahəsi icarəyə verilməsi, vergi ödəyicisi kimi Bələdiyyənin vergi qeydiyyatına alınması və torpaq vergisini tam ödəməsinə dair məlumatları Şahid5 və Şahid4 kompüter vasitəsilə daxil edib Şağan Bələdiyyəsinin sədr əvəzi kimi özünə aid hissədə öz imzası ilə Bələdiyyənin vergi agenti Şahid4 isə özünə aid hissədə imzaladıqdan sonra Şahid5 təhkim edilmiş üzərində “Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu Şağan Bələdiyyəsi” yazıları olan möhürlə birbaşa olaraq şəxsən təsdiq edib elə həmin tarixdə Şağan bələdiyyəsinin inzibati binasında özlərinə təqdim edilməsi ilə barələrində araşdırılan material əsasında 18 iyul 2022-ci il tarixdə Xəzər rayon prokurorluğunda başlanmaqla Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə istintaq zamanı hüquqi əsasın olması görüntüsü yaratmaq və xeyrinə qanunsuz prosessual qərar qəbul edilməsinə nail olmaqdan ötrü qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid5 və Əli Cahagirovun qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı əsasında hazırladıqları 24 iyun 2022-ci il tarixli 100 nömrəli arayışı 12 abqust 2022-ci il tarixdə ünvan 5 ünvanında yerləşən Xəzər rayon Polis İdarəsinin inzibati binasında təqdim edərək cinayət işinə əlavə edilməsinə nail olub, cinayətkar niyyətlərini davam etdirərək Zərərçəkmiş şəxs1 özünə məxsus torpaq sahəsinin qanunsuz olaraq zəbt edilməsi ilə bağlı Bakı şəhəri Xəzər rayon məhkəməsinə 25 iyul 2022-ci il tarixdə etdiyi müraciəti üzrə həmin məhkəmə tərəfindən baxılan mülki işdə iştirak edən cavabdeh şəxs kimi hüquqi əsasın olması görüntüsü yaratmaq və Bakı şəhəri Xəzər rayon məhkəməsi tərəfindən xeyrinə qanunsuz məhkəmə qətnaməsinin çıxarılmasına nail olmaqdan ötrü qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində saxtalaşdırıb hazırladıqları 08 fevral 2007-ci il tarixli, 07 nömrəli icarə müqaviləsi və həmin müqaviləyə əlavə edilmiş sxemi və qeyriləri qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı əsasında hazırladıqları 24 iyun 2022-ci il tarixli 100 nömrəli arayışı çıxarılacaq yekun məhkəmə qərarının mahiyyətinə bilavasitə təsir göstərən sübutları həmin saxta sənədlər və uydurma dəlilləri ilə saxtalaşdırmaq niyyəti ilə 28 sentyabr 2022-ci il tarixdə ünvan 7 ünvanında yerləşən Xəzər rayon məhkəməsinin inzibati binasında təqdim etməklə Bakı şəhəri Xəzər rayon məhkəməsinin icraatında olan, iddiaçı Zərərçəkmiş şəxs1 cavabdehlər Şahid2 və Təqsirləndirilən şəxs qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair 2(003)-2743/2022 saylı mülki iş üzrə iddia icraatı müddətində və ********* saylı cinayət işi üzrə aparılan istintaq zamanı Zərərçəkmiş şəxs1 çoxsaylı şikayətləri, sonuncunun Şahid2 və Təqsirləndirilən şəxs qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair 2(003)-2743/2022 saylı mülki iş üzrə iddiasının Xəzər rayon məhkəməsi tərəfindən təmin edilməsi, həmçinin həmin məhkəmə tərəfindən əməllərində cinayətin əlamətlərinin aşkara çıxarılması barədə Xəzər rayonu Şağan bələdiyyəsinin sədri vəzifəsini icra edən Şahid5 və həmin Bələdiyyənin vergi agenti Şahid4 barəsində xüsusi qərar çıxarılması, həmçinin Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaqı aparılan ********* saylı iş üzrə qəbul edilmiş cinayət işi üzrə icraata xitam verilməsi haqqında 05 sentyabr 2022-ci il tarixli qərarın Xəzər rayon prokurorluğu tərəfindən 06 oktyabr 2022-ci il tarixdə ləğv edilib iş üzrə icraat təzələnməsi ilə əlaqədar bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs1 məxsus 156.000 manat dəyərində torpaq sahəsini qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində külli miqdarda ziyan vurmaqla dələduzluq yolu il ələ keçirməyə cəhd etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə xidməti səlahiyyətlərinin hüdudlarından açıqaşkar surətdə kənara çıxan hərəkətlər edərək hüquqi şəxsin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərini aşmağa, qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə bilə-bilə hüquq verən rəsmi sənədi və möhürü istifadə etmək məqsədilə vahid niyyətlə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamağa, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsi qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə hüquqi şəxsin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə və qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədə şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməyə təhrik etmiş,qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində saxta sənədlərdən vahid niyyətlə təkrarən bilə-bilə istifadə etmiş, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə mülki iş üzrə işdə iştirak edən şəxs kimi sübutları saxtalaşdırmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, aradabir makler kimi fəaliyyət göstərdiyindən Şağan qəsəbəsində qonşuluğunda yaşayan Şahid2 övladına toy etmək istədiyi üçün ona atasından qalan torpaq sahəsini satmaq istədiyini, lakin həmin torpağa dair sənədlərinin olmadığını və şəkər xəstəsi olduğundan ona kömək edib müştəri tapmağını xahiş etmişdir. O, tanışı Şahid1 həmin torpaq sahəsinin satışa çıxarıldığını demişdir. O, Şahid1 və Şahid2 birlikdə gedib həmin torpaq sahəsinə baxmışlar. Şahid1 torpaq sahəsi ilə bağlı sənədləri soruşduqda Şahid2 rüsum ödəyib bələdiyyədən sənədləri alacağını bildirmişdir. Şahid1 da razılaşmış, onlar 1 həftə sonra görüşmüşlər və Şahid1 Şahid2 500 manat beh vermişdir. O, və Şahid2 Şağan Bələdiyyəsinin işçisi Şahid4 həmin torpaq sahəsinə bələdiyyə sənədi almaq istədiklərini bildirdikdə Şahid4 sənədi əldə etməyin mümkün olduğunu bildirmişdir. O, Şahid4, Şahid2 və qardaşı həmin torpaq sahəsinə baxmağa getmiş, Şahid4 torpaq sahəsini ölçmüşdür. Şahid4 2000 manat məbləğində Şahid2 adına icarə müqaviləsi hazırlayıb verə biləcəyini demişdir. Şahid2 şəxsiyyət vəsiqəsi və 500 manat pulu Şahid4 vermişdir. 3-4 gün sonra Şahid4 Şahid2 xəstə olduğu üçün ona zəng edib sənədlərin hazır olduğunu, 1500 manat pulu ödəməyi Şahid2 bildirməyini demişdir. Şahid2 isə ona demişdir ki, torpağı Şahid1 aldığına görə 1500 manat ödəməyi Şahid1 desin. Şahid1 İcra Hakimiyyətinn qarşısında şəxsən özü əlbəəl 1500 manat pulu Şahid4 vermişdir. 3 gün sonra Şahid4 ona zəng edib Şahid2 sənədlərini gəlib götürməsini demişdir. Şahid2 və Şahid1 birlikdə Şağan Bələdiyyəsinə gedib sənədləri götürmüşlər. O, heç bir sənəd görməmişdir. Şahid1 da həmin torpaq sahəsinə daş töküb tikinti aparmışdır. Şahid1 ona 600 manat pul vermişdir. O, həmin pulu sonradan, yəni bu iş aşkar olduqdan sonra Şahid1 qaytarmışdır. Əməlindən peşmandır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, bu hadisələr baş verən zaman heç bir yerdə işləmirmiş. Şahid2 atasından qalan torpağın sənədləri olmadığını demişdir. Arada bəzən maklerlik edir. Buna görə Şahid2 torpaq sahəsini satmaq üçün ona yaxınlaşmışdır. Ekspertiza rəyi ilə tanış olmuşdur. O, 15- 20 gün qabırğası əzildiyindən və yataq xəstəsi olduğundan istintaq zamanı iştirak edə bilməmiş və axtarışa verilmişdir.. Şahid2 kənd sakini kimi tanıyırmış. Onun yanında heç bir sənəd hazırlanmamışdır. Şahid1 Şahid2 500 manat beh, 1500 manat pulu Şahid4 vermişdir. Şahid1 25000 manat pul verməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 4-cü cild 110-117-ci vərəqələrində olan ifadəsində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «...2022-ci il mart ayında, dəqiq xatırlamadığı tarixdə Şağan qəsəbəsində qonşuluqda yaşadığı Şahid2 onu qəsəbə ərazisində görüb yaşadığı qəsəbə ərazisində ətrafı mişar daşları ilə hasarlanmış olan lakin heç bir tikinti işləri görülməyən sahəsi təxminən 10.4 sot olan boş torpaq sahəsi tapdığını, həmin ərazini xeyli müddətdir izlədiyini, oraya kimsənin gedib-gəlmədiyini, həmin torpaq sahəsini qanunsuz yolla ələ keçirib satmaq istədiyini bildirmişdir. O, Şahid2la birlikdə gedib həmin torpaq sahəsinə baxmış və həqiqətən həmin torpaq sahəsində yaşayışın olmadığını, uzun müddətdir istifadəsiz qalan torpaq sahəsinə bənzədiyini görmüşdür. Həm Şahid2, həm də onun həmin torpaq sahəsinə qanunsuz sənəd almağa və həmçinin orada hansısa işlər görməyə maddi vəsaitləri olmadığından o, bununla bağlı tanışı Şahid1 ilə görüşmüş və ona tanışı kimi təqdim etdiyi Şahid2 fikrini, yəni qeyd etdiyi torpağa qanunsuz sənəd alıb onu ələ keçirib baha qiymətə sata biləcəklərini bildirmişdir. Daha sonra onlar üçü birgə görüşüb həmin torpaq sahəsinə gedib baxmış, Şahid1 torpaq sahəsini bəyənmiş və həqiqətən oranı baha qiymətə satmağın mümkün olacağını demişdir. Çünki həmin ərazidə torpağın bir sotunun qiyməti təxminən 15.000 manat olmuşdur. Həmin zaman onlar torpağın konkret olaraq kiməsə məxsus olmasını bilməsələr də, sahibinin nə vaxtsa ortaya çıxacağını güman etmişlər. Lakin onlar qanunsuz sənəd alıb, faktiki orada tikintiyə başlamaqla torpağın onlara məxsus olmasını göstərmək fikrində olmuşlar. Şahid1 həmin torpağı ələ keçirə bilsələr bunun müqabilində onlara, yəni ona və Şahid2 15.000 manat məbləğində pul verəcəyini, həmin torpağa qanunsuz sənədin alınması və bununla bağlı digər xərcləri də çəkəcəyini demişdir. Belə ki, sonuncu həmin torpağa dair hansısa sənəd alsalar gələcəkdə oranın sahibinin ortaya çıxması halında ona sənədlərinin olduğunu bildirib həmin torpağa özlərinin rahatlıqla yiyəlik edə biləcəklərini bildirmişdir. Həmin 15.000 manat pulu isə Şahid2la aralarında olan razılaşmaya əsasən yarıbayarı böləcəkmişlər. Şahid1 həmin torpaq sahəsini baha qiymətə başqa şəxsə satmaq məqsədi olmuşdur. Onun bildiyinə görə sonradan artıq Şahid1 həmin torpaq sahəsini kiməsə satmaq üçün tanımadığı kimlərləsə danışıqlara getmişdir. Qeyd olunan torpaq sahəsinə sənəd almaq məqsədilə o və Şahid2 Şahid1 qabaqcadan məlumatlandırdıqdan sonra 2022-ci ilin aprel ayında Şağan bələdiyyəsinin vergi müfəttişi işləyən Şahid4 ilə əlaqə saxlamışlar. Yəni o, sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə zəng etmiş və onunla görüşmək istədiyini bildirmişdir. Sonuncu onu tanıdığından onun yaşadığı evə gəlmişdir. Həmin vaxt Şahid2 özü də onun yanında olmuşdur. Onlar həmin torpaq sahəsi haqqında Şahid4 məlumat verib, ikisi də ona torpağın Şahid2 babasından miras qaldığını, lakin sənədini itirdiyini bildirmişlər. Daha sonra Şahid4la birlikdə gedib həmin torpaq sahəsinə baxmışlar və orada da Şahid4 torpağın Şahid2 məxsus olmasını bir daha bildirməklə sonuncunu buna inandırmışlar. Daha sonra səhv etmirsə 1.200 manat müqabilində sonuncu həmin torpağa dair rəhmətə getmiş sabiq Bələdiyyə sədrinin adından Şahid2 adına özü və Bələdiyyənin Vergi şöbəsinin müdiri Şahid3la birlikdə köhnə tarixə icarə müqaviləsi hazırlayıb verə biləcəklərini demişdir. O, bunu, yəni həmin torpağa dair Şahid4 və Şahid3 tərəfindən rəhmətə getmiş sabiq Bələdiyyə sədrinin adından köhnə tarixə icarə müqaviləsi hazırlayıb verə biləcəklərini Şahid1 zəng edərək bildirmiş və sonuncu həmin pulu verə biləcəyini bildirib onu yanına çağırmış və Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən adını bilmədiyi çayxanaya gedərək ondan həmin pul vəsaitini götürüb 2022-ci ilin may ayında dəqiq xatırlamadığı tarixdə gətirib Şağan bələdiyyəsinin inzibati binasının qarşısında Şahid4 təqdim etmişdir. Daha sonra həmin ilin may ayı ərzində Şahid4la həmin sənədin düzəlməsi ilə əlaqədar mütəmadi telefon danışıqları olmuş və sonuncu danışıqlar zamanı sənədi hazırlayıb qısa zamanda verəcəklərini ona bildirmişdir. 2022-ci ilin may ayının axırları Şahid4 ona zəng edərək sənədin hazır olduğunu, gəlib Bələdiyyədən götürmələrini demişdir. O, bununla bağlı həm Şahid1, həm də Şahid2 məlumat vermiş və daha sonra həmin sənədi gedib götürmüşlər. 2022-ci ilin iyun ayı ərzində o, Şahid1 və Şahid2 mütəmadi olaraq həmin torpaq sahəsinə gedib orada tikinti işləri gördürməyə başlamışlar. Bunun üçün həmin yerə mişar daşları tökülmüş, hasarın hündürlüyü artırılmış və həmçinin kiçik bir tikili tikilməyə başlanılmışdır. Həmin müddət ərəfəsində onlar üçü də mütəmadi telefon əlaqəsi yaradıb həmin torpaq sahəsinə gedib baş çəkmişlər. Qeyd olunan ərəfədə torpağın əsl sahibi Zərərçəkmiş şəxs1 adlı şəxs gəlib torpağın ona məxsus olmasını bildirməyə başlamışdır. Onlar Zərərçəkmiş şəxs1 torpağın Şahid2 məxsus olmasını və buna dair sənədinin olmasını bildirmişlər. ...08 fevral 2007-ci il tarixli saxta icarə müqaviləsini həm də Şahid5 təqdim etdiyi saxta arayışı məhkəməyə təqdim etmişlər və məhkəmə tərəfindən yekun qərarın onların lehinə çıxarılmasına nail olmağa çalışmışlar. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. O, protokolu oxumadan imzalamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində ümumi sahəsi 750 m2 olan həyətyanı torpaq sahəsi var. Həmin həyətyanı torpaq sahəsi ona ev tikmək məqsədilə həmin dövr üçün Əzizbəyov rayon X13 İcraiyyə Komitəsi adlanan qurum tərəfindən 13 sentyabr 1991-ci tarixli 16 saylı qərarla verilmişdir. Faktiki istifadəsində olan həmin torpaq sahəsinin ölçüsü 1040 m2, yəni 10.4 sotdur. Torpağa dair sənəd yalnız 750 m2 həddində verildiyindən o həmin dövrdə ümumilikdə 1040 m2 ərazini götürüb istifadə etməyə başlamışdır. Həmin yer ona verilən zaman həmin ərazidə hansısa tikinti aparılmamışdır. Onun həmin torpaq sahəsi ilə bağlı əvvəllər heç kimlə mübahisəsi, ədavəti olmamış, əvvəllər həmin torpağa dair kiminsə iddiasının olmasını eşitməmişdir. 2022-ci ilin yaz ayında qonşusu Asif Əliyev onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xatırlamadığı nömrə ilə zəng edərək torpağına daş tökülməsini, orada hansısa tikinti işləri görüb-görməyəcəyi ilə maraqlanmışdır. O, buna təəccüblənib oraya hər hansı daş tökdürmədiyini deyərək sabah gəlib oraya baxacağını demişdir. Növbəti gün o Şağan qəsəbəsinə gedib torpaq sahəsinə baxan zaman həqiqətən də oraya xeyli mişar daşları tökülməsinin şahidi olmuşdur. O, həmin daşların kim tərəfindən tökülməsi barədə maraqlandıqda bunu müəyyən edə bilməmişdir. Daha sonra bu barədə Xəzər rayon İcra Hakimiyyəti başçısının Şağan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə rəsmi müraciət etmişdir. 2022-ci ilin iyun ayının əvvəli Seymur adlı tanışı vasitəsilə 750 manat dəyərində dəmir qapı düzəltdirib adı yadında qalmayan usta tərəfindən onu torpaq sahəsində quraşdırmışdır. 07 iyun 2022-ci il tarixdə Asif Əliyev ona zəng edərək quraşdırdığı həmin qapının kimsə tərəfindən sökülüb yerə atıldığını, daha sonra kimsə tərəfindən avtomobilə yüklənərək aparıldığını demişdir. O, dərhal oraya getmiş və quraşdırdığı qapının sökülüb aparıldığını, yalnız dirəklərinin qaldığını görmüşdür. Sonra ona məlumat verilmişdir ki, həmin torpaq sahəsinə yeni qapı quraşdırılmışdır. Qonşulardan eşitdiyinə görə həmin qapı Təqsirləndirilən şəxs tərəfindən quraşdırılmışdır. O, bundan sonra Xəzər rayon polis idarəsinə şikayət etmiş və müvafiq araşdırma başlanılmışdır. 13 iyun 2022-ci il tarixdə isə həmin torpaq sahəsinin sağ qonşu ilə olan hissəsinin çəpəri mişar daşı ilə əlavə 5 daş da hörülmüş, dəmir qapının yan kənarlarında da hörgü işləri aparılmışdır. Həmin vaxt eşitdiyinə görə bu işləri Şahid2 və Təqsirləndirilən şəxs həyata keçirmişdir. Onun torpaq sahəsində qanunsuz olaraq tikinti aparılması barədə ona məlumat verilmişdir. O, dərhal ora gəlsə də, artıq tikinti aparan şəxslər həmin vaxt orada olmamışdır. Həmin yerdə bir otaqlı 3x5 metr ölçüdə tikinti aparılmışdır. Qeyd etdiyi tikintini də həmin vaxt eşitdiyinə görə yuxarıda qeyd etdiyi həmin şəxslər həyata keçirmişdir. Sonrakı gedişatda isə o Şahid1 adlı üçüncü bir şəxsin həmin şəxsləri, yəni Şahid2 və Təqsirləndirilən şəxs idarə edən şəxs kimi eşitmiş və onların onun torpağını ələ keçirməkdə birgə fəaliyyət göstərmələrinin şahidi olmuşdur. Həmin torpaq sahəsinə bir ədəd konteynerin gətirilib yerləşdirilməsi məhz Şahid1 tərəfindən həyata keçirilmişdir. Həmin vaxt Xəzər rayon məhkəməsinə də müraciət edib müvəqqəti təminat tədbiri kimi həmin şəxslərin orada tikinti aparmasının dayandırılmasının qadağan edilməsi haqqında qərar qəbul etdirmiş. Həmçinin o Şahid2 və Təqsirləndirilən şəxs torpaq sahəsindən çıxarılmalarına dair iddia ilə mülki qaydada həmin məhkəməyə müraciət etmişdir. Çünki həmin şəxslərin onun torpağını ələ keçirməkdə fəallıq edən, ortada görünən şəxslər olmalarını müəyyən etmişdir. Şahid2 08 fevral 2007-ci il tarixli, 07 nömrəli icarə müqaviləsini təqdim edərək torpağın güya ona məxsus olmasını bildirmişdir. Şahid2 həmin torpaq sahəsinin guya onun babasından qalmasını iddia edib, Təqsirləndirilən şəxs da bunu təsdiq etmişdir. Həmin şəxslərin istifadə etdikləri 08 fevral 2007-ci il tarixli, 07 nömrəli icarə müqaviləsi bildiyinə görə saxta sənəddir və bunu Xəzər rayonu Şağan bələdiyyəsinin bəzi işçiləri vasitəsilə qanunsuz olaraq əldə etmişlər. Ona məxsus torpaq sahəsi hələ də qaytarılmadığından Təqsirləndirilən şəxs öz torpaq sahəsinin qaytarılmasını tələb edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, torpaq sahəsindən faktiki istifadə edib hasar çəkdirmişdir. Torpaq sahəsində yaşayış binası tikməmişdir. O, pandemiya zamanı həmin əraziyə gediş-gəlişi azaltmışdır. Həmin zaman qonşular ona zəng edərək torpaq sahəsində daş töküb tikinti aparıldığını demişlər. O, gəlib görmüşdür ki, həqiqətən də torpaq sahəsinə daş tökülmüşdür. O, 2005-ci ildən torpaq sahəsini hasarlayıb qapı qoydurmuşdur. O, Təqsirləndirilən şəxs şikayət ərizəsi yazan zaman ilk dəfə Xəzər Rayon Prokurorluğunda görmüşdür. Təqsirləndirilən şəxs təşkilatçılığı ilə ona məxsus darvazanı söküb aparmışlar,darvaza qoymuşlar. Hətta hansı maşınla kimlə gəlib gələrək söküb apardıqlarına qədər bütün video-görüntülər cinayət işi materiallarında var. Məhkəmənin müvəqqəti təminat tədbiri haqqında 2 qərar çıxarılmışdır. Apellyasiya məhkəməsi onun xeyrinə qərar çıxardıqdan sonra Təqsirləndirilən şəxsgil darvazanı söküb aparmışlar. O hazırda icra məmurları tərəfindən təhvil-təslim aktının verilməyini gözləyir. Məhkəmənin sonrakı iclaslarında Zərərçəkmiş şəxs1 ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışıq etdiyini, ona qarşı heç bir iddiasının və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Xəzər rayonu Şağan Bələdiyyəsinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, o, Şağan Bələdiyyəsinin nümayəndəsidir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxsla barışmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, istintaqda verdiyi ifadəni təsdiq edir. 2018-ci ilin dekabr ayından Xəzər rayonu, Şağan bələdiyyəsinin Yerli büdcəyə nəzarət və Vergi şöbəsinin müdiri işləmişdir. 2022-ci ilin noyabr ayında öz ərizəsiylə həmin vəzifədən azad olunmuşdur. Hazırda işsizdir. Onun Xəzər rayonu, Şağan bələdiyyəsinin Vergi şöbəsinin müdiri kimi vəzifəsi ərazidə olan vətəndaşların vergiyə cəlb olunması, bu barədə təlimatlandırılması, vergi yığımı və ona nəzarət və digər vəzifələrdən ibarət olmuşdur. O, işlədiyi dövr ərzində Şağan bələdiyyəsinin sədri Afiyəddin Məmmədov, daha sonra Lalə Əsədullayeva və daha sonra isə Şahid5 olmuşdur. 2022-ci ilin may ayında dəqiq xatırlamadığı tarixdə Şağan bələdiyyəsinin vergi müfəttişi Şahid4 Şağan bələdiyəsinin inzibati binasında ona yaxınlaşaraq Şağan qəsəbə sakinləri Təqsirləndirilən şəxs və Şahid2 ona müraciət edərək Şağan qəsəbəsi ərazisində Şahid2 torpaq sahəsinin olduğunu, həmin torpağa sənəd verilməsini istədiklərini bildirmişdir. Şahid4 həmin torpaq sahəsinə özünün gedib baxdığını, həmin torpağın kiməsə məxsus olması barədə hər hansı çıxarışın olmadığını, Şahid2 həmin torpaq sahəsinin onun özünə məxsus olmasını ona bildirdiyini demişdir. O, həmin torpaq sahəsinin həqiqətən Şahid2 məxsus olmasını zənn etmiş və buna görə həmin torpağa sənəd verilməsinə razılıq vermişdir. O, Şahid2 özünü həmin vaxt görməmişdir. Həmin vaxt onda Şağan bələdiyyəsinin köhnə tarixə olan möhürü var imiş. Həmin möhürü o 2019-cu ilin dəqiq xatırlamadığı tarixində Şağan bələdiyyəsinin arxiv otağında tapmışdır. Həmin möhürün Bələdiyyənin əsl möhürü olub-olmamasını bilmir, onun arxivə kim tərəfindən qoyulması, hansı şəraitdə hazırlanması və digər hallar barədə məlumatı yoxdur. O, buna görə həmin müraciət üzrə sənəd verə biləcəyini Şahid4 bildirib Şağan bələdiyyəsinin sabiq sədri, mərhum Afayət Pənahovun işlədiyi dövrə uyğun olan icarə müqaviləsini Şağan bələdiyyəsinin inzibati binasında isifadəsində olan kompüterdə yazaraq tərtib edib bələdiyyə sədri kimi Afayət Pənahovun adını yazmış və daha sonra printerdən çap edib həmin köhnə möhürlə təsdiq etmişdir. Qeyd etdiyi icarə müqaviləsinin tarixini 08 fevral 2007-ci il, nömrəsini isə 07 kimi qeyd etmişdir. Həmin tarix və nömrəni özündən uydurmuşdur. Həmin icarə müqaviləsində icarəçi kimi Şahid2 adını qeyd etmiş və onların Şahid4 demələrinə əsasən torpaq sahəsini 10.4 sot kimi qeyd etmişdir. Lakin həmin müqavilədə əlyazma ilə heç bir yazı yazmamış və imza çəkməmişdir. Yalnız möhürlə təsdiq etdikdən sonra həmin icarə müqaviləsini Şahid4 təqdim etmişdir ki, aparıb Şahid2la Təqsirləndirilən şəxs versin. Həmin müqavilədə Afayət Pənahovun imzasına oxşar imzanı və sxemin kənarlarında yazılan yazıları kimin icra etməsindən məlumatı yoxdur, lakin bildiyinə görə Şahid4 bunu ya özü etmiş ya da kiməsə etdirmişdir. O, həmin vaxt Şahid2la Təqsirləndirilən şəxs hansı səbəbdən həmin icarə müqaviləsini birlikdə istəmələrini bilməmişdir. Şahid4 həmin icarə müqaviləsini həmin şəxslərə özü təqdim etmişdir. O, həmin möhürdən cəmi bir dəfə istifadə etmiş, başqa vaxt heç vaxt istifadə etməmişdir. Həmin icarə müqaviləsinin tərtib edilib verilməsi müqabilində Şahid4 ona deməsinə görə Təqsirləndirilən şəxs 1.200 manat məbləğində pul vəsaiti almış, həmin pul vəsaitindən 700 manatını Şahid4 elə həmin ilin may ayında dəqiq xatırlamadığı tarixdə Bələdiyyənin inzibati binasında xidməti otağında ona vermişdir. Həmin vaxt Şağan bələdiyyəsinin sədri vəzifəsini Şahid5 icra edirmiş və onun bu məsələdən heç bir məlumatı yoxdur. 2022-ci ilin iyun ayı ərzində Şahid1 ilə Şahid2 həmin torpağa dair arayış almaq məqsədilə bir neçə dəfə Bələdiyyənin inzibati binasına gəlmişlər. O, Şahid1 və Şahid2 həmin vaxt görüb tanımışdır. Həmin torpaq məsələsi ilə bağlı Şahid1 daha çox canfəşanlıq etmişdir. Onlar bələdiyyədə səs-küy salaraq özlərində qanuni rəsmi sənədlərinin olması, özlərində olan müqaviləni təqdim edib, həmin torpağa dair arayış verilməsini istəmişlər. Həmin şəxslərin özlərində olan həmin müqaviləni əsl müqavilə kimi göstərmələrinə əsasən bələdiyyə sədri Şahid5 tərəfindən həmin torpağa dair arayış verilmişdir. Həmin arayışın verilməsində onun heç bir iştirakı olmamışdır. Həmin arayış Şağan bələdiyyəsinin sədri vəzifəsini icra edən Şahid5 tərəfindən və vergi agenti Şahid4 tərəfindən hazırlanmışdır. Sonradan Zərərçəkmiş şəxs1 adlı şəxs müraciət edərək torpağının zəbt olunmasını bildirmiş və bundan sonra o Şahid2la Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus torpağı qanunsuz olaraq ələ keçirmək məqsədilə ora sənəd aldıqlarını bilmişdir. Bütün proseslərdə o yox, müfəttiş Şahid4 iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin yanvar ayından Xəzər rayonu, Şağan bələdiyyəsinin üzvüdür. 25 aprel 2022-ci il tarixdə həmin Bələdiyyənin sədri Lalə Əsədullayeva öz ərizəsi əsasında işdən çıxmış və o həmin tarixdən da bələdiyyə sədri səlahiyyətlərini icra edir. Bələdiyyəyə ərizə ilə müraciət edən vətəndaşların torpaq sahəsinə müfəttişlər yoxlama keçirib ona yəni, bələdiyyə sədrinə məruzə edirlər, o isə lazımi tədbirləri icra edir. O, təqsirləndirilən şəxsi heç vaxt görməmiş, həmin şəxs heç vaxt Bələdiyyəyə gələrək ona müraciət etməmişdir. Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən torpaq sahəsi Zərərçəkmiş şəxs1 məxsusdur, Zərərçəkmiş şəxs1 Şağan Bələdiyyəsinə torpaq sahəsi ilə əlaqədar müraciət etmişdir. Bələdiyyənin “BAMS” sisteminə vergi ödəyicisi kimi daxil olmuş, torpaq sahəsi onun şəxsi mülkiyyətindədir, torpağa dair Zərərçəkmiş şəxs1 Dövlət Reyestr Xidmətindən çıxarışı vardır. Lakin həmin torpaq sahəsinə o şəxsən baxış keçirməmişdir. 23 iyun 2022-ci il tarixdə adını sonradan öyrəndiyi Şahid1 adlı şəxs Bələdiyyənin inzibati binasına gələrək ondan Şahid2 adlı şəxsə Şağan bələdiyyəsi tərəfindən icarəyə torpaq verilməsi və həmin torpağa dair vergi ödəyicisi olmasına dair arayış verməsini istəmişdir. Şahid1 özünün Xəzər rayon Polis İdarəsində işləməsini, rəsmi icarə müqaviləsinin özündə olduğunu, ona arayışı vermək məcburiyyətində olduğunu demişdir. 24 iyun 2023-cü il tarixdə Şahid1 Şahid2la birlikdə Bələdiyyənin inzibati binasına gəlib Şahid2 adına ərizə təqdim etmişlər. O, həmin şəxslərin təqdim etdikləri 08 fevral 2007-ci il tarixli, 07 nömrəli icarə müqaviləsinin surətini və həmin müqavilə ilə Şahid2 torpaq sahəsi ayrılmasına dair hər hansı inzibati qərar və ya digər sənədi arxivdə tapa bilməsə də, onların təkidləri və özlərində olan rəngli möhürlü və imzalı icarə müqaviləsini rəsmi sənəd hesab edib onlara arayış vermişdir. Belə ki, Şağan Bələdiyyəsinin arxivi yoxdur. Sadəcə sənədlər toplusu vardır. Həmin sənədlərin çoxunun da əsası yoxdur. O, həmin sənədlərə baxış keçirəndə Şahid2 adına müqavilə aşkar etmişdir. Müqavilə 2006-cı ilə aid imiş, 2007-ci ilə aid müqavilə aşkarlanmamışdır. Şahid2 bələdiyyənin şöbə müdiri Şahid3 müraciət etmişdir. Müraciət əsasında həmin torpaq sahəsi Şahid2 adına “BAMS” sistemində qeydiyyata alınmışdır. Şahid2 adını “BAMS” sisteminə o yox, şöbə müdiri Şahid3 daxil etmişdir. Onda torpaq sahəsinin Şahid2 məxsus olmasına inam yaranmışdır. Bundan sonra o, həmin arayışı imzalayaraq ona təhkim olunmuş möhürlə təsdiqləmiş, həmin arayışı Bələdiyyənin vergi agenti Şahid4 da imzalatmaqla həmin şəxslərə təqdim etmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid5 bildirmişdir ki, bələdiyyəyə ərizə ilə müraciət edən vətəndaşların torpaq sahəsinə müfəttişlər yoxlama keçirib ona yəni, bələdiyyə sədrinə məruzə edirlər, o isə lazimi tədbirləri icra edir. O, təqsirləndirilən şəxsi heç vaxt görməmiş, həmin şəxs heç vaxt Bələdiyyəyə gələrək ona müraciət etməmişdir. Şahid2 2022-ci ilin iyun ayında Elçin adlı şəxslə birlikdə ona yaxınlaşmışdır. Şahid2 adını sistemə o yox, şöbə müdiri daxil etmişdir. Zərərçəkmiş şəxs1 adı da sistemdə var imiş, amma o bilməmişdir ki, onların adı eyni akta salınmışdır. Torpaqların koordinatları BAM sistemində qeydə alınmır. Şağan Bələdiyyəsində müqavilələrin qeydiyyat kitabı da yoxdur. Onun barəsində də cinayət işi ayrılmış, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxs qismində barəsində cinayət işinə baxılır. Zərərçəkmiş şəxs1 məxsuus torpaq sahəsinin dəyəri 100.000 manat civarında imiş. Şahid5 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 2-ci cild 9-13-cü vərəqələrində olan ifadəsində Şahid5 aşağıdakıları göstərmişdir: «...17 iyun 2022-ci il tarixdə Şağan bələdiyyəsinə Xəzər rayon prokurorluğundan sorğu məktubu daxil olmuşdur. Həmin sorğu məktubunda Xəzər rayonu, Şağan qəsəbə sakini Şahid2 Şağan qəsəbəsi ərazisində hər hansı torpaq sahəsinin verilib-verilməməsi soruşulmuşdur. O, həmin məktubun icrası ilə əlaqədar bələdiyyənin arxivinə baxış keçirtmiş, lakin arxivdə buna dair hər hansı sənəd tapa bilmədiyindən bu barədə, yəni arxivdə Şahid2 torpaq verilməsində dair hər hansı məlumatın aşkar edilməməsi məzmunlu 23 iyun 2022-ci il tarixli cavab məktubu hazırlayıb həmin məktubu özü imzalayıb ona təhkim olunmuş Bələdiyyənin möhürü ilə təsdiq edərək Xəzər rayon prokurorluğuna göndərmişdir. Bundan sonra növbəti gün, yəni 23 iyun 2022-ci il tarixdə adını sonradan öyrəndiyi Şahid1 adlı şəxs Bələdiyyənin inzibati binasına gələrək ondan Şahid2 adlı şəxsə Şağan bələdiyyəsi tərəfindən icarəyə torpaq verilməsi və həmin torpağa dair vergi ödəyicisi olmasına dair arayış verməsini istəmişdir. O, Şahid1 müqavilə sahibinin gəlməsini bildirmiş, bu zaman sonuncu əsəbləşərək onunla mübahisə etməyə başlayıb, özünün Xəzər rayon Polis İdarəsində işləməsini, rəsmi icarə müqaviləsinin özündə olduğunu, ona arayışı vermək məcburiyyətində olduğunu demişdir. O, Şahid1 qəti olaraq arayışı verə bilməyəcəyini bildirmişdir. Bundan sonra Şahid1 çıxıb getmişdir. Daha sonra 24 iyun 2023-cü il tarixdə Şahid1 Şahid2la birlikdə Bələdiyyənin inzibati binasına gəlmiş və sonuncunun adına ərizə təqdim etmişlər. O, həmin şəxslərin ona təqdim etdikləri 08 fevral 2007-ci il tarixli, 07 nömrəli icarə müqaviləsinin surətini və həmin müqavilə ilə Şahid2 torpaq sahəsi ayrılmasına dair hər hansı inzibati qərar və ya digər sənədi arxivdə tapa bilməsə də, onların təkidləri və özlərində olan rəngli möhürlü və imzalı icarə müqaviləsini rəsmi sənəd hesab edib onlara arayış vermişdir. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid5 bildirmişdir ki, imza onun imzasıdır. O, istintaqda verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs qonşusudur, tanıyır. Zərərçəkmiş şəxsi isə məhkəmədə görmüşdür. O, istintaqda verdiyi ifadəni təsdiq edir. Belə ki, onun Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində hazırda yaşadığı fərdi yaşayış evinin yerləşdiyi 700 m2 torpaq sahəsi var. 2022-ci ilin mart ayında Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində olan və uzun müddətdir ki, hər hansı tikinti işləri görülməyən 10.4 sot torpaq sahəsi onun diqqətini çəkdiyindən o, həmin torpaq sahəsini satmaq fikrinə düşmüşdür. 2022-ci ilin mart ayında Şağan qəsəbəsində onunla qonşuluqda yaşayan və torpaq alqı-satqısı ilə məşğul olan Təqsirləndirilən şəxs bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxsla razılığa gəlmişlər ki, həmin torpaq sahəsinə sənəd alaraq oranı ələ keçirib daha sonra kiməsə satsınlar. Bunun üçün müəyyən xərclər lazım olduğundan, nə Təqsirləndirilən şəxs, nə də ki, onun bunun üçün kifayət qədər pul vəsaitləri olmadığından Təqsirləndirilən şəxs Şahid1 adlı şəxslə görüşüb bu məsələni, yəni onların məqsədini ona danışmışdır. Şahid1 onlara həmin torpağın ələ keçirilməsi üçün zəruri xərcləri verəcəyini, bu və digər məsələlərdə köməklik göstərəcəyini bildirmişdir. Şahid1 həmin torpaq sahəsini ələ keçirdikdən sonra bunun müqabilində ona və Təqsirləndirilən şəxs 15.000 manat məbləğində pul verəcəyini demişdir. Şahid1 özünün isə həmin torpaq sahəsini daha yüksək məbləğə başqa şəxsə satmaq fikri olmuşdur. Çünki həmin torpaq sahəsinin ümumi qiyməti təqribən 150.000-200.000 manat civarında olmuşdur. Şahid1 onlara verəcəyi 15.000 manat pulu isə o və Təqsirləndirilən şəxs aralarında yarıbayarı bölməyi qabaqcadan razılaşmışlar. Həmin torpaq sahəsinə sənəd düzəltdirmək məqsədilə Mirzəmməmməd Məmmədov Şağan bələdiyyəsinin vergi müfəttişi Şahid4la əlaqə yaratmışdır. O və Təqsirləndirilən şəxs Şahid4 həmin torpaq sahəsinin onun babasından ona qaldığını, lakin sənədlərini itirdiyini, tapa bilmədiyini, buna görə yeni sənəd almaq istədiyini bildirmişlər. Onlar Şahid4 həmin torpaq sahəsinin ona məxsus olmasına inandırmışlar. Bundan sonra həmin torpaq sahəsinə dair onun adına 08 fevral 2007-ci il tarixli, 07 nömrəli icarə müqaviləsi hazırlanmışdır. Müqavilədə öz adının qarşısında olan imza onun öz imzasıdır. İcarə müqaviləsi hazırlandıqdan sonra həmin torpaq sahəsinə mişar daşları tökülmüş və bir sıra işlər görülməyə başlanmışdır. 2022-ci ilin iyun ayının əvvəllərində həmin torpaq sahəsinin əsl sahibi, yəni Zərərçəkmiş şəxs1 torpaq sahəsinə gəlib orada tikinti işləri aparıldığını görüb mübahisə etməyə başlamışdır. Həmin mübahisə müddətində qeyd etdiyi torpaq sahəsində kiçik bir tikili tikilmiş və üstü vurulmuş, həmçinin torpaq sahəsinin giriş hissəsinə dəmir qapı da quraşdırılmışdır. Bundan başqa oraya konteyner qoyulması da yadındadır. Şağan bələdiyyəsinin sədri vəzifəsini icra edən Şahid5 müraciət etmişlər. Onun adından Şahid1 həmin torpağa dair vergi kimi pul da ödəmişdir. Şahid5 arayış verməyə razı salmışlar və o, arayışı vermişdir. Şahid5 tanıyır.Məktəbdə işləmişdir. Şahid2 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 2-ci cild 29-33-cü vərəqələrində olan ifadəsində Şahid2 aşağıdakıları göstərmişdir: «... 2022-ci ilin mart ayında Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində olan və uzun müddətdir ki, hər hansı tikinti işləri görülməyən 10.4 sot torpaq sahəsi onun diqqətini çəkdiyindən o, həmin torpaq sahəsini satmaq fikrinə düşmüşdür. Həmin torpaq sahəsinin dörd tərəfi də hasarlanmış vəziyyətdə olmuşdur. O, həmin torpaq sahəsinin konkret olaraq kimə məxsus olmasını əvvəlcədən bilməmişdir. Lakin hasarın mövcud olmasına görə onun sahibinin olmasını bilmişdir. Buna baxmayaraq o, elə həmin ilin mart ayında Şağan qəsəbəsində onunla qonşuluqdan yaşayan Təqsirləndirilən şəxs bu barədə məlumat vermişdir. Belə ki, o, Təqsirləndirilən şəxs torpaq alqı-satqısı ilə məşğul olduğunu, qanunsuz sənəd düzəldib torpaq əldə etdiyini kənd sakinlərindən eşitmiş, hətta bildiyinə görə qeyd olunan əməllərinə görə sonuncu cinayət məsuliyyətinə də cəlb edilmişdir. Arayışı 2022-ci ilin avqust ayında Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılan cinayət işinə təqdim etmişlər. Saxta icarə müqaviləsi onun adına düzəldiyindən və buna görə araşdırmalar zamanı o, dəvət edildiyindən həmin sənədləri araşdırmalara o, təqdim etməli olmuşdur. Məhkəmə işi üzrə icraat zamanı da həm 08 fevral 2007-ci il tarixli, 07 nömrəli saxta icarə müqaviləsini həm də Şahid5 təqdim etdiyi 24 iyun 2022-ci il tarixli, 100 saylı saxta arayışı məhkəməyə təqdim etmişlər və məhkəmə tərəfindən yekun qərarın onların lehinə çıxarılmalarına nail olmağa çalışmışlar. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, imza onun imzasıdır. O, istintaqda verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o işləmir. O, əvvəllər ticarətlə məşğul olmuşdur. Təqsirləndirilən şəxs ona qonşusu Şahid2 torpaq sahəsi satdığını bildirmişdir. O da torpaq sahəsi almaq istədiyindən Mirzəməmədlə həmin torpaq sahəsinə baxmağa getmişdir. Təqsirləndirilən şəxs qonşusu Şahid2 xəstə olduğunu və onlarla torpaq sahəsinə baxmağa gələ bilməyəcəyini demişdir. O, Mirzəməmməd Məmməmdova 5.000 manat beh vermişdir. O, 2022-ci ilin may ayında Təqsirləndirilən şəxsla danışaraq 10 sot torpağı sənədi olmadığından 25.000 manata almağa razılaşmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, torpaq sahəsinin sənədi Şağan Bələdiyyəsində axtarışdadır, sənədi tapıb verəcəklər. Lakin ona sənəd verilməmişdir. Sonradan müəyyən olunmuşdur ki, torpaq sahəsinin mülkiyyətçisi var, torpaq sahəsi Zərərçəkmiş şəxs1 məxsusdur. O da həmin torpaq sahəsini almaqdan imtina etmişdir. Təqsirləndirilən şəxs ona hissə-hissə 500, 1000 manat olmaqla ümumilikdə 2000 manata yaxın pul qaytarmışdır. Qalan məbləği hələ də qaytarmamışdır. Proses iştirakçılırının suallarını cavabandıraraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs demişdir ki, torpaq sahəsinin sənədi Bələdiyyədə axtarılır, torpaq sahəsinə şəxsin vergi borcu olmuş, həm də qapı qoydurmalı hasar çəkdirməlidir. O da Təqsirləndirilən şəxs 500 manat, 1500 manat hissə-hissə pul vermişdir. Şahid2 ona torpaq sahəsinə dair bələdiyyə sənədi vermişdir. Sənəd torpaq sahəsinin onun istifadəsində olmağına dair imiş. O, bir dəfə işiq çəkdirmək üçün arayış almaq məqsədilə Bələdiyyəyə getmişdir. O, Bələdiyyəyə sənəd verməmişdir. Şahid2la birlikdə Bələdiyyəyə ona verilən sənədlə getmişlər. Lakin, Təqsirləndirilən şəxs onlarla gəlməmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər heçnə almamışdır. Şahid1 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 2-ci cild 25-27-ci vərəqələrində olan ifadəsində Şahid1 aşağıdakıları göstərmişdir: «... 2022-ci ilin may ayında dəqiq xatırlamadığı tarixdə o, onlarla torpağı almağa razılaşmış və onlara həmin ərəfədə Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində beh kimi 5.000 manat pul vermiş və torpağa dair sənəd vermələrini bildirmişdir. Təxminən bir həftə sonra Təqsirləndirilən şəxs ona 2007-ci il tarixli icarə müqaviləsini gətirib vermişdir. O, həmin sənədi götürüb özündə saxlamış və daha sonra həmin torpaq sahəsində bir sıra işlər görməyə başlamışdır. Daha sonra 2022-ci ilin iyun ayında o, həmin torpaq sahəsinə işıq çəkdirmək məqsədilə arayış almaq üçün Şahid2la birlikdə Xəzər rayonu Şağan bələdiyyəsinə getmişdir. Bələdiyyədə arayış verməsi üçün Şahid4 müraciət etmiş və onda olan 08 fevral 2007-ci il tarixli, 07 nörməli Şahid2 adına olan icarə müqaviləsini ona göstərmiş, Şahid4 həmin müqaviləyə baxdıqdan sonra arayışın hazırlanacağını, hazır olan zaman gəlib götürmələrini bildirmişdir. …Səhv etmirsə həmin gün, ya da növbəti gün gedib həmin arayışı yadında qalmayan bələdiyyə işçisindən götürmüşdür. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, imza onun imzasıdır. O, istintaqda verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Şağan Bələdiyyəsində inspektor vəzifəsində işləmiş, hazırda işsizdir. Təqsirləndirilən şəxs Şağan qəsəbəsinin sakini kimi tanıyır, amma Zərərçəkmiş şəxs1 tanımır. 2022-ci ilin aprel ayının axırları dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs və Şahid2 ona yaxınlaşaraq Şağan qəsəbəsi ərazisində Şahid2 torpağının olduğunu, Şahid2 sənədlərini itirdiyini və sənədin bərpası üçün sənədin arxivdən çıxarılması ilə bağlı müraciət etmişlər. O, Şahid2 torpağına Təqsirləndirilən şəxs və Şahid2la birlikdə baxış keçirmiş və həmin torpaq sahəsinin həqiqətən Şahid2 məxsus olmasını zənn etmişdir. Çünki həqiqətən də arxivdə Elşən Xanlarov adına icarə müqaviləsi var imiş. O, Təqsirləndirilən şəxs və Şahid2 şöbə müdiri Şahid3 yönəltmişdir. Bələdiyyənin Vergi şöbəsinin müdiri Şahid3 yaxınlaşaraq Təqsirləndirilən şəxs və Şahid2 ona müraciət edərək sonuncuya məxsus torpaq sahəsinə görə sənəd istədiklərini bildirmiş və buna görə 1.200 manat pul verəcəklərini demişdir. Sonradan bələdiyyənin şöbə müdiri Rüstəm Məmmədov ona Təqsirləndirilən şəxs və Şahid2 adına torpaq sahəsinə aid arxiv sənədinin çıxarılmasına köməklik göstərməyini bildirmişdir. Şahid3 ona 08 fevral 2007-ci il tarixli, 07 nömrəli dair icarə müqaviləsini təqdim edib həmin şəxslərə çatdırmağını bildirmişdir. Həmin icarə müqaviləsi sabiq bələdiyyə sədri mərhum Afayət Pənahovun adından hazırlanmış, Şahid3 olan bələdiyyənin keçmiş möhürü ilə təsdiqlənmişdir. X14 adının qarşısında və müqavilənin çertyoj hissəsində imza çəkilməmiş, hər hansı yazı yazılmamışdır. O, həmin müqaviləni götürüb Afayət Pənahovun adından rəsmiləşdirilmiş onun həqiqi imzasının və yazılarının olduğu başqa bir icarə müqaviləsini Bələdiyyədən götürərək oxşatdırıb imza çəkdirmişdir. Hal-hazırda bilmir kimə imzalatdırmışdır. 2022-ci ilin dəqiq xatırlamadığı tarixində Təqsirləndirilən şəxs və Şahid2 gəlib müqaviləni Bələdiyyənin inzibati binasının qarşısında həmin sənədi götürmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs və Şahid2 elə həmin yerdə ona 700 manat məbləğində pul vermişlər. Yəni Təqsirləndirilən şəxs və Şahid2 700 manat pulu onun vasitəsiylə hədiyyə kimi Şahid3 vermişlər. Ola bilər ki, Şahid3 o puldan 200 manatı da ona vermişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid4 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və Şahid2 onların müraciətlərindən əvvəl hədiyyə kimi pul almamışdır. O, sənədin olub-olmamasını, yaxud olan sənədin həmin torpağa şamil olunubolmaması barədə tam məlumatı yoxdur. Lakin Elşən adlı şəxsin adına arxivdə 10 sot torpaq sahəsinə dair müqavilə olmuşdur. O, icarə müqaviləsinin saxta olduğunu istintaq zamanı öyrənmişdir. Təqsirləndirilən şəxs və Şahid2 Şağan qəsəbəsində olmuşlar. Ərazi inspektoru o olduğu üçün ona yaxışlaşmışlar, o, isə onları şöbə müdiri Şahid3 yönəltmişdir. Təqsirləndirilən şəxs özü birbaşa ona yaxınlaşmamış, onun yanında Elşən Xanlarov olmuşdur. Təqsirləndirilən şəxs və Şahid2 ona iki dəfə yaxınlaşmışlar, birinci dəfə müraciət edəndə, ikinci dəfə sənədləri götürən zaman yaxınlaşmışlar. Şahid4 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 4-cü cild 23-27-ci vərəqələrində olan ifadəsində Şahid4 aşağıdakıları göstərmişdir: «... 2022-ci ilin may ayında dəqiq xatırlamadığı tarixdə Şağan bələdiyyəsinin inzibati binasında olan zaman Bələdiyyənin Vergi şöbəsinin müdiri Şahid3 yaxınlaşaraq Təqsirləndirilən şəxs və Şahid2 ona müraciət edərək sonuncuya məxsus torpaq sahəsinə görə sənəd istədiklərini bildirmiş və buna görə 1.200 manat pul verəcəklərini demişdir. ...O, həmin müqaviləni götürüb Afayət Pənahovun adından rəsmiləşdirilmiş onun həqiqi imzasının və yazılarının olduğu başqa bir icarə müqaviləsini Bələdiyyədən götürərək oxşatdırıb imza çəkdirmişdir. O, həmin imzanı özü də çəkmiş ola bilər, bunu dəqiq xatırlamır. Daha sonra Təqsirləndirilən şəxs zəng edərək gəlib müqaviləni ondan götürməsini bildirmişdir. 2022-ci ilin elə may ayında, dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs və Şahid2 gəlib müqaviləni Bələdiyyənin inzibati binasının qarşısında ondan götürmüşlər. Bu zaman o, onlara Şahid2 adının yazıldığı qrafada imzasını çəkməli olduğunu demişdir. Həmin vaxt onlar elə həmin yerdə ona 1.200 manat məbləğində pul vermişlər. O, həmin pulun 700 manatını Şahid3 aparıb vermişdir. ...Şağan bələdiyyəsinin sədri vəzifəsini icra edən Şahid5 həmin şəxslərin müraciətləri ilə onlara 24 iyun 2022-ci il tarixdə Şahid2 Şağan qəsəbəsi ərazisində 08 fevral 2007-ci il tarixli 07 saylı icarə müqaviləsinə əsasən 1040 kvadrat torpaq sahəsi verilməsinə dair arayış vermişdir. Həmin arayış onun özü tərəfindən də təsdiq olunmuşdur. Yəni arayışdakı imza ona məxsusdur. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid4 bildirmişdir ki, imza onun imzasıdır. O, Şahid5 arayış verməyindən xəbərsizdir, həmin zaman iştirak etməmişdir. Şahid5 olan möhürlə 2007-ci ilin möhürü eyni deyil, fərqli möhürlərdir. Şahid5 arayışa imza çəkmiş, amma onun tam ətraflı məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Şağan qəsəbəsində əvvəlcə fəhlə, sonra isə vergi müfəttişi kimi fəaliyyət göstərmiş, yəni 2013-cü ildən 2022-ci ilin iyul ayınadək Xəzər rayonu, Şağan bələdiyyəsində vergi müfəttişi kimi işləmişdir. O, Təqsirləndirilən şəxs Şağan qəsəbəsi sakini kimi tanıyır. O, Zərərçəkmiş şəxs1 torpaq sahəsi ilə bağlı bələdiyyəyə gedib-gəlməsi zamanı tanımışdır. Şağan bələdiyyəsində işlədiyi dövrdə bələdiyyə sədrləri Afiyəddin Məmmədov, Lalə Əsədullayeva və Şahid5 olmuşdur. Lalə Əsədullayevanın dövründə faktiki olaraq bələdiyyə sədri səlahiyyətlərini Bələdiyyənin vergi şöbəsinin müdiri Şahid3 icra etmişdir. O, həm Şahid2, həm də Zərərçəkmiş şəxs1 həmin torpaq sahəsi ilə bağlı bələdiyyəyə gedibgəlmələri zamanı tanımışdır. Şahid2 Təqsirləndirilən şəxsla birlikdə Şağan bələdiyyəsinə həmin torpaq sahəsi ilə bağlı arayış almaq üçün gəlmələri zamanı görmüşdür. Onlar həmin torpaq barəsində 2007-ci il tarixli sənədlərinin olduğunu, torpağın Şahid2 məxsus olmasını bildirirmişlər. Həmin torpaq sahəsinə görə hansısa arayışın verilməsi üçün Elçin adlı şəxsin də 2022-ci ilin yay ayı ərzində Bələdiyyəyə şifahi müraciət etməsindən məlumatı vardır. İcarə müqaviləsi Şahid4 vasitəsilə əldə edilmişdir. Onun hadisə barədə ətraflı məlumatı yoxdur. O, hadisəni sadəcə eşitmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 1-7-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, kiçik ədliyyə müşaviri X7 24 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edildiyindən, sonuncu barəsində hazırki cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2, 32.4, 309.1, 32.4, 320.1, 32.4, 308.1, 32.4, 313, 320.2 və 294.1-ci maddələri ayrıca cinayət işi ayrılmışdır. Cinayət işinin 1-ci cild 15-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, sonuncu Xəzər Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, Əzizbəyov Rayon X8 qərarı ilə ona verilmiş Şağan qəsəbəsində yerləşən torpaq sahəsində başqa şəxslər tərəfindən tikinti işlərinin aparılması barədə məlumat vermişdir. Cinayət işinin 2-ci cild 115-116-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhər İcra Hakimiyyəti Aparatından daxil olmuş 26 aprel 2023-cü il tarixli, 3-52/2-2207/2023 nömrəli məktubdan və məktuba əlavə edilmiş sənəddən görünür ki, Zərərçəkmiş şəxs1 torpaq sahəsi ayrılmasına dair olan Əzizbəyov rayon X13 İcraiyyə Komitəsinin 13 sentyabr 1990-cı il tarixli, 16 nömrəli qərarı arxivdə mövcuddur. Cinayət işinin 3-cü cild 121-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən daxil olmuş 19 iyun 2023-cü il tarixli, 21323 saylı məktubdan görünür ki, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən ərazidə torpaq sahəsinin 0.01 ha üçün bazar dəyəri 12.000-15.000 (on iki min – on beş min) manat civarında dəyişir. Cinayət işinin 3-cü cild 101-104-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər rayonu Şağan bələdiyyəsinin 16 yanvar 2020-ci il tarixli 01 nömrəli iclas protokolundan görünür ki, Şahid5 həmin iclasın qərarı ilə bələdiyyə üzvü kimi səlahiyyəti tanınmışdır. Cinayət işinin 3-cü cild 105-106-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər rayonu Şağan bələdiyyəsinin 04 aprel 2022-ci il tarixli 03 nömrəli iclas protokolundan görünür ki, Şahid5 həmin iclasın qərarı ilə Şağan bələdiyyəsinin sədr müavini seçilmişdir. Cinayət işinin 3-cü cild 107-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər rayonu Şağan bələdiyyəsinin sədri Lalə Əsədullayevanın 22 aprel 2022-ci il tarixli 03 nömrəli əmrindən görünür ki, Şahid5 həmin əmrlə Şağan bələdiyyəsinin sədr müavini təyin olunmuşdur. Cinayət işinin 3-cü cild 108-111-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər rayonu Şağan bələdiyyəsinin 25 aprel 2022-ci il tarixli 04 nömrəli iclas protokolundan görünür ki, Şahid5 həmin iclasın qərarı ilə Şağan bələdiyyəsinin sədri səlahiyyətlərinin icrası həvalə olunmuşdur. Cinayət işinin 3-cü cild 112-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər rayonu Şağan bələdiyyəsinin sədri Lalə Əsədullayevanın 25 aprel 2022-ci il tarixli 05 nömrəli əmrindən görünür ki, Şahid5 həmin əmrlə Şağan bələdiyyəsinin sədrinin səlahiyyətlərini icra edən vəzifəsinə təyin olunmuşdur. Cinayət işi işinin 3-cü cild 162-164-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid5 sosial arayışından görünür ki, o, 04 aprel 2022-ci il tarixdən Şağan bələdiyyəsinin sədr müavini vəzifəsində işləyir. Cinayət işinin 3-cü cild 54-58-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər rayonu Şağan Bələdiyyəsinin 05 iyun 2023-cü il tarixli, 108 saylı məktubuna əlavə edilmiş 12 oktyabr 2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, Şahid3 həmin tarixdən Şağan bələdiyyəsinin Yerli büdcəyə nəzarət və Vergi şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş, Şağan Bələdiyyəsinin 17 oktyabr 2022-ci il tarixli, 18 nömrəli əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. Cinayət işinin 3-cü cild 42-47-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər rayonu Şağan Bələdiyyəsinin 05 iyun 2023-cü il tarixli, 108 saylı məktubuna əlavə edilmiş 13 iyun 2014-cü il tarixli əmək müqaviləsindən görünür ki, Şahid4 həmin tarixdən Şağan bələdiyyəsinin vergi müfəttişi vəzifəsinə təyin olunmuş, Şağan Bələdiyyəsinin 13 iyul 2022-ci il tarixli, 07 nömrəli əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. Cinayət işinin 3-cü cild 156-158-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid3 sosial arayışından görünür ki, o, 12 oktyabr 2018-ci il tarixdən 17 oktyabr 2022-ci il tarixədək Şağan bələdiyyəsinin Yerli büdcəyə nəzarət və Vergi şöbəsinin müdiri vəzifəsində işləmişdir. Cinayət işinin 3-cü cild 159-161-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid4 sosial arayışından görünür ki, o, 15 noyabr 2017-ci il tarixdən 13 iyul 2022-ci il tarixədək Şağan bələdiyyəsinin vergi müfəttişi vəzifəsində işləmişdir. Cinayət işinin 1-ci cild 37-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər rayonu Şağan bələdiyyəsindən daxil olmuş 23 iyun 2022-ci il tarixli, 25 nömrəli məktubun kserosurətindən görünür ki, Şahid2 torpaq sahəsinin verilməsi haqqında hər hansı sənəd Şağan bələdiyyəsinin arxivində aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 66-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər rayonu Şağan bələdiyyəsi tərəfindən təsdiq olunmuş 24 iyun 2022-ci il tarixli, 100 nömrəli arayışın kserosurətindən görünür ki, “Torpaq icarəsi haqqında” Qanunun 6-cı maddəsinə uyğun olaraq Şağan Bələdiyyəsi ilə Şahid2 arasında 08 fevral 2007-ci il tarixdə 07 saylı icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən Şahid2 Şağan qəsəbəsi “Yeni sahə” yaşayış massivində 60 il müddətinə 1040 m² torpaq sahəsi icarəyə verilmiş, vergi ödəyicisi kimi Bələdiyyənin vergi qeydiyyatına alınmışdır və torpaq vergisini tam ödəmişdir. Cinayət işinin 3-cü cild 129-137-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 20 iyun 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş sənədlərdən görünür ki, “Əmr kitabı”nda 2015 və 2022-ci illəri əhatə edən dövrə baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin kitabın cildinin üzərində çap üsulu ilə latın qrafikasında “ƏMR KİTABİ” yazısı, əlyazma latın qrafikası ilə “Şağan bələdiyyəsi” sözləri, yazılmışdır. Kitab 50 vərəqdən ibarətdir. Kitabın “1” nömrəli səhifəsindən başlayaraq müvafiq əmrlərin nömrələri və tarixləri əlyazma latın qrafikası ilə yazılmaqla qeydiyyat aparılmışdır. Həmin əmrlər barədə qeydiyyat 2015-2022-ci illəri əhatə etməklə kitabın “41”-ci səhifəsinədək aparılmışdır. Baxış zamanı müəyyən olunmuşdur ki, kitabın “17”-ci səhifəsində Şahid3 12 oktyabr 2018-ci il tarixli, 01 nömrəli əmrlə “Yerli büdcəyə nəzarət və Vergi şöbəsinin müdiri” vəzifəsinə təyin olunması barədə əmr qeydiyyata alınmışdır. Kitabın “36”-cı səhifəsində Şahid5 22 aprel 2022-ci il tarixli, 03 nömrəli əmrlə “Bələdiyyə sədrinin müavini” vəzifəsinə təyin olunması barədə əmr qeydiyyata alınmışdır. Kitabın “37”-ci səhifəsində Şahid5 25 aprel 2022-ci il tarixli, 05 nömrəli əmrlə “Bələdiyyənin sədr səlahiyyətlərini icra edən” vəzifəsinə təyin olunması barədə əmr qeydiyyata alınmışdır. Kitabın “39”-cu səhifəsində Şahid4 13 iyul 2022-ci il tarixli, 09 nömrəli əmrlə vəzifəsindən azad edilməsi barədə əmr qeydiyyata alınmışdır. Cinayət işinin 2-ci cild 242-250-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış baxış keçirilməsi haqqında 01 iyun 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, baxış keçirilən torpaq sahəsi Xəzər rayonu Şağan qəsəbəsi ərazisində yerləşir. Torpaq sahəsinin dörd tərəfi də mişar daşı ilə hasarlanmış, yola tərəf olan hissəsində qapı qoyulması üçün açıq yer vardır. Həmin yerdə mişar daşları səliqəli formada üst-üstə düzülmüşdür. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, həmin torpaq sahəsi keçmiş X9 Soveti İcraiyyə Komitəsinin 13 sentyabr 1991-ci il tarixli 16 saylı qərarı ilə ona verilmişdir. Hazırda onun ölçüsü 1040 m²-dir. Həmin torpaq sahəsi sonradan zəbt olunaraq içərisində yarımtikili tikilmiş və hasarın hündürlüyü qaldırılmışdır. Cinayət işinin 2-ci cild 79-84-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 aprel 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş sənədlərdən görünür ki, iş üzrə götürülmüş “2006-2010 Audit aktı” kitabına baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin kitabın cildinin üzərində əlyazma latın qrafikası ilə “2006-2010 Audit aktı” sözləri yazılmışdır. Kitabın vərəqələrinin yuxarı sağ küncünə səhifə nömrələri yazılaraq nömrələnmişdir. Kitab “163” vərəqdən ibarətdir. Kitabda Bələdiyyənin müvafiq dövrlərə uyğun olaraq maliyyə təsərrüfat fəaliyyətini əks etdirən hesabların auditi aparılmış və buna dair müvafiq rəylər tərtib edilərək ona əlavə edilmiş müvafiq sənədlərlə birlikdə siyahılanmaqla cildlənmişdir. Kitabın 117-ci səhifəsində 24 yanvar 2010-cu il tarixli Auditor rəyi vardır. Həmin rəydən görünür ki, 22 yanvar 2009cu il tarixli AP seriyalı 031784 saylı müqaviləyə əsasən bələdiyyənin 01 yanvar 2009-cu il tarixdən 01 yanvar 2010-cu il tarixədək olan dövrdə maliyyə təsərrüfat fəaliyyətini əks etdirən hesabların auditi aparılmış və müvafiq sənədlər rəyə əlavə edilmişdir. Həmin dövr üçün “Şağan” bələdiyyəsinin sədr əvəzi X5 olmuşdur. Həmin kitabın 127-ci səhifəsindən görünür ki, “Bakı şəhəri Əzizbəyov rayon “Şağan” bələdiyyəsi tərəfindən verilmiş İcarə Torpaqları haqqında məlumat” siyahısı qeyd olunan Auditor rəyinə əlavə edilmişdir. Həmin siyahının 16-cı bəndində Şahid2 bağçılıq və ev tikmək məqsədilə icarəyə 1000 m² torpaq sahəsini götürməsinə dair 19 mart 2006-cı il tarixli icarə müqaviləsinin verilməsinə dair məlumat vardır. Həmin siyahıda Şahid2 haqqında başqa məlumatın, yəni başqa torpaq sahəsinə dair icarə müqaviləsinin olmaması müəyyən edilmişdir. “2006-2010 Audit aktı” adlı kitaba baxış keçirilməsi zamanı 2006-2010 dövrləri əhatə edən sənədlər toplusunda Şahid2 adına 08 fevral 2007-ci il tarixli 07 saylı icarə müqaviləsinin olmaması, həmin tarixli və nömrəli icarə müqaviləsinin X6 adına 700 m² torpaq sahəsinə görə olması müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 1-6-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 30 mart 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş sənədlərdən görünür ki, iş üzrə götürülmüş 2007 – 2009-cu illəri əhatə edən kitaba baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin kitabın cildinin üzərində əlyazma latın qrafikası ilə “ŞAĞAN BƏLƏDİYYƏSİNİN PROTOKOL KİTABİ 2007-2009” sözləri yazılmışdır. Kitab “100” vərəqdən ibarətdir. Kitabdakı qeydə alınmış protokollara baxış zamanı müəyyən olunmuşdur ki, kitabda Şağan bələdiyyəsinin üzvləri tərəfindən keçirilmiş iclasların nəticələrinə dair məlumatlar əks olunmuşdur. Həmin məlumatlara baxış zamanı 2007 – 2009-cu illər ərzində Şahid2 hər hansı məqsədlə torpaq ayrılmasına dair iclas protokolunun mövcud olmaması müəyyən edilmişdir. Cinayət işinin 3-cü cild 113-119-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 iyun 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş sənədlərdən görünür ki, “Vətəndaşlara verilən arayışların qeydiyyat kitabı”nda 2015– 2023-cü illəri əhatə edən həmin kitaba baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin kitabın cildinin üzərində çap üsulu ilə latın qrafikasında “XƏZƏR RAYONU ŞAĞAN BƏLƏDİYYƏSİ”, “Vətəndaşlara verilən arayışların qeydiyyat KİTABİ” yazıları yazılmışdır. Kitab 60 vərəqdən ibarətdir. Kitabın birinci səhifəsindən başlayaraq sıra nömrəsi, tarixi, verilən şəxsin soyadı, adı, atasının adı, təqdim olunacaq yer qrafaları üzrə müvafiq arayışlara dair əlyazma latın qrafikası ilə məlumatlar qeyd olunmuşdur. Kitabda “100” sıra nömrəsi ilə qeyd olunmuş sətrdən görünür ki, 24 iyun 2022-ci il tarixdə Şahid2 adına arayış verilməsinə dair müvafiq qeyd aparılmışdır. Cinayət işinin 1-ci cild 257-268-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış sənədlərə baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı Zərərçəkmiş şəxs1 cavabehlər Şahid2 və Təqsirləndirilən şəxs qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Xəzər rayon məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(003)-2743/2022 nömrəli qərardadından görünür ki, məhkəmə iclasında izahat vermiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şahid5 bildirmişdir ki, Şahid2 təqdim etdiyi icarə müqaviləsi və həmin icarə müqaviləsinin bağlanmasına əsas verən bələdiyyə üzvlərinin yığıncağına dair protokol və qərarı bələdiyyənin arxivində aşkar edilməmiş, 2000-ci ildən sonra arxivə demək olar ki, hər hansı sənəd verilməmişdir. Lakin sonradan məhkəməyə Xəzər rayonu Şağan bələdiyyəsinin sədr əvəzi Şahid5 tərəfindən imzalanmış və bələdiyyənin möhürü ilə təsdiq edilmiş 24 iyun 2022-ci il tarixli, 100 nömrəli arayış təqdim edilmiş, həmin arayışda Şahid2 Şağan qəsəbəsi “Yeni sahə” yaşayış massivində 60 il müddətinə 1040 m² torpaq sahəsi icarəyə verilməsi, vergi ödəyicisi kimi Bələdiyyənin vergi qeydiyyatına alınması və torpaq vergisini tam ödəməsi göstərilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, qeyd olunan torpaq sahəsinin müvafiq səlahiyyətlər olmadan üçüncü şəxslərə icarəyə verilməsi ilə bağlı Şağan bələdiyyəsinin hazırki vəzifəli şəxslərinin hərəkətlərində vəzifə səlahiyyətlərini aşma cinayətinin əlamətlərinin olması aşkara çıxarılmış və bu barədə Azərbaycan Respublikasının Baş prokuroruna məlumat verilməklə xüsusi qərar çıxarılmışdır. Zərərçəkmiş şəxs1 cavabehlər Şahid2 və Təqsirləndirilən şəxs qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş Bakı şəhəri Xəzər rayon məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(003)-2743/2022 nömrəli qətnaməsindən görünür ki, icraat zamanı iş materiallarına Şağan bələdiyyəsinin sabiq sədri X10 ilə Şahid2 arasında “Sahə” adlanan ərazidə 1040 m² torpaq sahəsinin 60 il müddətinə icarəyə verilməsi ilə bağlı müvafiq icarə müqaviləsi təqdim edilmişdir. Cinayət işinin 1-ci cild 269-280-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 mart 2023-cü il tarixli, 2(103)-1957/2023 nömrəli qətnaməsindən görünür ki, cavabdeh Şahid2 tərəfindən Bakı şəhəri Xəzər rayon məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(003)- 2743/2022 nömrəli qətnaməsindən şikayət verilmiş, şikayətində mübahisəli torpaq sahəsinin 2007-ci ildə Bələdiyyə tərəfindən 60 illik icarə müqaviləsi əsasında ona verildiyini bildirmiş, buna görə Xəzər rayon məhkəməsinin müvafiq qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Həmçinin qətnamədən görünür ki, Şahid2 şikayəti təmin edilməmiş, Xəzər rayon məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(003)-2743/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 3-cü cild 141-144-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 iyun 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, mülki iş 2(003)-2743/2022 saylı olmaqla Bakı şəhəri, Xəzər rayon məhkəməsində baxılmış, iş üzrə qəbul edilmiş qətnamədən apelyasiya şikayəti verilməsi ilə əlaqədar iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 iddiaçı qismində “torpaq sahəsindən çıxarılma” tələbi ilə Xəzər rayon məhkəməsinə 25 iyul 2022-ci il tarixdə müraciət edərək Şahid2 və Təqsirləndirilən şəxs torpaq sahəsindən çıxarılmalarını xahiş etmişdir. Bundan başqa, həmin mülki iş üzrə 28 sentyabr 2022-ci il tarixdə Xəzər rayon məhkəməsinin inzibati binasında hakim Zaur Tağıyevin sədrliyi ilə keçirilən hazırlıq iclası zamanı cavabdeh qismində iştirak edən Şahid2 tərəfindən müvafiq torpaq sahəsinə dair 08 fevral 2007-ci il tarixli 07 saylı icarə müqaviləsi və 24 iyun 2022-ci il tarixli, 100 nömrəli arayış təqdim olunmuşdur. İş materiallarından görünür ki, Xəzər rayonu, Şağan bələdiyyəsi ilə Şahid2 arasında bağlanılmış 08 fevral 2007-ci il tarixli, 07 saylı icarə müqaviləsi və Xəzər rayonu, Şağan bələdiyyəsi tərəfindən tərtib edilmiş 24 iyun 2022-ci il tarixli, 100 nömrəli arayışı mülki iş materiallarında mövcuddur. Cinayət işinin 3-cü cild 61-66-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin sənədlərin texniki ekspertizası üzrə 12 iyun 2023-cü il tarixi 5/744 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 08 fevral 2007-ci il tarixli, 07 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədə, Şağan qəsəbəsində vətəndaş Şahid2 müqavilə yolu ilə ayrılan torpaq sahəsinin sxemi və baş plandan çıxarışda olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur; Tədqiqata təqdim edilmiş 08 fevral 2007-ci il tarixli, 07 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədə, Şağan qəsəbəsində vətəndaş Şahid2 müqavilə yolu ilə ayrılan torpaq sahəsinin sxemi və baş plandan çıxarışda olan möhür əksləri ekspertizaya təqdim edilmiş 10 may 2006-cı il tarixli 1, 2, 3 nömrəli, 20 noyabr 2006-cı il tarixli 13 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələrdə olan Bakı şəhəri, Əzizbəyov rayonu, Şağan bələdiyyəsinin möhürünün sərbəst nümunələri ilə eynilik təşkil etmirlər; Tədqiqata təqdim edilmiş 08 fevral 2007-ci il tarixli, 07 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədə, Şağan qəsəbəsində vətəndaş Şahid2 müqavilə yolu ilə ayrılan torpaq sahəsinin sxemi və baş plandan çıxarışda olan möhür əksləri təqdim edilmiş möhürdən ekspert tərəfindən çıxarılmış eksperimental əks nümunələri ilə eynilik təşkil edirlər. Cinayət işinin 1-ci cild 31-32-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 08 fevral 2007-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında 07 nömrəli, 08 fevral 2007-ci il tarixli müqavilənin kserosurətindən görünür ki, həmin müqavilədə icarədar kimi Şağan bələdiyyəsinin sədri X10, icarəçi qismində Şahid2 qeyd edilmiş, məzmununa əsasən Şağan qəsəbəsi ərazisindəki 1040 kv.m torpaq sahəsi icarəçiyə verilir. Müqavilənin sonunda icarədər və icarəçi adlarının qarşısında imzalar icra edilmiş, üzərində Azərbaycan Respublikası Bakı şəhəri Əzizbəyov rayonu Şağan Bələdiyyəsi yazılan möhür həkki vardır. Cinayət işinin 3-cü cild 122-128-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə – xətşünaslıq ekspertizasının 12 iyun 2023-cü il tarixi 4/901 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 08 fevral 2007-ci il tarixli, 07 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədə “İcarəçi tərəfindən” qrafasındakı imza – Şahid2 tərəfindən icra olunmuşdur; Ekspertizaya təqdim olunmuş 08 fevral 2007-ci il tarixli, 07 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədə “İcarədar tərəfindən” qrafasındakı imza və torpaq sahəsinin sxemi və baş plandan çıxarışda “Təsdiq edirəm sağan bələdiyyəsin sədri:”qrafasındakı imza – X10 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; Ekspertizaya təqdim olunmuş 08 fevral 2007-ci il tarixli, 07 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə aid torpaq sahəsinin sxemi və baş plandan çıxarışda “yol”, “qonşu”, “36.60”, “28.4” rəqəmli yazıları – Şahid5 tərəfindən yox, Şahid3 tərəfindən yox, Təqsirləndirilən şəxs tərəfindən yox, Şahid6 tərəfindən yox, Şahid4 tərəfindən yox, Şahid2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşur; Ekspertizaya təqdim olunmuş 08 fevral 2007-ci il tarixli, 07 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə aid torpaq sahəsinin sxemi və baş plandan çıxarışda “yol”, “qonşu”, “36.60”, “28.4” rəqəmli yazıları ilə 20 noyabr 2006-cı tarixli 13 nömrəli müqaviləyə aid torpaq sahəsinin sxemi və baş plandan çıxarışda “yol”, “qonşu”, “boş sahə”, “30”, “56.80” rəqəmli yazıları – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Cinayət işinin 2-ci cild 89-109-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 20 aprel 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş “CD” diskə baxış zamanı aşağıdakılar müəyyən edilmişdir; - Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında hər hansı danışıq həyata keçirilmədiyi halda, həmin ilin mart ayı ərzində 04, aprel ayı ərzində 27, may ayı ərzində isə 80, iyun ayı ərzində 70, iyul ayı ərzində 80, avqust ayı ərzində 24 danışıq həyata keçirilmişdir. - Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 2022-ci ilin may ayı ərzində 01, iyun ayı ərzində 60, iyul ayı ərzində 28, avqust ayı ərzində 49, sentyabr ayı ərzində 32, oktyabr ayı ərzində 27, noyabr ayı ərzində 6, dekabr ayı ərzində isə 10 danışıq həyata keçirilmişdir: - Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında danışıq həyata keçirilmişdir: - Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələri arasında 2022-ci il ərzində yanvar ayında 35, fevral ayında 69, mart ayında 115, aprel ayında 103, may ayında 200, iyun ayında 104, iyul ayında 199, avqust ayında 67 danışıq həyata keçirilmişdir. -Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələri arasında 2022-ci ilin aprel ayında 4, may ayında 47, iyun ayında 35, iyul ayında 12, avqust ayında 20 danışıq həyata keçirilmişdir. - Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 2022-ci il ərzində iyun ayında 20, avqust ayında 01, sentyabr ayında 08, oktyabr ayında 04 danışıq həyata keçirilmişdir. Cinayət işinin 3-cü cild 11-13-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 iyun 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş “CD” diskə baxış zamanı aşağıdakılar müəyyən edilmişdir; - Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 2022-ci ilin may ayı ərzində 08, iyul ayı ərzində 02, avqust ayı ərzində 08, sentyabr ayı ərzində 05, oktyabr ayı ərzində 02, noyabr ayı ərzində 01 danışıq həyata keçirilmişdir. Cinayət işinin 2-ci cild 196-197-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 may 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, iş üzrə Şahid3 məxsus “Samsung” markalı mobil telefon cihazına baxış keçirilərkən, mobil telefona quraşdırılmış +99***-***-**-** saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçirilmiş “WhatsApp” tətbiq proqramına daxil olduqda içərisində istifadəçi tərəfindən mətn, səsli mesajların göndərilməsi və qəbul edilməsi, həmçinin zənglərin həyata keçirilməsi ilə bağlı məlumatların olması müşahidə edilmişdir. “WhatsApp” tətbiq proqramının “Mesaj” bölümünə baxış keçirildikdə Şahid1 məxsus +99***-***-**-** saylı mobil telefon nömrəsi ilə 12-13 may 2023-cü il tarixlərində aralarında səsli mesajarın göndərilməsi müşahidə edilmişdir. Həmin səsli mesajların iş üzrə həmiyyət kəsb edənlərinin məzmunu aşağıdakı kimidir: -**********(Şahid1): o bir dənə o sözü işlədir ki, ortada, mən ona görə bir az çəkinirəm, deyir ki, Ruslana vermişəm pulu, mən onun üçün sıxıla-sıxıla qalmışam, indi onu ayırd edəcəklər, sən mənim qardaşımsan, dostumsan, yoldaşımsan, mən istəmirəm sənin başından tük əskik olsun, məcburiyyət qarşısından bunu edirəm. -Şahid3: Qələt edir, o, mənə nə pul, nə sənəd, o mənə nəyə görə pul verməlidir, mənim başım çıxmadı mənə nəyə görə pul verməlidir, bəyəm torpaq satmışıq, sənəd vermişik, o, uje söhbəti fırladıb deyəsən, başı deyəsən bədəninə ağırlıq edir, yekə adamdı, bu nə danışıqdı, Ruslana nə veribdi, qələt edir, heç yerə heç nə verməyib, özünü təmizə çıxardır. -**********(Şahid1): ikincisi də ay mənim əziz qardaşım, sənəd məndədir, göndərəcəklər ekspertizaya, nə var hamısını deyəcəklər, bundan heç kəs qaça bilməz. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid2 ona müraciət edərək atasından qalma torpaq barədə demiş, o da makler kimi fəaliyyət göstərdiyindən, onu Şahid1la əlaqələndirmiş, o, torpağın başqasının olduğunu bilməmiş, hansısa sənədi görməmişdir. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ifadələrindən tam fərqli, bir-birinə zidd ifadələr verib ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onların məhkəmədəki ifadələrinin təkzib olunduğunu, ibtidai istintaq zamanı verdiyi ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığını və onun məhkəmə iclasında verdiyi ifadəsini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakter daşıdığı qənaətinə gəlir. Məhkəmə, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını, ekspert rəylərini və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatını, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2, 32.4, 309.1, 32.4, 320.1, 32.4, 308.1, 32.4, 313, 320.2 və 294.1-ci maddələri ilə tövsif olunmuş, o həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, plenumun qərarının 1-ci bəndində qeyd edilmişdi rki, Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 2-ci cild 71-72-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin 22 noyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.1-ci maddələri ilə təqsirli bilinib 4.000 manat cərimə cəzasına məhkum olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 oktyabr 2014-cü il tarixli, 7(003)-254/2014 nömrəli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 06 mart 2014-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin 22 noyabr 2013-cü il tarixli hökmü ilə təyin edilmiş 4000 manat cərimə cəzası 3000 manata endirilmişdir. Xəzər Rayon Məhkəməsinin 16 oktyabr 2014-cü il tarixli qərarı ilə 3000 manat cərimə cəzası islah işləri növündə cəza ilə əvəz edilərək, ona qazancından 15% pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 7(003)-1820/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs ona Xəzər Rayon Məhkəməsinin 22 noyabr 2013-cü il tarixli hökmü ilə (sonuncu dəfə Xəzər Rayon Məhkəməsinin 16 oktyabr 2014-cü il tarixli qərarı ilə) təyin edilmiş cəzadan azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsindən daxil olmuş 09 yanvar 2024-cü il tarixli, 7(003)-1820/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 7(003)-1820/2023 nömrəli qərarı 07 yanvar 2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi təqsirləndirilən şəxs X1 məhkumluğu ödənilməmiş, lakin, cinayətin residivini yaratmır. Cinayət işinin 2-ci cild 118-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 13 aprel 2023-cü il tarixli, 4727 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicə olunmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 01 noyabr 2023-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışıq etdiyini, ona qarşı heç bir iddiasının və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə 13 sentyabr 2023-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışıq olduğunu, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Cinayət işinin 4-cü cild 70-76-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, kiçik ədliyyə müşaviri X7 24 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin 4-cü cild 81-82-ci vərəqələrində olan 08 iyul 2023-cü il tarixli axtarışda olan şəxs tapılaraq istintaq orqanına təhvil verilmişdir. Cinayət işinin 4-cü cild 120-121-ci vərəqələrində olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, kiçik ədliyyə müşaviri X7 08 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hökm elan olunduğu gündən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mobil şəbəkə operatorundan daxil olmuş, içərisində telefon danışıqları məlumatlarının əks olunduğu 01 ədəd “CD” disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mobil şəbəkə operatorundan daxil olmuş, içərisində telefon danışıqları məlumatlarının əks olunduğu 01 ədəd “CD” disk, Şağan bələdiyyəsinin 08 fevral 2007-ci il tarixli, 07 nömrəli icarə müqaviləsi, Şağan bələdiyyəsinin 23 iyun 2022-ci il tarixli, 25 nömrəli məktubu, Şağan bələdiyyəsinin 24 iyun 2022-ci il tarixli, 100 nömrəli arayışı, 01 ədəd möhür, Əzizbəyov rayon X13 İcraiyyə Komitəsinin 13 sentyabr 1991-ci il tarixli, 16 nömrəli qərarı, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 19 iyun 2023-cü il tarixli, 21323 saylı məktubunun surətlərinin sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilməsi, 01 ədəd möhürün isə ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 197 (yüz doxsan yeddi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2, 32.4, 309.1, 32.4, 320.1, 32.4, 308.1, 32.4, 313, 320.2 və 294.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 308.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 309.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 313-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 320.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş əsas cəzaları və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən təyin edilmiş əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökm elan edildiyi və həbsə alındığı 09 fevrval 2024-cü il tarixdən tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mobil şəbəkə operatorundan daxil olmuş, içərisində telefon danışıqları məlumatlarının əks olunduğu 01 ədəd “CD” disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mobil şəbəkə operatorundan daxil olmuş, içərisində telefon danışıqları məlumatlarının əks olunduğu 01 ədəd “CD” disk, Şağan bələdiyyəsinin 08 fevral 2007-ci il tarixli, 07 nömrəli icarə müqaviləsi, Şağan bələdiyyəsinin 23 iyun 2022-ci il tarixli, 25 nömrəli məktubu, Şağan bələdiyyəsinin 24 iyun 2022-ci il tarixli, 100 nömrəli arayışı, 01 ədəd möhür, Əzizbəyov rayon X13 İcraiyyə Komitəsinin 13 sentyabr 1991-ci il tarixli, 16 nömrəli qərarı, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 19 iyun 2023-cü il tarixli, 21323 saylı məktubunun surətlərinin sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilməsi, 01 ədəd möhürün isə ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 197 (yüz doxsan yeddi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-655/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-655/2024
09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver