Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-656/2020 04.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X13 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Ədalət” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməmiş, orta təhsilli, əvvəllər məhkum olunmuş (Səbail rayon məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2016-cı il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərara əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş) məhkumluğu ödənilmiş, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi, ev 53, mənzil 23-də qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, Qəsr MTK, bina 17, mərtəbə 3, mənzil 15də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 181.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama və qəsdən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq cinayətlərini törətmişdir. Belə ki, o, qəsdən tamah niyyətilə özgənin əmlakını talama məqsədilə xx xxxxxxxx 2019-cu il tarixdə saat 18 radələrində ünvan 2, mənzil 21 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış evinə sonuncunun Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “28 mall” ticarət mərkəzinin içərisində olan “Bravo” marketindən aldığı ərzaq paketlərini daşımağa kömək etmək üçün onun razılığı ilə daxil olmuş, mənzilin dəhlizində olan zaman Zərərçəkmiş şəxs onun üçün su gətirmək məqsədilə evin mətbəxinə keçməsindən istifadə edərək evin dəhlizində olan telefon altlığının üzərindən Zərərçəkmiş şəxs məxsus içərisində 2.350 manat nağd pulu, Zərərçəkmiş şəxs və onun nəvəsi X4 məxsus şəxsiyyət vəsiqələrini, qara rəngli 50 manat dəyərində pul kisəsi olan 25-30 sm ölçülərində qəhvəyi rəngli dəyəri 150 manat olan əl çantasını gizli olaraq talayıb oğurlamaqla ümumilikdə zərərçəkmiş şəxsə 2.550 manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən, qəsdən tamah niyyəti və özgənin əmlakını ələ keçirmə məqsədilə xx xxxxxx 2019-cu il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 21 A ünvanında yerləşən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Nəsimi filialının qarşısında olan ATM-dən pul çıxarmasını görüb üzərində pulun olmasından əmin olduqdan sonra oradan Zərərçəkmiş şəxs təqib etməyə başlamış, Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən yaşayış evinin 3-cü blokuna daxil olan zaman onun ardınca bloka daxil olmuş və həmin blokun 2-ci mərtəbəsi ilə 3-cü mərtəbəsinin arasında əlverişli mövqe seçərək Zərərçəkmiş şəxs əlində olan çantasını ələ keçirmək məqsədilə dartıb zərərçəkmiş şəxsi yerə yıxaraq hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib onun sol əlinin bilək nahiyəsindən ayağı ilə 2 dəfə təpik zərbəsi vuraraq sol mil-bilək oynağı nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinliyi halında əziyi, sol saidin və sol əlin arxa səthinin qançırları, sol saidin sıyrıqları xəsarətləri ilə nəticələnən və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirib Zərərçəkmiş şəxs məxsus içərisində 3.200 manat nağd pulu, sonuncuya və nəvəsi X4 məxsus şəxsiyyət vəsiqələrini, üzərində “NP” markalanma yazıları olan süni dəri materialından hazırlanmış qara rəngli 19x10 sm ölçülü 5 manat dəyərində pul kisəsini, 2 ədəd hər birinin dəyəri 10 manat olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə məxsus plastik bank kartlarını, 1 ədəd içərisində 4 manat dəyərində ***-***-**-** saylı GSM danışıq kartı olan 25 manat dəyərində “Samsung Galaxy” markalı GT-E22xx xxxxxxx 3587xx/xx/322448/6 İMEİ kodlu mobil telefonun olduğu 1 ədəd qara rəngli süni dəri materialından hazırlanmış, tutacaq hissəsində qüsurlar olan 10 manat dəyərində qadın əl çantasını ələ keçirib zərərçəkmiş şəxsə ümumilikdə 3.264 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 181.2.2-ci maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “28 mall” ticarət mərkəzinin içərisində olan “Bravo” marketdə olmuşdur. Marketin kassasında olan zaman qarşısında bir nəfər yaşlı qadının alış-verişə görə pul ödədiyini və pul kisəsinin içərisində çoxlu pulun olmasını görmüşdür. Həmin vaxt maddi vəziyyəti zəif olduğuna görə oğurluq etmək qərarına gəlmiş, buna görə də mağazanın çıxışında həmin qadına yaxınlaşmış və ona paketlərini aparmaqda kömək etməyi təklif etmişdir. Qadın ilkin olaraq razılaşmasa da, təkid etdiyini gördükdən sonra paketləri ona vermiş və kömək etdiyinə görə öz təşəkkürünü bildirmişdir. Söhbət əsasında adını öyrəndiyi Zeynəb xanımla birlikdə piyada onun evi istiqamətdə hərəkət etmişlər. Zeynəb xanım yaşlı qadın olduğundan onun etimadını qazanmaq üçün yalandan ona universitetdə oxuduğunu, universitetə 700 bal yığaraq qəbul olunduğunu, hazırda iki yerdə işləyərək qazanc əldə etdiyini demişdir. Zeynəb xanımla birlikdə piyada gedərək sonuncunun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsində yerləşən binanın blokuna daxil olmuşlar. Zeynəb xanım 5-ci mərtəbədə yaşadığını demiş və buna görə də onun çantalarını 5-ci mərtəbəyə qaldırmışdır. Zeynəb xanım evin qapısını açaraq mənzilə daxil olmuş, o da sonuncunun dəvəti ilə evə daxil olmuş və paketləri yerə qoymuşdur. Zeynəb xanım da əlində olan çantanı telefon qoymaq üçün nəzərdə tutulmuş mebelin üzərinə qoymuşdur. Həmin vaxt Zeynəb xanımdan xahiş etmişdir ki, onun üçün su gətirsin və buna görə də Zeynəb xanım ona su gətirmək məqsədilə evin mətbəxinə keçmişdir. Həmin vaxt o, dərhal Zeynəb xanıma məxsus çantanı götürüb qaçaraq həmin yerdən uzaqlaşmışdır. Evdən bir müddət uzaqlaşdıqdan sonra çantanın içərisinə baxmaq qərarına gəlmiş və Zeynəb xanıma məxsus qəhvəyi rəngdə 25-30 sm ölçülərdə olan qadın əl çantasının içərisində qara rəngli pul kisəsi olduğunu görmüşdür. Həmin pul kisəsini açmış və orada ümumilikdə 1.700 manat nağd pul olmuşdur. Bundan başqa pul kisəsinin içərisində Zərərçəkmiş şəxs və X4 məxsus şəxsiyyət vəsiqələri olmuşdur. Pul kisəsinin içərisində olan pulu götürərək cibinə qoymuş və oğurladığı çantanı, pul kisəsini və şəxsiyyət vəsiqəsini yaxınlıqda olan zibil qutularının birinə atmışdır. Bundan başqa xx xxxxxx 2019-cu il tarixdə yenidən maddi vəziyyəti zəif olduğuna görə təqaüd kartını götürərək banka kredit almaq üçün müraciət etmək məqsədilə getmişdir. Getdiyi bank Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 21 A ünvanında yerləşən “xxxxxxxxxxxxxxx” ASC-nin Nəsimi filialı olmuş və növbədə olduğu zaman çantasını oğurladığı Zərərçəkmiş şəxs həmin bankda polis əməkdaşı ilə söhbət etdiyini görmüşdür. Orada Zeynəb xanımın onu görməyəcəyi şəkildə dayanmışdır. Zeynəb xanım polislə söhbət edən zaman polis bankomatdan ona təqaüdünü almağa köməklik etmiş və pulu çıxarıb Zeynəb xanıma vermişdir. Pulun nə qədər olmasını görməsə də, 100 manatlıq əskinazlar olmasını görmüş və həmin vaxt yenidən Zeynəb xanımın pulunu talamaq qərarına gəlmişdir. Həmin vaxt artıq Zeynəb xanıma yaxınlaşa bilməyəcəyini, Zeynəb xanımın onu tanıyacağını anlamışdır. Buna görə də onun bankdan çıxmasını gözləmiş və Zeynəb xanım bankdan çıxdıqdan 2-3 dəqiqə sonra o da onun arxası ilə bankdan çıxmış və artıq evinin yerini bildiyinə görə həmin istiqamətdə piyada hərəkət etmişdir. Zeynəb xanımı gördükdən sonra surətini azaltmış və onun arxası ilə hərəkət etmişdir. Zeynəb xanım piyada gəzərək yenidən yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsində yerləşən evin blokuna daxil olmuş, o da ətrafa diqqətlə baxıb heç kəsin köməyə gəlməyəcəyindən əmin olduqdan sonra bloka daxil olmuş və tez Zeynəb xanımın arxası ilə pilləkənləri qalxmışdır. 2-ci mərtəbə ilə 3-cü mərtəbənin arasında qəfil Zeynəb xanımın əlində olan çantanı götürmək istəmişdir. Həmin vaxt Zeynəb xanım çantanı buraxmamış və dartışdırmağa başlamışdır. Çantanı dartışdıran zaman Zeynəb xanım səs-küy salaraq kömək çağırmış, lakin etdiyi əməldən əl çəkməmiş və çantanı buraxmamışdır. Çantanı daha da möhkəm tutaraq dartmış, bundan sonra Zeynəb xanım çantanı buraxmağa məcbur olmuş və o da çantanı götürüb qaçaraq hadisə yerindən uzaqlaşmışdır. Evdən bir müddət uzaqlaşdıqdan sonra çantanın içərisində nələrin olmasına baxmaq qərarına gəlmiş və Zeynəb xanımdan əldə etdiyi qara rəngdə olan dəri çantanın içərisini açdıqda içərisində 1 ədəd boz rəngdə “Samsung” markalı üzərində “Duos” yazılmış mobil telefonun və 1 ədəd qara rəngli pul kisəsinin olmasını görmüş, pul kisəsini açdıqda içərisində 2.000 manat pulun olmasını görmüşdür. Puldan əlavə pul kisəsinin içərisində birinci dəfədə olduğu kimi Zərərçəkmiş şəxs və X4 məxsus şəxsiyyət vəsiqələri olmuşdur. Əlavə olaraq pul kisəsinin içərisində 2 ədəd bank kartları olmuşdur. Pul kisəsinin içərisində olan pulları götürərək cibinə qoymuş, pul kisəsinin özünü, bank kartlarını, mobil telefonu və şəxsiyyət vəsiqələrini çantanın içərisinə qoyaraq Nərimanov rayonunda yerləşən ünvanını bilmədiyi yaşayış binasının blokunun girişində hündür yerə atmış, mobil telefon vasitəsi ilə polislərin onu tapa bilməməsi üçün telefonu götürməmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, “İnşaatçılar” metrostansiyasının yaxınlığında mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək ona oğurluq və quldurluq etməkdə şübhəli olduğu üçün onlarla birlikdə Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə gedib orada izahat verməli olduğunu demişlər. Həmin qadının neçə yaşı olduğunu bilmir. O, Zeynəb xanımı birinci dəfə marketdə görmüşdür. Zeynəb xanımın birinci dəfə 1.700 manat pulunu, ikinci dəfə isə 2.000 manat pulunu ələ keçirmişdir. Zeynəb xanım ona 5.500 manat pensiya aldığını demişdir. Hər iki dəfədə də, çantaların içində puldan başqa bank kartları və şəxsiyyət vəsiqələri olmuşdur. Zeynəb xanımdan çantanı çəkib aldığı vaxt ona heç bir xəsarət yetirməmişdir. Zeynəb xanımı təpiklə vurmamış, çantanı dartan zaman Zeynəb xanım yıxılmışdır. Hər iki hadisə zamanı çantanın içində olan pulları götürüb çantanı tullamışdır. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və buna görə də təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində xx xxxxxxxx 2019-cu il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “28 mall” ticarət mərkəzinin içərisində olan “Bravo” marketin kassasında olan zaman qarşısında bir nəfər yaşlı qadının alış-verişə görə pul ödədiyini və pul kisəsinin içərisində çoxlu pulun olmasını gördüyünü, həmin vaxt maddi vəziyyəti zəif olduğuna görə oğurluq etmək qərarına gəldiyini, bu məqsədlə həmin yaşlı qadınla birlikdə piyada gedərək sonuncunun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsində yerləşən binanın blokuna daxil olduğunu, söhbət əsasında adını öyrəndiyi Zeynəb xanımın çantalarını 5-ci mərtəbəyə qaldırdığını, Zeynəb xanımın evin qapısını açaraq mənzilə daxil olduğunu, o da sonuncunun dəvəti ilə evə daxil olub paketləri yerə qoyduğunu, Zeynəb xanımın da əlində olan çantanı telefon qoymaq üçün nəzərdə tutulmuş mebelin üzərinə qoyduğunu, həmin vaxt Zeynəb xanımdan onun üçün su gətirdiyini xahiş etdiyini, Zeynəb xanım ona su gətirmək məqsədilə evin mətbəxinə keçdiyini, həmin vaxt o dərhal Zeynəb xanıma məxsus çantanı götürüb qaçaraq həmin yerdən uzaqlaşdığını, həmin pul kisəsini açan zaman orada 1.850 manat pul kisəsinin bir bölməsində, 300 manat ikinci bölməsində və 200 manat üçüncü bölməsində nağd pul olduğunu, bundan başqa pul kisəsinin içərisində Zərərçəkmiş şəxs və X4 məxsus şəxsiyyət vəsiqələri olduğunu, Bundan başqa xx xxxxxx 2019-cu il tarixdə Zeynəb xanımın piyada gəzərək yenidən yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsində yerləşən evin blokuna daxil olan zaman ətrafa diqqətlə baxıb heç kəsin köməyə gəlməyəcəyindən əmin olduqdan sonra bloka daxil olduğunu, tez Zeynəb xanımın arxası ilə pilləkənləri qalxdığını, 2-ci mərtəbə ilə 3-cü mərtəbənin arasında qəfil Zeynəb xanıma hücum edib onun əlində olan çantanı götürmək istədiyini, həmin vaxt Zeynəb xanım çantanı buraxmayıb dartışdırmağa başladığını, çantanı dartışdıran zaman Zeynəb xanım səs-küy salaraq kömək çağırdığını, lakin o, etdiyi əməldən əl çəkmədiyini və çantanı buraxmadığını, çantanı daha da möhmək tutaraq dartdığını, Zeynəb xanımı yerə yıxdığını, Zeynəb xanım yıxıldıqdan sonra da çantanı buraxmadığından o, sonuncunun çantasını əlindən almaq üçün 2 dəfə təpiklə Zeynəb xanımın sol əlinin bilək nahiyəsindən vurduğunu, Zeynəb xanımın özündən asılı olmayan səbəblərdən əli boşaldığını, o, çantanı götürüb qaçaraq hadisə yerindən uzaqlaşdığını, Zeynəb xanımdan quldurluq yolu ilə əldə etdiyi qara rəngdə olan dəri çantanın içərisini açdıqda içərisində 1 ədəd boz rəngdə “Samsung” markalı üzərində “Duos” yazılmış mobil telefonun və 1 ədəd qara rəngli pul kisəsinin olmasını, pul kisəsini açdıqda içərisində 3.200 manat pulun olmasını, puldan əlavə pul kisəsinin içərisində birinci dəfədə olduğu kimi Zərərçəkmiş şəxs və X4 məxsus şəxsiyyət vəsiqələri olduğunu, əlavə olaraq pul kisəsinin içərisində 2 ədəd “xxxxxxxxxxxxxxx”-a məxsus bank kartları olduğunu, pul kisəsinin içərisində olan pulları götürərək cibinə qoyduğunu, pul kisəsini, bank kartlarını, mobil telefonu və şəxsiyyət vəsiqələrini çantanın içərisinə qoyaraq Nərimanov rayonunda yerləşən ünvanını bilmədiyi yaşayış binasının blokunun girişində hündür yerə atdığını, polislərin onu tapa bilməməsi üçün mobil telefonu götürmədiyini bildirmişdir (cild 1, iş vərəqə 104-108). Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməllərini tam etiraf etmiş və işin hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsini mötəbər hesab edir. Məhkəmə araşdırması zamanı təqsirləndirilən Təqsirləndirilən şəxstəqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 181.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadəsi, ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin ifadəsi, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, xx xxxxxxxx 2019-cu il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “28 mall” ticarət mərkəzinin içərisində olan “Bravo” marketin kassasında ödənişini etdikdən sonra aldığı ərzaqlar olan paketləri götürüb mağazadan çıxmışdır. Mağazanın çıxışında bir nəfər əvəllər tanımadığı kişi cinsindən olan 25-30 yaşlarında orta boylu, qara saçlı şəxs ona yaxınlaşaraq paketləri aparmağa köməklik etmək istədiyini bildirmişdir. İlkin olaraq həmin şəxs ilə razılaşmasa da, sonuncunun təkid etdiyini görüb paketlərini həmin şəxsə vermişdir. Həmin şəxs onunla birlikdə gəzərək paketlərini evə qədər aparacağını demişdir. O da həmin şəxsə təşəkkür etmiş və onlar piyada evi istiqamətində hərəkət etmişlər. Söhbət əsasında həmin şəxs ona 700 bal ilə universitetə daxil olduğunu, hazırda iki işdə işləyərək qazanc əldə etdiyini bildirmişdir. Onda həmin şəxsə qarşı böyük hörmət yaranmış və onlar piyada gəzərək onun yaşadığı ünvan 2, mənzil 21 ünvanına çatmışlar. O, yaşadığı evin qapısını açaraq həmin şəxsi evə dəvət etmiş, həmin tanımadığı şəxs yaşadığı evin dəhlizinə daxil olmuş və əlində olan paketləri yerə qoymuşdur. Həmin vaxt o da əlində olan çantasını dəhlizdə telefon qoyulması üçün nəzərdə tutulmuş altlığın üzərinə qoymuşdur. Həmin şəxs ondan su istədiyindən o, su gətirmək üçün yaşadığı evin mətbəxinə keçmişdir. Mətbəxdə su süzüb gətirdikdən sonra evin dəhlizində heç kəsin olmadığını görmüşdür. Ətrafa baxdıqda isə evin dəhlizində telefon altlığının üzərinə qoyduğu əl çantasının oğurlandığını başa düşmüşdür. Həmin vaxt ona köməklik etmək istəyən şəxsin əsil niyyətinin onun əmlakını ələ keçirmək olmasını başa düşmüşdür. Həmin oğurlanmış çanta qəhvəyi rəngdə olmuş və 25-30 sm ölçülərində, çantanın qiyməti 150 manat olmuşdur. Çantanın içərisində həmçinin özünə məxsus qara rəngdə və 50 manat dəyərində pul kisəsi olmuşdur. Pul kisəsinin bir bölməsində 1.850 manat, ikinci bölməsində 300 manat, üçüncü bölməsində isə 200 manat nağd pul olmuşdur. Bundan əlavə çantasının içərisində ona və nəvəsi X4 məxsus şəxsiyyət vəsiqələri olmuşdur. Hadisə nəticəsində ona ümumilikdə 2.550 manat maddi ziyan dəymişdir. Hadisədən sonra özünə və nəvəsi X4 məxsus şəxsiyyət vəsiqələrini bərpa etdirsə də, polisə müraciət etməmək qərarına gəlmişdir. Uzun illər hakim və məhkəmə sədri işlədiyindən bu cür hadisəyə görə polisə müraciət etməyə utanmışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 21 A ünvanında yerləşən “xxxxxxxxxxxxxxx” ASC-nin Nəsimi filialında olmuş və orada mühafizə polisinin əməkdaşları ona aylıq təqaüd pulunun bankın içərisində olan bankomatdan çıxarılmasına köməklik etmiş və o da onlara öz təşəkkürünü bildirərək pulunu çantasının içərisinə qoyub yaşadığı evi istiqamətində hərəkət etmişdir. Yaşadığı ünvan 2 ünvanına çatdıqda evinin yerləşdiyi 3-cü bloka daxil olmuş və evinə qalxıb 2-ci mərtəbə ilə 3-cü mərtəbənin arasında olan zaman xx xxxxxxxx 2019-cu il tarixdə onun çantalarını oğurlayan şəxs qəfil ona hücum edərək əlində olan çantasını dartmağa başlamışdır. O, qışqırıb ətrafdan köməyə adamları çağırsa da, köməyə gələn olmamışdır. Əlində olan çantasını buraxmadığını görən həmin şəxs çantanı möhkəm dartaraq onu yerə yıxmışdır. Yerə yıxıldıqdan sonra da o, çantanı əlindən buraxmamış və buna görə də həmin şəxs iki dəfə təpiklə onun sol əlinin bilək hissəsindən vurmuş və onun əli özündən asılı olmayan səbəblərdən boşalmış və həmin şəxs çantanı götürərək hadisə yerindən uzaqlaşmışdır. Həmin oğurlanmış çanta qara rəngdə və qiyməti 180 manat olmuşdur. Çantanın içərisində həmçinin ona məxsus qara rəngdə 80 manat dəyərində pul kisəsi olmuş, pul kisəsinin içərisində 3.200 manat nağd pul olmuşdur. Bundan əlavə çantasının içərisində ona və nəvəsi X4 məxsus şəxsiyyət vəsiqələri olmuşdur. Həmin vəsiqələri o, oğurluq hadisəsindən sonra bərpa etdirmişdir. Bundan başqa çantanın içərisində ona məxsus “X12” markalı mobil telefon olmuş, həmin mobil telefonun qiyməti 100 manat olmuşdur. Mobil telefonun içərisində 5 manat dəyərində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. Bundan əlavə çantasının içərisində ona və qızı Sevdaya məxsus “xxxxxxxxxxxxxxx” ASC-nə məxsus hər birinin qiyməti 10 manat olan plastik bank kartları olmuşdur. Hadisə nəticəsində ona ümumilikdə 3.585 manat maddi ziyan dəymişdir. Bu hadisədən sonra artıq o, polisə müraciət etmək qərarına gəlmiş və hadisədən dərhal sonra özünə və nəvəsi X4 məxsus şəxsiyyət vəsiqələrini, özünə və qızı Sevdaya məxsus plastik bank kartlarını bərpa etdirmişdir. Yaşadığı evin yaxınlığında müşahidə kameraları yoxdur (cild 1, iş vərəqə 39-42). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs ilə üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı xx xxxxxx 2019-cu il tarixdə sonuncunun ona qəfil hücum etdiyini və hadisə zamanı çantanı almaq üçün onun sol əlinin bilək nahiyəsindən 2 dəfə təpiklə vurduğunu demişdir (cild 1, iş vərəqə 211-215). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2019-cu il tarixli 1161 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol mil-bilək oynağı nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinliyi halında əziyi, sol saidin arxa və sol əlin arxa səthinin qançırları, sol saidin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən müayinədən 5-7 gün əvvəl əmələ gəlmiş, qərarın təsviri hissəsində göstərilən xx xxxxxx 2019-cu il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olmuşdur. Həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, insan bədəni hissəsinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilməsi mümkündür və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir (cild 1, iş vərəqə 26-27). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 29019 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, üzərində heç bir markalanma göstəriciləri olmayan, qara rəngli, süni dəri materialdan hazırlanmış, tutacaq hissələrində qüsurları olan qadın əl çantasınının qiyməti 10 manat, üzərində “NP” markalanma yazıları olan, süni dəri materialdan hazırlanmış, qara rəngli, 19x10 sm ölçülü pul kisəsinin qiyməti 5 manat, “xxxxxxxxxxxxxxx” ASC-nə məxsus plastik bank kartlarının hər birinin qiyməti 10 manat, “Samsung Galaxy” markalı GT-E22xx xxxxxxx 3587xx/xx/322448/6 İMEİ kodlu mobil telefonun qiyməti 25 manat, ***-***-**-** nömrəli mobil telefon nömrəsinin qiyməti 4 manat təşkil etmişdir (cild 1, iş vərəqə 196-197). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Ambulator Məhkəmə-Psixiatrik və Məhkəmə Psixoloji Ekspertizasının x xxxxxx 2019-cu il tarixli 2513 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yüngül kəmağıllıq (yüngül debillik dərəcəsində oliqofreniya) aşkar olunmuşdur. Bunu tibbi sənədlər, anamnestik məlumatlar (psixi inkişafda yaşıdlarından bir qədər geri qalması, məktəbdə cəmi iki sinif təhsil alması, yuxarıda göstərilən diaqnozla Uşaq RƏD-in, sonradan Bakı şəhər RƏXD-in qeydiyyatında olması, törətdiyi cinayət əməlləri ilə əlaqədar davranış pozuntuları nəzərə alınaraq anlaqsız hesab edilməsi və AR SN 1 saylı Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicə olunması, həmçinin hazırki müayinə zamanı mülahizələrinin səthiliyi, intellektin nisbətən aşağı olması, bilik ehtiyatının kasadlığı, təfəkkürünün konkretliyi və sair sübut edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs müayinə zamanı suallara mahiyyətinə uyğun cavablar verməsi, məntiqli mülahizələr irəli sürməsi, tənqidi funksiyalarının kifayət qədər olması belə nəticəyə gəlməyə əsas verir ki, yoxlanılan şəxsdə qeyd olunan kəmağıllıq əlamətləri yüngül ifadə olunduğundan onu törətdiyi əməllər dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, cinayət işininmateriallarının, tibbi sənəd və hazırki psixiatrik müayinənin nəticələrinin təhlili belə nəticəyə gəlməyə əsas verir ki, Əliyev Mirzə İntiqam oğlunda müəyyən edilən yüngül kəmağıllıq (yüngül debillik dərəcəsində oliqofreniya) ilə əlaqədar o, törətdiyi əməl zamanı öz əməlinin faktiki xarakterini, icimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşmüşdür. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olan gerilik əlamətləri aşkar olunmuşdur. Fərdi-psixi xüsusiyyətlərində səthilik, məsuliyyətsizlik, kobudluq, hövsələsizlik müəyyən edilmişdir. Mühakimələri səthidir, proqnozlaşdırma qabiliyyəti zəifdir, maraq dairəsi məhduddur. İdrak prosesləri kifayət qədər aktiv olmamaqla intellektual imkanları aşağı səviyyədə olsa da, baş verənləri qavrayıb təsvir etmək imkanına malikdir. Təqsirləndirilən şəxs hadisə zamanı psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə zamanı fizioloji affekt vəziyyətində olmamışdır (cild 1, iş vərəqə 199-203). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 x xxxxxx 2020-ci il tarixli stasionar məhkəmə psixiatrik eskeprtizasının 21 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda yüngül əqli gerilik (yüngül debillik dərəcəsində oliqofreniya) müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yüngül dərəcədə əqli gerilik (yüngül debillik dərəcəsində oliqofreniya) (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F 70.0) müəyyən olunmuşdur. Bunu cinayət işinin materialları, tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (kiçik yaşlarında həmyaşıdlarından psixofiziki inkişafında geri qalması, məktəbə vaxtında getsə də, 2 sinif oxuması, dərs materiallarını qavraya bilməməsi, “Debillik dərəcəsində ağıl zəifliyi davranış pozuntusu” diaqnozu ilə Uşaq RƏDdə qeydiyyatda olması xx.xx.2007-ci il tarixdə Uşaq RƏD-dən Bakı şəhər RƏXD-ə köçürülməsi, Bakı şəhər RƏXD-də “Debillik dərəcəsində ağıl zəifliyi davranış pozuntuları ilə” diaqnozu ilə qeydiyyatda olması, iki dəfə AR SN-nin 1 saylı RPX-da məcburi müalicədə olması) sübut edir. Onun hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşməmişdir. Göstərilən yüngül dərəcədə əqli gerilik onu cinayət əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşmüşdür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlılığı istisna etməyən psixi pozuntu şəxs kimi hesab olunmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun hazırki psixi vəziyyətinə görə stasionar şəraitdə psixiatrik müalicəyə və ya məcburi psixiarik müalicəyə ehtiyacı yoxdur. Onun hərəkəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşməmişdir. Göstərilən yüngül dərəcədə əqli gerilik onu cinayət əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşmüşdür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi hesab olunmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarıdarındır. Onun hazırki psixi vəziyyətinə görə stasionar şəraitdə psixiatrik müalicəyə və ya məcburi psixiarik müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 38-41). Cinayət işinin materiallarında olan “şəxsin tanınması haqqında” protokoldan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs ona tanınması üçün təqdim edilmiş şəxslərə baxaraq ona qarşı müxtəlif vaxtlarda talama cinayətləri törətmiş Təqsirləndirilən şəxs tanımışdır (cild 1, iş vərəqə 76-78). Cinayət işinin materiallarında olan “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, istintaq materiallarında olan və hadisənin görüntülərini özündə əks etdirən DVD diskin içərisində 2 ədəd fayl vardır. Birinci faylda Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs ilə birlikdə “28 mall” ticarət mərkəzindən birlikdə çıxmasına dair görüntülər öz əksini tapır. İkinci görüntüdə isə Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə quldurluq cinayətini törətdikdən sonra hadisə yerindən qaçmasına dair görüntülər öz əksini tapır. DVD diskə baxış zamanı Təqsirləndirilən şəxs görüntülərdə olan şəxsin özü olmasını bir daha təsdiq etmişdir (cild 1, iş vərəqə 17; 109). Cinayət işinin materiallarından görünür ki, xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində verdiyi ifadəsi yerində yoxlanılan zaman o, ifadəsində göstərdiyi xüsusatları əyani olaraq hadisə yerində göstərib təsdiq etmişdir (cild 1, iş vərəqə 79-89). Cinayət işinin materiallarından görünür ki, xx xxxxxx 2019-cu il tarixli 1/1400 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 2 nömrəli X1 məktubundan görünür ki, Təqsirləndirilən şəxs 3 nömrəli Şəhər Poliklinikasının göndərişinə əsasən xx xxxxxx 2016-cı il tarixdə Bakı şəhəri 2 nömrəli X2 stasionar müayinəyə qəbul olunmuş, xx xxxxxx 2016-cı il tarixdə Həkim-Psixiatr Komissiyasının müayinəsindən keçmiş, həmin tarixdə evə yazılmışdır. Diaqnozu isə “debillik dərəcəsində kəmağıllıq, davranış pozuntuları ilə” olması müəyyən edilmişdir (cild 1, iş vərəqə 157). Cinayət işinin materiallarından görünür ki, iş üzrə 1 ədəd qara rəngli qadın əl çantası, 1 ədəd qara rəngli pul kisəsi, 1 ədəd “Samsung” markalı mobil telefon və içərisində olan 055-752- 77-28 saylı mobil telefon nömrəsi və 2.500 manat nağd pul maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmış, Zərərçəkmiş şəxs məxsus 1 ədəd şəxsiyyət vəsiqəsi, X4 məxsus 1 ədəd şəxsiyyət vəsiqəsi və “xxxxxxxxxxxxxxxx” ASC-nə məxsus 2 ədəd plastik bank kartları isə maddi sübut əhəmiyyəti kəsb etdiyindən iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 220-222; 225-226). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs Əliyev X7 rayon məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2016-cı il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərara əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (cild 1, iş vərəqə 153-155; 164-171). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs hazırki cinayəti əvvəlki cinayətə görə cəzasını çəkib qurtardıqdan 2 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 83.4-cü maddələrinin tələblərinə əsasən onun məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 181.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs maddi ziyan ödənildiyindən Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbləri yoxdur (cild 1, iş vərəqə 158). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 1 azyaşlı uşağı vardır (cild 2, iş vərəqə 35-36). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs aşkar surətdə qoca olan şəxsə qarşı cinayət törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən onu cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 181.2.2-cimaddələri ilə tövsif etməklə yanaşı onun həmin maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. İş materiallarında olan Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 130-134). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2 və 15.4-cü maddələrinin tələblərinə əsasən “böyük ictimai təhlükə törətməyən” və “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu gündən, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd qara rəngli qadın əl çantası, 1 ədəd qara rəngli pul kisəsi, 1 ədəd “Samsung” markalı mobil telefon və içərisində olan ***-***-**-** saylı mobil telefon nömrəsi və 2.500 manat nağd pulun maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi və 2 ədəd “xxxxxxxxxxxxxxxx” ASC-nə məxsus plastik bank kartları Zərərçəkmiş şəxs qaytarılmalı, X4 məxsus şəxsiyyət vəsiqəsi isə X4 qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 181.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2-ci maddəsi ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan 1 ədəd qara rəngli qadın əl çantası, 1 ədəd qara rəngli pul kisəsi, 1 ədəd “Samsung” markalı mobil telefon və içərisində olan ***-***-**-** saylı mobil telefon nömrəsi və 2.500 manat nağd pulun maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi və 2 ədəd “xxxxxxxxxxxxxxxx” ASC-nə məxsus plastik bank kartları Zərərçəkmiş şəxs qaytarılsın, X4 məxsus şəxsiyyət vəsiqəsi isə X4 qaytarılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-656/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-656/2020
04.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver