Məhkəmə qərarları › İş №1(101)-656/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-656/2022

11.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-656/2022 11.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X1, müdafiəçi – Bakı şəhər 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1986-cı ildə Mingəçevir şəhərində doğulmuş, evli, hinayəsində 2 azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda yəni, ümumi təmiz çəkisi 110,604 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 23 sentyabr 2021-ci il tarixdə saat 09:30 radələrində Bakı şəhəri Suraxanı RPİ-nin NMB- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və daşınmasında şübhəli bilindiyi üçün ünvan 2 ünvanın qarşısında saxlanılaraq, Suraxanı RPİ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli parça şalvarın sol yan cibindən beş ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 8,420 qram, 45,149 qram, 38,121 qram, 11,617 qram, 7,297 qram olmaqla, ümumi təmiz çəkisi 110,604 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə heroindən istifadə etmişdir. 23 sentyabr 2021 -ci il tarixdə səhər saat 07 radələrində yaşadığı evdə olan zaman 1 nəfər polis əməkdaşı pəncərəni sındıraraq mənzilinə girmiş, daha sonra qapını açmış və 8-9 nəfər polis əməkdaşı da daxil olmuşdur. Onu Suraxanı rayon Polis İdarəsinə aparmışlar. Orada polislər ona bildirmişlər ki, videoçəkiliş zamanı üzərinə qoyduqları narkotik vasitə heroinin ona məxsus olduğunu desin. İstədiklərini etmədiyi təqdirdə ailəsini də polis idarəsinə aparacaqlar, ya da yaşadığı evdən 01 kiloqram narkotik vasitə çıxaracaqlar. O da polislərdən qorxduğu üçün bu təklif ilə razılaşmışdır. Onun mənzilində şəxsi istifadəsi üçün heroin olub. Lakin cibindən çıxan beş büküm heroin ona məxsus olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaqda ilkin dindirmə zamanı özünü ona elan olunmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 il olar ki, narkotik vasitədən istifadə edir, əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Təxminən bir il olar ki, narkotik vasitə olan heroindən çəkmək yolu ilə istifadə edir. Həmin narkotik vasitə olan heroini İran İslam Respublikasının vətəndaşı “Əli” adlı şəxsdən alır. Bu günə qədər “Əli” adlı şəxsdən 7-8 dəfə narkotik vasitə olan heroin almışdır. Təxminən 1 həftə bundan əvvəl “Əli” adlı şəxsdən öz istifadəsi üçün 180 manata narkotik vasitə olan heroini almışdır. Aldığı 5 bükümdə olan narkotik vasitə olan heroini əynində olan boz rəngli parça şalvarının sol yan cibində istifadə etmək məqsədilə saxlamışdır. 23 sentyabr 2021-ci il tarixdə saat 09:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Aşağı Qəsəbə küçəsində piyada hərəkət edən zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələri saxlamağında və üzərində daşımağında şübhəli olduğunu bildirib 31-ci Polis Bölməsinə dəvət etdiklərində polis əməkdaşları ilə razılaşıb onlarla birlikdə 31-ci PBnə gəlmişdir. PB-də şəxsiyyəti müəyyən olunduqdan sonra üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirildikdə etiraz etməmiş, ona hüquq və vəzifələri izah olunmuş və dövlət hesabına vəkil təyin edilmişdir. Polis əməkdaşlarının xidməti otaqlarının birində video çəkilişlə üzərinə baxış keçirilmiş, baxış zamanı ona üzərində hər-hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verildikdə üzərində yəni, əynində olan boz rəngli şalvarının sol yan cibində saxladığı 05 ədəd bükümdə narkotik vasitə olan heroini təqdim etmişdir. Polis əməkdaşları həmin bükümləri açmış, sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş maddələr heroindir. Ondan aşkar edilmiş heroin polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlə möhürlənmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərfə öz imzasını etmişdir. İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsdən aldığı yuxarıda qeyd olunan narkotik vasitə olan heroindən istifadə etməmiş və heç kimə də satmamışdır. İstifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən “Əli” adlı şəxsin İran İslam Respublikasına aid telefon nömrəsinin “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamışdır. “Əli” adlı şəxs ona xatırlamadığı bank hesabının kodunu vermiş və özü də həmin hesab nömrəsinin balansına pulu köçürdükdən sonra pulun köçürülməsi ilə bağlı qəbzin şəklini çəkərək Əliyə göndərmişdir. Təxminən bir saatdan sonra Əli də ona narkotik vasitənin hara qoyulmasının şəklini çəkib göndərmiş və həmin yerdən narkotik vasitəni gedib götürmüşdür. Sonuncu dəfə 180 manat pul ödəmiş və Bakı şəhəri Nərimanov rayonu, “Çapayev” adlanan ərazidə Şuşa restoranının yaxınlığındakı zibil qutusunun yanından narkotik vasitəni gedib götürmüşdür. Polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmamışdır.. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Daxili İslər Nazirliyinin Suraxanı raoyn Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 23 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməsi və üzərində saxlamasında şübhəli olması barədə barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla Suraxanı rayon Polis İdarəsinin rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və Şahid1, Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs 23 sentyabr 2021-ci il tarixdə saat 09:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Aşağı Qəsəbə küçəsində ünvansız evin qarşısında tərəflərindən saxlanılmış, həmin vaxt ona özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu Suraxanı rayon Polis İdarəsinə dəvət etmişlər. Orada xidməti otaqların birində Suraxanı rayon 31-ci PB-nin təhqiqatçısı, polis kapitanı Sail Hacıyev tərəfindən Təqsirləndirilən şəxs üzərində polis əməkdaşı Şahid2 və onun iştirakı ilə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən 05 ədəd bükümlərdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşu kimi tanımışdır, Təqsirləndirilən şəxs Tural adlı şəxsin vasitəsilə tanımış, Tural hal -hazırda narkotik vasitələrdən qanunsuz olaraq istifadə etdiyi üçün cəzaçəkmə müəssisəsində cəza çəkir. Anardan heç vaxt narkotik vasitə almamışdır. ***-***-**-** saylı mobil telefon nömrəsini həm özü, həm də oğlu Elgün istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, ***- ***-**-** saylı mobil telefon nömrəsi anası Kəmalə Novruzovanın adına olsa da, həmin nömrəni özü istifadə edir. ***-***-**-** saylı mobil telefon nömrəsini Təqsirləndirilən şəxs istifadə edir. Təqsirləndirilən şəxs onun nənəsigilin küçəsində yaşayır və onunla münasibəti vardır. Pula ehtiyacı olduğu üçün Anardan borca pul istəmişdir. Bu məqsədlə Anara sms yazaraq bildirmişdir ki, “işə gecikirəm, səni gözləyirəm, sənə görə mən işə gecikirəm mənə hə və ya yox de”. Lakin, Təqsirləndirilən şəxs ona cavab verməmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə satması barədə heç bir məlumatı yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid4 ifadəsində göstərmişdir ki, ***-***-**-** saylı mobil nömrə tanışı İbrahimin adma olsa da, həmin nömrə təxminəşn 5-6 ildir ki, özünün istifadəsindədir. ***-***-**-** saylı mobil nömrəni Təqsirləndirilən şəxs istifadəsindədir. Təqsirləndirilən şəxs taksi lazım olan vaxtlarda onun istifadəsində olan yuxarıda qeyd etdiyi mobil nömrəyə zəng vurub sms yazmışdır. Taksi sürücüsü kimi Anan sifariş etdiyi ünvana aparıb qarşılığında zəhmət haqqını almışdır. İş materiallarına əlavə edilmiş 23 sentyabr 2021-ci il tarixli «şəxsi axtarış və götürmə haqqında» prokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sonuncunun əynindəki şalvarının sol cibindən beş ədəd bükümlərdə qəhvəyi rəngli, tozşəkilli maddələr aşkar olunur, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsdən sosial şəbəkələr vasitəsi ilə öz istifadəsi üçün 180 manata aldığını bildirmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ********* saylı mobil nömrəyə daxil olan və çıxan zənglərin, eləcə də sms mətnlərinin götürülməsi barədə Azercell MMCndən götürülmüş əhəmiyyətli ola biləcək SMS mətnlərindən görünür ki, xx/xx/2021 tarixdə saat 03:29:39-da **********01 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********59 saylı mobil nömrəyə “qaqaşımsan anar biraz kola cekmeye verersen”, “‘Bax indi bundan sora g---e gircey 102 yıxarsan yalvarmaxıda sen etmisene gij---pon mal her yerde varda”, Təqsirləndirilən şəxs də həmin telefon nömrəsinə “Ne isdeyirsen verim tez gedim”, “Kentdeyem tez yig 15-20 deqeye cixiram” mesajı göndərilmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixdə saat 18:32:30-da Təqsirləndirilən şəxs istifadəsində olan **********59 saylı mobil telefon nömrəsindən **********33 saylı mobil nömrəyə “Noldu 10 manat? Ele etki sabahda goturesen” mesajını yazmışdır. Bundan başqa xx.xx.2021-ci il tarixdə saat 09:20:26-da **********04 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan **********59 saylı telefon nömrəsinə “Cındır olmaye anar lomkadayam ele salirsan meni hele bidenede wey doldurmuwam sen gotdiy edirsen” mesajı yazılmışdır. Bundan başqa xx.xx.2021-ci il tarixdə saat 16:56:35-da **********01 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********59 saylı mobil nömrəyə “Yeke oxlansane neweni patmı aldun atdun mene, he kiwi ole sene etseydim bele tumanını atıb bawıva gelirdune” mesajı yazılmış, Təqsirləndirilən şəxs də “Evdeyem gel gotur nesevide pativida sox g---ve” sözlərini yazmışdır. Bundan başqa xx.xx.2021-ci il tarixdə saat 20:03:26-da Təqsirləndirilən şəxs istifadəsində olan **********59 sayh telefon nömrəsindən **********13 saylı telefon nömrəsinə “Brat 15 man versin gotur gelersen dediyimiz yere”, xx.xx.2021-ci il tarixdə saat 02:18:10-da həmin nömrəyə “patida qoymusam pencerenin altinda pilekanda, Ged sessiz gotur pilekanimizdan tel sonur zarka yoxdu packada qoymusam. Varyoxunu ----m ordadi cindir hara qoyubsa bulagdakini tapa bilmedim nefsive vur” sözlərini yazmışdır. Bundan başqa xx.xx.2021-ci il tarixdə saat 05:13:56-da **********01 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan **********59 saylı mobil nömrəyə “Anka qaqawımsan ozumcun cekmeyliye bidamcı patı veresen seher goturub qaytararam sene ehdiyacım vare patıya” sözlərini yazmışdır. Bundan başqa xx.xx.2021-ci il tarixdə saat 04:42:36-da **********61 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********59 saylı mobil nömrəyə “Qagaw gelim deeyim sene günorta getirib qaytararam sene bidene yari malborcu ver mene yata bilmirem. pati var 02.03 vere bilrem deyiwey lap.” sözləri yazılmışdır. Bundan başqa xx.xx.2021-ci il tarixdə saat 02:12:04-də **********01 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********59 mobil nömrəyə “Ay qaqaw vallaki duz hereket etmedin o peyserin balası daxodun sozuynen oturub durursan helede amma menim axzım sikildi dunen seni vermedim kohne suraxandakilere anasını sikim sırf seni isdiyirdiler evlerin gosder yada zeng Ed çıxart onu biz goturey aparax Kendin ortasında kansert vermiweme menede o qehbenin doxduxu günay birde aylin çıxartdırdı qehbeler diyib olaraki pervin daxıdır malini birdeki rewadın adın cekdilerki oda senin temavı daxıdır karoci sene cıxmax isdiyiller ehdiyatli olda” sözləri yazılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 24 sentyabr 2021-ci il tarixli 6/4239 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: “vətəndaş Təqsirləndirilən şəxs aşkar olunmuş...” yazısı olan zərfdəki 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 8,420 qr, 45,149 qr, 38,121 qr, 11,617 qr, 7,297 qr, ümumi təmiz çəkisi 110,604 qram açıq qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının 11 noyabr 2021-ci il tarixli 4408 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının 23 oktyabr 2021-ci il tarixli 2487 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtiradmda olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqh hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs ifadəsində onda yalnız bir ədəd bükümdə 1,2 qram narkotik vasitə olan heroin olmasını, cibindən çıxan beş büküm heroinin ona məxsus olmamasını, narkotik vasitənin satışı ilə məşğul olmadığını, yaşadığı evdə masanın üzərində bir ədəd bükümdə narkotik vasitə olan heroin olmasını bildirməsilə bağlı xüsusatlar istintaq zamanı şəxsi axtarış və götürmə, şəxsi axtarış və götürmə keçirilməsinə dair video görüntülər olan 01 ədəd CD diskə baxış protokolu, şahid ifadələri, üzləşdirmə protokolları, Azercell MMCdən alınmış telefon danışıqlarına dair məlumatlar olan 01 ədəd CD diskə baxış protokolu, ekspert rəyləri və digər istintaq sənədlərilə təkzib edildiyindən, həmin xüsusatlar onun özünü müdafiə kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə qiymət verərək hesab edir ki, o, məhkəmədə istintaq zamanı vermiş olduğu ifadəsindən fərqli ifadə verməkdə məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə tam təsdiqini tapmışdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyalı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməllərində onun cəzasını ağırlaşdıran hallar məhkəmə istintaqı zamanı müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 23 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Suraxanı rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq 110,354 qram narkotik vasitə heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinin görüntüsü köçürülmüş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 23 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və Suraxanı rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 110,354 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinin görüntüsü köçürülmüş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar