Məhkəmə qərarları › İş №1(101)-656/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-656/2023

04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-656/2023 04.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X1 və X2 ibarət tərkibdə, Cəbizadə Aybəniz Emin qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1, ev 120 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Yeni Yurdlar yaşayış massivində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır və qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massiv, 120 nömrəli fərdi yaşayış evinin 30 metr yaxınlığında tanışı Zərərçəkmiş şəxs əmisi Şahid1 yerə yıxıb sinəsinin üzərində oturaraq bədəninin müxtəlif nahiyələrinə dayanmadan yumruq zərəbələri vurmasını görüb, yerdən götürdüyü daş parçası ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə bir neçə dəfə zərbə vuraraq sonuncuya başın sol gicgah nahiyəsinin bir ədəd əzilmiş-cırılmış yarası, başın ənsə nahiyyəsinin dörd ədəd əzilmiş yarası, başın sol gicgah nahiyyəsinin əzilmiş yarası, sağ bazu nahiyəsinin bir ədəd kəsilmiş yarası ilə nəticələnən dərəcələrinə görə ümumilikdə və həm ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuş, həmin yerdən bir qədər kənarlaşdıqdan sonra əmisi Təqsirləndirilən şəxs yaşadığı Qobustan qəsəbəsi, 1-ci massiv, 120 nömrəli fərdi yaşayış evinin həyətində səs-küy eşidib oraya gedərkən Zərərçəkmiş şəxs əlindəki bıçaqla Təqsirləndirilən şəxs xəsarət yetirdiyini və hücum etməkdə davam etdiyini görüb, Zərərçəkmiş şəxs qucaqlayaraq bıçağı əlindən aldıqdan sonra həmin bıçaqla Zərərçəkmiş şəxs qəsdən üç zərbə vurub sonuncuya sağ bazu nahiyəsinin səthi kəsilmiş yarası ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti, sağ ağciyərin zədələnməsi və hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sağ yarısında döş boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, həyat üçün təhlükəli olan bədən xəsarətləri yetirməklə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına AĞİR zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisdir. Elsevər isə əmisi Ramilin qonşusudur, onu tanıyır, əvvəllər aralarında hər hansı bir düşmənçilik və ya ədavət olmamışdır. İşin mahiyyəti üzrə bildirir ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 18:30 radələrində o, əmisi Ramil ilə birlikdə işdən Qobustan qəsəbəsinə gəlmişdir. O, əmisi Ramil ilə birlikdə yaşayan nənəsi Solmaz Əşrəfovaya baş çəkmək üçün əmisi Ramilin evinə getmişdir. Ramil küçədə qalmış, səhv etmirsə Ramil mağazaya gedəcəkmiş. O, Ramilin evinin həyətinə yenicə daxil olmuşdur ki, yəni təxminən saat 19 radələrində küçədən səs-küy gəldiyini eşidib əmisi Ramilin həyətindən küçəyə çıxıb səs gələn tərəfə getmişdir. Görmüşdür ki, küçədə Elsevər ilə əmisi Ramil dalaşır, sonuncu yerdə yıxılmış vəziyyətdədir, Elsevər əmisi Ramilin sinəsinin üzərində əyləşib əmisinin bədəninin müxtəlif nahiyyələrinə dayanmadan yumruq zərbələri vurur. O, Elsevərə yaxınlaşıb onu arxadan tutub əmisi Ramildən kənarlaşdırmaq istəmiş, lakin Elsəvər yerdən dəqiq görmədiyi əşya və ya daş götürüb onu vurmaq istəyəndə tez kənara çəkilmişdir. Daha sonra yenidən Elsevərə arxadan yaxınlaşıb onu qucaqlayıb kənara çəkmək istəmiş, lakin Elsevər arxaya tərəf çevrilib onu nalayiq söyüşlərlə söyüb ona yaxın gəldiyi təqdirdə onu da vuracağını bildirmişdir. O, da Elsevərin dayanmadan əmisi Ramilə yumruq zərbələri vurmasını görüb fikirləşmişdir ki, bu gedişlə Elsevər əmisini öldürəcək. Buna görə də yerdən əl boyda daşı götürüb Elsevərin baş nahiyyəsinə bir neçə dəfə zərbə vurmuşdur. Zərbələrdən sonra Elsevər keyiyib ayağa qalxmış, onun başı qanamışdır. Ətrafa bir neçə nəfər yığışmışdır. Daha sonra Elsevər yaşadığı evinə tərəf qaçmış, özü isə yerində quruyub qalmışdır. Əmisi Ramili kim isə evlərinə tərəf aparmışdır. Bir neçə dəqiqə sonra əmisi Ramilin yaşadığı ev istiqamətinə tərəf getmiş və görmüşdür ki, darvazının qarşısında, yəni küçədə yerdə çoxlu qan vardır, həyətin giriş hissəsində Elsevər əlindəki bıçağı əmisi Ramilə tərəf sağa-sola tərəf aparıb əmisini vurmaq istəyir, əmisi Ramilin köynəyi qanın içindədir və həyətin sağ tərəfindəki tualetin divarına kürəyini söykəmişdir. O, başa düşmüşdür ki, Elsevər əmisi Ramili bıçaqlayıb. O, Elsevəri zərərsizləşdirmək üçün onu arxadan qucaqlayıb bıçağı onun əlindən almışdır. Bu zaman Elsevər onun üzərinə gəlmiş və əlindəki bıçağı almaq istəyirmiş. Sanki, Elsevərin gözünü qan tutmuşdur. O, fikirləşmişdir ki, Elsevər bıçağı onun əlindən alsa, onu da bıçaqlayacaq. Buna görə Elsevər onun üstünə hücum edərkən özünü müdafiə etmək üçün bıçaqla Elsevərin qoluna və sinə nahiyyəsinə bıçaq xəsarəti yetirmişdir. Daha sonra Elsevər küçəyə çıxmış, həmin andan sonra nə baş verdiyini bilməmişdir. Elsevərin əlindən alıb özünə xəsarət yetirdiyi bıçağı da Ramilin evinin həyətinə atmışdır. Bundan sonra TTYS-dan həkimlər gəlib əmisi Ramili 1 saylı X6 aparmışlar. O, da əmisi Ramil ilə birlikdə Xəstəxanaya getmişdir. Sonradan isə bilmişdir ki, əmisi Ramilin qonşusu Novruz araya girib dava-dalaşın qarşısını almaq istəyəndə Elsevər əlindəki bıçaqla Novruza da xəsarət yetirmişdir. Bundan əlavə o, bildirmişdir ki, dava-dalaş əvvəlcə Qobustan qəsəbəsi, 1-ci massivdə əmisi Ramilin yaşadığı evin 30 metr yaxınlığında, küçədə baş vermişdir, küçədə Elsevər ilə əmisi Ramilin arasında yumruq davası baş vermişdir, həmin an o, yerdən daş götürüb Elsevərin başına bir neçə zərbə vurmuş, daha sonra isə dava-dalaş əmisi Ramilin həyətində baş vermişdir. Dava-dalaş ümumilikdə təxminən 3-4 dəqiqə davam etmişdir. Dava-dalaş zamanı ətrafa təxminən 5-6 nəfər adam yığışmış, lakin hava-qaraldığından eləcə də, ara-qarışdığından həmin adamların kim olduğuna dəqiq fikir verməmişdir. Zərərçəkmiş şəxslə onun arasında əvvəllər ədavət olmamışdır. Dava-dalaş zamanı o, xəsarət almamışdır. Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməkdə onun niyyəti özünü ondan müdafiə etmək olmuşdur. Çünki, Elsevər əmisi Ramili bıçaqla vurmuş, o, Zərərçəkmiş şəxs əlindən bıçağı aldıqdan sonra Elsevər onun üstünə hücum edib bıçağı onun əlindən almaq istəyirmiş, o, da özünü müdafiə etmək üçün Elsevərə bıçaqla xəsarət yetirmiş, o, Elsevərə bıçaqla xəsarət yetirərkən heç kim onun qarşısını almayıb, o, özü Elsevərə iki dəfə bıçaq zərbəsi vurub dayanmış, onun Zərərçəkmiş şəxs öldürmək imkanı olmuş, lakin onun belə bir niyyəti olmayıb, Elsevəri öldürmək niyyəti olsaydı onu öldürə bilərmiş. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırda zərərçəkmiş şəxs onunla barışmışdır və sonuncunun ona qarşı şikayəti və tələbi yoxdur. Daha sonra özünü təqsirli bilərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayətinin, tələbinin olmamasını və barəsində verilmiş müsbət xasiyyətnaməni nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin verdiyi ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur, bir qonşu kimi onunla salam-sağolu olmuşdur. Ramil həmişə spirtli içki içib qonşularla mübahisə etdiyi üçün həmişə çalışırmış ki, ondan uzaq olsun. xx.xx.2022-ci il tarixdə təxminən, saat 19 radələrində yaşadığı evin yaxınlığında yerləşən mağazadan evinə gələndə yaşadığı evin qarşısında, küçədə qonşusu Ramil ilə rastlaşmışdır. Ramil sərxoş vəziyyətdə olmuşdur. Ramil onu görən kimi ona yaxınlaşıb ona nə üçün çəp baxdığını, onu vurub aşırdacağını demişdir. O, isə Ramilə demişdir ki, “sən deyəsən içkilisən, mənim səninlə işim yoxdur, get işinlə məşğul ol”. Bu mövzuda Ramilin onunla mübahisəsi böyümüş və onun köynəyinin yaxasından tutub dartışdırmağa başlamışdır. O, bir dəfə Ramilin əlindən çıxmış və evinə tərəf getmək istəyəndə Ramil yenə də onun qolundan tutmuşdur. Ramil onun qarın nahiyyəsinə yumruq vurub onun əzizlərinin ünvanına nalayiq söyüşlər işlətməyə başlamışdır. O, da Ramilin ona qarşı işlətdiyi nalayiq sözlərə dözə bilməyib onun bədən nahiyyəsinə bir neçə yumruq vurmuşdur. Ramil onun köynəyinin yaxasından tutub onu yerə yıxmaq isətəyəndə ikisi birlikdə yerə yıxılmışlar. Yıxıldığı yer asfalt örtükdən ibarət olmuşdur. Onlar yerdə yıxılmış vəziyyətdə bir-biriləri ilə dalaşıb bir-birinə bir neçə yumruq vurmuşlar. O, Ramilin üzərində olanda Ramil demişdir ki, “Ramiz bunu vur, bu məni vurur”. Həmin vaxt kim isə arxadan bilmədiyi küt alətlə baş nahiyyəsinə bir neçə dəfə zərbə vurmuş və onun başı bir neçə yerdən qanamışdır. Onun başına vuran şəxsin kim olduğunu bilməsə də, Ramilin “Ramiz bunu vur” deməsindən başa düşmüşdür ki, onun başına Ramiz zərbə vurmuşdur. O, başından xəsarət aldıqdan sonra özünü itirmişdir. Daha sonra onlar ayağa qalxmışlar. Ramil öz yaşadığı evinə tərəf gedirmiş, lakin onun ünvanına xoşagəlməz nəlayiq söyüşlər işlədirmiş. O, Ramilin bu söyüşlərinə dözə bilməyib ona yaxınlaşıb onu söyməməsini demişdir və bu zaman yenə də Ramil ilə o, əlbəyaxa olmuşlar. O, Ramilin köynəyinin yaxasından, Ramil isə onun köynəyinin yaxasından tutmuşdur. Həmin vaxt Ramilin qardaşı oğlu Ramiz yan tərəfdən ona yaxınlaşıb əlindəki bıçaqla bir dəfə onun sinəsinin sağ tərəfinə, iki dəfə də sağ qoluna vurub qaçıb getmişdir. Daha sonra Ramili ətarafa yığışmış şəxslər evinə apardılar, o, isə yaşadığı evin həyətinə keçmişdir. Bir az sonra TTYS-dan həkimlər gəlmişlər, ona ilk tibbi yardım göstərib onu 1 saylı X7 xəstəxanaya aparmışlar. Bundan əlavə bildirmişdir ki, onun Təqsirləndirilən şəxsla, eləcə də Təqsirləndirilən şəxsla arasında əvvəllər ədavəti olmamışdır. Təqsirləndirilən şəxs ilə onun arasında dava-dalaş yaşadığı evin qarşısında, yəni küçədə baş vermişdir. Təqsirləndirilən şəxs da yaşadığı evin qarşısında, yəni küçədə ona bıçaqla xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs onunla əlbəyaxa olub bədəninin müxtəlif nahiyyələrinə ancaq yumruq vurmuşdur. Təqsirləndirilən şəxs isə əvvəlcə görmədiyi küt alətlə onun baş nahiyyəsinə bir neçə dəfə zərbə vurub başını yarmışdır, sonra isə Ramiz onun sinə və qol nahiyyəsinə əlində olan bıçaqla vurub xəsarət yetirib. Baş vermiş davadalaş zamanı ətrafda 10-15 nəfərdən çox adam olmuş, lakin həmin vaxt hava qaraldığı üçün, özünü itirdiyi üçün ətrafa yığışan şəxslərin kimliyinə fikir verməmişdir. Mübahisə və dava-dalaş təxminən 10 dəqiqəyə yaxın davam etmişdir. Mübahisə və dava-dalaş zamanı nalayiq ifadələr işlədilmişdir. Mübahisə və dava-dalaş zamanı Ramil onunla dalaşanda özünü qorumaq üçün onun bədən nahiyyəsinə bir neçə dəfə yumruq zərbəsi vurmuş, yerdə onunla süpürləşmiş, ancaq inanmır ki, həmin zərbələrdən Ramil ciddi bir xəsarət almışdır. Təqsirləndirilən şəxs isə o, ümumiyətlə heç bir zərbə və ya xəsarət yertirməmişdir. Mübahisə və dava-dalaşa səbəb Təqsirləndirilən şəxs ona yaxınlaşıb onun, yaxın qohumlarının ünvanına nalayiq söyüşlər işlətməsi olmuşdur. Novruz yalan danışır. Onun əlində bıçaq olmayıb, Novruz Ramili onun yaşadığı evin həyətinə aparmayıb, dava-dalaş yaşadığı evin qarşısında, küçədə baş verib, eləcə də küçədə bitib, Ramiz onu bıçaqla vuranda isə Novruz orada olmuşdur. O, Novruza bıçaqla xəsarət yetirməmiş, bıçaq Ramizin əlində olub, ola bilsin ki, Novruz Ramiz tərəfindən xəsarət alıb. Ramil yalan danşır. O, Ramili bıçaqla vurmamışdır. Ramiz yalan danşır. O, Ramili bıçaqla vurmamışdır. Bıçaqla xəsarət aldığı zaman əynində olan köynəyini tullamışdır. O, Təqsirləndirilən şəxs və Şahid2 bıçaqla xəsarət yetirməmişdir. Dava-dalaş zamanı ara qarışdığından, özünü itirdirdiyindən o, konkret olaraq küçədə və ya Ramilin yaşadığı evin həyətində bıçaqlandığını dəqiqləşdirə bilmir. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasının CM-nin 126.1 və 128-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxsla barışmışdır, ona dəymiş ziyan tam ödənilmiş, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 128-ci maddəsi ilə başlanılmış cinayət təqibinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 18:50 radələrində o, qardaşı oğlu Ramiz ilə yaşadığı evə gəlirmiş, o, yaşadığı evin 30 metr yaxınlığında dayanıb siqaret çəkməyə başlamış, siqareti çəkəndən sonra yaxınlıqda yerləşən mağazaya gedib ev üçün lazım olan ərzaq alıb evə gedəcəkmiş. Qardaşı oğlu Ramiz isə onun yaşadığı evə getmişdir. Həmin vaxt mağaza istiqamətindən qonşu Elsevərin gəldiyini görmüşdür. Elsevər onun yanından keçəndə ona açıqla baxıb demişdir ki, “qonşu nə baxırsan”. O, da Elsevərin bu sözünə cavab olaraq dedimişdir ki, “sən nə baxırsan”. Çünki, o, Elsevərə bir söz deməmişdir, Elsevər heç bir səbəb olmadan ona sataşırmış. Hansı ki, o, Elsevərdən yaşda ən azı 10 yaş böyükdür. Elsevər bu sözləri deyə-deyə yaşadığı evinə tərəf addımlayırmış. Elsevər ondan təxminən 5-6 metr aralandıqdan sonra küçədə olan yarım mişar daşını götürüb üzərinə qaçaraq onun ünvanına nəlayiq söyüşlər verərək ona 1 metr çatmağa qalmış daşı sifətinə tərəf atmışdır. O, başını kənara çəkmiş, lakin daş sifətinin sağ tərəfini yavaşca sürtüb keçmişdir. Bundan sonra Elsevər onun üstünə cumub onu qucaqlamış, o, da eyni zamanda Elsevəri qucaqlamış, Elsevər onu qaldırıb yerə yıxmış və qarın nahiyyəsində oturub sifətinə, qarın nahiyyəsinə yumruqlar vurmağa başlamışdır. O, da Elsevərə müqavimət göstərib ona bir neçə yumruq zərbəsi vurmuşdur ki, onu buraxsın. Yerdə yıxılmış vəziyyətdə onlar əlbəyaxa olmuşlar, yerdə fırlanmışlar. Həmin vaxt kim isə onun qarın nahiyyəsindən tutub onu ayağa qaldırıb dava-dalaş yerindən 7-8 metr kənara aparmışdır. Ondan sonra görmüşdür ki, onu ayağa qaldırıb kənara çəkən şəxs qonşusu Novruzdur. O, görmüşdür ki, Elsevər yaşadıqları evə tərəf qaçıb həyətə girmişdir. Novruz onu yaşadıqları evə tərəf aparıb deyirmiş ki, “qaç, Elsevər evdən bıçaq götürüb gəlir”. O, isə qaçmırmış, yavaş-yavaş evlərinə tərəf gedirmiş. Yaşadığı evin qarşısına çatanda Novruzla hər ikisi yerə yıxılmış, daha sonra ayağa qalxmışlar, Elsevərin qaçaraq ona tərəf gəlməsini görüb yaşadığı evin həyətinin qapısından həyətə daxil olmuş, arxasınca isə Novruz daxil olmuşdur. Novruz həyətin qapısını örtmək istəmiş, lakin Elsevər artıq qapıya çatdığı üçün Novruza qapını bağlamağa imkan vermirmiş. Elsevər qapını zorla yarıya qədər açıb digər əlində bıçaq ilə qapıdan içəri sağa-sola tərəf zərbələr atırmış ki, ona xəsarət yetirsin. O, da Novruza kömək edirmiş ki, həyətin qapısını bağlasınlar. Elsevər qapıya möhkəmdən çiyni ilə zərbə vurduğundan Novruz qapını saxlaya bilməmiş və Elsevər həyətə daxil olmuşdur. Novruz onunla Elsevərin arasına girmiş və Elsevərin əlindəki bıçağı ona tərəf aparanda bıçaq onun biləyini kəsmiş və Novruz “ay qolum deyə qışqırıb qolunu tutub küçəyə çıxmışdır”. O, Elsevər ilə üz-üzə qalmış və Elsevərin əlində bıçaq ilə onu vuracağını görüb evə tərəf qaçmaq istəmiş, geriyə çevrilən an Elsevər onun kürək nahiyyəsinə bıçaqla xəsarət yetirmişdir. O, kürəyində sancı hiss etmiş və evin yan tərəfinə qaçıb kürəyini evin divarına söykəmişdir. Bundan sonra o, hüşunu itirmiş və ayılanda görmüşdür ki, “Semaşka” X8 xəstəxanasındadır, kürəyinə tikiş qoyurlar. xx.xx.2022-ci il saat 01 radələrinə kimi o, xəstəxanada qalmış, evdə 3 azyaşlı övladının olmasına, qoca anasına görə öz ərizəsilə xəstəxandan çıxıb yaşadığı evinə qayıtmışdır. Həmin gündən sonra təxminən 15 gün ambulator müalicə olunmuşdur. Bundan əlavə bildirmişdir ki, dava-dalaş Qobustan qəsəbəsi, 1-ci massivdə onun yaşadığı evin 30 metr yaxınlığında, küçədə baş vermiş, küçədə Elsevərin ilə onun arasında yumruq davası olub, dava-dalaş təxminən 3-4 dəqiqə davam etmiş, sonra isə yaşadığı evin həyətində Elsevər ona bıçaqla xəsarət yetirdikdən sonra hüşunu itirmişdir. Dava-dalaş zamanı ətrafa təxminən 10-15 nəfər adam yığışmış, lakin hava-qaranlıq olduğundan, eləcə də, araqarışdığından həmin adamların kim olduğuna dəqiq fikir verməmişdir. O, həmin gün günorta spirtli içki qəbul etmiş, lakin sərxoş olmamışdır. Dava-dalaş isə axşam saat 19 radələrində baş vermişdir. Elsevər onunla küçədə dalaşanda o, Ramizi küçədə görməmişdir. Çünki, Elsevər onu yerə yıxıb sinəsinin üzərində əyləşib onu vururmuş. O, yerdə yıxılmış vəziyyətdə olanda “Ramiz bunu vur, bu məni vurur” deməmişdir. Zərərçəkmiş şəxs onunla küçədə bir dəfə dalaşmış və onları ayırandan sonra evinə qaçıb bıçaq götürmüşdür. Həmin vaxt onu heç kim bıçaqla vurmayıb. O, yaşadığı evin həyətində olanda Elsevər onu bıçaqla vurmaq istəyəndə Novruz onun qarşısını almaq istəyirmiş, lakin Elsevər bıçaqla Novruzun bilək nahiyyəsinə xəsarət yetirmiş, O, da geriyə çevrilib qaçmaq istəyəndə Elsevər arxadan onun kürək nahiyyəsinə bıçaqla vurmuşdur. Elsevər ona bıçaqla xəsarət yetirdikdən Ramiz həyətə gəlib Elsevərin əlindəki bıçağı əlindən alıb onun özünə xəsarət yetirmişdir. Lakin o, həmin vaxt hüşünu itirdiyindən Elsevərin bıçaqlanmasının şahidi olmamışdır. Novruzun əli kəsildikdən sonra Novruz onun yaşadığı evin həyətindən çıxmış, sonra Elsevər ona bıçaqla xəsarət yetirmişdir. Elsevər onu vurduqdan sonra Ramiz gəlmiş və ona xəsarət yetrimişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 18:50 radələrində o, yaşadığı evdə olarkən azan verilmiş, o, həmin vaxt küçəyə çıxmış, yaxınlıqda yerləşən məscidə getmək istəyirmiş. Bu zaman yaşadığı evdən təxminən 30 metr aralıda səs-küy gəldiyini eşidib həmin istiqamətə tərəf getmiş və görmüşdür ki, ətrafa təxminən 10-15 nəfərə yaxın adam yığışmışdır, Ramil ilə Elsevər yerdə yıxılmış vəziyyətdə bir-biriləri dalaşırlar, bir-birilərinə yumruq vururlar. O, tez onlara yaxınlaşıb aralarına girib onları kənarlaşdırmağa başlamışdır. Ondan başqa heç kim onları aralaşdırmağa çalışmırmış. O, onları aralaşdırıb ayağa qaldırmış, Onların hər ikisi toz-torpağın içində olmuşdur, Ramilin sifəti sıyrılmış, Elsevərin isə burnu qanamışdır. O, Ramilin sərxoş olmasını hiss etmiş və onun qoluna girib evlərinə tərəf aparmışdır. Həmin vaxt Elsevər evlərinə tərəf qaçıb getmişdir. O, Ramili yaşadıqları evin darvazasından həyətə salmış və həmin vaxt Elsevər əlində bıçaq Ramilin üzərinə hücum etmişdir. O, Elsevərin qarşısını almağa çalışmış, lakin Elsevər əlindəki bıçaqla Ramilin boyun nahiyyəsinə vurmaq istəyəndə zərbənin qarşısını almaq üçün əlini irəli vermişdir ki, Elsevərin əlindən bıçağı alsın. Lakin Elsevərin əlindəki bıçaq onun sağ əlinin bilək nahiyyəsinə dəymiş və qolundan möhkəmdən qan axmağa başlamışdır. O, qolundan qan axmasını görüb qolunu tutub həyətdən küçəyə çıxmışdır. Daha sonra o, Qobustan qəsəbəsində yerləşən 17 saylı TTYS-na müraciət etmiş, orada həkimlər ona tibbi yardım göstərmişlər, sonra isə o, yaşadıqları evə qayıtmışdır. Bundan əlavə o, bildirmişdir ki, dava-dalaş Qobustan qəsəbəsi, 1-ci massivdə Ramil ilə Elsevərin yaşadıqları evinin evinin 25-30 metr yaxınlığında baş vermişdir, o, təxminən 4-5 dəqiqə dava-dalaşın şahidi olmuş, sonra isə əli kəsildiyindən TTYS-na getmişdir. Dava-dalaş zamanı ətrafa təxminən 5-6 nəfər adam yığışmış, lakin hava-qaranlıq olduğundan, eləcə də, ara-qarışdığından həmin adamların kim olduğuna dəqiq fikir verməmişdir. Ramil ilə Elsevər dava-dalaş edərkən Elsevər Ramilə bıçaqla xəsarət yetirmək istəyirmiş. O, da həmin vaxt bıçağı Elsevərin əlindən almaq istəyirmiş. Elsevər onu qarşısında görsədə bıçaqla hərəkətlərini dayandırmırmış. Ona görə də belə fikirləşir ki, Elsevər ona qəsdən xəsarət yetirib. Elsevər Ramilin yaşadığı evin həyətində giriş qapısının yanında ona bıçaqla xəsarət yetirmişdir. Belə ki, Ramil ilə o, çox cəhd etmişdir ki, Elsevəri həyətə buraxmasınlar, həyətin giriş qapısını bağlamağa çalışmışlar, lakin Elsevər qapını zorla sıxıb açaraq həyətə daxil olmuşdur. Elsevər ilə Ramil dalaşarkən Ramilin qardaşı oğlu Ramizi orada görməmiş, dava-dalaş zamanı ara qarışmış, o, ətrafda olan şəxslərə fikir verməmişdir. Lakin onu bilir ki, Ramil ilə Elsevər bir-biriləri ilə dalaşırmışlar. Elsevər Ramilin yaşadığı evin həyətində bıçaqla Ramilin üzərinə hücum edəndə sağlam olmuş, həmin vaxt heç bir bıçaq xəsarəti almamış, onun biləyi kəsildikdən sonra o, TTYS-na getmiş, bundan sonra Elsevər bıçaqlanmışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi CMS – AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, hazırki cinayət işi məhkəmənin hakimi Azər Tağıyevin icraatına xx.xx.2023-cü il tarixdə verilmişdir. Cinayət işinin 1-ci cild 97-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 1-ci cild 192-194-cü vərəqələrində olan Qaradağ RPİ-nin İŞ-nin baş müstəntiqi S.Ağayevin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 97-98-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməmişdir. Cinayət işinin 1-ci cild 204-207-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 771 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - sağ ağciyərin zədələnməsi və hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sağ yarısında döş boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, başın sol gicgah nahiyəsinin 1 (bir) ədəd əzilmiş-cırılmış yarası, başın ənsə nahiyəsində 4 (dörd) ədəd əzilmiş yarası, başın sol gicgah nahiyəsinin əzilmiş yarası, sağ bazu nahiyəsinin 1 (bir) ədəd kəsilmiş yarası, sağ bazu nahiyəsinin səthi kəsilmiş yarası. Göstərilən xəsarətlərdən sağ ağciyərin zədələnməsi və hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sağ yarısında döş boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sağ bazu nahiyəsinin 1 (bir) ədəd kəsilmiş yarası və sağ bazu nahiyəsinin səthi kəsilmiş yarası deşici-kəsici əşya (alət) ola bilsin bıçaq təsirindən, başın sol gicgah nahiyəsinin 1 (bir) ədəd əzilmiş-cırılmış yarası, başın ənsə nahiyəsində 4 (dörd) ədəd əzilmiş yarası, başın sol gicgah nahiyəsinin əzilmiş yarası bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X6 müraciət etdiyi xx.xx.2022-ci il tarixdə törənmələri mümkündür vä dərəcələrinə görə sağ ağciyərin zədələnməsi və hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sağ yarısında döş boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir, başın sol gicgah nahiyəsinin 1 (bir) ədəd əzilmiş-cırılmış yarası, başın ənsə nahiyəsində 4 (dörd) ədəd əzilmiş yarası, başın sol gicgah nahiyəsinin əzilmiş yarası, sağ bazu nahiyəsinin 1 (bir) ədəd kəsilmiş yarası həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər, sağ bazu nahiyəsinin səthi kəsilmiş yarası sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş yuxarıda göstərilən xəsarətlərdən kəsilmiş-deşilmiş və kəsilmiş yaraları ekspertizaya təqdim olunmuş bıçaq təsirindən eləcə ona oxşar digər tipli bıçaq təsirindən törənmələri mümkündür. Cinayət işinin 1-ci cild 208-210-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 777 saylı rəyindən görünür ki, vətəndaş Şahid1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sağ çiyin qurşağının deşilmiş-kəsilmiş yarası deşici – kəsici əşyanın (alətin) təsirindən, sağ almacıq nahiyəsinin, sağ çiyin qurşağının, hər iki saidin, sağ diz oynağı nahiyəsinin və qarın nahiyəsinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X6 müraciət etdiyi xx.xx.2022-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilir. Cinayət işinin 1-ci cild 235-238-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin maddi sübutların müayinəsi ekspertizasının № 706/MTBŞ saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş bıçaq üzərində qan aşkar olunmadı. Cinayət işinin 1-ci cild 239-243-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin maddi sübutların ekspertizasının № 560/MTKŞ saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 771 saylı və xx.xx.2022-ci il tarixli, 777 saylı ekspert rəylərinə əsasən, Zərərçəkmiş şəxs və Şahid1 bədən səthində olan deşilmiş-kəsilmiş və kəsilmiş yaraların, ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar edilmir. Cinayət işinin 2-ci cild 51-53-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3404 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri, anamnezində başından travma müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqliintellektual imkanları normaya uyğundur. Sonuncu cinayət əməlini törədərkən psixiemosional vəziyyətində hirslilik, həyəcan, gərginlik yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizoloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları nəzərə alınmaqla hadisə zamanı öz hərəkətlərinin mahiyyətini dərk edə bilərdi. Cinayət işinin 2-ci cild 3-16-cı vərəqələrində olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 ədəd bıçaq və 01 ədəd yarım mişar daşı maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 220-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya haqqında Qərara əsasən təyin olunmuş cəzadan azad edilmişdir. Cinayət işinin 1-ci cild 231-ci vərəqəində olan Qaradağ rayon İcra Şöbəsinin xx.xx.2016-cı il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərardan görünür ki, “28 May-Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Qərarının 1.8-ci bəndini tətbiq etməklə Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin 1(002)-99/2016 nömrəli, xx.xx.2016cı il tarixli hökmü ilə təyin olunmuş cərimə növündə cəzanın ödənilməsindən azad edilmişdir. Cinayət işinin 2-ci cild 33-cü vərəqəsində olan Qaradağ rayon İHB-nin Qobustan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 22 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanda yaşayır. Yaşadığı müddət ərzində onun haqqında qonşuları və qəsəbə əhalisi tərəfindən Qobustan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 2-ci cild 32-ci vərəqəsində olan Zərərçəkmiş şəxs Bakı şəhəri Qaradağ RPİ-nə təqdim etdiyi ərizədən görünür ki, xx.xx.2022-ci il tarixdə dava-dalaş zamanı Təqsirləndirilən şəxs ona bıçaqla və daşla xəsarət yetirmişdir. Onun hazırda Ramizdən heç bir şikayət və tələbi yoxdur, onlar barışmışlar. Ərizəsinin nəzərə alınmasını xahiş edir. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Azərbaycan Respublikasının CM-nin 126.1 və 128-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxsla barışmışdır, ona dəymiş ziyan tam ödənilmiş, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə başlanılmış cinayət təqibinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 3 nömrəli şəhər klinik xəstəxanası tərəfindən verilmiş xəstəlik tarixindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 20-xx.xx.2020-ci il tarixlərdə həmin xəstəxanada baş ağrısı, baş gicəllənməsi, ürək bulantısı, döş qəfəsində olan ağrılardan, xəstənin deməsinə görə at sürərkən avtomobil vurub, ağır dəri və görünən selikli qişaları adi təşəbbüsü sərbəstdir, hemodinamik göstəriciləri stabildir. Baş beyin KT müayinəsi: əsas sümük böyük qanadında sınıq xətti sol gicgah payında ən qalın yerində 9 min ölçüsündə subdural hematoma. Döş qəfəsinin KT müayinəsi: sağda ağ ciyər parenximasında alt pay superior, seqmentlərdə buzluq şüşə kontuziyanı solda anteriorda minimal matoraks solda 3,4-cü qabırğa natamam sınıq xəttindən müalicə almışdır. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-656/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayətinin, tələbinin olmamasını və barəsində verilmiş müsbət xasiyyətnaməni cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 02 (iki) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı xx.xx.2023-cü il tarixdən, saat 12:00-dan məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Qaradağ RPİ-nin saxlanc yerində saxlanılan 01 ədəd bıçaq və 01 ədəd yarım mişar daşı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 25 oktyabr 2022-ci il tarixdən 27 oktyabr 2022-ci il tarixədək, yəni 02 (iki) gün müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 04 dekabr 2023-cü il tarixdən, saat 12:00-dan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Konvoy Toboruna həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Qaradağ RPİ-nin saxlanc yerində saxlanılan 01 ədəd bıçaq və 01 ədəd yarım mişar daşı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 48 saata görə 288 (iki yüz səksən səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər (sədrlik edən): Azər Tağıyev Kamran Muxtarov Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar